Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-222/2020 17.09.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X16 Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, Nəbizadə Məğrur Etibar oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, zərər çəkmiş şəxsin hüquqi varisi X3, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1969-cu ildə Bərdə rayonu Mirzəxan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkumluğu olmayan, Bərdə rayonu Mirzəxan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri əvəzinə təhlükəsizlik tədbiri seçilmiş, hazırda Səhiyyə Nazirliyi 1 saylı Psixiatriya xəstəxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.9-cu maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 18:50 radələrində Bərdə rayonu Mirzəxan kəndində yerləşən evdə birlikdə yaşadığı xx xxxxxx 1936-cı il təvəllüdlü, yaşı və fiziki göstəricilərinə görə ona müqavimət göstərmək imkanına malik olmayan atası X6 ailə və şəxsi münasibətlər zəminində qəsdən öldürmək qərarına gəlib onun həmin evin yataq otağında çarpayıda yatmış vəziyyətdə olmasından istifadə edərək, həmin otaqda yerləşən masanın üzərindən götürdüyü mətbəx bıçağı ilə bir dəfə döş qəfəsi nahiyəsindən qəsdən vurmaqla dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan, aorta damarının qalxan şaxəsinin yaralanması ilə döş qəfəsi nahiyəsinin sol yarısının daxilə keçən deşilmiş-kəsilmiş yarası xəsarəti yetirərək qəsdən öldürməklə cinayət əməlini törədənə qədər və həmin əməlini törətdiyi zaman düçar olduğu xroniki prosessual psixi xəstəlikdən əziyyət çəkərək cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmamış, Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə olmaqla özü üçün aşkar surətdə köməksiz vəziyyətdə olan atası X6 qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs uzun müddətdir ruhi xəstəlikdən əziyyət çəkir, o, xəstəliyi ilə əlaqədar bir neçə dəfə 1 saylı Respublika Psixiatriya Mərkəzində stasionar qaydada müalicə olunmuşdur. Xəstəliyi ilə əlaqədar mütəmadi olaraq dərman preparatları qəbul etmişdir. 2014-cü ildən etibarən Təqsirləndirilən şəxs, onun arvadı Nazlı və atası X15 rayonu Mirzəxan kəndində birlikdə yaşamışlar. Onun evi atasının evindən təxminən 150 metr məsafədə yerləşir. Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar tez-tez əsəbləşdiyindən əsəbi olduğu vaxtlarda atası ilə mübahisə etmişdir. O, Namiqin atası Əkbəri yalnız bir dəfə yumruqla vurduğunu da görmüşdür. Bundan sonra Namiqi müalicəyə göndərmişlər. Namiq iki ay müalicə olduqdan sonra nisbətən vəziyyəti yaxşılaşdığından evə buraxılmış, ancaq onun müalicəsi mütəmadi olaraq davam etmişdir. xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində o, Bərdə şəhərində işdə olarkən Namiqin arvadı Nazlı ona zəng edərək ağlayaraq Əkbər Mustafayevin ölməsi barədə məlumat vermişdir. O, dərhal atasının yaşadığı evə gəlmiş, Namiqin evin həyətində öz-özünə danışaraq gəzdiyini görmüşdür. Həmin vaxt Namiq ona bir söz deməmiş, yataq otağına daxil olduqda atasının çarpayıdan üzü üstə yerə yıxılmış vəziyyətdə olduğunu görmüşdür. O, dərhal atasına yaxınlaşmış, onun üz nahiyəsində qan ləkəsi aşkar etmiş, atasını qaldırmaq istədikdə onun paltarının ürək nahiyəsində qan ləkəsi aşkar etmiş, onun nəbzini yoxladıqda atasının artıq öldüyünü aşkar etmişdir. Həmin vaxt evdə olan şəxslər ona X10 qəsdən bir dəfə bıçaqla ürək nahiyəsindən vuraraq öldürdüyünü demişlər. O, baş vermiş hadisə barədə polisə məlumat vermək üçün evdən çıxdıqda, evin həyətində Namiq ona “qorxma özüm dirildəcəm atamı” sözlərini demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə zərər çəkmiş şəxsin hüquqi varisi X3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 qızı ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs ilə 2014-cü ilin avqust ayında nikah bağlanmadan ailə həyatı qurmuş, birgə nikahdan övladları olmamışdır. Onlar ailə həyatı qurduqdan sonra Namiqin atası Əkbərə məxsus Bərdə rayonu, Mirzəxan kəndində yerləşən evdə məskunlaşmışlar. Təqsirləndirilən şəxs ruhi xəstəlikdən uzun müddət əziyyət çəkmiş, bir neçə dəfə 1 saylı Respublika Psixiatriya Mərkəzində stasionar qaydada müalicə olunmuşdur. O, əsəbləşəndə hərəkətlərini idarə edə bilməmiş, atası Əkbər Mustafayevlə mübahisə etmiş, hətta bir dəfə yumruqla onu vurduğunu da görmüşdür. Namiq iki ay müalicə olunması üçün xəstəxanaya göndərilmiş, vəziyyəti normala döndükdən sonra evə buraxılmışdır. Təqsirləndirilən şəxs əsəbi olduğu vaxtlarda tez-tez onu və atası Əkbər Mustafayevi nalayiq söyüşlərlə təhqir etmişdir. Son dövrlərdə atası ilə Namiqin münasibətləri yaxşı olmuşdur. Ancaq Namiq əsəb sistemini sakitləşdirmək üçün lazım olan dərman vasitələrini qəbul etmədikdə tamamilə özünü idarəetməsini itirmişdir. Namiq bəzən özü həmin dərmanlardan iyrəndiyi üçün qəbul etmək istəməmişdir. xx xxxx 2020-ci il tarixdə o, əri Namiq, qayınatası Əkbərlə birlikdə səhərdən axşama kimi evdə olmuşlar. Əkbər Mustafayev eltisi Fövqiyyə ilə söhbət etdikdən sonra evdə yatıb dincəlməyə getmişdir. Saat 18-19 radələrində Namiq də evin həyətində olmuşdur. Daha sonra küçə darvazasının qarşısında Fövqiyyə ilə söhbət etmişdir. Həmin vaxt onlar darvazanın qarşısında olduqlarından Namiqin Əkbərin arxası ilə evə gedib-getmədiyini görməmişlər. O, Fövqiyyə ilə söhbətdən sonra evin həyətində işlərini görməyə davam etmiş, həmin vaxt evin həyətində tək olmuşdur. Buna baxmayaraq Namiq evdə olmamışdır. O, işlərini bitirdikdən sona Namiq yaşadıqları evin piləkənindən aşağıya doğru enmişdir. Namiq onu gördükən sonra evə daxil olmağına icazə verməmişdir. Ona “itil buradan” deyərək getməli olduğunu demiş, əks halda onu da vuracağını bildirmişdir. Ancaq Namiq sonradan fikrini dəyişərək onu evin içərisinə çağırmış, özü isə evin həyətinə çıxmışdır. O, yaşadıqları evə Əkbər Mustafayevin yataq otağına daxil olduqda sonuncunu yataq otağında setka çarpayının yanında üzü üstə yerə yıxılmış vəziyyətdə olmasını aşkar etmişdir. O, əvvəlcə Əkbər Mustafayevin təzyiqdən yıxılmasını düşünüb ona yaxınlaşmış, sonuncunun baş hissəsini yuxarı qaldırmaq istəyən zaman onun ağzından qan axdığını görüb qışqırmışdır. Əkbər Mustafayevin artıq öldüyünü görmüşdür. O, qışqırıq səsləri ilə yaxınlıqda qonşuda olan qaynının arvadı Fövqiyyəni səsləmiş, onun səsini eşidən Fövqiyyə, daha sonra isə digər qaynı arvadı Samirə və baldızı Nazilə də hadisə yerinə gəlmişlər. Həmin vaxt otağın sağ tərəfində qoyulmuş stolun üzərində bir ədəd bıçaq olmuşdur. Daha sonra qaynı Natiq də onların yanına gəlmişdir. Natiq Mustafayev evə gəldikdən sonra onlar Əkbər Mustafayevin meyitini evin qonaq otağına aparıb uzandırmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, qayınatası Əkbər Mustafayevlə qonşuluqda yaşayır. xx xxxx 2020-ci il tarixdə saat 18-19 radələrində yaşadığı evin həyətində ona məxsus olan inəklərə qulluq edərkən həmin vaxt qayınatası Əkbər Mustafayevin evinin qapısının qarşısında əyləşdiyini görmüşdür. O, həmin vaxt Əkbərin yanına yaxınlaşmış, onunla təxminən 10 dəqiqə söhbət etmişdir. O, Əkbər Mustafayev ilə söhbət edərkən Təqsirləndirilən şəxs evin həyətində küncdə əyləşərək onlara baxmışdır. Aralarındakı söhbət yekunlaşdıqdan sonra Əkbər Mustafayev ona evə gedərək yataq otağında uzanıb dincələcəyini bildirmişdir. Əkbər Mustafayev evə gedərkən Təqsirləndirilən şəxs hələ də evin həyətində oturmuş, Nazlı ilə küçə darvazasının yanında təxminən 10 dəqiqə söhbət etmişdir. Daha sonra o evinə getmiş, təxminən 15 dəqiqə sonra Nazlının qışqırıq səslərini eşitmişdir. Nazlı qışqıraraq “Fövqiyyə tez gəl, qayınatam ölüb” sözlərini demişdir. O, dərhal qayınatasının yaşadığı evinə getmiş, evin həyətinə daxil olduqda Namiqin evin həyətində gəzdiyini, həmin vaxt Nazlının evin eyvanında həyəcanlı şəkildə qışqırdığını görmüşdür. O, dərhal evə daxil olmuş, Əkbərin yataq otağında üzü üstə çarpayıdan yerə yıxılmış vəziyyətdə və hərəkətsiz olduğunu görmüş, sonuncunun başını qaldıraraq bir neçə dəfə səsləsə də, artıq öldüyünü aşkar etmişdir. O, həyəcanlı olduğundan Əkbər Mustafayevi aşkar etdiyi vəziyyətdə yerinə qoyaraq, öz evinə qaçmışdır. Otaqdan çıxarkən stolun üzərində bir ədəd üzərində qırmızı rəngli gül şəkli olan bıçaq görmüşdür. O evinə çatıb baldızı Naziləyə zəng edərək sonuncunu köməyə çağırmışdır. Təxminən 5 dəqiqə sonra Nazilə gəlmiş, həmin vaxt qaynı Natiqin arvadı Samirə də orada olmuşdur. O, daha sonra psixi problemləri olan Təqsirləndirilən şəxs atası Əkbər Mustafayevin ürək nahiyəsindən bıçaqla qəsdən bir dəfə vuraraq onu öldürdüyünü öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək oxşar məzmunlu ifadə vermiş, əlavə olaraq bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə qayınatası Əkbər Mustafayevin yataq otağına daxil olan zaman giriş qapısıdan sol tərəfdə olan stolun üzərində bir ədəd qırmızı rəngli, güllü dəstəyə malik mətbəx bıçağı görmüş, bıçağa baxdıqda onun tiyəsi üzərində qırmızı qanabənzər ləkələr görmüşdür. Daha sonra hadisə yerinə kənd sakinləri də toplaşmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya MTE və PA Birliyinin Bərdə rayon şöbəsi tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 230 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya MTE və PA Birliyinin Bərdə rayon şöbəsi tərəfindən verilmiş meyitin ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 16 saylı rəyindən görünür ki, X4 meyitinin bədənində aşağıdakı xəsarət-aorta damarının qalxan şaxəsinin yaralanması ilə döş qəfəsi nahiyyəsinin sol yarısının daxilə keçən bir ədəd deşilmişkəsilmiş yarası vardır, həmin xəsarət həyatidir, ölümdən az əvvəl deşici-kəsici alətin təsirindən törənmişdir, təqdim olunan bıçaqla törənə bilər, yara kanalının istiqaməti öndənarxaya, soldan-sağa, yuxarıda nisbətən aşağıya doğrudur, müddəti qərarda göstərilən tarixə-yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, X1 ölümünə səbəb aorta damarının qalxan şaxəsinin yaralnması nəticəsində baş vermiş kəskin qan itirmə olmuşdur, Əkbər Mustafayevin ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 11-14 saat olar baş vermişdir, xəsarətlər yetirilən zaman mərhum X9 ilə xəsarət yetirən şəxs müxtəlif vəziyyətlərdə ola bilər, meyitin əynindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidləri (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 xx.xx.2020-ci il tarixli, 265/2020-MTBŞ saylı maddi sübutların ekspertizasına dair rəyindən görünür ki, X4 ABO sistemi üzrə qan qrupu: Abeta/İİ/, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: A-beta/İİ/ (şəxsiyyət vəsiqələrinin kserosurətlərinə əsasən), X7 məxsus sviter, köynək, alt köynəyi, xalça kəsiyi üzərindəki ləkələrdə və hadisə yerindən 05 ədəd pambıq topası üzərinə hopdurulub götürülmüş ləkələrdə insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda A antigeni, bəzi ləkələrdə həmçinin beta aqlyutinini də alındı. Beləliklə bu qan ləkələri A-beta/İİ/ qruplu şəxsə, o cümlədən X7 və ya eyni qruplu Təqsirləndirilən şəxs (əgər onun bədənində qanaxma ilə müşayiət olunan xəsarət olubsa) məxsus ola bilər. Təqdim edilən X7 məxsus alt şalvarı, Təqsirləndirilən şəxs məxsus sviter, şalvar üzərində qana şübhəli hər hansı ləkə, bıçaq üzərində isə qan aşkar olunmadı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 maddi-sübutların ekspertizasının xx.xx.2020-ci il tarixli, 160-MTKŞ/2020 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş X7 məxsus sviter, köynək və gecə köynəyinin ön səthinin sol yarısında bir ədəd deşilmiş–kəsilmiş zədə aşkar olundu. Bu zədə yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir, ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsviri və ya oxşar konstruktiv xüsusiyyətə malik digər alətin təsirindən törənməsi inkar olunmur. X7 məxsus gecə şalvarı üzərində zədə aşkar olunmadı. Təqsirləndirilən şəxs məxsus cins şalvar və sviterin üzərində zədə aşkar olunmadı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 kriminalistika ekspertizasının xx.xx.2020-ci il tarixli, 219- MTKŞ/2020 saylı rəyindən görünür ki, təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 973 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər “Şizofreniya paranoid forma” diaqnozu ilə psixiatrik xəstəxanalarda müalicədə olmasını nəzərə alaraq ona ittiham olunan əməl dövründə və hal-hazırda anlaqlı olub-olmamasını müəyyən etmək ambulator şəraitdə bir qədər çətinlik törətdiyi üçün uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə-psixiatrik ekspertizaya göndərilməsi zəruridir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin stasionar məhkəmə-psixiatrik ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 50 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarda təsvir edilən və ona ittiham edilən cinayət əməlini törədənə qədər və həmin əməlini törətdiyi zaman “Paranoid şizofreniya, fasiləsiz gedişli” formasında xroniki prosessual psixi xəstəlikdən əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmadığına görə anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs mübtəla olduğu “paranoid şizofreniya, fasiləsiz gedişli” formasında xroniki psixi patalogiya çərçivəsində təzahür edən əlamətlər hal-hazırda davam edir. Həmin psixi xəstəlik nəticəsində Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyni dərk etmək, habelə onları idarə etmək iqtidarında deyildir. Müşahidə edilən əlamətlərin psixotik xarakterli olması onu öz hərəkətlərinə cavab verməkdən, onlara rəhbərlik etməkdən məhrum edir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi xroniki psixi patologiya halhazırda davam etdiyinə görə onun stasionar müalicəyə ehtiyacı yarandığı, bununla bərabər intensiv müşahidə tələb etmədiyi müəyyənləşir. Buna görə həmin şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. İş materiallarına əlavə edilmiş “Təqsirləndirilən şəxsin məhkəmə-psixiatrik ekspertiza mərkəzinə yerləşdirilməsi barədə” Bərdə Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs stasionar məhkəmə-psixiatrik ekspertizası ilə əlaqədar Azərbayan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Psixiatrik ekspertiza mərkəzinə yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş “Təqsirləndirilən şəxsin xüsusi tibb müəssisəsinə (psixatriya stasionarına) yerləşdirilməsi barədə” Bərdə Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş “Təqsirləndirilən şəxsin prossesual fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə” Bərdə Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən təqdim edilmiş ambulator məcburi-narkolji ekspertizasının xx.xx.2020-ci il tarixli, 2031 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda aparılan müayinə zamanı narkomaniya xəstəliyinən əziyyət çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 296 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Mirzəxan kəndində yaşamışdır. İş materiallarına əlavə edilmiş Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 297 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs mərhum X9 və arvadı Şahid2 qızı ilə birlikdə yaşamışdır. İş materiallarına əlavə edilmiş Bərdə RİH Başçısının Mirzəxan-Qaraqoyunlu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ruhi xəstədir, ruhi-əsəb dispanserlərində yatıb müalicə almışdır və onun barəsində, nümayəndəliyə şikayət ərizəsi daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Bərdə şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 296 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1994-cü il tarixdən ruhi-əsəb kabinetində dispanser qeydiyyatındadır. Diaqnoz: şizofreniya paranoid forma, İİ qrup əlil. İş materiallarına əlavə edilmiş Bərdə şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 305 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın narkoloji kabinetində dispanser qeydiyyatında yoxdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş 1/193 saylı xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs son bir il ərzində Bərdə RMX-na hər hansı bir xəstəlik və ya xəsarətlə müraciət etməmiş, şəhər poliklinikasının ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatında yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2020-ci il tarixli, 2580 nömrəli məktubdan görünür ki, Bərdə rayonu, Mirzəxan kənd sakini Təqsirləndirilən şəxs xx.xx.2006 - xx.xx.2006-cı il, xx.xx.2007 - xx.xx.2008-ci il, xx.xx.2009 - xx.xx.2009-cu il, xx.xx.2020 - xx.xx.2011-ci il, xx.xx.2017 - xx.xx.2017-ci il, xx.xx.2018 - xx.xx.2018-ci il tarixlərdə “şizofreniya paranoid forma, fasiləsiz gedişli” diaqnozu ilə xəstəxanada müalicə olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəməistintaqızamanıaraşdırılmışsübutlarlaTəqsirləndirilən şəxsAzərbaycanRespublikasınınCM-nin120.2.9-cu maddəsində nəzərdətutulanictimaitəhlükəliəməlitörətməsiişüzrədindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisinin, qanuni nümayəndənin, şahidlərinifadələri, ekspertizarəyləri və iş materiallarında olan təkzib edilməz digər sübutlarlatamtəsdiq olunmuşdur. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli 8 nömrəli Qərarının 14-cü bəndində göstərilmişdir ki, cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə CM-nin 21.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Bu zaman qərarın təsviri hissəsində məhkəmə tərəfindən tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmiş şəxsin törətdiyi əməlin halları, əməllərinə hüquqi qiymət verilməsi və qəbul edilmiş qərarın motivləri, nəticə hissəsində isə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və ona tətbiq edilən tibbi xarakterli məcburi tədbirin növü, habelə maddi sübutların taleyinin həlli göstərilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.2.9-cu maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən və onun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşdüyündən, o, cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikasının CM-nin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. İş üzrə maddi sübut kimi Bərdə rayon Prokurorluğunda saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd bıçaq, 01 ədəd xalça kəsiyi, 04 ədəd müxtəlif yerlərdən götürülmüş üzərində qanabənzər ləkələr olan pambıq tamponlar məhv edilməli, X4 hadisə zamanı əynində olmuş 01 ədəd alt şalvarı, 01 ədəd alt köynəyi, 01 ədəd sviter, 01 ədəd köynək yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd şalvar, 01 ədəd sviter yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-348 və 477-ci maddəsini rəhbər tutaraq, məhkəmə, Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilsin və barəsində Azərbaycan Respublikasının CM-nin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya xəstəxanasına tapşırılsın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri əvəzinə seçilmiş təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Bərdə rayon Prokurorluğunda saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd bıçaq, 01 ədəd xalça kəsiyi, 04 ədəd müxtəlif yerlərdən götürülmüş üzərində qanabənzər ləkələr olan pambıq tamponlar məhv edilsin, X4 hadisə zamanı əynində olmuş 01 ədəd alt şalvarı, 01 ədəd alt köynəyi, 01 ədəd sviter, 01 ədəd köynək yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd şalvar, 01 ədəd sviter yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində X16 Məhkəməsi vasitəsiilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-222/2020
Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-222/2020
17.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver