Məhkəmə qərarları › İş №1(100)-218/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-218/2020

15.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-218/2020 15.10.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, Nəbizadə Məğrur Etibar oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X7 Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1950-ci il tarixdə Samux rayonu, Zazalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, dul, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Göygöl rayonu, Alabaşlı məntəqəsi 174-cü kilometr ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1, 228.1 və 229.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə X16 Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Mahir Bayramovla aralarındakı şəxsi münasibətlərin pozulması ilə əlaqədar, yəni sonuncunun son 2-3 il ərzində ailəsi ilə birlikdə ondan ayrı yaşaması, bir ata kimi ona qayğı göstərməməsi, onun məişət problemləri ilə maraqlanmamasından irəli gələn ailə-məişət münaqişəsi zəminində oğlu Mahir və gəlini Gülnar Bayramova ilə aralarındakı münasibətlərin ciddi kəskinləşməsinə görə qisas alıb oğlunu öldürmək qərarına gəlmiş, bu məqsədlə əvvəlcədən planlaşdırdığı kimi xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində yaşadığı Göygöl rayonu, Alabaşlı məntəqəsi 174-cü km. ünvanında yerləşən evinin yaxınlığındakı əkin sahəsində oğlu Mahirin işləməsini dəqiqlşdirib istintaqa məlum olmayan mənbədən əldə edib 2018-ci ilin yanvar ayında günü isintaqa məlum olmayan tarixdə lüləsini, həmçinin qundağını kustar üsulla kəsib üzərində konstruktiv dəyişikliklər etməklə qanunsuz olaraq hazırladığı və bu yolla əldə edib qanunsuz saxladığı oldu silah olan 16 kalibrli, «TOZ-B» modelli, zavod üsulu ilə istehsal edilmiş 198808-59 nömrəli, hamar (yivsiz) qoşa-lüləli ov tüfənginin kəsiyini yaşadığı evin yardımçı tikilisindən götürərək gödəkcəsinin altında gizlətməklə, həmçinin evdən götürdüyü 11 ədəd patronu özü ilə həmin sahəyə gətirib, öz cinayətkar niyyətini həyata keçirmək məqsədilə patronlardan ikisini silahın lülələrinə qoyub əkin sahəsində işləyən oğlu Mahir Bayramova arxadan yaxınlaşaraq sonuncuya odlu silahdan təxminən 3-4 metr məsafədən 2 atəş açmış, həmin atəşlərdən biri boşa çıxmaqla digəri bel nahiyəsinə girib qarın boşluğuna keçib qaraciyərin, mədənin, bağırsaqların, dalağın, böyrəklərin zədələnməsi və oma sümüyünün qəlpəli sınması ilə, Mahir Bayramov üzü üstə yerə yıxıldıqdan sonra növbəti patronu da tüfəngin lüləsinə qoyub ona yaxınlaşaraq təxminən 1,5 metr məsafədən boyun nahiyəsinə açdığı növbəti 3-cü atəş isə boynunun sol tərəfində damarların, sinirlərin, əzələlərin və Vİ boyun fəqərəsinin sol köndələn çıxıntısının sınması ilə nəticələnən, həyat üçün təhlükəli olub sağlamlığa ağır zərərvurmaya aid edilən, kəskin daxili və xarici qanitirmə ilə müşayiət edilən, sonuncunun ölümü ilə bilavasitə səbəbli əlaqəsi olan xəsarətlər yetirərək Mahir Bayramovu qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş Azərbaycan Respublikası CM-nin 120.1, 228.1 və 229.1-ci maddələrilə nəzərdə tutulan ittihamlarla təqsirli bilərək ifadələrində göstərmişdir ki, 1975-ci ildə mərhum arvadı X8 ilə evlənmiş, həmin evlilikdən Zeynəb adlı qızları, Mahir və Zaur adlı oğlanları doğulmuşdur. Zeynəb və kiçik oğlu Zaur ailələri ilə birlikdə Gəncə şəhərində, böyük oğlu Mahir isə 2009-cu ildə ikinci dəfə evləndiyi Gülnar və 3 azyaşlı uşağı ilə birlikdə onun evində yaşamışdır. Mahir Gülnar ilə evləndikdən sonra birlikdə onun evində yaşamağa başladıqları vaxtdan Gülnarın onunla münasibəti pis olmuş, Gülnar ona bir qaynata kimi hörmət və qulluq etməmişdir. Gülnarın ona qarşı belə münasibət saxlaması barədə oğlu Mahirə dəfələrlə deməsinə baxmayaraq Mahir Gülnarı müdafiə etdiyinə görə həm Gülnarla bir gəlini kimi, həm də Mahirlə bir oğlu kimi münasibətləri pozulmuşdur. Mahirin uşaqlarının oxuduğu Nadil kənd orta məktəbi yaşadığı evdən uzaq olduğuna görə 2019-cu ilin axırlarında Mahir Nadil kəndindən kirayə ev tutaraq Gülnar və uşaqları ilə birlikdə köçüb həmin evdə yaşamağa başlamışlar. O, yaşı və səhhəti ilə bağlı tək yaşamaqda çətinlik çəkdiyinə görə Mahirin Nadil kəndində olan kirayədə yaşadığı evə gedərək Mahirdən bir ata kimi ona diqqət yetirməsini, onu öz evində saxlamasını xahiş etməsinə baxmayaraq Mahir onu yaşadığı evə buraxmayacağını bildirmişdir. 2019-cu ilin dekabr ayının ortalarında Mahirin yaşadığı evin yaxınlığındakı taxıl sahəsində işlədiyini görüb ona yaxınlaşaraq yenə də onu özü ilə evinə aparmasını xahiş etməsinə baxmayaraq Mahir onu kirayə yaşadığı evə aparmaqdan imtina etmişdir. Bundan sonra o, Camal adlı tanışından Mahir ilə görüşüb onu kirayədə yaşadığı evinə aparması barədə söhbət etməsini xahiş etmiş, Camal Mahirlə görüşdükdən sonra Mahirin onu qəbul etmək istəmədiyini demişdir. Həmin hadisədən 2 gün sonra Mahirin onu gördüyü halda ürəyi yumşalaraq onu evində saxlayacağını düşünüb Mahirin evinə getmiş və yenə də Mahirdən onu evində saxlamasını, hətta pensiya kartını ona verəcəyini deməsinə baxmayaraq həm Mahir, həm də gəlini Gülnar onu yaşadıqları evə buraxmaqdan imtina etmişlər. Bundan sonra Mahirin onu bir ata kimi qəbul etmədiyini dəqiqləşdirmiş və buna görə də Mahiri 4-5 il əvvəl Nadil kəndinin bələdiyyə sədri Yaqubun ona saxlamaq üçün toyuq-cücə verdikdən sonra həmin quşları vəhşi heyvanlardan qorumaq məqsədi ilə verdiyi, sonralar Yaquba oğurlandığını bildirib qaytarmadığı, onun tərəfindən təxminən 2018-ci ilin yanvar ayında lüləsini və qundağını kəsib qısaltdığı, yaşadığı evin yaxınlığında gizlətdiyi 16 kalibrli qoşalüləli ov tüfəngi ilə vurub öldürmək qərarına gəlmişdir. Bu məqsədlə Gəncə şəhərində, «Azərittifaq» deyilən yerdə olan ovçular mağazasına gedib mağazadan 4 ədəd karteçli patronlar, digərləri isə nisbətən xırda qırmaları olan cəmi 15 ədəd patron almış və yaşadığı evə gələrək tüfəngdən həmin patronların bir neçəsini meşəlik sahədə atmaqla məşq etdikdən sonra Mahiri evinin yaxınlığındakı taxıl sahəsində işləməyə gəldiyi vaxt öldürmək üçün münasib vaxt axtarmağa başlamışdır. Mahiri öldürdükdən sonra həbs ediləcəyini bildiyi üçün ona məxsus olan evdə Gülnarın yaşamamasına görə Mahiri öldürdükdən sonra yaşadığı evi yandırmaq qərarına gəlmiş və bu məqsədlə plastmas qablarda aldığı benzini dizel yanacağı ilə 20 litrlik qabda qarışdıraraq yaşadığı evin yanındakı yarımtikilidə saxlamışdır. Mahiri kiminsə yanında öldürsə onun tutulub saxlanılmaqla evini yandırmasına imkanı olmayacağını bildiyinə görə Mahiri tək olduğu vaxt öldürmək qərarına gəlmişdir. xx.xx.2019-cu il tarixdə, yeni il gecəsi Mahirə zəng edib onu evinə aparmasını bir daha xahiş etməsinə baxmayaraq Mahir əvvəl evdə olmadığını demiş, sonra isə onun telefon zənglərinə cavab verməmişdir. xx.xx.2020-ci il tarixdə saat 09 radələrində Mahirin Elvin adlı iş yoldaşı ilə birlikdə onun yaşadığı evdən 150-200 metr məsafədə taxıl sahəsində işləmək üçün gəldiklərini görmüş, Elvinin yanında Mahiri öldürsə Elvinin onu tutub saxlayacağını və buna görə də evini yandıra bilməyəcəyini fikirləşib Elvinin Mahirin yanından uzaqlaşmasını gözləmişdir. Saat 10 radələrində Mahirin yanına getmiş, Mahirdən nə səbəbə bayram gecəsi onu evinə aparmadığını soruşduqda Mahir Gülnar razı olmadığına görə onu evinə apara bilmədiyini demişdir. Saat 11 radələrində Elvin yemək üçün yaşadığı evə getdikdən sonra Mahirin yanından uzaqlaşıb yaşadığı evin yanındakı yardımçı tikilidə olan tüfəngi götürüb 2 ədəd karteçli patronları tüfəngin lüləsinə qoyduqdan sonra gödəkçəsinin altında gizlətmiş, 9 ədəd patronu isə ciblərinə qoyub Mahirə tərəf gəlmişdir. O, Mahirin arxa tərəfindən ona yaxınlaşmış, 3-4 metr məsafə qalmış bir qədər əli titrəyərək tüfəngi çıxarıb tətiyi çəkməklə 2 dəfə dalbadal bel nahiyəsindən atəş açdıqdan sonra Mahirin ölmədiyini görüb tüfəngə daha bir patron qoyaraq onun yıxıldığı yerə yaxınlaşıb təxminən 1 metr məsafədən boyun nahiyəsinə daha bir dəfə atəş açdıqdan sonra Mahirin öldüyünü görüb oradan uzaqlaşaraq evinə gəlmişdir. Özü ilə götürdüyü boş gilizi və gödəkçəsini evinin yanına atmış, sonra əvvəlcədən evi yandırmaq üçün hazırladığı neft məhsulunu evinin müxtəlif yerlərinə tökərək evi yandırdıqdan sonra əvvəlcədən hazırladığı ərzaq, siqaret, su, hadisə zamanı istifadə etdiyi tüfəngi və qalan 8 ədəd patronu götürüb Samux rayonu Qarayeri qəsəbəsinə, oradan da Gəncə şəhər avtovağzalına gəlib avtobusla Bakı şəhərinə getmişdir. Yolda olarkən onu axtaracaqlarını bilib telefonunu söndürmüş, Kürdəmir rayonu ərazisində olarkən telefonun batareyasını arxasına qoyub telefonu işə saldıqdan sonra ona bir neçə nömrədən zəng gəldiyini, həmçinin sahə müvəkkili Təhmasibdən də zəng gəldiyini görüb ona zəng vurmuş və səsinin çıxarmamışdır. Təhmasiblə 6-7 saniyə əlaqəsi olmuş və Təhmasib ondan harada olduğunu soruşduqdan zəngi sonlandırıb Şahid1 zəng etsə də ona zəng çatmamışdır. Saat 22:30 radələrində Bakı şəhərində Daxili İşlər Nazirliyinin qabaq tərəfinə gəlib telefonla “102 Məlumat Mərkəzi”nə zəng edib törətdiyi cinayət hadisəsi barədə məlumat vermiş, bir qədər sonra olduğu yerə gəlmiş polis işçilərinə könüllü təslim olaraq polis bölməsinə aparıldıqda hadisəni olduğu kimi danışmışdır. İfadəsinə əlavə olaraq törətdiyi əmələ görə peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 2009-cu ildə Mahir Bayramovla evlənmiş, evləndikdən sonra Mahirin atası Təqsirləndirilən şəxs məxsus olan Göygöl rayonu Alabaşlı məntəqəsi 174-cü kilometrdə yerləşən evində yaşamağa başlamışlar. Mahirlə birgə nikahlarından 1 oğlan, 2 qız uşaqları doğulmuşdur. 4-5 il əvvəl Nadil kəndinin bələdiyyə sədri Yaşara saxlamaq üçün hinduşka, toyuq-cücə verdiyi vaxt ev quşlarını vəhşi heyvanlardan qoruması üçün ov tüfəngi də vermişdir. Həmin ov tüfəngini ona Yaqubun verməsini bir müddət sonra Yaqubun həmin tüfəngi ondan istədiyi zaman bilmişdir. Belə ki, əvvəllər Yaşarın həmin tüfəngi kimdən almasını bilməmişdir. Yaşarla Yaqub bu barədə söhbət edərkən o qonşu otaqdan onların söhbətini eşitmişdir. Yaqub Yaşardan ona verdiyi tüfəngini qaytarmasını tələb etməsinə baxmayaraq Yaşar tüfəngin evindən oğurlandığını bildirmişdir. Son 2-3 il ərzində Yaşar bir neçə dəfə Mahirlə onu ov tüfəngi ilə öldürəcəyini bildirməsinə görə Yaqubla görüşüb tüfəngi Yaşardan almasını tələb etmələrinə baxmayaraq Yaqub Yaşarın onlara heç nə etməyəcəyini demişdir. 2019-cu ilin noyabr ayından Yaşarın evindən çıxaraq Nadil kəndində kirayə tutduqları evdə yaşamağa başlamışlar. Həmin evə köçərkən öz ev əşyalarının hamısını özləri ilə aparmışlar. Kirayə tutduqları evdə yaşadıqları vaxtlar Yaşar Camal adlı tanışını onların evinə göndərərək onlarla birlikdə yaşamağı təklif etməsinə baxmayaraq o, eləcə də Mahir Yaşarın onlarla birlikdə yaşamasına razılıq verməmişlər. Sonra isə Yaşarın özü onların kirayə yaşadıqları evə gəlib onu yaşadıqları evə buraxmasını xahiş etməsinə baxmayaraq Mahirlə o, Yaşarın onlarla birlikdə yaşamasına razılıq verməmişlər. 2019-cu ilin dekabr ayının ortalarında Mahir onunla söhbət edərkən Yaşarın evinin yaxınlığındakı taxıl sahəsində işlədiyini, Yaşarın tez-tez onun yanına gələrək söhbət etdiyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə səhər saatlarında Mahir Elvin adlı iş yoldaşı ilə birlikdə Yaşarın evinin yaxınlığında olan taxıl sahəsində işləmək üçün getmiş, saat 11 radələrində Mahir ona zəng edərək Yaşarın yanında olduğunu, Elvini göndərəcəyini, Elvin və atası ilə birlikdə nahar etmələri üçün yemək göndərməsini demişdir. Təxminən 1 saat sonra isə Elvin avtomobili ilə onun kirayəşin yaşadığı evə gələrək Camal ilə birlikdə əkin sahəsində Mahirin meyitini tapdıqlarını bildirmişdir. O, Mahirin işlədiyi əkin sahəsinə gəldikdə Mahirin işlədiyi əkin sahəsində boyun və bel nahiyələrində xəsarətləri olan meyitini və Yaşarın evinin yandığını görmüşdür. Orada ona məlum olmuşdur ki, Yaşar Mahiri ov tüfəngindən atəş açaraq öldürmüşdür. İfadəsinə əlavə olaraq təqsirləndirilən şəxslə barışmadığını, ona qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 7-8 ildir ki, Göygöl rayonu Nadil kəndi ərazisində yerləşən taxıl sahələrində fəhləlik etməklə məşğul olduğu vaxtdan həmin sahələrdə onunla birlikdə fəhləlik edən, həmin ərazidə atası Yaşarın evində arvadı Gülnar ilə birlikdə yaşayan Mahiri tanımışdır. 2019-cu ilin oktyabr ayında azyaşlı uşaqlarının Nadil kənd orta məktəbində oxumalarına görə məktəbə gedib-gəlmək çətin olduğu üçün Mahirin ailəsi ilə birlikdə Nadil kəndindən kirayə ev tutub həmin evdə yaşadıqlarını bilmişdir. 2019-cu ilin dekabr ayının ortalarında Yaşar onu yaşadığı evə çağırıb onunla söhbət edərkən Mahirin kirayə yaşadığı evə getməsini deyib tək yaşamaqda çətinlik çəkdiyinə görə Mahirdən onu yaşadığı evə aparmasını xahiş etmişdir. Yaşarın xahişi ilə Mahirin evinə gedib Mahir və sonuncunun arvadı Gülnar ilə Mahirin iş yoldaşı Elvinin yanında söhbət edib Yaşar tərəfindən göndərildiyini, onu yaşadıqları evə gətirməsini xahiş etdiyini, evlərinə aparmasalar özünü asacağını dediyini bildirmişdir. Mahir və Gülnar Yaşarın onların evinə gəlməsinə razı olmadıqlarını demişdir. O, ertəsi gün Yaşarla görüşüb Mahir və Gülnar ilə söhbət etdiyini, Mahirlə Gülnarın onu evlərinə aparmaq istəmədiklərini demişdir. Həmin hadisədən bir neçə gün sonra o, taxıl sahəsinin yanında olan alaçığında olduğu vaxt Yaşar taksi ilə onun yanında dayanıb Nadil kəndinə siqaret almaq üçün getdiyini deyib onunla birlikdə getməsini təklif etmiş, öz növbəsində razı olub Yaşar ilə birlikdə Nadil kəndinə getmişdir. Yaşar taksini Mahirin evinin yaxınlığında saxladıb Mahirin evinə getmiş, bir neçə dəqiqədən sonra qaydıb nəvələri ilə oynadığını və Mahir ilə söhbət etdiyini demişdir. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində olduğu alaçıqda çay hazırlamaq üçün suyu olmadığına görə Yaşarın evinə gedib ondan su aldığı zaman X18 taxıl sahəsində işlədiklərini, onlarla söhbət etmək üçün getdiyini deyib uzaqlaşdıqdan sonra Mahirgilin işlədiyi yerdən təxminən 1 km məsafədə olan taxıl sahəsində telefonun qulaqcıqlarını taxmaqla musiqiyə qulaq asdığı vaxt siqaret almaq üçün getdikdə Yaşarın evinin yandığını görüb əvvəlcə Yaşara, sonra isə Mahirə zəng etsə də onların heç birinin telefonuna zəng çatmadığını görüb Azərbaycan Rspublikası DİN-in 102 məlumat mərkəzinə zəng edərək yanğın barədə məlumat vermiş, sonra isə Mahirin iş yoldaşı Elvinlə birlikdə işlədikləri taxıl sahəsini axtardıqları vaxt Mahirin boyun nahiyəsində xəsarətləri olduğunu, öldüyünü görmüş və yenidən 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2018-ci ilin payız aylarından Göygöl rayonu Nadil kəndi ərazisində yerləşən taxıl sahələrində fəhləlik etməklə məşğul olan, həmin ərazidə atası Yaşarın evində arvadı Gülnar ilə birlikdə yaşayan Mahiri tanımışdır. Mahirlə söhbət zamanı Mahir ona əvvəlki arvadından boşandığını, 2 azyaşlı uşaqlarına aliment verdiyini, indiki arvadı Gülnarın atası Yaşar ilə yola getmədiyini demişdir. Eləcə də Yaşar onunla söhbət edərkən Mahirin arvadı Gülnardan qorxduğun, Gülnarın ona qulluq etməkdən imtina etməsinə görə Mahirin Gülnara heç nə deyə bilmədiyini demişdir. 2019-cu ilin noyabr ayında Mahir onunla görüşüb söhbət edərkən azyaşlı uşaqlarının Nadil kənd orta məktəbində oxumalarına görə, məktəbə gedib-gəlmək çətin olduğu üçün ailəsi ilə birlikdə Nadil kəndindən kirayə ev tutub yaşamaq istədiyini deyərək ondan Nadil kəndində kirayə ev tapmasını xahiş etməsinə görə o, Nadil kəndində yaşayan Nəsimi adlı şəxsin evini kirayə verdiyini Mahirə demişdir. Mahir Nəsiminin ailə üzvləri ilə görüşüb razılaşdıqdan sonra ailəsi ilə birlikdə həmin evdə kirayəşin yaşamağa başlamışdır. Mahir həmin evdə yaşadıqdan bir neçə gün sonra onunla görüşərkən yaşadığı evdə soba olmadığını, soba almaq üçün pulu olmadığına görə atası Yaşarın ona 100 manat verdiyini, atasının onlarla birlikdə yaşamaq istədiyini, Yaşarın onlarla birlikdə yaşayacağı təqdirdə aralarında narazılıqları olacağına görə verdiyi 100 manatı Yaşarın özünə qaytardığını demişdir. xx xxxxxx 2020-ci il tarixdə o, Mahirlə birlikdə Nadil kəndinin ətrafındakı taxıl sahələrində işlədiyi vaxt Yaşar onları görüb yaxınlaşmış və onun yanında Mahirdən onu kirayəşin yaşadığı evə aparmasını xahiş etməsinə baxmayaraq Mahir ona cavab vermədiyinə görə Yaşar Mahirə arvaddan qorxan olduğunu deyib uzaqlaşmışdır. Həmin ərəfədə Mahirin kirayəşin yaşadığı evinə gedərkən Camal adlı oğlanın orada olduğunu görmüş, söhbət zamanı Camal Yaşar tərəfindən göndərildiyini, atasının Mahirdən onu evinə buraxmasını xahiş etməsini, əgər evinə buraxmasa özünü asacağını dediyini bildirmişdir. Mahir Camala cavab verməsə də Gülnar Yaşarı evlərinə buraxmağa razı olmayacağını, Yaşarın özünü asmasına görə narahat olmadığını demişdir. Həmin söhbətlərindən bir neçə gün sonra o, Mahirin evinə gəldiyi vaxt Yaşarın Mahirlə söhbət etdiyini, Yaşarın Mahirin uşaqlarını qucağına alıb oynatdığını, Yaşarın Mahirə evin kirayə pulunu verməkdə köməklik edəcəyinə, pensiya kartını ona verəcəyini bildirməsinə baxmayaraq Mahirin arvadı Gülnar Yaşarın onların evinə gəlməsinə razı olmayacağını, Yaşar onların evinə gələcəyi təqdirdə uşaqlarını götürüb atası evinə gedəcəyini və Mahirlə boşanacağını demişdir. Yaşar evi tərk edib getdikdən sonra o, Mahirlə söhbət etdikdə Mahir Yaşarın onlarla birlikdə yaşayacağı halda ailədə problemlər yaradacağını bildiyinə görə onun özü də Yaşarın onlarla birlikdə yaşamasına razı olmadığını demişdir. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində o, Mahirlə birlikdə əkin sahəsində işlədikləri vaxt Yaşar onların yanına gəlmiş və Mahirə nə səbəbə bayram gecəsi onu gəlib evinə aparmadığına görə iradını bildirərək getmişdir. Nahar etmək üçün evlərinə getdiyini dedikdə Mahir ondan kirayəşin yaşadığı evə getməsini, Gülnardan onun üçün də yemək gətirməsini xahiş etmişdir. O, avtomobili ilə yaşadığı evə gedib yemək götürdükdən sonra Mahirin yaşadığı evə gəlmiş və Gülnarın Mahir üçün göndərdiyi yeməyi götürüb əkin sahəsinə gəldikdə Mahiri orada görməmiş Yaşarın evinin alovlanıb yandığını görmüşdür. Həmin vaxt onun yanına gəlmiş Camal ilə birlikdə Mahiri axtardıqları vaxt Mahiri işlədiyi əkin sahəsində ölmüş vəziyyətdə görmüşlər. Camal hadisə barədə 102 xidmətinə zəng edib məlumat verdikdən sonra hadisə yerinə gəlmiş polis işçiləri Mahirin meyitinə baxdıqda onun odlu silahdan atəş açılaraq öldürüldüyü ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Göygöl rayonunun Nadil kənd bələdiyyəsinin sədri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs və onun ailəsini kənd sakinləri kimi tanımışdır. Yaşarın oğlu Mahir və onun ikinci arvadı Gülnarla yaxşı münasibətlərinin olmadığından bir neçə dəfə Yaşarla Gülnarı barışdırmaq istəməsinə baxmayaraq bir nəticəsi olmamışdır. Hadisədən təxminən 7-8 il əvvəl Yaşarın yaşadığı evin yaxınlığındakı əkin sahələrində işləmək üçün gəlmiş fəhlələri, traktor sürücüsünü müvəqqəti evində saxlamasını Yaşardan xahiş etmişdir. Fəhlələr Yaşarın evində qaldıqları müddətdə onları ərzaqla təmin etmiş, eləcə də həmin ərəfədə aldığı 10 hinduşkanı saxlaması üçün Yaşara vermişdir. 3-4 aydan sonra hinduşkaların artmadığını, əksinə azaldığını görüb hinduşkaları Yaşardan götürmüşdür. xx.xx.2020-ci il tarixdə saat 15 radələrində Şahid2 ona zəng edərək Yaşarın evinin yandığı və Mahirin meyitinin Yaşarın evinin yaxınlığından aşkar olunduğu barədə məlumat vermişdir. Bundan sonra ona məlum olduşdur ki, Təqsirləndirilən şəxs oğlu Mahiri özündə olan ov tüfəngindən atəş açaraq öldürmüş, sonra isə yaşadığı evi yandıraraq hadisə yerindən uzaqlaşmışdır. Bundan başqa ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlaması üçün verdiyi ev quşlarını vəhşi heyvanlardan qoruması üçün ov tüfəngi verməmişdir. Gülnar Bayramovanın hadisədən 2-3 il əvvəl ondan torpaq sahəsi istədiyi vaxt Gülnarın bələdiyyənin hesabına qanunla nəzərdə tutulmuş rüsumu keçirmədiyi və islahat keçirilərkən həmin kənddə qeydiyyatada olmadığı üçün torpaq sahəsi verilmədiyinə görə, Təqsirləndirilən şəxs isə oğlu Zaurla aralarındakı pul mübahisəsi ilə əlaqədar onu məhkəməyə şahid kimi dəvət etsə də onun xeyrinə şahidlik etmədiyi üçün onunla qərəzli münasibətdə olması ilə bağlı ifadələrində Təqsirləndirilən şəxs cinayət hadisəsi zamanı istifadə etdiyi ov tüfənginin onun tərəfindən Təqsirləndirilən şəxs verildiyini bildirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, mərhum qardaşı Mahir Gülnar ilə evləndikdən sonra atasına məxsus olan evin 2 otağında atası ilə yaşamışlar. Atasına məxsus olan evin ətrafında olan taxıl sahələrində fəhlə kimi işlədiyi vaxtlar atası ilə görüşüb söhbət edərkən Mahirin arvadı Gülnarın ona qulluq etmədiyini, aralarında pis münasibət yarandığını demişdir. O, bu barədə Mahirlə söhbət edərkən Mahir arvadı Gülnara bu məsələ ilə bağlı heç nə deyə bilmədiyini bildirmişdir. 2019-cu ilin axırlarında atasının evinin yaxınlığındakı taxıl sahəsində işlədiyi vaxt atası və qardaşı Mahirlə görüşmək üçün evlərinə getdikdə Mahirin və ailəsinin orada olmadıqlarını görüb atasından Mahirgili soruşduqda atası Mahirin uşaqlarının Nadil kənd orta məktəbində oxuduqlarını, məktəbə gedib-gəlməkdə çətinlik çəkdiklərinə görə Mahirin Nadil kəndindən kirayə ev tutub orada yaşadıqlarını, Mahirin ona baş çəkmək üçün evinə gəlmədiyini, onunla əlaqə saxlamadığını, onu kirayəşin yaşadığı evə aparmaq istəmədiyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə Göygöl RPŞ-nin əməkdaşları atasının yerini öyrənmək üçün onun Gəncə şəhərində yerləşən evinə gəldikləri vaxt ona məlum olmuşdur ki, atası Mahiri evlərinin yanındakı taxıl sahəsində tüfənglə atəş açaraq öldürmüş, sonra isə evini yandıraraq qaçıb gizlənmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, fikrincə mərhum qardaşı Mahirin və sonuncunun arvadı Gülnarın atası Təqsirləndirilən şəxsla aralarında son vaxtlar yaranmış pis münasibətə görə, atasına qulluq etmədiklərinə görə atası Yaşar Mahiri öldürmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2011-ci ildən Göygöl rayonunun Nadil kəndi ilə qonşuluqda olan Almədədli kəndində yerləşən fermada işlədiyi vaxtdan Təqsirləndirilən şəxs tanımışdır. xx.xx.2020-ci il tarixdə saat 18:30 radələrində Yaşar onun istifadəsində olan telefona zəng edərək oğlu Camalın harada olduğunu soruşmuş, o, öz növbəsində Yaşardan Camalı nə səbəbə axtardığını soruşduqda Yaşar Camalın ona 40 manat borcu olduğuna görə axtardığını bildirmişdir. Həmin gün gecə saat 24 radələrində qızının əməliyyat olunduğu xəstəxanadan yaşadığı evə gəldikdən sonra Yaşarın oğlu Mahiri öldürdüyü və Bakı şəhərində tutulduğu ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2016-cı ildən etibarən Göygöl RPŞ-nin İTB-də sahə rəisi vəzifəsində işləyir. 2018-ci ildən Nadil kəndi və Alabaşlı məntəqəsinin olduğu ərazi xidməti ərazisinə aid edildiyindən həmin ərazidə də sahə rəisi kimi xidmət etmiş, Təqsirləndirilən şəxs və oğullarını Alabaşlı məntəqəsində yaşayan şəxslər kimi tanımışdır. Yaşar oğullarının hamısı ilə münaqişəli olduğu, gəlini Gülnar və qonşları ilə yola getmədiyi üçün onlarını ailələrini münaqişəli ailələr kimi qeydiyyata almışdır. Yaşarın gəlini Gülnar da bir dəfə onun barəsində RPŞ-yə şikayət etmiş, Yaşarın tüfəngi olması, həmin tüfənglə onları öldürmək istəməsi barədə məlumat vermişdir. Bu barədə RPŞ-də araşdırma aparılmış, Təqsirləndirilən şəxs evində axtarış aparılaraq tüfəng aşkar edilməmiş və bu xüsusatlarla bağlı cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2020-ci il tarixdə saat 12 radələrində RPŞ-yə Alabaşlı məntəqəsindəki əkin sahəsində Mahir Bayramovun odlu silahdan açılan atəş nəticəsində öldürülməsi və onun meyitinin aşkar edilməsi barədə məlumat daxil olmuş, dərhal ərazinin sahə rəisi kimi əraziyə getmiş, Mahirin atası Yaşar tərəfindən öldürülməsi ehtimalı olduğundan istifadəsində olan mobil telefondan Yaşarın mobil telefonuna bir neçə dəfə zəng edib onun harada olmasını müəyyən etmək istəmiş, lakin Yaşarın nömrəsinə zəng çatmamışdır. Axşam saat 18:45 radələrində Yaşardan zəng gəldiyini görüb telefonu açmış və ondan harada olduğunu bir neçə dəfə soruşsa da cavab verən olmamışdır. 6-7 saniyə sonra zəng söndürülmüşdür. Yaşarla hər hansı söhbət apara bilməmiş və onun harada olmasını dəqiqləşdirə bilməmişdir. Gecə saat 12 radələrində RPŞ-yə Bakıdan məlumat vermişlər ki, Yaşar özü gedib DİN-in qarşısında təslim olmuşdur. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Gəncə şəhər şöbəsi tərəfindən təqdim edilmiş “canlı şəxsin ekspertizası”na dair xx.xx.2020-ci il tarixli 11 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət müəyyən edilmədi. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Gəncə şəhər Şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli 01 №-li meyitin ekspertizasına dair rəyindən görünür ki, X1 meyitinin bədənində 2 ədəd dəlib çıxan odlu silah yarası müəyyən edildi. Yaralardan biri boyun nahiyəsində yerləşir, boyunun sol tərəfində damarların, sinirlərin, əzələlərin və Vİ boyun fəqərəsinin sol köndələn çıxıntısının sınmasına səbəb olmuşdur. Giriş dəliyi boyunun arxa səthində, çıxış dəliyi isə boyunun ön səthində solda yerləşmişdir. Yara kanalının istiqaməti arxadan önə, sağdan sola doğrudur. Atəş patronu qırma ilə doldurulmuş odlu silahdan (ov tüfəngi) yaxın məsafədən atılan bir atəşin nəticəsində yaranmışdır. İkinci odlu silah yarası isə qarın nahiyəsində yerləşir, qarın boşluğuna keçərək, qara ciyəri, mədəni, bağırsaqları, dalağı, böyrəkləri zədələmiş və oma sümüyünün qəlpəli sınmasına səbəb olmuşdur. Giriş dəlikləri bel nahiyəsində, çıxış dəliyi isə sol qasıq nahiyəsində yerləşir, yara kanalının istiqaməti arxadan önə doğrudur. Atəş patronu karteçlə doldurulmuş odlu silahdan (ov tüfəngi) atılan atəşin nəticəsində əmələ gəlmişdir. Atəşin məsafəsini təyin etmək üçün hadisə zamanı mərhum M.Təqsirləndirilən şəxs əynində olan paltarlar xüsusi (ballistik və ya kriminalistik) müayinə edilməlidir. Hər iki xəsarət həyatidir, ağırlıq dərəcəsinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir və əmələ gəlmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir. X1 bədənində olan odlu silah yaralarının yerləşmə nahiyələrini, atəşlərin məsafə və istiqamətlərini, paltarlarda olan qan ləkələrinin xarakterini nəzərə alaraq belə nəticəyə gəlinir ki, xəsarətlər yetirilən zaman mərhum M.Bayramovun arxası atəş açan şəxsə doğru olmuş, ilk atəş bel nahiyəsinə atılmış, ikinci atəş isə M.Bayramov üzü üstə yerə yıxıldıqdan sonra boyun nahiyəsinə atılmışdır. Mahir Bayramovun ölümünə səbəb boyunun və qarının dəlib çıxan odlu silah yaraları nəticəsində boyunun damarlarının, qarın boşluğunun çoxsaylı orqanlarının zədələnməsindən əmələ gələn kəskin daxili və xarici qanitirmə olmuşdur. Ətraf mühit şəraitini və meyit əlamətlərini nəzərə alaraq ölümün müddəti meyit müayinə olunan vaxta nəzərən 3-4 saat əvvəl baş vermişdir. X1 bədənində olan silah yaralarından başqa büzdüm nahiyəsində qançır, sağ diz nahiyəsində sıyrıq kimi sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər müəyyən edilir. Həmin xəsarətlər bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlməyə xarakterik olub xx.xx.2020-ci il tarixə uyğun gəlir və belə xəsarətlər canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər kimi qiymətləndirilir və dərəcələri təyin edilmir. X1 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı zamanı narkotik vasitələr və etil spirti aşkar edilmədi. İş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyi tərəfindən təqdim edilmiş maddi sübutların məhkəmə ekspertizasına dair xx xxxxxx 2020-ci il tarixli 55/2020 nömrəli rəyindən görünür ki, X4 ABO sistemi üzrə qan qrupu: O/İ/. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: A/İİ/. Təqdim olunmuş mərhum X5 məxsus pulover, idman şalvarı, alt köynəyi, alt şarvarı, mayka, trusik, təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus gödəkçə, 17 ədəd qırma üzərindəki ləkələrdə və hadisə yerindən 04 ədəd kosmetik çubuğun ucundakı pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni və əksər ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri də alındı. Beləliklə bu qan ləkələri O-alfa,beta/İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum X5 məxsus ola bilər. Bu lləkələrdə A/İİ/ qruplu Təqsirləndirilən şəxs qanının olması ABO sistemi ilə inkar olunur. Təqdim edilən Təqsirləndirilən şəxs məxsus pulover üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin rayonlararası narkoloji dispanseri tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 04 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamaya dair rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonervoloji Dispanserindən təqdim edilmiş ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 33/14 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərini idarə etmək və törətdiyi əməlin məsuliyyətini dərk etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri nəzərə alınaraq cianyət törədilən vaxtgüclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır (keçirməmişdir). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli 1348 №-li materialların məhkəmə ekspertizasına dair rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Mahir Bayramova məxsus olduğu qeyd olunan paltarlardan qəhvəyi rəngli köynəyi üzərindən tapılmış qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd olunan köynəyin tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs məxsus olduğu qeyd olunan paltarlar üzərində Mahir Bayramova məxsus olduğu qeyd olunan paltarların tərkib liflərindən yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli 1345/1346/1347 №-li kompleks məhkəmə-ballistik-trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş silah 16 kalibrli olmaqla, «TOЗ-Б» modeдli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, keçmiş SSRİ-də “Tula silah zavodu”-nda 1959-cu ildə zavod üsulu ilə istehsal edilmiş 198808-59 nömrəli, hamar (yivsiz) qoşa-lüləli odlu ov tüfəngidir, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustlar üsulla kəsilmiş, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyidir, odlu silah hesab edilir, saz vəziyyətdədir, hər iki lüləsindən atəş açmaq üçün yararlıdır. Həmin modeldən olan, ov tüfənglərindən təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış 16 kalibrli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3mm diametrli qırmalar 300 m, 4 mm diametrli qırmalar 400 m, 5 mm diametrli qırmalar 500 metr məsafəyə, 30-40 dərəcə bucaq altında atılan güllələr isə ***- **** metr məsafəyə uçma qabiliyyətinə və əhəmin məsafələrə uyğun olaraq hədəfdə (o cümlədən canlı hədəfdə) müvafiq zədə yetirmə qüvvəsinə malik olurlar. Hal-hazırki vəziyyətində silahın lülələri kəsildiyindən ballistik xüsusiyyətləri dəyişdirilmiş, buna görə də qırmaların maksimal uçuş məsafəsini, həmçinin məhvedici gücə malik olduğu məsafəni dəqiq müəyyən etmək olmur. - tədqiqata təqdim edilmiş 8 (səkkiz) ədəd patronlar 16 kalibrli olmaqla zavod üsulu ilə hazırlanmışdır, həmin kalibrə malik hamarlüləli (yivsiz) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə etmək üçün nəzərdə tutulmuşdur, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdırlar. -tədqiqata təqdim edilmiş 7 ədəd qırmalar müxtəlif kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, atəş komponentinin atəşlə ayrılmış hissələridir – qırmalardırlar və döyüş sursatı hesab edilmirlər. Təyinatlarına uyğun olaraq, həmin qırmaların digər atəş komponentləri ilə birlikdə müvafiq kalibrli gilizə doldurulması ilə hazırlanmış patrondan istifadə etməklə, təqdim edilmiş 16 kalibrli «TOЗ-Б» modeli, 198808-59 nömrəli ov tüfənginin kəsiyindən də də atəş açılması mümkündür, lakin qırmaların üzərində atəşədək doldurulduqları gilizin daxili divarlarından və atıldıqları silahın lülə kanalından qalxmağa xarakterik olan sürtünmə izləri, qırmaların hədəfə dəyməsi prosesində əmələ gəlmiş çoxsaylı, müxtəlif istiqamətli və formalı batıqlar, çıxıntılar, xaotik quruluşlu sıyrıqlarla qarışdığına, öz ilkin forma və ölçülərini itirdiklərinə, habelə az və zəif əks edildiklərinə görə, eyniləşmə tədqiqatı üçün yararsız olduqları üçün, onların müvafiq kalibrli gilizə atəş komponenti kimi doldurulub-doldurulmadıqlarını, o cümlədən təqdim edilmiş 16 kalibrli «TOЗ-Б» modeli, 198808-59 nömrəli ov tüfənginin kəsiyindən atılıb atılmadıqlarını müəyyən etmək mümkün deyildir. - tədqiqata təqdim edilmiş 10 ədəd predmet müxtəlif kalibrli yivsiz, odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış atəş komponentinin atəşlə ayrılmış hissəsidirkarteçdir. Təyinatlarına uyğun olaraq, həmin karteçlərin digər atəş komponentləri ilə birlikdə doldurulması ilə hazırlanmış patrondan istifadə etməklə, təqdim edilmiş 16 kalibrli «TOЗ-Б» modeli, 198808-59 nömrəli ov tüfənginin kəsiyindən də də atəş açılması mümkündür, lakin karteçlərin üzərində atıldığı silahın lülə kanalılndan qalxmağa xarakterik olan sürtünmə izləri, karteçin hədəfə dəyməsi prosesində əmələ gəlmiş çoxsaylı müxtəlif istiqamətli və formalı batıqlar, çıxıntılar, xaotik quruluşlu sıyrıqlarla qarışdığına, öz ilkin forma və ölçülərini itirdiklərinə, habelə az və zəif əks edildiklərinə görə, eyniləşmə tədqiqatı üçün yararsız olduqları üçün, onun təqdim edilmiş 16 kalibrli «TOЗ-Б» modeli, 198808-59 nömrəli ov tüfəngindən, habelə başqa hansısa konkret bir silahdan atılıbatılmadığını müəyyən etmək mümkün deyildir. - tədqiqata təqdim olunmuş predmet 16 kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patonların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış atəş komponentinin atəşlə ayrılmış hissəsidir-tıxacdır (konteyner tipli). Təyinatına uyğun olaraq, həmin tıxacın digər atəş komponentləri ilə birlikdə doldurulması ilə hazırlanmış patrondan istifadə etməklə, təqdim edilmiş 16 kalibrli «TOЗ-Б» modeli, 198808-59 nömrəli ov tüfənginin kəsiyindən də də atəş açılması mümkündür, lakin tıxacın üzərində atıldığı silahın lülə kanalından qalxmağa xarakterik olan sürtünmə izləri eyniləşmə tədqiqatı üçün yararsız olduqlarına görə, onun təqdim edilmiş 16 kalibrli «TOЗ- Б» modeli, 198808-59 nömrəli ov tüfəngindən, eləcə də başqa hər hansı konkret bir silahdan atılıb-atılmadıqlarını müəyyən etmək mümkün deyildir. - tədqiqata təqdim edilmiş ov tüfənginin lülə kanallarında atəşin əlavə faktoru tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi, bu da onu göstərir ki, həmin tüfəngdən atəş (atəşlər) açılmışdır. Lakin müvafiq elmi metodik vəsait olmadığından atəşin sayını müəyyən etmək mümkün deyil. - tədqiqata təqdim edilmiş Mahir Bayramova məxsus geyim əşyalarının üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna, bir ədəd qəhvəyi qara rəngli sviter, bir ədəd göy rəngli mavi-ağ zolaqları olan sviterin (ilkin maneələr) üzərindəki zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin və qurğuşun metal izinin aşkar edilməsinə əsasən, həmin geyim əşyalarının üzərində olan zədələr giriş zədələri olmaqla hamarlüləli (yivsiz) odlu silahdan açılan atəşlər nəticəsində 1 metrdən yuxarı məsafədə arxadan önə doğru istiqamətdə yetirilməyə xarakterikdir. Lakin silahın kalibrini müəyyən etmək mümkün olmadı. Həmin zədələr təqdim edilmiş silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən də yarana bilər. Atəş açılan zaman silahın lüləsinin ağız kəsiyi ilə maneənin qarşılıqlı vəziyyəti arxadan-önə doğru olmuşdur. - tədqiqata təqdim edilmiş Mahir Bayramova məxsus bir ədəd boz rəngli isti köynəyi, bir ədəd boz rəngli isti alt şalvarı, bir ədəd ağ rəngli qolsuz mayka və bir ədəd boz rəngli alt tumanının səthindən atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edilmədi. - tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus geyim əşyalarını səthindən odlu silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən yaranmaya xarakterik zədələr aşkar edilmədi. - tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus geyim əşyalarını səthində atəşin faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edildi. Həmin hissəciklər təqdim edilmiş silahdan açılan atəş nəticəsində də qala bilər. - tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və Mahir Bayramova məxsus geyim əşyalarının üzərində hər hansı trasoloji zədə aşkar edilmədi. İş materiallarına əlavə olunmuş « könüllü təqdim etmə barədə » protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən istifadə etdiyi tüfəngi və 8 ədəd gülləni könüllü olaraq təqdim etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-in 120.1 və 228.1-ci maddələrilə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş Göygöl rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli “təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 04 (dörd) ay həddində müəyyən edilmiş və həbsetmənin əvvəlinin xx xxxxxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Göygöl rayon icra hakimiyəti başçısının Nadil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs Göygöl rayonu, Nadil kəndində gəlini X3, nəvələri X9, X6 və Bayramova Könül Mahir qızı ilə birlikdə yaşamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Göygöl rayon icra hakimiyəti başçısının Nadil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs özünü ictimai yerlərdə nümunəvi aparmamış, kəndin ictimai işlərində yaxından iştirak etməmiş, onun həmyaşıdları arasında və kənd sakinləri yanında hörməti olmamış və spirtli içkilərə meyilli olmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Göygöl rayon icra hakimiyəti başçısının Nadil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış məktubdan görünür ki, Göygöl rayonu Alabaşlı məntəqəsi 174-cü km. ünvanındakı ev dəmiryolu idarəsində işləyərkən Təqsirləndirilən şəxs mülkiyyətinə verilmiş və həmin evə Təqsirləndirilən şəxs qeydiyyatda olmaqla yaşamışdır. İş materiallarına əlavə edilmiş Göygöl RPŞ-nin xx.xx.2020-ci il tarixli, əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs yaxın münasibətdə olduğu şəxslərin şəxsiyyətinin məyyən edilməsi, hadisəni kimlərin görməsi, hadisə zamanı istifadə edilən tüfəngin əvvəllər Təqsirləndirilən şəxs tərəfindən istifadə edilib-edilməməsi, həmin ov tüfənginin haradan və kimdən əldə edilməsinin müəyyən edilməsi istiqamətində müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. İş materiallarına əlavə edilmiş “xxxxxxx MMC və xxxxxxx MMC”-dən göndərilmiş CD diskdəki məlumatlara baxış keçirilməsinə dair protokoldan görünür ki, mərhum X10 özünə məxsus ***-***-**-** nömrəli mobil telefondan Təqsirləndirilən şəxs məxsus ***-***- **-** nömrəli mobil telefona xx xxxxxx 2019-cu il tarixdə saat 17:15-də zəng edərək “9” saniyə danışmış, Təqsirləndirilən şəxs isə özünə məxsus ***-***-**-** nömrəli mobil telefondan X5 məxsus ***-***-**-** nömrəli mobil telefona xx xxxxxx 2019-cu il tarixdə saat 13.06-da zəng edərək 15 saniyə, həmin tarixdə saat 16:51-də zəng edərək 18 saniyə, 30.12 2019-cu ildə saat 18:31-də zəng edərək 24 saniyə, xx.xx.2020-ci il tarixdə saat 08:10-da, 08:20-də və 08:42-də zəng edərək müvafiq olaraq 14, 9 və 15 saniyə onunla danışmış, 19:03-də isə “Gövhər Qurbanova” adlı şəxsin adına olan ***-***-**-** nömrəli mobil telefona zəng edərək 41 saniyə danışmışdır. Bundan başqa Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** mobil nömrəsindən xx.xx.2020-ci il tarixdə hadisə baş verən ərəfədə oğlu Mahir Bayramovdan başqa hər hansı şəxslə danışmamış, həmin gün saat 22:50-də DİN-in “102” xidmətinə zəng vurub 2 dəqiqə 20 saniyə danışmışdır. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 120.1, 228.1 və 229.1-ci maddələri ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını, əməlindən peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cinayətin odlu silahdan törədilməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs özünü könüllü olaraq polisə təqdim etməsi CM-in 59.1.10-cu maddəsinə əsasən cəzasını yüngülləşdirici hal kimi nəzərə alınsa da, həmin məcəllənin 61.1.10-cu maddəsində nəzərdə tutulan cinayətin odlu silahdan törədilməsi cəzasını ağırlaşdırıcı hal kimi qəbul olunduğundan onacəza təyin olunarkən həmin Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilməməlidir. Azərbaycan Respublikasının CM-in 15.5-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi əməllər xüsusilə ağır cinayətlər hesab edildiyindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə Göygöl Rayon Polis Şöbəsində saxlanılan maddi sübutlar-hadisə yerindən götürülmüş 2 ədəd giliz, qan nümunələri, yanıq və kömür nümunələri məhv edilməli, Mahir Bayramovun əynində olmuş tünd göy rəngli idman şalvarı, qəhvəyi rəngli uzunqol köynək, 1 ədəd boz rəngli alt paltarının şalvar və köynəyi, 1 ədəd boz rəngli tursik, 1 ədəd ağ rəngli mayka, 1 ədəd papaq, 1 cüt corab və 1 cüt çəkmə, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən götürülmüş 1 ədəd gödəkcə, Təqsirləndirilən şəxs məxsus şalvar, 1 ədəd köynək, yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, 1 ədəd giliz, Mahir Bayramovun meyitindən götürülmüş 17 ədəd qırmalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1. maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulduğundan, Göygöl Rayon Polis Şöbəsinin məsul saxlancında saxlanılan, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi 8 ədəd patron və tüfəng kəsiyi dövlət nəfinə müsadirə olunaraq DİN-nin silah-sursat anbarına təhvil verilməli, 1 qutu siqaret, 1 ədəd alışqan, 3 ədəd bel, 1 manat 30 qəpik pul, Mahir Bayramova məxsus «Nokia» markalı mobil telefonun zərərçəkmiş şəxsin hüquqi varisi Gülnar Bayramovaya, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Nokia” markalı mobil telefonun isə Bayramova verilməsi, “xxxxxxx” MMC və «xxxxxxx» MMC-dən daxil olmuş 2 ədəd diskin cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 516 (beş yüz on altı) manat 46 (qırx altı) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 228.1 və 229.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 229.1-ci maddəsilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanaraq qəti olaraq ona 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Göygöl Rayon Polis Şöbəsində saxlanılan maddi sübutlar-hadisə yerindən götürülmüş 2 ədəd giliz, qan nümunələri, yanıq və kömür nümunələri məhv edilsin, Mahir Bayramovun əynində olmuş tünd göy rəngli idman şalvarı, qəhvəyi rəngli uzunqol köynək, 1 ədəd boz rəngli alt paltarının şalvar və köynəyi, 1 ədəd boz rəngli tursik, 1 ədəd ağ rəngli mayka, 1 ədəd papaq, 1 cüt corab və 1 cüt çəkmə, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən götürülmüş 1 ədəd gödəkcə, Təqsirləndirilən şəxs məxsus şalvar, 1 ədəd köynək, yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, 1 ədəd giliz, Mahir Bayramovun meyitindən götürülmüş 17 ədəd qırmalar məhv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1. maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulduğundan, GöygölRayon Polis Şöbəsinin məsul saxlancında saxlanılan, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi 8 ədəd patron və tüfəng kəsiyi dövlət nəfinə müsadirə olunaraq DİN-nin silah-sursat anbarına təhvil verilsin, 1 qutu siqaret, 1 ədəd alışqan, 3 ədəd bel, 1 manat 30 qəpik pul, Mahir Bayramova məxsus «Nokia» markalı mobil telefonun zərərçəkmiş şəxsin hüquqi varisi Gülnar Bayramovaya, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Nokia” markalı mobil telefonun isə Bayramova verilməsi, “xxxxxxx” MMC və «xxxxxxx» MMC-dən daxil olmuş 2 ədəd diskin cinayət işinə əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəflərinə aid olan 516 (beş yüz on altı) manat 46 (qırx altı) qəpik məbləğində ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində X16 Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar