Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-215/2022 07.06.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Əliyev Nural Turab oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibləri X3, X5 və X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1996-cı ildə Bərdə rayonunun Körpüqıran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonunun Körpüqıran kəndində daimi qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs 07.11.2021-ci il tarixdə saat 19 radələrində, Bərdə rayonunun Körpüqıran kəndində yerləşən artezian quyusunun yaxınlığından keçən kəndarası avtomobil yolunda, həmkəndlisi Zərərçəkmiş şəxs Mübariz oğlu ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində, yəni sonuncunun özünə məxsus “VAZ-21065” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili maqnitafona ucadan səs verməklə idarə etdiyindən, əl edib avtomobili saxladaraq, həmkəndliləri və vətən müharibəsində şəhid olmuş X6 anasıgilin evinin yaxınlığından keçən yol hissəsində, maqnitafona ucadan səs verib oxutmağının şəhidin anasına psixoloji baxımdan pis təsir bağışlayacağını irad tutub bildirdiyindən, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs üzərinə gedərək, özünün də vətən müharibəsi veteranı olduğunu, nəyə görə ona belə irad tutduğunu bildirərək, Təqsirləndirilən şəxs nalayiq söz dediyindən sonuncu onu itələyib çıxıb getməsini tələb edərkən, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sifət nahiyəsindən yumruqla bir dəfə vurmuş və yenə də onun üzərinə gedib vurmaq istəyərkən, Təqsirləndirilən şəxs üstündə olan mətbəx bıçağını çıxartdığından Zərərçəkmiş şəxs də üzərində olan divar kağızı kəsilməsi üçün istifadə olunan kəsici aləti çıxarıb, Təqsirləndirilən şəxs boyun, sol gicgah – alın , sol təpə gicgah, üz, sol xarici qulaq seyvanı nahiyələrindən qəsdən çəkərək, həmin nahiyələrin kəsilmiş yaraları ilə müşayət olunan sifətin izi silinən xəsarətləri olmaqla dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurduğundan, Təqsirləndirilən şəxs da əlində olan həmin bıçaqla qəsdən əvvəlcə Zərərçəkmiş şəxs döş qəfəsinin yan divarının sol yarısından bir dəfə vuraraq həmin nahiyədən və sonra isə qarının sol yarısından bıçaqla vuraraq qarın boşluğuna keçən kəsilmiş-deşilmiş yaralarla, sol tərəfli hemopnevmotoraks və sol bazunun aşağı 3\1-dən də bıçaqla vuraraq sonuncu nahiyənin kəsilmiş - deşilmiş yarası ilə müşayət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Həsənquliyev Süleyman Mübariz oğlu onun həmkəndlisidir. Onunla münasibətləri normal olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 07 noyabr 2021-ci il tarixdə saat 19 radələrində o, kəndlərində kəndarası yolun sağ tərəfində yerləşən artezian quyusunun yanından yolun kənarı ilə evlərinə tərəf gedərkən ağ rəngli VAZ-21065 markalı avtomobilin hərəkət etdiyini, həmin vaxt avtomobili idarə edən şəxsin maqnitofona yüksək səs verərək musiqi dinlədiyini görmüşdür. Avtomobili idarə edən həmkəndlisi Həsənquliyev Süleyman Mübariz oğlu olmuşdur. Kəndlərinin şəhidi X6 Süleymanın qohumu olduğundan, şəhidin evinin yaxınlığında belə uca səslə maqnitafon oxutmağın yaxşı hal olmadığını düşünərək Süleymana əl edib maşınını saxlatmasını bildirmiş, həmin vaxt Süleyman da maşını saxlamışdır. O, Süleymana yaxınlaşıb kəndlərində vətən müharibəsində şəhid olmuş X6 evinin yaxınlığında uca səslə maşında maqnitafon oxutmağın yaxşı hal olmadığını, həm də həmin şəhidin onun özünün qohumu olduğunu bildirməklə ona irad tutmuşdur. Həmin vaxt Süleyman da vətən müharibəsində iştirak etdiyini, veteran olduğunu, nə etdiyini özü bildiyini demişdir. Bundan sonra Süleyman ona nalayiq ifadə işlətmiş, o, isə Süleymana çıxıb getməyini demişdir. Süleyman bundan sonra avtomobilindən düşüb üstünə gəlmiş, o da Süleymanı itələyib çıxıb getməyini yenə də bildirmişdir. Süleyman da onu itələmişdir. Həmin vaxt Süleyman onun sifətindən yumruqla bir dəfə möhkəm vurmuş və o, Süleymanın üstünə gedəndə Süleyman cibindən kəsici alət çıxarıb onun sifətinə tərəf atmışdır. Hiss etmişdir ki, həmin kəsici alət alnının sol tərəfinə, sifətinə, boyununa dəyib, həmin hissələri kəsmişdir. Dərhal o da üstündə olan bıçağı çıxarıb Süleymana tərəf fırlatmış, hiss etmişdir ki, bıçaq onun qarnının sol tərəfinə batmışdır. Həmin vaxt Süleyman kəsici alətlə onun sifətinin əsasən sol tərəfinə, boyun nahiyəsinə xəsarət yetirmişdir. Artıq bu vəziyətdən sonra nə o, Süleymanı və nə də ki, Süleman onu vurmamışdır. Həmin vaxt qaranlıq olduğundan və həm də bərk soyuq olduğundan orada kənar şəxs olmamışdır. Həmin vaxt həmkəndlisi Zamikin idarə etdiyi VAZ- 2107 markalı avtomobili ilə Bərdə şəhər istiqamətinə getdiyini görərək əl edib maşını saxlatmışdır. Zamik maşınından düşüb yanına gəlmiş və üzündən, boynundan qan gəldiyini görüb ondan nə olduğunu soruşmuşdur. O da Süleymanın onu bıçaqla vurduğunu, onun da Süleymanı vurduğunu bildirərək onu xəstəxanaya çatdırmasını xahiş etmişdir. O, Zamikin maşınında arxa sol oturacaqda uzanmışdır. Süleymanı vurduğu bıçağı Zamikin avtomobilinin arxa oturacağının ayaqaltısına atmışdır. Zamik onu Bərdə RMX-na gətirərkən, onun atası Asifə zəng vurub, onun bıçaqlandığını və onu maşını ilə xəstəxanaya apardığını bildirmişdir. İfadəsinə əlavə olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyini, onun müalicəsi üçün lazımi maddi köməklik göstərdiklərini, törətdiyi əmələ görə peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, onunla münasibətləri normal olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 07 noyabr 2021-ci il tarixdə saat 19 radələrində o, kəndlərində kəndarası yolla idarə etdiyi özünə məxsus VAZ- 2106 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilliə hərəkət edərkən maşınında olan maqnitafona bir az ucadan səs verib oxutmuşdur. Elə həmin vaxt yolun sağ tərəfində yerləşən artezian quyusunun yanından yolun kənarı ilə gedən həmkəndlisi Təqsirləndirilən şəxs ona əl etdiyindən maşını saxlamışdır. Tural ona burada maqnitafona belə yüksək səs verib oxutmağın yaxşı hal olmadığını, həmin yerin kəndlərinin şəhidi X6 evinə yaxın olduğunu bildirmişdir. O da həmin vaxt özünün də vətən müharibəsində iştirak etdiyini, hər şeyin yerini də yaxşı bildiyini, bu məsələnin onluq olmadığını demişdir. Həmin vaxt Tural ona yaxınlaşıb nalayiq söz demiş, bundan sonra maşından yerə düşərək Turala nalayiq söz demişdir. Həmin vaxt Tural onu itələdiyindən o, Turalın sifətindən yumuruğu ilə bir dəfə yüngül vurmuş, onlar süpürləşdikləri vaxt Tural üstündən bıçaq çıxartmışdır. O da üstündə olan kəsici aləti çıxarmışdır ki, Tural onu vurmasın. Tural bıçağı ona tərəf atmışdır. Turalın ona atdığı bıçaq onun qarnının sol tərəfinə dəymiş, sol tərəfdən qabırğa nahiyəsinin üstünə və qolunu qabağa verdiyindən qoluna dəymişdir. O da kəsici alətlə Turalın sifətinin sol tərəfindən, boynunun sol tərəfindən vurmuşdur. Turalın sifətindən, boynundan qan gəldiyini görüb, qorxub çəkinmiş və bir də Turalı vurmamışdır. Həmin vaxt həmkəndlisi Zamik idarə etdiyi VAZ- 2107 markalı maşını ilə həmin yerdən Bərdə şəhəri tərəfə gedərkən Turalı yolun kənarında görüb maşını saxlayıb, Turalı maşına əyləşdirib xəstəxanaya aparmışdır. Həmin vaxt o, Turalla xəstəxanaya bir yerdə bir maşında getməmək üçün özünü Zamikə göstərməmək üçün yolun sağ kənarına maşının arxa tərəfinə çəkilmiş və onlar gedəndən sonra həmkəndlisi Kənanın həyət darvazalarından yola tərəf çıxdığını görüb ona tərəf əlini qarnına tutaraq getməyə başlamışdır. Kənana yaxınlaşıb xəsarət aldığını bildirərək onu öz hadisə yerində olan maşını ilə Bərdə rayon xəstəxanasına aparmasını xahiş etmişdir. Bundan sonra Kənan onu öz maşını ilə Bərdə rayon mərkəzi xəstəxanasına gətirmişdir. O, həmin gecə əməliyyat olunmuşdur. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxsla barışdığını, müalicəsi ilə bağlı Turalın yaxınları tərəfindən ona maddi köməklik edildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmkəndli kimi tanıyır. 07 noyabr 2021-ci il tarixdə saat 19.30 radələrində o, avtomobili ilə kəndlərinin mərkəzində artezian quyusunun yanından keçən yolla Bərdə şəhərinə gələrkən, yolun kənarında bir nəfərin sifətini əli ilə tutub dayandığını görüb maşınını saxlamışdır. Maşından düşən kimi həmkəndlisi Təqsirləndirilən şəxs üzünün və boyun nahiyəsinin kəsildiyini, həmin hissələrin qan olduğunu görmüşdür. Həmin vaxt Tural onu həkimə çatdırmağını xahiş etmişdir. Turalı avtomobilinin sol arxa oturacağına əyləşdirmişdir. Bundan sonra maşınını idarə edib, Bərdə rayon mərkəzi xəstəxanası istiqamətində hərəkət etmişdir. O, yolda Təqsirləndirilən şəxs nə baş verdiyini soruşmuş, Tural isə onu bıçaqla Süleymanın vurduğunu bildirmişdir. Turalı Bərdə RMX-na gətirmiş, orada ona ilkin tibbi yardım göstərilmişdir. Turalı hadisə yerindən xəstəxanaya gətirərkən yolda Turalın atası Asifin mobil nömrəsinə zəng vurub ona hadisə barədə məlumat vermişdir. Həmin vaxt həmkəndlisi Zərərçəkmiş şəxs da xəstəxanaya gətirildiyini görmüş, ondan nə baş verdiyini soruşduqda Süleyman əli ilə qarnını tutub onu bıçaqla Turalın qarın nahiyəsindən vurub xəsarət yetirdiyini bildirmişdir. 08.11.2021-ci il tarixdə axşam saatlarında avtomobili ilə işdən evinə qayıtdıqdan sonra avtomobilini və xüsusən də Turalın avtomobilində arxa sol oturacaqda oturduğu yeri təmizləməyə başlamış, həmin vaxt o, arxa sol oturacağın ayaqaltı hissəsində bir ədəd qara dəstəkli, qatlanmayan mətbəx bıçağını və onun üzərinin qanlı vəziyyətdə olduğunu və həmin yerdə bir ədəd qara rəngli jaketin olduğunu görmüşdür. 09.11.2021-ci il tarixdə səhər saat 09.30 radələrində Bərdə RPŞ-nə gəlib həmin əşyaları müstəntiqə təhvil vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu, Zərərçəkmiş şəxs isə onun həmkəndlisidir. 07 noyabr 2021-ci il tarixdə saat 19.20 radələrində həmkəndlisi Şahid1 ona zəng edib demişdir ki, oğlu Tural xəsarət aldığından onu öz maşını ilə xəstəxanaya aparır, yoldadırlar. O da Turala kimin xəsarət yetirdiyini soruşmuş, Zamik də Turalı Süleymanın bıçaqladığını, Süleymanı da Turalın bıçaqladığını ona bildirmişdir. O da bundan sonra Zamikə xəstəxanaya gəldiyini bildirmişdir. Bundan sonra o, tanımadığı bir taksilə Bərdə RMX-na gəlmişdir. Orada ona məlum olmuşdur ki, oğlu Tural boyun, sifətinin sol tərəfindən, üzündən xəsarət almış, həkimlər ona ilkin tibbi yardım edirlər. Xəstəxanada elə həmin otaqda Süleymanın da qarnının sol tərəfini əli ilə tutub uzandığını, ona da həkimlərin yardım göstərdiklərini görmüşdür. Bundan sonra oğlu Turaldan hadisə barədə soruşmuş, Tural da hadisənin hansı şəkildə baş verdiyini demişdir. Belə ki, həmin vaxt Süleyman maqnitafona uca səs verməklə idarə etdiyi avtomobililə hərəkətdə olarkən oğlu ona maqnitafonun səsinin çox olduğunu, yaxınlıqda şəhid ailəsinin yaşadığını bildirdiyindən aralarında mübahisə yaranmış və onlar bir-birilərinə xəsarət yetirmişlər. İfadəsinə əlavə olaraq Zərərçəkmiş şəxs müalicəsilə bağlı xərcləri çəkdiklərini, oğlu ilə Süleymanın barışdıqlarını və münasibətlərinin yaxşı olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmkəndli kimi tanıyır. 07.11.2021-ci il tarixdə saat 19.20 radələrində kəndlərində evlərinin həyət darvazasından çölə çıxdığı vaxt artezian quyusu tərəfdə bir nəfərin qarnını əli ilə tutub ona tərəf gəldiyini görmüşdür. Həmin şəxs ona yaxınlaşanda “Kənan, mən xəsarət almışam, məni tez öz maşınımla xəstəxanaya çatdır” demiş, həmin adamın Süleyman olduğu məlum olmuşdur. Ondan nə baş verdiyini soruşmuş, Süleyman da Turalla qarşılıqlı olaraq dalaşdıqlarını, onun Turalı, Turalın da onu bıçaqladığını demişdir. O, dərhal hadisə yerində olmuş Süleymanın VAZ- 21065 markalı avtomobilinin arxa oturacağına Süleymanı uzatmış, maşını idarə edib onu Bərdə RMX-na gətirmişdir. Həkimlər Süleymanı xəstəxananın otağına apararaq ilkin tibbi yardım etməyə başlamışlar. Hadisədən sonra ona məlum olmuşdur ki, elə həmin gün saat 19 radələrində Süleyman elə həmin artezian quyusunun yanından keçən yolla idarə etdiyi özünə məxsus həmin avtomobili ilə hərəkətdə olarkən, avtomobildə olan maqnitafona ucadan səs verib oxutduğundan, bunu həmin yerdə olan Tural görərək, maşını saxladaraq Süleymana şəhid X6 evlərinin yaxınlığında maqnitafonu belə yüksək səslə oxutmasını irad tutduğundan aralarında mübahisə baş vermiş və onların biri-birinə xəsarət yetirdiklərini bilmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə Tibbi Ekspertiza və X7 X10 Bərdə rayon şöbəsi tərəfindən təqdim edilmiş 09 fevral 2022-ci il tarixli 107 nömrəli canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər- döş qəfəsinin yan divarının sol yarısının, qarının sol yarısının qarın boşluğuna keçən kəsilmiş-deşilmiş yaraları 2 (iki) ədəd, sol tərəfli hemopnevmotoraks, sol bazunun aşağı 1/3-nin kəsilmiş-deşilmiş yarası deşici-kəsici alət (alətlər) ola bilsin ki, bıçaq təsirindən törənmişlər, müddəti qərarda göstərilən 07.11.2021-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Məhkəmə Tibbi Ekspertiza və X7 X10 Bərdə rayon şöbəsi tərəfindən təqdim edilmiş 15 noyabr 2021-ci il tarixli 964 nömrəli canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - boyun, sol gicgah – alın, sol təpə-gicgah, üz, sol xarici qulaq seyvanı nahiyələrinin kəsilmiş yaraları kəsici xassəyə malik olan əşyanın (əşyaların) təsirindən törənmişdir, ola bilsin ki, bıçaqla, müddəti qərarda göstərilən 07.11.2021- ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Təqsirləndirilən şəxs üz nahiyəsinin sol yarısında - sifətdə kobud çapıqların, deformasiyanın, mimikanın, çeynəmə pozğunluqlarının, kəskin nəzərə çarpan assimmetriyanın olmamasına və vaxt keçdikcə əhəmiyyətli dərəcədə bərpa olmasına əsasən həmin xəsarət sifətin izi silinən xəsarəti kimi başa düşülməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X7” X15 18 fevral 2022-ci il tarixli, 91/2022 MTBŞ-nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu, şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən, ABO sistemi üzrə O alfa beta(İ). Təqsirləndirilən şəxs qan qrupu, şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən, ABO sistemi üzrə A beta (İİ). Ekspertizaya təqdim edilmiş bıçaq üzərində olan ləkələrdə O alfa beta (İ) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələri O alfa beta (İ) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X7” X15 "xxxx"na dair 18 fevral 2022-ci il tarixli, 78-2022/MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus köynəyin ön səthinin sağ yarısının yuxarı hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədə yaxşı itilikli ülgücü, yaxşı itilikli ucu və zəif dərəcədə biruzə olunan küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (əşyanın), ola bilsin ki, bıçağın tiyəsinin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. İş materiallarına əlavə edilmiş 18 fevral 2022-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 24.12.2021-ci il tarixli, 2187 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonunun Körpüsındıran kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının Kələntərli inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 24.12.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası “ X15 11.02.2022-ci il tarixli 147 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş 05 yanvar 2022-ci il tarixli zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada verilmiş ərizədən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş vəsiqənin surətindən görünür ki, Zərərçəkmiş şəxs müharibə iştirakçısıdır. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası CM-in 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, CM-in 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin sağlamlığının bərpa olunması üçün maddi köməklik göstərməklə cinayət nəticəsində dəymiş zərərin aradan qaldırılmasını, CM-in 59.2-ci maddəsinə əsasən özünün də sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid edilən boyun, sol gicgah – alın, sol təpə-gicgah, üz, sol xarici qulaq seyvanı nahiyələrinin kəsilmiş yaraları xəsarətlərini almasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvəllər məhkum olunmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsi cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsini, CM-in 59.1.12-ci maddəsi zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varislə barışıq əldə edilməsini, CM-in 59.1.13-cü maddəsi isə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını nəzərdə tutur. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda şərh olunan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də şəxsiyyətcə azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə, ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, göründüyü kimi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında qeyd edilən əməli törətmiş, zərərçəkmiş şəxslə barışıq əldə etmiş, zərərçəkmiş şəxsin sağlamlığının bərpa olunması üçün maddi köməklik göstərməklə cinayət nəticəsində dəymiş zərəri aradan qaldırmış, hadisə zamanı özünün də sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid edilən boyun, sol gicgah – alın, sol təpə-gicgah, üz, sol xarici qulaq seyvanı nahiyələrinin kəsilmiş yaraları xəsarətlərini almış, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş, əvvəllər məhkum olunmamışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun daimi qeydiyyat yeri üzrə Bərdə rayon İcra və probasiya şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək bir vəzifə olaraq tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 01 ədəd bıçaq yararsız olduğundan məhv edilməli, 01 ədəd köynək sahibinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Bərdə rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 01 ədəd bıçaq yararsız olduğundan məhv edilsin, 01 ədəd köynək sahibinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-215/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-215/2022
07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver