Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-221/2020 04.11.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X37 Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X15, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçilər Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkilləri X30 və Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1984-cü ildə Tovuz rayonu, Qovlar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 311.1 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi üzrə xx xxxx 2018ci il tarixli, 136-K nömrəli əmrlə həmin Nazirliyin Tovuz rayon icra və probasiya şöbəsinin böyük icra məmuru vəzifəsi üzrə stajoru qismində işə qəbul olunmaqla xx.xx.2018-ci il tarixdən həmin şöbənin sınaq müddəti ilə icra məmuru vəzifəsində işləyərkən “İcra məmurları haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 1999-cu il tarixli, 782-İQ nömrəli Qanununun 7 və 8-ci maddələrinə əsasən, icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görülməsi, öz səlahiyyətləri daxilində müəssisə, təşkilat, idarə və vətəndaşlardan icra ilə əlaqədar məlumat, arayış və izahat alınması, müəssisələrə, təşkilatlara, idarələrə və vətəndaşlara icra ilə əlaqədar konkret tapşırıqlar verilməsi, icra sənədlərində göstərilmiş predmetlərin borcludan alınmaqla tələbkara verilməsi, tələbi borclunun hesabında olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına, banklarda və ya digər kredit təşkilatlarındakı əmanətlərinə, əmək haqqına, pensiyasına, təqaüdünə, sair gəlirlərinə, digər şəxslərdə olan pul məbləğinə və əmlakına yönəldilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə və icra işi üzrə ümumi himayədarlığa, yəni Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2765/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə qızıl-zinət və cehiz əşyalarının, naturada verilməsi mümkün olmadıqda isə həmin əşyaların dəyəri olan 28.670 manat məbləğində pul vəsaitinin cavabdeh X4 alınaraq iddiaçı X9 verilməsinə dair icraatında olan 19481 nömrəli icra işi üzrə görüləcək tədbirlərin sürətləndirilməklə həmin pul vəsaitinin iddiaçıya qısa müddətdə verilməsinin təmin edilməsinə və bununla əlaqədar yaranacaq zəruri xərclərinin qarşılanmasına görə 2018-ci ilin dekabr ayında Flora Əliyevanın atası Şahid1 özü üçün birbaşa yolla şəxsən Tovuz şəhəri, F.Ələkbərov küçəsi, 6a ünvanında yerləşən Tovuz rayon icra və probasiya şöbəsinin inzibati binasındakı xidməti otağında maddi nemət olan 700 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, Şahid1 razılığını alaraq, həmin niyyətlə 2018-ci ilin dekabr ayında sonuncudan qeyd edilən xidməti otağında 2 dəfəyə, hər birində 350 manat olmaqla, ümumilikdə vahid niyyətlə 700 (yeddi yüz) manat məbləğində maddi nemət olan pul vəsaitini özü üçün birbaşa yolla şəxsən rüşvət qismində almışdır. Bundan başqa, o, həmin Nazirliyin Tovuz rayon icra və probasiya şöbəsinin sınaq müddəti ilə icra məmuru vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Tovuz Rayon Məhkəməsinin 2(62)-1618/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən x xxxxxx 2011-ci il tarixli, 3265 saylı kredit müqaviləsi üzrə banka olan 3.905 manat əsas, 2.455 manat faiz borcu olmaqla, ümumilikdə 6.360 manat pulun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X2 tutularaq iddiaçı “xxxxxxxxx” ASC-yə ödənilməsinə dair işlədiyi həmin şöbədə icraatda olan 192957 nömrəli icra işi üzrə cavabdeh X1 Seymur Fəzail oğlunun həmin iş üzrə cavabdeh olan anasına köməklik göstərilməsinə dair 2018-ci ilin dekabr ayında özünə müraciəti ilə əlaqədar Şahid2la həmin tarixdə ünvan 4 ünvanında yerləşən Tovuz rayon icra və probasiya şöbəsinin inzibati binasındakı xidməti otağında görüşləri zamanı həmin icra sənədi üzrə icraata cavabdeh tərəfindən ziyan tam ödənilmədən xitam verilməsi barədə qərar qəbul etməklə həmin kredit müqaviləsi əsasında bağlanılmış xx xxxxxx 2011-ci il tarixli, 3285 saylı ipoteka müqaviləsi üzrə girov qoyulmuş Tovuz rayonu, Əyyublu kəndində yerləşən ümumi sahəsi 160,7 m2, yaşayış sahəsi 30,1 m2, köməkçi sahəsi 130,6 m2 olan fərdi yaşayış evini girovdan azad etmək imkanının olmasını yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şərqiyyə Hüseynovanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə şəxsən birbaşa yolla maddi nemət olan 1.700 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid2 aldatmaqla bildirib, qulluq mövqeyinə görə özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək sonuncunun razılığını almaqla onunla sövdələşib, həmin adla xx xxxxxx 2018-ci il tarixdə Tovuz rayon icra və probasiya şöbəsinin qeyd edilən ünvanda yerləşən inzibati binasının yaxınlığında Şahid2 1.700 (bir min yeddi yüz) manat məbləğində pul vəsaitini alıb özünün şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus əmlakı ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şərqiyyə Hüseynovanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə şəxsən birbaşa yolla maddi neməti rüşvət qismində verməyə Şahid2 təhrik etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə xx xxxxxx 2019-cu il tarixli, 40-K nömrəli əmrlə həmin Nazirliyin Tovuz rayon icra və probasiya şöbəsinin icra məmuru vəzifəsinə daima qulluğa qəbul edilməklə, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində azadlıqdan məhrum etmə cəzası çəkən qohumu X13 Azərbaycan Respublikasının Prezidenti yanında X19 tərəfindən həmin cəzadan vaxtından əvvəl azad edilməsində köməklik göstərilməsinə dair 2019-cu ilin avqust ayında özünə müraciət edən tanışı Şahid4 həmin tarixdə ünvan 4 ünvanında yerləşən Tovuz rayon icra və probasiya şöbəsinin inzibati binasının yaxınlığında görüşləri zamanı işlədiyi həmin şöbənin qeyd edilən Komissiya ilə birgə fəaliyyət göstərməsi ilə əlaqədar Komissiyanın rəhbər vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olmasını, həmin münasibətindən istifadə edərək Tural Əliyevin adını çəkdiyi azadlıqdan məhrum etmə cəzasının qalan hissəsindən azad edilməsi ilə əlaqədar əfv olunacaq şəxslərin siyahısına saldırmaq imkanına malik olmasını yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən Komissiyanın rəhbər vəzifəli şəxsinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Tural Əliyevin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə şəxsən birbaşa yolla özü vasitəsilə maddi nemət olan 1.270 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid4 aldatmaqla bildirib, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək sonuncunun razılığını almaqla onunla sövdələşərək, həmin adla 2019-cu ilin avqust ayında 2 dəfəyə, 520 manat və 750 manat olmaqla, ümumilikdə Şahid4 məxsus 1.270 (bir min iki yüz yetmiş) manat məbləğində pul vəsaitini Tovuz rayonu icra və probasiya şöbəsinin qeyd edilən ünvanda yerləşən inzibati binasının yaxınlığında sonuncudan alıb şəxsi məqsədlərinə sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid4 məxsus əmlakı ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Tural Əliyevin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə şəxsən birbaşa yolla maddi neməti rüşvət qismində verməyə Şahid4 təkrarən təhrik etmişdir. Bundan başqa, o, qeyd edilən vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə icraatında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2288/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən 1.700 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X7 tutularaq iddiaçı X8 ödənilməsinə dair 115881 nömrəli icra işi üzrə cavabdeh Nəsimi Bağırovun atası Şahid5 həmin iş üzrə cavabdeh olan oğluna köməklik göstərilməsinə dair 2019-cu ilin avqust ayında özünə müraciəti ilə əlaqədar Şahid5la həmin tarixdə Tovuz rayon icra və probasiya şöbəsinin inzibati binasındakı xidməti otağında görüşləri zamanı həmin icra sənədi üzrə icraata Nəsimi Bağırov tərəfindən tam ziyan ödənilmədən xitam verilməsi barədə qərar qəbul etmək imkanının olmasını yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin icrası ilə əlaqədar Nəsimi Bağırovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə şəxsən birbaşa yolla maddi nemət olan 900 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid5 aldatmaqla bildirib, qulluq mövqeyinə görə özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək sonuncunun razılığını almaqla onunla sövdələşib, həmin adla 2019-cu ilin sentyabr ayında Tovuz rayon İcra və probasiya şöbəsinin qeyd edilən ünvanda yerləşən inzibati binasının qarşısında Şahid5 900 (doqquz yüz) manat məbləğində pul vəsaitini alıb özünün şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus əmlakı ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Nəsimi Bağırovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə şəxsən birbaşa yolla maddi neməti rüşvət qismində verməyə Şahid5 təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə qohumu X22 məxsus Belorusiya Fövqəladə Hallar Nazirliyinin “Komandanlıq mühəndisləri institutu" təhsil müəssisəsi tərəfindən verilmiş Dİ №0010682 seriyalı 507 qeydiyyat nömrəli x xxxx 2014-cü il tarixli ali təhsil haqqında diplomun Azərbaycan Respublikası ərazisində tanınmasında (nostrifikasiyasında) köməklik göstərilməsinə dair 2019-cu ilin oktyabr ayında özünə müraciət edən tanışı Şahid6 Tovuz rayon icra və probasiya şöbəsinin inzibati binasının yaxınlığında görüşləri zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyinin səlahiyyətli vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olmasını, həmin münasibətlərindən istifadə edərək qeyd edilən diplomun təsdiqlənməsi və Azərbaycan Respublikası ərazisində ixtisasının tanınmaqla buna dair müvafiq şəhadətnamənin verilməsini həll etmək imkanına malik olmasını Şahid6 yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən Nazirliyin səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Aydın Şamilovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə 1.100 manat məbləğində maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edib sonuncunun razılığını almaqla onunla sövdələşərək, həmin adla 2019-cu ilin oktyabr ayında Tovuz şəhəri, H.Əliyev prospektində yerləşən Tovuz şəhər Avtovağzalının yaxınlığında Şahid6 1.100 (bir min bir yüz) manat məbləğində pul vəsaitini alıb şəxsi məqsədlərinə sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus əmlakı ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Aydın Şamilovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə şəxsən birbaşa yolla maddi neməti rüşvət qismində verməyə Şahid6 təkrarən təhrik etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 311.1 və 32.4,312.2ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2018-ci il tarixli əmr ilə ədliyyə orqanlarına qulluğa qəbul olunmuş və Tovuz rayon icra və probasiya şöbəsinə böyük icra məmuru vəzifəsi üzrə stajor, 6 aylıq stajorluq fəaliyyətini bitirdikdən sonra xx.xx.2018-ci il tarixli əmr əsasında 3 aylıq sınaq müddəti ilə Tovuz rayon icra və probasiya şöbəsinin icra məmuru vəzifəsinə və daha sonra isə sınaq müddətini bitirdikdən sonra xx.xx.2019-cu il tarixli əmr ilə həmin vəzifə üzrə daimi qulluğa qəbul olunaraq təyinatını almışdır. İşlədiyi müddət ərzində peşə fəaliyyətində yol verdiyi nöqsanlara görə xx.xx.2020-ci il tarixli əmr ilə ədliyyə orqanlarından xaric edilmişdir. Şahid1 barəsində etdiyi şikayət xarakterli müraciəti ilə əlaqədar göstərmişdir ki, xx.xx.2018-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2765/2018 saylı, xx.xx.2018-ci il tarixli İcra vərəqəsinin icrası həvalə edildiyindən həmin tarixdə tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra vərəqəsinə əsasən cavabdeh X4 qızıl-zinət və cehiz əşyalarının, naturada verilməsi mümkün olmadıqda isə həmin əşyaların dəyəri olan 28.670 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı X9 verilməsi qət edilmişdir. 2018-ci ilin dekabr ayında iddiaçı Flora Əliyevanın atası Şahid1 şöbəyə gəlmiş və onu xidməti otağında qəbul etmişdir. Söhbəti zamanı Şahid1 icra işi üzrə görüləcək tədbirlərin sürətləndirilməsi, ödəniləcək pul vəsaitinin qısa vaxt ərzində alınaraq verilməsi, həmçinin icra işi ilə əlaqədar yaranacaq xərclərin ödənilməsinə köməklik göstərilməsi üçün ondan 700 manat pul istəmişdir. Şahid1 də onunla razılaşaraq 2018-ci ilin dekabr ayında 2 dəfəyə, hər birində 350 manat olmaqla, ümumilikdə 700 manat pulu şöbədə xidməti otağında təklikdə ona təqdim etmiş və pulu ondan qəbul edərək ona narahat olmamağı, icra işini qısa vaxt ərzində yekunlaşdıracağını bildirmişdir. Sonradan işlərinin çox olması ilə əlaqədar həmin icra işi üzrə hər hansı ödəmə etdirə bilmədiyi üçün Şahid1 ondan şikayət etmişdir. Hazırda ondan aldığı 700 manat pulu tam qaydada ona qaytarmışdır. Bundan başqa, 2018-ci ilin dekabr ayında dəqiq tarixini xatırlamadığı vaxtda şöbədə xidməti otağında olan vaxt Şahid2 adlı vətəndaş yaxınlaşaraq şöbədə anası X5 aid icra işinin olduğunu, həmin icra işinin Tovuz Rayon Məhkəməsinin 2(62)-1618/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən açıldığını, icra vrəqəsinə görə x xxxxxx 2011-ci il tarixli, 3265 saylı kredit müqaviləsi üzrə banka olan 3.905 manat əsas, 2.455 manat faiz borcu olmaqla, ümumilikdə 6.360 manat pulun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun anası Şərqiyyə Hüseynovadan tutularaq “xxxxxxxxxx” ASC-yə ödənilməsinin qət edildiyini və həmin icra vərəqəsinin məhkəmə tərəfindən Tovuz rayon probasiya və icra şöbəsinə göndərildiyini və hazırda şöbədə icraatda olduğunu, həmçinin Şahid2 həmin kredit müqaviləsi üzrə bağlanılmış xx xxxxxx 2011-ci il tarixli, 3285 saylı ipoteka müqaviləsi üzrə girov qoyulmuş Tovuz rayonu, Əyyublu kəndində yerləşən ümumi sahəsi 160,7 m2, yaşayış sahəsi 30,1 m2, köməkçi sahəsi 130,6 m2 olan fərdi yaşayış evini girovdan azad etmək istədiyini bildirmişdir. Həmin vaxt pula ehtiyacı olduğu üçün icra işinin icraatında olmadığını bilə-bilə yalandan Şahid2 aldadaraq heç bir problem olmadığını, icra sənədi üzrə icraata ziyan tam ödənilmədən xitam verilməsi barədə qərar qəbul etməklə həmin kredit müqaviləsi əsasında bağlanılmış xx xxxxxx 2011-ci il tarixli, 3285 saylı ipoteka müqaviləsi üzrə girov qoyulmuş Tovuz rayonu, Əyyublu kəndində yerləşən ümumi sahəsi 160,7 m2, yaşayış sahəsi 30,1 m2, köməkçi sahəsi 130,6 m2 olan fərdi yaşayış evini girovdan azad etdirə biləcəyini bildirərək görəcəyi işlərin müqabilində ondan 1.700 manat pul istəmişdir. Şahid2 bir neçə gün sonra, yəni xx xxxxxx 2018-ci il tarixdə şöbənin inzibati binasının yaxınlığında atası Şahid3 iştirakı ilə 1.700 manat pulu ona təqdim etmiş və pulu ondan qəbul edərək bir neçə ay sonra ona xitam qərarı verəcəyini və girov qoyulmuş əmlakı həbsdən azad edəcəyini demişdir. Sonradan Şahid2 aldadıldığını başa düşərək onun hərəkətləri barədə şikayət etmiş, o da məcbur qalaraq aldığı 1.700 manat pulu tam olaraq qaytarmışdır. Bundan başqa, 2019-cu ilin avqust ayında tanıdığı Şahid4 onunla əlaqə saxlayaraq Tovuz rayon icra və probasiya şöbəsinin inzibati binasının yaxınlığında görüşmüş, görüşləri zamanı Şahid4 onun icra məmuru kimi əlaqələrinin ola biləcəyini, başqa tanıdığı vəzifəli şəxs olmadığını, bacısı oğlu X13 hərbi xidmətdə olarkən törətdiyi hərbi xidmət əleyhinə olan cinayətə görə Bakı Hərbi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, artıq 5 aydan çox müddətdir ki Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə müəssisəsində həbsdə saxlanıldığını, onu həbsdən azad etməkdə köməklik göstərməyini xahiş etmişdir. Həmin vaxt onun pula ehtiyacı olduğu üçün Şahid4 aldatmaq qərarına gəlmiş və ona bu məsələdə köməklik göstərə biləcəyini demişdir. Belə ki, danışıqları zamanı işlədiyi şöbənin X19 ilə birgə fəaliyyət göstərdiyini, komissiyanın rəhbər vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olduğunu, Tural Əliyevi çəkdiyi azadlıqdan məhrum etmə cəzasının qalan hissəsindən azad edilməsi ilə əlaqədar əfv olunacaq şəxslərin siyahısına saldırmaq imkanının olduğunu, lakin bunun həlli üçün komissiyanın tanıdığı rəhbər vəzifəli şəxsinə müəyyən məbləğdə pul verməyin lazım olduğunu və inandırmaq üçün guya ki, həmin adamla danışdıqdan sonra ona məlumat vercəyini demişdir. Şahid4 da onunla razılaşaraq ayrılmış və bir saat sonra təkrar Tovuz rayon icra və probasiya şöbəsinin inzibati binasının yaxınlığında görüşləri zamanı guya ki komissiyanın tanıdığı rəhbər vəzifəli şəxsi ilə danışdığını, qısa müddət ərzində Tural Əliyevi azadlığa çıxarmaqda köməklik göstərəcəyini demişdir. Şahid4 əvvəl cəmi 1.000 manat pul verə biləcəyini desə də, ona həmin məbləğin üzərinə bir miqdarda pul qoymasını demiş və o da razılaşaraq çalışacağını bildirmişdir. Söhbət zamanı həmçinin Şahid4 bacısının ailəsinin maddi imkanlarının pis olduğunu, veriləcək pulu özündən düzəldərək ona verəcəyini bildirmişdir. Bundan sonra, 2019-cu ilin avqust ayında 2 dəfəyə, 520 manat və 750 manat olmaqla cəmi 1.270 manat pulu Şahid4 şöbənin inzibati binasının yaxınlığında ona vermişdir. Sonradan Şahid4 aldadıldığını başa düşərək onun hərəkətlərindən şikayət edəndən sonra məcbur qalaraq ondan aldığı 1.270 manat pulu tam olaraq ona qaytarmışdır. Bundan başqa, xx.xx.2019-cu il tarixdə Tovuz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)- 2288/2019 saylı İcra vərəqəsinin icrası ona həvalə edildiyindən həmin tarixdə tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra vərəqəsinə əsasən cavabdeh X7 1.730 manat pulun tutularaq iddiaçı X8 ödənilməsi qət edilmişdir. İşlə əlaqədar 2019-cu ilin avqust ayında Nəsimi Bağırovu şöbəyə dəvət etmiş, çağırışa Nəsiminin atası Şahid5 gəlmiş, söhbətləri zamanı ona ya 1.730 manat ziyanın ödənilməsini təklif etmiş, o da həmin məbləğdə pulunun olmadığını bildirmişdir. Həmin vaxt pula ehtiyacı olduğu üçün Şahid5la söhbətləri zamanı 900 manat pul müqabilində 1.730 manat tam ziyanın ödənilmədən xitam verilməsi barədə qərar qəbul etmək imkanının olmasını, bu məsələdə heç bir problem olmadığını ona bildirmişdir. Şahid5 da oğlunun işləmədiyini, pulunun olmadığı üçün onun əvəzindən ata olaraq pulu özündən verəcəyini, ona inandığını bildirib onunla razılaşaraq 2019-cu ilin sentyabr ayında Tovuz rayon İcra və probasiya şöbəsinin inzibati binasının qarşısında təklikdə 900 manat pulu ona vermiş, həmin pulu zəruri olan şəxsi ehtiyaclarına xərcləmişdir. Sonradan Şahid5 aldadıldığını başa düşərək onun hərəkətləri barədə şikayət etdiyi üçün məcbur qalaraq ondan aldığı 900 manat pulu tam olaraq ona qaytarmışdır. Bundan başqa, Şahid6 ilə əvvəllər dostluq münasibətləri olmuşdur. 2019-cu oktyabr ayında Tovuz rayon icra və probasiya şöbəsinin inzibati binasının yaxınlığında onunla təsadüfi görüşü zamanı söhbət əsnasında Elçin ona qohumu olan X20 Belorusiya Fövqəladə Hallar Nazirliyinin “Komandanlıq mühəndisləri institutu" təhsil müəssisəsini bitirdiyini, təhsil müəssisəsi tərəfindən verilmiş Dİ №0010682 seriyalı 507 qeydiyyat nömrəli x xxxx 2014-cü il tarixli ali təhsil haqqında diplomu hazırkı vaxtadək Azərbaycan Respublikası ərazisində tanınması üçün Təhsil Nazirliyində təsdiqlətdirə bilmədiklərini demiş, həmin vaxt pula ehtiyacı olduğu üçün dostu Şahid6 aldadaraq ondan pul almaq qərarına gəlmişdir. Belə ki, Elçinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin səlahiyyətli vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olduğunu, həmin münasibətlərindən istifadə edərək diplomun təsdiqlənməsi və Azərbaycan Respublikası ərazisində ixtisasının tanınmaqla müvafiq şəhadətnamənin verilməsini həll edə biləcəyini, bunun müqabilində isə həmin vəzifəli şəxs 1.100 manat məbləğində pul vermək lazım olacağını demişdir. Elçin ona veriləcək pulu özündən verəcəyini, qohumu Aydın Şamilovun maddi cəhətdən imkansız olduğundan heç bir məbləğdə pul verə bilməyəcəyini bildirərək onunla razılaşmışdır. Elçinlə söhbətindən 2-3 gün sonra dəqiq tarixini xatırlamadığı vaxtda 2019-cu ilin oktyabr ayında Tovuz rayonu Avtovağzalı ərazisində görüşərək təklikdə 1.100 manat pulu və diplomun surətini ondan qəbul edərək ona narahat olmamağı, qısa müddət ərzində söz verdiyi məsələləri həll edəcəyinə söz vermişdir. Sonradan Şahid6 onu aldatdığını başa düşərək onun hərəkətləri barədə şikayət etmiş, məcbur qalaraq ondan aldığı 1.100 manat pulu tam olaraq ona qaytarmışdır. Törətdiyi qanunsuz əməllərdən peşmandır, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməklə onlarla barışmışdır və onlar tərəfindən hazırkı vaxtda ona qarşı hər hansı bir iddia və ya tələb yoxdur. Bütün bunlara baxmayaraq tutduğu əməldən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, qızı X16 2002-ci il tarixdə X14 ilə ailə həyatı qurmuş, 2017-ci ildə başanmışlar. Boşandıqdan sonra aralarında əmlak mübahisəsi yarandığından iddia tələbi ilə Tovuz rayon Məhkəməsinə müraciət etmişlər, Məhkəmənin 2(62)-371/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmuş və Rəhman Abdullayevdən 29.770 manat qızılzinyət əşyalarının, o cümlədəm digər əşyaların alınaraq qızı Flora Əliyevaya təhvil verilməsi qət edilmişdir. Bundan sonra, Rəhman Abdullayev tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş və Tovuz rayon Məhkəməsinin 2(62)-371/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsində qeyd olunmuş 22 qramlıq 583 əyarlı Rusiya Federasiyası istehsalı “Hörük” formalı qızıl boyunbağının 2.500 manat olan dəyəri hissəsində dəyişdirilərək həmin zinyət əşyasının dəyəri 1.400 manat məbləğində müəyyən edilmişdir. X29 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış və Gəncə Apellyasiya Məhkəməsinin qəbul olunmuş qətnamə üzrə 2(104)-2765/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Tovuz rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Şöbədə icra sənədi üzrə icraata başlama şöbənin sabiq əməkdaşı Təqsirləndirilən şəxs həvalə olunduğundan tərəfindən xx.xx.2018-ci il tarixdə icraata başlama haqqında qərar qəbul olunmuş və həmin qərarda da Gəncə Apellyasiya Məhkəməsinin 22 qramlıq 583 əyarlı Rusiya Federasiyası istehsalı “Hörük” formalı qızıl boyunbağının qiymətində etdiyi dəyişiklik öz əksini tapmışdır. 2018-ci ilin dekabr ayında Tovuz rayon İcra və Probasiya şöbəsində icra məmuru Təqsirləndirilən şəxs qəbulunda olan zaman icra işi ilə əlaqadar işin surətləndirilməsi və icra işi ilə əlaqədar xərclərinin çox olduğu üçün ondan özü üçün 700 manat pul istəmiş, o da məcbur qalaraq Orxanla razılaşmış və 2018-ci ilin dekabr ayında 2 dəfəyə hər dəfə 350 manat olmaqla ümumilikdə 700 manat pulu Təqsirləndirilən şəxs xidməti otağında təklikdə sonuncuya təqdim etmiş və Orxan da həmin pulu ondan qəbul edərək icra işini qısa zaman ərzində icra edəcəyini demişdir. Sonradan icra işinin icra olunmadığını görərək məcbur qalıb şöbənin rəisi Şahid7 qəbuluna gedərək Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri ilə əlaqədar müraciət etmişdir. Sonradan ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam qaydada ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2011ci ildə anası X10 “xxxxxxxxxx” ASC-dən kredit götürmüş, sonra həmin kredit borcunu ödəyə bilmədiyindən “xxxxxxxxxx” ASC iddiaçı qismində Tovuz rayon Məhkəməsində borcun ödənilməsinə dair iddia qaldırmışdır Tovuz rayon Məhkəməsinin qətnaməsi ilə anası cavabdeh X2 xx.xx.2011-ci il tarixli, 3265 saylı kredit müqaviləsi üzrə banka olan 3.905 manat əsas, 2455 manat faiz borcu olmaqla ümumilikdə 6360 manat pul və ödənilmiş 30 manat rüsumunun alınaraq “xxxxxxxxxx” ASC-nin xeyrinə ödənilməsi qət edilmiş və Məhkəmənin xx.xx.2014-cü il tarixli, 2(62)-1618/2014 saylı İcra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Tovuz rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Şöbədə icra sənədi üzrə icraata başlama şöbənin sabiq əməkdaşı Süleyman Əliyevə həvalə olunmuş və icraata başlama haqqında qərar qəbul olunmuşdur. Həmin vaxt icra işi ilə bağlı hər hansı bir hərəkət olmadığından işin gedişatı barədə məlumatsız olmuşlar. Sonra isə kredit müqaviləsi ilə əlaqədar ailəsinə məxsus mülkiyyət “xxxxxxxxx” ASC-də girovda olduğundan qeyd olunan icra işinin həlli üçün 2018-ci ilin dekabr ayında Tovuz rayon İcra və Probasiya şöbəsinə gəlmiş, şöbədə təsadüfən icra məmurlarından biri olan Təqsirləndirilən şəxs qəbuluna girmiş və ona problem barədə danışanda Orxan heç bir narahatçılıq olmadığını, hazırda icra işinin hər hansı bir icra məmurunun icraatında olmadığını, ailəsinə məxsus Tovuz rayonu, Aşağı Ayıblı kəndində yerləşən mülkiyyəti girovdan çıxaracağını, kreditin guya ki tam ödənişinə dair onlara təmizlik kağızı olan icraata xitam verilməsi barədə qərar verəcəyini demişdir. Bunun hansı qaydada olacağını soruşduqda o heç bir problem olmadığını, bütün qeyd etdiyi işi həll edəcəyini bildirərək bütün bu işlərin görülməsi müqabilində ondan özü üçün 1.700 manat pul istəmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinin qanuni olduğunu və işin icraatına xitam verilməsi barədə qanuni qərar verə biləcəyini düşünüb onunla razılaşmışdır. xx.xx.2018-ci il tarixdə 1.700 manat pulu Tovuz rayon İcra və Probasiya şöbəsin yaxınlığında atası Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs vermişdir. Orxan da pulu ondan götürərək narahat olmamağı, 2019-cu ilin mart ayında ona xitam qərarını verəcəyini demişdir. Təqsirləndirilən şəxs ilə 2019-cu ilin mart ayında əlaqə saxlasa da, telefonlarına cavab verməmiş, müxtəlif bəhanələrlə onu aldatmışdır. Ona görə də məcbur qalaraq Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri barədə hüquq mühafizə orqanlarına şikayət etmişdir. Sonradan Təqsirləndirilən şəxs ona vurulmuş 1.700 manat maddi ziyanı tam olaraq qaytarmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 şahid qismində dindirilmiş Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, bacısı oğlu X23 hərbi xidmətdə olarkən törətdiyi hərbi xidmət əleyhinə olan cinayətə görə 2019cu ilin yanvar ayında həbs olunmuş və Bakı Hərbi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə bir il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2019-cu ilin avqust ayında tanıdığı Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Təqsirləndirilən şəxs ilə söhbəti zamanı bacısı oğlunun həbsdə olduğunu, artıq 8 ay azadlıqdan məhrumetmə cəzasını Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə müəssisəsində çəkdiyini və cəzasını tam çəkmədən vaxtından əvvəl azadlığa çıxarılmasını istədiyini bildirmiş, Orxan onun bu danışdıqlarından sonra bacısı oğlu Tural Əliyevi həbsdən azad etməkdə köməklik edə biləcəyini, cəzasının üçdə ikisini çəkdiyi üçün onu vaxtından əvvəl azadlığa çıxara biləcəyini demişdir. Orxana bunun necə edə biləcəyini soruşduqda Təqsirləndirilən şəxs Əfv Məsələləri üzrə Komissiyasının məsul vəzifəli şəxsi ilə münasibətlərinin yaxşı olduğunu, lakin buna baxmayaraq həmin vəzifəli şəxs tərəfindən hər hansı bir işin görülməsi üçün onun tərəfindən rüşvət tələb edildiyini, alacağı pulu həmin şəxsə təqdim edəcəyini və həmin şəxs də öz növbəsində bacısı oğlu Tural Əliyevi qısa müddət ərzində həbsdən azad etməyi təşkil edəcəyini, bunun müqabilində həmin vəzifəli şəxsə pul çatdırmalı olduğunu bildirmiş, Əfv Məsələləri üzrə Komissiyada olan vəzifəli şəxsin kimliyi barədə isə hər hansı bir söz deməmiş, 1 saata həmin şəxs ilə əlaqə saxlayaraq ona cavab deyəcəyini bildirmişdir. 1 saat sonra təkrar Tovuz şəhərində hazırda xatırlamadığı ərazidə görüşmüş, görüş zamanı Orxan artıq məsələni Əfv Məsələləri üzrə Komissiyada olan vəzifəli şəxs tanışı ilə danışdığını və işi həll edəcəyini bildirmişdir. Orxana cəmi 1.000 manat düzəldərək verə biləcəyini desə də, Təqsirləndirilən şəxs həmin pulun üzərinə bir qədər də əlavə etməsini tapşırmışdır. 2019cu ilin avqust ayında 2 dəfəyə 520 manat və 750 manat olmaqla, cəmi 1270 manat pulu Tovuz rayonu ərazisində Təqsirləndirilən şəxs təklikdə təqdim etmişdir. Həmin pul vəsaiti özünə məxsus olmuş, bacısının ailəsinin maddi imkanları zəif olduğu üçün pulu özündən vermişdir. Təqsirləndirilən şəxs pulu qəbul etdikdən sonra bir neçə gün ərzində bacısı oğlu Tural Əliyevin həbsdən azad olunacağını söz versə də, verdiyi sözə əməl etməyərək onu aldatmışdır. Dəfələrlə Təqsirləndirilən şəxs zəng etsə də telefonlarına cavab verməmişdir. Bundan sonra məcbur qalaraq hüquq mühafizə orqanlarına müraciət etmiş və bundan sonra Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam olaraq ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, oğlu X21 2018-ci ildə idarə etdiyi avtomobillə hərəkətdə olarkən Şəmkir rayon sakini Kimya Məhərrəmovaya aid inəyi vuraraq öldürməsi səbəbindən ona 1730 manat maddi ziyan vurulduğu üçün qarşı tərəf maddi ziyanın ödənilməsi tələbi ilə ilk əvvəl Tovuz rayon Məhkəməsinə, daha sonra isə Gəncə Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin olunmuş və xx.xx.2019-cu il tarixli, 2(104)-2288/2019 saylı İcra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Tovuz rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Şöbədə icra sənədi üzrə icraata başlama şöbənin sabiq əməkdaşı Təqsirləndirilən şəxs həvalə olunmuş və xx.xx.2019-cu il tarixdə sonuncu tərəfindən icraata başlama haqqında qərar qəbul olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs çağırışı ilə şöbəyə getmiş, şöbədə Təqsirləndirilən şəxs ilə xidməti otağında söhbəti zamanı sonuncu ya 1730 manat ziyanın tam ödənilməsini, ya da 900 manat rüşvət verəcəyi müqabilində icra işinə xitam verə biləcəyini, daha 1730 manat ziyanı iddiaçıya ödəməyə ehtiyac qalmayacağını demişdir. İcra məmuru Təqsirləndirilən şəxs hərəkətlərinin qanuni olduğunu və işin icraatına xitam verilməsi barədə qanuni qərar verə biləcəyini düşünüb razılaşmışdır. Dəqiq tarixini xatırlamadığı vaxtda 2019-cu ilin sentyabr ayında özünə məxsus olan 900 manat pulu şöbənin qarşısında Təqsirləndirilən şəxs təklikdə təqdim etmiş və sonuncu da pulu qəbul edərək narahat olmamağı, 2019-cu ilin oktyabr ayında xitam qərarını verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ilə 2019-cu ilin oktyabr ayında əlaqə saxlasa da zənglərinə cavab verməmişdir. Həmin vaxt şöbənin rəisi Şahid7 ona zəng edərək hansı səbəbdən 1730 manat pulu iddiaçıya ödəmədiyini soruşduqda icra məmuru Təqsirləndirilən şəxs 900 manat pul verdiyini və həmin pulun müqabilində ona xitam qərarının veriləcəyini bildirəndə Şahid7 icra məmuru Təqsirləndirilən şəxs onu aldatdığını, ziyan iddiaçıya tam ödənilməyəcəyi təqdirdə heç bir işə xitam verilməyəcəyini demişdir. Şöbəyə etdiyi şikayətdən sonra Təqsirləndirilən şəxs ona 900 manat pulu qaytarmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Təqsirləndirilən şəxs ilə əvvəllər dostluq münasibətləri olmuşdur. 2019-cu oktyabr ayında Təqsirləndirilən şəxs ilə söhbəti əsnasında ona qohumu olan X20 Belarusiya Fövqəladə Hallar Nazirliyinin “Komandanlıq mühəndisləri institutu" təhsil müəssisəsini bitirdiyini, həmin universitetdən aldığı diplomun Təhsil Nazirliyi tərəfindən tanınmadığını, Aydın Şamilovun bacarıqlı və savadlı olmasına baxmayaraq diplomu təsdiq olunmadığından özünə iş tapa bilmədiyini, işləyə bilmədiyi üçün də maddi imkanlarının pis olduğunu bildirmişdir. Bu söhbəti Təqsirləndirilən şəxs danışdıqdan sonra sonuncu heç bir problem olmadığını, diplomun Təhsil Nazirliyi tərəfindən təsdiq olunmağında köməklik edə biləcəyini, Təhsil Nazirliyinin bu sahədə məsul vəzifəli şəxsi ilə münasibətlərinin yaxşı olduğunu, əvvəllər də onunla bu kimi bəzi işləri gördüyünü, lakin buna baxmayaraq həmin vəzifəli şəxs tərəfindən hər hansı işin görülməsi üçün onun tərəfindən rüşvət tələb edildiyini, veriləcək pulun müqabilində diplomu təsdiq etdirərək ölkə ərazisində istifadə etmək üçün tanıtdıracağını, bunun müqabilində həmin vəzifəli şəxsə pul çatdırmalı olduğunu demiş, lakin Təhsil Nazirliyində olan vəzifəli şəxsin kimliyi barədə hər hansı bir məlumat verməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs veriləcək pulun özündən verəcəyini, qohumu Aydın Şamilovun maddi cəhətdən imkansız olduğundan heç bir məbləğdə pul verə bilməyəcəyini bildirmişdir. Orxan da özünə heç bir məbləğ qalmayacağını, dostu olduğu üçün yalnız Təhsil Nazirliyində işləyən həmin vəzifəli şəxsə 1.100 manat çatdırmalı olacağını demişdir. Bundan sonra razılaşaraq söhbətlərindəndən 2-3 gün sonra dəqiq tarixini xatırlamadığı vaxtda 2019-cu ilin oktyabr ayında Tovuz rayonu Avtovağzalı ərazisində görüşərək təklikdə özünə məxsus olan 1.100 manat pulu və qohumu Aydın Şamilova məxsus diplomun surətini Orxana təqdim etmiş, sonuncu da pulu və diplomun surətini qəbul edərək narahat olmamasını, qısa müddət ərzində diplomun Təhsil Nazirliyi tərəfindən təsdiq olunacağını və qohumu Aydın Şamilovun həmin diplom ilə işləyə biləcəyini demişdir. Bundan bir ay sonra Təqsirləndirilən şəxs ilə hər dəfə əlaqə saxlayıb diplomun təsdiq olunub-olunmadığını soruşduqda Orxanın müxtəlif bəhanələrlə aldatdığını görüb məcbur qalaraq barəsində işlədiyi şöbəyə şikayət ərizəsi ilə müraciət etmişdir. Sonradan Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 2015ci ildən hazırki vaxtadək isə Tovuz rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsində işləyir. Vəzifələrinə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası ilə bağlı rəhbərlik etdiyi şöbənin icraatında olan icra sənədlərinin icra vəziyyətinə nəzarət və qanuna müvafiq tədbirlərin düzgün və vaxtında görülməsini təmin etməkdən ibarət olmuşdur. İşlədiyi müddətdə müsabiqə yolu ilə xx.xx.2018-ci il tarixli əmr ilə ədliyyə orqanlarına qulluğa qəbul olunmuş Təqsirləndirilən şəxs Tovuz rayon icra və probasiya şöbəsinə böyük icra məmuru vəzifəsi üzrə stajor təyin olunmuş, 6 aylıq stajorluq fəaliyyətini bitirdikdən sonra xx.xx.2018-ci il tarixli əmr əsasında 3 aylıq sınaq müddəti ilə Tovuz rayon icra və probasiya şöbəsinin icra məmuru vəzifəsinə və daha sonra isə sınaq müddətini bitirdikdən sonra xx.xx.2019-cu il tarixli əmr ilə həmin vəzifə üzrə daimi qulluğa qəbul olunaraq təyinatını almışdır. Orxan işlədiyi müddət ərzində xidməti vəzifələrinin icrası zamanı yol verdiyi nöqsanlara görə ədliyyə orqanlarından xaric edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs Tovuz rayon icra və probasiya şöbəsinin icra məmuru vəzifəsində işlədiyi müddət ərzində Tovuz rayon sakinləri X11 aldadaraq 390 manatını, Şahid5 aldadaraq 900 manatını, Şahid1 aldadaraq 700 manatını, X17 aldadaraq 580 manatını, Şahid2 aldadaraq 1.700 manatını, X12 aldadarq 260 manatını, X18 aldadaraq 2.640 manatını, X6 aldadaraq 2.800 manatını, Şahid6 aldadaraq 1.100 manatını, Şahid4 aldadaraq 1.270 manatını müxtəlif bəhanələrlə aldadıb ələ keçirmişdir. Həmin şəxslərin etdiyi müraciətlərdən sonra dərhal həmin şəxslər qəbul edilərək ərizələri alınmış, yuxarı orqanlara bu barədə məlumat verilmişdir. İşlədiyi müddət ərzində Təqsirləndirilən şəxs tərəfindən peşə fəaliyyətində yol verdiyi bu və digər kobud nöqsanlara görə xx.xx.2020-ci il tarixli əmr ilə ədliyyə orqanlarından xaric edilmiş və barəsində toplanmış cinayət xarakterli materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. “Baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, “xxxxxxxx” MMC-dən götürülmüş məlumatlara əsasən, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi arasında xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan müddət ərzində mütəmadi olaraq qısa və uzunmüddətli telefon danışıqları olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs məxsus həmin mobil nömrə ilə Şahid5 istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsi arasında xx.xx.2019-cu il tarixdə 102 saniyə, xx.xx.2019-cu il tarixdə isə 65 saniyə telefon danışıqları olmuşdur.Bundan əlavə, Təqsirləndirilən şəxs məxsus həmin mobil nömrə ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi arasında xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan müddət ərzində mütəmadi olaraq qısa və uzunmüddətli telefon danışıqları olmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs məxsus həmin mobil nömrə ilə Şahid2 atası Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi arasında xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan müddət ərzində mütəmadi olaraq qısa və uzunmüddətli telefon danışıqları olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs məxsus həmin mobil nömrə ilə Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi arasında xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan müddət ərzində mütəmadi olaraq qısa və uzunmüddətli telefon danışıqları olmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2765/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, həmin Məhkəmənin müvafiq qətnaməsi ilə qızıl-zinət və cehiz əşyalarının, naturada verilməsi mümkün olmadıqda isə həmin əşyaların dəyəri olan 28.670 manat məbləğində pul vəsaitinin cavabdeh X4 alınaraq iddiaçı X9 verilməsi qət edilmişdir İcraata başlama haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2765/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə Tovuz rayon icra və probasiya şöbəsinin icra məmuru Təqsirləndirilən şəxs tərəfindən borclu X14 barəsində icraat başlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2288/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, həmin Məhkəmənin müvafiq qətnaməsi ilə 1.700 manat məbləğində pul vəsaitinin cavabdeh X7 alınaraq iddiaçı X8 verilməsi qət edilmişdir. İcraata başlama haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2288/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə Tovuz rayon icra və probasiya şöbəsinin icra məmuru Təqsirləndirilən şəxs tərəfindən borclu X21 barəsində icraat başlanılmışdır. Belarusiya Fövqəladə Hallar Nazirliyinin “Komandanlıq mühəndisləri institutu" təhsil müəssisəsi tərəfindən verilmiş Dİ №0010682 seriyalı 507 qeydiyyat nömrəli x xxxx 2014cü il tarixli ali təhsil haqqında diplomdan görünür ki, X31 həmin təhsil müəssisəsinin “Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması” ixtisasını bitirmişdir. Tovuz Rayon Məhkəməsinin 2(62)-1618/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsindən görünür ki, həmin Məhkəmənin müvafiq qətnaməsi ilə x xxxxxx 2011-ci il tarixli, 3265 saylı kredit müqaviləsi üzrə banka olan 3.905 manat əsas, 2.455 manat faiz borcu olmaqla, ümumilikdə 6.360 manat pulun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X2 tutularaq iddiaçı “xxxxxxxxx” ASC-yə ödənilməsi, ödənilmədiyi halda isə həmin kredit müqaviləsi əsasında bağlanılmış xx xxxxxx 2011-ci il tarixli, 3285 saylı ipoteka müqaviləsi üzrə girov qoyulmuş Tovuz rayonu, Əyyublu kəndində yerləşən ümumi sahəsi 160,7 m2, yaşayış sahəsi 30,1 m2, köməkçi sahəsi 130,6 m2 olan fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X23 Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.2.2, 332.2.1 və 332.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Tovuz rayon icra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli, 1166 saylı məktubdan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2765/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə açılmış icraatın iş nömrəsi 19481, Tovuz Rayon Məhkəməsinin 22(62)-1618/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsi üzrə açılmış icraatın iş nömrəsi 192957, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2288/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə açılmış icraatın iş nömrəsi 115881 olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 136-K, xx.xx.2018-ci il tarixli əmrinin çıxarışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixli, 136-K nömrəli əmrlə həmin Nazirliyin Tovuz rayon icra və probasiya şöbəsinin böyük icra məmuru vəzifəsi üzrə stajoru qismində işə qəbul olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 542-K, xx.xx.2018-ci il tarixli əmrinin çıxarışından görünür ki, Təqsirləndirilən şəxs stajorluq müddəti bitmiş və xx.xx.2018-ci il tarixli 542-K nömrəli əmrlə Tovuz rayon icra və probasiya şöbəsinin sınaq müddəti ilə icra məmuru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 40-K, xx.xx.2019-cu il tarixli əmrinin çıxarışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-ci il tarixli, 40-K nömrəli əmrlə ədliyyə orqanlarına daimi qulluğa qəbul edilmiş və ona İİİ dərəcəli ədliyyə qulluqçusu xüsusi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Naziriliyinin 13-K, xx.xx.2020-ci il tarixli əmrindən görünür ki, İİİ dərəcəli ədliyyə qulluqçusu Təqsirləndirilən şəxs «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 10, 31.1.8 və 32-ci maddələrinə müvafiq olaraq xidməti vəzifələrinin icrası zamanı kobud qanun pozuntularına və ədliyyə orqanlarında qulluq keçmə ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinmə görə ədliyyə orqanlarından xaric edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. AZ-İİİ № 058362 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X36 xx.xx.2012-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X32r. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, sübut əhəmiyyəti kəsb etməklə üzərində cinayətin əlamətlərini əks etdirdiyindən Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2765/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi və həmin icra vərəqəsi əsasında başlanılmış İcraata başlama haqqında xx.xx.2018-ci il tarixli qərar, Gəncə Apellyasiya Məhkəməsinin 2 (104)-2288/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi və həmin icra vərəqəsi əsasında başlanılmış İcraata başlama haqqında xx.xx.2019-cu il tarixli qərar, Tovuz Rayon Məhkəməsinin 2 (62)-1618/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsi, Belorusiya Fövqəladə Hallar Nazirliyinin “Komandanlıq mühəndisləri institutu" təhsil müəssisəsi tərəfindən verilmiş Dİ №0010682 seriyalı 507 qeydiyyat nömrəli x xxxx 2014-cü il tarixli ali təhsil haqqında diplomun surəti xx.xx.2020-ci il tarixli qərarla maddi sübut kimi tanınmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 311.1 və 32.4, 312.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 311.1 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyindən həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki və daha çox cinayət törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların isə olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-ci maddələrində nəzərdə tutulmuş cinayətlər az ağır, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlər isə ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna ağır cinayət daxil olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar toplanılmalı və bu yolla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinin tələbinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Təqsirləndirilən şəxs “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməlidir. Cəza çəkmə müddətinin başlanğıcı hökm elan olunduğu tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəliliyini və şəxsiyyətini nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3 maddələrində nəzərdə tutulmuş əsas cəza ilə yanaşı ona əlavə cəza kimi Azərbaycan Respublikası CM-nin 46-cı maddəsinə əsasən müəyyən vəzifə tutma hüququndan məhrum etmə növündə də cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2765/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi və həmin icra vərəqəsi əsasında başlanılmış İcraata başlama haqqında xx.xx.2018-ci il tarixli qərar, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2288/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi və həmin icra vərəqəsi əsasında başlanılmış İcraata başlama haqqında xx.xx.2019-cu il tarixli qərar, Tovuz Rayon Məhkəməsinin 2(62)-1618/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsi, Belorusiya Fövqəladə Hallar Nazirliyinin “Komandanlıq mühəndisləri institutu" təhsil müəssisəsi tərəfindən verilmiş Dİ №0010682 seriyalı 507 qeydiyyat nömrəli x xxxx 2014-cü il tarixli ali təhsil haqqında diplomun surəti cinayət işinin istintaq materillarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri və xüsusi müsadirə tətbiq olunacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 311.1 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Əlavə cəza kimi təyin edilmiş dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilsin və başlanğıcı əsas cəzanın çəkilib qurtarmasından sonra hesablansın. İş üzrə maddi sübut hesab olunan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 2765/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi və həmin icra vərəqəsi əsasında başlanılmış İcraata başlama haqqında xx.xx.2018-ci il tarixli qərar, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2288/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi və həmin icra vərəqəsi əsasında başlanılmış İcraata başlama haqqında xx.xx.2019-cu il tarixli qərar, Tovuz Rayon Məhkəməsinin 2(62)-1618/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsi, Belorusiya Fövqəladə Hallar Nazirliyinin “Komandanlıq mühəndisləri institutu" təhsil müəssisəsi tərəfindən verilmiş Dİ №0010682 seriyalı 507 qeydiyyat nömrəli x xxxx 2014cü il tarixli ali təhsil haqqında diplomun surəti cinayət işinin istintaq materillarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində X37 Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-221/2020
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-221/2020
04.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver