Məhkəmə qərarları › İş №1(100)-211/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-211/2022

06.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-211/2022 06.05.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən), hakimlər Əliyev Nural Turab oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi–Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1951-ci ildə Samux rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3, 234.2 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış istintaqa dəqiq məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq narkotik tərkibli çətənə(kannabis) bitkisinin toxumlarını əldə edib saxlamış, 2021-ci ilin mart ayında sayı istintaqa məlum olmayan həmin toxumları yaşadığı ünvan 3 ünvanında yerləşən evin həyətyanı sahəsində qanunsuz olaraq dibçəklərdə və torpaqda əkmiş və həmin toxumlardan əmələ gəlmiş külli miqdar təşkil edən, yəni, ümumi sayı 66 ədəd olan çətənə (kannabis) bitkilərini ayrı-ayrılıqda aqrotexniki qaydada qulluq göstərməklə əkib yetişdirərək kultivatsiya etmiş, kultivasiya etdiyi çətənə kollarından yığılmış şəxsi istehlak miqdarından artıq miqdarda 480 qram çəkidə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq hazırlayaraq əldə edib yaşadığı evin həyətyanı sahəsində yerləşən yarımtikilidə saxlamış,Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinə onun barəsində qanunsuz olaraq narkotik vasitələri satış məqsədilə əldə etməsi, saxlaması, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 03 avqust 2021-ci il tarixdə saat 16 radələrində onun yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evin həyətyanı sahəsindən dibçəklərdə və torpaqda ayrı-ayrılıqda əkilmiş külli miqdar təşkil edən, yəni, ümumi sayı 66 ədəd olan çətənə (kannabis) bitkiləri, həmçinin evin həyətyanı sahəsində yerləşən yarımtikilidən 1 ədəd karton qutuda təmiz çəkisi 480 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 1 ədəd 198472 nömrəli, keçmiş SSRİ dövlətində, 1981-ci ildə silah zavodunda istehsal olunmuş, AK-74 modelli,“Kalaşnikov” konstruksiyalı, 5,45 mm kalibrli, saz və atəşə yararlı yivli odlu silah olan avtomatı, 30 ədəd 5,45x39 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hisəsi olan, saz və istifadə üçün yararlı 03 ədəd darağı və keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı olan, döyüş sursatı hesab edilən 1088 ədəd ştat patronunu əldə edərək yaşadığı evdə daşıyıb saxlamış, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinə onun qanunsuz olaraq odlu silahı yaşadığı evdə saxlaması barədə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 03 avqust 2021-ci il saat 18 radələrində onun yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evin qonaq otağında yerləşən dolabın alt siyirməsindən 1 ədəd 198472 nömrəli, keçmiş SSRİ dövlətində, 1981-ci ildə silah zavodunda istehsal olunmuş, AK-74 modelli,“Kalaşnikov” konstruksiyalı, 5,45 mm kalibrli, saz və atəşə yararlı, yivli odlu silah olan avtomatı, 30 ədəd 5,45x39 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hisəsi olan, saz və istifadə üçün yararlı 03 ədəd darağı və keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı olan, döyüş sursatı hesab edilən 1088 ədəd ştat patronu aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 237.2.3, 234.2 və 228.1-ci maddələri ilə elаn edilmiş ittihаm üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir.Əvvəllər X5 işləyib. Belə ki, 1980-ci ildən 1988-ci ilə qədər Gəncə şəhər polis idarəsində müstəntiq vəzifəsində işləmiş, 1992-ci ildə isə təqaüdə çıxmışdır.Təxminən 20 il ərzində narkotik vasitə olan marixuanadan istifadə etmişdir. 03 avqust 2021-ci il tarixdə saat 15 radələrində yaşadığı evin qarşısında olan zaman üç nəfər mülki geyimli şəxsin ona yaxınlaşdığını görmüşdür. Onlar xidməti vəsiqələrini ona nümayiş etdirib, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Onu barəsində olan əməliyyat-axtarış tədbirləri haqqında qərarla tanış edərək qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasında, narkotik vasitələrin qanunsuz alqı-satqısında, saxlanılmasında və istifadə edilməsində şübhəli olduğunu bildirərək ünvanına baxış keçirilməsi zərurətinin olduğunu söyləmişlər. Sonra polis əməkdaşları ona onlarla birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinə getməli olduğunu bildirmişlər. O da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Sonra polis əməkdaşları xidməti avtomobilləri ilə onu Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin inzibati binasına aparmışlar. İdarənin inzibati binasında xidməti iş otağında hüquqlаrının müdаfiə оlunmаsı üçün müdаfiəçi ilə təmin оlunmаğındаn ötrü ona müdаfiəçilərin siyаhısı təqdim edilmiş və bildirilmişdir ki, həmin müdаfiəçilərdən kimi istəyərsə sеçə bilər, əgər sеçməkdə tərəddüd еdərsə həmin gün növbətçi vəkilin yаrdımındаn istifаdə еdə bilər. O, təqdim оlunmuş vəkillərin siyаhısındаn X8 оğlunu hüquqlаrının dövlət hеsаbınа müdаfiə оlunmаsı üçün sеçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdаfiəçi X8 оğlu dəvət оlunаrаq ona təqdim еdilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. O, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Verilən suallara cavab olaraq o, bildirmişdir ki, yaşadığı evin həyətyanı sahəsində və yarımtikilidə çətənə kolları əkmiş və bundan başqa narkotik vasitə olan qurudulmuş marixuana saxlayır. Sonra o, yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyi barədə ərizə ilə müraciət etmişdir. Eyni zamanda aqronom da dəvət edilmişdir.Sonra onu yaşadığı evin həyətinə aparmışlar. Videoçəkiliş altında o, polis əməkdaşlarını yaşadığı evin həyətyanı sahəsinə aparmışdır. Orada dibçəklərdə və torpaqda əkdiyi 66 ədəd çətənə kollarını və 1 ədəd karton qutuda olan narkotik vasitə olan marixuananı təqdim etmişdir. Sonra çətənə kollarına və karton qutuda narkotik vasitə olan marixuanaya polis əməkdaşları baxış keçirmişlər. Baxış zamanı kütlələrin kəskin iyli yaşıl rəngli, narkotik vasitə marixuanaya bənzər olmaları müəyyən edilmişdir. Daha sonra yaşadığı evin həyətyanı sahəsindəki yarımtikilidə əkdiyi çətənə kolları kökündən çıxardılaraq 2 ayrı-ayrı torbalarda qablaşdırılıb üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra tərəzidə çəkilmişdir.Həmin bağlamalardan biri 2,610 kiloqram və ikinci bağlama isə 1,900 kiloqram olmuşdur.1 ədəd karton qutuda olan qurudulmuş marixuananın çəkisi 690 qram olmuşdur. Bununla da yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi başa çatdırılmışdır. Daha sonra idarədə əlavə dindirilən zaman o, yaşadığı evin qonaq otağında qanunsuz olaraq ona məxsus odlu silah olan avtomat, ona aid 3 ədəd daraq, dəmir boru (penal) və patronları saxladığını bildirmişdir.Bundan sonra həmin günü, yəni 2021-ci ilin avqust ayının 3-də saat 18radələrində müdafiəçinin iştirakı və onun razılığı ilə yaşadığı evə videoçəkiliş ilə baxış keçirilmişdir.Baxış keçirilən zaman yaşadığı evin qonaq otağında yerləşən dolabın alt siyirməsindən ona məxsus 01 ədəd AK-74 markalı avtomat, 03 ədəd daraq, 01 ədəd dəmir boru (penal) və 1088 ədəd patronlar aşkar edilmişdir.Daha sonra polis əməkdaşları tərəfindən həmin avtomat, daraq, dəmir boru(penal) və patronlara baxış keçirilmiş və qablaşdırılıb üzəri DİN-in 120 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs оğlu həmçinin ifadəsində göstərmişdir ki, təxminən 1 il bundan əvvəl yaşadığı Gəncə şəhəri, Feyzulla Mirzə küçəsində gəzən zaman sellofon torbada çətənə bitkisinin toxumlarını tapmışdır. Daha sonra təxminən 2021-ci ilin mart ayında şəxsi istifadəsindən ötrü həmin toxumları yaşadığı evin həyətyanı sahəsində əkməyə başlamışdır.Marixuananı isə təxminən 1 ay bundan əvvəl həmin çətənə bitkisinin yarpaqlarını qurudub istifadə etmək üçün karton qutuya yığmışdır. Həmin çətənə kollarını əkməkdə məqsədi qurudaraq istifadə etmək olmuşdur. O, həmin çətənə kollarına su verirmiş və kol böyüdükcə onun yarpaqlarını qurudub şəxsi istifadəsindən ötrü qəbul edirmiş. Həmin çətənə kolları quruyandan sonra az miqdarda marixuana əmələ gəlirmiş,o, nə əvvəllər yaşadığı evdə, nə də başqa bir yerdə çətənə kolları əkməmiş, narkotik vasitə olan marixuananı və çətənə kollarını hər hansı bir şəxsə satmamış və belə bir niyyəti də olmamışdır. O, həmin ünvanda tək yaşayır və həmin ünvanda çətənə kollarını əkməyindən heçkəsin xəbəri olmamışdır. Hazırda yaşadığı evdə və digər yerdə narkotik vasitə, psixotrop maddə və qanunla daşınması, saxlanması qadağan edilmiş maddə yoxdur. İstifadəsində “Bakcell” ***-***-**-** saylı mobil nömrəsi vardır. Həmin avtomat, daraqları, dəmir boru(penal) və patronları 1-ci Qarabağ müharibəsində təxminən 1991-1992-ci illərdə Goranboy rayonunda yerləşən yataqda tanımadığı Rusiya Fedarasiyası vətəndaşından almış, hər hansı bir şəxsə xəsarət yetirmək üçün əldə etməmiş, həmin Rusiya Fedarasiyası vətəndaşını üzərindən xeyli müddət keçdiyinə görə xatırlamır.O, həmin silahı əldə etdikdən sonra yaşadığı evdə gizlətmişdir, silahdan hər hansı bir formada atəş açmamış, onun qanunsuz olaraq əldə etdiyi 1 ədəd 198472 nömrəli, yivli döyüş silahı olan AK-74 modelli Kalaşnikov konstruksiyalı avtomatı, 3 ədəd darağı, 1 ədəd dəmir boru(penal) və 1088 ədəd patronları yaşadığı evdə saxlamağımdan heç kəsin, o cümlədən ailə üzvlərinin xəbəri olmamışdır. Barəsində əməliyyat-axtarış tədbirləri, təhqiqat və rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmiş, bununla bağlı hər hansı bir vəsatəti və şikayəti yoxdur.Başqa heçbir cinayət hadisəsi törətməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2009-cu ildən X5, 2019-cu ildən isə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz RPİ-nin CAŞın baş əməliyyat müvəkkili vəzifəsində xidmətini davam etdirir. 03.08.2021-ci il tarixdə saat 14 radələrində idarəyə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq alqı-satqısında, saxlamasında, istifadəsində və yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə kollarını kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Onun həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə dair qərar alınmış və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra idarənin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 Yusif oğlu və Kəpəz RPİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Həmin gün saat təxminən 15 radələrində Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Feyzulla Mirzə küçəsində tərəflərindən saxlanılaraq Gəncə şəhər BPİ-nin Kəpəz RPİ-yə dəvət edilmişdir.Təqsirləndirilən şəxs onlarla razılaşaraq idarəyə gəlmişdir.İdarənin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz olaraq alqı-satqısında, saxlamasında, istifadəsində və yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə kollarını əkibbecərməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmasını bildirmişlər. Daha sonra idarənin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli birtkilər əkib-becərməkdə şübhəli olduğuna görə ADAU-nun “Bitkiçilik və bitki mühafizəsi” kafedrasının müdiri X4 mütəxəssis təyin edilmişdir.Daha sonra hüquqlаrının müdаfiə оlunmаsı üçün müdаfiəçi ilə təmin оlunmаğındаn ötrü ona müdаfiəçilərin siyаhısını təqdim edilmiş və Təqsirləndirilən şəxs bildirilmişdir ki, həmin müdаfiəçilərdən kimi istəyərsə sеçə bilər, Təqsirləndirilən şəxs ona təqdim оlunmuş vəkillərin siyаhısındаn X8 оğlunu hüquqlаrının dövlət hеsаbınа müdаfiə оlunmаsı üçün sеçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdаfiəçi X8 оğlu dəvət оlunаrаq ona təqdim еdilmişdir. Daha sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı ünvan 4 ünvanına baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir.Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanının həyətyanı sahəsinə mütəxəssisin, müdafiəçinin və digər iştirakçıların iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Feyzulla Mirzə küçəsi ev 42 ünvanının həyətyanı sahəsində qulluq olunmuş halda olan olan yaşıl rəngli, kəskin spesifik qoxuya malik çətənə bitkisinə oxşar kollar və yarımtikilinin içərisindən isə karton qutuda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini və karton qutunun içərisində olan narkotik vasitə marixuananı isə qurutmaq üçün həmin qutuda saxladığını bildirmişdir.Bundan sonra tərəflərindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən həyətyanı sahədə və yarımtikilidə baxış aparılsa da, qeyri-qanuni hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən həyətyanı sahəsindən aşkar edilərək götürülmüş çətənə kolları sayı 66 ədəd olmuşdur. 66 ədəd qulluq edilmiş çətənə bitkisinə oxşar kollar və yarımtikilidən aşkar edilmiş karton qutuda narkotik vasitə marixuanaya oxşar kütlə qablaşdırılaraq tərəzidə çəkilmişdir.Karton qutuda olan narkotik vasitə olan marixuananın qutu ilə birlikdə çəkisi 0,690 kiloqram müəyyən olunmuşdur. 66 ədəd qulluq edilmiş çətənə bitkisinə oxşar kollar iki ədəd torbaya yığılmış, birinci torbaya 40 ədəd kol, ikinci torbaya isə 26 ədəd kol yığılmışdır.İçərisində 40 ədəd kol olan torbanın çəkisi 2,610 kiloqram, içərisində 26 ədəd kol olan ikinci torbanın çəkisi isə 1,900 kiloqram müəyyən edilmişdir. Daha sonra həmin kütlələr müvafiq qaydada qablaşdırılıb möhürlənərək protokol tərtib edilmiş və doğruluğunu imzaları ilə təsdiq etmişlər.Bundan sonra həmin günü, yəni 03.08.2021-ci il tarixdə saat 17 radələrində idarəyə Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Feyzulla Mirzə küçəsi,ev 42 ünvanında yerləşən evində qanunsuz olaraq odlu silah saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur.Dərhal bu barədə tərəflərindən Gəncə şəhər Kəpəz RPİ-nin rəhbərliyinə raportla müraciət etmişdir.Daha sonra Gəncə şəhər Kəpəz RPİ-nin təhqiqatçısı, polis baş leytenantı Nicat Məmmədov tərəfindən Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə əlavə izahatı alınan zaman sonuncu həqiqətən də yaşadığı evdə qanunsuz olaraq odlu silah saxladığını etiraf etmişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı ünvan 4 ünvanına baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs,onun müdafiəçisi X3 və digər iştirakçılar ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına baxış keçirilmişdir.Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağında yerləşən dolabın alt siyirməsindən 1 ədəd AK-74 markalı avtomat, 3 ədəd avtomat sandığı, 1 ədəd dəmir boru(panel) və 1088 ədəd avtomat patronları aşkar edilmişdir.Sorğu zamanı Təqsirləndirilən şəxs həmin silah-sursatı 1-ci Qarabağ müharibəsi zamanı Rusiya Fedarasiyası vətəndaşından aldığını bildirmişdir. Bundan sonra onun evində də, hər hansı bir qadağan olunmuş əşya olub-olmaması soruşulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Feyzulla Mirzə küçəsi ev 42 ünvanına, baxış keçirilmiş, lakin evindən qadağan olunmuş başqa heç bir əşya tapılmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 1 ədəd AK-74 markalı avtomat, 3 ədəd daraq, 1 ədəd dəmir boru(panel) və 1088 ədəd patron qablaşdırılıb möhürlənərək protokol tərtib edilmiş və doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04.08.2021-ci il tarixli “cinayət işinin başlanması haqqında” qərardan görünür ki, həmin cinayət işi tərəfimdən fakta görə 04 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası CMnin 237.2.3, 234.2 və 228.1-ci maddələri ilə başlanılaraq icraata qəbul edilməklə istintaq aparılmışdır. Cinayət işinin başlanmasına səbəb və əsas 03 avqust 2021-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz RPİ-nin CAŞ-ın əməkdaşlarına ünvan 1-da qeydiyyatda olmaqla ünvan 4-də yaşamış Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yarımtikilidən qanunsuz olaraq narkotik tərkibli çətənə kollarını kultivasiya etmə və narkotik vasitə olan marixuananı əldə edib istifadə etməsi, yaşadığı evdə saxlaması və onların qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 03 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanının qarşısında saxlanılmış və 03 avqust 2021-ci il tarixdə saat 16-radələrində yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evin həyətyanı sahəsində dibçəklərdə 66 ədəd ümumi təmiz çəkisi 3600 qram olan narkotik tərkibli çətənə bitkisi və evin yarımtikilisində 01 ədəd karton qutuda təmiz çəkisi 480 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, həmin tədbirin davamı olaraq 03 avqust 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evin qonaq otağında yerləşən şifonerin alt çəkməcəsindən istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 01 ədəd 198472 nömrəli keçmiş SSRİ dövlətində 1981-ci ildə silah zavodunda istehsal olunmuş 5,45 mm kaliibrli, saz və atəşə yararlı yivli odlu silah AK-74 modelli, Kalaşnikov konstruksiyalı avtomat, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan, saz və istifadə üçün yararlı 03 ədəd daraq və keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş 5,45x39 mm klaibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı olan, döyüş sursatı hesab edilən 1088 ədəd patronların aşkar edilərək götürülməsi əsas isə həmin faktla bağlı toplanmış material olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 03.08.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05.08.2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 05 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 237.2.3, 234.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01.09.2021-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, 01 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ağır xəstəliyini nəzərə alınaraq Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29.10.2021-ci il tarixli “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” qərardan görünür ki, 29 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək səhhətinin normal olduğunu bildirdiyindən cinayət işinin istintaqı təzələnmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 06.01.2022-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, 06 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün barəsində axtarış elan edilərək cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01.02.2022-ci il tarixli protokoldan görünür ki, 01 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinə könüllü gələrək özünü istintaqa təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01.02.2022-ci il tarixli qərarlardan görünür ki, 01 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinə könüllü gələrək özünü istintaqa təqdim etdiyindən, cinayət işi üzrə icraat təzələnmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 06.01.2022-ci il tarixli “cinayət işindən digər cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə toxumlarını, satış məqsədilə əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı və odlu silahı əldə etdiyi mənbə və vaxtla bağlı yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadığından Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə toxumlarını, satış məqsədilə əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı və odlu silahı əldə etdiyi mənbə və vaxt naməlum kimi qiymətləndirilmiş, həmin faktla əlaqədar, hazırkı cinayət işindən Azərbaycan Respublikası CM-nin 237.2.3, 234.2 və 228.1-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 06.02.2022-ci il tarixli qərardan görünür ki, 06 fevral 2022-ci il tarixdə təqirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.2.3, 234.2 və 228.1-ci maddələri ilə məzmun və mahiyyət baxımından yenidən ittiham edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, video görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 03.08.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən evin həyətyanı sahəsinə və yarımtikiliyə Gəncə şəhər BPİ-nin Kəpəz RPİ-nin əməkdaşları tərəfindən baxış zamanı istifadə edilmiş video çəkiliş materiallara əlavə edilmişdir. Həmin video görüntülərə baxış keçirilmiş və 1-ci diskə baxış zamanı müəyyən edildi ki, Gəncə şəhər BPİ-nin Kəpəz RPİ-nin TB-də təhqiqatçı, polis baş leytenantı Nicat Məmmədov, Gəncə şəhər BPİ-nin Kəpəz RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Gəncə şəhər BPİ-nin Kəpzə RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, Gəncə BPİ-nin Kəpəz RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, müdafiəçi X3 və mütəxəssis X2 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında baxış keçirilir. Baxış keçirilməzdən qabaq şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulur, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirir. Daha sonra onun yaşadığı ünvan 4 ünvanında baxış keçirilir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini əkdiyi yeri göstərir.Həmin çətənə kollarını şəxsi istifadəsindən ötrü əkdiyini bildirir.Daha sonra aqronom Qurban Məmmədov narkotik tərkibli çətənə kollarına əli ilə baxaraq həmin kolların çətənin yabanı forması və kannabis bitkisi olduğunu,həmin bitkinin xarici əlamətinin gövdədə dairəvi olması və yuxarı qalxdıqca qabırğalanmasını bildirir.Daha sonra Təqsirləndirilən şəxs başqa yerdə narkotik tərkibli çətənə bitkisi əkib-əkmədiyi soruşulur, o həmin həyətyanı sahənin digər tərəfinə keçərək digər narkotik tərkibli çətənə bitkilərini göstərir.Bundan sonra Təqsirləndirilən şəxs başqa bir yerdə narkotik vasitə saxlayıbsaxlamaması soruşulur,Təqsirləndirilən şəxs həyətyanı sahənin yanında yerləşən əl damına keçilir orada karton qutunun içərisində olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilir.Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan qurudulmuş marixuananı quruması üçün karton qutuya yığdığını bildirir. Daha sonra yarımtikilinin içərisində olan 66 ədəd kollar torpaqdan çıxarılaraq iki ədəd torbaya yığılır.Birinci torbaya 40 ədəd kol, ikinci torbaya isə 26 ədəd kol yığılır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin içərisində yerləşən yarımtikilidən aşkar edilmiş 1 ədəd karton qutunun içərisində narkotik vasitə qurudulmuş marixuana tərəzidə çəkilir və həmin kütlənin karton qutu ilə birgə ümumilikdə çəkisinin 690 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılır və imzalarla təsdiq edilir. Daha sonra 66 ədəd çətənə bitkisinə oxşar kollar tərəzidı çəkildi, birinci torba içərisində 40 ədəd kolla birlikdə çəkisi 2,610 kiloqram, ikinci torba isə içərisində 26 ədəd kolla birlikdə çəkisi 1,900 kiloqram olması müəyyən edilir və müvafiq qaydada qablaşdırılır və imzalarla təsdiq edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, video görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Gəncə şəhər BPİ-nin Kəpəz RPİ-nin TB-də təhqiqatçı, polis baş leytenantı Nicat Məmmədov, Gəncə şəhər BPİnin Kəpəz RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Gəncə şəhər BPİnin Kəpzə RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, Gəncə BPİnin Kəpəz RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və müdafiəçi X3 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən evə baxış keçirilir. Baxış zamanı Gəncə BPİ-nin Kəpəz RPİ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Nicat Məmmədov tərəfindən Təqsirləndirilən şəxs ilkin baxış zamanı yaşadığınız evdə qanunsuz olaraq odlu silahın saxladığını nə səbəbə bildirməməsi soruşulur, Təqsirləndirilən şəxs cavab olaraq qorxduğu üçün yaşadığı evdə odlu silah saxladığı barədə məlumat vermədiyini bildirir.Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq odlu silahı saxladığı yeri göstərməyi təklif edilir.Təqsirləndirilən şəxs etiraz etməyərək yaşadığı evin qonaq otağında yerləşən dolabın alt siyirməsini göstərir.Daha sonra polis əməkdaşları qonaq otağının alt siyirməsindən bir ədəd dəmir qutu, 1 ədəd sarı rəngli kağıza bükülü halda olan ağ parçaya bükülmüş bağlama, 1 ədəd şəffaf rəngli sellofon torba aşkar edilir.İlk öncə ədəd sarı rəngli kağıza bükülü halda olan ağ parçaya bükülmüş bağlama açılır və baxış keçirilir, baxış zamanı bağlamanın içərisindən 3 ədəd avtomat darağı və 1 ədəd AK- 74 markalı avtomat aşkar edilir.Daha sonra 1 ədəd dəmir qutu və 1 ədəd şəffaf rəngli sellofon açılır və baxış zamanlıiçərisindən olan patronlar və 1 ədəd şəffaf rəngli sellofon torbaya baxış keçirilir, baxış zamanı dəmir qutu və sellofon torbadan patronlar və 1 ədəd dəmir boru(penal) aşkar edilir. Daha sonra dəmir qutu və sellofon torbada olan patronlar sayılır və 1088 ədəd patron müəyyən edilir.Sorğu zamanı Təqsirləndirilən şəxs AK-74 markalı avtomatı, patronları və penalı 1-ci Qarabağ müharibəsi dövründə Rusiya Fedarasiyası vətəndaşından aldığını, həmin avtomat silahla heç bir cinayət hadisəsi törətmədiyini və ümumiyyətlə həmin avtomat silahdan atəş açmadığını bildirirYaşadığı evdə qanunla qadağan edilmiş başqa heçbir əşya saxlamadığını qeyd edir.Daha sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilir, başqa qanunla qadağan edilmiş heç bir əşya aşkar edilmir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağının alt siyirməsindən aşkar edilmiş bir ədəd AK-74 markalı avtomat, 1088 ədəd patronlar və 1 ədəd dəmir boru(penal) müvafiq qaydada qablaşdırılır və imzalarla təsdiq edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakcell” MMC-dən daxil olmuş 1 ədəd qırmızı rəngli, üzərində çap üsulu ilə “bakcell” yazısı, həmçinin qara rəngli qələmlə əl yazma üsulu ilə “20796/2021” yazıları olan CD diskə baxış keçirilmişdir. Həmin diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-**” saylı mobil nömrədən digər mobil nömrələrə mesaj mətnləri göndərilməsi ilə bağlı heç bir mesaj mətnləri aşkar edilməmişdir.“X1” adlı faylın içərisinə isə daxil olan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrələrlə digər mobil nömrələr arasında, çoxsaylı zənglər olmuş, həmin zənglər zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrələr Gəncə şəhəri,Kəpəz rayonu, Sadıllı qəsəbəsində müxtəlif anten dairələrində olmuşdur. Baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-bioloji ekspertizasının 04 avqust 2021-ci il tarixli 16/792 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, hər birinin üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş çətənə kolları...” yazı və imzalar olan, iki ədəd kisə bağlamada, ümumi sayı 66 (altmış altı) ədəd, ümumi təmiz çəkisi-3600 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. Qeyd: Çətənə bitkisi 66 ədəd, ümumi təmiz çəkisi-3600 qram, tədqiqata istifadə olundu cəmi-13,2 qram (hər ob 0,2 qr), qalıq-3586,8 qram. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin əl damından aşkar edilmiş narkotik vasitə” sözləri və imzaları olan, 1(bir) ədəd karton qutuda təmiz çəkisi 480 qram olan, bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi-480 qram, tədqiqata sərf edildi -0,2 qram qalıq-479,8 qram. Tədqiqata təqdim olunmuş çətənə(kannabis) bitkiləri və qurudulmuş marixuana orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, aqronom mütəxəssis Qurban Məmmədovun 04 avqust 2021-ci il tarixli rəyindən görünür ki, 66 (altmış altı) ədəd çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 04.08.2021-ci il tarixli 21/488 R nömrəli rəyindən görünür ki, tədiqata təqdim olunmuş 01 ədəd 198472№-li silah 5,45mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə silah zavodunda istehsal olunmuş, AK-74 modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 03 ədəd daraqlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 30 ədəd 5,45X39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidirdaraqlarıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş cəmi 1088 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd boru şəklində olan dəmir əşyaya baxış keçirilərkən müəyyən edildi ki, onun üzərində əzilmə və zədə müşahidə olunmur.Əşyanın daxilində silahı təmizləmək üçün nəzərdə tutulmuş 05 ədəd müxtəlif ölçüdə ləvazimatlar aşkar edildi. Konstruktiv əlamətlərinə, xüsusi ədəbiyyatlara əsasən müəyyən edilidi ki, tədqiqata təqdim dilmiş boru şəklində olan dəmir əşya, silahı təmizləmək üçün nəzərdə tutulmuş müxtəlif ləvazimatları özündə yerləşdirən ləvazimat qutusudur (penal) və döyüş sursatı hesab edilmir. Qeyd: Təqdim olunmuş cəmi 1088 ədəd 5,45x39 mm kalibrli patronlardan 08 ədədi ekperimental atəşlər zamanı istifadə olundu. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17.12.2021-ci il tarixli müsadirə edilmiş, tapılmış və könüllü təhvil verilmiş nömrəli silahın DİN-in BƏSİİ-də nəzarətə götürülməsi barədə arayışdan görünür ki, 1 ədəd 198472 nömrəli, keçmiş SSRİ dövlətində, 1981-ci ildə silah zavodunda istehsal olunmuş, AK-74 modelli,“Kalaşnikov” konstruksiyalı, 5,45 mm kalibrli avtomat DİN-in BƏSİİ-nin və RF DİN-in Baş İnformasiya Analitik Mərkəzində talanmış və itirilmiş silahların uçotları üzrə müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-narkoloji ekspertizasının 28 yanvar 2022-ci il tarixli 134 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, əməliyyat tapşırığına cavab məktubundan görünür ki, istintaqın tam, hərtərəfli və obyektiv aparılması məqsədilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş narkotik tərkibli çətənə(kannabis) bitkisinin toxumlarını haradan və nə vaxt əldə etməsi, onun hər hansı şəxsə və ya şəxslərə narkotik vasitə satıb-satmaması,qanunsuz olaraq narkotik vasitə əldə etməsində ona kömək edən şəxsin olub-olmaması, qanunsuz yolla əldə etdiyi narkotik vasitədən digər yerlərdə gizlədərək saxlayıb-saxlamaması, baş vermiş digər cinayətlərdə iştirak edib-etməməsi, yaşadığı evdən aşkar edilmiş 1 ədəd AK- 74 modelli, Kalaşnikov avtomatını, 3 ədəd avtomat sandığı, 1 ədəd dəmir boru (penal) və 1088 ədəd patronları kimdən, haradan əldə edilmişdir və hansı məqsədlə yaşadığı evdə saxlaması,həmin odlu silahın əldə etməsində ona kömək edən şəxsin olub-olmaması, əldə etdiyi odlu silahdan hər hansı bir cinayətin aləti kimi istifadə olunub-olunmaması müəyyən edilməsi məqsədi ilə əməliyyat tapşırığı verilmişdir. Bununla bağlı bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilsə də, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş narkotik tərkibli çətənə(kannabis) bitkisinin toxumlarını hansı mənbədən və nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş narkotik tərkibli çətənə(kannabis) bitkilərini satış məqsədilə yaşadığı evin həyətyanı sahəsində əkərək kultivasiya etmiş, lakin narkotik vasitələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, qanunsuz olaraq narkotik vasitə əldə etməsində Təqsirləndirilən şəxs kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitələrdən əlavə olaraq digər yerdə gizlədərək saxlaması, həmçinin onun baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanından aşkar edilmiş 1 ədəd “AK-74” markalı Kalaşnikov avtomatını, 3 ədəd avtomat sandığı, 1 ədəd dəmir boru(penal) və 1088 ədəd patronları kimdən və nə vaxt əldə edilməsi, həmin odlu silahın əldə etməsində ona kömək edən şəxsin olub-olmaması və əldə etdiyi odlu silahdan hər hansı bir cinayətin aləti kimi istifadə olunub-olunmaması müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, DİNnin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 27.01.1996-cı il tarixli ilə Təqsirləndirilən şəxs həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220-ci maddəsinin, 1-ci hissəsi və həmin məcəllənin 207-ci maddəsinin, 3-cü hissəsi ilə təqsirli bilinərək 4 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 07.08.1999-cu ildə isə cəzasının sonu ilə ələqədar azad olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası ruhi-əsəb dispanserindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb dispanserində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji-dispanserdə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 06.02.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işinə əlavə edilmiş öz xüsusiyyətlərinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs yaşadığı ev və həyətyanı sahəsindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 479,8 qram olan qurudulmuş marixuana və həyətyanı sahədən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən ümumi təmiz çəkisi 3586,8 qram olan 66 ədəd çətənə (kannabis) bitkisinin kolları,1 ədəd 198472 nömrəli, AK-74 modelli,“Kalaşnikov” konstruksiyalı, 5,45 mm kalibrli avtomatı, 03 ədəd avtomat darağı, 1 ədəd dəmir boru(penal) və 1080 ədəd patronlar, həmçinin cinayət işinə əlavə edilmiş 03.08.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış zamanı istifadə edilmiş video çəkilişin köçürüldüyü 2 ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Bakcell” MMC-dən daxil olmuş telefon danışıqları ilə bağlı olan 1 ədəd CD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 237.2.3, 234.2 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsiləri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3, 234.2 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayətin törədilməsində təqsirlidir və o həmin maddələrin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən qurudulmuş marixuana, narkotik vasitə hesab olunur, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı 5 qram və ondan yuxarı, külli miqdarı isə 500 qram hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o dərhal məhkəmə zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaq orqanına gəlməsini, xəstə olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin bu Məcəllənin 59.1.10-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğlu törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş üç cinayət törətmişdir. O həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası CM-in 17-ci maddəsinə əsasən cinayətlərin məcmuyu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna ağır cinayətlər daxil olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılmalı və bu yola təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 03.08.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05.08.2021-ci il tarixli qərardan görünür ki, 05 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, qanunun həmin tələbini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 03.08.2021-ci il tarixdən 05.08.2021-ci il tarixədək bu iş üzrə cəmi 2 gün həbsdə saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-narkoloji ekspertizasının 28 yanvar 2022-ci il tarixli 134 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-cü maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs yaşadığı ev və həyətyanı sahəsindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 479,8 qram olan qurudulmuş marixuana və həyətyanı sahədən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən ümumi təmiz çəkisi 3586,8 qram olan 66 ədəd çətənə (kannabis) bitkisinin kolları,1 ədəd 198472 nömrəli, AK-74 modelli,“Kalaşnikov” konstruksiyalı, 5,45 mm kalibrli avtomatı, 03 ədəd avtomat darağı, 1 ədəd dəmir boru (penal) və 1080 ədəd patronlar Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş, 03.08.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış zamanı istifadə edilmiş video çəkilişin köçürüldüyü 2 ədəd “DVD” disk, həmçinin Təqsirləndirilən şəxs Bakcell” MMC-dən daxil olmuş telefon danışıqları ilə bağlı olan 1 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs yaşadığı ev və həyətyanı sahəsindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 479,8 qram olan qurudulmuş marixuana və həyətyanı sahədən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən ümumi təmiz çəkisi 3586,8 qram olan 66 ədəd çətənə (kannabis) bitkisinin kolları məhv edilməli, 1 ədəd 198472 nömrəli, AK-74 modelli,“Kalaşnikov” konstruksiyalı, 5,45 mm kalibrli avtomatı, 03 ədəd avtomat darağı, 1 ədəd dəmir boru (penal) və 1080 ədəd patronlar xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınıb və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin silahsursat anbarına təhvil verilməli, 03.08.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış zamanı istifadə edilmiş video çəkilişin köçürüldüyü 2 ədəd “DVD” diskin, həmçinin Təqsirləndirilən şəxs Bakcell” MMC-dən daxil olmuş telefon danışıqları ilə bağlı olan 1 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 30 manat 40 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 25 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 150 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3, 234.2 və 228.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cəzaları tamamilə toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 03.08.2021-ci il tarixdən 05.08.2021-ci il tarixədək bu iş üzrə cəmi 02 (iki) gün həbsdə saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablamaqla, üzərində qəti olaraq 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin başlanğıcı 06 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs yaşadığı ev və həyətyanı sahəsindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 479,8 qram olan qurudulmuş marixuana və həyətyanı sahədən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən ümumi təmiz çəkisi 3586,8 qram olan 66 ədəd çətənə (kannabis) bitkisinin kolları məhv edilsin, 1 ədəd 198472 nömrəli, AK-74 modelli,“Kalaşnikov” konstruksiyalı, 5,45 mm kalibrli avtomatı, 03 ədəd avtomat darağı, 1 ədəd dəmir boru (penal) və 1080 ədəd patronlar xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınıb və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin silah-sursat anbarına təhvil verilsin, 03.08.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış zamanı istifadə edilmiş video çəkilişin köçürüldüyü 2 ədəd “DVD” diskin, həmçinin Təqsirləndirilən şəxs Bakcell” MMC-dən daxil olmuş telefon danışıqları ilə bağlı olan 1 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 30 manat 40 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 25 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 150 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar