Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-22/2021 15.07.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, Nəbizadə Məğrur Etibar oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, xx.xx.1972-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, orta təhsilli, fərdi ticarətlə məşğul olan, Ağstafa rayonu, Eynallı kəndində qeydiyyatda olmaqla Ağstafa şəhəri, C.Cabbarlı küçəsi ev 17 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda, yerdə və şəraitdə külli miqdarda, ümumi təmiz çəkisi 81,264 qram narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz daşıyaraq həmin narkotik vasitə heroindən 2,721 qramını bölüb ayrı-ayrılıqda dörd ədəd bükümə, 0,354 qramını bölüb ayrı-ayrılıqda beş ədəd bükümə, qalan 78,189 qramını bir ədəd bükümə qablaşdırıb yaşadığı evdə gizlətməklə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin İdarəsinin X7 Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 23 iyun 2019-cu il tarixdə saat 17:30-da yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində saxlanılmış, könüllü razılığı və iştirakı ilə yaşadığı evə keçirilən baxış zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı külli miqdarda narkotik vasitə heroinin 78,189 qramı bir ədəd polietilen bükümdə, narkotik vasitə heroinin 2,721 qramını dörd ədəd bükümdə, həmin heroinin qalan 0,354 qramı beş ədəd bükümdə, içərisində narkotik vasitə heroin izləri olan bir ədəd 1 ml-lik şpris və üzərində narkotik vasitə heroin izləri olan iki ədəd elektron tərəzi fərdi yaşayış evinin mətbəxində olan şkafdan aşkar edilərək götürülmüşdür. Məhkəmə istintqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, həbs olunana qədər ünvan 3 ünvanında yaşamışdır. Narkotik vasitə istifadəçisi olduğundan ancaq gündəlik istifadə üçün Ağstafa rayonunda tanımadığı şəxslərdən həmin vasitələri alaraq istifadə etmişdir. 23 iyun 2019-cu il tarixdə saat 14 radələrində yaşadığıevdə divanda uzanıb yatdığı vaxt evin qapısı döyülmüş, qapını arvadı açdıqda təxminən 6-7 nəfər, bəlkə də bir az da çox mülki geyimli polis əməkdaşları evə daxil olmuşlar. Həmin polislərdən bir-ikisini üzdən tanısa da, digərlərini tanımamışdır. Polislər ondan şikayət olduğunu bildirmişlər və evi axtarmağa başlamışlar. Həmin vaxt evdə ondan başqa həyat yoldaşı olmuş, oğlu isə sonradan gəlmişdir. Axtarış zamanı heç nə aşkar edilməmişdir. Polis əməkdaşlarından biri əlində nə isə gətirmiş, həmin gətirdikləri şeyi sonradan mətbəxdə şkafın içərisinə qoymuşlar. Çəkiliş aparılana qədər evin içində ona “narkotik vasitəni boynuna al, yoxsa oğlunu aparacağıq” deyə hədələmişlər. Həmin narkotik vasitəni guya Qazaxlı bir şəxsdən aldığını deməsini tələb etmişlər, lakin o bunu qəbul etməmişdir. Həmin vaxt onda ümumiyyətlə narkotik vasitə olmamış, sonuncu dəfə tutulduğu gün səhər saatlarında narkotik istifadə etmiş, bir ədəd şpris isə narkotik vasitə istifadə etdiyi şpris olmuşdur. İfadəsinə əlavə olaraq narkotik vasitə istifadəçisi olsa da tutulduğu gün üzərində və evində narkotik vasitə olmadığını, əməliyyatçılar gəlməmişdən əvvəl narkotik vasitə istifadə etdiyini, evində yalnız şpris olduğunu, həmin şprislə istifadə etdiyi narkotik vasitəni Ağstafa rayonundan aldığını, elektron tərəzilərin isə ona məxsus olmadığınıgöstərmişdir. Polis əməkdaşları qoyduqları narkotiki boynuna almayacağı halda oğlunu da onunla birlikdə tutacaqlarını bildirmişlər, ona görə də o narkotik vasitənin ona məxsus olduğunu bildirmiş, polislər evinə gələn zaman vəkil olmamış, evinə gələn polis əməkdaşlarının arasında Teymur və Zəfər Abıyev də olmuşdur.Çəkilişdə görünməyən əməkdaşlar evin digər otağında gizlənmişlər. Evdə çəkiliş bir dəfə yox, dəfələrlə təkrar aparılmış, saxlanıldığı vaxt narkotik vasitənin təsiri altında olduğundan polis əməkdaşlarının dediklərini etmiş, sənədləri imzalamışdır. Həmçinin ifadəsində göstərmişdir ki, polis əməkdaşlarıyaşadığı evə razılıqları olmadan daxil olmuşlar, iş materiallarında olan ona məxsus ərizəni isə sonradan ona yazdırmaqla imza etdirmişlər. İfadəsinə əlavə olaraq göstərmişdir ki, videoçəkiliş aparılanadək narkotik vasitələrin ona məxsus olmasını etiraf etməsi üçün hədələnmiş, o polislərlə razılaşaraq çəkilişdə bunları etiraf edəcəyini demiş, video görüntülərdə görünən və görünməyən, lakin evin içərisində gizlənən əməkdaşlar da narkotik vasitələrin haradan aşkar ediləcəyini bilmişlər, yəni hər şey qabaqcadan qurulmuşdu. İbtidai istintaq zamanı alınan ifadələrində göstərilənləri o deməmiş, həmin ifadələr müstəntiq tərəfindən yazılmış, o da imza etmişdir. Saxlanıldığı vaxt aşkar olunmuş narkotik vasitəni Biləsuvardan aldığını polisin təzyiqi nəticəsində demiş, hətta çəkiliş vaxtı Biləsuvar sözü yadından çıxmış, yadına salaraq təkrar-təkrar həmin sözü demiş, ifadələrində göstərilən Abbas və Zahid adlı şəxsləri tanımamış, tutulmamışdan əvvəl Bakı şəhərinə və Biləsuvar rayonunagetməmiş, oradan narkotik vasitə almamış, istifadəsində olmuş ***-***- **-** nömrəli telefondan Abbas və Zahid adlı şəxslərə zəng vurmamış, ümumiyyətlə yaşadığı Ağstafa rayonundan kənara az hallarda çıxdığını göstərmişdir. Həmçinin ifadəsində göstərmişdir ki, saxlanılan vaxt hədə-qorxu ilə evinə qoyulmuş narkotik vasitənin ona məxsusluğunu etiraf etməyə məcbur olduğundan və həmin vaxt izahat və ifadələri, o cümlədən digər sənədləri imzaladığından, sonradan müstəntiqə verdiyi ifadəsini və cinayət işi materialları ilə tanış olma protokolunu imzalamaqdan imtina etməsinin heç bir əhəmiyyəti olmayacağını düşünərək qeyd edilən sonuncu sənədləri imzaladığını bildirmişdir. Lakin iş məhkəməyə göndərilərkən həqiqətin necə olduğunu məhkəmədə danışacağına ümid etmişdir. Əlavə etmişdir ki, saxlanılan vaxt, evinə baxış keçirilərkən və şöbədə olarkən müdafiəçini görməmiş, ona heç bir hüquq və vəzifələri izah edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 23.06.2019-cu il tarixdə Ağstafa şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, külli miqdarda narkotik vasitə heroinin satışı ilə məşğul olması və yaşadığı evdə saxlaması barədə DİN-in BNMİ-nin QBRŞ-nə əməliyyat məlumatı daxil olmuş, məlumat dərhal raportla QBRŞ-nin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs yaşadığı, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə, evin həyətyanı sahəsinə, habelə həyətyanı sahədə yerləşən digər qapalı tikililərə, eləcə də üzərinə baxış keçirilməsi ilə əlaqədar şöbənin əməkdaşı Şahid1 tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və şöbənin əməkdaşlarından ibarət əməliyyat-axtarış qrupu yaradılaraq qrup üzvlərinə keçiriləcək əməliyyat axtarış tədbirinin mahiyyəti barədə məlumat verilmişdir. Tədbirlərin görülməsi məqsədi ilə 23.06.2019-cu il tarixdə saat 15:50 radələrində əməliyyat-axtarış qrupunun üzvləri BNMİ-nin QBRŞ-nin balansında olan avtomobillərlə Ağstafa şəhərinə yola düşmüşlər və saat 17:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına çatmışlar. Videoçəkiliş altında taxta pilləkənlə qalxıb evin taxta qapısını döyərkən qapını Təqsirləndirilən şəxs özü açmış, əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim edib, polis əməkdaşları olduqlarını bildirərək onun barəsində qəbul olunmuş təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinə dair qərarla onu tanış etdikdən sonra külli miqdarda narkotik heroinin satışı ilə məşğul olması və yaşadığı evdə həmin narkotik vasitələri saxlaması barədə məlumat daxil olduğunu bildirərək yaşadığı evə baxış keçiriləcəyinin zəruri olduğunu izah edib evə daxil olmağa icazə istəmişlər. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən onları evə dəvət etmiş, evə daxil olmuşlar. Videoçəkiliş altında onun yaşadığı evə, üzərinə baxış keçiriləcəyi barədə məlumat verildikdən sonra ona, üzərində, yaşadığı evdə narkotik vasitə və ya digər qanunsuz əşya vardırsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə “kakos”, yəni heroin olduğunu bildirərək təqdim etmək üçün onları evin mətbəx otağına dəvət etmişdir. Onun ardınca mətbəxə daxil olmuşlar. Bu vaxt Təqsirləndirilən şəxs mətbəxdəki taxta şkafın yuxarı sol qapısını açıb şkafın içərisindən bir ədəd sellofan bükümü, bir ədəd saxsı kasanı, yanında iki ədəd elektron tərəzini və bir ədəd tibbi şprisi çıxarıb təqdim etmiş və həmin sellofan bükümün içərisində və kasanın içərisində olan 9 ədəd xırda bükümlərdə olan maddələrin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitələri öz istifadəsi üçün evində saxladığını, yanında aşkar olunmuş tərəziləri, eləcə də şprisi isə həmin narkotik vasitələrin qəbulunda istifadə etmək üçün şkafda gizlətdiyini demişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalar mətbəxin qapısının yanındakı zal otağında olan stolun üzərinə qoyulmuş, sonra həmin bükümlərə baxış keçirilmiş və baxış zamanı bükümlərin içərisində qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar olunmuş, həmin kütlələr və bir ədəd şpris ağ rəngli kağız zərflərə qablaşdırılmış, möhürlə möhürlənmiş, zərfin üzəri Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdı. Aşkar olunmuş iki ədəd elektron tərəzilər də iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroini təxminən beş gün əvvəl Biləsuvar rayonundan tanımadığı şəxsdən əldə etdiyini bildirmişdi. Baxış yekunlaşdırıldıqdan sonra saxlanılan Təqsirləndirilən şəxs digər sənədlərin tərtib olunması üçün QBRŞ-yə dəvət olunmuş, vəkillə təmin olunmuşdu. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxs özü “xəstəyəm, narkotik vasitə istifadəçisiyəm” deyərək narkotik vasitələrin ona məxsus olduğunu etiraf etmiş, ona qarşı heç bir fiziki yaxud psixi zor tətbiq olunmadığını bildirmişdir. Həmçinin ifadəsində baxış zamanı orada olduğunu, narkotik vasitələrin aşkar olunmasında bilavasitə iştirak etdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5Şahid3 ifadəsilə oxşar məzmunlu ifadə verərək, əlavə olaraq göstərmişdir ki, əməliyyat məlumatının kimin olduğunu bilməmiş, Təqsirləndirilən şəxs evindən aşkar olunmuş narkotik vasitəyə heç bir etiraz etməmiş, ona təzyiq olunmamış, Təqsirləndirilən şəxs özü narkotik vasitəni təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 23.06.2019-cu il tarixdə Ağstafa şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, külli miqdarda narkotik vasitə heroinin satışı ilə məşğul olması və yaşadığı evdə saxlaması barədə DİN-in BNMİ-nin QBRŞ-nə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat dərhal raportla QBRŞ-nin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs yaşadığı, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə, evin həyətyanı sahəsinə, habelə həyətyanı sahədə yerləşən digər qapalı tikililərə, eləcə də üzərinə baxış keçirilməsi ilə əlaqədar tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və şöbənin əməkdaşlarından ibarət əməliyyat-axtarış qrupu yaradılaraq qrup üzvlərinə keçiriləcək əməliyyat axtarış tədbirinin mahiyyəti barədə məlumat verilmişdir. Tədbirlərin görülməsi məqsədi ilə 23.06.2019-cu il tarixdə saat 15:50 radələrində əməliyyat-axtarış qrupunun üzvləri BNMİ-nin QBRŞ-nin balansında olan avtomaşınlara əyləşərək Gəncə şəhərindən Ağstafa şəhərinə yola düşmüşlər və saat 17:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına çatmışlar. Videoçəkiliş altında taxta pilləkənlə qalxıb evin taxta qapısını döyərkən qapını Təqsirləndirilən şəxs özü açmış, həmin vaxt əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və barəsində qəbul olunmuş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla onu tanış etdikdən sonra külli miqdarda narkotik heroinin satışı ilə məşğul olması və yaşadığı evdə həmin narkotik vasitələri saxlaması barədə məlumat daxil olduğunu bildirərək yaşadığı evə baxış keçiriləcəyinin zəruri olduğunu izah edib evə daxil olmağa icazə istəmişlər. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən onları evə dəvət etmiş və evə daxil olmuşlar. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq videoçəkiliş altında onun yaşadığı evəvə üzərinə baxış keçiriləcəyi barədə məlumat verildikdən sonra ona üzərində, yaşadığı evdənarkotik vasitə və ya digər qanunsuz əşya vardırsa könüllü olaraq təqdim etməsi təklif olunmüşdur. Bu zaman Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə “kakos”, yəni heroin olduğunu bildirmiş və təqdim etmək üçün onları evin mətbəx otağına dəvət etmişdir. Onun ardınca mətbəxə daxil olmuşlar. Bu vaxt Təqsirləndirilən şəxs mətbəxdəki taxta şkafın yuxarı sol qapısını açıb şkafın içərisindən bir ədəd sellofan bükümü, bir ədəd saxsı kasanı, yanında iki ədəd elektron tərəzini və bir ədəd tibbi şprisi çıxarıb təqdim etmiş və həmin sellofan bükümün içərisində və kasanın içərisində olan 9 ədəd xırda bükümlərdə olan maddələrin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitələri öz istifadəsi üçün evində saxladığını, yanında aşkar olunmuş tərəziləri, eləcə də şprisi isə həmin narkotik vasitələrin qəbulunda istifadə etmək üçün şkafda gizlətdiyini demişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalar mətbəxin qapısının yanındakı zal otağında olan stolun üzərinə qoyulmuş, sonra həmin bükümlərə baxış keçirilmiş və baxış zamanı bükümlərin içərisində qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar olunmuş, həmin bükümlər və bir ədəd şpris ağ rəngli kağız zərflərə qablaşdırılaraq möhürlə möhürlənmiş, zərfin üzəri Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Aşkar olunmuş iki ədəd elektron tərəzilər də iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroini təxminən beş gün əvvəl Biləsuvar rayonundan tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Baxış yekunlaşdırıldıqdan sonra saxlanılan Təqsirləndirilən şəxs digər sənədlərin tərtib olunması üçün QBRŞ-yə dəvət olunmuşdur. QBRŞ-ya gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkillə təmin olunmuşdur. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı ona məxsus olmuş, əməliyyat tədbiri zamanı çəkilişi özü aparmış, sənədləşməni həmin vaxt başqa əməliyyat tədbiri ilə bağlı üzü tüklü olduğundan Şahid4 aparmış, sənədləşməni özü aparmalı olsa da, Rafiq sənədləşməni onun adından tərtib etmişdir. Həmin vaxt yeni işçi olduğundan videoçəkilişdə özünü və digər iştirakçıları təqdim etməmişdir. Çəkilişi Şahid5 məxsus “samsung” markalı mobil telefonu ilə aparmışdır. Əlavə etmişdir ki, maddi sübutların qablaşdırıldığı zərflərin kənarlarına üzərilərində möhür olan kağız parçaları yapışdırılmaqla möhürlənmişdir. Əməliyyat tədbirində özü, Taleh, Vahid və Rafiq iştirak etmiş, Şahid3 onlarla birlikdə tədbirin keçirildiyi yerə getsə də, narkotik vasitə aşkar olunan vaxt orada olmamış, Poladın evinə bir dəfə daxil olmuşlar. Aşkar olunmuş xırda bükümlərə baxış keçirilsə də, bir ədəd böyük bükümə baxış keçirilməsini xatırlamamış, keçirilmədiyi halda bunun səbəbini bilməmişdir.Polada heç bir təzyiq edilməmiş, onlarevə daxil olduqdan sonra Poladın oğlu evə gəlsə də onu içəri buraxmamışlar. Baxış keçirilməsinə dair ərizə Polad tərəfindən baxış keçirilənə qədər verilmişdi. Polad aşkar olunan narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdi. Bundan başqa ifadəsində göstərmişdir ki, protokolda iştirakı qeyd edilən, lakin videoçəkilişdə görünməyən polis əməkdaşları həmin vaxt evdə olmaqla narkotik vasitələrin aşkar edilməsində iştirak etmişlər. Lakin video görüntülərdə niyə ancaq Şahid4 və Şahid5 çəkilişə düşdüyünü, digərlərinin isə görünmədiyini izah edə bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki,23.06.2019-cu il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, külli miqdarda narkotik vasitə heroinin satışı ilə məşğul olması və yaşadığı evdə saxlaması barədə DİN-in BNMİ-nin QBRŞ-nə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat dərhal raportla QBRŞ-nin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs yaşadığı, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə, evin həyətyanı sahəsinə, eləcə də üzərinə baxış keçirilməsi ilə əlaqədar şöbənin əməkdaşı Şahid1 tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və şöbənin əməkdaşlarından ibarət əməliyyat-axtarış qrupu yaradılaraq qrup üzvlərinə keçiriləcək əməliyyat axtarış tədbirinin mahiyyəti barədə məlumat verilmişdi. 23.06.2019-cu il tarixdə saat 15:50 radələrində əməliyyat-axtarış qrupunun üzvləri BNMİ-nin QBRŞ-nin balansında olan xidməti avtomaşınlarla Gəncə şəhərindən Ağstafa şəhərinə yola düşmüş və saat 17:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına çatmışlar. Videoçəkiliş altında taxta pilləkənlə qalxıb evin taxta qapısını döyərkən qapını Təqsirləndirilən şəxs özü açmış, həmin vaxt əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs xidməti vəsiqələrinigöstərərək özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib, onun barəsində qəbul olunmuş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla onu tanış etdikdən sonra külli miqdarda narkotik vasitə olan heroinin satışı ilə məşğul olması və yaşadığı evdə həmin narkotik vasitələri saxlaması barədə məlumat daxil olduğunu bildirərək yaşadığı evə baxış keçiriləcəyinin zəruri olduğunu izah edib evə daxil olmağa icazə istəmişlər. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən onları evə dəvət etdiyindən evə daxil olmuşlar. Təqsirləndirilən şəxs videoçəkiliş altında onun yaşadığı evə, üzərinə baxış keçiriləcəyi barədə məlumat verildikdən sonra ona, üzərində, yaşadığı evdə narkotik vasitə və ya digər qanunsuz əşya vardırsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə “kakos”, yəni heroin olduğunu, təqdim etmək üçün onları evin mətbəx otağına dəvət etmiş, onun ardınca mətbəxə daxil olmuşlar. Bu vaxt Təqsirləndirilən şəxs mətbəxdəki taxta şkafın yuxarı sol qapısını açıb şkafın içərisindən bir ədəd sellofan bükümü, bir ədəd saxsı kasanı, yanında iki ədəd elektron tərəzini və bir ədəd tibbi şprisi çıxarıb onlara təqdim edərək həmin sellofan bükümün içərisində və kasanın içərisində olan 9 ədəd xırda bükümlərdə olan maddələrin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitələri öz istifadəsi üçün evində saxladığını, yanında aşkar olunmuş tərəziləri, eləcə də şprisi isə həmin narkotik vasitələrin qəbulunda istifadə etmək üçün şkafda gizlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalar mətbəxin qapısının yanındakı zal otağında olan stolun üzərinə qoyulmuş, sonra bükümlərə baxış keçirilmiş və baxış zamanı bükümlərin içərisində qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar olunmuş, həmin kütlələr, şpris ağ rəngli kağız zərflərə qablaşdırılaraq möhürlənib, zərfin üzəri Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Həmçinin iki ədəd elektron tərəzilər də iş üçün əhəmiyyət kəsb etdiyindən tərəflərindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroini təxminən beş gün əvvəl Biləsuvar rayonundan tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Baxış yekunlaşdırıldıqdan sonra Təqsirləndirilən şəxs digər sənədlərin tərtib olunması üçün QBRŞ-yə dəvət olunmuş, QBRŞ-yə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkillə təmin olunmuşdur. İfadəsinə əlavə olaraq göstərmişdir ki, əməliyyat məlumatı Şahid1 olmuş, əməliyyat tədbirində ondan başqa Teymur Nəsirov, Şahid1, RafiqƏhmədov və Zəfər Abıyev iştirak etmişlər.Çəkiliş zamanı sənədləşməni aparan Şahid4 olmuşdur. İçərisində narkotik vasitə olan böyük bükümə baxış keçirilib-keçirilməməsini xatırlamadığını göstərmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir hədə-qorxu tətbiq edilməmiş, təsir və ya təzyiq göstərilməmiş, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin ona məxsus olduğunu etiraf etmiş, çəkiliş bir dəfə olmuş, evə daxil olduqları vaxt Poladın yoldaşı evdə olmuş, oğlu isə sonradan gəlmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki,23.06.2019-cu il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, külli miqdarda narkotik vasitə heroinin satışı ilə məşğul olması və yaşadığı evdə saxlaması barədə DİN-in BNMİ-nin QBRŞ-nə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat dərhal raportla QBRŞ-nin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs yaşadığı, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə, evin həyətyanı sahəsinə, habelə həyətyanı sahədə yerləşən digər qapalı tikililərə, eləcə də üzərinə baxış keçirilməsi ilə əlaqədar şöbənin əməkdaşı Şahid1 tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və şöbənin əməkdaşlarından ibarət əməliyyat-axtarış qrupu yaradılaraq qrup üzvlərinə keçiriləcək əməliyyat axtarış tədbirinin mahiyyəti barədə məlumat verilmişdi.23.06.2019-cu il tarixdə saat 15:50 radələrində əməliyyat-axtarış qrupunun üzvləri BNMİ-nin QBRŞ-nin balansında olan xidməti avtomaşınlarla Gəncə şəhərindən Ağstafa şəhərinə yola düşmüş və saat 17:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına çatmışlar. Videoçəkiliş altında taxta pilləkənlə qalxıb evin taxta qapısını döyərkən qapını Təqsirləndirilən şəxs özü açmış, həmin vaxt əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs xidməti vəsiqələrinigöstərərək özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib, onun barəsində qəbul olunmuş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla onu tanış etdikdən sonra külli miqdarda narkotik vasitə olan heroinin satışı ilə məşğul olması və yaşadığı evdə həmin narkotik vasitələri saxlaması barədə məlumat daxil olduğunu bildirərək yaşadığı evə baxış keçiriləcəyinin zəruri olduğunu izah edib evə daxil olmağa icazə istəmişlər. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən onları evə dəvət etdiyindən evə daxil olmuşlar. Təqsirləndirilən şəxs videoçəkiliş altında onun yaşadığı evə və üzərinə baxış keçiriləcəyi barədə məlumat verildikdən sonra ona, üzərində, yaşadığı evdə narkotik vasitə və ya digər qanunsuz əşya vardırsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə “kakos”, yəni heroin olduğunu, təqdim etmək üçün onları evin mətbəx otağına dəvət etmiş, onun ardınca mətbəxə daxil olmuşlar. Bu vaxt Təqsirləndirilən şəxs mətbəxdəki taxta şkafın yuxarı sol qapısını açıb şkafın içərisindən bir ədəd sellofan bükümü, bir ədəd saxsı kasanı, yanında iki ədəd elektron tərəzini və bir ədəd tibbi şprisi çıxarıb onlara təqdim edərək həmin sellofan bükümün içərisində və kasanın içərisində olan 9 ədəd xırda bükümlərdə olan maddələrin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitələri öz istifadəsi üçün evində saxladığını, yanında aşkar olunmuş tərəziləri, eləcə də şprisi isə həmin narkotik vasitələrin qəbulunda istifadə etmək üçün şkafda gizlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalar mətbəxin qapısının yanındakı zal otağında olan stolun üzərinə qoyulmuş, sonra bükümlərə baxış keçirilmiş və baxış zamanı bükümlərin içərisində qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar olunmuş, həmin kütlələr, şpris ağ rəngli kağız zərflərə qablaşdırılaraq möhürlənib, zərfin üzəri Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Həmçinin iki ədəd elektron tərəzilər də iş üçün əhəmiyyət kəsb etdiyindən tərəflərindən götürülmüş, lakin orada qablaşdırılmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroini təxminən beş gün əvvəl Biləsuvar rayonundan tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Baxış yekunlaşdırıldıqdan sonra Təqsirləndirilən şəxs digər sənədlərin tərtib olunması üçün QBRŞ-yə dəvət olunmuş, QBRŞ-yə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkillə təmin olunmuşdur. İfadəsinə əlavə olaraq göstərmişdir ki, əməliyyat qrupunun üzvləri hamısı birlikdə Təqsirləndirilən şəxs evinə daxil olmuş, baxış keçirilməsinə razılıq ərizəsi baxışdan əvvəl alınmış, Təqsirləndirilən şəxs özü narkotik vasitənin ona məxsus olduğunu, narkotik vastəni Biləsuvar rayonunda tanımadığı şəxsdən aldığını, narkotik vasitəni könüllü təqdim etdiyini, Zəfər Abıyevin orada olduğunu, lakin əməliyyatda iştirak etmədiyini, Təqsirləndirilən şəxs oğlunun evdə olmadığını göstərmişdir. Əlavə etmişdir ki, aşkar olunmuş bükümlərin hamısına baxış keçirilməsini xatırlamasa da xırda bükümlərə baxış keçirilmiş, maddi sübutların qablaşdırıldığı zərflərin kənarlarına üzərilərində möhür olan kağız parçaları yapışdırılmaqla möhürlənmişdir. Həmçinin ifadəsində göstərmişdir ki, əməliyyat məlumatı Şahid1 məxsus olmuş, sənədlərin tərtibi Şahid1 tərəfindən tərtib olunmalı olsa da özü tərtib etmiş, video çəkilişdə isə niyə özünün və Şahid5 iştirakının olduğunu, digər şəxslərin isə iştirakının görünmədiyini izah edə bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, onlar Ağstafa şəhərində köhnə ikimərtəbəli binada yaşayırlar və evin hamamı aşağıda yerləşir. Atası Polad saxlanılan vaxthamamdan çıxarkən atasının qışqıraraq “məni niyə yükləyirsiniz, məndən nə istəyirsiniz” dediyini eşitmiş və atasının yerdə uzandırıldığını görmüşdür. Polislər anası ilə onu başqa otağa keçirmişlər. Polislər evi axtarsalar da heç bir narkotik vasitə aşkar etməmişlər. Sonra polislərdən biri çantasından çıxardığı narkotik vasitəni stolun üzərinə qoyaraq atasına “əgər narkotik vasitəni boynuna götürməsən ailəliklə hamınızı aparacağıq” demişdir. Çantadan narkotik vasitə çıxaran polis əməkdaşını tanımasa da, ancaq saqqallı olduğu yadındadır. Həmin polisin çantadan nəsə çıxardığını görmüş, digər otaqda olsa da evlərindəotaqlar yan-yana olduğundan və bir otaqdan digəri göründüyündən baş verənləri görmüşdür.Atası məcbur qalaraq narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra isə çəkiliş olmuş və atası narkotik vasitənin ona məxsus olmasını hədələrə görə üzərinə götürmüşdür. İfadəsinə əlavə olaraq göstərmişdir ki, ilk olaraq polislər gələn zaman çəkiliş aparılmamış, çəkiliş sonradan aparılmağa başlanmış, polislər bir neçə dəfə çəkilişi təkrar etmişlər. Polislərə qapını əvvəlcə anası açmış, atası həmin vaxt divanda yatmışdır.Evi axtarsalar da heç nə aşkar olunmamışdır. Polislər onu başqa otağa salmışlar, polislərdən Vahid, Teymur və Zəfər müəllimi tanımışdır, hamısı evin içində olmuşlar.Vahid müəllim əvvəl Ağstafa RPŞ-də işləmiş, onlar da şöbəyə yaxın qalmışlar. Bildiyinə görə Teymur adlı polisi sonradan işdən çıxarmışlar. Atasını hədələyən ya Teymur adlı polis ya da ki, adını bilmədiyi saqqallı polis əməkdaşı olmuşdur. Atasının narkotik vasitə istifadə etdiyini bilmiş, ancaq haradan əldə etdiyi barədə məlumatı olmamış, atası narkotik vasitə istifadə etsə də, satışı ilə məşğul olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində Təqsirləndirilən şəxs Ağstafa RPŞ-də işlədiyi vaxtdan tanıdığını, Poladı təxminən 2014-cü ildə narkotik vasitə istifadəçisi kimi tutduqlarını, 23.06.2019-cu il tarixdəki əməliyyat zamanı rayonda olsa da həmin əməliyyatda, onun tutulmasında iştirak etmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş 23 iyun 2019-cu il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və iş üçün əhəmiyyət kəsb edən əşya və predmetlərin götürülməsi barədə” Azərbaycan Respublikası DİN-in BNMİ-nin QBRŞ-in əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən tərtib edilmiş protokoldan görünür ki, həmin şöbənin rəis müavini Şahid2, baş əməliyyat müvəkkilləri Şahid3, Şahid4, sürücü polis nəfəri Şahid5 Azad oğlunun, Təqsirləndirilən şəxs və müdafiəçi X2 iştirakları ilə həmin tarixdə Ağstafa şəhər sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroinin satışı ilə məşğul olması və yaşadığı evdə saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış qrupu yaradılaraq həmin gün saat 17.30-da Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına çataraq, videoçəkiliş altında evin qapısını döydükdə qapını Təqsirləndirilən şəxs özü açmışdır.Həmin vaxt onlar Təqsirləndirilən şəxs xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Onun barəsində qəbul olunmuş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla onu tanış etdikdən sonra külli miqdarda narkotik heroinin satışı ilə məşğul olması və yaşadığı evdə həmin narkotik vasitələri saxlaması barədə məlumat daxil olduğunu bildirərək yaşadığı evə baxış keçiriləcəyinin zəruri olduğunu izah edib evə daxil olmağa icazə istəmişlər. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən onları evə dəvət etmiş və onlar evə daxil olmuşlar. Təqsirləndirilən şəxs bir daha hüquq və vəzifələri izah olunaraq videoçəkiliş altında onun yaşadığı evə, digər qapalı tikililərə və üzərinə baxış keçiriləcəyi barədə məlumat verildikdən sonra ona, üzərində, yaşadığı evdə və digər qapal tikililərdə narkotik vasitə və ya digər qanunsuz əşya vardırsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, onun yaşadığı evdə narkotik vasitə “kakos”, yəni heroin vardır və təqdim etmək üçün onları evin mətbəx otağına dəvət etmişdir. Onlar da onun ardınca mətbəxə daxil olmuşlar. Bu vaxt Polad Îmamverdiyev mətbəxdəki taxta şkafın yuxarı sol qapısını açıb şkafın içərisindən bir ədəd sellofan bükümü, bir ədəd saxsı kasanı, yanında iki ədəd elektron tərəzini və bir ədəd tibbi şprisi çıxarıb onlara təqdim edərək bildirmişdir ki, həmin sellofan bükümün içərisində və kasanın içərisində olan 9 ədəd xırda bükümlərdə olan maddələr narkotik vasitə heroindir, həmin narkotik vasitələri öz istifadəsi üçün evində saxlamış, yanında aşkar olunmuş tərəziləri, eləcə də şprisi isə həmin narkotik vasitələrin qəbulunda istifadə etmək üçün şkafda gizlətmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalar mətbəxin qapısının yanındakı zal otağında olan stolun üzərinə qoyulmuşdur. Sonra bir ədəd böyük sellofan bükümə, kasanın içərisindəki dörd ədəd sellofan və beş ədəd kağız bükümlərə baxış keçirilmiş və baxış zamanı bükümlərin içərisində qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar olunmuş və ağ rəngli kağız zərfə qablaşdırılaraq DİN-in 7(2) möhürü ilə möhürlənmiş, zərfin üzəri Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra tərəflərindən götürülmüşdür. Eləcə də Təqsirləndirilən şəxs təgdim etdiyi, narkotik vasitə heroin qəbul etmək ücün istifadə etdiyi bir ədəd şpris ağ rəngli kağız zərfə qablaşdırılmış, üzəri Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Aşkar olunmuş iki ədəd elektron tərəzilər də iş üçün əhəmiyyət kəsb etdiyindən tərəflərindən götürülmüşdür. likin sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi narkotik vasitə heroini təxminən beş gün əvvəl Biləsuvar rayonundan tanımadığı şəxsdən əldə etmişdir.Baxış zamanı “Samsung-Galaxy A6” markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmaqla protokola əlavə olundu.Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış və üstündən qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evdən onun istifadəsində olan bir ədəd «FLY» markalı mobil telefon, özünə məxsus şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu iş üçün əhəmiyyət kəsb etdiyindən tərəflərindən götürülmüşdür. Baxış yekunlaşdırıldıqdan sonra saxlanılan Təqsirləndirilən şəxs digər sənədlərin tərtib olunması üçün QBRŞ-yə dəvət olunmuş, QBRŞ-ya gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlannın müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil bürosundan seçilmiş vəkillə təmin olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs iştirakı ilə evindən aşkar edilmiş ki ədəd elektron tərəzilər ekspertizaya təqdim olunmasından ötrü qablaşdırılaraq DİN-in 7(2) möhürü ilə möhürlənmişdir. Sonra keçirilən baxışla əlaqədar hamının iştirakı ilə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, protokol tərtib olunarkən heç bir irad və ya təklif daxil olmadığından doğruluğu iştirakçıların imzaları ilə təsdiq olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə idarəsinin X7 şöbəsindən alınmış 14dekabr 2019-cu il tarixli, 206- 1653-1219 nömrəli əməliyyat tapşırığına cavabdan görünür ki,Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar olunmuş 81.264 qram çəkidə narkotik vasitə heroini Biləsuvar rayonundan əldə etdiyi məlum olsada, həmin narkotik vasitəni nə vaxt, harada, kimlərin köməkliyi ilə əldə etməsi, eləcə də onun ifadəsində göstərdiyi Abaas və Zahid adlı şəxslərin şəxsiyyətlərin, digər cinayət əlaqələrini müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən təqdim edilmiş 25sentyabr 2019-cu il tarixli 2295 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 23 iyun 2019-cu il tarixli 16190 nömrəli materialların məhkəmə ekspertizasına dair rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşadığı mənzildən mətbəx otağının şkafından götürülüb könüllü olaraq təqdim etdiyi...” heroinə bənzər kütlələr...” yazısı olan paketdəki, 1 (bir) ədəd polietilen bükümdə, təmiz çəkisi 78,189 qram, 4(dörd) ədəd şəffaf polietilen bükümdə, ümumi təmiz çəkis 2,721 qr və 5 (beş) ədəd kağız bükümdə, ümumi təmiz çəkisi 0,354 qr olan qəhvəyimtil rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Vətəndaş Təqsirləndirilən şəxs götürülmüş 10 (on) ədəd bükümdəki heroinlərin ümumi təmiz çəkisi 81,264 qr və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin mətbəx otağının şkafından götürülüb könüllü olaraq təqdim etdiyi1 ədəd şpris...” yazısı olan paketdəki 1 ədəd 1ml-lik şprisin içərisində narkotik vasitə olan heroinin izləri vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 24 iyun 2019-cu il tarixli 16330 nömrəli materialların məhkəmə ekspertizasına dair rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs yaşadığı evin mənzildən mətbəxindəki şkafın yuxarı sol qapısını açılıb götürülərək könüllü təqdim etdiyi...” yazısı olan kağız paketlərdə, 2 (iki) ədəd “Electron Balanse” və “MH-696” markalı elektron tərəzilərin üzərlərində və çəki sahələrinin kənarlarında narkotik vasitə olan heroinin izləri vardır. Tərəzilərdə aşkar edilmiş heroin iz şəklində olduğu üçün təqdim edilmiş Təqsirləndirilən şəxs götürülmüş heroinlərlə (23 iyun 2019-cu il tarixli 16190 saylı ekpert rəyi) eyni olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş “cinayət törətməkdə şübhəedilən şəxsi tutmaq haqqında” 23iyun 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Ağstafa Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qərarından görünür ki, 23 iyun 2019-cu il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 1-də keçirilmiş əməliyyat-axtarış tədbirinin nəticələri qanuni hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin25iyun 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 23iyun 2019-cu il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Ağstafa rayonu icra hakimiyyəti başçısının Ağstafa şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 04.03.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə sakinlər və qonşular arasında müsbət xarakterizə olunmamışdır. İş materiallarına əlavə edilmiş Ağstafa rayonu icra hakimiyyəti başçısının Ağstafa şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 04.03.2020-ci il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Ağstafa rayon Eynallıl kəndində qeydiyyatda olmasına baxmayaraq həbs olunana qədər müvəqqəti olaraq Ağstafa şəhər C. Cabbarlı küçəsi 17 saylı binada arvadı X3 və oğlu X8 ilə birlikdə yaşamışdır. İş materiallarına əlavə edilmiş Ağstafa RMX Publik Hüquqi şəxsindən alınmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda Ağstafa RMX-nın PHŞ X1 kabinetində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş 23 iyun 2019-cu il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və iş üçün əhəmiyyət kəsb edən əşya və predmetlərin götürülməsi barədə” Azərbaycan Respublikası DİN-in BNMİ-nin QBRŞ-in əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən tərtib edilmiş protokoldan (cild 1, səh. 7-9) görünür ki, həmin şöbənin rəis müavini Şahid2, baş əməliyyat müvəkkilləri Şahid3, Şahid4, sürücü polis nəfəri Şahid5 Azad oğlunun, Təqsirləndirilən şəxs və müdafiəçi X2 iştirakları ilə həmin tarixdə Ağstafa şəhər sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroinin satışı ilə məşğul olması və yaşadığı evdə saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış qrupu yaradılaraq həmin gün saat 17.30-da Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına çataraq, videoçəkiliş altında evin qapısını döydükdə qapını Təqsirləndirilən şəxs özü açmışdır. Həmin vaxt onlar Təqsirləndirilən şəxs xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Onun barəsində qəbul olunmuş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla onu tanış etdikdən sonra külli miqdarda narkotik heroinin satışı ilə məşğul olması və yaşadığı evdə həmin narkotik vasitələri saxlaması barədə məlumat daxil olduğunu bildirərək yaşadığı evə baxış keçiriləcəyinin zəruri olduğunu izah edib evə daxil olmağa icazə istəmişlər. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən onları evə dəvət etmiş və onlar evə daxil olmuşlar. Təqsirləndirilən şəxs bir daha hüquq və vəzifələri izah olunaraq videoçəkiliş altında onun yaşadığı evə, digər qapalı tikililərə və üzərinə baxış keçiriləcəyi barədə məlumat verildikdən sonra ona, üzərində, yaşadığı evdə və digər qapal tikililərdə narkotik vasitə və ya digər qanunsuz əşya vardırsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, onun yaşadığı evdə narkotik vasitə “kakos”, yəni heroin vardır və təqdim etmək üçün onları evin mətbəx otağına dəvət etmişdir. Onlar da onun ardınca mətbəxə daxil olmuşlar. Bu vaxt Polad Îmamverdiyev mətbəxdəki taxta şkafın yuxarı sol qapısını açıb şkafın içərisindən bir ədəd sellofan bükümü, bir ədəd saxsı kasanı, yanında iki ədəd elektron tərəzini və bir ədəd tibbi şprisi çıxarıb onlara təqdim edərək bildirmişdir ki, həmin sellofan bükümün içərisində və kasanın içərisində olan 9 ədəd xırda bükümlərdə olan maddələr narkotik vasitə heroindir, həmin narkotik vasitələri öz istifadəsi üçün evində saxlamış, yanında aşkar olunmuş tərəziləri, eləcə də şprisi isə həmin narkotik vasitələrin qəbulunda istifadə etmək üçün şkafda gizlətmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalar mətbəxin qapısının yanındakı zal otağında olan stolun üzərinə qoyulmuşdur. Sonra bir ədəd böyük sellofan bükümə, kasanın içərisindəki dörd ədəd sellofan və beş ədəd kağız bükümlərə baxış keçirilmiş və baxış zamanı bükümlərin içərisində qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar olunmuş və ağ rəngli kağız zərfə qablaşdırılaraq DİN-in 7(2) möhürü ilə möhürlənmiş, zərfin üzəri Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra tərəflərindən götürülmüşdür. Eləcə də Təqsirləndirilən şəxs təgdim etdiyi, narkotik vasitə heroin qəbul etmək ücün istifadə etdiyi bir ədəd şpris ağ rəngli kağız zərfə qablaşdırılmış, üzəri Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Aşkar olunmuş iki ədəd elektron tərəzilər də iş üçün əhəmiyyət kəsb etdiyindən tərəflərindən götürülmüşdür. likin sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi narkotik vasitə heroini təxminən beş gün əvvəl Biləsuvar rayonundan tanımadığı şəxsdən əldə etmişdir.Baxış zamanı “Samsung-Galaxy A6” markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmaqla protokola əlavə olundu.Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış və üstündən qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evdən onun istifadəsində olan bir ədəd «FLY» markalı mobil telefon, özünə məxsus şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu iş üçün əhəmiyyət kəsb etdiyindən tərəflərindən götürülmüşdür. Baxış yekunlaşdırıldıqdan sonra saxlanılan Təqsirləndirilən şəxs digər sənədlərin tərtib olunması üçün QBRŞ-yə dəvət olunmuş, QBRŞ-ya gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlannın müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil bürosundan seçilmiş vəkillə təmin olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs iştirakı ilə evindən aşkar edilmiş ki ədəd elektron tərəzilər ekspertizaya təqdim olunmasından ötrü qablaşdırılaraq DİN-in 7(2) möhürü ilə möhürlənmişdir. Sonra keçirilən baxışla əlaqədar hamının iştirakı ilə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, protokol tərtib olunarkən heç bir irad və ya təklif daxil olmadığından doğruluğu iştirakçıların imzaları ilə təsdiq olunmuşdur. Həmin protokoldan göründüyü kimi protokol 23 iyun 2019-cu il tarixdə Gəncə şəhərində, saat 20.25-dən saat 21.20-dək olan müddət ərzində tərtib edilmişdir. Lakin protokolun məzmunundan və digər iş materiallarından müəyyən olunmuşdur ki, narkotik vasitələrin və digər predmetlərin aşkar edilməsilə bağlı baxış 23 iyun 2019-cu il tarixdə saat 17.30 radələrində ünvan 5 ünvanında yerləşən Təqsirləndirilən şəxs məxsus yaşayış evində keçirilmişdir. Göründüyü kimi “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və iş üçün əhəmiyyət kəsb edən əşya və predmetlərin götürülməsi barədə” protokol qeyd olunan hərəkətin icrası zamanı yaxud həmin hərəkətin tamamlanmasından bilavasitə sonra deyil, uzun müddət sonra həmin yerdə yox, Gəncə şəhərində, QBRŞ-də tərtib olunmuşdur. “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və iş üçün əhəmiyyət kəsb edən əşya və predmetlərin götürülməsi barədə” protokola əlavə edilmiş həmin hərəkətin videoçəkilişi məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, BNMİ-nin QBRŞ-nin əməkdaşları Təqsirləndirilən şəxs mənzilinin qapısını döydükdən sonra qapını Təqsirləndirilən şəxs açdıqda Şahid4 özünü təqdim edərək BNMİ-nin QBRŞ-nin əməkdaşı olduğunu bildirib, evə daxil olmaq üçün icazə istəmiş, Təqsirləndirilən şəxs etiraz etmədiyindən mənzilə Şahid4, Şahid5 və videoçəkilişi aparan şəxs daxil olduqdan sonra Təqsirləndirilən şəxs mənzilin qapısını bağlamış, bundan sonra Şahid4 müvafiq qərarı elan edərək, baxışın aparılması vaxtını və tarixini bildirdikdən sonra əməliyyat qrupu ilə birlikdə gəldiklərini qeyd etmiş, ona, üzərində, yaşadığı evdə narkotik vasitə vardırsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs isə olduğunu bildirərək evin mətbəx otağına keçmiş, polis əməkdaşları isə onun arxasınca həmin otağa daxil olmuşlar. Təqsirləndirilən şəxs mətbəxdəki taxta şkafın yuxarı sol qapısını açaraq kasanın üzərində qutuda olan tərəzini sonra isə həmin kasanı götürmüş, kasanı götürdükdən sonra Şahid4 “başqa” deyə soruşduqda, Təqsirləndirilən şəxs “başqa yoxdur” dediyi vaxt Şahid4 əlini yenidən şkafa apararaq “bu, nədir” deyərək soruşduğu vaxt Təqsirləndirilən şəxs də həmin yerdən sellofan bükümü götürərək təqdim etmişdir. Bundan sonra Şahid4 həmin yerdən özü bir ədəd şprisi və bir ədəd tərəzini götürmüşdür. Bundan sonra aşkar olunanlar otağa gətirilərək masanın üzərində həmin bükümlər sayıldığı vaxt Şahid4 kasada neçə bükümün olduğunu soruşsa da Təqsirləndirilən şəxs həmin suala cavab verməmiş, “siz bükmüsüz ?” deyə verdiyi yönəldici suala isə Təqsirləndirilən şəxs onun bükdüyünü, digər sellofandakı kütlə ilə bağlı isə Şahid4 “bu da heroindir, də?” deyə yönəldici şəkildə verdiyi suala Təqsirləndirilən şəxs “bəli” deyərək cavab vermiş, bundan sonra isə həmin narkotik vasitələrin qablaşdırılmasına başlanılmış, zərfin üzərində müvafiq qeydlər aparıldıqdan sonra kasanın içərisində olan bükümlər açılaraq baxılsa da bir ədəd böyük sellofan büküm açılaraq baxış keçirilmədən zərfə qoyulmuş, sonra isə digər xırda bükümlər zərfə qoyularaq qablaşdırılmış, zərfin 4 kənarına üzərində möhür olan kağız parçaları yapışqanla yapışdırılmışdır. Bundan sonra isə bir ədəd şpris digər zərfə qoyularaq qablaşdırılmış, iki ədəd elektron tərəzinin isə qablaşdırılmasına ehtiyac olmadığı bildirilmiş, zərflərin üzəri Təqsirləndirilən şəxs və çəkilişdə görünməyən digər şəxs tərəfindən imzalanmışdır. Çəkilişin sonunda isə Şahid4 QBRŞ-yə gedəcəklərini bildirərək, yenidən yönəldici şəkildə Təqsirləndirilən şəxs “təqdim etdiyiniz narkotik vasitələr sizə məxsusdur da, sizə aiddir, özünüz əldə etmisiniz, satış məqsədilə, bir hissəsini satış məqsədilə hazırlamısız, digər hissə isə iri bükümdə isə satış məqsədilə saxlayırdız, elədirmi? ” deyə soruşmuş, Təqsirləndirilən şəxs cavabından sonra isə Şahid4 “bəs necə oldu ki, o birisini satırsınız, bunu satmırsız ?” deyərək yönəldici formada yenidən sual vermişdir. Göründüyü kimi baxışın keçirilməsinə dair videoçəkiliş tədqiq edilərkən Təqsirləndirilən şəxs əməliyyat qrupunun üzvləri, baxış zamanı iştirak edən şəxslər, “təxirə salınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar”ın kimin tərəfindən qəbul edildiyi, baxış zamanı videoçəkilişin aparılması, həmin çəkilişin kimin tərəfindən və hansı texniki vasitədən istifadə edilərək aparılması barədə heç bir məlumat verilməmiş, evində baxışın keçirilməsinə dair Təqsirləndirilən şəxs tərəfindən yazılı razılığın verilməsi müəyyən edilməmiş, ona hüquq və vəzifələri izah edilməmiş, müdafiəçi təqdim edilməmişdir. Bundan başqa baxış keçirilməsinə dair protokolda Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olduğunu bildirib, təqdim etmək üçün onları evin mətbəx otağına dəvət etdiyi, onun ardınca mətbəxə daxil olduqları, Poladın mətbəxdəki taxta şkafın yuxarı sol qapısını açıb şkafın içərisindən bir ədəd sellofan bükümü, bir ədəd saxsı kasanı, yanında iki ədəd elektron tərəzini və bir ədəd tibbi şprisi çıxarıb onlara təqdim edərək həmin sellofan bükümün içərisində və kasanın içərisində olan 9 ədəd xırda bükümlərdə olan maddələrin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitələri öz istifadəsi üçün evində saxladığını, tərəziləri, eləcə də şprisi isə həmin narkotik vasitələrin qəbulunda istifadə etmək üçün şkafda gizlətdiyini bildirməsi göstərilsə də, protokola əlavə edilmiş videogörüntülərdə Təqsirləndirilən şəxs mətbəxdəki taxta şkafın yuxarı sol qapısını açaraq kasanın üzərində qutuda olan tərəzini, sonra isə həmin kasanı götürdüyü, kasanı götürdükdən sonra Şahid4 “başqa?” deyə soruşduqda, Təqsirləndirilən şəxs “başqa yoxdur” dediyi, həmin vaxt Şahid4 əlini yenidən şkafa apararaq “bu, nədir?” deyərək soruşduğunu, həmin vaxt Təqsirləndirilən şəxs də həmin yerdən sellofan bükümü götürərək təqdim etdiyi, bundan sonra Şahid4 həmin yerdən özünün bir ədəd şprisi və bir ədəd tərəzini götürdüyünü, bundan sonra aşkar olunanların otağa gətirilərək masanın üzərində həmin bükümlərin sayıldığı vaxt Şahid4 kasada neçə bükümün olduğunu soruşduğu vaxt Təqsirləndirilən şəxs həmin suala cavab vermədiyi, “siz bükmüsüz ?” deyə verdiyi yönəldici suala isə Təqsirləndirilən şəxs onun bükdüyünü, digər sellofandakı kütlə ilə bağlı isə Şahid4 “bu da heroindir, də?” deyə yönəldici şəkildə verdiyi suala Təqsirləndirilən şəxs “bəli” deyərək cavab verdiyi, bundan sonra isə həmin narkotik vasitələrin qablaşdırılmasına başlanıldığı, zərfin üzərində müvafiq qeydlər aparıldıqdan sonra kasanın içərisində olan bükümlər açılaraq baxılsa da bir ədəd böyük sellofan bükümün açılaraq baxış keçirilmədən zərfə qoyulduğu, sonra isə digər xırda bükümlərin zərfə qoyularaq qablaşdırıldığı, zərfin 4 kənarına üzərində möhür olan kağız parçalarının yapışqanla yapışdırıldığı, bundan sonra isə bir ədəd şprisin digər zərfə qoyularaq qablaşdırıldığı, iki ədəd elektron tərəzinin isə qablaşdırılmasına ehtiyac olmadığının bildirildiyi, çəkilişin sonunda isə Şahid4 QBRŞ-yə gedəcəklərini bildirərək, yenidən yönəldici şəkildə Təqsirləndirilən şəxs “təqdim etdiyiniz narkotik vasitələr sizə məxsusdur da, sizə aiddir, özünüz əldə etmisiniz, satış məqsədilə, bir hissəsini satış məqsədilə hazırlamısız, digər hissə isə iri bükümdə isə satış məqsədilə saxlayırdız, elədirmi? ” deyə soruşduğu, Təqsirləndirilən şəxs cavabından sonra isə Şahid4 “bəs necə oldu ki, o birisini satırsınız, bunu satmırsız ?” deyərək yönəldici formada yenidən sual verdiyi müəyyən edilmişdir. Göründüyü kimi baxışın keçirilməsinə dair protokolda Təqsirləndirilən şəxs sərbəst şəkildə narkotik vasitələri təqdim etdiyi göstərilsə də, videgörüntülərdə polis əməkdaşı Şahid4 iştirakı və yönəltməsi nəticəsində Təqsirləndirilən şəxs həmin narkotik vasitələri təqdim etməsi aşkar olunmuşdur. Həmçinin baxış keçirilməsi haqqında protokolda Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitələri öz istifadəsi üçün saxladığını bildirsə də videogörüntüdə Şahid4 yönəldici suallar verməsi ilə həmin cavabın alındığı müəyyən edilmişdir. Bundan başqa baxış keçirilməsi haqqında protokolda aşkar edilmiş bütün bükümlərə baxışın keçirildiyi, baxış zamanı bütün bükümlərin içərisində qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə bənzər kütlələrin aşkar olunduğu göstərilsə də, videogörüntüdə 9 ədəd xırda bükümlərə baxışın keçirildiyi, bir ədəd böyük bükülünün isə açılmadığı, ona baxışın keçirilmədiyi müəyyən edilmişdir. Halbuki baxış protokolunda həmin bükümlərin hamısında, o cümlədən bir ədəd böyük sellofan bükümün içərisindəki kütlənin də qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə bənzər olduğu göstərilmişdir. Həmçinin baxış keçirilməsi haqqında protokolda aşkar edilmiş kütlələrin ağ rəngli kağız zərfə qablaşdırılaraq DİN-in 7(2) möhürü ilə möhürləndiyi qeyd edilsə də, videgörüntüdə zərflərin kənarlarına üzərində möhür olan kağız parçalarının yapışqanla yapışdırılması müəyyən edilmişdir. Qeyd olunanlardan göründüyü kimi “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və iş üçün əhəmiyyət kəsb edən əşya və predmetlərin götürülməsi barədə” protokol həmin hərəkətin həqiqiliyini özündə əks etdirməmişdir və ziddiyyətlidir. Bundan başqa həmin protokolda əməliyyat-axtarış tədbirinin keçirilməsində DİN-in BNMİ-nin QBRŞ-nin əməkdaşları Şahid2, Şahid3, Şahid4 və Şahid5 Azad oğlunun iştirakları göstərilsə də məhkəmə istintaqı zamanı həmin prosesdə iştirakı göstərilən polis əməkdaşı Şahid3 iştirak etməməsi, protokolda iştirakı göstərilməyən digər polis əməkdaşlarının, Teymur Nəsirovun və Zəfər Abıyevin iştirakları müəyyən edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində qeyd edilən əməliyyat tədbirində özünün, Şahid5, Şahid2 və Şahid4 iştirak etdiyini, Şahid3 isə onlarla birlikdə tədbirin keçirildiyi yerə getdiyini, lakin narkotik vasitə aşkar olunan vaxt orada olmadığını, həmçinin təqsirləndirilən şəxsin oğlunu evin içinə buraxmadıqlarını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 isə ifadəsində əməliyyat tədbirində ondan başqa Teymur Nəsirovun, Şahid1, Şahid4, Şahid5 və Zəfər Abıyevin iştirak etdiklərini, Poladın oğlunun isə sonradan gəldiyini, Şahid4 həmçinin Zəfər Abıyevin baxış keçirilərkən orada olduğunu, lakin əməliyyatda iştirak etmədiyini ifadəsində göstərmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində evlərinə baxış keçirilən zaman polislərdən Vahid, Teymur və Zəfəri tanıdığını, hamısının evin içində olduğunu göstərərək əlavə etmişdir ki, Vahidi əvvəl Ağstafa RPŞ-də işlədiyi vaxtdan tanımış, bildiyinə görə isə Teymur adlı polisi sonradan işdən çıxartmışlar. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ifadəsində evinə 6-7 nəfər, bəlkə də bir az da çox mülki geyimli polis əməkdaşlarının daxil olduqlarını, həmin polislərdən bir-ikisini üzdən tanısa da, digərlərini tanımadığını, polislər ondan şikayət olduğunu bildirərək evə daxil olduqlarını və evi axtarmağa başladıqlarını, çəkilişdə görünməyən əməkdaşların evin digər otağında gizləndiklərini, evdə çəkilişin bir dəfə yox, dəfələrlə təkrar aparıldığını bildirmişdir. Göründüyü kimi məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları olan Şahid1, Şahid2 və Şahid4 ifadələrilə, həmçinin şahid qismində dindirilmiş X4 ifadələrilə müəyyən olunmuşdur ki, polis əməkdaşı olan və baxışda iştirakı protokolda öz əksini tapmış Şahid3 həmin baxışda narkotikin aşkar edilməsi zamanı iştirak etməmiş, protokolda iştirakı göstərilməyən Teymur Nəsirov və Zəfər Abıyev isə baxış keçirilən evdə olmuşlar. Lakin məhkəmə istintaqı zamanı tədqiq edilmiş videogörüntülərdə Şahid4 və Şahid5 başqa baxışın keçirilməsində digər şəxslərin iştirakı müəyyən edilməmiş, həmçinin videoçəkilişin kimin tərəfindən aparılması bəlli olmamışdır. Halbuki həm ibtidai istintaq zamanı, həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilərkən Şahid1, Şahid2, Şahid4, Şahid3 və Şahid5 Azad oğlu qeyd edilən baxışda iştirak etdiklərini, narkotik vasitələrin aşkar olunmasının şahidi olduqlarını göstərmişlər. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən müəyyən olunmuşdur ki, polis əməkdaşları qoyduqları narkotiki boynuna almayacağı halda oğlunu da onunla birlikdə tutacaqlarını bildirdiklərindən o narkotik vasitələrin ona məxsus olduğunu bildirmiş, evinə gələn polis əməkdaşlarının arasında Teymur və Zəfər Abıyev də olmuş, çəkilişdə görünməyən əməkdaşların evin digər otağında gizləndiklərini, evdə çəkilişin bir dəfə yox, dəfələrlə təkrar aparıldığını, polislərlə razılaşaraq çəkilişdə narkotikin ona məxsus olmasını etiraf edəcəyini demiş, video görüntülərdə görünən və görünməyən, lakin evin içərisində gizlənən əməkdaşların da narkotik vasitələrin haradan aşkar ediləcəyini bildiklərini, yəni hər şeyin qabaqcadan qurulduğunu göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 da ifadəsində polislərin evi axtarsalar da heç bir narkotik vasitə aşkar etmədiklərini, sonra onlardan birinin çantasından çıxardığı narkotik vasitəni stolun üzərinə qoyaraq atasına “əgər narkotik vasitəni boynuna götürməsən ailəliklə hamınızı aparacağıq” dediyini, çantadan narkotik vasitə çıxaran polis əməkdaşını tanımasa da, ancaq saqqallı olduğunu xatırladığını, atasının məcbur qalaraq narkotik vasitələrin ona məxsus olduğunu bildirdiyini, bundan sonra isə çəkilişin aparıldığını və atasının narkotik vasitənin ona məxsus olmasını hədələrə görə üzərinə götürdüyünü, polislərin bir neçə dəfə çəkilişi təkrar etdiklərini, polislərdən Vahid, Teymur və Zəfər müəllimi tanıdığını, hamısının evin içində olduğunu göstərmişdir. Göründüyü kimi məhkəmə istintaqı zamanı şahid Famil Həsənov da ifadəsində Təqsirləndirilən şəxs göstərdiklərini təsdiq etmişdir. Qeyd olunanlarla yanaşı, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrindən də onların Təqsirləndirilən şəxs məxsus yaşayış evində baxış keçirilməsində iştirak etdikləri, həmin vaxt evdə Poladdan başqa həyat yoldaşının olduğu, oğlunun isə sonradan gəldiyi (baxmyaraq ki, Şahid1 Poladın oğlunu evə buraxmadıqlarını ifadəsində göstərmişdir) göstərilsə də məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdə polis əməkdaşları olan Şahid4 və Şahid5 başqa kiminsə iştirakı görünməmiş, o cümlədən Təqsirləndirilən şəxs həyat yoldaşının və oğlunun həmin vaxt orada iştirakı müəyyən edilməmişdir. Bu sadalanan hallar da videoçəkilişin aparılması ilə bağlı Təqsirləndirilən şəxs və Famil Həsənovun ifadələrində göstərdikləri halların, yəni videoçəkilişin bir dəfə deyil, dəfələrlə təkrar aparılmasını, hər şeyin qabaqcadan qurulduğunu təsdiq etmişdir. Bundan başqa baxış keçirilməsinə dair protokolun Azərbaycan Respublikası DİN-in BNMİ-nin QBRŞ-in əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən tərtib edildiyi göstərilsə də protokola əlavə edilmiş videoçəkiliş tədqiq edilərkən keçirilmiş baxışın Şahid4 tərəfindən aparıldığı müəyyən olunur. Vdeoçəkilişdə baxışın Şahid4 tərəfindən aparıldığı, Şahid5 isə iştirakı müəyyən edilsə də, baxışın videoçəkilişinin kimin tərəfindən aparıldığı, o cümlədən baxışda kimlərin iştirak etməsi müəyyən edilmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilərkən Şahid1 ifadəsində qeyd olunan xüsusatla bağlı olaraq bildirmişdir ki, əməliyyat tədbiri zamanı çəkilişi özü aparmış, sənədləşməni həmin vaxt başqa əməliyyat tədbiri ilə bağlı üzü tüklü olduğundan Şahid4 aparmış, sənədləşməni özü aparmalı olsa da, Rafiq sənədləşməni onun adından tərtib etmişdir. Həmin vaxt yeni işçi olduğundan videoçəkilişdə özünü və digər iştirakçıları təqdim etməmişdir. Çəkilişi Şahid5 məxsus “samsung” markalı mobil telefonu ilə aparmışdır. Həmçinin tərtib edilmiş protokolda müdafiəçi X2 iştirakı qeyd edilməklə, protokol onun tərəfindən də imzalansa da tədqiq edilmiş video çəkiliş zamanı onun iştirak etməsi öz təsdiqini tapmamış, protokolun tərtib edilməsi, iştirakçılar, o cümlədən müdafiəçi tərəfindən imzalanması müəyyən edilməmiş, bununla bağlı videoçəkiliş aparılmamışdır. Həmçinin “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və iş üçün əhəmiyyət kəsb edən əşya və predmetlərin götürülməsi barədə” protokolda yaşadığı evdə aşkar edilmiş narkotik vasitələr, şpris və iki ədəd elektron tərəzi götürüldükdən sonra Təqsirləndirilən şəxs üstünün yoxlanıldığı göstərilsə də protokola əlavə edilmiş videoçəkilişdə bu hal öz əksini tapmamışdır. Həmçinin iş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 şöbəsinin rəisinə verdiyi 23.06.2019-cu il tarixli ərizədən (cildi 1, səh. 6) görünür ki, barəsində aparılan araşdırma ilə əlaqədar yaşadığı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə və digər qapalı tikililərə, eləcə də üzərinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Həmin ərizəyə edilmiş dərkənardan görünür ki, Şahid1 həmin tarixdə ərizənin materiala əlavə edilməsi tapşırılmış, ərizənin aşağı sağ küncünə isə “Azərbaycan Respublikası BNMİ QBRŞ, Daxilolma N” möhürü vurulmaqla, daxil olduğu tarix kimi 23.06.2019 göstərilmişdir. İş materiallarında olan “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və iş üçün əhəmiyyət kəsb edən əşya və predmetlərin götürülməsi barədə” protokola əlavə edilmiş videoçəkiliş tədqiq edilərkən Təqsirləndirilən şəxs göstərilən məzmunda ərizə yazaraq təqdim etməsi müəyyən olunmamışdır. Bundan başqa baxış keçirilməsi haqqında protokolda baxış yekunlaşdırıldıqdan sonra saxlanılan Təqsirləndirilən şəxs digər sənədlərin tərtib olunması üçün QBRŞ-yə dəvət olunduğu qeyd edilsə də, həmin protokoldan müəyyən olunmuşdur ki, QBRŞ-yə gəldikdən sonra Təqsirləndirilən şəxs evindən aşkar edilmiş iki ədəd elektron tərəzi ekspertizaya təqdim olunmasından ötrü qablaşdırılaraq möhürlənmişdir. Halbuki videogörüntülərdə Şahid4 həmin tərəzilərin qablaşdırılmasına zərurət olmadığını qeyd edərək tərəzilərin qablaşdırılmadan götürüldüyünü bildirmişdir. Göründüyü kimi baxış protokolunda baxışın Ağstafa şəhərində, Təqsirləndirilən şəxs məxsus yaşayış evində yekunlaşdırıldığı göstərilsə də həmin hərəkət tam olaraq QBRŞ-də tərəzilərin qablaşdırılması, digər hərəkətlərin icrası və protokolun tərtib edilməsi ilə tamamlanmış, qeyd olunan hərəkətlərin icrasının videoçəkilişinin aparılıb-aparılmaması ilə bağlı protokolda heç bir qeyd aparılmamışdır. İş materiallarına əlavə edilmiş DİN-in BNMİ-nin QBRŞ-nin rəisi tərəfindən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisinə ünvanlanmış 24.06.2019-cu il tarixli 206-699-1219 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material müvafiq qərar qəbul olunması üçün göndərilmiş, qoşma olaraq 34 vərəqədə toplanmış material, şəxsiyyət vəsiqəsi və pasport, 01 ədəd DVD disk, 03 ədəd içərisində maddi sübut olan kağız zərf, 01 ədəd “fly” markalı mobil telefon əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və iş üçün əhəmiyyət kəsb edən əşya və predmetlərin götürülməsi barədə” protokola əlavə edilmiş həmin videoçəkilişdən isə müəyyən edilmişdir ki, aşkar olunan predmetlər 02 ədəd zərfə qablaşdırılaraq götürülmüşdür. 3-cü zərfə hər hansı predmetin qablaşdırılması videoçəkilişdə öz əksini tapmamışdır. Həmçinin iş materiallarından ilkin olaraq toplanmış materialın qeyd olunan məktuba əsasən 34 vərəqədə olduğu görünsə də, faktiki olaraq həmin materialın 38 vərəqədə olması həmin materiala sonradan vərəqələrin əlavə edildiyini ehtimal etməyə əsas vermişdir. Bundan başqa istintaq orqanının 04 mart 2020-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarına əsasən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman aşkar edilərək götürülmüş tədqiqatdan sonra təmiz çəkisi 81,064 qram narkotik vasitə heroin, üzərilərində narkotik vasitə heroinin izlərinin olduğu 2 ədəd elektron tərəzi və bir ədəd 1 ml şpris maddi sübut kimi tanınaraq DİN-in BMCMİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Halbuki məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və iş üçün əhəmiyyət kəsb edən əşya və predmetlərin götürülməsi barədə” protokola əlavə edilmiş həmin videoçəkilişdən müəyyən edilmişdir ki, narkotik vasitələr və şpris zərfə qoyularaq qablaşdırılsa da, 2 ədəd elektron tərəzi qablaşdırılmadan götürülmüşdür. Bundan başqa protokol və həmin protokola əlavə edilmiş videoçəkilişlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs evin mətbəxində olan narkotik vasitələri, tərəziləri və şprisi polis əməkdaşlarına özü təqdim etdikdən sonra aşkar olunanlar qablaşdırılmaqla götürülmüşdür. Lakin “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərarda Təqsirləndirilən şəxs saxlanılarkən üstünün yoxlanılması, yaşadığı evə, digər qapalı tikililərə baxış keçirilməsi nəzərdə tutulsa da Təqsirləndirilən şəxs tərəfindən təqdim olunanlar götürüldükdən sonra onun üstü yoxlanılmadan, yaşadığı evə yaxud digər qapalı tikililərə baxış keçirilmədən proses tamamlanmışdır. Polis əməkdaşlarının Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş narkotik vasitələrlə kifayətlənmələri, qərarda göstərildiyi kimi onun üstünün yoxlanılmaması, yaşadığı evə, yaxud digər qapalı tikililərə baxış keçirməməklə hərəkəti tamamlamaqları narkotik vasitələrin məhz həmin çəkidə və həmin yerdən Təqsirləndirilən şəxs özü tərəfindən təqdim edilməsi əməliyyat tədbirinin bu formada əvvəlcədən müəyyən edilməsinə şübhə yaratmışdır. “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və iş üçün əhəmiyyət kəsb edən əşya və predmetlərin götürülməsi barədə” protokolda qeyd olunanlarla həmin protokola əlavə edilmiş videogörüntüdə müəyyən edilən halların bir-birinə tamamilə ziddiyyət təşkil etməsi, baxışın keçirilməsində iştirak edən polis əməkdaşlarının ibtidai istintaq zamanı verdikləri ifadələrilə məhkəmə istintaqı zamanı verdikləri ifadələr, o cümlədən videoçəkilişdə müəyyən edilənlər arasında ziddiyyətlərin olması, xüsusən baxışda iştirak edən şəxslərin dairəsinin qeyri müəyyənliyi, videogörüntüyə əsasən baxışın konkret olaraq Şahid4, Şahid5 və videoçəkilişi aparan şəxsin iştirakı ilə keçirilməsi aşkar olunsa da, protokolda, qeyd olunanlardan başqa həmçinin Şahid3, Şahid2 və Şahid1 iştiraklarının göstərilməsi, narkotik vasitələrin, digər maddi sübutların aşkar edilməsi, qablaşdırılması, baxışın tamamlanmasının və protokolunun tərtibinin qeyri müəyyənliyi həmin baxışın keçirilməsinin obyektivliyini şübhə altına almışdır. Qeyd olunanlara əsasən məhkəmə baxış keçirilməsinə dair tərtib edilmiş protokola əlavə edilmiş videoçəkilişin də keçirilmiş hərəkətin həqiqiliyini özündə əks etdirmədiyi və ziddiyyətli olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokol və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafik neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audio yazılarda, fonoqramlarda, video və kino çəkiliş lentlərində, planlarda, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olunmalıdır. Həmin Məcəllənin 51.2-ci maddəsində isə göstərilmişdir ki,cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişinin və nəticələrinin protokollaşdırılması, bir qayda olaraq, cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir. Cinayət təqibi üzrə prosessual hərəkətin aparılması haqqında protokol bu hərəkətin gedişi zamanı və ya qurtardıqdan bilavasitə sonra həmin hərəkəti aparan təhqiqatçı, müstəntiq, prokuror və ya digər müvəkkil edilmiş şəxs tərəfindən tərtib edilir. Bundan iş materiallarında olan “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 04 mart 2020-ci il tarixli qərardan (cild 1, səh. 192-193) görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə əməliyyat orqanına tapşırıq verilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. İş materiallarında olan DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsi tərəfindən verilmiş 14.12.2019-cu il tarixli əməliyyat tapşırığına cavab məktubundan (cild 1, səh. 147) görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş 81,264 qram çəkidə narkotik vasitə heroini Biləsuvar rayonundan əldə etdiyi məlum olsa da həmin narkotik vasitəni nə vaxt, harada, kimlərin köməkliyi ilə əldə etməsi, eləcə də ifadəsində göstərdiyi Abbas və Zahid adlı şəxslərin şəxsiyyətlərini, digər cinayət əlaqələrini müəyyən etmək mümkün olmamışdır. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, “...Tutulmamışdan təxminən iki həftə əvvəl şəxsi işləri ilə əlaqədar Bakı şəhərinə getmiş və Bakı şəhərində olarkən təsadüfən uzun illər əvvəl tanış olduğu Abbas adlı şəxslə 28 May metrostansiyası yaxınlığında rastlaşmışdır. Rastlaşarkən bir qədər söhbət etmiş və söhbət zamanı Abbasa uzun müddətdir narkotik vasitələrdən istifadə etdiyini demiş, o da narkotik vasitəni əldə etmək üçün bir nəfər şəxslə əlaqələndirəcəyini bildirib telefonu vasitəsilə bir nəfər şəxsə zəng vurub danışmış və danışığını bitirdikdən sonra həmin şəxsin mobil telefon nömrəsini ona verərək həmin şəxsin Biləsuvar rayonundan olduğunu və narkotik vasitənin alveri ilə məşğul olduğunu bildirmişdir. Mütəmadi olaraq narkotik vasitələrdən istifadə etdiyi üçün həmin şəxsin nömrəsini Abbasdan götürmüş, Abbasın dediyi şəxsin adı Zahid olmuşdur. Həmin vaxt Abbasın nömrəsini də götürmüş, söhbət etdikdən sonra Abbasdan uzaqlaşmış və işlərini bitirib rayona qayıtmışdır. Təxminən 4-5 gün sonra Abbasın verdiyi hazırda xatırlamadığı mobil telefon nömrəsinə istifadəsində olan 055 343 55 62 saylı mobil telefon nömrəsindən zəng edərək danışmış və həmin şəxsə narkotik vasitə heroin lazım olduğunu bildirmişdir. Həmin şəxs təxminən 100 qrama yaxın heroin təşkil edə biləcəyini demiş və qramını 30 manatdan verə biləcəyini bildirmişdir. Onunla razılaşmış və növbəti gün avtobusla Biləsuvar rayonuna getmişdir. Ora çatanda həmin yerləri tanımadığı üçün narkotiki alacağı şəxslə əlaqə saxlayıb gəldiyini demiş və ona istənilən taksi avtomobilinə əyləşib telefonu sürücüyə verməyi xahiş etmişdir. Həmin görüşə gedərkən özü ilə 3.000 manatdan bir qədər artıq pul götürmüş, yolda tanımadığı taksi avtomobillərindən birini saxladıb əyləşmiş və telefonu taksi sürücüsünə təqdim etmişdir. Narkotiki alacağı şəxs isə sürücüyə yolu başa saldıqdan sonra yola davam etmişdir. Əyləşdiyi taksi avtomobili VAZ-2106 markalı avtomobil olmuş, lakin avtomobilin rəngi, qeydiyyat nişanı və digər xüsusiyyətlərini xatırlamır. Beləliklə taksi sürücüsü ilə tanımadığı kəndlərdən birinə gəlib yolun kənarında düşmüş və taksi sürücüsü geri qayıtmışdır. Narkotiki satan şəxslə əlaqə saxlayıb çatdığını demiş, az sonra bir nəfər şəxs ona yaxınlaşaraq telefonda danışdığı şəxs olduğunu bildirib bir qədər tələsməyi xahiş etmiş və özü ilə 100 qrama yaxın kakos yəni heroin gətirdiyini deyərək əlindəki bir ədəd bükümdə həmin heroini ona tərəf uzadaraq pulu istəmişdir. Cibindən 3.000 manat pulu çıxarıb ona təqdim edərək heroin olan bükümü ondan götürmüş, həmin şəxs pulu saydıqdan sonra oradan uzaqlaşmış, bükümü cibinə qoyub yol taksilərindən birinə əyləşib rayonun avtovağzalına gəlmiş və orada avtobusa əyləşib evə qayıtmışdır...” Məhkəmə istintaqı zamanı isə verdiyi ifadələrində tutulduğu vaxt polis əməkdaşlarının təzyiqi nəticəsində guya narkotik vasitələri Biləsuvar rayonundan aldığını, əslində isə heç vaxt Biləsuvar rayonunda olmadığını, yaşadığı Ağstafa rayonundan kənara az hallarda çıxdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tutulduğu 23 iyun 2019-cu il tarixdən bir ay əvvəlki dövr ərzində istifadəsində olan mobil nömrənin anten əhatə dairəsi müəyyən edilmiş və məlum olmuşdur ki, son bir ay ərzində o, ümumiyyətlə Ağstafa rayonundan kənarda olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən narkotik vasitəni 5 gün əvvəl Biləsuvar rayonundan əldə etdiyini bildirməsi, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın isə Təqsirləndirilən şəxs narkotik vasitəni Biləsuvar rayonundan əldə etməsinin müəyyən edildiyini təsdiq etməsi, ibtidai istintaq zamanı verdiyi ifadələrində isə tutulmamışdan təxminən iki həftə əvvəl narkotik vasitəni Biləsuvar rayonundan əldə etdiyini göstərməsi, lakin anten əhatə dairəsinə dair əldə edilmiş məlumatlarla onun son bir ay ərzində ümumiyyətlə Ağstafa rayonundan kənarda olmamasının müəyyən edilməsi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı həmin xüsusatla bağlı verdiyi ifadəsinin daha inandırıcı olduğunu göstərir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs və X4 məhkəmə istintaqı zamanı verdikləri ifadələrini daha inandırıcı və obyektiv ifadələr kimi qəbul edir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və iş üçün əhəmiyyət kəsb edən əşya və predmetlərin götürülməsi barədə” 23 iyun 2019-cu il tarixli protokolu da həqiqi və obyektiv protokol kimi qəbul etmir. Həmçinin məhkəmə tərkibi məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-in BNMİ-nin QBRŞ-nin əməkdaşları Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 Azad oğlunun ibtidai istintaq zamanı verdikləri ifadələrini həqiqi, obyektiv, işin faktiki hallarına uyğun ifadələr kimi qəbul etməyərək hesab edir ki, onlar iş üzrə maraqlı şəxslər olduqlarından verdikləri ifadələr ittihamın müdafiəsinə yönəlmişdir. Azərbaycan Respublikası CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin məcəllənin 350.2-ci maddəsinə əsasən isə bu məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilir ki, məhkəmələrin diqqəti məhkəmə hökmünün qanuni, əsaslı, ədalətli və inandırıcı olması tələbinə cəlb edilsin. Hökmün inandırıcı olması o deməkdir ki, burada forma və məzmun etibarilə hökmün qanuni, əsaslı və ədalətli olması aydın və mötəbər şəkildə əks etdirilir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-in 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. CPM-nin 139-cu maddəsinin mənasına görə cinayət təqibi üzrə toplanmış sübutlar cinayətin hər hansı başqa şəxs tərəfindən deyil, məhz şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən törədildiyini təsdiq etməlidir. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə tərkibi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir. CPM-in 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. CPM-in 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. CPM-in 145.3-cü maddəsinə görə ittihamın subut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; Həmin maddənin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. CPM-in 21.1-ci maddəsinin tələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır; CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda CPM-in 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən CPM-in 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 42.1 və 42.1.4-cü maddələrinin tələblərinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-in 42.2-ci və 42.2.4-cü maddəsində qeyd edilir ki, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə həmin şəxs barəsində bəraət hökmü çıxarılır. Beləliklə, ibtidai istintaq zamanı toplanmış materiallarla, həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələrilə, tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs verilmiş ittiham öz təsdiqini tapmamışdır. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilərkən onun həmin əməli törətməsinə dəlalət edən sübutlar mövcud olmamışdır. Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək barəsində ittiham hökmü çıxarmaq qanunun ədalət prinsipinə ziddir, odur ki, onun barəsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs”qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 357.0.1-ci maddəsinə əsasən məhkəmənin hökmü ilə bəraət verildikdə şəxs məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, bir ədəd 1ml şpris məhv edilməli, üzərlərində narkotik vasitə heroinin izləri olan 2 ədəd elektron tərəzi, həmçinin tədqiqatdan sonra təmiz çəkisi 81,064 qram qalmış narkotik vasitə heroin həmin maddənin əldə edilməsi və istifadə edilməsilə bağlı xüsusatlar araşdırılanadək BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılmalıdır. 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 228 (iki yüz iyirmi səkkiz) manat ekspertiza xərcinin ödənilməsindən Təqsirləndirilən şəxs azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 56.0.1-ci maddəsinə əsasən bəraət almış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4, 346, 347, 349, 350-ci maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınaraq BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, bir ədəd 1 ml şpris məhv edilsin, üzərlərində narkotik vasitə heroinin izləri olan 2 ədəd elektron tərəzi, həmçinin tədqiqatdan sonra təmiz çəkisi 81,064 qram qalmış narkotik vasitə heroin həmin maddənin əldə edilməsi və istifadə edilməsilə bağlı xüsusatlar araşdırılanadək BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılsın. 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 228 (iki yüz iyirmi səkkiz) manat ekspertiza xərcinin ödənilməsindən Təqsirləndirilən şəxs azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi ilə əlaqədar cinayət işi üzrə cinayət təqibi orqanlarının qanunsuz hərəkətlərindən mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-22/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-22/2021
15.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver