Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-214/2020 28.09.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X31 məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X14 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorlar, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxslərin hüquqi varisləri X2, X22, zərəçəkmiş şəxslər X11, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Burosunun vəkili Seyidli Müdafiəçi iştirakı ilə, xx.xx.1991-ci ildə Gədəbəy rayonu, Qurudərə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, himayəsində bir azyaşlı uşağı olan, məhkum olunmamış, işləməyən, Gədəbəy rayonu, Qurudərə kəndində ünvanda qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 12:30 radələrində atası Zərərçəkmiş şəxs3 mülkiyyətində olan və etibarnamə ilə idarə etdiyi Wolswagen Passat markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobili Novo Saratovka-Gədəbəy avtomobil yolunda üzü Gədəbəy şəhəri istiqamətində hərəkət etdirərkən yolun Yenikənd yaşayış masssivindən keçən hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili yol şəraitinə uyğun olan hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, hərəkətin idarə olunması ilə əlaqədar hərəkətləri (manevr, tormozlamavə.s) vaxtında yerinə yetirməli olduğu halda bunlara əməl etməyərək qarşıda onunla eyni istiqamətdə hərəkətdə olub ötmə əməliyyyatını həyata keçirən dövlət qeydiyyat nömrə nişanı istintaqa məlum olmayan VAZ-21074 markalı avtomobilin arxası ilə ötmə əməliyyatını həyata keçirən zaman VAZ-21074 markalı avtomobilin sürətini azaltması səbəbindən əvvəlcə yolun sağ, sonra isə sol hərəkət hissəsinə çıxaraq idarəetməni itirib qarşı sol hərəkət zolağında hərəkətdə olan X16 idarə etdiyi VAZ-2109 markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxaraq toqquşmuş və avtomobilində sərnişin olan Zərərçəkmiş şəxs2 sağ bel nahiyyəsinin əzniyi qismində sağlamlığa zərər vurmadığı üçün dərcəsi təyin edilməyən xəsarət, VAZ-2109 markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 fiziki ağrılar yetirilməsinə, VAZ-2109 markalı avtomobilin sürücüsü X23 başın sıyrığı, burunun əzilmiş yarası, döş qəfəsinin sıyrığı, yuxarı və aşağı ətrafların sıyrıqları ilə müşaiyət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən və qarının qançırı ilə müşaiyət olunan qarının qapalı küt travması, qara ciyərin cırılması, daxili qanaxma, travmatik və hemorrafik şokla müşaiyət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır xəsarətlər yetirməklə ehtiyatsızlıqdan F.İ.Həsənovun xx xxxxxx 2019-cu il tarixdə ölümünə, VAZ-2109 markalı avtomobildə olan digər sərnişin X1 politravma, yuxarı və aşağı ətrafların çoxsaylı sıyrıq və qançırları qismində sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, üst dodağın və sağ qulağın əzilmişkəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən, sifətin sıyrılmış-kəsilmiş yaraları ilə müşaiyət olunan burun sümüyünün sınığı, döş qəfəsinin geniş qançırı ilə müşaiyət olunan 3-cü qabırğanın və sol kürək sümüyünün sınıqları, sol bud-sağrı nahiyyəsinin geniş qançırı ilə müşaiyət olunan sol bud sümüyü boynunun sınığı sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır zərərvurmaya aid edilən və başın geniş ölçülü hematoması, əzilmiş yarası və çoxsaylı sıyrıqları ilə müşaiyət olunan qapalı kəllə-beyin travması, baş beyin maddəsinə, beyin qişalarına qansızma, kəllə daxili hematoma ilə müşaiyət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır xəsarətlər yetirməklə ehtiyatsızlıqdan xx xxxxxx 2020-ci il tarixdə ölümünə, VAZ 2109 markalı avtomobilə 2100 (ikiminyüz) manat və Zərərçəkmiş şəxs3 mülkiyyətində olan Wolswagen Passat markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3700 (üç min yeddi yüz ) manat maddi ziyan vurulmasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, atası Səyyaf, anası Kifayət, rus millətindən boşandığı qadından olan 4 yaşlı qızı Leyla və bacısının 12 yaşlı qızı Ayişə ilə birlikdə Gədəbəy rayonu Qurudərə kəndində yaşayır. Atası Zərərçəkmiş şəxs3 Wolswagen Passat markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobili var, həmin avtomobili xx xxxxxx 2019-cu il tarixdə etibarnamə ilə ona vermiş, etibarnaməyə əsasən o, həm də avtomobili idarə etmək hüququ olmuşur. xx xxxxxx 2019-cu il tarixdə yeni il axşamı üçün Gədəbəy şəhərindən bazarlıq etməyə gəlməli olmuş, saat təxminən 12 radələrində evdən çıxmışdır. Evdən çıxanda qonşuları Şahid da görmüş, o da Gədəbəy şəhərinə bazarlıq etməyə gəldiyinə görə saxlayıb onu da götürmüşdür. Mahir yanında sağda oturmuş, bir qədər gələndən sonra həmkəndlisi Zərərçəkmiş şəxs2 da yolda dayanıb maşın gözlədiyini görmüş, saxlayıb onu da götürmüş, o, arxa salonda oturmuşdur. Belə də sürüb Gədəbəy istiqamətində gəlmişdir. Gədəbəy şəhəri Yenikənd yaşayış massivinə çatanda avtomobili təxminən 60 km/saat sürətlə idarə etmiş, həmin vaxt onun qarşısında eyni istiqamətdə qırmızı rəngli dövlət qeydiyyat nişanını xatırlamadığı bir VAZ-21074 markalı maşın da getmiş, onun qarşısı ilə isə bir boz rəngli Niva markalı avtomobili hərəkətdə olmuşdur. VAZ-21074 markalı avtomobillə Niva markalı avtomobilin ara məsafəsi yaxın olmuş, onunla VAZ-2107 markalı avtomobilin arasında isə təxmiənən 10-15 metr məsafə olmuşdur. VAZ-2107 markalı maşın sol yan işığını yandırıb qarşısındakı Niva markalı maşını ötmək istəmiş, o, gözləmişdir ki, VAZ-21074 markalı avtomobil ötmə əməliyyatı eləsin, arxasınca da o, ötüb keçsin. VAZ-21074 markalı avtomobil Nivanı ötmüş, o da onun arxasınca ötmə əməliyyatı etmişdir. Ötmə zamanı VAZ-21074 markalı maşın yenə sola qayıtmış, qarşıdan VAZ-2106 markalı maşının gəldiyini görüb maşının sürətini azaltmış və sağa çıxmışdır. VAZ-21074 markalı avtomobil sürətini azaltdıqda o, az qalmışdır ki, həmin VAZ-21074 markalı maşına dəysin, ona dəyməmək üçün bir az da sola qaçırırmış həmin anda maşınının sol tərəf təkərləri torpağa çıxmış və torpağa çıxan kimi maşın oynamışdır. Həmin vaxt sükanı yığışdırıb yola istiqamətləndirə bilməmiş, buna baxmayaraq maşını öz hərəkət zolağına qaytara bilmiş, ancaq maşın oynadığından yola düz istiqamətlənə bilməmiş və yolun içində geriyə fırlanıb onun hərəkəti istiqamətində sol hərəkət zolağının içində üzü gəldiyi istiqamətə, yəni Novo Saratovka istiqamətinə yolun sol hərəkət zolağında dayanmışdır. Eyni vaxtda mühərrik də sönmüş, o, tələsik açarı fırlatmış, mühərrik işə düşməyəndə mühərriki işə salmaq üçün sol əli ilə açarı geri qaytarmış, sağ əli ilə isə sürət ötürücünü irəliyə «P» qutusuna itələmişdir. Açarı fırlayıb mühərriki işə salmış, həmin anda arxa sağ tərəfindən bir maşının zərbə ilə dəydiyini bilmiş, zərbə dəyən kimi onun maşınını yarım dairə sağa fırlatmış, maşının özü isə, sonradan gördüyü kimi VAZ-2109 markalı maşın olmuşdur. Öz gəldiyi istiqamətdə sağ tərəf torpaq sahəsinə, oradan isə torpaq hissənin kənarına çəkilmiş tikanlı məftilə girib qalmışdır. Hər üçü, yəni o, Mahir və Vüsal maşından düşmüşlər, onlar çox həyacanlı olmuşlar, sonradan bildiyinə görə VAZ-2109 markalı maşını idarə edən X27, onun yanındakı atası X28 yaralanmışlar, arxada da bir balaca oğlan uşağı olmuş, ancaq onda heç nə olmamış, hər üçü yaralıları çıxartmağa cəhd etmişlər.Həm polislər, həm də yoldan keçənlər gəlib köməkləşib onları maşından çıxartmışlar. Özü də, Vüsal da bir az narahatçılıqları olmuş, tez bir zamanda atası Səyyaf da gəlmiş, o da kömək edib yaralıları da, Vüsalla onu da Gədəbəy xəstəxanasına gətirmişlər. X40 kişini oradan Gəncəyə xəstəxanaya aparmışlar, Vüsal və onun səhhətində ciddi bir şey olmamış, oradan isə polis şöbəsinə gəlmişdir. Həmin günü axşamüstü eşitmişdir ki, Fərman Gəncədə xəstəxanada ölmüşdür, bundan 8 gün sonra isə eşitmişdir ki, İsa kişi də xəstəxanada ölüb. X28 və X24 əvvəllər tanımamış, onlarla heç bir ədavətləri və ya düşmənçilikləri olmamış, təsadüfən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində onlar ölmüşlər. Təqsirləndirilən şəxs X8 ifadəsinə əlavə olaraq bildirdi ki, hazırda uşağı Leylanın anası Rusiya Federasiyasında cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən xx xxxx 2015-ci il təvəllüdlü X9, həmçinin İİ qrup əlil ata və anası onun himayəsində yaşayırlar. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy şəhərində yaşayır, o, X4 arvadıdır, onunla 1994-cü ildə ailə həyatı qurmuşlar, Fərmanla evlilikdən 3 övladları var, mərhum qaynatası X28 da onların ailəsi ilə birlikdə yaşamışdır. xx xxxxxx 2019-cu il tarixdə evlərində inşaat işləri görmək üçün bəzi inşaat materialları almaq lazım olmuş, buna görə əri Həsənov Fərman özünə məxsus olan VAZ-2109 markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gədəbəy şəhərinin Novo Saratovka kəndi istiqamətində çıxacağında, köhnə mal bazarının yanındakı inşaat materialları satışı mağazasına getməyə hazırlaşmış, onunla birlikdə qaynatası X28 da getməyə hazırlaşmış, həmin vaxt evdə olan azyaşlı oğlu Zərərçəkmiş şəxs1 da ağlayıb onlarla getmək istədiyini bildirmiş və saat təxminən 12 radələrində onlar hər üçü, İsa kişi qabaq sağda, Xəyam arxa salonda, Fərman isə avtomobili idarə edərək getmişlər. Onlar gedəndən 10-15 dəqiqə keçmiş oğlu Xəyam onun mobil telefonuna zəng vuraraq Məscidin yanında qəzaya düşdüklərini bildirmiş, məscidlə onların evinin arası çox da uzaq olmadığına görə o, qaçaraq hadisə yerinə getmişdir. Orada Fərmanın maşının sağ tərəfdə yoldan kənarda çəkilmiş tikanlı məftillərə girib əzilmiş vəziyyətdə qaldığını, bir ağ rəngli markasını bilmədiyi maşın isə asfaltın sağında qəzalı vəziyyətdə dayandığını görmüşdür. Fərmanın maşınının həmin maşınla toqquşduğunu demişlər, Fərman öz maşının sükan tərəfdə yanında yerdə, İsa kişi isə maşının sağ tərəfində yerdə uzanıqlı olmuş, oğlu Xəyamın isə qışqırıb ağladığını görmüşdür. Polis əməkdaşları həm Fərmanı, həm İsa kişini, həm də Xəyamı xəstəxanaya aparmışlar, o da onların yanında getmiş, Fərmanla İsa kişinin vəziyyəti ağır olduğundan onları Gəncə şəhərinə xəstəxanaya aparmışlar, Fərman həmin günü, İsa kişi isə 8 gün ondan sonra xəstəxanada ölmüşdür. Sonradan eşitdiyinə görə Fərman öz maşını ilə Novo Saratovka kəndi istiqamətində hərəkətdə olarkən əks tərəfdən Qurudərə kəndində yaşayan, adını İsmayıl kimi bildiyi bir nəfər Wolswagen Passat markalı maşınla əks istiqamətdən sürətlə gəlmiş, maşın oynayaraq fırlanıb Fərmanın yoluna çıxmış, Fərmanın maşınının qabaq hissəsi ilə həmin maşının arxa tərəfi toqquşmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X30 ifadəsində göstərdi ki, mərhum X28 atası, mərhum X27 isə qardaşıdır. Onlar Gədəbəy şəhəri Yenikənd yaşayış massivində bir yerdə yaşamış, qardaşı Fərmanın VAZ-2109 markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuş, xx xxxxxx 2019-cu il tarixdə saat 12 radələrində ona bacısı Reyhan mobil telefonla zəng edib Fərmanın özünə məxsus VAZ-2109 markalı maşını ilə Yenikənd yaşayış massivində başqa bir maşınla toqquşduğunu, atası İsa və Fərmanın 6-cı sinifdə oxuyan oğlu Xəyamın da maşında olub hər üçünün yaralandığını, hər üçünün Gədəbəy rayon xəstəxanasında olmalarını demişdir. Hazırlaşıb təcili Gədəbəyə gəlmək istəyəndə Reyhan zəng edib gəlməməsini, onsuz da onları Gəncəyə gətirdiklərini demişdir. Qardaşı Fərmanla atası İsanı təcili yardım maşını ilə Gəncə şəhər X15 gətirmişlər, Xəyam da ciddi bir xəsarət olmamışdır. Fərman təxminən 1-2 saatdan sonra xəstəxanada ölmüş, atası İsa isə 8 gün sonra, xx xxxxxx 2020-cu il tarixdə həmin xəstəxanada ölmüşdür. Ona məlum olduğuna görə xx xxxxxx 2019-cu il tarixdə saat 12 radələrində atası ilə Fərman Yenikənd yaşayış massivinin qurtaracağında yerləşən mal bazarının yanındakı inşaat materialları mağazasından inşaat materialı almağa getmək üçün Fərmanın VAZ 2109 markalı maşını ilə çıxmışlar, Fərman maşını idarə etmiş, atası qabaqda Fərmanın yanında oturmuş, Xəyam isə arxa salonda olmuş, onlar Gədəbəy- Novo Saratovka kəndi istiqamətində hərəkət edərkən necə olubsa qarşıdan gələn, sonradan bildiyinə görə Gədəbəy rayonunun Qurudərə kəndində yaşayan Səyyaf kişinin oğlu İsmayıl adlı oğlanın idarə etdiyi Wolswagen Passat markalı maşın Fərmanın hərəkət elədiyi zolağa çıxmış və avtomaşınlar toqquşmuş, nəticədə atası İsa və qardaşı Fərman aldıqları xəsarətlərdən ölmüşlər. X7 hüquqi varisi kimi onun ölümü ilə əlaqədar isə onun Təqsirləndirilən şəxs və ya başqa kimsədən hər hansı şikayəti və ya tələbi yoxdur, həmçinin atası xəstəxanada qaldığı müddət ərzində atası İsanın müalicə xərcləri təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir. Qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki,xx xxxxxx 2020-ci il tarixdə atası Fərmanla babası İsa kişi Gədəbəy şəhərinin çıxacağındakı mal bazarının yanındakı inşaat materialları mağazasına getmək istədiklərini görüb onlarla getməsini xahiş etmiş və o, arxa salonda, babası isə qabaqda oturmuşdur. Atası Fərman isə avtomobili idarə etmiş, saat 12 radələrində onlar asfalt yola çıxıb Novo Saratovka kəndi istiqamətində hərəkət etməyə başlamışdır. Arxa salonda irəliyə doğru durub aralıqdan irəliyə baxmış, birdən qarşıdan gələn bir Wolswagen Passat markalı maşın qəflətən fırlanıb atasının hərəkət etdiyi yola onun qarşısına düşmüş və arxası atasının maşının qabaq hissəsindən dəymiş, o bir əli ilə atasından, bir əli ilə də babasından tutmuş, onların maşınları dərhal fırlanıb sağa torpaq yerə oradan isə tikanlı məftillərə girmiş, zərbədən arxa salonun kürək hissəsi qopub onun başının arxasından dəymiş, o huşunu itirmiş, bir vaxt onun üzünə su vurub ayıltdıqlarını bilmiş, ayılanda atasının başının yana əyilmiş vəziyyətdə sükanın arxasında qaldığını, babasının isə qabağa ön şüşəyə tərəf əyilib qalmış vəziyyətdə görmüşdür. Mobil telefonla anasına zəng edib qəzaya düşdüklərini demiş, tezliklə anasıgil oraya gəlmiş, ətrafdan da çoxlu adamlar toplaşmış, polislər onları xəstəxanaya aparmışlar. Həmin gün atası, bir neçə gün sonra isə babası xəstəxanada ölmüşlər. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki,o, Təqsirləndirilən şəxs ilə həmkəndli və qonşudurlar, xx xxxxxx 2019-cu il tarixdə o, Gədəbəy şəhərinə yeni il axşamı üçün evə bazarlıq etməyə getmək üçün yolun qırağına çıxmış, qonşusu Təqsirləndirilən şəxs özünün Wolswagen Passat markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gədəbəy şəhərinə gedəndə saxlayıb onu da götürmüş, o, arxa salonda oturmuş, həmin vaxt qabaqda digər həmkəndliləri Kamaz ləqəbli Mahirin də oturduğunu görmüş, saat təxminən 12.30 radələrində onlar Gədəbəy şəhərinin Yenikənd yaşayış massivindən gələrkən İsmayıl avtomobili təxminən 60 km\saat sürətlə idarə etmiş, onlardan qabaqda eyni istiqamətdə qırmızı rəngli nömrəsi yadında olmayan VAZ 2107 markalı avtomobil, ondan qabaqda isə süd rəngli nömrəsini bilmədiyi Niva markalı avtomobil getmiş, VAZ 2107 markalı avtomobil Niva markalı avtomobili solundan ötüb keçməyə cəhd etmiş, İsmayıl da VAZ 2107 markalı avtomobilin ötməsini gözləmişdir ki, o ötsün arxasınca İsmayıl da ötsün, ani anda VAZ 2107 markalı avtomobil Nivanın solundan ötmə əməliyyat etmiş, İsmayıl da onun arxasınca Nivanı ötmə əməliyyatı etmək üçün VAZ 2107 markalı avtomobilin arxasınca sürmüş, bu anda VAZ 2107 markalı avtomobil Niva markalı maşının arxasına qayıtmaq istəmiş və qayıtmayıb yenə sürmüş, bu anda onların avtomobili VAZ 2107 markalı avtomobilə yaxın olduğu üçün İsmayıl ona dəyməmək üçün bir az da sola qaçmış və sol təkərlər torpaq sahəsinə düşən kimi dərhal avtomobil İsmayılın əlində oynamış, İsmayıl maşının istiqamətini yola düzəlməyə çalışsa da alınmamış, maşın asfalt hissənin sağına, sonra fırlanıb soluna və maşının qabaq hissəsi geriyə Novo Saratovka istiqamətinə fırlanıb yolun əks tərəfində dayanmış, eyni vaxtda avtomobilin mühərriki sönmüş, İsmayıl açarı qaytarıb bir də fırlayıb mühərriki işə salmış və bu anda arxadan başqa bir maşının onların maşınının arxasından vurmuşdur. Onların maşınının arxası qalxaraq yenə qarşısı nisbətən Gədəbəy istiqamətində fırlanıb qalmışdır.O çox həyacanlı olmuş, sonra onu da xəstəxanaya gətirmişlər, onun səhhətində ciddi bir şey olmadığından, yoxlayıb evə buraxmışlar. Sonra eşitmişdir ki, onların maşınını arxadan vuran VAZ-2109 markalı avtomobilin sürücüsü həmin günü Gəncə şəhərində xəstəxanada ölmüş, təxminən 10 gün sonra isə yanında olan sürücünün atası da ölmüşdür. Hadisədə Təqsirləndirilən şəxs günahı olmadığına görə ondan hər hansı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Gədəbəy rayonu Qurudərə kəndində ailəsilə birlikdə yaşayır, 2-ci qrup əlildir, Təqsirləndirilən şəxs onun oğludur. X29 markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili Şəmkir rayonu 1 saylı notariusda xx.xx.2019-cu il tarixdə etibarnamə əsasında oğlu Təqsirləndirilən şəxs vermişdir. Etibarnamə əsasında İsmayılın həm də həmin avtomobili sürmək hüququ olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə saat 12 radələrində İsmayıl həmin avtomobillə Gədəbəy şəhərinə yeni il axşamı üçün bazarlıq etməyə gəlmiş, təxminən 20-25 dəqiqə sonra ona zəng edib İsmayılın avtomobili ilə başqa bir maşının Gədəbəy şəhəri Yenikənd massivində toqquşduğunu demişlər. O, dərhal hadisə yerinə gəlmiş, onun etibarnamə ilə İsmayıla verdiyi həmin Wolkswagen Passat markalı maşın Yenikənd massivində Məscidin yaxınlığında yolun sol tərəfində arxası əzilmiş vəziyyətdə, ondan solda torpaq hissədə isə başqa bir VAZ-2109 markalı maşın qabaq hissəsi əzilmiş vəziyyətdə qaldığını, oğlu İsmayılın VAZ-2109 markalı maşında olan iki nəfər yaralının çıxarılmasına kömək etdiyini görmüşdür. Orada eşitmişdir ki, VAZ-2109 markalı avtomobil Yenikənd massivində yaşayan İsa kişinin oğlunundur, İsa kişi də hadisədə oğlunun yanında olmuşdur. Maşını sürən İsa kişinin oğlu ilə İsa kişi yaralanmışlar, o, özü də yaralıların çıxarılmasına və xəstəxanaya aparılmasına köməklik etmişdir. Hadisə yerində həmçinin bilmişdir ki, hadisə zamanı həmkəndliləri Zərərçəkmiş şəxs2 və X12 da İsmayılın maşınında olmuşlar. O, yaralılarla birlikdə Gədəbəy rayon xəstəxanasına gəlmiş, o cümlədən İsmayıl da xəstəxanaya gəlmişdir. Xəstəxanada eşitmişdir ki, İsa kişinin nəvəsi də onların maşınında olub, o, orada uşağın sərbəst gəzdiyini görmüşdür. İsmayıl da, Vüsal da çox həyacanlı olmuşlar, ona görə onlar da həkimə müraciət etmişlər. İsa kişi ilə onun oğlu, sonradan adını Fərman kimi bildiyi VAZ- 2109 makalı avtomobilin sürücüsünü oradan Gəncə şəhər 3 saylı X37 xəstəxanasına aparmışlar. O, özü də onlarla getmiş, o, hadisənin ilk vaxtlarından günahkar sürücü kim olmasından asılı olmayaraq xəstəxanada hər iki xəstəyə tibbi ləvazimatlar və dərman pereparatlarının alınmasına öz vəsaiti ilə köməklik etmiş, onların ölməsini nə o, nə də oğlu İsmayıl istəməmiş, lakin həkimlər onları xilas edə bilməmiş, hadisə günü Fərman, ondan 8 gün sonra isə İsa kişi xəstəxanada ölmüşlər.Göstərilən yol nəqliyyat hadisəsində ona məxsus olan Wolkswagen Passat markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil də əzilərək ona ziyan dəymişdir, lakin hadisə zamanı VAZ-2109 markalı **-RD-*** markalı avtomobili idarə edən X27 artıq ölmüş, Wolkswagen Passat markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs isə öz oğludur, ona görə o, avtomobilinin əzilməsi və ona maddi ziyan dəyməsi ilə əlaqədar hər hansı şəxsdən hər hansı tələbi və ya şikayəti yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaqa zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, “xx.xx.2020-ci il tarixdə saat 12 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs Wolswagen Passat markalı avtomobili ilə Gədəbəy şəhərinə gələrkən Yenikənd massivində həqiqətən onlarla eyni istiqamətdə VAZ- 2107, ondan əvvəldə isə Niva markalı avtomobil getmişdir. VAZ-2107 markalı avtomobil qarşısındakı Niva markalı avtomobili solundan ötmə əməliyyatı etmək istəmiş, sonra surətini azaldaraq onun arxasına qayıtmış və yenə ötüb getmiş, həmin anda İsmayıl da VAZ 2107 markalı avtomobilin arxası ilə ötmə əməliyyatı etmək istəmiş, lakin VAZ-2107 markalı avtomobili ötmə əməliyyatı etməyərək yavaşlayaraq Niva markalı avtomobilin arxasına qayıtmış və yenə ötmə əməliyyatı etdiyi anda VAZ-2107 markalı avtomobillə aralarındakı məsafə yaxınlaşmış və İsmayıl ona dəyməmək üçün bir qədər də sola qaçmış, bu anda İsmayılın avtomobilinin sol tərəf təkəri torpaq hissəyə düşüb oynamışdır. Bundan sonra İsmayıl avtomobili yolun hərəkət hissəsinə normal qaytara bilməmiş və fırlanıb əks hərəkət zolağına düşmüş, həmin vaxt onların avtomobilinin mühərriki sönmüş, İsmayıl açarı geri qaytarıb bir də mühərriki işə salan anda arxalarından başqa bir maşın onların maşınını vurmuş və sağ ehtiyat hissəyə düşmüşdür. O, maşından düşərək həm VAZ-2109 markalı avtomobildə olan yaralıları, həm də İsmayılla Vüsalı xəstəxanaya göndərilməsinə köməklik etmişdir. Sonra eşitmişdir ki, həmin günü VAZ 2109 markalı avtomobilin sürücüsü, ondan bir neçə gün sonra isə sürücünün yanında olan atası xəstəxanada ölmüşdür”. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxxx 2019-cu il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş hadisə yerinin sxemindən görünür ki, hadisə yeri Gədəbəy-Novo Sarotovka yolunun 1-ci km-yi, yolun Yenikənd yaşayış massivindən keçən hissəsidir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” ETT Birliyinin xx xxxxxx 2020-ci il tarixli 01 nömrəli ekspert rəyindən görünür ki, X16 meyitinin bədənində aşkar edilmiş xəsarətlərbaşın sıyrığı, burunun əzilmiş yarası, döş qəfəsinin sıyrığı, qarının qançırı ilə müşaiyət olunan qarının qapalı küt travması, qara ciyərin cırılması, daxili qan axma, travmatik və hemorrafik şok, yuxarı və aşağı ətrafların sıyrıqları, küt əşyaların təsirindən, ola bilsin qərarın təsviri hissəsində göstərilən xx xxxxxx 2019-cu il tarixli avtomobil qəzasıavtomobillərin toqquşması nəticəsində törənmişlər. Qeyd olunan xəsarətlərdən qarının qançırı ilə müşaiyət olunan qarının qapalı küt travması, qara ciyərin cırılması, daxili qan axma, travmatik və hemorrafik şok həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malikdirlər. X4 ölümünə səbəb qara ciyərin zədələnməsi nəticəsində törənmiş daxili qan axma olmuşdur. Mərhumun ölümü ilkin meyit əlamətlərinin inkişafına əsasən demək olar ki, meyit müayinəsindən 18-20 saat əvvəl müddətə baş vermişdir. X4 meyitinin bədənində aşkar olunmuş xəsarətlər avtomobillərin toqquşması nəticəsində törənə bilərdilər. Birliyin xx.xx.2020-ci il tarixdə verilmiş 56/K saylı məhkəmə-kimya müayinəsinin nəticəsindən görünür ki, X16 meyitindən götürülmüş qanda metil, etil, propil, batil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər(həmçinin tiryək qrupu) fenotiazin, pirazalon, 1,4benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” ETT Birliyinin xx xxxxxx 2020-ci il tarixli 02 nömrəli ekspert rəyindən görünür ki, X17 meyitinin bədənində aşkar edilmiş xəsarətlərpolitravma, başın geniş ölçülü hematoması, əzilmiş yarası və çox saylı sıyrıqları ilə müşaiyət olunan qapalı kəllə-beyin travması, baş beyin maddəsinə, beyin qişalarına qansızma, kəllə daxili hematoma, sifətin sıyrılmış-kəsilmiş yaraları ilə müşaiyət olunan burun sümüyünün sınığı, döş qəfəsinin geniş qançırı ilə müşaiyət olunan 3-cü qabırğanın və sol kürək sümüyünün sınıqları, sol bud-sağrı nahiyyəsinin geniş qançırı ilə müşaiyət olunan sol bud sümüyü boynunun sınığı, üst dodağın və sağ qulağın əzilmiş-kəsilmiş yarası, yuxarı və aşağı ətrafların çox saylı sıyrıq və qançırları küt əşyaların təsirindən, ola bilsin qərarın təsviri hissəsində göstərilən xx xxxxxx 2019-cu il tarixli avtomobil qəzasıavtomobillərin toqquşması nəticəsində törənmişlər. Qeyd olunan xəsarətlərdən başın geniş ölçülü hematoması, əzilmiş yarası və çoxsaylı sıyrıqları ilə müşaiyət olunan qapalı kəllə-beyin travması, baş beyin maddəsinə, beyin qişalarına qansızma, kəllə daxili hematoma həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurma əlamətlərinə, sifətin sıyrılmış-kəsilmiş yaraları ilə müşaiyət olunan burun sümüyünün sınığı, döş qəfəsinin geniş qançırı ilə müşaiyət olunan 3-cü qabırğanın və sol kürək sümüyünün sınıqları,sol bud-sağrı nahiyyəsinin geniş qançırı ilə müşaiyət olunan sol bud sümüyü boynunun sınığı sağlamlığın uzun müddət pozulmasına səbəb olan az-ağır zərər vurma əlamətlərinə, üst dodağın və sağ qulağın əzilmiş-kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malikdirlər. X5 ölümünə səbəb qapalı kəllə-beyin travması, kəllə daxili hematoma olmuşdur.Mərhumun ölümü ilkin meyit əlamətlərinin inkişafına əsasən demək olar ki, meyitin müayinəsindən 16-18 saat əvvəl müddətə baş vermişdir. X5 meyitinin bədənində aşkar olunmuş xəsarətlər avtomobilin toqquşması nəticəsində törənə bilərdilər. Birliyin xx.xx.2020-ci il tarixdə verilmiş 486/K saylı məhkəməkimya müayinəsinin nəticəsindən görünür ki, X17 meyitindən götürülmüş qanda etil spirti aşkar edilməmişdir Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” ETT Birliyinin xx xxxxxx 2020-ci il tarixli, 13 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: -sağ bazunun əziniyi küt əşyanın təsirindən, ola bilsin qərarın təsviri hissəsində göstərilən xx xxxxxx 2019-cu il tarixli avtomobil qəzası-avtomobillərin toqquşması nəticəsində törənmişdir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” ETT Birliyinin xx xxxxxx 2020-ci il tarixli, 14 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: - sağ bel nahiyyəsinin əzniyi küt əşyanın təsirindən ola bilsin qərarın təsviri hissəsində göstərilən xx xxxxxx 2019-cu il tarixli avtomobil qəzası-avtomobillərin toqquşması nəticəsində törənmişlər. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” ETT Birliyinin xx xxxx 2020-ci il tarixli 72 nömrəli ekspert rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs1 bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 3900 saylı ekspert rəyindən görünür ki, ilkin kontrakt anında toqquşma Wolkswagen Passat markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ hissəsi (arxa sağ qanadı) ilə VAZ 2109 markalı, ** RD *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq nisbətən sağ hissəsi (qabaq bamper) arasında təxminən 45-50 dərəcə bucaq altında baş vermişdir. Wolkswagen Passat markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili yol şəraitinə uyğun olan hərəkətin təhlükəsizlini təmin edə biləcəyi sürətlə idarə etməli, hərəkətin idarə olunması ilə əlaqədar hərəkətləri (manevr, tormozlama və.s) vaxtında yerinə yetirməli olduğu halda bunlara əməl etməməklə onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. VAZ 2109 markalı, ** RD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X27 idarə etdiyi VAZ 2109 markalı avtomobili toqquşma yerinə çatmadan dayandırmalı olduğu halda buna əməl etməməklə onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə xx.xx.2019-cu il tarixli 525 saylı aktdan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs sərxoşluq vəziyyəti aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X35 Tovuz RQİ və TB şöbəsinin xx.xx.2020-ci il tarixli 629 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Gəncə “Asan xidmət” mərkəzində xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi AC- 605024 saylı “BC” dərəcəli sürücülük vəsiqəsi verilmişdir. Onun adı sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, X30 mərhum zərəçəkmiş şəxs X17 hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxxx 2020-ci il tarixli “zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınma” barədə qərardan görünür ki, X3 mərhum zərəçəkmiş şəxs X16 hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxxx 2020-ci il tarixli !qanuni nümayəndəs təyin edilməsi” barədə qərardan görünür ki, X3 yetkinlik yaşına çatmamış oğlu Zərərçəkmiş şəxs1 qanunui nümayəndəsi qismində tanınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gədəbəy rayon Dövlət Texniki Nəzarət Xidməti tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli texniki müayinə aktlarından görünür ki, VAZ 2109 markalı ** RD *** dövlət qeydiyyat nişanlı avtomobilə 2100 manat məbləğində və Wolkswagen Passat markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobilə 3700 manat məbləğində maddi ziyan dəymişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gədəbəy RİHB-nın Dəyirmandağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx xxxx 2020-ci il tarixli, 111 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy rayonu, Qurudərə kəndində ailə üzvləri ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx xxxx 2015-ci il tarixdə anadan olmuş, ata qrafasında Təqsirləndirilən şəxs, ana qrafasında X25 qeyd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gədəbəy rayon Dəyirmandağ kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli aktdan görünür ki, X6 şəhərində anadan olmuş X9 həqiqətən Gədəbəy rayon Dəyirmandağ kənd İƏD üzrə nümayəndəliyinin Qurudərə kəndində babası Zərərçəkmiş şəxs3 məxsus olan evdə atası Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikasının Əmək və X21 Nazirliyinin tabeliyində Dövlət X36 publik hüquqi şəxsin Gədəbəy rayon filialının xx xxxxxxxx 2020-ci il tarixli, **********3 və **********6 nömrəli arayışlarından görünür ki, təqsirləndirilən şəxsin atası Zərərçəkmiş şəxs3 və anası X18 ümumi səbəbdən İİ qrup əlildirlər. Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli iclasında təqdim olunmuş və məhkəmədə araşdırılmış ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxslərin hüquqi varisləri və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X3 və X30 Təqsirləndirilən şəxs ilə barışmış, hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə araşdırılmış xx xxxxxx 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” və xx xxxxxx 2020-ci il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış DİN-nin BƏSİİ-dən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxx 2020-ci il tarixli “Cinayət işinin istintaqının nəticəsi və sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, X23 məxsus **-RD-*** dövlət nömrə nişanlı, «VAZ 2109» markalı avtomobil və Zərərçəkmiş şəxs3 məxsus **-DN-*** dövlət nömrə nişanlı «Volksvagen Passat» markalı avtomobil maddi sübut kimi tanınaraq Gədəbəy RPŞ-nin cərimə meydançasında saxlanılır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, **-DN-*** dövlət nömrə nişanlı «Volksvagen Passat» markalı avtomobil müvafiq qərar qəbul edilənədək saxlaması üçün sahibi Zərərçəkmiş şəxs3 təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxx 2020ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan və xx xxxx 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, X27 bu işlə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində olan cinayət işinə Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci madəsinə əsasən xitam verilmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki nəfər şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməkdə təqsirli bilinib, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etməsini, CM-in 59.2-ci maddəsinə əsasən onunla birlikdə yaşayan valideynlərinin hər ikisinin İİ qrup əlil olmasını, zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxslərin hüquqi varislərinin ondan heç bir şikayət və tələblərinin olmamasını, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs X17 xəstəxana xərclərinin ödənilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azalıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.1.12-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” «15» noyabr 2013-cü il tarixli qərarının 21-ci bəndinə əsasən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə cəza təyini ilə bağlı qanunvericiliyin tələblərini və yuxarıda qeyd edilən Plenum qərarında nəzərdə tutulmuş halları –yol nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmiş X16 qarşılıqlı təqsirinin mövcudluğu, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinə mənfi münasibətini, təyin ediləcək cəzanın onun islah olunmasına, özünün və ailəsinin həyat şəraitinə təsirini, barəsində olan yüngülləşdirici halları və barəsində ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həmin maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin etməkləcəzanın məqsədinə nail oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında əsas cəza ilə yanaşı əlavə cəza kimi müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə məcburi hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzası əlavə cəza kimi təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə cəzanın da təyin olunmasını və bu cəzanın icrasının əsas cəzanı çəkib qurtardığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinin tələbinə əsasənTəqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasınınçəkilməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə olunmalı olan əmlakı müəyyən edilmədiyindən məhkəmə onun barəsində xüsusi müsadirənin tətbiq olunmamasını əsaslı və qanuni sayır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan Gədəbəy RPŞ-nin cərimə meydançasında saxlanılan X23 məxsus **-RD-*** dövlət nömrə nişanlı, «VAZ 2109» markalı avtomobil onun yaxın qohumuna qaytarılmalı və **-DN-*** dövlət nömrə nişanlı «Volksvagen Passat» markalı avtomobilin sahibi Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş materiallarına əlavə edilmiş hesabat arayışından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Seyidli Müdafiəçi 20 (iyirmi) saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçinin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 351, 353 və 356-cı maddələrini rəhbərtutaraq, məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətiman tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlanılsın. İşüzrəmaddisübutolan Gədəbəy RPŞ-nin cərimə meydançasında saxlanılan X23 məxsus **-RD-*** dövlət nömrə nişanlı, «VAZ 2109» markalı avtomobil onun yaxın qohumuna qaytarılsın və **-DN-*** dövlət nömrə nişanlı «Volksvagen Passat» markalı avtomobilin sahibi Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi Seyidli Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülsün Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə X31 Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №1(100)-214/2020
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-214/2020
28.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver