Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-215/2024 14.06.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibləri: X2 Cahandar Elmar oğlu, X6 və X8, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçiləri Gəncə şəhər 1 saylı Vəkil bürosunun Müdafiəçi2 iştirakı ilə, xx.xx.1988-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Şəmkir şəhəri, Səməd Vurğun küçəsi döngə 3 ev 25-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaqTəcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, O məlum olmayan tarixdə və mənbədən bir ədəd sellofan bükümdə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İİ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 2-ci bəndi ilə müəyyən edilən, külli miqdar psixotrop maddə olan metamfetmani satış məqsədi ilə qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 24 iyun 2023-cü il tarixdə saat 18 radələrində Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Şəmkir şəhəri, Səməd Vurğun küçəsində saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf polietilen kəsiyi bükümdə kustar üsulla hazırlanmış psixotrop maddə olan ümumi təmiz çəkisi 8,016 qram təmiz çəkidə külli miqdarda metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, narkotik vasitənin ona heç bir aidiyyəti yoxdur. Şəmkir şəhərində valideynləri ilə birlikdə yaşayır atasına məxsus avtoehtiyyat hissələri dükanında işləyir. Hazırki işin onun dini əqidəsi ilə bağlı olduğunu heab edir. Onu saxlayan əməliyyat müvəkkilərini də tanıyır, onlarla əvvəllər hər hansı narazılıq olmamış, yalnış xatırlamırsa tutulmamışdan əvvəl bir dəfə hansısa biri zəng edib sovet istehsalı olan avtomobilin ehtiyat hissəsinin olub-olmaması ilə maraqlanmışdır. xx.xx.2023-cü ildə təxminən saat 18 radələrində işlədiyi dükana gələn İnar, Eldəniz adlı əməliyyatçılar və adlarını bilmədiyi bir neçə polis əməkdaşı onu dükandan çıxarıb gəldikləri avtomobilə mindirmiş, dükanın müşahidə kamerasının yaddaş qurğusunu da söküb götürmüş və Şəmkir rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsinin həyətinə girdikdən sonra İnar öz əynindəki kurtkanı çevirib başına salmış, Eldəniz adlı polis əməkdaşı isə bir dəfə yumruqla baş nahiyyəsinə vurub fiziki zorakılıq etmiş, bundan sonra onu Elşən adlı rəis müavinin yanına aparmışlar. Elşən cibində olanları çıxartmağı dedikdə üzərinə İnar tərəfindən qoyulmasını ehtimal etdiyi bükümü çıxartmış, həmin sellofan bükülünün ona məxsus olmamasını dedikdə İnar yaxınlaşıb qulağına “patı” olduğunu deməyini bildirmişdir. Lakin həmin bükümün ona məxsus olmamasını dedikdə Elşən “istəyirsən DTX-ni çağıraq onlar gəlib aparsın səni!? Sosial şəbəkədə nə yazıbsan”deyib ona hədə qorxu gəlmiş, edilmiş hədə-qorxu nəticəsində polislərlə razılaşıb aparılmış videoçəkilişə təqdim etdiyi psixotrop maddənin guya ona məxsus olmasını demişdir. İstintaqıns sonrakı dövrdə ifaədsində isə müdafiəçinin iştirakı ilə ona qarşı edilmiş qanunsuzluqlar barədə ətraflı ifadə vermiş, polislərin ona hədə qorxu gəldiyini göstərmiş, şərlənərək tutulduğunu narkotik vasitələrə aidiyyəti olmadığlnı demişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, onun guya İranla hansısa əlaqələrinin olmasını sübut etmək üçün saxlanıldıqdan bir neçə gün sonra atasıgillə birlikdə yaşadığı evdə axtarış keçirilmiş, lakin hansısa qanunsuz əşya aşkar edilməmiş, əsassız yerə tutulması hamıya sübut olunmuşdur. Üzərindən aşkar edilmiş psixotrop maddəyə isə heç bir aidiyyəti yoxdur, azyaşlı körpə uşaqlarına görə işinə xitam verilib azadlığa buraxılmasını istəyir. Məhkəmə baxışından fərqli olaraq ibtidai istintaq zamanı ilkin olaraq şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə verdiyi ilkin izahat və ifadəsində eləcə də videoçəkilişlə keçirilmiş təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs göstərmişdir ki,.....uzun müddətdir psixotrop maddə olan “patı” qəbul edir. xx.xx.2023-cü ildə yaşadığı S.Vurğun küçəsində N.Gəncəvi adına tam orta məktəbin yaxınlığındakı işıqforda ağıçın dibindən 1 ədəd bükümdə metafetminə bənzər kütlə görüb istifadə etmək məqsədilə götürüb saxlamışdır. Həmin gün saat 18:30 radələrində Şəmkir şəhəri, Səməd Vurğun küçəsində olarkən ona yaxınlaşan polis əməkdaşları özlərini təqdim edib Şəmkir RPŞ-yə aparmışlar....Orada vəkil çağırılmış, üzərində videoçəkilişlə axtarış keçirilmiş və tapdığı metamfetamini təqdim edib, istifadə üçün üzərində saxladığını demiş, tərtib edilmiş sənədlərə və protokola imza etmişdir.... İbtidai istintaqın sonrakı mərhələsində - xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edildikdən sonra təqsirləndirilən şəxs qismində dindirilərkən məhkəmədə verdiyi ifadəsi ilə eyniməzmunlu ifadə verərək psixotrop maddənin ona aid olmadığını, həmin maddəni polislərin Şəmkir RPŞ-nin həyətində üzərinə qoyduğunu demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Şəmkir RPŞ-nin Cinayət Axtarış Bölməsində əməliyyat müvəkkili işləyir. xx.xx.2023-cü ildə ona Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi və saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi ilə bağlı qərar qəbul edilmiş CAB-ın rəisi Şahid2 və əməliyyat müvəkkili Şahid4 İnar Adıgözəlov ilə birlikdə Şəmkir şəhəri, S.Vurğun küçəsinə getmiş, Təqsirləndirilən şəxs Şəmkir RPŞ-yə gətirmiş və təhqiqatçıya təhvil vermişlər. Sonradan isə üzərindən psixotrop maddə olan metamfetamin aşkar edildiyini öyrənmişdir. İfadəsi müstəntiq tərəfindən yazılmış, məzmunu ilə tanış olmadan imza etdiyi üçün ifadəsində guya axtarışda iştirak edib baş vermiş hadisələri bilavasitə müşahidə etməsi kimi yazılmasını isə məhkəmədə öyrənmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs işlətdikləri dükandan deyil, küçədə saxlayıb aparmış, dükandan hansısa əşya götürməmişlər. Polis şöbəsinə gətiriləndən sonra da raportla təhvil verib öz xidməti işləri ilə məşğul olmuşlar. Polisə şöbəsinə gətirilərkən yolda, polis şöbəsində olduğu müddətdə Anara qarşı hansısa zorakılıq, fiziki və psixi təzyiq olmamışdır. Həqiqətən də Anar tutulmamışdan bir neçə gün əvvəl avtoehtiyat hissələri satdığı üçün özünə məxsus “Niva” markalı avtomobilin ehtiyyat hissəsinin dükanda olub-olmaması ilə maraqlanmış, gedib dükana da baş çəkmişdir. Amma həmin hal onun şəxsi işləri ilə bağlı olmuş, Təqsirləndirilən şəxs tutulması ilə əlaqədar deyildir. Məhkəmədə şahid qismində dindirilmiş X9 da eyniməzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılıb Şəmkir RPŞ-yə gətirilməsində və bir neçə gün sonra onun ailə üzvləri ilə birlikdə yaşadığı evdə keçirilmiş axtarışda iştirak etmişdir. Evdə aparılan axtarış zamanı hansısa qanunsuz əşya aşkar edilməmişdir. Axtarışı müstəntiq aparmış, o da digər polis əməkdaşları ilə birlikdə həmin tədbirdə iştirak etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şəmkir RPŞ CAB-ın rəisi Şahid2, Şahid4 da Şahid1la eyniməzmunlu ifadə verərək göstərmişlər ki, Təqsirləndirilən şəxs Şəmkir şəhər sakini kimi tanımış, əvvəllər ədavət və düşmənçilikləri olmamışdır. Şahid1la birgə ona daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün Təqsirləndirilən şəxs yaşadığı küçədə saxlayıb Şəmkir RPŞ-yə təhvil vermişlər. Məhkəmədə verilmiş suallara cavab olaraq Şahid2 və Şahid4 göstərdilər ki, ifadələrində şəxsi axtarışda iştirak etmələri formasında qeyd edilməsinin səbəblərini bilmirlər, ifadələrini müstəntiq kompüterdə yazıb onlara imza etmələrini dediyi üçün oxumadan və ifadələrinin məzmunu ilə tanış olmadan imzalamışlar. Saxlanılıb gətirilərkən və polis şöbəsində olduğu müddətdə Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən zorakılıq olmamış, hədə-qorxu gəlinməmişdir. Anarın psixotrop maddəni polisin verməsini bildirməsi əsassızdır. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid7 göstərmişdir ki, anarın atası Zülfüqara məxsus Şəmkir şəhərində yerləşən avtoehtiyyat hissələri dekanında işləyir. xx.xx.2023-cü ildə dükana gələn bir neçə mülki geyimli şəxs Anarı çağırıb çölə çıxartmış sonra isə gəldikləri maşına mindirmişlər. Sonra isə polislərdən biri içəri girib DVR hanı demiş? O əvvəlcə Zülfüqarı soruşduqlarını güman edib həyətə keçərək ev sahibəsini səsləyib Zülfüqarı soruşmuş. Arvadl Zülfüqarın yatdığını deyəndə polis ona tərs-tərs baxaraq “nə Zülfüqar? mən DVR deyirəm! elə etmə səni də qoşaq Anarın böyrünə!” demiş və obyektin müşahidə kameralarının yaddaş qurğusunu götürüb aparmışdır. Həmin qurğu təxminən 9 gün sonra dükana qaytarılsa da Anarın saxlanıldığı görüntülər pozulmuş olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq Şahid7 göstərdi ki, Anarın hansı səbəbdən aparılmasını bilməmiş, sonra onun narkotikə görə tutulduğunu, evlərində axtarış aparıldığını öyrənmişdir. Təqsirləndirilən şəxs əvvəl narkotik istifadə etməsini isə görməmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş digər əlavə şahid X12 isə göstərmişdir ki, Şəmkir şəhərində fərdi qaydada taksi xidməti göstərir. xx.xx.2023-cü ildə O, Anarın atası Zülfüqara məxsus avtoehtiyat hissələr dükanın yaxınlığında dayanıb müştəri gözləyərkən biri tranzit, digəri isə xidməti nömrədə olan avtomobillərdən düşən bir neçə mülki geyimli şəxlər Anargilin dükanına girib Anarı çölə çıxararaq tranzit nömrəli avtomobilə mindirmiş, qısa müddət sonra Eldəniz və İnar kimi tanıdığı əməliyyat müvəkkilləri təkrar dükana girib qovluğa bənzər əşya ilə çölə çıxmış, qovluqda nə olduğunu isə bilməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, polis əməkdaşları mülki geyimdə olmyuş, Eldənizi və İnarı cinayət axtarış müvəkkilləri olduğu üçün tanımışdır. Sonradan Anarın polis ə tərəfindən narkotikə görə saxlanılıb aparıldığını öyrənmiş və buna inanmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raport və həmin tarixli qərardan görünür ki, Şəmkir şəhəri, S.Vurğun küçəsi ev 3 mənzil 25-də xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi və saxlaması barədə Şəmkir RPŞ-yə əməliyyat məlumatı daxil olmuş və təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü ildə saat 18:35-da azadlığı məhdudlaşdırılaraq Şəmkir RPŞ-yə gətirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “şəxsi axtarış aparılması barədə” xx.xx.2023-cü il tarixli protokol və əlavəsi olan “DVD” diskdən görünür ki, Şəmkir RPŞ-yə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd sellofan bükümdə psixotrop maddə olan “metamfetaminə bənzər kütlə” aşkar edilib götürülmüş, şifahi sorğu-sual zamanı paxiotrp maddəni həmin gün S.Vurğun küçəsində məktəbin yanından ağacın dibindən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını, lakin istifadə etmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş “təqsirləndirilən şəxsin qismində dindirilmə haqqında” xx.xx.2023-cü il tarixli protokol və əlavəsi olan DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs qismində dindirilərkən ilkin izahat və ifadəsi ilə eyniməzmunlu ifadə verərək üzərindən aşkar edilmiş psixotrop maddəni tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını heçkimə vermədiyi və satmadığını göstərmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 16/675 №-li rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş edilmiş psixotrop maddə olan metamfetaminə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 8,016 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Şəmkir rayon məhkəməsinin “istintaq hərəkətlərini məcburi aparılması haqqında”, xx.xx.2023-cü il tarixli, 5 (076)-173/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şəmkir şəhəri, S.Vurğun küçəsi döngə 3, ev 25-də yerləşən evində, həyətyanı sahədə və yardımçı binalarda axtarış və götürmə aparılması haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən axtarış aparılması haqqında xx.xx.2023-cü il tarixli “axtarış aparılması haqqında” protokoldan görünür ki, yaşadığı evdə və küçədə keçirilmiş axtarış zamanı qanunsuz hər hansı əşya və predmet aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Şəmkir RMX PHŞ-dən verilmiş xx.xx.2023-cü il tarixli, 243 №li məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinikasında psixatrik və narkoloji kabinetdə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmədə tədqiq edilən DİN BƏSİİ-dən xx.xx.2023-cü ildə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1535 № rəydən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və tədqiq edilmiş məhkəmə - psixatrik ekspertizasının xx.xx.2023cü il tarixli, 541 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakter və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, İdris Həsənovun istifadəsində olan mobil nömrə ilə aparılmış danışıq və sms mətnlərdə iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə tibbi ekspertizasının 736 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət, yaxud xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “diskə baxış keçirilməsi” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonla aparılmış danışıq və sms mətnlərdə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Məhkəməyə müdafiə tərəfi təqsirləndirilən şəxsin ailə üzvləri atası tərəfindən təqdim edilmiş və tədqiq dilmiş “DVD” diskə keçirilmiş baxış zamanı 2 ədəd videogörüntünün olması müəyyən edilmişdir. Həmin çəkilişlərdən birincisi yaddaş qurğusunun geri qaytarıldıqdan sonra xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxs saxlanma görüntülərin olmaması ilə bağlı görüntüyə baxan mülki şəxslərin danışıqlarından ibarətdir. Digər videoçəkiliş isə Zülfüqar Nəcəfəliyev tərəfindən istifadəsində olan mobil telefonla çəkilmiş və Şəmkir RPŞ-nin giriş qapısında ona məxsus dükandakı müşahidə kameralarının yaddaş qurğusunun qaytarılması ilə bağlı qapıdakı polis əməkdaşları ilə arasındakı olan söhbətdən ibarətdir və həmin yaddaş qurğusundan Şəmkir RPŞ CAB-ın rəisi Şahid2 də məlumatın olduğu və onun qaytaracağı bildirilir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən verilmiş xx.xx.2023-cü il tarixli, 5-76-1/2-02D-323/2023 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs S.Vurğun küçəsi döngə 3 ev 25-də ata anası arvadı və azyaşlı uşaqları ilə birlikdə yaşamış və müsbət xarakterizə edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan AZE 12535348 №li və AZE №11478621 №li şəxsiyyət vəsiqələri, AZİV441797 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü Zülfüqar Nəcəfəliyev, xx.xx.2012-ci il təvəllüdlü Şahnaz Nəcəfəliyeva, xx.xx.2020-ci il təvəllüdlü Hüseyn Nəcəfəliyev adlı azyaşlı övladları var. İş materiallarında olan xx.xx.2006-cı il tarixli, 931 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək X22 dispanserində müayinə olunmuş və ona “nevrostansiya-tez-tez müşahidə edilən nevrotik reaksiyalarla” diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilən “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 7,816 qram psixotrop maddə olan metamfetamin saxlanılması üçün Şəmkir RPŞ-yə saxlanca verilmiş, şəxsi axtarış, evdə axtarış və təqsirləndirilən şəxs qismində dindirmə istintaq hərəkətinin videogörüntüləri olan 3 ədəd DVD disk və telefon məlumatlarının olduğu 1 ədəd CD disk iş materiallarına əlavə edilmişdir. Cinayət işinin istintaq materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılan DİN BƏSİİ-dən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, oğlunun üzərindən aşkar edilmiş külli miqdar metamfetaminin mənbəyi ilə bağlı ********* №li cinayət işi ayrı icraata ayrılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:30-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan məhkəmədə araşdırılan Şəmkir rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 4(076)-137/2023 №li qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Həmin qərarda formalaşdırılmış hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayəthüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək törədilmiş əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, iş üzrə ibtidai araşdırma aparıldığı ilkin dövrdə, yəni videoçəkilişlə keçirilmiş şəxsi axtarış, şübhəli şəxs qismində ilkin izahatında şübhəli və təqsirləndirilən şəxs qismində videoçəkilişlə dindirilərkən Təqsirləndirilən şəxs psixotrop maddəni tapdığını və şəxsi istifadəsi üçün saxladığını demişdir. İş üzrə şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin əməliyyat müvəkkilləri ibtidai istintaq, və məhkəmədə verdikləri ifadələrində göstərmişlər ki, əməliyyat məlumatı təqsirləndirilən şəxsin narkotik vasitəni saxlaması və vədaşəması barədə olmuş, saxlanılana qədər və istintaqın sonrakı gedişatında aşkar edilmiş psixotrop maddə olan metamfetamini əldə etmə mənbəyi, onun narkotik vasitəni satdığı yaxud digər qanunsuz əməllərdə iştirakını müəyyən edə bilməmişlər. İş materiallarında olan və məhkəmədə araşdırılan əməliyyat tapşırığına cavab məktubunda üzərindən aşkar olunmuş metamfetamini satış məqsədi ilə əldə etməsi barədə məlumatlar olsa da satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı, həmçinin psixotrop maddəni hansı mənbədən əldə etməsinin müəyyən edilə bilinmədiyi göstərilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanının gəldiyi qənaətə əsasən ittiham aktında göstərdiyi Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin yalnız külli miqdarda olması onun satış məqsədini təsdiq edən hal kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq psixotrop maddəni əldə edib saxlaması və daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham verilsə də, satış məqsədini təsdiq edən (istehlakçılarla əvvəlcədən razılıq əldə etməsi və ya sövdələşməsi, şərti alıcı ilə aralarında razılıq olmasına dair telefon danışığı və mesajlar olmasına, psixotrop maddənin hazırlanması üçün avadanlığı əldə etməsi, onun şəxsi istehlak miqdarından artıq psixotrop maddəni məhz sifariş əsasında əldə etməsinə, narkotik vasitənin və psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi və bu kimi sair hərəkətlər) hallara dair sübut əldə edə, beləliklə də satışla bağlı hissədə onun təqsirini sübuta yetirə bilməmişdir. Qeyd edilənlər isə Təqsirləndirilən şəxs psixotrop maddəni satış deyil, digər (istehlak və sair) məqsədilə qanunsuz əldə edib saxlamasını və daşımasını təsdiq edən hallardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübut və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edərkən ancaq aşkar olunan psixotrop maddənin şəxsi istehlak miqdarından artıq külli miqdarda olması və digər sübutlarla təsdiq olunmayan qeyri-müəyyən əməliyyat məlumatı əsas götürülmüşdür. Lakin istintaq orqanı nəzərə almamışdır ki, aşkar edilmiş psixotrop maddə tək bükümdə olmuş, şəxsin satış niyyətini təsdiq edən hər hansı obyektiv və subyektiv faktorlar isə ibtidai araşdırma zamanı müəyyən edilməmiş və sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatlarının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və sair hal(lar) mövcud deyildir. Belə ki, cinayət işinin materiallarında olan əməliyyat məlumatların nədən ibarət olması, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, əməliyyat məlumatlarına əsaslanaraq narkotik vasitənin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işi materiallarından görünür ki, əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar CPM-in tələblərinə uyğun olaraq təqdim edilməmiş və məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Belə halda yalnız cinayət işinə əlavə edilən məktub və raporta istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması qənaətinə gəlmək mümkün deyil. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsi, o cümlədən Rusiya və Ukrayna hüquq mühafizə orqanları tərəfindən geniş istifadə edilən, “Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulan, nəzarət qaydasında mal alınmasını qəbul etmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda saxlamağa (Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi) görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). Avropa Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Beləliklə, istintaq nəticəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına dəlalət edən tamamilə heç bir sübut növü məhkəmə istintaqına təqdim edilmədiyi halda, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin şəxsi istehlak miqdarından artıq olması əsas götürülərək onun külli miqdar narkotik vasitələrin satışı məqsədilə əldə edib saxlaması və daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikası Cinayət və Cinayət-prosessual qanunvericiliyinin, Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin prinsiplərinə zidddir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İİ siyahısında psixotrop maddə olan metamfetamin (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin......hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması.....- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxs vasitəsilə və digər yolla yerinin dəyişdirilməsinə yönəlmiş bütün hərəkətlərdir (1.0.8). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyəti yaratdığı üçün göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ibtidai istintaqın sonrakı dövrü və məhkəmə baxışında göstərdiyi xx.xx.2023-cü ildə Şəmkir RPŞ-yə gətirildikdən sonra psixoloji təzyiqə məruz qalması, polis əməkdaşlarının onu həmin narkotik maddəni götürməsə başına oyun açacaqlarını deməsi, edilmiş psixoloji təzyiq nəticəsində polislərin dediyi məzmunda şəxsi axtarışda bildirib izahat və ifadə verməsinə istintaqın sonrakı mərhələsində, müqavilə bağlıdı vəkillə görüşdən sonra ona heçnə edə bilməyəcəklərini başa düşüb vəkilin (müdafiəçinin) vəsatəti əsasında əlavə ifadə verərək psixotrop maddənin ona məxsus olmaması barədə ifadə verməsinə münasibətdə qeyd edir ki, həmin hallar təqsirləndirilən şəxsin öz ifadələrindən başqa digər sübutlarla təsdiqini tapmadığı və məhkəmə baxışı zamanı digər sübutlarla təsdiq edilmədiyindən Təqsirləndirilən şəxs ifadələri həmin hissədə özünümüdafiə xarakteri daşıdığı, işin faktiki halları ilə təkzib edildiyi üçün sübut kimi qəbul etmir. İşdə olan və məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizanın xx.xx.2023-ci il tarixli rəyi və xx.xx.2023-cü ildə keçirilmiş videoçəkilişlə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı xəsarət və ya xəsarət izi olmamış, keçirilmiş istintaq hərəkəti zamanı müdafiəçinin iştirakı ilə şifahi sorğu-sual edilərkən, şübhəli şəxs kimi ilkin izahat və ifadəsində, eləcə də xx.xx.2023-cü ildə videoçəkilişlə təqsirləndirilən şəxs qismində dindirilərkən psixotrop maddənin ona aid olduğunu və istifadə üçün saxladığını demişdir. Məhkəmə qeyd edir ki, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə, eləcə də hədə-qorxuya məruz qalan, yaxud qalması ehtimal edilən (iddia edən) şəxsin videoçəkiliş vasitəsilə həyata keçirilən istənilən əməliyyat-axtarış və istintaq hərəkəti zamanı özünü müdafiə etmək və iddia etdiyi qanunsuzluqlara məruz qalmasını bildirmək imkanları daha əlçatan və kənar müşahidəçinin nəzərində obyektiv və inandırıcı olur. Belə ki, bir tərəfdən videoçəkilişlərin fasiləsizliyi və obyektivliyi, digər tərəfdən isə vəkilin (müdafiəçisinin) həmin proseslərdə iştirakı, şübhəli yaxud təqsirləndirilən şəxsə edilmiş, qəbul edilən və ediləcək qərarlara, aparılan hərəkət(lər)ə öz etirazını bildirməyə və həmin halların çəkiliş zamanı (edilməsinə) qeydiyyata alınmasını tələb etməyə kifayət qədər imkan yaradır. Təqsirləndirilən şəxs və müdafiəçisinin Təqsirləndirilən şəxs təqsirsizliyinə sübut olaraq göstərdiyi digər əsas - təqsirləndirilən şəxsin küçədən deyil, atasına məxsus olan avtoehtiyyat hissələri mağazasından aparılmasına münasibətdə məhkəmə qeyd edir ki, müdafiə tərəfinin (təqsirləndirilən şəxsin) vəsatəti əsasında dindirilmiş əlavə şahidlər təqsirləndirilən şəxsin həmin mağazadan aparıldığını bildirmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokol və digər bütün prosessual sənəd və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18:35-də Şəmkir rayonu S.Vurğun küçəsində saxlanılıb Şəmkir RPŞ-yə gətirilməsi qeyd edilmişdir. Həmin hal şəxsin təqsirliliyi ilə bağlı məsələyə hər hansı təsir etməsə də əlavə şahid qismində dindirilmiş şahidlərin göstərdikləri tərəflərin göstərdiklərinə münasibətdə daha dolğun və kənar müşahidəçinin nəzərində obyektiv olduğundan məhkəmə təqsirləndirilən şəxsin işlədiyi atasına məxsus avtoehtiyat hissələri dükanından aparılması qənaətinə gəlmişdir. Lakin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin hazırki baxılan iş üzrə yaşadığı küçədən, məhkəmədə müəyyən edilmiş hallara əsasən S.Vurğun küçəsində yerləşən atası X4 məxsus avtohtiyyat hissələri dükanından polis əmnəkdaşları tərəfindən saxlanılıb aparılması şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi faktını şübhə altına alan əsas deyil və həmin hal şəxsin cinayət hadisəsi ilə əlaqəsini inkar edən mötəbər sübut kimi deyil, yalnız şəxsin saxlanılma yerini təsdiq edən sübut kimi qiymətləndirilə bilər. Avtoehtiyyat hissəsələri dükanına quraşdırılan müşahidə kamerasının yaddaş qurğusunun polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən aparılması və doqquz gün sonra qaytarılması ilə bağlı təqsirləndirilən şəxs və müdafiə tərəfinin göstərdiklərinə münasibətdə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üzərinə əməliyyat-axtarış tədbiri olaraq baxış, yaxud istintaq hərərkəti olan şəxsi axtarış keçirilmədiyindən həmin kamera görüntülərinin təqdim edilməsi belə, hazırki iş üzrə şəxsin təqsirsizliyini sübut edə bilməz. Yaddaş qurğusunun aparılması, yaxud qaytarılmaması ilə bağlı təqsirləndirilən şəxs və ailə üzvləri tərəfindən istintaq aparan şəxsə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora rəsmi qaydada müraciət edilməsini təsdiq edən sübut işdə yoxdur və müdafiə tərəfindən məhkəməyə bununla bağlı hər hanslı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona psixoloji təzyiq edilməsinə görə etmədiyi əməli etiraf etməsinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs iddia etdiyi kimi polis təhdidi ilə bağlı olmasını iddia etsə də, narkoloji tibbi müayinədən keçərkən cinayət hadisəsini və narkotik vasitə qəbul etdiyi etiraf etmişdir ki, bu da şəxsin özünümüdafiə dəlillərini inkar edir. İş üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizanın rəyinə əsasən isə Təqsirləndirilən şəxs narkotik vasitə olan metamfetamindən epizodik istifadə etmə halları olması göstərilmişdir ki, məhkəmə həmin ekspertiza rəyini cinayət prosesi tərəflərinin məhkəmədə şifahi olaraq göstərdiklərinə münasibətdə daha obyektiv, qərəzsiz və mötəbər sübut kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışında göstərdiyi təqsirsizliklə bağlı hallar hazırki iş üzrə elan edilmiş satış məqsədilə narkotik vasitənin dövriyyəsi ilə məşğul olmasına dair ittihamla razı olmaması ilə bağlı olması daha ağlabatan və inandırıcıdır. Həmçinin məhkəmə müdafiə tərəfinin Təqsirləndirilən şəxs məhkəmə baxışında göstərdiyi dini inancına və məzhəbinə görə əsassız cinayət məsuliyyətinə cəlb edilməsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsə qanunsuz dini fəaliyyətlə məşğul olma, dövlətin konstitutsiya quruluşu əleyhinə fəaliyyətlə məşğul olma barədə hansısa ittiham verilməmiş, bütün ibtidai araşdırma və məhkəmə baxışında ittiham tərəfindən hər hansı iddia belə səsləndirilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış aparılması barədə vəsatət xx.xx.2023-cü il tarixdə verilməsinə və xx.xx.2023-cü ildə məhkəmə tərəfindən qərar qəbul edilməsinə baxmayaraq təxminən 1 (bir) ay sonra keçirilmiş, hər hansı qanunsuz saxlanılan əşya və predmet (eləcə də dini təyinatlı) aşkar edilməmiş, hər hansı predmet götürülməmiş və tədqiq edilməmişdir. Belə ki eyni xarakterli işlərdən də göründüyü kimi təqsirləndirilən şəxs(lər)in yaşayış yerində axtarışlar cinayətin izlərinin qanunsuz saxlanılan əşya və predmetlərin aşkar edilməsi üçün əksər vaxtlarda təqsirləndirilən şəxsin saxlanıldığı vaxt, yaxud bir neçə gün sonra həyata keçirilir. Hazırki iş üzrə isə belə hərəkətlər məlum olmayan səbəblərdən 1 (bir) ay sonra keçirilmişdir. Bütün qeyd edilənlər isə ibtidai istintaq orqanının həmin axtarışın həyata keçirilməsində maraqlı olmadığını, (xüsusilə dini ekstremist təyinatlı məlumatlarla bağlı). həmçinin ibtidai araşdırma orqanının səlahiyyətli şəxslərinin səhlənkarlıq etməsini göstərən obyektiv hallardır. Evdə keçirilmiş axtarışın təqsirləndirilən Təqsirləndirilən şəxs dini fəaliyyətlə məşğul olması və əqidəsinə görə əsassız cinayət məsuliyyətə cəlb olunmasını təsdiq edən hər hansı sübut isə müdafiə tərəfindən məhkəməyə təqdim edilməmiş, bununla bağlı heç bir vəsatət verilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Beləliklə, ibtidai araşdırmadan fərqli olaraq cinayət işinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq külli miqdarda psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Şəmkir şəhəri, Səməd Vurğun küçəsində yerləşən atasına məxsus avtomobil ehtiyyat hissələri dükanında saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 8,016 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması sübuta yetirilmişdir və əməlində cinayət tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əvvəllər məhkum olunmamasını, əsəb xəstəliyindən əziyyət çəkməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar olaraq nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal(lar) müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq külli miqdarda miqdarda əldə etmə, saxlama.... daşımaya görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin miqdarı, əməlin xarakteri və ictimai təhlükəliliyi, eləcə də cəzasını yüngülləşdirən hallar olan himayəsində azyaşlı övladlarının olması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, əsəb xəstəliyindən əziyyət çəkməsi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş qanunvericiliyin müəyyən etdiyi aşağı həddə cəza təyin edilməsini mümkün edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında olan aşağı həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəza çəkəcəyi dövrdə davranışı nəzərə alınmaqla qısa müddətdə islah olunacağı təqdirdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini istisna etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən.....ilk dəfə törədilmiş ağır cinayətə görə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır tutulduğu və həbsdə saxlanıldığı müddət həmin müddətə aiddir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş üzrə maddi sübut olan Şəmkir rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 7,816 qram psixotrop maddə olan metamfetamin məhv edilsin, şəxsi axtarış, evdə axtarış və təqsirləndirilən şəxs qismində dindirmənin görüntüləri olan 3 ədəd, yaddaş qurğusunda dair məlumatlar olan 1 ədəd olmaqla ümumilikdə 4 ədəd DVD disk və telefon məlumatlarının olduğu 1 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə məsrəfi olan 32,40 (otuz iki manat, qırx qəpik) manat ekspertiza xərci təqsirləndirilən şəxs X5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin, cəzaçəkmənin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Şəmkir rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 7,816 qram psixotrop maddə olan metamfetamin məhv edilsin, şəxsi axtarış, evdə axtarış və təqsirləndirilən şəxs qismində dindirmə istintaq hərəkəti görüntüləri olan 3 ədəd, yaddaş qurğusunda dair məlumatlar olan 1 ədəd DVD disk olmaqla, ümumilikdə 4 ədəd DVD disk və telefon məlumatlarının olduğu 1 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 32,40 (otuz iki manat, qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-215/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-215/2024
14.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver