Məhkəmə qərarları › İş №1(100)-219/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-219/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-219/2023 07.03.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Mikayıl Maarif oğlu (sədirlik edən), X2 və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.2000-ci il tarixdə Tovuz rayonu, Aşağı Ayıblı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Tovuz Rayon Məhkəməsinin 1(062)- 4/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Tovuz rayonu, Əyyublu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində Tovuz rayonu Əyyublu kəndində fəhlələrin günəmuzd iş axtarmaq üçün dayandığı “Fəhlə bazarı” adlanan yerdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsin avtomobillə yaxınlaşaraq işə aparmaq üçün onu işarə ilə yanına çağırdığını görüb sonuncuya yaxınlaşmaq istədikdə, iş axtarmaq üçün onunla birlikdə həmin “Fəhlə bazarı” adlanan yerdə dayanmış həmkəndlisi Zərərçəkmiş şəxs ona əhəmiyyət vermədən həmin şəxsə yaxınlaşan zaman, işə getmək üçün onun Zərərçəkmiş şəxs əvvəl avtomobilə əyləşməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmaq qərarına gəlmiş, bu niyyətlə üzərində olan ümumi uzunluğu 160 mm, dəstəyinin uzunluğu 90 mm, tiyəsinin uzunluğu 70 mm, kustar üsulu ilə hazırlanmış deşici-kəsici xassisəyə malik, soyuq silah hesab edilməyən turist bıçağı ilə bir zərbə vuraraq sonuncuya döş qəfəsinin sol yan səthinin döş boşluğuna nüfuz edən, sol ağciyərin aşağı payının və perikardın zədələnməsi ilə müşayiət edilən, deşilmiş-kəsilmiş yarasından sonra inkişaf edən çapıq toxuması ilə nəticələnən, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirməklə, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək müdafiəsi üçün hər hansı bir dəlil gətirmədən ifadəsində göstərmişdir ki, 27 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Tovuz rayonu, Əyyublu kəndində “Hakimin kafesi”ndə əyləşib iş gözləmişdir. Həmin vaxt kafedə ondan başqa həmkəndlisi Zərərçəkmiş şəxs və fəhlə yoldaşı Şahid2 olmuşlar. İş gözləyərkən bir nəfər tanımadığı şəxs yaxınlaşaraq fəhlə işi olduğunu dedikdə, o, həmin şəxsə yaxınlaşıb iş barədə danışmışdır. Bu vaxt Zərərçəkmiş şəxs ona yaxınlaşaraq söyüş söyüb nə üçün iş vermək üçün gələn şəxsin qarşısına çıxdığını və nə üçün irəli gedib işi götürmək istədiyini demişdir. O da sonuncuya iş vermək üçün gələn şəxsin məhz onu çağırdığını və işi onunla danışmaq istədiyini demişdir. Elməddin isə yenə də onun ünvanına söyüş söyərək üzərinə gəlmişdir. O, Elməddinə çıxıb getməsini desə də, sonuncu getməmiş və onun ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. O da əsəbləşərək Elməddini “Abidənin arxası” deyilən yerə aparıb orada sonuncunun üzərinə getmiş və əynində olan gödəkçənin cibindən bir ədəd açılıb- qatlanan bıçağı çıxarıb bir dəfə Elməddinin bədəninin sol tərəfindən vurmuşdur. Həmin vaxt Məcid onun Elməddini vurduğunu görmüşdür. Zərbədən sonra Elmədinin bədənindən qan gəlmişdir. Məcidin onların olduğu yerə gəldiyini gördükdə o, qaçaraq həmin yerdən uzaqlaşmışdır. Daha sonra isə Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları onu saxlayıb polis şöbəsinə aparmışlar. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla aralarında yaranmış mübahisə zamanı sonuncu onun ünvanına söyüş söydüyü üçün onu bıçaqla vurduğunu, Elməddini vurduğu yerin “Abidənin arxası” adlanan yer olduğunu və hadisə zamanı ətrafda başqa şəxslərin olmadığını bildirmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, Zərərçəkmiş şəxsla barışdığını, sonuncunun ondan şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və işdə olan aşağıdaki mötəbər və mümkün sübut növləri ilə də tam təsdiq ounur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 27 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Tovuz rayonu, Əyyublu kəndində yerləşən “Fəhlə bazarı”ndakı kafedə oturub yemək yemiş və bir qədər spirtli içki olan araq içmişdir. Yemək yedikdən sonra kafedən bayıra çıxanda ağ rəngli, VAZ 2106 minik markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin sürücüsü onun qarşısında dayanıb əli ilə onu özünə tərəf çağırmışdır. Bu vaxt orada olan həmkəndlisi Təqsirləndirilən şəxs ondan cəld tərpənərək iti addımlarla hərəkət edib həmin avtomobilin qabaq oturacağına əyləşmişdir. O da həmin avtomobilə yaxınlaşıb Elxana “Nəyə görə mənim növbəmə keçirsən?” deyərək irad tutmuş və əsəbləşib Elxanın ünvanına söyüş söymüşdür. Bu zaman Elxan avtomobildən düşüb ona kafenin arxa tərəfinə keçməyi bildirmişdir. Onlar Tovuz rayonu, Əyyublu kəndində yerləşən fəhlə bazarındakı kafenin arxa tərəfindəki küçəyə tərəf getmişlər. Aralarında həmin vaxt sözlə mübahisə yaranmış və o, əsəbləşərək bir daha Elxanın ünvanına söyüş söymüşdür. Bu vaxt Elxan qış gödəkcəsinin cibindən çıxardığı bıçaqla onun sinəsinin sol tərəfindən bir dəfə zərbə vurmuş və o, zərbənin təsirindən yerə yıxılmışdır. Bunu görən kimi Elxan qaçaraq həmin yerdən uzaqlaşmışdır. Elxan onu vurduqdan sonra digər fəhlə yoldaşı Şəmkir rayonu, Düyərli kənd sakini Şahid2 onun olduğu yerə gələrək yıxıldığı yerdən qaldırmış və qucağına alaraq fəhlə bazarında yerləşən kafeyə aparmışdır. Orada adını xatırlamadığı fəhlə yoldaşı telefonla zəng edərək ailə üzvlərinə məlumat vermişdir. X11 həmin yerə gələrək X16 Xidmətinə xəsarət alması barədə məlumat vermiş və vaxt itirmədən onu yoldan keçən taksilərdən biri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Bir qədər getdikdən sonra X16 Xidmətinin əməkdaşları gələrək onu taksidən düşürüb öz avtomobilləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparmışlar və orada əməliyyat olunmuşdur. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, hadisə günü mübahisə etdikləri yerdə ondan və Elxandan başqa heç kim olmamışdır. Elxan onu bıçaqla vurduqda isə Məcid onları kənardan görmüş və qaçaraq onun yanına gəlmişdir. O, Elxana söyüş söydüyü üçün sonuncu onu bir dəfə bıçaqla vurmuşdur. Təqsirləndirilən şəxslə barışmış, sonuncudan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğlu, Təqsirləndirilən şəxs isə həmkəndlisidir. 27 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı evdə olarkən telefonuna bir nəfər zəng edib oğlu Zərərçəkmiş şəxs bıçaqlandığını və Tovuz rayonu, Əyyublu kəndində “Fəhlə bazarı”nda olduğunu bildirmişlər. Bundan sonra o, həmin yerə getmişdir. Elməddinə çatdıqda onun yerə uzadılmış vəziyyətdə olduğunu və sinəsindən qan axdığını görmüşdür. O, dərhal X17 zəng edib tibbi yardım çağırmışdır. Özü isə vaxt itirmədən yoldan keçən tanımadığı taksilərdən birinə əyləşdirib üzü Tovuz Rayon Mərkəzi Xəstəxanası istiqamətində hərəkət etməyə başlamışdır. Yolda təcili tibbi yardım avtomobili ilə qarşılaşmış və Elməddini tibbi yardım avtomobilinə uzadıb xəstəxanaya aparmışlar. Tovuz Rayon Mərkəzi Xəstəxanasında Elməddinə ilkin tibbi yardım göstərilmiş və əməliyyat olunmuşdur. O, bundan sonra hadisənin hansı şəkildə baş verməsi ilə maraqlandıqda öyrənmişdir ki, Elməddinlə Elxan arasında işə getməklə bağlı mübahisə olmuş, Elməddin Elxanın ünvanına əsəbləşərək söyüş söymüş, sonuncu da Elməddinə bir dəfə bıçaqla vuraraq xəsarət yetirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun fəhlə yoldaşlarıdır. 27 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Tovuz rayonu, Əyyublu kəndində yerləşən “Fəhlə bazarı”nda dayanıb müştəri gözləyən zaman tanımadığı bir şəxs öz avtomobili ilə fəhlə bazarına gəlmişdir. Bunu görən kimi Elxan cəld tərpənərək yaxınlaşıb həmin şəxslə iş barədə danışmağa başlamışdır. Bu vaxtı Elməddin Elxana yaxınlaşaraq mübahisə etməyə başlamış və Elxanın ünvanına söyüş söymüşdür. O, bir qədər aralıda dayandığı üçün mübahisənin hansı səbəbdən baş verdiyini dəqiq bilməmişdir. Daha sonra Elməddinlə Elxan mübahisə edərək kənara çəkilmişlər. Buna görə o da Elxan və Elməddinin mübahisə etdikləri istiqamətə getmişdir. O, sonunculara çatanadək Elxan Elməddini abidənin arxası deyilən yerə çəkib aparmışdır. O, Elməddin ilə Elxanın dalaşacağını hiss etdiyi üçün arxaları ilə getmişdir. Sonunculara çatmağına təxminən 20-25 metr qalmış Elməddin qışqırıb kömək istəmişdir. O, Elməddinə tərəf getmiş, Elxan isə onun yaxınlaşdığını görüb qaçaraq həmin yerdən uzaqlaşmışdır. O, Elməddinə çatıb yerdən qaldırmış və “Fəhlə bazarı” istiqamətində aparmışdır. Həmin vaxt Elməddinin sinəsindən qan gəlmişdir. Daha sonra o, Elməddini yerə uzadıb köməklik etmiş və sonuncunun atası Vaqifə zəng edib çağırmışdır. Təxminən 10 dəqiqə sonra Vaqif gəlib yoldan keçən avtomobillərdən biri ilə Elməddini Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. O, hadisənin dəqiq hansı səbəbdən baş verdiyini bilməmişdir. Lakin sonra eşitmiş ki, Elxanla Elməddin arasında işə getməklə bağlı mübahisə olmuşdur. Hadisə vaxtı Elməddin və Elxandan başqa yanlarında heç kim olmamış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir bıçaq zərbəsi vurmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-in Tovuz rayon şöbəsinin 503 nömrəli, 13 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, məhkəmə-tibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin sol yan səthinin döş boşluğuna nüfuz edən, sol ağciyərin aşağı payının və perikardın zədələnməsi ilə müşayiət edilən deşilmiş-kəsilmiş yarasından sonra inkişaf edən çapıq toxuması iti kənara malik əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni iti kənara malik əşyanın (alətin) ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin deşici hissəsinin təsiri nəticəsində əmələ gələ bilməsi istisa edilmir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət ilə hadisə zamanı onun əynində olmuş köynək üzərində olan zədə yeri üst-üstə düşür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 16/16 saylı, 05 yanvar 2023-cü il tarixli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 ədəd bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in X7 Şöbəsinin 29 saylı, 18 yanvar 2023-cü il tarixli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ruhi xəstəlik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən onda anlaqlığı istisna etməyən psixi pozuntu vəziyyəti olmamışdır. Təqsirləndirilən şəxs AR CM-nin 21-ci və ya 22-ci maddələrinin təsiri altına düşmür, onun məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Tovuz Rayon Mərkəzi Xəstəxanası PHŞ-in 1505 nömrəli, 10 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Tovuz RMX PHŞ-in Poliklinika şöbəsində həkim psixiatrın və həkim narkoloqun dispanser qeydiyyatında dayanmır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 27 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2022-ci il tarixdə saat 20.30-da CM-in 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 29 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsiləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair” Tovuz Rayon Məhkəməsinin 4(062)-67/2022 saylı, 30 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 27 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 09 dekabr 2022ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadələri hadisə yerində yoxlanılmış və təqsirləndirilən şəxs sərbəst ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək hadisə yerində əyani şəkildə göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “baxış və götürmə aparılması haqqında” 27 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi cinayətin aləti olan 1 ədəd qatlanan bıçaq müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “baxış və götürmə aparılması haqqında” 28 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd köynək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “hadisə yerinə baxış keçirilməsi haqqında” 30 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Tovuz rayonu, Əyyublu kəndində Abidə kimi adlanan yerin yaxınlığında, həmin yerdən təxminən 50 metr aralıda kənd istiqamətində yerləşir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “sübutların qiymətləndirilməsi haqqında” 23 yanvar 2023-cü il tarixli qərardan görünür ki, cinayətin aləti olan bir ədəd qatlanan bıçaq, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd köynək maddi sübut hesab edilərək Tovuz RPŞ-yə məsul saxlanca verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı tamamlanaraq xx.xx.2022-ci il tarixdə Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Tovuz Rayon Məhkəməsinin 1(062)-4/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 25 yanvar 2023-cü il tarixdən hesablanmış və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Tovuz Rayon Məhkəməsinin 1(062)-4/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Tovuz Rayon Məhkəməsinin 1(062)-4/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən apellyasiya şikayəti və apellyasiya protesti verilmədiyindən, hökm 01 mart 2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Tovuz rayonu İcra Hakimiyyəti Başçısının Əyyublu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs atası – X15, anası – X10, bacısı – X4 və qardaşı X12 ilə birlikdə Tovuz rayonu Əyyublu kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncudan heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti, həmçinin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə tərkibi təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxsla barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb CM-in 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti qeyd edilən maddənin sanksiyasında göstərilən daha ciddi cəza növünün son həddinin dörddə üçündən, yəni 06 (altı) ildən artıq ola bilməz. Bundan başqa, cinayət işinin materiallarında olan Tovuz Rayon Məhkəməsinin 1(062)-4/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 25 yanvar 2023-cü il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Qeyd edilən məhkəmə hökmü xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Hazırki iş üzrə Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan görünür ki, o, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə göstərilən cinayət əməli 27 sentyabr 2022-ci il tarixdə, yəni barəsində olan birinci iş üzrə Tovuz Rayon Məhkəməsinin 1(062)- 4/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü çıxarılmazdan əvvəl törətmişdir. Ona görə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Tovuz Rayon Məhkəməsinin 1(062)-4/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il azadlıqdan məhrum etmə növündə cəza hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza ilə qismən toplanmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılmalı və onun üzərində qəti olaraq azadlıqdan məhrum etmə növündə cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, cinayət işinin materillarında olan Tovuz Rayon Məhkəməsinin 4(062)-67/2022 saylı, 30 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 27 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ona görə də, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli hazırki iş üzrə şübhəli şəxs kimi tutulduğu 27 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə tərkibi CPM-nin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Tovuz RPŞ-də saxlanılan, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd köynək sahibinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs cinayətin aləti kimi istifadə etdiyi 1 ədəd qatlanan bıçaq dəyəri olmayan əşya olduğundan məhv edilməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ballistik ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 31 (otuz bir) manat 50 (əlli) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi üçün 120 (bir yüz iyirmi) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin 1(062)-4/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza hazırkı hökm üzrə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət təyin olunmuş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hazırkı iş üzrə şübhəli şəxs kimi tutulduğu vaxtdan, yəni 27 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Tovuz RPŞ-də saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd köynək sahibinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs cinayətin aləti kimi istifadə etdiyi 1 ədəd qatlanan bıçaq dəyəri olmayan əşya olduğundan məhv edilsin. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 31 (otuz bir) manat 50 (əlli) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Dövlət büdcəsi hesabından Müdafiəçi 120 (bir yüz iyirmi) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar