Məhkəmə qərarları › İş №1(100)-219/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-219/2021

04.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-219/2021 04.06.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X1 və X2 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə qanunsuz olaraq “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında “Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun İ və İİ siyahısına əsasən 2 ədəd şəffaf selofan bükümdə və 1 ədəd gümüşü rəngli kağız bükümdə, ayrı- ayrılıqda təmiz çəkiləri 5, 011 qram, 0, 346 qram, 0, 034 qram, ümumi təmiz çəkisi 5, 391 qram, yəni külli miqdarda olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0, 865 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,31 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddəllər olan çətənə ( kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib əynində olan qara rəngli gödəkçəsinin sol tərəfdən içəri cibinə1 ədəd “Winston” markalı sqiqaret qutusunun içərisində satış məqsədi ilə saxlayarkən, 25.01.2021 ci il tarixdə Bərdə rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında rayon polis şöbəsinin əməkdaşları tərəfindən saat 23radələrində Bərdə şəhəri H.Əliyev prospektində yerləşən 155 saylı binanın qarşısında saxlanılıb, polis şöbəsinə gətirilib, şübhəli şəxs qismində tutularaq 26.01.2021-ci il tarixdə saat 01 dəqiqədə üzərində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən, əynində olan qara rəngli gödəkçəsinin sol içəri cibindən 1 ədəd “Winston” markalı siqaret qutusunun içərisində satış məqsədi ilə saxladığı həmin narkotik vasitələr aşkar olunub götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, həbs olunduğu gündən təxminən 1 ay əvvəl Bakı şəhərinə Yasamal rayonuna getmiş və piyada hərəkət edərkən üzərindən aşkar edilmiş narkotik vasitəni yolun kənarında yerdən tapaparaq özü istifadə etmək üçün cibinə qoymuşdur. Bundan bir neçə gün sonra yaşadığı Bərdə şəhərinə gəlmiş və həmin narkotik vasitəni istifadə etmək üçün üzərində saxlamışdır. 25 yanvar 2021-ci il tarixdə saat 23 radələrində yaşadığı evdən çıxıb tanışları ilə görüşmək üçün piyada Bərdə şəhəri H.Əliyev prospektində yerləşən 155 saylı binanın yanına gələrkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək üzərində narkotik vasitə saxlaması barədə məlumatlarının olduğunu bildirib onu Bərdə Rayon Polis Şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarının dəvəti ilə Bərdə RPŞ-nə getmişdir. Polis şöbəsində onun üzərinə baxış zamanı bükümlərdə heroin və marixuana aşkar olunub götürülmüşdür. O,polis əməkdaşlarına üzərindən aşkar olunmuş narkotik vasitələri şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən çıxan narkotik vasitələr elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq götürülmüş daha sonra protokol tərtib olunmuşvə o, da protokolu imzalamışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin üzərindən aşkar olunmuş metamfetamin psixatrop maddəsinin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən ona təzyiq olunduğunu, protokolu təziq altında imzaladığını göstərmişdir. İstintaq zamanı yanında vəkil olsa da ona qarşı olunan təsir və təziqlə bağlı vəkilə və heç bir orqana şikayət etməmişdir. O, həmin narkotik vasitələri üzərində satış məqsədi ilə deyil şəxsi istifadəsi üçün saxlamış, narkotikin satışı ilə məşğul olmamış, nədə ki, heçkimə pay olaraq narkotik vasitə verməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar habelə sair iş materialları ilə aşağıda şərh olunan sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bərdə Rayon Polis Şöbəsində əməliyyat müvəkklili vəzifəsində işləmişdir. Bərdə şəhəri Nüşabə küçəsi ev 24 də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və satması barədə Bərdə rayon polis şöbəsinə əməliyyat aparatına 25.01.2021-ci il tarixdə əməliyyat məlumatları daxil olduğundan, həmin tarixdə Bərdə şəhəri Nüşabə küçəsi ev 24 də yaşayan Təqsirləndirilən şəxs ətrafında müvafiq tədbirlər keçirilməsi və onun ifşa olunmasından ötrü sonuncunu Bərdə RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə birlikdə Bərdə rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində videoçəkiliş və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs 3 bükülü narkotik vasitə olan heroinə, 1 bükülü metamfetaminə və 1 bükülü marixuanaya oxşar maddə aşkar edilərək götürülmüşdür. Sorgu-sual zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri Bakı şəhərində yolun kənarından tapdığını bildirmişdir. Baxış video çəklişlə aparılmış,aşkar edilmiş narkotik vasitələr elektron tərəzidə çəkilmiş və onun ümumi çəkisi 8.39 qram olmuşdur. Sonra həmin narkotik vasitələr ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq götürülüb möhürlənmiş və protokol tərtib olunmuşdur. Bundan başqa şahid ifadəsində əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılıb polisə şöbəsinə gətiriləkən üzərinə şəxsi axtarış aparılan və dindirilən zaman ona qarşı hər hansı formada psixi və ya fiziki təsir, eləcə də zorakı hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə tədqiq edilən 09.04.2021-ci il tarixli 2888 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs həmin narkotik vasitələr olan qurudulmuş marixuananı, heroini və psixotrop maddə olan metamfetamini haradan əldə etməsini müəyyən etmək mümkün olmasa da satış məqsədi ilə əldə edib saxlaması müəyyən olunmuşdur. Məhkəmədə tədqiq edilən şəxsi “Axtarış və götürmə haqqında” 26 yanvar 2021-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs oğlunun üzərinə baxış zamanı əynində olan qara rəngli qış geyim forması olan gödəkçəsinin sol içəri cibindən 1 ədəd Vinston markalı siqaret qutusunun içərisində olmaqla 5 bükülünün içərisində olan qurudulmuş marixuananı, heroini və psixotrop maddə olan metamfetamin (ümumi çəkiləri 8,39 qram) kütlələr aşkar olunaraq götürülmüşdür. Məhkəmədə tədqiq edilən Bərdə rayon RPŞ-nin NMQ-un əməliyyat müvəkkili Şahid1 25 yanvar 2021-ci il və 26 yanvar 2021-ci il tarixli raportlardan görünür ki, ona Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və qanunsuz dövriyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmədə tədqiq edilən məhkəmə-bioloji ekspertizasının 26 yanvar 2021-ci il tarixli 16\78 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr “sözləri olan kağız paketdəki 2 (iki) ədəd şəffaf selofan bükümdə və 1(bir) ədəd gümüşü rəngli kağız bükümdəki, ayrıayrılıqda təmiz çəkiləri 5, 011 qram, 0,346 qram, 0, 0,34 qram, ümumi təmiz çəkisi 5, 391 qram olan maddəllər kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1ci siyahısının 1-ci bəndinə daxildir. Həmin kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdəki təmiz çəkisi 0,865 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in1-ci siyahısının 1-ci bəndinə daxildir. Həmin kağız paketdəki 1(bir) ədəd “gümüşü rəngli kağız bükümdəki təmiz çəkisi 0, 31 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddəllər olan çətənə ( kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Məhkəmədə tədqiq edilən Bərdə rayon Mərkəzi Xəstəxanasının 23.04.2021-cil tarixli 1-/456 və 1-457 arayışlarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının Ruhi-əsəb və Narkoloji kabinetində qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilən Gəncə şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji dispanserinin 08 aprel 2021-ci il tarixli, 356 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə etmə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilən Bərdə rayon İcra Hakimiyyətinin Başçısının SİƏD üzrə nümayəndəliyinin 13.04.2021-ci il tarixli, 247 saylı xasiyyətnaməsindən və arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Nüşabə küşəsi, ev 24-də yaşayır, spirtli içkiyə və narkotikə meyillidir. Məhkəmədə tədqiq edilən 26 yanvar 2021-ci il tarixli “Şübhəli şəxsi tutmahaqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilən Bərdə rayon Məhkəməsinin 4(021)7/2021 nömrəli 27 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən 19.06.2009-cu il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 19.06.2009-cu il tarixli tələbnamədən də görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM- nin 234.2-ci maddəsi ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, daha sonra Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 04.11.2011-ci il il tarixli qərarı ilə cəzasının çəkilməməmiş hissəsini 5 saylı MTCM-də cəkməsi barədə qərar qəbuledilmiş və o, 23.09.2012- ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs oğlu özünü qismən, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək, üzərindən aşkar olunan narkotik vasitə olan heroin və marixuananı Bakı şəhərinə Yasamal rayonunda yolun kənarından tapdığını, özünün istifadə üçün üzərində saxladığını, üzərindənaşkar olunmuş metamfetaminin isə ona məxsus olmadığını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə ümumiyyətlə məşğul olmadığını bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin qeyd olunan ifadəsinə tənqidi yanaşaraq, həmin ifadənin onun öz hüquqlarından istifadə edərək özünü müdafiə etmək və ağır cinayətin məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir və onun ifadəsinin həmin hissələri işin faktiki halları ilə uyğun gəlmədiyindən inandırıcı hesab etmir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, onun qeyd edilən cinayət əməlini törətməsi məhkəmə istintaqında tədqiq olunmuş mötəbər sübutların obyektiv cəmi ilə də təsdiq olunur. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs biri külli miqdarda olmaqla 3 növdə narkotik vasitəni və psixotrop maddələri əldə etməsini, daşımasını və saxlamasını habelə ayrı-ayrı bükümlərdə olmasını nəzərə alaraq hesab edir ki, o, narkotik vasitələri və psixotrop maddəni məhz satış niyyəti ilə əldə edib üzərində saxlamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.5, 1.0.8, 1.0.9, 1.0.10, 1.0.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması һaqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün һərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən aslı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 saylı qərarının 9cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin qeyd olunmuşdur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124–136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs oğlunun əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs oğlu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib daşıdığına və saxladığına görə onun əməli cinayət təqibi orqan tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə də nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada cəzanı yüngülləşdirən halların olması müəyyən edilməmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işinin materillarından görünür ki, Təqsirləndirilən şəxs oğlu 26 yanvar 2021ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bərdə rayon Məhkəməsinin 4(021)-7/2021 nömrəli 27 yanvar 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Ona görə də, Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs oğlunun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı 26 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitə olan narkotik vasitə olan heroindən sui-istifadə etmə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkdiyindən və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan məcburi müalicə təyin olunmalı və о, ərazi nakroloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Bərdə rayon BPŞ-də saxlanılan Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilərək götürülmüş və ekspertizada sərf edildikdən sonra qalıq qalmış 1 ədəd gümüşü rəngli kağız bükümdə 0,27 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuna, 1 ədəd şəffaf sellofan bükümdə 0,665 qram çəkidə psixotrop maddə olan metamfetamin, 02 ədəd şəffaf sellofan bükümdə və 01 ədəd gümüşü rəngli kağız bükümdə, ayrı- ayrılıqda 4,961 qram, 0,296 qram, 0, 024 qram çəkidə olan narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış aparılması əsasında narkotik vasitə olan qurudulmuş marixuananın, heroinin və psixotrop maddə olan metamfetaminin aşkar olunub götürülmə video görüntülərini özündə əks etdirən həmin 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 60 manat 80 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədilə məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil 10 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabatlara əsasən, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 10 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 26 yanvar 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbi qaydasında narkomaniyadan məcburi müalicə təyin olunsun və о, ərazi nakroloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb Bərdə rayon BPŞ-da saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertizada sərf edildikdən sonra qalıq qalmış 1 ədəd gümüşü rəngli kağız bükümdə 0,27 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuna, 1 ədəd şəffaf sellofan bükümdə 0,665 qram çəkidə psixotrop maddə olan metamfetamin, 02 ədəd şəffaf sellofan bükümdə və 01 ədəd gümüşü rəngli kağız bükümdə, ayrı- ayrılıqda 4,961 qram, 0,296 qram, 0, 024 qram çəkidə olan narkotik vasitə heroin məhv məhv edilsin, şəxsi axtarış aparılması videogörüntülərini özündə əks etdirən 01 ədəd diskin cinayət işinə əlavə edilməsi nəzərə alınsın. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 60 manat 80 qəpik qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 60 manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:

1. (sədrlik edən) Natiq Əliyev

2. Dadaş İmanov

3. Nural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar