Məhkəmə qərarları › İş №1(100)-219/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-219/2022

21.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-219/2022 21.07.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və X7 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X34 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X5 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslərin hüquqi varisləri X20, X11, X8, X15, zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9, Təqsirləndirilən şəxs və müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1972-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, orta təhsilli, evli, işləməyən, məhkum olunmayan, Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 18 avqust 2021-ci il tarixdə saat 18:00 radələrində Bakı-Qazax- Gürcüstan sərhədi yolunun Goranboy rayonu, Goran qəsəbəsi ərazisindən keçən 316-cı kilometrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmə hüququ, yəni, müvafiq kateqoriyalı sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyi Ford Transit markalı **-HN-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Bakı şəhəri istiqamətində hərəkət edərkən «Yol hərəkəti» haqqında Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin – yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka ziyan vurmamalıdırlar kimi tələblərini pozaraq mikroavtobusun dayanıqlı hərəkətini təmin etmədiyindən idarə etməni itirməsi nəticəsində mikroavtobusu yolun sağ kənarında olan boş sahəyə aşırmış, nəticədə ehtiyatsızlıqdan mikroavtobusda olan 5 nəfər şəxsin - X21 qarnın küt travması, dalağın və qara ciyərin əzilib-didilməsi, qarın boşluğuna daxili qan itirmənin olması, daxili üzvlərin azqanlığı yaraları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirərək ölümünə, X28 qarının ön divarının küt travması, dalağın və qara ciyərin əzilib-didilməsi, qarın boşluğuna daxili qan itirmənin olması, daxili üzvlərin azqanlığı, sağ budun sınığı, qarnın sağ yarısının və sağ əlin arxa səthində geniş ölçülü qançırları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirərək ölümünə, X12 açıq küt kəlləbeyin travması, sol ənsə təpə nahiyyəsinin yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirərək ölümünə, X13 açıq küt kəllə-beyin travması, sol gicgah və təpə sümüklərinin açıq sınıqları, sol baldır sümüyünün sınığı və sıyrıqları, sol təpə nahiyyəsinin yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirərək ölümünə, X16 döş qəfəsinin sağ yarısının qançırı və divar aralığında küt travması, sağ Vİ qabırğanın sınığı, sağ ağ ciyərin orta payının cırılması, döş qəfəsi boşluğuna qan itirmənin olması, daxili üzvlərin azqanlığı sağ və sol baldır sümüklərinin açıq sınıqları və qançırları, döş qəfəsinin sağ yarısının ön səthinin qançırları, sağ və sol göz qapağının, sağ budun aşağı 1/3-nin bayır səthinin yaraları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirərək xx.xx.2021-ci il tarixdə ölümünə, Zərərçəkmiş şəxs7 sol çiyin qurşağı və budun küt travması xəsarətləri yetirərək sağlamlığa zərər vurmayan, Zərərçəkmiş şəxs8 sağ baldır oynağının əzniyi və sol dirsək nahiyəsinin əzniyi xəsarətləri yetirərək sağlamlığa zərər vurmayan, Zərərçəkmiş şəxs9 başın tüklü hissəsinin yarası xəsarətləri yetirərək sağlamlığa zərər vurmayan, Zərərçəkmiş şəxs6 burnun və çənə nahiyəsinin çapılmış yaraları xəsarətləri yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurulmasına, Zərərçəkmiş şəxs5 başın yumşaq toxumalarının əzilmiş-çapılmış yarası xəsarətləri yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurulmasına, Zərərçəkmiş şəxs11 onurğanın bel şöbəsinin kapsul bağ aparatının gərilməsi, zədələnməsi xəsarətləri yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurulmasına, Zərərçəkmiş şəxs10 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol almacıq sümüyünün sınığı xəsarətləri yetirərək sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs2 təpə nahiyəsinin çapılmış yarası xəsarətləri yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurulmasına, Zərərçəkmiş şəxs4 körpücük sümüyünün sınığı xəsarətləri yetirərək sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs1 təpənin əzilmişcırılmış yarası, sol mil sümüyünün sınığı xəsarətləri yetirərək sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs3 sol çiyin nahiyəsinin və sol omanın yumşaq toxumalarının küt travması, sol körpücük nahiyəsinin çapılmış yarası xəsarətləri yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurulmasına, habelə Zərərçəkmiş şəxs12 8230 (səkkiz min iki yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla Ford Transit markalı **- HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ford Transit markalı **-HN-*** dövlət qeydiyyat nişanlı mikroavtobus tanıdığı Sadiq adlı şəxsə məxsusdur. Avtomobil idarə etmək üçün B kateqoriyalı sürücülük vəsiqəsi olsa da, həmin “Ford Transit” markalı mikroavtobusu idarə etmək üçün D kateqoriyalı sürücülük vəsiqəsinin lazım olduğunu bilməsinə baxmayaraq almamışdır. 18 avqust 2021-ci il tarixdə günortadan sonra Şəmkir rayonundan təxminən 17-18 nəfər sərnişinlə çıxıb Yevlax rayonuna yola düşmüşdü. O həmin avtomobillə birinci dəfə idi ki, sərnişin aparırdı. Həmin sərnişinlərdən bir neçəsini tanımışdır. Onların hamısı Yevlax rayon sakinləri olmuşlar. Yol boyu normal qaydada heç bir problem olmadan hərəkət etmişlər. Hadisədən əvvəl o, sağlam və ayıq olmuş, avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Saat təxminən 18:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolu ilə Bakı şəhəri istiqamətində yolun sağ zolağı ilə hərəkət edərkən Goranboy rayonu, Goran qəsəbəsinin ərazisində bir anlıq avtomobil oynamış, o avtomobili yığışdırmaq istəsə də, heç bir tədbir görə bilməmiş və avtomobil idarə olunmaz vəziyyətə düşərək yolun sağ tərəfinə istiqamətlənib yolun sağında olan boş sahədə aşmışdır. Hadisə nəticəsində avtomobildə olan sərnişinlərdən bir neçəsi rəhmətə getmiş, digərləri isə xəsarət almışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X30 ifadəsində göstərdi ki, rəhmətlik Əbülfəz Əkbərov onun qardaşıdır. Rəhmətə getməzdən ailəsi ilə birlikdə Yevlax rayonu, 32-lər qəsəbəsində yaşamışdır. Təxminən hadisədən 1 ay əvvəl Əbülfəz qəsəbədən bir neçə şəxslə birlikdə Şəmkir rayonuna gedib fəhləlik etmişdir. 18 avqust 2021-ci il tarixdə saat 18 radələrində Əbülfəzgilin Şəmkir rayonundan Yevlax rayonuna gələrkən Goranboy rayonunun ərazisində qəzaya düşmələri və onları Gəncə şəhərində xəstəxanaya aparmaları barədə zəng gəlmişdir. O Gəncə şəhərinə getmiş və məlum olmuşdur ki, Əbülfəz aldığı xəsarətlərdən ölmüş, onun həyat yoldaşı Aytən və daha bir neçə nəfər sərnişin xəsarət almışlar. Hadisə barədə maraqlanan zaman məlum olmuşdu ki, Əbülfəzin sərnişini olduqları Ford Transit markalı mikroavtobus Goranboy rayonunun ərazisində aşmış və bir neçə nəfər rəhmətə getmiş, digərləri isə xəsarət almışlar. Hazırda o, təqsirləndirilən şəxslə barışmış və ona qarşı şikayəti, iddiası və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X24 ifadəsində göstərdi ki, rəhmətlik Nərgiz Mahmudova onun arvadıdır, Təxminən hadisədən 1 ay əvvəl Nərgiz 32-lər qəsəbəsindən bir neçə şəxslə birlikdə Şəmkir rayonuna gedib fəhləlik etmişdir. 18 avqust 2021-ci il tarixdə saat 18 radələrində ona zəng gəlmiş, Nərgizgilin Şəmkir rayonundan Yevlax rayonuna gələrkən Goranboy rayonunun ərazisində qəzaya düşmələri və onları Gəncə şəhərində xəstəxanaya aparmaları bildirilmişdir. O Gəncə şəhərinə getmiş və məlum olmuşdur ki, Nərgizin vəziyyəti ağırdır, bir neçə şəxs ölmüş, daha bir neçə nəfər sərnişin xəsarət almışlar. Hadisə barədə maraqlanan zaman məlum olmuşdu ki, Nərgizgilin sərnişini olduqları Ford Transit markalı mikroavtobus Goranboy rayonunun ərazisində aşmış, bir neçə nəfər rəhmətə getmiş və digərləri isə xəsarət almışlar. Nərgizin vəziyyəti ağır olduğundan onu özəl xəstəxanaya aparmışlar. Bir neçə gün orada müalicə olunduqdan sonra maddi imkanları çatmadığı üçün onu Yevlax mərkəzi xəstəxanasına aparmışlar. Bir neçə gün orada müalicə olunmasına baxmayaraq xx.xx.2021-ci il tarixdə Nərgiz xəstəxanada rəhmətə getmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X25 ifadəsində göstərdi ki, rəhmətlik Rəhimə Cavadova onun arvadıdır. Təxminən hadisədən 1 ay əvvəl Rəhimə 32-lər qəsəbəsindən bir neçə şəxslə birlikdə Şəmkir rayonuna gedib fəhləlik etmişdir. 18 avqust 2021-ci il tarixdə saat 18 radələrində zəng gəlmiş, Rəhiməgil Şəmkir rayonundan Yevlax rayonuna gələrkən Goranboy rayonunun ərazisində qəzaya düşmələri və onları Gəncə şəhərində xəstəxanaya aparılmaları bildirilmişdir. O, Gəncə şəhərinə getmiş və məlum olmuşdur ki, Rəhimə aldığı xəsarətlərdən ölmüş, daha bir neçə nəfər sərnişin xəsarət almışlar. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X22 ifadəsində göstərdi ki, rəhmətlik Lətif Şahverdiyev onun atasıdır. Hadisədən təxminən 1 ay əvvəl atası 32-lər qəsəbəsindən bir neçə şəxslə birlikdə Şəmkir rayonuna gedib fəhləlik etmişdir. 18 avqust 2021-ci il tarixdə saat 18 radələrində zəng gəlmişdi ki, atasıgil Şəmkir rayonundan Yevlax rayonuna gələrkən Goranboy rayonunun ərazisində qəzaya düşmələri və onları Gəncə şəhərində xəstəxanaya aparmaları bildirmişdir. O, Gəncə şəhərinə getmiş və ona məlum olmuşdur ki, atası aldığı xəsarətlərdən ölmüş, daha bir neçə nəfər sərnişin xəsarət almışlar. Hadisə barədə maraqlanan zaman məlum olmuşdur ki, atasıgilin sərnişini olduqları Ford Transit markalı mikroavtobus Goranboy rayonunun ərazisində aşmış, bir neçə nəfər rəhmətə getmiş və digərləri isə xəsarət almışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayəti yoxdur Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X29 ifadəsində göstərdi ki, rəhmətlik Rəna Həsənova onun arvadıdır. Rənanın heç kimlə düşmənçiliyi və ədavəti olmamışdır. Hadisədən təxminən 1 ay əvvəl Rəna 32-lər qəsəbəsindən bir neçə şəxslə birlikdə Şəmkir rayonuna gedib fəhləlik etmişdir. 18 avqust 2021-ci il tarixdə saat 18 radələrində zəng gəlmişdir ki, Rənagil Şəmkir rayonundan Yevlax rayonuna gələrkən Goranboy rayonunun ərazisində qəzaya düşmələri və onları Gəncə şəhərində xəstəxanaya aparmaları barədə bildirilmişdir. O, Gəncə şəhərinə getmiş və məlum olmuşdur ki, Rəna aldığı xəsarətlərdən ölmüş, daha bir neçə nəfər sərnişin xəsarət almışlar. Hadisə barədə maraqlanan zaman məlum olmuşdur ki, Rənagilin sərnişini olduqları Ford Transit markalı mikroavtobus Goranboy rayonunun ərazisində aşmış və bir neçə nəfər rəhmətə getmiş, digərləri isə xəsarət almışlar. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, hadisədən təxminən 1 ay əvvəl anası Təzəgül, əmisinin həyat yoldaşı Nərgiz Mahmudova və 32-lər qəsəbəsində yaşayan bir neçə şəxslə Şəmkir rayonuna fəhləlik etməyə gedirmişlər. 18 avqust 2021-ci il tarixdə səhər saatlarında adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi mikroavtobusla Şəmkir rayonuna getmiş, günortadan sonra oradan çıxıb yaşadıqları Yevlax rayonuna qayıtrmışlar. Həmin vaxt mikroavtobusda təxminən 20 nəfərə yaxın sərnişin olmuşdur. Yol boyu normal qaydada hərəkət etmişlər. Saat təxminən 18 radələrində onlar Bakı-Qazax-Gürcüstan sərhədi yolu ilə Bakı şəhəri istiqamətində hərəkətdə olan vaxt Elşad avtomobili yüksək sürətlə və narahat idarə etmişdir. Yolun Goranboy rayonu ərazisindən keçən hissəsində bir anlıq mikroavtobus idarə etmədən çıxaraq yolun sağına doğru istiqamətlənmiş və yoldan kənara çıxıb aşmışdır. Hadisə nəticəsində o və sərnişinlərin çoxusu xəsarət almış, onları Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparmışlar. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 Zərərçəkmiş şəxs5 ifadəsinə oxşar məzmunlu ifadələr verərək onun ifadəsində göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etdilər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, məlum hadisədən öncə həyat yoldaşı Ayidə, qohumu Zərərçəkmiş şəxs3 və Yevlax rayonundan olan bir neçə nəfərlə birlikdə Şəmkir rayonuna fəhləlik etməyə gedirmişlər. 18 avqust 2021-ci il tarixdə səhər saatlarında qəsəbədən tanıdığı Elşad adlı şəxsin idarə etdiyi Ford Transit markalı mikroavtobusla Şəmkir rayonuna getmişlər. Günortadan sonra oradan çıxıb yaşadıqları Yevlax rayonuna qayıdırmışlar. Həmin vaxt mikroavtobusda təxminən 20 nəfərə yaxın sərnişin olmuşdur. Yol boyu normal qaydada hərəkət etmişlər. Saat təxminən 18 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolu ilə Bakı şəhəri istiqamətində hərəkət etmişlər. Yolda olduğu müddətdə Ayidə ilə söhbət etmiş və yola diqqət etmişdir. Bir anda görmüşdür ki, mikroavtobus idarə etmədən çıxaraq yolun sağına doğru hərəkət etmiş və yoldan çıxıb damı üstə aşmışdı. Hadisə nəticəsində o da daxil olmaqla sərnişinlərin çoxusu xəsarət almış, sərnişinlərin çoxusunu Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparmışlar, 4 nəfər sərnişin rəhmətə getmiş, onları isə Yevlax mərkəzi xəstəxanasına aparmışlar. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9, ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaqa zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs2 ifadəsinə oxşar məzmunlu ifadələr verərək onun ifadəsində göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, məlum hadisədən öncə bir neçə Yevlax rayon sakinləri ilə birlikdə Şəmkir rayonuna fəhləlik etməyə gedirmişlər. 18 avqust 2021-ci il tarixdə səhər saatlarında qəsəbədən tanıdığı Elşad adlı şəxsin idarə etdiyi Ford Transit markalı mikroavtobusla Şəmkir rayonuna getmişlər. Günortadan sonra oradan çıxıb yaşadıqları Yevlax rayonuna qayıtdıqları vaxt mikroavtobusda təxminən 20 nəfərə yaxın sərnişin olmuşdur. Yol boyu normal qaydada hərəkət etmişlər. Saat təxminən 18 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolu ilə Bakı şəhəri istiqamətində hərəkət edirmişlər. O, yorğun olduğu üçün yola diqqət etməmişdir. Bir anda görmüşdür ki, mikroavtobus idarə etmədən çıxaraq yolun sağına doğru hərkət etmiş və yoldan çıxıb damı üstə aşmışdır. Hadisə nəticəsində sərnişinlərin çoxusu xəsarət almışlar və onları Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparmışlar, 4 nəfər sərnişin isə rəhmətə getmişdir. Hadisə nəticəsində özü ciddi xəsarət almadığından məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Vasif Ələkbərovun ifadəsinə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları özünə özünə aid hissədə təsdiq etdi. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaqa zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, “Ford Transit markalı **-HN-*** dövlət qeydiyyat nişanlı mikroavtobus atasının adına olsa da, etibarnamə ilə ona məxsusdur. Həmin mikroavtobusu sifariş əsasında müxətlif ünvanlara sərnişin daşınması üçün istifadə edir. Məlum yol-nəqliyyat hadisəsindən təxminən 2-3 gün əvvəl mikroavtobusu həm yerlisi kimi tanıdığı Təqsirləndirilən şəxs idarə etmək üçün vermişdir. Lakin hadisə baş verən günədək ona etibarnamə verməmişdir. 18 avqust 2021-ci il tarixdə Elşad ilk dəfə mikroavtobusu idarə edərək Yevlax rayonundan təxminən 18-19 nəfərə yaxın sərnişin götürüb Şəmkir rayonuna aparmışdır. Həmin gün saat təxminən 18 radələrində Elşad zəng edərək bildirmişdi ki, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Goranboy rayonu, Goran qəsəbəsi ərazisindən keçən hissəsində mikroavtobusu aşırmış və bir neçə şəxs ölmüş, digərləri yaralanmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus Ford Transit markalı mikroavtobus tam yararsız hala düşmüş, ümumilikdə ona təxminən 8000 manata yaxın maddi ziyan dəymişdir, bununla əlaqədar heç bir şikayəti və mülki iddiası yoxdur”. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 18 avqust 2021-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, sxemdən və fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 316 kilometrliyidir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X38-Təcrübi və X48 Hüquqi şəxsin 21 avqust 2021-ci il tarixli, 483 nömrəli ekspert rəyindən görünür ki, X18 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzrində müəyyən edilmiş xəsarət-sağ saidin qançırı bərk KÜT əşyanın(ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2021-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi müəyyən edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X38-Təcrübi və Tədris Birliyinin 10 sentyabr 2021-ci il tarixli, 20 nömrəli ekspert rəyindən görünür ki, X9 meyitinin xarici, daxili müayinəsinə və laborator müayinələrinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – açıq küt kəllə-beyin travması, sol gicgah və təpə sümüklərinin açıq sınıqları, sol baldır sümüyünün sınığı və sıyrıqları, sol təpə nahiyyəsinin yarası - bərk küt əşyanın(ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni, xx.xx.2021-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. X1 ölümünə səbəb ağır açıq kəllə-beyin travması nəticəsində, beyin toxumasına və beyin mədəciklərinə qansızma olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X38-Təcrübi və Tədris Birliyinin 5 sentyabr 2021-ci il tarixli, 21 nömrəli ekspert rəyindən görünür ki, X10 meyitinin xarici və daxili müayinəsi zamanı onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – açıq küt kəllə-beyin travması, sol ənsə təpə nahiyyəsinin yarası - bərk küt əşyanın(ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni, xx.xx.2021-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. X2 ölümünə səbəb ağır açıq kəllə-beyin travması nəticəsində, beyin toxumasına və beyin mədəciklərinə qansızma olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X38-Təcrübi və Tədris Birliyinin 10 sentyabr 2022-ci il tarixli, 22 nömrəli ekspert rəyindən görünür ki, X26 meyitinin xarici və daxili müayinəsi zamanı onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – qarının ön divarının küt travması, dalağın və qara ciyərin əzilib-didilməsi, qarın boşluğuna daxili qan itirmənin olması, daxili üzvlərin azqanlığı, sağ budun sınığı, qarnın sağ yarısının və sağ əlin arxa səthində geniş ölçülü qançırları. Qeyd olunan bu xəsarətlər bərk küt əşyanın(ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni, xx.xx.2021-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. X6 ölümünə səbəb qarnın küt travması nəticəsində dalağın və qara ciyərin əzilib-didilməsi, qarın boşluğuna daxili qan itirmənin olması, daxili üzvlərin azqanlığı, daxili qanaxma olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X38-Təcrübi və Tədris Birliyinin 05 sentyabr 2021-ci il tarixli, 23 nömrəli ekspert rəyindən görünür ki, X19 meyitinin xarici və daxili müayinəsi zamanı onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – qarnın küt travması, dalağın və qara ciyərin əzilib-didilməsi, qarın boşluğuna daxili qan itirmənin olması, daxili üzvlərin azqanlığı, bərk küt əşyanın(ların) təsiri nəticəsində eləcə də qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni, xx.xx.2021-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. X4 ölümünə səbəb dalağın və qara ciyərin əzilib-didilməsi nəticəsində baş vermiş kəskin daxili qan itirmə olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X38-Təcrübi və Tədris Birliyinin 05 sentyabr 2021-ci il tarixli, 24 nömrəli ekspert rəyindən görünür ki, X14 meyitinin xarici və daxili müayinəsi zamanı onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – döş qəfəsinin sağ yarısının qançırı və divar aralığında küt travması, sağ Vİ qabırğanın sınığı, sağ ağ ciyərin orta payının cırılması, döş qəfəsi boşluğuna qan itirmənin olması, daxili üzvlərin azqanlığı sağ və sol baldır sümüklərinin açıq sınıqları və qançırları, döş qəfəsinin sağ yarısının ön səthinin qançırları, sağ və sol göz qapağının, sağ budun aşağı 1/3-nin bayır səthinin yaraları, bərk küt alətin(lərin) təsiri nəticəsində eləcə də qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni, xx.xx.2021-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. X3 ölümünə səbəb ağ ciyərin cırılması nəticəsində baş vermiş kəskin daxili qan itirmə olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X38-Təcrübi və X48 Hüquqi şəxsin 31 avqust 2021-ci il tarixli, 2567/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 sentyabr 2021-ci il tarixli, 8/2175 nömrəli ekspert rəyindən görünür ki, Ford Transit markalı **-HN-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X38-Təcrübi və X48 Hüquqi şəxsin 27 yanvar 2022-ci il tarixli, 58 nömrəli ekspert rəyindən görünür ki, X23 məhkəmə-tibbi müayinəsi zamanı tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ baldır oynağınınəzniyi və sol dirsək nahiyyəsinin əzniyi bərk KÜT əşyanın(ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2021-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X38-Təcrübi və X48 Hüquqi şəxsin 17 yanvar 2022-ci il tarixli, 31 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs7 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol çiyin qurşağı və budun küt travması, bərk küt əşyanın(ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni, xx.xx.2021-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X38-Təcrübi və X48 Hüquqi şəxsin 1 fevral 2022-ci il tarixli, 143 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi müayinəsi zamanı tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol çiyin nahiyyəsinin və sol omanın yumşaq toxumalarının küt travması, sol kürpücük nahiyyəsinin çapılmış yarası, bərk KÜT əşyanın(ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarxidə yəni xx.xx.2021-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL ZƏRƏR vurmaya aid edilir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X38-Təcrübi və X48 Hüquqi şəxsin 1 fevral 2022-ci il tarixli, 141 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – körpücük sümüyünün sınığı, bərk küt əşyanın(ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni, xx.xx.2021-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X38-Təcrübi və X48 Hüquqi şəxsin 1 fevral 2022-ci il tarixli, 139 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – təpə nahiyəsinin çapılmış yarası, bərk küt əşyanın(ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni, xx.xx.2021-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X38-Təcrübi və X48 Hüquqi şəxsin 1 fevral 2022-ci il tarixli, 142 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – təpənin əzilmiş-cırılmış yarası, sol mil sümüyünün sınığı, bərk küt əşyanın(ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni, xx.xx.2021-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X38-Təcrübi və X48 Hüquqi şəxsin 1 fevral 2022-ci il tarixli, 88 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs6 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – burnun və çənə nahiyəsinin çapılmış yaraları, bərk küt əşyanın(ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni, xx.xx.2021-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X38-Təcrübi və X48 Hüquqi şəxsin 1 fevral 2022-ci il tarixli, 89 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – başın yumşaq toxumalarının əzilmiş-çapılmış yarası, bərk küt əşyanın(ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni, xx.xx.2021-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X38-Təcrübi və X48 Hüquqi şəxsin 7 fevral 2022-ci il tarixli, 59 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs9 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – başın tüklü hissəsinin yarası, bərk küt əşyanın(ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni, xx.xx.2021-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X38-Təcrübi və X48 Hüquqi şəxsin 7 fevral 2022-ci il tarixli, 98 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs11 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – onurğanın bel şöbəsinin kapsul bağ aparatının gərilməsi, zədələnməsi, bərk küt əşyanın(ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni, xx.xx.2021-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X54 İdarəsinin 24 avqust 2021-ci il tarixli 016-98700- 1221 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə (xx.xx.2030-cu il tarixədək müddətə etibarlı olan) AE 239493 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmışminik və yük avtomobillərinə texniki xidmət "xxxx" ASC-nin 12 sentyabr 2021-ci il tarixli 127 nömrəli ziyan aktından görünür ki, hadisə nəticəsində Ford Transit markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 8230 (səkkiz min iki yüz otuz) manat məbləğində maddi ziyan dəymişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, zərərşəkmiş şəxslərin hüquqi varisləri X25, X24 və X29 təqsirləndirilən şəxsdən şikayətçidirlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş və onun təqsirləndirilən şəxsdən heç bir şikayəti, iddiası və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X30 təqsirləndirilən şəxslə barışmış və ona qarşı şikayəti, iddiası və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış notariat qaydada təsdiq olunmuş 14 mart 2022-ci il tarixli ərizədən və teleqramdan görünür ki, Zərərçəkmiş şəxs12 təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış notariat qaydada təsdiq olunmuş 31 may 2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs11 təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış notariat qaydada təsdiq olunmuş 31 may 2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs10 Müşfiq oğlunun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X8 təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 19 avqust 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Goranboy rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 19 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin 25 avqust 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 263-1.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli 15 noyabr 2013-cü il tarixli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair 24 sentyabr 2014-cü il Qərarında müəyyən edilmişdir ki, müəyyən kateqoriyaya aid olan nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsinə malik şəxs başqa kateqoriyaya aid olan nəqliyyat vasitələrini idarə etdikdə, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs hesab edilməlidir. Beləliklə, Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi ehtiva edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 34-cü maddəsinin İV hissəsinin 5-ci bəndinə əsasən sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “D” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün “D” kateqoriyalı sürücülük vəsiqəsinin olması nəzərdə tutulmuşdur. Yuxarıda tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X54 İdarəsinin 24 avqust 2021-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2020ci il tarixdə (xx.xx.2030-cu il tarixədək müddətə etibarlı olan) AE 239493 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi olmasına baxmayaraq hazırki iş üzrə oturacaq yerlərinin sayı 8-dən artıq olan “Ford Transit” markalı mikroavtobusu “D” kateqoriyasına aid olan nəqliyyat vasitəsini idarə etməklə yəni müəyyən kateqoriyaya aid olan nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsinə malik şəxs başqa kateqoriyaya aid olan nəqliyyat vasitələrini idarə etməklə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmə hüququ, yəni, müvafiq kateqoriyalı sürücülük vəsiqəsi və etibarnaməsi olmadan həmin nəqliyyat vasitəsini idarə etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki: “Məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263- 1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-in 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər.” Hazırki cinayət işinin materiallarından görünür ki, baş vermiş cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 sağlamlığa zərər vurmayan, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurulmasına aid xəsarətlər almışlar və həmin zərərçəkmiş şəxslərin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına vurulmuş xəsarətin dərəcəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin dispozisiyasında göstərilən ağırlıqda olmasa da, digər Zərərçəkmiş şəxs12 yol nəqliyyat hadisəsi nəticəsində 8230 (səkkiz min iki yüz otuz) manat məbləğində maddi ziyan vurulmasa belə mülki iddia verməməsinə baxmayaraq, cinayət işinin materiallarından görünür ki, həmin zərərçəkmiş şəxslərin sağlamlıqlarına (Zərərçəkmiş şəxs12 əmlakına) yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərlə bağlı hazırki cinayət işinin materiallarından inzibati xəta haqqında material ayrılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən zərərçəkmiş şəxs qismində tanınmış həmin şəxslərin məhkəmə prosesində zərərçəkmiş şəxs kimi iştiraklarına xitam verilməsi onların zərərçəkmiş şəxs kimi qanunvericiliklə müəyyən edilmiş hüquq və vəzifələrinin həyata keçirilməsinin məhdudlaşdırılması ilə nəticələnə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, həmin zərərçəkmiş şəxslərin iştiraklarına xitam verilməməlidir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə, digər şəxslərin isə müəxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini də nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi X20, Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxslə barışıq əldə etməsini, CM-in 59.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərin hüquqi varisləri X20, X8, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs10 Müşfiq oğlunun ondan heç bir şikayət və tələbinin olmamasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.12-ci maddəsində (zərərrçəkmiş şəxsin hüquqi varisi X30 və Zərərçəkmiş şəxs4 ilə razılıq əldə edərək barışma) göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi qeyrimümkündür. Belə ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, zərərşəkmiş şəxslərin hüquqi varisləri X25, X24 və X29 təqsirləndirilən şəxslə barışmadığından və ona ağır cəza verilməsini tələb etdiyindən Təqsirləndirilən şəxs sadəcə olaraq zərərçəkmiş şəxsin hüquqi varisi X30 və Zərərçəkmiş şəxs4 ilə razılıq əldə etməsi və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi cinayət işi üzrə digər zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxslərin hüquqlarının pozulması ilə nəticələnəcək. Ona görə də, Təqsirləndirilən şəxs təyin ediləcək cəza ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin müddəasının tətbiq edilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə yeddi ildən on iki ilədək müddətə azalıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” «15» noyabr 2013-cü il tarixli qərarının 21-ci bəndinə əsasən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəzanın da təyin olunmasını və bu cəzanın icrasının əsas cəzanı çəkib qurtardığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halın olmamasını, şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzanın başlanğıcı tutulduğu gündən, yəni 19 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə olunmalı olan əmlakı müəyyən edilmədiyindən məhkəmə onun barəsində xüsusi müsadirənin tətbiq olunmamasını əsaslı və qanuni sayır. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə iş materiallarına əlavə edilmiş hesabat arayışından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 42 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş xx.xx.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs müdafiəsini Gəncə 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 252 manat dövlət hesabından tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilməlidir Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 351, 353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə,, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 19 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlansın. Təqsirləndirilən şəxs 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 252 (iki yüz əlli iki) manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar