Məhkəmə qərarları › İş №1(100)-216/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-216/2024

25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-216/2024 25.09.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlu (sədrlik edən), hakimlər Məmmədov Abdulla Elşad oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, X5, X6 və X3 məhəkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafəçisi “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 167-3.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhəkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, habelə yayma məqsədi ilə dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 2,705 qram və 2,730 qram olmaqla, ümumi təmiz çəkisi 5,435 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 31 yanvar 2023-cü il tarixdə, saat 13 radələrində Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Gəncə şəhəri,3-cü mikrorayon ərazisində yerləşən köhnə türk liseyinin yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 02 ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,705 qram və 2,730 qram olmaqla, ümumi təmiz çəkisi 5,435 qram çəkidə psixotrop maddə metamfetamin onun əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, dini ekstremist materialları saxlama və yayma məqsədilə məlum olmayan şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran, dini nifrət və düşmənçiliyin salınmasına yönələn, Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq, forma və məzmunu Azərbaycanda “vilayəti-fəqih” ideologiyasına əsaslanan siyasi sistemin və dini dövlətin yaradılmasına hesablanan radikal, dini-ekstremist ideyalar təbliğ etməkdən ibarət olan, üzərində «Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı» adlı qanunsuz silahlı qruplaşmanın qurucularından biri olan Tohid İbrahimbəylinin təsviri və "X7: “Hüseyniyyun ordusu əmrini gözləyir!!!” yazıları olan dini ekstremist təyinatlı material olan 01 ədəd plakatı və üzərində «Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı» adlı qanunsuz silahlı qruplaşmanın üzvlərindən biri olan Yunis Səfərovun təsviri və “Gələcəyin ordu generalı, xalq qəhrəmanı Yunis Səfərova azadlıq” yazıları olan dini ekstremist təyinatlı material olan 01 ədəd plakatı məlum olmayan vaxtda, şəraitdə və mənbədən əldə edərək gələcəkdə yayma məqsədi ilə 2 fevral 2023-cü il, saat 17:10-dək, yəni Gəncə şəhər BPİnin əməkdaşları tərəfindən evində axtarış aparılıb götürülənədək yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə saxlamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 167-3.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, diş həkimi ilə danışmış və həmin vaxt o xəstəyə baxmışdır. Gündüzlər o xəstəyə baxmış, axşamlar isə onun qardaşı baxmışdır. Anası ağır xəstə olmuş və onun həbsindən bir ay sonra dünyasını dəyişmişdir. Həmin vaxt o diş həkiminə getmişdir. Həkimlə danışsan zaman o vaxtı müəyyən etmək istəmiş, çünki həmin vaxt vaxtı səhv salmışdır. Həkim ona təyin olunan vaxtın keçdiyini bildirmişdir. O hesab edir ki,həmin vaxt dəfələrlə aşura vaxtı onu idarəyə dəvət etdiklərindən və iştirak etməməsini bildirdiklərindən polis əməkdaşları onu tanımışlar. Çünki həmin vaxt onun yanından qara rəngli «BMW» markalı avtomobil keçimiş, o isə telefonla danışmışdır. Daha sonra polis əməkdaşları ona idarəyə getməli olduqlarını bildirmiş,o isə etiraz etməmişdir. Onun həmin vaxt üzərində narkotik vasitə olmamışdır. Məntiqə də uyğun olmamışdır. O polis əməkdaşlarının avtomobili ilə getmişdir. O bildirmişdir ki, dövlət onu görmək istəyirsə getməlidir. Bu millətə canı fəda olsun. Şəhid olan oğlanlardan artıq deyildir. O həmin vaxt evində ağır xəstə olduğunu və xəstəyə 1-2 dənə yumurta alması və evə verməsini xahiş etmişdir. O həmçinin bildirmişdir ki, o evdə bildirəcəkdir ki, çöldəkilər dostlarıdır polislər deyillər. Daha sonra hara istəyirlərsə gedəcəyini bildirmişdir. İdarədə ona həbs olunacağını bildirmişlər, o da CM-in 234.1-ci maddəsi ilə həbs olunmasına etiraz etməməişdir. Onun evində ağır şəkər xəsatəsinin olmasını bildirmiş və əgər anası bilərəsə öləcəyini deyib nə lazımdırsa imza etməyə hazır olduğunu bildirmişdir. Daha sonra ona əvvəl narkotik vasitənin birini, sonra isə digərini çıxarmasını demişlər. O narkotiki tanımamış, türmədə olarkən narkotikin digər növlərinin olmasını bilmişdir. O polis idarəsində su içmişdir. Həmin su açıq vəziyyətdə olmuşdur. Onun dili dodaqı qurumuş vəziyyətdə olmuşdur. Çərəkə onun olmuşdur.Ona şeir kitabını türmədə vermişlər onun üzü kəsmədiyi üçün o kitabı götürmüşdür. O ümumiyyətlə şeir oxuyan adam olmamışdır. Götürülən kitablar onda olmamışdır.O polis idarəsinə dəvət olunmuş və onunla proflaktik söhbətlər aparılmışdır.Məhəkəmədən ona ədalətli cəza təyin olunmasını xahiş edir. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, istintaqda Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, «xx.xx.2023-cü il tarixdə saat 13:05 radələrində Gəncə şəhəri köhnə türk liseyin yaxınlığında olarkən mülki geyimdə 2 nəfər ona yaxınlaşıb özlərini ona polis əməkdaşı kimi təqdim etmişlər. Sonra polis əməkdaşları onu Gəncə şəhər BPİ-nə dəvət etmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər BPİ-nə gəlmiş və orada inzibati otaqların birində onun hüquqlarını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş. Axtarış zamanı ona üzərində narkotik vasitə, psixotrop maddə və daşınması qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etməyini söyləmişlər. O, üzərində olan qara rəngli pencəyin sağ yan cibindǝn 2 ədəd sellofana bükülmüş içərilərində psxiotrop maddə olan metamfetamini çıxaradaraq təqdim etmişdir. Həmin bükülülərin nə olması soruşulmuş, o, bükülmüş halda olan kütlələrin narkotik vasitə olduğunu, bükülülərin özünə məxsus olduğunu, həmin bükülüləri bu gün, yəni 31 yanvar 2023-cü il tarixdə "pasyolka" adlanan ərazidə zibillikdən yerdən tapdığını, həmin kütlələrdən heç kimə satmadığını, özünün istifadə etdiyini bildirmişdir. Sonra iştirakçılar tərəfindən üzərinə axtarış keçirilmiş və üzərindən 1 ədəd “Samsung” markalı mobil telefon, 54 manat nağd pul, 1 ədəd Magna adlı siqaret qutusu, 2 ədəd alışqan və 1 ədəd tesbeh aşkar edilmişdir. Samsung markalı mobil telefonum sübut əhəmiyyəti daşıdığından götürülmüş, digər əşyalar isə özünə geri qaytarılmışdır. Bundan sonra üzərindən aşkar edilmiş 2 ədəd sellofana bükülmüş kütlə iştirakçıların yanında açılmış, həmin bükülülərin içərisində psxiotrop maddə metamfetaminə bənzər kütlə müəyyən edilmişdir. Üzərindən aşkar edilmiş 2 ədəd sellofana bükülmüş kütlə ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və bir ədədinin kütləsi 2,83 qram, digərinin isə çəkisi 2,87 qram olmuşdur. Həmin kütlələrin ümumi çəkisi 5,71 qram müəyyən edilmişdir. Həmin kütlələr iştirakçılarin yanında əvvəlki vəziyyətinə qaytarılıb zərfə qoyularaq Azərbaycan Respublikası DİN-in 91 saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı video kamera ilə çəkilərək protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən sonra ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun üzərindən aşkar edilmiş metamfetamin ona məxsusdur və həmin kütləni həmin gün, yəni xx.xx.2023-cü il tarixdə "pasyolka" adlanan ərazidə zibilliklərin yanında yerdən tapmışdır. O, heç vaxt psixotrop maddələrin satışi ilə məşğul olmamışdır. O, psixotrop maddəni istifadə etdiyi üçün üzərində saxlamışdır. O, yaşadığı evdə və digər yerdə narkotik vasitə, psixotrop maddə və qanunla daşınması, saxlanması qadağan edilmiş maddə saxlamamışdır. Onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə onun adına qeydiyyatdadır və həmin mobil nömrəni istifadə etmişdir. Ona polis idarəsində olan zaman heç bir zor tətbiq edilməmişdir. O, həmin kitabları özü oxumaq üçün əldə etmiş və yaşadığı evdə saxlamışdır. “Həzrəli Əli 1400”, “Mənəvi dəyərlər və ətraf mühitin mühafizəsi”, “Quran ilahi möcüzədir 101 sual”, “Qloballaşdırma mənəvi dəyərlər” kitablarını Bakı şəhərində 28 May metrostansiyasının çıxışından almışdır. “Allaha pənah, Allaha təvəkkül”, “İslam və torelantlıq”, “Quranı əzbərləmək üçün asan yol”, “İlahi biliklər” adlı kitabları Gəncə şəhərində xatırlamadığı dini məclisdə olan vaxt götürmüşdür. “Nurustan” və “Çərəkə” kitablarını ona həbsxanada bir yerdə cəza çəkdiyi nurçu təriqətindən olan Rəşad vermişdir. “Yeniyetmələr üçün yol azuqəs”, “İslam mədəniyyətinin tənəzzül səbəbləri, keçmişdən çağımızadək”, “İlahi eşq olsun vilayətinə”, “Dünya coğrafiyasında müsəlman izləri”, “Axundlar və imamlar üçün cümə xütbələri” kitablarını Gəncə şəhəri İmamzadədə təsadüfən tanış olduğu Əlirza adlı iranlı vermişdir. Həmin plakatları Gəncə şəhəri İmamzadədə olan vaxt tanış olduğu Əlirza adlı iranlıdan almışdır. O, Əlirzanı bir dəfə İmamzadədə görmüş, onun Azərbaycan Respublikasında harada yaşamasını bilməmişdir. Həmçinin Əlirzanın mobil telefon nömrəsini, soyadını və atasının adını bilməmişdir. Həmin plakatda şəkilləri olan şəxslərin hər birini tanımışdır. X16, Yunis Səfərov və Tohid İbrahimbəyli azərbaycanlı, Xomeyni və Xamneyi isə İran İslam Respublikasının dini liderləridir. O, İmamzadədə namaz qılan vaxt Əlirzada namaz qılmışdır. Onlar həmin vaxt dini mövzuda bir qədər söhbət etdikdən sonra münasibətləri yaranmışdır. Bundan sonra Əlirza ona həmin plakatları, həmçinin də yaşadığı evdən aşkar olunan “Yeniyetmələr üçün yol azuqəsi”, “İlahi eşq olsun vilayətinə”, “İslam mədəniyyətinin tənəzzül səbəbləri, keçmişdən çağımızadək”, “Dünya coğrafiyasında müsəlman izləri”, “Axuntlar və imamlar üçün cümə xütbələri” kitablarını da vermişdir. O, 2017-ci ildə İran İslam Respublikasından keçib İraq Respublikasının Kərbəla şəhərinə ziyarətə getmiş, onun İran İslam Respublikasında tanıdığı olmamışdır. O, Bakı şəhəri Nardaran qəsəbəsində yaşayan Hacı Əbülfəzi tanımışdır. Əbülfəz 2015-ci ildə X11 tərəfindən baş verən hadisələr vaxtı xəsarət almışdır. O, hərdən Gəncə şəhərində yardım toplayıb Əbülfəzə aparmışdır. Həmçinin, müəyyən dini günlərdə Əbülfəzlə danışıb hansısa xeyriyyə tədbirinin keçirilməsinə xeyir dua almışdır. O, Əbülfəzin soyadını və atasının adını bilməmişdir. Mobil telefon nömrəsi əzbər bilməmiş, Əbülfəzin nömrəsini telefonunun yaddaşında “Hacı Əbülfəz” kimi qeyd etmişdir. O, ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadə etmişdir. Onun istifadəsində olan mobil telefon “Samsung A20” markalıdır. O, ancaq “İnstaqram” sosial şəbəkəsindən və “whatsapp”dan istifadə etmişdir. O, “İnstagram” sosial şəbəkəsində «asef.merdanov» adı ilə qeydiyyatdan keçib istifadə etmişdir.» Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, uzun müddət keçdiyindən istintaqda verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirlən şəxsin köhnə türk litseyi deyilən yerdə saxlamışdır. Təhqiqatçı və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və sonuncunun üzərindən narkotik vasitə aşkar olunaraq götürülmşdür. Təqsirləndirilən şəxs saxlanılmasında o, Şahid3 və Şahid2 iştirak etmişlər. Şəxsi axtarış Gəncə şəhər Baş Polis idarəsində çəklişlə keçirilmişdir.Təqsirləndirilən şəxs həmin vaxt üzərindən aşkar olunan narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. Keçən ilin əvvələri ona əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat tədbiri gündüz vaxtı keçirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, istintaqda verdiyi İfadəsini təsdiq edir. Üzərində narkotik vasitənin saxlaması, daşıması və satması barədə əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs saxlanılmışdır. Üzərinə baxış zamanı sonuncunun üzərində metamfetamin aşkar olunmuş,Təqsirləndirilən şəxs metamfetmini tapmasını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs günorta vaxtı saxlanılmış,üzərində axtarış video çəklişlə aparılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, əməliiyat məlumatı əsasında Təqsirləndirilən şəxs Türk litseyin yanında saxlanılmış, təhqiqata aparılmış və üzərinə baxış keçirilmiş,üzərindən metamfetamin aşkar olumuşdur. Əməliyyat tədbiri günorta vaxtı keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış videoçəklişlə aparılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, onu polis əməkdaşları mənzilə baxış keçirilməsi ilə bağlı dəvət etmişlər. Evə baxış keçirilmiş və evdən kitablar aşkar olunmuş o şəxsən o kitablara baxmış, Çərəkə kitabı çıxmış və əzilmiş bükülmüş vəsiyyətdə şəkil olmuşdur. Məhkəmədə Şahid5 istintaqda verdiy ifadəsi tədqiq edilmiş, həmin ifadəsində göstərmişdir ki, «02 fevral 2023-cü il tarixdə saat 17 radələrində Gəncə şəhər, 3-cü mikrorayon ərazisində yerləşən məhəllələrin birində gəzərkən polis əməkdaşları ona yaxınlaşıb tanımadığı bir mənzildə “axtarış və götürmə” istintaq hərəkətinin aparılacağını bildirərək həmin prosesdə hal şahidi qismində iştirak etməyini təklif etmişlər. O da polis əməkdaşlarına heç bir etiraz etməyərək təklifi qəbul etmişdir. Polis əməkdaşlarının yanında sonradan adını bildiyi Şahid6 adlı daha bir hal şahidi olmuşdur. Onlar polis əməkdaşları ilə birlikdə ünvan 2 ünvanına getdik və polis əməkdaşları qapını döydülər. Həmin mənzil 9 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşmiş və mənzilin yaşıl rəngli dəmir qapısı olmuşdur. Mənzilin qapısını sonradan adını bildiyi Almaz Cəfərova adlı xanım açdıqda polis əməkdaşları həmin qadına Gəncə şəhər Məhkəməsinin qərarı əsasında mənzildə “axtarış və götürmə” aparılacağı bildirilmiş və məhkəmə qərarı Almaz Cəfərovaya elan edilmişdir. “Axtarış və götürmə” istintaq hərəkətində o, digər hal şahidi Şahid6, tutulmuş şəxsin vəkili Ayaz Həsənov və iki nəfər polis əməkdaşı iştirak etmişdir. “Axtarış və götürmə” istintaq hərəkəti başlanılmazdan əvvəl ona və digər hal şahidinə Azərbaycan Respublikası CPM-in 94-cü maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra mənzildə yaşayan Almaz Cəfərova adlı qadına yaşadığı evdə qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet olması təqdirdə həmin əşyanı könüllü surətdə təqdim edilməsi təklif edilmişdir. Almaz Cəfərova mənzildə narkotik vasitə, psixtrop maddə, odlu silah, o cümlədən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir digər əşyanın olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları mənzildə axtarışa başlamışlar. Mənzil 3 otaqdan ibarət idi və mənzilin yataq otağından dini məzmunda və müxtəlif adda 16 ədəd dini kitab aşkar edilmişdir. Həmin kitabların adları mürəkkəb olduğundan və hadisədən bir neçə ay keçdiyindən kitabların adlarını hazırda xatırlamamışdır. Bundan başqa həmin yataq otağından 1 ədəd üzərində “X7 Hüseyniyyun ordusu əmrini gözləyir” yazısı olan plakat, 1 ədəd üzərində “gələcəyin ordu generalı xalq qəhrəmanı Yunis Səfərova azadlıq” yazısı olan plakat, 1 ədəd üzərində “gələcəyin rəhbəri hacı Talehə azadlıq” yazısı olan plakat, 1 ədəd üzərində “X8 yaşar rəhbər” yazısı olan plakat, 1 ədəd üzərində “dahi rəhbər Xamneyi ağa cihada hazırıq” yazısı olan plakat aşkar edilmişdir. Bundan başqa mənzildə digər otaqlara da baxış keçirilmiş, lakin digər otaqlarda qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilən kitab və plakatlar proses iştirakçılarına göstərilərək bu barədə protokol tərtib edilmişdir. Həmin protokola öz qeydlərini daxil etmək hüququ da onlara izah edilmişdir. Tərtib edilmiş protokol müstəntiq tərəfindən ucadan oxunmuş, hər hansı bir əlavə daxil olmamış, həmin protokolu öz imzaları ilə təsdiq etmişlər. Mənzildə yaşayan Almaz Cəfərova adlı qadın əsaslı səbəb göstərmədən protokolu imzalamaqdan imtina etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, xidmətdə olan zaman ona evə baxış keçirilməsi ilə bağlı məlumat verilmişdir. Məhkəmə qərarı əsasında onlar evə getmiş və evə baxış keçirilmişdir. Həmin vaxt orada 2 nəfər hal şahid olmuşdur. Evə baxış zamanı evdən kitablar və şəkillər aşkar olunmuşdur. Həmin vaxt protokol tərtib olumuş və tərəflər həmin protokolu imzalamışlar.İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, çəklişdə iştirak etmiş, nə aşkar olunmuşdursa protokolda qeyd olunmuşdur. Mənzildə Hacı Talehin, Xomneyinin şəkilləri aşkar olunmuşdur. O, sadəcə evə baxış zamanı şəkillər çəkmişdir. Kitablar yataq otağında olmuş, plakatlar servantın üstündə olmuşdur. Şahid4in ibtidai istintaq zamanı verdyiy ifadəsi məhkəmədə tədqiq edilmişdir. Şahid4 ibtidai istintaq zamanı verdyiy ifadəsində göstəmişdir ki, «02 fevral 2023-cü il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi X12 şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən mənzillərdən birində Gəncə şəhər Məhkəməsinin qərarı əsasında “axtarış və götürmə” istintaq hərəkəti keçirilməli olduğunu bildirmiş və buna görə də, proses zamanı fotoşəkillərin çəkilməsi üçün onu istintaq hərəkətində iştirak etməyini xahiş etmişdir. O da idarənin rəhbərliyinə bu barədə şifahi məruzə edərək müstəntiqlə birlikdə ünvan 2 ünvanının qarşısına getmişlər. Ünvana çatdıqda müstəntiq qanunvericiliyə əsasən iki nəfər hal şahidinin də iştirakının vacib olduğunu bildirmişdir. Bundan sonra onlar həmin ərazidə olan sonradan adını bildiyi hal şahidləri Şahid6 və Şahid5 istintaq hərəkətinin iştirak etmək üçün dəvət etmişlər. Həmin şəxslər də etiraz etməyərək qeyd edilən ünvana gəlmişlər. Getdikləri mənzil 9 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşmiş və mənzilin yaşıl rəngli dəmir qapısı var idi. Mənzilin qapısını sonradan adını bildiyi Almaz Cəfərova adlı xanım açdıqda müstəntiq həmin qadına Gəncə şəhər Məhkəməsinin qərarı əsasında mənzildə “axtarış və götürmə” istintaq hərəkəti keçiriləcəyi bildirilmiş və məhkəmə qərarı Almaz Cəfərovaya elan edilmişdir. “Axtarış və götürmə” istintaq hərəkətində o, iki nəfər hal şahidi Şahid5 və Şahid6, tutulmuş şəxsin vəkili Ayaz Həsənov iştirak etmişdir. “Axtarış və götürmə” istintaq hərəkəti başlanılmazdan əvvəl hal şahidlarinə Azərbaycan Respublikası CPM-in 94-cü maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra mənzildə yaşayan Almaz Cəfərova adlı qadına yaşadığı evdə qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet olması təqdirdə həmin əşyanı könüllü surətdə təqdim edilməsi təklif edilmişdir. Almaz Cəfərova mənzildə narkotik vasitə, psixtrop maddə, odlu silah, o cümlədən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir digər əşyanın olmadığını bildirmişdir. Daha sonra mənzildə axtarışa başlanılmışdır. O da prosesin ümumilikdə bir neçə ədəd fotoşəkillərini qeydə almışdır. Mənzil 3 otaqdan ibarət idi və mənzilin yataq otağından dini məzmunda və müxtəlif adda 16 ədəd dini kitab aşkar edilmişdir. Həmin kitabların adları mürəkkəb olduğundan və hadisədən bir neçə ay keçdiyindən kitabların adlarını hazırda xatırlamamışdır. Bundan başqa həmin yataq otağından 1 ədəd üzərində “X7 Hüseyniyyun ordusu əmrini gözləyir” yazısı olan plakat, 1 ədəd üzərində “gələcəyin ordu generalı xalq qəhrəmanı Yunis Səfərova azadlıq” yazısı olan plakat, 1 ədəd üzərində “gələcəyin rəhbəri hacı Talehə azadlıq” yazısı olan plakat, 1 ədəd üzərində “X8 yaşar rəhbər” yazısı olan plakat, 1 ədəd üzərində “dahi rəhbər Xamneyi ağa cihada hazırıq” yazısı olan plakat aşkar edilmişdir. Bundan başqa mənzildə digər otaqlara da baxış keçirilmiş, lakin digər otaqlarda qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilən kitab və plakatlar proses iştirakçılarına göstərilərək bu barədə protokol tərtib edilmişdir. Həmin protokola öz qeydlərini daxil etmək hüququ da onlara izah edilmişdir. Tərtib edilmiş protokol müstəntiq tərəfindən ucadan oxunmuş, hər hansı bir əlavə daxil olmamış, həmin protokolu öz imzaları ilə təsdiq etmişlər. Mənzildə yaşayan Almaz Cəfərova adlı qadın əsaslı səbəb göstərmədən protokolu imzalamaqdan imtina etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş 31 yanvar 2023-cü il tarixli «Raportdan» görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbul etməsi, üzərində gəzdirməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» 31 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni saxlaması, satması və üzərində gəzdirməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin xx.xx.2023-cü il tarixli 596 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 31 yanvar 2023-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin 02 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 31 yanvar 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək, 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Gəncə şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında “axtarış və götürmə” istintaq hərəkəti keçirilmiş və həmin mənzildən Rəşad Mahmudovun “Nurustan” və Əli Rzazadənin “Mənəvi dəyərlər və ətraf mühütin mühafizəsi”, Orxan Maşayevin “Dünya coğrafiyasında müsəlman izləri”, Vüqar Hümbətovun “İslam Mədəniyyətinin tənəzzül səbəbləri: keçmişdən çağımızadək”, İlqar İsmayılzadənin “İslam və tolerantlıq”, Azad Nəhmədovun “Qloballaşma və mənəvi dəyərlər”, Nasir Mukarinin “Yeniyetmələr üçün yolazuqəsi”, Musa Hüseynlinin “Quranı azbərləmək üçün asan yol”, E. İsmayılovun “Çərəkə”, X17 “Allah pənah, Allaha təvəkkül”, X20-Qəzalinin “İlahi biliklər”, X4 “İlahi eşq olsun vilayətinə”, “axundlar və imamlar üçün cümə xütbələri”, “quran ilahi möcüzədir”, “Həzrət Əli 1400”, Rəşad Mahmudun “Qərinənin şeirləri”, “Allaha pənah, Allaha təvəkkül”, adlı kitablar və 1 ədəd üzərində “X7 Hüseyniyyun ordusu əmrini gözləyir” yazısı olan plakat, 1 ədəd üzərində “gələcəyin ordu generalı xalq qəhrəmanı Yunis Səfərova azadlıq” yazısı olan plakat, 1 ədəd üzərində “gələcəyin rəhbəri hacı Talehə azadlıq” yazısı olan plakat, 1 ədəd üzərində “X8 yaşar rəhbər” yazısı olan plakat, 1 ədəd üzərində “dahi rəhbər Xamneyi ağa cihada hazırıq” yazısı olan plakat aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 16/165 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, təqdiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlə” yazıla və imzalar olan kağız paketdərki, 2 (iki) ədəd şəffaf sellofan torbacıqlarda ayrı-ayrılıqda təmiz çəkiləri 2,705 qram, 2,730 qram, ümumi təmiz çəkisi 5,435 qram maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, 1 (bir) ədəd kağız paketdəki metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə v ə istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” in İ siyahısının İİ bəndinə daxildir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş məhkəmə-linqvistik və dinşünaslıq ekspertizasının 4/868 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, 1. Ekspertizaya təqdim edilmiş “Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı” adlı qanunsuz silahlı qruplaşmanın qurucularından biri olan Tohid İbrahimbəyli və Yunis Səfərovun təsvirləri əks olunmuş plakatların və onların üzərindəki yazıların (“X7: Hüseyniyyun ordusu əmrini gözləyir!!!”; “Gələcəyin ordu generalı, xalq qəhrəmanı Yunis Səfərova azadlıq”) forma və məzmunu Azərbaycanda “vilayəti-fəqih” ideologiyasına əsaslanan siyasi sistemin və dini dövlətin yaradılmasına hesablanan radikal, diniekstremist ideyalar təbliğ etməkdən ibarətdir.

2. Təqdim olunmuş materiallar linqvistik və dinşünaslıq baxımından təhlil edildikdə Azərbaycanda Konstitusion quruluşun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar aşkarlanmamışdır.

3. Ekspertizaya təqdim edilmiş Rəşad Mahmudovun “Nurustan” və Əli Rzazadənin “Mənəvi dəyərlər və ətraf mühütin mühafizəsi” kitabları istisna olmaqla, digər ədəbiyyat nümunələri və məlumat materialları dini təyinatlıdır. Aşağıda adları qeyd olunmuş dini ədəbiyyat nümunələrinin istehsal və idxal edilməsinə, ixtisaslaşdırılmış satış məntəqələri vasitəsisilə satışının həyata keçirilməsinə X18 üzrə Dövlət Komitəsi tərəfindən müvafiq razılıq verilmişdir:

1. Orxan Maşayevin “Dünya coğrafiyasında müsəlman izlər”;

2. Vüqar Hümbətovun “İslam Mədəniyyətinin tənəzzül səbəbləri: keçmişdən çağımızadək”;

3. İlqar İsmayılzadənin “İslam və tolerantlıq”;

4. Azad Nəhmədovun “Qloballaşma və mənəvi dəyərlər”;

5. Nasir Mukarinin “Yeniyetmələr üçün yol azuqəsi”;

6. Musa Hüseynlinin “Quran əzbərləmək üçün asan yol”;

7. E. İsmayılovun “Çərəkə”;

8. X19 “Allah pənah, Allaha təvəkkül”. Eyni zamanda ekspertizaya təqdim olunmuş 5 (beş) ədəd plakat qanunvericiliyin tələblərinə zidd olaraq ("Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsi), X18 üzrə Dövlət Komitəsinin müvafiq razılığı olmadan istehsal və ya idxal edilmişdir.

4. Təqdim edilmiş dini materiallardan “Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı” adlı qanunsuz silahlı qruplaşmanın qurucularından biri olan Tohid İbrahimbəylinin və Yunis Səfərovun fotoşəkillərindən ibarət plakatlarda dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərə yol verilmişdir.

5. Ekspertizaya təqdim edilmiş Orxan Maşayevin “Dünya coğrafiyasında müsəlman izləri”, Vüqar Hümbətovun “İslam Mədəniyyətinin tənəzzül səbəbləri: keçmişdən çağımızadək”, İlqar İsmayılzadənin “İslam və tolerantlıq”, Azad Nəhmədovun “Qloballaşma və mənəvi dəyərlər”, Nasir Mukarinin “Yeniyetmələr üçün yol azuqəsi”, Musa Hüseynlinin “Quran əzbərləmək üçün asan yol”, E. İsmayılovun “Çərəkə” və X17 “Allah pənah, Allaha təvəkkül” kitabı ölkə nəşriyyatlarında çap olunmuşdur. Digərləri xarici nəşriyyatlarda çap olunmuşdur.

6. Ekspertizaya təqdim edilmiş “Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı” adlı qanunsuz silahlı qruplaşmanın qurucularından biri olan Tohid İbrahimbəylinin fotoşəklindən ibarət plakat və Yunis Səfərovun fotoşəkli əks olunmuş plakat qanunsuz silahlı qruplaşmanın təbliğatı mahiyyəti daşıdığından dini ekstremist material sayılır. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 155 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət müəyyən edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 05 oktyabr 2023-cü il tarixli “Sübutların qiymətləndirləməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən aşkar edilən və aparılan kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 5,235 qram olan psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış və götürmə aparılarkən aşkar edilən Tohid İbrahimbəylinin təsviri və "X7: “Hüseyniyyun ordusu əmrini gözləyir!!!” yazıları olan dini ekstremist təyinatlı material olan 01 ədəd plakat və üzərində Yunis Səfərovun təsviri və “Gələcəyin ordu generalı, xalq qəhrəmanı Yunis Səfərova azadlıq” yazıları olan dini ekstremist təyinatlı material olan 01 ədəd plakat öz əlamətlərinə və xüsusiyyətlərinə görə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Səbail RPİ-nin saxlama yerinə təhvil verilmişdir.Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən görüntülərin qeydə alındığı DVD disk öz əlamətlərinə və xüsusiyyətlərinə görə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji dispanserinin 23 mart 2023-cü il tarixli, 2450 nömrəli arayışından görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Y.Budaqov adına Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 181.2.1, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək, 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş 04 oktyabr 2023-cü il tarixli cinayət işi başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsindən Ağır cinayətlərin istintaqı şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuzluqlara məruz qalması barədə ifadəsində bildirdiyi xüsusatların araşdırılması üçün toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə Gəncə şəhər prokurorluğuna göndərilmiş və araşdırmanın aparılması böyük müstəntiq Tural Həsənliyə tapşırılmışdır. Həmin qərarın təsviri hissəsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuzluqlara məruz qalması barədə bildirdiyi xüsusatlar əsasında toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmişdir. Məhəkəmə Təqsirləndirilən şəxs ona elan olunmuş itthamlar üzrə özünü təqsirli bilməyərək məhəkəmədə «evində anasının ağır şəkər xəsatəsi olmaqla hadisəni bilərəsə öləcəyini bildirməsi və bu səbədən nə lazımdırsa imza etməyə hazır olması barədə ifadəsinə, polis əməkdəşlarının ona əvvəl narkotik vasitənin birini,daha sonra isə digərini çıxarmasını demələri barədə ifadəsinə, eləcə də onun narkotiki tanımaması və türmədə olarkən narkotikin digər növlərinin olmasını bilməsi barədə ifadəsinə, evində aşkar olunaraq götürülən kitabların onda olmamasına dair ifaədəsinə tənqidi yanaşaraq,təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ifadəsi,şahidlərin ifadələri,ekspertiza rəyləri və digr subutlarla təkzib edildiyindən həmin ifadələri özünü mudafiə məqəsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə kollegiyası cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində ona verilmiş ittihamlarda cinayətlərin tərkibi vardır. Məhəkəmə hesab edir ik, Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması, habelə yayma məqsədi ilə dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları saxlaması məhəkəmə istintaqaı zamanı araşdırılan sübütlarla öz təsdiqini tarmışdır. Həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasına və satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər dəlil göstərməmişlər. Məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşlarının da ifadələrində göstrdikləri kimi keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satış məqsədi ilə saxlaması təsdiq olunmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını, əldə etdiyi narkotik vasitənin mənbəyini müəyyən etmək məqsədilə əməliyyat tapşırığı verilmiş və müvaviq cavab alınmışdır. Həmin məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni aldığı şəxsin şəxsiyyətinin və olduğu yerin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Təqsirləndirilən şəxs üzərində psixotrop maddəni saxlaması və satması barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini psixotrop maddəni qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində psixotrop maddəni satış məqsədi ilə saxlamasını sübut etməyən şahidlərin qeyri-müəyyən və ehtimal olunan ifadəsinə o cümlədən yuxarıda sadalanan ehtmallara əsaslanmışdır. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə hesab edir ki, istintaq orqanının topladığı qeyd edilən sübutlarının heç biri mötəbər, biri-birini tamamlayan, işin faktiki hallarına əsaslanan Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham üzrə yekun nəticəyə gəlməyə imkan verən düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edən sübut kimi qiymətləndirilə bilməz. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən X1 satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən Plenumun Qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər sübut olmadığı halda təkcə psixotrop maddəni çəkisinin çox olmasını da ehtimal edib, psixotrop maddəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquq tətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmunun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o, heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasınında da öz əksini tapmışdır. Konvensiyanın 6cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır.Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs Fərma oğlunun əməli heç bir halda Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs Fərma oğlunun əməli qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddəni əldə edib saxlama kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq saxlamasına dair heç möhtəbər sübut yoxdur. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Bu fakt da bir daha onu sübut edir ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satış məqsədi ilə deyil, şəxsi istehlak məqsədi ilə əldə edib saxlamışdır. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli qanunun 1.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinə dəyişilik edilərək həmin məcəlləyə 234.1-1 maddəsi əlavə edilmişdir (qanun 20 may 2022-ci il tarixdə dərc edilmişdir). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib saxlama cinayətinin əlamətləri olmadığından, onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 167-3.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlllərini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri, məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından və o, satış məqsədi olmadan qanunsuz olaraq çəkisi 02 ədəd sellofan bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 2,705 qram və 2,730 qram olmaqla, ümumi təmiz çəkisi 5,435 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib saxladığından, onun əməli Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsinə tövsif edilməklə həmin maddə və Azərbaycan Respublikasının CM-nin 167-3.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə metamfetaminin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X2 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.6, 1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.3-cü maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olmş bir qrup şəxs tərəfindən törədilməsi cəzasını ağırlaşdıran haldır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək, 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Odur ki, məhəkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən, onun əvvəllər məhkum olunması hal-hazırda heç bir hüquqi nəticə yaratmır. Məhkəmə Təqsirləndirilən şəxs Fərma oğlunun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmadır. Azərbaycan Respublikasının CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edil edildiyindən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut hesab edilərək Səbail Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən aşkar edilən və aparılan kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 5,235 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Psixotrop maddənin məhv edilməsi Azərbaycan Respublikasının Narkomanlığa və X1 X2 üzrə Dövlət Komissiyasının Daimi X9 Qrupu tərəfindən həyata keçirilməli, 1 ədəd CD disk və 1 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut hesab edilərək Səbail Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış və götürmə aparılarkən aşkar edilən Tohid İbrahimbəylinin təsviri və "X7: “Hüseyniyyun ordusu əmrini gözləyir!!!” yazıları olan dini ekstremist təyinatlı material olan 01 ədəd plakat və üzərində Yunis Səfərovun təsviri və “Gələcəyin ordu generalı, xalq qəhrəmanı Yunis Səfərova azadlıq” yazıları olan dini ekstremist təyinatlı material olan 01 ədəd plakat məhv edilməldir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 182 (yüz səksən iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 167-3.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinsin və ona CM-nin 167-3.1-cü maddəsi ilə 02 (iki) il azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-1-ci maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü əsasən ona təyin olunmuş cəzaları qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 31 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən aşkar edilən və aparılan kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 5,235 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikasının Narkomanlığa və X1 X2 üzrə Dövlət Komissiyasının Daimi X9 Qrupu tərəfindən həyata keçirilsin, 1 ədəd CD disk və 1 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut hesab edilərək Səbail Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış və götürmə aparılarkən aşkar edilən Tohid İbrahimbəylinin təsviri və "X7: “Hüseyniyyun ordusu əmrini gözləyir!!!” yazıları olan dini ekstremist təyinatlı material olan 01 ədəd plakat və üzərində Yunis Səfərovun təsviri və “Gələcəyin ordu generalı, xalq qəhrəmanı Yunis Səfərova azadlıq” yazıları olan dini ekstremist təyinatlı material olan 01 ədəd plakat məhv edilsin. 1 ədəd CD disk və 1 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 182 (yüz səksən iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar