Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-220/2020 01.10.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X10 Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1996-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla tutulanadək həmin ünvanda yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2020-ci ilin mart-aprel ayları ərzində ətrafındakı dostlarının onunla görüşmək təklifindən mütəmadi olaraq imtina etməsinin səbəblərini axtararkən dostlarının onunla görüşdən yayınmasının tanışı Zərərçəkmiş şəxs bir neçə il əvvəl onu və vəfat etmiş atası X4 guya nalayiq ifadələrlə təhqir etməsi və bu səbəbdən barəsində mənfi ictimai rəyin formalaşması ilə əlaqədar olduğu qənaətinə gələrək xx.xx.2020-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, D. Qorqud küçəsi, 40 saylı binanın qarşısına gedib sakit tərzdə sonuncunun illər öncə onu və atasını təhqir edib-etmədiyini aydınlaşdırmaq əvəzinə, öz şəxsiyyətini sonuncunun şəxsiyyətinin fövqündə qoyub özünün uydurma mülahizələrini cinayət törətmək üçün bəhanə edib heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədi ilə sonuncunun yaşadığı binanın qarşısında təklikdə durmasını öz cinayətkar niyyətini həyata keçirmək üçün əlverişli şərait kimi qiymətləndirib, Zərərçəkmiş şəxs arxadan yaxınlaşaraq adını səsləyib əynindəki şalvarın sağ yan cibində gəzdirdiyi, soyuq silah hesab edilməyən bıçağı çıxararaq həmin bıçaqla üzərinə hücum edib bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr vurub Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilən qarın nahiyəsinin ön səthində sağda yerləşən, nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan 1 ədəd daxilə keçən yara, hər biri ayrı-ayrılıqda sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilən döş qəfəsinin ön səthində sağda 1 ədəd, qarın nahiyəsinin ön səthində solda 1 ədəd, sağ sağrı nahiyəsində 1 ədəd və sağ bud nahiyəsində 1 ədəd daxilə keçməyən yaralar, ümumilikdə 5 ədəd kəsilmiş-deşilmiş yara xəsarətləri yetirərək Zərərçəkmiş şəxs müqavimət göstərməsi, ətrafda olan şəxslərin münaqişənin qarşısını almaq üçün onlara müdaxilə etməsi, habelə zərərçəkmiş şəxsə vaxtında ixtisaslı tibbi yardım göstərilməklə həyatının xilas olunması ilə əlaqədar, yəni öz iradəsindən asılı olmayan səbəblərə görə bilavasitə sonuncunu qəsdən öldürməyə yönəlmiş ictimai təhlükəli əməllərini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə dostlarının ondan uzaqlaşmasının, ünsiyyətdən qaçmaqlarının səbəbini fikir edərək narahat olmuş və bunun səbəbini fikir edəndə ağlına bir neçə il əvvəl tanışı Zərərçəkmiş şəxs onu və atasını nalayiq söyüşlə təhqir etməsi yadına düşmüşdür. Lakin o, artıq hadisədən sonra başa düşmüşdür ki, Tural həmin zaman onu söyməmişdir. O, gecəni yatmamış əsəbi və gərgin olaraq bunu fikir edərək qərara gəlmişdir ki, Turalıdan qisas alsın. Bunun üçün səhər saatları təxminən 11- 12 radələrində evdən meyvə tərəvəz kəsmək üçün aldığı qara rəngdə açılıb-qatlanan bıçağı götürərək evdən çıxıb yol üstü mağazadan pivə alaraq bir-iki qurtum içərək Turalın yaşadığı ünvana doğru getmişdir. D.Qorqud küçəsi, M.Bağırov küçəsinin kəsişməsində olan zaman Turalı binalarının qarşısında görmüş, Turalın yanında tanımadığı adamlar olduğundan, Turala qəfil hücüm edib bıçaqla zərbələr endirmək üçün uyğun anı gözləməyə başlamışdır. Təxminən 15-20 dəqiqə sonra o, Turalı yanında olan dostlarından aralaşaraq kənarda durduğunu görərək, həmin zaman Turalla dostlarının arasındakı məsafə təxminən 10 metr olduğundan, bu anı əlverişli sayaraq onu həyatdan məhrum edib qisas almaq üçün Turala doğru yaxınlaşıb arxasında olarkən sonuncuya səslənərək adını çəkmiş, Tural onun istiqamətinə dönən zaman o, sağ əlində olan, əvvəlcədən götürdüyü bıçağı açaraq zərərçəkmişin bədəninə bıçaqla çoxsaylı zərbələr endirmişdir. O, Turala zərbələr endirən zaman sonuncu ona müqavimət göstərərək bıçaq olan əlini tutaraq itələmiş, bu zaman o, onların yanına qaçan insanlardan qorxaraq binalar istiqamətində qaçmış, qarajların arasına bıçağı tullamışdır, bundan sonra o, birbaşa Avtozavod qəsəbəsində yaşayan bacısı Əfsanənin evinə gedərək, bacısına nə etdiyini demişdir. Həmin zaman evdə Əfsanənin uşaqları olmuşdur. Bundan sonra Əfsanənin yoldaşı Vüqar gəlmiş, olanları biləndən sonra onun olduğu təpəyə gələrək, təslim olmasını məsləhət görmüş, lakin o, Vüqara tutulmaq istəmədiyini bildirərək kirayə ev tapmasını xahiş etmiş, Vüqar isə cavabında evin tapılmasının mümkün olmadığını bildirmişdir. Bacısı, anası və Vüqar ona təslim olmasını məsləhət görmüşlər. Səhər tezdən o, yenidən bacısının yanına gələn zaman Vüqarın artıq polisdə olduğunu bildikdən sonra yenidən bacısı gilin evinin yanında olan təpəyə gedərək orada təklikdə qalmışdır. Bir neçə saat sonra o, bacısı gilə gəldikdə uşaqlardan yaxınlarının polis idarəsinə dəvət olunduqlarını öyrənərək yenidən təpəyə gedərək, orada gecələmiş, səhər tezdən evə gələndə artıq yaxınlarının evdə olmuş və bir daha ona təslim olmağı məsləhət görmüşdülər. O, da razılaşmış və Vüqarla birlikdə polis idarəsinə gələn zaman Vüqar ona bıçağı da vermək lazım olduğunu bildirdiyindən ilk olaraq o, atdığı yerdən bıçağı götürüb təmizləyərək Vüqarla bilrikdə polis idarəsinə gələrək təslim olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə səhər saatları evə hamam üçün duşxana borusu alandan sonra həmin hissəni yaşadığı binanın qarşısında yolun kənarında ağacın altında olan Chevrolet markalı avtomobilə qoyaraq, yaxınlıqda yerləşən Topaz mərc bürosunun yanında duran dostlarının yanına getmişdir. Təxminən 20-25 metr aralıda yerləşən işiq dirəyinin yanında duraraq fikirə getmiş və bu zaman onun üzü avtomobili tərəfə olarkən qəfildən sağ ayağının yan hissəsindən və arxa yan tərəfindən ağrı hiss etmişdir. Sol çiynilə dönərək onu bir nəfərin bıçaqla vurduğunu, onu vuran şəxsin isə əvvəllər tanıdığı adını isə sonradan öyrəndiyi Elgün adlı şəxs oluğunu görmüşdür. Elgün, onun dönməsini görəndən sonra onun sağ sinə nahiyəsinə və qarın hissəsinə bıçaqla ardıcıl və çoxsaylı zərbələr endirmiş, daha sonra isə təntiyərək zərbələri daha da tez-tez vurmağa başlamışdır. O, Elgünün bıçaq olan əlini tutub itələyərək sonuncuya çoxsaylı zərbələri endirməyə imkan verməmədiyindən Elgün özünü itirib hadisə yerindən üzü aşağı istiqamətdə qaçmağa başlamış, o, isə ardınca qışqıraraq, Elgünün geri dönməsini, onu hansı səbəbdən öldürmək istədiyini izah etməsini bildirmişdir. Ətrafda olan insanların yığışmasına görə Elgün qaçıb gizlənmişdir. O, yaxınlıqda olan insanların köməkliyi ilə evinə qalxaraq ilkin olaraq yaralarını ailə üzvlərinin köməkliyi ilə yodla təmizləməyə başlamış, lakin halının pisləşməsi səbəbindən tibbi yardıma müraciət etmişdir.Məhkəmənin diqqətinə çatdırmışdır ki, onun tərəfindən Təqsirləndirilən şəxs və onun yaxınlarına qarşı hər hansı hörmətsizlik, qeyri etik və yaxud sonuncunun namusuna xələl gətirəcək bir hərəkət etməmişdir. Elgünün onun həyati orqanlarına çoxsaylı bıçaq vərbələri endirməsinin səbəbi bu gün də ona məlum deyildir. Lakin Elgünün cavan olmasını nəzərə alıb onu bağışlayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə təxminən saat 17 radələrində bazardan evə gəlmiş, yoldaşı ona qardaşı Elgünün bıçaqla adam vurduğunu və hazırda ətrafda küçədə olduğunu bildirmiş və bu zaman o, küçəyə çıxaraq Elgünü tapmışdır. Elgünün nə etməsi barədə maraqlananda Elgün ona Turalı bıçaqla vurduğunu demiş və daha sonra ondan kirayə ev tapmasını xahiş etmişdir. lakin o, Elgünə səbr etməsini bildirmişdir. O, Elgünə təslim olmasını məsləhət görmüş, lakin Elgün tutulmaqdan qorxduğunu bildirmişdir. Bundan sonra xəstəxanaya gedərək Turalın vəziyyəti ilə maraqlanaraq öyrənmişdir ki, sonuncunun səhhəti stabildir. Evə qayıdanda artıq ailə üzvlərindən başqa orada qayınanası Raziyə olmuş və Elgünlə bir daha söhbət edib səhər tezdən o, Kəpəz polisinə getməsini məsləhət görmüşdür. Növbəti gün səhər tezdən təxminən 09 radələrində evdən çıxaraq Kəpəz Polisinə getmiş, Polisdə olanları danışandan sonra o, Elgünün evdən qaçması xəbərini almışdır. Bundan əlavə o, Təqsirləndirilən şəxs heç kəslə ədavətinin və düşməncəliyinin olmadığını, Zərərçəkmiş şəxs Elgünü və ailəsinin namusuna xələl yetirən hərkətlər etmədiyini və Elgünün bu əməli əsəbi olduğundan və nə etdiyini bilmədiyindən törətdiyini məhkəmənin diqqətinə çatdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid3 Şahid1la eyni məzmunlu ifadə verərək işin halları ilə bağlı göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid2 ibtidai istintaq orqanına oxşar məzmunlu ifadələr verməklə Şahid1 ifadəsində işin halları ilə bağlı göstərdiklərini bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli “Telefon məlumatının qəbul edilməsi haqqında” protokoldan görünür ki, xx xxx 2020-ci il tarixdə saat 16:10-da Gəncə şəhər Kəpəz RPİ-dən şəhər Prokurorluğuna xx.xx.1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs çox saylı bıçaq xəsarəti ilə Gəncə şəhəri 3 saylı TTYX-na gətirilməsi barədə telefon məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri-ünvan 2 ünvanın qarşısıdır. Həmin bina 5 mərtəbəli olmaqla əsas yoldan binanın həyətinə giriş üçün 5 ədəd piləkən vardır. Binanın sağ yan tərəfinin həyətində həmin 5 ədəd pilləkəndən 2,3 metr işıq dirəyindən isə 56 sm məsafədə qanabənzər ləkələr vardır. Həmin qanabənzər ləkələr şərti olaraq 1 nömrəsi ilə rəqəmlənərək müvafiq qaydada nümünələr götürülərək qablaşdırılmışdır. Binanın sağ yan tərəfindən keçərək binanın girişin qarşısına gəlindi, girişin üzərində 194 rəqəmi vardır. Taleh Əliyev istiqaməti göstərərək pilləkənlərlə qalxmağa başladıq. 2-ci mərtəbədə sol tərəfdə ağ qapılı mənzilin qarşısında qanabənzər ləkələr vardır. Həmin qanabənzər ləkələr şərti olaraq 2 nömrəsi ilə rəqəmlənərək müvafiq qaydada nümünələr götürülərək qablaşdırılmışdır. Bundan sonra 2-ci mərtəbədən 3-cü mərtəbəyə pilləkənlərlə qalxanda 5ci pilləkəndə qanabənzər ləkə vardır. Həmin qanabənzər ləkələr şərti olaraq 3 nömrəsi ilə rəqəmlənərək müvafiq qaydada nümünələr götürülərək qablaşdırılmışdır. Bundan sonra 4cü mərtəbədə Taleh Əliyev Zərərçəkmiş şəxs hadisədən sonra gəldiyi mənzili göstərdi. Həmin mənzilin qapısı dəmirdən olmaqla metal rəngindədir. Taleh Əliyev mənzilin qapısını açaraq içəri daxil oldu. Mənzildə dəhlizlə irəlilədikdə mətbəxdə Zərərçəkmiş şəxs məxsus şalvar vardır. Həmin şalvar qablaşdırılaraq götürülmüşdür. Bundan sonra mənzildə dəhlizdə sol tərəfə irəlilədikdə stolun üzərində hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş köynək və gödəkçəni göstərdi. Bundan sonra həmin geyim əşyaları iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli “Əşyaya baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxsa məxsus gödəkçə qara rəngdə olmaqla uzunqoldur. Gödəkcə üzərində qanabənzər ləkələrin olması müşahidə edilmir. Baxış aparılan köynək boz rəngdə olmaqla üzərində qanabənzər ləkələrin olması müşahidə edilir. Köynəyin sağ qol hissəsindən mərkəzə doğru 5 sm məsafədə 1x1 ölçüdə zədə, aşağı hissəsindən mərkəzə doğru 4 sm məsafədə 0,8x0,1sm ölçüdə və həmin zədədən 6 sm məsafədə 1x1 ölçüdə zədə vardır. Baxış aparılan şalvar cins materialdan olmaqla qara rəngdədir. Şalvarın üzərində 2 ədəd zədə vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli “Şübhəli şəxsin tutulması protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli “Əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxsun xx.xx.2020-ci il tarixdə hadisə zamanı əynində olmuş qəhvəyi rəngdə köynək-açıq qəhvəyi rəngdə, parça materialdan olmaqla uzunqoldur. Boyun hissəsində olan etiketdə sözləri yazılmışdır. Baxış zamanı idman köynəyini səthində gözlə görünən hər hansı ləkə və zədə aşkar edilməmişdir. Şalvar-qara rəngli cinsdir Baxış zamanı şalvarın səthində gözlə görünən hər hansı ləkə və zədə aşkar edilməmişdir. Bel kəməri-qara rəngdə bel kəməridir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli “Əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxsun xx.xx.2020-ci il tarixdə hadisə zamanı üzərində olmuş və istifadə etdiyi 01 ədəd bıçaqaçılıb qatlanan dəstəyi metal materialdan olmaqla qara rəngdədir, qarlanmış vəziyyətdə uzunluğu 10 sm təşkil edir, açılmış vəziyyətdə 18,5 sm təşkil edir. Tiyəsinin eni 1,5 sm təşkil edir. Üzərinə baxış zamanı heç bir ləkə aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanılması istintaq hərəkətinin keçirilməsi zamanı Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti törətməsi faktı ilə bağlı şübhəli və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadələrində qeyd etdiyi xüsusatları təsdiq edərək, hadisə yerində hadisənin baş vermə mexanizmini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə” Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay 28 gün müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli tutulduğu andan, yəni xx xxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli Kəpəz RPİ-nin növbətçisi polis mayoru N.Nəbiyev tərəfindən verilmiş rapotdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 16:10-da Gəncə şəhər 3 saylı Xəstəxananın Qəbul şöbəsindən tibb bacısı Həsənova məlumat verərək bildirmişdir ki, Gəncə şəhəri D.Qorqud küçəsi 40/52-də yaşayan 1986-ci il təvəllüdlü Zərərçəkmiş şəxs döş qəfəsinin və qarının daxilə keçən kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanılması istintaq hərəkətinin keçirilməsi zamanı Zərərçəkmiş şəxs qismində istintaqa verdiyi ifadələrində qeyd etdiyi xüsusatları təsdiq edərək, hadisə yerində hadisənin baş vermə mexanizmini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 655 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində deşici-kəsici alətin(alətlərin) təsiri nəticəsində əmələ gəlmiş beş ədəd deşilmiş-kəsilmiş yara aşkar edilmişdir. Bu yaralardan biri daxilə keçən yara olub, qarın nahiyəsinin ön səthində sağda yerləşmişdir, nazik bağırsağın zədələnməsi ilə müşayiət olunur və ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilir; digər yaralar daxilə keçməyən yaralardır, döş qəfəsinin ön səthində sağda qarın nahiyəsinin ön səthində solda, sağ sağrı və sağ bud nahiyələrində yerləşmişdir və dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərin gəlmə müddətləri qərarın təsviri əsaslandırıcı hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 618 saylı rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs bədənində xəsarət müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 17 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A (İİ) beta-dır. Təqsirləndirilən Təqsirləndirilən şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A (İİ) beta-dır. Təqdim edilmiş bir ədə bıçaq üzərində qanabənzər ləkə aşkar olunmadığından müayinə edilməmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus paltar üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A (ll) beta olduğundan onun özünə və təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus ola bilər. Təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus bir ədəd köynək üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A (ll) beta olduğundan onun özünə və zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər. Hadisə yerindən götürülmüş tamponlar üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A (ll) beta olduğundan zərərçəkmiş Zərərçəkmiş şəxs və təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus ola bilər. Təqdim olunmuş təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar, bir ədəd bel kəməri üzərində qana bənzər ləkə aşkar olunmadığından müayinə edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, disk açıldıqda içərisində 01 ədəd fayl vardır, fayla xüsusi proqram vasitəsi ilə baxıldıqda həmin faylda 03 dəqiqə 42 saniyə yəni saat 13:19:02-dən 13:22:45-ci saniyədək olan görüntü əks etdirilmişdir. Həmin videogörüntünün 11-ci saniyəsində yəni saat 13:19-da təqsirləndirilən Təqsirləndirilən şəxs Dədə Qorqud küçəsi “Lukoyl” yanacaq doldurma məntəqəsindən üzü aşağı istiqamətdə hadisə yeri olan 40-cı binanın qarşısına gedir, bu zaman Zərərçəkmiş şəxs 40-cı binanın qarşısında yan tərəfdə yolun kənarında olan ağacın altında durmuşdur. Bundan sonra görüntünün 1-ci dəqiqə 19-cu saniyəsində yəni saat 13:20:22-ci saniyəsidə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arxadan sonuncuya yaxınlaşaraq xəsarət yetirir, həmin zaman Zərərçəkmiş şəxs müqavimət göstərərək Təqsirləndirilən şəxs uzqlaşmaq istəyir. Təqsirləndirilən şəxs zərbələri endirərək Zərərçəkmiş şəxslə birlikdə kənarda olan göy rəngli sərnişin avtobusunun arxasına keçir. Bundan sonra görüntünün 1-ci dəqiqə 44-cü saniyəsində yəni saat 13:20:46 saniyədə ətrafda olan şəxslərin hadisəyə reaksiya verərək sonuncuları aralamaq istəyərək onlar tərəfə qaçdığı müşahidə olunur. Daha sonra Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli Nizami RPİ-nin rəisi polis polkovniki Samir Həsənov tərəfindən verilmiş məktubdan görünür ki, ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsnin barəsində Nizami RPİ-də təqsirləndirici material olmayıb. Təqsirləndirilən şəxsnin Nizami RPİ-də quraşdırılmış ESD-də müraciəti qeydə alınmamışdır. Təqsirləndirilən şəxs ailəsi Nizami RPİ-də münaqişəli ailə kimi qeydiyyatda olmamışdır. Təqsirləndirilən şəxs ailəsi Nizami RPİ-də münaqişəli ailə kimi qeydiyyatda olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli Kəpəz RPİ-nin rəis müavini polis polkovnik leytenantı Adil Əliyev tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs və ailəsi barəsində Kəpəz RPİ-də təqsirləndirici material olmayıb və münaqişəli ailə kimi qeydiyyatda olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər X12 Əleyhinə Xəstəxanasının xx xxx 2020-ci il tarixli 97 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs X14 Xəstəxanada son 9 il ərzində stasionar və ambulator müalicədə olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2020-ci il tarixli 2094 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Nevroloji Dispanserin xx.xx.2020-ci il tarixli 1912 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 xx xxx 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqdim edilən disklərdən birinin üzərində stabil 1 sözü vardır. Diskdə olan görüntülərə baxış zamanı görünür ki, 2 ədəd fayl vardır. Birinci fayla xüsusi proqram vasitəsi ilə baxıldıqda həmin faylda 42 dəqiqə 53 saniyə yəni saat 12:00-dan 12:42:53-cü saniyə olan görüntü əks etdirilmişdir. Həmin faylda iş üçün əhəmiyyət kəsb edən heç nə aşkarlanmamış, bundan sonra həmin diskdə olan 2-ci fayla baxıldıqda həmin faylda 42 dəqiqə 52 saniyə yəni saat 12:42-dən 13:25-dək olan görüntü əks etdirilmişdir. Həmin videogörüntünün 36-cı dəqiqəsi yəni saat 13:19-da təqsirləndirilən Təqsirləndirilən şəxs Dədə Qorqud küçəsi “Lukoyl” yanacaq doldurma məntəqəsindən üzü aşağı istiqamətdə hadisə yeri olan 40-cı binanın qarşısına gedir. Bu zaman Zərərçəkmiş şəxs 40-cı binanın qarşısında yan tərəfdə yolun kənarında olan ağacın altında durmuşdur. Bundan sonra görüntünün 37-ci dəqiqəsində yəni saat 13:20-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arxadan sonuncuya yaxınlaşaraq xəsarət yetirir. Həmin zaman Zərərçəkmiş şəxs müqavimət göstərərək Təqsirləndirilən şəxs uzqlaşmaq istəyir. Təqsirləndirilən şəxs zərbələri endirərək Zərərçəkmiş şəxslə birlikdə kənarda olan göy rəngli sərnişin avtobusunun arxasına keçir. Bundan sonra görüntünün 37-ci dəqiqəsi yəni saat 13:20-də ətrafda olan şəxslərin hadisəyə reaksiya verərək sonuncuları aralamaq istəyərək onlar tərəfə qaçdığı müşahidə olunur. Daha sonra Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs tərəfindən verilmiş və notarial qaydada təsdiq edilmiş xx xxxx 2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənildiyi üçün ondan şikayəti yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2020-ci il tarixli 85 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Kəpəz RİH Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Q.Qədimov tərəfində verilmiş xx.xx.2020-ci il tarixli 721 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon N.Nərimanov küçəsi 1-ci döngə ev 1 mənzil 17-də qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Kəpəz RİH Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Q.Qədimov tərəfində verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon N.Nərimanov küçəsi 1-ci döngə ev 1 mənzil 17-də qeydiyyatdadır, onun barəsində nümayəndəliyə heç bir şifahi və yazılı surətdə şikayət daxil olmayıbdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 1(043)-55/2018 saylı qərarında görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-soyuq silah və trasoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 16/391/392 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatı dəyişdirən əlavə və dəyişiliklər edilməmişdir. Tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs məxsus gödəkçənin üzərində olan “a”, “b”, “c”, zədələri, köynəyin üzərində olan “d”, “e”, “f” zədələri, şalvarın üzərində olan “m”, “n” zədələri bir tərəfi kəsici ucu deşici xassəyə malik olan bir ədət predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin Təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin üzərində olan “a”, “b”, “c”, zədələri, köynəyin üzərində olan “d”, “e”, “f” zədələri, şalvarın üzərində olan “m”, “n” zədələrində zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Tətdiqaqa təqdim edilmiş Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş köynəyin, şalvarın və kəmərin üzərində mexaniki zədə aşkar edilmədi. Tətdiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patolojı Anatomiya ETT birliyinin xx.xx.2020-ci il tarixli 655 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin üzərində olan “a”, “b”,”c”, zədələri, köynəyin üzərində olan “d”, “e”, “f” zədələri, şalvarın üzərində olan “m”, “n” zədələri müqaisə edildi və müəyyən oldu ki, Zərərçəkmiş şəxs bədənində yerləşən “Qarın nahiyəsinin ön səthində sağda yerləşən, döş qəfəsinin ön səthində sağda, qarın nahiyəsinin ön səthində solda, sağ sağrı və sağ bud nahiyələrində yerləşən” xəsarəti ilə Zərərçəkmiş şəxs məxsus gödəkçənin üzərində olan “a”, “b”,”c”, zədələri, köynəyin üzərində olan “d”, “e”, “f” zədələri, şalvarın üzərində olan “m”, “n” zədələri yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədələr və xəsarətlər üst-üstə düşür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-lifli materialların tədqiqi ekspertizasının xx.xx.2020-ci il tarixli 16/390 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ogluna məxsus geyim əsyalarının səthi üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1No-li cadvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının səthi üzərindən tapılmış kənar lif mikrohissacikləri arasında, Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthi üzərindən tapılmış kənar lif mikrohissacikləri arasında, Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks məhkəmə-psixiatriya və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 352/143 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməmişdən əvvəl va həmin əməli törədərkən har hansı bir xroniki psixi xəstəlik, psixi fealiyyətin müvəqqəti pozulması və kəmağılliq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi faaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xastaliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, anamnestik məlumatlar va hazırki ekspertiza imkan verir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyatlərə (şəxsiyyətin aksentuasiyası) baxmayaraq o, hazırki cinayət aməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək va hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. X3 əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. X6 hazırda da öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcədə ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarına malikdir. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər tibbi yardım üçün həkim psixiatra müraciat etməməsi, psixiatriya müəssisələrində qeydiyyatda durmaması (özünün deməsinə görə), istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, cinayət əməlini törədərkən, istintaq və hazırki ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, hazırki ekspertiza zamanı onda qavrama, yaddaş, təfəkkür, intellekt pozğunluqlarının aşkar olunmaması, hazırkı ekspertiza zamanı psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar edilməməsi, düşdüyü vəziyyətə tənqidi münasibət basləməsi, onda müşahidə edilən emosiya pozğunluğunun az ifadəli olması əsas verir. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi emosional vəziyyətdə olmuşdur. Bu halın yaranma səbəblərindən biri zərərçəkmişlə aralarında olan mübahisə ola bilərdi. Təqsirləndirilən şəxs cinayat əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120-ci maddəsindənhəmin Məcəllənin 29, 120.2.2-ci maddəsinə tövsif edilərək həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə yenidən ittiham elan edilməsinə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanılmasına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsinə, Şahid2, Şahid1 və Raziyyə Məmmədovanın əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1 və 307.3-cü maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanılmasına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsinə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək niyyətini olmayaraq vurması, səhvən bir neçə il əvvəl Zərərçəkmiş şəxs onu və atasını təhqir etməsini zənn etdiyindən vurmasını bildirməsi Təqsirləndirilən şəxs özünü müdafiə üçün gətirdiyi dəlillər kimi qiymətləndirilməsinə,zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus, bir ədəd qara rəngdə gödəkcə, bir ədəd qara rəngli şalvar, bir ədəd boz rəngdə köynək, təqsirləndirilən Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd köynək, qara rəngdə şalvar, bel kəməri və Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bıçaq Gəncə şəhər prokurorluğunun inzibati binasında maddi sübutlar otağında saxlanılır, Kəpəz RPİ-dən daxil olmuş 01 ədəd disk, Baş Polis İdarəsindən daxil olmuş və hadisənin baş vermə mexanizmini özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınmasına və saxlanılması üçün Gəncə şəhər prokurorluğunun dəftərxanasına təhvil verilməsinə dair qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş edilmiş xx xxxxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, onlar barışıblar. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Belə ki, xuliqanlıq niyyəti ilə adam öldürmə (CM-in 120.2.2-ci maddəsi) təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsi həyatdan məhrumetmədə ifadə olunur. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Ona görə də adam öldürmədə motivin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinin mənasına görə isə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xu-li-qan-lıq niy-yə-ti ilə qəsdən öldürməkdə ifadə olunan əməlini başa çatdıra bilməyib, qəsdən xu-li-qan-lıq niy-yə-ti ilə adam öldürməyə, yəni xu-li-qan-lıq niy-yə-ti ilə digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etməklə Azərbaycan Respublikası CM-in 29,120.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 29,120.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmişin ondan heç bir şikayət və ya tələbinin olmamasını, onunla barışmasını, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinin sanksiyasında 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Lakin həmin cəza başa çatmış cinayətlər üçün nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs isə nəzərdə tutulan həmin cinayət əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırmamış, yəni qeyd olunan cinayət əməlini törətməyə cəhd etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən isə cinayəti etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmənin yuxarı həddi 20 ildir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayətə cəhdə görə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddəti də 20 ilin dörddə üçündən, yəni 15 ildən çox ola bilməz. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, onlar barışıblar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal (zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmaması) mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hal olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti və ya həcmi 15 ilin dörddə üçündən, yəni 11 il 3 aydan çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx xxx 2020-ci il tarixli “Şübhəli şəxsin tutulması protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bundan başqa cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə” Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay 28 gün müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli tutulduğu andan, yəni xx xxx 2020-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 29,120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət xüsusilə ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsimüəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə isə əsaslar yoxdur. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olub və Gəncə şəhər prokurorluğunda saxlanılan zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus, bir ədəd qara rəngdə gödəkcə, bir ədəd qara rəngli şalvar, bir ədəd boz rəngdə köynək, təqsirləndirilən Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd köynək, qara rəngdə şalvar, bel kəməri qanuni sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bıçaq yararsız olduğundan məhv edilməli, hadisənin baş vermə mexanizmini özündə əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə məhkəmə ekspertizasının 127,80 (yüz iyirmi yeddi manat səksən qəpik) dəyərində tədqiqat xərci vardır və həmin xərc Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə qeyd edir ki, sözügedən məhkəmə məsrəfi məhkumdan tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 11 (on bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx xxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub və Gəncə şəhər prokurorluğunda saxlanılan zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus, bir ədəd qara rəngdə gödəkcə, bir ədəd qara rəngli şalvar, bir ədəd boz rəngdə köynək, təqsirləndirilən Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd köynək, qara rəngdə şalvar, bel kəməri qanuni sahiblərinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bıçaq yararsız olduğundan məhv edilsin, hadisənin baş vermə mexanizmini özündə əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 127,80 (yüz iyirmi yeddi manat səksən qəpik) məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 90 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyiandan 20 (iyirmi) gün müddətində X10 Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-220/2020
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-220/2020
01.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver