Məhkəmə qərarları › İş №1(100)-220/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-220/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-220/2024 29.05.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Ələkbərli Roman oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri X9 və ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1982-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həbs edilənədək ünvan 2 ünvansız fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Pentensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 4,245 qram və 6,957 qram olmaqla, ümumi təmiz çəkisi 11,202 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək kağız paketdəki 2 ədəd iç-içə şəffaf sellofan bükümdə və digər 1 ədəd şəffaf sellofan bükümdə əynində olan göy rəngli cins şalvarın sağ yan cibində daşıyaraq saxlamış, 14 iyun 2023-cü il tarixdə saat 19-30 radələrində Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, Gülüstan dairəsi adlanan yerin yaxınlığındakı «Şərab evi»-nin qarşısında özünə məxsus idarə etdiyi KİA Optima markalı, ** LY *** dövlət nömrə nişanlı avtomobili ilə hərəkətdə olarkən Gəncə şəhər Baş Polis İdarəsinin NMB-nin və DYPŞ-nin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq, ünvan 3 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən göy rəngli cins şalvarının sağ yan cibindən kağız paketdəki 2 ədəd iç-içə şəffaf sellofan bükümdə və digər 1 ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 4,245 qram və 6,957 qram olmaqla, ümumi təmiz çəkisi 11,202 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 14 iyun 2023-cü il tarixdə evindən çıxıb Gəncə şəhəri Gülüstan qəsəbəsinə gedərkən ərzaq mağazanın qarşısında avtomobilini saxlayıb, siqaret almaq istədiyi vaxt Gəncə şəhər BPİ-nin X39 X33 Xidməti inspektoru ona yaxınlaşaraq onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişdir. O, öz növbəsində Yol Patrul Xidməti inspektorundan polis şöbəsinə hansı səbəbdən getməli olduğunu soruşduqda, YPX inspektoru ona təffərrüatlı məlumatı şöbədə əməkdaşların verəcəyini bildirmişdir. Bundan sonra yol polisi əməkdaşı ondan avtomobildən düşməsini tələb etmiş, avtomobilin polis əməkdaşları tərəfindən idarə ediləcəyini bildirmişdir. O, polis əməkdaşının bu tələbi ilə razılaşmayaraq avtomobili özü idarə etmişdir. Daha sonra yolda hərəkətdə olan zaman yol polisi əməkdaşı ondan başqa istiqamətə dönməyini istəmiş, lakin o, DYPŞ-nin həmin istiqamətdə olmadığını bildirərək, hara getdiklərini soruşduqda yol polisi əməkdaşı ona Gəncə şəhər BPİ-dən sənəd götürüb sonra gedəcəklərini bildirmişdir. Gəncə şəhər BPİ-nin qabağına çatdıqda, onunla gələn YPX inspektoru sənəd götürüb gələcəyini bildirərək, maşından düşüb BPİ-yə daxil olmuşdur. O, maşında gözləyən zaman anidən polis idarəsinin narkomaniyaya qarşı mübarizə şöbəsinin əməliyyatçıları ona fiziki zor tətbiq edərək maşından düşürüb Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına aparmışlar. Gəncə Şəhər Baş polis idarəsində narkotiklərlə mübarizə şöbəsinin əməkdaşına rüşvət verdiyini bildiklərini, bunu həmin əməkdaşın üzünə qarşı deməsi ondan tələb olunmuş, o isə bu tələbi yerinə yetirməmişdir. Bundan sonra onun bu hərəkətinə qarşı önünə narkotik vasitə qoyub, narkotikin onun olduğunu deməsini tələb etmişlər. O, polislərə, nə olur-olsun bununla razılaşmayacağını bildirmişdir. Belə olan halda polis əməkdaşları ona çoxsaylı fiziki ağrılar və psixi təzyiqlər formasında işgəncələr verməyə başlamışlar. İlk öncə öna baş nahiyyəsindən zərbələr edndirmişlər, zərbələrin nəticəsində qulağından qan axmağa başlamışdır. Bundan sonra ayaqlarını bağlayaraq dəyənəklə hər iki ayağının altına zərbələr endirmiyə başlamışlar. Dözülməz fiziki ağrılar, işgəncələr sayəsində polis əməkdaşları onun iradəsini qırmağa müvəffəq olub videoçəkiliş aparılması üçün ona 2 ədəd iç-içə qoyulmuş şəffaf sellofan bükümü verib cibinə qoymasını tələb etmişlər. O, həmin bükümü şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, o da, ona verilən göstərişə uyğun olaraq cibindən polislərin ona verdiyi sözügedən bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bükümlərdə çəkisi 11 qram olan heroin olmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, tutularkən onun üzərində heç bir naroktik vasitə və ya psixotrop maddə olmamışdır. O, DYPŞ-nin əməkdaşlarından onunla bağlı problemin nə olması barədə soruşmuş, DYP əməkdaşları ona, şöbəyə getməli olduğunu bildirmişlər, o da öz növbəsində maşınını özü idarə edərək avtomobilini DYP işçilərinin maşınının arxasınca sürüb polis şöbəsinə getmişdir. Əgər onun üzərində narkotik vasitə olsa idi, həmin an, onun sözügedən narkotik vasitəni kənara atmaq imkanı var idi, bundan istifadə edib həmin narkotik vasitəni tullaya bilərdi. Gəncə şəhər BPİ-də Şahin, Qoşqar adlı polis əməkdaşları onun ayağını, əllərini bağlayaraq ayağına, başına, həmçinin bədəninin müəyyən nahiyələrinə vuraraq ona fiziki, mənəvi, psixi təzyiqlər göstərmişlər. Polisdə ondan narkomaniyaya qarşı mübarizə şöbəsinin işçisinə pul verdiyini, bu barədə həmin işçinin üzünə deməsini ondan tələb etmişlər, lakin o bunu etməmişdir. Məhkəmənin diqqətinə onu da çatdırır ki, İbtidai araşdırma zamanı ona hər növdə təzyiqlər edilmiş, təzyiq nəticəsində polis əməkdaşları onun əleyhinə həqiqəti əks etdirməyən, yalançı sübutlar toplamışlar. Polis əməkdaşlarının qanunsuz hərəkətləri, ona işgəncə vermələri barədə tutulduğu gündən başlayaraq demək olar ki, mövcud bütün instansiyalara şikayət etmişdir. Onun ifadəsini dinləyən Gəncə Şəhər Məhkəməsinin hakimi tərəfindən tutulmasından 2 gün sonra məruz qaldığı işgəncə, pis rəftar, qeyri-insani hərəkətlər barədə 16 iyun 2023-cü il tarixli “Şəxsiyyətin toxunulmazlıq hüququnun pozulmasına dair” qərar qəbul edilmiş, onun Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması-qeyri insanı rəftar faktı üzrə təhqiqat aparılıb müvafiq qərarın qəbul edilməsi Gəncə Şəhər Prokurorluğuna həvalə edilmişdir. Prokurorluq isə bu fakt üzrə demək olar ki, araşdırma aparmamışdır. İstintaq təcridxanasına daxil olan zaman da onun işgəncəyə məruz qaldığı, bədənində çoxsaylı xəsarətlər olması təcridxananın həkimi tərəfindən qeydə alınmış, istintaq təcridxanası da işgəncə barədə Gəncə Şəhər prokurorluğuna təxirəsalınmaz müraciət etmişdir. Polis əməkdaşları tərəfindən tutulmamışdan öncə onun bədən səthində hər hansı xəsarət olmamış, aldığı bütün xəsarətlər polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər göstərilməklə işgəncəyə məruz qaldığı vaxt yaranmışdır. Məhkəmə heyətindən polis əməkdaşları tərəfindən şərlənib tutulduğu üçün ona bəraət verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs 14 iyun 2023-cü il tarixdə Gəncə şəhəri, N.Nərimanov prospektində Gülüstan dairəsi adlanan ərazidə Gəncə şəhər BPİ-nin DYPŞ-nin YPX inspektorları tərəfindən “Saxla” əmri verildikdən sonra saxlanılaraq, Gəncə şəhər BPİ-yə gətirilmiş və Baş Polis İdarəsində Təqsirləndirilən şəxs üzərinə videçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən narkotik vasitə olan, çəkisi təxminən 10 qrama yaxın heroinə bənzər kütlələri təqdim edərək ona məxsus olduğunu etiraf etmişdir. Həmin bükülülərin içərisindəki heroinə bənzər kütləni haradan əldə etməsi ondan soruşulmuşdur.Təqsirləndirilən şəxs bildirmişdir ki, bükülüdəki narkotik vasitə olan heroin onun özünə məxsusdur, həmin kütlələrdən heç kimə satmamış, özü istifadə etmək üçün saxlamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı ona daxil olmuş, əməliyyat məlumatının məzmunu Təqsirləndirilən şəxs üzərində külli miqdarda narkotik vasitə gəzdirməsi ilə bağlı olmuş, satış ilə bağlı məlumat olmamış, lakin satış məqsədini müstəntiq sonradan müəyyən etmişdir. Təqsirləndirilən şəxs tutulan zaman ondan başqa Gəncə şəhər BPİ-nin NMB-nin əməkdaşı Həsən Aslanov, Gəncə şəhəri, BPİ-nin, DYPŞ-nin əməkdaşları YPX inspektorları polis baş serjantı X22 və polis serjantı X18 iştirak etmişlər. Təqsirləndirilən şəxs saxlanılan zaman onda hər hansı xəsarət olmamış və onlar tərəfindən də ona qarşı hər hansı fiziki və psixi zor tətbiq edilməmiş, özü sərbəst şəkildə ifadə verərək narkotik vasitənin onun olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-yə onların maşını ilə gətirilmişdir. Təqsirləndirilən şəxs avtomobilinin kim tərəfindən şöbəyə gətirilməsini isə dəqiq xatırlamır, ehtimal edir ki, Turanın avtomobili şöbəyə DYP əməkdaşları tərəfindən gətirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X24, şahid X10 ilə eyni məzmunlu ifadə verərək, onun dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhər BPİ-nin X39 X33 Xidməti inspektoru, polis baş serjantı X22 ilə birlikdə xidmətdə olan zaman, KİA Optima markalı, ** LY *** dövlət nömrə nişanlı avtomobilin saxlanılması barədə onlara məlumat gəlmiş, onlar da Gəncə şəhəri, N.Nərimanov prospektində Gülüstan dairəsi adlanan ərazidə yerləşən Şərab evi mağazasının qarşısında KİA Optima markalı, ** LY *** dövlət nömrə nişanlı avtomobili saxlamışlar. Bir müddət sonra Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkilləri gəlmiş, birlikdə Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-yə aparmışlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman baxışda iştirak etmiş, baxış zamanı Təqsirləndirilən şəxs sağ yan cibindən 2 ədəd polietilen kəsiyinə bükülmüş narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmiş, bükümlərdəki narkotik vasitənin özünə məxsus olduğunu və həmin narkotik vasitəni tapdığını, həmin kütlədən heç kimə satmadığını, özü istifadə etmək üçün saxladığını bildirmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi təzyiq olmamış və tutulan zaman onun üzərində, görünən bədən üzvlərində hər hansı xəsarət, yara və ya qan izi olmamışdır. Sözügedən hadisə zamanı Gəncə şəhər DYPŞ-nin rəisi Eldəniz Həsənov orada olmamışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra sonuncunun avtomobilini kimin idarə etdiyini isə xatırlamır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X25 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıyır. Təqsirləndirilən şəxsla yaxın tanışlıqları olmamış, sonuncunu qiyabi olaraq tanımışdır. O, Bakı şəhərində yaşadığından Gəncəyə gəliş-gedişi çox deyil. O, yeni mobil nömrə istifadə etməyə başlamış, bir neçə gün sonra həmin nömrəyə zəng gəlmiş, onu polis şöbəsinə çağırmışdırlar. O, polis şöbəsinə gedən zaman polis şöbəsində ona istifadəsində olan nömrədən Təqsirləndirilən şəxs zəng edildiyini bildirmişlər, o da öz növbəsində qeyd olunan nömrəni yeni istifadə etdiyini və sözügedən zəngin də kimin tərəfindən olduğu barədə məlumatı olmadığını bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, tanımadığı polis əməkdaşı zəng edib onu polis şöbəsinə çağırmış daha sonra polis şöbəsində ondan Turana zəng edildiyini bildirmişlər. O da öz növbəsində belə bir zəng etmədiyini və nömrəni də bir neçə ay əvvəl dostunun ona hədiyyə etdiyini bildirmişdir. Onun Təqsirləndirilən şəxs üzərində narkotik olması və ya hansı məqsəd ilə üzərində saxlaması və yaxud Təqsirləndirilən şəxs narkotik istifadəçisi olması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs DYPŞ-nin əməkdaşları ilə aralarında insident yarandığına görə tutulduğunu bilir, qeyd olunanlarla bağlı başqa məlumatı yoxdur. Bundan başqa istintaq zamanı da hazırda verdiyi kimi ifadə vermiş, sadəcə istintaq zamanı verdiyi ifadəsini oxumadan imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o avtomobil ustası kimi fəaliyyət göstərir. Yanına avtomobilini düzəltdirməyə gələn taksi fəaliyyəti ilə məşğul olan Ramin adlı şəxs onun mobil telefonunu götürərək tanımadığı şəxsə 18 dəfə zəng etmişdir. Daha sonra onu bununla bağlı polis şöbəsinə çağırdıqda o, polis əməkdaşlarına, heç kəsə zəng etmədiyini, telefonunu Ramin adlı şəxsin götürüb harasa zəng etdiyini bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımır, heç vaxt görməmişdir. Polis əməkdaşlarının soruşduğu gün onun telefonundan Ramin istifadə etmişdir. Ramin adlı şəxsin Göygöl rayonunun Üçtəpə kəndində yaşadığını bilir, lakin Raminin narkotik vasitə istifadə etməsi barədə məlumatı yoxdur. Polis əməkdaşlarına da məhkəmədə verdiyi məzmunda ifadə vermiş, istintaqda verdiyi ifadəsində yazılan kimi ifadə verməmiş, müstəntiqin özü ifadəyə öz istədiyi məzmunda cümlələr yazmışdır. Polisə çağırıldığı gün onu narkotik vasitə istifadə etməyi ilə bağlı testdən də keçirmişlər. Testin nəticələrinə görə narkotik vasitə istifadə etmədiyi məlum olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 14 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarxidə saat 20.00-da Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 4(125)-314/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixdək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Məhkəməsinin “Şəxsiyyətin toxunulmazlıq hüququnun pozulmasına dair” 16 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə onun polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması - qeyri insanı rəftar faktı üzrə təhqiqat aparılıb müvafiq qərarın qəbul edilməsi Gəncə Şəhər Prokurorluğuna həvalə edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15 iyun 2023-cü il tarixdə Gəncə şəhər BPİ-nin MSY-də tərtib edilmiş aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 00:40 radələrində Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs Təqsirləndirilən şəxs MSY-yə qəbul olunaraq onun üzərinə və bədəninə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs sağ qulağının iç nahiyəsində qanamış yara, həmçinin Təqsirləndirilən şəxs sağ ayağının altında ağrılar olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər BPİ-nin MSY-nin tutulmuş şəxs Təqsirləndirilən şəxs məxsus 442 saylı tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin MSY-ə təhvil verilərkən sözügedən şəxsin sağ qulağında qançırlar və sağ ayağının altında isə şişkinliklər olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs məxsus 4328/2023/1005 saylı tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 2 saylı İstintaq təcridxanasının həkimi tərəfindən tibbi müayinədən keçirilən zaman onun sağ qulaq seyvanında qartmaq bağlamış yara və hər iki ayağın altında qançır izləri aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs 2 saylı İstintaq təcridxanasına daxil olarkən 17 iyun 2023-cü il tarixli verdiyi izahatından görünür ki, Təqsirləndirilən şəxs 2 saylı İstintaq təcridxanasına daxil olarkən həkim tərəfindən üzərində xəsarətlər aşkar olunduğunu və üzərindən aşkar edilmiş xəsarətləri xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində Polis əməkdaşları tərəfindən həbs olunan zaman aldığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 iyun 2023-cü il tarixli 2 saylı İstintaq təcridxanasının əməkdaşları tərəfindən tərtib edilmiş aktdan göürünür ki, 17 iyun 2023-cü il tarixdə Gəncə şəhər BPİ-dən gətirilən həbs edilmiş şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun sağ qulaq seyvanında qartmaq bağlamış yara və hər iki ayağın altında qançır izləri aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər 2 saylı İstintaq təcridxanasının rəisinin 17 iyun 2023-cü il tarixli, Gəncə şəhər prokuroruna ünvanladığı məktubdan görünür ki, 17 iyun 2023-cü il tarixdə saat 10:25-də Gəncə BPi-nin əməkdaşları tərəfindən tutularaq 2 saylı istintaq təcridxanasına təhvil verilən, Təqsirləndirilən şəxs 2 saylı istintaq təcridxanasının həkimi tərəfindən müayinədən keçirilən zaman onun sağ qulaq seyvanında qartmaq bağlamış yara və hər iki ayağının altında qançır izləri aşkar olunduğu və həbs edilmiş Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən verdiyi izahatında üzərində aşkar edilmiş xəsarətləri xx.xx.2023-cü il tarixdə, Gəncə şəhərində Polis əməkdaşları tərəfindən həbs olunan zaman aldığını bildirməsi göstərilmiş və sözügedən məktub, 17 iyun 2023-cü il tarixdə məlumat üçün Gəncə şəhər prokuroruna göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertizası və X17” Publik Hüquqi şəxsinin 04 aprel 2024-cü il tarixli 1484 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 2 saylı İstintaq təcridxanasının tibbi sanitar hissəsində müayinəsi zamanı “Sağ qulaq seyvanının qartmaqlı yarası və hər iki ayağın altında göy-bənövşəyi rəngli qançırı” aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, xəsarətlərin xarakterinə, lokalizasiyasına və rəng göstəricilərinə əsasən demək olar ki, törənmə müddətləri xx.xx.2023-cü il tarixdə 2 saylı İstintaq təcridxanasına daxil olmasından 2-3 gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixi və şəraiti inkar etmir, sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(104)-155/2023 nömrəli qərarı ilə Gəncə şəhər Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2023-cü il tarixli 4(125)-408/2023 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin sözügedən qərar qəbul olunarkən iclas zamanı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini etmədiyini, ilkin ifadə zamanı onun polis əməkdaşları tərəfindən işgəncəyə məruz qoyularaq, qeyd olunan ifadəni verməyə məcbur edildiyini bildirmişdirlər. Cinayət işiynin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə 14 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ ön cibindən iki ədəd sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan heroini təqdim etmişdir. Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış bir ədəd zərfdə olan 11,002 qram narkotik vasitə olan heroin cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Gəncə şəhər BPİ-nin maddi sübutların saxlama anbarına saxlanca verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15 iyun 2023-cü il tarixli “axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus Gəncə şəhəri Əziz Əliyev küçəsində yerləşən Firuzə şadlıq sarayının yaxınlığında ünvansız fərdi yaşayış evində və Təqsirləndirilən şəxs idarə etdiyi Gəncə şəhər BPİ-nin həyətində duracağa qoyulmuş KİA Optima markalı, ** LY *** dövlət nömrə nişanlı avtomobilində axtarış aparılmış,axtarış nəticəsində yaşayış evində və ya avtomobildə qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə, psixotrop maddə aşkar edilməmiş və götürülməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15 iyun 2023-cü il tarixlli, video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə 1 ədəd DVD diskdə olan Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin DYPŞ-nin və NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq Gəncə şəhər BPİ-yə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı qeydə alınmış video görüntüyə baxış keçirilmişdir. Həmin video çəkilişə baxış keçirilərkən müəyyən edilmişdir ki, Gəncə şəhər BPİ-nin İTİ-nin TŞ-nin baş təhqiqatçısı,polis mayoru X5 tərəfindən Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı X19,həmin bölmənin əməliyyat müvəkkili polis leytenantı X2,Gəncə şəhər BPİ-nin DYPŞ-nin YPX inspektorları polis baş serjantı X14,polis serjantı X6, Gəncə şəhər BPİ-nin KTB-nin inspektor kriminalisti, polis kapitanı X3, şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi X7 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, ikin olaraq baş təhqiqatçı özü haqqında məlumat vermiş, şəxsi axtarışa başladığını bildirmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış zamanı baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir predmet, əşya və ya narkotik vasitə varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının yağ ön cibindən iki ədəd bükümü təqdim etmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs əynində olan paltarı və ayağında olan ayaqqabıları yoxlanılmış, üzərindən bir ədəd Nokia markalı mobil telefon, bir ədəd avtomaşına aid açar, 604 manat pul və bir ədəd alışqan aşkar olunmuşdur. Pullar, açar, alışqan onun Təqsirləndirilən şəxs özünə qaytarılmış, bükümlər baş təhqiqatçı tərəfindən açılmış və içərisində narkotik vasitə olan heroinə bənzər kütlələr olduğu müəyyən edilmişdir. Həmin kütlələr bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, bükümlərlə birlikdə çəkisi 11,75 qram olmuşdur. Sonra təmin kütlələr qablaşdırılmış və şübhəli şəxsin özünün və iştirakçıların tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, həmin kütləni şəxsi axtarış aparılan gün günorta saatlarında yaşadığı evin yaxınlığında yerdən tapmış, həmin kütləni heç kimə verməmiş, istifadə etməmiş, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Şəxsi axtarış polis kapitanı Rasif Qasımov tərəfindən videkamera ilə çəkilmiş, şəxsi axtarış başa çatmış, videoçəkiliş 10 dəqiqə 02 saniyə olmuşdur. Bu barədə protokol tərtib olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15 iyun 2023-cü il tarixli axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi və Gəncə şəhər BPİ-nin inzibati binasının qarşqısında saxlanılan KİA Optima markalı ** LY *** nömrə nişanlı avtomoşında narkotik vasitə olması ehtimal olunduğundan Gəncə şəhər Məhkəməsinin 15 iyun 2023-cü il tarixli axtarış və götürmə aparılması haqqında qərarına əsasın həmin avtomobildə axtarış və götürmə keçirilmiş, narkotik vasitə və qanunla qadağan olunmuş əşya və predmet avtomobildə aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15 iyun 2023-cü il tarixlli, video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə 1 ədəd DVD diskdə olan Təqsirləndirilən şəxs idarə etdiyi və Gəncə şəhər BPİ-nin inzibati binasının qarşqısında saxlanılan KİA Optima markalı ** LY *** nömrə nişanlı avtomoşında narkotik vasitə olması ehtimal olunduğundan Gəncə şəhər Məhkəməsinin 15 iyun 2023-cü il tarixli axtarış və götürmə aparılması haqqında qərarına əsasın həmin avtomobildə axtarış və götürmə keçirilməsi zamanı qeydə alınmış video görüntüyə baxış keçirilmişdir. Həmin video çəkilişə baxış keçirilərkən müəyyən edilmişdir ki, Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi polis polkovnik-leytenantı X15, BPİ-nin NMB-nin əməliyyat müvəkkilləri, polis leytenantı X2,polis leytenantı X19, şübhəli şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi X7 iştirakları ilə Təqsirləndirilən şəxs idarə etdiyi KİA Optima markalı avtomaşına 15 iyun 2023-cü il tarixdə saat 19-25 dəqiqədə axtarış keçirir. İlkin olaraq Gəncə şəhər Məhkəməsinin axtarış və götürmə haqqında qərarı elan edilir, iştirakıçılar təqdim olunur. Bundan sonra avtomobildə narkotik vasitə, qanunla qadağan olunmuş əşya və ya predmetlərin olub olmaması məqsədilə axtarış keçirilir. Əməkdaşlar tərəfindən avtomobilin salonu, yük yeri,matorxanası axtarılır,lakin axtarış zamanı avtomobildə qanunla qadağan olunmuş əşya,predmet,narkotik vasitə aşkar olunmur və götürülmür. Videoçəkiliş 08 dəqiqədir. Baxış zamanı zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22 iyun 2023-cü il tarixlli, video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, icraatımda Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə 1 ədəd DVD diskdə olan Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhər Ə.Əliyev küçəsində yerləşən Firuzə şadlıq sarayının yaxınlığında ünvansız fərdi yaşayış evində Gəncə şəhər Məhkəməsinin 15 iyun 2023-cü il tarixli axtarış və götürmə aparılması haqqında qərarına əsasın həmin mənzildə axtarış və götürmə keçirilməsi zamanı qeydə alınmış video görüntüyə baxış keçirilmişdir. Həmin video çəkilişə baxış keçirilərkən müəyyən edilmişdir ki, Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi polis polkovnik-leytenantı X15, BPİ-nin NMB-nin əməliyyat müvəkkilləri, polis leytenantı X2, polis leytenantı X19, müdafiəçi X16, Təqsirləndirilən şəxs arvadı X1 nümayəndəsi, vəkil X11, ev sahibi X4 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı mənzildə 22 iyun 2023cü il tarixdə gündüz vaxtı təbii işıqlandırma şəraitində axtarış keçirir. İlkin olaraq Gəncə şəhər Məhkəməsinin axtarış və götürmə haqqında qərarı elan edilir, iştirakıçılara təqdim olunur. Bundan sonra mənzildə narkotik vasitə, qanunla qadağan olunmuş əşya və ya predmetlərin olub olmaması məqsədilə axtarış keçirilir. Əməkdaşlar tərəfindən evin bütün otaqları axtarılır, lakin axtarış zamanı qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə aşkar olunmur və götürülmür. Videoçəkiliş 11 dəqiqə 42 saniyədir. Baxış zamanı zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11 avqust 2023-cü il tarixli, mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin DYPŞ-nin və NMB-nin əməkdaşları tərəfindən 14 iyun 2023-cü il tarixdə saxlanılaraq Gəncə şəhər BPİ-yə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı üzərindən aşkar olunmuş və cinayət işinə əlavə edilmiş 01 ədəd Nokia markalı mobil telefona baxış keçirilmişdir.Baxış zamanı müəyyən olunmuşdur ki, həmin telefonda iş üçün əhəmiyyət kəsb edəcək telefon danışıqları, yazışmalar və ya sms mətnləri yoxdur. Odur ki,bununla bağlı protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs 14 iyun 2023-cü il tarixdə saxlanılaraq BPİ-yə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı üzərindən aşkar olunan Nokia markalı mobil telefon təqsirləndirilən şəxs cinayət işinin istintaq materialları ilə tanış olduqdan sonra ailə üzvlərinə qaytarılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-kimyəvi ekspertizasının 15 iyun 2023-cü il tarixli,16/625 nömrəli rəyindən görünür ki,tədqiqata təqdim edilmiş, üzərində « Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 11,75 qram kütlə» yazı və imzalar olan kağız paketdəki, 2 (iki) ədəd iç-içə olan şəffaf sellofan bükümdə və digər 1 (bir) ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrı ayrılıqda təmiz çəkiləri 6,957 qram, 4,245 qram ,ümumi təmiz çəkisi 11,202 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan-heroindirlər və kimyəvi tərkiblərinə görə eynidirlər. Heroin « Azərabycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr» in 1-ci siyahısının İ bəndinə daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 5892 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Psixonevroloji dispanserinin xx.xx.2023-cü il tarixli, 5349 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs dinspanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-narkoloji ekspertizasının 03 iyul 2023-cü il tarixli, 1133 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir.Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadalıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 04 ay 14 gününü çəkməkdən vaxtından əvvəl şərti azad azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 11,002 qram olan narkotik vasitə heroin, 14 iyun 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 01 ədəd “DVD”disk, Təqsirləndirilən şəxs məxsus, idarə etdiyi KİA Optima markalı, ** LY *** nömrə nişanlı avtomaşına axtarış və götürmə keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 01 ədəd “DVD”disk, Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri Ə.Əliyev küçəsində yerləşən Firuzə şadlıq sarayının yaxınılığındakı ünvansız fərdi yaşayış evində axtarış və götürmə keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 01 ədəd “DVD”disk, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrələrinə daxil olan və çıxan məlumatlar köçürüldüyü 01 ədəd “DVD”disk iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra təmiz çəkisi 11,002 qram olan narkotik vasitə olan heroin Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş, 04 ədəd “DVD” disklərin və Təqsirləndirilən şəxs aşkar olunan 01 ədəd Nokia markalı telefonun cinayət işinə əlavə edilməsi nəzərə alınmış və mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmışdır. Məhkəmə cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, o cümlədən iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai araşdırma zamanı kobud səhv və qanun pozuntularına yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri mötəbər sübutlarla əsaslandırılmışdır. Bu səbəbdən aşağıda sadalanan əsaslara görə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılmalıdır. Belə ki, iş aparılmış istər ibtidai, istərsə də məhkəmə istintaqı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Gəncə Şəhər Baş Polis İdarəsinin DYP şöbəsinin əməkdaşları tərəfindən “Kia” markalı “Optima” modelli **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobillə saxlanılmış, bir qədər sonra Gəncə Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən tutulmuş və tutularkən görünən bədən üzvlərində hər hansı xəsarət, qanayan yara və ya digər zədə olmamışdır. Bu işin mübahisəsiz halıdır və sözügedən xüsusat Təqsirləndirilən şəxs özü ilə yanaşı dindirilmiş bütün polis əməkdaşları tərəfindən yekdilliklə təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 00:40 da Təqsirləndirilən şəxs Gəncə BPİ-nin X21 təhvil verilərkən sağ qulağının iç nahiyyəsində qanayan yara, sağ ayağının altında ağrılar olması qeydə alınmış, bununla bağlı MSY-nin əməkdaşları tərəfindən müvafiq akt tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün məhkəməyə çıxarılan zaman o, polis idarəsində törətmədiyi cinayət əməlini “üzərinə götürməsi” məqsədilə işgəncəyə məruz qaldığını bildirmiş, Gəncə Şəhər Məhkəməsi bununla bağlı “Şəxsiyyətin toxunulmazlıq hüququnun pozulmasına dair” 16 iyun 2023-cü il tarixli qərar qəbul etmişdir. Gəncə Şəhər Məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması - qeyri insanı rəftar faktı üzrə təhqiqat aparılıb müvafiq qərarın qəbul edilməsini zəruri hesab etmiş, qərar icra olunması üçün Gəncə Şəhər Prokurorluğuna göndərilmişdir. Bundan sonra Məmmədov X8 Xidmətin 2 saylı İstintaq təcridxanasının həkimi tərəfindən tibbi müayinədən keçirilən zaman onun sağ qulaq seyvanında qartmaq bağlamış yara və hər iki ayağın altında qançır izləri aşkar edilmişdir. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs 2 saylı İstintaq təcridxanasına daxil olarkən bədən səthində aşkar edilmiş xəsarətlərlə bağlı verdiyi izahatı alınmış, sonuncu bədən səthi üzərində aşkar edilmiş xəsarətləri xx.xx.2023-cü il tarixdə Gəncə şəhər Baş Polis idarəsinin əməkdaşları tərəfindən həbs olunan zaman aldığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasının rəhbərliyi də öz növbəsində qeyd olunan xəsarətlərin işgəncə, pis rəftar, qeyri-insani hərəkətlər nəticəsində yaranıbyaranmamasının yoxlanılmasını zəruri hesab etmiş, bu məqsədlə Gəncə Şəhər Prokurorluğuna rəsmi müraciət etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 iyun 2023-cü il tarixli 2 saylı İstintaq təcridxanasının əməkdaşları tərəfindən tərtib edilmiş aktdan göürünür ki, 17 iyun 2023-cü il tarixdə Gəncə şəhər BPİ-dən gətirilən həbs edilmiş şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun sağ qulaq seyvanında qartmaq bağlamış yara və hər iki ayağın altında qançır izləri aşkar edilmişdir. İbtidai araşdırma dövrü işgəncə, pis rəftar, qeyriinsani hərəkətlərə dair müvafiq təhqiqat aparılan dövrdə araşdırmanın əsasını təşkil etməli olan ən vacib istintaq hərəkəti – Məhkəmə Tibb Ekspertizası keçirilməmiş, bu səbəbdən yaranmış zərurətlə əlaqədar Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən qeyd olunan faktla bağlı Məhkəmə Tibb ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Alınmış 04 aprel 2024-cü il tarixli 1484 nömrəli rəylə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 2 saylı İstintaq təcridxanasının tibbi sanitar hissəsində müayinəsi zamanı “Sağ qulaq seyvanının qartmaqlı yarası və hər iki ayağın altında göy-bənövşəyi rəngli qançır” aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, xəsarətlərin xarakterinə, lokalizasiyasına və rəng göstəricilərinə əsasən demək olar ki, törənmə müddətləri xx.xx.2023-cü il tarixdə 2 saylı İstintaq təcridxanasına daxil olmasından 2-3 gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixi və şəraiti inkar etmir, sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Göstərilənlərlə bağlı ilk öncə vurğulanmalıdır ki, Təqsirləndirilən şəxs DYP əməkdaşları tərəfindən saxlanıldıqdan bir müddət sonra Gəncə Şəhər BPİ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Bu zaman kəsiyində Təqsirləndirilən şəxs üzərində ola biləcək hər hansı qanunsuz əşyanı atmaq, tullamaq imkanı məhdud olmamışdır. Təqsirləndirilən şəxs avtomobilini özü sürüb Gəncə Şəhər BPİ-yə gəldiyinə dair ifadə vermiş, polis əməkdaşları isə avtomobilin kimin tərəfindən idarə olunub Gəncə Şəhər BPİ-yə gətirildiyini unutduqlarını bildirmişlər. Bundan başqa işin halları ilə əlaqədar dindirilən bütün şəxslər Təqsirləndirilən şəxs tutularkən onun görünən bədən üzvlərində üzərində hər hansı xəsarətin olmadığını yekdilliklə təsdiq etmişlər. Belə olan halda tutulandan bir neçə saat sonra Gəncə Şəhər BPİ-nin binası daxilində MSY-yə təhvil verilən Təqsirləndirilən şəxs qulaq seyvanında qanamış yara xəsarətlərinin mövcud olması, ayaqlarının altında ağrıların olmasına dair qeydlər onun bu xəsarətləri tutulmamışdan öncə almasına dair bütün mümkün versiyaları təkzib edir. Məhkəmə vurğulayır ki, qeyd olunan ziddiyyətlərin fövqündə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsi qeyri-mümkündür. Məhkəmə özünün qeyd olunan qənaəti ilə bağlı aşağıda göstərilənləri vurğulamağı zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması dedikdə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həmdə ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdəüstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Bundan başqa “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və X13 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsindədə təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdətəqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunuilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayəttəqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayət- prosessual qanunvericiliyi müəyyən edir (CPM-nin 1.1-ci maddəsi). CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.1.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.1.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.1.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tamvə obyektiv araşdırmaq; 8.1.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.1.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəməninqərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.1.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.1.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.1.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.1.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.1.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığıhallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbərvə yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmişsübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışındaittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrionun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isəbelə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında da əksini tapmışdır. Həmin qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işiüzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmişdigər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). ... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki,hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidirki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən,bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah vətövsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu maddələrində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin izah edilmişdir ki, CPM-nin 33.4, 338.1.2və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Aparılan təhlillə əlaqədar məhkəmə kollegiyası həmçinin qeyd edir ki, CPMnin 125.2.1 və 125.2.7-ci maddələrinə əsasən, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, habelə istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslıolmalıdır. Məhkəmə hökmü Azərbayca Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin,Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməkləçıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyinəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlarittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallaronun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3, 349.4 və 349.5-ci maddələri). Hazırki vəziyyətdə ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı CM-in 234.4.3cü maddəsi ilə itiham irəli sürərkən müstəsna olaraq onun ilkin araşdırma zamanı verdiyi etirafedici ifadələrini şərh edərək, yalnız bu ifadələrə əsaslanmış, lakin təhlil edilən məsələ üzrəşübhələr ortada olduğu vəziyyətdə, həmin etirafedici ifadələri mümkün sübutlar kimi qiymətləndirib, onlardan ittihamın əsaslandırılmasında istifadə etmiş, yəni sübutun yolverilənliyi məsələsi üzrə şübhəni təqsirləndirilən şəxsin xeyrinə deyil, ziyanına şərh etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalıb-qalmamasının müəyyən edilməsi bu zaman əldə edilmiş sübutların da qiymətləndirilməsində xüsusi əhəmiyyət kəsb edir, digər tərəfdən isə hər hansı şəxsin bu kimi rəftara məruz qalmamaq hüququ, bu hüququn pozulması hallarının səmərəli şəkildə araşdırılması məcburiliyi qanunvericiliyin aşağıdakı tələblərindən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən irəli gəlir. Belə ki, Konstitusiyanın 46-cı maddəsinin İİİ hissəsində təsbit edilmişdir ki, heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. “İnsan Hüquqlarının və X13 haqqında” Avropa Konvensiyasının 3-cü maddəsinə görə, heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. CPM-nin 13.1-ci maddəsinə əsasən, cinayət təqibi gedişində insanın şərəf və ləyaqətini alçaldan, təhqir edən, habelə cinayət prosesində iştirak edən şəxslərin həyatı və səhhəti üçün təhlükə törədə biləcək qərarların qəbul edilməsi və ya hərəkətlərə yol verilməsi qadağandır. CPM-nin 13.21-13.2.3-cü maddələrinin tələblərindən görünür ki, cinayət təqibi gedişində heç kəs: - insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz; - insan ləyaqətini alçaldan şəraitdə saxlanıla bilməz; - ləyaqəti alçaldan prosessual hərəkətlərin keçirilməsində iştiraka məcbur edilə bilməz. - CPM-nin 15.21 və 15.2.3-cü maddələrində təsbit edilmişdir ki, cinayət təqibi gedişində işgəncələr vermək, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlardan istifadə etmək, aclığa, hipnoza məruz qoymaq, tibbi yardımdan məhrum etmək, digərqəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etmək, zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq qadağandır. - İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz presedent təcrübəsində ondan çıxışedir ki, törədilmiş cinayət nə qədər dəhşətli olsa da, 3-cü maddənin tələblərinə riayət olunmamasına bəraət qazandıra bilməz. Hətta 3-cü maddə ilə qadağan edilən rəftar cinayətkarlıqla mübarizədə, o cümlədən cinayətlərin açılmasında, qarşısının alınmasında real səmərə verə bildiyi hallarda belə yolverilməz olaraq qalır. - Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, Konvensiyanın 3-cü maddəsində demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən biri təsbit olunur. Hətta ən çətin şəraitdə, məsələn, terrorçuluqla və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı Konvensiya işgəncəni, qeyri-insani və alçaldıcı rəftarı və cəzanı tamamilə qadağan edir. Konvensiyanın, onun 1 və 4 saylı protokollarının əksər maddi müddəalarından fərqli olaraq, hətta xalqın həyatına təhlükə törədən fövqəladə hallarda 15-ci maddənin 2-ci bəndinə əsasən 3-cü maddə üçün istisna halının, yaxud qeyd-şərtin edilməsi nəzərdə tutulmur (məsələn, “Selmouni Fransaya qarşı” (Böyük Palata), № 25803/94, § 95, İHAM 1999-V; “Labita İtalyaya qarşı” (Böyük Palata),№ 26772/95, § 119, İHAM 2000-İV və “Dikme Türkiyəyə qarşı”, № 20869/92, § 89, İHAM 2000-Vİİİ). Həmin Qərarlarında Məhkəmə həmçinin qeyd etmişdir ki, şəxs polisəaparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır. Bu məsələ üzrə səmərəli araşdırmanın aparılması isə şəxsin məsuliyyətə cəlb edilməsi zamanı xüsusi əhəmiyyətə malikdir (“Tomasi Fransaya qarşı”, 27 avqust 1992-ci iltarixli qərar, A Seriyaları № 241-A, s. 40- 41, §§ 108-11 və yuxarıdakı Selmouni işi, § 87). - Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə təqsirləndirilən şəxsm tutulana qədərvə bundan sonrakı sağlamlıq vəziyyəti müqayisə edilərkən onda müvəqqəti saxlama yerində və yaxud istintaq təcridxanasında olduğu dövrə uyğun gələn xəsarətlərin aşkar edilməsi onun işgəncəyə, pis rəftara məruz qalmasını ehtimal etmək üçün əsasdır və belə vəziyyətlərdə şəxsin işgəncəyə məruz qalmamasının subut edilməsi yükü dövlətin, yəni cinayət prosesində ittiham tərəfinin üzərinə düşür. Məsələn, “Tomasi Fransaya qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qərara almışdır ki, əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır. Avropa Məhkəməsi şərh olunan mübahisə predmeti, o cümlədən pis rəftarla bağlı iddianı səmərəli şəkildə araşdırmağa müvəffəq ola biləcək orqanlar barədə hüquqi mövqeyini bildirərkən “Layıcov Azərbaycana qarşı” iş üzrə Qərarın 52-ci bəndində qeyd etmişdir ki, Konvensiyanın 2-ci və 3-cü maddələri ilə tələb olunan araşdırmanın səmərəli olması üçün araşdırmanın aparılmasına görə məsul olan və onu həyata keçirən şəxslər hüquqi baxımdan və reallıqda müstəqil və qərəzsiz olmalıdırlar. Bu, yalnız hadisələrə cəlb olunmuş şəxslər arasında hər hansı iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi tələb edir...Lakin, işgəncə barədə iddianın səlahiyyətli prokuroroluq orqanı tərəfindən yoxlanılması da, məhkəməni işgəncə barədə məhkəmədə təkrar irəli sürülən iddiaya baxmaq vəzifəsindən azad etmir. Təcrübədə isə rastlaşdığımız vəziyyət əsasən belədir ki, məhkəmələr işgəncə barədə iddiaya cinayət işi üzrə icraatdan kənar prokururluq tərəfindən baxılması və iddia üzrə cinayət işinin başlanılmasınm rədd edilməsi ilə qane olur, araşdırmanın nə dərəcədə keyfiyyətli, səmərəli və adekvat olmasını isə nəzərdən keçirmirlər. Halbuki, heç də işgəncə barədə iddialara baxılması üzrə prokurorluq orqanlarının bütün qərarlarının keyfiyyətli və dərin araşdırmaya əsaslandığını, formallıqdan uzaq olduğunu söyləmək mümkün deyil. Bundan başqa Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi vurğulamışdır ki, pis rəftarın xarakterini (ərizəçinin ayaqlarının altından döyülməsi) nəzərə alaraq, məhkəmə hesab edir ki, bu, yalnız qəsdən törədilə bilərdi, çünki onun yerinə yetirilməsi üçün müəyyən qədər hazırlığın görülməsi və gücün tətbiqi tələb olunurdu. Görünür ki, o, ərizəçidən etiraf və məlumatın alınması məqsədilə yerinə yetirilmişdir (yuxarıda göstərilən Aksoy, s. 2279, § 64; həmçinin məhkəmənin falakkanın tətbiqinin işgəncə olması barədə nəticəyə gəldiyi yuxarıda göstərilən Salman iş ilə, § 115, ilə müqayisə et). Məhkəmə hesab edir ki, bu rəftar elə ağır və qəddar xarakterli olmuşdur ki, o, işgəncə kimi xarakterizə oluna bilər. Nəticədə məhkəmə müəyyən edir ki, bununla əlaqədar Konvensiyanın 3-cü maddəsinin pozulması baş vermişdir. Məhkəmə kollegiyası vurğulayır ki, Təqsirləndirilən şəxs da adıçəkilən işdə ərizəçinin aldığı xəsarətlə demək olar ki, birə-bir eyni olan xəsarəti almışdır. (Hər iki ayağının altında zərbədən sonra yaranmış qançır) Yuxarıda göstərilən konstitusion və konvension tələblərdən və Avropa Məhkəməsinin hüquqi mövqeyindən çıxış edən qanunverici CPM-nin 125.2.2-ci maddəsində müəyyən etmişdir ki, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinəyol verilmir. Şərh olunanlar məhkəmə kollegiyasına belə qənaətə gəlmək üçün əsas verir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməklə bağlı ittiham irəli sürməzdən əvvəl, buna əsas olmuş sübutların qanuni yolla əldə edilib-edilməməsini ətraflıaraşdırmadığından, bununla bağlı müvafiq məhkəmə qərarı (Gəncə şəhər məhkəməsinin “şəxsiyyətin toxunulmazlıq hüququnun pozulmasına dair xx.xx.2024-cü il tarixli qərarı), Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanası rəhbərliyinin həbs edilmiş şəxsin bədən səthində aşkar edilmiş xəsarətlərin işgəncə, pis rəftarla əlaqədar olub-olmasının yoxlanılmasına dair məktubu üzrə müvafiq araşdırma apararkən, araşdırmanın tamamilə səthi aparılması, məhkəmətibb ekspertizasının keçirilməsinin vacibliyinin açıqdan-açığa mövcud olduğu şəraitdə bunu etməməsi, qəbul edilmiş qərarın lazımi şəkildə əsaslandırılmaması ittihama dair vacib sübutların öz sübut əhəmiyyətini itirməsi ilə nəticələnmişdir. Məhkəmə həmçinin vurğulayır ki, şəxsiyyətin toxunulmazlığı hüququ istər beynəlxalq hüquqda, İstərsə də ölkəmizin milli hüququnda insan hüquq və azadlıqlarının mühüm tərkib hissələrindən biri kimi təsbit edilmişdir. AR Konstitusiyasının 31-ci maddəsinə əsasən, hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd еtmək, ona qarışı zor işlətmək qadağandır. Cinayət Prosessual Qanunvericiliyi də öz növbəsində cinayət təqibi gedişində hər bir insanın şəxsiyyətinin toxunulmazlığını təmin etməyə yönəlmişdir. CPM-in imperativ tələbinə əsasən şəxsi axtarış(CPM-in 246-cı maddəsi) istintaq hərəkəti zamanı şəxsiyyətin toxunulmazlığı hüququnun pozulmasına yalnız aşağıdakı hallarda уol verilə bilər: 1) məhkəmənin qərarı ilə şəxsi axtarış və şəxsi müayinə apararkən, 2) tutulma zamanı şəxsi axtarış və şəxsi müayinə apararkən, 3) həbsə alma zamanı şəxsi axtarış və şəxsi müayinə apararkən: 4) şəxsin özünün və ya onun qanuni nümayəndəsinin razılığı ilə. CPM-n 246-cı maddəsinə əsasən şəxsi axtarış, bir qayda olaraq, məhkəmənin qərarı ilə həyata keçirilir. Məhkəmənin qərarı olmadan şəxsi müayinə və şəxsi axtarış yalnız axtarılan və ya müayinə olunan şəxsin öz razılığı, yaxud bu şəxs yetkinlik yaşına çatmamış olduqda onun qanuni nümayəndəsinin razılığı ilə, habelə tutulma, həbsə alınma ilə əlaqədar aparıla bilər. istənilən başqa halda şəxsiyyətin toxunulmazlığı hüququnun pozulması yolverilməzdir və bu tələbin pozulması əldə edilmiş sübutların etibarsız sayılması və ya aparılmış prosessual hərəkətin nəticələrinin ləğv edilməsi üçün əsas olacaqdır. Şəxsiyyətin toxunulmazlığı hüququnun təmin edilməsi cinayət prosesinin hər bir iştirakçısı ilə, xüsusən də tutulmuş və ya həbsə alınmış şəxslə humanist davranışı tələb edir. CPM-in 15.2-ci maddəsi cinayət prosesinin istənilən iştirakçısı barəsində fiziki və psixi zorakılığı, işgəncələri, mənəvi iztirabları, təhqiri, hər hansı sınaqlar keçirilməsini qadağan edir. Cinayət təqibi gedişində tutulmuş və ya həbsə alınmış şəxsin toxunulmazlığı hüququnun təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Həmin şəxslərin saxlanılması və onlarla rəftar qaydaları qanunvericiliklə dəqiq müəyyən edilmişdir. Bu qaydaların pozulması CPM-in 246-cı maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilərək müvafiq prosessual nəticələrə səbəb olur. Cinayət prosessual qanunvericiliyi- zərərçəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almağı qadağan edir. Burada proses iştirakçılarının hüquqlarını pozan sair qanunsuz hərəkətlər yalan vədlər verməklə ələ almada, şəxsi öz prosessual mövqeyində yanıltmada, onun ixtisaslı hüquqi yardım almaq hüququnu pozmaqla dindirilməsində və başqa bu kimi hərəkəllərdə ifadə oluna bilər. Vurğulanmalıdır ki, cinayat prosesini həyata keçirən orqanın və ya vəzifəli şəxsin belə hərəkətləri nəlicəsində əldə olunmuş ifadələrin sübut əhəmiyyəti yoxdur. Məhkəmə bir daha qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 15-ci maddəsinin imperativ tələbinə əsasən məhkəmənin qərarı olmadan və ya tutulma, yaxud həbsə alma hallarından başqa hər hansı şəxsin axtarışı və şəxsi müayinəsi, onun toxunulmazlığı hüququnu pozan digər prosessual hərəkətlər bu şəxsin və ya onun qanuni nümayəndəsinin iradəsi əleyhinə aparıla bilməz. İşgəncələr vermək, fiziki və psixi zorakılıqdan, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etmək, uzun sürən və ya kəskin fiziki iztirabla, yaxud səhhətin müvəqqəti pozulması ilə müşayiət olunan prosessual hərəkətlərdə iştiraka cəlb etmək, habelə buna bənzər hər hansı digər sınaqlar keçirmək, zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət brosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə, habelə onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq cinayət təqibi gedişində qadağandır. Odur ki, qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyasıhesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraatzamanı təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən Azərbaycan Respublikası Cinayət Prosessual Qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Odur ki, Məhkəmənin Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə hüquqlarının ciddi şəkildə pozulması barədə qənaəti əsaslıdır. Qeyd olunmalıdır ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı sadalanan qanunvericilik aktlarının tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə onaistinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər.Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). Hazırki iş üzrə CPM-in qeyd edilən prinsipinin şərtlərinə əməl olunmamış, onun tələbləri pozulmuşdur. Bu isə öz növbəsində cinayət prosesi gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər (CPM-in 9.2-ci maddəsi). Belə olan təqdirdə, məhkəmə kollegiyası ciddi prosessual pozuntularla həyata keçirilən istintaq hərəkətlərinin nəticələrini qanunsuz yolla əldə edilmiş sübut kimi qiymətləndirir və hesab edir ki, həmin sübut CPM-in tələblərinə əməl edilməklə əldə olunmadığından cinayət hadisəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilə bilməz. Göstərilən sübut hüquqi qüvvəsi olmadığından ondan ittihamın düzgün həlli üçün hər hansı halın, o cümlədən Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin aşkar olunması halının sübut olunmasında istifadə edilə bilməz. Buna görə də sözügedən sübutun həqiqiliyinə və əldə olunma mənbəyinə yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir olunması barədə qənaət qanuni və əsaslıdır. Azərbaycan Respublikası CPM-in 125.2.7-ci maddəsinə əsasən, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinəyol verilmir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə, həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Həmin Məcəllənini 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və azadlıqları haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəflivə obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyininmötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyəgəlməyə imkan versin. Bütün vurğulananların işığında məhkəmə bir daha vurğulayır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 124.1-i maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi qanunvericilik cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut edilməli olan halların müəyyən edilməsinə aid olan məlumatların hüquqi forması kimi sübutların mümkünlüyünü ən vacib şərtlərindən biri kimi məlumatların, sənədlərin və əşyaların əldə edilməsi yalnız CPM-də göstərilən istintaq və məhkəmə hərəkətləri vasitəsi ilə həyata keçirilməsidir. Eyni zamanda istintaq və məhkəmə hərəkətləri CPM-də müəyyən olunmuş tələblərə riayət edilməklə həyata keçirilməlidir. Ümumilikdə bu qayda əldə edilmiş məlumatların mötəbərliyini təmin etməyə yönəldilmişdir. CPM-də müəyyən edilmiş prosedura əməl etmədən CPM-in tələblərinin pozulması ilə əldə edilən sənədlər, əşyalar və məlumatlar sübut kimi qəbul edilə bilməz. Qəbul edilməyən sübutlar hüquqi əhəmiyyət kəsb etmir və ittihamın ısası kimi çıxış edə bilməz, habelə CPM-in 139-cu maddəsində göstərilən hər hansı halın sübut edilməsi üçün onlardan istifadə edilə bilməz. Bu norma Azərbaycan Respublikasının Kostitusiyasının 63-cü maddəsinə əsaslanır. Konstitusiyanın 63-cü maddəsinin İV hissəsinə görə, qanunun pozulması ilə əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə oluna bilməz. CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 138.1-ci maddəsinə görə Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin məcəllənin 350.2-ci maddəsinə əsasən isə bu məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-in 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. CPM-nin 139-cu maddəsinin mənasına görə cinayət təqibi üzrə toplanmış sübutlar cinayətin hər hansı başqa şəxs tərəfindən deyil, məhz şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən törədildiyini təsdiq etməlidir. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə tərkibi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir. CPM-in 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. CPM-in 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. CPM-in 145.3-cü maddəsinə görə ittihamın subut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; Həmin maddənin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. CPM-in 21.1-ci maddəsinin tələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır; CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda CPM-in 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən CPM-in 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 42.1 və 42.1.4-cü maddələrinin tələblərinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-in 42.2-ci və 42.2.4-cü maddəsində qeyd edilir ki, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə həmin şəxs barəsində bəraət hökmü çıxarılır. Beləliklə, ibtidai istintaq zamanı toplanmış materiallarla, həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələrilə, tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs verilmiş ittiham öz təsdiqini tapmamışdır. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilərkən onun həmin əməli törətməsinə dəlalət edən sübutlar mövcud olmamışdır. Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək barəsində ittiham hökmü çıxarmaq qanunun ədalət prinsipinə ziddir, odur ki, onun barəsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs”qətimkan tədbiri ləğv edilməli və o dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 357.0.1-ci maddəsinə əsasən məhkəmənin hökmü ilə bəraət verildikdə şəxs məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-nin Gəncə şəhər BPİ-nin saxlama anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 11,002 qram olan narkotik vasitə olan heroin Gəncə şəhər BPİ-nin saxlama anbarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus 01 ədəd Nokia markalı telefonun Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılması nəzərə alınmalı, iş üzrə əhəmiyyət kəsb edən 04 ədəd “DVD” disklərin cinayət işinin materilallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 30 manat 40 qəpik ekspertiza xərcinin ödənilməsindən Təqsirləndirilən şəxs azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 56.0.1-ci maddəsinə əsasən bəraət almış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4, 346, 347, 349, 350-ci maddələrini rəhbər tutub, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-nin Gəncə şəhər BPİ-nin saxlama anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 11,002 qram olan narkotik vasitə olan heroin Gəncə şəhər BPİ-nin saxlama anbarında saxlanılsın, Təqsirləndirilən şəxs məxsus 01 ədəd Nokia markalı telefonun Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılması nəzərə alınsın, iş üzrə əhəmiyyət kəsb edən 04 ədəd “DVD” disklərin cinayət işinin materilallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 30 manat 40 qəpik ekspertiza xərcinin ödənilməsindən Təqsirləndirilən şəxs azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi ilə əlaqədar cinayət işi üzrə cinayət təqibi orqanlarının qanunsuz hərəkətlərindən mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar