Məhkəmə qərarları › İş №1(100)-212/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-212/2021

28.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-212/2021 28.07.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Qazax rayonu, Qarapapaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Qarapapaq kəndində qeydiyyatda olan və yaşayan, 11 yanvar 2021-ci il tarixdən həbsdə olan,Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaqdan Təsridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.1 və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs həmkəndlisi, Qazax rayonu Qarapapaq kənd sakini X2 onunla və ailə üzvləri ilə nalayiq hərəkətlər etməsi barədə həmkəndliləri arasında xoşagəlməz danışıqlar etməsini eşidib həmin söz-söhbətin onu kənd camaatı arasında nüfuzdan salmasına əsəbiləşərək qisas almaq niyyəti ilə Xəzər Quluzadənin arvadı Zərərçəkmiş şəxs1 zorlamaq qərarına gəlmiş, bu məqsədlə 30 dekabr 2020-ci il tarixdə, saat 01 radələrində X11 Federasiyasında olmasından istifadə edərək sonuncunun atası Zərərçəkmiş şəxs2 məxsus Qazax rayonu Qarapapaq kəndində olan ikimərtəbəli fərdi yaşayış evinə gəlib Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə evin ikinci mərtəbəsinə orada olan pilləkən vasitəsilə qalxıb pəncərədən evə qanunsuz daxil olduqdan sonra evin yataq otağında yatan Xəzər Quluzadənin arvadı, xx.xx.1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 yanında uzanıb yuxudan oyadaraq onunla cinsi əlaqədə olacağını demiş, habelə Zərərçəkmiş şəxs1 qışqırıb evdə yaşayanları köməyə çağırmasının və müqavimət göstərməsinin qarşısını almaqdan ötrü fiziki zor tətbiq edərək əli ilə sonuncunun ağzını bağlayaraq zorla cinsi əlaqədə olmaq niyyəti ilə Zərərçəkmiş şəxs1 qucaqlamış, sonuncu onu özündən kənarlaşdırıb qışqıraraq kömək çağırmaq istədikdə əli ilə vuraraq Zərərçəkmiş şəxs1 sol yanaq nahiyəsinin və sol saidin aşağı 1/3-nin iç səthinin qançırı xəsarətləri ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, cinayətkar qəsdini başa çatdırmaq üçün əvvəlcə öz şalvarını aşağı çəkmiş, daha sonra isə Zərərçəkmiş şəxs1 əynində olan koftasını çıxarmağa, şortiki aşağı çəkməyə çalışmaqla öz gərilmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs1 iradəsi əleyhinə cinsiyyət orqanına daxil etmək istəyib qəsdən, zorla təbii yolla cinsi əlaqədə olmağa cəhd göstərmiş, Zərərçəkmiş şəxs1 fəal müqavimət göstərərək onu özündən kənarlaşdırdığından və otaqdan ailə üzvlərinə məlumat vermək üçün qaçdığından həmin otağın pəncərəsindən küçəyə tullanaraq oradan qaçmaqla, öz iradəsindən asılı olmayan səbəblərə görə zərərçəkmiş şəxsə zor tətbiq etməklə və belə zor tətbiq etmək hədəsi ilə cinsi əlaqədə olmaqda ifadə olunan əməlini başa çatdıra bilməyib, Zərərçəkmiş şəxs1 zorlamağa cəhd etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.1 və 157.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, anası Şahid3 və nənəsi Zeynəb Yusibova ilə birlikdə Qazax rayonu, Qarapapaq kəndində yaşayır. Üç ildir ki, pul qazanmaq məqsədilə Türkiyə Respublikasına getmiş və orada usta işləyərək ailəsini dolanmasına kömək etmişdir. İstanbul şəhərində onunla birlikdə işləyən tanışı həmkəndlisi Xəzərin onun haqqında kənd əhalisi içərisində nalayiq ifadələr işlətdiyi, guya, o, uşaq olanda, o, öz cinsiyyət orqanını onun ağzına saldığını, bir neçə il əvvəl isə anası və bacısına qarşı nalayiq ifadələr işlətdiyini, onlarla guya cinsi əlaqədə olması barədə danışdığını öyrənmişdir. Əvvəllər kənddə olarkən də bu barədə sözlər eşitmişdir. Özünü başa düşəndən təxminən 5-6 yaşlarında olarkən Xəzərin ona qarşı bu cür hərəkətlər etdiyini tam olmasa da, xatırlamışdır. Xəzər kənd içərisində danışarkən də guya anası, bacısı ilə cinsi əlaqədə olması barədə danışmışdır. Bu barədə bibisi oğlu Tofiq də onunla 4-5 il bundan əvvəl bu barədə danışmışdır. Bu həyatı boyu onun özündən çıxmasına səbəb olmuşdur, buna görə də, Qazax rayonuna gəlməyi qərara almışdır. İstanbuldan çıxaraq 25 dekabr 2020-ci il tarixdə Qazax rayonu Qarapapaq kəndinə gəlmişdir. Qarapapaq kəndinə gəlməkdə məqsədi Xəzərlə görüşərək bu məsələni onunla danışmaq, bütün bu söz-söhbətlərə son qoymaq olmuşdur. Yaşadıqları evi kirayə verdikləri üçün həmin kənddə nənəsi Zeynəb Yusibovanın yanına gedərək orada qalmışdır. Kənddə olarkən həmkəndlilərinin davranışlarından Xəzərin onun haqqında danışdığını, həmkəndlilərinin ona baxışlarının dəyişdiyini hiss etmişdir. 29 dekabr 2020-ci il tarixdə gündüz saatlarında yaşadığı məhəlləyə getmiş, həmin vaxt həmkəndlisi Xəzərin arvadı Ramilə onu küçədə görərək “Bizimkilər evdədi, gəl onlarla görüş” demişdir. O, Xəzərin evinə getmişdir. Həmin vaxt onların evində Xəzərin arvadı Ramilə, qaynatası, qaynanası olmuşdur, təxminən yarım saat ümumi mövzuda söhbət etmişlər. Ramilə ilə münasibətləri həmişə yaxşı olmuşdur. Sonuncunu özünə bacı kimi görmüşdür. Axşam saatlarında isə bibisi oğlu Tofiqlə evlərində görüşərək birlikdə spirtli içki qəbul etmişlər. Sonuncu ilə söhbət zamanı Xəzərin dedikləri barədə söhbət açılmış, açılmış söhbət zamanı Tofiqdən Xəzərin ailə üzvləri, yəni anası və bacısı haqqında da nalayiq ifadələr işlədib-işlətmədiyini soruşmuşdur, o da, təxminən 4-5 il bundan əvvəl Xəzərin özü və anası haqqında nalayiq ifadələr işlətdiyini soruşmuş, Tofiq isə istəməyərəkdən ağzından Xəzərin onun ailə üzvləri haqqında nalayiq ifadələr işlətməsi, həmçinin anası və bacısı ilə cinsi əlaqədə olması barədə danışdığını ağzından qaçırmışdır. O da bundan çox qəzəblənmişdir. Xəzərin həmin vaxt dediklərinə görə üzr istədiyini bildirmişdir. Gecə saat 01 radələri olarkən Xəzərgilin evinə getməyi qərara almışdır. Onların evlərinə tərəf getmiş, darvazanın yanında olan hasardan dırmaşmış və Ramilənin yaşadığı evin həyətyanı sahəsinə daxil olmuş, həyətyanı sahəyə daxil olmazdan əvvəl kurtkasını və ayaqqabısını darvazanın yaxınlığında çıxararaq dəmirə ilişdirib saxlamışdır. Həmin fərdi yaşayış evinin ön hissəsinə keçərək birinci mərtəbəsində olan otağa daxil olmuş, orada qarşısına Xəzərin bacısı Gözəl çıxmış, sonuncu ona tez geri qayıtmağını tapşırmışdır və özü isə birinci mərtəbədəki otağa keçmişdir. O da oradan aralanıb darvazaya tərəf getmiş, təxminən 5-7 dəqiqə gözlədikdən sonra ikinci mərtəbəyə qalxmaq fikrinə düşmüşdür. Ramilənin qaynatası, qaynanası onun gəldiyini eşitməsin deyə sakitcə yuxarı qalxmış və ikinci mərtəbədə olan qapını sakitcə döymüşdür. Məqsədi Xəzərin arvadı ilə cinsi əlaqədə olaraq ona dediyi sözlərin əvəzində kişi olduğunu, homoseksual olmadığını, həm Xəzərə, həm də kənd əhalisinə sübut etmək olmuşdur. İkinci mərtəbədə qapını döydükdə qapını heç kim açmamışdır, sonra pilləkənlərdən aşağı düşərək pilləkənlərin kənarında olan əl tutmaq üçün nəzərdə tutulmuş dəmirin üstünə çıxaraq pəncərəni açmağa çalışmışdır, həmin pəncərədən əvvəl daha yuxarı pilləkənlərə paralel yerləşən pəncərələri açmağa çalışsa da, həmin pəncərələr qapalı olduğu üçün oradan evə daxil ola bilməmişdir. Pilləkənlərin kənarında olan dəmirin üstünə çıxaraq pəncərəni itələyərək içəri daxil olmuşdur. Ramilənin yatdığı otağı əvvəlcədən bilməmişdir. İkinci mərtəbədə 3 ədəd otaqdan yalnız ortada olan otaqda qırmızı rəngli “naçnik”-in yanılı olduğunu görüb həmin otağa tərəf getmişdir. Otağa daxil olanda Ramilənin döşəmədə açılmış döşəyin üzərində yatdığını görmüşdür. Ramilənin əynində qara rəngli şortik, açıq-çəhrayı kofta olmuşdur. Ramilənin yanına keçərək uzanmış, həmin vaxt Ramilə yuxudan oyanmış və onu görüb “Sən burada nə edirsən, Səbuhi?” demişdir. Ramilənin ağzından tutaraq qışqırıb kömək çağırmasına imkan verməmişdir. Sonuncudan ərinin Rusiyadan gəlib-gəlmədiyini soruşmuş, o isə gəlmədiyini bildirmişdir. Ramiləyə onunla cinsi əlaqədə olacağını, Xəzərə kişi olduğunu sübut edəcəyini bildirmişdir, Ramilə ona müqavimət göstərmək istədikdə əli ilə onun bədəninə və sifətinə zərbələr vurmuşdur ki, sonuncu ona mane olmasın. Sonra öz şalvarını və tumanını aşağı çəkərək Ramilə ilə cinsi əlaqədə olmaq istəmiş, həmin vaxt cinsiyyət orqanı bərkimişdir. Sonra Ramiləni tutub saxlayaraq onunla cinsi əlaqəyə girmək istəmişdir. Həmin vaxt Ramilə ona müqavimət göstərməyə çalışdığı üçün yorğan üzlüyü odun peçinə dəyərək müəyyən hissəsi yanmış, dərhal yorğan üzlüyünü söndürmüşdür. Sonra əli ilə Ramilənin əynində olan şortikini iki dəfə aşağı çəkməyə çalışsa da, Ramilə şortiki aşağı çəkməyə imkan verməmiş, həmçinin, əli ilə onun əynində olan köynəyi qaldırmağa çalışsa da, sonuncu köynəyi də qaldırmağına imkan verməmişdir. Belə ki, sərxoş olduğundan daha da ehtiraslanıb Ramilənin əynində olan koftanın boyun hissəsindən dartaraq cırmağa çalışmışdır. Ramilənin boynundan və sifətindən öpməyə çalışmışdır. Ramilə ona “Xəzərin yanında hörməti yoxdumu. Bu nə hərəkətdir edirsən?” demiş, o isə cavabında “Xəzərin də varyoxunu” deyib nalayiq ifadələr işlətmişdir. Bu söhbətlərdən sonra Ramilə otaqdan çıxaraq qaynatasına məlumat verəcəyini bildirmişdir. Ramilənin əvvəlcə onun məcburi şəkildə paltarlarını çıxarmasına imkan vermədiyini, həmçinin otaqdan çıxaraq ailə üzvlərinə məlumat vermək üçün qaçdığını gördükdə onunla cinsi əlaqədə olmamağı və evdən çıxaraq qaçmağı qərara almışdır. Həmin vaxt o yerindən qalxaraq tez otaqdan çıxmış, o da həmin otaqda peçin yanındakı pəncərəyə vurulmuş ağ mələfəni aşağı çəkərək cırmış və pəncərəni açaraq evdən qaçmışdır. Buna görə də, həmin pəncərəni açaraq arxası çöl tərəfə pəncərənin aşağısında olan daşdan tutaraq sallanmış, sonra küçəyə düşmüşdür, darvazanın yanına qoyduğu gödəkçəsi və ayaqqabılarını götürüb nənəsigilə qaçmışdır. Həmin vaxt nənəsinin yaşadığı evin darvazası bağlı olmuşdur. Buna görə də, hasardan tullanaraq evin həyətinə keçmi və evə gedib yatmışdır. Səhəri günü isə təxminən saat 09 radələrində evdən çıxmış və Qazax şəhərinə gəlmişdir. Qazax şəhərində bazara getmiş, sonra şəhərin müxtəlif yerlərində gəzmişdir. Qazax şəhərində olarkən “Mədəniyyət evi”-nin yanında olan dükandan (055)620-05-59 mobil telefon nömrəsini, orada olan Amil adlı şəxsin mağazasından isə 120 manata “Samsung” markalı mobil telefonu almışdır. Axşam saatlarında bibisi oğlu Tofiq onunla əlaqə saxlayaraq polislər tərəfindən axtarıldığını bildirmişdir, təxminən saat 21 radələrində polis sahə rəisi ilə görüşmüş və birlikdə rayon polis şöbəsinə gəlmişlər. Hadisə günü əynində qara rəngli cins şalvar, uzun boğaz qara sviter və yun qara papaq, həmçinin qara rəngli corab olmuşdur. Evdən tullanıb qaçdıqdan sonra əynindəki corablar palçıq olduğu üçün onları xatırlamadığı yerdə atmışdır. Papağının harada düşürməsini isə xatırlamır. Ramiləyə əvvəllər heç vaxt cinsi əlaqədə olmağı təklif etməmiş, heç vaxt belə bir hərəkətlərə yol verməmişdir. Xəzərin orda-burda Səbuhini “p....” eləmişəm dediyi, həmçinin anası və bacısı ilə cinsi əlaqədə olduğunu bildirdiyi üçün kənddə hamının ona münasibəti dəyişmişdir. Xəzəri tapa bilmədiyi üçün arvadı ilə cinsi əlaqədə olaraq sonuncunun etdiyi hərəkətlərə qarşılıq vermək və onu kənd içərisində hörmətsiz etmək, homoseksual olmadığını, kişi olduğunu ona və kənd əhalisinə sübut etmək istəmişdir. Bütün bunlara baxmayaraq hadisədən sonra zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışdığını və əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Qazax rayonu Qarapapaq kəndində qayınatasıgillə birlikdə yaşayır. 2002-ci ildə X8 ilə ailə qurmuşdur. Əri ev təmiri ilə məşğul olduğundan müxtəlif evlərdə işləyir. Təxminən 1 il əvvəl maddi vəziyyətlə əlaqədar əri Rusiya Federasiyasının Dağıstan vilayətində işləməyə getmişdir. 2020-ci ilin mart ayında ölkə ərazisində koronavirus (Covid- 19) pandemiyasının yayılması ilə əlaqədar o ölkə ərazisinə qayıda bilməmişdir. Qayınatasına məxsus evin ikinci mərtəbəsində kiçik oğlu Arazla birlikdə qalmışdır. Digər övladları isə evin birinci mərtəbəsində baba-nənələri ilə birlikdə yatırlar. Həmçinin, ailəsindən ayrılmış baldızı Gözəl Sadıqova da 2 övladı ilə birlikdə evin birinci mərtəbəsində valideyni ilə bir otaqda yatır. 29 dekabr 2020-ci il tarixdə 23 radələrində yorğun olduğu üçün yatdığı ikinci mərtəbədəki otağa qalxaraq odun sobasını yandırmışdır. Bir qədər keçmiş oğlu Arazı götürərək yatmaq üçün otağına keçmişdir. Oğlu uşaq çarpayısında, özü isə odun sobasının yanında yerdə yatmışdır. Araz yatdıqdan sonra yorğun olduğu üçün onu yuxu aparmışdır. Qəflətən yuxudan duranda üstündə ağırlıq olduğunu hiss etmişdir. Ayılan kimi həmin şəxs onun qollarından tutaraq üstünə uzanmışdır, həmin şəxs onun durduğunu gördükdə “Xanım, mənəm Səbuhi səs etmə” deyə bildirmişdir, bundan sonra həmin şəxsin həmkəndlisi Səbuhi olduğunu bilmişdir. Sonuncuya nə üçün evinə gəldiyini soruşduqda, o əli ilə ağzından tutaraq qışqırıb kömək çağırmağına imkan verməmişdir. Müqavimət göstərmək istədikdə, Səbuhi əli ilə bədəninə və sifətinə zərbələr vurmağa başlamışdır. Özü isə şalvarını aşağı çəkəndə onunla cinsi əlaqədə olmağa çalışdığını başa düşmüşdür, belə ki, Səbuhi şalvarı və tumanını aşağı çəkdikdə sonuncunun cinsiyyət orqanının bərkidiyini görmüşdür. Həmin vaxt onu zorla tutub saxladıqda yorğan üzlüyü odun peçinə dəyərək müəyyən hissəsi yanmış, Səbuhi dərhal yorğan üzlüyünü kənara çəkərək söndürmüşdür. Sonra Səbuhi bir əli ilə əynində olan qara rəngli şortiki iki dəfə çıxarmağa çalışmış, o isə əli ilə paltarını yuxarı dartaraq buna imkan verməmişdir. Səbuhi hətta onun əynində olan açıq-çəhrayı rəngli uzunqol koftasının boyun hissəsindən dartaraq cırmağa çalışmışdır. Sonuncuya yalvararaq buraxmasını xahiş etmişdir. Boynundan və sifətindən öpməyə, üzündən dişləməyə başlayıb “səni başqasına vermərəm, sən mənim olmalısan, heç kim sənə baxa bilməz” kimi sözlər işlətmişdir. Səbuhiyə “Xəzərin yanında hörməti yoxdumu? Bu nə hərəkətdir edirsən?” demişdim. Səbuhi isə cavabında “Xəzərin də var yoxunu s.....” deyib nalayiq ifadələr işlətmişdir. Səbuhinin danışığından onun sərxoş vəziyyətdə olduğunu bilmişdir. İmkan tapıb təpiklə Səbuhini vuraraq üstündən kənarlaşdırmış, ayağa durub otağın qapısına tərəf qaçmışdır. Səbuhi arxasınca gələnə kimi digər otağa keçmiş, həmin otağın qapısının cəftəsini açmışdır. Həmin vaxt səsə baldızı Gözəl “ay Xanım, sənsənmi?! Nolubdu?” deyə soruşmuşdur. Gözələ “məni öldürdü, kömək elə” demişdir. Gözəlin pilləkənlərlə yuxarı qalxdığını eşidib Səbuhi pəncərədən tullanaraq qaçıb getmişdir. İçəri tərəfdən qapını açmış və baldızı evin içərisinə daxil olmuşdur. Baldızı nə baş verdiyini soruşanda Səbuhinin otağa gələrək onu zorlamaq istədiyini demişdir. Səsə digər ailə üzvləri də yuxudan oyanmışdır. Vəziyyəti qayınatası Zakirə danışmış, o küçəyə çıxsa da, Səbuhi artıq qaçıb getmişdir. Baldızı DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Səbuhini 2002-ci ildə Qarapapaq kəndinə gəlin gələn vaxtdan ərinin qonşusu kimi tanımışdır. Səbuhi onun yaşadığı evə gedib-gəldiyindən onun yatdığı gəlin otağının yerini bilmişdir. Səbuhi evin həyətindəki pilləkəndan qalxaraq pəncərədən içəri daxil olmuşdur, həmin yerdə onun ayaq izləri də qalmışdır. Hadisə vaxtı Səbuhinin əynində qara rəngli cins şalvar, uzun boğaz sviter və qara papaq olmuşdur. Həmin vaxt onun ayağında ayaqqabı olmamışdır. Səbuhiyə məxsus papağı isə hadisədən sonra baxanda yastığının yanından tapmışdır. Səbuhini itələyib uzaqlaşdırmağa çalışsa da, gücü əvvəlcə çatmamışdır. Hadisə zamanı onun əynində açıq-çəhrayı rəngli uzunqol kofta və qara rəngli şort olmuşdur, koftanın boğaz hissəsi cırılmışdır. Hadisədən sonra Təqsirləndirilən şəxs ilə barışmış, onu bağışladığını, ondan hər hansı şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ailə üzvləri, qızı X9, arvadı X13, gəlini Zərərçəkmiş şəxs1, nəvələri ilə birlikdə yaşayır, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. Təqsirləndirilən şəxs Qazax rayon Qarapapaq kənd sakini kimi uşaqlığından tanımışdır. Səbuhi ilə münasibəti həmişə normal olmuşdur. Hər-hansı bir mübahisə və yaxud ədavəti olmamışdır. Hal-hazırda yaşadığı ona məxsus fərdi yaşayış evi iki mərtəbəlidir. Həmin evin birinci mərtəbəsində özü, arvadı, qızı və nəvələri, ikinci mərtəbəsində isə gəlni Ramilə və onun beş yaşlı kiçik oğlu Araz yatmışdır. 28 dekabr 2020-ci il tarixdə Səbuhi onun yaşadığı evə gəlmiş, onunla, həmçinin ailə üzvləri ilə söhbət etmiş və getmişdir. Səbuhi ailə üzvləri ilə biraz söhbət etdikdən sonra Səbuhi çıxıb getmişdir. 29 dekabr 2020-ci il tarixdə saat təxminən 23 radələrinə kimi yaşayış evinin birinci mərtəbəsində ailə üzvləri ilə birlikdə televizora baxdıqdan sonra gəlni yatmaq üçün azyaşlı oğlu ilə birlikdə evin ikinci mərtəbəsində yatdığı otağa çıxmışdır. Gəlni yaşayış evinin ikinci mərtəbəsinə qalxdıqdan sonra qızı və arvadı ilə 30.12.2020-ci il təxminən saat 01:00 radələrinə kimi söhbət etdikdən sonra yuxusu gəldiyindən yatdığı hissəyə keçib yerində uzanmışdır. Bir neçə dəqiqə sonra ikinci mərtəbədən səs gəldiyini eşitmiş, lakin elə bilmişdir ki, uşaqların ayaqları çarpayıya dəyir, o səs edir. Sonra isə evin ikinci mərtəbəsində ayaq səslərinin və eyni zamanda Ramilənin səsinin gəldiyini eşitmişlər. Həmin səsləri arvadı Valya da eşitmişdir. Bundan sonra qızı Gözəli çağıraraq ikinci mərtəbəyə qalxmasını, nə baş verdiyini öyrənməsini tapşırmışdır. Qızı da öz növbəsində yerindən duraraq çölə çıxıb pilləkənin qarşısında Ramiləyə səslənərək nə baş verdiyini soruşmuşdur. Cölə tez çıxa bilməmiş, sonradan çölə çıxdıqda Ramilənin ağladığını görmüşdür. Həmin vaxt qızı Gözəl də Ramilənin yanında olmuşdur. Bundan sonra ona məlum olmuşdur ki, həmkəndlisi Səbuhi yaşayış evinin ikinci mərtəbəsinə qanunsuz daxil olaraq gəlni Ramiləni zorlamağa cəhd etmiş, lakin Ramilə ona müqavimət göstərdiyindən bu niyyətinə nail ola bilməmişdir. X14rşı əxlaqsız hərəkətlər edib-etmədiyi barədə məlumatı olmamışdır. Xəzər hətta Türkiyədə olarkən Səbuhiyə ev tapılmasında köməklik etmişdir, münasibətləri də normal olmuşdur. Xəzər Səbuhinin ailə üzvləri, anası, bacısı haqqında nalayiq ifadələr işlətməmişdir, onun bu barədə hər hansı bir məlumatı olmamışdır. Ramilənin əynində qara rəngli dizə qədər şortik və çəhrayı rəngli kofta olmuşdur. Hadisə vaxtı evin ikinci mərtəbəsində olan otaqlara girişi təmin edən qapı qapalı vəziyyətdə olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ikinci mərtəbədəki otaqlara pəncərədən daxil olmuşdur. Hadisədən sonra Təqsirləndirilən şəxs ilə barışmış, onu bağışladığını, ondan hər hansı şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, oğlu Təqsirləndirilən şəxs ilə birlikdə təxminən 3 il əvvəl Türkiyənin İstanbul şəhərinə getmişdir. Belə ki, pul qazanmaq üçün Türkiyəyə getmiş, oğlu Səbuhi Türkiyədə dəmirçi kimi işləmiş, özü isə dərzi kimi işləmişdir. Oğlunun Türkiyədə qalma müddəti bitdiyi üçün, yəni ora getdiyindən 3 il vaxt keçdiyi üçün 25 dekabr 2020-ci il tarixdə Səbuhi Türkiyədən çıxmış və Qazax rayonu, Qarapapaq kəndinə gəlmişdir. Bundan sonra, təxminən 5 gün keçdikdən sonra Sumqayıt şəhərində yaşayan qızı Sevinc 30 dekabr 2020-ci il tarixdə onunla əlaqə saxlayaraq Səbuhinin həmin gün gecə saatlarında həmkəndlisi Zərərçəkmiş şəxs1 yaşadığı evə daxil olduğunu ona bildirmişdir. O da bunu eşitdikdən sonra özü də Qazax rayonu, Qarapapaq kəndinə gəlməyi qərara almışdır. O, bu xəbəri eşitdikdən sonra dərhal özünə bilet almış və 08 yanvar 2021-ci il tarixdə əvvəlcə Sumqayıt şəhərinə, daha sonra isə Qazax rayonu, Qarapapaq kəndinə gəlmişdir. Kəndə gəldikdən sonra Səbuhi ilə söhbət etdikdə oğlu ona Ramilənin əri Xəzərin onun haqqımda, həmçinin oğlunun özü haqqında da nalayiq ifadələr işlətməsindən əsəbiləşdiyini, buna görə də, 30 dekabr 2020ci il tarixdə əsəbiləşərək Ramilənin yaşadığı evə getdiyini, həmin evin ikinci mərtəbəsinin pəncərəsindən evə daxil olduğunu ona bildirmişdir. Səbuhi ona Xəzərin onun təxminən 5- 6 yaşları olarkən, ona qarşı əxlaqsız hərəkətlər etdiyini, bunu özünü dərk etdikdən sonra başa düşdüyünü bildirmişdir. Oğlu ilə münasibətləri açıq olmadığından bu barədə ona tam ətraflı məlumat verməmişdir. Təxminən 2 ildir ki, Xəzər pul qazanmaq üçün Rusiyaya işləməyə getmişdir. Xəzər bundan bir neçə il əvvəl Türkiyəyə də işləməyə getmiş, sonradan anası xəstələndiyi üçün Qazax rayonu, Qarapapaq kəndinə geri qayıtmışdır. Türkiyədə yaşasa da, tez-tez Azərbaycan Respublikasına gedib qayıtmış, təxminən il yarım əvvəl Qazax rayonuna gəldikdə həmkəndlisi ona bildirmişdir ki, Xəzər kənd əhalisi içərisində onun haqqında lazımsız söhbətlər danışmış, guya onun kiminləsə münasibətdə olduğu barədə söhbətlər danışmışdır. Lakin, bu məsələdən xəbər tutduqdan sonra bu məsələnin daha da böyüməməsi üçün bu barədə heç kimə heç nə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisi olmuşdur. Səbuhi 25 dekabr 2020-ci il tarixdə Qazax rayonuna gəlmişdir. Səbuhinin Türkiyədə qalmaq müddəti bitdiyi üçün oradan deport olunmuş, buna görə də, Azərbaycan Respublikasına gəlməyə məcbur qalmışdır. Səbuhi Qazax rayonuna gəldikdən bir neçə gün sonra onunla Qazax rayonu, Qarapapaq kəndi ərazisində rastlaşmış, onunla müəyyən qədər söhbət etmişlər. Bir neçə gün sonra 30 dekabr 2020-ci il tarixdə Səbuhinin həmkəndlisi və qonşusu olan Xəzər Quluzadənin evinə daxil olduğunu eşitmişdir. Həmin gün Səbuhi axşam saatlarında onunla əlaqə saxlamış, onun harada olduğunu, maşın lazım olduğunu bildirmişdir. O isə işi olduğu üçün sonuncuya gəlib kömək edə bilməcəyini bildirmişdir. Bundan bir neçə saat keçdikdən sonra isə Səbuhi ona mesaj yazmışdır, belə ki, həmin gün saat 18.15-də yazdığı smsdə “Qaqa Araz balaca vaxtı bize nese eliyibmi” və 18.16-da isə “Ma duzunu de” yazdığını görmüşdür. İşlədiyi üçün yazdığı vaxt Səbuhinin yazdığını görməmiş, yalnız bir qədər müddət keçdikdən sonra Səbuhinin yazdığı həmin mesajı müşahidə etmiş və sonuncu ilə zəng vasitəsilə saat 20.10-da danışmışdır. Mobil telefon vasitəsilə sonuncu ilə danışdıqda sonuncunun nəyə görə belə sms yazdığını, zəng edərək danışa biləcəyini bildirmişdir. Səbuhi həmin telefon danışığı zamanı ona “Qaqa Araz balaca vaxtı nəsə eləyib mi? Mənim ailə üzvlərim, anam, bacım haqqında nalayiq ifadələr işlədibmi?” deyə bildirmiş, o isə cavabında “Mənim dediklərin barədə hər hansı məlumatım yoxdur. Siz onlarla daim mehriban olmusunuz, elə bir şey ola bilərmiki? Əgər olubsa da, bunun acığını niyə onun ailəsindən çıxırsan? Araz ölüb gedibdir” demişdir.Araz Xəzərnin qardaşı olmuşdur. Arazın xasiyyəti biraz böhtançı olmuşdur, lakin Səbuhinin yuxarıda dedikləri barədə onun hər hansı məlumatı olmamışdır. Səbuhi ilə bu məzmunda söhbət etmiş, sonradan söhbəti tamamlamışlar. Sonradan Səbuhinin polis sahə rəisi tərəfindən Qazax rayon polis şöbəsinə aparıldığını öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 4-5 il əvvəldən tanıyır. İşlətdiyi telefon mağazası Qazax şəhəri, H.Əliyev prospektində yerləşir. 25 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs onun işlədiyi mağazaya gəlmiş, özünə mobil telefon və mobil nömrə lazım olduğunu bildirmişdir. O isə hələ ki, əlində yaxşı işlənmiş mobil telefon olmadığını bildirmiş və 5-6 gün keçdikdən sonra yenidən yaxınlaşmasını istəmişdir. Bundan 5 gün sonra, yəni, 30 dekabr 2020-ci il tarixdə Səbuhi onun işlədiyi mağazaya yaxınlaşmış və yenidən mobil telefon, mobil nömrə üçün gəldiyini bildirmişdir. O da həmin vaxt “Samsung J5 Prime”, RZ8K21TPBQM seriya nömrəli mobil telefonu, həmçinin, adapter, mobil telefon nömrəsini sonuncuya satmışdır. Satdığı malların hamsının birlikdə qiyməti təxminən 140 manat etmiş, həmin vaxt Səbuhi ona 60 manat pul vermiş və qalanını da sonradan verəcəyini demişdir. O da Səbuhini əvvəlcədən tanıdığı üçün razılaşmışdır. Bir neçə gün keçdikdən sonra Təqsirləndirilən şəxs tutulduğunu öyrənmişdir, lakin, onun nəyə görə tutulması barədə hər hansı məlumatı yoxdur. Səbuhinin anası Şahid3 sonradan ona müraciət edərək oğlunun bütün borcunu bağlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki,Təqsirləndirilən şəxs bibisi oğludur. Səbuhi təxminən 3 il əvvəl pul qazanmaq üçün Türkiyəyə getmiş, orada dəmirçi kimi işləmişdir. Belə ki, Səbuhinin Türkiyədə işləyərkən əlaqədə olduğu bəzi şəxslərlə, xüsusilə qardaşı Taleh ilə mütəmadi ünsiyyəti olmuşdur. Qardaşı Səbuhi ilə birlikdə işləmişdir, buna görə də, sonuncu barədə müntəzəm məlumatı olmuşdur. 25 dekabr 2020-ci il tarixi olarkən, Səbuhi Qazax rayonuna gəlmişdir. Gəldikdən bir neçə gün sonra, 29 dekabr 2020-ci ildə Səbuhi onun yaşadığı evə gəlmişdir, birlikdə axşam yeməyi yemiş, həmçinin spirtli içki qəbul etmişlər. Həmin vaxt ümumilikdə 500 qram araq içmişlər. Onunla söhbət zamanı Xəzər barədə söhbət açılmış, belə ki, Səbuhinin danışıqlarından hiss etmişdir ki, Səbuhi kimdənsə Xəzərin onun ailə üzvləri haqqında nalayiq ifadələr işlətməsi, danışması barədə nəsə eşitmişdir. Açılmış söhbət zamanı, Səbuhi ondan bu barədə məlumat almağa çalışmış, o da istəməyərəkdən təxminən 4-5 il bundan əvvəl Xəzərin Səbuhinin ailə üzvləri haqqında nalayiq ifadələr işlətdiyini ağzından qaçırmışdır. O, bildirmişdir ki, Xəzərin ağzından bununla bağlı konkret olaraq heç nə eşitməmişdir, lakin kənd əhalisi içərisində Səbuhinin ailə üzvləri haqqında nalayiq ifadələr işlətməsini, sonradan isə üzrxahlıq etdiyini eşitmişdir. Bundan bir qədər müddət keçdikdən sonra Səbuhi onların evindən çıxmış və getmişdir. 29 dekabrdan 30 dekabra keçən gecə təxminən saat 02 radələrində Səbuhi yenə onların evinə gəlmiş, o, həmin vaxt çölə çıxmış, çöldə olduqda isə sonuncuya evə gələrək yatmasını bildirmişdir, Səbuhi isə siqaret çəkərək sonradan evə daxil olacağını ona bildirmişdir. O da evə gəlmişdir, bir neçə dəqiqə sonra çölə çıxdıqda Səbuhinin artıq çıxıb getdiyini görmüşdür. Növbəti gün gündüz saatlarında isə Qazax şəhərində yerləşən bazarın yaxınlığında Səbuhi ilə rastlaşmış, sonuncudan niyə gecə onların evində qalmadığını soruşmuş, Səbuhi isə özünün istəmədiyini, buna görə də, nənəsinin evinə gedərək orada qaldığını demişdir. Bir neçə saat sonra polis sahə rəisi olan Şahid14 ona zəng edərək Səbuhinin harada olduğunu soruşmuş, o isə Səbuhinin harada olduğunu bilmədiyini demiş, Şahid14 ona Səbuhinin bir gün əvvəl Qazax rayonu, Qarapapaq kənd sakini Xəzər Quluzadənin yaşadığı evə daxil olduğunu, orada onun arvadına qarşı nalayiq hərəkətlər etdiyini ona bildirmişdir. Axşam saat 18 radələrində isə yazdığı mesajdan Səbuhi olduğunu bildiyim “(055)620-05-59” mobil telefon nömrəsindən ona mesaj gəlmiş, həmin mesajda “Tofiq Qardasin taleh turkiyede usaqlara deyibki sebuhini o vaxti p.... eliyibler bu sobetin hesabını soracam men orda oldurecekdim polisler tutdu” deyə yazmışdır. Həmin mesajdan sonra Səbuhi ilə mobil telefon vasitəsilə danışmış, sonuncuya polislərin onu axtardığını bildirmişdir. Bir qədər müddət keçdikdən sonra Səbuhi onun yaşadığı evə gəlmiş və onunla mübahisə etməyə başlamış, belə ki, Səbuhi onun qardaşı Talehin niyə belə bir söz işlətdiyini demiş, o isə bundan məlumatı olmadığını, hər hansı problemi olduğu təqdirdə qardaşının özü ilə söhbət etməli olduğunu bildirmişdir. Səbuhi həmin mesajda “polisler tutdu” dedikdə Türkiyədə olarkən orada müvəqqəti qalmaq müddəti bitdiyi üçün polislər tərəfindən saxlanılaraq deportasiya edildiyini nəzərdə tutmuşdur. Səbuhi ona mesaj yazdıqda, o, Şahid14 də olanlar barədə məlumat vermiş, nömrəsini sonuncuya vermişdir. Səbuhi onun evinə gəldikdə baş vermiş hadisəyə görə sonuncuya rayon polis şöbəsinə getməli olduğunu bildirmişdir, o da, rayon polis şöbəsinə gedərək onsuz da təslim olacağını demişdir.Bir neçə dəqiqə keçdikdən sonra Şahid14 də onun yaşadığı evə gəlmiş və Səbuhi ilə birlikdə Qazax rayon polis şöbəsinə getmişlər.Xəzərin Səbuhiyə qarşı əxlaqsız hərəkətlər edib-etmədiyi barədə məlumatı olmamışdır. 29 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs əynində qara rəngli kurtka, qara rəngli ayaqqabı, qara rəngli sviter və qara rəngli şalvar olmuşdur. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 30.12.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Qazax rayonu, Qarapapaq kəndində olan Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evidir. Evin ikinci mərtəbəsinə qalxan pilləkənin tutacağının yuxarı hissəsində 0,30 metr, 0.08 metr enində ayaq izlərinə bənzər izlər aşkar edilmişdir. Pilləkənin tutacaq hissəsindən yuxarıda yerləşən pəncərəyə qədər hündürlük 1,80 metrdir, həmin pəncərədən yerə qədər qədər olan məsafə isə 2,85 metrdir. Həmin pəncərənin qarşısında olan taxta hissənin üzəri tozla örtülmüşdür və həmin hissənin üzərində əl-ayaq izlərinə bənzər izlər aşkar edilmişdir. Hadisə yerinə baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs1 bildirdi ki, Təqsirləndirilən şəxs onun yaşadığı evə həmin pəncərədən daxil olmuş, əvvəlcə həmin pəncərə açıq vəziyyətdə olsa da, sonradan özü həmin pəncərəni bağlamışdır. Həmçinin, pəncərənin ön hissəsində əl-ayaq izlərinə bənzər izləri müşahidə etmiş və həmin izlərə toxunulmamasını təmin etmişdir. Evin ikinci mərtəbəsində ümumilikdə 3 ədəd otaq və zal vardır. Zal hissədə bir ədəd stol, bir ədəd stul, bir ədəd divan və bir ədəd kreslo vardır. Otaqlardan ortada olanı yataq otağıdır. Otağa daxil olduqda üzbəüz tərəfdə yerə sərilmiş bir ədəd döşək, iki ədəd yastıq, bir ədəd yorğan yerdə dağınıq vəziyyətdədir. Döşəyin üzərinə çəkilmiş üzlüyün üzərində torpaq qırıntıları vardır. Həmçinin, həmin üzlüyün üzərinə keçirilmiş baxış zamanı bir ədəd saç aksesuarı aşkar edilmişdir. Döşəyin sağ kənarından 0,04 metr aralıda bir ədəd sırğa vardır. Hadisə yerinə baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs1 həmin saç aksesuarı və sırğanın ona məxsus olduğunu, Səbuhi Quluzadə onu zorlamağa cəhd göstərdiyi vaxt həmin əşyaların düşdüyünü bildirmişdir. Qeyd edilən predmetlər müvafiq qaydada qablaşdırılıb prokurorluğun “Zərflər üçün” möhürü ilə möhürləndikdən sonra götürülmüşdür. Yorğan üzlüyünün üzərinə baxış zamanı həmin yorğan üzlüyünün müəyyən qədər yandığı müşahidə edilmişdir. Hadisə yerinə baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs1 bildirdi ki, həmin yorğan üzlüyü hadisə vaxtı müəyyən qədər yanmış, Təqsirləndirilən şəxs həmin yorğanın üzlüyünün yanmağa başladığını gördükdən sonra onu odun peçindən kənarlaşdıraraq söndürmüşdür. Qeyd edilən predmet müvafiq qaydada qablaşdırılıb prokurorluğun “Zərflər üçün” möhürü ilə möhürləndikdən sonra götürüldü. Yastıqların üzərinə vizual baxış zamanı onların üzərində hər hansı deformasiya izləri aşkar edilməmişdir. Qeyd edilən predmetlər müvafiq qaydada qablaşdırılıb prokurorluğun “Zərflər üçün” möhürü ilə möhürləndikdən sonra götürülmüşdür. Odun peçindən 0.10 metr məsafədə bir ədəd ağ rəngli mələfə olduğu müəyyən edilmişdir. Həmin mələfənin sağ və sol kənarlarına vizual baxış zamanı müəyyən qədər deformasiya izlərinin olduğu görünür, belə ki, həmin hissələr müəyyən qədər cırılmışdır. Hadisə yerinə baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs1 həmin mələfənin onun yatdığı yataq otağının odun peçinə yaxın olan pəncərəsinin üzərinə çəkildiyini, Təqsirləndirilən şəxs hadisə günü onun otaqdan çıxaraq qaçmasını müşahidə etdikdən sonra həmin mələfəni cırıb pəncərəni açaraq qaçdığını bildirmişdir. Qeyd edilən ağ rəngli mələfə müvafiq qaydada qablaşdırılıb prokurorluğun “Zərflər üçün” möhürü ilə möhürləndikdən sonra götürülmüşdür. Hadisə yerinə baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs1 hadisə günü əynində olan bir ədəd qara rəngli şortu, bir ədəd açıq-çəhrayı rəngli, üzərində deformasiya izləri, yəni cırılma yerləri olan köynəyini sübut əhəmiyyətinə malik olduğunu düşünərək çıxararaq kənara qoyub saxladığını, həmçinin hadisə vaxtı Təqsirləndirilən şəxs taxdığı, onun yaşadığı evin yataq otağındakı döşəyin üzərinə düşərək qalan, bir ədəd qara rəngli, üzərində “Nike” firmasına məxsus yazı və emblem olan papağı da sübut əhəmiyyətinə malik olduğunu düşünərək çıxararaq kənara qoyub saxladığını, həmin predmetləri könüllü surət təhvil verə biləcəyini bildirmişdir. Qeyd edilən predmetlər müvafiq qaydada qablaşdırılıb prokurorluğun “Zərflər üçün” möhürü ilə möhürləndikdən sonra götürülmüşdür, bu barədə müvafiq protokol tərtib edilərək fotocədvəllə birlikdə cinayət işi materiallarına əlavə edilmişdir. “Paltarlara baxış keçirilməsi haqqında” 30.12.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 hadisə vaxtı əynində olan bir ədəd qara rəngli şortuna və bir ədəd açıq rəngli köynəyə baxış keçirildi. Paltarlara baxış zamanı əhəmiyyət daşıya biləcək hər hansı hal aşkar edilmədi. «Könüllü təqdim edilən əşyaların götürülməsi haqqında» 30.12.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş qara rəngli kurtkası, qara rəngli şalavarı və qara rəngli uzunboğaz köynəyi, həmçinin iş üzrə əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung J5 Prime” markalı mobil telefon araşdırma materialı üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. “Paltarlara baxış keçirilməsi haqqında” 31.12.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş qara rəngli kurtka, qara rəngli şalavar və qara rəngli uzunboğaz köynəyə baxış keçirildi. Paltarlara baxış zamanı əhəmiyyət daşıya biləcək hər hansı hal aşkar edilmədi. “Mobil telefona baxış keçirilməsi haqqında” 01.01.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Samsung J5 Prime” markalı mobil telefona baxış keçirilməsi nəticəsində müəyyən edilmişdir ki, həmin mobil telefon “Samsung J5 Prime” markalı olmaqla, RZ8K21TPBQM seriya nömrəli, qara rənglimobil telefondur. Mobil telefonun gələn-çıxan zənglərin siyahısı əks olunmuş “telefon” bələdçi proqrama daxil olduqda 30.12.2020-ci il tarixdə müvafiq olaraq saat 17.31, 19.30, 19.31, 19.32, 19.33, 19.34, 20.55, 20.56-da “Sevinc” adı ilə qeydə alınmış +99***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan +**********59 mobil nömrəsinə cavabsız zəng gəldiyi, hər hansı adla qeyd edilməmiş +99455655-31-08 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +99455620-05-59 mobil nömrəsinə zəng gəldiyi və 32 saniyə danışıldığı, hər hansı adla qeyd edilməmiş +99***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +99455620-05-59 mobil nömrəsinə müvafiq olaraq 19.28, 19.25, 19.24, 18.11-də cavabsız zəng gəldiyi, 18.07-də gələn zəngin rədd edildiyi, 19.28 də 49 saniyə müddətində, 19.10-da 5 saniyə müddətində, 18.49-da 53 saniyə müddətində, 18.41-də 14 saniyə müddətində, 18.06-da isə 3 saniyə müddətində danışıldığı, “Musviq” adı ilə qeyd edilmiş +99455869-78-48 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +99455620-05-59 mobil nömrəsinə 20.08, 20.00, 19.58, 19.57, 19.56, 19.47, 19.46, 19.42, 19.27-də cavabsız zəng gəldiyi, 20.10-da 1 dəqiqə 48 saniyə müddətində danışıldığı, hər hansı ad ilə qeyd edilməmiş +99***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +99455620-05-59 mobil nömrəsinə müvafiq olaraq 19.08, 17.55, 17.50, 17.47, 13.05-də cavabsız zəng gəldiyi, 12.37-də 5 saniyə müddətində danışıldığı, hər hansı ad ilə qeyd edilməmiş +99***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +99455620-05-59 mobil nömrəsinə 18.26-da iki dəfə cavabsız zəng gəldiyi, “Amil” adı ilə qeyd edilmiş +99***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +99455620-05-59 mobil nömrəsinə 18.09, 18.08-də zəng gəldiyi və rədd edildiyi, 13.00-da isə 10 saniyə müddətində danışıldığı, “Ferid” adlı +99***-***-**-** mobil telefon nömrəsinə Təqsirləndirilən şəxs istifadəsində olan +99455620-05-59 mobil nömrəsindən 16.05-də zəng getdiyi, “Serxan” adlı +99455807-26-26 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +99455620-05-59 mobil nömrəsinə 16.01-də zəng edildiyi və 47 saniyə müddətində danışıldığı müəyyən edilmişdir. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs bacısı Sevincin baş vermiş hadisə ilə bağlı məlumat əldə etmək üçün zəng etdiyini, (055) ***-**-** mobil telefon nömrəsinin polis sahə rəisi Şahid14 məxsus olduğunu və axtarılması ilə bağlı olaraq sonuncu ilə əlaqə saxladığını, (055) ***-**-** nömrəli mobil telefon nömrəsinin bibisi oğlu Tofiqə məxsus olduğunu, zənglərlə bağlı isə xatırladığı qədərilə baş vermiş hadisə ilə bağlı söhbət etdiyini, adını “Musviq” olaraq qeyd etdiyi +99455869-78-48 mobil telefon nömrəsinin həmkəndlisinə məxsus olduğunu və sonuncu ilə Xəzərin onun haqqında danışıqları ilə bağlı kənd əhalisi içərisində danışıb-danışmadığını soruşmuş, bu mövzuda danışmış, adını mobil telefona qeyd etmədiyi +99450670-66-34 mobil telefon nömrəsinin kimə məxsus olduğunu xatırlamadığını, adını mobil telefona qeyd etmədiyi +99***-***-**-** mobil telefon nömrəsinin də kimə məxsus olduğunu xatırlamadığını, adını “Amil” olaraq telefona qeyd etdiyi +99***-***-**-** mobil telefon nömrəsinin ona mobil telefon satan Amil adlı şəxsi olduğunu, onunla telefona görə borcu olduğu üçün danışdığını, adını Serxan olaraq telefona qeyd etdiyi şəxsin tanışı olduğu üçün görüşmək məqsədilə zəng etdiyini bildirmişdir. Mobil telefonun “Mesajlar” bölməsinə daxil olduqda orada Təqsirləndirilən şəxs istifadəsində olan +99455620-05-59 mobil nömrəsindən “Sevinc” adlı, +99455782- 03-20 nömrəli mobil telefon nömrəsinə 30 dekabr 2020-ci il tarixdə, saat 20.09-da gedən “Mamama de gelmesin azerbaycana” mesajının, Təqsirləndirilən şəxs istifadəsində olan +99455620-05-59 mobil nömrəsindən “Musviq” adlı +99455869-78-48 mobil telefon nömrəsinə 30 dekabr 2020-ci il tarixdə müvafiq olaraq saat 18.15 və 18.16-da “Qaqa Araz balaca vaxti bize nese eliyibmi”, “Ma duzunu de” mesajının, Təqsirləndirilən şəxs istifadəsində olan +99455620-05-59 mobil nömrəsindən hər hansı adla qeyd edilməmiş +99***-***-**-** mobil telefon nömrəsinə “Tofiq Qardasin taleh turkiyede usaqlara deyibki sebuhini o vaxti p..... eliyibler bu sobetin hesabini soracam men orda oldurecekdim polisder tutdu” mesajının yazıldığı, “Facebook”, “Whatsapp” sosial şəbəkələrindən, “Bakcell”-dən mesaj gəldiyi müəyyən edilmişdir. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, bacısı Sevincə yazdığı “Mamama de gelmesin azerbaycana” dedikdə həmkəndlisi Xəzərin onun özü və ailə üzvləri barəsində danışdıqlarına görə gəlməsini istəmədiyini bildirmiş, “Musviq” adlı +99455869-78-48 mobil telefon nömrəsinə yazdığı “Qaqa Araz balaca vaxti bize nese eliyibmi”, “Ma duzunu de” dedikdə izahatında da qeyd etdiyi həmkəndlisi Xəzərin, həmçinin, Arazın ona qarşı uşaq vaxtı əxlaqsız hərəkətlər etməsi ilə bağlı yazdığını, +99***-***-**-** mobil telefon nömrəsinə yazdığı “Tofiq Qardasin taleh turkiyede usaqlara deyibki sebuhini o vaxti p..... eliyibler bu sobetin hesabini soracam men orda oldurecekdim polisder tutdu” mesajını Tofiqə qardaşı, onunla birlikdə Türkiyədə işləmiş Talehin onunla birlikdə işləyən digər şəxslərə, Cavidə onun Xəzər tərəfindən əxlaqsız hərəkətlərə məruz qalması ilə bağlı yazdığını qeyd etmişdir. Mesajlar bölməsində yuxarıda qeyd edilənlərdən əlavə iş üçün əhəmiyyət kəsb edə biləcək heç nə aşkar edilməmişdir. “Mobil telefona baxış keçirilməsi haqqında” 12.01.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus “Samsung” markalı mobil telefona baxış zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxslə mobil telefonla danışmadığı müəyyən edilmiş, iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı zəng mesaj, fotoşəkil və ya videogörüntü aşkar edilməmişdir. 01.01.2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs “Samsung J5 Prime” markalı mobil telefonu Qazax rayon prokrorluğundan təhvil almışdır. “Üzləşdirmə haqqında” 14.01.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən ifadəsində qeyd etdiklərini sonuncunun üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 13.01.2021-ci il tarixli protokoldan görünür ki,ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs baş vermiş hadisənin yeri, hadisənin baş vermə şəraiti, hadisə yerinin xüsusiyyətləri barədə istintaqa vermiş olduğu ifadəsindəki xüsusatları təsdiq etmişdir. 30.12.2020-ci il tarixli 159 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən edilməmişdir. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 28.04.2011-ci il tarixli çıxarışdan görünür ki, Qazax rayonu Qarapapaq kəndində yerləşən fərdi yaşayış evi Zərərçəkmiş şəxs2 məxsusdur. Qazax Rayon Polis Şöbəsinin 01.02.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qazax rayonu Qarapapaq kəndində Zərərçəkmiş şəxs2 məxsus evə daxil olmasını kənardan heç bir şəxs görməmişdir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 hadisə baş verməzdən əvvəl aralarında heç bir sevgi, dostluq münasibəti olmayıb,yalnız ailəvi münasibət, ailəvi gediş gəliş olub. Təqsirləndirilən şəxs azyaşlı, yəni 5-6 yaşlarında olarakən həmkəndlisi Xəzər Quliyev tərəfindən hər hansı əxlaqsız hərəkələrə məruz qaldığı müəyyən edilmədi, kənd sakinləri ilə kəşfiyat xarakterli söhbətlər aparılsada, bu mövzuda kənd sakinlərinin məlumatı olmadığı müəyyən edildi. Təqsirləndirilən şəxs və anası haqqında hadisə baş verməzdən təxminən 4-5 il əvvəl, habelə sonradan Xəzər Quliyevin kənd əhalisi içərisində bir neçə il əvvəl bəzi nalqyiq ifadələr işlətdiyi müəyyən olunmadı. Məhkəmə-tibbi ekspertizasının 30.12.2020-ci il tarixli 543 nömrəli rəyindən görünür ki,Zərərçəkmiş şəxs1 bədənində müəyyən edilmiş xəsarətlər- sağ yanaq nahiyəsinin və sol saidin aşağı 1/3-nin iç səthinin qançırı, küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti 30 dekabr 2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının 30.12.2020-ci il tarixli 545 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər- sağ bazunun yuxarı və aşağı 1/3-nin bayır səthinin, sol sağrı nahiyəsinin sıyrıqları, küt əşyanın təsirindən törənmişdirlər. Sağ bazunun yuxarı 1/3-nin bayır səthinin sıyrığı, Təqsirləndirilən şəxs müayinəsindən bir neçə saat əvvələ, sağ bazunun aşağı 1/3-nin və sol sağrı nahiyəsinin sıyrıqları isə müayinədən 1-2 gün əvvələ uyğun gəlirlər. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının 10.02.2021-ci il tarixli 44 (543-əlavə) nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 qızlıq pərdəsinin anatomik tamlığı pozulmuşdur. Pozulma müddəti 2-3 həftədən çoxdur, belə ki, çoxdandır. Qeyri-təbii yolla (arxa keçəcəklə) cinsi əlaqədə olmağı göstərən hər hansı bir əlamət aşkar edilmədi. Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı cinsiyyət orqanlarında zorlanmağa xarakterik xəsarət aşkar edilmədi. Məhkəmə-tibbi ekspertizasının 19.02.2021-ci il tarixli 70 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində cinsi əlaqədə olmağa maneçilik törədən heç bir əlamət müşahidə edilmədi. Materialların məhkəmə ekspertizasının 29.01.2021-ci il tarixli 6/232 nömrəli rəyindən görünür ki,tədqiqata təqdim edilmiş, hadisə yerinə baxış zamanı aşkar edildiyi qeyd edilən 01 ədəd yorğan üzlüyü səthi üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs tərəfindən könüllü təqdim etdiyi qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs tərəfindən könüllü təqdim edildiyi qeyd edilən sonuncuya məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın səthi üzərindən aşkar edilmiş açıq-çəhrayı rəngli poliestir kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edildiyi qeyd edilən 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Məhkəmə-trasoloji ekspertizasının 01.02.2021-ci il tarixli 3/21 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş geyim əşyalarından Təqsirləndirilən şəxs məxsus gödəkçənin və Zərərçəkmiş şəxs1 məxsus koftanın üzərində rəyin təsviri hissəsində şərh edilən zədənin yerləşdiyi yeri və ölçüsü verilib. Həmin zədələr fiziki qüvvənin təsirindən yaraa bilən qopma, cırılma zədələridir. Lakin, bu cür zədələrin yaranma xarakteri nəzərə almaqla onların yaranma mexanizmi kriminalistik tədqiqatla müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş digər predmetlərin üzərində hər hansı mexaniki zədə aşkar edilmədi. Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 14.01.2021-ci il tarixli 27/06 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir- praktiki olaraq özünü fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə(anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən adi psixi-emosional halda olmuşdur, fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 18.02.2021-ci il tarixli 92/26 saylı rəyindən görünür ki,Zərərçəkmiş şəxs1 aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir- praktiki olaraq özünü fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Zərərçəkmiş şəxs1 ona qarşı törədilən qanunazidd əməl zamanı qorxmuş və həyəcanlı psixi-emosional halda olmuşdur. Onun keçirdiyi həmin emosional halın yaranma səbəbi Təqsirləndirilən şəxs ona qarşı törətdiyi əməl ola bilərdi. Zərərçəkmiş şəxs1 hadisə vaxtı fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Zərərçəkmiş şəxs1 təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa və ya yalan danışmağa meyilli deyildir. Ambulator məhkəmə-narkoloji ekspertizasının 16.01.2021-ci il tarixli 34 saylı rəyindən görünür ki,Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Qazax Rayon Mərkəzi Xəstəxanasının 11.01.2021-ci il tarixli 09 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Mərkəzi Xəstəxanasına müraciət etməmişdir. Qazax Rayon Psixiatriya Xəstəxanasının 12.01.2021-ci il tarixli 31 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Psixiatriya Xəstəxanasında qeydiyyatda yoxdur. X7 Mərkəzinin 11.01.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs X7 Mərkəzinə müraciət etməmiş və adına heç bir sənəd açılmamışdır. Qazax Rayon Polis Şöbəsinin 20.01.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs və onun ailə üzvləri barəsində Qazax Rayon Polis Şöbəsində təqsirləndirici material daxil olmamışdır. Qazax rayon Ağköynək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15.02.2021-ci il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayonu Qarapapaq kəndində anası Şahid3 ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Vətən müharibəsi veteranları X12 rayon şöbəsinin 09.06.2021-ci il tarixli arayışından görünür ki, X5 1991-1993-cü illərdə könüllü olaraq döyüşlərdə iştirak etmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 11.01.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Qazax Rayon Məhkəməsinin 13.01.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 11 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi barədə” 06.04.2021-ci il tarixli qərardan görünür ki,hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd döşək üzlüyü, iki ədəd yastıq üzlüyü, bir ədəd yorğan üzlüyü, bir ədəd saç aksesuarı, bir ədəd sırğa, ağ rəngli mələfə, hadisə vaxtı Zərərçəkmiş şəxs1 əynində olan bir ədəd qara rəngli şort, bir ədəd açıq-çəhrayı rəngli, üzərində deformasiya izləri, yəni cırılma yerləri olan köynək, həmçinin, hadisə vaxtı Təqsirləndirilən şəxs başına geyindiyi bir ədəd qara rəngli, üzərində “Nike” firmasına məxsus yazı və emblem olan papaq, əynində olan bir ədəd qara rəngli şalvar, bir ədəd qara rəngli kurtka və bir ədəd qara rəngli uzunboğaz köynək maddi sübut kimi tanınmış və saxlanması üçün Qazax rayon prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmişdir. "xxxx" MMC-dən daxil olmuş telefon danşıqlarının əks olunduğu 01 ədəd CD disk, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı qeydə alınmış vidogörüntülərin yaddaşına yazıldığı 01 ədəd DVD disk, Zərərçəkmiş şəxs1 əlavə dindirilməsi zamanı qeydə alınmış vidogörüntülərin yaddaşına yazıldığı 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılması nəzərə alınmışdır. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq olunmuş 25.06.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq olunmuş 25.06.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı vəədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan RespublikasıCinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinəəsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.1-ci və 157.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur.Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.1 və 157.1-cimaddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyindən həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinəəsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdəədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinəəsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelətəyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərəçəkmiş şəxslərlə barışmasını, zərərəçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını, atasının döyüşlərdə iştirak etməsini, əməlindən səmimi peşiman olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1.7ci maddəsinə əsasən cinayətin aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törətməsini ağırlaşdıran hal kimi nəzərə almışdır. İstintaq orqanı Təqsirləndirilən şəxs əməlində cinayətin aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törətməsini ağırlaşdıran hal kimi qiymətləndirərkən heç bir sübuta əsaslanmamış, təqsirləndirilən şəxsə elan olunmuş ittihamın məzmununda da hadisə zamanı zərərçəkmiş şəxsin köməksiz vəziyyətdə olan şəxs kimi olması göstərilməmişdir. Cinayət işinin materiallarında da zərəçəkmiş şəxsin köməksiz vəziyyətdə olması müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinin tələblərinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik) şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinəəsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddəüçündən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda qeyd edilən cəzasını yüngülləşdirənhallarınolmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə, eyni zamanda onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının azadlıqdan məhrum etmə cəzası ilə əvəz etməklə Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki və daha çox cinayət törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ağır cinayətlər daxil olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar toplanılmalı və bu yolla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinin tələblərinə əsasən cinayətlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü bərabər tutulur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1ci maddəsində nəzərdə tutulmuş cinayət «böyük ictimai təhlükə törətməyən cinayət», Cinayət Məcəlləsinin 149.1-ci maddəsində nəzərdə tutulmuş cinayət isə «ağır cinayət» hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinəəsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinəəsasən məhkəmə hesab edir ki, işüzrə maddi sübut olub Qazax rayon prokurorluğunda saxlanılanhadisə yerinə baxış zamanı götürülmüş bir ədəd döşək üzlüyü, iki ədəd yastıq üzlüyü, bir ədəd yorğan üzlüyü, bir ədəd saç aksesuarı, bir ədəd sırğa, ağ rəngli mələfə,hadisə vaxtı Zərərçəkmiş şəxs1 əynində olan bir ədəd qara rəngli şort, bir ədəd açıq-çəhrayı rəngli, üzərində deformasiya izləri, yəni cırılma yerləri olan köynək, zərərçəkmiş şəxsə qaytarılmalı, imtina edildikdə isə məhv edilməli, hadisə vaxtı Təqsirləndirilən şəxs başına geyindiyi bir ədəd qara rəngli, üzərində “Nike” firmasına məxsus yazı və emblem olan papaq, əynində olan bir ədəd qara rəngli şalvar, bir ədəd qara rəngli kurtka və bir ədəd qara rəngli uzunboğaz köynək təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, imtina edildikdə isə məhv edilməlidir. Eləcə də "xxxx" MMC-dən daxil olmuş telefon danşıqlarının əks olunduğu 01 ədəd CD disk, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı qeydə alınmış vidogörüntülərin yaddaşına yazıldığı 01 ədəd DVD disk, Zərərçəkmiş şəxs1 əlavə dindirilməsi zamanı qeydə alınmış vidogörüntülərin yaddaşına yazıldığı 01 ədəd DVD diskincinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 214 (iki yüz on dörd) manat 16 (on altı) qəpik)məbləğində pul təqsirləndirilən şəxsl Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmiş və xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən olunmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.1. və 157.1-cimaddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.1-ci maddəsi ilə 04 (dörd) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının dörd günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla ona 01 (bir) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 11 yanvar 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Qazax rayon prokurorluğunda saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd döşək üzlüyü, iki ədəd yastıq üzlüyü, bir ədəd yorğan üzlüyü, bir ədəd saç aksesuarı, bir ədəd sırğa, ağ rəngli mələfə,hadisə vaxtı Zərərçəkmiş şəxs1 əynində olan bir ədəd qara rəngli şort, bir ədəd açıq-çəhrayı rəngli, üzərində deformasiya izləri, yəni cırılma yerləri olan köynək, zərərçəkmiş şəxsə qaytarılsın, imtina edildikdə isə məhv edilsin, hadisə vaxtı Təqsirləndirilən şəxs başına geyindiyi bir ədəd qara rəngli, üzərində “Nike” firmasına məxsus yazı və emblem olan papaq, əynində olan bir ədəd qara rəngli şalvar, bir ədəd qara rəngli kurtka və bir ədəd qara rəngli uzunboğaz köynək təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, imtina edildikdə isə məhv edilsin. "xxxx" MMC-dən daxil olmuş telefon danşıqlarının əks olunduğu 01 ədəd CD disk, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı qeydə alınmış vidogörüntülərin yaddaşına yazıldığı 01 ədəd DVD disk, Zərərçəkmiş şəxs1 əlavə dindirilməsi zamanı qeydə alınmış vidogörüntülərin yaddaşına yazıldığı 01 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 214 (iki yüz on dörd) manat 16 (on altı) qəpik)məbləğində pul təqsirləndirilən şəxsl Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin.. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar