Məhkəmə qərarları › İş №1(100)-221/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-221/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-221/2025 22.01.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Müslümov Bəhruz Filizman oğlundan ibarət tərkibdə, X5 məhəkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxx 1993-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azarbaycan Respublikasının vatandaşı, orta tahsilli, işləməyən, ailəli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Turan küçəsi, ev 81-də qeydiyyatda olmaqla yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhəkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq aldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan 9.737 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində daşımaqla saxlamış, 19 fevral 2024-cü il tarixdə Gəncə Şəhər Baş Polis İdarasinin CAİ-na daxil olmuş məlumət əsasında həmin idarənin əməkdaşları tərəfındən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat 14:35 radalərində Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən «Lukoil» yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanılaraq, ünvan 1 ünvanda yerləşən Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmiş, həmin idarədə onun üzərinə şəxsi axtarış aparılması zamanı əynində olan boz rəngli şalvarın sağ ön yan cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 9.737 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, sığorta şirkətində işləmişdir. O, fevral ayının 19-da Gəncə şəhəri, Dədə Qorqud küçəsi ilə işıqforun kəsişməsində yerləşən «qırmızı yanacaq doldurma» məntəqəsinin yanından tutulmuş, qolu burulub zorla avtomobilə əyləşdiriilmiş, baş idarəyə aparılmışdır. Polis idarəsində qarşısına silah və narkotik vasitə qoyulmuş, “bunun ya birini, ya da hər ikisini qəbul etməlisən” demişlər. O da heç birini qəbul etməyəcəyini demişdir. Daha sonra o ailəsi ilə təhdid etdilərək, üzərinə 5 nəfər gəldikdən sonra məcbur qalmış, narkotik vasitəni qəbul etmişdir. Həmin vaxt ona əgər o narkotik vasitəsini qəbul edərsə onun yüngül cəza ilə çıxmaq ehtimalının olacağı deyilmişdir. Sonradan ona CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verildiyinin rəsmiləşdirilməsini bilmişdir. Həmin vaxt polis əməkdaşı balasının canına and içərək “sənlik bir şey yoxdur sən getməlisən, zakazsan” demişdir. Daha sonra təqsirləndirilən şəxs verilmiş sualları cavablandıraraq ifadəsində göstərmişdir ki, heç kim ona nəyə görə tutulduğunu izah etməmişdir. O, tutulduqdan sonra ailəsi ilə təhdid edilmiş, əgər narkotiki qəbul etməsə, narkotik vasitənin evinə qoyulacağı və qardaşının gətiriləcəyi ilə hədələnmişdir. Onu 3 nəfər tutmuş, o günorta saat 15 radələlərində tutulmuşdur. O, tutulan zaman hansı avtomobillə aparıldığını xatırlamır. Narkotik vasitəni ona polis əməkdaşı vermiş, polis müstəntiqi narkotik vasitəni özü çıxarıb masanın üzərinə qoymuşdur. Çəkiliş zirzəmidə olmuş, polis əməkdaşı gödəkçənin cibindən narkotik vasitəni çıxarıb masaya qoymuş, daha sonra çəkilişə başlanmışdır. O, ilk çəkiliş zamanı narkotik vasitəni qəbul etmədiyindən çəkiliş dayandırılmışdır. Məhkəmədə qətimkan tədbirinin seçilməsi zamanı o haqsız olaraq tutulduğunu desə də, üzərində hər hansı bir xəsarət olmadığından rəsmi olaraq heç yerə şikayət verməmişdir. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaq zamanı müdafəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, «yuxarda göstərilən ünvanda ailəmlə birlikdə yaşayıram. Mən əvvələr narkotik vasitə istifadə etmişəm. Mən 17 fevral 2024-cü tarixdə Gəncə şəhəri “Qaraçılar” adlanan küçədə yerləşən 41 nömrəli orta məktəbin yaxınlığında yerdən bir büküm tapdım, mən bükümü yerdən götürüb baxanda bükümdə psixotrop maddə metamfetamin olduğunu gördüm. Mən həmin bükümü cibimə qoydum. xx.xx.2024-cü il tarixdə saat 14:35 radələrində Gəncə şəhəri D.Qorqud küçəsində “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında olarkən 3 nəfər mülki geyimli şəxs mənə yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etdilər. Sonra onlar məni Gəncə Şəhər BPİ-nə dəvət etdilər. Mən də etiraz etmədim və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər BPİ-nə gəldim və orada inzibati otaqların birində mənim hüquqularımı müdafiə etmək üçün müdafiəçi ilə təmin olundum. Bundan sonra üzərimə şəxsi axtarış keçirildi. Şəxsi axtarış keçirilməmişdən əvvəl mənə təklif etdilər ki, üzərimdə qanunla qadağan olunmuş hərhansı bir əşya, predmet, dövriyyəsi qadağan edilmiş narkotik vasitə varsa təqdim edim. Mən də artıq polis əməkdaşlarının məni saxladığını və başqa çıxış yolum olmadığını fikirləşərək onlara üzərimdə olan boz rəngli şalvarın sağ ön yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş halda olan kütləni, şalvarın sol ön yan cibindən 1 ədəd “Samsung A 10” markalı mobil telefonu, şəxsiyyət vəsiqəmi və 6 ədəd açarı təqdim etdim. Sonra həmin bükülüdə olan psixotrop maddə olan metamfetamin müdafiəçimin iştirakı ilə aptek tərəzisində çəkildi, ümumi çəkisi 10 qram oldu. Mən “patı” adlandırdığım həmin psixotrop maddədən heç kimə satmadığımı, başqa yerdə saxlamadığımı bildirdim. Bundan sonra mənim üzərimdən aşkar edilmiş psixotrop maddə metamfetamin bir ədəd zərfə qoyularaq 91 saylı möhürlə möhürləndi. Sonra 6 ədəd açar və şəxsiyyət vəsiqəm maddi sübut əhəmiyyəti kəsb etmədiyindən özümə geri qaytarıldı. Bundan əlavə üzərimdən aşkar edilmiş 1 ədəd “Samsung A 10” markalı mobil telefon istintaq üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürüldü. Bu barədə protokol tərtib edilərək video çəkildi, protokolun doğruluğunu imzalarla təstiq etdik”. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 19 fevral 2024-cü ildə Gəncə şəhər Baş Polis İdarəsinə Təqsirləndirilən şəxs barəsində narkotik vasitələri üzərində gəzdirməsi və satışı ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmış və əməliyyat qrupunun tərkibinə Gəncə şəhər Baş Polis İdarəsinin cinayət axtarış idarəsinin kiçik inspektoru Şahid3 və kiçik inspektor Şahid2 da daxil olmuşlar. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış və Gəncə şəhər Baş Polis İdarəsinə dəvət olunmuş, idarədə üzərinə baxış keçirillmiş və üzərindən psixotrop maddə aşkar olunaraq sənədləşdirilmişdir.Əməliyyat məlumatı onun olmuş, əməliyyat məlumatının məzmunu narkotik vasitələri üzərində daşıma və satışı ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxsin barəsində əməliyyat məlumatı bir neçə dəfə daxil olmuşdur. Təqsirləndirilən şəxsin üzərinə baxış keçirilərkən bir dəfə çəkiliş olmuşdur. Çəkilişdə psixotrop maddəni təqsirləndirilən şəxs özü təqdim etmiş və məktəbin yaxınlığında tapdığını bildirmişdir Təqsirləndirilən şəxsə heç bir fiziki psixoloji təsir göstərilməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitəni satması ilə bağlı heç bir məlumat əldə etmək mümükün olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 oglu ifadəsində göstərmişdir ki, 2024-ün fevral ayında bir nəfər şəxsin üzərində narkotik vasitəni gəzdirməsi, istifadəsi və satışı ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış, əməliyyat qrupu ilə şəxsin “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında olduğunu müəyyən etmişlər, şəxsə yaxınlaşaraq polis əməkdaşları olduqlarını deyib, özlərini təqdim etmiş və daha sonra şəxsi Gəncə şəhər Baş Polis İdarəsinə gətirmişlər. Qanuna uyğun olaraq təqsirləndirilən şəxsə üzərində qanunla qadağan olunmuş hər hansı maddəsini olubolmaması soruşulumuş, Təqsirləndirilən şəxs üzərində olan narkotikə bənzər kütləni onlara təqdim etmişdir. O əmliyyatda iştirakçı olmuş, təqsirləndirilən şəxsə heş bir zor tətbiq etməmiş, şəxsi axtarışda iştirak etmişdir. Çəkiliş dayandılımamış, çəkilişin dayandırılması üçün heç bir əsas olmamışdır.Onlar təqsirləndirilən şəxsi təhdid etməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Gəncə şəhər Baş Polis İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, təqsirləndirilən şəxs saxlanılmış, Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmişdir. Polis idarəsində təqsirləndirilən şəxsin üzərinə videoçəkilişlə baxış keçirilmiş, sonuncu cibindən psxotrop maddəni çıxarıb təqdim etmişdir. Həmin vaxt təqsirləndirilən şəxsin üzərində bir ədəd telefon da olmuşdur. Təqsirləndirilən şəxsə heç bir fiziki, psixoloji təsir olunmamış, sonuncunun saxlanılmasında şəxsən iştirak etmişdir. Təqsirləndirilən şəxsin üzərində metamfetamin olmuşdur. Çəkiliş bir dəfə aparılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq olunmuş 19 fevral 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şaxsi axtarış aparılması zamanı əynində olan boz rangli şalvarın sağ ön yan cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 9.737 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin təqdim etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Gəncə şəhər məhkəməsinin 20 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 19 fevral 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 19 fevral 2024-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2024-cü il tarixdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 21 may 2024-cü il tarixli “Sübutların qiymətləndirləməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış va tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 9.637 qram olan psixotrop maddə olan metamfetamin cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin maddi sübutların saxlama anbarına saxlanca verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 26 fevral 2024-cü il tarixli “video görüntüyə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfındən keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra onun üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı qeydə alınmış video görüntünü özündə əks etdirən 1 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər BPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis baş leytenantı X1, Gəncə şəhər BPİ-nin Cinəyət Axtarış İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 həmin idarənin kiçik inspektorları, polis baş serjantı Şahid3 va polis baş serjantı Şahid2, həmçinin Gəncə 1 saylı vəkil bürosunun vəkili X6 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və ona bu barədə bildiriş təqdim olunmuşdur. Bundan sonrə ondan üzərində hər hansı narkotik vəsitə və qanunsuz əşyanın olub-olmadığı soruşulmuş,Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvanın sağ ön yan cibindən 1 ədəd şəffaf rəngli polietilen kəsiyinə bükülmüş psixotrop maddə olan metamfetamini həmin şalvarın sol ön yan cibindən, bir ədəd «Samsung A10» markalı mobil telefonu və ayninda olan şalvarın qayış yerinə keçirilmiş açarları təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin sellofanın içərisində olan kütlənin nə olduğu və haradan əldə etdiyi təhqiqatçı tərəfindən soruşulmuş, Təqsirləndirilən şəxs sellofan bükülüdə olan kütlənin psixotrop maddə olduğunu və həmin kütləni tutulmamışdan iki gün əvəllər Gəncə şəhəri, 41 saylı orta məktəbin yaxınlığında yerdən tapdığını, həmin bükülüdən istifadə etmədiyini, heç kimə satmadığını, başqa yerdə saxlamadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilən zaman üzərindən heç bir əşya aşkar olunmamışdır. Bundən sonra Təqsirləndirilən şəxs üzərində aşkar olurmuş kütlə elektron tərəzisində çəkilmiş və həmin kütlənin çəkisi 10 gram olmuşdur. Həmin kütlə götürülərək iştirakçıların yanında zərfə qoyulub Azarbaycan Respublikası DİN-nin 91 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi «Samsung A10» markalı mobil telefonun arxa tərəfində qoruyucu üzlüyün altından özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar olunmuş,Təqsirləndirilən şəxs götürülmüş açarlar və şəxsiyyət vəsqəsi iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmış, mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 20 fevral 2024-cü tarixli 16/237 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində « şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə .....» sözlər və imzalar olan kağız paketdəki, 1(bir) ədəd şəffaf sellofan polietilen kəsiyi bükümündə təmiz çəkisi 9.737 gram maddə, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azarbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azarbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilmasinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekusorların» siyahısına əsaslanaraq yoxlanılmış və psixotrop maddə olan metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in 1-ci siyahısının İİ bəndinə daxil olması müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 04 mart 2024-cü il tarixli 366 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizotik istifadə etmə halları olmuşdur. Narkomaniya xastəliyindan azəb çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş əməliyyat tapşırığından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini satış məqsədilə əldə edib daşıyaraq saxlaması müəyyən edilmişdir. Onun psixotrop maddələrin satdığı şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində hazırda müsbət nəticə əldə olunmasa da bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilir. Bundan əlavə bir sıra əməliyyataxtarış tədbirləri həyata keçirilsə də, Təqsirləndirilən şəxs psixotrop məddə olan metamfetamini hansı mənbədan və nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, qanunsuz olaraq narkotik vasitə əldə etməsində Təqsirləndirilən şəxs kiminsə köməklik etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitələrdən əlavə olaraq digər yerdə gizlədərək saxlaması müəyyən edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin 22 yanvar 2025-ci il tarixli 57/2-2243/25 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin X7 təhvil verilərkən üzərində heç bir xəsarət olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının 17 yanvar 2025-ci il tarixli 3-16-17/41/2-323/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına təhvil verilərkən üzərində heç bir xəsarət olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş 01 aprel 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Baş Prokurorluğa daxil olmuş məlumat əsasında Xidməti araşdırmalar idarəsində toplanmış 3342-c-24 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və bu barədə hüquqları izah olunmaqla Təqsirləndirilən şəxs müvafiq məlumat verilmişdir. Məhkəmə təqsirəlndirilən şəxsin ona elan olunmuş ittham üzrə özünü təqsirli bilməyərək psixotrop maddə olan metamfetaminin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən zorla üzrərinə qoyulması barədə ifadəsinə təniqidi yanaşaraq, işin faktiki hallarına uyğun olmadığından və cinayət işinin materiallarında olan sübutlar, təqsirləndirilən şəxsin istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi psixotrop maddəni məktəbin yanında tapması ilə bağlı etirafedici ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokoları ilə təkzib edildiyindən və həmin ifadəni inandırıcı hesab etməyrək özünü müdafiə məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə psixotrop maddə olan metamfetamin əldə edib daşıyaraq saxlamasına görə Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittihama gəlincə isə məhəkəmə kollegiyası hesab edir ki, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminın satışı ilə məşğul olmasına və satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut mövcud olmamışdır. Belə ki, məhkəmədə dindirilmiş bilavasitə sübut kimi kimi qiymətləndirilən şahidlərin ifadələri ilə də Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satış məqsədi ilə saxlaması təsdiq olunmamışdır. Eləcə də ibtidai istintaq zamanı da təqsirləndirilən şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması, o cümlədən satış məqsədi ilə üzərində saxlaması və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda 9.637 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini aldığı şəxsin şəxsiyyətini və olduğu yerin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlinin külli miqdarda, yəni təmiz çəkisi 9.637 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində narkotik maddəni satış məqsədi ilə saxlamasını sübut etməyən şahidlərin qeyri-müəyyən və ehtimal olunan ifadələrə, o cümlədən yuxarıda sadalanan ehtimallara əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanının topladığı qeyd edilən sübutlarının heç biri mötəbər, biri-birini tamamlayan, işin faktiki hallarına əsaslanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın verilməsi üçün nəticəyə gəlməyə imkan verən düzgün və əsaslı sübut kimi qiymətləndirilə bilməz. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarın, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən Plenumun Qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin psixotrop maddə olan metamfetamin satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər sübut olmadığı halda yalnız narkotik maddənini çəkisinin çox olması ehtimalı ilə satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə kollegiyası hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə kollegiyası hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlama kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət Prosessual Qanunun tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə olan metamfetamini qanunsuz olaraq satış məqsədi ilə saxlamasına dair heç möhtəbər sübut yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli qanunun 1.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinə dəyişilik edilərək həmin məcəlləyə 234.1-1 maddəsi əlavə edilmişdir (qanun 20 may 2022-ci il tarixdə dərc edilmişdir). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə külli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib saxlama cinayətinin əlamətləri olmadığından, onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri, məhkəmədə araşdırılmış işin digər materialları ilə sübuta yetirilmişdir. Beləliklə məhəkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış va tədqiqata sərf edildikdan sonra qalıq çakisi 9.637 qram olan psixotrop maddə olan metamfetamini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib saxlaması məhəkəmə istintqaında öz təsdiqini tapdığından onun əməli Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Yuxarıda qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirlən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Cinayət Məcəllənin 58.3-cü maddəsinə əsasən təqsirləndirlən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasının yüngülləşdirici hallar vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəliliyini nəzərə alınmaqla ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanı ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edildiyindən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmaldır. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdaə sonra qalıq çəkisi 9.637 qram olan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, narkotik vasitənin məhv edilməsi Gəncə şəhəri Baş Polis İdarəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməldir. Hamçinin cinayat işinə əlavə edilmiş şaxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin görüntülarini özündə əks etdirən 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmaldır. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Bundan əlavə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçilərin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən Təqsirləndirilən şəxs vəkili Müdafiəçi tərəfindən 40 iş saatı həcmində hüquqi yardım göstərilmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkli X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 19 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan 9.637 qram olan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhəri Baş Polis İdarəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Həmçinin cinayət işinə əlavə edilmiş şaxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 01(bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx manat) manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar