Məhkəmə qərarları › İş №1(100)-221/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-221/2022

02.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-221/2022 02.09.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X10 və X58 oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X6, müdafiəçilər – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Özbəkistan Respublikası, Daşkənd şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Tərtər rayonu Buruc kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs bacısı Şahid6 rəsmi nikahda olduğu əri Şahid1 son zamanlarda aralarında ailə-məişət zəminində baş vermiş mübahisələrə görə ayrılmasının başlıca səbəbini Şahid1 soruşanda, sonuncu onların qohumu, dayısı oğlu X16 Şahid6 ilə aralarında qeyri-rəsmi münasibətinin olduğunu aşkar etdiyini və bunu təsdiq edən mobil telefon vasitəsilə aparılan sms mesajlarını ona təqdim etdikdən sonra, bu münasibətin həqiqətən yaşandığına əmin olub Tural Mustafayevin onun ailəsinin adına, namusuna, habelə özünün tanışı və qohumları arasında əldə etdiyi statusa xələl gətirdiyi qənaətinə gələrək sonuncunu qisas almaq və cəmiyyət arasında illər ərzində qazandığı nüfuzunu qorumaq məqsədilə qəsdən öldürmək qərarına gəlmiş və bu məqsədini gizlətməklə yeznəsi Şahid1 dayısı oğlu Tural Mustafayevlə görüşüb bacısı ilə aralarında olan qeyrirəsmi münasibəti etiraf etdiyi halda sonuncunu murdarlayıb rüsvay edəcəyini təklif edərək, 23 noyabr 2021-ci il tarixdə, saat 10 radələrində Şahid1la birlikdə Bakı şəhərindən Tərtər rayonuna gəlmiş, Tərtər rayonuna çatdıqda sonuncudan ayrılıb saat 16 radələrində X34 rayonu, Buruc kəndində görüşərək Tərtər rayonu, Düyərli kəndində yerləşən X27 məxsus evə gəlmiş, həmin gün, saat 17 radələrində oraya çatıb Tural Mustafayevlə birlikdə evin həyətinə daxil olaraq əvvəlcədən orada gözləyən Şahid1 yanında Tural Mustafayevdən bacısı ilə aralarında olan münasibətə aydınlıq gətirməsini tələb etdikdə sonuncunun onun bacısını öz bacısı gözü ilə görmədiyini deməsini Şahid6 ilə aralarında olan qeyri-rəsmi münasibətin dolayı etirafı kimi qəbul etmiş, bu zaman mərhum Tural Mustafayevin onu nalayiq ifadələrlə təhqir etməsi səbəbindən aralarında yaranan mübahisə zamanı Tural Mustafayev öz üzərində olan, bozumtul parıltılı metaldan hazırlanmış, dəstəyinin uzunluğu 98 mm, tiyəsinin orta xətdən uzunluğu isə 88 mm olan, açılıb-bağlanan, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, soyuq silah hesab edilməyən, xüsusi təyinatlı ov bıçağı ilə onun bədəninin döş qəfəsi nahiyəsinin sol yarısının döş boşluğuna keçməyən kəsilmişdeşilmiş yarası, xəsarəti yetirdikdə o, Tural Mustafayevin müqavimətini qırmaqla yerə yıxıb əlindəki bıçağı almağa çalışsa da, sonuncu əlindəki bıçaqla yenidən zərbə endirərək ona bədəninin sağ bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası, xəsarəti yetirmiş, o isə öz növbəsində, istintaqla müəyyən edilməmiş mənbədən əldə edərək özü ilə üzərində gətirdiyi, dəstəyinin uzunluğu 103 mm olmaqla, üzərinə qara rəngli yapışqan lent yapışdırılmış, tiyəsinin orta xətdən uzunluğu 85 mm olan, kustar üsulla hazırlanmış, deşici, kəsici xassəyə malik, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Tural Mustafayevin bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmiş, həmin vaxt baş verənlərin şahidi olan və tərəfləri aralaşdırmaq üçün səy göstərən Şahid1 yerdə olan ağac parçaları ilə hər ikisinə vurmaqla onları ayırmasından sonra Tural Mustafayev nalayiq söyüşlər söyməklə yaralı vəziyyətdə həmin həyəti tərk edərək küçəyə çıxıb qaçmağa çalışdıqda o da ardınca küçəyə çıxaraq Tural Mustafayevi qəsdən həyatdan məhrum etmək məqsədilə sonuncuya arxadan hücum edib Tural Mustafayevin yıxılıb hərəkətsiz vəziyyətdə qalmasınadək sonuncunun bədəninin müxtəlif nahiyələrinə əvvəlcədən əlində olan bıçaqla zərbələr endirməklə Tural Mustafayevin həyat və sağlamlığına, təhlükəsiz yaşamaq konstitusion hüququna qəsd etmiş, bununla da sonuncuya ayrı-ayrılıqda və birlikdə sağlamlığa ağır zərərvurmaya aid edilən ağciyərlərin və ürəyin yaralanması ilə daxilə keçən 4 (dörd) ədəd deşilmiş-kəsilmiş yara, birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid edilən döş qəfəsi nahiyəsində döş boşluğuna keçməyən 9 (doqquz) ədəd deşilmiş-kəsilmiş yaralar və sol bazu nahiyəsinin 2 (iki) ədəd, sağ said nahiyəsinin 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları, sağ xarici qulaq nahiyəsinin 1 (bir) ədəd, sağ əl nahiyəsinin V barmağının 1 (bir) ədəd kəsilmiş yaraları, həmçinin sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməyən sağ said nahiyəsinin cızığı xəsarətləri yetirərək döş qəfəsi nahiyəsinin döş boşluğuna keçən deşilmiş-kəsilmiş yaralanmaları ilə əlaqədar ürəyin və ağciyərin yaralanmaları nəticəsində baş vermiş kəskin qanitirmə ilə ölümünə səbəb olan xəsarətlər yetirməklə X7nu qisas almaq niyyəti ilə qəsdən öldürmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 120-ci maddəsilə deyil, CM-in 123-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, X7 onun daysıoğludur. Əvvəllər aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Bacısı Şahid6 təxminən 12 il əvvəl Tərtər rayonunun Düyərli kənd sakini Şahid1 ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 2 övladları dünyaya gəlmişdir. Hadisə günündən təxminən 8 ay əvvəl bacısı Aynurla onun həyat yoldaşı Fəxri arasında ailədaxili münaqişə baş vermişdir. Bundan sonra Aynur Fəxridən ayrılmış və övladları ilə birlikdə ata evində yaşamağa başlamışdır. Bacısının ailəsində yaranmış narazılığa səbəb dayısıX50 bacısı Aynurla aralarında olan qeyri-rəsmi münasibəti olmuşdur. Bu münasibət barədə Fəxri xəbər tutduqdan sonra Aynurdan boşanmaq qərarına gəlmişdir. Fəxri bir neçə dəfə Aynurun Turalla olan isti münasibəti barədə ona, anasına və digər qohumlarına məlumat vermiş, lakin onlar bu barədə deyilənlərə inanmadıqlarını bildirmişlər. Bu barədə Aynurdan soruşduqda sonuncu cavabında Turalın uşaq olduğunu, aralarında heç bir münasibətin olmadığını bildirmişdir. Hadisədən təxminən 3 ay əvvəl Fəxri öz dediklərini təsdiq etmək məqsədilə Aynurun yaşadığı evə gedərək onun telefonunu götürmüş və Turalla olan mesajları aşkar etmişdir. Bundan sonra Fəxri ona zəng edərək bacısının telefonunda Turalla yazışmalarını tapdığını bildirmişdir. Hadisədən təxminən 3 gün əvvəl Fəxri onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə özünün istifadəsində olan mobil nömrədən zəng edərək Bakı şəhərinə gəldiyini və onunla görüşmək istədiyini bildirmişdir. O da Fəxri ilə Bakı şəhərində görüşmüş və Aynurun telefonundakı yazışmalara baxmışdır. Bundan sonra Turalla Aynurun arasında olan yazışmaların şahidi olmuşdur. Lakin, bu yazışmaların qeyri-əxlaqi məqsədlərlə baş tutduğuna yenə də inanmaq istəməmişdir. Fəxri iki övlad anası olan və hələ də nikahda olan bacısı Şahid6 Tural Mustafayevlə arasında olan bu münasibətə aydınlıq gətirib bunun qarşısını almağı ondan istədikdə Fəxriyə bu məsələni Turalla dəqiqləşdirəcəyini demişdir. 24 noyabr 2021ci il tarixdə xalasının il mərasimində iştirak etmək üçün Tərtər rayonuna getməyi qərarlaşdırmışdır. Təxminən 4-5 gün əvvəl isə dayısı infarkt keçirdiyindən anası, bacısı və bacısının uşaqları dayısını görmək, həmçinin il mərasimində iştirak etmək üçün Tərtər rayonuna gəldiklərini bildirmişdir. O, da Fəxri ilə birlikdə eyni vaxtda Tərtər rayonuna getməyə razılaşmışdır. Fəxri ilə birlikdə 23 noyabr 2021-ci il tarixdə, saat 10 radələrində “Mercedes Vito” markalı, şəhərlərarası nəqliyyat marşrutuna əyləşib Bakı şəhərindən Tərtərə yola düşmüşlər. Yolda olarkən o, bir daha telefondakı yazışmalara nəzər salmış, bundan sonra maşında Fəxriyə bildirmişdir ki, Turalla görüşəcək və ondan bu barədə izah istəyəcəkdir. Fəxri isə ona Turalı Fəxrinin bibisioğlu X59 rayonu, Düyərli kəndində yerləşən evinə çağırıb söhbət etməyi təklif etmişdir. O, həmin evi tanıdığından və evdə yaşayış olmadığını bildiyindən Fəxrinin dediyi barədə razılaşmışdır. Maşında olarkən Fəxri ona Gündüz adlı (***-***-**-**) taksi sürücüsünün telefon nömrəsini vermişdir ki, Tərtər rayonuna çatdıqdan sonra əlaqə saxlasın və onu Afiqin evinə aparsın. Yolda olan zaman Fəxri ilə razılaşmışdır ki, Tural öz dediklərini sübut edə bilməsə, o, Turalı sındırmaq məqsədilə murdarlayacaq, Fəxri isə onu videoya çəkəcəkdir. Bərdəyə çatdıqdan sonra Fəxrinin onun telefonuyla Gündüz adlı taksi sürücüsü ilə əlaqə saxladığını və onları Bərdədən gəlib götürməyi istədiyini bildirmişdir. Bundan sonra onlar Tərtər rayonuna gəlmişlər. O, Fəxridən ayrılmış və qohumlarının yaşadığı Tərtər rayonunun Buruc kəndinə getmişdir. Orada anası, bacısı, dayısı, dayısıoğlu Tural və digərləri ilə görüşmüşdür. Orada olarkən Turaldan Aynurla olan yazışmaların nə demək olduğunu soruşmuş və ona bildirmişdir ki, o, Turalın bacılarını öz bacıları kimi görür. Lakin bu zaman Tural ona bildirmişdir ki, “mənim 4 bacım var, onlar mənə bəsdir”. Bundan sonra o, Turalı məsələyə aydınlıq gətirmək məqsədilə Fəxrinin dediyi evə dəvət etmişdir. Tural isə cavabında getməyə hazır olduğunu bildirmişdir. O, Fəxrinin verdiyi telefon nömrəsinə zəng edərək taksi sürücüsünə onları gəlib götürməsini demiş, bir müddət sonra taksi gəlmiş və onlar 23 noyabr 2021-ci il tarixdə, saat 17 radələrində Turalla birlikdə Düyərli kəndinə getmişlər. O, maşına minmək üçün gedərkən Turalın üzərində dəstəyi qara rəngli skoçla sarınmış, nazik mətbəx bıçağının olduğunu görmüşdür. Həmin bıçağı daha əvvəl dayısıgilin evində mətbəx stolunun üzərində görmüşdür. O, Turaldan nəyə görə bıçaq götürdüyünü soruşduqda Tural heç bir cavab verə bilməmişdir. O, Turala belə bir şeyə ehtiyac olmadığını və sadəcə söhbət etmək üçün getdiklərini demişdir. Yolda olarkən Tural “Nicat” körpüsünün yaxınlığında, “Son beş” deyilən yerdə maşından düşüb mağazaya girmiş və nə isə alıb çıxmışdır. Bundan sonra onlar yola davam etmiş və hadisənin baş verdiyi yerə gəlmişdirlər. Onlar oraya çatdıqda Fəxrinin artıq onları gözlədiyini görmüşdür. O, Fəxrinin bibisioğluna məxsus evin həyətinə girib təkrarən Turaldan məsələnin mahiyyətini soruşmuş, bu zaman Tural bir daha özünün 4 bacısının olduğunu və onların ona bəs etdiyini bildirmişdir. O, Turalı çiynindən əli ilə kənara itələmiş, həmin zaman Tural cibindən açılıb-bağlanan, iti uclu, boz rəngli bıçağı çıxarıb onun sol qoltuqaltı nahiyəsinə zərbə endirmişdir. Dərhal hər iki əli ilə Turalın əlini tutub, müqavimətini qırmaq istəmiş və onu yerə yıxmışdır. Yerdə olarkən iki əli ilə Turalın bıçaq olan əlini tutub bıçağı yerə salmaq istəmişdir. Bundan sonra Tural digər əli ilə cibindən ikinci- arxa hissəsi qara rəngli skoçla sarılmış mətbəx təyinatlı bıçağı çıxarıb ona yenidən zərbə endirməyə çalışdıqda, o, Turalın əlindən həmin bıçağı alıb sonuncu onun altında olarkən Tural Mustafayevin qarın nahiyəsinə iki bıçaq zərbəsi endirmişdir. Daha sonra Şahid1 onları aralaşdırmaq məqsədi ilə yerdən taxta parçası götürərək onları vurmağa başladıqda onlar nisbətən aralaşmışdırlar. O, həmin zaman ixtiyarsız olaraq Turalın digər əlini buraxaraq, zərbə endirdiyi- sol əlini tutmağa çalışmışdır. Daha sonra Tural əlindəki bıçaqla ona yenidən zərbələr endirməyə başlamış və bu zaman o, sağ bud nahiyəsindən xəsarət almışdır. Bu zaman Tural Mustafayev onun üzərinə yıxılmış və onu vurmaq istəmişdir. O, bu zaman Tural Mustafayevin əlini tutmuş və sonuncuya bıçaq zərbəsi endirdikdən sonra Tural Mustafayev ayağa qalxaraq qaçıb uzaqlaşmaq istəmiş və həmçinin onun ünvanına nalayiq ifadələr işlətmişdir. O, Tural Mustafayevin arxasınca gedib sonuncunun kürəyinə daha bir neçə bıçaq zərbəsi yetirmiş, lakin Tural bu zərbələrin nəticəsində yıxılmamış və bir qədər irəliləyib qarşıda yıxılmışdır. Həmin vaxt özündə olmadığından Tural Mustafayevə neçə ədəd zərbə yetirdiyini xatırlamır. Tural Mustafayev bir qədər irəlilədikdən sonra küçədə üzü üstə yıxılaraq yerdə hərəkətsiz vəziyyətdə qalmış və sonuncunun əlində olan əvvəlcədən üzərində gətirdiyi açılıb-qatlanan, boz rəngli bıçaq da əlindən yerə düşmüşdür. O, həmin vaxt əlində olan bıçaqla yolun başına doğru irəliləmiş, onun arxasınca isə Fəxri gəlmişdir. Bir qədər qarşıda tanımadığı şəxsin gəldiyini görmüş və ona adam öldürdüyünü bildirib 102 zəng mərkəzinə məlumat verməsini xahiş etmişdir. Daha sonra irəliyə gedib insanların ondan qorxmaması üçün əlindəki bıçağı kanala atmış, Fəxri ilə yolun başına qədər getdikdə qarşıdan təcili tibbi yardım maşınının gəldiyini görmüşdürlər. O, polis əməkdaşlarının gəlib onu tapa bilmələri üçün maşına əyləşərək Tural Mustafayevin yanına qayıtmış, bir müddət sonra polis əməkdaşları oraya gəlmiş və o, törətdiyi əməli polis əməkdaşlarına etiraf etmiş, daha sonra polis əməkdaşları onu saxlamışlar. Təqsirləndirilən şəxs əlavə olaraq ifadəsində qeyd etmişdir ki, o, şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ilkin ifadələrində, o cümlədən 28 fevral 2022-ci il tarixdə əlavə ifadəsində hadisə zamanı Tural Mustafayevi fərdi yaşayış evinin həyətinin giriş qapısından küçəyə çıxıb qaçıb uzaqlaşmağa çalışarkən o, Tural Mustafayevin arxası ilə gedərək sonuncuya yıxılıb yerdə hərəkətsiz vəziyyətdə qalana qədər bıçaqla zərbələr endirib qətlə yetirdiyini deməsinə baxmayaraq, hazırki ifadəsində Tural Mustafayevin arxası ilə küçəyə çıxıb sonuncunun kürək nahiyəsinə zərbələr endirdikdən sonra Tural Mustafayev bir qədər irəliyə gedib yıxıldığını bildirmiş, həmin zaman emosional olduğundan hadisənin təsiri altında olduğundan həmin hissədə özünü düzgün ifadə edə bilmədiyini güman etmiş, hadisənin hazırki ifadəsində qeyd etdiyi kimi olduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadələri elan edilmiş, 25 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Tərtər rayonu, Buruc kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, E.Əlizadə 18 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. Özbəkistan Respublikasının, Daşkənd şəhərində anadan olmuşdur. 4-5 yaşında olarkən ailə üzvləri ilə birlikdə Özbəkistan Respublikasından Azərbaycan Respublikasına qayıtmışdır. 1996-cı ildə Bərdə şəhəri 9 saylı internat məktəbində birinci sinifə getmişdir. 9-cu sinfi Bakı şəhəri, Əhmədli qəsəbəsində oxumuşdur. Bir il orada oxuduqdan sonra 10 və 11-ci siniflərdə yenidən Bərdə şəhəri 9 saylı internat məktəbində təhsil almış və oradan attestat alaraq orta təhsilini başa vurmuşdur. Hadisə baş verənədək Bakı şəhərində fərdi əməklə- kafel-metlax ustası yanında köməkçi kimi işləmişdir. X28 onun daysıoğludur. Əvvəllər aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Bacısı Şahid6 təxminən 12 il əvvəl Tərtər rayonu, Düyərli kənd sakini Şahid1 ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 2 övladları dünyaya gəlmişdir. Hadisədən təxminən 8 ay əvvəl bacısı Aynur ilə sonuncunun həyat yoldaşı Fəxri arasında ailədaxili münaqişə baş vermişdir. Bundan sonra Aynur Fəxridən ayrılmış və övladları ilə birlikdə onunla yaşamağa başlamışdır. Bacısının ailəsində yaranmış narazılığa səbəb dayısıX50 bacısı Aynurla aralarında olan qeyri-rəsmi münasibəti olmuşdur. Bu münasibət barədə Fəxri xəbər tutduqdan sonra Aynurdan boşanmaq qərarına gəlmiş və həmin vaxtdan onlar ayrı yaşamağa başlamışdır. Şahid1 bir neçə dəfə Aynurun Turalla olan münasibəti barədə ona, anasına və digər qohumlarına məlumat vermiş, lakin onlar bu barədə deyilənlərə inanmamışdırlar. Bu barədə Aynurdan soruşduqda Turalın uşaq olduğunu, aralarında heç bir münasibətin olmadığını bildirmişdir. Hadisədən təxminən 3 ay əvvəl Fəxri öz dediklərini təsdiq etmək məqsədilə Aynurun yaşadığı evə gedərək sonuncunun telefonunu götürmüş və Turalla olan mesajları aşkar etmişdir. Bundan sonra Fəxri ona zəng edərək bacısının telefonunda Turalla yazışmalarını tapdığını bildirmişdir. Hadisədən təxminən 3 gün əvvəl Fəxri onun istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə özünün istifadəsində olan mobil nömrədən zəng edərək Bakı şəhərinə gəldiyini və onunla görüşmək istədiyini bildirmişdir. O da Fəxri ilə Bakı şəhərində görüşmüş və Aynurun telefonundakı yazışmalara baxmış, bundan sonra Turalla Aynurun arasında olan yazışmaların şahidi olmuşdur. Lakin, bu yazışmaların qeyri-əxlaqi məqsədlərlə baş tutduğuna yenə inanmaq istəməmişdir. Fəxri ondan qardaş olaraq bir tədbir görməsini istədiyini bildirdikdə Fəxriyə bu məsələni Turalla dəqiqləşdirəcəyini demişdir. 24 noyabr 2021-ci il tarixdə xalasının il mərasimində iştirak etmək üçün Tərtər rayonuna getməyi qərarlaşdırmışdır. Təxminən 4-5 gün əvvəl isə dayısı infarkt keçirdiyindən anası, bacısı və bacısının uşaqları dayısını görmək, həmçinin il mərasimində iştirak etmək üçün Tərtər rayonuna gəldiklərini bildirmişdir. O, da Fəxri ilə birlikdə eyni vaxtda Tərtər rayonuna getməyə razılaşmışdır. Fəxri ilə birlikdə 23 noyabr 2021-ci il tarixdə, saat 10 radələrində “Vito” markalı, şəhərlərarası nəqliyyat marşrutuna əyləşib Bakı şəhərindən Tərtərə yola düşmüşdürlər. Yolda olarkən o, bir daha telefondakı yazışmalara nəzər salmış, bundan sonra maşında Fəxriyə bildirmişdir ki, Turalla görüşəcək və ondan bu barədə izah istəyəcəkdir. Fəxri isə ona Turalı Fəxrinin bibisioğlu X59 rayonu, Düyərli kəndində yerləşən evinə çağırıb söhbət etməyi təklif etmişdir. O, həmin evi tanıdığından və evdə yaşayış olmadığını bildiyindən Fəxrinin dediyi barədə razılaşmışdır. Maşında olarkən Fəxri ona Gündüz adlı (***-***-**-**) taksi sürücüsünün telefon nömrəsini vermişdir ki, Tərtər rayonuna çatdıqdan sonra əlaqə saxlasın və onu Afiqin evinə aparsın. Yolda olan zaman Fəxri ilə razılaşmışdır ki, Tural öz dediklərini sübut edə bilməsə, o, Turalı sındırmaq məqsədilə murdarlayacaq, Fəxri isə onu videoya çəkəcəkdir. Bərdəyə çatdıqdan sonra Fəxri onun telefonuyla Gündüz adlı taksi sürücüsü ilə əlaqə saxlamış və onları Bərdədən gəlib götürməyi istəmişdir. Bundan sonra onlar Tərtər rayonuna gəldikdə o, Fəxridən ayrılmış və qohumlarının yaşadığı Tərtər rayonu, Buruc kəndinə getmişdir. Orada anası, bacısı, dayısı, dayısıoğlu Tural və digərləri ilə görüşmüşdür. Orada olarkən Turaldan Aynurla olan yazışmaların nə demək olduğunu soruşmuş və Turalın bacılarını öz bacıları kimi görürdüyünü bildirdikdə Tural ona “mənim 4 bacım var, onlar mənə bəsdir” demişdir. Bundan sonra o, Turalı məsələyə aydınlıq gətirmək məqsədilə Fəxrinin dediyi evə dəvət etmişdir. Tural isə cavabında getməyə hazır olduğunu bildirmişdir. O, Fəxrinin verdiyi telefon nömrəsinə zəng edərək taksi sürücüsünə onları gəlib götürməsini demiş, bir müddət sonra taksi gəlmiş və onlar 23 noyabr 2021-ci il tarixdə, saat 17 radələrində Turalla birlikdə Düyərli kəndinə getmişlər. O, maşına minmək üçün gedərkən Turalın üzərində dəstəyi qara rəngli skoçla sarınmış, nazik mətbəx bıçağının olduğunu görmüşdür. Həmin bıçağı daha əvvəl dayısıgilin evində mətbəx stolunun üzərində görmüşdür. O, Turaldan nəyə görə bıçaq götürdüyünü soruşduqda Tural heç bir cavab verə bilməmişdir. O, Turala belə bir şeyə ehtiyac olmadığını və sadəcə söhbət etmək üçün getdiklərini demişdir. Yolda olarkən Tural “Nicat” körpüsünün yaxınlığında, “Son beş” deyilən yerdə maşından düşüb mağazaya girmiş və nə isə alıb çıxmışdır. Bundan sonra onlar yola davam etmiş və hadisənin baş verdiyi yerə gəlmişdirlər. Onlar oraya çatdıqda Fəxrinin artıq onları gözlədiyini görmüşdür. O, Fəxrinin bibisioğluna məxsus evin həyətinə girib təkrarən Turaldan məsələnin mahiyyətini soruşmuş, bu zaman Tural bir daha özünün 4 bacısının olduğunu və onların ona bəs etdiyini bildirmişdir. O, Turalı çiynindən əli ilə kənara itələmiş, həmin zaman Tural cibindən açılıb-bağlanan, iti uclu, boz rəngli bıçağı çıxarıb ona zərbə endirmişdir. Dərhal hər iki əli ilə Turalın əlini tutub, müqavimətini qırmaq istəmiş və onu yerə yıxmışdır. Yerdə olarkən iki əli ilə Turalın bıçaq olan əlini tutub bıçağı yerə salmaq istəmişdir. Daha sonra orada olan Fəxri onları aralaşdırmaq məqsədilə yerdən taxta parçası götürərək onları vurmağa başlamışdır. Onlar nisbətən aralaşdıqda Tural digər əli ilə cibindən ikinci- arxa hissəsi qara rəngli skoçla sarılmış mətbəx təyinatlı bıçağı çıxarıb ona yenidən zərbə endirməyə başlamışdır. O, həmin zaman ixtiyarsız olaraq Turalın digər əlini buraxaraq, zərbə endirdiyi- sol əlini tutmağa çalışmışdır. Daha sonra Tural əlindəki bıçaqla yenidən zərbələr endirməyə başladıqda, o, Turalın əlini burub qara dəstəkli, nazik tiyəsi olan mətbəx bıçağını əlindən almışdır. O, yerdə olarkən Turala bir neçə bıçaq zərbəsi endirmişdir. Daha sonra Tural ayağa qalxaraq qaçıb uzaqlaşmaq istəmiş və həmçinin onun ünvanına nalayiq ifadələr işlətmişdir. O, Turalın arxasınca gedib ona taqətdən düşənəcən kürəyindən daha bir neçə bıçaq zərbəsi yetirmişdir. Lakin həmin vaxt özündə olmadığından ona neçə ədəd zərbə yetirdiyini xatırlamadığını bildirmişdir. Bir qədər irəlilədikdən sonra Tural küçədə üzü üstə yıxılaraq yerdə hərəkətsiz vəziyyətdə qalmış və Turalın əlində olan, əvvəlcədən üzərində gətirdiyi açılıb-qatlanan, boz rəngli bıçaq da, əlindən yerə düşmüşdür. Bu zaman Fəxri ona “gördün nə baş verdi?” deyə sual verməyə başlamışdır. O, həmin zaman əlində olan bıçaqla yolun başına doğru irəliləmiş. Onun arxasınca isə Fəxri getmişdir. Bir qədər qarşıda tanımadığı şəxsin gəldiyini görmüş və ona adam öldürdüyünü bildirib 102 zəng mərkəzinə məlumat verməsini xahiş etmişdir. Daha sonra irəliyə gedib insanların ondan qorxmaması üçün əlindəki bıçağı kanala atmışdır. Fəxri ilə yolun başına kimi getdikdə qarşıdan təcili tibbi yardım maşını gəldiyini görmüşdür. O, maşına əyləşərək Turalın yanına qayıtmışdır ki, polis əməkdaşları gəlib onu tapa bilsinlər. Bir müddət sonra polis əməkdaşları oraya gəlmiş və o, törətdiyi əməli onlara etiraf etmişdir. Daha sonra polis əməkdaşları onu saxlamışdır. Bədənində olan xəsarətlərlə əlaqədar Tərtər rayon mərkəzi xəstəxanasına gətirilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq qeyd etmişdir ki, onun Tural Mustafayevi öldürmək məqsədi olmamış, sadəcə hadisə vaxtı Turalın ona bıçaqla müqavimət göstərdiyindən əlində olan bıçağı ondan alıb bir neçə dəfə Turalın bədəninin müxtəlif nahiyəsinə xəsarət yetirmişdir. Daha sonra isə özünü itirdiyindən Tural qaçıb gedən zaman Turalın arxası ilə gedərək Turalın kürək nahiyəsinə yıxılana qədər bıçaqla zərbə endirmişdir. Həmin vaxt orada özü, kürəkəni Fəxri və dayısıoğlu Tural olmuşdur. Tural taqətdən düşüb küçənin ortasında yıxılan zaman həmin küçədə yerləşən evdən bir nəfər qadın onlara səslənərək niyə Turalı öldürdüyünü ondan soruşmuş, o, da cinayət törətməsi barədə polisə məlumat verməsini həmin qadından xahiş etmişdir. Daha sonra yolun başlanğıcına doğru getdikdə qarşılarına iki nəfər tanımadığı şəxs çıxmış və onlara da cinayət törətməyi barədə məlumat verərək polisə xəbər vermələrini istəmişdir. Həmin vaxt əli qan olduğundan həmin şəxslərin ondan qorxmaması üçün əlindəki bıçağı kənara atmış və bu zaman bıçaq yaxınlıqda olan kanala düşmüşdür. Təqsirləndirilən şəxs əlavə olaraq ifadəsində bildirmişdir ki, Şahid1 onları ayırmaq istəyərkən Tural əlindəki açılıb-qatlanan, boz rəngli bıçaqla Fəxrinin qol nahiyəsinə xəsarət yetirmişdir. Lakin xəsarətlərin sayı barədə heç bir məlumatı yoxdur. Şahid1 nə ona, nə də Turala xəsarət yetirmişdir. Fəxri sadəcə olaraq, Tural yerə yıxılıb hərəkətsiz qaldıqdan sonra ondan bir qədər aralıda olan ayaqqabısının bir tayını yerdən götürərək Turalın yanına gətirib qoymuşdur. Bu zaman o, Turala xəsarət yetirdiyi bıçağı mərhumun hərəkətsiz bədəninin yanına atdıqda Fəxri yerdə olan hər iki bıçağı götürmüş, o isə Fəxridən bıçağı yerə atmasını istəyərək Turala xəsarət yetirdiyi bıçağı Fəxridən götürərək yolun başlanğıcına doğru getmişdir. Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq qeyd etmişdir ki, Tural ondan yaşca balaca olduğundan Turala daim kiçik qardaşı kimi münasibət göstərmişdir. Lakin, Tural narkotik vasitə aludəçisi olduğundan son vaxtlar elə də sıx münasibət saxlamamışdır. Hətta bir dəfə Tural ona da narkotik vasitə satışında köməklik göstərməyini xahiş etmiş, lakin o, bu işlərdən uzaq olduğunu Turala bildirərək təklifini qəti rədd etmişdir. Hadisə zamanı Tural onun sol döş nahiyəsinə və sağ ayağının bud nahiyəsinə bıçaqla iki ədəd xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq qeyd etmişdir ki, hadisə yerində aşkar edilmiş bir ədəd vintaçanı nə hadisə zamanı, nə də ondan öncə heç yerdə görməmişdir. Vintaçanın həmin ərazidə əvvəlcədən olduğunu, hadisə yerində aşkar edilmiş bir ədəd 10-12 sm uzunluğunda dəmir parçasının isə Fəxrinin ayaqqabısından düşdüyünü güman etdiyini bildirmişdir. Tural Mustafayev və Şahid1 əlaqə nömrələrini hazırda xatırlamadığını, Fəxrinin nömrəsini “Elbuzar cin” adı ilə, Turalın nömrəsini isə “Tural dayı” olaraq mobil telefonunda qeydiyyata aldığını, hadisənin baş verdiyi evin Fəxrinin bibisioğlu Afiqə məxsus fərdi yaşayış evi olduğunu, bir müddət idi həmin evdə yaşayış olmadığından Fəxrinin təklifi ilə söhbətlərini orada etmək barədə razılaşdıqlarını, evdə həmin vaxt heç kimin olmadığını və qapının açıq və ya qapalı olması hazırda xatırlmadığını bildirmişdir. İş üzrə Təqsirləndirilən şəxs 28 fevral 2022-ci il tarixdə əlavə dindirilərkən özünü təqsirli bilərək əvvəllər rayon prokurorluğuna verdiyi ifadələrini tam təsdiq edərək həmin ifadələrinə heç bir əlavəsinin olmadığını bildirərək bir daha qeyd etmişdir ki, 23 noyabr 2021-ci il tarixdə X19 onun bacısı ilə olan qeyri-rəsmi münasibətinə görə qətlə yetirmiş, törədəcəyi cinayət barədə heç kimə məlumat verməmişdir və Tural Mustafayevin öldürülməsində hər hansı digər şəxs iştirak və ya köməklik etməmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq ifadəsində əlavə olaraq qeyd etmişdir ki, təqsirləndirilən şəxs qismində əvvəllər dindirilərkən mərhum Tural Mustafayevi qətlə yetirdiyi dəstəyi qara rəngli yapışqanlı lentlə sarılmış nazik mətbəx bıçağını əvvəllər Tural Mustafayevin dayısıgildə mətbəx masasının üzərində gördüyünü qeyd etsə də, o, ilkin ifadəsində həyəcanlı olduğundan həmin zaman ifadəsini düzgün verməməsini güman etdiyini, həmin bıçağı o, əvvəllər Tural Mustafayevin dayısıgilin evində deyil, Tural Mustafayevin özündə gördüyünü bildirmişdir. Şahid8 ilə dini kəbinlə ailə həyatı qurmuşdur. Hadisədən dərhal sonra isə Şahid8 ilə telefon vasitəsilə danışanda sonuncuya “Xədicə məni bağışla, sözümü tuta bilmədim, özümü müdafiə üçün Turalı öldürdüm, gedirəm polisə təslim olmağa” demiş, əvvəllər Xədicəyə onu heç vaxt tək qoymayacağı barədə söz verdiyini bildirmişdir. Hadisə zamanı özündə olmadığından Tural Mustafayevin həyətdən çıxıb uzaqlaşmaq istəməsinə baxmayaraq, sonuncunun ardınca gedib bıçaqla yenidən zərbələr endirməyə davam etmiş, həmin vaxt Tural Mustafayev ona müqavimət göstərməyə çalışsa da, sonuncuya yetirdiyi zərbələrdən sonra yıxılıb hərəkətsiz vəziyyətdə yerdə qaldığını bildirmişdir. Şahid1 və ya digər şəxsin onu həmin cinayəti törətməyə təhrik etməmiş, ona köməklik göstərməmişdir. Təqsirləndirilən şəxs özünün uşaq olmadığını, heç kimin onu yoldan çıxarmadığını, cinayətə sövq etdirmədiyini, həmin cinayəti təmiz adını qorumaq və namusunu təmizləmək məqsədilə özü törətdiyini bildirmişdir. Eyni zamanda o, Şahid1 onun istifadəsində olan mobil nömrəyə xx.xx.2021-ci il tarixdə 22:20:42 saniyədə “senin ucun qeyret nedi ana bacidi yoxsa nee qeyretin varsa gel ter tere sene subut edimki sende qeyret yoxdu kisisense gel peysersense ne zeng etme nede gelme” həmin tarixdə 22:21:18 saniyədə “gelirsense isteyirsen gelim berdiye orda gorusey”, 22:21:36-saniyədə “aybdi sene geleceyse”, həmin tarixdə 22:24:07 saniyədə “isteyirsen bakiya gelim ama kisi kimi gorusey ikimize”, 22:24:53-saniyədə “bir kelme tele cavab ver danisag kisisen” məzmunda mesaj göndərməsi ilə bağlı verilmiş sualla cavab olaraq bildirmişdir ki, Şahid6 ilə Tural Mustafayev arasında olan qeyri-rəsmi münasibət barədə ətraflı bilməyi üçün Şahid1 onunla dəfələrlə əlaqə saxlamağa çalışmış, lakin o, Şahid1 dediklərinə inanmaq istəmədiyindən sonuncuya dediklərinin yalan olduğunu bildirib zənglərinə cavab verməmişdir. Bundan sonra Şahid1 ona əsəbiləşib bu məzmunda mesaj yazmış, daha sonra o, Şahid1 bu münasibət barədə onu əmin etməsini istədikdə sonuncu ilə Bakı şəhərində görüşmüşdür. Şahid1 onunla görüşdüyü zaman ondan sadəcə bu münasibətə son qoyulmasını və Aynuru düzgün yola qaytarmağını istədiyini bildirmişdir. X54 evində görüşmək niyyəti olmamış, əvvəlcədən Düyərli kəndində görüşmək barədə razılaşmışlar. Yolda olarkən Şahid1 ona zəng edərək öz bibisioğlu Afiq Əhmədova məxsus evdə yaşayış olmadığını, evə nəzarət etməyin ona həvalə edildiyini bildirib orada görüşməyi təklif etdiyini, lakin Şahid1 həmin vaxt orada onun adam öldürəcəyinə ehtimal vermədiyindən həmin evə getməyi təklif etdiyini bildirmişdir. Hadisə zamanı almış olduğu xəsarətlərlə bağlı heç kimdən şikayət və tələbi yoxdur. İfadəsinə əlavə olaraq bir daha qeyd etmişdir ki, 23 noyabr 2021-ci il tarixdə X19 bacısı ilə olan qeyri-rəsmi münasibətinə görə o, qətlə yetirmişdir, törədəcəyi cinayət barədə heç kimə məlumat verməmiş və Tural Mustafayevin öldürülməsində hər hansı digər şəxs iştirak və ya köməklik etməmişdir. Törətdiyi əmələ görə peşmandır. Belə ki, Tural Mustafayev onun bacısı ilə bu cür hərəkət etməsəydi məlum hadisənin baş verməyəcəyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş, X11 ifadəsində göstərmişdir ki, Tərtər rayonu, Buruc kəndində yaşayır. X7 onun oğludur. X9 2005-ci ildə ürək tutmasından vəfat etmişdir. 4 qızından biri də səhhətində olan problemlə əlaqədar bir müddət əvvəl vəfat etmişdir. Digər 3 qızının hər biri isə ailəlidir. Tural Mustafayev xx.xx.1998-ci il tarixdə Tərtər rayonunun Buruc kəndində anadan olmuşdur. Tərtər rayon Buruc kənd tam orta məktəbində orta təhsil almışdır. Ağciyərində ləkə olması səbəbi ilə hərbi xidmətə yararsız olduğundan hərbi xidmətdə olmamışdır. 2016-cı ildən etibarən Tural müxtəlif təmir-tikinti işlərində fəhlə kimi işləmişdir. Tural həm Bakı şəhərində, həm də Tərtər rayonunda fəhləlik fəaliyyəti ilə məşğul olmuş, ölümünə qədər Tərtər rayonunun Buruc kəndində onunla birlikdə özünə məxsus evdə yaşamışdır. Lakin Turalın Bakı şəhərində işləyərkən bibisi Şahid7 evində qaldığını, Tahirənin oğlu Təqsirləndirilən şəxs və Tahirənin qızı Şahid6 iki övladı ilə birlikdə orada yaşadıqlarını bildirmişdir. Şahid6 12 il əvvəl Tərtər rayonunun Düyərli kənd sakini Şahid1 ilə ailə həyatı qurmuş, birgə nikahlarından 2 övladları dünyaya gəlmişdir. Təxminən 8 ay əvvəl Şahid6 ilə Şahid1 aralarında ailədaxili münaqişə baş verdiyindən ayrılmışdırlar. Bundan sonra Şahid6 öz uşaqları ilə birlikdə Bakı şəhərində Təqsirləndirilən şəxs anası ilə birlikdə yaşadığı evə köçmüşdürlər. Təqribən 1 ay əvvəl kənd arasında eşitmişdir ki, Tural kiməsə xəsarət yetirdiyinə görə barəsində araşdırma aparılır. X48 rayonuna, evinə gələndə Turaldan bu barədə soruşduqda ona Bakı şəhərində bir nəfər ilə aralarında yaranmış olan mübahisə nəticəsində həmin şəxsə bıçaqla xəsarət yetirdiyini və bu səbəblə təqsirləndirilməsinə dair Nərimanov rayon məhkəməsində işə baxılacağını bildirmişdir. Turalın Aynurla olan münasibətini təzəlikcə öyrəndiyini, daha əvvəllər bu barədə məlumatının olmadığını, lakin ara-sıra Tahirənin Turalı evə çağırdığını bildirmişdir. O, hər dəfə Turala “Tahirəgil səni nəyə görə evə çağırır, nə işin var Tahirəgillə?” dedikdə Tural hər dəfə ona “Tahirəgilin təəssübkeşliyini özüm çəkirəm” dediyini bildirmişdir. O, həmin zaman Turalın nəyə görə belə dediyini başa düşməmişdir. Şahid6 ilə arasında elə də isti münasibət olmamışdır. Belə ki, Aynurun araq içməyi və siqaret çəkməyini görmüş, buna görə də, Aynurdan xoşunun gəlmədiyini bildirmişdir. Sonradan eşitdiyinə görə də Şahid6 ilə oğlu Tural Mustafayev arasında qeyri-rəsmi münasibət olmuşdur. xx.xx.2021-ci il tarixdə mərhum ərinin bacısı X8 əri Şamilin il mərasiminə hazırlıq görülürdü. Həmin yas yerinin Sevilin qaynı, yəni Şamilin qardaşı X49 rayonunun Buruc kəndində yerləşən evində təşkil edildiyini bildirmişdir. O, xx.xx.2021-ci il tarixdə yaşadığı Tərtər rayonu, Buruc kəndində evdə olarkən səhər oyanıb Turalın səhər yeməyini masanın üzərinə qoyub işə getmiş və saat təqribi 13 radələrində işdən çıxaraq evə qayıtmış, evə çatanda Turalın yeməyini yeyib evdən ayrıldığını görmüşdür. Təxminən 1 saatdan sonra Turalın evə qayıtdığını, nahar yeməyini yedikdən sonra Azərişıq kartını götürərək balansını artırmaq üçün evdən ayrıldığını bildirmişdir. Tural evdən ayrılanda ona “kartın balansını artırıb yas yerinə gələcəm” demişdir. Həmin gün saat 16-da o yas yerinə getmiş, bundan sonra saat 18 radələrində bir neçə dəfə boylanmışdır ki, Turalın yas yerinə gəlib-gəlməməyini görsün, lakin Turalı orada görməmişdir. Bundan sonra o, öz evinə qayıtmış və evə daxil olduqda görmüşdür ki, işıq yanmır, kart da yoxdur. Bundan sonra dərhal qardaşı X24 yaşadığı Tərtər rayonu, Buruc kəndindəki ata evinə getmiş, həmin zaman Turalın evə gəlmədiyini Vüsala demiş, bu zaman Vüsala zəng gəlmiş və Vüsalı harasa çağırmışdırlar. Vüsal evdən çıxdıqdan sonra o, da evdən ayrılıb öz evinə getmişdir. Bu zaman xatırlamadığı şəxslər ona Turalın dalaşdığını dedikdə o, düşünmüşdür ki, Tural yəqin kimisə bıçaqlayıb qaçıb. Bundan sonra ona Turalın yanına, xəstəxanaya getmək istədiklərini bildirmişdirlər, birlikdə yola düşdükdə o, qardaşı Vüsalın evinə aparıldığını görmüşdür. Evə çatanda Turalın öldürüldüyü ona məlum olmuşdur. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs bacısı Şahid6 mərhum oğlu Tural Mustafayevlə qeyri-rəsmi münasibətdə olduğuna görə Tural Mustafayevi öldürmüşdür. Qətibə Mustafayeva ifadəsində əlavə olaraq qeyd etmişdir ki, həmin zaman Tural Mustafayevin əynində ağ rəngli qısaqol köynək, qara rəngli dəri gödəkçə, qara rəngli cins şalvar, qolsuz mayka, bir cüt qara rəngli ayaqqabı olmuşdur. X50 üzərində həmişə bıçaq gəzdirdiyini, hər dəfə Turaldan nəyə görə bıçaq gəzdirdiyini soruşduqda, ona “mama narahat olma, özümü qorumaq üçün daşıyıram bıçağı” dediyini bildirmişdir. Mustafayev Tural Bakı şəhərində yaşayarkən bir nəfərə bıçaqla xəsarət yetirmiş, lakin həmin bıçağın hansı bıçaq olması barədə onun məlumatı olmamışdır. Mərhum X50 bıçağını tanıdığını, onun qatlanan, metaldan, boz rəngli, düymə ilə açılan, tiyəsi enli bıçaq olduğunu və həmin bıçağı həmişə üzərində gəzdirdiyini bildirmişdir. Turalın siqaret çəkdiyini, içki içdiyini, lakin, narkotik vasitə qəbul etməsi barədə məlumatının olmadığını bildirmişdir. Ancaq hadisədən sonra eşitdiyinə görə Tural narkotik vasitə də istifadə etmişdir. Qətibə Mustafayeva ifadəsində əlavə olaraq qeyd etmişdir ki, Tural Mustafayev şəxsiyyətini təsdiq edən sənədi itirdiyinə görə dövlət orqanına müraciət etmişdir, odur ki, həmin şəxsiyyət vəsiqəsi onda olmadığından hazırda o, Tural Mustfayevə məxsus xarici pasportunun surətini istintaqa təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, Tərtər rayonu, Düyərli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Bakı şəhərində ağac tinglərinin alqı-satqısı ilə məşğul olur. X28 onun arvadı Şahid6 dayısıoğludur. Əvvəllər aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Arvadı Şahid6 ilə 2009-cu il tarixdə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 2 övladları dünyaya gəlmişdir. Hadisədən 8 ay əvvələ qədər birlikdə Xırdalan şəhərində kirayədə yaşadıqlarını, həmin dövrdə oğlu Nihadın Xırdalan şəhər 2 saylı orta məktəbdə təhsil aldığını, təxminən 8 ay bundan əvvəl Aynurla onun arasında ailədaxili münaqişə baş verdiyini, Aynurun telefonunda müxtəlif zənglər və mesajlar gördüyündən Aynurdan ayrıldığını, bundan sonra Aynurun övladları ilə birlikdə qardaşı Təqsirləndirilən şəxs və Şahid7 ilə birlikdə yaşamağa başladığını bildirmişdir. Onun Aynurla arasında yaranmış narazılığa səbəbin X30 aralarında olan qeyri-rəsmi münasibəti olmuşdur. Bu münasibət barədə o, hadisədən 8 ay əvvəl Aynurun mobil telefonunda adı yazılmayan nömrədən mesaj gəldiyini görmüş, bu zaman həmin nömrə ilə əlaqə saxlamış və ona məlum olmuşdur ki, həmin şəxs Tural Mustafayevdir. O, bundan sonra Turala öz narazılığını bildirərək, bir daha Aynura yazmamağını tələb etmişdir. Bundan sonra Turalın həmin mobil nömrəsini istifadə etmədiyindən artıq Turalla danışıqları olmamışdır. xx.xx.2021-ci il tarixdə o, Aynurun bütün gecə “whatsap” proqramında aktiv statusunda olduğunu görmüş və Aynurun yenə də Turalla danışdığını düşünmüşdür. Bundan sonra növbəti gün Şahid6 yaşadığı Bakı şəhəri, 20-ci sahə ərazisində yerləşən evinə gedib Aynurun evdə olduğunu və Samsung A50 markalı mobil telefonun masanın üzərində olduğunu görüb, telefonu masanın üzərindən götürüb evdən ayrılmışdır. Telefonun kilidli olması səbəbi ilə bir müddət telefonun kilidini müəyyən cəhdlərindən sonra açdıqda Aynurun istifadə etdiyi Samsung A50 markalı telefonun içərəsində olan “whatsapp” proqramında ***-***-**-** mobil nömrəsi ilə mütəmadi olaraq sevgi məzmunlu yazışmalar olduğunu görmüşdür. Həmin yazışmalara nəzər yetirdikdə, Aynurun danışdığı həmin şəxsin Tural Mustafayev olduğunu, yazışmalarda narkotik vasitə olan “patıdan” istifadə etmələri və birlikdə intim münasibətdə olmalarını ehtiva edən danışıqların olmasını görmüşdür. Bundan sonra o, həmin mobil telefonu özündə saxlamışdır. Bu barədə Aynurun qohumlarına məlumat vermiş və Aynurun bu əməllərinə görə boşanmaq qərarına gəldiyini onlara bildirmişdir. 2021-ci ilin noyabr ayının əvəllərində Tərtər rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Aynurla rəsmi nikahına xitam verilməsini xahiş etmiş lakin ilkin olaraq mediasiyaya müraciət etməli olduğundan həmin ərizəsi baxılmamış qalmışdır. Hadisədən təxminən bir ay əvvəl Ayrunun övladları və anası ilə birlikdə dayısı Elşad Mustafayevun infarkt keçirməsi səbəbi ilə sonuncunun yaşadığı Tərtər rayonu, Buruc kəndində gəldiklərini bildirmişdir. xx.xx.2021-ci il tarixdə oğlu Renadın ad günü olduğundan Elşadın yaşadığı evə gedib övladlarını götürüb öz ailəsinin evində ad günü keçirmiş, elə həmin gün axşam saatlarında övladlarını Elşadgilə geri aparmışdır. Həmin zaman övladı ilə danışanda Tural Mustafayevin də səsini eşitdikdə sonuncunun evdə olub-olmamasını Şahid6 soruşmuş, sonuncu ona yalan söyləyərək Turalın evdə olmadığını bildirmişdir. Bundan sonra övladlarının taleyi onu düşündürmüş, iki övladının anasının bu hərəkətlərə yol verməsini istəməmiş və artıq Turalla Aynurun bu əməllərindən əl çəkməsi, ağıllarını başlarına yığıb münasibətlərini kəsməsi üçün X39 Süleymanova arasında olan sevgi və intim münasibəti ehtiva edən danışıqları Təqsirləndirilən şəxs göstərmək istəmişdir. Bundan sonra o, xx.xx.2021-ci il tarixdə işi ilə bağlı Bakı şəhərinə getmiş, orada Təqsirləndirilən şəxsla istifadəsində olan ***-***-**-** nömrə ilə sonuncunun istifadəsində olan ***-***-**-** nömrəsi ilə əlaqə saxlamağa çalışmış, lakin hər dəfə olduğu kimi, Aqil nə onun nömrələrini açmış, nə də mesajlarına cavab vermişdir. Nəhayət cəhdlərindən sonra Aqil telefonu açmış və onunla danışdıqda o, Aynurun bu yazışmalarını Aqilə göstərmək istədiyini bildirdikdən sonra Aqillə görüşüb yazışmaları sonuncuya təqdim etmiş, Aqil X12 münasibətin artıq şahidi olduğundan Tərtər rayonuna gedərək Aynurla danışacağını bildirdiyini qeyd etmişdir. Hadisə günü yəni xx.xx.2021-ci il tarixdə səhər saat 10 radələrində “Mercedes- Benz Vito” markalı avtomaşınla Aqillə birlikdə Bakı şəhərindən Tərtər rayonuna gəlmişlər. Yolda olarkən Aqil bir daha telefondakı yazışmalara nəzər salmış, bundan sonra maşında Təqsirləndirilən şəxs ona “Turalla görüşəcəm və ondan bu barədə izah istəyəcəm” demişdir. Tərtər rayonuna çatdıqdan sonra Aqil Buruc kəndində düşmək istəmiş, o, isə Düyərli kəndinə- yaşadığı evə getmək istəmişdir. Aqil Buruc kəndində maşından düşən zaman ona harada görüşəcəklərini soruşduqda, o, “nə vaxt görüşmək istəsəniz gəlin, mən kənddəyəm” demişdir. Bundan sonra o, Düyərli kəndində düşüb evinə getmişdir. Həmin zaman evdə anası X13 olmuşdur. Bir qədər sonra Aqil ona zəng edərək “Turalla birlikdə gəlirik, sən hardasan?” dedikdə Aqilə Düyərli kəndində - Natiqin evinə tərəf gedəcəyini bildirmiş, bundan bir müddət sonra o, həmin yerə çatdıqda Aqil ona yenidən zəng edib harada olduğunu soruşduqda sonuncuya bibisioğlu Afiqin həyətində olduğunu, gəlirlərsə ora gəlmələrini bildirmişdir. Daha sonra təxminən 17 radələrində o, həmin evin həyətində olarkən Aqillə Tural birlikdə evin həyət qapısından həyətə daxil olduqda Tural onu görüb Aqilə nalayiq ifadə işlədərək “məni bura niyə gətirmisən” demişdir. Bu zaman X44 münasibətinə aydınlıq gətirmək üçün bir araya gəldiklərini, bu səbəblə məsələni aydınlaşdırmağa çalışdıqlarını bildirmişdir. Tural isə təkzib edərək Aynurla arasında heç bir münasibətinin olmadığını bildirmişdir. Aqil məsələni aydınlaşdırmaq üçün Turala sözlə təziq göstərdikdə bu zaman Tural üzərindən bir ədəd qatlanan yaş asfalt rəngli bıçağı çıxararaq Aqilə bıçaqla xəsarət yetirmək üçün üzərinə getdikdə, həmin zaman Aqil Turalın əlindən bıçağı almağa çalışsa da, buna nail ola bilməmiş, həmin zaman Tural Aqilin sol böyür hissəsinə bıçaq vurduğunu hiss etmiş, bu zaman o, Turalın qoluna yerdə olan ağac parçası ilə vurmuşdur ki, bıçağı yerə atsın lakin Tural bıçağı əlindən yerə atmamışdır. Həmin zaman, Aqil Turalı yerə yıxmış və bu zaman da o, yenə də Turalı taxta parçası ilə vuraraq bıçağı yerə atmasına çalışmışdır. Bundan sonra Aqilin əlində qara rəngli skoçla sarılmış mətbəx təyinatlı bıçağın olduğunu görmüş, həmin zaman Aqil əlindəki həmin bıçaqla Turala zərbələr endirməyə başlamışdır. Bu zaman o, Aqili Turaldan aralamaq üçün taxta parçası ilə Aqilə zərbələr endirərək aralamağa çalışmış, lakin buna nail ola bilməmişdir. Bu zaman o, özü də sol qoltuq altı nahiyəsindən bıçaq xəsarəti almış, lakin almış olduğu bıçaq xəsarətini hiss etməmişdir. Daha sonra Tural ayağa qalxaraq qaçıb uzaqlaşmaq istəmiş və həmçinin Aqilin ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra Tural həyət qapısından çıxıb küçəyə doğru qaçmağa başlamış, Aqil isə onun arxası ilə küçəyə çıxdıqda o, da Aqilin arxası ilə qaçmışdır ki, Aqil Turala başqa zərər vurmasın. Həyətdən çölə çıxanda Aqilin Turalın arxası ilə gedib sonuncunu taqətdən düşənəcən və yıxılanacan kürəyinə aramsız daha bir neçə bıçaq zərbələri endirdiyini görmüş, o, çatanadək isə Tural Mustafayev küçədə üzü üstə yıxılaraq yerdə hərəkətsiz vəziyyətdə qalmış və əlində olan əvvəlcədən üzərində gətirdiyi açılıb-qatlanan, yaş asfalt rəngli bıçaq əlindən yerə düşmüşdür. Həmin zaman Aqilin əlindəki bıçaq da yerə düşmüş, o, tez həmin iki bıçağı da götürüb kənara atmaq istəmişdir ki, Aqil yenidən Turala xəsarət yetirməsin. Bu zaman Aqil ona “niyə əl vurursan bıçaqlara, sən əl vurma” demişdir. Bundan sonra Aqil ondan qara rəngli skoçla sarılmış bıçağı almış, o, digər açılıb-qatlanan bıçağı isə Tural Mustafayevin bədənin yanına atmışdır. Həmin zaman o, Aqilin əlində olan dəstəyi qara rəngli skoçla sarılmış bıçağı haradan əldə etiyini soruşduqda ona hadisə zamanı Turalın üzərindən götürdüyünü dediyini bildirmişdir. Bundan sonra Aqil əlində olan bıçaqla yolun başına doğru irəlilədikdə o, dərhal Aqilin arxasıyla getmiş, bu zaman Aqilə zəng gəlmiş, Aqil “Xədicə məni bağışla, mən adam öldürdüm” demişdir. Bir qədər qarşıda həmin kənddə yaşayan Elməddin gəldiyini görmüşdür və həmin zaman Aqil Elməddinə adam öldürdüyünü bildirib 102 zəng mərkəzinə məlumat verməsini xahiş etmişdir. Daha sonra irəliyə getdikdə həmin kənd sakini Rövşən adlı şəxslə qarşılaşdıqda Aqil yenə də Rövşənə adam öldürdüyünü bildirib 102 zəng mərkəzinə məlumat verməsini xahiş etmişdir, bundan sonra Aqil əlindəki bıçağı kanala atmış. Onlar birlikdə asfalt yola çıxıb irəliləmiş, həmin zaman o, qoltuqaltı nayihəsində istilik hiss etmiş və əlini həmin hissəyə vuranda qan gəldiyini və xəsarət aldığını görmüşdür. Həmin zaman Aqil də yaralı olduğundan gəzməyində problem hiss etmişdir. Bundan sonra onlar asfalt yolla bir qədər irəlilədikdə təcili tibbi yardım avtomaşının gəldiyini görmüşlər. Avtomaşın onların yanında saxlayıb onlardan bu yaxın ərazidə hadisə olduğunu, həmin yerin harada olduğunu soruşduqda, Aqil təcili tibbi yardım əməkdaşına yaxınlaşaraq xəsarət aldığını, adam öldürən şəxsin də özü odluğunu, həmin hadisə yerini tanıdığını və onlarla birlikdə getmək istədiyini bildirmişdir. Bundan sonra Aqil avtomaşının qapını açıb maşına əyləşib getmək istəyərkən ona “Aynuru yox ancaq anamı sənə əmanət edirəm, anama yaxşı bax” demişdir. Bundan sonra Aqil maşına əyləşib getdikdən sonra o, yolda olan taksilərin birinə əyləşərək Bərdə rayonu, Şirvanlı kəndində yaşayan bacısı X14 evinə getmiş, orada atası X20, anası X13 olmuşdur. Elə həmin zaman artıq Aqilin polis tərəfindən saxlanıldığını və rayon prokurorluğunda cinayət işi başlandığını eşitmişdir. Şahid1 ifadəsində əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs cinayət törədəcəyi barədə ona məlumat verməmişdir. Ümumiyyətlə, Təqsirləndirilən şəxs oraya getməzdən əvvəl mərhum Tural Mustafayevi öldürmək fikri barədə ona heç bir söz deməmişdir. Bu səbəbdən Aqilin bu barədə ona və ya hər hansı digər şəxsə qabaqcadan məlumat verməsi, eləcə də Turalı öldürmək barədə qabaqcadan hazırlıq görmək və ya sövdələşməsi halı baş verməmişdir. Həmin zaman orada o, Təqsirləndirilən şəxs və Tural Mustafayev olmuşdur. O, Aqillə birlikdə yolun başlanğıcına doğru getdikdə qarşılarına Düyərli kənd sakini Elməddin və Rövşən adlı şəxslər çıxmışdır və Aqil onlara cinayət törətməyi barədə məlumat verərək polisə xəbər vermələrini istəmişdir. Təqsirləndirilən şəxs həyətdə Tural Mustafayevlə məsələni aydınlaşdırmaq istəyərkən Turalın Aqilə qarşı nalayiq söyüş söydükdə Aqil Turala “niyə söyüş söyürsən, biz bura söhbət etməyə gəlmişik” deyib Turaldan deyilənlərin doğru olmadığını sübut etməsini istəmiş ancaq Tural yenidən söyüş söydükdə Aqil də qarşılığında Turala qarşı söyüş söymüşdür. Bu zaman Tural Aqilin söyüşündən əsəbiləşərək bıçaq çıxarmış və Aqilin sinəsindən xəsarət yetirmişdir. Şahid1 ifadəsində əlavə olaraq bildirmişdir ki, o, Aqillə Turalı ayırmaq istəyərkən sol qolunun arxa hissəsindən xəsarət almışdır, lakin xəsarət aldığını həmin zaman hiss etmədiyindən hadisə zamanı kim tərəfindən ona xəsarət yetirilməsi barədə heç bir məlumatı yoxdur. Lakin yaranın enli olması səbəbindən həmin xəsarətin Turalın əlindəki bıçaqla yetirilməsini güman etdiyini, xəsarəti ilə bağlı məhkəmə-tibbi ekspertizasından keçmək istəsə də almış olduğu xəsarətlə bağlı heç kimdən şikayət və tələbnin olmadığını bildirmişdir. O, hadisə zamanı əlində olan taxta parçasıyla Aqillə Turalı aralaşdırmaq məqsədi ilə hər ikisinə zərbələr endirdiyini lakin, zərbələrin onlara xəsarət yetirəcək dərəcədə olmadığını bildirmişdir. Turalın həmyaşıdı olmadığından heç vaxt münasibətinin olmadığını bildirmişdir. Hadisə zamanı əynində tünd qırmızı rəngli gödəkçə, göy rəngli köynək, qara rəngli cins şalvar, və qara rəngli ayaqqabı olduğunu və həmin geyim əşyalarını istintaqa təqdim etdiyini bildirmişdir. ***-***-**-** saylı mobil nömrəsinin Tural Mustafayevin istifadəsinə olduğunu, ***-***-**-** saylı mobil nömrənin isə Təqsirləndirilən şəxs istifadəsində olduğunu qeyd etmişdir. Şahid1 ifadəsində əlavə olaraq bildirmişdir ki, həmin ev onun bibisioğlu X27 məxsus fərdi yaşayış evi olmuşdur. Bir il idi ki, həmin evdə yaşayış olmamışdır. Evdə həmin vaxt heç kim olmamış və evin həyətinin giriş qapısı məftil ilə bağlı vəziyyətdə olmuşdur. Həmin məftili açıb içəri daxil olmuşdur. Həyətdəki tikilinin giriş qapısı və qapının üzərindəki qıfıl açıq olmuşdur. Həmin ev bibisioğluna məxsus olduğundan, sonuncunun ondan arada həmin evə nəzarət etməyini istədiyindən və ona oraya giribçıxmağına razılıq verdiyindən onlar orada görüşmüşlər. O, vintaçanı nə hadisə zamanı, nə də ondan öncə heç yerdə görməmiş, həmin vintaçanın həmin əraziyə necə gəlməsi barədə məlumatı yoxdur. Hadisə yerindən aşkar edilmiş bir ədəd “NOKİA” markalı mobil telefonun Tural Mustafayevə məxsus olduğunu güman etdiyini, bir ədəd 10-12 sm uzunluğundakı dəmir parçasının isə Turalla Aqilin dalaşması zamanı onları aralaşdırmaq istəyərkən sol ayaqqabısının üzərindən qoparaq düşdüyünü bildirmişdir. Şahid1 ifadəsində əlavə olaraq bildirmişdir ki, o, telefonu Aynurdan alıb yazışmalara nəzər saldıqda Aynurun ***-***-**-** saylı mobil nömrə ilə mütəmadi olaraq yazışmalarının olduğunun şahidi olmuşdur. Bundan sonra həmin şəxsin kimliyini öyrənmək məqsədilə nömrəyə zəng etdikdə tanımadığı şəxsin zəngə cavab verərək Turalın dostu olduğunu, Turalın isə hazırda yanında olmadığını bildirmişdir. Aynurla Tural arasında olmuş həmin yazışmaları və telefon danışıqlarını müəyyən edə bilmək üçün həmin mobil telefonu istintaqa təqdim etdiyini, Həmin telefonun kilidinin “0000”, telefonda olan “Whatsapp” proqramının kilidinin isə “9999”-olduğunu, həmin yazışmalarda intim əlaqəni və narkotik vasitənin istifadəsi məzmununda olduğunu bildirmişdir. Hadisədən sonra o, dərhal 102, 103 xidməti ilə əlaqə saxlamaq istəsə də telefonunun nömrəsində balans olmadığından əlaqə saxlaya bilməmiş, lakin küçə ilə irəlilədikdə qarşılarına Elməddin və Rövşən çıxmış, onlara hadisə barədə məlumat verib 102 və 103- xidmətinə xəbər vermələrini istədikdə, Elməddin 103-ə xəbər vermiş, asfalt yola çıxdıqda artıq təcili tibbi yardım maşını gəlmiş, Aqildən hadisə barədə məlumat alıb sonuncunu maşına əyləşdirib aparandan sonra artıq 102 və 103 xidmətinin bu barədə məlumatı olduğunu güman etmişdir. O, heç vaxt Təqsirləndirilən şəxs hər hansı bir cinayət törətməsi barədə təhrik etməmiş, ona qarşı bu barədə heç vaxt təzyiq göstərməmişdir. Şahid1 həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir neçə dəfə Aynurla Turalın arasında olan qeyri-rəsmi münasibət barədə bildirsə də, Aqil ona inanmamış və hər dəfə düşünmüşdür ki, o, məhz Aynura şər atır. Nəinki Aqil, həmçinin Aqilin anası Şahid7 da bu cür düşünmüşdür. O, hər dəfə X41 bu əməlləri barədə bildirəndə ona inanmamışlar. Bunun da başlıca səbəbinin Aynurun ailə üzvlərini aldatmağı yaxşı bacarması olduğunu bildirmişdir. Elə hadisədən təxminən 20 gün əvvəl Aynurun anası Şahid7 ilə birlikdə Tərtər rayonu, Buruc kəndinə gəldiklərini, həmin zaman ara-sıra öz uşaqlarını gedib Tahirəgildən gətirəndə Turalın da onların evində olduğunu gördüyünü bildirmişdir. İki övlad anasının bu hərəkətlərə yol verməsini istəmədiyinə görə artıq bu barədə bir daha Aqilə bildirib ona Turalla Aynurun arasında olan sevgi və intim münasibətini ehtiva edən danışıqları göstərmək istəmişdir ki, onlar bu əməllərindən əl çəksinlər. xx.xx.2021-ci il tarixdə Aqilin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə mesaj yazmışdır ki, bu barədə sonuncuya ətraflı məlumat versin, lakin Aqil nə onun zənglərini açmış, nə də ona cavab vermişdir. Ancaq sonda onlar Aqillə Bakı şəhərində görüşmüş və o, X60 arasında olan yazışmaları göstərdikdə Aqil nəhayət qeyd edilən münasibətin doğru olduğunu görmüş və bu səbəblə Tərtər rayonuna gedib Aynurla söhbət edəcəyini bildirmişdir. Şahid1 bundan sonra olan hadisələr barədə ilkin ifadəsində qeyd etdiklərini bir daha təsdiq etmişdir. Qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 17:01 və 17:04 radələrində onun istifadəsində olan nömrəyə gələn zəng Təqsirləndirilən şəxs tərəfindən (***-***-**-**) edilmişdir. Həmin zəngdə Aqil Turalla birlikdə Tərtər rayonu, Düyərli kəndinə doğru gəldiklərini ona bildirmişdir. Bundan əlavə bildirmişdir ki, ***-***-**-** nömrəsi Şahid9 məxsusdur və Ülviyyə onun oğlu Nihadın sinif yoldaşının anasıdır. O, Təqsirləndirilən şəxs hadisədən çox əvvəl Aynurun Turalla arasında olan münasibət barədə bildirəndə, Aqil ona “sən səhv bilirsən, həmin Turalla danışan qız Aynur yox, Nihadın sinif yoldaşının valideyni Ülviyyə adlı qadındır” demişdir. Bundan sonra o, həmin məsələni araşdırmış və ona məlum olmuşdur ki, Aynur Turalla aralarında olan qeyri-rəsmi münasibəti aşkar olunanda evdəkilərə yalan deyərək həmin mesajları yazan şəxsin özü olmadığını, Ülviyyənin olduğu yalanını uyduraraq evdəkiləri inandırmışdır. Bu səbəblə o, Ülviyyə ilə telefon vasitəsi ilə əlaqə saxlamış və bu barədə Ülviyyəyə bildirəndə Ülviyyə ona “Aynur yalan deyir, mən Tural adlı şəxsi tanımıram” demişdir. Hadisədən əvvəl o, Ülviyyəyə zəng etmiş və Aqillə görüşəndə ona zəng edib Aqilə də bu barədə deməsini bildirmişdir. Bundan sonra gözləmədiyi halda hadisə baş vermiş, bir anlıq görmüşdür ki, artıq Aqil Turalı qətlə yetirmişdir. Bu zaman Ülviyyə ona zəng edib bildirmişdir ki, o bu barədə Ülviyyəni narahat etməsin, elə həmin zaman da o, baş vermiş hadisə barədə Ülviyyə ilə danışmışdır. Şahid1 ifadəsində əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxsla arasında münasibət çox yaxşı olmuşdur. Aqilin anası və bacısından çox fərqli olduğunu, uşaqlıqdan zəhmətkeş biri olduğunu bildirmişdir. Aqilə hər hansısa cinayət törətməsi barədə heç bir təklif, tələb etmədiyini, Aqilə və ya ailə üzvlərinə qarşı hadisədən əvvəl və ya sonrasında da heç bir hədə-qorxu və ya təzyiq göstərmədiyini bildirmişdir. Əksinə o, övladlarına xərclənsin deyə bir neçə dəfə Aynurgilə pul da göndərmişdir. Şahid1 ifadəsində əlavə olaraq qeyd etmişdir ki, hadisə zamanı orada Aqil Turalı qətlə yetirərkən o, Aqili Turaldan aralayıb itələmiş və həmin zaman fikri ancaq baş vermiş bu ağır hadisədə olduğundan həmin zaman küçədə kiminsə olduğuna fikir vermədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 ifadəsində göstərmişdir ki, Tərtər rayonu, Düyərli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Şahid1 həmkəndlisi kimi tanıyır, lakin sonuncu ilə yaxud ailə üzvləri ilə yaxın münasibəti, eləcə də arasında düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs və X19 əvvəllər tanımamış, onları ilk dəfə hadisə vaxtı görmüş və Aqilin Fəxrinin qaynı, Turalın isə Aqilin dayısıoğlu olduğunu hadisədən sonra bilmişdir. 23 noyabr 2021-ci il tarixdə, saat 17-18 radələrində yaşadığı Tərtər rayonu, Düyərli kəndində yerləşən evdə tək olduğu zaman heyvanları örüşdən qaytarmaq məqsədilə həyətə çıxdıqda küçədə, qonşusu Sevinc Əhmədovanın evinin qarşısında iki nəfər şəxsin ayaqüstə bir-biri ilə dalaşdığını və üçüncü şəxsin isə “öldürmə, nə edirsən, eləmə” deyərək onları aralamağa çalışdığının şahidi olmuşdur. Həmin vaxt əvvəllər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi arıq, uzunboylu, sarışın, təxminən 30 yaşlarında, pələqulaq, əynində qırmızı rəngli gödəkçə, qara rəngli kofta, qara rəngli şalvar olan bir şəxsin ucadan nalayiq söyüşlər söyərək uzunboylu, qaraşın, saqqallı, 20 yaşlarında, əynində qara rəngli gödəkçə və qara rəngli şalvar olan digər şəxsə, sonradan şəxsiyyəti ona məlum olan Tural Mustafayevin qarın nahiyəsindən xəsarətlər yetirdiyini, Turalın isə ciddi müqavimət göstərərək Aqilə güc gəlməyə çalışdığının şahidi olmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt uca səslə “biqeyrət, öldürəcəm səni, sən kimin bacısına sataşdın” deyərək Turala zərbələr endirdikdə o, əvvəlcə onların yalın əl ilə bir-birilərinə xəsarət yetirdiklərini düşünmüş, lakin bir qədər sonra ona məlum olmuşdur ki, Aqil ilə Turalın əlində bıçaq vardır. Belə ki, Aqil zərbələr endirdikdən sonra Turalın əlindəki bıçaq yerə düşmüş və Aqil Turalı yerə yıxmışdır. Həmin zaman sonradan həmkəndlisi Şahid1 olduğunu bildiyi üçüncü şəxs, onları aralamaq və Təqsirləndirilən şəxs hərəkətlərini dayandırmaq üçün cəhdlər etmiş, bir neçə dəfə Aqili Turaldan ayırıb kənara itələmiş, lakin uzaqdan gördüyü qədəri ilə Fəxri də yaralı olduğundan onlara tam gücü ilə təsir göstərə və Təqsirləndirilən şəxs saxlaya bilməmişdir. Aqil Tural yerdə olarkən yenə zərbə endirmiş və bu zaman Fəxri Aqilin əlindəki bıçağı alıb kənara tullanmış və Aqilin özünü də Turaldan ayırıb kənara itələmişdir. Bu zaman o, Aqili səsləyərək “ay bala, niyə onu öldürürsən?” deyə soruşduqda sonuncu qəfildən onu görüb ona tərəf çevrilmiş və əynində olan qırmızı rəngli gödəkçənin qarşısını açıb ona bədənində xəsarətinin olduğunu göstərmiş və “məni öldürmək istəyirdi” demişdir. O, gördüyü hadisənin şoku altında evinə qayıtmış və özünə gəlmək üçün bir qədər su içmiş, lakin nə baş verdiyini dərk etməkdə çətinlik çəkmiş, bir qədər sonra özünə gəlib qonşulara və aidiyyəti şəxslərə xəbər vermək üçün yenidən çölə çıxdıqda hadisənin baş verdiyi yerdə təcili tibbi yardım maşının və polis əməkdaşlarının olduğunu görmüş və az öncə dalaşdığını gördüyü şəxslərdən birinin öldüyünü eşitmişdir. Daha sonra ona məlum olmuşdur ki, həmin şəxslərdən biri, yəni Təqsirləndirilən şəxs digər şəxsi, öz dayısıoğlu Tural Mustafayevi bacısı ilə aralarında olan münasibətə görə öldürmüş və polis tərəfindən saxlanılmışdır. Şahid2 ifadəsində əlavə olaraq qeyd etmişdir ki, onunla hadisənin törədildiyi yer arasında təxminən 20 metr məsafə olmuş, lakin o, həyətində olduğundan aralarında taxta çəpər olmuş, ətrafda o, Təqsirləndirilən şəxs, Şahid1 və Tural Mustafayevdən başqa heç kim olmamış, o, çölə çıxdığı zaman Fəxrinin əlində heç nə olmamış, Təqsirləndirilən şəxs və Tural Mustafayevin əlində bıçağın olduğunu görmüş, Təqsirləndirilən şəxs Tural Mustafayevə xəsarət yetirərkən xüsusi amansızlıq və ya rəhmsizlik nümayiş etdirdiyinin şahidi olmamış, Təqsirləndirilən şəxs məqsədinin sadəcə olaraq Turalı öldürmək olduğunu, sonuncuya xəsarətlər yetirərkən uca səslə “səni öldürəcəm, biqeyrət” deyərək qışqırırdığını, Turalın Aqilə ancaq əli ilə müqavimət göstərib, özünü müdafiə etməyə çalışdığını, Aqil ilə Turalın əlində bıçaq olmasına baxmayaraq Şahid1 uca səslə “nə edirsən eləmə, öldürmə, öldürmə” deyərək onları aralamağa, baş verə biləcək hadisənin qarşısını almağa və Aqili dayandırmağa çalışdığını, o, evə qayıdarkən Tural Mustafayevin yerdə hərəkətsiz vəziyyətdə qaldığını, lakin onun ölüb-ölmədiyi barədə məlumatının olmadığını, Fəxrinin isə Aqili itələyə-itələyə Turaldan kənarda tutmağa çalışdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid6 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, E.Əzizov 18e ünvanında yaşayır. X28 onun dayısıoğludur. Əri Şahid1 ilə 2009-cu il tarixdə ailə həyatı qurmuş, birgə nikahdan 2 övladı dünyaya gəlmişdir. Onlar birlikdə Abşeron rayonu, Xırdalan şəhərində yaşamış, övladı həmin şəhərdə 2 saylı orta məktəbdə təhsil almışdır. Təxminən 2021-ci ilin aprel ayında Şahid1la arasında ailədaxili münaqişə baş vermişdir. Bundan sonra Şahid1 ondan ayrılmışdır. O, həmin dövrdən övladları ilə birlikdə qardaşı Təqsirləndirilən şəxs və anası Şahid7 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, 20 sahə, E.Əlizadə 18 ünvanında yaşamağa başlamışdır. Şahid1la arasında yaranmış narazılığa səbəb onun guya mərhum dayısıoğlu X28 ilə qeyri-rəsmi münasibəti olmuşdur. Qeyd etmişdir ki, Mustafayev Turalla arasında qeyri-rəsmi münasibət olmamışdır. Bu qeyri-rəsmi münasibət barədə Şahid1 onun ailə üzvlərinə məlumat verdikdə, ailə üzvləri Fəxriyə inanmamışdırlar. Bundan sonra Şahid1 hadisəyə qədər ara-sıra gəlib övladlarını görmüş və bəzən öz ailəsinin yanına aparmışdır ki, valideynləri də nəvələrini görsün. Qeyd etmişdir ki, ona məxsus SAMSUNG A50 markalı mobil telefon istifadə etmişdir. Şahid1 oğlu Nihada planşet almış, oğlu ilə həmin planşet vasitəsi ilə əlaqə saxlayıb onların hal-əhvalını soruşmuşdur. 2021-ci ilin sentyabr ayının axırında, dəqiq tarixini xatırlamadığı gündə, səhər saatlarında Şahid1 onun Bakı şəhərində yaşadığı evə gəlmiş, həmin zaman evdə sadəcə o və övladları olmuş, anası mağazaya, qardaşı Aqil isə iş dalınca getmişdir. Bu zaman Fəxri evə gəlmiş və ona “Aynur nə fikirləşirsən” dedikdən sonra əlindən telefonu qəfil alıb evdən çıxıb getmişdir. Bundan 5-6 gün sonra Fəxri ona zəng edərək Tural Mustafayevlə əlaqəsinin olduğunu, telefonda Turalla yazışmalarını gördüyünü bildirdikdə Şahid1 həmin mesajların ona aid olmadığını, Tural Mustafayevlə arasında heç bir əlaqənin olmadığını bildirmiş, bundan sonra Fəxri ilə əlaqəsi olmamışdır. Şahid1 bu barədə onun ailə üzvlərinə bildirmiş, qardaşı Təqsirləndirilən şəxs isə Şahid1la küsülü olduğundan Fəxrinin telefon zənglərini açmamış və Şahid1 Təqsirləndirilən şəxs bu barədə bildirə bilməmişdir. Şahid1 dediklərinin yalan olduğunu, Tural Mustafayevlə onun arasında heç bir münasibətin olmadığına ailə üzvlərini inandırmışdır. Elşad Mustafayev onun dayısıdır, Elşad infarkt keçirdiyinə görə 2021-ci ilin təxminən noyabr ayının əvvəlində o, övladları və anası Şahid7 ilə birlikdə ata yurdu olan Tərtər rayonu, Buruc kəndinə gəlib dayısı Elşadgildə qalmışlar. Həmin dövrdə Tural Mustafayev onlara gedib-gəlmişdir. Hadisədən bir neçə gün əvvəl oğlu Renadın ad günü olmuş, bu zaman Şahid1 onlara gələrək Renadı öz evlərinə Tərtər rayonu, Düyərli kəndində yerləşən evlərinə aparıb ad günü keçirmək istədiyini bildirdikdə övladlarını Fəxri ilə birlikdə göndərmişdir. Bu zaman Tural Mustafayev də evdə olmuş və Fəxri həmin zaman Turalın evdə olduğunu görmüşdür. Elə həmin gün axşam Fəxri övladlarını geri gətirib öz evinə qayıtmışdır. 2021-ci ilin noyabr ayının 23-ü xalasının mərhum ərinin il mərasiminə hazırlıq olmuş, həmin gün o, övladları ilə birlikdə Elşadgilin evində olmuşdur. Anası Şahid7 xalasının ərinin il mərasiminə baş çəkməyə getmiş, Elşad və arvadı evdə olmamışdır. Qeyd etmişdir ki, Elşad Mustafayev səhhəti ilə əlaqədar xəstəxanadan çıxıb birbaşa Tərtər rayonu, Şıxarx qəsəbəsində olan qohumlarının evinə getmişdir. Həmin gün günorta saatlarında dayısıoğlu X25 onların qaldığı evə gəlib həyət darvazasını düzəltmişdir. Həmin zaman mərhum Tural Mustafayev də Farizdən 5-10 dəqiqə sonra oraya gəlmişdir. Turalın gəlişindən 10 dəqiqə sonra isə anası Şahid7 evə qayıtmışdır. Həmin gün günorta təxminən 15 radələrində Fariz işini qurtarıb evdən çıxıb getmiş, Tural isə onlarla qalmışdır. Bundan sonra saat 16 radələrində qəfildən qardaşı Təqsirləndirilən şəxs evə gəlmiş və Turalı görüb “niyə gəlmirsən Bakıya bizə?” dedikdə Tural Aqilə “Bakıdan təzə gəlməmişəm?” cavabını vermişdir. Bundan 5 dəqiqə sonra Aqillə Tural çölə çıxıb biraz söhbət etmişlər. Aqil bundan sonra anasına “pul gəlibdir, Turalla bir yerdə gedib o pulu götürəcəyik” demişdir. Bundan sonra o, anası Tahirə və övladları ilə birlikdə yas yerinə getmişdir. Həmin gün axşam 19 radələrində eşitmişdir ki, Aqillə Turalı bıçaqlayıblar, hazırda xəstəxanadadırlar. Onlar birbaşa Tərtər rayon Mərkəzi xəstəxanasına getmiş və orada onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Tural Mustafayevi qətlə yetirmiş və hadisə zamanı Təqsirləndirilən şəxs özü də xəsarət almışdır. Orada rayon prokurorluğunun və rayon polis şöbəsinin əməkdaşlarının olduğunu görmüşlər. Şahid6 ifadəsində əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs Tural Mustafayevi öldürəcəyi barədə ona məlumat verməmişdir. Şahid6 qarşı hadisədən əvvəl və ya sonrasında hər hansı bir şəxs tərəfindən hədə-qorxu və ya düşmənçilik hərəkətlərinə yol verilməmişdir. Tural Mustafayev bıçaq gəzdirən olmuşdur. Tural Mustafayevin üzərində açılıb-bağlanan boz rəngli bıçaq və dəstəyinə qara rəngli yapışqanlı lentlə sarılmış mətbəx bıçağı olmuşdur. Həmin bıçaqları hadisədən əvvəl bir neçə dəfə Turalın əlində görmüşdür. Hadisə günü isə həmin bıçaqları görməmişdir. Qardaşı Təqsirləndirilən şəxs üzərində isə heç vaxt bıçaq olmamışdır. ***-***-**-** saylı mobil nömrənin Tural istifadəsində olduğunu qeyd etmişdir. Şahid1 istintaqa təqdim etdiyi “SAMSUNG A50” markalı mobil telefon 2021-ci ilin may ayından avqust ayının axırı sentyabr ayının əvvəlinə qədər yəni- Şahid1 ondan həmin telefonu alana qədər onun istifadəsində olmuşdur. Həmçinin Şahid6 X3 məxsus ***-***-**- ** mobil nömrəsinə hadisə günü, yəni xx.xx.2021-ci il tarixdə Şahid7 adına qeydiyyata alınmış ***-***-**-** saylı mobil nömrədən saat 10:38, 10:44, 11:29, 12:58, 14:01-də zənglərin daxil olması və hər birində uzun müddətli danışıqların aparılması barədə verilmiş suala cavab olaraq bildirmişdir ki, qeyd edilən ***-***-**-** saylı nömrəni tanımır, bu barədə heç bir məlumatı yoxdur. Bundan əlavə o, Təqsirləndirilən şəxs və Şahid1 ifadələrində onun X28 ilə aralarında qeyri-rəsmi münasibətin olması ilə bağlı dedikləri barədə heç bir məlumat vermək istəmədiyini, Tural Mustafayevlə aralarında heç bir qeyri-rəsmi əlaqənin olmadığını qeyd etmişdir. Həmçinin o, istifadəsində olmuş “SAMSUNG A50” markalı mobil telefonun “Whatsapp plus” proqramında “arxivlənmiş söhbətlər” bölməsində olan “Esmerrr 11” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək çoxsaylı sevgi məzmunlu, intim əlaqəni ehtiva edən, Tural və Aynur adları qeyd edilən yazışmalar və yarıçılpaq şəkillərin kimə məxsus olması, həmin yazışmalarda “patı”deyilən narkotik vasitənin və siqaretin qarşılıqlı formada qəbulu barədə danışıqlar barədə verilmiş suallara cavab olaraq, qeyd edilən nömrəni tanımadığını, həmin nömrə ilə əlaqə yaratmadığını, həmin nömrə ilə heç bir yazışma etmədiyini və ya yarıçılpaq şəkillər göndərmədiyini, heç vaxt siqaret çəkmədiyini, heç vaxt patı deyilən narkotik vasitə qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid7 ifadəsində göstərmişdir ki, X28 onun qardaşıoğludur. Qızı Şahid6 kürəkəni Şahid1 ilə 2009-cu il tarixdə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 2 övladları dünyaya gəlmişdir. Onlar Abşeron rayonu, Xırdalan şəhərində yaşamışdır. Təxminən 2021-ci ilin aprel ayında Şahid1la Şahid6 arasında ailədaxili münaqişə baş vermişdir. Bundan sonra Şahid1 Şahid6 ayrılmışdır. Həmin dövrdən etibarən qızı Aynur övladları ilə birlikdə onun və oğlu Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Səbail rayonu, 20 sahə, E.Əzizov 18e ünvanında yaşamağa başlamışdır. Şahid1 Aynuru hər kəsə qısqandığını, Şahid1 valideynlərinin nəvələrini görməsi üçün hadisəyə qədər ara-sıra gəlib onun nəvələrini öz ailəsinin yanına apardığını bildirmişdir. Qeyd etmişdir ki, Şahid6 məxsus SAMSUNG A50 markalı telefon olmuş, Şahid6 həmin mobil telefonu istifadə etmişdir. Şahid1 oğlu Nihada planşet almış, oğlu ilə həmin planşet vasitəsi ilə əlaqə saxlayıb onların hal-əhvalını soruşmuşdur. 2021-ci ilin dəqiq tarixini xatırlamadığı lakin, avqust-sentyabr aylarında səhər mağazaya getmiş, evə geri qayıdanda Aynur ona Fəxrinin gəlib Aynurun telefonunu alıb getdiyini bildirmişdir. Bundan sonra isə Aynur ona heç bir şey deməmiş, o, da Aynurdan heç nə soruşmamışdır. X42 infarkt keçirdiyinə görə 2021-ci ilin təxminən noyabr ayının əvvəlində qızı Şahid6 və 2 nəvəsi ilə birlikdə ata yurdu olan Tərtər rayonu, Buruc kəndinə gəlib Elşadgildə qalmış, həmin dövrdə Tural Mustafayev onlara gedib-gəlmişdir. Hadisədən bir neçə gün əvvəl nəvəsi Renadın ad günü olmuş, bu zaman Şahid1 onlara gələrək Renadı Tərtər rayonu, Düyərli kəndində yerləşən evlərinə aparıb ad günü keçirmək istədiyini bildirdikdə nəvələrini Fəxri ilə birlikdə göndərmişdir. Həmin zaman Tural da axşam Elşadgilə gəlmişdir. 2021-ci ilin noyabr ayının 23-ü bacısının mərhum ərinin il mərasiminə hazırlıq olmuş, həmin gün o, qızı Şahid6 və nəvələri Elşadgilin evində olmuşdur. Elşad və sonuncunun arvadı evdə olmamış, belə ki, Elşad səhhəti ilə əlaqədar xəstəxanadan çıxıb birbaşa Tərtər rayonu, Şıxarx qəsəbəsində olan qohumlarının evinə getmişdir. Həmin günü səhərdən axşama qədər o, Elşadgildə qızı Aynur və nəvələri ilə birlikdə olmuş, heç bir yerə getməmişdir. Lakin axşam saatlarında qızı Şahid6 və nəvələri ilə birlikdə yas yerinə getmişdir. Həmin gün günorta saatlarında qardaşıoğlu X25 evə gəlib həyət darvazasını düzəltməyə başlamışdır. Həmin vaxt mərhum Tural Mustafayev də orada olmuş və Farizə kömək etmişdir. Günorta təxminən 15 radələrində Fariz işini qurtarıb evdən getmiş, Tural isə onlarla qalmışdır. Təxminən saat 16 radələrində oğlu Təqsirləndirilən şəxs evə gəlmiş və onlar Təqsirləndirilən şəxs gələcəyi barədə məlumatlarının olmadığını bildirdikdə Aqil onlara yasa görə gəldiyini bildirmişdir. Həmin zaman Aqil evə daxil olmuş və Tural Mustafayevlə bir müddət söhbət etdikdən sonra heç bir söz demədən ikisi birlikdə evdən çıxıb getmişdirlər. Bundan sonra axşam 19 radələrində eşitmişdir ki, bıçaqlaşma hadisəsi olmuşdur. Onlar birbaşa Tərtər rayon Mərkəzi xəstəxanasına getmiş və orada məlum olmuşdur ki, Aqil Turalı qətlə yetirmiş və həmin zaman özü də xəsarət almışdır. Orada rayon prokurorluğunun və rayon polis şöbəsinin əməkdaşlarının olduğunu görmüşdür. Şahid7 ifadəsində əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs Tural Mustafayevi öldürəcəyi barədə ona məlumat verməmişdir. Tural Mustafayev bıçaq gəzdirən olmuşdur. Tural Mustafayevin üzərində açılıb-bağlanan boz rəngli bıçaq və dəstəyinə qara rəngli yapışqanlı lentlə sarılmış mətbəx bıçağı olmuşdur. Həmin bıçaqları hadisədən əvvəl bir neçə dəfə Turalın əlində görmüşdür. Hadisə günü isə həmin bıçaqları görməmişdir. Təqsirləndirilən şəxs üzərində isə heç vaxt bıçaq olmamışdır. Hadisədən əvvəl və ya sonra hər hansı şəxs tərəfindən ona hədə-qorxu və ya düşmənçilik hərəkətlərinə yol verilməmişdir. Bundan başqa o, Turalın mobil nömrəsini bilmədiyini, mərhum Tural Mustafayevlə tez-tez danışmadığını, “SAMSUNG A50” markalı mobil telefonun hansı tarix aralığında Şahid6 istifadəsində olması ilə bağlı dəqiq məlumat verə bilmədiyini qeyd etmişdir. Bundan əlavə o, X3 məxsus ***-***-**-** mobil nömrəsinə hadisə günü, yəni xx.xx.2021-ci il tarixdə Şahid7 adına qeydiyyata alınmış ***-***-**-** saylı mobil nömrədən saat 10:38, 10:44, 11:29, 12:58, 14:01-də zənglərin daxil olması və hər birində uzun müddətli danışıqların aparılması barədə verilmiş suala cavab olaraq bildirmişdir ki, qeyd edilən ***-***-**-** saylı nömrəni tanımır, bu barədə heç bir məlumatı yoxdur, onun belə bir nömrəsi olmamışdır. Həmçinin, qızı Şahid6 Tural Mustafayevlə qeyri-rəsmi münasibəti barədə bildirə biləcək məlumatının olmadığını, Şahid6 heç vaxt siqaret və narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid8 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında yaşayır. 2019-cu ilin iyul ayında Təqsirləndirilən şəxs ilə tanış olmuş və dini kəbinlə ailə həyatı qurmuşdur. Aralarında rəsmi nikah müqaviləsi yoxdur. Onun birinci ailə həyatından iki yetkinlik yaşına çatan övladı vardır. Hadisəyə qədər Təqsirləndirilən şəxsla onun mərhum atasına məxsus ünvan 6 ünvanında yerləşən evdə birgə yaşadıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs bəzən onunla, bəzən isə anası Şahid7 və Şahid6 yaşadığı Bakı şəhəri, Bayıl qəsəbəsində, 20-ci sahədə yerləşən evdə yaşadığını bildirmişdir. Təqsirləndirilən şəxs son vaxtlar heç bir işlə məşğul olmadığını, lakin daim iş axtarışında olduğunu və bəzən iş tapıb fəhləlik etdiyini bildirmişdir. O, islam dininə çox hörmət edən biri olduğunu, Təqsirləndirilən şəxsla da arasında olan münasibətin çox yaxın və xoş münasibət olduğunu, Aqilin çox qısqanc biri olduğunu, qısqandığı halda çox qıcıqlandığını, həddən artıq namus-qeyrət çəkən bir insan olduğunu, ancaq Təqsirləndirilən şəxs əsəb xəstəliyi və ya psixi pozğunluğu olmadığını, Aqilin bacısı Aynur X1 qeyri-rəsmi münasibətini bildiyini, həmin münasibət barədə Aqilin bəzən evdə gileyləndiyini və bu barədə əsəbləşdiyini, X43 öz evlərində istəmədiyini, hər dəfə Aqilin anasıgillə mübahisə etdiyini, əsəbləşdiyini qeyd etmişdir. Bildiyinə görə Şahid6 Tural Mustafayevlə bir-biriləri ilə telefon vasitəsi ilə sevgi məzmunlu danışıqlar aparmışdır. Bunu da Aqil öyrəndikdən sonra çox əsəbləşmiş və hər dəfə o məsələ gündəmə gələndə qıcıqlanmışdır. Hətta bir dəfə Aqil ona demişdir ki, Tural Aqilə narkotik vasitəni satmağı təklif etmiş, lakin Aqil təklifi rədd etmiş və Turala öz iradını bildirmişdir. Hadisədən bir müddət əvvəl təxminən 15-20 gün əvvəl Şahid7 və qızı Şahid6 Bakı şəhərindən Tərtər rayonuna getmişlər. Həmin dövrdə Təqsirləndirilən şəxsla birlikdə bir yerdə yaşamış, hadisədən bir gün əvvəl Təqsirləndirilən şəxs növbəti gün Şahid1la birlikdə Tərtər rayonuna gedəcəyini ona bildirmiş, ona “gedirəm bacımla Turalın bu münasibətini aydınlaşdırım” demişdir. O, Aqili yola salmış və bundan sonra günorta saatlarında Aqillə danışmış və Aqil ona demişdir ki, “deyəsən Aynurun narkotiklə bağlı pis vərdişləri var, bəlkə Aynuru müalicə mərkəzinə yollayası olacam”. Bundan sonra Aqillə danışmamış, axşam saatlarında onun istifadəsində olan ***-***-**-** nömrəsinə Aqil istifadəsində olan ********** nömrədən zəng edərək, təlaşlı şəkildə və ağlayaraq bildirmişdir ki, “Xədicə məni bağışla, sözümü tuta bilmədim, özümü müdafiə üçün Turalı öldürdüm, gedirəm polisə təslim olmağa”. Qeyd etmişdir ki, Aqil əvvəllər ona söz vermişdir ki, heç vaxt onu tərk etməyəcək. Həmin sözü tuta bilmədiyi üçün Aqilin bu ifadəni işlətdiyini bildirmişdir. Bu zaman o şokda olmuş və inana bilməmişdir. Bundan qısa müddət sonra eşitmişdir ki, Aqil Turalı qətlə yetirmiş və bu hadisə ilə bağlı Tərtər rayon prokurorluğunda cinayət işi başlanmış və araşdırma aparılır. Bundan sonra hadisə ilə bağlı məlumat almaq üçün və Aqili görmək üçün dərhal Bakı şəhərindən Tərtər rayonuna gələrək rayon polis şöbəsinə və bundan sonra da Tərtər rayon mərkəzi xəstəxanasına getmiş və ona məlum olmuşdur ki, hadisə ilə bağlı istintaq aparılır. Lakin Aqili görə bilməmişdir. Həmin zaman Aqilin anası Şahid7 görmüş və Şahid7 ona “Aqil boyumuzu yerə soxdu” demiş, bundan sonra heç bir məlumatı olmamışdır. Şahid8 ifadəsində əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs mərhum Tural Mustafayevi öldürəcəyi barədə əvvəlcədən ona bildirməmişdir. Lakin Aqil hadisə günü Tərtər rayonuna gedib Aynurla Turalın bu məsələsini aydınlaşdıracağını, 23 noyabr 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhərindən Tərtər rayonuna getməkdə məqsədinin Turalla Aynurun məsələsini həll etmək olduğunu ona demişdir. O, Təqsirləndirilən şəxs mərhum Tural Mustafayevin qətlə yetirməsinə səbəb Şahid6 dayısıoğlu Tural Mustafayevlə qeyri-rəsmi münasibətdə olması olduğunu, elə hər dəfə bu məsələ barədə Aqilin gileyləndiyini və əsəbləşib öz dayısıoğlunun bu hərəkətini bağışlaya bilmədiyini və hər dəfə, bu məsələni aydınlaşdıracağını dediyini bildirmişdir. Həmin zaman Turalın Aynurla olan qeyri-rəsmi münasibəti təsdiq olunduğundan aralarında yaranmış münaqişə zamanı Aqilin Turalı bu səbəblə qətlə yetirdiyini güman etmişdir. Təqsirləndirilən şəxs Tural Mustafayevi hadisə zamanı qətlə yetirdiyi dəstəyi qara rəngli skoçla sarılmış, tiyəsi nazik bıçaq ona tanış deyil, onun evində elə bir bıçaq olmamışdır. Həmin bıçağı eşitdiyinə görə Aqil fənd işlədərək Tural Mustafayevin əlindən almış və ona qarşı istifadə etmişdir. Qeyd etmişdir ki, Aqil güləşçi olduğundan güman edir ki, Aqil həmin hadisə zamanı sərrastcasına fənd işlədərək Turalın əlindən digər bıçağı alıb Tural Mustafayevi qətlə yetirmişdir. Təqsirləndirilən şəxs ona Tural Mustafayevi qətlə yetirdiyini bildirəndə o, bəlkə səhv eşitmişdir deyə Aqildən hadisəni dəqiq kimin törətdiyini bir daha soruşmuşdur ki, bəlkə Fəxrinin hadisəni törətdiyini, lakin Aqilin bunu ondan gizlədib məsuliyyəti öz üzərinə götürdüyünü öyrənsin, lakin Aqil ona hadisəni özünün törətdiyini, Fəxrinin bu hadisə ilə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Şahid1 ilə Təqsirləndirilən şəxs arasında əvvəllər ara-sıra danışıq olmuş, lakin bu mütəmadi olmamışdır. Nə ona, nə də Təqsirləndirilən şəxs digər ailə üzvlərinə qarşı hadisədən əvvəl və sonra Şahid1 və ya hər hansısa bir şəxs tərəfindən heç bir təzyiq olunmamış, heç bir hədə-qorxu gəlinməmişdir. O, Təqsirləndirilən şəxs Tural Mustafayevi qətlə yetirməsi ilə bağlı telefonla bildirdiyi saatı dəqiq xatırlamadığını, lakin axşam 17 radələri olduğunu, Aqillə danışan zaman həmin yerdə başqa bir səs eşitmədiyini bildirmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadələri elan edilmiş, Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Tərtər rayonu, Düyərli kəndində yaşayır, 23 noyabr 2021-ci il tarixdə, saat 17 radələrində Tərtər rayonu, Düyərli kəndində özünə məxsus iribuynuzlu heyvanları həmin kənddə yaşadığı fərdi yaşayış evinə gətirərkən Düyərli kəndi ərazisindən keçən su kanalının yaxınlığında iki nəfər kişi cinsli şəxsin ona tərəf gəldiyini görmüşdür. Yaxınlaşdıqda qabaqda bir nəfər əvvəllər tanımadığı, uzun boy, arıq, sarışın, təxminən 30 yaşlı, paltarları və əli qanlı kişi cinsli şəxsin əlində tiyəsi nazik, iti uclu, dəstəyi qara rəngli, qanlı bıçağı tutduğunu və onun 5 metr arxasında həmkəndlisi və uzaq qohumu Şahid1 gəldiyini görmüşdür. O, Şahid1 görən kimi tanımış, lakin digər şəxsi ilk dəfə gördüyünü bildirmişdir. Fəxrinin önündə gedən tanımadığı həmin şəxs ona yaxınlaşaraq qanlı əli ilə onun əlinə toxunub bildirmişdir ki, “adam öldürmüşəm, polisə xəbər ver gəlib meyiti götürsünlər”. Bu zaman o, qorxaraq geri çəkildikdə həmin şəxs ona “qorxma, narahat olma” demişdir. Bu müddət ərzində Şahid1 normal addımlarla yanlarından ötüb keçmişdir. Nə o Fəxriyə, nə də Fəxri ona heç bir söz deməmiş, heç bir danışıqları olmamışdır. Bundan sonra tanımadığı həmin şəxs və Şahid1 ondan uzaqlaşaraq onun gəldiyi istiqamətə - su kanalına tərəf getmişlər. O, həmin zaman, tanımadığı şəxsin sözlərinə inanmamış və iribuynuzlu heyvanları öz evinə tərəf aparmışdır. Bu zaman evinə çatanda görmüşdür ki, evindən təxminən 100 metr aralıda yerdə uzanmış şəkildə bir qaraltı vardır. Həmin qaraltıya yaxınlaşdıqda yerdə uzanıqlı vəziyyətdə əynində qara rəngli gödəkçə olan, orta yaşlı, üzündə saqqalı olan şəxsin meyitini görmüşdür. Tərpənmədiyinə görə həmin şəxsin öldüyünü güman edərək 102 zəng mərkəzinə zəng etmiş və həmin yerə polisi dəvət etmişdir. O, evinin qarşısında olan iribuynuzlu heyvanları tövləyə apardıqdan bir müddət sonra görmüşdür ki, təcili tibbi yardım maşını gələrək meyitin önündə dayanmışdır. Bundan sonra isə polis şöbəsinin əməkdaşları oraya gəlmişdirlər. O, da öz işi ilə məşğul olmuşdur. Sonradan hadisəni törətmiş şəxsin meyitin olduğu yerə geri qayıtdığını və polis əməkdaşları tərəfindən polis avtomobilinə əyləşdirilərək aparıldığını görmüşdür. Bundan sonra eşitmişdir ki, cinayət hadisəsi törətdiyi barədə ona məlumat vermiş şəxs öz dayısıoğluna bıçaqla xəsarət yetirərək öldürmüş və bu əməli törətdiyi zaman istifadə etdiyi bıçağı yaxınlıqdan keçən su kanalına atmışdır. Həmin şəxslər arasında onun evinin yaxınlığında yerləşən, yaşayış olmayan mənzilin həyətində mübahisə baş vermişdir. Həmin mənzil də, Şahid1 bibisioğluna məxsusdur. Şahid3 ifadəsində əlavə olaraq qeyd etmişdir ki, hadisə zamanı o, ifadəsində qeyd etdiyi şəxslərdən başqa kəndlisi Rövşəni görmüş, Rövşən ondan nə baş verdiyini soruşanda ona “qarşıda meyit var, polisə zəng etdim ki gəlsinlər” demişdir. Bundan əlavə, Şahid1la aralarında yaxınlıq olmadığını, Şahid1 onun uzaq qohumu olduğunu, lakin onların heç vaxt görüşmədiklərini, söhbət etmədiklərini bildirmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadələri elan edilmiş, Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 2009-ci il tarixdən daxili işlər orqanında, xx.xx.2021-ci il tarixdən isə hazırda tutduğu vəzifədə xidmət edir və polis mayoru rütbəsi daşıyır. 23 noyabr 2021-ci il tarixdə əməliyyat qrupunun üzvü olmuşdur və həmin gün saat 17 radələrində növbətçi hissədən ona məlumat verilmişdir ki, Düyərli kənd sakini Şahid3 deməsinə görə Tərtər rayonu, Düyərli kəndi ərazisində bıçaqlanma hadisəsi baş vermişdir. Bundan sonra dərhal əməliyyat istintaq qrupunun digər üzvləri ilə birlikdə hadisə yerinə getmişdir. Hadisə yerinə çatdıqda, orada təcili tibbi yardım avtomaşınının dayandığını görmüş, həmin maşına tərəf irəlilədikdə təcili tibbi yardım maşının arxasında yerdə uzanıqlı şəkildə bir nəfər kişi meyitinin olduğunu görmüşdür. Maşının yanına yaxınlaşdıqda bir nəfər- uzunboy, sarışın, arıq, tünd qırmızı rəngli gödəkçəli orta yaşlı kişi cinsli şəxs ona yaxınlaşarkən ondan hadisəni kimin törətməsini soruşduqda, həmin şəxs hadisəni özünün törətdiyini bildirmişdir. Daha sonra o, həmin şəxsdən ad, soyad, ata adını soruşduqda, ona Təqsirləndirilən şəxs olduğunu, Tərtər rayonu, Buruc kəndində qeydiyyatda olduğunu, Bakı şəhərində yaşadığını bildirmişdir. O, dərhal Təqsirləndirilən şəxs xidməti avtomobilin sürücü polis nəfəri ilə birlikdə Tərtər rayon şöbəsinə aparmışdır. Yol gedərkən Təqsirləndirilən şəxs hadisənin törətməsinin səbəbinin nə olmasını soruşduqda Aqil ona hadisənin baş verməsinə səbəb öldürdüyü şəxsin, yəni öz dayısıoğlu, X16 onun bacısına nalayiq smslər yazması olduğunu, Tural Mustafayevin hadisə zamanı Aqilə əlində olan bıçaqla xəsarət yetirdiyini və bundan sonra X35 əlində olan bıçağı alaraq sonuncuya bıçaqla xəsarət yetirib öldürdüyünü, bundan sonra əlində olan bıçağı hadisə yerindən aralıda olan su kanalına atdığını, özünün də xəsarət aldığını və yaralı olduğunu bildirmişdir. Şahid4 ifadəsində əlavə olaraq qeyd etmişdir ki, hadisə yerində həmin vaxt təcili tibbi yardım əməkdaşları və rayon polis şöbəsinin həmin gün növbədə olan əməkdaşları və Təqsirləndirilən şəxs olmuşdur. Bundan başqa o, Təqsirləndirilən şəxs tünd qırmızı rəngli gödəkçəsinin üzərində və əllərində qan ləkəsi olduğunu qeyd etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid5 ibtidai istintaq orqanına verdiyi ifadələri elan edilmiş, Şahid5 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 23 noyabr 2021-ci il tarixdə, saat 17 radələrində Tərtər rayonu, Düyərli kəndində özünə məxsus fərdi yaşayış evində olmuşdur. Onun evinin qarşısında su kanalı vardır. 23 noyabr 2021-ci il tarixdə saat 17 radələrində həyətinə gələn suyun axınını tənzimləmək üçün fərdi yaşayış evinin həyət qapısından çölə çıxmışdır. Həmin zaman, su kanalının yaxınlığında iki nəfər kişi cinsli şəxsin asfalt yola tərəf getdiyini görmüşdür. Öndə gedən şəxsin əvvəllər gördüyü Şahid1 olduğunu, onun arxasıyla gedən şəxsi isə əvvəllər görmədiyini bildirmişdir. Arxada gedən həmin şəxs onu görüb geri, ona tərəf gəlmiş, həmin şəxsin – uca boy, arıq, sarışın, təxminən 30 yaşlı olduğunu, əlində tiyəsi nazik, iti uclu, dəstəyi qara rəngli, üzəri qanlı bıçaq olduğunu, tünd qırmızı rəngli gödəkçəsinin və paltarlarının üzəri qana bulaşmış olduğunu bildirmişdir. Qeyd etmişdir ki, sonradan kənd sakinlərindən eşitdiyinə görə həmin şəxs Təqsirləndirilən şəxsdur. Aqil ona yaxınlaşaraq “adam öldürmüşəm, 103 xidmətinə zəng et gəlib meyiti götürsünlər” demiş, həmin zaman o, qorxaraq geri çəkildikdə Aqil onun çəkindiyini görüb “qorxma, narahat olma” deyərək əlindəki bıçağı əli ilə əyərək əsas kanalın yanında ayrılan yardımçı kanala atmış və ondan uzalaşaraq asfalt yola tərəf getmişdir. Bundan sonra o, Aqilin dediyi hadisə yerinə tərəf gedib həqiqətən nə baş verdiyini öyrənmək istəmiş, kanalın yanından üzü kəndin içinə tərəf gedəndə qarşıdan qonşusu Şahid3 gəldiyini görmüş, Elməddin ona “paltarları, əli, əlindəki bıçağı qanlı olan, sarışın ucaboy şəxs adam öldürüb, meyit də hadisə yerindədir, polisə zəng etmişəm ki gəlsinlər” demişdir. O, da qayıdıb öz evinə getmişdir. Bundan sonra eşitmişdir ki, Təqsirləndirilən şəxs dayısıoğluna bıçaqla xəsarət yetirərək onu öldürmüşdür. Şahid5 ifadəsində əlavə olaraq qeyd etmişdir ki, hadisə zamanı o, ifadəsində qeyd etdiyi şəxslərdən başqa heç kimi görməmişdir. Şahid1la aralarında yaxınlıq olmamışdır. Şahid1 əvvəllər kənd ərazisində bir neçə dəfə görmüşdür. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid9 ibtidai istintaq orqanına verdiyi ifadələri elan edilmiş, Şahid9 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, ***-***-**-** nömrəsi ona məxsusdur. Onun oğlu Həsən, Xırdalan şəhər 2 saylı orta məktəbində təhsil aldığını, Həsənin Nihad adında sinif yoldaşı olduğunu, Nihadın anası Şahid6 ilə məktəbdən tanış olmuş, aralarında xoş münasibət formalaşmışdır. Şahid6 2021-ci ilin təxminən sentyabr ayının axırına yaxın onun istifadəsində olan mobil nömrəyə zəng edərək ailəsi ilə problem qarşısında olduğunu, Tural Mustafayev adlı dayısıoğlu ilə aralarında olan qeyri-rəsmi münasibətinin öz ailəsi tərəfindən aşkara çıxarıldığını bildirərək ondan bu məsələni öz üzərinə götürməyini xahiş etmişdir. Belə ki, Şahid6 ona həmin dövrdə zəng edərək bildirmişdir ki, Turalla olan yazışmalarını öz ailəsi tutmuşdur və həmin yazışmaların guya onunla Tural arasında olduğu yalanını ailəsinə deməsini istəmişdir. Onunla uzun müddət bu barədə danışıb onu öz yalanına alət etməyə çalışmış və nəticədə o, Şahid6 sözünü yerə sala bilməyib sonuncunun bu xahişini qəbul etmişdir. Şahid6 Turalla arasında olan telefon danışıqlarını Şahid1 görüb ailəsinə bu barədə dediyini, Şahid1 əhəmiyyət vermədiyini, sadəcə öz ailəsi arasında biabr olmamaq üçün bu yalanı uydurmaq məcburiyyətində qaldığını ona bildirmişdir. O, bu zaman Aynurun xahişini bu barədə onu heç kimin narahat etməməsi şərti ilə qəbul etdiyini Aynura bildirmişdir. Beləcə, Şahid6 Turalla olan münasibəti barədə telefon yazışmalarını guya onunla Tural arasında olduğunu, whatsapp nömrəsini Aynurun telefonuna taxdığını və bu zaman guya yazışmaların geri həmin Aynurun telefonuna yükləndiyi barədə Aynurun plan qurduğunu bildirmişdir. Bundan sonra Şahid1 ona zəng edərək məsələ barədə aydınlıq tələb etdikdə o, Şahid1 bildirmişdir ki, Tural Mustafayev adlı şəxsi tanımır, Turalla arasında heç bir münasibət olmamışdır, bu yayılan məlumat Aynur tərəfindən yayılmışdır. Bundan sonra Fəxri onun telefonuna zəng edərək Aqillə görüşəcəyini bildirmiş və görüşü əsnasında əgər zərurət yaranarsa ona zəng edib bu deyilənlərin yalan olduğunu və həqiqəti Aqilgilə söyləməyini ondan xahiş edəcəkdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə, axşam saat 18 radələrində o, Şahid1 zəng etmiş və bu zaman Fəxri həyəcanlı səslə ona demişdir ki, Aqil qəfildən Turalı öldürmüş və bu hadisə ilə bağlı cinayət işi başlanmış, Aqil də polis tərəfindən saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanması haqqında” qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb 23 noyabr 2021-ci il tarixdə, saat 18:10 radələrində X16 23 noyabr 2021-ci il tarixdə, saat 18 radələrində Tərtər rayonu, Düyərli kəndi ərazisində Təqsirləndirilən şəxs tərəfindən qətlə yetirilməsi ilə bağlı Tərtər rayon prokurorluğunda toplanmış material, əsas isə həmin cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə işarə edən kifayət qədər dəlillərin mövcudluğu olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Tərtər-Ağdam magistral yolunun Düyərli kəndində olan su kanalına ayrılan torpaq yoldan 380 metr məsafədə X17 yaşadığı fərdi yaşayış evinin mişar daşı ilə hörülmüş həyət divarının ön hissəsidir. Həmin evin dam örtüyü yaşıl rəngli metal lövhədəndir. Həmin küçədə fərdi yaşayış evləri və elektrik naqillərinin ötürüldüyü dirəklər görünür. Hadisə yerinə gəldikdə çay daşı və torpaq örtüklü yolun eni 580sm təşkil edir. Sevinc Məmmədovanın yaşadığı evin mişar daşı ilə hörülmüş həyət divarının qurtaracağından meyitin ayaq uclarına qədər olan məsafə 180sm təşkil edir. Yola perpendikulyar vəziyyətdə üzərində qətl əlamətlərinin izləri olan, ağzı-üstə uzanmış kişi cinsli, əynində qara rəngli dəri materiallı gödəkcə, qara rəngli cins şalvar, bir tay ayaqqabı, yanında isə açılıb-bağlanan metaldan bıçaq olan meyit görünür. Meyitin baş hissəsindən yolun digər hissəsindəki işıq dirəyinə qədər olan məsafə 216 sm təşkil edir. Meyitin sağ əli ağzının altında, sol əli isə baş hissəsinin yanındadır. Hadisə yerinə baxış zamanı iştirak edən Tərtər rayon polis şöbəsinin Kriminalistik tədqiqatlar bölməsinin baş inspektoru, İsrafil Əlizadə meyitin X21 aid olduğunu bildirdi. Mərhumun baş hissəsindən 4sm sağ istiqamətdə 1 rəqəmi ilə işarələnmiş özünəməxsus qara rəngli ayaqqabı vardır. Meyitin sol ayağının ucundan yerdə olan boz rəngli açılıb-qatlanan dəstəyi dəmirdən olan 2 rəqəmi ilə işaralənmiş bıçağa qədər olan məsafə 68 sm, meyitin sol diz nahiyəsindən bıçağa qədər olan məsafə isə 32 sm-dir. Meyitin üzü hazırki vəziyyətdə sağa doğru baxır. Meyitin aşkar olunduğu yerə tökülmüş və meyitin hazırki vəziyyətdə baxdığı istiqamətdə 3 rəqəmi ilə nömrələnmiş qanabənzər ləkə meyitin sağ ayağının ucundan 79 sm, 4 rəqəmi ilə nömrələnmiş qanabənzər ləkə meyitin baş hissəsindən 145 sm, 5 rəqəmi ilə nömrələnmiş qanabənzər ləkə isə meyitin baş hissəsindən 220 sm uzaqlıqda yerləşir. Hadisə yerində olan qanabənzər ləkələri müşahidə edərək 23 metr irəlilədikdə Tərtər rayonu Düyərli kənd sakini Afiq Əhmədova məxsus fərdi yasayış evinin həyətinə giriş qapısının qarşısına çatırıq. Baxış zamanı həmin fərdi yasayış evinin həyətinin yaşıl rəngli metal dam örtüyündən düzəldilmiş giriş qapısı açıq vəziyyətdədir. Qapının hər iki səthində qanabənzər ləkələr aşkar olundu. Fərdi yaşayış evinin həyətinə daxil olduqda sol tərəfdə mişar daşı ilə hörülmüş, bir ədəd ağ rəngli taxta materiallı giriş qapısı olan, giriş hissəsində mişar daşı ilə hörülmüş 3 pilləli pilləkəni olan, bir mərtəbəli ev görünür. Həyətin giriş qapısından sağ tərəfə 430 sm məsafədə həyətin metal lövhədən olan hasarının dibində olan ağac parçalarının kənarında 01 ədəd qara rəngli NOKİA markalı mobil telefon aşkar edildi. Həyətin giriş qapısından düz istiqamətdə 460 sm irəlidə həyətin mərkəzində qırılmış odun parçaları görünür. Evin həyət qapısından daxil olduqda 13 metr irəlidə kolluqların içində bir ədəd vintaçan aşkar edildi. Evin giriş qapısından sol istiqamətdə 45 sm məsafədə köhnəlmiş, paslı metal setkadan olan çarpayı görünür. Evin giriş qapısı yarıaçıq vəziyyətdədir. İçəri daxil olduqda üzbəüz 3 nömrəli divarın yanında soldan sağa istiqamətdə bir ədəd qırmızı rəngli, köhnəlmiş çarpayı, və iki ədəd həmin parçadan olan kreslosu, onun yanında isə bir ədəd güzgülü termo və üzərində qab-qacaq, ev ləvazimatları görünür. 2 nömrəli divarda bir ədəd pəncərə və pəncərənin önündə asılmış qırmızı rəngli pərdə görünür. Həmin pərdənin önündə bir ədəd taxta materiallı stul görünür. 2 nömrəli divarın yanında bir ədəd dəmir materiallı köhnəlmiş stol və onun altında bir ədəd taxta materiallı köhnəlmiş dolab, yanında 3 ədəd iç-içə qoyulmuş plastik materiallı stul vardır. Evin giriş qapısının 45 sm məsafədə sol istiqamətdə 2 nömrəli divarda bir ədəd plastik materiallı stul görünür. Evin 4 nömrəli divarının yanında bir ədəd taxta materiallı köhnəlmiş dalab və üzərində stol-üstü parça görünür. Evin eni 4 metr uzunluğu isə 5 metrdir. Baxış zamanı X3 məxsus 01 ədəd qara rəngli ayaqqabı, 01 ədəd boz rəngli açılıbqatlanan dəstəyi metaldan olan bıçaq, 03 ədəd qan nümunəsi, 01 ədəd mobil telefon, 04 ədəd qırılmış taxta parçaları, 01 ədəd vintaçan müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, X2 meyiti təşrih masasının üzərinə uzadılmışdır. Meyitin əynində 01 ədəd qara rəngli, belində qara rəngli üzərində “ZİLLİ” yazısı olan kəmər olan cins şalvar, şalvarın sağ yan cibində 01 ədəd qara rəngli cib darağı, 01 ədəd “Azərişıq”-a aid plastik kartı, 01 ədəd göy rəngli sınmış alışqan, sol yan və sağ yanın cibin üzərində daha bir cib, həmçinin arxa tərəfində sağ və sol cibləri vardır, qeyd edilən bütün ciblər boşdur. Şalvarın diz nahiyələrində palçıq ləkələri vardır, şalvarın arxa hissəsinin bel nahiyəsində qanabənzər ləkə və qurumuş ot hissəcikləri vardır. 01 ədəd qara rəngli dəri materiallı gödəkcə, qarşısı və cibləri dəmir zəncirbəndlə bağlanandır və kürək nahiyəsində 06 ədəd xəsarət izi və qana bənzər ləkələr vardır, gödəkçənin sol yan cibində 01 ədəd “Reno” siqaret, 02 ədəd dərman, 01 ədəd simkart nömrəsinin çərçivəsi vardır. 01 ədəd boyun hissəsində “TUNEL” sözləri yazılmış, ön hissəsində 03 ədəd, arxa hissəsində isə 11 ədəd zədə və üzərində qanabənzər ləkələr olan ağ rəngli qısaqol köynək, 01 ədəd ağ rəngli ön hissədə 03 ədəd, arxa hissədə isə 07 ədəd zədə və üzərində qanabənzər ləkələr olan qolları kəsilmiş mayka, 01 ədəd ağ rəngli ön hissəsində 03 ədəd zədə və qanabənzər ləkələr olan mayka , 01 ədəd tünd boz rəngli bel hissəsində “AİTEC” sözləri yazılan dizlik şalvar, 01 ədəd qara rəngli, üzərində sarı rəngli cızıqlar olan tuman və 01 ədəd qara rəngli ayaqqabı vardır. Məlum oldu ki, meyit kişi cinslidir. Meyitin gözləri və ağzı yarımaçıq vəziyyətdədir, burun dəlikləri və xarici qulaq keçəcəkləri sərbəstdir, çənə nahiyəsi bintlə bağlıdır, ifrazat yoxdur. X2 boyu 184 sm-dir. Boyu gövdəyə mütənasibdir, qarın döş qəfəsinə bərabərdir, saçının uzunluğu 04 sm-dır. Dişləri tamdır və üst dişləri keramikadır. Xarici cinsiyyət üzvləri kişi tiplidir. Yuxarı və aşağı ətraf nahiyələri normal inkişaf etmişdir, əllə yoxladıqda sümükləri tamdır. Meyitin döş qəfəsi nahiyəsinin sol yarısının ön səthində sol döş xətti üzrə 7-8-ci qabırğa arasında 1x0,5 sm ölçüdə, qarının ön səthinin sol yarısında 1.2x0,4sm ölçüdə, sol bazunun orta 1/3-nin ön səthində 1x0,5 sm ölçüdə, eləcə də sol bazunun orta 1/3-nin arxa bari səthində 1x0,5 sm ölçüdə deşilmiş-kəsilmiş xəsarətlər vardır. Bundan başqa mərhumun sağ saidinin aşağı 1/3-nin arxa səthində 1x0,5sm ölçüdə və həmin saidin orta 1/3-nin ön səthində 0,7x0,4 sm ölçüdə deşilmişkəsilmiş xəsarətlər vardır. X2 sol kürək nahiyəsində 06 ədəd 1,2x0,3sm və 0,4x0,2 sm ölçülərdə deşilmiş-kəsilmiş xəsarətlər aşkar edildi. Meyitin kürəyinin sağ yarısında sağ onurğayanı səthində 1,2x0,7 sm ölçüdə, döş qəfəsinin sağ və sol yarısının arxa səthində 1x0,3sm, 1x0,3sm ölçülərdə xəsarətlər vardır. Bundan əlavə X2 sağ qulaq arxası nahiyəsində 0.4x0,2sm səthi kəsilmiş yara vardır. Meyit ləkələri göyümtül-bənövşəyi rəngdədir, meyitin arxa səthində yerləşmişdir, barmaqla təsir etdikdə avazıyır. Meyitə baxış zamanı mərhum X22 məxsus ölümündən əvvəl əynində olan 01 ədəd qara rəngli, belində qara rəngli kəmər olan cins şalvar, 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd ağ rəngli qısaqol köynək, 01 ədəd ağ rəngli qolları kəsilmiş mayka, 01 ədəd ağ rəngli mayka, 01 ədəd tünd boz rəngli dizlik şalvar, 01 ədəd qara rəngli tuman, 01 ədəd qara rəngli ayaqqabı və şalvarın sağ cibində olan 01 ədəd qara rəngli cib darağı, 01 ədəd “Azərişıq”-a aid plastik kartı, 01 ədəd göy rəngli sınmış alışqan, gödəkcənin sol yan cibində olan 01 ədəd “Reno” siqaret, 02 ədəd dərman, 01 ədəd simkart nömrəsinin çərçivəsi əhəmiyyət kəsb edə biləcəyindən qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23 noyabr 2022-ci il tarixli təqsirini boynuna almaqla könüllü gəlmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq 23 noyabr 2022-ci il tarixdə, saat 18:40-da Tərtər rayonu, Düyərli kəndi ərazisində hadisə yerində olarkən Tural Mustafayevi bacısı ilə qeyri rəsmi münasibətdə olduğu üçün öldürdüyünü demiş, şəxsi iradəsi ilə və heç bir təsir və ya təzyiq altında olmadan könüllü olaraq təslim olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24 noyabr 2021-ci il tarixli götürmə və baxış keçirmə haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş və istintaqa könüllü olaraq təqdim etdiyi sinə və qarın hissəsində, sağ qolun ön hissəsində, sol qoltuq altı hissəsinin içəri tərəfində kəsik və qanabənzər ləkələr olan bir ədəd tünd qırmızı rəngli gödəkcə, döş qəfəsi üzərində qanabənzər ləkələr və üzəri toz-torpaq olan ön tərəfi düyməli, qara rəngli bir ədəd köynək, sol qoltuqaltı nahiyəsində bir ədəd kəsik izi və qanabənzər ləkələr olan bir ədəd qara rəngli mayka, sağ diz hissəsindən yuxarıda 2.5 sm enində kəsik və ətrafında qanabənzər ləkələr olan bir ədəd qara rəngli cins şalvar, sağ ayağında 2.5 sm enində kəsik izi və qanabənzər ləkələr olan bir ədəd ağ rəngli dizlik şalvar, sol qoltuq altı hissəsində 2.3 sm enində kəsik izi və qana bənzər ləkələr olan bir ədəd ağ rəngli dizlik köynək və bir cüt tünd boz rəngli idman ayaqqabısı iş üzrə əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırmaqla götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24 noyabr 2021-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Tərtər rayonu, Düyərli kəndinin ərazisindən keçən su kanalının qolunun içərisidir. Hadisə yerindən Tərtər-Ağdam magistral yolunun Düyərli kənd plakatının yerləşdiyi yerə qədər məsafə 400 metrdir. Həmin yerdə avtomobil yolundan sağa - Düyərli kəndi istiqamətində torpaq yolla 114 metr irəlilədikdə, eni 6 metr olan torpaq yolun sağ hissəsində su kanalı görünür. Kanalın hər iki tərəfi beton piltələrlə əhatələnmişdir. Suyun axarı istiqamətində torpaq yolun sağ hissəsində isə kanal yeraltı keçidlə sağ istiqamətdə kanalın ötürücü qolu ayrılır. Həmin ötürücü qolda suyunun təzyiqi xüsusi açılıb-bağlanan müxanizmlə tənzimlənir. Həmin ötürücü qol beton plitələrlə əhatələnmişdir. Həmin ötürücü qolun eni 550 sm, dərinliyi isə 250 sm təşkil edir. Həmin qolda suyun səviyyəsi 20sm təşkil edir. Yeraltı ötürücü qolun başlanğıcından 310 sm məsafədə su axarı istiqamətində, qolun dibində, mərkəzdə bir ədəd bıçaq görünür. Həmin bıçağın tiyəsi 260° cənub-qərb istiqamətində axar suyun içərisində sabit vəziyyətdədir. Bıçağın ilkin baxış zamanı ümumilikdə üzərində su damcıları olan, dəstəyi qara rəngli yapışqanlı lentlə sarılmış, uzunluğu 11 sm olduğu, tiyəsinin uzunluğu isə 9 sm , eni isə 120 mm təşkil edən mətbəx təyinatlı bıçaq olduğu görünür. Həmin bıçaq əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, 25 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs anası Şahid7 ilə mobil telefon vasitəsi ilə danışıb paltar gətirilməsini bildirdikdə Şahid7 oğlu Təqsirləndirilən şəxs sözlə təyziq göstərərək cinayəti boynuna almamasını, cinayətin Şahid1 tərəfindən törədildiyi barədə rayon prokurorluğuna ifadə verməsini tələb etmiş, Təqsirləndirilən şəxs isə təkidlə cinayəti özünün törətdiyini, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən cinayəti özünün törətməsi barədə ifadə verdiyini, Şahid1 törədilmiş cinayətlə əlaqəsinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tərtər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 4(061)-60/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Tərtər rayon mərkəzi xəstəxanası” X61 daxil olmuş 13 dekabr 2021-ci il tarixli, 1013 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəstəliklə bağlı Tərtər RMX PHŞ-nın Poliklinika şöbəsinin heç bir kabinetində dispanser qeydiyyatında olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Psixonevroloji Dispanserdən daxil olmuş 15 dekabr 2021-ci il tarixli 6392 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserdə qeydiyyata alınmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tərtər rayon məhkəməsindən daxil olmuş 15 dekabr 2021-ci il tarixli 1486 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəməyə cinayət işi, təqsirləndirici material daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Bərdə rayon mərkəzi xəstəxanası” X61 daxil olmuş 15 dekabr 2021-ci il tarixli, 1237 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəstəliklə bağlı Bərdə RMX PHŞ-nın Poliklinika şöbəsinin narkoloji və ruhi əsəb kabinetində dispanser qeydiyyatında olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “06 yanvar 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid6 istifadəsində olmuş “SAMSUNG A50, SM-A505FN” markalı mobil telefona xx.xx.2021-ci il tarixli 5(061)19/2021 nömrəli Tərtər rayon Məhkəməsinin şəxsi məlumatların ələ keçirilməsi barədə qərar əsasında Şahid1 iştirakı ilə baxış keçirildi, “SAMSUNG A50, SM- A505FN” markalı mobil telefon ön tərəfdən qara, arxa tərəfdən isə göy rənglidir. “Smartfon” modelli, modelinə görə barmaq toxunuşu ilə işləməkdədir. Telefonun sağ hissəsində 3 ədəd düymə vardır. Ekranında düymə yoxdur. Ekranın üzərində çatlar olan, köhnəlmiş, şəffaf rəngli qoruyucu ekran üzlüyü vardır. Telefonun arxa hissəsində bir ədəd işıq və üç ədəd kamerası vardır. Telefonun arxa hissəsində “SAMSUNG”, SM-A505FN /DS, İMEİ: 358583 /10 /666507 /1 İMEİ: 358584 /10 /666507 /9, S/N: R58MA0JWTKL yazıları vardır. Üzərində və ekranının ətraf hissələrində heç bir fərqləndirici əlamət yoxdur. Baxış zamanı Şahid1 telefonun ekranının kilidinin(0000) şifrəsini təqdim edərək telefondakı məlumatlara baxış keçirildi. Ekranda bir körpə uşaq şəkli görünür. Telefonun zənglər və mesajlar bölməsində iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilmədi. Mobil telefonun tətbiqlər bölməsində ağ rəngli fonda, göy, qırmızı və yaşıl rəngli “WhatsApp” işarəli mobil tətbiqinə daxil olduqda Şahid1 mobil tətbiqin (9999) nömrəli şifrəsini təqdim etdi. Məlum oldu ki, “arxivlənmiş söhbətlər” bölməsində olan “Esmerrr 11” adı ilə qeyd edilmiş +**********30 mobil nömrəsi ilə xx.xx.2021-ci il tarixdə saat 01:10-dan xx.xx.2021-ci il tarixdə, saat 06:03-ədək “Tural” “Aynur” adı qeyd edilməklə çoxsaylı sevgi və intim məzmunlu mesajlar və eyni zamanda “mal” “çəkmək”, “patı” kimi narkotik vasitədən istifadə etdiklərini qarşılıqlı şəkildə bir-birilərinə bildirən mesajlar, Şahid6 aid yarıçılpaq şəkillər göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tərtər rayon polis şöbəsindən daxil olmuş 10 yanvar 2022-ci il tarixli 184-564-1222 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Tərtər RPŞ-də müraciəti, təqsirləndirilməsinə dair cinayət işi və ya material olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin” 30 dekabr 2021-ci il tarixli, 6/5645 nömrəli məhkəmə-lifli ekspertiza rəyindən görünür ki, X28, Təqsirləndirilən şəxs və Şahid1 məxsus geyim əşyalarının səthi üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş, Tural Mustafayevin şalvarının üzərindən aşkar edilmiş qara-boz rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər; - Təqsirləndirilən şəxs şalvarının üzərindən aşkar edilmiş qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə Tural Mustafayevin şalvarının tərkib liflərinə uyğun gəlirlər, Tural Mustafayevin paltarlarının üzərində X26 geyim paltarlarının tərkib liflərindən yoxdur, eləcə də X26 geyim paltarlarının üzərində Tural Mustafayevin geyim paltarlarının tərkib liflərindən yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tərtər rayon polis şöbəsinin 07 fevral 2022-ci il tarixli 184-3589-1222 nömrəli məktubla əməliyyat tapşırığına vermiş olduğu cavabdan görünür ki, Təqsirləndirilən şəxs 2021-ci ilin təxminən noyabr ayında bacısı Şahid6 dayısı oğlu X28 ilə qeyri-rəsmi münasibətdə olması barədə bildikdən sonra xx.xx.2021-ci il tarixdə Şahid6 əri Şahid1 ilə birlikdə Bakı şəhərindən Tərtər rayonuna gələrək Tural Mustafayevlə görüşüb qeyd edilən münasibətin mövcud olub-olmamasını aydınlaşdırmaq qərarına gəlmişdir. Bu məqsədlə Təqsirləndirilən şəxs 23 noyabr 2021-ci il tarixdə, saat 17 radələrində X34 rayonu, Buruc kəndində görüşmüş və birlikdə Tərtər rayonu, Düyərli kəndindəki X27 məxsus, heç kimin yaşamadığı evə gəlmişlər. Bu zaman orada Şahid1 da olmuşdur. Təqsirləndirilən şəxs bacısı Şahid6 ilə arasında olan qeyri-rəsmi münasibətinin olması barədə Tural Mustafayevə bildirdikdə sonuncu bu barədə etiraf etmiş və Şahid6 bacı gözü ilə baxmadığını bildirdikdə aralarında mübahisə yaranmış mübahisə əsnasında Təqsirləndirilən şəxs Tural Mustafayevə bıçaq xəsarətləri yetirərək sonuncunu öldürmüşdür. Cinayətin törədilməsində digər şəxslərin bu və ya digər formada iştirakı və marağı, digər şəxslərin cinayətin həyata keçirilməsi üçün Təqsirləndirilən şəxs təhrik etməsi, eləcə də əvvəlcədən məlumatlı olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Tural Mustafayevi öldürməsinin motiv və məqsədinin müəyyən olunması istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş və cinayətin şəxsi münasibətlər zəminində törədildiyi müəyyən edilmişdir. Belə ki, 2021-ci ilin sentyabr ayının sonlarında Şahid1 Şahid6 istifadəsində olan mobil telefonu alıb baxdıqda yazışdığı şəxsin Tural Mustafayev olduğunu və mesajların qeyri-etik formada olduğunu görmüş, bundan sonra Tural Mustafayevə bu barədə iradını bildirmiş və Şahid6 yaxınlarına o cümlədən Təqsirləndirilən şəxs bu hal barədə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs Tural Mustafayevlə hadisə günü görüşdükdə X57 Süleymanovaya bacı gözü ilə baxmadığını bildirdikdə aralarında mübahisə baş vermişdir. Orada olan Şahid1 hər iki şəxsi aralamağa çalışmış lakin buna nail ola bilməmişdir. Bundan başqa aparılmış əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, X28 “Whatsapp” sosial şəbəkəsi vasitəsilə Şahid6 ilə ilə qeyri-rəsmi münasibət saxlamışdır. Həmçinin hadisə baş verən zaman ətrafda olmuş və hadisəni görmüş şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat yolu ilə hər hansı məlumat əldə etmək mümkün olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs hadisə zamanı Tural Mustafayevi qətlə yetirdiyi dəstəyi qara rəngli yapışqanlı lentlə sarılmış bıçaq hadisə yerinə gəlməzdən öncə Təqsirləndirilən şəxs üzərində olmuş lakin, qeyd edilən bıçağın haradan əldə edilməsinin müəyyən olunması ilə bağlı əməliyyat yolu ilə hər hansı məlumat əldə etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tərtər rayon polis şöbəsinin 08 fevral 2022-ci il tarixli 184-3587-1222 nömrəli məktubla əməliyyat tapşırığına vermiş olduğu cavabdan görünür ki, Şahid1 ağac şitillərinin Tərtər rayonunda yetişdirilməsi və Bakı şəhərində satışı ilə məşğul olduğundan mütəmadi olaraq Bakı şəhərinə gedir. Hadisə günündən iki gün əvvəl də bu məqsədlə Bakı şəhərinə getmişdir. Şahid1 Bakı şəhərində olarkən Təqsirləndirilən şəxsla görüşmüş və Şahid6 Tural Mustafayevlə aralarında olan telefon yazışmalarını göstərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Tərtər rayonuna gələrək Tural Mustafayevlə görüşüb bu məsələni aydınlaşdırmaq qərarına gəlmişdir. Hadisə zamanı Şahid1 orada olmuş, münaqişə zamanı hər iki şəxsi bir-birindən uzaqlaşdırmaq məqsədi ilə ağac parçası ilə vuraraq ayırmağa çalışdıqda bıçaq xəsarəti almışdır. Bundan başqa Şahid1 cinayətin törədilməsində iştirak etməmiş, bu barədə marağı olmamış, eləcə də cinayətin həyata keçirilməsi üçün Təqsirləndirilən şəxs təhrik etməmişdir. Belə ki, Şahid1 hadisə zamanı Təqsirləndirilən şəxsla Tural Mustafayev arasında bıçaqdan istifadə etməklə münaqişə olacağını bilməmiş, mübahisə əsnasında qəflətən hər iki şəxsin bir-birilərinə bıçaqla xəsarət yetirdiyini, hadisələr qəflətən baş verdiyindən özünün də münaqişə əsnasında xəsarət almasını bilməmiş və Təqsirləndirilən şəxs Tural Mustafayevə bıçaqla çoxsaylı xəsarət yetirməklə sonuncunu qətlə yetirdiyinin şahidi olmuşdur. Bundan başqa əməliyyat yolu ilə Şahid1 hadisə zamanı üzərində bıçağın olmadığı müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15 fevral 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə 22:20:42 saniyədə “senin ucun qeyret nedi ana bacidi yoxsa nee qeyretin varsa gel ter tere sene subut edimki sende qeyret yoxdu kisisense gel peysersense ne zeng etme nede gelme” həmin tarixdə 22:21:18 saniyədə “gelirsense isteyirsen gelim berdiye orda gorusey”, 22:21:36-saniyədə “aybdi sene geleceyse”, həmin tarixdə 22:24:07 saniyədə “isteyirsen bakiya gelim ama kisi kimi gorusey ikimize”, 22:24:53-saniyədə “bir kelme tele cavab ver danisag kisisen” məzmunda yazışmalar qeyd edilmişdir. Bundan başqa diskə baxış keçirilən zaman içərisində olan “**********11.txt” adlı fayla daxil olduqda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə müxtəlif şəxslərdən çoxsaylı telefon zənglərinin daxil olduğu və həmin nömrələrdən müxtəlif şəxslərə çoxsaylı telefon zənglərinin çıxdığı müəyyən olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə, saat 17:22-də 32 saniyə olmaqla və həmin tarixdə saat 17:39-da 70 saniyə olmaqla Şahid8 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən zəng daxil olmuş və danışıq aparılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tərtər rayon İcra Hakimiyyəti başçısının Buruc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayonu, Buruc kəndində qeydiyyatda olmasına baxmayaraq uzun müddətdir ərazidə yaşamır. Ailə üzvləri xx.xx.1962-ci il təvəllüdlü anası Şahid7, xx.xx.1992-ci il təvəllüdlü bacısı Şahid6 ibarət olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı və qeydiyyatda olduğu yer üzrə kənd əhalisi arasında böyük hörmət qazanmış, hamının hörmətini saxlamış, ictimai-siyasi işlərə yaxından köməklik etmiş, fəallıq göstərmişdir. Vətənpərvər bir insan kimi həmişə öndə getmişdir, yaşadığı dövrdə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin” 27 yanvar 2022-ci il tarixli, 3/-2122 - 3/2124 nömrəli məhkəmə ballistik-trasoloji ekspertiza rəyindən görünür ki, məhkəməballistik tədqiqat üzrə tədqiqata təqdim edilmiş şərti olaraq 1 rəqəmi ilə işarələnmiş bıçaq onun tiyəsi bozumtul-parıltılı rəngli olmaqla metaldan hazırlanmışdır, tiyə sağ tərəfə əyilmiş formadadır, bir tərəfi küt, digər tərəfi kəsici, ucu batıcı xassəyə malikdir. Kəsici tərəf hər iki üzdən itilənmişdir. Tiyənin ucu kəsici tərəfin maili formada küt tərəfə birləşməsi nəticəsində əmələ gəlmişdir. Üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişikliklər edilməmişdir. Tiyənin orta xəttdən uzunluğu - 85 mm, orta hissədə eni - 11,8 mm, maksimal qalınlığı -1,1 mm-dir. Dəstəyin əsası tiyənin davamıdır və üzərinə qara rəngli yapışqan lent yapışdırılmışdır. Dəstəyin uzunluğu - 103 mm, orta hissədə eni - 15 mm, orta hissədə qalınlığı -10 mm-dir. Bıçağın ümumi konstruksiyasına, formasına, və s. xüsusiyyətlərinə əsasən belə nəticəyə gəlmək olar ki, həmin bıçaq kustar üsulla hazırlanmışdır. Həmin bıçaq kustar üsulla hazırlanmış, deşici, kəsici xassəyə malik mətbəx bıçağıdır və soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqat təqdim edilmiş və şərti olaraq “2” rəqəmi ilə işarələnmiş bıçaq qatlanan konstruksiyalı olmaqla tiyə və dəstək hissədən ibarətdir, ümumi uzunluğu – 186 mm-dir. Həmin bıçağı təbii və süni işıq altında tədqiq edərkən müəyyən oldu ki, onun tiyəsi bozumtul-parıltılı rəngli metaldan hazırlanmışdır, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malikdir. Kəsici tərəf hər iki üzdən itilənmişdir. Tiyənin ucu küt tərəfin maili, kəsici tərəfin isə qövsvari formada bir-birinə doğru istiqamətlənərək birləşməsi nəticəsində əmələ gəlmişdir. Tiyənin küt tərəfində bir ədəd ovalvari formalı dəlik vardır. Bıçağın üzərində qanabənzər ləkələri müşahidə edilir. Üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişikliklər edilməmişdir. Tiyənin orta xəttdən uzunluğu - 88 mm, orta hissədə eni - 31 mm, maksimal qalınlığı - 2,5 mm-dir. Dəstəyin əsası boz rəngli metaldandır və tiyənin davamı deyildir. Dəstəyin səthinə boz rəngli metaldan hazırlanmış üzlüklər qoyulub hər üzdən dörd ədəd metal millərlə bərkidilmişdir. Dəstəyin sol üzündə müvafiq olaraq, tiyəni açıb-bağlamaq və fiksə etmək üçün nəzərdə tutulan iki ədəd metal düyməcik vardır. Dəstəyin üzərində məhdudlaşdırıcı rolunu oynayan çıxıntılar mövcud deyil.Dəstəyin uzunluğu - 98 mm, orta hissədə eni - 27 mm, orta hissədə qalınlığı 9 mm-dir. Təqdim edilmiş predmetin formasına, hazırlanma üsuluna və s. konstruktiv xüsusiyyətlərinə əsasən belə nəticəyə gəlmək olar ki, həmin predmet kustar üsulla hazırlanmışdır. Beləliklə tədqiqata təqdim edilmiş və şərti olaraq “2” rəqəmi ilə işarələnmiş 1 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan xüsusi təyinatlı (köməkçi məqsədlə istifadə edilmək üçün nəzərdə tutulmuş) ov bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişikliklər edilməmişdir. Trasoloji tədqiqat üzrə, Tədqiqata təqdim edilmiş bağlamalarının üzərlərində “...Təqsirləndirilən şəxs məxsus...”, “...X3 məxsus...”, “...Şahid1 məxsus...” qeydləri edilmiş üç ədəd gödəkcənin, iki ədəd qolsuz maykanın, bir ədəd qol hissələri kəsilmiş köynəyin, bir ədəd alt köynəyin, bir ədəd alt şalvarın, iki ədəd köynəyin, bir ədəd cins şalvarın səthində rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Ümumi əlamətlərinə əsasən qeyd edilmiş üç ədəd gödəkcənin, iki ədəd qolsuz maykanın, bir ədəd qol hissələri kəsilmiş köynəyin, bir ədəd alt köynəyin, bir ədəd alt şalvarın, iki ədəd köynəyin, bir ədəd cins şalvarın səthində olan zədələrin təqdim edilmiş iki ədəd bıçağın (bıçaq tiyəsinin) da təsirindən yaranması mümkündür. Həmin zədələrdə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədələrin konkret olaraq hansı bıçağın tiyəsi ilə təsir nəticəsində yaranmasını müəyyən etmək mümkün deyil. -Təqdim edilmiş bağlamalarının üzərlərində “...Təqsirləndirilən şəxs məxsus...”, “...X3 məxsus...”, “...Şahid1 məxsus...” qeydləri edilmiş üç ədəd gödəkcənin, iki ədəd qolsuz maykanın, bir ədəd qol hissələri kəsilmiş köynəyin, bir ədəd alt köynəyin, bir ədəd alt şalvarın, iki ədəd köynəyin, bir ədəd cins şalvarın səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin öndən arxaya istiqamətdə, iti tərəfi zərərçəkmişlərə nisbətdə müxtəlif istiqamətlərə olmaqla yetirilmişdir. Tədqiqata təqdim edilmiş üzərində “...X3 məxsus...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd şalvarın səthində zədə yoxdur. -Təqdim edilmiş bağlamasının üzərində “...Şahid1 məxsus...’’ qeydləri edilmiş bir ədəd gödəkçənin və bir ədəd köynəyin səthində olan və yuxarıda təsvir edilmiş “a”, “b” zədələri fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb sökülmə zədəsidir. Tədqiqata təqdim edilmiş üzərində “...Şahid1 məxsus...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd şalvarın səthində zədə yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji dispanserinin 01 fevral 2022-ci il tarixli 64/19 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən və törətməzdən əvvəl hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda da hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərini olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs adi emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı departamentinin 149 nömrəli mənzil kommunal istismar sahəsinin 17 fevral 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında qeydiyyatsız yaşayıb və yaşadığı müddət ərzində 149 saylı MKİS-ə şikayət ərizəsi daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21 fevral 2022-ci il tarixli “əşyanın tanınmasının aparılması haqqında” protokollar və protokollara əlavə edilmiş fotocədvəllərdən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X15, zərərçəkmişin dayısı X45, zərərçəkmişin dayısı X37, zərərçəkmişin əmisioğlu X25 və zərərçəkmişin qohumu X18 tanınmaya təqdim edilən bıçaqların arasında olan dəstəyi qara rəngli yapışqanlı lentlə sarılmış, tiyəsi metaldan olan nazik bıçağı tanımadıqlarını bildirmişdirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21 fevral 2022-ci il tarixli “əşyanın tanınmasının aparılması haqqında” protokol və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X11 tanınmaya təqdim edilən bıçaqların arasında olan boz rəngli, metaldan olan açılıb-bağlanan bıçağı tanımış və mərhum oğlu X21 məxsus olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22 fevral 2022-ci il tarixli “əşyanın tanınmasının aparılması haqqında” protokol və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid1 tanınmaya təqdim edilən bıçaqların arasında olan dəstəyi qara rəngli yapışqanlı lentlə sarılmış, tiyəsi metaldan olan nazik bıçağı tanımış və həmin bıçağı hadisə zamanı X28 ilə Təqsirləndirilən şəxs arasında olan münaqişədə Təqsirləndirilən şəxs əlində görmüş və Təqsirləndirilən şəxs Tural Mustafayevi həmin bıçaqla qətlə yetirdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22 fevral 2022-ci il tarixli “əşyanın tanınmasının aparılması haqqında” protokol və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid1 tanınmaya təqdim edilən bıçaqların arasında olan boz rəngli, metaldan olan açılıb-bağlanan bıçağı tanımış və həmin bıçağın hadisə zamanı X2 üzərində olduğunu və həmin bıçaqdan istifadə etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Məhkəmə Tibbi Ekspertiza və X33” X68 Bərdə rayonlararası zona mərkəzinin 23 noyabr 2021-ci il tarixli, 23 nömrəli rəyindən görünür ki, X2 meyitinin məhkəmə-tibbi ekspertizasına, əlavə məhkəmə-kimyəvi, məhkəmə-histoloji labarator müayinə cavablarına əsasən, iş haqqında verilən ilkin məlumatları nəzərə almaqla həlli üçün ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinmişdir ki, X2 meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər: ürəyin və ağciyərin yaralanması ilə döş boşluğuna keçən 4 ədəd, döş qəfəsi nahiyəsində döş boşluğuna keçməyən 9 ədəd deşilmiş -kəsilmiş yaralar və sol bazu nahiyəsinin 2 ədəd, sağ said nahiyəsinin 2 ədəd deşilmiş-kəsilmiş yaraları, sağ xarici qulaq nahiyəsinin 1 ədəd, sağ əl nahiyəsinin V barmağının 1 ədəd kəsilmiş yaraları, sağ said nahiyəsin cızığı vardır. Həmin xəsarətlər həyatidirlər, ölümdən az vaxt əvvəl törənmişlər, qeyd olunan deşilmiş-kəsilmiş və kəsilmiş yaralar, cızıq kəsici kənara və iti uca malik alətin (alətlərin) təsirindən törənmişlər, ola bilsin ki ekspertizaya təqdim olunan 2 ədəd bıçaqla və ya bu kimi eyni konstruktiv xüsusiyyətlərə malik olan bıçaqla törənə bilər, dərəcəsinə görə: a) ağ ciyərlərin və ürəyin yaralanması ilə daxilə keçən 4 ədəd deşilmiş kəsilmiş yara canlı şəxslərdə birlikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Döş qəfəsi nahiyəsində döş boşluğuna keçməyən 9 ədəd deşilmiş - kəsilmiş yaralar və sol bazu nahiyəsinin 2 ədəd, sağ said nahiyəsinin 2 ədəd deşilmiş- kəsilmiş yaraları, sağ xarici qulaq nahiyəsinin 1 ədəd, sağ əl nahiyəsinin V barmağının 1 ədəd kəsilmiş yaraları isə canlı şəxslərdə birlikdə və ayrı ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Sağ said nahiyəsin cızığı canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. X2 ölümünə səbəb döş qəfəsi nahiyəsinin döş boşluğuna keçən deşilmiş-kəsilmiş yaralanmaları ilə əlaqədar ürəyin və ağ ciyərin yaralanmaları nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. X2 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 2-4 saat olar baş vermişdir. X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil, və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Məhkəmə Tibbi Ekspertiza və X33” X68 07 fevral 2022-ci il tarixli, 68/2022-MTBŞ saylı məhkəmə-tibbi bioloji ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş X3 məxsus gödəkcə, qolu kəsilmiş alt köynəyi, qısaqol mayka, mayka, şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda B və H antigenləri, bəzi ləkələrdə həmçinin alfa aqqlyutinini də alındı. Beləklə, bu qan ləkələri Balfa/H//İİİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə X3 məxsus ola bilər. Ləkələrdə O/İ/ qruplu Şahid1 qanının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halında mümkündür. Göstərilən ləkələrdə A/İİ/ qruplu Təqsirləndirilən şəxs qanı ABO sitemi ilə inkar olunur. Təqdim edilən Təqsirləndirilən şəxs məxsus gödəkcənin sol qoltuqaltı nahiyyəsi/arxaya, önə və qola keçməklə/, köynək, alt köynəyi, alt şalvarı, şalvar, mayka üzərindəki ləkələrdə və hadisə yerindən 03 ədəd çubuqlu pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A, H antigenləri və bəzi ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A/H//İİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Təqsirləndirilən şəxs/onun qanında müşayiətçi H antigeni olduğu təqdirdə/ məxsus ola bilər. Ləkələrdə O/İ/ qruplu Şahid1 qanının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halında mümkündür. Göstərilən ləkələrdə B/H//İİİ/ qruplu X16 qanı ABO sitemi ilə inkar olunur. Təqsirləndirilən şəxs məxsus gödəkcənin sol ön döş hissəsində və arxa sağ kürək hissəsində insan qanı ləkələri aşkar olundu. Göstərilən ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda B və H antigenləri alındı. Beləklə, bu qan ləkələri B-alfa/H//İİİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə X3 məxsus ola bilər. Ləkələrdə O/İ/ qruplu Şahid1 qanının olması/ləkələrin ölçü və intensivliyini nəzərə alsaq az ehtimal olunur/ yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halında mümkündür. Göstərilən ləkələrdə A/İİ/ qruplu Təqsirləndirilən şəxs qanı ABO sitemi ilə inkar olunur. Təqdim olunan Şahid1 məxsus papaqlı gödəkcə, idman koftası, şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qrup antigenləri təyin edildikdə yalnız 0-alfa,beta/İ/ qrupunun əsasını təşkil edən H antigeni alındı. Beləliklə, bu qan' ləkələri O/İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Şahid1 məxsus ola bilər. Ləkələrdə T.Mustafayevin və Təqsirləndirilən şəxs qanlarının olması ABO sistemi ilə inkar olunur. Təqdim olunan bir ədəd qatlanan cib bıçağı üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti təyin edildikdə A, B və H antigenləri alındı. Belə olan halda bıçaq üzərindəki qan ləkələri A/İİ/, B/İİİ/ və O/İ/ qruplu şəxslərin, o cümlədən ABO sistemi üzrə B/H//İİİ/ qruplu X2, A/İİ/ qruplu, Təqsirləndirilən şəxs və O/İ/ qruplu Şahid1 qarışıq qanları hesabına yarana bilər. Təqdim olunan bir ədəd dəstəyi üzərinə qara rəngli yapışqanlı lent sarınmış mətbəx bıçağı üzərində qan aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28 fevral 2022-ci il tarixli “əşyanın tanınmasının aparılması haqqında” protokol və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs tanınmaya təqdim edilən bıçaqların arasında olan boz rəngli, metaldan olan açılıb-bağlanan bıçağı tanımış və X3 məxsus olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28 fevral 2022-ci il tarixli “əşyanın tanınmasının aparılması haqqında” protokol və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs tanınmaya təqdim edilən bıçaqların arasında olan dəstəyi qara rəngli yapışqanlı lentlə sarılmış, tiyəsi metaldan olan nazik bıçağı tanımış və həmin bıçağı hadisə zamanı X21 xəsarət yetirib öldürdükdən sonra kanala atdığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28 fevral 2022-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyü özünün iştirakı ilə hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmiş və istintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, 28 fevral 2022-ci il tarixdə qəbul olunmuş cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd qara rəngli uzun qol köynək, 01 ədəd tünd qırmızı rəngli gödəkçə, 01 ədəd ağ rəngli dizlik şalvar, 01 ədəd ağ rəngli uzun qol dizlik köynək, 01 ədəd qara rəngli mayka, X21 məxsus 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd qara rəngli dəri materiallı gödəkçə, 01 ədəd ağ rəngli qısaqol köynək, 01 ədəd ağ rəngli qolları kəsilmiş köynək, 01 ədəd ağ rəngli mayka, Götürmə və baxış keçirilməsi haqqında protokolla götürülmüş Şahid1 məxsus 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd qara rəngli uzunqol köynək, 01 ədəd tünd qırmızı rəngli, kapüşonlu gödəkçə, hadisə yerinə baxış zamanı götürülmüş 04 ədəd qırılmış taxta parçaları, 03 ədəd pambıqda hopdurulmuş qan nümunələri, 01 ədəd bozumtul parıltılı metaldan hazırlanmış, açılıb-bağlanan xüsusi təyinatlı ov bıçağı, hadisə yerinə əlavə baxış zamanı götürülmüş 01 ədəd dəstəyinin üzərinə qara rəngli yapışqan lent yapışdırılmış mətbəx bıçağı maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham olunması və təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” qərardan görünür ki, 28 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Аzərbаycаn Rеspublikаsı CM-in 120.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “vəsatətin rədd edilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs ona 28 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və X2 öldürmək fikri olmadığı, sonuncunun ona bıçaqla hücum edib ölümcül xəsarət yetirdiyi üçün özünü müdafiə etməyə çalışdığını bildirməsi vəsatət kimi qəbul edilib zərərçəkmiş Tural Mustafayevin 2 bıçaq zərbəsi endirməklə təqsirləndirilən şəxsə qarşı olan qəsdinin başa çatmasına baxmayaraq Təqsirləndirilən şəxs cinayətkar əməli davamlı və aramsız olduğundan və zərərçəkmiş şəxsi bilavasitə qəsdən həyatdan məhrum etməyə yönəldiyindən onun əməlində Azərbaycan Respublikası CM-in 123-cü maddəsinin tərkib əlamətlərinin mövcudluğunu istisna edildiyindən vəsatət 28 fevral 2022-ci il tarixdə rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadədə onun Mustafayevi qəsdən öldürmək niyyətinin olmamasına dair xüsusatlara tənqidi yanaşır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla tam təkzib edilmişdir. Odur ki, məhkəmə sözügedən xüsusatları məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməli məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını, könüllü olaraq gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdırıcı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin bu Məcəllənin 59.1.10-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal (könüllü gəlib təqsirini boynuna alma) mövcud olduğundan və cəzanı ağırlaşdıran hallar olmadığından, ona təyin olunan cəzanın müddəti Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri isə hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətnə daxil edilir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun tutulduğu xx.xx.2021-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cidd rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə isə əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübut hesab edilən və Tərtər rayon prokurorluğunun “maddi sübutların saxlanması otağı”nda saxlanılan – Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd qara rəngli uzun qol köynək, 01 ədəd tünd qırmızı rəngli gödəkçə, 01 ədəd ağ rəngli dizlik şalvar, 01 ədəd ağ rəngli uzun qol dizlik köynək, 01 ədəd qara rəngli mayka, X21 məxsus 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd qara rəngli dəri materiallı gödəkçə, 01 ədəd ağ rəngli qısaqol köynək, 01 ədəd ağ rəngli qolları kəsilmiş köynək, 01 ədəd ağ rəngli mayka, Şahid1 məxsus 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd qara rəngli uzunqol köynək, 01 ədəd tünd qırmızı rəngli, kapüşonlu gödəkçə qanuni sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, hadisə yerinə baxış zamanı götürülmüş 04 ədəd qırılmış taxta parçaları, 03 ədəd pambıqda hopdurulmuş qan nümunələri, 01 ədəd bozumtul parıltılı metaldan hazırlanmış, açılıb-bağlanan xüsusi təyinatlı ov bıçağı, hadisə yerinə əlavə baxış zamanı götürülmüş 01 ədəd dəstəyinin üzərinə qara rəngli yapışqan lent yapışdırılmış mətbəx bıçağı məhv edilməldir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi1 işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 180 manat məbləğində pul köçürülməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 274 manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı tutulduğu tarixdən, yəni 23 noyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut hesab edilən və Tərtər rayon prokurorluğunun “maddi sübutların saxlanması otağı”nda saxlanılan – Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd qara rəngli uzun qol köynək, 01 ədəd tünd qırmızı rəngli gödəkçə, 01 ədəd ağ rəngli dizlik şalvar, 01 ədəd ağ rəngli uzun qol dizlik köynək, 01 ədəd qara rəngli mayka, X21 məxsus 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd qara rəngli dəri materiallı gödəkçə, 01 ədəd ağ rəngli qısaqol köynək, 01 ədəd ağ rəngli qolları kəsilmiş köynək, 01 ədəd ağ rəngli mayka, Şahid1 məxsus 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd qara rəngli uzunqol köynək, 01 ədəd tünd qırmızı rəngli, kapüşonlu gödəkçə qanuni sahiblərinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, hadisə yerinə baxış zamanı götürülmüş 04 ədəd qırılmış taxta parçaları, 03 ədəd pambıqda hopdurulmuş qan nümunələri, 01 ədəd bozumtul parıltılı metaldan hazırlanmış, açılıbbağlanan xüsusi təyinatlı ov bıçağı, hadisə yerinə əlavə baxış zamanı götürülmüş 01 ədəd dəstəyinin üzərinə qara rəngli yapışqan lent yapışdırılmış mətbəx bıçağı məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 274 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi1 işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 180 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar