Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-219/2020 18.11.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, Nəbizadə Məğrur Etibar oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X5 Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam-orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Şəmkir rayonu Dəllər-Cırdaxan kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə X11 Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs ona məxsus göldən balıq tutub satması ilə əlaqədar şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun onu xx xxxxxx 2019-cu il tarixdə taxta parçası ilə döyərək qəsdən sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirməsindən, bununla bağlı Şəmkir rayon polis şöbəsində aparılmış müvafiq araşdırmalar nəticəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsilə olan sadələşdirilmiş icraata xitam verildikdən sonra, Zərərçəkmiş şəxs ondan üzr istəməməsindən əsəbiləşərək qisas almaq qərarına gəlmiş, xx xxx 2020-ci il tarixdə, saat 17:10 radələrində alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi “VAZ 21214” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı evə gedərkən Zərərçəkmiş şəxs Şəmkir rayonu Dəllər-Cırdaxan kəndinin mərkəzində yerləşən “Şəhidlər Xiyabanı”nın ərazisində X4 məxsus çayxananın qarşısında olduğunu görüb avtomobildə saxladığı, mərhum babası X3 qalmış zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, lüləaltı yatağının içərisindəki metal lövhə üzərində «B01160» nömrəsi həkk olunmuş, “ИЖ 58 МАЕ” modelli, daxili çaxmaqlı, qoşalüləli, yivsiz, atəş açmaq üçün yararlı vəziyyətdə olan odlu silah hesab edilən ov tüfəngini əlinə götürüb lüləsini avtomobilin qabaq sol pəncərəsindən çıxardaraq qəsdən öldürmək məqsədilə təxminən 11 metr məsafədən həmin vaxt üzü ona tərəf olmaqla, dəmir barmaqlıqlardan ibarət çəpərə söykənmiş vəziyyətdə olan Zərərçəkmiş şəxs nişan almış, Zərərçəkmiş şəxs bunu görərək cəld şəkildə dönərək qaçdığı vaxt bir dəfə tüfəngdən məqsədyönlü şəkildə atəş açmaqla ona döş qəfəsinin arxa səthinin sağ yarısında, sağ sağrı nahiyəsində və sağ budun yuxarı üçdə birinin arxa səthinin yara kanalı boyunca dəri, dərialtı yumşaq toxumalar, sağrı və bud əzələləri, sağ sirkə kasası sümüklərinin zədələnməsi ilə müşayət edilən kor odlu silah yaraları ilə nəticələnən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirmiş, bundan sonra cinayət əməlini başa çatdırmaq üçün içərisində bir ədəd patron qalmaqla atəşə hazır vəziyyətdə olan tüfəngi götürərək zərərçəkmiş şəxsin arxasınca getmiş, həmin vaxt Asif xəsarət aldığı yerdən təxminən 10-15 metr məsafə gedərək təpənin üzərində üzü-üstə yerə yıxılmış, o, sol əlində tutduğu tüfəngin qundağı ilə onun kürək nahiyəsindən vurmaq istəyərkən barmağı tətikdə olduğundan patron qabında olan ikinci patron göyə açılmış, həmin vaxt oğlu Turqay və həmkəndliləri oraya gəldiyindən, həmçinin silahda olan patronun da göyə açıldığından və üzərində patron olmadığından artıq zərərçəkmiş Zərərçəkmiş şəxs həyatdan məhrum etməkdən ibarət niyyətini başa çatdıra bilmədiyini anlayaraq tüfəngi yerə tullamış, bundan sonra isə zərərçəkmiş şəxsin vaxtında Şəmkir Мərkəzi rayon xəstəxanasına, oradan da X2 çatdırılaraq həkimlər tərəfindən оna ixtisaslı tibbi yardım göstərildiyindən Təqsirləndirilən şəxs qəsdən adam öldürməkdə ifadə olunan niyyətini bilavasitə öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib, qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki,həmkəndlisi Zərərçəkmiş şəxs ilə əvvəllər aralarında narazılıq olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs əvvəllər ona məxsus balıq gölündə günəmuzd fəhlə işləmiş, xx.xx.2019-cu il tarixdə yaşadığı kənddə Anar adlı şəxsə məxsus yeməkxanada yemək yeyərkən, Elməddin adlı işçisi onun yanına gələrək bildirmişdir ki, Asif ona məxsus balıqları xəbərsiz göldən götürərək həmin kafeyə satmışdır. O, bunu yoxladıqda həqiqətən Asifin göldən tutduğu balıqları həmin kafeyə satmasını görmüşdür. O, buna görə Asifə irad bildirən zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Asif və onun qardaşı Arzu onu döyərək xəsarət yetirmişlər. Hadisə nəticəsində başında iki yerdə 9 sm tikiş qalmışdır. Həmin hadisə ilə bağlı Şəmkir rayon polis şöbəsində araşdırma aparılmışdır. Araşdırma zamanı Asif ondan üzr istəyəcəyini bildirmiş, bu səbəbdən də onunla barışmış və araşdırma qurtarmışdır. Lakin, Asif ondan üzr istəməmiş, əksinə kənd sakinləri arasında haqqında xoşagəlməyən sözlər danışmağa başlamış, guya onu “sındırdıqlarını” demişlər. Asifin bu tipli sözləri onun xətrinə dəymiş, onun bu hərəkətləri onda qisas hissi yaratmağa başlamış və buna görə də planlaşdırmışdır ki, onu harda görsə döyəcək və ya xəsarət yetirəcək. xx.xx.2020-ci il tarixdə, saat 15-16 radələrində özünə məxsus "Niva 21214" markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla fermaya getmişdir. Həmçinin, oğlu Turqay da avtomobilində əyləşmişdir. O, fermaya gedərkən, adətən özü ilə evdə saxladığı mərhum babası X3 qalmış qoşalüləli 16 kalibrli öv tüfəngini özü ilə aparmışdır. Həmin vaxt tüfəngin içərisində iki ədəd patron olmuşdur. Bundan əlavə üzərində patron olmamışdır. O, fermaya gələndən sonra orada təxminən 1 saat müddətində çobanları Raminə və Allahverdiyə köməklik etmiş və oğlu Turqay ilə avtomaşına əyləşib yaşadığı evə getməyə başlamışdır. Kəndin mərkəzində "Şəhidlər Xiyabanının qarşısına çatmış və orada olan avtomobil yolu ilə yaşadığı ev istiqamətində hərəkətinə davam edərkən, həmkəndlisi Nizamiyə məxsus çayxananın qarşısında Asifin həmkəndliləri Qulu, Əbi və Səyyad ilə dayanıb söhbət etməsini görmüşdür. O, Asifdən onu bir neçə ay əvvəl döyməsinə görə qisas almaq niyyətilə avtomobilini gəldiyi istiqamətdə yolun sol ehtiyat hissəsinə sürərək saxlamışdır ki, avtomobilində olan tüfənglə ona atəş açaraq xəsarət yetirsin. Həmin vaxt avtomobili Asifgil istiqamətdə saxlamış, Asif üzü ona tərəf olmaqla dəmir çəpərin arxasında dayanmışdır. O, Asifin yanında olan adamlara salam vermiş və avtomobilində olan qoşalüləli öv tüfəngini əlinə götürərək, lüləlisini sol tərəf pəncərədən çıxardıb Asifi nişan almaqla ona tərəf tuşlamış, bu vaxt Asif ona tərəf silah tuşlandığını görüb cəld hərəkətlə dönərək xiyabanın ərazisində olan ağаclıq sahəyə tərəf qaçmağa başladığı an bir dəfə atəş açmış, tüfəngin patronunda olan qırmalar onun arxa nahiyəsinə dəymiş, zərbənin təsirindən Asif axsamağa başlamış və axsaya-axsaya çayxananın arxa tərəfində yerləşən təpəlik hissəyə tərəf qaçmağa başlamışdır. O, Asifə xəsarət yetirdiyini görüb tüfəngi əlinə alaraq maşından düşüb Asifin arxasınca getmişdir. Həmin vaxt tüfəngdə bir patron qalmış, üzərində əlavə patron olmamışdır. Həmin vaxt Asif xəsarət aldığı yerdən təxminən 15-20 metr məsafə qət etmiş və təpənin üzərində üzü üstə yerə yıxılmış və o, sol əlində tutduğu tüfəngin qundağı ilə onun kürək nahiyəsindən vurmaq istəyərkən barmağı tətikdə olduğundan patron qabında olan ikinci patron göyə açılmışdır. Bu vaxt oğlu Turqay yanına gəlmiş və tüfəngi yerə tullayıb demişdir ki, tüfəngi götürüb evə aparsın. Sonra o, Asifi həkimə aparmağı təklif etmiş, lakin, Asif onunla getmək istəməmiş və həmin vaxt həmkəndlisi Elşən Mirzə oğlu yanına gələrək ona oradan çıxıb getməsini bildirmişdir. Bundan sonra o, Asifi orada qoyaraq piyada yaşadığı evə tərəf getməyə başlamış, evə çatmağa təxminən 200-300 metr məsafə qalmış oğlu Turqayın velosipedlə ona tərəf gəlməsini görmüş və ona "get avtomobili sür yanıma gətir" demişdir. Turqay maşından düşmüş və o, avtomaşınla təslim olmaq üçün Şəmkir rayon polis şöbəsinə gedərkən yolda polis əməkdaşları onu saxlamışlar. Bundan sonra o, polis əməkdaşlarına hadisə törətdiyi yeri göstərmiş və onun iştirakı ilə hadisə yerinə baxış keçirilərkən o, törətdiyi əməli etiraf etmiş və tüfəngi təqdim etmişdir. İfadəsinə əlavə olaraq tüfəngin lüləsini sol tərəf pəncərədən çıxarıb ona tərəf tuşladığı vaxt Asif dəmir çəpərin arxasında əlləri ilə həmin çəpərə söykənmiş vəziyyətdə olmaqla aralarında təxminən 11-15 metr məsafə olduğunu, həmin silahla 70 metrə qədər məsafədə insanı həyatdan məhrum etməyin mümkün olduğunu, atəşi isə 11-15 metr məsafədən açmaqla bunu dərk etdiyini, tüfəngi çıxararaq nişan aldığı vaxt Asifin üzünün ona tərəf olduğunu, bunu görən kimi Asifin qaçdığını və atəş açdığını, ona məhz az ağır xəsarətlər yetirəcəyinə əmin olmadığını, atəş nəticəsində onun ölə biləcəyini göstərmişdir. Həmçinin bildirmişdir ki, Asif qaçmayıb üzr istəsəydi ona atəş açmazdı. Əlavə olaraq göstərmişdir ki, Asifi öldürmək niyyəti olmamış, ona atəş açmaqda məqsədinin xəsarət yetirməklə onu cəzalandırmaq istəyi olmuşdur. Əlavə etmişdir ki, niyyəti Asifi öldürmək olsaydı baş nahiyəsindən atəş açmaqla bunu edə bilərdi. Hadisədən sonra Asifi xəstəxanaya aparmaq istəsə də Asif bundan imtina etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs məxsus Kür çayı sahilində yerləşən balıq gölündə balıqçılıqla məşğul olmuş və buna görə ondan pul almışdır. 2019cu ilin noyabr ayında oğlu Məmmədəlinin kiçik toy məclisini təşkil etmək üçün Famili özünə kirvə tutmuş və məclis təşkil etmək istəmişdir. Həmin ərəfədə Familin Elməddin adlı işçisi ona şər atıb Familə demişdir ki, guya o, Familə məxsus balıqları ondan xəbərsiz göldən tutaraq kiməsə satır. xx.xx.2019-cu il tarixdə Şəmkir rayonu Dəllər-Cırdaxan kəndində yerləşən Anar adlı şəxsə məxsus yeməkxanada Təqsirləndirilən şəxs məxsus balıqları bişirtdirmək istəməsinə görə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı o, taxta parçası ilə Famili vurub ona xəsarət yetirmişdir. Həmin hadisə ilə bağlı Şəmkir rayon polis şöbəsində araşdırma aparılmış, araşdırma zamanı o, Famildən üzrxahlıq etmiş və aralarında olan məsələ polisdə bağlanmışdır. xx.xx.2020-ci il tarixdə Şəmkir rayonu Dəllər-Cırdaxan kəndində yerləşən “Şəhidlər Xiyabanı”nın yaxınlığında X4 məxsus çayxananın qarşısında həmkəndliləri “Əbi” ləqəbli Şahid4 və “Qulu” ləqəbli Şahid5 ilə birlikdə dayanıb söhbət etdiyi zaman Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2121” markalı avtomobili ona tərəf sürüb, yolun kənarında saxlayıb yanında duran adamlara salam vermişdir. Bundan sonra qəflətən gözləmədiyi anda Famil avtomobilində olan qoşalüləli ov tüfəngini əlinə götürərək lüləsini sol tərəf pəncərədən çıxarıb ona tərəf tuşlamışdır. Bu vaxt o, Familin ona tərəf silah tuşladığını görüb, tez dönərək xiyabanın ərazisində olan ağaclıq sahəyə tərəf qaçmaq istədiyi vaxt Famil tüfəngdən bir dəfə atəş açmış və tüfəngin patronunda olan qırmalar onun arxa nahiyəsinə dəymiş və zərbənin təsirindən o, axsamağa başlamış və axsaya-axsaya çayxananın arxa tərəfində yerləşən təpəlik hissəyə tərəf qaçmışdır. O, təxminən 10 metr məsafə qət edərək təpənin üzərində üzü üstə yerə yıxılmışdır. Təqsirləndirilən şəxs üzərinə gələrək sol əlində tutduğu tüfəngin qundağı ilə onu vurmaq istəyərkən ikinci dəfə göyə atəş açılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs tüfəngi yerə tullayıb hadisə yerində olan oğluna demişdir ki, tüfəngi evə aparsın. Sonra Famil onu həkimə aparmağı təklif etmiş, lakin o, Famil ilə getmək istəməmişdir. Famil onu yerdən qaldıraraq həmkəndlisi Rafiqin köməkliyi ilə Sayadın avtomobilinə qoymuşdur. O, Familə çıxıb getməsini demişdir. Həmkəndlisi Sayad öz avtomobili ilə onu Şəmkir rayon Kür qəsəbə xəstəxanasına aparmış, orada ilk tibbi yardım aldıqdan sonra X2 köçürülmüşdür. İfadəsinə əlavə olaraq Familin avtomobilində olan qoşalüləli ov tüfəngini əlinə götürərək lüləsini sol tərəf pəncərədən çıxarıb ona tərəf tuşladığı vaxt o üzü Familə tərəf olmaqla dəmir çəpərin arxasında əlləri ilə həmin çəpərə söykənmiş vəziyyətdə olmuş, həmin vaxt aralarında təxminən 11-15 metr məsafə olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qaynıdır və kənddə onunla qonşuluqda yaşayır. Zərərçəkmiş şəxs isə həmkəndlisidir. Famil ilə Asif arasında bir neçə ay əvvəl narazılıq olmuş, həmin vaxt polisdə araşdırma da getmişdir. xx xxx 2020-ci il tarixdə, saat 17 radələrində yaşadığı evdə olarkən səs-küy eşitmiş və Familin evinin qarşısına gəlmişdir. Həmin vaxt Asifin bacısı Aybəniz ağlaya-ağlaya qonşulara demişdir ki, “qardaşı Asifi Famil vurub”. Familin arvadı Rəna onu sakitləşdirməyəçalışmışdır. O da Familin evinin həyətinə daxil olanda görmüşdür ki, çardağın altında olan masanın üzərində 1 ədəd qoşalülə tüfəng var, Familin azyaşlı övladları da həyətdə olmuşlar. O da buna görə həmin tüfəngi götürərək yaşadığı evə aparmış və evinin qonaq otağında divanın üzərində adyala bükülü vəziyyətdə gizlətmişdir. Təxminən 2 saatdan sonra isə Famil ilə polis əməkdaşları evə gəlmiş və Famil hadisəni törətdiyi ov tüfənginin harada olmasını soruşmuşdur. Buna görə də o, ov tüfənginin onun evində olduğunu bildirmiş və ov tüfəngini polis əməkdaşlarına könüllü olaraq təqdim etmişdir. O, sonradan həmin ov tüfəngi ilə Familin Asifə xəsarət yetirdiyini bilmişdir. Həmin tüfəngi Familin evinin həyətində masanın üzərində görüb götürməkdə məqsədinin həmin tüfəngə uşaqların toxunmasının qarşısını almaq olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, fərdi qaydada həmkəndlisi Təqsirləndirilən şəxs məxsus fermada Allahverdi adlı həmkəndlisi ilə birlikdə çobanlıq edir. Bunun üçün Famil ona 150 manat əmək haqqı və gündəlik yeməyini verir. Həmçinin, Famil ona 1 ədəd təklüləli ov tüfəngi vermişdir ki, onlar mal-qaranı canavar hücumundan qorusunlar. xx xxx 2020-ci il tarixdə o, Familin fermasında olarkən saat 15-16 radələrində Famil oğlu Turqay ilə gəlmiş və onlara təxminən 1 saat müddətində köməklik etdikdən sonra çıxıb getmişdir. Təxminən 1 saatdan sonra Famil polis əməkdaşları ilə fermaya gəlmiş və ondan tüfəngi gətirməsini tələb etmişdir. O da tüfəngi saxladığı yerdən gətirərək polis əməkdaşlarına təqdim etmişdir. Оrada bilmişdir ki, həmin gün Famil kənddə tüfənglə Asifə xəsarət yetirmişdir. Lakin, Famil Asifə ondakı tüfənglə xəsarət yetirməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmkəndliləridir, onlarla münasibətləri həmişə yaxşı olmuş, heç vaxt aralarında narazılıq və ya ədavət olmamışdır. Zərərçəkmiş şəxs və qardaşı Arzu 2019-cu ilin noyabr ayında Famili döydüklərinə görə aralarında narazılıq yaranmışdır. xx xxx 2020-ci il tarixdə Şəmkir rayonu Dəllər-Cırdaxan kəndinin mərkəzində “Şəhidlər Xiyabanı”nın yaxınlığında yerləşən çayxananın qarşısında həmkəndlisi Qulu ilə söhbət etdiyi vaxt Zərərçəkmiş şəxs yaxınlaşıb onlarla görüşüb salamlaşmışdır. Asif gələndən təxminən 3-4 dəqiqə sonra Famil idarə etdiyi “Niva” markalı avtomaşınla gəlib avtomobili yolun kənarında saxlayaraq onlara salam vermişdir. Bundan sonra Famil avtomobilindən qoşalüləli ov tüfəngini əlinə götürərək lüləsini sol tərəf pəncərədən çıxarıb Asifə tərəf nişan almışdır. O, Qulu və Asif tüfəngi görən kimi hərəsi bir istiqamətdə qaçmışlar. Asif Familin ona tərəf silah tuşladığını görüb xiyabanın ərazisində yerləşən ağaclıq sahəyə tərəf qaçmağa başlamış, Famil yaxın məsafədən Asifə bir dəfə tüfəngdən atəş açmış və tüfəngin patronunda olan qırmalar onun arxa nahiyəsinə dəymiş və zərbənin təsirindən Asif axsamağa başlamış və axsaya-axsaya çayxananın arxa tərəfində yerləşən təpəlik hissəyə tərəf qaçmışdır. O, qorxduğu üçün Familə tərəf yaxın getməmişdir. Bundan sonra Famil avtomobildən düşüb silahı əlinə alaraq Asifin arxasınca getmişdir. Asif təpənin başında üzü-üstə yerə yıxılmışdır. Famil ona çatmış və tüfəngin qundağı ilə Asifi vurmaq istəyərkən ikinci patron da göyə atılmışdır. Bundan sonra Famil tüfəngi yerə atmış və onun oğlu tüfəngi aparıb getmişdir. Bundan sonra onların yanına getmişdir. Famil Asifə kömək etmək və onu həkimə aparmaq istəmiş, lakin Asif onunla getmək istəməmişdir. Bundan sonra o və Famil birləşib Asifin yerdən qalxmasına kömək etmiş və onu hadisə yerinə gələn həmkəndlisi Sayadın maşınına qoymuşlar. Famil istəmişdir ki Asif ilə birlikdə getsin, lakin Asif ona çıxıb getməsini söyləmişdir. Bundan sonra Sayad idarə etdiyi maşınla Asifi xəstəxanaya aparmış, o isə yaşadığı evə qayıtmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun həmkəndliləridir. Asif bir neçə ay bundan əvvəl Famili döydüyünə görə aralarında narazılıq yaranmışdır. xx xxx 2020-ci il tarixdə sahəyə işləməyə getmiş, həmin gün saat 17 radələrində sahədən evə qayıdarkən Şəmkir rayonu Dəllər-Cırdaxan kəndinin mərkəzində “Şəhidlər Xiyabanı”nın yaxınlığında yerləşən X4 məxsus çayxananın qarşısında həmkəndliləri Asif, Rafiq və Əbinin söhbət etdiklərini görmüşdür. O, həmkəndlilərinə salam verib görüşmüş və yoluna davam etmişdir. Evə təzə çatmışdır ki, atəş səsi eşitmişdir. Ona görə dərhal evdən çıxıb çayxanaya tərəf doğru getmiş, çayxananın sol tərəfində yerləşən şamlığa tərəf getdikdə təpənin başında Asif və Famili görmüşdür. Asif yerdə uzanıqlı vəziyyətdə olmuşdur. Onun qarşısında Famil dayanmışdır. Həmçinin, həmkəndlisi Şahid4 da orda olmuşdur. O, Familə yaxınlaşıb nə baş verdiyini soruşduqda Famil ona demişdir ki, Asifi xəstəxanaya aparmaq lazımdır. Asif xəsarət aldığını görmüş, dərhal təcili tibbi yardıma məlumat vermişlər. Bundan sonra Famil və Rafiq birləşib Asifin yerdən qalxmasına kömək etmiş və ona məxsus “Volqa” markalı avtomobilinə əyləşdirmişlər. O, Asifi Şəmkir rayon Kür qəsəbə xəstəxanasına aparmış, orada həkimlər Asifi müayinə edərək ona tibbi yardımlar göstərmişlər. Asifi xəstəxanaya apardıqdan sonra yaşadığı evə qayıtmışdır. Sonradan ona məlum olmuşdur ki, həmin gün Famil ov tüfəngindən Asifə atəş açaraq ona xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qohumudur, münasibətləri yaxşdır. Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanıyır, Zərərçəkmiş şəxs kənddə hər kəs tərəfindən mənфi xarakterizə olunmaqla problemli insan kimi tanınmışdır. xx xxx 2020-ci il tarixdə sahədə otun biçimi ilə məşğul olarkən Asifin bacısı Aybəniz ağlaya-ağlaya “mənim evimi yıxdılar, qardaşımı vurdular” dediyini eşitmişdir. O, nə baş verdiyini öyrənmək üçün sahədən küçəyə çıxmış və görmüşdür ki, küçədə çoxlu sayda adam var. Familin arvadı Rəna Aybənizi sakitləşdirməyə çalışmışdır. O, küçədə bacısı Aidəni görmüş, onun dediyinə görə kəndin mərkəzində “Şəhidlər xiyaba”nın yanında atışma baş vermişdir. Bundan sonra rəhmətlik əmisi Ramizin evinə getmiş və orada ona məlum olmuşdur ki, Famil ov tüfəngi ilə atəş açaraq Asifə xəsarət yetmişdir. Daha sonra onların evindən çıxıb evə gedərkən kənd sakinlərinin hadisənin baş verdiyi yerə getdiklərini görmüşdür. O da onlara qoşularaq hadisə yerinə getmiş və hadisə yerinə gedərkən uzaqdan Familin piyada getdiyini görmüşdür. Onun yanında heç kəs olmamış, əlində silah və ya başqa hər hansı predmet görməmişdir. Sonradan ona məlum olmuşdur ki, Famil həmin gün tüfənglə bir dəfə Asifin arxa nahiyəsindən atəş açıb ona xəsarət yetirmişdir. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Şəmkir rayon şöbəsi tərəfindən təqdim edilmiş “canlı şəxsin ekspertizası”na dair xx.xx.2020-ci il tarixli 474 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilmədi. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Şəmkir rayon şöbəsi tərəfindən təqdim edilmiş “canlı şəxsin ekspertizası”na dair xx.xx.2020-ci il tarixli 522 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthindədöş qəfəsinin arxa səthinin sağ yarısında, sağ sağrı nahiyəsində və sağ budun yuxarı üçdə birinin arxa səthində kor odlu silah yaraları aşkar edilmişdir. Qeyd olunan kor odlu silah yaralarının giriş dəliyi döş qəfəsinin arxa səthinin sağ yarısında, sağ sağrı nahiyəsində və sağ budun yuxarı üçdə birinin arxa səthində yerləşir. Yara kanalının istiqaməti arxadan önə, qismən sağdan sola doğrudur. Yara kanalı boyunca dəri, dərialtı yumşaq toxumalar, sağrı və bud əzələləri, sağ sirkə kasası sümükləri zədələnmişdir. Kor odlu silah yarası olduğu üçün yaranın çıxış dəliyi yoxdur. Bu odlu silah yarası patrоnu qırma ilə doldurulmuş odlu silahdan, ola bilsin ki, ov tüfəngindən atəşin əlavə faktorlarının təsir etmədiyi məsafədən açılmış bir atəş nəticəsində törənmişdir, törənmə müddəti xx xxx 2020-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş qırma yaraları patronu qırma ilə doldurulmuş odlu silahdan açılmış bir atəş nəticəsində törənmişdir, güllənin təsirindən əmələ gəlməsi inkar olunur. Qırma yaralarının lokalizasiyasına və yara kanalının istiqamətinə əsasən onu demək olur ki, atəş açan şəxs zərər çəkmişin arxa tərəfində və qismən sağda olmaqla ayaqüstü və ya yarımoturaq vəziyyətində olmuşdur. “Qarşılıqlı mübarizə və özünü müdafiə” şəraitini müəyyənləşdirmək hüquq mühafizə orqanlarının səlahiyyətinə aiddir, bu halları aydınlaşdırmaq məhkəmə-tibb ekspertinin səlahiyyəti xaricindədir. Bununla belə, Zərərçəkmiş şəxs bədən səthində odlu silah yarasından başqa digər xəsarət aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyi tərəfindən təqdim edilmiş maddi sübutların məhkəmə ekspertizasına dair xx xxxx 2020-ci il tarixli 461/2020-MTBŞ nömrəli rəyindən görünür ki; 1.Təqsirləndirilən şəxs şəxsiyyəti təsdiq edən sənəd üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən qan qupu – A/İİ/.
2. Zərərçəkmiş şəxs şəxsiyyəti təsdiq edən sənəd üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu – A/İİ/. 3.Ekspertizaya təqdim olunmuş hadisə yerindən 03 ədəd pambıq tampona götürülmüş ləkələrdə, Təqsirləndirilən şəxs məxsus qısaqol mayka, idman şalvarı, Zərərçəkmiş şəxs məxsus cins şalvar və köynək üzərində insan qanı aşkar olunmuşdur. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız “A” antigeni alınmışdır. Bu qan ləkələri Abeta/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər. /əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonervoloji Dispanserindən təqdim edilmiş ambulator məhkəmə psixiatrik-psixoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 273/109 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki ruhi (psixi) xəstəlik, ruhi (psixi) fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki ruhi (psixi) xəstəlik, ruhi (psixi) fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini idarə etmək və hərəkətlərinin məsuliyyətini dərk etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini idarə etmək və hərəkətlərinin məsuliyyətini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri aşağıdakılardır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri nəzərə alınaraq hazırki cinayət əməlini törədən zaman güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekt vəziyyətində) olmamışdır (keçirməmişdir). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2020-ciiltarixli3/458; 3/459; 3/464 №liməhkəmə ballistik-trasolojiekspertizasının rəyindən görünür ki, -Təqdim edilmiş silah – zavod üsuli ilə istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, lüləaltı yatağının içərisindəki metal lövhə üzərində «B01160» nömrəsi həkk olunmuş, «ИЖ 58 МАЕ» modelli, daxili çaxmaqlı, qoşalüləli tüfəngdir – yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. Bu modelli silahlardan zavod üsulu ilə hazırlanmış 16 kalibrli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm diametrli qırmalar 400 m, karteçlər 600 metr məsafəyə uçma qabiliyyətinə, 30-40 dərəcə bucaq altında atılan güllələr isə 1000-1500 metr məsafəyə uçma qabiliyyətinə və təxminən 100 metr məsafədəki hədəfə (o cümlədən canlı hədəfə) zədəyetirmə qabiliyyətinə malikdir. - Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd predmet yivsiz (hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış patronun atəş komponentidir, karteçdir, döyüş sursatı hesab edilmir. - Tədqiqata təqdim edilən 02 (iki) ədəd predmet yivsiz (hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan, 16 kalibrli patronların hissələridir-gilizlərdir. Təqdim edilmiş gilizlərdən bir ədədi «ИЖ 58 МАЕ» modelli ov tüfənginin sağ lüləsindən, digəri isə silahın sol lüləsindən atılmışdır. - Tədqiqata təqdim edilmiş qoşalüləli silahın lülə kanallarında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, onlardan atəş (atəşlər) açılmışdır. Lakin müvafiq elmi metodika olmadığından atəşin sayını müəyyən etmək mümkün deyildir. – Tədqiqata təqdim edilmiş təklüləli silahın lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməməsinə əsasən, ondan təqdim edilmiş vəziyyətdə atəş (atəşlər) açılmamışdır. –Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd tünd boz-qara rəngli, qısaqol köynək və bir ədəd mavi rəngli, cins şalvarın üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin və qurğuşun metal izinin aşkar edilməməsinə əsasən, geyim əşyalarının arxa hissəsində olan zədələr giriş zədələri olmaqla odlu silahdan açılan atəş(lər) nəticəsində, 16 kalibrli mərmilərin-qırmaların təsirindən, 2 metrdən yuxarı məsafədən, arxadan önə doğru istiqamətdə yetirilməyə xarakterikdir. Həmin zədələr təqdim edilmiş silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən də yarana bilər. Atəş açılan anda silahın lüləsinin ağızlıq kəsiyi ilə maneənin qarşılıqlı yerləşmə vəziyyəti arxadan önə doğru olmuşdur. Bu zədələr qərarda göstərilən şəraitdə silahdan açılan atəş nəticəsində də yarana bilər. –Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının üzərində odlu silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən yaranmağa xarakterik zədə(lər) aşkar edilməmişdir. –Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmişdir. Həmin hissəciklər predmetlərin üzərinə təqdim edilmiş silahdan atəş nəticəsində də düşə bilər. -Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus geyim əşyalarına baxış keçirilmiş və onların üzərində dalaşma zamanı dartılmanın təsirindən yaranmağa xarakterik zədə(lər) aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş 145 nömrəli xx.xx.2020-ci il tarixli "sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə" protokolundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sərxoş (0,6 promill) vəziyyətdə olmuşdur. İşmateriallarınaəlavəolunmuşxx.xx.2020-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CMin 221.3-cü maddəsilə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş Şəmkir rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli “təqsirləndirilən şəxs barəsində prosessual məcburiyyət tədbirinin tətbiqinə dair” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 4 (dörd) ay həddində müəyyən edilmiş və həbsetmənin əvvəlinin xx xxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəmkir rayon Polis şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına 16 çaplı, B01160 nömrəli, qoşa lüləli ov tüfəngi Şəmkir RPŞ-də qeydiyyata alınmamış, bundan başqa “10643” və “п72600” nömrəli ov tüfəngləri də RPŞ-də qeydiyyata alınmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, həmçinin sonuncu tərəfindən Zərərçəkmiş şəxs dəymiş ziyan tam ödənilmişdir. İşmateriallarınaəlavəolunmuşAzərbaycan Respublikası Şəmkir RİH Başçısının Dəllər Cırdaxan kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 297 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Dəllər Cırdaxan kəndində arvadı Adıgözəlova Rəna İmamqulu qızı, uşaqları X7, X8 və X6 ilə birlikdə yaşamışdır. İşmateriallarınaəlavəolunmuş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqları vardır. İş materiallarına əlavə olunmuş Şəmkir RİH Başçısının Dəllər Cırdaxan kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Asifə atəş açmaqda məqsədi onu öldürmək yox, xəsarət yetirməklə onu cəzalandırmaq olmuşdur. Asifi öldürmək istəsəydi onun baş nahiyəsindən atəş açmaqla bunu edə biləcəyini, hadisədən sonra Asifi xəstəxanaya aparmaq istəsə də Asifin bundan imtina etdiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin ifadəyə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs verdiyi bu məzmunlu ifadə işin faktiki hallarına uyğun olmayan, məsuliyyətini yüngülləşdirməyə xidmət edən ifadədir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla aralarında ədavətin olduğunu və onu cəzalandırmaq istədiyini, bunun üçün hadisənin baş verdiyi gün Asifi görərkən idarə etdiyi avtomobilin sol tərəf pəncərəsindən avtomobilində saxladığı tüfəngin lüləsini çıxarıb ona tərəf tuşlayaraq onu nişan aldığını, həmin vaxt Asifin dəmir çəpərin arxasında əlləri ilə həmin çəpərə söykənmiş vəziyyətdə üzünün ona tərəf olduğunu, aralarında isə təxminən 11-15 metr məsafə olduğunu, bunu görən kimi Asifin dönərək qaçdığını və həmin vaxt Asifə atəş açdığını bildirmiş, əlavə olaraq həmin silahla 70 metrə qədər məsafədə insanı həyatdan məhrum etməyin mümkün olduğunu, atəşi isə təxminən 11-15 metr məsafədən açmaqla bunu dərk etdiyini göstərmişdir. Bundan başqa xx.xx.2020-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs ov tüfəngi ilə “Niva 21214” markalı avtomobilindən oturaq vəziyyətdə nişan alaraq atəş açdığı yerdən Zərərçəkmiş şəxs dayandığı yerə qədər 11 metr məsafə olmuşdur. Məhkəmə istintaqı zamanı verdiyi ifadəsində həmçinin Asifə atəş açmaqda məqsədinin onu öldürmək yox, ona xəsarət yetirməklə onu cəzalandırmaq niyyətinin olduğunu göstərsə də, odlu silahdan atəş açmaqla zərərçəkmişə hansı xəsarətləri yetirəcəyini, ona məhz az ağır xəsarətlər yetirəcəyindən əmin olmadığını, açdığı atəş nəticəsində onun ölə də biləcəyini göstərmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs odlu silahdan Zərərçəkmiş şəxs təxminən 11-15 metr məsafədən atəş açdığı vaxt onu həyatdan məhrum edə biləcəyini dərk etmiş, lakin atəş nəticəsində zərərçəkmiş şəxs döş qəfəsinin arxa səthinin sağ yarısı, sağ sağrı nahiyəsi və sağ budun yuxarı üçdə birinin arxa səthindən xəsarətlər almışdır. Bundan sonra tüfəngi əlinə alaraq maşından düşüb axsayaraq qaçan Asifin arxasınca getmiş, həmin vaxt Asif xəsarət aldığı yerdən təxminən 10-15 metr məsafə gedərək təpənin üzərində üzü-üstə yerə yıxılmış, o, sol əlində tutduğu tüfəngin qundağı ilə onun kürək nahiyəsindən vurmaq istəyərkən barmağı tətikdə olduğundan patron qabında olan ikinci patron göyə açılmış, həmin vaxt oğlu Turqay və həmkəndlilərinin oraya gəldiyindən tüfəngi yerə tullayıb oğluna tüfəngi evə aparmasını, Asifi isə həkimə aparmağı təklif etmiş, lakin, Asif onunla getmək istəməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs avtomobilin salonunda oturaq vəziyyətdə zərərçəkmişin həyati əhəmiyyətli orqanlarının yerləşdiyi bədən nahiyələrini nişan almaqla zərərçəkmişə 11-15 metr məsafədən atəş açaraq ona xəsarət yetirdiyini gördükdən sonra cinayət əməlini başa çatdırmaq üçün içərisində bir ədəd patronun qaldığı tüfəngi götürərək zərərçəkmiş şəxsin arxasınca gedib, xəsarət aldığı yerdən təxminən 10-15 metr məsafədə, təpənin üzərində üzü-üstə yerə yıxılmış vəziyyətdə olan Asifin kürək nahiyəsindən tüfəngin qundağı ilə vurmaq istəyərkən barmağı tətikdə olduğundan patron qabında olan ikinci patron göyə açılmış, həmin vaxt oğlu Turqay, həmkəndliləri Elşən bir qədər sonra isə Rafiq və İntiqamın oraya gəldiklərindən, həmçinin silahda olan patronun da göyə açıldığından artıq zərərçəkmiş Zərərçəkmiş şəxs həyatdan məhrum etməkdən ibarət niyyətini başa çatdıra bilmədiyini anlayaraq tüfəngi yerə tullamış, Asifi isə həkimə aparmağı təklif etmiş, lakin, Asif onunla getmək istəməmişdir. Bundan başqa ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o ov tüfəngini əlinə götürüb lüləsini avtomobilin qabaq sol pəncərəsindən çıxardaraq qəsdən öldürmək məqsədilə təxminən 11 metr məsafədən Zərərçəkmiş şəxs arxa nahiyəsinə nişan alıb bir dəfə tüfəngdən atəş açmışdır. Məhkəmə istintaqı zamanı isə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs avtomobilin sol tərəf pəncərəsindən avtomobilində saxladığı tüfəngin lüləsini çıxarıb Asifə tərəf tuşlayaraq onu nişan aldığı vaxt Asif dəmir çəpərin arxasında əlləri ilə həmin çəpərə söykənmiş vəziyyətdə üzü ona tərəf olmuşdur. Göründüyü kimi təqsirləndirilən şəxs silahı çıxarıb zərərçəkmiş tərəfə tutarkən onun arxa nahiyəsni nişan ala bilməzdi. Nişan alıb atəş açmaq istədiyi vaxt zərərçəkmiş şəxsin dönərək qaçması nəticəsində xəsarətlər onun arxa nahiyəsinə yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı zərərçəkmişə odlu silahdan atəş açmaqda məqsədinin ona xəsarət yetirməklə onu cəzalandırmaq istəyinin olmasına dair ifadəsilə bağlı həmçinin hesab edir ki, avtomobilin pəncərəsindən tüfəngin lüləsini çıxarmaqla bir dəfə atəş açdıqdan və Asifin xəsarət aldığını, buna görə də axsayaraq hadisə yerindən uzaqlaşdığını gördükdən sonra, içərisində bir ədəd patron qalmaqla atəşə hazır vəziyyətdə olan tüfəngi götürərək yenidən Zərərçəkmiş şəxs arxasınca getməsi, həmin tüfəngin qundağı ilə sonuncunu vurmaq istəyərkən ikinci atəşin havaya açılması, həm oğlunun həm dəki digər şəxslərin hadisə yerinə gəldiklərinə görə tüfəngi yerə ataraq zərərçəkmişə tibb müəssisəsinə getmək təklifini etməsi həqiqətdə təqsirləndirilən şəxsin niyyətinin zərərçəkmişə xəsarət yetirməklə onu cəzalandırmaq olduğunu şübhə altına almış olur. Bununla yanaşı məhkəmə ovçuluqla məşğul olduğundan odlu silahdan istifadə vərdişlərinə malik olan, bununla da həmin silahdan atəş açarkən 70 metrə qədər məsafədə canlı hədəfi məhv etməyin mümkünlüyünü dərk edən şəxs tərəfindən zərərçəkmiş şəxsə xəsarət yetirməklə onu cəzalandırmaq istəməsini inandırıcı hesab etmir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununxx xxxxxx 2002-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin qərarın 3-cü bəndində isə göstərilmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə törədilmiş cinayətin bütün hallarının məcmusunu əsas tutmaqla və xüsusilə cinayətin üsulu və alətini, yetirilən xəsarətlərin xarakterini, sayını, yerləşməsini, təqsirkarın şəxsiyyətini, onun zərərçəkmiş şəxslə qarşılıqlı münasibətini, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışını tədqiq etməklə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsilə tövsif edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hadisədən bir neçə ay əvvəl Zərərçəkmiş şəxs və qardaşı tərəfindən döyülməklə xəsarət alması, buna görə ondan üzr istənilməməsi, nəticədə onda Zərərçəkmiş şəxs qarşı qisas hissinin yaranması ilə onunla münaqişəsinin olması, Təqsirləndirilən şəxs hadisənin baş verdiyi gün zərərçəkmişə 11-15 metr məsafədən məhz odlu silahdan atəş açması, atəş nəticəsində ona döş qəfəsinin arxa səthinin sağ yarısında, sağ sağrı nahiyəsində və sağ budun yuxarı üçdə birinin arxa səthinin yara kanalı boyunca dəri, dərialtı yumşaq toxumalar, sağrı və bud əzələləri, sağ sirkə kasası sümüklərinin zədələnməsi ilə müşayət edilən kor odlu silah yaraları ilə nəticələnən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vuran xəsarətlər yetirməsi, bundan sonra da içərisində patron olan tüfəngi yenidən götürərək zərərçəkmişin arxasınca gedib, əvvəlcə tüfəngin qundağı ilə ona vurmaq istədiyi vaxt ikinci patronun havaya atılmasından sonra oğlu Turqay və həmkəndlilərinin oraya gəldiyindən, həmçinin silahda olan patronun da göyə açıldığından və üzərində patron olmadığından artıq zərərçəkmiş Zərərçəkmiş şəxs həyatdan məhrum etməkdən ibarət niyyətini başa çatdıra bilmədiyini anlayaraq tüfəngi yerə tullaması onun niyyətinin məhz Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməkdən ibarət olduğunu təsdiq etmişdir. Odlu silahdan atəş açmaqla təqsirləndirilən şəxsin niyyətinin məhz zərərçəkmişin sağlamlığına qəsdən az ağır zərər vuran xəsarətlər yetirməsinə yönəlməsini, bununla da onu cəzalandırmasını məhkəmə yuxarıda sadalanan hallara əsasən inandırıcı hesab etmir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, eləcə də Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində 3 azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs cinayətin törədilməsində odlu silahdan istifadə etməsi Azərbaycan Respublikası CM-nin 61.1.10-cu maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi hesab edir ki,Təqsirləndirilən şəxszərərçəkmiş şəxslə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi, yüngülləşdirici hallar kimi nəzərə alınsa da, cinayətin törədilməsində odlu silahdan istifadə etməsi Azərbaycan Respublikası CM-in 61.1.10-cu maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qəbul edildiyindən cəza təyin olunarkən bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilə bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən CM-in 63.3-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 15.5-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi əməl xüsusilə ağır cinayətlər hesab edildiyindən ,Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cimaddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni xx xxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İşüzrəŞəmkir rayon prokurorluğunun maddisübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus paltarları – 1 ədəd boz rəngli önü düyməli qısaqol köynək və 1 ədəd göy rəngli cins şalvar özünə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs məxsus paltarlar–bir ədəd tünd-boz rəngli idman şalvarı və 1 ədəd boz rəngli qısaqol köynək, yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, qana şübhəli ləkələrə batırılmış pambıq, 02 ədəd giliz və 01 ədəd qırma məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1. maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulduğundan, Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan, hadisə yerinə baxış zamanı götürülmüş 16 kalibrli, «ZK» modelli, lüləaltı qarmağının sol yan səthində «10643», lüləaltı yatağın içərisindəki metal lövhənin üzərinə isə «П72600» №li müxtəlif nömrəli silahlardan komplektləşdirilmiş, təklüləli odlu ov tüfəngi və 16 kalibrli, «ИЖ 58 МАЕ» modelli, lüləaltı yatağının içərisindəki metal lövhə üzərində «B01160» nömrəli həkk olunmuş, qoşalüləli odlu ov tüfənginin sahibi(ləri) müəyyən olunmadığından dövlət nəfinə müsadirə olunaraq DİN-nin silah-sursat anbarına təhvil verilməlidir. İşüzrəməhkəmə məsrəflərinəaidolan192,00 (yük doxsan iki) manat məbləğində ekspertizatədqiqatlarınındəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə
h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrəŞəmkir rayon prokurorluğunun maddisübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus paltarları – 1 ədəd boz rəngli önü düyməli qısaqol köynək və 1 ədəd göy rəngli cins şalvar özünə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs məxsus paltarlar–bir ədəd tünd-boz rəngli idman şalvarı və 1 ədəd boz rəngli qısaqol köynək, yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, qana şübhəli ləkələrə batırılmış pambıq, 02 ədəd giliz və 01 ədəd qırma məhv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1. maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulduğundan, Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan, hadisə yerinə baxış zamanı götürülmüş 16 kalibrli, «ZK» modelli, lüləaltı qarmağının sol yan səthində «10643», lüləaltı yatağın içərisindəki metal lövhənin üzərinə isə «П72600» №li müxtəlif nömrəli silahlardan komplektləşdirilmiş, təklüləli odlu ov tüfəngi və 16 kalibrli, «ИЖ 58 МАЕ» modelli, lüləaltı yatağının içərisindəki metal lövhə üzərində «B01160» nömrəli həkk olunmuş, qoşalüləli odlu ov tüfənginin sahibi(ləri) müəyyən olunmadığından dövlət nəfinə müsadirə olunsun və DİN-nin silah-sursat anbarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəflərinə aid olan 192,00 (yük doxsan iki) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində X11 Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.