Məhkəmə qərarları › İş №1(100)-214/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-214/2025

25.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-214/2025 25.07.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), İbişov İlkin İlqar oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibləri: X4 və X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3 və ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin və müdafiəçisi Gəncə Regional Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1994-cü ildə Şəmkir rayonu, Dəllər qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Şəmkir rayonu Dəllər Cəyir kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədilə külli miqdarda təmiz çəkisi 4,878 qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla Şəmkir rayonu Dəllər Cəyir kəndinə daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat axtarış tədbiri zamanı 04 mart 2024-cü ildə saat 06:05-də Şəmkir rayonu Dəllər Cəyir kəndində yaşadığı ünvanın qarşısında saxlanılaraq ünvan 2ayon Polis Şöbəsinə aparılıb həmin gün saat 07:45-dən etibarən üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 4,878 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, əvvəllər narkotik vasitənin “nəşə” adlanan növündən arada sırada istifadə etmişdir. Saxlanılmamışdan əvvəl müalicə almaq üçün qohumlarının yanına Türkiyə getmiş, qohumu ilə birlikdə geri qayıdanda polis əməkdaşları onu Heydər Əliyev hava limanında saxlamış və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmış, 3 gün orada saxlayıb sorğu-sual etmiş və buraxmışlar. O yaşadığı kəndə qayıtmış, 10 gün keçəndən sonra onu gəlib səhər tezdən yaşadığı evdən aparmışlar. Həmin vaxt üzərində hər hansı narkotik vasitə olmasa da, ona qarşı fiziki zorakılıq edərək üzərinə psixotrop maddə qoymuş, tərtib edilmiş sənədlərə imza etməyə məcbur etmişlər. Təcridxanaya girərkən bədənində olan xəsarətləri guya əvvəlki günlərdə evdə iş görərkən aldığını demişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, ona Şəmkir RPŞ-də təqdim olunmuş narkotik vasitəni qəbul etmədiyi üçün fiziki zorakılıq tətbiq etmiş, bundan əvvəl isə 2024-cü il mart ayının 3 ya 4 günü Türkiyədən qayıdanda onu hava limanında saxlayıb “bandotdel”ə aparmışlar. Tutulmasının səbəbinin kriminal aləmdən olan “Şəmkirli Sabir” adlı şəxslə tanışlığı olduğunu ehtimal edir. Sonuncu ilə heç bir kriminal əlaqəsi olmamışdır. Şəmkirli Sabirlə isə həmkəndli kimi münasibəti olmuş, onunla bir dəfə Türkiyədə görüşmüşdür. Şəmkir polis şöbəsinə gətirildikdən sonra onu digər otağa keçirib üzərinə narkotik vasitə qoymuşlar. Üzərinə narkotik qoyan polisi üzdən görsə tanıya bilər. Onu saxlayanlar 2 nəfər polis əməkdaşı olmuş, narkotik vasitəni cibinə polis bölməsində polislər qoymuşlar. İbtidai istintaq zamanı ailəsi ilə hədələdikləri üçün müstəntiqə ifadə verəndə polislərin dedikləri kimi bildirmişdir. Qolunu da polislər əvvəl kapron qandalla bağladıqları üçün aça bilmədiklərinə görə “rezak”la açarkən istəmədən kəsmişlər. Məhkəmə baxışından fərqli olaraq ibtidai istintaq zamanı ilkin olaraq şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə verdiyi ilkin izahat və ifadəsində eləcə də videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsili bilərək göstərmişdir ki, saxlanılmamışdan təxminən 2 gün əvvəl yaşadığı Şəmkir rayonu, Dəllər Cəyir qəsəbəsində yerləşən avtovağzal yaxınlığında yerdə sellofana bükülü metamfetamin tapmış və istifadəçi olduğu üçün götürüb üzərində saxlamış, fürsət düşən kimi istifadə etmək qərarına gəlmişdir... xx.xx.2024-cü ildə səhər saat 6 radələrində yaşadığı evin qarşısında olarkən sonradan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduğunu bildiyi şəxslər yaxınlaşıb narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyib Şəmkir rayon Polis Şöbəsinə aparmışlar. Orada videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, qanunsuz saxladığı əşya varsa, verməyi təklifindən sonra üzərində saxladığı metamfetamin olan bükülünü və özünə məxsus “İphone” markalı mobil telefonu təqdim etmiş, həmin əşyalar qablaşdırılıb götürülmüşdür. Bundan sonra yaşadığı evə də baxış keçirilmiş, evdən hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şəmkir RPŞ CAB-ın rəisi Şahid2 göstərdi ki, 2024-cü ilin mart ayının əvvəli Təqsirləndirilən şəxs barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar Şəmkir RPŞ narkotiklə mübarizə bölməsi ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları birlikdə keçirilmiş əməliyyat tədbirində iştirak etmişdir. Təqsirləndirilən şəxs səhər saatlarında yaşadığı küçədə saxlanılıb, Şəmkir RPŞ-yə aparılmış, təhqiqatçının otağında videoçəkilişlə baxış keçirilmişdir. Üzərinə keçirilmiş baxış zamanı özü könüllü şəkildə narkotik vasitəni çıxararaq təqdim etmiş, həmin narkotik vasitəni yaşadığı kəndin ərazisindən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, əməliyyat məlumatı Baş Mütəşəkkilə daxil olmuşdur. Şəmkir RPŞ-yə daxil olmuş əməliyyat məlumatının məzmunu isə narkotik vasitənin istifadəsi və üzərində gəzdirməsi ilə bağlı olmuşdur. Onlara daxil olmuş əməliyyat məlumatında narkotik vasitənin dövriyyəsi ilə bağlı məlumat olmamış, şəxsi əvvəllər narkotik vasitənin istifadəsi ilə bağlı deyil oğurluqla bağlı saxlamışdır. Arzunun üzərindən aşkar olunan narkotik vasitə bir bükümdə olan metamfetamin olmuş, çəkisi isə 2 qramdan çox olmuşdur. Şəxsin üzərinə baxış keçirmə prosesi videoçəkilişlə aparılmış, ona qarşı hər hansı təzyiq və təsir göstərilməmişdir. Arzunun saxlanılmamışdan əvvəl Türkiyədə olması ilə bağlı onlarda məlumat olsa da, ora Şəmkirli “yetim” Sabirin yanına getməsini bilməmiş, hazırki işlə bağlı Şəmkirdə tutulmamışdan əvvəl hanısısa şəhərdə polis tərəfindən saxlanması ilə bağlı məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs barəsində BMCMİ-yə narkotiklə bağlı əməliyyat məlumatı daxil olmuş, rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmış, şəxsin yaşadığı ünvanın yaxınlığında olması ilə bağlı məlumat daxil olmuş, 04 mart 2024-cü ildə səhər saat 7 radələrində yaşadığı evin yanında saxlanılmış, sonra şəxs Şəmkir RPŞ-yə aparılmışdır. Şəxsi Şəmkir RPŞ-də təhqiqatçının otağına dəvət edib vəkilinin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilmiş, hər hansı qeyri-qanuni əşyalar varsa təqdim etməsi tələb edildikdə şəxs könüllü şəkildə özünə məxsus olan psixotrop maddə olan metamfetamini çıxararaq təqdim etmiş, narkotik vasitəni yaşadığı kəndin yaxınlığında tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan narkotik vasitə psixotrop maddə olan metamfetamin olmuşdur, narkotik vasitənin çəkisi yadında qalmasa da, üzərində olan narkotik vasitəni yaşadığı kəndin ərazisindən tapdığını bildirmiş, şəxsə qarşı hər hansı psixoloji və fiziki təsir olmamış, şəxslə əvvəl hər hansı münasibəti olmamış, şəxsin narkotik vasitənin satışı ilə bağlı sübut aşkarlanmamışdır. Əməliyyat məlumatı narkotik vasitənin satışı ilə bağlı olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli raportlardan və əmrlərdən görünür ki, DİN BMCMİ-nə Şəmkir rayonu Dəllər Cəyir kənd sakini Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdar narkotik vasitə və psixotrop maddə əldə edərək üzrəində və yaşadığı evdə saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş əməliyyat qrupunun tərkibinə Şəmkir RPŞ CAB-ın rəisi Şahid2 də əlavə edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 06:05-də yaşadığı ünvanın qarşısında saxlanılmış və saxlanıldığı yerdə şərait olmadığına görə prosessual hərəkətlər aparılmaqdan ötrü Şəmkir RPŞ-yə gətirilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 07:15-də Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokol və əlavəsi olan 01 ədəd DVD diskdən görünür ki, keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi əynində olan qara rəngli gödəkçənin sağyan cibindən çıxartdığı 1 ədəd sellofan bükümdə metamfetaminə bənzər kütlə və “İphone” markalı mobil telefon götürülmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “ünvana baxış keçirilməsi” haqqında protokol və əlavəsi olan DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə keçirilmiş baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən əşya aşkar edilib götürülməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının 3-16-16/2-6/1308 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “ Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 4,878 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Ümumi təmiz çəkisi 4,878 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 4,828 qram İş materiallarında olan və məhkəmədə araşdırılan “mobil telefon aparatına baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, “votsapp” sosial şəbəkə və galareya bölməsində, eləcə də telefondakı digər bölmələrdə iş üzrə əhəmiyyətli məlumatlar aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 1486 №li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Məcburi müalicəyə əks göstəriş yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmədə araşdırılan Şəmkir Rayon Məhkəməsinin 5(076)-54/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, BMCMİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar Şəmkir rayonu Dəllər Cəyir kəndindəki yaşayış evinə baxış keçirilməsinə dair hissədə qanuni hesab edilmiş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi hissəsində isə əməliyyata axtarış tədbiri deyil, istintaq hərəkəti olduğundan imtina edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Şəmkir RPŞ Dəllər Cəyir kəndi İƏD üzrə verilmiş xx.xx.2024-cü il tarixli, 166 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Dəllər Cəyir kəndində ailə üzvləri ilə birlikdə yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Bakı İstintaq Təcridxanası tərəfindən Baş Prokurorluğun DİO-nun istintaq təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2- 1628/2024 saylı məlumatdan görünür ki, təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olarkən sol kürək nahiyyəsində sağ saidin ön və içəri səthində qərtməkli yara xəsarətləri aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin xəsarətləri həbs olunmazdan əvvəl aldığını bildirmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan DİN BƏSİİ-dən verilən xx.xx.2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs son dəfə Şəmkir rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 956/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid “alkoloid” və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “kannabionid” aşkar edildi. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə tibbi ekspertizasının 141/MEŞ xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ saidin aşağı 1/3-nin ön səthinin kəsilmə xarakterli yarası, sağ baldırın sıyrığı, sol kürək nahiyyəsinin suluqlamış səthi yanış yarası fonunda tibbi banka yerləri aşkar edildi. Qedy edilən xəsarətlər sağ saidin yarası şüşə parçası, sağ baldırın sıuyrığı küt əşyanın təsirindən əmələ gəlmişdirlər, törənmə müddəti məhkəmə tibbi müayinədən 2-3 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vuran xəsarətlər olmadığından dərəcələri təyin edilmir. Sol kürək nahiyyəsinin suluqlamış səthi yanıq yarası fonunda tibbi banka yerləri prosedurla əlaqədar baş verdiyindən sağlamlığa zərərvurma dərəcəsi təyinində nəzərə alınmır. İş materiallarında olan və məhkəmədə araşdırılan Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 2-2/110/2-129287/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir RPŞ-də polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə müraciəti əsasında toplanmış material üzrə araşdırma zamanı xx.xx.2024-cü ildə cinayət işinin başlanması Azərbaycan Resublikası CPM-nin 39.1.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, hazırkı iş materiallarından narkotik vasitənin əldə edilmə mənbəyi ilə bağlı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,828 qram olan metamfetamin DİN BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarış zamanı götürülmüş 1 ədəd “İphone” markalı mobil telefon ailə üzvlərinə qaytarılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan BMCMİ-nin istintaq idarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli xidməti yazıdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə ilə bağlı şəxsləri onun digər cinayət əməllərinin törədilməsində iştirakını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-328/2024 №li qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Həmin qərarda formalaşdırılmış hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək törədilmiş əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, iş üzrə ibtidai araşdırma aparıldığı ilkin dövrdə, yəni videoçəkilişlə keçirilmiş şəxsi axtarış, şübhəli şəxs qismində ilkin izahatında şübhəli və təqsirləndirilən şəxs qismində videoçəkilişlə dindirilərkən Təqsirləndirilən şəxs psixotrop maddəni tapdığını və şəxsi istifadəsi üçün saxladığını demişdir. İş üzrə şahid qismində dindirilmiş həm BMCMİ-nin, həm də Şəmkir RPŞ-nin əməliyyat müvəkkilləri ibtidai istintaq və məhkəmədə verdikləri ifadələrində göstərmişlər ki, əməliyyat məlumatı təqsirləndirilən şəxsin narkotik vasitəni saxlaması barədə olmuş, saxlanılana qədər və istintaqın sonrakı mərhələsində aşkar edilmiş psixotrop maddə olan metamfetamini əldə etmə mənbəyi və digər qanunsuz əməllərdə iştirakı müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan əməliyyat tapşırığına cavab məktubunda üzərindən aşkar olunmuş metamfetamini satış məqsədi ilə əldə etməsi barədə məlumatlar olsa da, satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı, həmçinin psixotrop maddəni hansı mənbədən əldə etməsinin müəyyən edilə bilinmədiyi göstərilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanının gəldiyi qənaətə əsasən ittiham aktında göstərdiyi Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin yalnız külli miqdarda olması onun satış məqsədini təsdiq edən hal kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq psixotrop maddəni əldə edib saxlaması və daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham versə də, satış məqsədini təsdiq edən (istehlakçılarla əvvəlcədən razılıq əldə etməsi və ya sövdələşməsi, şərti alıcı ilə aralarında razılıq olmasına dair telefon danışığı və mesajlar olmasına, psixotrop maddənin hazırlanması üçün avadanlığı əldə etməsi, onun şəxsi istehlak miqdarından artıq psixotrop maddəni məhz sifariş əsasında əldə etməsinə, narkotik vasitənin və psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi və bu kimi sair hərəkətlər) hallara dair sübut əldə edə, beləliklə də satışla bağlı hissədə onun təqsirini sübuta yetirə bilməmişdir. Qeyd edilənlər isə Təqsirləndirilən şəxs psixotrop maddəni satış deyil, digər (istehlak və sair) məqsədilə qanunsuz əldə edib saxlamasını və daşımasını təsdiq edən hallardır. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edərkən ancaq aşkar olunan psixotrop maddənin şəxsi istehlak miqdarından artıq külli miqdarda olması və digər sübutlarla təsdiq olunmayan qeyri-müəyyən əməliyyat məlumatı əsas götürülmüşdür. İstintaq orqanı nəzərə almamışdır ki, aşkar edilmiş psixotrop maddə tək bükümdə olmuş, şəxsin satış niyyətini təsdiq edən hər hansı obyektiv və subyektiv faktorlar isə ibtidai araşdırma zamanı müəyyən edilməmiş və sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatlarının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və sair hal(lar) mövcud deyildir. Belə ki, cinayət işinin materiallarında olan əməliyyat məlumatların nədən ibarət olması, Təqsirləndirilən şəxs oğlunun narkotik vasitələrin satışı ilə bağlı təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, əməliyyat məlumatlarına əsaslanaraq narkotik vasitənin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işi materiallarından görünür ki, əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar CPM-in tələblərinə uyğun olaraq təqdim edilməmiş və məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Belə halda yalnız cinayət işinə əlavə edilən məktub və raporta istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması qənaətinə gəlmək mümkün deyil. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Beləliklə, istintaq nəticəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına dəlalət edən tamamilə heç bir sübut növü məhkəmə istintaqına təqdim edilmədiyi halda, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin şəxsi istehlak miqdarından artıq olması əsas götürülərək onun külli miqdar narkotik vasitələrin satışı məqsədilə əldə edib saxlaması və daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikası Cinayət və Cinayət-prosessual qanunvericiliyinin, Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin prinsiplərinə zidddir. Cinayət törədildiyi vaxt qüvvədə olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İİ siyahısında psixotrop maddə olan metamfetamin (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin......hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması.....- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxs vasitəsilə və digər yolla yerinin dəyişdirilməsinə yönəlmiş bütün hərəkətlərdir (1.0.8). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ibtidai istintaqın sonrakı dövrü və məhkəmə baxışında göstərdiyi xx.xx.2024-cü ildə Şəmkir RPŞ-yə gətirildikdən sonra psixoloji təzyiqə məruz qalması, polis əməkdaşlarının onu həmin narkotik maddəni götürməsə başına oyun açacaqlarını deməsi, edilmiş psixoloji təzyiq nəticəsində polislərin dediyi məzmunda şəxsi axtarışda bildirib izahat və ifadə verməsinə istintaqın sonrakı mərhələsində, müqavilə bağladı vəkillə görüşdən sonra vəkilin (müdafiəçinin) vəsatəti əsasında əlavə ifadə verərək psixotrop maddənin ona məxsus olmaması barədə ifadə verməsinə münasibətdə qeyd edir ki, həmin hallar təqsirləndirilən şəxsin öz ifadələrindən başqa digər sübutlarla təsdiqini tapmadığı və məhkəmə baxışı zamanı digər sübutlarla təsdiq edilmədiyindən Təqsirləndirilən şəxs ifadələri həmin hissədə özünümüdafiə xarakteri daşıdığı, işin faktiki halları ilə təkzib edildiyi üçün sübut kimi qəbul etmir. İşdə olan və məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizanın rəyi və keçirilmiş videoçəkilişlə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı xəsarət və ya xəsarət izi olmamış, keçirilmiş istintaq hərəkəti zamanı müdafiəçinin iştirakı ilə şifahi sorğu-sual edilərkən, şübhəli şəxs kimi ilkin izahat və ifadəsində, eləcə də təqsirləndirilən şəxs qismində dindirilərkən psixotrop maddəni tapdığını və istifadə üçün saxladığını demişdir. Məhkəmə qeyd edir ki, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə, eləcə də hədə-qorxuya məruz qalan, yaxud qalması ehtimal edilən (iddia edən) şəxsin videoçəkiliş vasitəsilə həyata keçirilən istənilən əməliyyat-axtarış və istintaq hərəkəti zamanı özünü müdafiə etmək və iddia etdiyi qanunsuzluqlara məruz qalmasını bildirmək imkanları daha əlçatan və kənar müşahidəçinin nəzərində obyektiv və inandırıcı olur. Belə ki, bir tərəfdən videoçəkilişlərin fasiləsizliyi və obyektivliyi, digər tərəfdən isə vəkilin (müdafiəçisinin) həmin proseslərdə iştirakı, şübhəli yaxud təqsirləndirilən şəxsə edilmiş, qəbul edilən və ediləcək qərarlara, aparılan hərəkət(lər)ə öz etirazını bildirməyə və həmin halların çəkiliş zamanı (edilməsinə) qeydiyyata alınmasını tələb etməyə kifayət qədər imkan yaradır. Təqsirləndirilən şəxs və müdafiəçisinin Təqsirləndirilən şəxs təqsirsizliyinə sübut olaraq göstərdiyi digər əsas - təqsirləndirilən şəxsin küçədən deyil, atasına məxsus olan avtoehtiyat hissələri mağazasından aparılmasına münasibətdə məhkəmə qeyd edir ki, müdafiə tərəfinin (təqsirləndirilən şəxsin) vəsatəti əsasında dindirilmiş əlavə şahidlər təqsirləndirilən şəxsin həmin mağazadan aparıldığını bildirmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışında göstərdiyi təqsirsizliklə bağlı hallar hazırki iş üzrə elan edilmiş satış məqsədilə narkotik vasitənin dövriyyəsi ilə məşğul olmasına dair ittihamla razı olmaması ilə bağlı olması daha ağlabatan və inandırıcıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Beləliklə, ibtidai araşdırmadan fərqli olaraq cinayət işinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan naməlum çəkidə psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat axtarış tədbiri zamanı 04 mart 2024-cü ildə saat 06:05-də Şəmkir rayonu Dəllər Cəyir kəndində yaşadığı ünvanın qarşısında saxlanılaraq ünvan 4on Polis Şöbəsinə aparılmış, həmin gün saat 07:45-dən etibarən üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 4,878 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması sübuta yetirilmişdir və əməlində cinayət tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini məhkəmə onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal(lar) müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq külli miqdarda miqdarda əldə etmə, saxlama.... daşımaya görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin miqdarı, əməlin xarakteri və ictimai təhlükəliliyi, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və əsəb xəstəliyindən əziyyət çəkməsi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyinini mümkün edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında olan aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın əsas məqsədi olan məhkumun islah olunmasına nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən...ilk dəfə törədilmiş ağır cinayətə görə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır tutulduğu və həbsdə saxlanıldığı müddət həmin müddətə aiddir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş üzrə maddi sübut olan DİN BMCMİ-də saxlanılan ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 4,828 qram psixotrop maddə olan metamfetamin məhv edilsin, şəxsi axtarış, evdə axtarış görüntüləri olan 2 (iki) ədəd DVD disk, cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və O yaşayış yeri üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə məsrəfi olan 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Cəzaçəkmənin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşayış yeri üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan DİN BMCMİ-də saxlanılan ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 4,828 qram psixotrop maddə olan metamfetamin məhv edilsin, şəxsi axtarış, evdə axtarış istintaq hərəkətinin görüntüləri olan 2 ədəd, DVD diks iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar