Məhkəmə qərarları › İş №1(100)-221/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-221/2021

18.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-221/2021 18.06.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlunun, zərər çəkmiş şəxsin hüquqi varisi X13 və müdafiəçi – Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakları ilə, xx xxxx 1985-ci ildə Gədəbəy rayonu Arıxdam kəndində, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində iki yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, Gədəbəy rayonu, Arıxdam kəndində qeydiyyatda olan və ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 15.01.2021-ci il tarixdə saat 13 radələrində Daşkəsən-Gəncə avtomobil yolunun 4-cü kilometrliyində, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla, X4 məxsus olan etibarnamə əsasında idarə etdiyi, “MAZ-953000 yarımqoşqu” markalı, **-ZA-*** dövlət nömrə nişanlı, özüboşaldan tipli yarımqoşqu olan “MAZ-64229 yük” markalı, **-BP-*** dövlət nömrə qeydiyyat nişanlı yəhərli dartıcı tipli nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan həmin avtomobillə Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, həmin tələblərə əsasən yola düşməzdən qabaq nəqliyyat vasitəsinin istismara buraxılmasına dair yol hərəkəti haqqında qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməli olduğu halda, bu tələblərə əməl etməyib tormoz sistemi nasaz vəziyyətdə olan həmin avtomobillə öz hərəkətini davam etdirməklə, nəqliyyat vasitəsinə olan idarəetməni itirib onu sağ yan üstə aşıraraq yolun sağ kənarında olan beton baryerə çırpmış, nəticədə avtomobilin sağ sərnişin oturacağında əyləşən X5 açıq küt baş-beyin zədələnməsi, başın alın və təpə sümüyünün yerini dəyişmiş sınığı, baş beyin əzilməsi, baş beynin yumşaq maddəsinə və beyin mədəcikləri daxilinə qansızma, sol bud sümüyünün yerini dəyişmiş qəlpəli sınığı, başın sağ alın nahiyəsinin yarası, başın sağ və sol alın nahiyəsinin, burunun, sifətin, sağ və sol almacıq nahiyəsinin, sağ saidin, sağ diz oynağının, sol diz oynağının, sağ topuq oynağının sıyrıqları kimi xəsarətlər yetirməklə ehtiyatsızlıqdan onun ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, zərərçəkimiş şəxsin hüquqi varisinin ifadəsi, ekspertiza rəyləri, maddi sübut, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, mərhum X6 tanıyır, həmkəndlisidir, münasibəti yaxşı olmuşdur. X4 məxsus olan, “MAZ 64229 yük” markalı, **- BP-*** dövlət qeydiyyat nişanlı avtomobili, 24.08.2020-ci il tarixli etibarnamə əsasında idarə etmiş, müxtəlif yerlərdən yük daşımaqla pul qazanmışdır. 15 yanvar 2021-ci il tarixdə saat 09 radələrində şifahi razılıq əsasında metal qırıntıarı daşımaq üçün sürücülük hüququ olmadan idarə etdiyi, qoşqusunda X4 məxsus olmaqla 24.08.2020-ci il tarixli etibarnamə əsasında ona verilmiş “MAZ-953000 yarımqoşqu” markalı, **-ZA-*** dövlət nömrə nişanlı, özüboşaldan tipli yarımqoşqu olan “MAZ-64229 yük” markalı, **-BP-*** dövlət nömrə qeydiyyat nişanlı, yəhərli dartıcı tipli avtomobillə Daşkəsən rayonu ərazisində fəaliyyət göstərən “xxxx” ASC-nə məxsus “xxxx” Kombinatına gəlmiş, həmin vaxtı fəhləliklə məşğul olan həmkəndlisi Şahin Süleymanov da yanında olmuşdur. Daşkəsən şəhərində yerləşən “xxxx” Kombinatının qarşısında dəmir qırıntılarını daşımaq üçün növbəsini gözləmiş, növbə çatdıqdan sonra isə müəssisəyə daxil olmuş, metal qırıntıları avtomobilə yüklənmişdir. Bundan sonra idarə etdiyi həmin yük avtomobili ilə Daşkəsən şəhərindən çıxaraq Gəncə şəhəri istiqamətində hərəkətə başlamışdır. Həmin vaxtı mərhum Şahin Süleymanov avtomobilin sağ sərnişin oturacağında əyləşmişdir. Yolda olan zaman avtomobilin yük yeri dolu olduğu, həmçinin dağlıq ərazidə üzüaşağı hərəkətdə olduğu üçün avtomobili sürətlər qutusunun 1-ci pilləsi həddi ilə idarə etmişdir. Saat təxminən 13 radələridə Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbəsi ərazisində, Daşkəsən-Gəncə avtomobil yolunun 4-cü kilometrliyində, Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən qarşısına döngə çıxmış, döngəyə girən zaman ayaq tormozundan istifadə etmək istəyərkən, tormozun boş olduğunu və tutmadığını hiss etmiş, əks yola çıxmaq istəsə də, həmin vaxtı əks yolda “Shacman” markalı, qeydiyyat nömrəsini xatırlamadığı avtomobil hərəkət etdiyindən bunu edə bilməmiş, nəticədə sürəti aşağı salaraq yolun sağ kənarında dayanmaq istəmişdir. Lakin, avtomobilin yük yerində olan metal qırıntılarının ağır olması ilə əlaqədar avtomobilin sürəti daha da artmış və avtomobil qoşqusu ilə birlikdə sağ yanı üstə aşaraq sürüşməklə yolun sağ kənarında olan beton baryerə çırpılaraq dayanmışdır. Bundan sonra o, avtomobilin alın şüşəsindən çölə çıxmış, həmin vaxtı ətrafa xeyli sayda adamlar toplaşaraq ona köməklik etmişlər. Bu zaman avtomobilin sağ tərəfinə baxdıqda Şahin Süleymanovun hadisə nəticəsində onun öldüyünü görmüş, bundan sonra orada təssüflənərək özünü döyməyə başlamışdır. Bir qədər sonra həmin yerə tibb işçiləri gəlmiş, əli kəskin qanadığı üçün qanaxmanı dayandıra bilməmişlər, buna görə ona tibbi yardım göstərilməsi üçün dərhal Gəncə şəhər təcili-tibbi yardım xəstəxanasına aparmışlar. BC kateqoriyalı sürücülük vəsiqəsi olsa da, yəhərli dartıcı tipli yük avtomobilini idarə etmək üçün sürücülük hüququnun olmadığını dərk etmiş, gələcəkdə həmin avtomobili idarə etmək üçün sürücülük hüququ almaqdan ötrü Tovuz rayonu qeydiyyat-imtahan və texniki baxış şöbəsinə imtahan vermək üçün müraciət etməyi planlaşdırmışdır. Hadisədən sonra zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, mərhum X10 onun doğma atasıdır. Şahin Süleymanov fəhləliklə məşğul olmuşdur. 15 yanvar 2021-ci il tarixdə təxminən saat 07 radələrində atasının Təqsirləndirilən şəxs kömək etmək məqsədilə yaşadığı evdən getdiyini görmüş, həmin gün təxminən saat 15 radələrində yaşadığı evdə olan zaman Təqsirləndirilən şəxs idarə etdiyi “MAZ 6429 yük” markalı avtomobilin aşdığını, həmin vaxtı sərnişin oturacağında əyləşən atası Şahin Süleymanovun aldığı xəsarətlərdən hadisə yerində ödüyünü öyrənmişdir. Bundan sonra dərhal yaşadığı evdən çıxaraq Daşkəsən rayonuna yollanmış, Daşkəsən rayon Mərkəzi xəstəxanasına çatan zaman atasının artıq vəfat etdiyini görmüşdür. Təqsirləndirilən şəxs ailə üzvləri yas mərasimində iştirak etmişlər, hadisənin ehtiyyatsızlıqdan baş verməsini nəzərə alıb, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi olmadığını, onunla barışdığını, hazırda da şikayət və tələbinin olmadığını bildirmişdir. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 15.01.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Daşkəsən-Gəncə avtomobil yolunun 4-cü km-də baş vermişdir. Yolun hərəkət hissəsi döngəli, eniş, örtüyün növü asfalt, örtüyün vəziyyəti quru, yol örtüyünün eni 7,4 m, hərərkət zolaqlarının sayı 2, hərəkət hissəsinin eni 3,7 m, qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlanma xətti var.Eyni zamanda hadisə yerinin yaxınlığında 2.3.2 yol nişanı, yəni ikinci dərəcəli yolun bitişməsi nişanı vardır.Tək tormoz izi vardır.Nəqliyyat vasitəsi Gəncə şəhəri istiqamətində olmuşdur.Nəqliyyat vasitəsinin qarşısından, eləcə də beton baryer üzərindən qanabənzər ləkələr götürülərək qablaşdırılmışdır. “MAZ-64229 yük” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus sürüc oturacağının üzlüyü iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək qablaşdırılmışdır. Hadisə yerinə baxış protokolu tərtib edilərək fotoşəkil və sxemi çəkilmişdir. “Meyitə baxış keçirilməsi haqqında” 15.01.2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, mərhum X3 başın ənsə nahiyyəsinin tüklü hissəsində qeyri müəyyən formalı, kənarlarıəzilmiş cırılmış 3,0 x1,5 sm ölçüdə yara vardır.Başın ənsə nahiyyəsindəki yaranı ətrafını əllədikdə sümük toxumlarında patoloji hərəkətlik qeyd olunur.Sağ almacıq, sağ çənə və burun sümüklərində kəskin deformasiya qeyd olunur, sümüklərdə patoloji hərəkətlilik müəyyən edilir.Sol körpücük sümüyündə deformasiyalı yerini dəyişmiş sınıq vardır.Sol saidin iç yan səthində 1,5x0,7, 1,6x0,4,1,4x0,5 və 1,0x0,4 sm ölçülərdə səthi yaralar vardır.Sağ dirsək oynağında sümük sıxığı və oynaqda deformasiya qeyd olunur.Sol baldırın aşağı 1/3 hissəsində topuq oynağında deformasiya qeyd olunur, baldırın bayır hissəsində böyük ölçülü yaralar vardır və yaradan baldır sümüklərinin qəlpəli sınmış fraqmentləri müşahidə olunur.So diz qapağı üzərində 2,5x2 sm ölçüdə sıyrıq vardır.Sağ diz qapağı üzərində 2x0,7 sm, diz qapağının alt ön hissəsində 1,2x0,6sm, 1,3x0,7 sm, ölçüdə sıyrıqlar vardır.Sağ baldırın yuxarı və orta 1/3 hissədə 2,5x1,5 sm, 3x2sm, 1,5x0,5sm ölçülərdə səthi yaralar vardır. Meyitə baxış keçirilmə barədə protokol tərtib edilmiş iş materiallarına əlavə edilmişdir. "Götürmə aparılması haqqında” 16.01.2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əynində olmuş 01 ədəd tünd-mavi rəngli, iki yan, iki arxa cibli cins şalvar, 01 ədəd qara rəngli, yan cibli, ön hissəsi zəncirbəndli gödəkcə götürülmüşdür. Maddi sübutların ekspertizasının 25 yanvar 2021-ci il tarixli 206/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil sipirti aşkar edilmədi. Məhkəmə-tibbi ekspertizasının 02.02.2021-ci il tarixli 1 nömrəli rəyindən görünür ki, mərhum X3 meyitinin müayinəsi zamanı onun bədəni üzərində açıq küt baş-beyin zədələnməsi, başın alın və təpə sümüyünün yerinidəyişmiş sınığı, baş-beyin əzilməsi, baş beyinin yumşaq maddəsinə və beyin mədəcikləri daxilinə qansızma, sol bud sümüyünün yerini dəyişmiş qəlpəli sınığı, başın sağ alın nahiyəsinin yarası, başın sağ və sol alın nahiyəsinin, burunun, sifətin, sağ və sol almacıq nahiyəsinin, sağ saidin, sağ diz oynağının, sol diz oynağının, sağ topuq oynağının sıyrıqları kimi, ümumilikdə canlı şəxslərdə nəzərdə tutulmuş həyat üçün təhlükəli olduğundan dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər aşkar edilmiş və həmin xəsarətlərin yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi mümkündür. X3 ölümünə səbəb avtomobil qəzası nəticəsində baş vermiş açıq küt baş-beyin zədələnməsi, başın alın və təpə sümüklərinin sınığı, beyinin sərt qişası altına, baş-beyin və beyin mədəcikləri daxilinə qansızma olmuşdur. Məhkəmə-tibbi ekspertizasının 01.03.2021-ci il tarixli 22 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində ikinci bel fəqərəsinin cuzi yerdəyişmiş sınığı, sol saidin yarası kimi bərk küt əşyanın təsirindən törənmiş sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər aşkar edilmişdir. Həmin xəsarətlər yol-nəqliyyat hadisəsi zamanı yetirilməyə xarakterikdir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 05 aprel 2021-ci il tarixli 8/302 nömrəli rəyindən görünür ki, sürücü Təqsirləndirilən şəxs “MAZ-64229 yük” markalı, **-BP- *** dövlət qeydiyyat nişanlı avtomobilin tormoz sisteminin nasaz vəziyyətdə olduğu halda istismar etmişdir. Sürücü Təqsirləndirilən şəxs həmin nasazlığı vaxtında aşkar etməyə imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən “MAZ-64229 yük” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “MAZ-953000 yarımqoşqu” markalı, **-ZA-*** dövlət nömrə nişanlı, özüboşaldan tipli yarımqoşqu olan “MAZ-64229 yük” markalı, **-BP-*** dövlət nömrə qeydiyyat nişanlı yəhərli dartıcı tipli avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Materialların məhkəmə ekspertizasının 09 mart 2021-ci il tarixli 16/44 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının və “MAZ 64229 yük” markalı avtomobilin sol oturacaq üzlüyünün hissələrinin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarının üzərindən tapılmış boz və tünd qırmızı rəngli matirəolunmuş kimyəvi liflər cinsi əlamətlərinə görə “MAZ 64229 yük” markalı avtomobilin oturacaq örtüyünün oturaq hissəinin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd gödəkcənin üzərindən tapılmış qara və açıq qırmızı rəngli matirəolunmuş kimyəvi liflər cinsi əlamətlərinə görə “MAZ 64229 yük” avtomobilin oturacaq örtüyünün kürək hissəsinin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, “MAZ 64229 yük” markalı avtomobilin sol oturacaq örtüyünün oturaq hissəsinin üzərindən tapılmış tünd-mavi rəngli təbii liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər.Tədqiqata təqdim edilmiş, “MAZ 64229 yük” markalı avtomobilin sol oturacaq örtüyünün kürək hissəsinin üzərindən tapılmış ağ rəngli kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd gödəkcənin tərkib liflərinə uyğun gəlirlər. 15.01.2021-ci il tarixli 82/2021 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən edilməmişdir. AB №761053 nömrəli “BC” dərəcəli sürücülük vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs adına 21.09.2012-ci il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ Tovuz RQİTBŞ-dən verilmiş sürücülük vəsiqəsi vardır və һəmin vəsiqə 21.09.2022-ci il tarixədək etibarlıdır. AC № 880880 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, "MAZ-64229 yük" markalı, **-BP-*** dövlət nömrə qeydiyyat nişanlı yəhərli dartıcı tipli avtomobil X4 məxsusdur. AD № 061289 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “MAZ-953000 yarımqoşqu” markalı, **-ZA-*** dövlət nömrə nişanlı, özüboşaldan tipli yarımqoşqu X4 məxsusdur. 24.08.2020-ci il tarixli ƏN-Vİİ № 30477 nömrəli Etibarnamənin surətindən görünür ki, “MAZ 64229 yük” markalı, yəhərli dartıcı tipli, **-BP-*** qeydiyyat nişanlı avtomobil Masallı rayonu, Kalinovka kəndində yaşayan X11 tərəfindən bir il müddətinə Təqsirləndirilən şəxs sürücülük hüququ olduğu halda idarə etmək və digər hərəkətlər etmək üçün etibar edilmişdir. 24.08.2020-ci il tarixli ƏN-Vİİ № 30478 nömrəli Etibarnamənin surətindən görünür ki, “MAZ 953000 yarımqoşqu” markalı, özüboşaldan tipli, **-ZA-*** qeydiyyat nişanlı yarımqoşqu Masallı rayonu, Kalinovka kəndində yaşayan X11 tərəfindən bir il müddətinə Təqsirləndirilən şəxs sürücülük hüququ olduğu halda idarə etmək və digər hərəkətlər etmək üçün etibar edilmişdir. “xxxx” MMC-nin 03.02.2021-ci il tarixli məktubundan görünür ki, “xxxx” MMC-yə məxsus Daşkəsən rayon “xxxx” MMC-dən şifahi razılığa əsasən Təqsirləndirilən şəxs idarə etdiyi “MAZ-953000 yarımqoşqu” markalı, **-ZA-*** dövlət nömrə nişanlı, özüboşaldan tipli yarımqoşqu ilə daşınmış yükün (metal predmetlərin) çəkisi 16 ton olmuşdur. Gədəbəy rayon Arıqdam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 22.01.2020-ci il tarixli 39 saylı arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy rayon Arıqdam kəndində anası X12, həyat yoldaşı X14, övladları X15, X16 və X17 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. AZ-İ № 569857 saylı “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X15 15.11.2004-cü ildə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X8r. AZ-İ № 854414 saylı “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X16 21.09.2006-cı ildə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X8r. AZ-İİ № 351951 saylı “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X17 25.12.2008-ci ildə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X8r. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 15.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu təqsirləndirilən şəxs qismində cəlb edilmişdir “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında 15 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. "Sübutların qiymətləndirilməsi haqqında” 30.04.2021-ci il tarixli qərardan görünür ki, haadisə yerindən götürülmüş “MAZ 64229 yük” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus 01 ədəd tünd qırmızı rəngli, boz naxışlı, avtomobilin sol (sürücü) oturacaq üzlüyünün oturaq hissəsi və 01 ədəd qara rəngli, açıq qırmızı naxışlı, avtomobilin sol (sürücü) oturacaq üzlüyünün kürək hissəsi, eləcə də Təqsirləndirilən şəxs götürülmüş, yol-nəqliyyat hadisəsi zamanı əynində olmuş 01 ədəd tünd-mavi rəngli, iki yan və iki arxa cibli cins şalvar, 01 ədəd qara rəngli, yan cibli, ön hissəsi zəncirbəndli gödəkcə iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və Daşkəsən Rayon Polis Şöbəsinin məsul saxlancına verilmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi X1 orqanlara ünvanladığı 18.03.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Onunla barışmışdır. Zərər çəkmiş şəxsin hüquqi varisi X7 məhkəməyə ünvanladığı 03.06.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Onunla barışmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən zərər çəkmiş şəxsin hüquqi varisi barışmasını və ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində iki yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağının olmasını, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələblərinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal müəyyən edilmiş və CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23.07.2004-cü il və 17.03.2011-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə və sosial vəziyyətini, hadisə zamanı özünün də az ağır xəsarət almasını, eyni zamanda CM-nin 60-cı maddəsinin tələblərini nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Təqsirləndirilən şəxs oğlunun barəsində ibtidai istintaq zamanı seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna ittiham olunduğu maddənin sanksiyasının aşağı həddində təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs oğlunun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzası ilə yanaşı əlavə cəza olan nəqliyyat vasitələrinin idarəetmə hüququndan məhrum etmə cəzası da nəzərdə tutulmuşdur. Odur ki, Azərbaycan Respublikası CM-nin 45-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən və Daşkəsən Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş, yol-nəqliyyat hadisəsi zamanı əynində olmuş 01 ədəd tünd-mavi rəngli, iki yan və iki arxa cibli cins şalvar, 01 ədəd qara rəngli, yan cibli, ön hissəsi zəncirbəndli gödəkcə Təqsirləndirilən şəxs qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, hadisə yerindən götürülmüş “MAZ 64229 yük” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus 01 ədəd tünd qırmızı rəngli, boz naxışlı, avtomobilin sol (sürücü) oturacaq üzlüyünün oturaq hissəsi və 01 ədəd qara rəngli, açıq qırmızı naxışlı, avtomobilin sol (sürücü) oturacaq üzlüyünün kürək hissəsi yararsız olmaqla dəyərləri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 230 (iki yüz otuz) manat 40 (qırx) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilsin və başlanğıcı əsas cəzanın çəkilib qurtarmasından sonra hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı və qeydiyyatda olduğu yer üzrə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut hesab edilən və Daşkəsən Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş, yol-nəqliyyat hadisəsi zamanı əynində olmuş 01 ədəd tünd-mavi rəngli, iki yan və iki arxa cibli cins şalvar, 01 ədəd qara rəngli, yan cibli, ön hissəsi zəncirbəndli gödəkcə Təqsirləndirilən şəxs qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, hadisə yerindən götürülmüş “MAZ 64229 yük” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus 01 ədəd tünd qırmızı rəngli, boz naxışlı, avtomobilin sol (sürücü) oturacaq üzlüyünün oturaq hissəsi və 01 ədəd qara rəngli, açıq qırmızı naxışlı, avtomobilin sol (sürücü) oturacaq üzlüyünün kürək hissəsi yararsız olmaqla dəyərləri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 230 (iki yüz otuz) manat 40 (qırx) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar