Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-210/2025 11.06.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlu (sədrlik edən), hakimlər Məmmədov Abdulla Elşad oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, X1 məhəkəmə iclas katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş məhkumluğu ödənilməmiş, işsiz, İsmayıllı rayonu, İstisu kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, 4-cü mikrorayon, 2 saylı yataqxana 155-156 saylı otaqda qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azarbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığıa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 13 iyul 2023-cü il tarixdə saat 01 radələrində Gəncə şəhəri, Süleyman Tağızadə küçəsində yerləşən “köhnə qəbirstanlıq” adlanan ərazidə tanışı Zərərçəkmiş şəxs ona verdiyi 70 manat borcunu geri istəməsi zamanı aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı o, üzərində gəzdirdiyi əldə edilməsi mümkün olmayan kəsici-deşici alətlə Zərərçəkmiş şəxs döş qəfəsinin sol arxa səthinə bir dəfə qəsdən zərbə vuraraq sonuncunun döş qəfəsinin sol yarısının arxa səthinin daxilə keçən sol ağciyərin zədələnməsi, hemopnevmotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası xəsarəti yetirərək insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.2.4-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, yalnız həmin məcəllənin 126.1-ci maddəsi ilə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, hadisə vaxtı o özünü müdafiə etmişdir. Vəli onun dostu olmuş onların hər günü bir keçmişdir. Aralarında anlaşılmazlıq olmuşdur. Vəli yaş baxımından ondan kiçik olmuşdur. O Vəlidən ehtiyacı olduğu üçün 70 manat pul almış və həmin məbləğin yaxın müddətdə qaytarılmasını Vəliyə vəd vermişdir. Vəli ondan pulunu istəmiş, o isə onu evə düşürməyini Vəlidən xahiş etmişdir. O evə çatan zaman onun evinin qarşısında Vəli ilə onun arasında narazılıq və yüngül səs-küy olmuşdur. Həmin vaxt o, Vəliyə “niyə səs-küy salırsan sabah söhbət edərik” demişdir. Bundan sonra Vəli ona “otur maşına gedək Dalğa marketin yanına” demiş və onlar həmin ərziyə getmişlər. Ora gedən zaman onun xalası oğlu Novruz da həmin əraziyə gəlmişdir. Həmin ərazidə onların arasında mübahisə olmuşdur. Vəli ona “gəl otur maşına gedək söhbət edək” demişdir. O avtomobilə əyləşmiş və onlar qəbirstanlıq adlanan əraziyə gəlmişlər. O avtomobildən düşən zaman onun xalası oğlu da ora gəlmişdir. O xalası oğluna məsələni izah etmək istəmişdir. Həmin vaxt Vəli onu yumruqla vurmuş və o yerə yıxılmış, xəsarətlər almışdır. O yerdə olarkən Vəli onu təpik və yumruqla vurmuşdur. Həmin vaxt onun xalası oğlu Novruz onları aralamışdır. Aralanan zaman o, Vəlinin əlini belinə aparmasını görmüş və Vəlinin onu bıçaqla vurmaq istədiyni düşünmüşdür . Bundan sonra o özünü müdafiə etmək üçün bıçaqla Vəliyə xəsarət yetirmişdir. O qəsdən Vəlinin hər hansı bir nahiyyəsinə vurmaq istəməmiş, sadəcə olaraq əlindəki bıçaqı fırlayan zaman Vəli xəsarət almışdır. O Vəliyə xəsarət yetirdikdən sonra həmin ərazidən qaçmamışdır. Həmin vaxt hadisə yerində 2 avtomobil olmuşdur. Hər iki avtomobil «Opel Astra» markalı avtomobillər olmuşdur. Onun xalası oğlu Novruz Vəlini onun öz avtomobilinə əyləşdirmrişdir. O isə xalası oğlu Novruzun avtomobilinə əyləşmişdir. Avtomobili Nurlan idarə etmişdir. Nurlan onu evlərinin yanında düşürmüşdür. Həmin vaxt onun üst-başı bulaşıq olmuş, həmçinin onun paltarı üzərində qan ləkələri olmuşdur. Davadalaş zamanı o da xəsarət almışdır. O Vəlinin səhhəti ilə bağlı onunla əlaqə saxlamışdır. Vəli xəstəxanadan çıxdıqdan sonra onlar yenə də bir yerdə olmuşlar. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o hadisə vaxtı yüngül xəsarət almışdır. Xəyal onun dostudur, uşaqlıqdan bir yerdə böyümüşlər. Halisə onun günahından baş vermişdir.Belə ki, o Xəyalı qəbirtanlığa aparmış, orada mübahisə baş vermişdir. Mübahisə pul üstnüdə olmuşdur. O Xəyala 70 manat pul vermiş və 3-4 ay sonra pulunu istəmişdir. O isə verəcəyini demişdir. Lakin 1-2 gün keçməsinə baxmayaraq qaytarmamışdır. Həmin pulun üstündə mübahisə baş vermişdir. O, Xəyalı erməni qəbirstanlığına aparmış və həmin vaxt Xəyalı vurmuşdur. O belindəki kəmərini düzəldən zaman Xəyal onu bıçaqla vurmaq istədiyini zənn etdiyindən onu bıçaqla onu vurmuş və xəsarət almışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış,ona qarşı heç bir şikayəti və iddiası yoxdur, ona dəymiş ziyan ödənilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun xalası oğludur. O öz avtomobili ilə hərəkətdə olan zaman “Dədəmin apteki” adlanan ərazidən keçən zaman Xəyal Salamnovu və Zərərçəkmiş şəxs görmüşdür. Həmin vaxt o avtomobili əyləmiş, lakin onlar hər ikisi avtomobili idarə edərək həmin ərazidən uzaqlaşmışlar. O avtomobildən düşmüş və orada olan digər şəxslər ona Xəyal və Məhəddinin mübahisə etdiklərini və dalaşmaq üçün getdiklərini ona demişlər. Sonra onlar “X5” adlanan yerin arxa hissəsinə getmişlər. O həmin əraziyə Xəyal və Məhəddindən əvvəl çatmışdır. O onların qaqşısını avtomobillə kəsmiş və avtomobildən düşərək Xəyal ilə söhbət etmək istəmişdir. Həmin vaxt Məhəddin Xəyalı yumruqla vurmuşdur. Xəyal isə yerə yıxılmışdır. Məhəddin də həmin vaxt Xəyalın üzərinə yıxılmışdır. Onlar Xəyal və Məhəddini aralamışlar. Xəyalı digər şəxslər, Məhəddini isə o tutaraq saxlamışdır. Həmin vaxt onun yanından nəsə keçməsini görmüş və Xəyal Məhəddini bıçaqla vurmuşdur. Bundan sonra o,Məhəddini avtomobilə əyləşdirərək 3 nömrəli xəstəxanaya aparmışdır. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə günü o,Məhəddin və Röyal bir yerdə olmuşlar. O başqa yerə getməklərini təklif etmişdir. X2 arasında mübahisə baş vermişdir. Onlar isə sakitləşdirməyə çalışmışlar. Bundan sonra Məhəddinlə Xəyal mübahisəni davam etdirmək üçün “X5” adlanan yerin arxa hissəsinə getmişlər. Onlar həmin ərazidə də onları sakitləşdirməyə çalışmışlar. Həmin yerdə Məhəddin Xəyalı yerə yxınmışdır. Bundan sonra Xəyal Məhəddini bıçaqla vurmuşdur. Həmin vaxt Novruz Məhəddini xəstəxanaya aparmışdır. Sonra Xəyal gəlmiş və peşman olmasını bildirmişdir. Xəyal ondan Məhəddinin ölüb-ölməməsini soruşmuş o isə bilmədiyni demişdir. Daha sonra onun Xəyalla mübahisəsi düşmşüdür. Xəyal həmin vaxt avtomobildən düşərək getmişdir. O isə xəstəxanaya Məhəddinin yanına getmişdir. Məhkəmə tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(125)-469/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay 17 (on yeddi) gün müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və “həbs” etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. 14 iyul 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi Gəncə şəhəri, Süleyman Tağızadə küçəsinə - hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. İfadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsinə dair ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması aparılmış və Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli “üzləşdirmə”protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini təsdiq edərək həmin xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Məhkəmə-tibb ekspertizasının 09 avqust 2023-cü il tarixli 1239 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – döş qəfəsinin sol yarısının arxa səthinin daxilə keçən sol ağciyərinin zədələnməsi, hemopnevmotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yaralanması deşici-kəsici əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti 13 iyul 2023-cü il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid edilir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 1471 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində sağ əlin İİ barmağının arxa səthində bir ədəd çapıq toxuması müəyyən edilmişdir.Təqsirləndirilən şəxs ekspertizaya gec müraciət etdiyindən və həmin xəsarət barədə ilkin tibbi sənədlər olmadığından çapığın əmələ gəlmə mexanizmini, müddətini müəyyən etmək mümkün deyildir. Kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 21 noyabr 2023-cü il tarixli 730 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da, heç bir psixi xəstəlikdən əziyyət çəkmir.Təqsirləndirilən şəxs hadisə zamanı və hal-hazırda hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni Anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22 ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda da, öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arasında konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi psixoloji xüsusiyyətlərə malikdir. Cinayət əməlini törədərkən əsəbi emosional vəziyyətdə olmuşdur. Həmin vəziyyətin yaranma səbəblərindən biri zərərçəkmişlə aralarında olan mübahisə ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs başqa onların yanında tanışları Şahid1, Şahid2 və Şahid3 olmuşdur, hadisəni ətrafda kənar şəxslər görməmiş, hadisəsinin törədilməsində Təqsirləndirilən şəxs heç kəs köməklik göstərməmişdir.Şəhər ərazisində Təqsirləndirilən şəxs baş vermiş digər cinayətlərdə iştirak edib-etməməsi və eyni zamanda cinayətin predmeti olmuş bıçağın yerini müəyyən etmək mümkün olmamışdır. Həmçinin qeyd olunan ərazidə müşahidə kameraları olmamışdır. Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinə ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ona yumruqla xəsarət yetirməsi ilə bağlı heç bir şikayəti və tələbi yoxdur. Gəncə şəhər rayonlararası Psixo-Nevroloji dispanserindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.09 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayon məhkəməsinin qərarı ilə 27 gün vaxtından əvvəl şərti azad edilmişdir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, o Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Bununla belə məhkəmə kollegiyası tövsiflə razılaşmayaraq Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsinin tərkibi olması qənaətinə gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Konstitusiya Məhkəməsinin Plenumunun“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. İstintaq orqanı Təqsirləndirilən şəxs hadisəni xuliqanlıq niyyəti ilə törətməsinə dair heç bir sübut toplamamış, eləcə də təqsirləndirlən şəxslə zərəçəkmiş şəxsin arasında uzun müddət münaqişə olmasını nəzərə almayaraq, təqsirləndirilən şəxs Xəyal Salamnovun əməlini Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsindən əsassız və yalnış olaraq həmin Məcəllənin 126.2.4-cü maddəsinə tövsif etmiş və onun əməlinin hansı sübutlara əsasən nə üçün belə tövsif edilməsi əsaslandırılmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki hallarından görünür ki, tərəflərin arasında 13 iyul 2023-cü il tarixdə saat 01 radələrində Gəncə şəhəri, Süleyman Tağızadə küçəsində yerləşən “köhnə qəbirstanlıq” adlanan ərazidə tanışı Zərərçəkmiş şəxs ona verdiyi 70 manat borcunu Zərərçəkmiş şəxs geri istəməsini nəticəsində olmuşdur. Qeyd olunan hadisədən sonra da tərəflər arasında münasibətlər gərgin olaraq qalmış, onların arasında mübahisələr davam etmiş, zərərçəkmiş şəxsin təkidi ilə təqsirləndirilən şəxs və zərəçəkmiş şəxs «qəbirstanlıq» deyilən əraziyə gəlmişlər, həmin ərazidə zəzərəçəkmiş şəxs təqsirləndirilən şəxsi vurduğundan mübahisə davam etmiş və zərərçəkmiş şəxs əlini belinə apardığından təqirləndirilən şəxs zərərçəkmiş şəxsin onu bıçaqla vuracağını zənn etdiyindən zərərçəkmişi bıçaqla vuraraq ona xəsarət yetirdiyindən məlum cinayət hadisəsini törətmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hadisənin törədilməsinə dair irəli sürdüyü dəlilər şəxsi xarakterli konkret səbəb kimi qəbul edilməli, ağlabatan kimi qəbul edilməli olan subyektiv qiymətləndirmə hesab olunmalı, o cümlədən təqsirləndirilən şəxsin kriminal davranışının məhz zərərçəkmiş şəxsin hərəkətlərindən törəyən konkret səbəb kimi də dəyərləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən xuliqanlıq niyyətinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenumun qərarlarında verilmiş təfsirlərdən çıxış edərək hesab edir ki, “xuliqanlıq cinayətinin, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərərvurmanın subyektiv cəhətinin mütləq şərti kimi çıxış edən xuliqanlıq motivi və onun əsasını təşkil edən hallar şəxsin ictimai qayda, ümumi qəbuledilmiş davranış modeli ilə bağlı olan dəyərləri dərk etməsini və bilərəkdən (qəsdən) bu dəyərlərə qarşı etinasızlıq göstərməsini, yəni kifayət qədər mürəkkəb məzmuna malik olan həmin dəyərlərin və onların pozuntularının şəxsin şüuru ilə əhatə olunmasını ehtiva edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilmədiyini göstərmiş, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun ifadə kimi qiymətləndirərək sübut kimi qəbul edir. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının 3cü bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən şəxsi münasibətlər zəmnində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində sağlamlığa zərər vurma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadəedən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərəf vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3cümaddələri ilə tövsif edilməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək).İstinad olunan Qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstəfmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv, əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Əməlin xuliqanlıq niyyəti ilə törədilməsi üçün şəxsin hərəkətlərində dispozisiyanın şərti mövcud olmalı, yəni şəxsin hərəkətləri mütləq ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərin edilməsinə yönəlməlidir. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət prosessual Qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin əlamətləri olmadığından onun əməli Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və digər sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsə cəza təyin edərkən, həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun şəxsiyyətini, müsbət xarakterizə olunmasını, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsini 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayətin təhlükəli residivinin mövcudluğu onun məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.09 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayon məhkəməsinin qərarı ilə 27 gün vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikasının CM-nin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs sözügedən cinayət hadisəsini törətməsi təsnifata görə ağır cinayətlər qrupuna aiddir. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə təhlükəli residiv sayılır. Təqsirləndirilən şəxs əvvələr məhkumuluğunun ödənilməsi üçün qanunda nəzərdə müddət keçmədən yenidən qəsdən ağır cinayət törətməsi, cinayətin təhlükəli residivini yaradır. Məhəkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs cinayətin təhlükəli residivi nəzərə alınmaqla cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası yuxarıda şərh olunan yüngülləşdirici halları nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 17 sentyabr 2023-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 300 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 17 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-210/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-210/2025
11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver