Məhkəmə qərarları › İş №1(100)-217/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-217/2020

23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-217/2020 23.09.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X39 Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X40 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X12, müdafiəçi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs X7 iştirakları ilə xx.xx.1977-ci il tarixdə Şəmkir rayonunun, Çinarlı qəsəbəsində anadan olmuş, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Şəmkir rayonu Yeni-Həyat kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 221.3, 228.1 və 229.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X13 xx xxx 2020-ci il tarixdə, saat 18 radələrində Şəmkir rayonunun Yeni-Həyat kəndində yerləşən özünə məxsus torpaq sahəsini çəpərləmək məqsədilə dəmir boruları yerə basdırdığı vaxt bacanağı, 1992-ci il təvəllüdlü X16 çoban itlərinin boğuşması üstündə həmkəndlisi Şahid5 ilə bir müddət əvvəl mübahisə etməsi səbəbindən sonuncunun oğlu Şahid1la aralarında olan münasibətləri aydınlaşdırmaq məqsədilə hər ikisinin Yeni-Həyat- Çaylı kənd avtomobil yolunda görüşmələrini eşitdikdən sonra idarə etdiyi, anası Şahid12 məxsus “VAZ 21074” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gedərək orada Elnur Hümmətli və istintaqa məlum olan şəxslərə yaxınlaşaraq hansı səbəbdən bir yerdə toplaşmaları ilə maraqlandıqda, bu zaman bacanağı Elnur Hümmətlinin ona “sən problem həll edənsən ki?” kimi cavab verməsindən narazı qalaraq heç bir əsaslı səbəb olmadan ictimai asayişin uzun müddətə pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükənin yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu nümayiş etdirmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış və birgə yaşayış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəsdən qərəzli xuliqanlıq hərəkətləri edərək yumruqla Elnur Hümmətlinin sifət nahiyəsinə zərbə vurmaqla onunla dalaşmış, lakin orada toplaşmış istintaqa məlum olan şəxslər dalaşmağa imkan verməyib onları ayırdıqdan sonra Elnur Hümmətlidən aralanıb əldə düzəltmə üsulu ilə 2020-ci ilin aprel ayının sonlarında, istintaqa məlum olmayan tarixdə qanunsuz olaraq hazırladığı və idarə etdiyi avtomobildə qanunsuz daşıyaraq gəzdirdiyi atəş açmaq üçün yararlı vəziyyətdə olan odlu silah hesab edilən qurğunu və zavod üsulu ilə hazırlanmış bir ədəd 16 kalibrli yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronu avtomobilin salonunda qanunsuz olaraq saxladığı qabaq sol oturacağın arxa saxlanc cibindən götürüb xuliqanlıq hərəkətlərini davam etdirərək odlu silahdan istifadə etməklə xüsusilə qərəzli xuliqanlıqda ifadə olunan hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan qəsdən xuliqanlıq niyyətilə Elnur Hümmətlini öldürmək məqsədilə qaçaraq ona yaxınlaşıb əlindəki silahdan atəş açacağı ilə hədələməklə silahı sonuncunun baş nahiyəsinə doğru tuşlayıb odlu silahdan qırmaların kompakt təsir etdiyi təxminən 10-30 sm məsafədən qeyd edilən qurğunun detalını özünə çəkib buraxmaqla bir dəfə atəş açaraq ona sol gicgah nahiyəsinin kəllə boşluğuna keçən yara kanalı boyunca dəri, sol gicgah sümüyü, beyinin sərt və yumşaq qişası, beyin toxumasının zədələnməsi ilə müşayiət edilən bir ədəd kor qırmalı odlu silah yarası ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət yetirərək xuliqanlıq niyyətilə qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, X13 ifadəsində göstərmişdir ki, həbs edildiyi günə qədər ailəsi ilə birlikdə Şəmkir rayonunun Yeni-Həyat kəndində yaşamışdır. Bacanağı X24 ilə münasibətləri soyuq olsa da əvvəllər aralarında hər hansı narazılıq, mübahisə və ya münaqişə olmamışdır. xx xxx 2020-ci il tarixdə Şəmkir rayonunun Yeni-Həyat kəndində yerləşən özünə məxsus torpaq sahəsini çəpərləmək üçün Şahid11 ilə birlikdə idarə etdiyi “VAZ 2107” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Yeni-Həyat-Çaylı yolu ilə qeyd edilən yerə gedərək, orada Saləddinlə birlikdə sahədə olan dəmir boruları yerə basdırıb dibinə daş tökərək yerini bərkitməyə başlamışdır. Boruları yerə basdırdığı vaxt yaxınlıqda yaşayan həmkəndlisi Şahid3 Firudin oğlu ona çay içməyi təklif etdiyi üçün bir az fasilə verib dincəlmək istəmişdir. Buna görə işləri dayandıraraq Nofəlin evinə çay içməyə getmiş, sonrakı fikri yerə basdırdığı boruların dibini bərkitmək üçün palçıq hazırlamaq olmuşdur. Bir az keçmişdir ki, “Qulu” kimi çağırdığı bacanağı Elnur da Nofəlin evinə gəlib ondan içmək üçün çiçəkli çay istəmişdir. Nofəl ona “çay hazırdı, gəl”-deyə cavab vermişdir. Elnur onlara tərəf gəldikdə Nofəl və onun atası ilə salamlaşıb görüşsə də ona və Saləddinə əl uzatmamışdır. Elə həmin vaxt həmkəndlisi Şahid1 idarə etdiyi “Mercedes” markalı avtomobili ilə Nofəlin evinin yanına gəlmiş, Elnuru götürmüş və oradan uzaqlaşmışlar. Onlar uzaqlaşmazdan əvvəl bacanağı Elnurun hara getməsi ilə maraqlandıqda Nofəl ona bu gün qoyun otarılan yerdə Elnurun Rahibin atası Rəşid kişi ilə mübahisə etdiyini bildirmişdir. Elnur çıxıb getdikdən sonra Şahid2 idarə etdiyi qırmızı rəngli “VAZ 2106” markalı avtomobili ilə onların arxasınca getmişdir. Mübahisə olmasın deyə Nofəl də “Niva” markalı avtomobilinə əyləşərək onların arxasınca sürmüşdür. Bundan sonra o, sahəyə qayıdaraq işə başlamışdır. Saləddin ona Elnurun arxasınca dava-dalaş yerinə getməyi təklif etsə də onunla razılaşmamışdır. Boruların dibinə beton hazırlamaq üçün arxda su olmadığına görə qərara gəlmişdir ki, yaşadığı evə gedib qabda su gətirsin. Sahədən uzaqlaşmazdan əvvəl Saləddinə qumu sementə yaxşıyaxşı qarışdırmasını tapşırmış, sonra avtomaşınla yola çıxmışdır. O, yola çıxarkən Rahibin anası Ülkər onu səsləyərək onu və yanında olan adını bilmədiyi qadını dava yerinə aparmasını xahiş etmişdir. O isə onlara vaxtının olmadığını demişdir. O, Çaylı yolu ilə üzü Yeni-Həyat kəndi istiqamətində gedəndə yolun çökəklik hissəsində Elnur, Rahib, Nofəl, Muraz və Atəşin yolun ortasında dayanıb söhbət etdiklərini görmüşdür. Onlardan heç kəs mübahisə etməmişdir. Elnur, Rahib, Nofəl, Muraz və Atəş yolu kəsdikləri üçün o, avtomobili saxlamış və başını pəncərədən çıxarıb onlara sakit tərzdə “yolu niyə kəsmisiniz, mənə yol verin gedim” deyə bildirmişdir. Onlar kənara çəkilmədiklərinə görə o, avtomobildən düşüb onlara yaxınlaşanda Elnur Rahibə baxıb “söhbətini elə, de görüm nə demək istəyirsən, başla”, - demişdir. Sonra onların ikisinə də “mən sizə problem həll eliyənəm?” demişdir. Bu vaxt Elnur söyüş işlədərək qəflətən gözləmədiyi anda heç bir səbəb olmadan yumruqla onun sifətinə vurmuşdur. O, əsəbiləşdiyi üçün bir dəfə yumruqla Elnurun sifət nahiyəsinə vurmuş və əlbəyəxa dalaşmışlar. Onlar dalaşdıqları vaxt Atəş və Muraz onu yumruqla döymüşlər. Həmin vaxt üzərində olan qara köynək cırılaraq əynindən çıxmışdır. Nofəl ilə Rahib kənarda dayanıb mübahisəni izləmişlər. O, özünü müdafiə etmək məqsədilə bir təhər macal tapıb onların əlindən çıxıb avtomobilə tərəf qaçaraq avtomobilin arxa qapısını açıb qabaq sol oturacağının arxa saxlanc cibindən 2020-ci ilin aprel ayının sonlarında hazırladığı el arasında “forsunka” kimi adlanan odlu silahı çıxarıb həmin silahı əlində nümayiş etdirərək Elnuru hədələməyə başlamışdır. Onlar əlində silah olmasını görüb bir anlıq dayanmış, lakin Elnur öz qanunsuz hərəkətlərini davam etdirərək üzərinə gəlib onu vurmaq istəyən zaman o, özünü müdafiə etmək üçün ona xəsarət yetirmək məqsədilə həmin silahın dib hissəsi ilə onun başına vuranda silahdan atəş açılmışdır. Hadisə vaxtı silahla Elnur Hümmətlinin başına vurub ona xəsarət yetirmək istəsə də silahın dib hissəsi onun başına toxunmamışdır. O, silahın dib hissəsi ilə onun başına vurmaq istəyərkən Elnur Hümmətli qolunu qabağa verdiyindən onun əli Elnurun qoluna dəydiyi üçün silahdan atəş açılmışdır. Atəş nəticəsində Elnur yerə yıxılaraq başından xeyli miqdarda qan gəlmişdir. O, arxaya çəkilib dayanmış, hadisə yerində olan Muraz və Atəş ona hücum edərək döyməyə başlamış, o isə onları qorxutmaq üçün cəld bir şəkildə avtomobilin qabaq qapısını açıb yalandan avtomobildə başqa bir silah olmasını söyləmişdir. Əslində isə maşında əlavə heç bir silah olmamış, yalnız onları qorxutmaq üçün belə demişdir. O, avtomobilin sükan arxasına keçib avtomobili işə salaraq hadisə yerindən sürətlə uzaqlaşmışdır. Bundan sonra yaşadığı evə gəlmiş, arvadı Aynur və anası Aynaxanım onu paltarsız görərək narahat olub nə baş verdiyini soruşduqda onlara Elnuru öldürdüyünü demişdir. O, əyninə təzə paltar geyinərək avtomobili ilə Qərib adlı həmkəndlisinə məxsus istixanaya getmişdir. Avtomobili orada qoyub təslim olmaq üçün polisə getmək istəmişdir. Lakin, orada heç kəs olmadığına görə avtomobili orada qoyub ara yollarla hərəkət etmişdir. Bundan sonra əmisi oğlu Elxanın evinə getmiş, evdə heç kəs yaşamadığına görə evin pəncərəsinin şüşəsini qırıb içəri daxil olmuş, üşüdüyünü hiss edib divanın üstünə uzanıb yatmış, gecəni həmin evdə qalmışdır. Polis əməkdaşlarının onu axtardıqlarını başa düşsə də o, qorxub özünü təslim etməmiş, telefonunu itirmişdir deyə ailə üzvləri ilə əlaqə saxlaya bilməmişdir. xx.xx.2020-ci il tarixdə Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən həmin evdə axtarış aparılan zaman tutulmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, onun Elnur Hümmətlini öldürmək fikri olmamış, əlində olan odlu silahın qundağı ilə Elnura xəsarət yetirmək istədiyi zaman silah amortizasiya etmiş və qəfildən açılan atəş Elnuru həyatdan məhrum etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş, X21 ifadəsində göstərmişdir ki, arvadı X17, oğlanları Emin və Orxan ilə birlikdə Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində yerləşən özünə məxsus evdə yaşayır. X24 onun doğma oğludur. Oğlunun adı Elnur olsa da kənddə hamı onu “Qulu” ləqəbi ilə tanıyır. Elnur Hümmətli ailəsi ilə birlikdə Yuxarı Seyfəli kəndində ondan ayrı yaşamışdır. X13 mərhum oğlu Elnur Hümmətlinin bacanağıdır. Oğlu Elnurun X13 ilə aralarında əvvəllər hər hansı bir mübahisə, narazılıq, ədavət və ya düşmənçilik olmamışdır. Sadəcə bacanaq kimi münasibətləri soyuq olmuşdur. Hadisədən əvvəl oğlu Elnur Hümmətlinin bacanağı Ehtibar Süleymalovla ailədaxili narazılıqlarla bağlı normal münasibətləri və gediş-gəlişləri olmamışdır. Elnurun arvadı Qızılgül ondan küsüb yaşadığı Şəmkir rayonu Yuxarı Seyfəli kəndində yerləşən evindən çıxaraq atası Zahidin Şəmkir rayonu Yeni-Həyat kəndində yerləşən evinə getdiyi üçün qohumları Nübubət və onun gəlini Aytən oğlunu gəlini ilə barışdırmaq məqsədilə Qızılgülün evinə gedəndə sonuncunun atası və qardaşı onları döymüşlər. Həmin vaxt oğlu Elnur da orada olmuşdur. xx xxx 2020-ci il tarixdə həmin hadisə ilə bağlı oğlu Elnuru polisə dəvət etmişlər. O, Elnurla əlaqə saxlayanda sonuncu ona bildirmişdir ki, polisdə izahat vermiş, Nübubət və onun gəlini Aytən qayınatası və qayınanası ilə barışmışlar. Həmin gün saat 18 radələrində özünə məxsus torpaq sahəsində işləyəndə səs-küy eşitmiş, o, nə baş verdiyini öyrənmək üçün məhəllənin aşağı tərəfinə gedəndə Yuxarı Seyfəli kəndinin o digər tərəfində yerləşən Yeni-Həyat-Çaylı avtomobil yolunda çoxlu sayda kənd sakinlərinin toplaşdıqlarını görmüşdür. Həmin vaxt gəlini Ayşən ona zəng edərək demişdir ki, təcili özünü onlara çatdırsın. O, xəbəri eşidən kimi dərhal hadisə yerinə getmiş və oğlu Elnurun meyitini yerin üstündə arxası üstə uzadılmış vəziyyətdə görmüşdür. Hadisə yerində olan adamlardan oğlu Elnurun bacanağı Ehtibar tərəfindən odlu silahdan açılmış atəş nəticəsində öldürüldüyünü bilmişdir. Bundan sonra hadisə yerinə xəbəri eşidən qohumlar, qonşular, polis və prokurorluq əməkdaşları gəlmişlər. Sonradan ona məlum olmuşdur ki, baş vermiş hadisədən əvvəl oğlu Elnur çoban itlərinin boğuşması üstündə Yeni-Həyat kəndində yaşayan Rəşid adlı şəxslə mübahisə etmiş, daha sonra oğlu X25 hadisə yerinə aparmış, bundan sonra isə qeyd edilən hadisə baş vermişdir. Ehtibar da ona aid olmayan söhbəti bəhanə edib Elnuru odlu silahdan atəş açıb qətlə yetirmişdir.Məhkəmədən xahiş edir ki, cavan oğlunun səbəbsiz yerə öldürülməsini, ailəsinin başsız qaldığını, bu hadisənin onlara olduqca ciddi mənəvi zərbə yetirdiyini diqqətdən kənarda saxlamasın. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, Şəmkir rayonunun Yeni-Həyat kəndində uzun müddət yaşadığına görə o, demək olar ki, kəndin bütün camaatını tanıyır. Onlardan biri də kənddə yaşayan X13 və onun ailəsidir. Onun şəxsən özünün və ailə üzvlərinin kənddə yaşayan sakinlərin hər-hansı ilə münasibətləri həmişə yaxşı olmuş, heç kimlə ədavəti və düşmənçiliyi olmamışdır. Mərhum X24 və onun ailə üzvləri ilə onların qohumluq münasibətləri vardır. Belə ki, Elnurun atası Salman anası Ülkərin doğma əmisi oğludur. Elnun Hümmətli əvvəllər Şəmkir rayonun Yuxarı Seyfəli kəndində yaşamış, son bir ildə özünün Yeni-Həyat kəndində tikdirdiyi evə köçmüşdür. Kənddə hamı onu Elnur kimi deyil, “Qulu” ləqəbi ilə tanımışlar. Elnur və onun ailə üzvləri ilə münasibətləri həmişə yaxşı, normal səviyyədə olmuşdur, heç vaxt aralarında narazılıq və mübahisə olmamışdır. xx.xx.2020-ci il tarixdə 050 ***-**-** nömrəli mobil nömrədən ona qısa zəng gəlmiş, o nömrənin sahibini tanımadığı üçün saat 16:51də istifadəsində olan 050 ***-**-** nömrəli mobil nömrədən qeyd edilən nömrəyə zəng etmiş, Elnur Hümmətli cavab verərək görüşmək istədiyini, hazırda həmkəndlisi Nofələ məxsus evin yanında olmasını bildirmişdir. Bundan sonra idarə etdiyi “Mercedes Benz” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Elnurgilin evinə tərəf getmiş, saat 17:02-də Elnur ona zəng edərək harada olmasını soruşduqda ona çatdığını demişdir. Elnurun həmkəndlisi Nofələ məxsus evin yanında sonuncu ilə söhbət etdiyini görüb maşından ona siqnal vermiş, sonra Elnur gəlib avtomobildə qabaq sağ oturacaqda əyləşmişdir. Elnur ona bu gün sahədə heyvan otaran zaman çoban itlərinin boğuşması üstündə atası Rəşid ilə mübahisə etdiyini bildirib məsələni aydınlaşdırmaq istəmişdir. O, Elnur ilə söhbət edəndə onun sərxoş olduğunu hiss etmişdir. Elnurdan atasının harada olmasını soruşmuş, Elnur da atası Rəşidin sahədə olduğunu bildirmişdir. Sonra Elnur ilə atası arasında baş vermiş mübahisəyə aydınlıq gətirmək üçün Elnurla birgə Yeni-Həyat- Çaylı kənd avtomobil yolu ilə örüşə getmişdir. Bu vaxt kənardan Nübubət xala onlara əl edərək avtomobili saxlatdırmaq istəmiş, Elnur isə ona narahat olmamasını bildirərək dalaşmağa yox, sadəcə söhbət etməyə getdiyini söyləmişdir. O, atasının sahədə olmasını fikirləşdiyi üçün avtomobili məhz hadisə yerinə sürmüşdür. Elnur ilə hadisə yerində mübahisə etmək fikiri olmamış, onunla sahəyə getməkdə məqsədi yalnız atası ilə onu görüşdürüb məsələyə aydınlıq gətirmək olmuşdur. Onlar sahəyə gələndə atasının orada olmadığını görmüşlər. Həmin vaxt Elnurun dayısı oğlu Muraz idarə etdiyi qırmızı rəngli “VAZ 2106” markalı avtomobili ilə oraya gələrək avtomobili saxlayıb nə üçün burada dayanıb söhbət etdiklərini soruşmuşdur. Elnur ona “heç nə olmayıb, öz işimizdir, Rəşid kişini axtarırıq” deyib Murazadan çıxıb getməsini xahiş etmişdir. Bu vaxt sahədə həmkəndliləri Atəş və Nofəl gəlmişlər. Onlar söhbət etdikləri vaxt Ehtibar idarə etdiyi qırmızı rəngli “VAZ 2107” markalı avtomobili ilə hadisə yerinə gəlib nə səbəbə yığışdıqlarını, aralarında problem olub-omadığını soruşmuşdur. O, Ehtibara hər hansı bir problemin olmadığını dedikdə Elnur Ehtibarı nəzərdə tutaraq “sən problem həll edənsən ki?”-deyə cavab vermişdir. Ehtibar ona “problem varsa polisə zəng edin, qoy polis probleminizi həll etsin” demişdir. Elnur ona bir qədər hirsli formada cavab qaytardığı üçün Ethibar avtomobildən düşüb Elnura tərəf getməklə qəflətən gözləmədiyi anda yumruqla Elnuru vurmuş və onlar əlbəyəxa olmağa başlamışlar. O, Nofəl, Atəş və Muraz onları sakitləşdirmək üçün araya girib Elnur ilə Ehtibarı tutub saxlamağa çalışmışlar. Onlar bir təhər onları sakitləşdirib bir-birindən aralamışlar. Ehtibarın əynindəki qara rəngli köynəyi cırılmışdır. Ehtibar Elnurdan aralandıqdan sonra sürətlə avtomobilə tərəf gedib arxa qapını açıb avtomobilin salonundan silah çıxarıb Elnura tərəf gedib cəld hərəkət edərək həmin silahla yaxın məsafədən ona bir dəfə atəş açmışdır. Aralarında məsafə olduğundan onlar macal tapıb ona mane ola bilməmişlər. Ehtibar qaçmasın deyə Muraz və Atəş onu tutub zərərsizləşdirmək istəmişlər. Həmin vaxt hadisə yerinə artıq çoxlu sayda insanlar toplaşmış, Nübubət xala və başqa qadınlar dartışan şəxsləri aralamaq istəyərkən Ehtibar əynindəki köynəyi çıxarıb onlardan aralanmış, sonra avtomobilinin sükanı arxasına keçərək avtomobili hərəkət etdirib sürətlə hadisə yerindən uzaqlaşmışdır. Onlar təcili tibbi yardıma və polisə məlumat vermişlər. Bundan sonra hadisə yerinə xəbəri eşidən qohumlar, qonşular, polis və prokurorluq əməkdaşları gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 ifadəsində göstərmişdir ki, “Qulu” kimi çağırdığı mərhum X24 onun bibisi oğludur. Hadisəni törətmiş X9 hadisəyə qədər tanımamışdır. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində idarə etdiyi “VAZ 2106” markalı avtomaşınla arvadı Aytən ilə birlikdə Şəmkir rayonunun Çaylı kəndində yaşayan bacısı Günelin evinə gəlmişlər. Günel ona demişdir ki, “Elnur Rahibin atası Rəşid ilə ağızlaşıbdı, Rahib dalaşmağa getdi.” O, Elnurun hər hansı şəxslə mübahisə etməsini istəmədiyi üçün Yeni Həyat-Çaylı kənd avtomobil yolu ilə Yeni Həyat kəndi istiqamətində hərəkət etməyə başlamış, avtomobil ilə təxminən 1-1,5 km məsafə qət etdikdən sonra Rahibə məxsus “Mercedes” markalı avtomobilin yolun kənarında sağ tərəfdə dayandığını görüb avtomobilini yolun kənarına verib saxlamışdır. Rahibə məxsus avtomobil arxada qalmışdır. O, avtomobildən düşən kimi Elnur Rahibin avtomobilindən düşüb ona tərəf gəldiyi vaxt ona “nə olub niyə dalaşırsınız”-deyə soruşduqda Elnur ona “ay dağı oğlu sənlik deyil, özümüz həll edirik”-deyə cavab vermişdir. Elə bu vaxt Nofəl idarə etdiyi “Niva” markalı avtomaşınla hadisə yerinə gəlib avtomobili yolun kənarında saxlayıb avtomobildən düşmüşdür. Təxminən 5 dəqiqə sonra sahədə heyvan otaran Atəş gəlmişdir. Elnur ilə Rahib mübahisə etməyərək kənarda dayanıb sakit tərzdə söhbət etmişlər. Elə bu vaxt hadisəni törədən Ehibar Süleymanov idarə etdiyi “VAZ 2107” markalı avtomobili ilə hadisə yerinə gəlib avtomobili Rahibə məxsus avtomobilin yanında saxlayaraq avtomobildən düşmüş və Rahibə yaxınlaşıb ona “Rahib nə problem vardır”-deyə soruşduqda mərhum Elnur ona “sən problem həll edənsən ki”-deyə cavab vermişdir. Bu zaman Ehtibar qəflətən bir dəfə yumruqla Elnurun sifət nahiyəsinə vurmuş və bundan sonra onlar əlbəyəxa dalaşmışlar. Ehtibar Elnura demişdir ki, səni polisə verəcəm. Elnur da polisə verəcək adamı söyərək cavab qaytarmışdır. Ehtibar avtomobildən telefon götürüb polisə zəng edəcəyini bildirərək Elnurdan aralanıb avtomobilə tərəf gedərək oradan təxminən 30 sm uzunluğunda silah götürmüş və qaçaraq Elnura tərəf getmişdir. Ehtibar mərhum Elnura çatdığı vaxt yaxın məsafədən silahı özünə çəkib buraxmaqla onun sol gicgah nahiyəsindən bir dəfə atəş açmışdır. Elnur fırlanıb arxası üstə yerə yıxılmışdır. Ehtibar atəş açdıqdan sonra avtomobili ilə hadisə yerindən qaçmaq istədiyi üçün o və Atəş onu tutub saxlamaq istədikdə Ehtibarın əynində olan köynəyi cırılıb əynindən çıxmış və o, cəld bir şəkildə avtomobilinin sükanı arxasına keçib sürətlə üzü Yeni-Həyat kəndi istiqamətində hərəkət etmişdir. O, Ehtibarı tutmaq üçün vaxt itirmədən ona məxsus avtomobilin sükanı arxasına keçib onu təqib etməyə başlamış, lakin Ehtibar sürətlə getdiyindən və yolda toztorpaq qaxdığından ona çata bilməmişdir. Bundan sonra hadisə yerinə qayıtmış, oraya xeyli sayda insan toplaşmışdır. Daha sonra hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid3 Firudin oğlu və Şahid4 eyni məzmunlu ifadələr verərək işin halları ilə bağlı Şahid3 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid5 ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 16:00 radələrində heyvanlarını həyətindən örüşə apararkən görmüşdür ki, onun saxladığı çoban iti başqa bir itlə boğuşur. Onun iti ilə boğuşan itin yiyəsi baş vermiş hadisədə ölən, el arasında “Qulu” kimi tanınan Elnur Hümmətli olmuşdur. O, Elnura tərəf səslənmişdir ki, “itini apar, çıx get, atana deyəcəm.” Onun atası ilə yeznə-qayın olmaqla münasibətləri yaxşıdır. O elə düşünmüşdür ki, Elnur öz itini dalaşdırmağa gətirmişdir. Onlar sözləşmiş və mübahisə vaxtı Elnur yumruqla onu vurmuş, o isə əlində olan taxta çubuqla ona qıcanmış, elə bu vaxt həmkəndliləri Günel və Atəş araya girib onları sakitləşdirmişlər. O, qoyunu örüşə qoymuş və evə nəvələrinin yanına qayıtmışdır. Təxminən saat 17:00 radələrində o, arvadı Ülkər, qardaşı arvadı Gülnarə ilə birlikdə evdən çıxıb ona məxsus olan “NİVA” markalı avtomobili ilə qoyunların yanına qayıdarkən görmüşdür ki, hadisənin baş verdiyi yerdə xeyli adamlar və qonşular toplaşmışdır. Oğlu Rahib də orada olmuşdur. Görmüşdür ki, Yeni-Həyat kəndinin daxilindən Çaylı kəndinə doğru gedən yolda Elnurun meyiti yerdədir. Muraz və Atəş hadisəni törətmiş Ehtibarı tutub qaçmasın deyə onu saxlamaq istəmişlər. Günel və bir-iki qadın onları aralamaq istəyərkən Ehtibar əynindəki köynəyi çıxardıb onlardan aralanaraq avtomaşınının sükanı arxasına keçərək sürətlə hadisə yerindən uzaqlaşmağa başlamışdır. Bütün oradakı adamlar öz aralarında söhbət etmişlər ki, hadisəni törədən “Türemşik” ləqəbli Yeni-Həyat kəndində yaşayan Ehtibardır. Ehtibar və ya onların qohumları tərəfdən heç kəs olmamışdır. Elnurun meyitinə diqqətlə baxanda onun başında güllə yarası görmüşdür. Onlar dərhal təcili yardıma məlumat vermişlər. Bundan sonra hadisə yerinə xəbəri eşidən qonşular, qohumlar, polis və prokurorluq əməkdaşları gəlmişlər. Sonradan ona məlum olmuşdur ki, rəhmətlik Elnur oğlu Rahibin “Mersedes” markalı avtomobili ilə ora gəlmişdir. Belə ki, rəhmətlik hadisə yerinə gəlməzdən əvvəl oğluna zəng edərək bildirmişdir ki, “gəl söhbət edək, dayıoğlu-bibioğlu kimi.” Bu zaman oğlu Rahib evdən çıxıb gedərək rəhmətlik Elnuru yoldan götürmüş və qoyunların olduğu yerə gəlmişdir. Qoyunların yanında dayanmışlar və daha sonra isə Ehtibarla orada qarşılaşmışlar. Bundan sonra hadisə yerində nə baş verdiyi haqqında məlumatlı deyil. Bildikləri və deyəcəkləri bunlardan ibarətdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid6 eyniməzmunlu ifadə verərək işin halları ilə bağlı Şahid5 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid7 ifadəsində göstərmişdir ki, mərhum X24 onun bibisi oğludur, onun adı Elnur olsa da el arasında onu “Qulu” kimi tanıyırlar. Elnur hadisəni törətmiş Ehitibar Süleymanovla bacanaq olmuşdur. Onların arasında əvvəllər hər hansı münaqişə, düşmənçilik və ya ədavət olmasını eşitməmiş və görməmiş, lakin bacanaq kimi münasibətləri soyuq olmuşdur. xx xxx 2020-ci il tarixdə yaşadığı Şəmkir rayonu, Çaylı kəndində yerləşən evdə təmizlik işləri görərkən Şahid5 heyvanları sahəyə apardığını görmüşdür. Həmin vaxt bibisi oğlu Elvinin iti ilə Rəşid kişinin çoban iti boğuşmuşlar. Rəşid Elvinin itinə təpik ataraq onu vurmuşdur. Elnur bunu görən kimi Rəşidin yanına gəlib ona “sən niyə bu iti vurmusan?” deyə soruşduqda Rəşid ona kobud formada: “yaxşı eləmişəm”-deyə cavab vermişdir. Bu vaxt onlar sözlə mübahisə etməyə başlamışlar. Mübahisə vaxtı Rəşid Elnurun üzərinə gəlib əlindəki taxta çubuqla onu bir neçə dəfə vurmuşdur. Elnur onu vurmaq istəyəndə o, və əri Atəş tez bir zamanda yaxınlaşıb onları aralayıb sakitləşdirmişlər. Bundan sonra o, evə qayıtmış, Atəş isə örüşə qayıtmışdır. Həmin gün təxminən saat 17 radələrində evdə olarkən qardaşı Muraz arvadı Aytən ilə birlikdə onların evinə qonaq gəlmişdir. Daha sonra evə həmkəndlisi Ayşən də gəlmişdir. Olanlar barədə onlara danışmışdır. Onlar həyətdə oturmuşlar ki, Elnur telefonla danışa-danışa həmkəndlisi Nofəlin evindən üzü aşağı yola tərəf düşmüşdür. Rəşidin oğlu Rahib “Mercedes” markalı avtomobili ilə Nofəlin evin yanına gəlmiş və Elnuru götürmüşdür. Rahib ilə Elnur arasında hər hansı mübahisə olmasın deyə anası Nübubət Elnuru saxlamaq üçün avtomobilə tərəf qaçaraq getmiş, lakin Elnur geri qayıtmamışdır. Onların arasında hər hansı xoşagəlməz hadisənin baş verə biləcəyinin qarşısını almaq üçün onlar öz aralarında məsləhətləşmiş və Muraza xahiş etmişlər ki vaxt itirmədən onların arxasınca getsin. Muraz da tez bir zamanda avtomobilin sükan arxasına keçib onların arxasınca çıxıb getmişdir. Qonşusu Nofəl də idarə etdiyi avtomaşınla onların arxasınca getmişdir. Onlar narahat olmağa başlamış və Elnurun yanına getməyi qərara almışlar. O, Ayşən, Aytən və Nübubət evdən çıxaraq hadisə yerinə getməyə başlamışlar ki hadisəni törətəmiş Ehtibar idarə etdiyi “VAZ 2107” markalı avtomaşınla gəlib avtomaşını onların yanında saxlamış və gülə-gülə “Qulu hara getdi?”-soruşmuş və mənfi cavab aldıqdan sonra çıxıb getmişdir. Onlar hadisə yerinə gedəndə Rəşid kişi də avtomaşınla onların yanından keçib getmişdir. Hadisə yerinə çatmağa az qalmış uzaqdan atəş səsi eşitmiş, tüstü qalxdığını, Ehtibarın əlində saxladığı silahı kənara tulladığını görmüşdür. Bundan sonra var gücü ilə hadisə yerinə doğru qaçmağa başlamışdır. Rəşid kişi və onunla gələn qadınlar hadisə yerində olmuşlar. Onlar hadisə yerinə çatanda görmüşlər ki Muraz və Atəş Ehtibarı arxadan tutub onu saxlamağa çalışırlar. O, anası Nübubət və Aytən onları aralamaq istəyərkən Ehtibar əynindəki köynəyi çıxardıb onlardan aralanıb avtomaşınının sükanı arxasına keçərək sürətlə hadisə yerindən uzaqlaşmışdır. Elnur al qanın içində arxası üstə yerdə uzanılıqlı olmaqla başında güllə yarası olmuşdur. Onlar dərhal təcili yardıma məlumat vermişlər. Bundan sonra hadisə yerinə xəbəri eşidən qonşular, qohumlar, polis və prokurorluq əməkdaşları gəlmişlər. Hadisə vaxtı Ehtibarı heç kim döyməmiş və vurmamışdır. Ehtibar silahla Elnurun baş nahiyəsindən bir dəfə atəş açıb onu qətlə yetirdikdən sonra Muraz və Atəş onu tutub məcburi şəkildə saxlamağa çalışmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid10, Şahid9 və Şahid8 oxşar məzmunlu ifadələr verərək işin halları ilə bağlı Şahid7 ifadəsində göstərilən xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid12 ifadəsində göstərmişdir ki, X13 onun doğma oğludur. Ehtibar əvvəllər məhkum olunmuş, 2004-cü ildən 2014-cü ilə kimi X15 şəhərində həbsdə olmuşdur. Oğlu cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasına qayıtmış və özünə məxsus Şəmkir rayonu Yeni-Həyat kəndində yerləşən evdə yaşamağa başlamışdır. Ehtibarı kənddə “dəli” ləqəbi ilə tanıyırlar. Oğlu kənddə qalmaqallı həyat yaşamış, ailə üzvləri ilə tez-tez xoşagəlməyən hərəkətlər etmiş, arvadı Aynuru əsassız yerə qısqanmış, olmayan hadisələri danışmışdır. Oğlu kənar şəxslər tərəfindən izlənildiyini, düşmənlərinin çox olduğunu ona demişdir. Mərhum X2 bacanağı olmuşdur. “Qulu” ləqəbi ilə tanınan Elnur arvadı Qızılgül ilə birlikdə rayonun Yuxarı Seyfəli kəndində yaşamışdır. Oğlu Ehtibarın bacanağı Elnurla aralarında soyuq münasibət olmalqa aralarında gediş-gəliş olmamış, bacanaq kimi oturub durmamış, görüşməmiş, ancaq oğlunun qayınanası Əzizə arabir onların evinə gəlib-getmişdir. Elnurun ailəsi ilə yaxın münasibətləri olmasa da görüşdüyü vaxt bir-biri ilə salamlaşmışlar. Oğlu Ehtibarın bacanağı Elnur ilə aralarında əvvəllər hər hansı bir ciddi mübahisə və ya münaqişə olmasını eşitməmiş və görməmişdir. xx.xx.2020-ci il tarixdə saat 15 radələrində oğlu Ehtibar icarəyə götürdüyü torpaq sahəsini çəpərləmək üçün Saləddin adlı fəhlə ilə birlikdə idarə etdiyi avtomaşınla evdən çıxıb getmişdir. O, evdə əsr namazını təzə qılıb qurtarmışdır ki, gəlini Aynur həyəcanlı səslə onu bayıra çağırıb Ehtibarın dalaşdığını bildirmişdir. O, evdən küçəyə çıxanda Ehtibarı görmüş və ona yaxınlaşmaq istəyən zaman Ehtibar cəld bir şəkildə avtomaşının sükan arxasına keçib çıxıb getmişdir. Gəlini Aynurun dediyinə görə Ehtibar evə gəldiyi vaxt üst paltarı əynində olmamış, üstü başı çirkli olmaqla sifətində xəsarətlər olmuş, əyninə təzə paltar geyinərək çıxıb getmiş, bacanağı Elnuru güllə ilə vurmasını Aynura bildirməmişdir. Ehtibar evdən çıxıb getdikdən sonra o, istifadəsində olan mobil nömrə ilə Saləddinə zəng edib soruşmuşdur ki, Ehtibar kimlə dalaşıb. Saləddin də ona “ay xala Ehtibar məni zülmə qoydu, məni piyada qoyub getdi” demişdir. Bundan sonra o, qonşusu Rahibə zəng etmiş, Rahib ona Ehtibarın odlu silahla Elnuru öldürdüyünü demişdir. Bundan sonra evinə polis əməkdaşları gəlmiş, oğlunu kənddə axtarmağa başlamışlar. xx.xx.2020-ci il tarixdə oğlu polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid13 oxşar məzmunlu ifadə verərək işin halları ilə bağlı Şahid12 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid11 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid11 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, hadisəni törətmiş X9 Şəmkir rayonu, Yeni-Həyat kəndində günəmuzd fəhlə işlədiyi zaman tanımışdır. Baş vermiş hadisədən əvvəl Ehtibar Süleymanov ona kənddə iş təklif etdiyinə görə onunla işləmək qərarına gəlmişdir. Hadisədən bir gün əvvəl, yəni xx xxxxx 2020-ci il tarixdə Ehtibar Süleymanova məxsus torpaq sahəsinə bir neçə dəmir boru aparmışlar. xx xxx 2020-ci il tarixdə qeyd edilən torpaq sahəsini çəpərləmək üçün Ehtibarın idarə etdiyi “VAZ 2107” markalı avtomaşınla dəmir boruları yerə basdırmaq məqsədi ilə sahəyə getmişlər. Onlar dəmir boruları yerə basdırıb dibinə daş töknüş, bundan sonra fasilə verərək işi dayandırmış və qonşuluqda yaşayan Nofəl adlı şəxsə məxsus evin həyətində çay içmişlər. Onlar çay içəndə sonradan adını bildiyi X24 telefonla danışa-danışa Nofəlin evinə tərəf gəlib evə çatmağa az qalmış ondan içmək üçün çiçəkli çay istəmişdir. Həmin vaxt Elnur onları görsə də salamlaşmamışdır. Bu vaxt Nofəlin evin yanına “Mercedes” markalı avtomobil gəlmiş, Elnur getdiyi istiqaməti dəyişərək avtomobilə doğru gedərək avtomaşına oturmuş və onlar çıxıb getmişlər. Nofəl onlara bildirmişdir ki, bu gün Elnur qoyun otarılan yerdə hazırda adını xatırlamadığı şəxslə ağızlaşıbdır. Bundan sonra Nofəl idarə etdiyi “Niva” markalı avtomaşınla Elnurun arxasınca sürüb getmişdir. Həmçinin, qırmızı rəngli “VAZ 2106” markalı avtomaşın da Elnurun arxasınca getmişdir. Daha sonra Ehtibar gedib avtomaşında oturmuş, o, maşında olan lapatka, sement və əl arabasını yerə boşaltmışdır. Ehtibar ona sementi quma qarışdırıb palçıq düzətməsini tapşırmış və ona bildirmişdir ki gedib davaya baxacaq. Sonra onu sahədə tək qoyub avtomaşınla çıxıb getmişdir. O, sementi quma qarışdırıb palçıq düzətməyə təzə başlamışdır ki, Nofəlin adını bilmədiyi atası gəlib onunla söhbət etməyə başlamışdır. Elə bu vaxt o, uzaqdan atəş səsi eşitmiş, lakin atəş səsi zəif eşidilmişdir. Bir qədər keçmişdir ki, tanımadığı qadın onun yanına gəlib ağlaya-ağlaya “kim idi gülləni atan” deyən kimi onunla gələn digər tanımadığı qadınlar da ağlamağa başlamışlar. O, nə baş verdiyini öyrənmək üçün tez bir şəkildə evdən çıxıb ağlayan qadınla hadisə yerinə getmişdir. Hadisə yerinə çatanda mərhum Elnur Hümmətlinin meyitini arxası üstə uzanıqlı görmüşdür. Hadisə yerində olan şəxslər bildirmişlər ki, Ehtibar silahla bir dəfə Elnurun başından atəş açaraq onu qəsdən öldürmüş və hadisə yerindən qaçmışdır. Bundan sonra o, kəndə qayıdaraq 3-4 gün kənddə qalıb işləmiş, sonra yaşadığı Göygöl rayonu Çaykənd kəndinə qayıtmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli Şəmkir rayon prokurorluğunun böyük müstənqi vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas Məhərrəm Məmmədov tərəfindən tərtib olunmuş raportdan görünür ki, xx xxx 2020-ci il tarixdə saat 17:55 Şəmkir rayonu Yuxarı Seyfəli kənd sakini 1992-ci il təvəllüdlü X16 Şəmkir rayonu Yeni-Həyat kəndi ərazisindən keçən yeni-Həyat-Mehrili kənd avtomobil yolunun 4-cü km-də rayonun Yeni-Həyat kənd sakini X13 tərəfindən odlu silahla açılan atəş nəticəsində öldürülməsi barədə Şəmkir rayon polis şöbəsinin növbətçi hissəsindən rayon prokurorluğuna məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Şəmkir rayon mərkəzindən 11 km məsafədə yerləşən Şəmkir rayonu Yeni-Həyat kəndi ərazisindən keçən Yeni-Həyat–Mehrili kənd avtomobil yolunun 4-cü kilometrliyidir. Hadisə yeri dağlıq-təpəlik yerlərdən ibarətdir. Avtomobil yolu torpaq örtüklü olub çınqıl daşla qarışıqdır.Yeni-Həyat kəndi istiqamətində gedən yolu əks tərəfi, yəni Çaylı kənd istiqamətində olan yol yoxuş istiqamətlidir. Avtomobil yolunun ümumi eni 6 metrdir. Hadisə yerində üzü Çaylı kəndi istiqamətində dayandıqda sol tərəfdə örüş sahələri, sağ tərəfdə isə təpəlik yerləşir. Hadisə yerinə baxış zamanı X16 arxası üstdə uzadılmış meyiti vardır. Meyitin üzəri ağ rəngli mələfə ilə örtülmüş vəziyyətdədir. Meyitin başı təpəyə doğru olmaqla ayaqları Mehrili kəndi istiqamətindədir, meyit yolun eninə doğru uzadılmış vəziyyətdədir. Hadisə yerində üzü Çaylı kəndi istiqamətində dayandıqda meyitin başı yolun sağ kənarından 1 metr, ayaqları yolun sol kənarından 4 metr məsafədə yerləşir. Meyitin əynində tünd göy rəngdə poluver, solğun yaşıl rəngdə qısaqol mayka, belində qara kəməri olan tünd göy rəngli şalvar, qara rəngdə tursik və bir cüt ayaqqabı vardır. Meyitə baxış zamanı onun başın tüklü hissəsində sol gicgah nahiyyəsində 3 sm ölçüdə yara vardır. Ekspert həmin yaranın odlu silahla yetirilməsini mümkün olduğunu bildirdi. Baxış zamanı meyit üzərində hər hansı digər xəsarət aşkar olunmadı. Meyitin görünən hissələrində baş nahiyəsinin arxa hissəsində, sol və yuxarı hissəsində qeyri-müəyyən formada qan gölməçəsi vardır. Həmin qanabənzər ləkələrdən 3 ədəd müxtəlif yerlərdən pambıq çöplə nümünələr götürülərək məhkəməbioloji ekspertizaya təqdim edilməsi üçün zərfə götürülərək qablaşdırıılmaqla möhürlənmişdir. Hadisə yerinə baxış zamanı meyitdən 5 metr məsafədə yolun sol kənarında torpaq üzərində daşların arasında bir ədəd 16 çaplı patronların atılması məqsədilə kustar üsulla hazırlanmış 30 sm uzunluğundan 16 çaplı qısalüləli və atəş açmaq üçün uyğunlaşdırılmış alət aşkar olundu. Həmin alətə (el arasında “farsunka” kimi adlanan) baxış zamanı müəyyən edildi ki, hissədən ibarət olmaqla həmin hissələr birbirinə dəftərxana rezinləri ilə bağlanmışdır. Həmin alət trasoloji və ballistik eskpertizaya verilməsi üçün götürülərək müvafiq qaydada qablaşdırılaraq möhürləndi. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa heç bir əşya, predmet aşkar edilmədi və götürülmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli “Meyitə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, mərhum X16 meyiti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və Pabirliyinin Şəmkir rayon şöbəsinin meytixanasında təşrih masasının üzərinə uzadılmışdır. Meyitin əynində tündgöy rəngdə ön tərəfdə “SD” hərfləri yazılmış poluver, solğun-yaşıl rəngdə qısaqol hərbçi mayka, belində qara kəməri olan tün göy rəngli cins şalvar, boz-qara rəngdə tursik və qara rəngdə corab və bir cüt krosovka ayaqqabı vardır. Meyitin əynində olan poluver və maykanın üzərində qana bənzərs şübhəli ləkələr vardır. Meyit kişi cinsli olub, kafi qidalı, düzgün bədən quruluşludur. Boyu 169-sm-dir. Əllə toxunduqda meyitin bədəni cüzi istidir. Meyit qaçması müayinə olunan əzələ qruplarında inkişaf etməmişdir. Meyitin arxa səthində barmaqla təzyiq etdikdə itən, təzyiq kəsildikdən sonra 10-15 saniyəyə bərpa olan meyit ləkələri vardır. Meyit ləkələri zəif inkişaf etmişdir. Başında tükləri qara-qonur rəngli olub, tək tək ağarmışdır, 3-5 sm uzunluğundadır. Saçları və üzü qana bulaşmış vəziyyətdədir. Başın tüklü hissəsinin sol gicgah nahiyəsində kor odlu silah yarası vardır. Sol gicgah nahiyəsində 3 sm ölçüdə ulduzvari formada kənarları nahamar didilmiş yara vardır. Başın sol gicgah nahiyəsində toxuma deffekti olmaqla yara mənfəzində əzilib-dağılmış beyin toxuması sınıb qəlpələnmiş gicgah sümüyü görünür. Kəllə qapağı sümükləri çox qəlpəli sınmışdır. Yara kanalının istiqaməti soldan sağa qismən öndən arxaya doğrudur. Yara kanalı boyunca beyin toxuması əzilib dağılmışdır. Əllədikdə burun sümük və qığırdaqları tamdır. Sağ burun dəliyində qan vardır. Gözləri açıqdır, bəbəkləri dairəvi olub, 0,5 sm diametrindədir. Meyitin ağzı yarımaçıq olmaqla dişləri təbii və zədəsizdir. Dili ağız boşluğunda sərbəst yerləşmişdir. Xarici qulaq keçəcəkləri sərbəstdir. Xarici cinsiyyət üzvləri kişi tipli olub, düzgün inkişaf etmişdir. Arxa keçəcək dəliyi qapalıdır, ətraf dərisi təmizdir. Yuxarı və aşağı ətraflar düzgün inkişaf etmişdir, əllədikdə sümükləri vardır. Mərhum X16 meyitininin xarici müayinəsi zamanı yuxarıda qeyd edilən xəsarətlərdən başqa hər hansı bir xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. Meyitin müayinəsi zamanı, meyitin əynində olan tünd göy rəngdə ön tərəfdə “SD” hərfləri yazılmış poluver, solğun-yaşıl rəngdə qısaqol hərbçi mayka və belində qara kəməri olan tünd göy rəngli cins şalvar iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli “İttiham elan etmək üçün şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi barədə” qərardan görünür ki, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham elan etmək üçün şübhəli şəxs qismində tutulmaqla barəsində axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, X13 xx xxx 2020-ci ildə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli “Avtomaşına baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, avtomaşına baxış zamanı müəyyən edilmişdir ki, “VAZ- 21074” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəmkir rayonunun Yeni Həyat kədində kənd sakini X29 məxsus istixananın qarşısında aşkar olunmuşdur. Nəqliyyat vaitəsi Ehtibar Süleymanovun yaşadığı evdən 250 metr aralıda aşkar olunmuşdur. Avtomobil bənövşəyi rənglidir. Avtomobilin 4 qapısı (iki qapı avtomaşının ön sağ və sol, iki qapı isə arxa sağ və sol tərəflərində) vardır. Avtomobilin qabaq sağ və sol, arxa sol şüşə və arxa yük yeri açıq vəziyyətdədir. Avtomobilin şüşələri tamdırlar, hər hansı bir çat və ya zədə yoxdur. Avtomobilin xarici səthində vurulma və zədələnmə izləri aşkar edilməmişdir. Avtomobilin salonuna baxış zamanı qabaq oturacaqda iki ədəd rezin, ayaqaltında bir ədəd vedrə, kibrit qutusu, bir qutunun içərisində 8 ədəd rezin, sarı rəngli alışqan, bir ədəd kiçik ölçülü qab aşkar olunmuşdur. Arxa sol ayaqaltında bir cüt kişi ayaqqabısı və bir ədəd tapança formalı alışqan aşkar olunmuşdur. Tapança formalı alışqan iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Avtomobilin çexolu qırmızı rəngdədir. Avtomobilin yük yerində hər hansı əşya aşkar olunmamışdır. Bundan başqa iş üçün əhəmiyyət kəsb edən hər hansı iz, əşya və ya predmet aşkar olunmamışdır və götürülməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli 4(076)-57/2020 saylı “Həbs qətimkan tədbiri seçilməsinə dair” Şəmkir rayon Məhkəməsinin qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə X4 Binnət oğlunun barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir.Həbs etmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli Şəmkir RPŞ-nin məsul növbətçi polis leytenantı Səhman Həsənov tərəfindən verilmiş raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 17:58 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətindən operator 1058 məlumat verərək bildirmişdir ki, Şəmkir rayonunun Çaylı kəndində yaşayan Şahid4 ***-***-**-** mobil nömrəsindən zəng vuraraq, qohumu Elnurun adını bilmədiyi Yeni-Həyat kənd sakini tərəfindən güllələnməsini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli “Axtarışda olmuş şəxsin tutulması haqqında” protokoldan görünür ki, axtarışda olan X1 rayonunun Çinarlı qəsəbəsində yaxalanaraq Şəmkir rayon prokurorluğuna təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Rayon Xəstəxanasının “X43” Konsultativ Poliklinika Şöbəsinin xx xxx 2020-ci il tarixli 176 saylı məktubdan görünür ki, X13 və X6 rayon Konsultativ Poliklinikasının narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda dayanmırlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli “Paltarlara baxış keçirilməsi və götürülməsi barədə” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış zamanı müəyyən olunmuşdur ki, idman şalvarı-qara rəngli, belində ip, ön tərəfindən iki cib vardır. Sağ və sol ayağın ön səthində və digər yerlərdə tozla bulaşmışdır və geyinilmiş təəsüratı yaradır. Ciblərdə hər hansı bir əşya aşkar edilməmişdir. Şalvarın sağ tayında diz hissədə 9x1,5 sm ölçüdə zədə vardır. Şalvarın sol tayında diz nahiyəsində və aşağı hissədə deşilmiş zədələr vardır. Başqa zədə, sökülmə, cırılma və sair izlər aşkar edilməmişdir. Şalvar üzərində qanabənzər ləkələr müşahidə olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində təşkil edilmiş B və C viruslu hepatitlərin profilaktikası diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyasının iclasının xx xxxxxx 2018-ci il tarixli 156 saylı protokolundan çıxarışdan görünür ki, X10–Hepatit C, Genotip təyin edilməyib diaqnozu qoyulubdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Şəmkir RİHB-nın Yeni-həyat kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X13 həqiqətən Yeni-həyat kəndində yaşayır və daimi qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Şəmkir RİHB-nın Yeni-həyat kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X7 ailə üzvləri- arvadı Şahid13, anası X11 ibarətdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir RİHB-nın Yeni həyat kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Süleymanov Ehtibar xx.xx.1977-ci ildə Şəmkir rayonunun Çinarlı qəsəbəsində anadan olub. Ehtibar Süleymanov 2004-cü ildən 2014-cü ilə kimi X15 şəhərində həbsdə olub.O həbsdən qayıtdıqdan sonra kənd əhalisi arasında həmişə xoşa gəlməyən hərəkətlər etmiş, qalmaqallı həyat yaşamışdır. Nümayəndəliyə həmişə onun barəsində şikayət xarakterli şifahi müraciətlər daxil olubdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxx 2020-ci il tarixli tələbnamədən görünür ki, X1 rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Şəmkir rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli xx/xx-1924 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı İstintaq Təcridxanasının rəis vəzifəsini müvəqqəti icra edən ədliyyə polkovnik-leytenantı Asif Quliyev tərəfindən verilmiş məktubdan görünür ki, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 04(dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş X13 tibbi baxışdan keçirilən zaman onun sol alın nahiyyəsində qançır, qaşının ortasında, sağ saidin arxa hissəsində, sağ bazunun içəri nahiyyəsində, sağ qoltuqaltı və hər iki baldırda sıyrıq və qançır izləri aşkar olunmuşdur. Ehtibar Süleymanov izahatında üzərində aşkar edilmiş xəsarətləri həbs edilməmişdən əvvəl xx.xx.2020-ci il tarixdə Şəmkir rayonunda törətdiyi cinayət hadisəsi zamanı aldığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli 1977 saylı Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş arayışdan görünür ki, X3 şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekpertiza və X36-Təcrubi və Tədris Birliyinin xx xxx 2020-ci il tarixli 465 saylı ekspertiza rəyindən görünür ki, X7 bədən səthində aşkar edilmiş xəsarətlər-sağ gicgah nahiyəsinin yumşaq toxumalarının şişkinlik və ağrı halında əzniyi, alın nahiyəsinin, sol çənə oynağı nahiyəsinin və sağ saidin orta üçdə birinin arxa səthinin sıyrıqları küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri xx xxx 2020-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2018-ci il tarixli 1(076)-141/2018 saylı Azərbaycan Respublikası Şəmkir Rayon Məhkəməsinin qərarından görünür ki, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilmişdir və o cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2017-ci il tarixli 1(076)-79/2017 saylı Azərbaycan Respublikası Şəmkir Rayon Məhkəməsinin qərarından görünür ki, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilmişdir və o cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekpertiza və X36-Təcrubi və Tədris Birliyinin xx xxxx 2020-ci il tarixli 19 saylı ekspertiza rəyindən görünür ki, mərhum X16 bədənində aşkar edilmiş xəsarət - sol gicgah nahiyəsinin kəllə boşluğuna keçən bir ədəd kor qırmalı odlu silah yarası; Yararının giriş dəliyi sol gicgah nahiyəsinin tüklü hissəsində yerləşir. Yara kanalının istiqaməti soldan sağa, qismən öndən arxaya doğrudur. Yara kanalı boyunca dəri, sol gicgah sümüyü, beyinin sərt və yumşaq qişası, beyin toxuması zədələnmişdir. Sol gicgah nahiyəsinin kor odlu silah yarası patronu qırma ilə doldurulmuş odlu silahdan, ola bilsin ki, ekspertizaya təqdim edilmiş odlu silah qismində istifadə olunan kustar üsulla hazırlanmış alətdən qırmaların kompakt təsir etdiyi distansiyadan (yaxın məsafədən) açılmış bir atəş nəticəsində törənmişdir, həyatıdır. Ağırlıq dərəcəsinə görə sol gicgah nahiyəsinin bir ədəd odlu silah yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdir. Mərhum X16 ölümünə səbəb sol gicgah nahiyəsinin kəllə boşluğuna keçən kor odlu silah yaralanması nəticəsində baş beyin toxumasının əzilib dağılması olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu dermək olur ki, X16 ölümü meyitin meyitxanada müayinəyə başlanmasından 2-4 saat əvvəl baş vermişdir. Mərhum X16 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 4%o promilli qatdığında etil spirti aşkar edilmişdir. Rəsmi cədvəl üzrə bu miqdar etil spirti canlı şəxslərdə ağır dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə uyğun gəlir. Lakin, X16 meyitindən götürülmüş qanda narkotik maddə aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli “Üzləşdirmə protokolundan” görünür ki, üzləşdirmə zamanı zamanı Şahid11 bir daha Ehtibar Süleymanovun üzünə qarşı sonuncunun xx xxx 2020-ci il tarixdə bacanağı X16 çoban itlərinin boğuşması üstündə həmkəndlisi Şahid5 ilə mübahisə etməsi ilə əlaqədar sonuncunun oğlu Şahid1la aralarında olan münasibətləri aydınlaşdırmaq məqsədilə görüşmələrini eşitdikdən sonra davaya baxmaq məqsədilə idarə etdiyi avtomobili ilə hadisə yerinə getdiyini bildirmiş, üzləşmə zamanı X13 isə ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli “Üzləşdirmə protokolundan” görünür ki, X13 ilə şahidlər Şahid2 və Şahid4 arasında aparılmış üzləşdirmə zamanı Şahid2 və Şahid4 bir daha Ehtibar Süleymanovun üzünə qarşı sonuncunun xx xxx 2020-ci il tarixdə heç bir səbəb olmadan Elnur Hümmətlini vurmasını, daha sonra avtomobildən götürdüyü odlu silahdan atəş açaraq qəsdən Elnur Hümmətlini öldürdüyünü, hadisə vaxtı onu döymədiklərini, heç bir xəsarət yetirmədiklərini bildirmiş, üzləşmə zamanı X13 isə ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-ballistik və trasoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 3/456; 3/457; 3/463 saylı eskperizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) qurğu əldədəüzəltmə üşulu ilə hazırlanmış odlu silahdır, atəş üçün yararlıdır. Həmin silahın detallarını özünə çəkib buraxdıqda, həmçinin dib hissəsini bərk predmetə vurduqda, “A” hərflə işarələnmiş detalı əldə tutaraq yuxarı qaldırılmaqla aşağı istiqamətə sərt hərəkət etdirdikdə silahın vurucusu pistona zərbə endirərək gilizin pistonunu alışdırır, bu da ondan göstərilən hallarda atəşin açılması mümkünlüyünü təsdiq edir. Tədqiqata təqdim edilmiş qurğunun əldədüzəlmə üsulu ilə hazırlanması, bu səbəbdən də silahdan atəş komponentləri tam olan (boşaldılmamış) patronlardan istifadə edilməklə atəşlər açılmadığını (atəşin açılması təhlükəli olduğundan) nəzərə alaraq həmin siladan atılmış patronun qırmalarının maksimal uçuş məsafəsi və öldürücü - məhvetmə gücünü məyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş 01 (bir) giliz zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli olmaqla, həmin kalibrə malik, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış hissəsidir-gilizidir, təqdim edilmiş əldədüzəlmə üsulu ilə hazırlanmış silahdan atılmışdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet zavod üsulu ilə tapança formasında hazırlanmış alışqandır, odlu, qaz silahı hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. -Tədqiqata təqdim edilmiş 09 (doqquz) ədəd metal predmetin yuxarıda göstərilən ölçülərinə, hazırlanma üsulunun xüsusiyyətlərinə, xüsusi ədəbiyyatda göstərilən texniki məlumatlara və eləcə də mikroskopik tədqiqatın nəticələrinə əsasən belə rəyə gəlmək olur ki, həmin predmetlər müxtəlif kalibrli, yivsiz, odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, atəş komponentinin atəşlə ayrılmış hissəsidir-qırmalardır. Təqdim olunan qırmaların üzərində atəşədək doldurulduqları gilizin daxili divarlarından və atıldığı silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri, karteçin hədəfə dəyməsi prosesində əmələ gəlmiş çoxsaylı, müxtəlif istiqamətli və formalı batıqlar, çıxıntılar, xaotik quruluşlu sıyrıqlarla qarşıdığına, öz ilkin forma və ölçülərini itirdiklərinə, habelə az və zəif əks edildiklərinə görə, eyniləşmə tədqiqatı üçün yararsız olduqları üçün onların təqdim edilən silahda, habelə başqa hansısa konkret bir silahdan atılıb-atılmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş silahın lülə kanalından atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmiş, bu da onu göstərir ki, həmin silahdan atəş (atəşlər) açılmışdır. Elmi metodika olmadığından atəşin sayını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş üzərində “Ehtibar Süleymanov və Elnur Hümmətliyə” məxsus olduğu qeyd edilən geyim əşyalarının səthindən odlu silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən yaranmağa xarakterik zədələr aşkar edilməmişdir. Bu səbəbdən atəşin məsafəsini və istiqamətini müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş üzərində “Ehtibar Süleymanov və Elnur Hümmətliyə” məxsus olduğu qeyd edilən geyim əşyalarının səthindən atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəsickləri aşkar edilmişdir. Həmin hissəciklər təqdim edilmiş silahdan açılan atəş nəticəsində də yarana bilər.Tədqiqata təqdim edilmiş geyim əşyalarından üzərində “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən şalvarının və “E.S.Hümmətliyə” məxsus olduğu qeyd edilən poluverin üzərində rəyin təsviri hissəsində qeyd olunan mexaniki zədələrin yerləşdiyi yeri və ölçüsü verilib. Həmin zədələrdən “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən şalvarın üzərində olan zədələr hər hansı bərk predmetə kontakda olması, sürtünməsi, ilişməsi nəticəsində yarana bilən cırılma, sürtünmə zədələridir. Təqdim edilmiş “E.S.Hümmətliyə” məxsus olduğu qeyd edilən poluverin üzərində olan zədə isə hər hansı bərk predmetə kontakda olması, ilişməsi nəticəsində yara bilən ilişib-cırılma zədəsidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Məhkəmə-Tibbi Ekpertiza və X20” Publik Hüquqi şəxs xx xxxx 2020-ci il tarixli 462/2020- MTBŞ saylı maddi sübutların ekspertizası rəyindən görünür ki, 1. X16 ABO sistemi üzrə qan qrupu: B-alfa/İİİ/. 2. X7 ABO sistemi üzrə qan qrupu: A-beta/İİ/./Şəxsiyyəti təsdiq edən sənədlər üzrə portal axtarış vərəqələrinin kserosurətlərinə əsasən/ 3. Ekspertizaya təqdim edilən mərhum X18 məxsus papaqlı sviter, cins şalavar, qısaqol mayka üzərindəki ləkələrdə və hadisə yerindən 03 ədəd kosmetik çubuğun uclarına hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda B antigeni, bəzi ləkələrdə həmçinin alfa aqqlyutinini də alınmışdır. Beləliklə də qan ləkələri B-alfa/İİİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum X18 məxsus ola bilər. Ləkələrdə A-beta/İİ/ qruplu təqsirləndirilən şəxs X7 qanının olması ABO sistemi ilə inkar olunur. 4.Təqdim edilən X10 məxsus idman şalvar üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin xx xxxx 2020-ci il tarixli 274/110 saylı eksperiza rəyindən görünür ki, X13 hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədəkən hər hansı bir xroniki ruhi (psixi) xəstəlik, ruhi (psixi) fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki ruhi (psixi) xəstəlik, ruhi (psixi) fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. X8 müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin psixopatik çizgiləri) baxmayaraq, o hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini idarə etmək və hərəkətlərinin məsuliyyətini dərk etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. X7 əməli Azərbaycan Respublikasının CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini idarə etmək və hərəkətlərinin məsuliyyətini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs X13 aşağıdakı fərdi-psixi xüsusiyyətləri malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs X7 fərdi-psixi xüsusiyyətləri nəzərə alınaraq ona şamil edilən hazırki cinayət əməlini törədən vaxt güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekt vəziyyətində) olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli “Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, təqsirləndirilən şəxs X13 xx.xx.2020-ci il tarixdə özünə məxsus torpaq sahəsi çəpərləmək üçün Şahid11 ilə birlikdə idarə etdiyi “VAZ 2107” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Yeni- Həyat-Çaylı yolu ilə sahəyə getdiklərini, boruları yerə basdırıb dibinə daş töküb yerini bərkitdikləri yeri, Şahid3 Firudin oğlunun ona çay içməyi təklif etdiyi üçün Şahid11la birlikdə onun evinə getdiklərini, bundan sonra bacanağı X16 oraya gələrək Şahid3 çay istədiyini, bir qədər sonra Şahid1 idarə etdiyi “Mercedes” markalı avtomobili ilə Nofəlin evin yanına gəldiyi yeri, Elnurun götürdüyünü və oradan çıxıb getdikləri yer, onlar uzaqlaşmazdan əvvəl Şahid3 hara getdiklərini soruşduğunu, Şahid3 də ona həmin gün qoyun otarılan yerdə X28 atası Rəşid kişi ilə mübahisə etdiklərini, ola bilsin davaya getdiklərini, bildirdiyini, bundan sonra Şahid2 və Şahid3 idarə etdikləri avtomobilləri iə onların arxasınca getdiklərini, bir qədər sonra yaşadığı evdən qabda su gətirmək üçün avtomobilinə əyləşib Yeni-Həyat kəndi istiqamətində getdiyi yeri, avtomobili ilə hərəkət etdiyi zaman Elnur, Rahib, Nofəl, Muraz və Atəşin yolun ortasında dayandıqları yeri, onların yoldan kənara çəkilmədikləri üçün avtomobili saxladığı yeri, onlara ona yol vermələrini bildirdiyini, sonra avtomobildən düşərək Rahibə müraciət etdiyini, bu vaxt X32 “söhbətini elə, de görüm nə demək istəyirsən”,- dediyini, onlara “mən sizə problem həll eliyənəm, yolu niyə kəsmisiniz” dediyini, Elnur Hümmətlinin nalayiq ifadələr işlədərək heç bir səbəb olmadan yumruqla sifətinə vurduğu yeri, daha sonra Elnur Hümmətli ilə əlbəyaxa olduğu yeri, özünü müdafiə etmək məqsədilə avtomobilə tərəf qaçaraq avtomobilin arxa qapını açıb qabaq oturacağının arxa saxlanc yerindən el arasında “forsunka” kimi adlanan odlu silah çıxartdığını, həmin silahı nümayiş etdirərək onları qorxutduğunu Elnur Hümmətlinin öz qanunsuz hərəkətlərini davam etdirərək üzərinə gəlib onu vurmaq istəyərkən özünü qorumaq üçün ona xəsarət yetirmək məqsədilə həmin silahın dib hissəsi ilə onun başına vurduğu yeri, həmin vaxt silahdan atəş açıldığını, hadisə yerində olan Atəş və Murazın ona hücüm edərək döyməyə başladıqları yeri, onları qorxutmaq üçün cəld bir şəkildə avtomobilin qabaq qapısını açıb yalandan avtomobildə başqa bir silah olmasını dediyini, sonra avtomobilin sükan arxasına keçib sürətlə hadisə yerindən uzaqlaşdığı yeri göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı X10 həmin hadisənin törədilməsində başqa hər hansı bir şəxsin iştirak edib-etmədiyi barədə suallar verilmişdir, sonuncu hadisəni tək törətdiyini, başqa şəxsin hadisənin törədilməsində iştirak etmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “xxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxx 2020-ci il tarixli, 10037 saylı cavab məktubu ilə daxil olmuş diskə baxış zamanı müəyyən edilmişdir ki, xx xxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək olan müddət ərzində X7 istifadəsində olan 050 ***-**-** saylı mobil nömrə ilə X16 istifadəsində olan 050 ***-**-** saylı və Şahid1 istifadəsində olan 050 ***-**-** saylı mobil nömrə arasında hər hansı danışıqlar aparılmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “xxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxx 2020-ci il tarixli, 10332 nömrəli cavab məktubu ilə daxil olmuş diskə baxış zamanı müəyyən edilmişdir ki, xx xxxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixdək olan müddət ərzində X16 istifadəsində olan 050 ***-**-** saylı mobil nömrə ilə X7 istifadəsində olan 050 ***-**-** saylı mobil nömrə arasında hər hansı danışıqlar aparılmamışdır. Eyni zamanda həmin müddət ərzində Şahid1 istifadəsində olan 050 ***-**-** saylı mobil nömrə ilə X7 istifadəsində olan 050 ***-**-** saylı mobil nömrə arasında hər hansı danışıqlar aparılmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, 1. Cinayət işi üzrə təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 221.3, 228.1 və 229.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsini və ona elan olunmuş ittihama əlavələr və dəyişikliklər edilməsi zərurətinin yaranmasını nəzərə alaraq, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.2, 221.3, 228.1 və 229.1-ci maddələrinə tövsiv edilməklə onun Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirləndiirlən şəxs qismində cəlb edilməsinə və ona yenidən ittiham elan edilməsinə, X4 Binnət oğlunun hadisə vaxtı sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcəsi təyin edilməyən xəsarətlər alması ilə əlaqədar cinayət tərkibinin olmamasını, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 37.3-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinin zərərçəkmiş şəxsin şikayəti əsasında həyata keçirilməsini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 37.5-ci maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinin zərərçəkmiş şəxsin şikayəti olmadan prokuror tərəfindən başlanmasını nəzərdə tutulmuş halların olmamasını nəzərə alaraq, zərərçəkmişin şikayətinin olmaması əsasına görə həmin xüsusat üzrə cinayət işi başlanması və inzibati xəta haqqında iş üzrə icraat başlanması rədd edilməsinə. Təqsirləndirilən şəxs X7 avtomobilinə baxış zamanı ekspertizasının xx xxxx 2020-ci il tarixli, 3/456; 3/457; 3/463 saylı rəyinə əsasən zavod üsülu ilə tapança formasında hazırlanmış alışqan olduğundan və odlu, qaz silahı hesab edilmədiyindən, üzərinə təyinatını dəyişdirən əlavə və dəyişiklik edilmədiyindən, eləcə də X7 hadisə zamanı silahın döyüş sursatı kimi istifadə etdiyi patronun yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulduğundan, həmin xüsusat üzrə X13 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələri ilə cinayət işinin başlanmasının rədd edilməsinə, İstintaq zamanı zərəçəkmiş mərhum X18 məxus paltarları-papaqlı sviter, cins şalvar və qısaqol mayka, X10 məxsus 01(bir) ədəd qurğu, 01(bir) ədəd giliz, 3(üç) ədəd hər iki tərəfi qana şübhəli ləkələrə batırılmış pambıq çöp, Elnur Hümmətlinin meytinin daxili şübhəli ləkələrə batırılmış pambıq çöp, Elnur Hümmətlinin meyitinin daxili müayinəsi zamanı kəlllə boşluğunda aşkar edilərək götürülmüş 09( doqquz) ədəd deformasiya uğramış qırma, eləcə də “xxxxxxxxxxxxxxxx” MMC-dən daxil olmuş telefon danışıqlarının əks olunduğu 03 ədəd CD diskin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinə əlavə edilməsinə, CD disklərin cinayət işinin materiallarında, digər maddi sübutların isə Şəmkir rayon prokurorluğunuun “ Maddi sübutlar” otağında saxlanılmasına “VAZ 21074” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı götürülmüş 1(bir) ədəd tapança formasında hazırlanmış alışqanın iş üçün hər hansı sübut əhəmiyyətinə malik olmadığından maddi sübut hesab edilməyərək təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmasına, imtina edildiyi halda ilə məhv edilməsinə dair qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Ehtibar Süleymanovun məhkəmə istintaqında vermiş olduğu ifadədə onun mərhum Elnur Hümmətlini öldürmək fikri olmamasına, əlində olan odlu silahın qundağı ilə Elnura xəsarət yetirmək istədiyi zaman silahın amortizasiyası nəticəsində qəfildən açılan atəşin Elnuru həyatdan məhrum etməsinə dair xüsusatlara tənqidi yanaşır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla tam təkzib edilmişdir. Odur ki, məhkəmə sözügedən xüsusatları özünü müdafiə xarakteri daşıdığından, məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, X7 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 221.3, 228.1 və 229.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Ehtibar Süleymanovun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinin sanksiyasında 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında 2 ilədək müddətə islah işləri və ya 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 229.1-ci maddəsinin sanksiyasında isə 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1 maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3 maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə təqsirləndirilən şəxs X10 cəza təyin edərkən cinayətin odlu silahdan istifadə etməklə törədilməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. X13 törətdiyi hüquqazidd əməllərlə (hərəkətlərlə) Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş dörd müstəqil cinayət törətmişdir. O həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası CM-in 17-ci maddəsinə əsasən cinayətlərin məcmuyu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsussilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Məhkəmə X10 cəza təyin edərkən yuxarıda göstərilənləri, nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 221.3, 228.1 və 229.1-ci maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına, cinayət məcəlləsinin ədalət prinsipinin həyata keçməsinə, cəzanın məqsədlərinə və Ehtibar Süleymanovun islah olunmasına nail olmaq olar. Eləcə də, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Ehtibar Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, X13 xx xxx 2020-ci ildə şübhəli şəxs qismində tutulmuşdur. Bundan başqa cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx xxx 2020-ci il tarixli 4(076)-57/2020 saylı “Həbs qətimkan tədbiri seçilməsinə dair” Şəmkir rayon Məhkəməsinin qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə X4 Binnət oğlu barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmışdır. Odur ki, X4 Binnət oğlunun həbsdə saxlandığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, X4 Binnət oğlu ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, X10 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cidd rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. X4 Binnət oğlunun barəsində hər hansı əlavə cəzanın, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə isə əsaslar yoxdur. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Odur ki, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut hesab edilən və Şəmkir rayon prokurorluğunda saxlanılan zərərçəkmiş mərhum X18 məxsus paltarları – papaqlı sviter, cins şalavar və qısaqol mayka, X10 məxsus paltar –idman şalvarı qanuni sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, hadisə yerinə baxış zamanı götürülmüş 01 (bir) ədəd qurğu, 01 (bir) ədəd giliz, 3 (üç) ədəd hər iki tərəfi qana şübhəli ləkələrə batırılmış pambıq çöp, Elnur Hümmətlinin meyitinin daxili müayinəsi zamanı kəllə boşluğunda aşkar edilərək götürülmüş 09 (doqquz) ədəd deformasiyaya uğramış qırma məhv edilməli, eləcə də “xxxxxxxxxxxxxxxx” MMC-dən daxil olmuş telefon danışıqlarının əks olunduğu 03 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə 192 (yüz doxsan iki) manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6 maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 197.2 maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2 maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Ehtibar Süleymanovun maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi Ehtibar Süleymanovun tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə cinayət işinin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxs X7 hüquqlarının müdafiəsini Şəmkir rayon Vəkil Bürosunun vəkili X22, cinayət işinin məhkəmə istintaqı zamanı isə təqsirləndirilən şəxs X7 hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə x xxx 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxs Ehtibar Süleymanova göstərilmiş 8 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən X14 işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesabına 48 manat məbləğində, təqsirləndirilən şəxs Ehtibar Süleymanova göstərilmiş 15 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1 maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 221.3, 228.1 və 229.1ci təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 229.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə X10 qəti olaraq 17 (on yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlanıldığı müddət təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut hesab edilən və Şəmkir rayon prokurorluğunda saxlanılan zərərçəkmiş mərhum X18 məxsus paltarları – papaqlı sviter, cins şalavar və qısaqol mayka, X10 məxsus paltar –idman şalvarı qanuni sahiblərinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, hadisə yerinə baxış zamanı götürülmüş 01 (bir) ədəd qurğu, 01 (bir) ədəd giliz, 3 (üç) ədəd hər iki tərəfi qana şübhəli ləkələrə batırılmış pambıq çöp, Elnur Hümmətlinin meyitinin daxili müayinəsi zamanı kəllə boşluğunda aşkar edilərək götürülmüş 09 (doqquz) ədəd deformasiyaya uğramış qırma məhv edilsin, eləcə də “xxxxxxxxxxxxxxxx” MMC-dən daxil olmuş telefon danışıqlarının əks olunduğu 03 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 191 (yüz doxsan iki) manat, X5 alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs Ehtibar Süleymanova göstərilmiş 8 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən X14 işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesabına 48 manat məbləğində pul köçürülsün. Təqsirləndirilən şəxs Ehtibar Süleymanova göstərilmiş 15 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində X39 Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar