Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-218/2021 22.09.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Səmədov Xəqani Hacı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçilər - Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və Yevlax şəhər vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri, Nüşabə küçəsi, ev 2-də qeydiyyatda olmaqla Mingəçevir şəhəri, Nəsibə Zeynalova küçəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 4.450 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib yaşadığı evdə və üzərində saxlamaqla daşımış, 19 yanvar 2021-ci il tarixdə, saat 18 radələrində DİN-in BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində yaşadığı Mingəçevir şəhəri, Nəsibə Zeynalova küçəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman evin qonaq otağında olan soyuducunun üzərində olan corabın içərisindən, satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 5 ədəd polietilen kəsiyi bükümlərində, ayrı-ayrılıqda təmiz çəkiləri 0.447 qram, 0.411qram, 0.495 qram, 0.279 qram, 0.163 qram olmaqla, ümumilikdə təmiz çəkisi 1.795 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bundan sonra o, DİN-in BNMİ-nin QBRŞ-nə gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı 1 ədəd polietilen kəsiyi bükümündə külli miqdarda, təmiz çəkisi 2.655 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Qeyd olunan hüquqazidd hərəkətlərə yol verməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq olunmuş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyə ifadə verərkən ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, yaşadığı evdən psixotrop maddə aşkar edildikdən sonra şöbəyə gəldikdən sonra şöbənin inzibati binasında xatırlamadığı polis əməkdaşları ona bir bükümdə psixotrop maddə olan metamfetamin verib həmin psixotrop maddənin özünə məxsus olmasını bildirməyi üçün onu dilə tutmasını, o, isə çarəsiz qalıb həmin psixotrop maddəni götürüb əynində olan gödəkçənin sağ yan cibinə qoymasını, müdafiəçinin ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmasını, şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə polislərin ona verdiyi psixotrop maddə metamfetamini təqdim etməsini, yaşadığı evdən aşkar olunmuş psixotrop maddələr özünə məxsus olmasını, lakin QBRŞ-nə gəldikdən sonra şöbədə xatırlamadığı polis əməkdaşları onu dilə tutaraq bir bükümdə psixotrop maddəni ona verməsini, o, baxış zamanı həmin psixotrop maddənin özünə məxsus olduğunu etiraf etməsini, həmçinin məhkəmə proses zamanı dindirilərkən şok və həyəcan vəziyyətində olduğundan polis əməkdaşlarının psixotrop maddəni üzərinə qoyduğunu heç kimə bildirməməsini, yaşadığı evdən aşkar olunmuş 5 bükümdə olan psixotrop maddə metamfetamini polis əməkdaşlarə tərəfindən tutulmamışdan təxminən bir ay qabaq yaşadığı evin yaxınlığında olan 6-cı küçə adlanan ərazidən yerdən tapmasını, lakin yaşadığı Mingəçevir şəhərində qonşuluqda və ətrafda yaşayan insanlardan törətdiyi cinayət əməlinə görə utandığından ifadəsində göstərdiklərini hadisə yerində göstərə bilməməsini sonuncu ifadəsində göstərsə də ilkin ifadəsindən fərqli olaraq ilkin ifadəsində göstərmişdir ki, anası və oğlu ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. X14 4 ildən artıq müddətdir ki, boşanmış, oğlu X7 2005-ci il təvəllüdlüdür. 19 yanvar 2021-ci il tarixdə, saat 18 radələrində yaşadığı evin həyətində olan zaman həyətin giriş qapısının döyüldüyünü eşitmiş, giriş qapısına yaxınlaşan zaman bir neçə nəfər mülki geyimli şəxsləri görmüş, həmin şəxslər xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaslnda şübhəli olduğunu ona bildirmiş və qəbul edilmiş qərarı ona oxumuşlar. O, polis əməkdaşlarını evin həyətinə dəvət etmiş, razılığını bildirdikdən sonra polis əməkdaşları yaşadığı evdə videoçəkiliş ilə baxış və götürmə hərəkətinin keçirilməsinə başlamışlar. Həmin vaxt ona verilən suallara cavab olaraq yaşadığı evdə şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin saxladığını bildirmiş və yaşadığı evin otaqlarına baxış keçirilməsi və götürmə aparılmasına icazə verməyi barədə ərizə yazmışdır. Bundan sonra evin qonaq otağında künc hissəyə qoyulmuş BEKO markalı soyuducunun üzərində olan 01 ədəd corabı təqdim edərək, həmin corabın içərisində psixotrop maddə metamfetamin saxladığını bildirmiş, polis əməkdaşları tərəfindən həmin corabın içərisinə baxış keçirilən zaman 05 ədəd bükümdə kütlələr aşkar edilmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş, ümumi çəkilərinin 2.33 qram olması müəyyən edilmiş, bundan sonra həmin bükümlərin ağzı açılaraq baxış keçirilmiş, baxış zamanı bükümlərdə olan kütlələrin kəskin iyli, şəffaf rəngli, psixotrop maddə metafetaminə bənzər olmaları müəyyən edilmişdir. O, verilən suallara cavab olaraq həmin kütlələrin psixotrop maddə metafetamin olduğunu və onu təxminən bir ay bundan qabaq yaşadığı evin yaxınlığında olan 6-cı küçə adlanan ərazidən yerdən tapdığını və istifadəçisi olduğu üçün həmin kütləni özündə saxladığını, həmin psixotrop maddələri satmaq niyyətində olmadığını bildirmişdir. Bundan sonra 01 ədəd paketin üzərinə müvafiq qeydlər aparılmış, qeydlər uca səslə oxunduqdan sonra tərəfindən imzalanmışdır. 05 ədəd bükümlərdə aşkar edilmiş kütlələr paketin içərisinə qoyulduqdan sonra ağızı bağlanaraq möhürlənmiş, baxış zamanı evin digər otaqlarından narkotik vasitə, psixotrop maddə və qanunla qadağan edilmiş digər maddə, əşya, predmet aşkar edilməmişdir. Baxışdan sonra polis əməkdaşları onun sonuncularla birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə gedəcəyini bildirmişlər. O, da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Şöbəyə çatdıqdan sonra, şöbənin inzibati binasında xidməti iş otağında olan zaman hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olmunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və ona həmin müdafiəçilərdən kimi istəyirəmsə seçə biləcəyi, əgər seçməkdə tərəddüd edirsə növbətçi vəkilin yardımından istifadə edə biləcəyini bildirmişlər. O, təqdim olunmuş vəkillərin siyahısından X2 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmiş, müdafiəçi X4 dəvət olunaraq ona təqdim edilmiş, bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. O, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamış, müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə saxladığı psixotrop maddə metamfetamini təqdim etmiş, aşkar edilmiş kütləyə baxış keçirilmiş və elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 2.70 qram olması müəyyən edilmişdir. Sonra 01 ədəd paketin üzərinə müvafiq qeydlər aparılmış, qeydlər uca səslə oxunduqdan sonra tərəfindən imzalanmış, 01 ədəd bükümdə aşkar edilmiş kütlə paketin içərisinə qoyulduqdan sonra ağızı bağlanaraq möhürlənmiş və bu barədə protokol tərtib edilmiş, protokol uca səslə oxunduqdan sonra protokolu imzalamışdır. O, daha sonra ifadəsində göstərmişdir ki, ondan aşkar edilərək götürülən psixotrop maddə maddədən heç kimə nə verməmiş, nədə ki satmamış, satış məqsədi olmamış, yerdən tapdıqdan sonra özü istifadə etmək üçün üzərində və yaşadığı evdə saxlamış, həmin psixotrop maddələri əldə edərək saxlamağın özündən başqa hər hansı bir şəxsin xəbəri olmamış, həmin psixotrop maddəni həmin bükümlərə bölünmüş formalarda yerdən tapmışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, BNMİ-nin QBRŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. BNMİ-nin QBRŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid1 Mingəçevir şəhəri, Nəsibə Zeynalova küçəsində yaşayan Mahirə adlı şəxsin Mingəçevir şəhəri ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində həmin şəxsin xx.xx.1984-cü il tarixdə Yevlax rayonu, Havarlı kəndində anadan olmuş, Bərdə şəhəri, Nüşabə küçəsi ev 2-də qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, Nəsibə Zeynalova küçəsində yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuş, bundan sonra 19 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üzərinə, avtomobilinə və yaşayış yerinə baxış keçirilməsi barədə qərar çıxarılmışdır. Bundan sonra onlar əməliyyat qrupunun üzvləri BNMİ-nin QBRŞ-nin əməkdaşları X11, Şahid1 və Şahid2 ilə birlikdə Mingəçevir şəhərinə ezam olunmuş, saat 18 radələrində Mingəçevir şəhəri, Nəsibə Zeynalova küçəsində Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evini müəyyən edib həmin evin qapısını döymüş, evin qapısını Təqsirləndirilən şəxs özü açmış, onlar özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarı sonuncuya elan etmiş, bundan sonra Təqsirləndirilən şəxs onları Nəsibə Zeynalova küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə dəvət etmiş və yaşadığı fərdi yaşayış evinin otaqlarına baxış keçirilməsinə və götürmə aparılmasına etirazının olmaması barədə ərizə yazmışdır. Ardınca Təqsirləndirilən şəxs yaşadığı evdə hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya saxlayıb-saxlalaması soruşulmuş, həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağında künc hissəyə qoyulmuş BEKO markalı soyuducunun üzərində olan 01 ədəd corabı təqdim edərək, həmin corabın içərisində psixotrop maddə metamfetamin saxladığını bildirmiş, həmin corabın içərisinə baxış keçirilən zaman 05 ədəd sellofan bükümündə kütlələr aşkar edilmiş, kütlələr elektron tərəzidə çəkilmiş, ümumi çəkilərinin 2.33 qram olması müəyyən edilmiş, bükümlərin hər biri açılaraq ayrılıqda baxış keçirilmiş və bükümlərin içərisindən şəffaf rəngli, kristal halında psixotrop maddə metafetaminə bənzər kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin şüşə kimi tanınan psixotrop maddə olan metamfetamin olduğunu, onların satışı ilə məşğul olmadığını, şəxsi istifadəsi üçün saxladığını və həmin psixotrop maddələri yaşadığı evin yaxınlığında olan 6-cı küçə adlanan ərazidə yerdən tapdığını bildirmişdir. Daha sonra aşkar edilmiş 5 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr zərfdə qablaşdırılaraq ağzı möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs yaşadığı evin digər otaqlarına baxış keçirilsə də hər hansı narkotik vasitə, psixotrop maddə və qanunla qadağan edilmiş digər maddə, əşya, predmet aşkar edilməmişdir. Baxışdan sonra onlar Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə dəvət etmiş, sonuncu onlara heç bir etiraz etməyərək birgə Şöbəyə gəlmişdir. Şöbəyə çatdıqdan sonra şöbənin inzibati binasında xidməti iş otağında Təqsirləndirilən şəxs hüquqları izah olunmuş və hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim edilmiş və seçdiyi vəkil X4 dəvət olunaraq təqdim edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanaraq üzərində hər hansı narkotik vasitə və ya posixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş və vardırsa təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə saxladığı kütləni təqdim edərək şüşə kimi tanınan psixotrop maddə metamfetamin olduğunu bildirmiş, həmin sellofan büküm açılaraq kütləyə baxış keçirilmiş, həmin kütlənin şəffaf rəngli, kristal halında olması müəyyən edilmiş və elektron tərəzidə çəkilərək sellofanla birlikdə çəkisi 2.70 qram gəlmişdir. Bundan sonra həmin kütlə zərfdə qablaşdırılaraq ağzı möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı narkotik vasitə, psixotrop maddə və qanunla qadağan edilmiş digər əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin psixotrop maddə metamfetamin olduğunu, özünə məxsus olduğunu, həmin kütləni öz şəxsi istifadəsi üçün üzərində saxladığını, yaşadığı fərdi yaşayış evinin qonaq otağında psixotrop maddə metafetamin kütlələrini təqdim edən zaman, üzərində hazırda təqdim etdiyi kütlənin olmasını unutduğunu, buna görə də Şöbəyə gətirildikdən sonra təqdim etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 azad oğlu və X9 da şahid X5 ilə eyni məzmunlu ifadə verərək işin halları ilə bağlı onun dediklərini təsdiq etmişlər. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 2012-ci ildən Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət edir, hazırda isə BNMİ-nin QBRŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmətini davam etdirir. Ona Mingəçevir şəhəri, Nəsibə Zeynalova küçəsində yaşayan Mahirə adlı şəxsin Mingəçevir şəhəri ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində həmin şəxsin xx.xx.1984cü il tarixdə Yevlax rayonu, Havarlı kəndində anadan olmuş, Bərdə şəhəri, Nüşabə küçəsi ev 2-də qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, Nəsibə Zeynalova küçəsində yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuş, bundan sonra 19 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üzərinə, avtomobilinə və yaşayış yerinə baxış keçirilməsi barədə qərar çıxarılmışdır. Bundan sonra onlar əməliyyat qrupunun üzvləri BNMİ-nin QBRŞ-nin əməkdaşları X11, X5 və Şahid2 ilə birlikdə Mingəçevir şəhərinə ezam olunmuş, saat 18 radələrində Mingəçevir şəhəri, Nəsibə Zeynalova küçəsində Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evini müəyyən edib həmin evin qapısını döymüş, evin qapısını Təqsirləndirilən şəxs özü açmış, onlar özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarı sonuncuya elan etmiş, bundan sonra Təqsirləndirilən şəxs onları Nəsibə Zeynalova küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə dəvət etmiş və yaşadığı fərdi yaşayış evinin otaqlarına baxış keçirilməsinə və götürmə aparılmasına etirazının olmaması barədə ərizə yazmışdır. Ardınca Təqsirləndirilən şəxs yaşadığı evdə hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya saxlayıb-saxlalaması soruşulmuş, həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağında künc hissəyə qoyulmuş BEKO markalı soyuducunun üzərində olan 01 ədəd corabı təqdim edərək, həmin corabın içərisində psixotrop maddə metamfetamin saxladığını bildirmiş, həmin corabın içərisinə baxış keçirilən zaman 05 ədəd sellofan bükümündə kütlələr aşkar edilmiş, kütlələr elektron tərəzidə çəkilmiş, ümumi çəkilərinin 2.33 qram olması müəyyən edilmiş, bükümlərin hər biri açılaraq ayrılıqda baxış keçirilmiş və bükümlərin içərisindən şəffaf rəngli, kristal halında psixotrop maddə metafetaminə bənzər kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin şüşə kimi tanınan psixotrop maddə olan metamfetamin olduğunu, onların satışı ilə məşğul olmadığını, şəxsi istifadəsi üçün saxladığını və həmin psixotrop maddələri yaşadığı evin yaxınlığında olan 6-cı küçə adlanan ərazidə yerdən tapdığını bildirmişdir. Daha sonra aşkar edilmiş 5 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr zərfdə qablaşdırılaraq ağzı möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs yaşadığı evin digər otaqlarına baxış keçirilsə də hər hansı narkotik vasitə, psixotrop maddə və qanunla qadağan edilmiş digər maddə, əşya, predmet aşkar edilməmişdir. Baxışdan sonra onlar Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə dəvət etmiş, sonuncu onlara heç bir etiraz etməyərək birgə Şöbəyə gəlmişdir. Şöbəyə çatdıqdan sonra şöbənin inzibati binasında xidməti iş otağında Təqsirləndirilən şəxs hüquqları izah olunmuş və hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim edilmiş və seçdiyi vəkil X4 dəvət olunaraq təqdim edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanaraq üzərində hər hansı narkotik vasitə və ya posixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş və vardırsa təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə saxladığı kütləni təqdim edərək şüşə kimi tanınan psixotrop maddə metamfetamin olduğunu bildirmiş, həmin sellofan büküm açılaraq kütləyə baxış keçirilmiş, həmin kütlənin şəffaf rəngli, kristal halında olması müəyyən edilmiş və elektron tərəzidə çəkilərək sellofanla birlikdə çəkisi 2.70 qram gəlmişdir. Bundan sonra həmin kütlə zərfdə qablaşdırılaraq ağzı möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı narkotik vasitə, psixotrop maddə və qanunla qadağan edilmiş digər əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin psixotrop maddə metamfetamin olduğunu, özünə məxsus olduğunu, həmin kütləni öz şəxsi istifadəsi üçün üzərində saxladığını, yaşadığı fərdi yaşayış evinin qonaq otağında psixotrop maddə metafetamin kütlələrini təqdim edən zaman, üzərində hazırda təqdim etdiyi kütlənin olmasını unutduğunu, buna görə də Şöbəyə gətirildikdən sonra təqdim etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 20.01.2021-ci il tarixli “Cinayət işi başlama və icraata qəbul etmə haqqında” qərardan görünür ki, 20 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayə işi başlanılmışdır. Cinayət işinin başlanmasına səbəb 19 yanvar 2021-ci il tarixdə, saat 18 radələrində DİN-in BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1984-cü il təvəllüdlü, Mingəçevir şəhəri, Nəsibə Zeynalova küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman evin qonaq otağında olan soyuducunun üzərində olan corabın içərisindən, 5 ədəd polietilen kəsiyi bükümlərində, ayrı-ayrılıqda təmiz çəkiləri 0.447 qram, 0.411qram, 0.495 qram, 0.279 qram, 0.163 qram olmaqla, ümumilikdə təmiz çəkisi 1.795 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin, bundan sonra onun DİN-in BNMİ-nin QBRŞ-nə gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd polietilen kəsiyi bükümündə külli miqdarda, təmiz çəkisi 2.655 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi əsas isə həmin faktla bağlı toplanmış material olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 19 yanvar 2021-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, 19 yanvar 2021-ci il tarixdə, saat 18 radələrində DİN-in BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Nəsibə Zeynalova küçəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin qonaq otağında olan BEKO markalı soyuducunun üzərində olan 01 (bir) ədəd corabı təqdim edərək, həmin çorabın içində psoxotrop maddə metamfetamin saxladığını bildirmişdir. Sonra həmin coraba baxı keçirilən zaman bükümlərin hər biri açılaraq ayrılıqda baxış keçirilmiş və bükümlərin içərisindən şəffaf rəngli, kristal halında psixotrop maddə metafetaminə bənzər olmaları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin şüşə kimi tanınan psixotrop maddə olan metamfetamin olduğunu, onların satışı ilə məşğul olmadığını, şəxsi istifadəsi üçün saxladığını və həmin psixotrop maddələri yaşadığı evin yaxınlığında olan 6-cı küçə adlanan ərazidə yerdən tapdığını bildirmişdir. Daha sonra aşkar edilmiş 5 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr zərfdə qablaşdırılaraq ağzı möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs yaşadığı evin digər otaqlarına baxış keçirilsə də hər hansı narkotik vasitə, psixotrop maddə və qanunla qadağan edilmiş digər maddə, əşya, predmet aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 19 yanvar 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2021-ci ci il tarixdə saat 20:40-da şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin MSY-yə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 19 yanvar 2021-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, DİNin BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Nəsibə Zeynalova küçəsində yerləşən fərdi yaşayış evinə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə dəvət edilmiş, sonuncu onlara heç bir etiraz etməyərək birgə Şöbəyə gəlmişdir. Şöbəyə çatdıqdan sonra şöbənin inzibati binasında xidməti iş otağında Təqsirləndirilən şəxs hüquqları izah olunmuş və hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim edilmiş və seçdiyi vəkil X4 dəvət olunaraq təqdim edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanaraq üzərində hər hansı narkotik vasitə və ya posixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş və vardırsa təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə saxladığı kütləni təqdim edərək şüşə kimi tanınan psixotrop maddə metamfetamin olduğunu bildirmiş, həmin sellofan büküm açılaraq kütləyə baxış keçirilmiş, həmin kütlənin şəffaf rəngli, kristal halında olması müəyyən edilmiş və elektron tərəzidə çəkilərək sellofanla birlikdə çəkisi 2.70 qram gəlmişdir. Bundan sonra həmin kütlə zərfdə qablaşdırılaraq ağzı möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı narkotik vasitə, psixotrop maddə və qanunla qadağan edilmiş digər əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin psixotrop maddə metamfetamin olduğunu, özünə məxsus olduğunu, həmin kütləni öz şəxsi istifadəsi üçün üzərində saxladığını, yaşadığı fərdi yaşayış evinin qonaq otağında psixotrop maddə metafetamin kütlələrini təqdim edən zaman, üzərində hazırda təqdim etdiyi kütlənin olmasını unutduğunu, buna görə də Şöbəyə gətirildikdən sonra təqdim etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-kimyəvi ekspertizasının 20 yanvar 2021-ci il tarixli 16/56 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində, “19.01.2021-ci il tarixdə AR DİNBNMİ QBRŞ-də şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddə metamfetaminə oxşar kütlə..” yazılar və imzalar olan kağız paketdəki, bir ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 2.655 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Həmçinin rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində, “19.01.2021-ci il tarixdə AR DİN BNMİ QBRŞ-də şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evindən götürülmüş 5 (beş) bükümdə psixotrop maddə mütamfetaminə bənzər kütlələr..” yazılar və imzalar olan kağız paketdəki, 5 (beş) ədəd polietilen kəsiyi bükümlərində, ayrı-ayrılıqda 0.447 qram, 0.411 qram, 0.495 qram, 0.279 qram, 0.163 qram, ümumi təmiz çəkisi 1.795 qram maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim edilmiş, iki ədəd kağız paketlərdəki, metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə, istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsasən yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısına İİ bəndinə daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 21 yanvar 2021-ci il tarixli 4(043)-10/2021 saylı həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 19 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserinin 02 fevral 2021-ci il tarixli 185 nömrəli arayışından görünür ki, Kərimova X3 şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Rayonlararası Psixonevroloji Dispanserinin 02 fevral 2021-ci il tarixli 213 nömrəli arayışından görünür ki, Kərimova X3 şəhər Rayonlararası Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 dekabr 2007-cı il tarixli AZ-İİ 038516 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 03 iyun 2005-ci il təvəllüdlü X7 Rəhimova (Kərimova) Mahirə Fəxrəddin qızının oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 03 fevral 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" nömrəsinə 20.12.2020-ci il tarixdən 20.01.2021-ci il tarixədək olan müddət ərzində daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, zəngi edən və ya qəbul edən abunəçilərin anket məlumatlarının, həmçinin ***-***-**-** saylı "xxxx" nömrəsinin həmin vaxt ərzində hansı ötürücü antenanın əhatə dairəsində olması barədə məlumatların ələ keçirilməsi haqqında qərar verilməsi və icrasının Azercell MMC-yə tapşırılması üçün təqdimatla Kəpəz rayon Məhkəməsinə müraciət edilmiş, Kəpəz rayon Məhkəməsinin həmin təqdimatla bağlı 09 fevral 2021-ci il tarixli qərarı icra edilməsi üçün "xxxx" MMC-yə göndərilmiş və "xxxx" MMC tərəfindən məlumatlar CD disk şəklində təqdim edilmişdir. Həmin diskə tərəfimdən baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, 20.12.2020-ci il tarixdən 20.01.2021-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrədən digər nömrə istifadəçilərinə, həmçinin digər nömrə istifadəçilərindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə çoxsaylı qarşılıqlı zənglər olmuşdur. Həmin zənglər zamanı ***-***-**-** saylı nömrə Mingəçevir şəhəri ərazisində müxtəlif anten dairələrində olmuş, həmçinin 19.01.2021-ci il tarixdə saatı dəqiq məlum olmayan vaxtlarda Goranboy rayonu və Gəncə şəhərində anten dairəsində olmuşdur. Baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 01 mart 2021-ci il tarixli 190 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26 aprel 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 4.15 qram olan metamfetamin maddi sübut kimi tanınmış və Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş, həmçinin 19.01.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış və BNMİ-nin QBRŞ-də üzərinə şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 2 ədəd “DVD” disk, eləcə də "xxxx" MMC tərəfindən təqdim olunmuş 1 ədəd “CD” disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadədə ondan aşkar edilərək götürülən psixotrop maddənin satış məqsədi olmadan əldə etməsinə, saxlamasına və daşımasına dair xüsusatlara tənqidi yanaşır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla tam təkzib edilmişdir. Odur ki, məhkəmə sözügedən xüsusatları özünü müdafiə xarakteri daşıdığından, məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir. Beləliklə məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən metamfetamin narkotik vasitə hesab olunur, metamfetamin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Odur ki, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və içtimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə isə əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən 19 yanvar 2021-ci tarixdə şübhəli şəxs qismində tutulmuş, Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 21 yanvar 2021-ci il tarixli 4(043)-10/2021 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni şübhə edilən şəxs qismində tutulduğu 19 yanvar 2021-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin olunacağını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 01 mart 2021-ci il tarixli 190 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 32 manat 40 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 4.15 qram olan metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş, 19.01.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra BNMİ-nin QBRŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və evinə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 2 ədəd “DVD” disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş 1 ədəd “CD” disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Odur ki, cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Məhkəmə maddi sübut hesab olunan və Gəncə şəhər BPİ-nin saxlama anbarında saxlanılan təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 4.15 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 19.01.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra BNMİ-nin QBRŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və evinə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 2 ədəd “DVD” disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş 1 ədəd “CD” disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1 maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 19 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq və Gəncə şəhər BPİ-nin saxlama anbarında saxlanılan təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 4.15 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 19.01.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra BNMİ-nin QBRŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və evinə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 2 ədəd “DVD” disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş 1 ədəd “CD” disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32 manat 40 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi1 işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:
1. (sədrlik edən) Elmin Rüstəmov
2. Xəqani Səmədov
3. Nural Əliyev