Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-215/2021 18.11.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu (məruzəçi hakim) və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X11 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X28, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili – X12, Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx xxxxxxx 1965-ci il tarixdə Tovuz rayonu, Xatınlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, Tovuz rayonu, Qədirli kənd kommunal istismar və istehsalat birliyində fəhlə işləyən, Tovuz rayonu, Qədirli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində Tovuz Rayon Məhkəməsinin 23.10.2020ci il tarixli qərarı ilə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 18 oktyabr 2020-ci il tarixdə, saat 16:00 radələrində Tovuz rayonu Qədirli kəndinin mərkəzindən keçən küçədə yerləşən “Turan” adlı bərbərxananın qarşısında olarkən dostluq münasibətində olduğu 22.08.1953-cü il təvəllüdlü Tovuz rayonu, Cilovdarlı kənd sakini X1 içki içmək üçün ona etdiyi dəvəti qəbul etməməsi səbəbindən Aqil Həsənovun “ona buna arvadlıq edirsən mənə niyə yox deyirsən” deməsindən hiddətlənib sonuncunun xoşəgəlməz zarafatını qəbul etməyərək bu səbəbdən Aqil Həsənovla aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı həmin bərbərxananın qarşısında olan yolun kənarından keçən arxın digər tərəfində olan Aqil Həsənova yaxınlaşıb əvvəlcə əli ilə Aqil Həsənovun üz nahiyəsindən vurub daha sonra isə Aqil Həsənovun qarın nahiyəsinə bir dəfə təpiklə vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid burunun belində əzilmiş yara xəsarəti və insan həyatı üçün təhlükəli olan, qarının küt travması, qarının yuxarı hissəsinin qançırı, mədə və nazik bağırsağın cırılması ilə nəticələnən sağlamlığa ağır zərər vuran xəsarət yetirməklə zərərçəkmiş şəxs Aqil Həsənovun sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamda qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, X16 30 ildirki tanımış və aralarında dostluq münasibəti olmuşdur. Aqil Həsənov spirtli içki aludəçisi olmuşdur. A.Həsənov spirtli içki aludəçisi olduğu üçün bir neçə dəfə əməliyyat olmuşdur. 18 oktyabr 2020-ci il tarixdə saat 16:00- radələrində o, öz qazlarını otarmaq üçün çölə çıxmış, yaşadığı evdən 30-40 metr aralıda “dördyol” deyilən yerdə qazlarını otarmağa başlamışdır. Həmin ərazidə eni 3 metr olan su kanalı, su kanalının digər tərəfində Turan adlı kənd sakininin işlətdiyi bərbərxana və onun yanında da söyüd ağacı olmuşdur. Həmin vaxt söyüd ağacının altında oturmuş vəziyyətdə tanımadığı bir şəxs, onun yanında isə Aqil ayaqüstə dayanmışdır. Bundan başqa bərbər işləyən Turan və bərbərxananın içərisində isə bir nəfər tanımadığı şəxs olmuşdur. Onun Aqillə zarafatım olmuşdur. Aqil onu pivə içməyə çağırmış, o isə pivə içməkdən imtina etmişdir. Bu zaman Aqil, onu təhqir edərək “ona buna arvadlıq edirsən mənə niyə yox deyirsən” demişdir. Həmin vaxt Aqil kanalı keçib onun yanına gəlmişdir. Aqil ona yaxınlaşan zaman sonuncu onun içkili olduğunu hiss etmişdir. Aqil onun sağ qolundan və dirsəyindən tutmuş, o, qolunu çəkmək istəyərkən əli sonuncunun burnuna dəymiş və onun burnunun üstü azacıq qanamışdır. Bundan sonra o, Aqilə iki dəfə təpik atmış, onlardan biri Aqilin qarın hissəsinə, ikincisi isə arxasına dəymişdir. Bundan sonra Aqil onun ünvanıma söyüşlər söyərək oradan getmiş, o isə orada qalmışdır. Təxminən 40- 50 dəqiqə sonra Aqilin oğlu Vüqar Tahir adlı şəxslə onun yanına gələrək atasını niyə vurduğunu soruşmuş, o da Vüqara əlinin Aqilin burnuna dəydiyini bildirmişdir. Bir müddət sonra Vüqar avtomobillə yenidən onun yanına gəlmiş və atası Aqilin xayasını dağıtdığını demiş, o isə Vüqara Aqilin xayasından yox arxasından təpiklə vurduğunu bildirmişdir. Bundan sonra Vüqar evə getmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, məhkəmədən ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X28 ifadəsində göstərmişdir ki, X28 onun atası olmuşdur. Atası A.Həsənov mütəmadi olaraq spirtli içki qəbul etmişdir. 2008-ci il tarixdə atası bağırsaq keçməməzliyindən əməliyyat olunmuşdur. 2017-ci il tarixdən atasında psixi pozuntular baş vermişdir. O, 18 oktyabr 2020-ci il tarixdə Tovuz şəhərindən kəndə qayıdarkən avtomobillə kəndin içərisindəki asfalt yolla hərəkətdə olduğu zaman atasının yolun kənarında qarnını tutaraq çöməlib oturduğunu görmüşdür. Həmin vaxt o, atasının içkili olduğunu düşünüb ona yaxınlaşmışdır. Bu zaman atasının burnunun üzərində yara olduğunu görüb ondan nə baş verdiyini soruşmuşdur. Atası ona Bahadurun onu vurduğunu bildirmişdir. Bundan sonra o, atasını avtomobilə əyləşdirib evə aparmışdır. Yolda olarkən o, Bahaduru Turanın bərbərxanasının yanında görmüş və Bahadurdan atasını vurma səbəbini soruşarkən sonuncunun içkili olduğunu hiss etmişdir. Bundan sonra o, atasını evə aparmış və ona ağrı kəsici dərman içizdirmişdir. Bundan sonra o, işləri ilə əlaqədar evdən çıxmışdır. Bir müddət sonra anası ona zəng edərək atasının vəziyyətinin yaxşı olmadığını, ağrılarının kəsmədiyini bildirmiş, o da yenidən evə gəlmişdir. Həmin vaxt atası ona qarnının ağrıdığını bildirmişdir. Bundan sonra o, atasını avtomobillə əyləşdirib xəstəxanaya aparmaq istəmişdir. Yolda olarkən o, Bahadurun evinə getmiş və ondan atasının hansı hissəsinə vurduğunu soruşmuş, Bahadur ona atasının qarnına vurmadığını bildirmişdir. Bu zaman Bahadurun qardaşı Niyazi gəlmiş, “hara lazımdı gedək, mən kömək edəcəm” demiş və avtomobilə əyləşmişdir. Onlar birlikdə xəstəxanaya getmişlər və orada həkimlər atasınıı müayinə edəndən sonra mədəsinin deşildiyini bildirmişlər. Bundan sonra atası əməliyyat olunmuşdur. 20 oktyabr 2020-ci il tarixdə həkimlər atasının öldüyünü bildirmişlər. Hazırda təqsirləndirilən şəxslə barışmış, ondan şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Aqil Həsənovu uşaqlıqdan kənd sakini kimi tanımışdır. 18 oktyabr 2020-ci il tarixdə, saat 16:00 radələrində o, kənddə bərbərxananın yanında dayanmışdır. Həmin vaxt Bahadur oradan keçən kanalın üstündə olan körpünün yol tərəfində, Aqil isə onun tərəfdə bərbərxananın yanında olan söyüd ağacının altında ayaqüstə dayanmışdır. Aqil və Bahadur həmin vaxt içkili olmuşlar. Həmin vaxt onlar zarafatla bir-birlərinə söyüş etməyə başlamış və aralarında mübahisə baş vermişdir. Bahadur körpünü keçib Aqilin üzərinə gələn zaman o, araya girib Bahadurun qolundan tutub onu kənara çəkmişdir. Bu zaman Bahadur əvvəlki yerinə qayıtmış, o isə yol tərəfdə dayanmışdır. Həmin vaxt oradan avtomobil ilə keçən bibisi oğlu Mahir ona siqnal verərək yanına çağırmış, o da Mahirin yanına gedib, onun avtomobilində əyləşib, onunla söhbət etməyə başlamışdır. Həmin vaxt Bahadurgil onun arxa tərəfində olmuşlar. Mahirlə 5 dəqiqə söhbət edib bərbərxana istiqamətində gələn zaman o, Aqil Həsənovun sakit səslə Bahadurdan şikayət edərək onun tərəfə gəldiyini görmüşdür. Bir müddət sonra Aqil Vüqarla birlikdə Tahirin avtomobili ilə hadisə olan yerə gəlmişlər. Vüqar avtomobildən düşərək Bahadurun yanına gəlib ondan atası Aqili vurma səbəbini soruşmuş, Bahadur da Vüqara atasının ona kənd sovetinin arvadı dediyinə görə vurduğunu demiş, bundan sonra Vüqar getmişdir. Təxminən 20 dəqiqədən sonra Vüqar yenidən başqa bir şəxslə avtomobillə Bahadurun yanına gəlib “vurub kişinin xayasını dağıtmısan, min maşına gedək həkimə” demiş, Bahadur da avtomobilə əyləşmişdir. Bu zaman Bahadurun qardaşı Niyazi səs-küyə bayıra çıxmış və Vüqardan nə baş verdiyini soruşmuşdur. Vüqar Niyaziyə qardaşının onun atasını vurduğunu demişdir. Həmin vaxt Niyazi “nə lazımdırsa gedək mən edim” deyib Vüqarın gəldiyi avtomobilə əyləşib getmişlər. Bundan sonra o, evə getmişdir. O, 20 oktyabr 2020-ci il tarixdə Aqilin öldüyünü eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 18 oktyabr 2020-ci il tarixdə, saat 15:20 radələrində Aqil Həsənov üzünü qırxdırmaq üçün onun yanına gəlmişdir. Həmin vaxt o, Aqilin içkili olduğunu hiss etmişdir. O, Aqilin üzünü qırxandan sonra Sədrəddin bərbərxanaya daxil olmuş və o, Sədrəddinin saçını və üzünü qırxmağa başlamışdır. Həmin vaxt Bahadur yolun o biri tərəfində olmuşdur. Sədrəddinin üzünü və saçını qırxandan sonra o, bayıra çıxmış və Aqillə Bahadurun söhbət etdiklərini görmüşdür. Aqillə Bahadur həmişə bir-biri ilə zarafat etdiklərindən o, onların yenə də zarafatlaşdıqlarını zənn etmişdir. Təxminən 5 dəqiqədən sonra atas Şakir ona zəng edərək başını qırxmağı üçün onu evə çağırmış, o da atasına işinin olmadığını bildirmişdir. Bundan sonra atası bərbərxanaya gəlmiş və o, sonuncunun üzünü qırxmışdır. Həmin vaxt o, bayırda heç bir səs-küy eşitməmişdir. Atasının üzünü qırxandan sonra onlar evə getmişlər. Həmin vaxt o, qohumu Emilin orada olduğunu görmüş, X20 harada olduğunu soruşmuş, Emil isə Bahadurla Aqilin dalaşıb, sonra oradan getdiklərini bildirmişdir. O, Bahadurla Aqilin dalaşdığını görməmişdir. Məhkəmədə şahid qismində dindirlmiş Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. 18 oktyabr 2020-ci il tarixdə, saat 16:30 radələrində o, evdən küçəyə çıxarkən Aqil və onun oğlu Vüqarın qardaşı Bahadur ilə söhbət etdiklərini görmüş və onlardan nə baş verdiyini soruşan zaman Aqil ona Bahadurun onu vurduğunu demişdir. O, səs-küy olmasın deyə Vüqarın avtomobilinə əyləşib “gedək” demişdir. Bundan sonra onlar Aqilgilin evinə getmişlər. Həmin vaxt X29 xayasına vurduğunu və onun xayasının ağrıdığını bildirmişdir. Bu zaman Vüqar telefonla kiminləsə məsləhətləşərək atasına ağrıkəsici dərman vermişdir. Təxminən iki saatdan sonra o, Vüqarla sonuncunun avtomobilinə əyləşib evə gəlmişdir. Təxminən saat 21:00 radələrində Vüqar ona zəng edərək Aqilin mədəsinin deşildiyini və əməliyyat olunmalı olunduğunu bildirmişdir. O da Vüqara karantin rejiminə görə bayıra çıxa bilmədiyini, səhər xəstəxanaya gələcəyimi bildirmişdir. O, səhər işə getmiş, Bahadur və ailə üzvləri isə Aqilin yanına xəstəxanaya getmişlər. O. Aqilin 20 oktyabr 2020-ci il tarixdə vəfat etdiyini eşitmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 21 oktyabr 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Tovuz rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 4(062)-34/2020 saylı qərarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində verilmiş vəsatət və təqdimat təmin edilməmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və onun barəsində 04 (dörd) ay müddətə “ev dustağlığı” qətimkan tədbiri seçilmiş, “ev dustağlığı” qətimkan tədbirinin əvvəli 21 oktyabr 2020-ci il tarixdən hesbalanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 21.10.2020ci il tarixli “hadiə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Tovuz rayonu, Qədirli kəndində X13 Qədirli kəndinin mərkəzindən keçən küçədə yerləşən “Turan” adlı bərbərxananın qarşısında hadisə yerinə baxış keçirilmiş və baxış zamanı iş üzrə mühüm əhəmiyyət kəsb edə biləcək heç bir əşya və ya predmet müəyyən edilərək götürülməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs bir daha ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək təpiklə X16 vuraraq xəsarət yetirdiyi yeri göstərmişdir. Bununla bağlı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş komisyon məhkəmə-tibb ekspertizası üzrə 08.02.2021-ci il tarixli T14/2021 saylı ekspert rəyindən görünür ki, A.Ə.Həsənovun ölümünə səbəb qarnın küt travması nəticəsində mədənin cırılmış yarasından inkişaf etmiş peritonitdən yaranmış ümumi intoksikasiya olmuşdur ki, bu da meyitdən götürülmüş biomaterialların məhkəmə-histoloji tədqiqatının nəticələri ilə təsdiq edilmişdir. Ölüm 20.10.2020-ci il saat 19:40-da Tovuz rayon mərkəzi xəstəxanasında baş vermişdir. Mərhum A.Ə.Həsənovun meyitinin müayinəsi zamanı qarnın yuxarı hissəsində cərrahi kəsiyə yaxın qançır, nazik bağırsaq və mədənin böyük əyriliyinin cırılmış yara, qarın boşluğunda 900,0-1,0 litr hemorragik maye, nazik bağırsaqda olan yara tikilsə də, mədədəki yara cərrahlar tərəfindən aşkar edilməmişdir. Bu defektdən mədə möhtəviyyatı qarın boşluğuna tökülərək yayılmış peritonitin inkişaf etməsinə səbəb olduğundan həmin nöqsanla ölüm arasında səbəbli əlaqə vardır. Belə ki, defektin vaxtında aşkar edilib bərpa edilməsi ölümün qarşısını alardı. Bundan başqa müayinə zamanı burun belində əzilmiş yara, sağ və sol baldırda sıyrıqlar aşkar edilmişdir. Qeyd edilən xəsarətlər küt yaranma mexanizminə malik olmaqla, yetirilmə müddəti 18.102020-ci ilə uyğun gəlir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş təkrar komisyon məhkəmə-tibb ekspertizasının 10 mart 2021-ci il tarixli 120 saylı rəyindən görünür ki, mərhum A.Ə.Həsənovun ölümünə səbəb ümumi intoksikasiya ilə nəticələnmiş mədənin cırılmış yarasından inkişaf etmiş peritonitlə müşayiət olunmuş qarnın küt travması olmuşdur. Qeyd edilən nəticə meyitdən götürülmüş daxili orqan tikələrinin məhkəmə-histoloji tədqiqatının nəticələri ilə təsdiq edilir. Ölüm 20.10.2020-ci il tarixdə saat 19:40-da Tovuz rayon mərkəzi xəstəxanasında baş vermişdir. Mərhum A.Ə.Həsənovun meyitinin müayinəsi zamanı burun belində əzilmiş yara, sağ və sol baldırda sıyrıqlar, qarnın yuxarı hissəsində cərrahi kəsiyə yaxın qançır, nazik bağırsaq və mədənin böyük əyriliyinin cırılmış yara, qarın boşluğunda 900,0-1,0 litr hemorragik maye, nazik bağırsaqda olan tikilmiş yara aşkar edilmiş, mədədə olmuş yara isə cərrahlar tərəfindən aşkar edilməmişdir. Bu defektdən mədə möhtəviyyatı qarın boşluğuna tökülərək yayılmış peritonitin inkişaf etməsinə səbəb olduğundan həmin nöqsanla ölüm arasında səbəbli əlaqə vardır. Belə ki, defektin vaxtında aşkar edilib bərpa edilməsi ölümün qarşısını ala bilərdi. Qeyd edilən xəsarətlər küt yaranma mexanizminə malik olmaqla, yetirilmə müddəti 18.10.2020-ci ilə uyğun gəlir, dərəcəsinə görə qarnın küt travması, qarnın yuxarı hissəsində qançırı, mədə və nazik bağırsağın cırılması canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, burnun əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Qarın boşluğu üzvlərinin zədələnməsi zamanı peritonitin yaranması, orqanizmin fərdi xüsusiyyəti, qarın boşluğuna tökülmüş möhtəviyyatın xarakteri və infeksiyanın virurentiliyindən yayılmasından asılı olaraq müxtəlif müddət tələb edir. Bu müddət bir neçə saatdan bir neçə günə qədər davam edə bilər ki, bu cərrahi xəstəliklərlə bağlı bütün elmi ədəbiyyatlarda öz təsdiqini tapmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 27 yanvar 2021-ci il tarixli 52 saylı rəyindən görünür ki, əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçübbiçmək və ya onları idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda barəsində tibbi xarakterli məcburi müalicə tələblərinə tətbiqinə ehtiyacı yoxdur. O, hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və ya onları idarə etmək iqtidarındadır. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər psixiatriya müəssisələrində qeydiyyatda durmaması, tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi (X3 verilmiş 09.12.2020-ci il tarixli 1189 saylı arayış), istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, cinayət əməlini törədərkən, istintaq və hazırki ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, ekspertiza zamanı onda qavrama, yaddaş, emosiya, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməsi, onda psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması əsas verir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş AZ-İİ № 302363 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 04.07.2009-cu il təvəllüdlü X21 Hüseynovun qızıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 21 oktyabr 2020-ci il tarixli 12 saylı arayış və 21 oktyabr 2020-ci il tarixli 14 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası X5, arvadı X8, 1999-cu il təvəllüdlü X6, 2000-ci il təvəllüdlü X7, 2009-cu il təvəllüdlü X4 ibarətdir. Tovuz rayonu, Qədirli kənd sakini Təqsirləndirilən şəxs Dost MMC-də fəhlə işləyir, o, kənndə olduğu müddətdə və işlədiyi sahədə həmişə özünü nümunəvi aparır. İctimai sabitliyi qorumağa çalışır, ictimai qaydalara riayət edir. bütün ictimai siyasi tədbirlərdə fəal iştirak edir. verilən bütün tapşırıqları bacarıqla yerinə yuetirir, iş görmək qabiliyyəti yüksəkdir. İctimaiyyətə münasibəti səmimidir. Yoldaşlarıan işlərdə köməkdarlıq edir və vətənpərvərdir. Kənd əhalisi arasında xüsusi hörməti var. Ailədə özünü yaxşı aparır. Nümunəvi və tərbiyəli adamdır. Özü və ailə üzvləri dövləti, dövlətçiliyi daim dəstəkləyir. Nümayəndəlik tərəfindən müsbət xarakterizə olunur. Ailədə oğlu X14 yararsız olduğu üçün hərbi xidmətə getməyib, anası X17 isə pensiyası olmaqla özünü tam idarə edə bilmir. Özü və ailə üzvləri barəsində heç bir ləkələyici və təqsirləndirici material daxil olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Tovuz RPŞ-nin 21 dekabr 2020-ci il tarixli 185-19441-1220 saylı nömrəli mətubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Tovuz RPŞ-də heç bir təqsirləndirici material yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Tovuz Rayon Məhkəməsinin 11 dekabr 2020-ci il tarixli 6/H-2306 saylı məktubdan görünür ki, xx xxxxxxx 1965-ci il təvəllüdlü Tovuz rayonu Qədirli kənd sakini Təqsirləndirilən şəxs barəsində mülki iş və ya təqsirlndirici material yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İinformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş arayışdan görünür ki, X18 Azərbaycan Respublikasının DSX-nin N saylı hərbi hissəsində Qubadlı rayonunda gizir vəzifəsində hal-hazırda qulluq edir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının İcra Tibbi Sığorta Üzrə X33 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Tovuz Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 2079 saylı 02.11.2020-ci il tarixli arayışdan görünür ki, X15 20.04.2017-ci il tarixdən sağ ağ ciyərin infiltrativ vərəmi diaqnozu ilə vərəm şöbəsinin qeydiyyatındadır. Vaxtaşırı spesifik müalicələr alır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 16.10.2007-ci il tarixli 075545 saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs İ Qarabağ müharibəsi veteranıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Tovuz Rayon Prokrorluğunun 02.09.2021-ci il tarixli 47C-21 saylı məktubdan görünür ki, Tovuz rayon prokurorluğunda Tovuz rayonunun Qədirli kənd sakini Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi 03 may 2021-ci il tarixdə ittiham aktı ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və həmin cinayət işindən Tovuz rayon prokurorluğunun sabiq müstəntiqi, İİ dərəcəli hüquqşünas X19 tərəfindən istintaqı tamamlanmış ********* saylı cinayət işi üzrə mərhum X13 ölümü ilə bağlı Tovuz RMX-nın həkimlərinin əməllərində Azərbaycan Respublikasının CM-nın 314.2-ci maddəsinin tərkib əlamətləri ola biləcəyindən cinayət işindən 47C-21 nömrəli material ayrılaraq müvafiq yoxlama aparılmışdır. Toplanmış material üzrə Tovuz rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Natiq Əmirov tərəfindən hər hansı bir şəxsin əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Medalının № 1-1177 saylı vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2363 nömrəli Sərəncamı ilə X10 “Zəngilanın azad olunmasına görə” medalı verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X28 tərəfindən verilmiş ərizəsinin məzmunundan görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi zərərçəkmiş şəxs Aqil Həsənovun qarnına deyil, arxa tərəfinə təpik vurması ilə bağlı ifadəsinə tənqidi yanaşaraq, həmin ifadəni təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutu Azərbaycan Respublikasının CPM-nin 143-146cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlaməti vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən o, həmin maddə ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.l.4-cü maddəsinə, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.l.12-ci maddəsinə, özünün İ Qarabağ müharibəsi vetranı olmasını, oğlu X9 İİ Qarabağ müharibəsində iştirakçısı olmasını və hal-hazırda Azərbaycan Respublikasının DSX-nin N saylı hərbi hissəsində Qubadlı rayonunda hərbi xidmət göstərməsini, yaşayış yerindən müsbət xarakterizə olunması isə həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halları müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10, 59.1.12, 59-1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddələrinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə belə cəza təyin edildikdə, həmin cəzanın onun və ailəsinin həyat şəraitinə mənfi təsir göstərəcəyi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, özünün İ Qarabağ müharibəsi vetranı olmasını, oğlu X9 İİ Qarabağ müharibəsində iştirak etməsini və hal-hazırda Azərbaycan Respublikasının DSX-nin N saylı hərbi hissəsində Qubadlı rayonunda hərbi qulluq etməsini, himayəsində azyaşlı övladının olmasını və əməlindən səmimi peşman olmasınını nəzərə alaraq, qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbləri qaydasında Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzanın başlanğıcı hökm çıxarılan gündən, yəni 21 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut yoxdur. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə maddi ziyan, mülki iddia, müsadirə olunması təklif edilən predmet və əşyalar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində CMnin 62-ci maddəsi tətbiq olunmaqla ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 21 oktyabr 2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut yoxdur. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə maddi ziyan, mülki iddia, müsadirə olunması təklif edilən predmet və əşyalar yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-215/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-215/2021
18.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver