Məhkəmə qərarları › İş №1(100)-216/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-216/2023

17.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-216/2023 17.07.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X8 iştirakları ilə xx xxxx 1994-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 20 iyul 2022-ci il tarixdə, saat 23 radələrində yaşadığı Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivində yerləşən 1/2 saylı yaşayış binasının qarşısında tanışları Şahid və Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı Şahid özündə olan bıçaqla onu vurub sağ said nahiyyəsinin səthi yaralarması sağlamlıığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, bu zaman o əli ilə vurub bıçağı yerə salmış, həmin vaxt Zərərçəkmiş şəxs də əli ilə onun kürək nahiyyəsinə zərbə vurduğu üçün o, yerə düşmüş təyinatı istintaqa məlum olmayan bıçağı götürərək, bıçaqla sonuncunun döş qəfəsinin sol tərəfinə bir dəfə zərbə vuraraq döş qəfəsinin arxa səthinin sol döş və qarın boşluqlarına keçən tərəfində İX qabırğaarası səviyyədə yerləşən, sol döş boşluğuna keçən sol ağciyərin və diafraqmanın zədələnməsi ilə müşayiət olunan bir ədəd kəsilmiş-deşilmiş yarası ilə nəticələnən xəsarət yetriməklə insan həyatı üçün təhlükəlli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Ruslan adlı şəxsləri uşaqlıqdan tanıyır, həmin şəxslərlə bir məktəbdə oxuyubdur. Təbriz və Ruslan da Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yaşayırlar qonşudurlar. Ruslanla əvvəllər mübahisəsi olub, bir neçə dəfə dava-dalaşları olduğu üçün aralarında ədavət olmuşdur. 20 iyul 2022-ci il tarixdə, saat 23 radələrində o, iş yoldaşının toyundan çıxıb yaşadığı binanın qarşısına gəlmiş, həmin vaxt o, toyda spirtli içki qəbul etdiyi üçün sərxoş vəziyyətdə olmuşdur. O, yaşadığı mənzilin giriş dəhlizinin qarşısında dayanıb siqaret çəkən vaxt yanında Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil dayanmış, avtomobilin ön sağ oturacağından Ruslan yerə düşüb ona tərəf gəlmiş və Təbriz isə avtomobilini binanın birinci blokuna tərəf sürüb getmişdir. Ruslan ona yaxınlaşıb görüşmüş, o, Ruslandan nəyə görə binanın qarşısına gəldiklərini, kimi gözlədiklərini soruşanda sonuncu ona «sənlik nə var ki» deyib ünvanına nalayiq söz işlətmiş və buna görə aralarında mübahisə yaranmışdır. Ruslan onun üzərinə gəlib yaxasından tutarkən o, əsəbiləşib əli ilə Ruslanın sifətinə bir şillə vurmuşdur. Bu zamanTəbriz də onların yanına gəlmiş, Ruslan həmin vaxt qəfildən onun üstünə bıçaq çıxarmışdır. Ruslan onu vurmaq üçün bıçağı ona tərəf uzadanda o, özünü qorumaq üçün sağ əlini irəli uzatmış və Ruslanın əlindəki bıçaq onun sağ bilək nahiyəsini kəsmiş, daha sonra o, Ruslanın əlindən vurduğu üçün bıçaq sonuncunun əlindən yerə düşmüşdür. Həmin vaxt Təbriz də onun üstünə tərəf gəlib yumruğu ilə onun sol kürək nahiyəsindən vuraraq ona bərk ağrı yetirmişdir. O, Təbriz və Ruslanın birləşib onu döydükləri üçün yerdən bıçağı götürərək sonuncunun döş qəfəsinin sol tərəfindən bir dəfə zərbə vurmuşdur. O, Təbrizi bıçaqla vurub xəsarət yetirdikdən sonra Ruslan onların yanından qaçıb getmişdir. Həmin vaxt Təbriz də binanın arxasına doğru qaçıb getmişdir. O, isə Təbrizi bıçaqla vurmağına peşman olmuş və Təbrizin arxasınca qaçmayıb öz yaşadığı evə getmişdir. Bi yədər sonra yaşadığı mənzilin blokunun qarşısında polis əməkdaşlarının dayandıqlarını görüb yaxınlaşaraq hadisə törətdiyini bildirmiş və polis əməkdaşları onu 3-cü Polis Bölməsinə aparmışlar. Hadisə yaşadığı binanın qarşısında baş vermiş, həmin vaxt onun yanında və ətrafda heç kim olmamış, hadisə təxminən 1-2 dəqiqəyə yaxın davam etdiyi üçün hadisəni kənardan heç kim görməmişdir. Hadisə yerində o, Təbriz və Ruslandan başqa heç kim olmamışdır. Hadisə zamanı Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyi bıçağı hadisədən sonra xatırlamadığı yerə tullamışdur. Zərərçəkmiş şəxs qəfildən onun sol kürək nahiyəsindən yumruq zərbəsi vurub ağrı yetirdikdən sonra o, yerdən Ruslanın bıçağını götürüb Təbrizi bir dəfə vurmuşdur. O, bıçaqla Təbrizi vurub xəsarət yetirdikdən sonra yenidən Təbrizi bıçaqla vurub xəsarət yetirməyə imkanı olsa da vurmamışdır Bütün bunlara baxmayaraq hadisədən sonra Zərərçəkmiş şəxs ilə barışdığını və əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, sonuncu ilə münasibətləri həmişə yaxşı olub, aralarında düşmənçilik və ya ədavət olmayıbdır. 20 iyul 2022-ci il tarixdə, saat 23 radələrində Şahidla birlikdə ona məxsus Opel Astra markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Yeni Gəncə qəsəbəsində gəzən vaxt onlar Emingilin yaşadığı binanın qarşısından keçəndə Ruslan Eminin orada dayandığını görüb görüşmək üçün avtomobili dayandırmağı ona bildirdiyi üçün o, avtomobili orada əyləmiş və Ruslan avtomobildən düşüb Eminin yanına getmişdir. O, isə avtomobili bir qədər irəli sürüb birinci blokun qarşısında əyləmiş, avtomobildən yerə düşüb Emingilin yanına getmişdir. O, yaxınlaşarkən onların mübahisə etdiyini və Eminin Ruslanın sifətinə əli ilə şillə vurduğunu, lakin o, bir-iki addım aralıda dayandığı üçün Emingilin hansı mövzuda mübahisə etdiklərini bilməmişdir. Təxminən bir-iki dəqiqə keçdikdən sonra görmüşdür ki, Ruslanla Emin sözlə mübahisə etməyə başlamışlar, mübahisə zamanı Ruslan bel nahiyəsindən bıçaq çıxardıb Emini vurmaq istəmiş, lakin Emin Ruslanın əlindəki bıçağı vurub yerə salmaq istəyəndə bıçaq Eminin sağ bilək nahiyəsini kəsmiş, daha sonra Emin yumruğu ilə Ruslanın əlindən vurub bıçağı yerə salmışdır. O, Eminin hərəkətlərinə əsəbiləşib yumruğu ilə sonuncunun sol kürək nahiyəsindən vurmuş və nəyə görə Ruslanla mübahisə etdiyini bildirəndə Emin yerdən bıçağı götürüb onun döş qəfəsinin sol tərəfindən vurmuşdur. Emin bıçaqla onu vurduğu üçün Ruslan qorxub oradan qaçıb getmişdir. O, da binanın arxasına tərəf qaçmışdır ki, yoldan ötən taksi avtomobili ilə xəstəxanaya getmişdir. Hadisə zamanı onun əlində bıçaq olmamışdır. 20 iyul 2022-ci il tarixdə, saat 23 radələrində Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivində yerləşən 1/2 saylı yaşayış binasının qarşısında baş vermiş dava-dalaşı kənardan heç kim görməmiş, hadisə yerində o, Emin və Ruslan olmuşlar, dava-dalaş təxminən 1-2 dəqiqəyə yaxın davam etmişdir. Hadisə zamanı o Emini vurduğu üçün Emin yerdən götürdüyü Ruslana məxsus bıçaqla onu birdəfə vurmuşdur. Təqsirləndirilən şəxs ilə barışdığını, qonşu olduğunu, ondan şikayət və tələbi olmadığını və onun tutulmasının istəmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 10 ildir ki tanıyır, sonuncu ilə heç bir ədavəti, düşmənçiliyi yoxdur, aralarında yaxın dostluq münasibəti var. Təqsirləndirilən şəxs da 10 ilə yaxındır ki tanıyır. Təqsirləndirilən şəxsla əvvəllər mübahisələri olmuşdur. 20 iyul 2022-ci il tarixdə, saat 23 radələrində Yeni Gəncə qəsəbəsində Təbrizlə birlikdə maşınla gəzdikdən sonra Təbrizlə birlikdə Eminin yaşadığı binanın qarşısına getmişlər. Həmin vaxt o, Emini orada görmüş, o, bir il yarım müddətində türmədə olduğu üçün Emini görə bilməmiş və Emini görən kimi sonuncu ilə görüşmək qərarına gəlmişdir. Təbriz idarə etdiyi avtomobili dayandırmış, o, avtomobildən düşüb Eminlə görüşmüşdür. Təbriz isə maşını qabaqda saxladıqdan sonra avtomobildən düşüb onların yanına gəlmişdir. Həmin vaxt Emin Təbrizi görüb sonuncuya «bu nədi Təbriz, bu tərəflərə nəyə gəlmisən?» demiş, daha sonra Emin həmin sözləri onun da ünvanına demişdir. O, Eminə «mənim bura gəlib getdiyimi görə bilmərsən, sadəcə olaraq çoxdandı səni görmürəm deyə avtomobildən səninlə görüşmək üçün düşdüm». Həmin vaxt Emin ona yaxınlaşıb əli ilə onun sifətinə «sən öl» vuraraq demişdir ki, «mən bilirəm buraya nəyə gəlirsiniz». O, da Eminə demişdir ki, «mən bilmirəm sən nəyi bilirsən, mən səninlə görüşmək üçün düşmüşəm avtomobildən». Sonra yenə Emin ona əli ilə üzünə «sən öl» vurub demişdir ki, «mən bilirəm buraya nəyə gəlibsiniz». O, da Eminə demişdir ki, «Emin sən öl səhv fikirləşirsən, sənə görə, səninlə görüşmək üçün düşmüşəm, bəs biz qohum deyilikmi?. Buna görə Eminlə mübahisəsi yaranmış həmin vaxt Emin onun sinəsindən kənara itələmişdir. Bu zaman Təbriz də Emini vurmuş, bir də görmüşdür ki, Emin əlindəki bıçaqla Təbrizin sol tərəfindən vurmuşdur. Bundan sonra Təbriz binanın arxasına tərəf qaçmış, o, da qaçıb binanın arxasına tərəf getmişdir. O, yol kənarında Təbrizlə görüşmüş, yoldan ötən nömrəsini bilmədiyi VAZ-21099 markalı taksi avtomobili dayandırmış və Təbrizi taksiyə mindirib xəstəxanaya yola salmışdır. Hadisə zamanı o, Eminə bıçaq çıxarmamış, sonuncuya heç bir xəsarət yetirməmişdir. Hadisə zamanı onun üzərində bıçaq olmamış, o, Eminin üzərinə bıçaq çıxarmamışdır. Eminin bıçağı haradan əldə etməsini görməmişdir. Zərərçəkmiş şəxs da əlində bıçaq və ya silah qismində istifadə edilən hər hansı bir predmet olmamışdır. «Hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş şəkilərdən görünür ki, hadisə yeri Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivində yerləşən 1/2 saylı yaşayış binasının qarşısıdır. Hadisə yerinə baxış keçirilən zamanı hadisə yerindən iş üzrə mühüm əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar olunmamış, hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. «Baxış keçirmə və götürmə haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş şəkilərdən görünür ki, Gəncə şəhər TTY X1 kiçik tibb bacısı X3 təqdim etdiyi hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd boz-qara rəngli qolu gödək idman maykası götürülmüş, bu barədə protokol tərtib olunmuş və götürülmüş paltarın fotoşəkilləri çəkilmişdir. Üzləşdirmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid arasında üzləşdirmə istintaq hərəkəti keçırılmış, üzləşmə zamanı Təqsirləndirilən şəxs 20 iyul 2022-ci il tarixdə baş vermiş dava-dalaş zamanı Şahid onun üstünə bıçaq çıxardan vaxt yumruğu ilə vurub sonuncunun əlindəki bıçağı yerə saldığını, daha sonra isə Şahid məxsus həmin bıçağı yerdən götürüb Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyini Şahid üzünə qarşı demiş, üzləşdirmə istintaq hərəkətinin keçirilməsi barədə protokol tərtib olunmuşdur. Üzləşdirmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Şahid arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs 20 iyul 2022-ci il tarixdə baş vermiş dava-dalaş zamanı Şahid Təqsirləndirilən şəxs üstünə bıçaq çıxardan vaxt sonuncunun yumruğu ilə vurub Şahid əlindəki bıçağı yerə saldığını, daha sonra isə Təqsirləndirilən şəxs Şahid məxsus həmin bıçağı yerdən götürüb onu vurub xəsarət yetirdiyini Şahid üzünə qarşı demiş, üzləşdirmə istintaq hərəkətinin keçirilməsi barədə protokol tərtib olunmuşdur. Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Zərərçəkmiş şəxs ilə dalaşdığı yeri və sonuncuya bıçaq xəsarəti yetirdiyi yeri göstərmişdir. Bu barədə protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. Maddi sübutların ekspertizasının xx.xx.2022-ci il tarixli 18 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə B (İİİ) alfa-dır. Vətəndaş Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi B (İİİ) alfa olduğundan onun özünə məxsus ola bilər. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1265 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətlər —sağ said nahiyəsinin səthi yaraları kəsici-deşici alətin (alətlərin), sol kürək nahiyəsinin sıyrığı bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1294 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarət – döş qəfəsinin arxa səthinin sol döş və qarın boşluqlarına keçən tərəfində İX qabırğaarası səviyyədə yerləşir, sol döş boşluğuna keçən sol ağciyərin və diafraqmanın zədələnməsi ilə müşayiət olunan bir ədəd kəsilmişdeşilmiş yarası, deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Vətəndaş Zərərçəkmiş şəxs bədənində müəyyən edilən xəsarətin özü tərəfindən yetirilməsi mümkün deyil. Məhkəmə-trasoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 16/1090 saylı rəyindən görünür ki, təqdim olunan köynəyin üzərində olan zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, bıçağın və ya ola bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir- Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patololi Anatomiya ETT Birliyinin xx.xx.2022-ci | tarixli 1294 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə teqdim edilmiş köynəyin səthində olan zədə müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “döş qəfəsinin arxa səthinin sol döş və qarın boşluqlarına keçən tərəfində İX qabırğa arası səviyyədə yerləşir, sol döş boşluğuna keçən sol ağ ciyərin və diafraqmanın zədələnməsi ilə müşaiyət olunan bir ədəd deşilmişkəsilmiş yarası” xəsarəti ilə köynəyin səthində olan zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 475/165 nömrəli rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədən zaman öz hərəkətlərinin mənasını dərk etmək və ya onları idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizin əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi emosional vəziyyətdə olmuşdur, bunun yaranma səbəblərindən biri zərərçəkmişlə aralarında olan mübahisə ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, 20 iyul 2022-ci il tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş dava-dalaş zamanı ictimai qayda pozulmamış, hadisə gecə saatlarında və qısa zaman kəsimində baş verdiyi üçün oraya kənar şəxslər toplaşmamışdır. Zərərçəkmiş şəxs xəstəxanaya aparan taksi avtomobilini müəyyən etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyi bıçağı tapmaq mümkün olmamışdır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 21 iyul 2022-ci ildən hesablanmışdır. Gəncə Apellayasiya Məhkəməsinin 27 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhəri Psixo-Nevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki,Təqsirləndirilən şəxs SHXÇDX-nin Nizami rayon Şöbəsinin xx.xx.2012-ci il tarixli, 30 saylı göndərişinə əsasən dispanserdə müayinə olunmuş, ona “emosional davamsız şəxsiyyət pozuntusu, özünü kəsmələrlə, depressiv sindrom” diaqnozu qoyulmuşdur. Sonuncu dəfə SHXÇDX-nin Nizami rayon Şöbəsinin xx.xx.2021-ci il tarixli, 713 saylı göndərişinə əsasən dispanserdə təkrar müayinə olunaraq “Aksentuasiya olunmuş şəxsiyyət pozuntusu, vaxtaşırı müşahidə olunan nevrotik reaksiyalar, özünü kəsmələrlə” diaqnozu qoyularaq 2134 saylı akt tərtib edilmişdir. AZ-İİ № 295069 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 arasında xx.xx.2018-ci il tarixdə nikah bağlanmışdır. AZ-İV № 174896 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X10 xx.xx.2018-ci il tarixdə anadan olmuşdur. Gəncə şəhər 4 saylı xidmət sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi 3 mk/r, ev 1/2, mənzil 65-də anası X7, həyat yoldaşı X4 və övladı X10 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs istintaq orqanına təqdim etdiyi notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 20 iyul 2022-ci il tarixdə, saat 23 radələrində Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivində yerləşən 1/2 saylı yaşayış binasının qarşısında baş vermiş mübahisə zamanı, Şahid əlindəki bıçaqla Təqsirləndirilən şəxs bıçağı ona tərəf uzadanda sonuncu özünü qorumaq üçün sağ əlini irəli uzatmış və Ruslanın əlindəki bıçağı yumruqla vurub yerə salan zaman Təqsirləndirilən şəxs sağ said nahiyəsinin səthi yaralanması ilə nəticələnən dərəcəsi təyin edilməyən bədən xəsarəti almışdır.Həmin xüsusat cinayət işinə əlavə olunmuş Təqsirləndirilən şəxs barəsində olan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 1265 saylı rəyində də öz təsdiqini tapmışdır. Belə olan halda Şahid öz əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Lakin Təqsirləndirilən şəxs ərizə yazaraq hadisə zamanı Şahid ona qarşı dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməsi faktı ilə əlaqədar olaraq Şahid qarşı şikayəti və ya tələbi yoxdur.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinin 1-ci hissəsində göstərilir ki, inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibatı xəta haqqında iş üzrə icraata xitam verilir.Odur ki, Təqsirləndirilən şəxs dərəcəsi təyin edilməyən bədən xəsarəti olması faktı ilə əlaqədar Şahid barəsində inzibati qaydada tənbeh tədbiri görülməsi üçün material ayrımamalıdır. Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd boz-qara rəngli qolu gödək idman maykası iş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində bir azyaşlı uşağının olmasını, cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini törətməsini, cinayət nəticəsində dəymiş ziyanın azaldılması ilə nəticələnmiş hərəkətlərin edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələblərinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.1.8, 59.1.12 və 59.1.14-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmiş və CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. «Uşaq hüquqları haqqında» 19 may 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Konstitusiyasına,Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. Həmin Qanunun 1ci maddəsində göstərilir ki, Qanunun təsir dairəsi Uşaqların bu Qanunda nəzərdə tutulmuş hüquqları və vəzifələri 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aid edilir. Həmin Qanunun 17-ci maddəsində göstərilir ki, uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində bir azyaşlı uşağının olmasını, cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini törətməsini, cinayət nəticəsində dəymiş ziyanın azaldılması ilə nəticələnmiş hərəkətlərin edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi və onu cəmiyyətdən təcrid etmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edilməklə həmin cəzanın şərti tətbiq edilməsini qanuni, ədalətli və əsaslı hesab edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ona cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi ailəsinin ciddi məhrumiyyətlərə düçar edə bilər, bu əmələ görə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ədalətli hesab edilə bilməz və məhkumun islah və yenidən tərbiyə olunmasına isə xidmət edə bilməz. Ona təyin edilən cəza yalnız şərti olaraq tətbiq edilməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikası CM-in 70-ci maddəsində göstərilmişdir ki, “... müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli və CM-in 70.5-ci maddəsinə əsasən isə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməməsi vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlandığı müddət daxildir. Təqsirləndirilən şəxs 21 iyul 2022-ci il tarixdən 21 sentyabr 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı müddət 02 (iki) ay təşkil edir. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd boz-qara rəngli qolu gödək idman maykası zərərçəkmiş şəxsə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 50 (əlli) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Davranışı üzərində nəzarət Gəncə şəhər İcra və X5 həvalə edilsin edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd boz-qara rəngli qolu gödək idman maykası zərərçəkmiş şəxsə qaytarılmalı, qəbul edilmədikdə məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 50 (əlli) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar