Məhkəmə qərarları › İş №1(100)-210/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-210/2022

23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-210/2022 23.09.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Şahid1 və Şahid3, müdafiəçi– Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1958-ci il tarixdə Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, hazırda işləməyən, ünvan 1 ünvanda yaşayış yeri üzrə qeydiyyatda olmaqla ünvan 2, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 32.4, 312.2, 32.5, 313 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Gəncə şəhəri ərazisindən 1 ədəd 0,04 ha ölçüdə torpaq sahəsi alınmasına köməklik göstərilməsi bağlı Şahid1 2016-cı ilin yanvar ayında Gəncə şəhəri Cavadxan qəsəbəsi ərazisində görüşləri zamanı özünə müraciəti ilə əlaqədar ona müvafiq qəsəbə ərazisində “Farforist bağçılar birliyi” ərazisinin özünə məxsus bir hissəsindən müvafiq ölçüdə torpaq sahəsini sata biləcəyini, özünün Gəncə şəhər İcra Hakimiyyətində yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu bildirərək, həmin şəxslər vasitəsi ilə torpaq sahəsinə dair verəcəyi ilkin sənədlər əsasında guya müvafiq torpaq sahələrinin layihə sənədlərinin alınması imkanına malik olmasını yalandan vəd edib, həmin torpaq sahəsinin ona satılması, o cümlədən layihə sənədinin alınması üçün qeyd edilən İcra hakimiyyətində yüksək vəzifədə işləyən şəxslərə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 3.150 (üç min bir yüz əlli) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncunu aldatmaqla bildirib, Şahid1 razılığını almaqla sövdələşərək, həmin adla sonuncudan 2016-cı ilin yanvar ayında Gəncə şəhəri Cavadxan qəsəbəsi yaxınlığında 1.500 (bir min beş yüz) manat pul vəsaitini aldıqdan sonra 2016-cı ilin yanvar ayında Gəncə şəhəri ərazisində istintaqla müəyyən edilməyən ünvanda öz yalan vədlərinə inandırmaq və qanunsuz olaraq istifadə etmək məqsədilə istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi X36 Zavodunun “Farforist bağçılıq yoldaşılığı”nın torpaq sahəsinin ayrıldığı şəxsə, əsas götürülən Gəncə şəhər İcra Hakimiyyəti başçısının sərəncamının tarixi və nömrəsinə, ayrılan əraziyə, habelə arayışın tarixi və nömrəsinə dair hissələrin boş olduğu, torpaq sahəsinin ayrılması əsasları ilə bağlı digər zəruri hissələrin isə qeyd edildiyi arayışın torpaq sahəsinin sahibi hissəsinə “Şahid1” qeydini, torpaq sahəsinin Gəncə şəhər İcra Hakimiyyəti başçısının sərəncamı əsasında ayrılması ilə bağlı hissəyə tarix və nömrə üzrə “xx.xx.1993-cü il” və “46” qeydlərini, torpaq sahəsinin ayrıldığı yer hissəsinə “Avtozavod yolu” qeydlərini, arayışın tarix və nömrə hissəsinə “xx.xx.1994” və “37” qeydlərini, istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi X36 Zavodunun bağçılıq yoldaşılıq cəmiyyətinin birgə iclas protokolundan çıxarışın torpaq sahəsinin kimə və hansı əsasla ayrıldığı haqqında hissələrin boş olduğu, torpaq sahəsinin ayrılmasının məqsədəmüvafiqliyi ilə bağlı digər zəruri hissələrin isə qeyd edildiyi çıxarışın əsasları hissəsinə “Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 08 nömrəli protokolu və X36 Zavodunun “Farforist bağçılıq yoldaşılığı”nın xx.xx.1993-cü il tarixli 02 nömrəli protokolu” qeydlərini, o cümlədən torpaq sahəsinin sahibi hissəsinə “Şahid1” qeydini, istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi X36 Zavodunun “Farforist bağçılıq yoldaşılığı”nın ayrılmış torpaq sahəsinin sahibi hissəsinin boş olduğu, digər zəruri ölçü məlumatlarının isə göstərildiyi layihə sənədində torpaq sahəsinin sahibi hissəsinə “Şahid1” qeydini diyircəkli qələmlə şəxsən yazıb hazırlamaqla həmin saxta rəsmi sənədləri 2016-cı ilin yanvar ayında Şahid1 təqdim edib, əldə etdiyi qeyd edilən pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmiş, hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədi ilə qanunsuz olaraq vahid niyyətlə saxtalaşdırmaqla hazırlamış, Şahid1 aldadıldığını başa düşərək qalan pul vəsaitini verməkdən imtina etdiyindən sonuncuya məxsus həmin pul vəsaitini ələ keçirə bilməyib, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, Şahid1 məxsus 3.150 (üç min bir yüz əlli) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə vahid niyyətlə dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, Gəncə şəhəri ərazisindən 3 ədəd hər biri 0,04 ha ölçüdə torpaq sahəsi almaqda köməklik göstərilməsi ilə bağlı Şahid3 2017-ci ilin yanvar ayında Gəncə şəhəri Cavadxan qəsəbəsi ərazisində görüşləri zamanı özünə müraciəti ilə əlaqədar ona müvafiq qəsəbə ərazisində “Farforist bağçılar birliyi” ərazisinin özünə məxsus bir hissəsindən müvafiq ölçüdə torpaq sahələrini ona sata biləcəyini, özünün Gəncə şəhər İcra Hakimiyyətində yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu bildirərək, həmin şəxslər vasitəsi ilə torpaq sahəsinə dair verəcəyi ilkin sənədlər əsasında guya müvafiq torpaq sahələrinin layihə sənədlərinin alınması imkanına malik olmasını həmin vaxt yalandan ona vəd edib, həmin torpaq sahəsinin ona satılması, o cümlədən layihə sənədinin alınması üçün qeyd edilən İcra hakimiyyətində yüksək vəzifədə işləyən şəxslərə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 7.250 (yeddi min iki yüz əlli) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncuya aldatmaqla bildirib, Şahid3 razılığını almaqla sövdələşərək, həmin adla sonuncudan 2017-ci ilin yanvar ayında Gəncə şəhəri Cavadxan qəsəbəsi yaxınlığında 7.250 (yeddi min iki yüz əlli) manat pul vəsaitini aldıqdan sonra özünün məsləhətləri və məlumatları ilə etdiyi köməkçiliklə Gəncə şəhər İcra Hakimiyyətinin istintaqla şəxsiyyəti araşdırılan rəhbər vəzifəli şəxsinin məzmununa tamah niyyətilə bilə-bilə yalan, yəni Gəncə şəhəri, Cavadxan qəsəbəsi ərazisində yerləşən 400 m2 torpaq sahəsində Şahid3 arvadı X4 adına bağ evinin layihələndirilməsi haqqında məlumatlar daxil etməklə vəzifə saxtakarlığı yolu ilə hazırladığı və imzalanmaqla möhürlənmiş Gəncə şəhəri İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma idarəsinin saxta rəsmi sənəd olan 2017-ci il tarixli eskiz layihəsi verildikdən sonra, öz yalan vədlərinə inandırmaq üçün və qanunsuz olaraq istifadə etmək məqsədilə istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi X36 Zavodunun “Farforist bağçılıq yoldaşılığı”nın torpaq sahəsinin ayrıldığı şəxsə, əsas götürülən Gəncə şəhər İcra Hakimiyyəti başçısının sərəncamının tarixi və nömrəsinə, ayrılan əraziyə, habelə arayışın tarixi və nömrəsinə dair hissələrin boş olduğu, torpaq sahəsinin ayrılması əsasları ilə bağlı digər zəruri hissələrin isə qeyd edildiyi arayışın torpaq sahəsinin Gəncə şəhər İcra Hakimiyyəti başçısının hansı tarixli və nömrəli sərəncamı əsasında ayrılması ilə bağlı hissəsinə “xx.xx.1992-ci il” və “3709” qeydlərini, torpaq sahəsinin ayrıldığı yer hissəsinə “Avtozavod yolu” qeydlərini, torpaq sahəsinin ölçüsü hissəsinə “400” qeydini, o cümlədən torpaq sahəsinin sahibi hissəsinə “Şahid3” qeydlərini, istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi X36 Zavodunun bağçılıq yoldaşılıq cəmiyyətinin birgə iclas protokolundan çıxarışın torpaq sahəsinin ayrıldığı şəxs haqqında hissəsinin boş olduğu, torpaq sahəsinin ayrılmasının məqsədəmüvafiqliyi ilə bağlı digər zəruri hissələrin isə qeyd edildiyi çıxarışın torpaq sahəsinin kimə ayrılması hissəsinə “Şahid3” qeydlərini, istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi X36 Zavodunun “Farforist bağçılıq yoldaşılığı”nın ayrılmış torpaq sahəsinin sahibi hissəsinin boş olduğu, digər zəruri ölçü məlumatlarının isə göstərildiyi layihə sənədində torpaq sahəsinin sahibi hissəsinə “Şahid3” qeydlərini, arayışın tarixi və nömrəsi hissəsinə “xx.xx.1992” və “122” qeydlərini, eyni məqsədilə istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi X36 Zavodunun “Farforist bağçılıq yoldaşılığı”nın torpaq sahəsinin ayrıldığı şəxsə, əsas götürülən Gəncə şəhər İcra Hakimiyyəti başçısının sərəncamının tarixi və nömrəsinə, ayrılan əraziyə, habelə arayışın tarixi və nömrəsinə dair hissələrin boş olduğu, torpaq sahəsinin ayrılması əsasları ilə bağlı digər zəruri hissələrin isə qeyd edildiyi arayışın torpaq sahəsinin Gəncə şəhər İcra Hakimiyyəti başçısının hansı tarixli və nömrəli sərəncamı əsasında ayrılması ilə bağlı hissəsinə “xx.xx.1992-ci il” və “3709” qeydlərini, torpaq sahəsinin ayrıldığı yer hissəsinə “Avtozavod yolu” qeydlərini, torpaq sahəsinin ölçüsü hissəsinə “400” qeydini, o cümlədən torpaq sahəsinin sahibi hissəsinə “X8” qeydlərini, istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi X36 Zavodunun bağçılıq yoldaşılıq cəmiyyətinin birgə iclas protokolundan çıxarışın torpaq sahəsinin ayrıldığı şəxs haqqında hissəsinin boş olduğu, torpaq sahəsinin ayrılmasının məqsədəmüvafiqliyi ilə bağlı digər zəruri hissələrin isə qeyd edildiyi çıxarışın torpaq sahəsinin kimə ayrılması hissəsinə “X8” qeydini, istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi X36 Zavodunun “Farforist bağçılıq yoldaşılığı”nın ayrılmış torpaq sahəsinin sahibi hissəsinin boş olduğu, digər zəruri ölçü məlumatlarının isə göstərildiyi layihə sənədində torpaq sahəsinin sahibi hissəsinə “X13” qeydlərini diyircəkli qələmlə şəxsən yazıb hazırlamaqla həmin saxta rəsmi sənədləri, habelə, Şahid3 və Qüdrət Nəsibovun adına müvafiq torpaq sahələri ilə bağlı Gəncə şəhəri İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma idarəsinin möhürsüz və imzasız layihə sənədlərini cinayətdən xəbərsiz olan tanışı Şahid5 vasitəsilə hazırlayaraq, həmin saxta sənədləri 2017-ci ilin mart ayında Şahid3 təqdim edib, əldə etdiyi pul vəsaitini əlbir olduğu qeyriləri ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, vahid niyyətlə qabaqcadan əlbir olan şəxs qismində Şahid3 məxsus cəmi 7.250 (yeddi min iki yüz əlli) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmiş, vəzifəli şəxsin tamah niyyətilə rəsmi sənədə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsində köməkçi qismində iştirak etmiş, hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədi ilə qanunsuz olaraq vahid niyyətlə təkrarən saxtalaşdırmaqla hazırlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 32.4,312.2, 32.5,313 və 320.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2008-ci ildə Gəncə şəhərində torpaq alqı-satqısı ilə məşğul olmuş, soyadını və atasının adını bilmədiyi Eldar adlı şəxsdən hər biri 4 sot və hər birinin dəyəri 2500 manat olmaqla cəmi 7 ədəd Gəncə şəhəri Avtozavod ərazisində yerləşən torpaq sahəsini 17500 manat qarşılığında almış, həmin torpaq sahələrini Eldardan aldığı zaman sonuncu ona Farforist bağçılıq birliyinə məxsus möhürlənmiş arayış, qərar və çertyoj blankları vermişdir. Həmçinin Eldar həmin torpaq sahələrinin hüdudlarını ona göstərmiş, ancaq həmin ərazi hasarlanmamışdır. Onun tərəfindən torpaq sahəsi alındıqdan sonra da o, həmin ərazini hasarlamamışdır. Torpaq sahəsini kimə satacaqdısa onun adını və məlumatlarını həmin sənədlərə əlavə edib imzalamaq lazım olmuşdur. 2016-cı ilin yanvar ayında Şahid1 adlı şəxs ona müraciət edərək 4 sot torpaq sahəsi almaq istədiyini bildirmişdir. O da Şahid1 Gəncə şəhəri Avtozavod ərazisindən 4 sot torpaq sahəsini ayırıb sonuncuya təqdim etmiş, göstərilən zaman Aybənizlə torpağın dəyərini 2500 manata razılaşdırmışdır. Aybəniz ilkin olaraq 1500 manatı ona öz yaşadığı evində vermişdir. Sonradan o Aybənizə Farforist bağçılıq birliyi ərazisindən 4 sot torpaq sahəsi ayrılması haqqında möhürlənmiş arayışa sonuncunun adını yazmış, birliyin sədri qrafasında özü imzalamış, eyni qaydada birliyin torpaq sahəsi ayrılması haqqında qərarına Aybənizin məlumatlarını daxil edib birliyin sədri qrafasında özü imzalamışdır, eyni qaydada çertyoj sənədinə Aybənizin məlumatlarını daxil etmiş və müvafiq sənədləri Aybənizə təqdim etmişdir. Aybəniz isə müvafiq sənədlərin saxta olduğunu bildirib ondan Gəncə şəhəri Baş Polis İdarəsinə şikayət etmiş, araşdırma zamanı o Aybənizə 1500 manatı ödəmişdir. 2017-ci ilin yanvar ayında Şahid3 adlı şəxs ona müraciət edərək Gəncə şəhəri ərazisindən hər biri 4 sot olmaqla 3 ədəd torpaq sahəsi almaq istədiyini bildirmişdir. O, da müvafiq torpaq sahələrini Gəncə şəhəri Avtozavod ərazisindən ona sata biləcəyini bildirmiş və torpağın qiymətini 6250 manata razılaşdırmışdır. Bundan sonra Yaşar ona yaşadığı evdə 4250 manat pul vermişdir. O da Yaşarın, arvadının və qohumunun şəxsiyyət vəsiqələrinin surətlərini götürmüş, müvafiq şəxslərdən hər birinin adına Farforist bağçılıq birliyi ərazisindən 4 sot torpaq sahəsi ayrılması haqqında möhürlənmiş arayışa göstərilən şəxslərin adını yazmış, birliyin sədri qrafasında özü imzalamış, eyni qaydada birliyin torpaq sahəsi ayrılması haqqında qərarlarına göstərilən şəxslərin məlumatlarını daxil edib birliyin sədri qrafasında özü imzalamış, eyni qaydada çertyoj sənədinə göstərilən şəxslərin məlumatlarını daxil etmiş və müvafiq sənədləri Yaşara təqdim etmişdir. Həmçinin müvafiq sənədlərdən Yaşarın arvadının adına olan göstərilən sənədləri Rasim adlı makler vasitəsilə Gəncə şəhər İcra Hakimiyyətində təsdiq etdirmiş, torpaq sahəsi ilə bağlı layihə sənədini Rasimdən alaraq Yaşara təqdim etmişdir. Rasimin müvafiq köməyinə görə sonuncuya 1500 manatı Gəncə şəhəri Avtozavod ərazisində vermiş, həmin pulu Rasim özü ondan istəyib almışdır. Daha sonra isə yerdə qalan 2 ədəd torpaq sahəsi ilə bağlı 2 ədəd layihə sənədinin tərtib edilib çap edilməsi üçün tanışı Qaraya müraciət etmişdir. Qara onun müvafiq dövrdə mağazasının olduğu Gəncə şəhəri Cavadxan küçəsinin yaxınlığında yaşamış, onu qonşu kimi tanımışdır. Qara onun dediyi məlumatlar əsasında layihə sənədini kompyuterdə çap etmiş, xahişi əsasında həmin layihənin üzərində M.Mustafayevin adının qeyd edildiyi qrafa tərtib etmiş, sonra da müvafiq sənədi çap edib ona təqdim etmişdir. Qaranın müvafiq hərəkətlərinə görə sonuncuya hansısa pul verməmişdir. Həmin 2 ədəd layihəni də Rasim vasitəsilə təsdiq etdirməyi planlaşdırmış, ancaq göstərilən sənədlərlə bağlı Rasimə müraciət etmək imkanı olmamışdır. Belə ki, Rasim və Vüqar adlı icra nümayəndəsi müvafiq sənədlərdən xəbər tutub bu barədə Məharət Mustafayevə məlumat vermiş, sonra da sonuncu ilə onun arasında mübahisə düşmüşdür. Daha sonra Yaşar ondan şikayət etdiyi üçün 1 torpaq sahəsinə görə onun 2000 manatını qaytarmışdır. Digər torpaq sahəsi üzrə Yaşara qanuni sənədini Rasim vasitəsilə alıb vermiş, üçüncü torpaq sahəsi də Yaşarın özündə olmuşdur. Bu baxımdan o, Yaşara hansısa məbləğ ödəməli olmadığını düşünmüşdür. Eldarın ancaq adını bilmiş, onun soyadını, atasının adını, əslən hardan olduğunu, telefon nömrələrini bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhərində Avtozavod qəsəbəsində təzə məhlələrdə yaşamış, qızı Ayselə torpaq sahəsi almaq istəmiş, bunun üçün 1565 manat pul yığmışdır. xx.xx.2016-cı il tarixdə yaşadığı Gəncə şəhəri Cavadxan qəsəbəsində Təzə məhlələrdə evinin yaxınlığında qızı Ayselə ev tikmək üçün torpaq sahəsi ilə maraqlanmış, torpaqlara baxmaq üçün bir neçə maklerlə əlaqə saxlasa da həmin maklerlərin ona təklif etdikləri qiymətlər baha olduqlarından onlarla razılaşmamışdır. Həmin zaman qonşusu Gülşən onların yaxınlıqlarından keçmiş, Gülşən onunla görüşüb hal-əhval etdikdən sonra torpaqla maraqlandığını öyrənmiş və ona yaxınlıqda ucuz torpaq satan olduğunu, həmin torpağı ala biləcəyini bildirmişdir. Sonra Gülşən mobil telefonla adını sonradan öyrəndiyi Nazimə zəng edib satış üçün torpağının olub olmadığını soruşdu. Sonra Gülşən ona torpaq sahəsinin olduğunu demiş və Nazimin özünün gəlib torpağı göstərəcəyini dedi. 30 dəqiqə keçdikdən sonra Nazim gəlmiş, Gülşən və onunla həmin torpaq sahəsinə getmişlər. O Nazimi görən kimi Gülşənə baxıb həmin şəxsə güvənmədiyimi demiş, Gülşən isə ona həmin şəxsin etibarli olduğunu dedikdən sonra o inanmış və onlar torpağın qiyməti barədə söhbət etməyə başlamışlar. Nazim ona maraqlandığı torpağın 3200 manata olduğunu demiş və son qiyməti olaraq 3150 manat bildirmişdir. O Nazimə həmin miqdarda pulunun olmadığını dedikdə isə Nazim ona pulu hissə-hissə iki dəfəyə ödəməyi təklif etmişdir. Nazim ona 1500 manatı əvvəlcədən ödəməyi, qalan 1650 manatı isə torpağın sənədlərini aldıqda verməyi təklif etmişdir. Sonra elə həmin gün Gülşən və Nazim onun evinə gəlmişlər. Evdə Nazimlə torpağın pulunun ödənilməsi barədə danışmış və Nazimdən torpağı qızı Ayselin adına keçirtməyi istəmişdir. Nazim isə o torpağın yalnız onun adına keçirə biləcəyini, həmin torpağın sənədlərinin köhnə olduğunu bildirmişdir. Nazim ona sənədləri bir aya hazır edəcəyini demiş, sonra isə evdən getdikdən sonra Gülşən onun evində qalmış və onunla bir neçə dəqiqə söhbət edib çay içdikdən sonra o da öz evinə getmişdir. xx.xx.2016-cı il tarixdə Nazim ona zəng edib torpağın sənədlərinin hazır olduğunu bildirmiş və qalan 1650 manat pulu gətirib sənədləri ondan götürməyi istəmişdir. O isə Nazimdən sənədlərin vaxtından əvvəl düzəlməsinin səbəbini soruşub, bir ay müddətində razılaşdığı pulu bir aya verə biləcəyini bildirmişdir. Nazim isə ona sənədləri tez hazırladığını demiş və təkrar olaraq pulu istəmişdir. O Nazimin hərəkətlərindən şübhələndiyi üçün Nazimə görüşməyi təklif etmiş, sənədlərə baxmaq istədiyini bildirmişdir. Nazim onunla razılaşmış və həmin gün sənədlərlə birlikdə onun evinə gəlmişdir. O həmin köhnə tarixli sənədlərə baxanda həmin sənədlərdə guya onun əvvəllər mövcud olmuş “Farforist bağçılıq birliyi’-nin üzvü olduğunun və birlik tərəfindən üzvə yəni ona torpaq sahəsi verildiyinin qeyd edildiyini görmüşdür. Sənədlər 1990-cı illərə aid olmuş və saralmış kağızda yazılmışdır. O sənədə baxanda onların saxta olduğunu başa düşmüş və Nazimdən pulunu tələb etmişdir. O sənədləri Nazimə qaytarmayıb sonuncuya verdiyi 1500 manatı tələb edəndə Nazim etiraz edərək həmin pulu öz avtomaşınının təmirinə xərclədiyini və pulunun olmadığını, həmçinin həmin pulla ona hazırladığı torpaq sənədlərinə də xərc çəkdiyini bildirmiş, pulu geri qaytarmaqdan imtina edib həmin torpağı almağa məcbur olduğunu bildirmişdir. Məhkəmənin diqqətinə Nazimin hərəkətləri nəticəsində maddi və kəskin mənəvi zərər gördüyünü çatdırmaqla, təqsirləndirilən Təqsirləndirilən şəxs ən ağır cəza verilməsini məhkəmə heyətindən israrla xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 20 il olar ki, Gəncə şəhər Psixiatriya xəstəxanasında tibb qardaşı işləmişdir. 2017-ci ilin təxminən yanvar ayında o, Gəncə şəhəri ərazisindən hər biri 4 sot olmaqla 3 ədəd torpaq sahəsi almaq istəmiş, müvafiq torpaq sahələrindən birini oğlu Fazil Həsənov, digərini qızı Şahid4, digərini isə bacısının kürəkəni X13 üçün almaq istəmiş və göstərilən qohumlarının bir-biri ilə qonşuluqda yaşamalarını istəmişdir. Həmin zaman xatırlamadığı tanışından öyrənmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxs Gəncə şəhəri ərazisində torpaq sahəsi satışı ilə məşğul olmuşdur. O da həmin zaman Gəncə şəhəri Məhsəti qəsəbəsində yaşayan Nazimə müraciət edərək torpaq sahəsi almaq istədiyini demiş, Nazim isə ona X36 zavodu ərazisindən özünün 7 ədəd bağ evləri aldığını və həmin torpaq sahələrindən müəyyən hissəni ona zavodun ilkin sənədləri əsasında satacağını bildirmişdir. O Nazimə sonuncunun dediyi Gəncə şəhəri Avtozavod ərazisindən X36 zavoduna məxsus olmuş ərazidən qohumları üçün hər biri 4 sot sot olmaqla 3 ədəd birbirilə qonşuluqda yerləşən torpaq sahələri almaq istədiyini bildirmişdir. Nazim həmin zaman 3 ədəd müvafiq torpaq sahəsinə görə ondan 7250 manat istəmiş, o da Nazimin tələbi ilə razılaşmış, ancaq torpaq sahələrinə görə koordinatların olduğu layihə sənədinin verilməsini istəmiş, Nazim də narahat olmamağı, müvafiq koordinatların olduğu layihə sənədini də verəcəyini bildirmişdir. Bundan sonra Nazim Gəncə şəhəri Avtozavod ərazisindən X36 zavoduna məxsus olmuş ərazidən ona satacağı hər biri 4 sot sot olmaqla 3 ədəd bir-birilə qonşuluqda yerləşən torpaq sahələrini ona həmin vaxtı göstərmişdir. Təxminən 1 həftə sonra 2017-ci ilin təxminən yanvar ayında o 7250 manatı Gəncə şəhəri Məhsəti qəsəbəsində Nazimin yaşadığı evində sonuncuya vermişdir, göstərilən vaxt pulu Nazimə verəndə onun yanında qızı olmuşdur. Nazim qısa müddət ərzində torpaqların sənədlərini verəcəyini bildirmişdir. Nazim 1 ay ərzində 2017-ci ilin təxminən fevral ayının sonuna qədər ona torpaq sahələri ilə bağlı heç bir sənəd verməmişdir. 2017-ci ilin təxminən mart ayında Nazim ona zəng edərək Gəncə Psixiatriya xəstəxanası yaxınlığına gəlmiş və ona arvadı X4 adına 4 sot torpaq sahəsinə dair sərəncam və layihə sənədini vermiş, qalan torpaqların sənədlərini də 1 ay ərzində verəcəyini bildirmişdir. Təxminən 2017-ci ilin may ayında Nazim yaşadığı evində ona qohumu X13 və onun adına hər biri 4 sot torpaq sahəsi üzrə 2 ədəd layihə sənədini vermiş, ancaq həmin sənədlərdə Məharət Mustafayevin adı olsa da imza və möhürlər olmamışdır. O müvafiq layihə sənədlərində imza və möhürlərin olmadığını Nazimə dedikdə sonuncu narahat olmamağı, sənədləri sonradan imzaladıb möhürlədəcəyini bildirmiş və sənədlərin hələ ki, onda qalmasını xahiş etmişdir. O Nazimə demişdir ki, göstərilən torpaq sahəsində tikinti aparmağa başlayacaq, Nazim də demişdir ki, torpaq sahələri onundur və həmin torpaq sahələrində tikinti apara bilər. O da göstərilən torpaq sahələrinin ona məxsus olduğunu göstərmək üçün həmin torpaqlarda qazıntı işləri aparmış, göstərilən zaman torpaq sahəsinin aid olduğu ərazi üzrə icra nümayəndəsi Vüqar adlı şəxs və Rasim adlı makler torpaq sahəsini hansı səbəbdən qazdığını ondan soruşmuş, o isə torpaq sahələrinin sənədlərini onlara göstərərək torpaqları Nazimdən aldığını demişdir. Həmin zaman Nazimi torpaq sahəsinə çağırmış, orada Vüqar və Rasim torpaq sahələri ilə bağlı Nazimin ona verdiyi sənədləri araşdıracaqlarını bildirmişlər. Sonra Vüqar, Rasim və Nazim icra hakimiyyətinə getdiklərini bildirmişlər. O Nazimə həmin vaxtlar müraciət edərək onu aldatdığını bildirmiş və pulunu geri istədiyini demişdir. Nazim həmin ərəfələrdə ondan aldığı 7250 manatdan 3000 manatı onun iş yerində ona qaytarmış, qalan hissəni də qısa müddətdə qaytaracağını bildirmişdir. Ancaq Nazim onun 4250 manatını qaytarmamış, o da Nazimdən Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə şikayət etmiş, sonradan araşdırma aparılmışdır. Araşdırma zamanı Nazim təqsirləndirilən şəxs qismində cəlb olunsa da həbs olunmamış, ona vurduğu ziyanı ödəməmişdir. Bu günə qədər Nazim ona vurduğu ziyandan 4250 manatı ona ödəməmişdir. İlkin izahat və ifadələrində tam düzgün məlumat təqdim etməmiş, belə ki, pulu Nazimə verəndə ancaq qızı Xəyalə yanında olmuşdur. Torpaq sahələrinə görə bütün danışıqları Nazimlə o aparmış, X28 Hüseynovla torpaq sahəsi ilə bağlı hansısa söhbət aparmamışdır. Qüdrət də sadəcə olaraq torpaq sahəsi almaq istəmiş, bu səbəbdən o Qüdrətə də torpaq sahəsi almışdır. Qüdrətin torpağına görə Nazimə verdiyi və sonuncunun ona qaytardığı 3000 manat onun pulu olmuşdur. Qüdrət torpağa görə pulu sonradan ona verməyi planlaşdırmışdır. Şahid5 tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2017-ci ilin təxminən yanvar ayında atası Şahid3 Gəncə şəhəri ərazisindən hər biri 4 sot olmaqla 3 ədəd torpaq sahəsi almaq istəmiş, sonuncu müvafiq torpaq sahələrindən birini qardaşı Fazil Həsənov, digərini onun, digərini isə qohumu X13 üçün almaq istəmiş və göstərilən qohumlarının bir-biri ilə qonşuluqda yaşamalarını istəmişdir. Şahid3 həmin zaman xatırlamadığı tanışından öyrənmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxs Gəncə şəhəri ərazisində torpaq sahəsi satışı ilə məşğuldur. Şahid3 da həmin zaman Gəncə şəhəri Məhsəti qəsəbəsində yaşayan Nazimə müraciət edərək torpaq sahəsi almaq istədiyini demiş, Nazim isə Yaşar X25blar zavodu ərazisindən özünün 7 ədəd bağ evləri aldığını və həmin torpaq sahələrindən müəyyən hissəni zavodun ilkin sənədləri əsasında sata biləcəyini bildirmişdir. Şahid3 Nazimə sonuncunun dediyi Gəncə şəhəri Avtozavod ərazisindən X36 zavoduna məxsus olmuş ərazidən onlar üçün hər biri 4 sot olmaqla 3 ədəd bir-birilə qonşuluqda yerləşən torpaq sahələri almaq istədiyini bildirmişdir. Nazim həmin zaman 3 ədəd müvafiq torpaq sahəsinə görə atasından 7250 manat istəmiş, Şahid3 da onun tələbi ilə razılaşmış, ancaq torpaq sahələrinə görə koordinatların olduğu layihə sənədinin verilməsini istəmişdir, Nazim də narahat olmamağı, müvafiq koordinatların olduğu layihə sənədini də verəcəyini bildirmişdir. Bundan sonra Nazim Gəncə şəhəri Avtozavod ərazisindən X36 zavoduna məxsus olmuş ərazidən onlara satacağı hər biri 4 sot olmaqla 3 ədəd bir-birilə qonşuluqda yerləşən torpaq sahələrini atasına həmin vaxtı göstərmişdir. Təxminən 1 həftə sonra 2017-ci ilin təxminən yanvar ayında Şahid3 7250 manatı Gəncə şəhəri Məhsəti qəsəbəsində Nazimin yaşadığı evində sonuncuya vermiş, göstərilən vaxt pulu Nazimə verəndə Şahid3 yanında o da olmuşdur. Nazim qısa müddət ərzində torpaqların sənədlərini verəcəyini bildirmişdir. Nazim 1 ay ərzində 2017-ci ilin təxminən fevral ayının sonuna qədər onlara torpaq sahələri ilə bağlı heç bir sənəd verməmişdir. 2017-ci ilin təxminən mart ayında Nazim anası X4 adına 4 sot torpaq sahəsinə dair sərəncam və layihə sənədini Şahid3 vermiş, qalan torpaqların sənədlərini də 1 ay ərzində verəcəyini bildirmişdir. Təxminən 2017-ci ilin may ayında Nazim Şahid3 qohumları X13 və Şahid3 adına hər biri 4 sot torpaq sahəsi üzrə 2 ədəd layihə sənədini vermiş, ancaq həmin sənədlərdə Məharət Mustafayevin adı olsa da imza və möhürlər olmamışdır. Atası müvafiq layihə sənədlərində imza və möhürlərin olmadığını Nazimə dedikdə sonuncu narahat olmamağı, sənədləri sonradan imzaladıb möhürlədəcəyini bildirmiş və sənədlərin hələ ki, onda qalmasını xahiş etmişdir. Atası Nazimə demişdir ki, göstərilən torpaq sahəsində tikinti aparmağa başlayacaq, Nazim də torpaq sahələrinin onun olduğunu və həmin torpaq sahələrində tikinti apara biləcəyini bildirmişdir. Atası da göstərilən torpaq sahələrinin onlara məxsus olduğunu göstərmək üçün həmin torpaqlarda qazıntı işləri aparmış, göstərilən zaman torpaq sahəsinin aid olduğu ərazi üzrə icra nümayəndəsi Vüqar adlı şəxs və Rasim adlı makler torpaq sahəsini hansı səbəbdən qazdığını ondan soruşmuş, atası isə torpaq sahələrinin sənədlərini onlara göstərərək torpaqları Nazimdən aldığını demişdir. Həmin zaman atası Nazimi torpaq sahəsinə çağırmış, orada Vüqar və Rasim torpaq sahələri ilə bağlı Nazimin onlara verdiyi sənədləri araşdıracaqlarını bildirmişlər. Atası Nazimə həmin vaxtlar müraciət edərək onları aldatdığını bildirmiş və pulunu geri istədiyini demişdir. Nazim həmin ərəfələrdə Şahid3 aldığı 7250 manatdan 3000 manatı atasının iş yerində sonuncuya qaytarmış, qalan hissəni də qısa müddətdə qaytaracağını bildirmişdir. Ancaq Nazim 4250 manatı qaytarmamış, atası da ondan Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə şikayət etmiş, sonradan araşdırma aparılmışdır. Araşdırma zamanı Nazim təqsirləndirilən şəxs qismində cəlb olunsa da həbs olunmamış, onlara vurduğu ziyanı ödəməmişdir. Bu günə qədər Nazim onlara vurduğu ziyandan 4250 manatı ödəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2015-2019-cu illərdə Gəncə şəhəri Avtozavod yolu 2-ci küçədə yaşamış, həmin zamanlar qonşuluğunda Şahid1 yaşamışdır. Həmçinin evinin yaxınlığında digər küçədə Təqsirləndirilən şəxs yaşamış, sonuncu torpaq sahəsinin alqı-satqısı ilə məşğul olmuşdur. Təxminən 2016-cı ilin əvvəllərində o, yaşadığı evin yaxınlığında torpaq sahəsinin üzərində taxta dirəyin üzərinə torpağın satıldığı və makler nömrəsinin yazıldığını görmüşdür. Həmin zaman xatırlamadığı hansısa tanışı üçün torpaq sahəsi ilə maraqlanmaq üçün həmin nömrəyə zəng vurmuş və torpaq sahəsinin hüdudları, qiymətini soruşmuşdur. Sonra Nazim həmin torpaq sahəsinə gəlmiş və torpağın dəyərinin 3500 manat olduğunu demişdir. Ancaq tanışı həmin torpağı bəyənmədiyi üçün göstərilən torpaq sahəsini almamışdır. Sonra həmin vaxtlarda Aybəniz torpaq sahəsi almaq istədiyini ona dediyi zaman o Nazimin ona göstərdiyi torpaq sahəsini ala biləcəyini Aybənizə demiş, ancaq yerini bəyənmədiyini demişdir. Aybəniz torpaq sahəsinin dəyərinin ucuz olduğu üçün ona sərf etdiyini və torpaqla maraqlanmaq istədiyini demişdir. O da Nazimin nömrəsini Aybənizə vermiş, Aybəniz də Nazimə zəng vuraraq torpaq sahəsi ilə maraqlanmışdır. Sonra torpaq sahəsinə baxmaq üçün o, Aybəniz və Nazim həmin yerə getmiş, Nazim həmin vaxt torpaq sahəsini göstərmiş, Aybəniz də torpaq sahəsini bəyənmiş, sonra da Aybənizlə Nazim torpağın qiymətini xatırladığı qədər 3500 manata razılaşmışlar. Sonra onlar birlikdə Aybənizin evinə getmiş, orada Aybəniz 1500 manatı Nazimə vermiş, qalan hissəni isə hissə-hissə verəcəyini Nazimə demişdir. Nazim də torpağın sənədlərini qısa müddətdə verəcəyini Aybənizə demişdir. Müəyyən müddət sonra Aybəniz Nazimin telefon nömrəsinə zəng çatmadığını, habelə Nazimin torpağa dair saxta sənədləri ona verdiyini bildirmişdir. Aybəniz də Nazimdən polis orqanlarına şikayət etmişdir. Nazimdən eşitdiyi qədər sonuncu Aybənizin pulunu qaytarmışdır. Şahid1 tərəfindən Təqsirləndirilən şəxs verilmiş puldan hansısa məbləğ ona verilməmişdir. O qonşu kimi Aybənizə kömək etmək üçün Nazimin nömrəsini Aybənizə vermişdir, Nazimin Aybənizi aldatmaq niyyətinin olduğunu və sonuncuya saxta sənədlər verəcəyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 1986-2008-ci illərdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhəri üzrə ərazi idarəsində mühəndis vəzifəsində işləmiş, 2008-ci ildə öz ərizəsi əsasında işdən azad edilmişdir. Müəyyən dövr ərzində daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olmaq istəsə də göstərilən fəaliyyəti həyata keçirə bilməmişdir. Təxminən 40 il olar ki, Təqsirləndirilən şəxs qonşu kimi tanımış, yaşadığı Gəncə şəhəri, Həsənli qardaşları küçəsi yaxınlığında Nazimin mağazası olmuşdur. Nazimlə normal münasibətləri olmuşdur. Xatırlamadığı tarixdə Nazim ona müraciət edərək 2 ədəd layihə sənədini kompyuter vasitəsilə hazırlamaqda kömək etməyi ondan xahiş etmişdir. O da Nazimin dediyi məlumatları öz istifadəsində olan kompyuterdə internetdən tapdığı layihə sənədləri üzərinə işləmişdir. Həmçinin Nazim həmin zaman layihə sənədinin Gəncə şəhər İcra hakimiyyəti Memarlıq və şəhərsalma idarəsi tərəfindən imzalanıb möhürlənəcəyini, bu səbəbdən də sənədin üzərində müvafiq idarənin müdiri M.Mustafayevin adının yazılmasını xahiş etmişdir. O da müvafiq şəxsin adını da sənədin üzərində yazıb çap etmiş və Nazimə vermişdir. Həmin sənədin Nazim tərəfindən sonradan imzalanmaq, o cümlədən möhürlənmək üçün təqdim edilməyəcəyini bilməmişdir. Müvafiq sənədlərin tərtib edilib çap edilməsi üçün heç kim, o cümlədən Nazim ona hansısa məbləğdə pul verməmişdir. Nazimin ondan xahiş etdiyi müvafiq 2 sənəddən başqa hansısa sənədi tərtib edib çap etməmişdir. Müvafiq sənədləri tərtib edib çap etdiyi kompyuter artıq istifadəsin olmamış, göstərilən kompyuter yararsız hala düşdüyündən onu atmışdır. X13 və Şahid3 tanımamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş,xx.xx.2021-ci il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunmuş ********* №-li cinayət işinin materiallarından Gəncə şəhər İcra Hakimiyyəti, Gəncə şəhər Nizami və Kəpəz rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin özgəyə məxsus külli miqdarda əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmələri, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı törətmələri faktı üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.1 və 313-cü maddələri ilə xx.xx.2021ci il tarixdə ayrıca icraata ayrılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. ********* nömrəli cinayət işinin ayrıca icraata ayrılmasına səbəb və əsas X3 və X14 Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.4,312.2 və 313-cü maddələri, X5 isə CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin ibtidai istintaqının yekunlaşdırılmaqla məhkəməyə göndərilməsi, digər xüsusatlar üzrə əlavə istintaq hərəkətlərinin ayrıca icraatda aparılması zərurəti olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “cinayət işinin başlanması haqqında” qərardan görünür ki, ********** nömrəli cinayət işinin başlanmasına səbəb və əsas X21, X15 və X11 müraciəti əsasında Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı və Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsinin rəisi vəzifələrində işləmiş X1 qanunsuz əməlləri nəticəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırma zamanı toplanmış materialda cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin mövcudluğu olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2018-ci il tarixli “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” qərardan görünür ki, xx.xx.2018-ci il tarixdə Gəncə şəhər BPİ-nin İstintaq və təhqiqat idarəsinin müstəntiqi, polis mayoru X16 tərəfindən Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. ********* nömrəli cinayət işinin başlanmasına əsas və səbəb Gəncə şəhər sakini Şahid3 məxsus 6.250 manat pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən aldatma yolu ilə ələ keçirilməsi barədə müraciəti üzrə Gəncə şəhər BPİ-nin İstintaq və təhqiqat idarəsində toplanmış materialda cinayətin əlamətlərinə işarə edən kifayət qədər sübutların toplanması olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 may 2018-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Şahid3 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 30 mart 2016-cı il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Şahid1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2016-ci il tarixli “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” qərardan görünür ki, xx.xx.2016-cı il tarixdə Gəncə şəhər BPİ-nin İstintaq və təhqiqat idarəsinin müstəntiqi, polis mayoru X18 tərəfindən Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. ********* nömrəli cinayət işinin başlanmasına əsas və səbəb Gəncə şəhər sakini Şahid1 məxsus 1.500 manat pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən aldatma yolu ilə ələ keçirilməsi barədə müraciəti üzrə Gəncə şəhər BPİ-nin İstintaq və təhqiqat idarəsində toplanmış materialda cinayətin əlamətlərinə işarə edən kifayət qədər sübutların toplanması olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2016-cı il tarixli “təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.2016-cı il tarixdə Gəncə şəhər BPİ-nin İstintaq və təhqiqat idarəsinin müstəntiqi, polis mayoru X9 qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2016-cı il tarixli “təqsirləndirilən şəxs barəsində axtarış elan və iş üzrə icraatın dayandırılması haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizləndiyi üçün ona ittiham elan etmək mümkün olmamışdır. xx.xx.2016-cı il tarixdə Gəncə şəhər BPİ-nin İstintaq və təhqiqat idarəsinin müstəntiqi, polis mayoru X9 qərarı Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixdə iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, sənədlərin texniki ekspertizasının xx.xx.2016-cı il tarixli 16134 nömrəli rəyindən görünür ki, Şahid1 adına xx.xx.1994-cü il tarixli arayış, çıxarış və plan sxeminin blankları və üzərindəki möhür ştamp əksləri, arayışın, çıxarışın və plan sxemin blankları və üzərindəki möhür ştamp əksləri hər hansı bir eyni növ sənəddən texniki qurğu (skaner, fotoaparat və s.) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmişdir. Şahid1 adına xx.xx.1994-cü il tarixli arayış, çıxarış və plan sxemində olan möhür və ştamp əksləri, arayış, çıxarış və plan sxeminin üzərindəki möhür və ştamp əksləri öz aralarında eynilik təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2016-cı il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Şahid1 vurduğu ziyandan 1.150 manatı sonuncuya həmin tarixdə ödəmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, tələbnamədən görünür, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 15, 95-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2016-cı il tarixli 16170 nömrəli rəyindən görünür ki, Şahid1 adına xx.xx.1994-cü il tarixli 37 nömrəli arayışdakı əlyazmalar, “S.Daşdəmirov” soyadından əvvəl yerləşən imza, Farforist bağçılar birliyindən çıxarışdakı əlyazmalar, “Daşdəmirov Sayad İ.oğ” əlyazmalarından əvvəl yerləşən imza, plan-cizginin aşağı hissəsində olan əlyazmalar eyni şəxs – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuş və həmin sənədlərdə əlyazmanın və imzanın qəsdən dəyişdirilməklə icra olunması əlamətləri müşahidə olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, X36 Zavodunun “Farforist bağçılıq yoldaşılığı”nın torpaq sahəsinin ayrıldığı şəxsə, əsas götürülən Gəncə şəhər İcra Hakimiyyəti başçısının sərəncamının tarixi və nömrəsinə, ayrılan əraziyə, habelə arayışın tarixi və nömrəsinə dair hissələrin boş olduğu, torpaq sahəsinin ayrılması əsasları ilə bağlı digər zəruri hissələrin isə qeyd edildiyi arayışın torpaq sahəsinin Gəncə şəhər İcra Hakimiyyəti başçısının hansı tarixli və nömrəli sərəncamı əsasında ayrılması ilə bağlı hissəsinə “xx.xx.1992-ci il” və “3709” qeydlərinin, torpaq sahəsinin ayrıldığı yer hissəsinə “Avtozavod yolu” qeydlərinin, torpaq sahəsinin ölçüsü hissəsinə “400” qeydinin, o cümlədən torpaq sahəsinin sahibi hissəsinə “Şahid3” qeydlərinin, X36 Zavodunun bağçılıq yoldaşılıq cəmiyyətinin birgə iclas protokolundan çıxarışın torpaq sahəsinin ayrıldığı şəxs haqqında hissəsinin boş olduğu, torpaq sahəsinin ayrılmasının məqsədəmüvafiqliyi ilə bağlı digər zəruri hissələrin isə qeyd edildiyi çıxarışın torpaq sahəsinin kimə ayrılması hissəsinə “Şahid3” qeydlərinin, X36 Zavodunun “Farforist bağçılıq yoldaşılığı”nın ayrılmış torpaq sahəsinin sahibi hissəsinin boş olduğu, digər zəruri ölçü məlumatlarının isə göstərildiyi layihə sənədində torpaq sahəsinin sahibi hissəsinə “Şahid3” qeydlərinin, arayışın tarixi və nömrəsi hissəsinə “xx.xx.1992” və “122” qeydlərinin, X36 Zavodunun “Farforist bağçılıq yoldaşılığı”nın torpaq sahəsinin ayrıldığı şəxsə, əsas götürülən Gəncə şəhər İcra Hakimiyyəti başçısının sərəncamının tarixi və nömrəsinə, ayrılan əraziyə, habelə arayışın tarixi və nömrəsinə dair hissələrin boş olduğu, torpaq sahəsinin ayrılması əsasları ilə bağlı digər zəruri hissələrin isə qeyd edildiyi arayışın torpaq sahəsinin Gəncə şəhər İcra Hakimiyyəti başçısının hansı tarixli və nömrəli sərəncamı əsasında ayrılması ilə bağlı hissəsinə “xx.xx.1992-ci il” və “3709” qeydlərinin, torpaq sahəsinin ayrıldığı yer hissəsinə “Avtozavod yolu” qeydlərinin, torpaq sahəsinin ölçüsü hissəsinə “400” qeydinin, o cümlədən torpaq sahəsinin sahibi hissəsinə “X8” qeydlərinin, X36 Zavodunun bağçılıq yoldaşılıq cəmiyyətinin birgə iclas protokolundan çıxarışın torpaq sahəsinin ayrıldığı şəxs haqqında hissəsinin boş olduğu, torpaq sahəsinin ayrılmasının məqsədəmüvafiqliyi ilə bağlı digər zəruri hissələrin isə qeyd edildiyi çıxarışın torpaq sahəsinin kimə ayrılması hissəsinə “X8” qeydinin, X36 Zavodunun “Farforist bağçılıq yoldaşılığı”nın ayrılmış torpaq sahəsinin sahibi hissəsinin boş olduğu, digər zəruri ölçü məlumatlarının isə göstərildiyi layihə sənədində torpaq sahəsinin sahibi hissəsinə “X13” qeydlərinin, X36 Zavodunun “Farforist bağçılıq yoldaşılığı”nın torpaq sahəsinin ayrıldığı şəxsə, əsas götürülən Gəncə şəhər İcra Hakimiyyəti başçısının sərəncamının tarixi və nömrəsinə, ayrılan əraziyə, habelə arayışın tarixi və nömrəsinə dair hissələrin boş olduğu, torpaq sahəsinin ayrılması əsasları ilə bağlı digər zəruri hissələrin isə qeyd edildiyi arayışın torpaq sahəsinin sahibi hissəsinə “Şahid1” qeydinin, torpaq sahəsinin Gəncə şəhər İcra Hakimiyyəti başçısının sərəncamı əsasında ayrılması ilə bağlı hissəyə tarix və nömrə üzrə “xx.xx.1993-cü il” və “46” qeydlərinin, torpaq sahəsinin ayrıldığı yer hissəsinə “Avtozavod yolu” qeydlərinin, arayışın tarix və nömrə hissəsinə “xx.xx.1994” və “37” qeydlərinin, X36 Zavodunun bağçılıq yoldaşılıq cəmiyyətinin birgə iclas protokolundan çıxarışın torpaq sahəsinin kimə və hansı əsasla ayrıldığı haqqında hissələrin boş olduğu, torpaq sahəsinin ayrılmasının məqsədəmüvafiqliyi ilə bağlı digər zəruri hissələrin isə qeyd edildiyi çıxarışın əsasları hissəsinə “Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993cü il tarixli 08 nömrəli protokolu və X36 Zavodunun “Farforist bağçılıq yoldaşılığı”nın xx.xx.1993-cü il tarixli 02 nömrəli protokolu” qeydlərinin, o cümlədən torpaq sahəsinin sahibi hissəsinə “Şahid1” qeydinin, X36 Zavodunun “Farforist bağçılıq yoldaşılığı”nın ayrılmış torpaq sahəsinin sahibi hissəsinin boş olduğu, digər zəruri ölçü məlumatlarının isə göstərildiyi layihə sənədində torpaq sahəsinin sahibi hissəsinə “Şahid1” qeydlərinin diyircəkli qələmlə yazılaraq hazırlandığı görünür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma idarəsinin Şahid3 və X6 barəsində tərtib edilmiş möhürsüz və imzasız layihə sənədlərindən həmin sənədlərin koordinatları göstərilməyən yaşayış evlərinə aid ölçü məlumatlarını ehtiva etdiyi görünür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma idarəsinin X4 adına bağ evinin layihələndirilməsi haqqında 2017-ci il tarixli eskiz layihəsindən həmin layihənin guya sonuncuya məxsus olan ancaq koordinatları göstərilməyən yaşayış evinə aid ölçü məlumatlarını ehtiva etdiyi görünür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “X36” ASC-nin xx.xx.2016-cı il tarixli 128 nömrəli məktubundan görünür ki, Şahid3 və Şahid1 heş vaxt “X36” ASC-də işləməmiş, bu səbəbdən də həmin şəxslərə torpaq sahələri ayrılmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 may 2018-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə saat 18:10-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2018-ci il tarixli “cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Gəncə şəhər BPİ-nin İstintaq və təhqiqat idarəsinin baş müstəntiqi, polis mayoru X7 xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək icraata qəbul edilmiş və göstərilən cinayət işi ilə həmin Məcəllənin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilərək istintaq ********* nömrə altında Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə aparılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2018-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin İstintaq və təhqiqat idarəsinin baş müstəntiqi, polis mayoru X16 tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, məhkəmə iclas zalından dərhal azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2018-ci il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-sənədlərin texniki ekspertizasının xx.xx.2018-ci il tarixli 13741/14669 nömrəli rəyindən görünür ki, Şahid3 adına xx.xx.1992-ci il tarixli 121 saylı arayış, xx.xx.1992-ci il tarixli iclas protokolundan çıxarış və evin cizgi planı, X6 adına xx.xx.1992-ci il tarixli 122 saylı arayış, xx.xx.1992-ci il tarixli iclas protokolundan çıxarış və evin cizgi planı elektrofotoqrafik çoxaldıcı çap qurğuda (surətçıxaran, lazer printer və s.) hazırlanmışdır. Qeyd edilmiş sənədlərdə olan möhür və ştamp əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Şahid3 adına xx.xx.1992-ci il tarixli 121 saylı arayış, xx.xx.1992-ci il tarixli iclas protokolundan çıxarış və evin cizgi planı, X6 adına xx.xx.1992-ci il tarixli 122 saylı arayış, xx.xx.1992-ci il tarixli iclas protokolundan çıxarış və evin cizgi planında olan möhür və ştamp əksləri öz aralarında eynilik təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2018-ci il tarixli 14668 nömrəli rəyindən görünür ki, Şahid3 adına xx.xx.1992-ci il tarixli 121 saylı arayışdakı, xx.xx.1992-ci il tarixli iclas protokolundan çıxarışdakı, plan-cizginin aşağı hissəsində olan, X6 adına xx.xx.1992ci il tarixli 122 saylı arayışdakı, xx.xx.1992-ci il tarixli iclas protokolundan çıxarışdakı, plancizginin aşağı hissəsində olan əlyazmalar eyni şəxs tərəfindən icra olunmuşdur. Şahid3 adına olan xx.xx.1992-ci il tarixli 121 saylı arayışda “S.Daşdəmirov” soyadından əvvəl yerləşən, xx.xx.1992-ci il tarixli iclas protokolundan çıxarışda “Daşdəmirov.S” soyadından əvvəl yerləşən, plan-cizginin aşağı hissəsində olan, X6 adına xx.xx.1992-ci il tarixli 122 saylı arayışda “S.Daşdəmirov” soyadından əvvəl yerləşən, xx.xx.1992-ci il tarixli iclas protokolundan çıxarışda “Daşdəmirov.S” soyadından əvvəl yerləşən, plan-cizginin aşağı hissəsində olan imzalar eyni şəxs tərəfindən icra olunmuşdur. Müvafiq qrafalarda olan əlyazmalar və imzalar Təqsirləndirilən şəxs tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2018-ci il tarixli “cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində Gəncə şəhər İcra Hakimiyyəti, Gəncə şəhər Nizami və Kəpəz rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri barəsində cinayət işinin istintaqı aparıldığından xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi istintaqının davam etdirilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmiş və həmin tarixdə Baş İdarənin İstintaq idarəsinin sabiq mühüm işlər üzrə müstəntiqi, İ dərəcəli hüquqşünas X19 tərəfindən icraata qəbul edilərək istintaqı aparılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2018-ci il tarixli “cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Baş İdarənin İstintaq idarəsinin sabiq mühüm işlər üzrə müstəntiqi, İ dərəcəli hüquqşünas X10 xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi həmin Məcəllənin 178.3.2 və 308.1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilərək sonuncu nömrə altında Azərbaycan Respublikası CM-nin 178.3.2 və 308.1-ci maddələri ilə istintaqı aparılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2020-ci il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, 20 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmış icraat 11 yanvar 2022-ci il tarixdə CPM-nin 279.1-ci maddəsinə əsasən tərəfimdən təzələnmiş və iş icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, 11 yanvar 2022-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.1 və 313-cü maddələrindən həmin Məcəllənin 178.2.2, 178.2.4, 32.4,312.2, 32.5,313 və 320.1ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “üzləşdirmə aparılması haqqında” protokoldan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, üzləşdirmə zamanı Şahid3 istintaqa verdiyi ifadəsini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini ifşa etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlləri nəticəsində və ziyan vurulduğu müəyyən edildiyindən istintaqın ilkin mərhələsində sonuncular zərər çəkmiş şəxs qismində tanınmış, xx.xx.2022ci il tarixli qərar ilə Şahid3 və Şahid1 zərər çəkmiş şəxs qismində qalmaları üçün əsasların olmadığı müəyyən edildiyindən onların iş üzrə zərər çəkmiş şəxs qismində iştiraklarına xitam verilmişdir. Şahid1 barədə X36 Zavodunun “Farforist bağçılıq yoldaşılığı”nın xx.xx.1994-cü il tarixli 37 nömrəli arayışının əsli, eyni tarixli və məzmunlu X36 Zavodunun bağçılıq yoldaşılıq cəmiyyətinin birgə iclas protokolundan çıxarışı və layihə sənədinin əsli, Şahid3 barədə X36 Zavodunun “Farforist bağçılıq yoldaşılığı”nın xx.xx.1992-ci il tarixli 121 nömrəli arayışının əsli, eyni tarixli və məzmunlu X36 Zavodunun bağçılıq yoldaşılıq cəmiyyətinin birgə iclas protokolundan çıxarışı və layihə sənədinin əsli, X13 barədə X36 Zavodunun “Farforist bağçılıq yoldaşılığı”nın xx.xx.1992-ci il tarixli 122 nömrəli arayışının əsli, eyni tarixli və məzmunlu X36 Zavodunun bağçılıq yoldaşılıq cəmiyyətinin birgə iclas protokolundan çıxarışı və layihə sənədinin əsli, Gəncə şəhəri İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma idarəsinin Şahid3 və X6 barəsində tərtib edilmiş möhürsüz və imzasız layihə sənədlərinin əsli, Gəncə şəhəri İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma idarəsinin X4 adına bağ evinin layihələndirilməsi haqqında 2017-ci il tarixli eskiz layihəsinin surəti maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 22 yanvar 2022-ci il tarixdə cinayət işinin materiallarından Gəncə şəhər İcra Hakimiyyəti, Gəncə şəhər Nizami və Kəpəz rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin özgəyə məxsus külli miqdarda əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmələri, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı törətmələri faktı üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.1 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış və icraata qəbul edilərək ibtidai istintaq davam etdirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şahid1 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 32.4, 312.2, 32.5, 313 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasını məhkəmədən xahiş edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şahid3 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 32.4, 312.2, 32.5, 313 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasını və Təqsirləndirilən şəxs ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində 3 torpaq sahəsi ilə bağlı Şahid3la 6.250 manat müqabilində razılaşdığı, torpaq sahələrindən birinin sonuncuya təqdim edilə bilmədiyi üçün həmin puldan 2.000 manatı sonuncuya qaytardığı, digər torpaq sahəsi üzrə qanuni sənədini Rasim vasitəsilə alıb verdiyi, üçüncü torpaq sahəsinin Şahid3 olduğu, bu baxımdan sonuncuya hansısa məbləğ ödəməli olmadığına dair ifadəsində göstərdikləri xüsusatlar iş materiallarında olan danılmaz sübutlarla (ibtidai araşdırma materialları, ekspertiza rəyləri, maddi sübutlar, ifadələr və.s) tam təkzib olunur. Odur ki, məhkəmə sözügedən xüsusatlara tənqidi yanaşaraq həmin xüsusatları məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir. Beləliklə məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 32.4, 312.2, 32.5, 313 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və yuxarıda qeyd olunan cinayət hadisələri məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidirlər. Odur ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinməli və cəzalanmalı, ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 313 və 320.1-ci maddələri ilə təqsirli bilinməli, Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə və xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 313 və 320.1-ci maddələri böyük ictimai təhlükə törətməyən kateqoriyasına aid olduğundan və sözügedən cinayət əməllərinin törədilməsindən 2 ildən artıq keçdiyindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün cinayət cəzasına məruz qala bilməzlər. Həmçinin təqsirəndirilən şəxs həmin maddələrlə özünü təqsirli bilmədiyi və barəsində olan cinayət təqibinə xitam verilməsilə bağlı müraciət etmədiyi üçün məhkəmə Cinayət Məcəlləsinin 32.5, 313 və 320.1-ci maddələri ilə verilmiş ittiham üzrə cinayət təqibinə xitam verə bilməz. Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda, yəni cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Odur ki, Təqsirləndirilən şəxs qeyd olunan əmələ görə təqsirli bilinsə də ona Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətmiş olduqları cinayələrin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Təqsirləndirilən Təqsirləndirilən şəxs vurulmuş ziyanın qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasnı yüngülləşdirən hal hesab edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halın olmaması isə nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə əsaslar yoxdur. Həmçinin Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə zalından həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, Təqsirləndirilən şəxs 01 may 2018-ci il tarixdən 03 may 2018-ci il tarixədək bu iş üzrə cəmi 2 gün həbsdə saxlandığı müddət, ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməli və çəzaçəkmənin əvvəli tutulduğu 23 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1, 56.1.2-ci maddələrinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət ağır olduğundan və o, belə cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğundan onlara təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinin tələblərini rəhbər tutub hesab edir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın məqsədinə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) nail olunması üçün onlara əsas cəza ilə yanaşı müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinetmə yolu ilə vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Belə olan halda, həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən qeyd edilən cəza növü əlavə cəza kimi bir ildən üç ilədək müddətə təyin edilir. Məhkəmənin gəldiyi nəticə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli Qərarının tələbləri baxımından da əsaslıdır. Belə ki, qeyd edilən qərarda birmənalı göstərilmişdir ki, müəyyən vəzifə tutma hüququndan məhrum etmə əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinin tələbinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə məhkəmə ekspertizalarının cəmi 454 manat 52 qəpik xərci vardır və həmin xərc Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən şəxsin maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödəniləməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, cinayət işinin materiallarına əlavə olunmuş Şahid1 barədə X36 Zavodunun “Farforist bağçılıq yoldaşılığı”nın xx.xx.1994-cü il tarixli 37 nömrəli arayışının əsli, eyni tarixli və məzmunlu X36 Zavodunun bağçılıq yoldaşılıq cəmiyyətinin birgə iclas protokolundan çıxarışı və layihə sənədinin əsli, Şahid3 barədə X36 Zavodunun “Farforist bağçılıq yoldaşılığı”nın xx.xx.1992-ci il tarixli 121 nömrəli arayışının əsli, eyni tarixli və məzmunlu X36 Zavodunun bağçılıq yoldaşılıq cəmiyyətinin birgə iclas protokolundan çıxarışı və layihə sənədinin əsli, X13 barədə X36 Zavodunun “Farforist bağçılıq yoldaşılığı”nın xx.xx.1992-ci il tarixli 122 nömrəli arayışının əsli, eyni tarixli və məzmunlu X36 Zavodunun bağçılıq yoldaşılıq cəmiyyətinin birgə iclas protokolundan çıxarışı və layihə sənədinin əsli, Gəncə şəhəri İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma idarəsinin Şahid3 və X6 barəsində tərtib edilmiş möhürsüz və imzasız layihə sənədlərinin əsli, Gəncə şəhəri İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma idarəsinin X4 adına bağ evinin layihələndirilməsi haqqında 2017-ci il tarixli eskiz layihəsinin surəti maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılır. Odur ki, cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut olan Şahid1 barədə X36 Zavodunun “Farforist bağçılıq yoldaşılığı”nın xx.xx.1994-cü il tarixli 37 nömrəli arayışının əsli, eyni tarixli və məzmunlu X36 Zavodunun bağçılıq yoldaşılıq cəmiyyətinin birgə iclas protokolundan çıxarışı və layihə sənədinin əsli, Şahid3 barədə X36 Zavodunun “Farforist bağçılıq yoldaşılığı”nın xx.xx.1992-ci il tarixli 121 nömrəli arayışının əsli, eyni tarixli və məzmunlu X36 Zavodunun bağçılıq yoldaşılıq cəmiyyətinin birgə iclas protokolundan çıxarışı və layihə sənədinin əsli, X13 barədə X36 Zavodunun “Farforist bağçılıq yoldaşılığı”nın xx.xx.1992-ci il tarixli 122 nömrəli arayışının əsli, eyni tarixli və məzmunlu X36 Zavodunun bağçılıq yoldaşılıq cəmiyyətinin birgə iclas protokolundan çıxarışı və layihə sənədinin əsli, Gəncə şəhəri İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma idarəsinin Şahid3 və X6 barəsində tərtib edilmiş möhürsüz və imzasız layihə sənədlərinin əsli, Gəncə şəhəri İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma idarəsinin X4 adına bağ evinin layihələndirilməsi haqqında 2017-ci il tarixli eskiz layihəsinin surəti cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 32.4, 312.2, 32.5, 313 və 320.1-ci maddələri ilə təqsirli bilinsin. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 313 və 320.1-ci maddələri ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsi tətbiq edilməklə 2 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsi tətbiq edilməklə 2 il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilən əsas və əlavə cəzalar qismən toplanmaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 3 il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 01 may 2018-ci il tarixdən 03 may 2018-ci il tarixədək bu iş üzrə cəmi 2 gün həbsdə saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablamaqla, üzərində qəti olaraq 3 il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 5 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı tutulduğu tarixdən, yəni 23 sentyabr 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan Şahid1 barədə X36 Zavodunun “Farforist bağçılıq yoldaşılığı”nın xx.xx.1994-cü il tarixli 37 nömrəli arayışının əsli, eyni tarixli və məzmunlu X36 Zavodunun bağçılıq yoldaşılıq cəmiyyətinin birgə iclas protokolundan çıxarışı və layihə sənədinin əsli, Şahid3 barədə X36 Zavodunun “Farforist bağçılıq yoldaşılığı”nın xx.xx.1992-ci il tarixli 121 nömrəli arayışının əsli, eyni tarixli və məzmunlu X36 Zavodunun bağçılıq yoldaşılıq cəmiyyətinin birgə iclas protokolundan çıxarışı və layihə sənədinin əsli, X13 barədə X36 Zavodunun “Farforist bağçılıq yoldaşılığı”nın xx.xx.1992-ci il tarixli 122 nömrəli arayışının əsli, eyni tarixli və məzmunlu X36 Zavodunun bağçılıq yoldaşılıq cəmiyyətinin birgə iclas protokolundan çıxarışı və layihə sənədinin əsli, Gəncə şəhəri İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma idarəsinin Şahid3 və X6 barəsində tərtib edilmiş möhürsüz və imzasız layihə sənədlərinin əsli, Gəncə şəhəri İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma idarəsinin X4 adına bağ evinin layihələndirilməsi haqqında 2017-ci il tarixli eskiz layihəsinin surəti cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 454 manat 52 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar