Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-211/2024 10.07.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X1 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X7 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağir cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Şahid1 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.2007-ci il tarixdə Bərdə rayonu, Qaradəmirçi kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Qaradəmirçi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 23 aprel 2023-cü il tarixdə saat 18 radələrində Bərdə rayonu, Qaradəmirçi kəndi ərazisində yerləşən örüş-otlaq sahəsindəki yaşayış olmayan köhnə tikilinin arxa hissəsində həmkəndlisi, xx.xx.2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun onun ünvanına əvvəlcə telefonda danışarkən, sonra isə üzbəüz görüşən zaman nalayiq ifadələr işlətməsindən əsəbiləşib əvvəlcədən özü ilə gətirdiyi soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs sol kürək nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq sonuncuya dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən döş qəfəsinin sol ½-in plevra boşluğuna nüfuz edən, sol tərəfli hemopnevmotoraks zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yaralanması xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən imtina etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdiyi üçün onun məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tam təqsirli bilməklə göstərmişdir ki, o, Bərdə rayonu, Qaradəmirçi kənd tam orta məktəbinin 9-cu sinfində təhsil almışdır. Həmkəndlisi xx.xx.2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs onun qohumu olmuş, əvvəllər sonuncu ilə münasibətləri daima normal olmuş, aralarında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. 2023-cü ilin mart ayının əvvəllərində təsadüfən istifadəsində olan +99***-***- **-** mobil nömrəsinin yaddaşına baxarkən +99***-***-**-** mobil nömrənin yaddaşda olmasını görüb həmin nömrənin kimə məxsus olmasını öyrənmək üçün “WhatsApp” mobil tətbiqində qeyd edilən nömrəyə mesaj yazmışdır. Həmin nömrədən də ona cavab mesajı gəlmiş və o, nömrənin sahibinin qız olmasını güman etmişdir. Bundan sonra o, həmin nömrə ilə mütəmadi yazışmağa başlamış, hətta bir dəfə zəngli də danışmış və nömrə sahibi də onunla qız səsi ilə danışmışdır. O da tam əmin olmuş ki, nömrə sahibi qızdır. Mart ayının sonlarında nömrə sahibi qız ondan cinsiyyət orqanının şəklini atmasını istəmiş, o, da cinsiyyət orqanının şəklini çəkib atmışdır. Az sonra həmin nömrədən ona səsli mesaj gəlmiş, o, həmin mesaja qulaq asanda səs sahibinin həmkəndlisi Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Ömər ona lağ edərək neçə vaxtı onunla qız adı ilə danışıb məzələndiyini demiş və ayıb bir iş gördüyünə görə ona öz iradını bildirmişdir. Onların arasında sözlü mübahisə olmuş, o da artıq söz-söhbətin kənd içində yayılmasının qarşısını almaq üçün Ömər ilə danışmışdır. O, sonuncuya şəkilin silinməsinə görə pul təklif etmiş, lakin Ömər pul ilə razılaşmamış, şəkili onun yanında təmənnasız silmişdir. Bundan sonra o, öz istəyi və razılığı ilə Ömərə onunla cinsi əlaqədə olmağı təklif etmişdir. İlk öncə Ömər razılaşmasa da sonra razılıq vermişdir. İlk dəfə 2023-cü ilin aprel ayının əvvəllərində dəqiq xatırlamadığı gündə saat 19 radələrində kəndlərində əmisi Elmanın yaşadığı evin arxa tərəfində olan su kanalının yaxınlığında qamışlıq kimi yerdə heç kim olmadığı üçün Ömər onunla qeyri-təbii yolla bir dəfə cinsi əlaqədə olmuşdur. Sonrakı vaxtlarda dəqiq vaxtını və tarixini xatırlamadığı zamanda öz istəyi ilə Ömərlə birlikdə Bərdə rayonu, Ərəblər kəndi yaxınlığında qamışlıq kimi bir yerə getmiş və orada da öz istəyi ilə sonuncu onunla bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Həmin hadisədən bir neçə gün sonra təxminən 2023-cü ilin aprel ayının ortalarında Ömər ilə yenidən telefon əlaqəsi saxlamış və sonuncu onunla cinsi əlaqədə olmasını istəmişdir. Ömər ilə birlikdə Bərdə rayonu, Ərəblər kəndi yaxınlığında qamışlıq kimi bir yerə getmiş və orada öz istəyi ilə sonuncu onunla bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Ömər baş verən proseslər barədə heç kimə heç nə danışmadığını bildirib hərəkətlərini sonlandırmasını istəmiş və onu sözlə təhqir etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Ömər ilə “WhatsApp” mobil tətbiqində əlaqə saxlamış və onunla cinsi əlaqədə olmasını istəmişdir. Ömər isə etiraz edərək kənd içində biyabr edəcəyini bildirib ona üzdəniraq olduğunu demişdir. Ona görə də onlar arasında telefonda sözlü mübahisələri olmuş və Ömər onu ağır söyüşlərlə təhqir etmişdir. O da görüşüb Ömərdən onun ünvanına dediyi söyüşləri üzünə qarşı deməsini istəmişdir. Buna görə də Öməri yaşadıqları Bərdə rayonu, Qaradəmirçi kəndinin kənarında yerləşən örüş-otlaq sahəsində yaşayış olmayan köhnə tikilinin yanına çağırmışdır. O, evdən bir ədəd qəhvəyi rəngli tutacağı olan mətbəx bıçağını götürüb kəmərinin yanına keçirmiş və köynəyi ilə bıçağın üstünü örtmüşdür. Anası Nərminə onun hara getməsini soruşduqda, uşaqlarla görüşəcəyini bildirib qısa zamanda geri qayıdacağını demişdir. Məqsədi sadəcə Öməri qorxutmaq olmuşdur. Təxminən saat 18 radələrində Ömər ilə dediyi yerdə görüşmüşdür. O, deyilən yerə Ömərdən öncə çatmışdır. Ömər ilə görüşən kimi sonuncu onu ağır söyüşlərlə təhqir etmiş və ona üzdəniraq olduğunu bildirmişdir. O da sonuncuya söyüş söymüş, Ömər isə yenidən ona ağır söyüşlər söyərək arxasını çevirib getmişdir. O, söydüyü söyüşlərə görə möhkəm əsəbiləşib sonuncunun ardınca getmiş və yan tərəfində olan mətbəx bıçağını çıxardıb qorxutmaq məqsədilə bir dəfə Ömərin kürək nahiyəsinə zərbə vurmuşdur. Zərbədən dərhal sonra o, bıçağı Ömərin kürəyindən çıxarıb əlində saxlamışdır. Bu vaxt Ömər geri çevrilib onun arxasınca qaçmağa başlamış, o da qorxduğu üçün geriyə çevrilib qaçmışdır. Ömər bir neçə metr arxasınca qaçdıqdan sonra yerə oturmuşdur. Lakin o, dayanmamış və qaçaraq bıçağı sahənin kənarına atmışdır. Yolda Ələmdar adlı həmkəndlisini görmüş, lakin heç nə deməmişdir. Sonra bərk qorxduğu üçün dərhal evlərinə getmişdir. Bir müddət sonra atası onunla telefon əlaqəsi saxlamış və polislərin onu axtarmasını bildirmişdir. O da hadisəni atasına danışmışdır. Daha sonra atasının istəyi ilə gedib bıçağı atdığı yerdən götürmüş və yaşadığı ünvana geri qayıtmışdır. Bir qədər sonra atası və polis əməkdaşları yaşadıqları evə gəlmişlər, o da polislərlə birlikdə Bərdə RPŞ-ya getmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmiş, həmin ifadələrində hər şey olduğu kimi yazılmışı və bıçağı Zərərçəkmiş şəxs qorxutmaq üçün üzərində götürmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə Təqsirləndirilən şəxs qeyd etdiyi kimi baş vermişdir. O, Təqsirləndirilən şəxs ilə 3 dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Qeyri-təbii yolla cinsi əlaqədə olan zaman Təqsirləndirilən şəxs yaşının az olmasını da bilmişdir. +99***-***-**-** mobil nömrə ona məxsus olmuşdur. Təqsirləndirilən şəxs ilə aralarında “WhatsApp” proqramı vasitəsilə yazışmalar olmuşdur. Hətta Təqsirləndirilən şəxs ilə telefonda qız səsi ilə də danışmışdır. 23 aprel 2023-cü il tarixdə o, Təqsirləndirilən şəxs zəng edərək Bərdə rayonu, Qaradəmirçi kəndinin kənarında yerləşən sahədə görüşə dəvət etmişdir. Görüş zamanı o, Təqsirləndirilən şəxs salam verərək arxası ilə gəlməsini demişdir. Təqsirləndirilən şəxs isə onu bıçaqla vuraraq qaçmışdır. O, görüşərkən Təqsirləndirilən şəxs təhqir etməmiş və üzdəniraq olmasını deməmişdir. Hadisə vaxtı Təqsirləndirilən şəxs onun kürək nahiyəsindən bir dəfə bıçaq zərbəsi vurmuş və qaçmışdır. O isə yerə yıxılmışdır. Bir qədər sonra o, Raminə zəng edərək gəlib onu xəstəxanaya aparmasını demişdir. O, görüşən zaman Təqsirləndirilən şəxs söyüş söyməmiş, “Üzdəniraq” ifadəsini isə telefonda danışarkən sonuncuya demişdir. O, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncudan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında hadisə vaxtı onun təqsirləndirilən şəxsə qarşı nalayiq ifadələr işlədib-işlətməməsi hissəsində əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2023-cü tarixdə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, ............................... xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs onunla “WhatsApp” mobil tətbiqində əlaqə saxlayaraq cinsi əlaqədə olmaq istədiyini demişdir. O isə etiraz edərək kənd içində sonuncunu biyabr edəcəyini deyib üzdəniraq olduğunu bildirmişdir. Ona görə də aralarında telefonda sözlə mübahisələri olmuşdur. O da Bəyləri ağır söyüşlərlə təhqir etmiş, sonuncu isə görüşüb ondan dediyi sözləri üzünə qarşı deməsini istəmişdir. Bəylər onu yaşadıqları Bərdə rayonu, Qaradəmirçi kəndinin kənarında yerləşən örüş-otlaq sahəsində yaşayış olmayan köhnə tikilinin yanına çağırmışdır. O, təxminən saat 18 radələrində Bəylər ilə dediyi yerdə görüşmüşdür. Görüş vaxtı o, Bəyləri ağır söyüşlərlə təhqir edərək üzdəniraq olmasını bildirmişdir. Bəylər də ona söyüş söymüşdür. O, yenidən Bəyləri ağır söyüşlərlə təhqir etmiş və arxasını çevirib getmişdir. Həmin vaxt kürək nahiyəsində kəskin ağrı hiss etmişdir. Geriyə çevrilərkən Bəylərin əlində qanlı bıçaq olmasını görüb sonuncunun onu bıçaqla vurmasını anlamışdır. O, yüksək səslə qışqırmış, bu vaxt Bəylər geriyə çevrilib qaçmağa başlamışdır. O, Bəylərin arxasınca bir neçə metr qaçdıqdan sonra taqətdən düşüb yerə yıxılmışdır. Bəylər isə dayanmadan qaçaraq uzaqlaşmışdır. O, ölməkdən qorxaraq mobil telefonu ilə qohumu Raminə zəng edib hadisə barədə məlumat vermiş və dərhal yanına gəlməsini istəmişdir. Bir qədər sonra qohumları Ramin və Bəhruz yanına gələrək onu X3 Mərkəzinə aparmışlar. Baş vermiş hadisə ilə bağlı onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, elan olunmuş ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs ilə görüşərkən sonuncunu ağır söyüşlərlə təhqir etmiş və üzdəniraq olmasını demişdir. O, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncudan heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmiş və bu səbəbdən də Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə günü, yəni xx.xx.2023-cü il tarixdə o, işi ilə əlaqədar kənddə olmadığı vaxt ona zəng gəlmiş və oğlu Təqsirləndirilən şəxs hadisə törətdiyini bildirib kəndə qayıtmağını demişlər. O da xəstəxanaya gedib zərərçəkmiş Zərərçəkmiş şəxs baş çəkmişdir. Daha sonra polis əməkdaşları ona oğlunu şöbəyə gətirməsini demişlər. Bundan sonra o, Bəylərə zəng edib yanına gəlməsini demişdir. Oğlu gəldikdən sonra o, sonuncunu polis əməkdaşlarına təhvil vermişdir. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, onun İki oğlu var, Bəylər 9-cu sinifi bitirdikdən sonra məktəbdən çıxmış, o, Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəmiş, hadisədən sonra oğlu Bəylərin deməsinə görə Zərərçəkmiş şəxs evdən götürdüyü mətbəx bıçağı ilə bir dəfə vurmuş, daha sonra isə qaçmışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Bərdə rayonu, Qaradəmirçi kəndi ərazisində yerləşən otlaq sahəsində mal-qaramı otaran zaman qonşu sahədən qışqırıq səsi etmiş, lakin nə olduğunu bilməmişdir. Sonradan kənd camaatından Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğunu eşitmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Bərdə rayonu, Qaradəmirçi kəndində çayçının qarşısında dayandığı zaman Zərərçəkmiş şəxs zəng edərək xəsarət aldığını demişdir. Həmin vaxtı o, Şahid3la birlikdə olduğu üçün sonuncu ilə birlikdə gedib X8 və Diaqnostika mərkəzinə aparmışdır. Zərərçəkmiş şəxs onu kimin vurduğunu deməmişdir. Şahid2 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid2 həmin ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Qaradəmirçi kəndində yaşayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun həmkəndliləri olmaqla qohumlarıdır. Həmin şəxslərlə aralarınla ədavətləri və ya düşmənçilikləri olmamışdır. Onun hadisədən sonra məlumatı olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində yaşadığı kənd ərazisində qohumu Bəhruz ilə birlikdə olarkən Zərərçəkmiş şəxs onun mobil telefonuna zəng etmiş və təlaşlı halda Bəylər tərəfindən bıçaqla vurulması, kəskin qan itirməsi barədə məlumat verib yanına gəlməyini istəmişdir. Həmin vaxt o, Ömərdən harada olmasını dəqiqləşdirib dərhal qohumu Bəhruz ilə Ömərin yanına getmişdir. O, Bəhruz ilə birlikdə Ömərin yanına çatanda sonuncunun qan içərisində yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Ömərdən nə baş verməsini soruşduqda sonuncu aralarında olan şəxsi münasibətlər zəminində həmkəndlisi Bəylərin bıçaqla onu vuraraq xəsarət yetirməsi barədə məlumat vermişdir. Daha sonra o, Bəhruz ilə birlikdə Öməri dərhal Bərdə Müalicə və Diaqnostika mərkəzinə aparmışlar. Orada Ömərə tibbi yardım göstərilmişdir. Baş vermiş hadisə Bərdə rayonu, Qaradəmirçi kəndinin ərazisində olmuş, hadisə vaxtı şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mətbəx bıçağı ilə kürək nahiyəsindən bıçaqla vuraraq xəsarət yetirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Bərdə rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 293 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, məhkəmə-tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs arxa keçəcək dəliyində qeyri-təbii yolla cinsi əlaqədə olma əlaməti (boylama istiqamətdə çapıq toxuması) vardır. Həmin xəsarət kişi gərginləşmiş cinsiyyət üzvünün düz bağırsağa yeridilməsi nəticəsində törənə bilər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Bərdə rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 338 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, məhkəmə-tibbi müayinə zamanı Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət - döş qəfəsinin sol ½-nin plevra boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yaralanması, sol tərəfli hemopnevmotoraks deşici-kəsici alətin ola bilsin bıçaq təsirindən törənmişdir, törənmə müddəti qərarla göstərilən xx.xx.2023-cü ilə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2023-cü il tarixli, 434/2023- MTKŞ nömrəli kompleks məhkəmə-tibbi və kriminalistik ekspertizasının rəyindən görünür ki: 1) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək və mayka çiyinlərindən köndələn, arxadan boylama istiqamətdə tam kəsilmişdir (çox güman ki, tibbi yardım zamanı). Ona görə də köynəyin və maykanın üzərində zədələrin olub-olmaması haqqında dəqiq fikir söyləmək mümkün olmadı; 2) Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2023-cü il tarixli, 633/2023- MTBŞ nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki: 1) Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu A (İİ); 2) Ekspertizaya təqdim olunmuş bıçaq, Zərərçəkmiş şəxs məxsus köynək və mayka üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız A antigeni alındı. Həmin qan ləkələri ABO sistemi üzrə A (İİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 X9 Regional Ambulator şöbəsinin xx.xx.2024-cü il tarixli, 430 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən öz hərəkətlərini ölçüb-biçmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür və məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əvvəllər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq (əqli cəhətdən geri qalma və ləngimə halları) və psixi xəstəlik keçirməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:20-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında” qərardan görünür ki, həmin gün Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin MSY-dən azad olunaraq barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “götürmə aparılması və baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs könüllü təqdim etdiyi hadisə vaxtı əynində olmuş 01 (bir) ədəd ağ rəngli mayka və üzərində qan ləkələri olan 01 (bir) ədəd göy rəngli köynək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Mayka və köynək üzərində zədə izləri müşahidə edilir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “götürmə aparılması və baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 01 (bir) ədəd dəstəyi qəhvəyi rəngli bıçaq müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yeri və şəraiti əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirdiyi yeri və şəraiti əyani göstərməklə sonuncunun törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bərdə RPŞ-nin məsul növbətçisinin xx.xx.2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə saat 18:20-də Bərdə MDM-nin növbətçi həkimi 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bıçaqlanma nəticəsində döş qəfəsinin arxa səthinin yarası xəsarəti ilə MDM-yə daxil olması barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bərdə RPŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirən şəxsin həmin kənd sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bərdə RPŞ-nin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Bərdə rayonu, Qaradəmirçi kəndi ərazisində yerləşən otlaq sahəsində Təqsirləndirilən şəxs ilə həmkəndlisi Zərərçəkmiş şəxs arasında baş vermiş dava-dalaş vaxtı digər şəxs və ya şəxslərin orada olması müəyyən edilməmiş, həmçinin Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi bıçağı yaşadığı evdən götürməsi, Təqsirləndirilən şəxs ilə də Zərərçəkmiş şəxs arasında əvvəllər narazılığın olmaması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2023-cü il tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bərdə RİH başçısının Mehdili kənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Qaradəmirçi kəndində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlüdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd ağ rəngli maykanın və 01 (bir) ədəd göy rəngli köynəyin, eləcə də Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi 01 (bir) ədəd dəstəyi qəhvəyi rəngli bıçağın maddi sübut kimi tanınması və Bərdə RPŞ-nin maddi sübutların saxlanması otağına verilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin 1(021)-50/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai araşdırma orqanına təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncudan heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən, eləcə də məhkəmə baxışı zamanı təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncudan şikayət və tələbi yoxdur. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Cinayət Məcəlləsinin 20.2-ci maddəsinə əsasən, on dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. Hazırkı cinayət işinin materiallarından görünür ki, xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 23 aprel 2023-cü il tarixdə ittiham olunduğu ağır cinayətlər təsnifatına aid əməli törədərkən onun 15 yaşı tamam olmuşdur. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 84.1 və CPM-in 428.2-ci maddələrinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Qərarın 12-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə tərkibi yetkinlik yaşına çatmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, törətdiyi əmələ görə peşmançılıq hissi keçirməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 84.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarının 2-ci bəndində göstərilmişdir ki, CM-in 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat və tərbiyə şəraitini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, cinayətin motivini, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin hadisəyə qədər olan münasibətlərini, təqsirləndirilən şəxsin hadisədən bilavasitə sonrakı hərəkətlərini, yəni hadisə yerində qalaraq zərərçəkmiş şəxsə köməklik etmək imkanına malik olduğu halda bunu etməyərək hadisə yerindən qaçmasını, eləcə də törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığını, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb Cinayət Məcəlləsinin 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti qeyd edilən maddənin sanksiyasında göstərilən daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar – cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkirlər. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə isə MSY-dən azad edilərək barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində, yəni 02 (iki) gün şübhəli şəxs qismində tutulmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla ona təyin olunacaq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalı və onun üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı gündən, yəni 10 iyul 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi üçün 180 (bir yüz səksən) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə məsrəfləri yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Bərdə RPŞ-nin saxlanc anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd ağ rəngli mayka və 01 (bir) ədəd göy rəngli köynək zərərçəkmiş şəxsin həbsə olmasını nəzərə alaraq onun yaxın qohumlarına qaytarılmalı, götürülmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi 01 (bir) ədəd dəstəyi qəhvəyi rəngli bıçaq məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilməli, o, məhkəmə iclası zalında həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı gündən, yəni 10 iyul 2024-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi 180 (bir yüz səksən) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin saxlanc anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd ağ rəngli mayka və 01 (bir) ədəd göy rəngli köynək zərərçəkmiş şəxsin həbsə olmasını nəzərə alaraq onun yaxın qohumlarına qaytarılsın, götürülmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi 01 (bir) ədəd dəstəyi qəhvəyi rəngli bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-211/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-211/2024
10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver