Məhkəmə qərarları › İş №1(100)-213/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-213/2024

27.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-213/2024 27.09.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi hakim Məmmədov Abdulla Elşad oğlunun sədrliyi, hakimlər X5 və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, iclas katibi X7, dövlət ittihamçıları - Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri X12 və ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslərin hüquqi varisləri X16 və X8, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 2000-ci il tarixdə Bərdə rayonu, Həsənqaya kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu Həsənqaya kəndində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 19 aprel 2023-cü il tarixdə saat 19 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarəetmə və nəqliyyat vasitəsini istifadə hüququnu təsdiq edən etibarnamə olmadan ayıq vəziyyətdə idarə etdiyi atası Şahid4 məxsus “VAZ 21099” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozаraq yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürət həddindən artıq, yəni 90-100 km/saat sürətlə idarə edən zaman həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraiti və avtomobilin idarəetməsindən yayındırmamalı, idarə etdiyi VAZ 21099 markalı avtomobilin öz hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməli olduğu, avtomobili sol hərəkət zolağına çıxartmamalı və hərəkət üçün təhlükə yaratmamalı olduğu halda, buna əməl etməyərək Bərdə rayonu Həsənqaya kəndindən Bərdə şəhəri istiqamətində əks hərəkət zolağına çıxaraq əks istiqamətdə hərəkətdə olan sürücü Şahid1 nəqliyyat vasitəsini idarəetmə hüququ olmaqla, ayıq vəziyyətdə etibarnamə əsasında idarə etdiyi qardaşı Şahid2 məxsus “Vaz 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşaraq Şahid2 2799 (iki min yeddi yez doxsan doqquz) manat məbləğində maddi ziyan vurulmasına, idarə etdiyi avtomobildə olan sərnişin X6 ağır açıq kəllə-beyin travması baş beyin qişalarına, qişalar altına, baş beyin toxumasına və mədəciklərinə qansızma ilə baş beyin toxumasının əzilməsi, kəllə qapağı və əsası sümüklərinin sınıqları, başın sağ gicgah və alın nahiyəsinin əzilmiş yaraları, sağ bud sümüyünün qapalı, sol bud sümüyünün açıq qəlpəli sınıqları, sol bud nahiyəsinin qançırı və əzilmiş-cırılmış yarası, sağ bud nahiyəsinin sıyrıqları xəsarətləri ilə müşayiət olunan, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid olmaqla həmin xəsarətlərdən başın küt travması ilə əlaqədar kəllə sümüyünü sınıqları ilə baş beyin qişalarına, qişalar altına, baş beyin toxumasına və mədəciklərinə qansızmalar nəticəsində ehtiyatsızlıqdan ölümünə səbəb olan, “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobildə olan sərnişin X4 isə döş qəfəsində solda İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X-Xİ, sağda V qabırğaların qapalı qəlpəli sınıqları, ağciyərin yaralanmaları, sağ baldır-ayaq oynağı sümüklərinin qapalı qəlpəli sınıqları, sol diz oynağı nahiyəsinin qançırı, sol bud, sağ əl, alın, sol almacıq, sağ bud-çanaq oynağı nahiyələrinin sıyrıqları, sağ əl, sağ gicgah, alt çənə üz, çənəaltı nahiyələrinin əzilmiş yaraları ilə müşayiət olunan, dərəcələrinə görə şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığına Ağır zərər vurulmasına, döş qəfəsi sümüklərinin çoxsaylı sınıqları ilə ağciyərin yaralanmaları səbəbindən kəskin qanitirmə nəticəsində ölümünə səbəb olmaqla ehtiyatsızlıqan iki şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddə ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Bərdə rayonu, Həsənqaya kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Əvvəl sərnişin mikroavtobusunda sürücü işləmiş, sonra isə mövsümi işlərlə məşğul olmuşdur. Atası Şahid4 məxsus “VAZ 21099” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili də etibarnamə və sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Şahid1 əvvəllər tanısa da, onunla heç bir münasibəti olmamışdır. X13 həmkəndlisi olmuş, Mirəlini uşaq yaşlarından tanımış, Mirəli xəstə-yerimə qüsurlu olduğu üçün əksər vaxt evdə olmuş, son vaxtlar müalicələrdən sonra yeriməyə başlamışdır. Çox vaxt avtomobili ilə harasa gedəndə Mirəlini də aparmış, tək qoymamışdır. 19 aprel 2023-cü ildə axşam saatlarında atasına məxsus “VAZ 21099” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə evdən çıxıb Bərdə rayonunda yerləşən Yeni qəsəbəyə gedərkən kəndin içində Mirəli ona əl edib avtomobili saxlamış, ondan hara getdiyini soruşanda Mirəliyə bərbərə getdiyini demiş, Mirəli onu da mağazaya aparmağı xahiş etmiş və ön sərnişin yerində minmişdir. Hərəkət sürəti təxminən 90 km/saat olmuş, Bərdə rayonu Yeni qəsəbəyə dönən yola az qalmış sola tərəf meyillənən yerə çatanda əks hərəkət istiqamətinə çıxıb qarşısında hərəkətdə olan VAZ 2106 markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili ötüb keçmək istəmiş, sola burulan hissəsdə qarşı tərəfdən avtomobilin çatdığını görüb öz hərəkət hissəsinə qayıtmaq istəsə də idarəetməni itirmiş və avtomobil sola tərəf istiqamətlənmiş, əks hərəkət zolağına çıxaraq sağ ön tərəfi qarşıdan gələn VAZ 21011 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön hissəsi ilə toqquşmuşdur. Zərbədən huşunu itirmiş bir müddət sonra xəstəxanada ayılmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslərin birinin hüquqi varisi mərhum Mirəlinin atası ilə valideynləri barışsa da, qonşu kənddə olan hadisə nəticəsində vəfat edən Fazilin ailəsi- arvadı ilə barışa bilməmişlər. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X14 göstərdi ki, X3 onun həyat yoldaşı olmuşdur. Fazil hadisədən əvvəl Bərdə rayonu Mollagüllər kəndində inkubatorda elektrik avadanlıqları quraşdırmış, 19 aprel 2023-cü il səhər evdən çıxıb Mollagüllər kəndinə getmiş, axşam saatlarında onu gözləsələr də işdən qayıtmamımışdır. Hadisə barədə xəstə olduğu üçün əvvəl qohumları ona heçnə deməsələr də sonradan Fazilin avtoqəza nəticəsində vəfat etdiyini öyrənmişdir. Sonradan Feruzun idarə etdiyi avtomobilin ərinin olduğu avtomobilin yoluna çıxmasına görə toqquşma nəticəsində əri Fazil və digər avtomobildə olan Mirəlinin vəfat etdiyini öyrənmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxsin hüquqi varisi Raya Quliyeva göstərdi ki, Təqsirləndirilən şəxs şikayətçidir, onunla barışmamışdır və bağışlamır. Təqsirləndirilən şəxsə ədalətli cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X17 göstərmişdir ki, Bərdə rayonu Həsənqaya kəndində ailə üzvləri və mərhum oğlu Mirəli ilə yaşamışdır. Mirəlinin 3 yaşından səhhətində problem olmuş, sümükləri, onurğasında əyilmə olmuşur, uzun müddət həkimlərdə qalmış, hadisədən təxminən 2 ay əvvəl Mirəli yeriməyə başlamışdır. Mirəlinin Feruzla dostluq etmiş, arabir onun sürdüyü avtomobilə minmişdir. Feruz avtomobili təhlükəli sürmüş, buna görə Mirəliyə Feruzla yoldaşlıq etməməsini, maşına minməməsini demişdir. 19 aprel 2023-cü il tarixdə axşam saatlarında kənddə çayxanada olarkən qəfil kənd camaatının harasa getdiyini görmüş, xatırlamadığı kənd sakini ona Mirəlgilin qəzaya düşdüyünü demişdir. O, hadisə yerinə çatana qədər xəsarət alanlar xəstəxanaya aparılmış, xəstəxanaya getdikdən qısa müddət sonra oğlu Mirəlinin vəfat etdiyini öyrənmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxsin hüquqi varisi Mehman Ağayev göstərdi ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur, barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, Bərdə rayonu, Həsənqaya kəndində qeydiyyatda olmaqla yaşayır. Özünə məxsus VAZ 21099 markalı **- CN-*** dövlət qeydiyyat nişanlı avtomobili oğlu Feruz kənddə arabir idarə etmiş dükan və mağazaya göndərmişdir. Oğlu Mirəli ilə dostluq etmiş, onlar bir-birinin xətrini çox istəmiş, çox vaxt bir yerdə olmuşlar. 19 aprel 2023-cü ildə axşam saatlarında evə gəldikdən sonra avtomobilin açarı maşının üstündə olmuş, Feruz avtomobilini götürüb getmiş, lakin hara getməsindən xəbəri olmamışdır. Qısa müddət sonra digər oğlu Orxan zəng edib Feruzun Mirəli ilə birgə qəzaya düşdüyünü demiş, O hadisə baş verən yerə getmiş, həmin vaxt hadisə nəticəsində 1 nəfər şəxs vəfat etmiş, digər şəxs isə xəstəxanaya aparılmışdır. Xəstəxanaya getdikdə isə Mirəli və digər maşında olan Fazil adlı şəxsin öldüyünü öyrənmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid4 göstərdi ki, mərhum Fazilin yas yerinə gedib 500 (beş yüz) manat versələr də, mərhumun ailə üzvləri artıq pul verilməsini istəməmişlər.Hadisədən sonra avtomobili oğluna verdiyi üçün cərimə olunmuşdur, həmkəndliləri olan Mirəlinin ailəsi ilə barışıq əldə etmiş, onlar şikayətçi olmadığını bildirmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Bərdə rayonu, Nazırlı kəndində yaşayır, qardaşı Şahid2 məxsus “VAZ 21011” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir. Təqsirləndirilən şəxs əvvəl tanısa da hər hansı münasibəti olmamışdır. X3 həmkəndlisi olaraq, onunla yaxşı münasibəti olmuşdur. 19 aprel 2023-cü ildə axşam saatlarında avtomobillə Bərdə-Yevlax yolundan kəndlərinə gedən yolun kəsişməsində yerləşən “Bərdə” marketə getmiş, evə bazarlıq etdikdən sonra marketdən çıxanda dayanacaqda həmkəndlisi Fazili görüb hara getdiyini soruşduqda kəndə getdiyini demişdir. Fazil qabaq sağ oturacaqda əyləşmiş, birlikdə Həsənqaya kəndi istiqamətində getmişlər. Hərəkət surəti təxminən 60 km/saat olmuş, Yeni qəsəbəyə dönən yolu keçdikdən sonra yol sağa tərəf meyillənən hissədə qarşı tərəfdən sürətlə gələn “VAZ 21099” markalı avtomobil ona çatmağa 20-25 metr qalmış, yolun döngəsindən sonra olduğu hissəyə keçib düz üstünə gəlmiş, həmin avtomobilin ön sağ tərəfi onun idarə etdiyi avtomobilin ön sağ tərəfi ilə toqquşmuş və bundan sonra huşunu itirmişdir. Şahid1 məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Feruzun idarə etdiyi avtomobilin qarşısında toqquşmamışdan əvvəl ötmək istədiyi hansısa avtomobil olmamışdır. Hadisə Feruzun VAZ 21099 markalı avtomobili yüksək sürətlə sürüb yolun meyilli hissəsini keçdikdən sonra idarəetməni itirməsi və düz onun sürdüyü maşının üstünə gəlməsi nəticəsində olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Bərdə rayonu Nazırlı kəndində qeydiyyatda olmaqla yaşayır. Şahid1 doğma qardaşıdır. Özünə məxsus VAZ 2101 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobili sürmək üçün böyük qardaşı Şahid1 və atasına etibarnamə vermişdir. Avtomobili çox vaxt qardaşı sürmüşdür. Təqsirləndirilən şəxs hadisədən sonra tanımışdır. Hadisə vaxtı isə Bakı şəhərində olmuşdur. Axşam saatlarında Bərdə rayonu Həsənqaya kənd yolunda qardaşı işdən gələn zaman Feruzun sürdüyü VAZ 21099 markalı avtomobil onun yoluna çıxdığını və toqquşduqlarını öyrənmiş, hadisə nəticəsində qardaşının idarə etdiyi avtomobildə olan sərnişin Fazil adlı həmkəndliləri və o biri maşında Olan Mirəli adlı cavan oğlanın xəstəxanaya aparıldıqdan sonra öldüyünü öyrənmişdir. Avtomobilinə ümumilikdə 2799 manat maddi ziyan dəymişdir, həmin maddi ziyanın ödənilməsini təqsirləndirilən şəxsdən tələb edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Bərdə RPŞ-nin DYPB-nin PPXB-nin inspektoru vəzifəsində xidmət edir, 19 aprel 2023-cü ildə Bərdə RPŞnin DYPB-nin YPXB-nin inspektoru, polis baş serjantı, X15 ilə birlikdə ** YP *** dövlət nömrə nişanlı xidməti avtomobillə şəhər ərazisində xidmətdə olarkən axşamüstü təxminən saat 19 radələrində radiostansiya ilə Bərdə rayonu Həsənqaya kənd ərazisində ağır yolnəqliyyat hadisəsi baş verməsi və ölüm olduğu bildirilmiş, məcburi köçkünlər üçün olan qəsəbə yaxınlığında vəfat edən şəxs olduğunu digər şəxsin xəstəxanaya aparıldığını öyrənmişlər. Toqquşan avatomobilərdən biri Vaz 2109 digəri isə Vaz 21011 markalı avtomobillər olmuşdur. Hadisə yerinə baxış keçirilməsində, müvafiq ölçmə işləri aparılaraq protokollaşdırılmasında iştirak etmiş, hərəkətinin təhlükəsizliyini təmin etmiş, qəza edən avtomobillər isə evakuator vasitəsilə cərimə meydançasına aparılmışdır. Məhkəmədə verilən suallara cavab olaraq şahid Nahid Aşualıyev göstərdi ki, hadisə yerinə radiostansiya vasitəsilə çağırılmış, hadisəni törətmiş şəxsi əvvəllər avtomobil idarə edərkən görməmişdir. Hadisə baş verən ərazi digər DYPB əməkdaşının xidməti ərazisi olduğundan Feruzun əvvəllər də həmin avtomobili idarə edib-etməməsi barədə məlumatı yoxdur. Cinayət işi materiallarına əlavə edilən və məhkəmə araşdırılan 19 aprel 2023-cü il tarixli “yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol” əlavəsi olan “hadisə yerinin sxemi” və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsi Bərdə rayon Həsənqaya kəndi ərazisində baş vermişdir. Hadisə yerində yol asfalt örtüklü olmaqla quru, düz və hamardır. Hadisə yerində yol iki tərəflidir. Yolun ümumi eni 7 metrdir. Əks istiqamətli nəqliyyat axınlarını ayıran üfüqi nişanlama xətti vardır. Həsənqaya kəndi istiqamətində yolun sağ çiyni 4 metr, sol çiyni isə 3 metrdir. Toqquşma yeri Həsənqaya kəndi istiqamətində sağ hərəkət zolağında, hərəkət hissəsinin sağ kənarından sola doğru 0,5 metr məsafədə yerləşir. VAZ 21099 markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyi istiqamətdə 29 metr qoşa tormoz izi var. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş 19 aprel 2023-cü il tarixli protokol və əlavələri olan fotocədvəllərdən görünür ki, X6 meyitinə baxış keçirilmiş, bədən səthi üzərində olan xəsarətlər barədə müvafiq qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş 19 aprel 2023-cü il tarixli protokol və əlavələri olan fotocədvəllərdən görünür ki, X4 meyitinə baxış keçirilmiş, bədən səthi üzərində olan xəsarətlər barədə müvafiq qeydiyyat aparılmışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 19 aprel 2023-cü il tarixli 17 nömrəli rəyindən görünür ki, X1 meyitinin bədənində döş qəfəsində solda İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X-Xİ, sağda V-ci qabırğaların qapalı qəlpəli sınıqları, ağciyərin yaralanmaları, sağ baldır-ayaq oynağı sümüklərinin qapalı qəlpəli sınıqları, sol diz oynağı nahiyəsinin qançırı, sol bud, sağ əl, alın, sol almacıq, sağ budçanaq oynağı nahiyələrinin sıyrıqları, sağ əl, sağ gicgah, alt çənə, üz, çənəaltı nahiyələrinin əzilmiş yaraları xəsarətləri vardır. Həmin xəsarətlər həyatidirlər, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. X1 ölümünə səbəb döş qəfəsi sümüklərinin çoxsaylı sınıqları ilə ağciyərin yaralanmaları nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsi görə demək olar ki, onun meytinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 2-4 saat olar baş vermişdir. X1 meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqiatı nəticəsində etil spirti aşkar edilməmişdir (xx.xx.2023-cü il tarixli 1445/k saylı maddi sübutların müayinəsi aktı). İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 19 aprel 2023-cü il tarixli 18 nömrəli rəyindən görünür ki, X2 meyitinin bədənində ağır açıq kəllə-beyin travması-baş beyin qişalarına, qişalar altına, baş beyin toxumasına və mədəciklərinə qansızma ilə baş beyin toxumasının əzilməsi, kəllə qapağı və əsası sümüklərinin sınıqları, başın sağ gicgah və alın nahiyəsinin əzilmiş yaraları, sağ bud sümüyünün qapalı, sol bud sümüyünün açıq qəlpəli sınıqları, sol bud nahiyəsinin qançırı və əzilmiş-cırılmış yarası, sağ bud nahiyəsinin sıyrıqları xəsarətləri vardır. Həmin xəsarətlər həyatidirlər, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtoqəza hadisəsi nəticəsində törənəbilər, törənmə müddəti qərarda göstərilən tarixə - yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. X2 ölümünə səbəb başın küt travması ilə əlaqədar kəllə sümüklərinin sınıqları ilə baş beyin qişalarına, qişalar altına, baş beyin toxumasına və mədəciklərinə qansızmalar olmuşdur. X2 ölümü meyit əlamətlərinin inkişaf mərhələsi görə demək olar ki, onun meytinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 3-5 saat olar baş vermişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 13 sentyabr 2023-cü il tarixli 8/2725 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ-21099 markalı 10CN083 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -Sürücü Təqsirləndirilən şəxs VAZ-21099 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. -Sürücü Təqsirləndirilən şəxs VAZ-21099 markalı avtomobili yaşayış məntəqəsində icazə verilən 60km/saatdan artıq, yəni 90-100km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılan Bərdə RPŞ-nin DYPB-dən verilmiş xx.xx.2023-cü il tarixli, 134/1-38448 saylı məktubdan görünür ki, mərkəzi məlumat sistemindəki məlumatlara əsasən Bərdə rayonu Həsənqaya kəndində yaşayan Təqsirləndirilən şəxs sürücülük hüququ yoxdur. Bərdə rayonu Nazırlı kəndində yaşayan Şahid1 adına BD 212929 nömrəli BC kateqoriyalı xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək qüvvədə sürücülük vəsiqəsi vardır. VAZ 21099 markalı ** CN *** dövlət qeydiyyat nişanlı avtomobil Şahid4 məxsusdur, Təqsirləndirilən şəxs adına etibarnamə mövcud deyil. VAZ 2101 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil Şahid2 məxsusdur. Şahid1 adına xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü ilədək qüvvədə olan etibarnamə mövcuddur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli ƏQ-0023/2023 nömrəli məktubdan görünür ki, Şahid2 məxsus VAZ 2101 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi zamanı dəymiş zərər 2799 manat (iki min yeddi yüz doxsan doqquz) manat təşkil edir. İş materiallarında olan və məhkəmə araşdırılan “Bərdə rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən verilmiş xx.xx.2023-cü il tarixli 18-1-28/2-1225-2023 tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nin Poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. Cinayət işində olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan Bərdə RİHB-nin Həsənqaya kəndi üzrə İƏD-dən verilmiş 790 №li xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Həsənqaya kəndində yaşayır və müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi atası Şahid4 məxsus olan “VAZ-21099” markalı, “**-CN- ***” dövlət qeydiyyat nişanlı avtomobil və Şahid1 idarə etdiyi qardaşı Şahid2 məxsus olan VAZ 2101 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və Bərdə RPŞ-nin DYPB-nin cərimə meydançasında saxlanılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında protokol” və xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nın 263-1.4-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023cü ildə Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Bərdə Rayon Məhkəməsinin 16 sentyabr 2023-cü il tarixli, 4(021)-197/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən şahid ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri, digər sənədləri sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli 15 noyabr 2013-cü il tarixli Qərarının 4-cü bəndində göstərilir ki, nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə,.... nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsinə əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının nəqliyyat vasitələrini idarəetmə hüququ olmayan şəxs tərəfindən pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqdabeş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan və icazə verilən hərəkət sürətindən yuxarı həddə idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan 2 nəfər şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətdiyinə görə onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs ibtidai araşdırma və məhkəmə baxışında hadisədən əvvəl qarşısında eyni hərəkət zolağında hərəkətdə olan “Vaz” markalı qeyri-müəyyən avtomobili ötmə əməliyyatı edib öz hərərət zolağına qayıdarkən yolun döngə hissəsində idarəetməni itirdiyini və qarşıdan gələn avtomobillə toqquşduğunu nəticədə hadisə baş verdiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materialları, tədqiq edilmiş sübutlar şahidin (digər nəqliyyat vasitəsinin sürücüsünün) ifadəsi, hadisə yerinə baxış protokolu və fotocədvəldən görünür ki, hadisədən əvvəl onun hərəkət zolağında digər avtonəqliyyat vasitəsinin hərəkətdə olması müəyyən edilməmiş, bununla bağlı iddia edilən həmin avtonəqliyyat vasitəsinin müəyyən edilməsi ilə bağlı hadisənin baş verdiyi ilkin dövrdə özü, şübhəli və təqsirləndirilən şəxs qismində cəlb edildikdəm sonra ibtidai araşdırma və məhkəmə baxışı zamanı zamanı özü və müdafiəçi tərəfindən hansısa vəsatət verilməmişdir. Məhkəmə müdafiə tərəfinin nəzərinə çatdırır ki, təqsirləndirilən şəxsin öz müdafiəsinə dəlil olaraq göstərdiyi-ötmə əməliyyatı etdiyi avtonəqliyyat vasitəsini keçə bilmədiyinə görə toqquşduğu avtomobili görməməsi halı olsa belə, bu təqsirləndirilən şəxsin hazırki iş üzrə cinayət məsuliyyətini istisan edən hal deyil. Nəzərə almaq lazımdır ki, qeyd edilən halda yolun hərəkət hissəsinin kifayət qədər görünməyən hissəsində ötmə əməliyyatının aparılması qadağandır və bu“Yol hərəkəti haqqında” Qanunun müvafiq tələblərini pozulması hesab olunur. Həmçinin təqsirləndirilən şəxsin hadisə vaxtı toqquşmadan əvvəl olan hərəkətləri və qərarları (ön çəkimə malik avtomobilin idarəetmənin bərpa edilməsi üçün əyləc əvəzinə qaz pedalından istifadə etmə, sükanla avtomobilinin stabilliyinin bərpa etmə, avtomobil idarəetməni itidikdən sonra isə onu öz hərəkət zolağında saxlamağa yaxud öz hərəkət zolağından sağ tərəfə istiqamətləndirib boş sahəyə salma bacarığı olmaması) son nəticədə toqquşmanı labüd etmişdir ki, bunda şəxsin sürücülük hüququ əldə etmək üçün müvafiq tədris prosesinə cəlb edilməməsi və yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını bilməməsi mühüm rol oynamışdır. Qanunverici orqan şəxsin nəqliyyat vasitələrini idarə etməsi üçün xüsusi hazırlıq keçməsini, nəzəri və təcrübi imtahan verilməsini imperativ olaraq ona görə müəyyən etmişdir ki, oxşar situasiyalarla üzləşən sürücülər və yol hərəkətinin digər iştirakçıları vaxtında doğru qərar verməyə hadisədən yayınmaq, yaxud nəticələrinin ağırlığını azaltmaq bacarığı formalaşsın. Məhz həmin əsaslara görə qanunverici nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan yüksək təhlükə mənbəyini idarə edərək ağır nətcələrə səbəb olan cinayət əməli törədən şəxslər barədə cinayət qanununda daha ciddi sanksiyalar müəyyən etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Feruz Raqubovun atası oğlunun ehtiyatsızlıqdan törətdiyi əmələ görə mərhum Fazil Xankişiyevin yasında iştirak etsə də qohumların pul verilməsini istəmədiyini, buna görə də onlara maddi yardım etmədiklərini göstərsə də zərərçəkmiş şəxsin hüquqi varisi ilə cəhd etməsinə dair mötəbər sübutları təqdim etməmişdir. Məhkəmə bunla bağlı qeyd edir ki, işin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs hadisə nəticəsində ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi atası ilə barışıq əldə etmiş, lakin baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş digər zərərçəkmiş şəxsin dəfn, yaxud yas mərasimi xərcləri, digər avtomobilə dəymiş maddi ziyanın ödənilməsi lə bağlı aktiv hərəkət(lər)i mövcud olmamış, göstərilənlərlə əlaqədar məhkəmə baxışında hər hansı sübut təqdim edilməmiş, bunu təsdiq edəcək hallar isə iş materiallarına əlavə edilməmişdir. Həmçinin məhkəmə baxışında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində cavan və uzun müddət xəstəlikdən əziyət çəkən övladının həyatdan məhrum olması, barışıq əldə etdiyi zərərçəkmiş şəxsin hüquqi varisinin Mehdi Ağayevin məhkəmə baxış iclasında da onu görmək (zalda olmasını) istəməməsi, hadisədən il yarım müddət keçməsinə baxmayaraq yaxın qohumlarına sarsıdıcı təsir göstərdiyini təsdiq edir. Lakin məhkəmə tərkibi hər bir halda həmin hüquqi varisin zərərçəkmişlə barışmasını və şikayət və tələbi olmamasını yüngülləşdirici hal kimi təqsirləndirilən şəxsin xeyrinə nəzərə alır. Həmçinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, toqquşduğu avtomobilin məxsus olduğu şəxsə Şahid2 hadisə nəticəsində ona dəymiş ziyanın ödənilməsi ilə bağlı heç bir təşəbbüs göstərilməmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs təqdim edilmiş sənədlərə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, Cinayət Məcəlləsinin 59.2-ci, zərərçəkmiş şəxsin hüquqi varislərindən biri ilə barışıq əldə etməsini isə Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X10 məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halın olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə və həmin cəzanı çəkməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. İşin ibtidai istintaqı zamanı və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin də baş vermiş yol nəqliyyat hadisəsindən əvvəl də dəfələrlə idarəetmə hüququ olmadan nəqliyyat vasitələrini idarə etməsi (özü və atasının ifadələrinə əsasən yaşadığı kənddə atasına məxsus hadisədə iştirak edən minik avtomobilini və marşrut ictimai nəqliyyat vasitəsi sürməsi) müəyyən edilmişdir ki, bununla bağlı ibtidai araşdırma dövründə, müstəntiq və prokuror tərəfindən hər hansı müansibət göstərilmədiyindən məhkəmə bununla bağlı mövqeyini yəni cinayət törədilməsinə gətirib çıxaran səbəb və şəraitlə bağlı mövqeyini ayrıca ifadə edəcəkdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.7-cü maddəsinin sanksiyasında əsas cəza ilə yanaşı əlavə cəza kimi müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə məcburi hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X11 müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzası əlavə cəza kimi qeyd edilən cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti təyin edilməlidir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” «15» noyabr 2013-cü il tarixli qərarının 22-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəzanın orta həddən yuxarı təyin olunmasını və bu cəzanın icrasının əsas cəzanı çəkib qurtardığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu andan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə olunmalı olan əmlakı müəyyən edilmədiyindən məhkəmə onun barəsində xüsusi müsadirənin tətbiq olunmamasını əsaslı və qanuni sayır. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ DYPB-nin mühafizə olunan duracağında saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21099” markalı, “**-CN-***” dövlət qeydiyyat nişanlı avtomobil atası Şahid4, Şahid1 idarə etdiyi VAZ 2101 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil isə qardaşı Şahid2 qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri ümumilikdə 85 (səksən beş) manat təşkil edir. İş üzrə Şahid2 ona məxsus VAZ 2101 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 2799 (iki min yeddi yüz doxsan doqquz) manat maddi ziyanın ödənilməsi üçün mülki qaydada məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Odur ki, iş üzrə məhkəmə məsrəfini təşkil edən ekspertiza xərci olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 347, 351, 353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilsin və ona 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə həmin cəzanın icrasına əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Bərdə RPŞ DYPB-nin mühafizə olunan duracağında saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21099” markalı, “**-CN-***” dövlət qeydiyyat nişanlı avtomobil atası Şahid4, Şahid1 idarə etdiyi “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil isə qardaşı Şahid2 qaytarılsın. İş üzrə məhkəmə məsrəfini təşkil edən 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar