Məhkəmə qərarları › İş №1(100)-220/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-220/2022

10.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-220/2022 10.06.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X16, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X12 iştirakları ilə, 26 avqust 1974-cü ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, hazırda əvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni təmiz ümumi çəkisi 2,460 qram narkotik vasitə olan heroini, şəxsi istehlak miqdarından artıq, yəni təmiz ümumi çəkisi 0,656 qram psixotrop maddə olan metamfetamini və tərkibində təsiredici maddəsi olan şəxsi istehlak miqdarından arıq, yəni ümumi miqdarı 0,08 qram olan 2 (iki ədəd) üzərlərində “F/M40” yazısı həkk olunmuş boz rəngli dairəvi formalı həblər - metadon tərkibli dərman preparatını, satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq, yaşadığı Gəncə şəhəri, Nigar Rəfinbəyli küçəsi ev 4A-da yerləşən mənzilində saxlamış, tərkibinə görə eynilik təşkil edən 0.103 qram narkotik vasitə olan heroini X8 08 may 2021-ci il tarixdə yaşadığı Gəncə şəhəri, Nigar Rəfinbəyli küçəsi ev 4A-da yerləşən mənzilində satmış, Ece Mustafa isə ondan aldığı 0,103 qram narkotik vasitə olan heroini xx.xx.2021-ci il tarixdə, ünvan 2 ünvanında yerləşən evinin qarşısında 15 (on beş) manat qarşılığında Şahid1 satmış, sonuncu da öz növbəsində həmin narkotik vasitəni könüllü olaraq hüquq mühafizə orqanlarına təqdim etmiş, Gəncə şəhər Nizami RPİ-nin PB-nin əməkdaşları tərəfindən X6 narkotik vasitə olan heroini satması ilə əlaqədar olaraq əməliyyat axtarış tədbirləri nəticəsində sonuncu ünvan 2 ünvanında müəyyən edilərək ünvan 3 PB-nə gətirilmiş və üzərinə baxış keçirilən zaman Ece Musatfanın üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmiş, lakin sonuncu Şahid1 satmış olduğu narkotik vasitələri Təqsirləndirilən şəxs alması barədə verdiyi məlumat əsasında keçirilmiş əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı mənzilində olması müəyyən edilməsinə görə 10 may 2021-ci il tarixdə saat 20:00 radələrində Gəncə şəhəri N.Rəfibəyli küçəsi, ev 4a-da saylı mənzilinə baxış keçirən zaman tərkibinə görə Şahid1 istintaqa təqdim etdiyi narkotik vasitə ilə eyniklik təşkil edən 5 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,046 qram, 0,036 qram, 0,793 qram, 0,763 qram və 0,719 qram, külli miqdarda, yəni ümumi təmiz çəkisi 2,357 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, 1 ədəd plasmas qabda 0,142 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, 1 ədəd plasmas qabda şəxsi istehlak miqdarından arıq, yəni təmiz çəkisi 0,656 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin, yatdığı yataq dəstinin ətrafından tərkibində olan təsiredici maddəsinin şəxsi istehlak miqdarından arıq, yəni ümumi miqdarı 0,08 qram olan 2 (iki ədəd) üzərlərində “F/M40” yazısı həkk olunmuş boz rəngli dairəvi formalı həblər - metadon tərkibli dərman preparatı aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrar istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədilə əldə etdiyi tərkibinə görə eynilik təşkil edən 7,033 qram və 16,845 qram, külli miqdarda, yəni təmiz ümumi çəkisi 23.878 qram narkotik vasitə olan heroini qanunsuz olaraq, ədə edib, daşıyaraq üzərində və yaşadığı Gəncə şəhəri, N.Rəfibəyli küçəsi 4 ünvanında yerləşən evində saxlamış, 05 iyul 2021-ci il tarixdə saat 20:30 radələrində Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, N.Rəfibəyli küçəsi ev 4-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilinərək Gəncə şəhəri, N.Rəfibəyli küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 275 ünvanında yerləşən Kəpəz RPİ-nə gətirilmiş və üzərinə baxış keçirilən zaman səhhətində olan nasazlıqla əlaqədar dirənəcək kimi istifadə etdiyi kastilin qoltuq altı hissəsindən 1 ədəd şəffaf sellofana bükülmüş külli miqdarda, yəni 7,033 qram maddə, kustar üsulla hazırlanmış, narkotik vasitə - heroin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq Gəncə şəhəri, N.Rəfibəyli küçəsi 4 ünvanında yerləşən evinə baxış keçirən zaman yatdığı yataq dəstinin üzərində olan yastığın altından 1 ədəd şəffaf sellofana bükülmüş külli miqdarda ümumi təmiz çəkisi 16,845 qram maddə, kustar üsulla hazırlanmış, narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, sol ayağı şikəst olmasına görə o, yerimək üçün qoltuq altı kastildən istifadə edir. xx.xx.2021-ci il tarixdə saat 20:30 dəqiqədə yaşadığı Gəncə şəhəri N.Rəfibəyli küçəsində kastildə gəzən zaman 2 nəfər polis əməkdaşları mülkü geyimdə ona yaxınlaşaraq özlərini ona təqdim edərək onu Kəpəz RPİnə gətirmişlər. Polis idarəsində onun, üzərində narkotik vasitə gəzdirməkdə və yaaşdığı evdə narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün saxladıqlarını demiş və onu narkotik vasitə gəzdirməkdə və evində saxlamaqda şübhəli bilindiyi üçün tutaraq qərarla tanış etmişlər. Bundan sonra maddi imkanı olmadığı üçün o, dövlət hesabına müdafiəçi ilə təmin olunmuş və ona video çəklişlə hüquq və vəzifələri izah edilmiş, polis əməkdaşları və dövlət hesabına təyin edilmiş vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun əynində olan paltarlarına baxış keçirilmiş onun əynində olan qolsuz yay köynəyinin sol cibindən 1 ədəd Vinston sqaret qutusu və bir ədəd alışaqn aşkar olunmuş, sonradan onun sağ qoltuq altı kastilimin baş hissəsinə qoltuğumun altını əzməmək üçün bükdüyün qırmızı rəngli parçanın alt hissəsindən sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan heroin aşkar olunmuş, üzərində yerimək üçün gəzdirdiyi qoltuq altı kastilinin qoltuq altı hissəsinə bükdüyü qırmızı rəngli parçanın altından aşkar edilmiş selofan kəsiyinə bükdüyü heroin bükülmüş selofan kəsiyi ilə birlikdə elektron tərəzisində çəkilmiş, həmin kütlənin bükülmüş selofan parçası ilə birlikdə çəkisi 7,20 qram olmuşdur. Həmin kütlə zərfdə qablaşdırılmış və möhürlənərək üzəri iştirkçılar və onun tərəfindən imzalanmış bu barədə protokol tərtib olunmuşdur. Həmin narkotik vasitə ona məxsus olmamış, polis əməkdaşları tərəfindən qoyulmuşdur. Ona təsir göstərilmiş ona görə də məcbur olub narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. O və iştirakçılar qablaşdırmanın üzərinə və protokola imza etmişlər. Həmin vaxt video çəkiliş çəkilmiş, üzərimdən aşkar edilmiş siqaretim və alışqanı ona qaytarılmışdır. Bundan başqa yaşadığı ünvan 7 ünvanında yerləşən evinə də baxış keçirilməsinə etiraz etməməsi barədə ondan ərizə alınmış və ona məxsus yaşadığı Gəncə şəhəri N.Rəfibəyli küçəsində yerləşən yaşayış evinə baxış zamanı evinin zalında zalın giriş qapısından sol hissədə qoyulmuş onun yatdığı çarpayısında yastığının altından selofan kəsiyinə bükülmüş ona məxsus heroin aşkar olunaraq götürülmüş, yaşadığı evdə yataq çarpayısının üzərində olan yastığının altından aşkar edilmiş selofan kəsiyinə bükdüyü heroin bükülmüş selofanla birlikdə elektron tərəzisində çəkilmiş həmin bükülünün çəkisi bükülmüş selofan kəsiyi ilə birlikdə 17,24 (on yeddi tam yüzdə iyirimi dörd qram) olmuş, ona məxsus yaşadığı evdən selofan kəsiyinə bükülmüş narkotik vasitəyə olan heroin zərfdə qablaşdırılmış və möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Həmin narkotik vasitə də ona məxsus olmamışdır. Polis əməkdaşları ona təsir etdiyi üçün narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Həmin vaxt video çəkiliş çəkilmiş, vidoçəkiliş otaq işıqlandırılması ilə gecə vaxtı çəkilmişdir. Qeyd etdiyi səbəbədən gəzdirdiyi kastilinin baş hissəsində bükülmüş qırımız rəngli parçanın altından və yaşadığı evdən aşkar edilmiş narkotik vasitənin heroin olduğunu və özü istifadə etmək üçün saxladığını və Gəncə şəhərində ünvanını unutduğu küçədən tapdığını və özü istifadə etdiyinə görə evində və üzərində gəzdiyini demişdir. Ona təsir göstərilməsi barədə vəkilinə bir söz deməmiş və bu barədə heç bir yerə şikayət etməmişdir. Bundan başqa Ece Mustafanı tanımır və ona narkotik vasitə satmamışdır. Özü telefon təmiri ilə məşğul olmuş və evində onan mobil telefonlar adlarını xatırlamadığı müştərilərə məxsus olmuş və təmir etmək üçün ona vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, Gəncə şəhər Nizami RPİ-nin PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, bina 119q, mənzil 56-da yaşayan X6 mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, daimi olaraq üzərində gəzdirməsi və satması barədə Nizami RPİ-nin PB-nə ərizə ilə müraciət etmiş Şahid1 X13 adlı şəxsin 15 manat qarşılığında narkotik vasitə satması məlumatı ilə əlaqədar olaraq keçirilmiş əməliyat axtarış tədbirləri nəticəsində xx.xx.2021-ci il tarixdə saat 18:00 radələrində X35 şəhəri, Ü.Hacıbəyov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq ünvan 8 ünvanında yerləşən Nizami RPİ-nin PB-nə gətirilmişdir. Polis bölməsində olan zaman Mustafa Eceyə üzərində narkotik vasitə gəzdirməsi, narkotik vasitələri qəbul etməsi və satması ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmiş, bundan sonra Ece Mustafaya hüquq və vəzifələri, o cümlədən dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş, bundan sonra Mustafa Ece dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, Nizami rayon polis idarəsinin polis bölməsinin inzibati binasında yerləşən xidməti otaqda onun üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Mustafa Ecenin üzərində hər hansı qanunla dövriyyəsi qadağan olunmuş əşya, narkotik vasitə və psixotrop maddə aşkar edilməmiş, X2 üzərindən 1 ədəd A35856635 seriyalı 10 manatlıq, 5 ədəd G19193150, F14979153, G05484431, F06253053, G56933490 seriyalı 1 manatlıq əskinaslar olmaqla ümumilikdə 15 manat pul aşkar edilmiş və həmin 15 manat pul iş üçün əhəmiyyət kəsb etdiyi üçün zərfə qoyularaq qablaşdırılmış, şəxsi axtarış zamanı X13 götürülmüş 15 manat pulu Şahid1 almış və əvəzində narkotik maddə olan heroin satdığını bildirmişdir. Şahid1 satmış olduğu narkotik vasitə olan heroini əvvəldən tanıdığı Gəncə şəhəri N.Rəfibəyli küçəsi ev 4a-da yaşayan Təqsirləndirilən şəxs 35 manata aldığını və özü istifadə etdikdən sonra qalan hissəsini satdığını göstərmişdir. X6 narkotik vasitə satması barədə əməliyyat məlumatı olsa da, narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 şahid X10 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o Gəncə şəhər Nizami RPİ-nin PB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, bina 119q, mənzil 56-da yaşayan X6 mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, daimi olaraq üzərində gəzdirməsi və satması barədə Nizami RPİ-nin PB-nə ərizə ilə müraciət etmiş Şahid1 X13 adlı şəxsin 15 manat qarşılığında narkotik vasitə satması məlumatı ilə əlaqədar olaraq keçirilmiş əməliyat axtarış tədbirləri nəticəsində xx.xx.2021-ci il tarixdə saat 18:00 radələrində X35 şəhəri, Ü.Hacıbəyov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq ünvan 8 ünvanında yerləşən Nizami RPİ-nin PB-nə gətirilmiş, şəxsi axtarış zamanı X13 götürülmüş 15 manat pulu Şahid1 almış və əvəzində narkotik maddə olan heroin satdığını bildirmişdir. Şahid1 satmış olduğu narkotik vasitə olan heroini əvvəldən tanıdığı Gəncə şəhəri N.Rəfibəyli küçəsi ev 4a-da yaşayan Təqsirləndirilən şəxs 35 manata aldığını və özü istifadə etdikdən sonra qalan hissəsini satdığını göstərmişdir. Bundan sonra əməliyyat axtarış tədbirləri X6 ifadəsində dediyi Gəncə şəhəri, N.Rəfibəyli küçəsi ev 4a-da yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə davam etdirilmişdir. Təqsirləndirilən şəxs mütəmadi olaraq yaşadığı evdə narkotik vasitə satması barədə daxil olmuş məlumatla əlaqədar olaraq onun yaşadığı yuxarıda qeyd olunan ünvana baxış keçirilən zaman Təqsirləndirilən şəxs yataq çarpayısının ətrafından 3 ədəd sellofan bükümdə 2,94 qram heroinə bənzər kütlə, plastik qabda 6,60 qram psixotrop maddə olan metamfetaminə bənzər kütlə, digər plastik qabda 3,21 qram, 2 ədəd siqaret falqasına bükülüdə 0,21 qram, şüşə qabda 15,46 qram heroinə bənzər kütlə 02 ədəd metadon tableti, 3 ədəd elektron tərəzi və 16 ədəd müxtəlif markalı mobil telefonlar aşkar edilərək götürülmüş və qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış, sorğu zamanı Təqsirləndirilən şəxs arvadı Şahid12 evindən aşkar edilərək götürülmüş kütlələr, elektron tərəzilər və mobil telefonlar əri Təqsirləndirilən şəxs məxsusdur. X6 narkotik vasitə satması barədə əməliyyat məlumatı olsa da, narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə əməliyyat məlumatı olsa da, narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatlar həqiqətə uğyün deyildir, evindən aşkar olunmuş narkotik vasitə ona məxsus olmuş və ona qarşı hec bir təsir və təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5, Şahid6 Şahid7 Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Gəncə şəhəri, N.Rəfibəyli küçəsi, ev 4a-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri istifadə etməsi, üzərində və yaşadığı evdə saxlaması və satması barədə daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2021-ci il tarixdə saat 20:30 radələrində onlar tərəfindən keçirilmiş əməliyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Gəncə şəhəri, N.Rəfibəyli küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Kəpəz RPİ-nə gətirilmiş, polis idarəsində olan zaman Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni istifadə etməsi, üzərində və yaşadığı evdə gizlətməsi və satması ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmiş, bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, Kəpəz rayon polis idarəsinin inzibati binasında yerləşən xidməti otaqda üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı normal yerimək üçün istifadə etdiyi sağ qoltuq altı kastilin qoltuq altı hissəsinə bükülmüş qırmızı rəngli parçanın altından sellofan kəsiyinə bükülmüş kəskin iyli ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Götürülmüş 1 ədəd sellofana bükülmüş kütlə bükülmüş sellofan kəsiyi ilə birlikdə elektron tərəzidə çəkilmiş, həmin kütlənin sellofan kəsiyi ilə birlikdə ümumi çəkisi 7,20 qram olmuşdur. Həmin kütlə kağız zərfdə qablaşdırılmış və möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs sorğu zamanı üzərindən aşkar olunan kütləni Gəncə şəhəri ərazisində xatırlamadığı küçələrin birində yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 13 ünvana baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Evə baxış zamanı evin zalının giriş qapısından sol hissədə qoyulmuş yatdığı çarpayısında yastığın altından sellofan kəsiyinə bükülmüş kəskin iyli ilk baxışdan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Həmin kütlə sellofan kəsiyi ilə birlikdə elektron tərəzidə çəkilmiş, kütlənin ümumi çəkisi 17,24 qram olmuşdur. Həmin kütlə kağız zərfdə qablaşdırılmış möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə əməliyyat məlumatı olsa da, narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatlar həqiqətə uğyün deyildir, aşkar olunmuş narkotik vasitə ona məxsus olmuş və ona qarşı hec bir təsir və təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 Şahid8 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, bina 119Q, mənzil 56-da qeydiyyatda olmaqla yaşayan xx.xx.2001-ci il təvəllüdlü X6 psixotrop maddələri istifadə etməsi, üzərində və yaşadığı evdə saxlaması və satması barədə daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2021-ci il tarixdə saat 15:00 radələrində keçirilmiş əməliyat axtarış tədbirləri nəticəsində X3 şəhəri, Ü.Hacıbəyov küçəsində, Dəyirmanın dairəsi adlanan yerin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Kəpəz RPİ-nə gətirilmişdir. Polis idarəsində olan zaman Mustafa Eceyə psixotrop maddəni istifadə etməsi, üzərində və yaşadığı evdə gizlətməsi və satması ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmiş, bundan sonra Mustafa Eceyə hüquq və vəzifələri, o cümlədən dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş, Mustafa Ece ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra Mustafa Ece dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Kəpəz rayon polis idarəsinin inzibati binasında yerləşən xidməti otaqda üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Mustafa Ecenin əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş büklüm aşkar olunmuşdur. Həmin bükümün içərisində kristal formada ağ rəngli kəskin spesifik iyli və ilk baxışdan psixotrop maddə olan “metamfetaminə” oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Götürülmüş kütlə elektron tərəzidə çəkilmiş və kütlənin ümumi çəkisi 3,66 qram olmuşdur. Həmin kütlə kağız zərfdə qablaşdırılmış və möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. X6 narkotik vasitə satması barədə əməliyyat məlumatı olsa da, narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 Şahid10 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbul etməsi, evində saxlaması və satması barədə əməliyyat məlumatı ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 5(044)-109/2021 saylı qərarından görünür ki, Gəncə şəhər BPİ Nizami RPİ-nin CAŞ-nin əməliyyat müvvəkili polis leytenantı Şahid3 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Şahid12 ərizə yazaraq həyat yoldaşı Təqsirləndirilən şəxs ilə yaşadıqları evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. «Evə baxış keçirilməsi və götürmə haqqında» xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman onun yataq çarpayısının ətrafından 3 sellofan bükükmdə 2,94 qram heroinə bənzər kütlə, plastik qabda 6,60 qram metanfetaminə bənzər kütlə, plastik qabda 3,21 qram, 2 siqaret falqasına bükülüdə 0,21 qram şüşə qabda 15,46 heroinə bənzər kütlə, 2 ədəd metadon tableti, 03 ədəd elektron tərəzi, 16 ədəd müxtəlif markalı mobil telefonlar aşkar olundu, qablaşdırıldı və möhürləndi. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində və yaşadığı evdə narkotik vasitə olan heroini gəzirməkdə və istifadə etməkdə şübhəli olması barədə əməliyyat məlumatı ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(043)-31/2022 saylı qərarından görünür ki, Gəncə şəhər BPİ Kəpəz RPİ-nin CAŞ-nin əməliyyat müvvəkili polis baş leytenantı Şahid8 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. «Baxış keçirilməsi haqqında» xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı ünvan 15 ünvana baxış zamanı aşkar edilmiş 1 ədəd İphone 5, 1 ədəd İphone 5s, 2 ədəd İphone 4, 3 ədəd Samsung DUOS smartfon tipli, 5 ədəd Samsung DUOS sadə tipli, 1 ədəd Nokia smartfon tipli, 1 ədəd Nokia sadə, 1 ədəd X-inovo markalı sadə tipli, 1 ədəd LG smartfon markalı olmaqla ümumilikdə 16 ədəd mobil telefona baxış keçirib həmin protokolu tərtib etdim. İstintaq hərəkətinin icaası zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, N.Rəfibəyli küçəsi 4a ünvanına baxış zamanı aşkar edilmiş 1 ədəd İphone 5, 1 ədəd İphone 5s, 2 ədəd İphone 4, 3 ədəd Samsung DUOS smartfon tipli, 5 ədəd Samsung DUOS sadə tipli, 1 ədəd Nokia smartfon tipli, 1 ədəd Nokia sadə, 1 ədəd X-inovo markalı sadə tipli, 1 ədəd LG smartfon markalı olmaqla ümumilikdə 16 ədəd mobil telefona baxış zamanı müəyyən edildi ki, həmin telefonlar istifadəyə yararsızdır və hal-hazırda heç biri işlək vəziyyətdə deyildir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin mobil telefonları yaşadığı evdə təmir edərək satdığını bildirdi.Baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilməmiş və bu barədə protokol tərtib edilmişdir. «Video görüntüyə baxış keçirilməsi haqqında» xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, əməliyyat-axtarış tədbirlərindən sonra Şahid1 təqdim etdiyi narkotik vasitəyə, X6 üzərinə şəxsi axtarış və Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman istifadə edilmiş video çəkilişin 03 ədəd DVD diski materiallara əlavə edilmişdir. Həmin video görüntüyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər Nizami RPİ-də PB-də təhqiqatçı, polis mayoru Elçin Cahangirov, Gəncə şəhər Nizami RPİnin PB-nin Növbətçi köməkçisi polis baş serjantı X11 iştirakı ilə Şahid1 üzərinə baxış keçirilir. Baxış zamanı Şahid1 1 ədəd 10 manatlıq və 5 ədəd 1 manatlıq olmaqla 15 manat qarşılığında əvvəllər tanıdığı X5 bir bükümdə narkotik vasitə olan heroin aldığını bildirir. Həmin narkotik vasitəni Ece Mustafadan aldıqdan sonra könüllü olaraq Nizami RPİ-nin PB-nə təqdim etdiyini bildirir. Bundan sonra ikinci DVD diskə baxış keçirilir. Baxış zamanı müəyyən edildi ki, Gəncə şəhər Nizami RPİ-də PB-də təhqiqatçı, polis mayoru Elçin Cahangirov, Gəncə şəhər Nizami RPİ-nin PB-nin əməliyyat müvəkkili X10, əməliyyat müvəkkili Şahid3, müdafiəçi X14 iştirakı ilə X6 üzərinə baxış keçirilir. Baxış keçirilməzdən əvvəl X8 hüquq və vəzifələri izah edilir. Eyni zamanda üzərində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə və yaxud psixotrop maddə olub-olmaması, əgər vardırsa təqdim etməsi təklif edilir. Baxış zamanı Mustafa Ecenin üzərində hər hansı qanunla dövriyyəsi qadağan olunmuş əşya, narkotik vasitə və psixotrop maddə aşkar edilmədi. X2 üzərindən 1 ədəd A35856635 seriyalı 10 manatlıq, 5 ədəd G19193150, F14979153, G05484431, F06253053, G56933490 seriyalı 1 manatlıq əskinaslar olmaqla ümumilikdə 15 manat pul aşkar edildi və həmin 15 manat pul iş üçün əhəmiyyət kəsb etdiyi üçün zərfə qoyularaq qablaşdırıldı. Bundan sonra 3-cü DVD diskə baxış keçirilir. Baxış zamanı müəyyən edildi ki, Gəncə şəhər Nizami RPİ-də PB-də təhqiqatçı, polis mayoru Elçin Cahangirov, Gəncə şəhər Nizami RPİ-nin PB-nin baş əməliyyat müvəkkili Şahid4, əməliyyat müvəkkili Şahid3, əməliyyat müvəkkili Şahid6, əməliyyat müvəkkili Şahid7 Şahid5 və Şahid12 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 16 ünvana baxış keçirilir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs yataq çarpayısının ətrafından 3 ədəd sellofan bükümdə 2,94 qram heroinə bənzər kütlə, plastik qabda 6,60 qram psixotrop maddə olan metamfetaminə bənzər kütlə, digər plastik qabda 3,21 qram, 2 ədəd siqaret falqasına bükülüdə 0,21 qram, şüşə qabda 15,46 qram heroinə bənzər kütlə 02 ədəd metadon tableti, 3 ədəd elektron tərəzi və 16 ədəd müxtəlif markalı mobil telefonlar aşkar edilərək götürüldü və qablaşdırıldı. Üzəri iştirakçılar tərəfindən imzalandı. Sorğu zamanı Təqsirləndirilən şəxs arvadı Şahid12 bildirdi ki, onların evindən aşkar edilərək götürülmüş kütlələr, elektron tərəzilər və mobil telefonlar onun əri Təqsirləndirilən şəxs məxsusdur. Baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilməmiş və bu barədə protokol tərtib edilmişdir. «Şəxsi axtarış və götürmə haqqında» xx.xx.2021-ci il tarixli protokoldan görünür ki,Təqsirləndirilən şəxs üzərinə baxış zamanı normal yerimək üçün istifadə etdiyi sağ qoltuq altı kastilin qoltuq altı hissəsinə bükülmüş qırmızı rəngli parçanın altından sellofan kəsiyinə bükülmüş kəskin iyli ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürüldü. Götürülmüş 1 ədəd sellofana bükülmüş kütlə bükülmüş sellofan kəsiyi ilə birlikdə elektron tərəzidə çəkildi, həmin kütlənin sellofan kəsiyi ilə birlikdə ümumi çəkisi 7,20 qram oldu. Həmin kütlə kağız zərfdə qablaşdırıldı və ağzı Azərbaycan Respublikası DİN-nin 120 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalandı. Qablaşdırılmış kütlənin narktoik vasitə olub-olmamasını və dəqiq çəkisi barədə rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin X19 göndərildi. Təqsirləndirilən şəxs sorğu zamanı bildirdi ki, üzərindən aşkar olunan kütləni Gəncə şəhəri ərazisində xatırlamadığı küçələrin birində yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdi. Təqsirləndirilən şəxs üzərinə üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar olunan 1 ədəd vinston markalı siqaret və bir ədəd alışqan özünə qaytarımışdır. «Baxış və götürmə haqqında» xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdə davam etdirilir. Evə baxış zamanı evin zalının giriş qapısından sol hissədə qoyulmuş Quslan Quliyevin yatdığı çarpayısında yastığın altından sellofan kəsiyinə bükülmüş kəskin iyli ilk baxışdan heroinə bənzər kütlə aşkar olunaraq götürüldü. Həmin kütlə sellofan kəsiyi ilə birlikdə elektron tərəzidə çəkildi, kütlənin ümumi çəkisi 17,24 qram oldu. Həmin kütlə kağız zərfdə qablaşdırıldı və ağzı Azərbaycan Respublikası DİN-nin 120 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalandı. Baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilməmiş və bu barədə protokol tərtib edilmişdir. Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, X13 narkotik vasitəni həqiqətən Təqsirləndirilən şəxs əldə etmişdir. X6 və Təqsirləndirilən şəxs hər hansı şəxs və ya şəxslərə narkotik vasitə və ya psixotrop maddə satması barədə əməliyyat məlumatı daxil olmuş, lakin həmin şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. X1 və Təqsirləndirilən şəxs istifadəsində hər hansı mobil operatorlara məxsus telefon nömrələrinin olması tərəfimizdən müəyyən edilməmişdir. Həmçinin qanunsuz olaraq narkotik vasitə əldə etməsində onlara kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdikləri narkotik vasitədən yaşadıqları evdə, yaxud, digər yerlərdə gizlədərək saxlaması, həmçinin onun rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs hər hansı şəxs və ya şəxslərə narkotik vasitə və ya psixotrop maddə satması barədə əməliyyat məlumatı daxil olmuş, lakin həmin şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır.Həmçinin qanunsuz olaraq narkotik vasitə əldə etməsində onlara kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdikləri narkotik vasitədən yaşadıqlar evdə, yaxud digər yerlərdə gizlədərək saxlaması, həmçinin onun rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. «Üzləşdirmə haqqında» xx.xx.2021-ci il tarixli protokoldan görünür ki,Təqsirləndirilən şəxs ilə X13 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı X37 Cəfərova satdığı narkotik vasitəni ondan aldığını Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs isə dedikləri ilə razılaşmayaraq inkar etmişdir. Materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli 16/445 saylı rəyindən görünür ki, Məhkəmə-kimyəvi ekspertizasının vermiş olduğu 11 may 2021-ci il tarixli 16/445 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Şahid1 təqdim etdiyi....” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,103 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs evindən aşkar olunmuş vasitələr...” sözləri və imzalar olan kağız paketdəki, 3 (üç) ədəd şəffaf sellofan bükümlərdə və 2 (iki) ədəd “gümüşü” kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,046 qram, 0.036 qram, 0.793 qram, 0.763 qram, 0.719 qram, ümumi təmiz çəkisi 2.357 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir.Həmin kağız paketdəki üzərində “FARAN”, “Methadone” yazıları olan kəsilmiş konvalyutdakı 2 (iki) ədəd həbin MEM-nin X18 lazımi texniki avadanlıq olmadığından tədqiqatı aparılmadı. Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs evindən aşkar olunmuş vasitələr...” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd ağ rəngli “kapron” qabda təmiz çəkisi 0.142 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir.Heroin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının 1-ci bəndinə daxildir. Həmin kağız paktedəki 1 (bir) ədəd şəffaf “kapron” qabda təmiz çəkisi 0.656 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Metamfetamin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Həmin kağız paktedəki 1 (bir) ədəd içərisində tünd-qəhvəyi rəngli izlər olan şüşə flakonda heroin izləri vardır, heroin iz şəklində olduğundan quru maddəsinin çəkisi müəyyən etmək mümkün olmadı.Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Şahid1 təqdim etdiyi” sözləri olan kağız paketdəki heroin və üzərlərində “Vət. X23 evindən aşkar olunmuş vasitələr” sözləri olan iki ədəd kaöız paketdəki heroinlər xarici əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Qeyd: Metamfetaminin təmiz çəkisi – 0.656 qram, tədqiqata sərf edildi – 0.1 qram, qalır 0.556 qram.Heroin təmiz çəkisi 0.103 qr, 0.046 qr, 0.036 qr, 0.793 qr, 0.763 qr, 0.719 qr, 0.142 qr, tədqiqata sərf edildi – 0.05qr, 0.02qr, 0.02qr, 0.02qr, 0.02qr, 0.02qr, 0.05qr, qalıq 0.053qr, 0.026qr, 0.016qr, 0.593qr, 0.563qr, 0.519 qr, 0.092qr. Materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli 16/641 saylı rəyindən görünür ki,tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə....” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 7.033 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir.Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdə yatağının baş altı yastığının altından aşkar edilərək....” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 16.845 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir Tədqiqata təqdim olunmuş heroinlər xarici əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Qeyd: Heroinin təmiz çəkisi – 16.845 qram və 7.033 qram, tədqiqata sərf edildi – 0.4 qr (hər birindən 0.2 qr), qalıq – 16.645, 6.833 qram. Materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli 16/695 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs X6 üzərindən aşkar olunmuş bir ədəd maddi sübut....” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 3.473 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: Metamfetamin təmiz çəkisi – 3,473 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq 3,373 qramdır. Materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli 6/4723 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş....” yazısı olan bükümdə üzərində “Methadone 40” markalanma göstəricisi olan konvalyutdakı 2 (iki) ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş boz rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 2 ədəd həbdən ibarət metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edir (konvalyutun üzərindəki göstəricisinə əsasən bir həbdə 0,04 qram metadon olmaqla) Materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 16/167 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Şahid1 təqdim etdiyi....”, “Vət. Təqsirləndirilən şəxs evindən aşkarolunmuş vasitələr”, “Vət. Təqsirləndirilən şəxs evindən aşkar olunmuş vasitələr” yazıları olan kağız paketlərdəki heroinlər ilə üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə....”, “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən yatağının baş altı yastığının altından aşkar edilərək....” yazıları olan kağız paketlərdəki heroinlər xarici əlamətlərinə və tərkiblərinə görə eyni deyildir. Qeyd: Heroin təmiz çəkiləri – 0.053 qr, 0.026qr, 0.016qr, 0.593qr, 0.563qr, 0.519qr, 0.092qr, 16.645qr, 6.833qr tədqiqata sərf edildi- 0.09qr (hər birindən 0.01 qr) qalıq – 0.043qr, 0.016qr, 0.006qr, 0.583qr, 0.573qr, 0.509qr, 0.082qr, 16.635qr, 6.823qr. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 1299 saylı rəyindən görünür ki,müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehticaı var. Nakroloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 05 iyul 2021-ci ildən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Kəpəz rayon Məhkəməsinin xx.xx.2001ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə red.) 93-3-cü maddəsinin 3cü hissəsi ilə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 05 ay şərti olaraq vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 66.5, 127.2.3-cü maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 07 ay 19 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 67.1, 234.1-ci maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə qəti olaraq 02 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 noyabr-Zəfər Günü manasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilmiş və ona Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 02 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 02 il 03 ay 21 gün hissəsi 06 ay azaldılmışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, X13 Azərbaycan Respublikası CM-nin 234.4.2-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 21.10. 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ayrıca istintaq aparılması məqsədilə ********* nömrəli cinayət işindən fakta görə Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış və ayrıca istintaqı aparılmışdır. «Sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübutlar Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş və tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 6,823 qram heroin, 16.635 qram heroin və 1.809 qram heroin, 0.556 qram metamfetamin, 16 ədəd müxtəlif markalı mobil telefonlar və 03 ədəd elektron tərəzi, Gəncə şəhər Baş Polis İdarəsində xüsusi ayrılmış saxlanc yerinə təhvil verilmişdir. Eləcə də beş ədəd DVD disk isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən, X6 üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi üçün ayrıca istintaq aparılması məqsədilə ********* nömrəli cinayət işindən fakta görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və ayrıca istintaqı aparılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilmədiyini, üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitənin ona məxsus olmadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini, maddi sübutları, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyindən həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X15 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən metamfetamin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, heroin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, metadon- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 1,6 qram, nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satnmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamaları bükülməsi və işin halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 66.5, 127.2.3-cü maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 07 ay 19 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa o, Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 67.1, 234.1-ci maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, əməlində cinayətlərin residivi olduğundan cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməli olduğu müəyyən edilmişdir. Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini isə xx.xx.2021-ci il tarixlərdə törətmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 noyabr-Zəfər Günü manasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilmiş və ona Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 02 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 02 il 03 ay 21 gün hissəsi 06 ay azaldılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə, yəni hazırkı hökm üzrə təyin ediləcək cəza ilə Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 02 il 03 ay 21 gün hissəsindən “8 noyabr-Zəfər Günü manasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 6 ay azadılmış hissəsi yəni, çəkilməmiş 01 il 09 ay 21 gün müddətinə azadlıqdan məhrumetmə cəzası qismən toplanmaq yolu qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək əməlində cinayətlərin residivi olduğundan cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməli olduğu müəyyən edildiyindən ona hazırki hökm üzrə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 16 ədəd müxtəlif markalı mobil telefonlar təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş və tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 6,823 qram heroin, 16.635 qram heroin və 1.809 qram heroin, 0.556 qram metamfetamin, 03 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X9 X15 üzrə Dövlət Komissiyasının Daimi X22 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də beş ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 235 (iki yüz otuz beş) manat 60 (altmış) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin edilmiş 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə, Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 02 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 02 il 03 ay 21 gün hissəsindən “8 noyabr-Zəfər Günü manasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 06 ay azadılmış hissəsi yəni, 01 il 09 ay 21 gün müddətinə azadlıqdan məhrumetmə cəzası qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin başlanğıcı tutulduğu 05 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 16 ədəd müxtəlif markalı mobil telefonlar təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş və tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 6,823 qram heroin, 16.635 qram heroin və 1.809 qram heroin, 0.556 qram metamfetamin, 03 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X9 X15 üzrə Dövlət Komissiyasının Daimi X22 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də beş ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 235 (iki yüz otuz beş) manat 60 (altmış) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar