Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-222/2022 05.05.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1972-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, ev 475-də qeydiyyatda olmaqla, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən “MİDA” sosial mənzillər kompleksində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təkrar satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlamış, daşımışdır. Belə ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,521 qram təşkil edən narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, 02 noyabr 2021ci il tarixdə saat 17 radələrində Gəncə şəhər Baş Polis İdarəsinə daxil olmuş məlumat əsasında həmin İdarənin NMB-nin əməkdaşları tərəfindən Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Universam” mağazasının yaxınlığında saxlanılaraq Gəncə şəhəri, X12 küçəsi 5 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinə gətirilərək üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,521 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən təkrar satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 6,165 qram, 4,983 qram, 4,121 qram, 0,307 qram, 0,413 qram, 0,311 qram, 3,654 qram, 0,291 qram, 32,327 qram, 78,103 qram, ümumi təmiz çəkisi 130,675 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan “heroin”i əldə edib üzərində saxlamaqla daşımış, 12.11.2021-ci il tarixdə saat 22:30 radələrində, Gəncə şəhər Nizami RPB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən Heydər Əliyev parkında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Gəncə şəhər Nizami RPB-yə gətirilmiş, Nizami RPB-də Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli parça paltonun sol iç cibindən bir ədəd şəffaf sellofana bükülmüş, üzərində “Akkpes” yazılmış bir ədəd kağız qutunun içərisində olan külli miqdarda 6 (altı) ədəd şəffaf polietilen kəsiyi bükümlərində və 4 (dörd) ədəd dəftər vərəqi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 6,165 qram, 4,983 qram, 4,121 qram, 0,307 qram, 0,413 qram, 0,311 qram, 3,654 qram, 0,291 qram, 32,327 qram, 78,103 qram, ümumi təmiz çəkisi 130,675 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 2-3 ildir ki, narkotik vasitə istifadəçisidir. Tanımadığı müxtəlif şəxslərdən öz istifadəsi üçün narkotik vasitə alaraq istifadə etmişdir. O, narkotik vasitə olan heroin istifadə edir. Tutulmamışdan bir neçə gün əvvəl o, “Univermaq” adlanan ticarət mərkəzində tanımadığı şəxsdən 20 manata bir büküm heroin almışdır. O, həmin narkotik vasitənin üzərindən götürərək bir dəfə özü istifadə etmiş, qalanını isə siqaret falqasında bükülü vəziyyətdə şalvarının cibinə qoymuşdur. 02 noyabr 2021-ci il tarixdə saat 17 radələrində Gəncə şəhəri, X7ndə yerləşən “Universam” mağazasının yaxınlığında olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və Gəncə şəhər Baş Polis İdarəsinə getməyini bildirmişlər. O isə heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhəri, Nizami rayonu, X12 küçəsi 5 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinə getmişdir. İdarədə onun hüquq və vəzifələri izah edilmiş və müdafıəçi qismində X4 iştirakı təmin edilmişdir. Hüquq və vəzifələri izah edildikdən sonra üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı ona üzərində hər hansı bir qadağan olunmuş əşya varsa könüllü olaraq təqdim etməyi təklif olunmuşdur. O, şalvarının cibindən 1 (bir) ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş halda olan kütləni təqdim edərək narkotik vasitə olan heroin olduğunu və bir neçə gün əvvəl “Univermaq” adlanan ticarət mərkəzinin yaxınlığında tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Bundan sonra üzərində axtarış keçirilmiş və üzərindən hər hansı bir qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Üzərinə baxış keçirildikdən sonra təqdim etdiyi bir ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş içərisində qəhvəyi rəngli heroinə oxşar kütlə elektron tərəzidə çəkilmiş və həmin kütlənin sellofan bükümlə birlikdə ümumi çəkisi 0,67 qram olmuşdur. Sonra həmin kütlə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzaları təsdiq etmişlər. O, həmin heroini öz istifadəsi üçün üzərində saxlayaraq daşımış, heç kəsə satmamış və belə bir məqsədi də olmamışdır. Bundan başqa, o, ifadəsində bildirmişdir ki, 12.11.2021-ci il tarixdə onun üzərindən həqiqətən də bir neçə ayrı-ayrı bükümlərdə narkotik vasitə olan heroin aşkar edilmişdir. Lakin həmin tarixdə onun üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin hamısı ona məxsus olmamışdır. Belə ki, o, hazırki cinayət işi üzrə birinci dəfə tutulduqdan sonra barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək azad edildikdən sonra, Gəncə şəhər Baş Polis İdarəsinin NMB-nin sabiq polis əməkdaşı Şahid1 ona satması üçün bir neçə bükümdə narkotik vasitə olan heroin vermişdir. 12.11.2021-ci il tarixdə saat 22 radələrində o, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən parkda olan zaman mülki geyimdə olan 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edərək Gəncə şəhər Nizami RPB-yə gətirmişlər. Orada vəkilinin iştirakı ilə hüquqları ona izah edildikdən sonra video çəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı kağız qutuda üzərində saxladığı içərisində narkotik vasitə heroin olan 10 ədəd büküm aşkar olunaraq götürülmüş və elektron tərəzidə çəkilmişdir. Həmin kütlələrin ümumi çəkisi, 140.9 (yüz qırx tam onda doqquz) qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılaraq möhürlənmişdir. Həmin vaxt onun üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin çəkisinin və bükümlərinin çox olmasının səbəbi üzərindən aşkar edilmiş həmin maddələrin xeyli hissəsinin Gəncə şəhər Baş Polis İdarəsinin NMB-nin sabiq polis əməkdaşı Şahid1 satış məqsədi ilə ona verdiyi narkotik vasitə heroinin də onun üzərində olması ilə əlaqədar olmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 Eldar oğlu ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər Baş Polis İdarəsinin NMB-in baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 02.11.2021-ci il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri ərazisində mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat əsasında o və Gəncə BPİ-nin NMB-in sabiq kiçik inspektoru, polis serjantı Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən Universam mağazasının yaxınlığında olduğunu müəyyən edərək həmin əraziyə getmiş və Təqsirləndirilən şəxs orada olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib gəzdirməkdə şübhəli olduğunu bildirərək Gəncə şəhər Baş Polis İdarəsinə dəvət etmişlər. Gəncə şəhər Baş Polis İdarəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, vəkil X4 onun müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edildikdən sonra, bu barədə bildiriş təqdim olunmuş və üzərində hər hansı narkotik vasitə və qanunsuz əşyanın olub-olmadığı soruşulmuş, əgər varsa təqdim etməsi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaret falqasına bükülmüş halda olan kütləni çıxardaraq təqdim etmişdir. Həmin kütlənin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümün içərisində “kokos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu və həmin kütlənin özünə məxsus olduğunu, öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini və heç kimə satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra həmin kütlə aptek tərəzisində çəkilmiş, heroinə oxşar kütlənin siqaret falqası ilə birlikdə çəkisi 0,67 qram olmuş və zərfdə qablaşdırılaraq möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər Baş Polis İdarəsinin NMB-in sabiq kiçik inspektoru vəzifəsində işləmişdir. 02.11.2021-ci il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri ərazisində mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat əsasında o və Gəncə şəhər BPİ-nin NMB-in baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid2 Eldar oğlu ilə birlikdə Təqsirləndirilən şəxs Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən Universam mağazasının yaxınlığında olduğunu müəyyən edərək həmin əraziyə getmiş və Təqsirləndirilən şəxs orada olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib gəzdirməkdə şübhəli olduğunu bildirərək Gəncə şəhər Baş Polis İdarəsinə dəvət etmişlər. Gəncə şəhər Baş Polis İdarəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, vəkil X4 onun müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edildikdən sonra, bu barədə bildiriş təqdim olunmuş və üzərində hər hansı narkotik vasitə və qanunsuz əşyanın olub-olmadığı soruşulmuş, əgər varsa təqdim etməsi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaret falqasına bükülmüş halda olan kütləni çıxardaraq təqdim etmişdir. Həmin kütlənin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümün içərisində “kokos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu və həmin kütlənin özünə məxsus olduğunu, öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini və heç kimə satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra həmin kütlə aptek tərəzisində çəkilmiş, heroinə oxşar kütlənin siqaret falqası ilə birlikdə çəkisi 0,67 qram olmuş və zərfdə qablaşdırılaraq möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 ifadəsində həmçinin göstərmişdir ki, onun Təqsirləndirilən şəxs ilə heç bir əlaqəsi və münasibəti olmamış, həmçinin Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onun tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə verməsi ilə bağlı sonuncunun bildirdikləri şər və böhtandır. O, Təqsirləndirilən şəxs tutulmasında iştirak etdiyindən və buna görə də sonuncu ona qarşı qərəzli olduğundan bu cür ifadələr verir. Təqsirləndirilən şəxs onunla bağlı bildirdikləri heç bir həqiqəti əks etdirməyən, yalan və uydurma məlumatlardır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər Nizami RPB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 12.11.2021-ci il tarixdə saat 21 radələrində Gəncə şəhəri, X7 475 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Gəncə şəhəri ərazisində mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat əsasında o və Gəncə şəhər Nizami RPB-nin əməliyyat müvəkkili, polis leytenantı X9 ilə birlikdə Təqsirləndirilən şəxs Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən Heydər Əliyev adına parkda olduğunu müəyyən edərək həmin əraziyə getmiş və Təqsirləndirilən şəxs orada olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib gəzdirməkdə şübhəli olduğunu bildirərək Gəncə şəhər Nizami RPB-nə dəvət etmişlər. Nizami RPB-də Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, vəkil X4 Təqsirləndirilən şəxs müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edildikdən sonra ona bu barədə bildiriş təqdim olunmuş və üzərində hər hansı narkotik vasitə və qanunsuz əşyanın olub-olmadığı soruşulmuş, əgər varsa təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça paltonun sol yan cibindən bir ədəd özünə məsus şəxsiyyət vəsiqəsi, bir ədəd işlək vəziyyətdə olan “kgtel” markalı mobil telefon, həmin paltonun sağ yan cibindən bir ədəd “Prima” markalı siqaret qutusu, bir ədəd ağ rəngli alışqan, bir ədəd içərisində eynək və dəsmalı olan eynək qutusu, həmin paltonun sol iç cibindən bir ədəd şəffaf sellofana bükülmüş, üzərində “Akkpes” yazılmış bir ədəd kağız qutu, əynindəki tünd boz rəngli şalvarın sağ ön cibindən xatırladığı qədər 2 ədəd 5 manatlıq, 3 ədəd 10 manatlıq və 01 ədəd 20 manatlıq pul əsginazları aşkar olunmuşdur. Üzərində “Akkpes” yazılmış bir ədəd kağız qutu açıldıqda içərisində bükümlər aşkar olunmuşdur. Bir ədəd kağıza bükülmüş büküm açılmış və içərisində açıq qəhvəyi rəngli, toz halında, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə “heroinə” oxşar kütlə aşkar edilərək qablaşdırıldığı kağızla birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 34 qram olmuş, kağız vərəqinə bükülmüş ikinci kütlə açılmış və içərisində açıq qəhvəyi rəngli, toz halında, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə “heroinə” oxşar kütlə aşkar edilərək qablaşdırıldığı kağızla birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 79,2 qram olmuşdur. Sellofan torbaya bükülmüş üçüncü kütlə açılmış və içərisində açıq qəhvəyi rəngli, toz halında, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə “heroinə ” oxşar kütlə aşkar edilərək qablaşdırıldığı sellofanla birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 4,5 qram olmuşdur. Sellofana bukulmüş dördüncü kütlə açılmış və içərisində açıq qəhvəyi rəngli, nəmlənərək yapışmış və elastik halında, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə "heroinə” oxşar kütlə aşkar edilərək qablaşdırıldığı sellofanla birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 7,1 qram olmuşdur. Kağıza bükülmüş beşinci kütlə açılmış və içərisində açıq qəhvəyi rəngli toz halında, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə “heroinə” oxşar kütlə aşkar edilərək qablaşdırıldığı kağızla birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 5,8 qram olmuşdur. Sellofana bükülmüş altıncı kütlə açılmış və içərisində açıq qəhvəyi rəngli, toz halında, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə “heroinə” oxşar kütlə, aşkar edilərək qablaşdırıldığı sellofanla birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 5,4 qram olmuşdur. Kağıza bükülmüş yeddinci kütlə açılmış və içərisində açıq qəhvəyi rəngli, toz halında, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə “heroinə” oxşar kütlə aşkar edilərək qablaşdırıldığı kağızla birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 3,4 qram olmuşdur. Sellofana bükülmüş səkkizinci kütlə açılmış və içərisində açıq qəhvəyi rəngli, toz halında, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə “heroinə” oxşar kütlə aşkar edilərək qablaşdırıldığı sellofanla birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 0,5 qram olmuşdur. Sellofana bükülmüş doqquzuncu kütlə açılmış və içərisində açıq qəhvəyi rəngli, toz halında, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə “heroinə” oxşar kütlə aşkar edilərək qablaşdırıldığı sellofanla birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 0,5 qram olmuşdur. Sellofana bükülmüş onuncu kütlə açılmış və içərisində açıq qəhvəyi rəngli, toz halında, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə “heroinə” oxşar kütlə aşkar edilərək qablaşdırıldığı sellofanla birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 0,5 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində narkotik vasitə “heroin”ə bənzər kütlə olan 10 (on) ədəd bükümün ümumi çəkisi 140,9 (yüz qırx tam onda doqquz) qram olmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş bükümlər saxlanıldığı kağız qutuda zərfdə qablaşdırılmış və üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şahid3 ifadəsinin davamında göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri satması ilə bağlı məlumatı olmuş, lakin sonuncunun narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən X9 eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Vəfadar əvvəllər narkotik vasitə istifadə etməmiş, lakin sonradan, yəni təxminən 1 ildən artıq olar ki, Vəfadarın narkotik vasitə qəbul etdiyini öyrənmişdir. O, Vəfadarın narkotik vasitə qəbul etdiyini öyrəndikdən sonra Vəfadara öz iradını bildirmiş və bununla bağlı aralarında mütəmadi problemlər yaranmış və o, daimi olaraq Vəfadara narkotik vasitə asılılığından müalicə almasını bildirmişdir. Onun Vəfadarın narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə heç bir məlumatı olmamışdır. Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş 02 noyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə barədə protokoldan, həmçinin video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ünvan 9 ünvanında yerləşən Gəncə şəhər BPİ-də Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə şəxsi axtarış keçirilməsi zamanı Təqsirləndirilən şəxs və müdafiəçisi X4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri izah edildikdən sonra üzərində hər hansı narkotik vasitə və qanunsuz əşyanın olub-olmadığı soruşulur, X5 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaret falqasına bükülmüş halda olan kütləni çıxardaraq təqdim edir. Həmin kütlənin nə olması soruşulduqda X5 həmin bükümdə olan kütlənin “kokos” kimi tanıdığı heroin olduğunu və həmin narkotik vasitənin özünə məxsus olduğunu, həmin narkotik vasitəni “Univermaq” adlanan ərazidə tanımadığı şəxsdən aldığını, heroinə bənzər kütləni heç kimə satmadığını, özü istifadə etdiyini bildirir. X1 üzərində axtarış keçirilmiş, onun üzərindən qanunla qadağan edilmiş başqa predmet və ya əşya aşkar edilməmişdir. X3 üzərindən aşkar edilmiş 1 ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş halda qəhvəyi rəngli ilk baxışdan narkotik vasitə olan heroinə oxşar kütlə aptek tərəzisində çəkilmiş, gümüşü rəngli siqaret falqası ilə birlikdə ümumi çəkisi 0,67 qram olmuşdur. Həmin kütlə zərfə qoyularaq möhürlənmişdir (iş vərəqə: cild İ, səh.138-139, 200). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş 13.11.2021-ci il tarixli şəxsi axtarış haqqında protokoldan, həmçinin video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə və qanunsuz əşyanın olub-olmadığı soruşulur, əgər varsa təqdim etməsi bildirilir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça paltonun sol yan cibindən bir ədəd özünə məsus şəxsiyyət vəsiqəsi, bir ədəd işlək vəziyyətdə olan “kgtel” markalı mobil telefon, həmin paltonun sağ yan cibindən bir ədəd “Prima” markalı siqaret qutusu, bir ədəd ağ rəngli alışqan, bir ədəd qara rəngli içərisində bir ədəd eynək və dəsmalı olan eynək qutusu, həmin paltonun sol iç cibindən bir ədəd şəffaf sellofana bükülmüş, üzərində “Akkpes” yazılmış bir ədəd kağız qutu, əynindəki tünd boz rəngli şalvarın sağ ön cibindən 2 (iki) ədəd A 17570480, B81342431 nömrəli 5 (beş) manatlıq, 3 (üç) ədəd A28154465, A06675467, A14414062 nömrəli 10 (on) manatlıq və bir ədəd B49817648 nömrəli 20 (iyirmi) manatlıq pul əsginazlarını masanın üzərinə qoyaraq təqdim edir. Üzərində “Akkpes” yazılmış bir ədəd kağız qutu açıldıqda içərisində bükümlər aşkar olunmuş, bir ədəd ağ rəngli kağız riyaziyyat vərəqinə bükülmüş büküm açılmış və içərisində açıq qəhvəyi rəngli, toz halında, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə “heroinə ” oxşar kütlə aşkar edilərək qablaşdırıldığı kağızla birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 34 (otuz dörd) qram olmuş, kağız riyaziyyat vərəqinə bükülmüş ikinci kütlə açılmış və içərisində açıq qəhvəyi rəngli, toz halında, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə “heroinə” oxşar kütlə aşkar edilərək qablaşdırıldığı kağızla birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 79,2 qram olmuş. Sellofan torbaya bükülmüş üçüncü kütlə açılmış və içərisində açıq qəhvəyi rəngli, toz halında, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə “heroinə ” oxşar kütlə aşkar edilərək qablaşdırıldığı sellofanla birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 4,5 qram olmuş, sellofana bükülmüş dördüncü kütlə açılmış və içərisində açıq qəhvəyi rəngli, nəmlənərək yapışmış və elastik halında, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə "heronə “ oxşar kütlə aşkar edilərək qablaşdırıldığı sellofanla birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 7,1 qram olmuş, kağıza bükülmüş beşinci kütlə açılmış və içərisində açıq qəhvəyi rəngli, toz halında, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə “heroinə“ oxşar kütlə aşkar edilərək qablaşdırıldığı kağızla birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 5,8 qram olmuş, sellofana bükülmüş altıncı kütlə açılmış və içərisində açıq qəhvəyi rəngli, toz halında, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə “heroinə “ oxşar kütlə aşkar edilərək qablaşdırıldığı sellofanla birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 5,4 qram olmuş, kağıza bükülmüş yeddinci kütlə açılmış və içərisində açıq qəhvəyi rəngli, toz halında, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə “heroinə” oxşar kütlə aşkar edilərək qablaşdırıldığı kağızla birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 3,4 qram olmuş, sellofana bükülmüş səkkizinci kütlə açılmış və içərisində açıq qəhvəyi rəngli, toz halında, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə “heroinə” oxşar kütlə aşkar edilərək qablaşdırıldığı sellofanla birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 0,5 qram olmuş, sellofana bükülmüş doqquzuncu kütlə açılmış və içərisində açıq qəhvəyi rəngli, toz halında, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə “heroinə” oxşar kütlə aşkar edilərək qablaşdırıldığı sellofanla birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 0,5 qram olmuş, sellofana bükülmüş onuncu kütlə açılmış və içərisində açıq qəhvəyi rəngli, toz halında, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə “heroinə” oxşar kütlə aşkar edilərək qablaşdırıldığı sellofanla birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 0,5 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində narkotik vasitə “heroin”ə bənzər kütlə olan 10 (on) ədəd bükümün ümumi çəkisi 140,9 (yüz qırx tam onda doqquz) qram olmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş bükümlər saxlanıldığı kağız qutuda zərfə qablaşdırılmış və üzəri möhürlənərək iştirkçılar tərəfindən imzalanmışdır (iş vərəqə: cild İ, səh.32-34, 187-188). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 03 noyabr 2021-ci il tarixli, 16/1169 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi 0,521 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (iş vərəqə: cild İ, səh.148). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 13 noyabr 2021-ci il tarixli, 16/1202 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şəxsi axtarış zamanı vət. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar olunmuş..” sözlər və imzalar olan kağız paketdəki bir ədəd şəffaf polietilen kəsiyinə bükülmüş kağız qutunun içərisində 6 (altı) ədəd şəffaf polietilen kəsiyi bükümlərində və 4 (dörd) ədəd dəftər vərəqi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 6,165 qram, 4,983 qram, 4,121 qram, 0,307 qram, 0,413 qram, 0,311 qram, 3,654 qram, 0,291 qram, 32,327 qram, 78,103 qram, ümumi təmiz çəkisi 130,675 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər (iş vərəqə: cild İ, səh.46-47). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 26.11.2021-ci il tarixli 16/1217 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” sözlər və imzalar olan kağız paketdəki heroin ilə, üzərində “Şəxsi axtarış zamanı vət. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar olunmuş..” sözlər və imzalar olan kağız paketdəki heroinlər xarici əlamətlərinə və kimyəvi tərkibinə görə müxtəlifdirlər (iş vərəqə: cild İ, səh.222-223). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 03.02.2022-ci il tarixli, 146 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 1-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür (iş vərəqə: cild İ, səh.225). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan sübutların qiymətləndirilməsi haqqında 17.02.2022-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından qalıq qalmış 0,391 qram və 130,125 qram çəkilərdə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində xüsusi saxlanca verilmiş, eləcə də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının videogörüntüləri olan 2 ədəd DVD disk, "xxxx" MMC-dən əldə edilmiş Təqsirləndirilən şəxs telefon danışıqları barədə məlumatlar olan 1 ədəd CD disk sübut növü kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.237-258). Cinayət işinin materiallarına əlavə edilmiş 02.11.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02.11.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.157). Cinayət işinin materiallarına əlavə edilmiş 04.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 04.11.2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Gəncə şəhər Baş Polis İdarəsinin X6 azad edilmişdir (iş vərəqə: cild İ, səh.169-170). Cinayət işinin materiallarına əlavə edilmiş 12.11.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12.11.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.27-28). Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14.11.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 12.11.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.173-175). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11.11.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan SSR Ali Məhkəməsinin 14.04.1989-cu il tarixli hökmü ilə Azərbaycan SSR CM-in 72-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Suraxanı Rayonu Xalq Məhkəməsinin 05.06.1990-ci il tarixli qərarı ilə 8 ay 8 gün müddətinə vaxtından əvvəl şərti azad edilmiş, bundan başqa Bakı şəhəri Nizami rayon Xalq Məhkəməsinin 30.06.1994-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinib 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmin məhkəmənin 19.04.1996-ci il tarixli qərarı ilə 3 il 11 ay 10 gün müddətinə şərti əməyə mütləq cəlb olunmaqla azad edilmiş və Azərbaycan Respublikasının Milli Məclisinin 10.12.1999-cu il tarixli amnistiya qərarına əsasən, 28.12.1999-cu ildə azad edilmişdir (iş vərəqə: cild İ, səh.177). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitənin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin şəxsi istehlak miqdarından, hətta külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təkrar satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlamaqla və daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni 12.11.2021-ci il tarixdə onun üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin bir hissəsinin satış məqsədilə Gəncə şəhər Baş Polis İdarəsinin NMB-nin sabiq polis əməkdaşı Şahid1 ona verməsi ilə bağlı Gəncə şəhər Prokurorluğuna müvafiq sorğu göndərilmiş və həmin sorğu əsasında Gəncə şəhər Prokurorluğundan məhkəməyə göndərilmiş 11.12.2021-ci il tarixli qərardan görünür ki, Gəncə şəhər Prokurorluğunda həmin xüsusatlar üzrə araşdırma aparılmış və toplanmış material əsasında cinayət hadisəsi müəyyən edilmədiyindən 11.12.2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin narkotik vasitə olan heroini heç kimə satmaq məqsədinin olmamasına dair vermiş olduğu ifadəsində göstərdikləri şahid ifadələri, ekspert rəyləri, maddi sübut, istintaq hərəkəti protokolları və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin digər materialları ilə tam olaraq təkzib edilir. Məhkəmə həmin ifadələri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri satmaq niyyətində olması qənaətinə gələrkən onun üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin müxtəlif çoxlu bağlamalarda olmasını, miqdarını, üzərindən təkrarən narkotik vasitənin aşkar edilməsini və cinayət işinin Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən yuxarıda göstərilmiş tədqiq edilən bütün digər hallarını da nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar və onları cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrlə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəlki məhkumluqları ilə bağlı qeyd edir ki, onun həmin məhkumluqları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinin müddəalarına əsasən ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs 1-ci qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələrinin sanksiyası daxilində, şəxsiyyətlərinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 12 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 noyabr 2021-ci il tarixdən 04 noyabr 2021-ci il tarixədək, yəni 3 (üç) gün müddətində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 (üç) gün müddətində tutulmasını nəzərə alaraq, həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməklə, həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə işdə olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır, o, 1-ci qrup əlil olduğu üçün barəsində narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olaraq Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,391 qram və 130,125 qram çəkilərdə heroin məhv edilməli və cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının videogörüntülərini əks etdirən 2 ədəd DVD disk, "xxxx" MMC-dən əldə edilmiş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 95,20 (doxsan beş manat iyirmi qəpik) manat ekspertiza xərci mövcuddur ki, qeyd olunan məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 noyabr 2021-ci il tarixdən 04 noyabr 2021-ci il tarixədək tutulduğu 3 (üç) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 07 (yeddi) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 12 noyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin məsul saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,391 qram və 130,125 qram çəkilərdə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş 2 ədəd “DVD” və 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 95,20 (doxsan beş manat iyirmi qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Nural Əliyev
Məhkəmə qərarları › İş №1(100)-222/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-222/2022
05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver