Məhkəmə qərarları › İş №1(100)-211/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-211/2025

31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-211/2025 31.07.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), İbişov İlkin İlqar oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X10 və Kərimova Samirə Səbuhi qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1979-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, O istintaqa məlum olmuyan vaxt və mənbədən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,269 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 08 may 2023-cü il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün o, saat 12:30 dəqiqələrində Gəncə şəhəri, Ş.Rustavelli küçəsində yerləşən 22 saylı tam orta məktəbin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 3-cü PB-nin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 1 ədəd falqa bükümdə, təmiz çəkisi 0,269 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o təkrar istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,092 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 00:10 dəqiqələrində Gəncə şəhəri Nəriman Nərimanov prospekti ilə Nizami prospektinin kəsişməsində yerləşən «Docta» adlı aptekin yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,092 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə və psixotrop maddələrin aludəçisidir. İlk dəfə polis əməkdaşları yaşadığı evin yaxınlığında üzərində narkotik vasitə hesab olunan heroinlə onu saxlamışlar. Həmin narkotik vasitə hesab edilən heroini də şəxsi istifadəsi üçün almışdır. Onu Gəncə şəhəri 3-cü polis bölməsinə aparmış, orada polis əməkdaşları tərəfindən üzərinə videoçəkilişlə baxış keçirilən zaman narkotik vasitə hesab edilən heroin aşkar edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Ağrıları olduğu üçün mütəmadi olaraq müxtəlif növ narkotik vasitələrdən istifadə etmişdir. İki gün Gəncə şəhər Polis İdarəsinin MSY-də saxlanıldıqdan sonra azadlığa buraxılmış, qısa müddət keçdikdən sonra ikinci dəfə polis əməkdaşları tərəfindən üzərində narkotik vasitə hesab edilən heroinlə saxlanılmış və yenidən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Gəncə şəhər Məhkəməsinin qərarı ilə 2 (iki) ay müddətinə barəsində həbs qətimkan tədbiri seçilmiş və 2 saylı İstintaq Təcridxanasına aparılmışdır. Sonradan həbs müddəti 1 (bir) ay da uzadılmış, cinayət işini prokuror istintaqa qaytarılmış, barəsində seçilmiş “həbs”in müddəti bitdiyi üçün 2 saylı İstintaq Təcridxanasından azadlığa buraxılmışdır. Üzərindən təxminən 8 ay keçdikdən sonra polis əməkdaşı olan müstəntiq yaşadığı ünvana gələrək anası və qonşuların yanında məndən rüşvət istəmiş, verməyəcəyi təqdirdə barəsindəki işin ağırlaşdıracağını demişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, xəstə olduğu üçün narkotik vasitələrdən istifadə etmiş, birinci dəfə üzərindən aşkar edilmiş narkotik vasitəni yerdən tapmış, ikinci dəfə aşkar edilmiş narkotik vasitəni isə əvvəldən tanıdığı hazırda vəfat etmiş digər şəxsdən almışdır. Gün ərzində yarım qramdan az narkotik vasitə istifadə etmiş, narkotik vasitəni təxminən 30 manata almışdır. Artıq narkotik vasitədən istifadə etmir, əvvəllər maşın və ev alqı-satqısı ilə məşğul olmuşdur. Saxlanılan zaman polis əməkdaşları tərəfindən mənə qarşı heç bir təsir və ya təzyiq olmamışdır. Narkotik vasitədən əvvəllər istifadə etsə də artıq istifadə etmir, üzərindən aşkar olunmuş narkotik vasitələrin qramları düzgün yazılıb. Tutduğu əməldən peşmandır, himayəsində iki azyaşlı uşağı var. Oğlunun 15 yaşı var, hal-hazırda autizm xəstəliyindən əziyyət çəkir və Gürcüstan Respublikasında bununla bağlı müalicə alır. Qızının 11 yaşı var, hal-hazırda o da Gürcüstan Respublikasındadır. Anası da xəstəlikdən əziyyət çəkir. Özü 6-7 ildir ki, narkotik vasitə istifadəçisidir, mobil telefon nömrəsi ilə aparılmış yazışmalar ona məxsus olsa da, həmin yazışmalar narkotik vasitələrin əldə edilib istifadə edilməsi üçün olmuşdur. Əməlindən peşmandır, ona ədalətli cəza verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, hadisənin üstündən uzun müddət keçsə də, xatırladığı odur ki, əməliyyat məlumatı ilə Təqsirləndirilən şəxs Gəncə şəhəri ərazsində yerləşən 22 nömrəli məktəbin yanında olduğunu müəyyən etmiş, onu həmin yerdə saxlayaraq Gəncə şəhəri 3-cü Polis Bölməsinə gətirmişlər. Təqsirləndirilən şəxs üzərinə baxış keçrilməmişdən əvvəl ona vəkil təqdim olunmuş, daha sonra üzərində qanunsuz nə varsa, təqdim edilməsi deyilmişdir. Təqsirləndirilən şəxs şalvarın sağ cibində siqaret kağızına bükülmüş ilkin baxışdan narkotik vasitə hesab edilən heroinə bənzər maddəni çıxarıb təqdim etmiş, Təqsirləndirilən şəxsla söhbət zamanı üzərindən aşkar olunan narkotik vasitən hesab edilən heroini yerdən tapdığını şəxsi istifadəsi üçün saxladığını etiraf etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, əməliyyat tədbirində özü, Şahid1 və Şahid3 iştirak etmiş, əməliyyat məlumatı Şahid3 daxil olmuşdur. Saxlanılarkən onlara qarşı hər hansı bir müqavimət göstərməmiş, ona qarşı da heç bir zorakılıq edilməmişdir. Şəxsi saxladığı tarixi tam dəqiq xatırlamasa da, əməliyyat tədbiri Gəncə şəhərində yerləşən 22 nömrəli məktəbin yanında olmuşdur. Həmin ərazi “Mahrasa bağı” adlanın yer olmuş, üstündən uzun müddət keçdiyi üçün Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitənin çəkisini dəqiq xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, 08 may 2023 cü il tarixdə saat 12:30 radələrində Təqsirləndirilən şəxs ilə bağlı əməliyyat məlumatı daxil olmuş, məlumatda Təqsirləndirilən şəxs Gəncə şəhərində 22 nömrəli məktəbin yaxınlığında olması müəyyən edilmişdir. Asimlə özü həmin ünvana yaxınlaşmış, şəxsə yaxınlaşıb onunla bağlı qəbul olunmuş qərarla tanış edib Gəncə şəhər 3-cü Polis Bölməsinə dəvət etmişlər. Orada şəxsin üzərinə baxış keçirməmişdən əvvəl hüquq və vəzifələri izah olunmuş, daha sonra şəxsin üzərinə baxış keçirilmiş və bir büküm heroinə bənzər kütlə aşkar edilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, şəxsin üzərindən aşkar olunan heroinə bənzər kütlənin təmiz çəkisi təxmini 0,48 qram olmuş, şəxs üzərindən aşkar olunnan narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını demişdir, əməliyyatın qrupunun rəhbərinin kim olması yadında deyil. Şəxsə qarşı hər hansı təzyiq və təsir olmamışdır. 08 may 2023-cü ildə saxlanılmış, əməliyyat məlumatı bir gün əvvəl daxil olmuş, əməliyyat axtarış tədbirinə Asimlə özü getmişdir. Təqsirləndirilən şəxs 22 nömrəli məktəbin yaxınlığında saxlanılmış, narkotik vasitə şəxsin üzərindən aşkar edilmiş, üzərinə şəxsi axtarış keçirilməsində iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər “stepan” kimi tanımış, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələri qanunsuz olaraq üzərində saxlayıb daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Şəxs saxlanılıb Gəncə şəhər 4-cü Polis Bölməsinə aparılmış, təhqiqatçının otağına çıxarılmış, otaqda şəxsin üzərində videoçəkilişlə baxış keçirilmişdir. Baxış nəticəsində miqdarı yadında olmayan heroin adlanan narkotik vasitə aşkar edilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, əməliyyat məlumatı ona daxil olmuş, məzmunu narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə bağlı olmuşdur. Satışla bağlı əməliyyat məlumatı daxil olmamış, şəxsi 2023-cü ildə saxlamışlar, hansı ay olması tam dəqiqliyi ilə yadında deyil. Aşkar olunan narkotik vasitə bir bükümdə təxminən 1 qramdan çox olmuşdur. Şəxs narkotik vasitəni tapdığını bildirmiş, Təqsirləndirilən şəxs əməliyyat axtarış tədbirində 2 nəfər özü və Şahid1 olmuşdur. Şəxsi Gəncə şəhəri “95 aptek”in yanında Nizami küçəsi ilə Dədə Qorqud küçəsində yerləşən terminalın qarşısında saxlamışlar. Təqsirləndirilən şəxs şöbəyə apararkən ona qarşı hər hansı təsir və təzyiq olunmamışdır. Narkotik vasitəni şəxs özü könüllü şəkildə təqdim etmiş, şəxsin üzərindən aşkar olunan narkotik vasitəsinin çəkisi təxminən 1 qramdan çox olmuşdur. Şəxsin üzərindən aşkar olunan psixotrop maddə heroin (kakos) olmuşdur. Şəxsin narkotik vasitə satması ilə bağlı hər hansı hal müəyyən etməmişlər. Məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş iş üzrə şahid qismində dindirilmiş Şahid1 eyniməzmunlu ifadə verərək Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədiqiq edilən 08 may 2023-cü il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokol və və əlavəsi olan DVD diskdən görünür ki, Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsində keçirilmiş şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predmet varsa, təqdim etməsi təklif edildikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan kiçik cibindən siqaret falqasına bükülmüş bükümü təqdim etmiş, içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Şifahi sorğu-sual zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü 1 gün əvvəl yaşadığı evin yaxınlığında tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş aşkar edilmiş narkotik vasitə çəkilib qablaşdırılmış üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-kimyəvi ekspertizasının 08 may 2023-cü il tarixli 16/489 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinə oxşar 0,48 qram çəkidə kütlə” yazı və imzalar olan kağız paketidəki 1 (bir) ədəd gümüşü bükümdə təmiz çəkisi 0,269 qram olan maddə küstar üsulla hazırlanmış narkotik vasitə-herondir. İş materiallarında olan və məhkəmədə araşdırılan 11 iyun 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokol və əlavəsi olan DVD diskdən görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü PB-də keçirilmiş şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predmet varsa, təqdim etməsi təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibindən 1 sellofan bükümü təqdim etmiş, təqdim etdiyi bükümdə ağ rəngli, kristal şəkilli narkotik vasitə “heroin”-ə oxşar kütlə olduğunu bildirmiş, götürülmüş “heroin”-ə oxşar kütlə elektron tərəzidə çəkildikdən sonra zərfə qoyub qablaşdırıldı və üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-kimyəvi ekspertizasının 11 iyun 2023-cü il tarixli 16/612 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin” yazı və imzalar olan kağız paketdəki, 2 (iki) ədəd iç-içə olan sellofan bükümdə, təmiz çəkisi 1,092 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş materiallarında olan və məhkəmədə araşdırılan “diskə baxış keçirilməsi haqqında” 02 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən “Qaqa 15 manat versem nə kömək ede bilərsən” məzmununda , ***-***-**-** saylı mobil nömrədən “QAQA MEN YUXARİ QALXRAM DAW OLSA 5 DE DAW GOTUR PUL 20 MANATDİ” məzmununda, ***-***-**-** saylı mobil nömrədən “QAQA TEL İWLEMİR BİDENE CVB VERERDN MENE 15 MAN VAR” ***-***-**-** saylı nömrəyə “Birinçi aynanın diblərinə bax ora qoydum” məzmununda **********00 Noldu ay qaqa deyen ele menim 10 lugum kuleye tusdu hay niye bele olduki ay dos yeni ma lazimiydimiki bu qaqa deysen das verim agali sorada bele eliyisen **********49 ay qaqa bes manatdix dedin menim heqiqeten yoxumdu pulum bir damci qret ede bilersen brat? ***-***-**-** saylı mobil nömrədən “QAQA 24 MANAT DUZELTDİM NAGARAX” məzmununda, ***-***-**-** saylı mobil nömrədən X28 X32 X34 X17 X18 5 X23 X21 X33 Qadan Alim, X29 X3 X9 X4 X11 15 X30 Bilde Qaqa, X24 X25 X35 X22 X19 X15 X16 Ele Qaqa, X20 X26 X31 X38 X5 X37 X27 məzmununda, ***-***-**-** mobil nömrəyə“Olar kafrovuya dəyirlər yarı 0.28 qəlir çtdə 10 bəyq 5 dik qötürmsə” məzmununda, ***-***-**-** saylı mobil nömrədən Teli ac geliram 30 goturem məzmununda, ***-***-**-** saylı mobil nömrədən Ramin indiyene qeder seni alatmamışamki ne demişem onuda elemişem sen dedinki 15manat dıxdı mende dedim narahat olma 15.20 patıdı sen verdiyin o döyüldü. sağol ma düşmür bele mensa bele elemezdim məzmununda, ***-***-**-** saylı mobil nömrədən Get işinnen meşgul ol osturaxcı nın yekesı sensen nə sikirem men lo mkada pul cibimde 2 saat 20 deyqe bunnan qabax yığmışam. bağışdayın sizi gözdemeliydim ki nə vaxt sikin duracak onda zeng edessen məzmununda, ***-***-**-** saylı mobil nömrədən 50 azn vur 1 qram temiz 15 azn qAti Razi qalarsan məzmununda, ***-***-**-** «X36 Ma» məzmununda, ***-***-**-** gündür müalicədən çıxmısam elə eləmə ki başqa cür danışım sənnən məni tezdən narkoman etmə” məzmununda smsləri yazıldığı müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-narkoloji ekspertizasının 19 may 2023-cü il tarixli, 874 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. 3-cü qrup əlil olduğuna görə məcburi müalicə tədbiq edilə bilməz. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-kimyəvi ekspertizasının 24 iyul 2023-cü il tarixli 16/733 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 2 (iki) ədəd kağız paketlərdəki heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidir. İş materiallarında olan və məhkəmədə araşdırılan DİN-nin BƏSİİ-dən verilmiş tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırlması cəzası təyin edilmiş və xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış xx.xx.2023-cü il tarixli, 3368 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər Narkoloji Dispanserdən verilmiş xx.xx.2023-cü il tarixli 3397 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə xx.xx.2019-cu il tarixdən tiryək alkoloidlərindən mütəmadi istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyi diaqnozu ilə dispanser qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə aşkar edilmiş qalıq çəkisi 0,269 qram, xx.xx.2023-cü ildə aşkar edilmiş 1,092 qram narkotik vasitə heroin iş üzrə mühüm əhəmiyyət kəsb etdiklərinə görə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş, şəxsi axtarış istintaq hərərkətinin qeydə alındığı videogörüntülər olan 2 (iki) ədəd DVD, eləcə də telefon danışıqlarına dair məlumatlar olan ədəd CD disk iş materiallarında əlavə edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə, o həbsdən azad edilmişdir. İş materiallarında əlavə edilmiş məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(125)-308/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(125)-407/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 1 (bir) ay uzadılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli Gəncə şəhər 2 saylı İstintaq təcridxanasından verilən xx.xx.2023-cü il tarixli, 3-16-17/39/2- 6418/2023 saylı məktuba əlavə edilən iltizamdan görünür ki, həbsdə saxlama müddəti başa çatdığı üçün 2 saylı İstintaq Təcridxanasından azad edilmiş, istintaq orqanı və məhkəmənin çağırışına vaxtında gəlməsi barədə iltizama imza etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan ƏƏSMN X1 Sistemindən əldə edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, orqanizm funksiyalarının 31-60 faiz pozulmasına görə İİİ qrup əlillik təyin edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli, 134 №li arayışdan görünür ki, təqsirləndirilən şəxsin anası X8 xx.xx.2009-cu ildən Gəncə şəhər Z.Məmmədov adına Birləşmiş Xəstəxananın endikrinoloji şöbəsində “şəkərli diabet İİ tip” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 324c-24 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə əməlinin CM-nin 234.1-ci maddəsində saxlanılması, daha ağır maddəyə tövsif edilməsi üçün pul tələb edilməsi barədə məhkəmədən daxil olmuş məlumat əsasında aparılmış araşdırma göstərilənlər təsdiqini tapmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan notarial qaydada təsdiq edilmiş xx.xx.2008-ci ildə verilən Moskva VVAQ tərəfindən arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2006-cı il təvəllüdlü X6 doğulmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Moskva VVAQ idarəsi tərəfindən verilən xx.xx.2012-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X7 adlı azyaşlı övladı var. İş materiallarında olan və məhkəmədə araşdırılan notarial qaydada təsdiq edilən arayışdan görünür ki, X6 əlilliyi olan uşaq kimi qeydiyyata alınmış və onun qanuni nümayəndəsi Rima Hüseynova qeyd edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan 2 saylı İstintaq Təcridxanasından verilən xx.xx.2025-ci il tarixli, 3-16-17/41/2-3293/2025 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs hər iki yuxarı və aşağı ətrafında inyeksiyadan sonrakı izlər və köhnə çapıq toxuması aşkar edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli ittiham olunduğu CM-in 234.4.2-ci maddəsindən həmin Məcəllənin 234.1 və 234.1-1-ci maddələrinə tövsif edilməlidir. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsə verilmiş ittihamdakı 1-ci epizod üzrə Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsində yazılan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraa narkotik vasitə əldə edib saxlaması istifadə etməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işi üzrə digər epizod üzrə isə Gəncə şəhər 4-cü Polis Bölməsində yazılan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsi, satması və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. İş üzrə həm ibtidai araşdırmanın aparıldığı bütün müddətdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən və üzərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs müdafiəçilərinin iştirakı ilə verdiyi bütün izahat və ifadələrində, eləcə də istintaq hərəkətlərinin aparıldığı videoçəkilişlərdə üzərindən aşkar edilən heroini tapdığını (məhkəmə baxışında isə hazırda vəfat etmiş şəxsdən aldığını) və heç kimə vermədiyini qəti göstərmişdir. İş üzrə şahid qismində dindirilmiş Gəncə ŞPİ-nin əməliyyat müvəkkilləri həm ibtidai istintaq, həm də məhkəmə baxışında verdiyi ifadələrində göstərmişlər ki, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin satış məqsədilə əldə edilməsi və ya satdığı şəxslərin dairəsi müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan əməliyyat tapşırığına cavab məktublarından da görünür ki, narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsi barədə məlumat verməsini narkotik vasitə olan heroini satdığı şəxslərin dairəsini və narkotik vasitə olan heroini həqiqətən haradan əldə etməyin müəyyən edilə bilinmədiyi göstərilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının müvafiq rəyində də Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən istifadə etməsi, heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi göstərilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, ibtidai araşdırma orqanının araşdırma zamanı gəldiyi qənaətə əsasən ittiham aktında göstərdiyi Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması öz-özlüyündə şəxsin satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni və təkrarən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham versə də, satış məqsədini təsdiq edən (istehlakçılarla əvvəlcədən razılıq əldə etməsi və ya sövdələşməsi, şərti alıcı ilə aralarında razılıq olmasına dair telefon danışığı və mesajlar olmasına, narkotik vasitə hazırlanması üçün avadanlığı əldə etməsi, onun şəxsi istehlak miqdarından artıq narkotik vasitəni sifariş əsasında əldə etməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və bu kimi sair hərəkətlər) hallara dair hər hansı bir sübut əldə edə bilməmiş, satışla bağlı hissədə onun təqsirini sübuta yetirə bilməmişdir. Yuxarıda qeyd edilən hallar Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədi olmadan şəxsi istehlak və sair məqsədlə qanunsuz olaraq əldə edib saxlamasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli 8 №li qərarının 14-cü bəndinə əsasən CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə, onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. CM-in 234.4.2-ci maddəsi ilə həmin Məcəllənin məhz 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə məsuliyyət müəyyən edildiyindən, yəni narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi CM-in 234-cü maddəsində nəzərdə tutulmadığından, əvvəllər CM-in 234.1 və ya 234.1-1-ci maddəsində göstərilən cinayəti törətmiş şəxs tərəfindən eyni əməllərin törədilməsi CM-in 234.4.2-ci maddəsi ilə tövsif oluna bilməz. Belə hallarda satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda və ya külli miqdarda və ya xüsusilə külli miqdarda bir neçə dəfə əldə etmə, saxlama, daşıma, emal etmə, hazırlama əməli hər bir əməldə narkotik vasitənin (psixotrop maddənin) miqdarı xeyli miqdar olduqda - CM-in 234.1-ci maddəsi, külli miqdar olduqda – CM-in 234.1-1-ci maddəsi, xüsusilə külli miqdar olduqda – CM-in 234.4-1-ci maddəsi ilə tövsif olunmalı, CM-in 234.1-ci və ya 234.1-1-ci və ya 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin təkrar törədilməsi isə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Maddənin dispozisiyasından göründüyü kimi, əməlin Azərbaycan Respublikası CMnin 234.4.2-ci maddəsi ilə tövsif edilməsi üçün ilk əvvəl əməldə CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətləri mövcud olmalı, daha sonra isə qeyd edilən cinayətlərin hər biri ayrı-ayrılıqda təkrar törədilməlidir. Bununla belə iş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan işlər üzrə şəxsin əməlləri birbaşa CM-nin 234.4.2-ci maddəsinə tövsif edilmiş və xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxs həmin maddə ilə yeni məzmunlu ittiham elan edilərək həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Göründüyü kimi istintaq orqanı sübutlar olduqda hər iki iş üzrə Təqsirləndirilən şəxs ayrı-ayrılıqda Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamı dəyişdirərək ilk növbədə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürməli və daha sonra satış məqsədi təsdiq edildiyi halda qeyd edilən hər iki işi bir icraatda birləşdirərək əməli CM-nin 234.2-ci maddəsindən CM-nin 234.4.2-ci maddəsinə tövsif etməli olduğu halda, sonuncunun ayrı-ayrı epizodlar üzrə olan əməllərini birbaşa Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən CM-nin 234.4.2-ci maddəsinə tövsif etmiş, bununla istintaq orqanı Təqsirləndirilən şəxs əməlinin tövsifi barədə düzgün qənaətə gəlməmişdir. Şəxsin satışla bağlı məqsədini təsdiq edən yeganə mötəbər hal kimi ittiham aktına əlavə edilən cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş telefon danışıqları və smslərin məzmunundan isə Təqsirləndirilən şəxs bilavasitə narkotik vasitə əldə etməyə yönələn cəhdləri, əldə ediləcək narkotik vasitənin “keyfiyyəti” və növü ilə bağlı “narahatlığı” əks olunur ki, bu şəxsin satışı təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, aparılmış ibtidai araşdırma zamanı zamanı istintaq orqanı tərəfindən mesaj göndərilən mobil telefon nömrələrinin məxsus olduğu şəxslərin kimliyi və narkotik vasitələrlə “əlaqəli şəxslər” olub-olmaması isə araşdırılmamış, həmin şəxslərin Təqsirləndirilən şəxs narkotik vasitə satması yaxud alması dəqiqləşdirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, İİ siyahıya əsasən metamfetamin psixotrop maddə hesab olunur, heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə və narkotik vasitələrin qanunsuz olması yuxarıda göstərilən sübutlarla yanaşı, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarını (yəni özünə məxsusluğunu) deyil, əməlinin tövsifi ilə bağlı hissədə mübahisələndirdiyi üçün və yuxarıda bununla bağlı mövqeyini məhkəmə kifayətə qədər geniş və əhatəli şərh etdiyi üçün əlavə əsaslandırma aparılmasını zəruri hesab etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Beləliklə, ibtidai araşdırmadan fərqli olaraq cinayət işinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan məlum olmayan vaxt və mənbədən naməlum çəkidə narkotik vasitə olan heroini naməlum çəkidə qanunsuz olaraq əldə edib saxlayaraq üzərində daşımış, 08 may 2023-cü ildə Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 12:30 dəqiqələrində Gəncə şəhəri Ş.Rustavelli küçəsində yerləşən 22 saylı tam orta məktəbin yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nin 3-cü PB-nin inzibati binasına gətirilmiş, üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 1 ədəd falqa bükümdə, təmiz çəkisi 0,269 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, naməlum çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 00:10 dəqiqələrində Gəncə şəhəri Nəriman Nərimanov prospekti ilə Nizami prospektinin kəsişməsində yerləşən «Docta» aptekin yaxınlığında saxlanılıb Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinə gətirilmiş, üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,092 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Fərhad oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir və onun əməllərində cinayət tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs Fərhad oğlunun törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqları olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, törətdiyi əməldən səmimi peşmanlıq çəkməsini və İİİ qrup əlil olmasını, anasını şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini isə məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlindən sonra CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsidir ki, qüvvədə olan qanunvericilik və mövcud məhkəmə praktikası bunu cinayətlərin təkrar törədilməsini kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama .... daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi qeyd edir ki, göstərilən maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması nəzərdə tutulsa da, hazırki iş üzrə təqsirləndirilən şəxsin şəxsiyyəti və törətdiyi əməllərin xarakteri ona həmin növ cəza təyinini istisna edən haldır. Belə ki, iş materiallarına əlavə edilmiş tələbnamə və hökmlərin surətindən görünür ki, təqsirləndirilən şəxsə hazırki iş üzrə ilk cinayət əməlinin törədildiyi vaxta qədər 1 dəfə eynixarakterli əmələ görə İ instansiya məhkəməsi tərəfindən azadlıqdan məhrum etmə cəzası təyin edilsə də, Təqsirləndirilən şəxs islah olmayara eynixarakterli cinayət əməlini törətmiş, sonrakı 1 ay ərzində də təkrarən eynixarakterli əməllər törətmişdir ki, bu da onun şəxsiyyətini mənfi xarakterizə edən və törətdiyi əməlin ictimai təhlükəliliyini artıran, barəsində daha yüngül cəza təyinini istisna edən amillərdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin etməklə və şəxsin həmin cəzanı real olaraq çəkməklə həm islah olunacağı və həm də cəzanın icrası daxilində tətbiq edilən rejim daxilində narkotik vasitələrdən asılılıqdan qurtaracağı qənaətinə gəlmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs İİİ qrup əlilliyi ilə bağlı məcburi narkoloji müalicənin təyin edilə bilməməsi, eyni zamanda əvvəlki məhkəmə hökmünə əsasən ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Gəncə polis İdarəsində məsul saxlanca verilmiş sübut qismində tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,219 qram və 1,042 qram olan narkotik vasitə heroin məhv edilməli, eləcə də cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı qeydə alınmış videogörüntülər olan 2 (iki) ədəd DVD, telefon danışıqlarına dair məlumatlar olan 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılmaldır. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə məsrəfi olan 93,20 (doxsan üç manat, iyirmi qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.1-ci ilə 1 (bir) il müddətinə, 234.1-1-ci maddəsi ilə isə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 3 (üç) il 6 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsiniin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 2 (gün) və həbsdə saxlanıldığı 3 (üç) ay çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli hökmün çıxarıldığı xx.xx.2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əvvəlki məhkəmə hökmünə əsasən yaşayış yeri üzrə narkoloji dispanserdə qeydiyyatda olması və əlilliyi ilə bağlı barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilməməsi nəzərə alınsın. İş üzrə maddi sübut qismində tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,219 qram və 1,042 qram olan narkotik vasitə heroinlər məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı qeydə alınmış videogörüntülər olan 2 (iki) ədəd DVD, telefon danışıqlarına dair məlumatlar olan 1 ədəd CD disk isə cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri olan 93,20 (doxsan üç manat, iyirmi qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar