Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-221/2023 14.04.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1983-cü ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu, Divanlı kəndində yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edərək saxlamışdır. Belə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan tarixdə və mənbədən külli miqdarda, yəni ümumi təmiz çəkisi 321,281 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 1 ədəd şəffaf sellofan torbanın içərisində qanunsuz əldə edərək üzərində saxlamış, 14 oktyabr 2022-ci il tarixdə saat təxminən 23:30 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu, Divanlı kəndində avtomobil yolunun kənarından Bərdə rayon Polis Şöbəsinə gətirilmiş, Bərdə rayon Polis Şöbəsində üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən 1 ədəd şəffaf sellofan torbanın içərisində 321,281 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitədən asılılıqdan əziyyət çəkdiyindən psixotrop maddə metamfetamin qəbul edir. Barəsində olan hazırki cinayət işi üzrə ona elan edilmiş ittihamda üzərindən 321,281 qram psixotrop maddə olan metamfetamin aşkar edildiyi göstərilsə də, əslində onun üzərindən 20 qram metamfetamin aşkar edilmişdir. Onun üzərindən aşkar edilmiş metamfetamini Bərdə rayonunda yerdən tapmış və istifadə etmək üçün üzərində saxlamışdır. 14 oktyabr 2022-ci il tarixdə onu Bərdə rayonu, Divanlı kəndinin ərazisində yolun kənarında olan vaxt mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onu qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və psixotrop maddənin dövriyyəsində və üzərində saxlamaqda şübhəli olduğunu bildirǝrǝk onu Bərdə rayon Polis Şöbəsinə gətirmişlər. Onun üzərinə şəxsi axtarış keçirilən zaman 20 qram çəkidə metamfetamin aşkar edilmişdir. Üzərindən aşkar edilmiş 20 qram metamfetamini Bərdə rayonunda yerdən tapmış və istifadə etmək üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs məhkəmənin sonrakı iclaslarında ifadəsində göstərmişdir ki, onun üzərindən aşkar edilmiş 20 qram psixotrop maddə olan metamfetamini yerdən tapmamışdır. O, həmin psixotrop maddəni internetdə sosial şəbəkədə tanış olduğu Rövşən adlı şəxsdən almışdır. Sosial şəbəkədə həmin Rövşən adlı şəxslə danışarkən Rövşən ona özünün whatsap nömrəsini vermişdir. Rövşən ona pul müqabilində metamfetamin verə biləcəyini demiş və o, Rövşəndən istifadə etmək üçün 20 qram metemfetamin almışdır. Sonradan o, polis əməkdaşları tərəfindən saxlanılarkən bilmişdir ki, Rövşən polislər üçün işləyir. Çünki o, polis əməkdaşları tərəfindən saxlanılarkən Rövşən də onun yanında olmuş, lakin polis əməkdaşları Rövşəni tutmamışlar. O, əvvəllər də Rövşən adlı şəxsdən narkotik vasitə almışdır. Əvvəllər Rövşəndən narkotik vasitə alarkən “Milliön” ödəniş terminalı vasitəsilə Rövşənin bank kartına 200 manat pul köçürmüşdür. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərmişdir ki, Bərdə rayon Polis Şöbəsində polis əməkdaşları 320 qram psixotrop maddə olan metamfetamini göstərərək həmin metamfetaminin ona məxsus olmasını etiraf etmədiyi təqdirdə həmin psixotrop maddənin onun evindən çıxacağını demişlər. Ona görə də 320 qram psixotrop maddənin ona məxsus olmasını etiraf etmişdir. Həmçinin onu da bildirir ki, polis əməkdaşları onu cinayət işinin materiallarında göstərilən saatda deyil, günorta saat 12-də saxlamışlar. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya digər zorakılıq hərəkətlərinə yol verilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında əgər Rövşən adlı şəxsdən narkotik vasitə almaq üçün Rövşənin bank kartına 200 manat pul köçürmüşdürsə onun bank kartı barədə məlumatları (hansı banka məxsus olması, nömrəsi və sair) deyə biləcəyi barədə verilmiş suala həmin məlumatları deyə bilməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, ona qarşı edilmiş qanunsuz hərəkətlər barədə heç bir səlahiyyətli orqanlara şikayət etməmiş, ibtidai araşdırma zamanı bu barədə hətta öz vəkilinə də deməmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata məhkəmədə baxılarkən də ona qarşı qanunsuz hərəkətlər edilməsi barədə hakimə bildirməmişdir. Məhkəmə araşdırması zamanı nəyə görə ona qarşı edilmiş qanunsuz hərəkətlər barədə heç bir səlahiyyətli orqanlara şikayət ünvanlamaması, ibtidai araşdırma zamanı bu barədə nəyə görə hətta öz vəkilinə də deməməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata məhkəmədə baxılarkən də ona qarşı qanunsuz hərəkətlər edilməsi barədə nəyə görə hakimə bildirməməsi barədə verilmiş suala cavab verə bilməmiş, həmçinin ibtidai araşdırmanın bütün mərhələsində Rövşən adlı şəxs barədə nəyə görə bildirməməsi barədə verilmiş suala da cavab verə bilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında ondan aşkar edilmiş psixotrop maddəni əgər internetdə hər hansı sosial şəbəkədə tanış olduğu Rövşən adlı şəxsdən istifadə etmək məqsədilə almışdırsa həm özünün, həm də həmin tanış olduğu Rövşən adlı şəxsin internetdə sosial şəbəkədə hansı profildən istifadə etməsi barədə suala cavab verə bilməmişdir, həmçinin əgər həmin psixotrop maddəni internetdə sosial şəbəkədə tanış olduğu Rövşən adlı şəxsdən almışdırsa, həmin tanış olduğu şəxslə internetdə hər hansı sosial şəbəkədə olan yazışmalarını göstərə bilib-bilməməsinə dair suallara da cavab olaraq, internetdə onun istifadə etdiyi sosial şəbəkəyə daxil olunarsa nə özünün, nə həmin tanış olduğu şəxsin profilini, nə də həmin Rövşən adlı şəxslə olan yazışmalarını göstərə bilməyəcəyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışında ifadəsində göstərdiyi Rövşən adlı şəxsin soyadını, atasının adını, ünvanını və ya digər məlumatlarını bildirməsinə dair verilmiş suala da həmin məlumatları deyə bilməyəcəyini bildirmişdir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahat və ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi izahatında, sonra isə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi izahat və ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki o, narkotik vasitə və ya psixotrop maddə istifadə etmir. 2022-ci ilin sentyabr ayında tanış olaraq internet vasitəsilə sosial şəbəkələrdə əlaqə saxladığı, adını və şəxsiyyətini bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə danışarkən ona təklif etmişdir ki, ona göndərdiyi psixotrop maddə metamfetamini Bakı şəhərinə aparıb onun dediyi yerə qoyacağı təqdirdə ona 500 manat pulu bank hesabına onlayn qaydada ödəyəcəkdir. Onun maddi imkanı pis olduğundan razılaşmışdır. 14 oktyabr 2022-ci il tarixdə o, İran vətəndaşı ilə əlaqə saxlayarkən ona psixotrop maddəni Yevlax rayonu, Malbinəsı kəndi ərazisində yolun kənarına atdırdığını demiş, onun göndərdiyi şəklə görə həmin yerə gedib bir ədəd sellofan torbada olan psixotrop maddə metamfetamini götürüb üzərində saxlayaraq Bərdə rayonuna gəlmişdir. 14 oktyabr 2022-ci il tarixdə saat 23:30 radələrində o, yaşadığı Bərdə rayonu, Divanlı kəndinin ərazisində, yolun kənarında olan vaxt iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları barəsində olan əməliyyat-axtarış tədbirləri haqqında qərarla onu tanış edərək qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və psixotrop maddənin dövriyyəsində və üzərində saxlamaqda şübhəli olduğunu bildirǝrǝk üzərinə şəxsi axtarış etmək zərurətinin olduğunu söyləmişlər və birlikdə Bərdə RPŞ-yə gəlmişlər. Şöbədə üzərində videoçəkilişlə şəxsi axtarış aparacaqlarını bildirmişlər. Ona müdafiəçi siyahısı təqdim edilmişdir. O, müdafiəçi seçdikdən sonra müdafiəçi şöbəyə gəlmiş, o, şübhəli şəxs qismində tutulmuş, bundan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, üzərində saxladığı bir ədəd məndil kağızına bükülmüş bir ədəd şəffaf rəngli sellofan torbada olan psixotrop maddə metamfetamini təqdim etmişdir. Həmin torba elektron tərəziyə çıxarılaraq qablaşdırma ilə birlikdə ümumi çəkisinin 325 qram olduğu müəyyən olunmuşdur. həmin torba bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılıb möhürlənmiş, üzəri tərəflərindən imzalanmış və götürülmüşdür. Bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş və o, protokola imza etmişdir. O, üzərindən aşkar edilmiş bir ədəd sellofanda psixotrop maddə metamfetamini sosial şəbəkələr vasitəsilə tanış olduğu İran vətəndaşının Yevlax rayonu, Malbinəsi kəndi ərazisinə atdığı yerdən tapıb əldə edərək Bakı şəhərində deyiləcək yerlərə aparıb çatdırmaq üçün üzərində saxladığını, həmin şəxsin telefon nömrəsini xatırlamadığını, danışandan sonra onun telefon nömrəsini telefonundan sildiyini, həmin şəxsdən əvvəl narkotik vasitə və ya psixotrop maddə almadığını bildirmişdir (iş vərəqə: cild İ, səh.31-32, 44-46, 57-59 ). Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmədə təqdimata baxılarkən izahatında özünü təqsirli bildiyini, törətdiyi əməlini etiraf etdiyini və etdiyi əməlindən peşman olduğunu bildirmişdir (iş vərəqə: cild İ, səh.71-76). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq və məhkəmə istintaqı zamanı ziddiyyətli ifadələr verməsinin səbəbini izah edə bilməmiş, daha sonra isə göstərmişdir ki, Bərdə rayon Polis Şöbəsində polis əməkdaşları 320 qram psixotrop maddə olan metamfetamini göstərərək həmin metamfetaminin ona məxsus olmasını etiraf etmədiyi təqdirdə həmin psixotrop maddənin onun evindən çıxacağını demişlər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 oktyabr 2022-ci il tarixdə ona daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı, istifadəsi və üzərində saxlaması barədə raportla rayon polis şöbəsinin rəisinə məruzə etmişdir. Tərəflərindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 14 oktyabr 2022-ci il tarixdə saat təxminən 23:30 radələrində Bərdə rayonu, Divanlı kəndində avtomobil yolunun kənarında saxlanılmış və Bərdə RPŞ-yə gətirilmişdir. Burada Təqsirləndirilən şəxs müdafiəçi dəvət edilməklə təhqiqatçı Şahid3 tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Daha sonra müdafiəçinin, onun, Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-də sürücü vəzifəsində işləyən Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. Təhqiqatçı Şahid3 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsi bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs şalvarının cibindən bir ədəd “Redmi” markalı mobil telefonu, bir ədəd alışqanı və gödəkcəsinin sol yan cibindən isə bir ədəd məndil kağızına bükülmüş bir ədəd şəffaf rəngli sellofan torbanı çıxarıb masanın üzərinə qoymuş, həmin şəffaf rəngli sellofan torbaya baxan zaman içərisində ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə olması aşkar olundu. Təqsirləndirilən şəxs həmin maddələrin psixotrop maddə metamfetamin olduğunu bildirdi. Sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı Şahid3 tərəfindən şəxsi axtarış keçirilmişdir. Üzərində başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası çəkdiyindən şalvarının arxa cibindən bir ədəd üzərində saxladığı aparat aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddələrin psixotrop maddə metamfetamin olduğunu bildirmiş, həmin maddəni sosial şəbəkədə tanış olduğu İran vətəndaşının bildirməsinə əsasən Yevlax rayonu, Malbinəsi kəndindin ərazisində yolun kənarına həmin İran vətəndaşının atdırdığı yerdən götürüb əldə etdiyini, həmin İran vətəndaşının onun bank hesabına 500 manat ödəyəcəyi təqdirdə həmin kütləni Bakı şəhərinə aparıb deyəcəyi yerə qoyması üçün götürüb üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 325 qram olması müəyyən edilmişdir. Daha sonra həmin kütlə qablaşdırılmış, möhürlənmiş, götürülmüş və bu barədə tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 ifadəsinin davamında həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və onun üzərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı təsir, təzyiq göstərilməmiş və ya digər qanunsuz hərəkətlərə yol verilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən yanında Rövşən adlı və ya digər hər hansı şəxs olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs 320 qram psixotrop maddə metamfetaminin sonuncuya məxsus olmasını etiraf etmədiyi təqdirdə həmin psixotrop maddənin Təqsirləndirilən şəxs evindən çıxacağını bildirməsinə dair göstərdikləri tamamilə yalandır. Belə ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən onun müdafiəçisi də yanında olmuş, həmçinin şəxsi axtarış video çəkilişdən istifadə edilməklə keçirilmiş və Təqsirləndirilən şəxs sorğu-sual zamanı da üzərindən aşkar edilmiş həmin psixotrop maddə metamfetamini hətta hansı şəkildə əldə etməsini də təfərrüatı ilə göstərmişdir. Onu da bildirir ki, Təqsirləndirilən şəxs günorta saat 12-də saxlanılmamış, 14 oktyabr 2022-ci il tarixdə saat təxminən 23:30 radələrində Bərdə rayonu, Divanlı kəndində avtomobil yolunun kənarında saxlanılmışdır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional Şöbəsinin təhqiqatçısı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə bildirir ki, Təqsirləndirilən şəxs barəsində material onun icraatına daxil olduqdan sonra 15 oktyabr 2022-ci il tarixdə sonuncunun tutulması barədə qərar qəbul olunmuş, Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra şübhəli şəxs kimi tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparılması haqqında qərar qəbul edildikdən sonra, onun üzərində müdafiəçisinin iştirakı ilə və video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd şəffaf rəngli sellofan torbada psixotrop maddə metamfetamin aşkar edilmiş, həmin kütlə elektron tərəzidə çəkilərkən miqdarının 325 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu bildirmiş, həmin maddəni sosial şəbəkədə tanış olduğu İran vətəndaşının bildirməsinə əsasən Yevlax rayonu, Malbinəsi kəndindin ərazisində yolun kənarına həmin İran vətəndaşının atdırdığı yerdən götürüb əldə etdiyini, həmin İran vətəndaşının onun bank hesabına 500 manat ödəyəcəyi təqdirdə həmin kütləni Bakı şəhərinə aparıb deyəcəyi yerə qoyması üçün götürüb üzərində saxladığını bildirmişdir. Şahid3 ifadəsinin davamında həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı hər hansı təsir, təzyiq göstərilməmiş və ya digər qanunsuz hərəkətlərə yol verilməmişdir. Təqsirləndirilən şəxs 320 qram psixotrop maddə metamfetaminin sonuncuya məxsus olmasını etiraf etmədiyi təqdirdə həmin psixotrop maddənin Təqsirləndirilən şəxs evindən çıxacağını bildirməsinə dair göstərdikləri tamamilə yalan və uydurma olmaqla heç bir həqiqəti əks etdirmir. Belə ki, təqsirləndirilən şəxsin barəsində bütün təhqiqat onun müdafiəçisinin iştirakı ilə keçirilmiş, hətta şəxsi axtarışın keçirilməsinə dair istintaq hərəkəti videoçəkilişdən istifadə edilməklə keçirilmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında protokol”dan, həmçinin xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sol yan cibində olan 1 ədəd şəffaf rəngli sellofanın içərisində olan psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmiş, həmin maddə təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin psixotrop maddə metamfetaminə bənzər kütləni sosial şəbəkədə tanış olduğu İran vətəndaşının bildirməsinə əsasən Yevlax rayonu, Malbinəsi kəndinin ərazisində yolun kənarına atdırdığı yerdən götürdüyünü, həmin İran vətəndaşının onun bank hesabına 500 manat ödəyəcəyi təqdirdə həmin kütləni Bakı şəhərinə aparıb deyəcəyi yerə qoyması üçün üzərində saxladığını bildirmişdir. Həmin bir ədəd sellofan torba elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə birlikdə ümumi çəkisinin 325 qram olması müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh.28-30, 47-48). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 15 oktyabr 2022-ci il tarixli, 17/783 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 1 (bir) ədəd şəffaf sellofan torbada, təmiz çəkisi- 321,281 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir (iş vərəqə: cild İ, səh.36-39). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 127 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Onun narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.125). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs vermiş və şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxsin barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və satış məqsədilə saxladığı psixotrop maddələri qabaqcadan əlbir olub bir qrup şəxs halında əldə etməsi müəyyən edilmədiyindən onun barəsində Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir, bundan başqa həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində 1 ədəd şəffaf rəngli sellofan bükümdə olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 321,231 qram psixotrop maddə metamfetamin maddi sübut qismində tanınmış və Bərdə rayon Polis Şöbəsində saxlanca təhvil verilmiş, eləcə də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.130-137). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı xx.xx.2022-ci il tarixdən tutulmuş hesab edilmişdir (iş vərəqə: cild İ, səh.19). Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.71-76). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən, həmçinin işdə olan qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2, 185.2.4-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarına əsasən həmin hökm dəyişdirilərək onun əməli Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsindən həmin Məcəllənin 29,120.1-ci maddəsinə tövsif edilmiş və ona qəti olaraq 09 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, sonra isə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarına əsasən o, cəzasının 09 ay 28 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Həmin tələbnamədən həmçinin görünür ki, Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonra isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin həmin hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs 02 il 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və onun barəsində Azərbaycan Respublikası Milli Məclisinin “Amnistiya elan edilməsi haqqında Qərar”ı tətbiq edilərək 02 il 08 ay azadlığın məhdudlaşdırılması cəzasının müddəti 01 il endirilməklə, onun üzərində qəti olaraq 01 il 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (iş vərəqə: cild İ, səh.77-79, 93-103). Məhkəmənin sorğusu əsasında Ağdam rayon İcra və probasiya Şöbəsindən göndərilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən qəti olaraq təyin edilmiş 01 il 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs tərəfindən 07 ay 27 gün hissəsi çəkilmiş, çəkilməmiş qalan cəzası 01 il 03 gün təşkil edir (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqları var (iş vərəqə: cild İ, səh.124). Məhkəmə baxışı zamanı cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış istintaq hərəkətinin video çəkilişi nümayiş etdirilərkən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sol yan cibində olan 1 ədəd şəffaf rəngli sellofanın içərisində olan psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmiş, həmin maddə təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu bildirmiş, həmin metamfetamini sosial şəbəkədə tanış olduğu İran vətəndaşının bildirməsinə əsasən Yevlax rayonu, Malbinəsi kəndinin ərazisində yolun kənarına atdırdığı yerdən götürdüyünü, həmin İran vətəndaşının onun bank hesabına 500 manat ödəyəcəyi təqdirdə həmin kütləni Bakı şəhərinə aparıb deyəcəyi yerə qoyması üçün üzərində saxladığını bildirmişdir. Həmin bir ədəd sellofan torba elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə birlikdə ümumi çəkisinin 325 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmçinin təhqiqatçının sualına cavab olaraq ona qarşı polis əməkdaşları tərəfindən hər hansı təsir, təzyiq və ya digər qanunsuz hərəkətlərə yol verilmədiyini bildirmişdir (iş vərəqə: cild İ, səh.30). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “metamfetamin” psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş “metamfetamin” psixotrop maddəsinin miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da müəyyən edilmiş “metamfetamin” psixotrop maddəsinin külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni onun psixotrop maddə metamfetamini polislər üçün işləyən Rövşən adlı şəxsdən aldığı, özünün polis əməkdaşları tərəfindən saxlanılarkən həmin Rövşən adlı şəxsin də orada olduğu və polislərin Rövşən adlı şəxsi tutmadığı, bundan başqa polis əməkdaşlarının 320 qram psixotrop maddə olan metamfetamini göstərərək həmin metamfetaminin ona məxsus olmasını etiraf etmədiyi təqdirdə həmin psixotrop maddənin onun evindən çıxacağını bildirmələri, polis əməkdaşlarının onu cinayət işinin materiallarında göstərilən saatda deyil, günorta saat 12-də saxlamaları barədə ifadəsində göstərdiklərini məhkəmə onun cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 33-cü bəndində göstərilmişdir ki, “Hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir”. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildikdən sonra 15 oktyabr 2022-ci il tarixdə müdafiəçisinin iştirakı ilə verdiyi izahatında, həmçinin həmin tarixdə şübhəli şəxs kimi dindirilərkən, daha sonra isə 16 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini internet vasitəsilə sosial şəbəkələrdə əlaqə saxladığı İran İslam Respublikasının vətəndaşının təklifinə əsasən ona göndərdiyi metamfetamini Bakı şəhərinə aparıb həmin şəxsin dediyi yerə qoyacağı təqdirdə ona 500 manat pulu bank hesabına onlayn qaydada ödəyəcəyini, özünün maddi imkanının pis olduğundan həmin İran vətəndaşı ilə razılaşdığını, həmin İran vətəndaşının psixotrop maddəni Yevlax rayonu, Malbinəsı kəndi ərazisində yolun kənarına atdırdığını dediyini və onun göndərdiyi şəklə görə həmin yerə gedib psixotrop maddə metamfetamini götürüb üzərində saxlayaraq Bərdə rayonuna gəldiyini etiraf etmiş, həmçinin şəxsi axtarış zamanı həmin metamfetamin çəkilərkən miqdarının 325 qram olduğunun müəyyən edildiyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmədə təqdimata baxılarkən də izahatında özünü elan edilmiş ittiham üzrə təqsirli bildiyini, törətdiyi əməlini etiraf etdiyini, əməlindən peşman olduğunu bildirmiş və izahatında polis əməkdaşlarının 320 qram psixotrop maddə olan metamfetamini ona məxsus olmasını etiraf etmədiyi təqdirdə həmin psixotrop maddənin onun evindən çıxacağını bildirmələri və yaxud polis əməkdaşlarının ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol vermələri barədə heç nə bildirməmişdir. İlkin ibtidai araşdırma zamanı onun üzərində şəxsi axtarış keçirilərkən həmin istintaq hərəkətinin keçirilməsində onun saxlanılmasında iştirak edən polis əməkdaşları iştirak etsələr də, ibtidai araşdırmanın sonrakı mərhələsində təqsirləndirilən şəxs qismində müstəntiqə sərbəst şəkildə ifadə verərkən və ya məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən də təqsirləndirilən şəxs ona hər hansı qanunsuz təsir edilməsi ilə bağlı hər hansı narazılığını bildirməmişdir. O, yalnız xx.xx.2023-cü il tarixdə cinayət işinin materialları ilə tanış olarkən özünü Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilmədiyini, onun üzərindən 21 qram psixotrop maddə metamfetamin aşkar edildiyini və Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi inkaredici hallar cinayət işinin faktiki hallarına ümumiyyətlə uyğun olmadığı kimi, məhkəmə araşdırması zamanı da heç bir dəlillərlə öz təsdiqini tapmadığından, heç bir əsası olmayan, yalan və uydurma məlumatlar olmaqla yalnız təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmaq üçün verdiyi və özünün müdafiəsinə yönəlmiş, cinayət işinin bütün materialları ilə təkzib olunmaqla həqiqətə uyğun olmayan ifadələr olduğu təsdiq edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini hazırda dəyişməsinin səbəbini aydınlaşdırarkən Təqsirləndirilən şəxs ifadəsini dəyişməsinə səbəb kimi ibtidai araşdırma zamanı polis əməkdaşlarının 320 qram psixotrop maddə olan metamfetamini göstərərək həmin metamfetaminin ona məxsus olmasını etiraf etmədiyi təqdirdə həmin psixotrop maddənin onun evindən çıxacağını bildirmələri ilə əlaqədar olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs göstərdiyi həmin əsas inandırıcı olmamaqla yanaşı, cinayət işinin bütün halları ilə təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı eyni müstəntiqə etirafedici ifadələr vermiş, sonradan isə ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə məlumat verildikdən sonra, o, cinayət işinin materialları ilə tanış olub münasibətini bildirərkən eyni müstəntiqə özünü Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilmədiyini göstərmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələrinin polis əməkdaşlarının təsiri ilə əlaqədar olduğunu göstərsə də, onun ibtidai araşdırma zamanı inkaredici fikirlərini də bildirməsi və bunun cinayət işinin materiallarında öz əksini tapması təqsirləndirilən şəxsin məhkəmədə polis əməkdaşlarının ona təsir göstərməsinə dair bildirdiyi halların həqiqətə uyğun olmadığını bir daha təsdiq edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində psixotrop maddə metamfetamini polislər üçün işləyən Rövşən adlı şəxsdən aldığını, özünün polis əməkdaşları tərəfindən saxlanılarkən həmin Rövşən adlı şəxsin də orada olduğunu, həmçinin polis əməkdaşlarının onu cinayət işinin materiallarında göstərilən saatda deyil, günorta saat 12-də saxlamaları barədə bildirdikləri ilə əlaqədar qeyd edir ki, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi həmin hallar nə şahid ifadələri ilə, nə təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə, nə də işin digər halları ilə öz təsdiqini tapmamışdır, qeyd edilən həmin halları Təqsirləndirilən şəxs yalnız məhkəmə iclasında ifadəsində bildirmişdir. Təqsirləndirilən şəxsin yalnız məhkəmə baxışında bildirdiyi və ibtidai araşdırmanın bütün müddəti ərzində ümumiyyətlə göstərmədiyi həmin inkaredici halları ibtidai araşdırma zamanı da bildirməsi imkanlarının olmasına baxmayaraq, həmin göstərdiyi halları ibtidai istintaqda heç vəkilinə də bildirməməsi və ya barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılarkən məhkəmədə hakimə bildirməsi imkanlarının olmasına baxmayaraq və yaxud ibtidai istintaqın sonunda cinayət işinin materialları ilə tanış olarkən bu barədə protokolda münasibətini bildirərkən özünü Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilmədiyini, onun üzərindən yalnız 20 qram psixotrop maddə metamfetamin aşkar edildiyini göstərərkən də məhkəmə baxışı zamanı qeyd etdiyi həmin inkaredici hallar barədə də bildirməsi imkanlarının olmasına baxmayaraq, məhkəmədə qeyd etdiklərini göstərməməsi Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirdiklərinin həqiqətə uyğun olmadığını və heç bir dəlillərlə təsdiqini tapmadığını bir daha təsdiq edir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi həmin “qanunsuz hərəkətlər” barədə heç bir səlahiyyətli orqanlara şikayət ünvanlamaması, hətta onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının ona təsiri nəticəsində şikayət etməməsi nəzərə alınarsa, ibtidai istintaqın sonrakı mərhələsində də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan və orada həmin polis əməkdaşlarının təqsirləndirilən şəxsə hər hansı təsir etmək imkanının olmadığı şəraitdə də həmin hallar barədə təqsirləndirilən şəxsin bildirməməsi onun həmin ifadələrinin inandırıcı olmadığını və yalan olduğunu bir daha təsdiq edir. Cinayət işinin materiallarına nəzər yetirilərkən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsindən başlayaraq o, əvvəlcə tam şəkildə etirafedici ifadələr vermiş və üzərindən həqiqətən də 325 qram psixotrop maddə olan metamfetamin aşkar edildiyini göstərmiş və həmin psixotrop maddəni hansı şəkildə və hansı məqsədlə əldə etdiyini təfərrüatı ilə göstərmiş, ibtidai istintaqın qurtarması ərəfəsində cinayət işinin materialları ilə tanış olarkən əvvəlki bütün ifadələrindən fərqli olaraq onun üzərindən 21 qram psixotrop maddə metamfetamin aşkar edildiyini bildirmiş, məhkəmə araşdırması zamanı isə əvvəlcə həmin psixotrop maddə metamfetamini yerdən tapdığını, sonra isə yenə də ifadəsini dəyişdirərək həmin maddəni özünün istifadə etməsi üçün polis əməkdaşlarına işləyən Rövşən adlı şəxsdən aldığını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs verdiyi ziddiyyətli ifadələrini- onun üzərindən 20 qram psixotrop maddə metamfetamin aşkar edildiyini, həmin maddəni polislər üçün işləyən Rövşən adlı şəxsdən aldığını, özünün polis əməkdaşları tərəfindən saxlanılarkən həmin Rövşən adlı şəxsin də orada olduğunu, polis əməkdaşlarının 320 qram psixotrop maddə olan metamfetamini göstərərək həmin metamfetaminin ona məxsus olmasını etiraf etmədiyi təqdirdə həmin psixotrop maddənin onun evindən çıxacağını bildirmələri, polis əməkdaşlarının onu cinayət işinin materiallarında göstərilən saatda deyil, günorta saat 12də saxlamalarını, həmçinin üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini yalnız istifadə etmək üçün əldə etdiyini bildirməsinə dair inkaredici ifadələrini, onlar cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq edilən yuxarıda göstərilmiş sübutları və faktiki halları ilə təkzib edildiyindən məhkəmə təqsirləndirilən şəxsin həmin inkaredici ifadələrini sübut növü kimi qəbul etmir. Təqsirləndirilən şəxs satış məqsədi ilə 321,281 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz əldə edərək üzərində saxlaması, 14 oktyabr 2022-ci il tarixdə saat təxminən 23:30 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu, Divanlı kəndində avtomobil yolunun kənarından Bərdə RPŞ-yə gətirilməsi, Bərdə RPŞ-də üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən 321,281 qram qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin aşkar edilərək götürülməsi “Şəxsi axtarış aparılması haqqında” protokol, digər istintaq hərəkəti protokolları, şəxsi axtarışın keçirilməsinin əks olunduğu video disk, digər maddi sübut, ekspert rəyləri, şahid ifadələri, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təsdiq edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ondan aşkar edilmiş külli miqdarda psixotrop maddə olan metamfetamini istifadə etmək məqsədilə əldə etməsinə dair ifadəsində göstərdikləri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs ifadə verərkən narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən psixotrop maddə metamfetamindən istifadə etdiyini, ona görə də həmin maddələri istifadə etmək üçün əldə etdiyini göstərmişdir. Lakin cinayət işinin materiallarında Təqsirləndirilən şəxs barəsində olan məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, həmçinin həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən ümumiyyətlə istifadə etmir, o, yalnız narkotik vasitə olan kannabinoidlərdən epizodik hallarda istifadə etmişdir. Narkomaniya xəstəliyindən heç bir asılılığı olmayan və ümumiyyətlə psixotrop maddə olan metamfetamindən istifadə etməyən şəxsdən metamfetamin aşkar edilməsi və yaxud narkotik vasitə olan kannabinoidlərdən epizodik hallarda istifadə edən şəxsin külli miqdar həddindən dəfələrlə çox metamfetamin əldə edib saxlaması, həmin külli miqdarda olan psixotrop maddəni istifadə məqsədilə saxlayıb daşımasına dair ifadəsinin inandırıcı olmadığını bir daha təsdiq etməklə və onun inkaredici ifadələri cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq edilən sübutları ilə təkzib edildiyindən məhkəmə təqsirləndirilən şəxsin həmin inkaredici ifadələrini də sübut növü kimi qəbul etmir. Beləliklə də, cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş yuxarıda sadalanan həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edərək saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2, 185.2.4-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarına əsasən həmin hökmün dəyişdirilərək onun əməlinin Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsindən həmin Məcəllənin 29,120.1-ci maddəsinə tövsif edilməsi və ona qəti olaraq 09 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, sonra isə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarına əsasən onun cəzasının 09 ay 28 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi, həmçinin Tərtər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi,xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilməsi, bundan başqa Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, sonra isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin həmin hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs 02 il 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi və onun barəsində Azərbaycan Respublikası Milli Məclisinin “Amnistiya elan edilməsi haqqında Qərar”ı tətbiq edilərək 02 il 08 ay azadlığın məhdudlaşdırılması cəzasının müddətinin 01 il endirilməklə, onun üzərində qəti olaraq 01 il 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması və həmin cəzanın Təqsirləndirilən şəxs tərəfindən 07 ay 27 gün hissəsinin çəkildiyi, çəkilməmiş qalan cəzasının 01 il 03 gün təşkil etməsi ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə olan sonuncu məhkumluğundan başqa, onun digər məhkumluqları Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə ona qəti olaraq təyin edilmiş 01 il 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmamış hazırki cinayət əməlini törətdiyindən onun həmin məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilməmişdir. Bundan başqa, məhkəmənin sorğusu əsasında Ağdam rayon İcra və probasiya Şöbəsindən göndərilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən qəti olaraq təyin edilmiş 01 il 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs tərəfindən 07 ay 27 gün hissəsi çəkilmiş, çəkilməmiş qalan cəzası 01 il 03 gün təşkil edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalı, hazırki hökm üzrə təyin ediləcək cəzaya Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(103)- 1935/2021 saylı qərarı ilə təyin edilmiş 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 3 (üç) gün hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla (azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla) Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməlidir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 14 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş 15 oktyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması barədə protokol”dan görünür ki, Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 14 oktyabr 2022-ci il tarixdən tutulmuş hesab edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Ona görə də, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, sonra isə Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 14 oktyabr 2022-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 06 yanvar 2023-cü il tarixli, 127 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bərdə Rayon Polis Şöbəsində saxlanca verilmiş maddi sübut qismində tanınmış qalıq çəkisi 321,231 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntülərin əks olunduğu və cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(103)- 1935/2021 saylı qərarı ilə təyin edilmiş 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 (bir) il 3 (üç) gün hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla (azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla) hazırkı hökmlə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı 14 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bərdə Rayon Polis Şöbəsində saxlanca verilmiş qalıq çəkisi 321,231 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntülərin əks olunduğu və cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Mikayıl Məmmədzadə
Məhkəmə qərarları › İş №1(100)-221/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-221/2023
14.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver