Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-216/2025 28.02.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi: hakim Məmmədov Abdulla Elşad oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, iclas katibi X2, dövlət ittihamçıları - Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X6, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi X1, nümayəndə Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs və mülki cavabdehin, onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 qızının iştirakı ilə, xx.xx.2007-ci ildə Şəmkir rayonu, Yeni Həyat kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, işləməyən, subay, əvvəl məhkum olunmamış, Şəmkir rayonu, Yeni Həyat kəndində daimi qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Azərbaycan Respublikası CM-nin 126.2.3, 126.2.4 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə. M ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir, ondan ötrü ki, O, 09 yanvar 2024-cü il tarixdə saat 18 radələrində Göygöl rayonu, Xəqani kəndində “Sərin” şadlıq sarayında qohumu üçün təşkil edilmiş toy məclisində olan zaman şadlıq sarayının digər zalında təşkil edilmiş toyda qonaq qismində iştirak edən və həmin toyda itirdiyi qızıl boyunbağını axtarmaq üçün gəlmiş, yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs onun guya qadın qohumlarına baxmasını bildirməklə sonuncunun ünvanına nalayiq ifadələr işlətmiş, sonuncu ona heç kimə baxmadığını, itmiş əşyanı axtardığını bildirməsinə baxmayaraq saat 19 radələrində qeyd edilən ünvanda Zərərçəkmiş şəxs restoranın qarşısına çağırıb heç bir əsaslı səbəb olmadan özünü cinayətkar aləmin Şəmkir rayonundan olan nüfuzlu şəxsinin yaxını olduğunu bildirməklə öz şəxsiyyətini digərlərinin fövqündə qoyub, ətrafdakı şəxslərə özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini nümayiş etdirmək üçün sonuncunun doğması olan qardaşı və qohumu olan yetkinlik yaşına çatmayan xx.xx.2011ci il təvəllüdlü Şahid1 gözü qarşısında, Zərərçəkmiş şəxs qarşı zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edib yumruq və təpik zərbələri ilə vuraraq sonuncuya sağ gözün üst qapağının, sağ qaş nahiyəsinin yaraları ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya, sağ almacıq, əng, sağ orbitanın aşağı divarının və burun sümüklərinin sınıqları ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya, sağ gözlə görmənin itməsi, sağ gözün torlu qişasının qopması ilə müşayiət edilən - dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən çox olmaqla sağlamlığın daimi dayanıqlı itirilməsinə səbəb olmaqla insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa AĞİR zərər vurmuş, ətrafa şəxslərin toplanması ilə nəticələnən, aşkar surətdə ictimai qaydaya qarşı saymamazlıqla nəticələnən qərəzli xuliqanlıq hərəkətləri edərək, xüsusi amansızlıq və xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa AĞİR zərər vurmuşdur. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.2.3, 126.2.4 və 221.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək bildirmişdir ki, hadisə günü Göygöl rayonu Xəqani kəndində yerləşən “Sərin” adlı restoranda toy məclisində olmuş, anasıgil çölə çıxan zaman olduqları zala 3 nəfər kənar şəxs daxil olmuş, onlara burada nə etmələrini soruşanda sep axtardıqlarını demiş, “itmiş sepiniz bizim olduğumuz zalda nə gəzir?!” dedikdə zərərçəkmiş şəxs qolundan tutub onu həyətə çıxartmış, həyətdə gözləməyi, bir neçə dəqiqə sonra gələcəyini demişdir. Ayağından yaralı olduğu üçün gözləyə bilməmiş, restorana qayıdanda zərərçəkmişin kiçik qardaşı onu çağırıb İsmayılın onu gözlədiyini demiş, həyətə çıxanda ağacın altında əlavə 4-5 nəfər uşaq olduğunu görmüşdür. Həmin vaxt İsmayılın qohumu olan oğlan əlini çiyninə qoyaraq, İsmayılın normal olmadığını onunla dalaşmamağı demiş, özü isə ayağının yaralı olduğunu demişdir. İsmayıl bunu eşidib, “mənə dəli deyirsən?” deyərək üstünə yüyürmüş, İsmayılı özündən itələmiş, uşaqlarla birlikdə işıq dirəyinin yanına getmiş, İsmayıl üstünə gələrək ona təpik atanda geri çəkilmiş İsmayılın ayağı boşa çıxmış, sürüşərək işıq dirəyinə dəymişdir. İsmayılı yerdən qaldırmağa çalışanda İsmayılın burnundan qan axdığını görmüş. İsmayıl özü olanları atasına deməməyi xahiş etmiş, üzünü yusalar da, qan dayanmamış, İsmayılı atasının yanına aparanda atası ondan nə olduğunu soruşanda İsmayılın yıxılmasını demişlər. Atası dərhal İsmayılı qucağına alıb maşına qoyub xəstəxanaya aparmışdır. O toya qayıtmış, sonra isə evə getmişdir. Təxminən 10-15 gün sonra onu anası ilə polisə çağırmış, İsmayıl adlı oğlanı döydüyünü, anasının şikayət etdiyini demişlər. O heç kimi vurmadığını demiş sonradan da müstəntiqin yanında olan oğlan onu anası ilə hadisə yerinə aparmış orada baş verənləri göstərmişdir. Sonrakı dövrdə İsmayıl və qardaşı ilə üzləşəndə də hadisənin dediyi kimi olduğunu demişdir. Lakin onlar guya onun İsmayılı vurduğunu demişlər. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, toylar ayrı-ayrı zallarda keçirilmiş, İsmayılla yanında əmisi oğlu və qardaşı ilə onların olduğu zala girdikləri vaxt anası ilə bacısı zaldan çıxmış, onları görüb zala gəlmələrinin səbəbini soruşmuşdur. İsmayıla heç bir xəsarət yetirməmişdir. İsmayılın kiçik qardaşı onu çağıranda tək olmuş, sonradan həyətdəki ağacın altında 4-5 nəfər uşaq görmüşdür. İsmayıla heç bir xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxsə “avtaritet”liklə məşğul olması, qaranlıq işlər görməsi baş verənləri atasına deyəcəyi təqdirdə onu bıçaqla vuracağı ilə hədələməsi yalandır. İsmayılın yanındakı uşaqlar onu aralayıb işıq dirəyinin yanına aparmış, İsmayıl yenidən ona yaxınlaşıb təpik atan zaman geri çəkilmiş, İsmayıl arxadakı işıq dirəyinə dəymiş, işıq dirəyi tikanlı, çıxıntılı olmuşdur. Günahı olmadığı üçün məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, hadisə günü qohumunun toy məclisində olmuş, aralarındakı davanın başlama səbəbkarı Təqsirləndirilən şəxs olmuşdur. Belə ki, o iştirak etdiyi toy məclisində saraya daxil olan zaman zalın qarşısında uşaqların nəsə axtardıqlarını görmüşdür. Uşaqlardan nə olduğunu soruşanda, sepinin itdiyini onu axtardıqlarını demişdir. Bir yerdə sepi axtaran zaman Ruslan qarşılarına çıxıb, nə etdiyini soruşmuş, Ruslana uşağın sepinin itdiyini onu axtardıqlarını demişdir. Ruslan əlində siqaret yalan deyirsiz, anamıza bacımıza baxmağa gəlmisiz!?” dedikdə Ruslana niyyəti olmadığını və itmiş sepi axtarmağa gəldiklərini demişdir. Ruslan onu kənara çəkib “ağıllı ol biz Şəmkirliyik, bizi polislər belə tanıyır!!!” demiş, Ruslana dalaşmaq istəmədiyini bildirmişdir. Ruslanın yanına tanımadığı oğlan gələndə Ruslan ona “bizim anamıza bacımıza baxmağa gəliblər” demiş, həmin vaxt Ruslan onun başını qoltuğuna alııb əlindəki əşya ilə bir neçə dəfə üzünüə vurmuşdur. Ruslan onu vurduqdan sonra atasına deməməsi üçün yalvarmış, uşaqlara atasına deməmələrini demiş, sonra atası onu xəstəxanaya aparmış, həkimlər ona yardım göstərmişlər. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Ruslan onu kənara çəkib işi olduğunu deyəndə yanındakı uşaqlar qardaşıgilə xəbər vermişlər. Ruslan onu qardaşı Eltacın yanında döymüş, Ruslanın əlində nə olduğunu görməmiş, əlindəki əşya ilə əvvəl başına daha sonra isə üz nahiyəsinə müxtəlif xəsarətlər yetirmişdir. Sepi sarayın həyətində axtarmış, ümumiyyətlə sarayın digər zalına girməmişdir. Əmisioğlu İbrahim onun haqqında Ruslana heçnə deməmiş, dava vaxtı əmisioğlu İbrahim yanında olmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir, barışmamışdır. Cəza məsələsini məhkəməyə buraxır. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X5 göstərmişdir ki, hadisə baş verən zaman sarayda olmuş, zaldan çıxan zaman oğlu İsmayılın üzündən qan axdığını divanın üzərində uzandığını görmüşdür. İsmayılı belə görüb qorxsa da, İsmayıl qorxmamağı üçün heçnə olmadığını demiş, oğlunu dərhal Gəncə Beynəlxalq xəstəxanasına aparmışlar. Həkimlər əməliyyat edəndə izlərin yıxılma olmadığını, oğlunun vurulduğunu demişlər. Hadisədən 1 həftə sonra yoldaşının dayısıgil qonaq gələndə İbrahim sonra isə sorğu sual edəndə digər oğlu X13 adlı oğlan tərəfindən döyüdüyünü demiş, xəbəri olduqdan sonra əvvəlcə DİN 102 xidmətinə sonra isə Göygöl RPŞ-yə şikayət ərizəsi vermiş, şikayətə baxılmadığ üçün təkrar “102 xidməti”nə zəng etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin atası Şahid2 göstərdi ki, hadisə günü sarayın həyətinə çıxanda uşaqların oğlu İsmayılı gətirdiklərini görmüşdür. Uşaqlardan nə olduğunu soruşanda əvvəlcə heçnə olmadığını, İsmayılın yıxıldığını demişlər. İsmayılı xəstəxanaya aparanda isə onu müayinə edən həkimlər İsmayılda olan yaraların yıxılmaqla olmadığını demişlər. Hava qaranlıq olduğu üçün digər uşaqları görməmişdir. Uşaqlar İsmayılı gətirən zaman Ruslan da arxaları ilə gəlmişdir. Bir neçə gün sonra uşaqlar həyətdə İsmayılın tanımadıqlarını uşaq tərəfindən döyüldüyünü demiş, niyə əvvəldən mənə demədiklərini dedikdə həmin oğlanın hədə-qorxu gəlməsini bildirmş,bundan sonra arvadı “102” xidmətinə şikayət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 göstərdi ki, oğlunun baş vermiş hadisədə heç bir günahı yoxdur. İşi aparan müstəntiq əvvəldən qərəzli olmuş, şadlıq sarayının kamera görüntülərini götürməmiş, oğluna maddi imkanı olmadığı üçün ağır maddələr qoyub işi məhkəməyə göndərmişdir. Ruslanın hadisədə günahı olmasa da, onlar İsmayıla dəymiş ziyanı ödəmək üçün yaşadıqları ünvana getsələr də, zərərçəkmişin anası onlardan oğlunu xaricə aparmağı tələb etmiş, maddi imkanı olmadığı üçün bunu edə bilməmişlər. Oğlunun baş vermiş hadisədə heç bir günahı yoxdur. Məhkəmədən oğluna bəraət verilməsini istəyir. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş azyaşlı Şahid1 göstərdi ki, hadisə günü toy məclisi keçirilən sarayda olmuş, qardaşı İsmayıl onlara yaxınlaşıb onu təklədiklərini demiş, İbrahimlə həyətə çıxanda həyətdə 2 nəfər şəxsin olduğunu görmüş, Ruslanla qardaşı ağızlaşmış, onları ayırmağa çalışmışdır. Onlar qohumlarının itmiş sepini axtarmış, qarşısına çıxıb “burda nə gəzirsiz anamız bacımıza baxmağa gəlmisiz? bizi tanımırsız” kimi ifadələr işlətmiş, daha sonra üzərlərinə bıçaq çıxartmış, olanları heç kəsə deməməyi əks təqdirdə əlindəki bıçaqla onlara xəsarət yetirəcəyini demişdir. Ruslan qardaşının başını qoltuğuna alıb əli ilə qardaşına vurmuş, onları ayırmağa çalısa da, Ruslan İsmayılı buraxmamış, ancaq qan olduğunu görəndə dayanmışdır. Sonradan da qardaşının və yanlarına gəlmiş İbrahimə bu barədə heç kimə deməməyi yoxsa onların başına oyun açacağını demiş, buna görə də atasına ilk dəfə heçnə deməmiş, sonradan olanları danışmışdır. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, toy məclisləri ayrı-ayrı zallarda olmuş, dava vaxtı özü, qardaşı və əmisioğlu İbrahim hadisə yerində olmuşdur. Qardaşı ilə Ruslan dava zamanı dəmir torba olan tərəfə ümumiyyətlə getməmişlər. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş azyaşlı Şahid3 göstərdi ki, İsmayıl onun dayısıoğludur. Hadisə günü birlikdə eyni toy şənliyində olmuşlar. Saraydan çölə çıxarkən İsmayıl ilə Ruslanın əlbəyaxa mübahisə etdiklərini görmüş, onlara yaxınlaşanda mübahisənin səbəbinin İsmayılın boyunbağı axtarması ilə bağlı olduğunu başa düşmüş və onları ayırmağa çalışmış, həmin vaxt Ruslan əlində görmədiyi alətlə İsmayıla vurmuş, Ruslan İsmayılı vurarkən İsmayıl yerə yıxılmışdır. İsmayılı dayısıgilin yanına aparmış, İsmayılı apararkən Ruslan da arxası ilə gəlmişdir. Daha sonra İsmayılı xəstəxanaya aparanda Ruslan qaçıb getmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Ruslanın İsmayılı nə ilə vurmasını görməmiş, Ruslan İsmayılı vurarkən İsmayıl əli ilə gözünü tutaraq “..gözüm çıxdı” demişdir. İsmayılı xəstəxanaya dayısı Habil aparmışdır. İsmayılla Eltac həyətdə boyunbağı axtarmış, Ruslan isə əvvəldən həyətdə olmuş, onlar arasında münaqişə də həmin vaxt yaranmışdır. Ruslana İsmayılın xəstə olduğunu yox, mübahisə etməməsini demişdir. Ruslanla İsmayılı ayırmağa çalışarkən Ruslanın yanındakı digər uşaq onu saxlayıb ayırmamağı, dalaşmalarını demiş, Ruslan İsmayılın başını sıxaraq ona xəsarətlər yetirmişdir. Ruslanın İsmayılı vurduğu yer yolun kənarında olmuş, orada turba olmamışdır. Mübahisə təxminən 10-15 dəqiqə olmuş, yanlarına heç kəs gəlməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş ME PA ETTB-nin Göygöl rayon Şöbəsinin məhkəmə tibb eksperti Şahid4 göstərdi ki, zərərçəkmiş şəxsi müayinə edərkən onda ağır xəsarətlər olmuş və bunu qeyd etmişdir. Sol gözündə görmənin itməsi, torlu qişanın qopması, sağ almacıq sümüyünün sınması və qaşında xəsarətlər olmuşdur. Bir zərbənin təsirindən torlu qişa qopa bilmədəyi, yalnız bir neçə zərbənin nəticəsində yarana bildiyi həmçinin qeyd edilən xəsarət ümumiyyətlə yıxılmaya xarakterik olmadığı üçün obyektiv tibbi əlamətlərə görə xəsarətlərin zərbələr nəticəsində yaranması barədə rəy vermişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, burun sümüyü sifətin ön səthində sağ almacıq isə sifətin yan səthində yerləşir, bir neçə zərbə nəticəsində gözün torlu qişa qopmuşdur. Xəsarətlər sifətin ayrı-ayrı səthlərində olmuşdur. Göz almasının arxasındakı torlu qişa ağır zərbədən qopmuşdur və yumruq zərbəsi özü də küt əşya hesab edilir. Torlu qişa bərk yumruq zərbəsindən qopa bilər və uşaqların yetkinlik yaşına çatıbçatmamasına baxmayaraq onların vurduğu bərk zərbə həmin xəsarəti yetirə bilər. Xəsarətin yıxılma nəticəsində yaranması inandırıcı olmamışdır. çünki, xəsarətlərin yerləşmə nahiyyəsini nəzərə alarq yıxılma nəticəsində yaranması üçün şəxsin bir neçə dəfə hər dəfə də müxtəlif istiqamətdə yıxılması tələb olunmuşdur ki, yıxılanda həmin xəsarət əmələ gəlsin. Zərərçəkmiş şəxsin üzünün ön və yan səthində olan xəsarətlər ağır zərbə vurulmaqla yaranmış xəsarətlərdir. Zərbə bərk olmasaydı, üzdəki sümüklər və göz qışası qopması mümkün deyildi. Turbanın üzərinə yıxılan şəxsin digər nahiyyələrində əli və dizində yıxılma xəsarətləri (sıyrıqlar cızılmalar) olması tələb olunur ki, zərərçəkmiş şəxsdə məhkəmə tibbi müayinə zamanı həmin xəsarətlər olmamışdır. Sifət nahiyyəsinin həm önü, həm də yan hissəsində xəsarətlər olmuşdur. Zərərçəkmiş şəxsin sürətlə qaçaraq turbaya dəyib xəsarət alması inandırıcı olmaması səbəbi isə sifət nahiyyəsindəki xəsarətlərin yandan və ön hissədən olması ilə bağlıdır, bu halda zərərçəkmiş şəxsin bir neçə dəfə qaçıb yıxılması tələb olunur ki hadisə mexanizmi bunu inkar edir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X3 göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisidir. Onunla heç bir qohumluq əlaqəsi yoxdur. Hadisə baş verən günü toy məclisində özü də iştirak etmiş, həmkəndlisi Süleyman Məmmədov ilə birlikdə həyətə çıxıb siqaret çəkərkən bir neçə uşaq onlardan təxminən 10- 15 metr aralıqda söhbət etmişlər. Qəfil uşaqların bir-birlərini itələdiklərini görmüş, yanlarında olan digər uşaq isə dalaşanlardan birini qolundan çəkib yolun kənarına aparmışdır. Hava qaranlıq olduğundan uşaqların üzünü və dalaşdıqları yeri tam şəkildə görə bilməmişdir. Sonradan zərərçəkmiş şəxs olduğunu bildiyi İsmayıl qaçanda yerə yıxılaraq işıq dirəyinə dəymiş, Ruslanı qolundan tutub kənara aparmışdır. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, uşaqlar tərəfə baxanda söhbət etdiklərini, uşaqlar bir-birilərini itələyərkən də zarafat etdiklərini zənn etmişdir. Kənardan baxanda uşaqlar dalaşana oxşamamış, səs-küyə heç kəs gəlməmişdir. Uşaqlar bir-birini itələyərkən, uşaqlardan biri Ruslanı çəkib yolun kənarına aparmışdır. Uşaqlar arasındakı söhbəti eşitməmiş, sadəcə hərəkətlərini görmüşdür. Özü ilə uşaqlar arasındakı məsafə təxminən 10-15 metr olmuş, hava alatoran olsa da, uşaqların dalaşdığını görmüşdür. Uşaqlar dalaşarkən ətrafda heç kəs olmamış, əllərində heçnə görməmişdir. Uşaqlar birbirini itələyərkən digər uşağın biri Ruslanın qolundan tutub yolun kənarına çəkmiş, digər tərəfdən uşağın biri qaçaraq İsmayılın üzərinə gələndə yərə yıxılıb işıq dirəyinə dəymiş və qışqırmağa başlamışdır. İsmayıl yerə yıxılarkən Ruslan İsmayılın qolundan tutaraq avtomobillər saxlanılan yerə aparmışlar. İfadə verməyə gələrkən, Rəhimovların ailə üzvləri tərəfindən hansısa formada ifadə verməsi barədə təşəbbüs olmamışdır. Ruslanın haqqında cinayət işi açıldığını isə hadisədən sonra bilmişdir. Uşaqlar sol tərəfdə söhbət etmiş, dəmir torba isə sağ tərəfdə olmuşdur. Torba şaquli düz turba olmuş, İsmayılın ayağı sürüşüb torbaya doğru yıxılmış, yıxıldıqdan sonra üz nahiyəsi torbaya dəymişdir. Torbaya nə formada dəydiyini tam olaraq görməyib, torbanın hündürlüyünə fikir verməmişdir. İsmayılın torbaya yalnız sifət nahiyəsi dəymiş, mübahisə edənlər 4 nəfər olmuş, birbirilərini itələmişlər. İtələşənlərdən biri sağ, digəri isə sol tərəfə getmişdir. Uşaqların boyları fərqli olmuşdur. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X7 göstərdi ki, Təqsirləndirilən şəxs yaxın qonşusudur. Ruslangilin getdiyi toy məclisində özü də iştirak etmiş, şənlik davam edən müddətdə həmkəndlisi Fariz Atakişiyevlə birlikdə həyətə çıxmış siqaret çəkmişlər, təxminən 7-8 metr məsafədə 4-5 nəfər uşaq söhbət etmiş, həmin uşaqların içərisində İsmayıl və Ruslan da olmuşdur. Birdən uşaqların birbirini itələdiklərini görmüş, içərilərindən biri Ruslanı çəkib kənara aparmışdır. İsmayıl qaçaraq gəlib Ruslana təpik atmışdır. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, hava şəraiti qaranlıq olduğundan İsmayılın necə yıxılmasını görməmişdir. Sadəcə uşaqların torbanın ətrafında söhbət etdiklərini görmüş, İsmayıl yıxıldıqdan sonra Ruslan onun qolundan tutub kənara aparmışdır. Ruslan İsmayılın qolundan tutub harasa apardığını görməmiş, səs-küyə heç kəs yığılmamışdır. Dalaşanların birinin Ruslan olduğunu sonradan bilmişdir. Sonradan İsmayıl olduğunu bildiyi şəxs isə Ruslana təpik atmış, ayağı boşa çıxıb ilişib yıxılmışdır. Məhkəmənin təşəbbüsü ilə iş üzrə əlavə şahid qismində dindirilmiş cinayət işi üzrə istintaq aparmış Göygöl RPŞ İstintaq Bölməsinin sabiq müstəntiqi Şahid5 göstərmişdir ki, iş üzrə istintaqı apararkən zəruri prosessual hərərkətləri etmiş, tərəfləri dindirmiş hadisə yerinə baxış keçirmişdir. Hadisə yerinin şəkilləri də özü tərəfindən kriminalistin iştirakı ilə çəkilmişdir. O təqsirləndirilən tərəfə zərərçəkmiş şəxslə barışıq əldə etməyi təklif etmişdir. Tərəflərin ifadəsi ziddiyyətli olsa da, o, daxil inamına görə qeyd edilən maddələrlə ittiham aktı tərtib edib məhkəməyə vermişdir. Təqsirləndirilən şəxsin və qanuni nümayəndəsinin niyə onun hadisə yerinə baxış keçirtmədiyini, hadisə yerində turba üzərində dəri, qan ləkələri olsa da, baxış keçirib götürməməsi, ora köməkçisini göndərməsini deməsinin səbəblərini bilmir. Hadisənin baş verdiyi şadlıq sarayının müşahidə kameralarının görüntüləri isə zəruri hesab edilmədiyindən və hadisə baş verən yeri göstərmədiyindən götürülməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli Gəncə şəhər 2 saylı X4 RPŞ-yə verilmiş məlumatdan görünür ki, Daşkəsən rayonu, Quşçu kənd sakini Zərərçəkmiş şəxs sağ gözətrafının əzilmiş-çapılmış yarası ilə xəstəxanaya daxil olması barədə məlumat daxil olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli, raportdan və eyni tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X5 “DİN 102” zəng xidməti mərkəzinə və Göygöl RPŞ-yə yazılı ərizə verərək Göygöl rayonu ərazisindəki “Sərin” restoranında oğlu Zərərçəkmiş şəxs döyülərək, göz nahiyəsindən xəsarət alması barədə məlumat vermiş, hadisəni törətmiş şəxsin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizanın xx.xx.2024-cü il tarixli 97 nömrəli rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər : sağ gözdə torlu qişanın qopması, görmənin tamamilə itməsi, sağ almacıq, əng və sağ orbitanın aşağı divarının sınıqları, burun sümüyünün sınığı, sağ gözün üst qapağının, sağ qaş nahiyəsinin yaraları - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 09 yanvar 2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən - sağ gözlə görmənin itməsi ilə müşayiət olunan, sağ gözün torlu qişasının qopması - dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən çox olmaqla sağlamlığın daimi dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa AĞİR zərər vurmaya; sağ almacıq, əng, sağ orbitanın aşağı divarının və burun sümüklərinin sınıqları – dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya; sağ gözün üst qapağının, sağ qaş nahiyəsinin yaraları isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığıa YÜNGÜL zərər vurmaya aid edilir. Azyaşlı Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin özünün dediyi şəraitdə, yəni kənar şəxs tərəfindən döyülməsi nəticəsində əmələ gəlmələri istisna edilmir. Azyaşlı Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin - onun yıxılması nəticəsində əmələ gəlmələri inandırıcı deyil. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 07 may 2024-cü il tarixli, 309 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Hər hansı ruhi xəstəlik keçirməməsi səbəbindən o, öz hərəkətlərinə cavab vermək və yaxud onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. O, cinayət əməlini törədən zaman öz hərəkətlərinə cavab vermək, hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman əsəbi psixi-emosional halda olsa da, həmin vəziyyət fizioloji affekt halına çatmamışdır, yəni Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs etdiyi hərəkətlərin xarakterini, mənasını və mahiyyətini anlaya bilmişdir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs hadisənin şəraitini nəzərə alaraq ifadə verərkən iş üçün əhəmiyyətli olan halları düzgün qavrayaraq həmin hadisə barədə düzgün ifadə verə bilər. Təqsirləndirilən şəxs özündə uydurmağa meyilli deyildir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs davranışında aqressivlik əlamətləri müşahidə olunmur. İş materiallarında olan və məhkəmədə tədqiq edilən kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 25 aprel 2024-cü il tarixli, 277 nömrəli rəyindən görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs hazırda DAVRANİŞ POZĞUNLUĞU İLƏ MÜŞAYİƏT OLUNAN YÜNGÜL DEBİLLİK DƏRƏCƏSİNDƏKİ KƏMAĞİLLİQ XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyindən əziyyət çəkir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs DAVRANİŞ POZĞUNLUĞU İLƏ MÜŞAYİƏT OLUNAN YÜNGÜL DEBİLLİK DƏRƏCƏSİNDƏKİ KƏMAĞİLLİQ XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, öz hərəkətlərinə cavab vermək, yaxud onlara rəhbərlik etmək iqtidarındadır. Zərərçəkmiş şəxs görmüş olduğu hadisələri düzgün qavrayaraq həmin hadisələr barədə düzgün ifadə verə bilər. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən verilmiş əməliyyat tapşırığına cavab olaraq xx.xx.2024-cü il tarixli, 77/1-3812/24 saylı məktubdan görünür ki, Göygöl rayonu Xəqani kəndində yerləşən “Sərin” restoranında təşkil edilmiş toy məclisində qonaq olan 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs restoranda olan digər toyun təşkil edildiyi zala daxil olması səbəbindən həmin toyun qonağı olan 2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ilə arasında yaranmış mübahisə zamanı restoranın qarşısında Təqsirləndirilən şəxs əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs sifət və baş nahiyəsinə zərbələrlə vuraraq sonuncuya xəsarətlər yetirmiş, Təqsirləndirilən şəxs əlində hər hansı əşya olması və başqa şəxsin köməyindən istifadə etməsi halı müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Gəncə Psixinevroloji dispanserindən verilmiş 3814 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Gəncə Narkoloji dispanserindən verilmiş 3490 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılan Şəmkir RİHB Yeni Həyat İƏD üzrə nümayəndəlikdən verilmiş, xx.xx.2024-cü il tarixli, 100 və 101 №li arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu Yeni Həyat kəndində anası Qanuni nümayəndə1 və bacısı Könül Rəhimova ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında protokol və əlavəsi olan fotocədvəldən görünür ki, hadisə yerinə Göygöl rayonu, Xəqani kəndində yerləşən “Sərin” restoranının qarşısıdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən AZE 11815198 №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci ildə Şəmkir rayonunda doğulmuşdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CMnin 126.2.3, 126.2.4 və 221.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrlə nəzərdə tutulmuş ittiham elan edilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan tərəflərin ifadələri, ekspertiza rəylərini, hadisə yerinə baxış, ifadənin yerində yoxlanması istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi var, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsinə uyğundur. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən verilmiş və məhkəmə baxışında müdafiə edilmiş ittihamda göstərilən Cinayət Məcəlləsinin 126.2.4 cü maddəsi (xuliqanlıq niyyəti ilə) törədilmə itihamdan xaric edilməli, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə CM-nin 221.1-ci maddəsi (xuliqanlığın) tərkib əlaməti olmadığından isə həmin hissədə ona təqsiri olmadığına görə bəraət verilməli, verilmiş mülki iddia isə qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: İlk növbədə qeyd edilməlidir ki, məhkəmə baxışının nəticələrinə əsasən Təqsirləndirilən şəxs digər yetkinlik yaşa çatmayan şəxs Zərərçəkmiş şəxs yetirdiyi qəsdən ağır bədən xəsarəti aralarında bir müddət əvvəl baş vermiş mübahisə zamanı yaranan qisas almaq motivi ilə törədilmişdir. Belə ki, həm ittiham tərəfi (zərərçəkmiş şəxs) həm müdafiə tərəfi (zərərçəkmiş şəxs), eləcə də hadisənin şahidləri olan azyaşlılar Ruslanla İsmayıl arasındakı mübahisə təqsirləndirilən şəxsin yaxın qohumları olan anası və digər qohumlarının ayaqyoluna gedərkən itirilmiş sepin axtarılması zamanı eyni şadlıq sarayında yerləşən digər mərasim zalının yaxınlığına getmələrinə (çöldə axtarmalarına), irad tutması ilə bağlı yarandığını bildirmiş, bundan sonra isə hər iki tərəf bir-biri ilə qarşılıqlı mübahisə etmişdir. Məhkəmənin qənaətinə görə hər iki tərəf arasında bir-birinin ünvanına kobud (nalayiq ifadə işlətməsinə) görə münaqişə olması yaranmış vəziyyətə aydınlıq gətirmələri üçün itələşmələri və bir-birinə əl-qol hərəkəti etmiş, münaqişə zamanı Ruslan İsmayılı baş nahiyəsini qolunun altına alaraq üz və baş nahiyəsinə ardıcıl zərbələr endirmişdir. (məhkəmənin mülahizəsinə görə hər hansı bərk küt əşya ilə) Təqsirləndirilən şəxsin zərərçəkmişə irad tutması milli mentalitetə formalaşmış adət və ənənələrində irəli gələn qayğıkeşlik və mühafizə ilə əlaqədar olduğundan (ailə üzvləri olan xanımların sanitar qovşağa getmələri) həmin halın xuliqanlıq niyyəti kimi qiymətləndirilməsi ədalətli və işin faktiki hallarına uyğun deyildir. Məhkəmə həmin halı ancaq o halda xuliqanlıq niyyəti kimi qiymətləndirməyi doğru hesab edərdi ki, münaqişə həmin vaxt dava ilə yekunlaşmış və Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs etdiyi iraddan dərhal sonra sonuncunun ona belə bir halın olmasını bildirməsini qəbul etməyib dərhal hazırkı baxılan iş üzrə bədən xəsarəti yetirər, onun sağlamlığına qəsdən ağır zərər vurmuş olardı. Lakin işin faktiki hallarından da göründüyü kimi tərəflər arasında münaqişə həmin vaxt səngimiş, təqsirləndirilən yaxud zərərçəkmiş şəxs bir-birindən aralanmış sonradan isə bir neçə dəfə təkrarlanmışdır ki, məhkəmə, tərəflərin yaşları, intellektual inkişaf səviyyələri və dünyagörüşləri nəzərə alınmaqla həmin müddətdə onların bir-birinin ünvanına nalayiq ifadələr işlətməsinə görə qarşılıqlı intiqam alma hislərinin oyanması istisna edilmir. Təqsirləndirilən şəxs bütün ibtidai araşdırma və məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsə hər hansı bədən xəsarəti yetirmədiyini sonuncu ilə ilk dəfə yaranmış mübahisədən sonra toy şənliyi olan zala qayıdıb sonradan zərərçəkmişin qardaşı tərəfindən çölə çağırılması ,orada aralarında itələşmə olsa da, sonuncuya xəsarət yetirməməsi, yaxınlıqdakı dəmir torba olan tərəfə gedəndə zərərçəkmiş Zərərçəkmiş şəxs ona tərəf qaçaraq gəlib təpik atarkən zərbədən yayınmaq məqsədilə geri çəkiləndə İsmayılın ayağının sürüşərək başının girintili-çıxıntılı dəmir torbaya dəyməsi nəticəsində xəsarət almasını öz ifadəsindən başqa digər sübutla təsdiq edilmədiyi və məhkəməyə təqdim edilmiş digər sübutlarla inkar edildiyindən sübut kimi qəbul etmir və həmin hissədə özünümüdafiə, məsuliyyətdən və cəzadan yayınmaq cəhdi kimi qiymətləndirir. Belə ki, tərəflərin iştirakı ilə tədqiq edilmiş məhkəmə tibbi ekspertiza rəyi və dindirilmiş məhkəmə tibb ekspertinin ifadəsindən də görünür ki, zərərçəkmiş şəxsdə olan xəsarətlərin yıxılma nəticəsində yaranması qəti şəkildə inkar edilmişdir. Hazırki iş üzrə məhkəmə tibbi ekspertiza rəyi digər sübut növlərinə (zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və şahid ifadələrinə) nisbətdə hadisənin mexazmini daha obyektiv və tərəfsiz qeyd etdiyinə görə eyni zamanda elm və məntiqin ağlabatanlıq meyarına görə daha obyektiv və işin hallarına uyğun hesab edir. Müdafiə tərəfinin verdiyi vəsatətə əsasən iş üzrə əlavə şahid qismində dindirilmiş şəxslərin verdiyi ifadələri isə zərərçəkmiş şəxsin yıxılmasını görmələri və təqsirləndirilən şəxsin onu qolundan tutub qaldıraraq aparmasına dair hissədə təqsirləndirilən şəxslə qohumluq və tanışlıq münasibətlərindən irəli gələn onun məsuliyyətini yüngülləşdirici xarakter daşıması qənətinə gələrək məhkəmə həmin hissədə sübut kimi qəbul etmir. Belə ki, hər iki şahid hadisənin onlardan təxminən 10-15 metr aralıda olmasını göstərsə də, iş materiallarına əlavə edilmiş hadisə yerinin fotoşəkilləri olan fotocədvəldən görünür ki, onların ifadələrində qeyd etdiyi dəmir torbaya qədər məsafə azı qeyd etdiklərinin 2 misli 20-30 metrdir. Onlardan oğlunun görmə qabiliyyətinin zəif olması, digərinin isə qəti olaraq göstərdiyi hadisə şahidləri olan azyaşlı uşaqların sayının fərqli olması, verdikləri ifadələrin həmin hissədə səhih (doğru olmadığını) olmadığını göstərir. Məhkəmədə dindirmələr zamanı onlar baş vermiş hadisəni Şəmkir rayonunda çayxanada olarkən təqsirləndirilən şəxsin əmisindən eşitdiklərini və buna görə əlavə şahid qismində çağırılıb dindirilmələrini xahiş etdiklərini bildirmişlər. Göstərilən halın təkcə özü belə əlavə şahid qismində dindirilmiş şahidlərin ifadələrinin həmin hissədə qərəzsizliyinə və obyektivliyə şübhə yaradan haldır. Lakin məhkəmə digər hissədə yəni tərəflər arasında baş vermiş münaqişə zamanı ictimai qaydanın, toy məclisində iştirak edən şəxslərin istirahəti və rahatlığının pozulmaması səs-küy olmaması, qəsdin birbaşa zərərçəkmiş şəxsə yönəlməsinə dair hissədə əlavə şahidlərin də ifadəsini iş üzrə dindirilmiş digər şahid ifadələri ilə birlikdə mötəbər sübut kimi qəbul etməklə, təqsirləndirilən şəxs Rulsan Rəhimovun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tərkib əlamətləri olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında”Ali Məhkəmə Plenumunun xx.xx.2004-cü il tarixli 1№li qərarının 3-cü bəndinə əsasən ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən.....şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, ....sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Hökmün təsviri əsaslandırıcı hissəsində göstərilən və şərh edilən hallara əsasən ehsab edir ki, Təqsirləndirilən şəxs əməlində 221.1-ci maddəsinin tərkib əlamətlərinin olmasını sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilməldir. İttiham tərəfindən təqsirləndirilən şəxsə verilmiş ittihamda cinayətlərin ideal məcmusu olması qeyd edilsə də, məhkəmə nəzərə çatdırır ki, 221.1-ci maddəyə münasibətdə şəxsin əməlində subyektiv cəhət təqsirin olması ittiham tərəfindən sübuta yetirilməmişdir. Eyni zamanda təqsirləndirilən şəxsə xuliqanlıq niyyəti ilə qəsdən digər şəxsin sağlamlığına ziyan vurulması göstərilsə də, CM-nin 126.2.4-cü maddəsi hökmün təsviri əsaslandırıcı hissəsində şərh edilənlərə əsasən əməli xuliqanlıq deyil, qisas almaq məqsədilə törətməsi məhkəmə baxışında sübuta yetirildiyindən həmin hissə ittihamdan xaric edilməlidir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qardaşı azyaşlı Şahid1 gözləri qarşısında və sonuncunun etirazına və onları aralamq cəhdlərinə imkan vermədən xəsarət yetirməsi isə şahid və zərərçəkmiş ifadələri ilə işin mübahisəsiz halı olmaqla, Təqsirləndirilən şəxs zərərçəkmişə qardaşının gözü qarşısında sonuncuya ağır emosional sarsıntı verərək və bunu şüurlu surətdə arzu edərək hərəkət etməsini təsdiq edən sübutlardır. Cinayət işinin məhkəmə baxışı zamanı iş üzrə ibtidai istintaq aparan şəxs Göygöl RPŞ-nin İstintaq Bölməsinin sabiq müstəntiqi tərəfindən təqsirləndirilən şəxsin müdafiə hüquqlarını və cinayət prosessul məcəlləsinin tələbləri kobud şəkildə pozulması müəyyən edilmişdir ki, həmin pozuntulara şəxsin təqsirliliyi ilə bağlı hissədə mühüm rol oynamadığından məhkəmə buna münasibətini işin yekunlarında dair qəbul etdiyi xüsusi qərarda ayrıca ifadə və şərh etdiyindən həmin hissədə hökmdə əlavə əsaslandırma aparılmasını zəruri və vacib hesab etmir. Beləliklə ibtidai araşdırma orqanının gəldiyi və məhkəmədə müdafiə edilmiş şəxsə qarşı sürülmüş ittihamdan fərqli olaraq məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 09 yanvar 2024-cü il tarixdə, saat 18 radələrində Göygöl rayonu, Xəqani kəndində yerləşən “Sərin” şadlıq sarayında qohumunun toy məclisində olan zaman şadlıq sarayının digər zalında təşkil edilmiş toyda qonaq qismində iştirak edən və həmin toyda itirilmiş qızıl boyunbağını axtarmaq üçün gəlmiş, yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs yaxın qadın qohumlarına baxmasını güman edib buna görə sonuncuya iradını bildirdikdən sonra aralarında yaranmış şəxsi münasibətlər zəminində yaranmış və sonradan sakitləşmiş mübahisə zamanı ünvanına işlətdiyi nalayiq ifadələrə görə zərərçəkmiş şəxsdən qisas almaq məqsədilə həmin gün saat 19 radələrində Zərərçəkmiş şəxs restoranın qarşısına çağırmış, aralarında yenidən yaranmış mübahisə zamanı sonuncunu doğma qardaşı və yaxın qohumu olan yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü Şahid1 gözü qarşısında, azyaşlının ona mane olmağa çalışıb hərəkətlərini sonlandırmasını tələb etməsinə baxmayaraq bu məhəl qoymadan ona əzab və iztirab verdiyini dərk edərək nisbətən hündürboy olmasından istifadə edərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Eltac oğlunun başını sol qolunun altına almaqla sağ əli ilə yumruqla və məlum olmayan bərk küt əşya (predmetlə) dəfələrlə üz və baş nahiyyəsinə vuraraq sonuncuya sağ gözün üst qapağının, sağ qaş nahiyyəsinin yaraları ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya, sağ almacıq, əng, sağ orbitanın aşağı divarının və burun sümüklərinin sınıqları ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya, sağ gözlə görmənin itməsi, sağ gözün torlu qişasının qopması ilə müşayiət edilən - dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən çox olmaqla sağlamlığın daimi dayanıqlı itirilməsinə səbəb olmaqla xüsusi amansızlıqla insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa AĞİR zərər vurmuşdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə cinayət törətməsini Azərbycan Respublikası CM-nin 59.1.2-ci, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsinin sanksiyasında 3 ildən 8 ilədək ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə yaxın azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. Məhkəmə tərkibi hesab edir ki, hazırda baxılan iş üzrə təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi, yaxud maddənin sanksiyasında nəzərdə tutulan həddən də aşağı azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, yaxud digər yüngül cəza növünün tətbiqi işin faktiki halları, törədilmiş əməlinin ictimai təhlükəliliyi və xarakteri ilə tərs mütənasibdir və sosial ədalətin bərpası, təqsirləndirilən şəxsin islah olunması, cəzanın ümumi xəbərdaredici funksiyası ilə uyğun deyil və ədalət mühakiməsinin mənafeyi ilə ziddiyyət təşkil edir. İşin faktiki halları (təqsirləndirilən şəxsin aralarında münaqişənin yaranmasına səbəb olan mübahisə yaratması zərərçəkmiş şəxsi və atasını münaqişəyə çəkməsi, zərərçəkmiş şəxsin ona başla zərbə endirdikdən sonra dərhal qarşılıq verməyib artıq bitmiş münaqişədən sonra yerdən daş götürərək xəsarət yetirmək məqsədilə zərərçəkmiş şəxsə atıb ağır xəsarət yetirməsi) hadisənin zərərçəkmiş şəxs tərəfindən edilmiş qeyri-qanuni hərəkətlərin təsiri altında fizioloji affekt vəziyyətində yaxud zəruri müdafiə həddində baş verməsini istisna edir. Hazırki iş üzrə cinayət əməlinin ictimai təhlükəliliyinə əsas verən hallar gələcəkdə oxşar hadisələri törətmiş şəxslərdə zərərçəkmiş şəxslərlə barışıq əldə edildikdən sonra daha yüngül - azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məruz qalmasına dair əsassız ehtimalların, cəmiyyətdə cəzasızlıq mühitinin yaranmasının qarşısının alınması üçün məhkəmə tərkibi təqsirləndirilən şəxsin ancaq təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını rejim daxilində real çəkəcəyi halda islah olacağı qənaətinə gəlməsinə əsas olmuşdur. Məhkəmə tərkibi qeyd edir ki, iş üzrə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ailə vəziyyəti və cəza çəkəcəyi müddətdə davranışı ilə islah olacağını sübut edəcəyi təqdirdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini istisna etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından dərhal həbs edilməli və hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 85.5.1-ci maddəyə əsasən ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar - ümumi rejimli tərbiyə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Cəzaçəkmənin əvvəli hökmün çıxarıldığı gündən hesablanmalıdır. İş üzrə maddi sübut yoxdur. Cinayət işi üzrə verilmiş mülki iddia isə qismən təmin edilməlidir. Azərbaycan respublikası CPM-nin 179.1. Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən fiziki....şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda;181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə yanaşı 181.2.4. mənəvi ziyanın ödənilməsini tələb edə bilər. CPM-nin181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə 183.2. Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 771-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Mülki Məcəllənin 14-cü maddəsinə başqa şəxsə zərər vurulması həmin maddə ilə hüquq və vəzifə doğuran əsas kimi nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 14.2.6-cı maddəsi). Bu hüquq normasındakı “qanunvericilikdə nəzərdə tutulmasa da” ifadəsi isə bilavasitə Məcəllə ilə nəzərdə tutulmayan hallarda belə mənəvi zərərin ödənilməsi ilə bağlı tələbin irəli sürülməsi üçün əsas yaradır. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Belə ki, mülki iddiaçı və nümayəndəsinin təqdim etdiyi ödəniş qəbzləri və tibbi müayinə sənədlərindən görünür ki, vurulmuş xəsarətə görə hazırki dövrə qədər olan maddi xərclər 2000 manatdır. Odur ki, iddia ərizəsində göstərilən 20000 manat olmasına dar hər hansı sübut təqdim edilmədiyindən məhkəmə mülki iddianın maddi zərər qismində qeyd edilən hissədə təmin edilməsini qanuni və ədalətli sayır. İddia ərizəsində göstərilən digər hal isə dəymiş mənəvi zərərlə bağlıdır ki, məhkəmə iddia ərizəsində göstərilən 30000 (otuz min) manat mənəvi zərər formasında göstərilməsini ədalətli hesab etməsədə işin məhkəmə baxışı zaman davranışı zərərçəkmiş şəxsin psixi xəstəlikdən əziyyət çəkməsi və qeyd edilən cinayət hadisəsi nəticəsində onun psxiloji vəziyyətində mənfi təzahürlərin olması, sarsıntılar keçirtməsi məhkəmə baxışı zamanı aşkar müşahidə edildiyindən dəymiş mənəvi zərərin əvəzi olaraq təqsirləndirilən şəxsdən zərərçəkmiş şəxsin xeyrinə 3000 (üç) min manat pul tutulmasını ədalətli və qanun sayır. Beləliklə Təqsirləndirilən şəxs 2000 manat vurduğu maddi zərər, 3000 manat mənəvi zərər olmaqla ümumilikdə 5000 (beş min) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İş üzrə xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli hökmün çıxarıldığı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və O, məhkəmə iclas zalından dərhal həbs edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Verilmiş mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs dəymiş maddi ziyana görə 2000 (iki min) manat və vurulmuş mənəvi zərərə görə isə 3000 (üç min) manat olmaqla, ümumilikdə 5000 (beş min) manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia digər hissədə təmin edilməsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-216/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-216/2025
28.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver