Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-216/2020 27.08.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Qəhrəmanov Zabil Köçəri oğlunun iştirakları ilə, məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr apararaq, müəyyən etdi Məhkəmənin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmənin hazırlıq iclasında cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə, cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanması məqsədi ilə ilkin dinləmələr aparılmışdır. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin müdafiəçisi şifahi vəsatət verərək cinayət işinin ibtidai istintaqını aparmış Samux rayon Polis şöbəsinin İstintaq Qrupunun müstəntiqi, polis kapitanı Mehdiyev İslam Böyükağa oğlu tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulduğunu bildirib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsini və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Müdafiəçi vəsatətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham qanunsuz və əsassızdır, təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuşdur. Belə ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə elan edilmiş ittihamda hadisənin baş vermə tarixi xx.xx.2020-ci il göstərilmişdir. İş materiallarında olan ifadələrdə və məhkəmə tibb ekspertizasının rəyində isə zərərçəkmiş şəxsin bədəni üzərində olan xəsarətin xx.xx.2019-cu il tarixə uyğun gəlməsi göstərilmişdir. Bundan başqa təqsirləndirilən şəxsə verilən ittihamda öz cinsiyyət orqanının zərərçəkmiş şəxsin arxasına yeritməsi göstərilmiş, lakin bu xüsusat cinayət işinin materialları ilə təsdiq olunmur. Zərərçəkmiş şəxs ifadələrində təqsirləndirilən şəxsin barmağı ilə ona qarşı sekusual hərəkət etdiyini bildirmişdir. İstintaq orqanı sübutlar arasında olan ziddiyyətləri dəqiqləşdirməmiş, tam aydılaşdırmalar aparılmamış bununla da ittihamın əsaslılığının müəyyən olunması üçün yekun nəticəyə gəlməmişdir. Məhkəmə hazırlıq iclasında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, müdafiəçinin vəsatəti əsaslıdır və bundan başqa istintaq orqanı tərəfindən məhkəməyədək icraat zamanı digər kobud qanun pozuntularına yol verildiyindən, Azərbaycan Respublikası CPM-in 303-cü maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməli və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, xx.xx.2020-ci il tarixdə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CMnin 150.3.3-cü maddəsi ilə yenidən elan edilmiş ittihamda hadisənin baş vermə tarixi xx.xx.2019-cu il əvəzinə xx.xx.2020-ci il göstərilmişdir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsin əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-in 223.3.2 və 289.3.1-ci maddələrinin tələbləri pozulmaqla ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə vaxtı və üsulu dəqiq gösətrilməmişdir. Belə ki, təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarda, eləcə də ittiham aktında ittihamın mahiyyəti aydın əks olunmamaqla və həmin ittiham işin faktiki hallarına uyğun olmamaqla Azərbaycan Respublikası CPM-in 223.3.2 və 289-cu maddələrinin tələbləri kobud şəkildə pozulmuş, ittiham aktı həmin Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) hüququ vardır. Beləliklə, təqsirləndirilən şəxsə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya ittihamın mahiyyətinin dəqiq müəyyən edilməməsi, əhəmiyyətli olan bütün halların ittihamda təsvir edilməməsi, təqsirləndirilən şəxsin nədə ittiham olunduğunu, nədən müdafiə olunmalı olduğunu bilməməsi, habelə cinayət-prosessual qanunvericiliyi ilə bilavasitə hüquqlarını müdafiə etməsi üçün nəzərdə tutulmuş imkanlardan vaxtında və səmərəli istifadə etməməsi təqsirləndirilən şəxsin öz müdafiəsi üçün düzgün dəlillər irəli sürməsini çətinləşdirir ki, nəticə etibarı ilə bu da onun müdafiə hüququnun pozulmasına gətirib çıxarır. Bundan başqa istintaqın ilkin mərhələsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 azyaşlı olması ilə bağlı anası Zərərçəkmiş şəxs2 onun qanuni nümayəndəsi kimi tanınmış, istintaqın sonrakı mərhələsində Zərərçəkmiş şəxs2 hadisə nəticəsində ona mənəvi zərər yetirilməsi barədə ərizəsi nəzərə alınmaqla, lakin, kifayət qədər əsaslar olmadan Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmış, Zərərçəkmiş şəxs1 isə atası olduğu halda Samux rayon İHB-nın Aparıtının ictimai siyasi və humanitar məsələlər üzrə şöbəsinin baş məslətçisi Elvar Səfərov yalnız vəsiqəsi əsasında qanununi nümayəndə qismində cinayət prosesinə buraxılmışdır. Azərbaycan Respublikası CPM-nin 87.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli, yaxud təqsirləndirilən şəxsin, habelə mülki cavabdehin valideynləri, övladlığa götürənləri, qəyyumları və ya himayəçiləri olmadıqda, cinayət prosesini həyata keçirən orqan tərəfindən qəyyumluq və himayəçilik orqanı həmin şəxsin qanuni nümayəndəsi qismində təyin edilir. Bundan əlavə zərər çəkmiş Zərərçəkmiş şəxs1 cinayət işinin materialları ilə tanış etmə haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, 2010-cu il təvəllüdlü zərərçəkmiş Zərərçəkmiş şəxs1 İİİ cilddən ibarət iş materialları ilə qısa müddət yəni 2 saat ərzində yalnız özü tanış olmuş, müstəntiq tərəfindən isə formal olaraq həmin protokola qanuni nümayəndəyə imza etdirilmişdir. Azərbaycan Respublikası CPM-nin 87.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxs şəxsən və ya nümayəndəsi vasitəsilə öz hüquqlarından istifadə edir və vəzifələrini yerinə yetirir. Yetkinlik yaşına çatmamış və ya fəaliyyət qabiliyyəti olmayan zərər çəkmiş şəxsin hüquqlarını onun əvəzinə bu Məcəllədə nəzərdə tutulmuş qaydada qanuni nümayəndəsi həyata keçirir. Həmin Məcəllənin 285.3-ci maddəsinə əsasən zərər çəkmiş şəxs, mülki iddiaçı və ya mülki cavabdeh cinayət işinin materialları ilə öz nümayəndəsi ilə birlikdə tanış olmaq hüququna malikdirlər. Beləliklə, məhdud fəaliyyət qabiliyyətli zərər çəkmiş şəxsin cinayət işinin materialları ilə tanış olması ağlabatan deyil, bununla da onun iş materilları ilə tanış etmə ilə bağlı prosedur pozulmaqla, onun hüquqlarının həyata keçirilməsi lazımi şərait yaradılmamışdır. Bundan başqa, təqsirləndirilən və onun müdafiəçisi cinayət işinin materilları ilə xx.xx.2020-ci il tarixdə tanış olarkən onlar tərəfindən verilmiş vəsatət xx.xx.2020-ci il tarixli qərarla rədd edilmişdir. Cinayət işinin materiallarına vəsatətin rədd edilməsi haqqında qərarın təqsirləndirilən şəxs və onun müdafiəçisinə göndərilmisi haqqında xx.xx.2020-ci il tarixli məktub əlavə edilsə də, lakin, həmin qərarın onlara verilməsi tarixi və vaxtı barədə qeydlər müvcud deyil. Bundan sonra müstəntiq tərəfindən xx.xx.2020-ci il tarixdə saat 09:30 da ittiham aktı tərtibi başlanılmışdır. Göründüyü kimi, həmin qərardan qanunla müəyyən edilmiş müddətdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora şikayət vermək vaxtı məhdudlaşdırlmışdır. Azərbaycan Respublikası CPM-nin 287.3-ci maddəsinə əsasən müstəntiqin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsindən imtina olunması barədə qərarından bu vəsatətin rədd edilməsi barədə qərarın surəti verildiyi vaxtdan 48 saat müddətində istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora şikayət verilə bilər. Həmin Məcəllənin 289.1-ci maddəsinə əsasən Bu Məcəllənin 284—288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir. Azərbaycan Respublikası CPM-nin 303.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması və məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması cinayət işininə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Yuxarıda şərh olunanlara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə kobud prosessual pozuntulara yol verildiyindən, işin baxılmasına xitam verilməli və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmalıdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin 87.8, 91.5.1, 101.1, 223.3.2, 285.3, 287.3, 289.3.1, 303.3.1, 303.3.6, və 303.3.8-ci maddələrinin tələbləri kobud surətdə pozulmuşdur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra, Konstitusiya) 26-cı maddəsinin İ və İİ hissələrinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Yenə Konstitusiyanın 61-ci maddəsində göstərilmişdir: Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 13-cü maddəsinə görə bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndində nəzərdə tutulur ki, təqsirləndirilən şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. İstər daxili qanunvericilikdə, istərsə də beynəlxalq müqavilələrdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqların qorunması önəmli yer tutur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2000-ci il tarixli 1 saylı Qərarının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr istintaq-məhkəmə araşdırmalarının hansı mərhələsində yol verilməsindən asılı olmayaraq müttəhimlərin müdafiə hüquqlarının hər hansı şəkildə pozulması hallarına münasibət bildirməli, onların müdafiə hüquqlarının bərpası üçün qanunla müəyyən edilən tədbirləri görməlidirlər. Azərbaycan Respublikası CPM-in 303.1., 303.3.1-ci maddələrinə görə, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin 87.8, 91.5.1, 101.1, 223.3.2, 285.3, 287.3, 289.3.1, 303.3.1, 303.3.6 və 303.3.8-ci maddələrində göstərilən kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların mümkün dərəcədə aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməli və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-in 306.2-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərar qəbul etdikdən sonra məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə də baxmışdır. Cinayət işinin materiallarından görünür ki, Samux Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir.Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti Samux Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixədək, uzadılmışdır. İstintaq orqanı tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş ittiham aktı xx xxxxxx 2020-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq olunaraq xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə göndərilmişdir. X3 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barələrində seçilmiş qətimkan tədbiri məhkəmənin hazırlıq iclasının keçirilməsi təmin edilənədək, qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası CPM-in 306.2.1-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı anda qurtardığndan baxmalıdır. Məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı yol verilmiş kobud qanun pozuntuları ibtidai istintaq orqanı tərəfindən aradan qaldırılmalı və cinayət işi üzrə ibtidai istintaq başa çatdırılmalıdır. Göstərilən qanun pozuntularının aradan qaldırılması üçün müəyyən müddət tələb olunur. Ona görə də Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2020-ci il tarixdən 01 (bir) ay, yəni xx xxxxxxxx 2020-ci il tarixədək uzadılması zəruridir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.5, 303.1, 303.3.1, 159, 306, 448-454-cü maddələrini qərara aldı:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların mümkün dərəcədə aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Samux Rayon Prokuroruna qaytarılsın.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx xxxxxx 2020-ci il tarixdən 01 (bir) ay, yəni xx xxxxxxxx 2020-ci il tarixədək uzadılsın.
3. Qərarın surəti tərəflərə təqdim edilsin.