Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-22/2023 07.04.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), X18 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X35 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Asan Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X7 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1998-ci il tarixdə Samux rayonu İnstitut qəsəbəsində andan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Samux rayonu Bağmanlar kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, Kəpəz rayonu, Natəvan qəsəbəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tanışı Samux rayonu Bağmanlar kənd sakini 08 mart 1995-ci il təvəllüdlü X14 26 avqust 2021-ci il tarixdə özünə məxsus olan “YouTube” sosial şəbəkə kanalındakı canlı efirində “SahibDost” istifadəçi adı ilə qeydiyyatdan keçmiş 06 noyabr 1983-cü il təvəllüdlü X8 ilə sonuncunun Elşən İsmayılovu təhqir etməsi səbəbindən yaranmış mübahisəni aydınlaşdırmaq üçün Gəncə şəhəri, Natəvan qəsəbəsi ərazisində yerləşən “Şans” ərzaq mağazasının yanında görüş yeri təyin etməsi ilə əlaqədar, həmin gün saat 23:50 radələrində Elşən İsmayılovla birgə qeyd olunan yerə gələrək X8 ilə dayanıb söhbət edərkən sosial şəbəkə hesabında nalayiq ifadələr istifadə etməsini sonuncuya irad tutduqda, Sahib Abdullayev onun haqlı iradına məhəl qoymayaraq onu da nalayiq ifadələr ilə təhqir etdiyi üçün aralarında yaranmış mübahisə zamanı şəxsi münasibətlər zəminində Sahib Abdullayevin sifət nahiyəsinə qəsdən bir dəfə sağ əli ilə yumruq zərbəsi vuraraq sağlamlığa zərər vurmayan xəsarət olduğundan ağırlıq dərəcəsi təyin edilməyən “üst, alt dodaqların sol yarısının selikli səthlərində olan qançırları, sağ dirsək oynağının arxa səthinin sıyrıqları” xəsarətlərini yetirdikdən sonra, sonuncunun öz boyu hündürlüyündən yıxılması zamanı sağ gicgah nahiyəsinin hamar səthli beton-asfalt örtüklü səkiyə dəyməsi nəticəsində həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bərk küt əşya(lar)nın təsirindən əmələ gələn və birbaşa ölümünə səbəb olmuş sağ gicgah-ənsə nahiyəsinin geniş sahəli epidural hematoması, sağ gicgah əzələsinin və dərialtı yumşaq toxumaların hematoması ilə əlaqədar baş beyin sıxılması ilə nəticələnən xəsarətlər alması nəticəsində Sahib Abdullayevin 29 avqust 2021-ci il tarixdə stasionar müalicədə olduğu Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında ölümünə səbəb olmaqla, ehtiyatsızlıqdan Sahib Abdullayevi öldürmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini, özünü CM-in 124.1-ci maddəsilə təqsirli hesab etdiyini bildirərək ifadəsində göstərmişdir ki, X24 ilə sonuncunun qardaşı Mirruhin onun doğma xalası nəvələri olmuşlar. 26 avqust 2021-ci il tarixdə saat 23 radələrində Samux rayonu Bağmanlar kəndindəki yaşadığı evin qarşısında dayanan zaman X22 İsmayılov dövlət qeydiyyat nişanını xatırlamadığı VAZ-2107 minik markalı taksi ilə onun yanında dayanıb söhbət etmişlər. Söhbət əsnasında Elşən İsmayılov ona həmin gün internet sosial şəbəkəsində adı sonradan ona məlum olmuş Sahib Abdullayev adlı şəxslə sözlü mübahisəsinin olduğunu, sonuncunun ona söyüş söydüyünü və onu söhbətə dəvət etdiyini, həmin şəxslə görüşmək üçün Natavan qəsəbəsindəki “Şans” marketinin yanına gedəcəklərini deyib ona da birlikdə getməyi təklif etmişdir. O da qohum olduqları üçün Elşəngillə birlikdə həmin taksi avtomobili ilə qeyd edilən ərzaq mağazasının yanına getmişdir. Avtomobildə onların üçündən və sürücüdən başqa heç kim olmamışdır. Onlar avtomobillə təxminən 2-3 dəqiqə müddətində “Şans” ərzaq mağazasının yanına çatmışlar və taksi sürücüsü onları düşürdükdən sonra mağazanın yanından uzaqlaşıb getmişdir. Onlar mağazanın yanına çatdıqdan qısa müddət sonra Elşənlə Mirruhinin tanışları olmuş Məhəmməd də onların yanına gəlmişdir. O, Məhəmmədi əvvəllər Elşəngilin yanında görmüş olsa da sonuncu ilə münasibəti olmamışdır. Onlar “Şans” ərzaq mağazasının yanında dayandıqları vaxt mərhum Sahib Abdullayevgil boz rəngli taksi sürücüsü ilə birlikdə həmin mağazanın yanına gəlmişlər. Avtomobildə adlarını sonradan bildiyi Sahib Abdullayev, Füzuli və taksi sürücüsü ilə birlikdə 3 nəfər olmuşdur. Füzuli orada özünü 33 nömrəli avtobus xətt sürücüsü kimi təqdim etmişdir. Orada onlar bir-biriləri ilə salamlaşdıqdan sonra o, Elşən, Mirruhin və Sahib kənara çəkilib söhbət etməyə başlamışlar. Onlar sakit qaydada söhbətə başlamalarına baxmayaraq Sahib içkili vəziyyətdə olmuş və özünü haqlı hesab edib Elşənin ünvanına “bu peysərdi, buna demişəm, sən kimsən ki bura gəlmisən, bunun söhbətinə gələn elə bunun tayıdır” kimi ifadələr işlətmişdir. O, səhv danışdığı üçün Sahiblə birlikdə gəlmiş Füzuliyə yaxınlaşıb Sahibin özünü idarə edə bilmədiyini, buna görə də onu da özü ilə birlikdə oradan uzaqlaşdırmasını istəmiş, Füzuli də ona “neyniyim, öhdəsindən gələ bilmirəm” demişdir. Həmin zaman Elşənlə Sahib mağazanın qarşısında yolun kənarında dayanıb söhbət etmişlər. O da Füzuli ilə söhbət etdikdən sonra təkrarən Sahibin yanına qayıtmışdır. O, Sahibin yanına çatdıqda Elşən ona səbirli olmasını, Sahibin içkili vəziyyətdə olmasını və sonuncuya əl qaldırmamasını demişdir. Həmin zaman Sahib ərzaq mağazası ilə üzbəüz dayandıqda mağazadan sol tərəfdə yerləşən ağacın qarşısında dayanmış, o da Sahibin hərəkətlərindən qəzəblənərək onunla üzbəüz dayandığı vaxt sağ əlinin içərisi ilə Sahibin sifət nahiyəsinin sol tərəfinə bir dəfə zərbə vurmuşdur. Vurduğu zərbənin təsirindən Sahib yerə yıxılmış və başı yerə dəymişdir. Daha sonra vurduğu zərbənin təsirindən Sahib bayılmışdır. O bunu görən kimi Füzuli ilə birlikdə Sahibi yerdən qaldırıb yolun kənarındakı bardurun üzərində oturtmuşlar. Sahibin əl-üzünə su vurduqdan sonra sonuncu özünə gəlmiş, daha sonra Füzuli ilə taksi sürücüsü Sahibi avtomobilə əyləşdirib evlərinə aparmışlar. Onlar da yaşadıqları Samux rayonunun Bağmanlar kəndinə qayıtmışlar. O, evə çatdıqdan sonra Sahibin gəldiyi taksi sürücüsü Eminə zəng edib Sahibin hal-əhvalını soruşmuş, Emin də ona narahat olmamasını, Sahibi bacısıgilə aparıb təhvil verdiklərini bildirmişdir. 27 avqust 2021-ci il tarixdə günorta saatlarında Elşən ona zəng edib Sahibin vəziyyətinin pisləşməsini, buna görə də, X44 xəstəxanasına aparıldığını demişdir. Həmin vaxt tanışı Araz da onun yanında olmuş və sonuncu ona xəstəxanaya gedib Sahibin vəziyyəti ilə maraqlanmasını məsləhət bilmişdir. O da 27 avqust 2021-ci il tarixdə Elşən və Məhəmmədlə birlikdə Abbas Səhhət adına xəstəxanaya getmişdir. O, kənarda gözləmiş, Arazla Elşən xəstəxanaya daxil olub Sahibin vəziyyətini maraqlandıqdan sonra onların yanına qayıdıb Sahibin qohumları ilə söhbət etdiklərini və qohumlarının Sahibin müalicəsi üçün 500 manat pul istədiklərini demişlər. O da tutulacağından qorxduğu üçün Yevlax rayonu Çardaqlı kəndində yerləşən və əvvəlcədən tanışı olan Zahid adlı şəxsin çoban işlədiyi fermaya getmiş, Zahidə bir nəfər şəxslə dalaşdığını və onu vurduğunu demiş, bir müddət də həmin fermada qalmışdır. Lakin 05 sentyabr 2021-ci il tarixdə həmin fermada olarkən Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin əməkdaşları fermaya gəlib barəsindəki axtarış qərarını ona elan edib özləri ilə birlikdə polis idarəsinə aparmışlar. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə zamanı əlində heç nə olmamış, Sahiblə üzbəüz dayanmış, sonuncu sərxoş vəziyyətdə olmuş, o, Sahib Abdullayevə sağ əli ilə cəmi bir dəfə zərbə vurmuş, zərbədən sonra Sahibin dodağı partlamış, sonuncunun üzündən başqa heç bir yerində xəsarət olmamış və Sahibə köməklik etdikdən sonra sonuncu yaxşı olduğunu demişdir. X38 öldürmək, yaxud sağlamlığına qəsdən zərər yetirmək niyyəti olmamış, niyyəti nalayiq ifadələr işlətdiyi üçün sonuncunu cəzalandırmaq olmuş, Sahibin sifət nahiyəsinin sol tərəfinə bir dəfə zərbə vurmasının onun yerə yıxılaraq başının yerə dəyməsi ilə nəticələnə biləcəyini əvvəlcədən fikirləşməmişdir. Sahib Abdullayev birbaşa onun vurduğu zərbədən deyil, məhz sərxoş olduğu üçün zərbədən sonra müvazinətini itirərək yerə yıxılmış və nəticədə başı yerə dəymişdir. Törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdaki mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, 1995-ci ildən Gəncə şəhərinə köçmüş və X28 ilə ailə həyatı qurub həmin tarixdən Gəncə şəhərində yaşamışdır. X2 qardaşı olmuşdur. 2021-ci ilin may ayında Sahib işləmək üçün Gəncə şəhərinə gəlmiş və onlarla birlikdə ünvan 1 ünvanında yaşamışdır. Sahib əri Rauf Nəzərovla birlikdə Gəncə şəhərində yas mərasimlərində ofisiant işləmişdir. 26 avqust 2021-ci il tarixdə səhər saatlarında Sahib Abdullayev restoranda ofisiant kimi işləməyə getmiş və həmin gün saat 22 radələrində evə qayıtmışdır. Sahib işdən qayıtdıqda o da evdə olmuş və qardaşına yemək vermişdir. Sahib yeməyini yedikdən sonra telefonuna zəng gəldiyi üçün yaşadıqları həyətyanı evin həyətinə çıxıb orada telefonla danışmışdır. Lakin həmin gün o, Sahibin telefonla uca səslə danışmasını və ya kiminləsə mübahisə etməsini eşitməmişdir. Sahib telefonla danışmaq üçün məhləyə çıxarkən əri Rauf da evdə olmuşdur. O, Sahibin arxasınca məhləyə çıxdıqda qardaşının onlarla qonşuluqda yaşayan Füzuli ilə birlikdə dayanıb söhbət etdiklərini görmüşdür. Lakin bir qədər sonra təkrarən məhləyə çıxdıqda Sahiblə Füzulinin küçədə olmadıqlarını görüb qardaşının mobil telefonuna zəng etmiş və Sahib ona narahat olmamasını, bir qədər sonra qayıdacağını demişdir. Həmin günün gecəsi, yəni 27 avqust 2021-ci il tarixdə saat 01 radələrində Sahibin istifadəsində olmuş ***-***-**-** nömrədən onun nömrəsinə zəng gəlmişdir. Nömrə qardaşının olsa da zəng edən şəxs Füzuli olmuşdur. Telefon danışığı zamanı Füzuli ona Sahibin yaşadıqları küçənin girişində içkili vəziyyətdə olmasını demişdir. O əri ilə birlikdə dərhal onların yanına getmişdir. Sahibin yanına çatdıqda qardaşı ona “İradə mənə dəymə, qoy bir az dincəlim” demişdir. O, Sahibin pis vəziyyətdə olduğunu görüb Fizuli və Raufun köməkliyi ilə Sahibi məhlədən gətirdiyi əl arabasının içərisinə uzandırıb evlərinə aparmışlar. Sahib ona dediyi ilk sözlərindən sonra heç nə danışmamış və hansı şəraitdə xəsarət almasını deməmişdir. Onlar Sahibi evlərinə apardıqdan sonra qardaşının üz nahiyəsində xəsarət olduğunu görüb dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə, daha sonrada təcili tibbi yardım olan “103” xidmətinə zəng etmişdir. Bir qədər sonra yaşadıqları ünvana polis əməkdaşları, təxminən saat 3-4 radələrində isə xəstəxanadan göndərilmiş təcili tibbi yardım avtomobili gəlmiş və Sahibi təcili tibbi yardım avtomobili ilə Abbas Səhhət xəstəxanasına təxliyə etmişlər. Sahib xəstəxanaya daxil olduqdan sonra həkimlər onu müayinə edib baş nahiyəsində travma olduğunu demişlər. Rentgen müayinə etdikdən sonra onun baş nahiyəsində hematoma əmələ gəldiyini bildirib həmin rentgen diskini onlara verərək xəstəxanada neyrocərrah olmadığını, vaxt itirməmək üçün Gəncə şəhər özəl xəstəxanalarda fəaliyyət göstərən neyrocərrahların adlarını sadalayaraq həmin diski neyrocərraha təqdim etməli olduqlarını bildirmişlər. Lakin həmin ərəfələrdə başları qarışıq olduğu və Sahibin sağalacağına ümid etdikləri üçün diski həkimlərdən götürüb özəl xəstəxanalardakı neyrocərrahlardan birinə təqdim edə bilməmişlər. Həmçinin diski Abbas Səhhət xəstəxanasına da qaytarmamışlar, həkimlərə də neyrocərrahın qəbuluna getməmələri barədə heç nə deməyib və diski onlara verməyib özlərində saxlamışlar. 29 avqust 2021-ci il tarixdə Sahib Abdullayev müalicədə olduğu Abbas Səhhət xəstəxanasında vəfat etmişdir. İfadəsinin davamı olaraq İradə Nəzərova bildirmişdir ki, ilk əvvəl ona Sahibin yıxıldığını demişlər, o, Sahibi evə gətirmiş, səhəri günü polis çağırmış, qardaşı hadisə günü evdən çıxarkən içkili olmamış, lakin sonradan Sahibin içki içib-içməməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxslə barışmış, şikayət və tələbim yoxdur, yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, o, “YouTube” video portalında “Eliko Production” adlı kanal açaraq müxtəlif mövzulu video paylaşımlar edib, mütəmadi olaraq özünə məxsus kanalda canlı efir açaraq orada müxtəlif musiqiləri fonda səsləndirib ara-sıra müxtəlif mövzular haqqında bəhs etmişdir. Həmin canlını 7/24 formatda, yəni bütün gün ərzində açıq saxlamışdır. 26 avqust 2021-ci il tarixdə həmişə olduğu kimi canlı efiri açıq qoyub səhər saatlarında fəhləliklə məşğul olub qazanc əldə etmək üçün Gəncə şəhərinin çıxışında yerləşən hərbi şəhərciyə yollanmış, orada gün ərzində işləyib təxminən gecə saat 23 radələrində evə qayıdaraq şam yeməyini yeyib “YouTube” sosial şəbəkədəki canlı efirinə daxil olmuşdur. Canlı efirə daxil olduqda orada “Sahib Dost” adlı istifadəçinin “Ay peysər məni niyə bloka atmısan?” cümləsini yazdığını, ardınca da sonuncunun öz mobil nömrəsini yazaraq ona zəng etməsini tələb etdiyini görmüşdür. Canlı efirin idarə etməsinə əsasən ismarıclarda nalayiq ifadələr işlədən şəxslər moderatorlar tərəfindən blok edilərək kənarlaşdırıldığı üçün həmin gün ismarıclarda nalayiq ifadə işlətdiyinə görə Sahib ondan əvvəl moderatorlar tərəfindən canlı efirdən kənarlaşdırılmışdır. O da “Sahib Dost” istifadəçi adı ilə qeydiyyatdan keçmiş və adı sonra ona məlum olan X5 verdiyi mobil telefon nömrəsinə “WhatsApp” proqramı vasitəsi ilə zəng edib sonuncudan “Mənim peysərliyimi harada görmüsən?” deyə soruşduqda, Sahib cavabında onu təhqir etmək istəmədiyini, sadəcə olaraq ona həmin hərəkəti etməməsi ilə bağlı xəbərdarlıq üçün həmin sözü işlətdiyini bildirmişdir. Zəngi bitirdikdən bir neçə dəqiqə sonra Sahibin nömrəsindən onun nömrəsinə “WhatsApp” proqramı vasitəsilə təkrarən zəng gəlmiş və zəng edən şəxs özünü Sahibin qohumu kimi təqdim edərək “Qaqaş fikir vermə, Sahib içkilidir, baş qoşma, nə danışdığını anlamır, gəl bir yerdə oturaq, şokolad alım çay içək, bu söhbəti bağlayaq” demişdir, o da sonuncu ilə razılaşmışdır. Daha sonra Sahibin tanışı olan şəxs “33” saylı xətt marşrutunun sürücüsü olduğunu bildirərək bir daha söhbəti mehribançılıqla bağlamağı xahiş etmiş və onunla “X37”nə gedən yolun sağ hissəsində yerləşən “Şans” ərzaq mağazasının yaxınlığında görüşməyi qərara almışlar. Həmin gün gecə saat 24 radələrində qardaşı Mirruhinlə birlikdə yaşadıqları ünvanın yerləşdiyi küçənin baş tərəfində olan göy rəngli “VAZ 2107” markalı, dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı taksiyə minərək həmin market istiqamətində getmişlər. Yolda olarkən “Bağban” adlı marketin yaxınlığında onlarla qohumluq münasibətlərində olan anasının xalası oğlu Təqsirləndirilən şəxs görmüşlər. Onlar Elmarı gördükdə avtomobili dayandırıb sonuncu ilə söhbət etmişlər və söhbət zamanı Elmara baş vermiş hadisəni danışıb həmin şəxslə görüşmək üçün getdiklərini bildirmişlər. Daha sonra Elmara onlarla birlikdə getməyi təklif etmişlər, sonuncu da onlarla razılaşmışdır. Onlar Elmarla birlikdə “Şans” mağazasının yanına çatdıqdan bir neçə dəqiqə sonra Sahibgildə 3 nəfər olmaqla boz rəngli “KİA” markalı taksi sürücüsü ilə həmin yerə gəlmişlər. O, həmin taksi sürücüsünü əvvəllər də gördüyü üçün sonuncunu qiyabi olaraq tanımışdır. X39 əvvəlcədən tanımamış və sonuncularla tanışlıqları olmamışdır. Onlar Sahibgillə salamlaşdıqdan sonra Füzuli ilə kənara çəkilib söhbət etmişlər. Söhbət zamanı həmin qəsəbədə yaşayan tanışı Məhəmməd də onların yanına gəlmişdir. Bir qədər sonra Elmarla Sahib kənara çəkilib söhbət etmişlər. Daha sonra Elmar onu da yanlarına çağırıb elə onun yanında Sahibdən nə üçün tanımadığı şəxsə qarşı söyüş söydüyünü soruşmuş, lakin Sahib cavab verməmişdir. Bir qədər sonra Sahib mağazanın yanındakı ağacın kölgəliyində dayanmış, həmin an Elmarın Sahiblə üzbəüz dayanmış vəziyyətdə sağ əli ilə Sahibin sifət nahiyəsinin sol tərəfinə bir dəfə zərbə ilə vurmasını görmüşdür. Lakin o, bir az əvvəl söhbət zamanı Elmara təmkinli olmasını, Sahibə qarşı hər hansı güc tətbiq etməməsini bildirmişdir. Zərbənin təsirindən Sahib yerə yıxılmış, baş nahiyəsi asfalt yola dəymiş və zərbənin təsirindən Sahib huşunu itirib bayılmışdır. Onlar köməkli şəkildə Sahibin əl-üzünü yuduqdan sonra sonuncu ayılmış və narahat olmamalarını, hər şeyin qaydasında olduğunu demişdir. Lakin orada Sahibi Elmardan başqa hər hansı şəxs vurmamış, həmçinin Elmar da Sahibin sifət nahiyəsinə zərbə vurarkən əlindən hər hansı kənar predmet olmamışdır. Onlar daha sonra Sahibgili gətirmiş taksi ilə öz yaşadıqları ünvana getmişlər. Taksi sürücüsü onları yaşadıqları ünvana apardıqdan sonra Füzuli ilə Sahibi aparmaq üçün mağazanın yanına qayıtmışdır. Həmin günün səhəri xatırlamadığı nömrədən ona zəng edən şəxs özünü Sahibin iş yoldaşı kimi təqdim edib sonuncunun xəstəxanaya aparıldığını və baxılması üçün pula ehtiyaclarının olduğunu demişdir. O da Elmarın yaşadığı ünvana gedib sonuncuya Sahibin xəstəxanaya yerləşdirildiyini demişdir. Daha sonra onlar birlikdə Elmarın müalicədə olduğu Abbas Səhhət xəstəxanasına getmişlər. Elmarın dostu Araz adlı şəxs də onlarla getmişdir. Xəstəxanaya daxil olduqdan sonra Araz onları kənarda düşürüb Sahibin səhhəti ilə maraqlanmaq üçün xəstəxanaya girmiş və bir qədər sonra Sahibin yaxınları ilə birlikdə onların yanına qayıtmışlar. Sahibin tanışları onun müalicəsi və tibbi dərmanlarının alınması üçün 500 manat məbləğində pul lazım olduğunu demiş, onlar xəstəxanadan qayıtdıqdan sonra da öz aralarında 200 manat pul toplayıb həmin pulu Sahibin tanışlarına verilməsi üçün Araza vermişlər. 29 avqust 2021-ci il tarixdə Sahibin xəstəxanada vəfat etdiyini bilmişdir. İfadəsinin davamı olaraq Elşən İsmayılov bildirmirdir ki, hadisə günü Sahib Abdullayev onun açdığı canlı yayımda ünvanına söyüş söymüş, Təqsirləndirilən şəxs hadisə günü yolda görmüş, olanlar barədə sonuncuya danışmış və onunla getməsini təklif etmiş, Elmar da etiraz etməmiş və birlikdə görüş yerinə getmişlər, Sahib Abdullayevlə mağazanın qarşısında üzbəüz dayanan vaxtı Elmar sağ əli ilə sonuncunun sifət nahiyəsinin sol tərəfinə bir dəfə zərbə endirmiş, daha sonra sonuncu yerə yıxılmış, yıxılan zaman da Sahibin başı asfalta dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 Elşən Zakir oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş X25 da X24 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, X6 əvvəllər tanımamış və sonuncu ilə 26 avqust 2021-ci il tarixdə yaşadıqları küçədə olarkən tanış olmuşdur. Həmin tarixdə axşam saat 22 radələrində yaşadığı küçədə olarkən Sahib Abdullayev küçədə dayanıb telefonla uca səslə danışmış və danışıq zamanı nalayiq ifadələrdən istifadə etmişdir. Ona görə də o, Sahibə yaxınlaşıb ətrafdakı evlərin aynalarının açıq olmasını deyərək sonuncudan bir qədər asta səslə danışmasını xahiş etmişdir. Həmin vaxt Sahibin əlində “GO” adlı spirtli enerji içkisi olmuşdur. O, sonuncuya iradını bildirib getdikdən təxminən yarım saat sonra təkrarən uca səslə danışdığını eşidib Sahibin yanına qayıtmışdır. Söhbət zamanı Sahib ona həmin küçədə bacısıgildə qonaq olduğunu və əslən Şəki rayonundan olduğunu deyib “Türklər” qəsəbəsinin yerini soruşmuşdur. O da Sahibdən həmin qəsəbənin yeri ilə nə üçün maraqlandığını soruşduqda sonuncu ona bir nəfər şəxslə mübahisəsinin yarandığını və həmin qəsəbəyə getmək istədiyini bildirmişdir. O da mübahisəni sonlandırmaq üçün Sahibin telefonunu götürüb sonuncunun telefonla mübahisə etdiyi və adını sonradan bildiyi Elşən adlı şəxslə danışıb Sahibin Gəncə şəhərində qonaq olduğunu, söhbəti mehribançılıqla və barışıqla yekunlaşdırmalarını xahiş etmişdir. Elşən də onunla razılaşmış və görüşüb söhbət etmək üçün görüş yeri olaraq “Şans” ərzaq mağazasının yanını seçmişlər. O, əvvəllər həmin qəsəbənin içərisindən keçən “33” saylı xətt marşrutunda sürücü işlədiyi və qəsəbənin insanları ilə tanışlığı olduğu üçün Sahiblə birlikdə getmişdir. Sahib ondan tanıdığı taksi sürücülərindən birini çağırmasını xahiş etmiş, o da əvvəlcədən tanıdığı və taksi sürücüsü kimi fəaliyyət göstərən Emin Hamletliyə zəng edib çağırmışdır. Bir qədər sonra Emin özünə məxsus boz rəngli “KİA” markalı avtomobillə onların yaşadığı küçəyə gəlib onlarla birlikdə “Şans” ərzaq mağazasının yanına getmişdir. Onlar həmin gün saat 23:00 radələrində “X26” gedən yolun sağ tərəfində yerləşən “Şans” adlı marketin qarşısına çatmışlar. Mağazanın qarşısında olarkən adlarını sonradan bildiyi Elmar və Elşəngil onlara yaxınlaşıb salamlaşdıqdan sonra X43 birlikdə söhbət etmək üçün onların yanından kənara çəkilmişlər. Daha sonra Elmar onların yanına qayıdıb Sahibin özünü idarə edə bilmədiyini və söyüşlə danışdığını demişdir. Həmin ərəfədə Sahib telefonla danışaraq onların yanından kənarlaşıb ərzaq mağazasından sol tərəfdə yerləşən səkinin yanında dayanmışdır. Qısa vaxt sonra Elmar Sahibin yanına gedib bir dəfə yumruqla sonuncunun sifət nahiyəsinə zərbə vurmuş və zərbənin təsirindən Sahib yerə yıxılmış və başı səkiyə və asfalta dəymişdir. Daha sonra Sahib zərbənin təsirindən huşunu itirərək bayılmışdır. Lakin orada Sahibi Elmardan başqa hər hansı şəxs vurmamış, həmçinin Elmar da Sahibin sifət nahiyəsinə zərbə vurarkən əlindən hər hansı kənar predmet olmamışdır. Onlar Sahibin əlüzünə su vurduqdan sonra sonuncu özünə gəlmiş və o, daha sonra taksi sürücüsü Eminlə birlikdə Sahibi yaşadığı ünvana aparmışlar. Onlar yaşadığı evə apararkən yolda Sahib Elmarın ünvanına “peysər” sözü işlətdiyini, buna görə də Elmarın onu vurduğunu demişdir. Onlar yaşadıqları küçənin giriş hissəsində düşüb Sahibi orada yolun kənarındakı daşın üzərində otuzdurmuş, lakin Sahib orada özünü saxlaya bilməyib oturaqlı vəziyyətdə bədənindən nəcis ifraz etmişdir. Onlar bacısına zəng edib Sahibin vəziyyətinin pisləşməsini və gəlib onu aparmalarını demiş, bir qədər sonra da Sahibin onunla qonşuluqda yaşayan bacısı İradə ilə əri Rauf oraya gəlmiş, daha sonra onlar Raufla İradəyə köməklik göstərib əl arabası ilə Sahibi evlərinə aparmışlar. Bacısıgil gəldikdə Sahibin huşu aydın olmuş və hətta bacısına “narahat olma, qoy bir az özümə gəlim sonra evə gedək” demişdir. Həmin gün Sahibgilin yaşadığı ünvana polis əməkdaşları gəlmiş və sonuncunu xəstəxanaya aparmışlar. 29 avqust 2021-ci il tarixdə isə X44 xəstəxanasında vəfat etdiyini eşitmişdir. İfadəsinin davamı olaraq Füzuli Cəfərov bildirmişdir ki, o, küçədə olan zaman Sahib telefonda kiminləsə danışıb söyüş söymüş, Sahib Elmarla da söhbət edən zaman sonuncuya söyüş söymüş, Elmar da yumruqla Sahibə bir dəfə zərbə endirmiş, zərbənin təsirindən Sahib yerə yıxılmış, başı səkiyə və sasfalta dəymiş, Sahibin baş nahiyəsində azca qan olmuşdur. Onlar zərbədən sonra əl-üzünü yuyarkən Sahib özü “söyüş söydüm, o, da məni vurdu, olan şeydir” demişdir. Sahibin vəziyyəti normal olmuş, sonuncu ayaq üstə sərbəst dayanmış, lakin hərəkətlərindən içkili olduğu hiss olunmuşdur. Hadisədən sonra o, Sahiblə küçənin giriş hissəsində düşmüş, sonuncu özünə “GO” adlı spirtli enerji içkisi alıb içmiş və orada yolun kənarında əyləşmişdir. Sahib orada olan zaman telefonuna baxaraq nəsə axtarmış və telefonunu ona verərək bacısına zəng edib çağırmasını istəmişdir. Sahibin söhbəti Elşənlə olmuş, Elmar isə onları bir böyük kimi sakitləşdirmək istəmişdir. Elmar Sahibi vurmamışdan əvvəl o sonuncuya “gəl gedək” demiş, lakin Sahib gəlməmişdir. Sahib sərxoş olsa da ayaq üstə normal dayanmış, lakin çoxlu nalayiq ifadələr işlətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X29 ifadəsində göstərmişdir ki, istifadəsində olan “KİA RİO” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 26 avqust 2021-ci il tarixdə axşam saat 24 radələrində əvvəlcədən tanıdığı X20 ona zəng edib taksi lazım olduğunu deyərək Kəpəz rayonunda yerləşən Üzeyir Hacıbəyli küçəsinin ana yola çıxan hissəsinə gəlməsini, oradan da Natəvan qəsəbəsinə gedəcəklərini bildirmişdir. O da həmin ünvana getmişdir. Ünvana çatdıqda Füzuli ilə birlikdə adını sonradan bildiyi Sahib Abdullayevi götürüb Natəvan qəsəbəsində yerləşən “Şans” ərzaq mağazasının qarşısına getmişdir. Yol boyunca Füzuli ön sərnişin oturacağında, Sahib Abdullayev isə arxa sərnişin oturacağında əyləşmiş və avtomobildə onların üçündən başqa heç kim olmamışdır. Onlar “Şans” ərzaq mağazasının yanına çatdıqda Sahiblə Füzuli avtomobildən düşmüş, o isə avtomobili sürüb yolun hərəkət hissəsinin kənarında saxlamış və onları müşahidə etməyə başlamışdır. Füzuli ilə Sahib avtomobildən düşüb mağazanın qarşısında dayanmış 3-4 nəfər şəxslə görüşüb söhbət etməyə başlamışlar. Sahib oradakı şəxslərlə söhbət etdikdən sonra onun yanına gəlib “otur sür gedək” demiş, lakin sonradan fikrini dəyişib avtomobilə minməmiş və bir qədər irəli gedib mağazanın yanındakı səkidə dayanaraq telefonla uca səslə danışmağa başlamışdır. Bir qədər sonra o, Sahibin yerdə uzandığını görmüşdür. Sahib huşunu itirmişdir. Füzuli ilə Elmar su ilə Sahibin əl-üzünü yuduqdan sonra sonuncu ayılmışdır. Onlar köməkli şəkildə Sahibi yolun kənarındakı səkiyə əyləşdirmişlər. O, ilk öncə öz maşını ilə Elmargili Samux rayonu Bağbanlar kəndinə aparıb düşürmüş, daha sonra isə “Şans” ərzaq mağazasının yanına qayıdaraq Füzuli ilə Sahibi yaşadıqları ünvana qaytarmışdır. İfadəsinin davamı olaraq Emin Hamletli bildirmişdir ki, o, Elmarın Sahibi vurmasını görməmiş, Sahib onun yanına gələndə hal pis olmuş, onlar Sahibin üzünə su vurmuş, Füzuli sonuncunun əl üzünü yumuş, daha sonra o Füzuli ilə birlikdə Sahibi evlərinə aparmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X23 X47 Gəncə şəhər şöbəsinin 29 avqust 2021-ci il tarixli, 53 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki: 1) Mərhum S.Abdullayevin meyitinin məhkəmə-tibbi müayinəsi zamanı bədənində aşağıdakı xəsarətlər - sağ gicgah-ənsə nahiyəsinin geniş sahəli epidural hematoması, sağ gicgah əzələsinin və dərialtı yumşaq toxumaların hematoması ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sol gicgah nahiyəsinin sıyrıqlı qançırı, sağ göz yuvasının iç bucaq nahiyəsinin, üst dodağın sol yarısının selikli səthinin, alt dodağın sol yarısının selikli səthinin alt damağa keçən qançırları, burun əsasının, sağ dirsək oynağının arxa səthin və sağ baldırın aşağı 1/3-nin ön səthinin sıyrıqları vardır. Qeyd olunan xəsarətlər həyatidirlər, küt mexanizmdən, bərk küt əşyanın təsirindən törənmişlər, məhkəmə-tibbi əlamətlərinə görə sağ baldırın aşağı 1/3-nin olan sıyrıqlar mərhumun ölümündən 3-5 sutka, digər xəsarətlər isə 2 sutka əvvəl əmələ gəlməyə uyğundurlar, eyni yetirilmə mexanizminə aid olduğundan sağ gicgah-ənsə nahiyəsinin geniş sahəli epidural hematoması, sağ gicgah əzələsinin və dərialtı yumşaq toxumalarının hematoması ilə müşayiət olunan qapalı kəllə-beyin travması yetirilən anda həyat üçün təhlükəli olmaqla ölümlə nəticələnən AĞİR zərər vurmaya aid edilir, digər xəsarətlər isə ümumilikdə canlı şəxslərdə sağlamlığın pozulmasına səbəb olmadığından dərəcələri təyin edilmir. 2) X1 ölümünə birbaşa səbəb sağ gicgah-ənsə nahiyəsinin geniş sahəli epidural hematoması, sağ gicgah əzələsinin və dərialtı yumşaq toxumaların hematoması ilə əlaqədar baş beyin sıxılması olmuşdur, adına tərtib edilmiş 5271 nömrəli xəstəlik tarixində qeyd olunanlara əsasən mərhumun ölümü xx.xx.2021-ci il tarixdə saat 12:30 dəqiqədə baş vermişdir. 3) X1 məhkəmə-tibbi müayinəsi zamanı bədənində aşkar olunan xəsarətlərin yerləşmə nahiyələrinə və xarakterlərinə görə qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə üst, alt dodaqların selikli səthlərində olan qançırlar sol yanaq nahiyəsinə yetirilmiş zərbənin təsirindən, sağ gicgah-ənsə nahiyəsinin geniş sahəli epidural hematoması, sağ gicgah əzələsinin və dərialtı yumşaq toxumaların hematoması ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sağ dirsək oynağının arxa səthinin sıyrığı isə həmin zərbə hesabına öz boyu hündürlüyündən yıxılması zamanı sağ gicgah nahiyəsinin hamar səthli beton-asfalt örtüklü səkiyə dəyməsi nəticəsində əmələ gəlməyə uyğundurlar. 4) X1 məhkəmə-tibbi müayinəsi zamanı bədənində aşkar olunan digər xəsarətlərin (sol gicgah nahiyəsinin sıyrıqlı qançırı, sağ göz yuvasının iç bulaq nahiyəsinin qançırı və burun əsasının sıyrığı) şəxsin öz boyu hündürlüyündən yıxılması nəticəsində həmin nahiyələrin bardur və ona bitişik asfalt örtüyə dəyməsi nəticəsində əmələ gəlmələri mümkün deyildir. Belə ki, qeyd olunan xəsarətlərin xarakterlərinə görə qərarın təsviri hissəsində göstərilən şəraitdə yıxılaraq aldığı qapalı kəllə-beyin travmasından sonra qısa müddətli huşun itirilməsi ilə əlaqədar yarana bilən qeyri-adekvat hərəkətləri və ona göstərilən ilk yardım zamanı həmin nahiyələrin müxtəlif küt əşyalara dəyməsi nəticəsində də əmələ gəlməsi mümkündür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X23 X47 komisyon məhkəmə-tibbi ekspertizasının 03 dekabr 2021-ci il tarixli, 974/KEŞ nömrəli rəyindən görünür ki: 1) “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X47 Gəncə şəhər şöbəsi tərəfindən X5 adına verilmiş xx.xx.2021-ci il tarixli, 53 saylı rəyin nəticə hissəsi təsviri hissəsinə uyğun və əsaslı tərtib edilmişdir. 2) Sahib Abdullayevin xx.xx.2021-ci il tarixdə saat 06:15 radələrində TTY vasitəsilə yaşadığı evdən “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X47ə təxliyə edilməsi Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. 3) “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X47də X5 adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, ona “QKBT. Baş beynin sağ gicgah-təpə ənsə nahiyəsinin geniş sahəli epidural hemotaması, beyin qansızması, baş beynin dislokasiyası, əzilməsi, ödemi, serebral koma. Sağ baldırın aşağı 1/3-nin və burun nahiyəsinin çapıqlaşmış yarası” diaqnoza uyğun olaraq müvafiq müalicələr aparılmış, lakin almış olduğu travmanın ağırlığı adekvat müalicə tədbirlərinə tabe olmamış və sonda bioloji ölümə gətirib çıxarmışdır. 4) Sahib Abdullayevin meyiti müayinə olunmuş və onun ölümünə səbəb sağ gicgah-ənsə nahiyəsinin geniş sahəli epidural hematoması, sağ gicgah əzələsinin və dərialtı yumşaq toxumaların hematoması ilə əlaqədar baş beyin sıxılmasının olduğu müəyyən edilmişdir ki, bununla da, aparılmış müalicələrdə baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 22 noyabr 2021ci il tarixli, 703/233 nömrəli kompleks məhkəmə-psixiatriya və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik keçirməmişdir. O, halhazırda heç bir xroniki psixiki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuş, yəni “ANLAQLİ” olmuşdur. Təqsirləndirilən şəxs hazırki ekspertiza zamanı da öz hərəkətlərini ölçüb-biçmək, əməlinin faktiki xarakterini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 04 dekabr 2021-ci il tarixli, 1504 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “şübhəli şəxsin tutulması, barəsində axtarış elan edilməsi və istintaqa təqdim edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizləndiyi və çağırışa gəlməkdən boyun qaçırdığı üçün 02 sentyabr 2021-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə şübhəli şəxs kimi tanınaraq barəsində axtarış elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 07:00 dəqiqədə Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Yevlax rayonu ərazisində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutularaq Gəncə şəhər Baş Polis İdarəsinin X31 təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 4(043)-177/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay 24 (iyirmi dörd) gün müddətinə, yəni 29 dekabr 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə elan edilmiş ittihama dəyişiklik edilərək ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 4(043)-241/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 (on beş) gün müddətinə, yəni 29 dekabr 2021-ci il tarixdən 14 yanvar 2022-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “hadisə yerinə baxış keçirilməsi haqqında” 30 avqust 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Gəncə şəhəri Kəpəz rayonunun ərazisində yerləşən, “X26” gedən avtomobil yolundakı “Natəvan” qəsəbəsindəki “Şans” ərzaq mağazası ilə üzbəüz dayanmış vəziyyətdə həmin ərzaq mağazasının sol künc divarından sol tərəfdə yerləşən asfalt örtüklü səkidəki ağacın kölgəliyidir. Hadisə yerinə baxış mərkəzdən ətrafa doğru aparılmaqla həyata keçirilmiş, hadisə yerinin müayinəsi zamanı yerini dəyişməyən obyekt kimi ölçülər “Şans” ərzaq mağazası ilə üzbəüz dayandıqda şərti olaraq 1 rəqəmi ilə işarələnmiş sol künc divarından hesablanılmışdır. Hadisə baş verdiyi bardurdan və asfalt örtüklü səkidən “Şans” ərzaq mağazasının sol künc divarına qədər olan məsafə 7 metr, yolun hərəkət hissəsinin eni 13 metr olmuş, yolun hərəkət hissəsi asfalt örtüklü olmuş, hadisə baş verdiyi yerdə yolun hərəkət hissəsinin çiynində 20 sm hündürlüyündə beton materialdan olan bardur olmuş, bardurdan sonra isə 150 sm enində piyada səkisi olmuş, hadisə baş verdiyi ağacın kölgəliyindən də bardura qədər olan məsafə 81 sm olmuşdur. Hadisə yerinə baxış zamanı “Şans” ərzaq mağazasının sol dam örtüyündə bir ədəd müşahidə kamerasının olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “meyitə baxış keçirilməsi haqqında” 29 avqust 2021-ci il tarixli protokoldan görünür ki, X5 meyitinin xarici müayinə zamanı sağ gicgah nahiyəsini əllədikdə yumşaq konsistensiyalı zəif şişkinlik müəyyən olunur. Sol gicgah nahiyəsində köndələn çəp istiqamətdə üzərində kiçik ölçülü sıyrıqlar olan 3,0 x 0,4 sm, sağ göz yuvasının iç bucaq nahiyəsində 2,0 x 1,5 sm ölçülərdə, bənövşəyimtil rənglərdə, üst dodağın sol yarısının selikli səthində 2,0 x 0,8 sm ölçülərdə qırmızımtıl-bənövşəyimtil rənglərdə, qeyri-müəyyən formalı qançırlar, burun əsasında 0,5 x 0,5 sm, sağ dirsək oynağının arxa səthində 1,0 x 0,8 ölçülərdə, üzərləri ətraf dəri səviyyələrindən yuxarıda yerləşmiş, nazik qırmızımtıl rəngdə, sağ baldırın aşağı 1/3 -nin ön səthində 1,5 x 0,7 sm ölçüdə, üzəri ətraf dəri səviyyəsindən yuxarıda yerləşmiş, qalın qonurumtul rəngdə sıyrıqlar, hər iki dirsək çuxurlarında 0,1 sm diametrlərində nöqtə şəkilli yaralar, tibbi iynə izləri vardır. Meyitin xarici müayinəsi zamanı digər xəsarət və onun izləri aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2021-ci il tarixdə statistin iştirakı ilə foto və videoçəkiliş aparılmaqla keçirilmiş ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı 05 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində verdiyi, 06 sentyabr 2021-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini tam təsdiq edərək 26-27 avqust 2021ci il tarixdə X8 ilə mübahisə etdikləri yeri, Sahib Abdullayevlə mübahisə zəminində hər ikisinin duruş vəziyyətini və sonuncuya yumruq zərbəsi vurmaqla sağlamlığına zərər yetirdiyi yeri, habelə bununla bağlı baş vermiş hadisə üzrə bütün əhəmiyyət kəsb edən digər xüsusatları əyani şəkildə nümayiş etdirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “şahidin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, iş üzrə şahid qismində dindirilmiş X20 30 avqust 2021-ci il tarixdə foto və videoçəkiliş aparılmaqla keçirilmiş ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı ibtidai istintaq dövründə verdiyi ifadəsini tam təsdiq edərək 26-27 avqust 2021-ci il tarixdə X8 ilə birlikdə Gəncə şəhəri Kəpəz rayonu, Natəvan qəsəbəsi ərazisində yerləşən “Şans” ərzaq mağazasının yanına getdikləri yeri, mübahisə zəminində Təqsirləndirilən şəxs Sahib Abdullayevin sağlamlığına zərər vurduğu yeri, zərbənin təsirindən Sahib Abdullayevin yıxılaraq huşunu itirdiyi yeri, həmçinin mübahisədən sonra Sahib Abdullayevi bacısıgilə təhvil verdiyi yeri, habelə bununla bağlı baş vermiş hadisə üzrə bütün əhəmiyyət kəsb edən digər xüsusatları əyani şəkildə nümayiş etdirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “şahidin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, iş üzrə şahid qismində dindirilmiş X24 30 avqust 2021-ci il tarixdə foto və videoçəkiliş aparılmaqla keçirilmiş ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı ibtidai istintaq dövründə verdiyi ifadəsini tam təsdiq edərək 26-27 avqust 2021-ci il tarixdə X8 ilə birlikdə Gəncə şəhəri Natəvan qəsəbəsi ərazisində yerləşən “Şans” ərzaq mağazasının yanında dayanıb söhbət etdikləri yeri, mübahisə zəminində Təqsirləndirilən şəxs Sahib Abdullayevə yumruq zərbəsi ilə vurub onun sağlamlığına zərər vurduğu yeri, zərbənin təsirindən Sahib Abdullayevin yıxılaraq huşunu itirdiyi yeri, habelə bununla bağlı baş vermiş hadisə üzrə bütün əhəmiyyət kəsb edən digər xüsusatları əyani şəkildə nümayiş etdirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “şahidin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, iş üzrə şahid qismində dindirilmiş X15 30 avqust 2021-ci il tarixdə foto və videoçəkiliş aparılmaqla keçirilmiş ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı ibtidai istintaq dövründə verdiyi ifadəsini tam təsdiq edərək 26-27 avqust 2021-ci il tarixdə X8 ilə birlikdə Gəncə şəhəri Natəvan qəsəbəsi ərazisində yerləşən “Şans” ərzaq mağazasının yanında dayanıb söhbət etdikləri yeri, mübahisə zəminində Təqsirləndirilən şəxs Sahib Abdullayevə yumruq zərbəsi ilə vurub onun sağlamlığına zərər vurduğu yeri, zərbənin təsirindən Sahib Abdullayevin yıxılaraq huşunu itirdiyi yeri, habelə bununla bağlı baş vermiş hadisə üzrə bütün əhəmiyyət kəsb edən digər xüsusatları əyani şəkildə nümayiş etdirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “şahidin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, iş üzrə şahid qismində dindirilmiş X25 30 avqust 2021-ci il tarixdə foto və videoçəkiliş aparılmaqla keçirilmiş ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı ibtidai istintaq dövründə verdiyi ifadəsini tam təsdiq edərək 26-27 avqust 2021-ci il tarixdə X8 ilə birlikdə Gəncə şəhəri Natəvan qəsəbəsi ərazisində yerləşən “Şans” ərzaq mağazasının yanında dayanıb söhbət etdikləri yeri, mübahisə zəminində Təqsirləndirilən şəxs Sahib Abdullayevə yumruq zərbəsi ilə vurub onun sağlamlığına zərər vurduğu yeri, zərbənin təsirindən Sahib Abdullayevin yıxılaraq huşunu itirdiyi yeri, habelə bununla bağlı baş vermiş hadisə üzrə bütün əhəmiyyət kəsb edən digər xüsusatları əyani şəkildə nümayiş etdirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “şəxsin icazəsi ilə götürmə aparılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, X4 təqdim etdiyi istifadəsində olmuş “REDMİ MİA 2 LİTE” markalı mobil telefon müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, X4 təqdim etdiyi “REDMİ MİA 2 LİTE” markalı mobil telefona baxış zamanı telefonun “qalereya” bölməsində 26 avqust 2021-ci il tarixdə E.Z.İsmayılova məxsus “YouTube” kanalında X5 canlı söhbət mətnlərinin ekran görüntüsü vasitəsilə çəkilməsi, fotoşəkilin yaddaşda saxlanılması, həmin fotoşəkilə əsasən E.Z.İsmayılovun “YouTube” internet portalında istifadəçi adı “Eliko Production” adı ilə qeydiyyatda keçməsi, 26 avqust 2021-ci il tarixdə E.Z.İsmayılovun “Eliko Production” adı ilə qeydiyyatda keçmiş “YouTube” internet kanalında aparılan yazışmalar zamanı X8 həmin gün saat 23:09 dəqiqədə “Dost Sahib” istifadəçin adı ilə qeydiyyat keçmiş hesabı ilə “Eliko götün çatmır peysərlik edirsən kişisense yığ haqsız blok edirsen he ne qeder blok etsen xeyri yox xama sene dedimki yığ meni 055 615 84 48” ismarıc göndərməsi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “kompyuter yaddaşına baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, “Şans” ərzaq mağazasının müşahidə kamerasının 26-27 avqust 2021-ci il tarixlərdə qeydə alınmış videogörüntülərinə baxış zamanı X14, X9, X16 və Təqsirləndirilən şəxs 26 avqust 2021-ci il tarixdə saat 23:49-da “Şans” ərzaq mağazasının qarşısında X20 və X8 ilə salamlaşıb sakit qaydada söhbətə başladıqları, sonra mağaza ilə üzbəüz dayandıqda sol tərəfdə yerləşən avtoyuma məntəqəsinə tərəf gedərək orada söhbətə davam etdikləri, saat 23:53:33 dəqiqədə Sahib Abdullayevin telefonla danişaraq “Şans” ərzaq mağazasının qarşısından "X27" gedən istiqamətdə tək piyada şəkilində irəlilədiyi, digər şəxslərin isə mağazanın qarşısında söhbətə davam etdikləri, saat 23:55:00 dəqiqədən etibarən Təqsirləndirilən şəxs Sahib Abdullayevin arxasinca getdiyi, saat 23:55:00 dəqiqədə isə oradaki şəxslərin mağazanın qarşısına gəlib Sahib Abdullayevi ayıltmaq üçün su axtardıqları, saat 23:56:30 dəqiqədə X10 mağazanın qarşısındaki şlanqdan su doldurub Sahib Abdullayevin sonuncu dəfə getdiyi istiqamətdə qaçması, saat 23:56:52 dəqiqədən saat 23:57:00 dəqiqəyədək X10 X20 ilə birlikdə təkrarən əlindəki stəkana mağazanın qarşisındaki şlanqdan su doldurub Sahib Abdullayevin sonuncu dəfə getdiyi istiqamətdə qaçmaları, 27 avqust 2021-ci il tarixdə saat 00:10:26 dəqiqədə X12 əlində su qabı ilə mağazanın qarşısında dayanıb X29 ilə danışdığı, 27 avqust 2021-ci il tarixdə saat 00:10:51 dəqiqədə X19 istifadəsində olan boz rəngli "KİA RİO" markali avtomobillə mağazanın qarşısından sürüb kənarlaşdığı müəyyən edilmişdir. Lakin kamerada hadisənin baş vermə şəraiti qeydə alınmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Samux Şəhər Mərkəzi Xəstəxanasi” X47 xx.xx.2021-ci il tarixli, 407 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Samux RMX PHŞ-in narkoloji və psixonevroloji kabinetlərdə dispanser qeydiyyatda yoxdur və Samux RMX PHŞ-ə ambulator və stasionar müraciət etməyib. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 213 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicə olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2021-ci il tarixli, 6389 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2021-ci il tarixli, 6388 saylı arayışından görünür ki, X8 həmin dispanserdə qeydiyyatda durmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2021-ci il tarixli, 5818 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2021-ci il tarixli, 5819 saylı arayışından görünür ki, X8 həmin dispanserdə qeydiyyatda durmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublikası Psixiatriya Xəstəxanası” X47in xx.xx.2021-ci il tarixli, 8115 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicə olunmamış və qeydiyyatda durmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən daxil olmuş xx.xx.2021ci il tarixli, xx/xx-10576 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicə olunmamışdır və qeydiyyatda durmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Samux Rayon Təhsil Şöbəsindən 12 oktyabr 2021-ci il tarixli, 00-01-138/16 nömrəli müşayiət məktubuna əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs orta təhsil müəssisəsindən müsbət cəhətdən xarakterizə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Kəpəz RİH başçısının Natəvan QƏDÜN-nin xx.xx.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilmişdir. Məhkəmə istintaqı zamanı xx.xx.2023-cü il tarixdə zərərçəkmiş şəxsin hüquqi varisi X11 notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli ittiham olunduğu CM-in 126.3-cü maddəsindən həmin Məcəllənin ehtiyatsızlıqdan adam öldürməni nəzərdə tutan 124.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 126.3-cü madəsinin dispozisiyasında göstərilmişdir ki, bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda bu cinayət əməli sayılır. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, qəsdən sağlamlığa ağır zərər vurma zamanı baş verən ölüm təqsirkarın əməlinin sonrakı nəticəsidir. Onun əməlinin ilkin nəticəsi məhz CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş əlamətlərdən biri üzrə müəyyən edilən sağlamlığa vurulmuş ağır zərərdir. Baş vermiş ölüm isə artıq sağlamlığa vurulmuş ağır zərərin nəticəsidir. Bu isə o deməkdir ki, əməlin CM-nin 126.3-cü maddəsi ilə tövsif edilməsi üçün ilk əvvəl əməldə CM-nin 126.1 və ya 126.2-ci maddələrinin tərkib əlamətləri olmalı, daha sonra isə qeyd edilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmalıdır. Yəni sağlamlığa vurulmuş ağır zərərlə baş vermiş ölüm arasında birbaşa səbəbli əlaqə olmalıdır. Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyekti insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir, obyektiv cəhəti isə başqa şəxsin sağlamlığına ağır zərər vurulmasından ibarətdir. Bununla belə hazırki cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəmi bir dəfə üzbəüz dayanan zaman zərərçəkmiş Sahib Abdullayevə sol yanaq nahiyəsinə yumruqla zərbə yetirmiş və həmin zərbənin təsiri nəticəsində sonuncuya ümumilikdə canlı şəxslərdə sağlamlığın pozulmasına səbəb olmadığından dərəcəsi təyin edilməyən üst dodağın sol yarısının selikli səthinin və alt dodağın sol yarısının selikli səthinin alt damağa keçən qançırları xəsarətini yetirmişdir. Qeyd edilən hal həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm iş üzrə şahid qismində dindirilmiş X14, X9, X16, X12 və X19 ifadələri, həm də ki işdə olan 29 avqust 2021-ci il tarixli, 53 nömrəli məhkəmə-tibbi ekspertizasının və komisyon məhkəmə-tibbi ekspertizasının 03 dekabr 2021-ci il tarixli, 974/KEŞ nömrəli rəyləri ilə tam təsdiq olunmuşdur. Hətta 29 avqust 2021-ci il tarixli, 53 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyində göstərilmişdir ki, X1 məhkəmə-tibbi müayinəsi zamanı bədənində aşkar olunan üst, alt dodaqların selikli səthlərində olan qançırlar sol yanaq nahiyəsinə yetirilmiş zərbənin təsirindən əmələ gəlməsinə uyğundur. Göründüyü kimi Təqsirləndirilən şəxs cəmi bir dəfə Sahib Abdullayevə zərbə vurmuş və həmin zərbə nəticəsində sonuncunun sağlamlığına ağır zərərvurmaya aid xəsarətlər deyil, məhz ümumilikdə canlı şəxslərdə sağlamlığın pozulmasına səbəb olmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş və qeyd edilən xəsarətlərlə ölüm arasında birbaşa səbəbli əlaqə yoxdur. Sahib Abdullayevin ölümünə səbəb olan aldığı ağır zərərvurmaya aid sağ gicgah-ənsə nahiyəsinin geniş sahəli epidural hematoması, sağ gicgah əzələsinin və dərialtı yumşaq toxumalarının hematoması ilə müşayiət olunan qapalı kəllə-beyin travması xəsarətləri isə sonuncunun sərxoş olması və Təqsirləndirilən şəxs onun sol yanaq nahiyəsinə cəmi bir dəfə zərbə yetirdikdən sonra müvazinəti itirib öz boyu hündürlüyündən yıxılması zamanı sağ gicgah nahiyəsinin hamar səthli beton-asfalt örtüklü səkiyə dəyməsi nəticəsində əmələ gəlmişdir. Qeyd edilən hal məhkəmə-tibb ekspertizasının rəyi ilə öz təsdiqini tapmışdır. Bundan başqa, CM-nin 126.3-cü maddəsində sağlamlığa ağır zərərvurmaya münasibətdə şəxsin təqsiri qəsddən ibarətdir. CM-nin 124.1-ci maddəsində nəzərdə tutulmuş ehtiyatsızlıqdan adam öldürmə zamanı isə cinayət törədən şəxsin təqsiri yalnız ehtiyatsızlıqdan ibarətdir, yəni o, nəinki ölümün baş verəcəyini, hətta zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulacağını da qabaqcadan görmür, lakin lazımı diqqət və ehtiyatlıq göstərərək baş verəcək nəticəni qabaqcadan görməli idi və görə bilərdi. Şəxsin cinayəti təqsirli olaraq törətməsi onu törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk edib-etməməsi, əgər dərk etmirsə dərk etməli olub-olmamasında ifadə olunur. Şəxs əməli təqsirin qəsd formasında törədirsə onda o, öz əməlin ictimai təhlükəli olduğunu, yəni əməlin obyektinin və obyektiv cəhətlərinin elementlərini (ictimai təhlükəli hərəkət və ya hərəkətsizlik, ictimai-təhlükəli nəticə, səbəbli əlaqə, cinayətin törədilmə üsulu, şəraiti və s.) dərk edir. Əgər şəxs öz əməlinin obyektiv əlamətlərindən hər-hansı birini dərk etmirsə onda onun əməlində qəsd istisna olunur və bu zaman artıq şəxsin həmin obyektiv əlaməti dərk etməli olub-olmadığı araşdırılmalıdır. Bununla belə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Sahib Abdullayevi əvvəllər tanımamış, sonuncu ilə aralarında əvvəllər münaqişə, ədavət və ya düşmənçilik olmamış, hadisə vaxtı da həyatdan məhrum etmək fikri olmamış, ümumiyyətlə o, Sahib Abdullayevə yumruqla vurub zərbə endirərkən sonuncunun yıxılaraq başının yer səthinə dəyməsi nəticəsində ağır dərəcəli bədən xəsarəti almasını və bunun nəticəsində həyatdan məhrum oluna biləcəyəni dərk etməmişdir. Onun niyyəti ancaq Sahib Abdullayevi yumruqla vuraraq xəsarət yetirmək olmuşdur ki, həmin zərbə, yəni sol yanaq nahiyəsinə yetirilən zərbə bilavasitə Sahib Abdullayevin ölümünə səbəb olmamışdır. Təqsirləndirilən şəxs yetirdiyi yumruq zərbəsinin nəticəsində Sahib Abdullayevin yerə yıxılaraq ağır dərəcəli bədən xəsarəti alması imkanını qabaqcadan görməsi və həmin nəticəni arzu edərək şüurlu şəkildə buna yol verməsi halında onun CM-in 126.3-cü maddəsi ilə məsuliyyətə cəlb olunması mümkündür ki, iş üzrə də bu cür hallar müəyyən olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Sahib Abdullayevə bilavasitə sol yanaq nahiyəsinə yumruq vuraraq yetirdiyi xəsarət üst və alt dodaqların selikli səthlərində olan qançırlara səbəb olmuş və X38n sol yanaq nahiyəsinə zərbə ilə vurarkən sonuncunun yıxılaraq başının yer səthinə dəyib ağır dərəcəli bədən xəsarəti almasından ibarət nəticələrin baş verməsini görməli və görə bilməli olduğu halda həmin nəticələrə ehtiyatsızlıqdan yanaşaraq onları görməmişdir. Məhkəmənin yuxarıda gəldiyi nəticələr iş üzrə təyin edilmiş komisyon və məhkəmətibb ekspertizalarının rəyləri ilə də təsdiq edilmişdir. Belə ki, iş materiallarında olan 29 avqust 2021-ci il tarixli, 53 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyində göstərilmişdir ki, sağ gicgah əzələsinin və dərialtı yumşaq toxumaların hematoması ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sağ dirsək oynağının arxa səthinin sıyrığı isə həmin zərbə hesabına öz boyu hündürlüyündən yıxılması zamanı sağ gicgah nahiyəsinin hamar səthli beton-asfalt örtüklü səkiyə dəyməsi nəticəsində əmələ gəlməyə uyğundurlar. Qeyd edilən ekspert rəyində göstərilən nəticə komisyon məhkəmə-tibbi ekspertizasının 03 dekabr 2021-ci il tarixli, 974/KEŞ nömrəli rəyi ilə tam təsdiq olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs bir yumruq zərbəsi nəticəsində Sahib Abdullayevə yetirdiyi ümumilikdə canlı şəxslərdə sağlamlığın pozulmasına səbəb olmadığından dərəcəsi təyin edilməyən xəsarətlər sonuncunun ölümünə səbəb olmamışdır. 29 avqust 2021-ci il tarixli, 53 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyində də göstərilmişdir ki, Sahib Abdullayevin ölümünə birbaşa səbəb sağ gicgah-ənsə nahiyəsinin geniş sahəli epidural hematoması, sağ gicgah əzələsinin və dərialtı yumşaq toxumaların hematoması ilə əlaqədar baş beyin sıxılması olmuşdur. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 26.3-cü maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, bu Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Beləliklə məhkəmə tərkibi, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti, həmçinin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb CM-in 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 124.1ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti qeyd edilən maddənin sanksiyasında göstərilən daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulan ehtiyatsızlıqdan adam öldürmə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən maddənin sanksiyasından göründüyü kimi azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi üç ildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - məntəqə tipli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 4(043)-177/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay 24 (iyirmi dörd) gün müddətinə, yəni 29 dekabr 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs bu günədək davamlı olaraq həbsdə saxlanılır. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 05 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 05 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-22/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-22/2023
07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver