Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-219/2025 15.10.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Müslümov Bəhruz Firizman oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibləri – X3 və Məmmədova Təhminə Cahid qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X6, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1997-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(045)-12/2024 saylı Qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Goranboy rayonu Qaraçinar kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Penitensiar Xidmətinin 2 saylı X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 28 dekabr 2023-cü il tarixdə saat 14:30 radələrində tanışı Zərərçəkmiş şəxs qarşı törətmiş olduğu cinayət əməli üzrə Azərbaycan Respublikası CMnin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Goranboy Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə keçiriləcək hazırlıq iclasında iştirak etmək üçün rayon Məhkəməsinin inzibati binasının həyətində gözləyən zaman Zərərçəkmiş şəxs onun barəsində şikayətini geri götürməsini tələb edərək mübahisə etmiş, həmin vaxt Zərərçəkmiş şəxs şikayətini geri götürməyəcəyini bildirməklə ona söyüş söyməsi səbəbindən Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlib niyyətini həyata keçirmək məqsədilə həmin gün axşam saatlarında sonuncu ilə telefon danışığı zamanı Goranboy şəhəri, S.Civəzadə küçəsində yerləşən “Əli Oil” yanacaq doldurma məntəqəsinin qarşısında görüşmək barədə razılaşaraq 28 dekabr 2023-cü il tarixdə saat 22 radələrində qeyd olunan yerdə Zərərçəkmiş şəxs ilə görüşüb yenidən sözlü mübahisə edərək üzərində gəzdirdiyi bıçaqla qəsdən öldürmək məqsədilə Zərərçəkmiş şəxs ardıcıl 5 dəfə zərbə endirərək sonuncuya qarının sol yan divarının qarın boşluğuna nüfuz edən s-varı bağırsağın zədələnməsi ilə müşayət olunan, döş qəfəsinin sol yarsının plevra boşluğuna nüfuz edən travmatik hemopnevmatoraks deşilmiş kəsilmiş yaraları dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər və sol budun yuxarı, sağ budun aşağı 1\3-nin, çənə nahiyəsinin deşilmiş-kəsilmiş yaraları - deşici-kəsici alətin (lərin) təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirmiş, həmin vaxt Zərərçəkmiş şəxs xəsarət almasına baxmayaraq, “Əli Oil” yanacaq doldurma məntəqəsinin operator otağına qaçsa da, o, öz niyyətini başa çatdırmaq üçün hərəkətlərini dayandırmayaraq Zərərçəkmiş şəxs arxasınca getmiş, lakin həmin məntəqənin operatoru vəzifəsində işləyən Şahid2 onun qarşısını kəsərək dayandırması və orada olan digər şəxslər tərəfindən təcili tibbi yardım çağırılaraq Zərərçəkmiş şəxs Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılmaqla vaxtında göstərilmiş ixtisaslaşdırılmış tibbi yardım nəticəsində həyatı xilas edildiyindən, o öz iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməyərək digər şəxsi, yəni Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29.120.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyrək, özünü Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə aralarında olan mübahisə ilə bağlı Goranboy Rayon Məhkəməsində baxılan cinayət işi üzrə məhkəmədə olan zaman Namiq ona qarşı nalayiq ifadə işlətmiş və nəticədə aralarında mübahisə yaranmışdır. Evə getdikdən sonra atası ona “mənim üçün heç nə etmə, qoy bizdən uzaq olsun” demişdir. Mübahisələri olan olan gün heç nə etmədən atası ilə evə getmiş, həmin axşam Namiq ona zəng edərək yanına çağırmış, həmçinin zəng edən zaman ona qarşı telefonda nalayiq sözlər işlətmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, maşında tək oturan zaman Namiqin əlində taxta parçası ilə kənardan ona tərəf gəldiyini görmüş, bu zaman maşında olan bıçağı götürərək maşından düşmüşdür. Həmin zaman yaralı olmuş və bıçağı özünü müdafiə etmək məqsədilə götürmüş, Namiq yanına çatan kimi əlindəki taxta parçası ilə onu vurmuş, bu zaman o da özünü müdafiə etməq məqsədilə Namiqi əlindəki bıçaqla vumuşdur. Namiqə iki bıçaq zərbəsi endirmiş, Namiq vurulduqdan sonra sonuncu yanacaq doldurma məntəqəsinin içinə doğru getmiş, bu zaman o da Namiqin arxasınca gedərək ona “burada işləyənlərə də problem yaratma, çölə çıx” demişdir. Daha sonra orada işləyən şəxsdən təcili yardım çağırmasını istəmiş, Namiqin arxasınca getmək səbəbi isə ona yenidən xəsarət yetirmək olmadığını qeyd etmişdir. Daha sonra Goranboy rayon Polis Şöbəsinə gedərək əməlini etiraf etmiş və bıçağı polislərə təqdim etmişdir. Eləcə də, Namiqə “işçiyə də problem yaratma çöldə uzan” demiş, məntəqəyə girməyə isə çalışmamışdır. Həmçinin həmin zaman əlində bıçaq olduğu üçün məntəqə işçisindən təcili yardım çağırmasını istəmişdir. Yanacaq doldurma məntəqəsinə gedən zaman onun mobil telefonu üzərində olmamış, ilk öncə zərərçəkmiş şəxs onu vurmuş, halhazırda zərərçəkmiş şəxslə barışmış və ona dəymiş bütün ziyanı ödəmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, əvvəllər Təqsirləndirilən şəxslə dostluq etmiş lakin sonradan mübahisələri yarandığı üçün işləri məhkəməyə düşmüş, Bəxtiyar atası ilə birlikdə ora gəlmiş bu zaman o, Bəxtiyara “məhkəmə səni buraxsada mən buraxmayacam” demişdir. Həmin zaman aralarında mübahisə yaranmış və o Bəxtiyara qarşı nalayiq ifadələr işlətmişdir. O, evə getdikdən sonra içkili halda Bəxtiyara zəng etmiş, ona qarşı nalayiq ifadələr işlətmiş və onu görüşə çağırmışdır. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Bəxtiyarı görüşə o özü çağırmış, görüşün problemli keçəcəyini qabaqcadan düşünərək üzərində taxta parçası götürmüş və görüş zamanı Bəxtiyarı vurmuşdur. Həmçinin o Bəxtiyarı vurduqdan sonra Bəxtiyar üzərindəki bıçağı çıxardaraq ona xəsarət yetirmişdir. Bıçaq zərbələrinin ikisi ayağına, biri boğazının altına, biri ağciyərinin üstünə, biri də kürəyinə dəymişdir. Bıçaqlandıqdan sonra əlindəki taxta düşdüyünə görə, nə isə alət tapmaq üçün yanacaq doldurma məntəqəsinə getmiş, həmin zaman isə orada bir nəfər işçi olmuşdur. Həmçinin Bəxtiyar onun arxasınca yanacaq doldurma məntəqəsinə getməmiş, onu vurduqdan sonra təcili yardım çağırmış və Goranboy rayon Polis Şöbəsinə gedərək törətdiyi əməli etiraf etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqında verdiyi ifadəylə ibtidai istintaq zamanı verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət yarandığı üçün ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuşdur. İfadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən dörd ildir ki, tanıyır. Aralarında dostluq münasibətləri olmuşdur. 2023-cü ilin mart ayının 5də Goranboy rayonunda yerləşən “Şahmat” çay evində davası olmuşdur. Belə ki, həmin davada onu Bəxtiyar və sonuncunun dostu Muğan döymüşdür. Həmin işlə bağlı onun şikayəti əsasında Goranboy RPŞ-nin İB-də cinayət işi başlanmış və Bəxtiyarla, Muğan təqsirli bilinərək cinayət işi Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Həmin iş üzrə 28 dekabr 2023-cü il tarixdə saat 10-11 radələri üçün Goranboy rayon məhkəməsindən hazırlıq iclasına getməsi ilə bağlı telefonuna bildiriş gəlmişdir. O da, həmin gün qeyd etdiyi saatda məhkəməyə getmişdir. Goranboy rayon Məhkəməsinin həyətində keçiriləcək iclasın başlanmasını gözləyən zaman Təqsirləndirilən şəxs öz atası Cəmşidlə birlikdə məhkəməyə gəlmişdir. Məhkəmənin həyətinə girən kimi Bəxtiyar ona yaxınlaşaraq “Əgər məndən şikayətçi olsan səni öldürəcəm” sözlərini demiş, o, Bəxtiyara cavab olaraq “Sən kimsənki məni öldürəsən” sözlərini demiş və bu səbəbdən aralarında sözlü mübahisə yaranmışdır. Mübahisə zamanı bir-birini ana-bacı, var-yox söyüşləri ilə təhqir etməyə başlamış və bu zaman Bəxtiyar ona “Darıxma bura yeri deyil, səninlə sonra danışacam” sözlərini demişdir. Mübahisə zamanı dərhal onlara polis əməkdaşları yaxınlaşaraq, baş vermiş hadisə ilə bağlı şöbəyə getməli olduqlarını demişlər. Onlar şöbədə olan zaman hər ikisinin izahatı alındıqdan sonra, barələrində inzibati protokol tərtib olunmuş və onları Goranboy rayon məhkəməsinə aparmışlar. Goranboy rayon məhkəməsi ictimai qaydanı pozduqları üçün Bəxtiyara və ona 50 manat cərimə cəzası tətbiq etmişdir. Məhkəmədən çıxan zaman Bəxtiyarla onun arasında heç bir dialoq olmamışdır. Həmin gün axşam saat 22 radələrində o, evdə olan zaman Bəxtiyar ona zəng etmişdir. O, ***-***-**-** və ***-***-**-** nömrələrindən istifadə edir. Təqsirləndirilən şəxs onda iki nömrəsi var - ***-***-**-** və ***-***-**-** nömrələridir. Bəxtiyarın onun hansı nömrəsinə hansı nömrədən zəng etməsini xatırlamır. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Bəxtiyar ona zəng edərək var-yoxuna söyüş edib “Məndən şikayət eləsən səni öldürəcəm" sözlərini deyərək onu görüşə dəvət etmişdir. O da, Bəxtiyarla görüşə razılıq vermiş və sonuncu Goranboy şəhəri S.Civəzadə küçəsində yerləşən “Əli Oil” yanacaq doldurma məntəqəsinin qarşısında görüşəcəklərini demişdir. Həmin telefon danışığından sonra o, yaşadığı evdən çıxaraq piyada yanacaq doldurma məntəqəsinə getmiş, yolda Bəxtiyarla bir daha dalaşacaqlarını düşündüyündən özünü müdafiə etmək məqsədilə yerdən taxta parçası götürmüşdür. O, yanacaq doldurma məntəqəsinə gedən zaman Bəxtiyar ona zəng edib “evdən çıxmışam gəlirəm sən də gəl”. Bəxtiyar gəlmədiyi halda ona söyüş söymüşdür. O da, Bəxtiyara eyni ilə cavab vermişdir. Bir neçə dəqiqə sonra Bəxtiyar ağ rəngli “Niva” markalı maşınla həmin yerə gəlmiş, maşından düşmüş və əlində qara rəngli bıçağı açaraq onun var-yoxuna söyüb “indi səni öldürəcəm” sözlərini demişdir. O da, Bəxtiyara cavab olaraq öldürməyənin var-yoxuna söyüş söymüşdür. Bəxtiyar ona bıçaqla yaxınlaşan zaman əlindəki taxta parçası ilə sonuncunun başına bir dəfə vurmuş, lakin, həmin zərbə demək olar ki, Bəxtiyarı tutmamışdır. O, Bəxtiyarı vuran zaman sonuncu əlindəki bıçaqla onun gövdəsinin sol tərəfinə 2 dəfə bıçaqla vurmuşdur. Həmin vaxt o, taqətini itirmiş və Bəxtiyar tərəfə baxan zaman sonuncu çənəsindən üçüncü dəfə bıçaqla vurmuş və nəticədə o, yerə yıxılmışdır. O, yerdə olan zaman Bəxtiyar bir daha ona var-yox söyüşü edərək üstünə hücum çəkmiş, bu zaman o, sonuncuya aralı durmasını desə də, Bəxtiyar onun sözlərinə məhəl qoymamışdır. Həmin an o, Bəxtiyarı ayağı ilə itələmək istəyən zaman Bəxtiyar 2 dəfə ayağından bıçaqla vurmuş və söyüşlərini davam etdirərək gəldiyi maşına tərəf getmişdir. Daha sonra o, ayağa qalxaraq Bəxtiyarın yenidən onun üstünə hücum çəkəcəyini düşünüb yanacaq doldurma məntəqəsinə doğru addımlamışdır. Bəxtiyar onun ayağa qalxdığını görüb nalayiq söyüşlər işlədərək arxasınca gəlməyə başlamışdır. Bu zaman Bəxtiyar o girdiyi otağın qarşısına gəlmiş, lakin yanacaq doldurma məntəqəsinin işçisi sonuncunun qabağını kəsmişdir. Daha sonra olanları xatırlamır. Aldığı xəsarətlə bağlı Gəncə şəhəri və Bakı şəhərində əməliyyat olunmuşdur. Hazırda da, ev şəraitində mütəmadi olaraq müalicə alır. Zərərçəkmiş şəxs ifadəsində onu da göstərmişdir ki, Təqsirləndirilən şəxs onu bıçaqlamaqda məqsədi onu öldürmək olmuşdur. Belə ki, o, yerə yıxıldıqdan sonra aralı durmasını desə belə Bəxtiyar onun sözlərinə məhəl qoymayaraq iki dəfə ayağından da bıçaqla vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, hadisə günü öz maşınıyla evinə doğru gedən zaman yanacaq doldurma məntəqəsinə yaxınlaşmış, həmin vaxt yolun kənarında iki nəfərin mübahisə etdiyini görmüş və yanlarına gedərək onları ayırmış, daha sonra isə oradan uzaqlaşmışdır. Bir qədər sonra Bəxtiyar Goranboy rayon Polis Şöbəsinə yaxınlaşaraq hadisə törətdiyini bildirmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, hadisə zamanı orada o və məntəqə işçisi olmuş, məntəqəyə girməyə icazə olmadığı üçün zərərçəkmiş şəxs içəri girə bilməmiş, həmçinin təcili yardım çağırılmasını Bəxtiyar istəmişdir. Zərərçəkmiş şəxs Bəxtiyarı əlindəki taxta ilə vurmuş, daha sonra isə Bəxtiyar bıçaq çıxartmışdır. O, istintaq zamanı verdiyi ifadəsinin düzgünlüyünü təsdiq etmişdir. İstintaq zamanı Şahid1 aşağıdakı məzmunda ifadə vermişdir: Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, yanacaq doldurma məntəqəsinin yaxınlığında işlətdiyi obyektdən çıxaraq yanacaq doldurma məntəqəsinə gedən zaman təqsirləndirilən şəxsi görmüş, bu vaxt Bəxtiyar ona “qoyma ölsün” demişdir. Bu sözdən sonra o yanacaq doldurma məntəqəsinin içərisinə keçmiş və zərərçəkmiş şəxsi yaralı halda görmüş və təcili yardıma zəng vurmuş, həmin zaman zərərçəkmiş şəxs ona “icazə vermə ölüm” demişdir. Təcili yardım 3 dəfə zəng etdikdən sonra gəlmiş, həmin vaxt orada işləyən şəxs ondan kömək etməyini istəmiş, o isə qana baxa bilmədiyini bildirmişdir. Təcili yardım gəldikdən sonra isə o geri qayıtmışdır. İfadəsinə əlavə olaraq bildirmişdir ki, o hadisə yerinə çatan zaman hava qaranlıq olduğu üçün Bəxtiyarın əlində bıçaq görməmiş və istintaq zamanı verdiyi ifadəsinin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində hadisə baş verən gün işlədiyi yanacaq doldurma məntəqəsində növbədə olmuş, axşam saat 10 radələrində hadisə baş vermişdir. Bıçaqlanan şəxs hadisədən sonra qaçmış, o isə səsləri eşidərək çölə çıxmışmışdır. Daha sonra Bəxtiyar ondan təcili yardım çağırmağını xahiş etmiş və Namiqin ölməsini istəmədiyini bildirmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Bəxtiyar ona yaxınlaşaraq təcili yardım çağırmasını istəmiş, lakin özü içəri girməmişdir. Həmçinin, Namiq qaçaraq otağa girmiş, o isə Namiqin arxasınca içəri getmişdir, hadisə zamanı Bəxtiyar başından və qolundan xəsarət almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində hadisənin məhkəmədə olan zaman baş verməsini bildirmiş, Namiq orada söyüş söymüşdür. Həmin vaxt Bəxtiyar ona zəng vurmuş, o isə Bəxtiyara “dava lazım deyil, danışıb yoluna qoyarıq” demişdir. Sonra isə Namiq və Bəxtiyarın danışıb görüşdüyünü eşitmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Bəxtiyar davadan sonra onu böyükləri bilərək zəng etmiş və məsləhət almışdır. Həmçinin Namiq və Bəxtiyarın əvvəllərdə mübahisəsi olmuş, günah həmin zamanda Namiqdə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində Bəxtiyar və Namiqin arasında əvvəllərdə mübahisə olmuş, lakin onun xəbəri olmamışdır. Həmin mübahisə ilə bağlı məhkəmə olacağını öyrənən zaman o da Bəxtiyarla bir yerdə məhkəməyə getmiş, Namiqi də ilk orada görmüşdür. Orada Bəxtiyar və Namiq bir-birlərinə qarşı nalayiq ifadələr işlətmiş, lakin dalaşmaqlarına həm o, həm də polislər icazə verməmişdir. Bəxtiyarla evə getdikdən sonra bərbər işlədiyi üçün müştəriləri Bəxtiyara zəng etmiş, lakin o getməsinə icazə verməmişdir. Ən sonda isə Bəxtiyar “söz verdiyim adamlar var, mütləq getməliyəm” deyərək evdən çıxmışdır. Bu zaman o Bəxtiyardan saat 9-da geri qayıtmasını istəmiş, lakin Bəxtiyar həmin saatda geri qayıtmamış, zəng edərək onu çağıranda isə gəlməyə hazırlaşdığını bildirmişdir. Daha sonra o dəfələrlə Bəxtiyara zəng etmiş, lakin telefonu heç kim açmamışdır. Saat 11-də yenidən zəng edən zaman isə telefonu müstəntiq açaraq Namiq və Bəxtiyarın dalaşdığını bildirmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Bəxtiyarın barəsində açılmış cinayət işindən xəbərdar olmamış, həmçinin Namiqin xəstəxana xərclərini özü ödəmişdir. İş üzrə ibditadi istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan olunmuş və o, ifadəsində göstərmişdir ki, Goranboy rayonu Qaraçinar kəndində ailəsi ilə birlikdə yaşayır. 2021-ci ildən Goranboy rayonunda yerləşən "xxxx" MMC-də usta işləyir. Təqsirləndirilən şəxs 2017-ci ildən tanıyır. Bəxtiyar Goranboy şəhərində fərdi qaydada bərbər işləmişdir. Bəxtiyarın özü Vətən müharibəsi iştirakçısıdır. Bəxtiyar qazi olduqdan sonra sonuncu ilə münasibətləri daha da yaxın olmuşdur. xx.xx.2023-cü il tarixdə Goranboy rayonunda yerləşən “Şahmat” çay evində Bəxtiyarla Zərərçəkmiş şəxs arasında dava olmuşdur. Həmin davaya görə Bəxtiyar və sonuncunun dostu Muğan Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunaraq cinayət işi məhkəməyə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında o, Goranboy rayon polis şöbəsinin qarşısında Bəxtiyarın idarə etdiyi “Niva” markalı maşını görmüşdür. O, narahat qalıb bir neçə dəfə Bəxtiyara zəng etmiş, lakin, Bəxtiyar telefona cavab verməmişdir. Daha sonra bir daha yığanda Bəxtiyar telefonu açmış və telefon danışığı zamanı o, Bəxtiyara maşınını polis şöbəsinin qarşısında olduğunu və nə baş verdiyini soruşmuşdur. Bəxtiyar ona Goranboy rayon məhkəməsində davası ilə bağlı məhkəmənin hazırlıq iclasının başlamasını gözləyən zaman Namiqlə sözlü mübahisə etdiyini və həmin xüsusatla bağlı şöbəyə aparıldığını, hazırda danışa bilmədiyini demişdir. Daha sonra həmin gün saat 19 radələrində Bəxtiyarla maraqlanmaq üçün bir daha sonuncuya zəng etmişdir. Bəxtiyar ona məhkəmədən çıxdığını demiş, o isə Goranboy şəhərində olan Heydər Əliyev bulağının qarşısında olduğunu və yanına gəlib baş vermiş hadisəni üz-üzə danışmağı bildirmişdir. Bəxtiyar görüş zamanı ona “Bu Namiq cındır məni yaman söyür. Day ölüm dirim qalmıyıb. Bu gedişlə onu vuracam” sözlərini demiş, o isə cavab olaraq Bəxtiyara “Səbrli ol işin məhkəmədədi. İşin yaxşılıqla qurtarsın. Sonra oturub söhbət edərsiz” sözlərini demişdir. Onun bu sözlərinə Bəxtiyar cavab olaraq “Yox e söhbət nədir, onu vuracam” sözlərini demişdir. O, Bəxtiyarı həmin söhbət əsnasında sakitləşdirmişdir. Onlar söhbət eləyən zaman Bəxtiyar ona maşının benzinin olmadığını demiş, o da, üstündə olan 4 manat pulu sonuncuya vermişdir ki, maşınına benzin vursun. Hətta pulu verən zaman Bəxtiyarın özündən də yaşadığı evə kimi benzinin çatıb-çatmayacağını soruşmuşdur. Daha sonra onlar sağollaşmışlar. Bəxtiyarla görüşündən yarım saat sonra Bəxtiyarın evə çatıb-çatmaması barədə maraqlanmaq üçün zəng etmiş və telefon danışığı zamanı Bəxtiyardan evə çatıb-çatmadığını soruşmuşdur. Bu zaman Bəxtiyar ona yoldan geri qayıtdığını bildirmişdir. O, səbəbini soruşduqda Bəxtiyar ona “Sabah eşidəcəksən” sözlərini demişdir. O, qayıtmasının səbəbini Bəxtiyardan bir daha soruşaraq, yerini deməsini istəmişdir. Hətta telefon danışığı zamanı Bəxtiyarın özünə də “Yerini de çıxım qabağına hansı tərəfə gəlirsən” sözlərini demişdir. Bəxtiyar bu sözlərinə cavab olaraq təkidlə “Demirəm yerimi gəlib eləmə. Sabaha eşidəcəksən nə məsələdi” sözlərini deyərək zəngi bağlamışdır. Bəxtiyarla bu danışığından təxminən 10 dəqiqə sonra Heydər Əliyev bulağının qarşısında olan zaman rayon caamatı arasında Goranboy şəhər ərazisində olan “Əli Oil” yanacaq doldurma məntəqəsinin qarşısında nəsə bıçaqlaşma hadisəsi olması barədə söhbət getmişdir. Həmin zaman o, dostu Ayazla birlikdə olmuşdur. Onlara maraqlı olduğu üçün Ayazın istifadə etdiyi “Volksvagen” markalı, ağ rəngli, **-ZY-*** dövlət qeydiyyat nişanlı maşınla həmin yanacaq doldurma məntəqəsinə getmişlər. Onlar oraya çatan zaman yanacaq doldurma məntəqəsinin qarşısında Bəxtiyarın istifadə etdiyi “Niva” markalı maşınının yanında Bəxtiyarı görmüşlər. Həmin zaman Bəxtiyar qışqıraraq nəsə demişdir. Lakin nə dediklərini xatırlamır. O, maşından düşmüş və yanacaq doldurma məntəqəsinin operator otağında Zərərçəkmiş şəxs yaralı olduğunu görmüşdür. O, Namiqi gördükdən sonra Bəxtiyarla telefon danışığı zamanı sonuncunun Namiq barəsində danışdığını başa düşmüşdür. Daha sonra Bəxtiyar onu görən kimi “Təcili tibbi yardım çağır qoy ölməsin” sözlərini demişdir. Orada olan şəxslərdən kimsə artıq təcili tibbi yardıma zəng etdiyini demişdir. Bu səbəbdən o, təcili tibbi yardıma zəng etməmişdir. Həmin zaman Bəxtiyara polisə təslim olmasının vacibliyini bildirərək, maşına oturmasını demiş, birlikdə Bəxtiyarın idarə etdiyi “Niva” markalı maşınla Goranboy rayon polis şöbəsinə getmişlər və Bəxtiyar təslim olmuşdur. Şahid3 əlavə olaraq göstərmişdir ki, Bəxtiyarla o, birlikdə Goranboy rayon polis şöbəsinə gedən zaman Bəxtiyardan nəyə görə belə etdiyini soruşmuşdur. Bəxtiyar cavab olaraq “Qaqa özü zəng elədi görüşə çağırdı. Görüşə gəlməyənə ana-bacı söyüşü söydü. Boğaza yığılmışdım, anam-bacım, nəslim-köküm qalmadı. Artıq onu vurmalıydım” sözlərini demişdir. İş üzrə ibditadi istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsi elan olunmuş və o, ifadəsində göstərmişdir ki, 2011-ci ildən hazıradək X8 xidmət edir, 2021-ci ildən hazıradək isə Goranboy rayon Polis şöbəsinin məsul növbətçisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanımır. O, iki gündən bir növbədə olur. xx.xx.2023-cü il tarixdə səhər saat 09:00-da Goranboy rayon Polis şöbəsində növbəyə daxil olmuşdur. Növbədə olan zaman həmin günü saat 22:15-də adını sonradan bildiyi Quliyev X2 rayon Polis şöbəsinə yaxınlaşaraq Goranboy şəhəri, S.Civəzadə küçəsində yerləşən “Əli Oil” yanacaq doldurma məntəqəsinin qarşısında əvvəlcədən ədavəti olduğu Zərərçəkmiş şəxs bir neçə dəfə bıçaqla vuraraq xəsarət yetirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin özü ilə gətirdiyi bıçağı ona təqdim edib, Zərərçəkmiş şəxs həmin bıçaqla vurduğunu bildirmişdir. O, bu barədə dərhal Polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq gəlməsi və bıçağı təqdim etməsi ilə bağlı protokol tərtib etmiş və əməliyyat istintaq qrupu hadisə yerinə getmişdir. Təqsirləndirilən şəxs isə Goranboy rayon polis şöbəsinin inzibati binasında saxlanılmışdır. Həmin gün əməliyyat-istintaq qrupunda növbədə olan Goranboy rayon Polis şöbəsinin müstəntiqi, polis mayoru Nurlan Allahverdiyev hadisə yerinə getmişdir. Nurlan Allahverdiyev hadisə yerindən qayıtdıqdan sonra Təqsirləndirilən şəxs izahatını almış və həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunmuş Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası PHŞ Goranboy rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 210 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər - a) qarının sol yan divarının qarın boşluğuna nüfuz edən S-varı bağırsağın zədələnməsi ilə müşayət olunan, döş qəfəsinin sol yarsının plevra boşluğuna nüfuz edən travmatik hemopnevmatoraks deşilmiş kəsilmiş yaraları həyat üçün təhlükəli olan sağlamlığa AĞİR ZƏRƏR vurmaya aid edilir, b) sol budun yuxarı, sağ budun aşağı 1\3 nin, çənə nahiyəsinin deşilmiş-kəsilmiş yaraları - deşici-kəsici alətin (lərin) təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL ZƏRƏR vurmaya aid edilir. Yuxanda qeyd olunan xəsarətlərin əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən ekspertizaya təqdim olunmuş bir ədəd cib bıçağı ilə yetirilmə zamanı əmələ gələ bilərdi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 167/2024-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu AB/İV/-dir (şəxsiyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək,bıçaq üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda” A və B” antigenləri alındı. Aqqlyutinin isə alınmadı. Bu qan ləkələri ABO sistemi üzrə AB /İV/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli 116- MTKŞ/2023 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sağ nahiyəsində bir ədəd, köynəyin arxa səthinin sol nahiyəsində bir ədəd və köynəyin sol yan tikişi üzərində bir ədəd (cəmi üç ədəd) aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı turistik bıçaqdır və soyuq silah hesab edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunmuş məhkəməpsixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 73 saylı rəyindən görünür ki, ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırki ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hər tərəfli təhlili sayəsində yekun nəticəyə gəlmək mümkün olmadığından diaqnozun və psixi vəziyyətin dəqiqləşdirilməsi, qoyulmuş suallara cavab almaq məqsədi ilə Təqsirləndirilən şəxs Stasionar Məhkəmə Psixiatrik Ekspertiza Şöbəsinə göndərilməsini zəruri hesab edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunmuş stasionar məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 61 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qəararın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən «Üzvi şəxsiyyət pozuntusu» formasında psixi patologiyadan əziyyət çəkmişdir. Lakin, bu psixi patologiya o dərəcədə ifadə olunmamışdır ki, onu öz hərəkətlərinin faktiki xarakterini dərk etmək, onları idarə etmək iqtidarından məhrum etsin. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan ittiham olunduğu cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunmuş hadisə yerinə baxış keçirilməsi zamanı tərtib olunmuş Protokoldan görünür ki, hadisə yeri Goranboy şəhəri, Səlahəddin Civəzadə küçəsində yerləşən “Əli Oil” yanacaq doldurma məntəqəsinin həyətidir. “Əli Oil” yanacaq doldurma məntəqəsinin video müşahidə kameralarından hadisəni özündə əks etdirən video görüntülər götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin xx.xx.2024-cü il tarixli Arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 320.2-ci maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunmuş Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(045)-12/2024 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən təqsirli bilinmiş və ona 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunmuş Goranboy rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, 237877/2022 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə cəzasına məhkum olunmuş və sonuncu həmin 400 manat cərimə məbləğini xx.xx.2002-ci il tarixdə ödəmiş və cəzasını çəkib qurtarmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunmuş Goranboy rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli, 0018713/2024 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş ona 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasının icraya yönəldilməsi mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunmuş Goranboy RPŞ-nin NH-nin məsul növbətçisi, polis baş leytenantı Şahid7 tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli “Könüllü gəlib təslim olma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 22:15 dəqiqədə Goranboy rayon polis şöbəsinə gəlib Goranboy şəhəri S.Civəzadə küçəsində yerləşən “Əli Oil” yanacaq doldurma məntəqəsində Zərərçəkmiş şəxs bıçaqla vurduğunu bildirmiş, cinayətin törədilməsində istifadə olunan bıçağı məsul növbətçi Şahid7 təqdim etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunmuş müvafiq arayış və xasiyyətnamədən, eləcə də digər sənədlərdən görünür ki, Quliyev X2 rayonu Qaraçinar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. 44 günlük Vətən müharibəsi iştirakçısıdır və müharibədə göstərdiyi rəşadətə görə “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunmuş müvafiq arayış və xasiyyətnamədən görünür ki, zərərçəkmiş şəxs İsalı X9 rayonu Yeni yaşayış massivi bina 1, mənzil 12 ünvanında qeydiyyatda olmaqla yaşayan, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu maddə üzrə deyil, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilərək Zərərçəkmiş şəxs öldürmək niyyətində olmadığını, sonuncunu sadəcə cəzalandırmaq istədiyini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin həm məhkəmə, həm də ibtidai istintaq zamanı verdikləri ifadələri, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il 3 nömrəli Qərarının 3-cü bəndində göstərilmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə tərkibi işin bütün hallarını, yəni təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə görüşə gedərkən əvvəlcədən üzərində kəsici-deşici alət olan mətbəx bıçağını götürməsini, hadisəni məhz həmin bıçaqla törətməsini, zərərçəkmiş şəxsin həyatı üçün mühüm orqanlara (ürək, qaraciyər, öd kisəsi) xəsarət yetirməsini, eləcə də yetirilən bədən xəsarətlərinin sayını, ağırlıq dərəcələrini, xarakterini və lokalizasiyasını nəzərə aldıqda hesab edir ki, qeyd edilən halların mövcudluğu təqsirləndirilən şəxsin niyyətinin məhz zərərçəkmiş şəxsi öldürməyə yönəlməsini təsdiq edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il 3 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Hazırkı işin faktiki hallarında görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əlində olan bıçaq ilə bir neçə dəfə zərərçəkən Zərərçəkmiş şəxs xəsarət yetirdikdən sonra sonuncunun fəal müqaviməti, eləcə də hadisə yerindən qaçaraq yanacaqdoldurma məntəqəsinin otağına daxil olması, Təqsirləndirilən şəxs onun arxasınca getməsinə baxmayaraq, orada olan şəxslərin maneə olaraq əvvəlcədən qarşısına qoyduğu məqsədə nail olmasına imkan verməmiş, eləcə də zərərçəkənə vaxtında ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində təqsirləndirilən şəxs cinayətkar niyyətini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində hadisə günü Zərərçəkmiş şəxslə görüşə gedərkən mətbəx bıçağını məhz özünü müdafiə etmək məqsədi ilə üzərində götürdüyünü göstərmişdir. Cinayət Məcəlləsinin 36.1-ci maddəsinə əsasən zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. Bu normadan göründüyü kimi şəxsin istər zəruri müdafiə vəziyyətində, istərsə də zəruri müdafiə həddini aşmaqla hərəkət etməsi barədə nəticəyə gəlmək üçün ilk növbədə onun ictimai təhlükəli qəsdən müdafiə olunan (ictimai təhlükəli qəsdən qanuni mənafeləri müdafiə edən) şəxs vəziyyətində olması, yəni müdafiə üzrə hərəkətin məhz zərurətdən irəli gəlməsi tələb olunur. Ona görə özü-özlüyündə belə hərəkət zərurətlə şərtləndirilən hədlər aşılmayıbsa qanuni və ictimai-faydalı məzmun kəsb edən davranış olmaqla cinayət hesab edilmir, həmin hədlər aşıldıqda isə-müstəsna olaraq bu səbəbdən (digər zəruri əlamətlər də müəyyən edildikdə) cinayət məsuliyyəti yaradan, lakin xüsusi (güzəştli) münasibət tələb edən əməl kimi çıxış edir. Məhz müdafiə olunmaq zərurətindən irəli gəlmədiyi (ictimai təhlükəli qəsdi dəf etməyə yönəlmədiyi) üçün, ictimai təhlükəli qəsd mövcud olmadığı və yaxud başa çatdığı vəziyyətdə şəxsin törətdiyi hərəkət zəruri müdafiə vəziyyətində və yaxud zəruri müdafiə həddini aşmaqla törədilmiş (Cinayət Məcəlləsinin 36-cı maddəsinin təsiri altına düşən) əməl hesab edilmir və şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün tələb olunan digər şərtlər də mövcud olduqda, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş (güzəştli tövsifedici əlamətə malik olmayan) cinayət kimi qiymətləndirilir. Belə olan halda məhkəmə tərkibi həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin ifadələrindən, eləcə də iş materiallarında olan digər sübutlardan irəli gələn halları, yəni təqsirləndirilən Təqsirləndirilən şəxsun hadisə yerinə gedərkən zərərçəkmişin onu döyəcəyini fikirləşib planlı şəkildə, yəni qabaqcadan düşüncəli hərəkət edərək üzərində bıçaq götürməsini, hadisə vaxtı üzərində saxladığı deşici-kəsici xassəyə malik mətbəx bıçağını çıxardıb bunu gözləməyən zərərçəkmişin bədənin müxtəlif nahiyələrinə bir neçə dəfə ardıcıl vurması, əlində heç bir silah və ya premdet olmayan, yəni təqsirləndirilən şəxsin qarşılıqlı formada xəsarət yetirmək imkanı olmayan zərərçəkmiş şəxsə sol baldır və sol bud nahiyəsindən xəsarət yetirdikdən sonra fiziki cəhətdən sonuncunun zəifləməsinə baxmayaraq, hadisə yerindən uzaqlaşmağa kifayət qədər imkanı olduğu halda bunu etməyərək cinayətkar niyyətini davam etdirib və buna lüzum olmadığı halda, yəni xəsarət yetirərkən artıq zərurətlə şərtləndirilməyən hərəkətlərə yol verib müdafiə etmək üçün deyil, qarşı tərəfdən əvəz çıxmaq üçün səy göstərib təkrarən zərərçəkmişə döş qəfəsi nahiyəsindən bıçaqla vurması təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsdən mövcud olan situasiyada üstün vəziyyətdə olmasına dəlalət edir. Odur ki, hadisənin gedişində Təqsirləndirilən şəxs hərəkətlərinin belə məzmun alması (gedişatda özünün hücum edən tərəfə çevrilməsi) onun əməlinin zəruri müdafiə kontekstində qiymətləndirilməsini və zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma kimi Cinayət Məcəlləsinin 130.1-ci maddəsi ilə tövsif edilməsini istisna edir. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, başa çatmamış cinayətə görə Cinayət Məcəlləsinin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cəza cinayətə hazırlığa görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Lakin Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərilən qaydadan fərqli olaraq Cinayət Məcəlləsinin 60-cı maddəsi cəzanın güzəştli təyin edilməsi qaydasını təsbit etdiyindən, bu qaydada təyin olunmuş cəzanın Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az olması istisna olunmur və bu halda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad etmək tələb edilmir. Məhkəmə tərkibi Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna almasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb Cinayət Məcəlləsinin 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti qeyd edilən maddənin sanksiyasında göstərilən cinayətə cəhd üçün dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 59.1.10-cu maddəsinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına fəal kömək etməsi və 59.1.14-cü maddəsinə əsasən zərərçəkmiş şəxslə ilə barışıq əldə edilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Habelə Təqsirləndirilən şəxs 44 günlük Vətən müharibəsinin iştirakçısı olmaqla, müharibədə göstərdiyi şücaətə görə “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Cəsur döyüşçü” medalları ilə təltif olunması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alına bilər. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəllənin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Belə olan halda Goranboy Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində qəbul etdiyi hökmlə ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası olaraq hesablanmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan hesablanmalıdır, protokola əsasən bu 29 dekabr 2023-cü il tarixdir. Lakin, “Könüllü gəlmə və təslim olmaq” haqqında protokola, eləcə də təqsirləndirilən və şahidlərin ifadələrində görünür ki, Təqsirləndirilən şəxs Goranboy RPŞ-yə 28 dekabr 2023-cü il tarixdə getmiş və faktiki olaraq həmin andan hüquqları məhdudlaşdığı üçün, həbsetmənin əvvəli 28 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən dövlət hesabına həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 180 manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından müdafiəçi X4 üçün 220 (iki yüz doqquz) manat manat olmaqla ümumilikdə 400 (dörd yüz) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Cinayət-Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Goranboy RPŞ-nin saxlanma anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 (bir) ədad çib bıçağı məhv edilməli, Zərərçəkmiş şəxs məxsus olan 01 (bir) ədad köynək sahibinə qaytarılmalı, sahibi qəbul etmədikdə məhv edilməlidir. İş materiallarında olan 03 (üç) DVD ədəd diski, telefona baxış keçirilməsi haqqında 01 (bir) ədəd DVD diski və və telefon danışıqlarına dair "xxxx" MMC-dən daxil olmuş 01 (bir) CD diski iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən Xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29.120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 il 10 ay 15 gün müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Goranboy Rayon Məhkəməsinin 1 (045)-12/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə uyğun olaraq 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə növündə cəza olaraq hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən qismən toplanmaq yolu ilə üzərində qəti olaraq 08 il müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsnın həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş “Həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Goranboy RPŞ-nin saxlanma anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 (bir) ədəd bıçaq məhv edilsin, Zərərçəkmiş şəxs məxsus olan 01 (bir) ədad köynək sahibinə qaytarılsın, mümkün olmadıqda məhv edilsin. İş materiallarında olan 03 (üç) DVD ədəd diski və və telefon danışıqlarına dair "xxxx" MMC-dən daxil olmuş 01 (bir) CD diski iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılsın. Dövlət hesabına müdafiəçi qismində hüquqi yardım göstərmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi manat pul fəaliyyət göstərdiyi Gəncə Regional Vəkil Bürosuna ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-219/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-219/2025
15.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver