Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-222/2023 29.03.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədov Abdulla Elşad oğlu və X2 ibarət tərkibdə, X3 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Göygöl rayon Vəkil Bürosunun vəkili X6 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Göygöl şəhəri, Səbuhi Hacıyev küçəsi ev 29-da qeydiyyatda olmaqla Göygöl şəhəri Səməd Vurğun küçəsi ev 24-də yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, külli miqdarda, 01 ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdar hesab edilən 3,331 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 21 oktyabr 2022-ci il tarixdə saat 20:30 radələrində Göygöl rayon Polis şöbəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Göygöl şəhəri, Heydər Əliyev prospektində saxlanılaraq Göygöl rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsinin inzibati binasında onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli gödəkçənin sağ döş cibində qanunsuz olaraq daşıyaraq saxladığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdar hesab edilən 3,331 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Asim oğlu, ona Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Göygöl şəhəri, Səməd Vurğun küçəsi ev 24-də yaşayır, heç bir yerdə işləmir. Təxminən 5-6 ildən artıqdır ki, narkotik vastələrin müxtəlif növlərindən istifadə edir. 2022-ci ilin yay aylarında Gəncə şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün narkotik vasitə olan marixuana almışdır. 3-4 gün əvvəl isə Göygöl şəhəri, Səbuhi Hacıyev küçəsi ilə piyada gedən zaman yerdə sellofan bükümdə əşya görmüş və diqqətini çəkmişdir. Həmin bükümləri açıb baxdıqda içərisində metamfetamin olmasını bilmiş və özü də narkotik istifadə etdiyi üçün metamfetamini gələcəkdə istifadə etmək üçün cibinə qoymuşdur. Gəncə şəhərindən almış olduğu marixuananı və Göygöl şəhərində yerdən tapmış olduğu metamfetamini üzərində gəzdirmişdir. 21 oktyabr 2022-ci il tarixdə saat 20:30 radələrində Göygöl şəhəri, Heydər Əliyev prospektində küçə ilə piyada gedən zaman Göygöl RPŞ-nin PPXB-in əməkdaşlarının ona yaxınlaşdıqlarını görüb qaçmaq istəmiş, iki nəfər polis əməkdaşı onu saxlamış və ona özlərini təqdim edərək qaçmağının səbəbini soruşmuşlar. O, isə onlara üzərində narkotik vasitə olduğu üçün qaçmaq istədiyini demişdir. Polis əməkdaşları onu Göygöl RPŞ-nə gətirmişlər. Polis şöbəsində hüquqları ona izah edildikdən sonra müdafiəçi dəvət olunmuş, müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərinə baxış keçirilmiş, baxış zamanı göy rəngli gödəkçənin sağ döş cibində öz istifadəsi üçün saxladığı marixuana və metamfetamini təqdim etmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş və zərfə qablaşdırılmış, zərfin üzərində imzalar çəkilmişdir. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, heç kimə narkotik vasitə satmamış, verməmiş, özü istifadə etmək üçün üzərində saxlamışdır. Polis əməkdaşları ona qarşı heç bir zor tətbiq etməmiş və fiziki təsir göstərməmişlər. Üzərində olan marixuananı 2022-ci ilin yay aylarında Gəncə şəhərində tanımadığı şəxsdən almışdır. Metamfetamini isə təxminən 3-4 gün əvvəl Göygöl şəhəri ərazisində tapmışdır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 21 oktyabr 2022-ci il tarixdə saat 20:30 radələrində xidmət yoldaşı polis serjantı Xəqani Həmizəyevlə xidmətdə olan zaman Göygöl şəhəri, Heydər Əliyev prospektində rayon sakini Vüqar adlı şəxsi görüb ona yaxınlaşan zaman o, özünü şübhəli aparmışdır. Əvvəlcədən rayon sakini Təqsirləndirilən şəxs tanımış və onun narkotik vasitə istifadəçisi olması barədə məlumatı olmuşdur. Vüqara yaxınlaşdıqda o, qaçmaq istəmiş, lakin onu saxlamışlar, Təqsirləndirilən şəxs bu hərəkətləri onlarda şübhə yaratmış və onun üzərində narkotik vasitə olmasından şübhələndikləri üçün onu saxlayaraq Göygöl rayon polis şöbəsinə getməli olduğunun zəruriliyini izah etmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra 21 oktyabr 2022-ci il tarixdə saat 21:20 radələrində onun üzərinə müdafiəçisi Namiq Həsənovun iştirakı ilə şöbənin Təhqiqat bölməsinin baş təhqiqatçısı Şahid4 tərəfindən şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirən zaman əvvəlcədən ona üzərində narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan olunmuş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan parça materialdan olan qolsuz gödəkcənin sağ döş cibindən 02 ədəd “Vest” markalı siqaret qutularını, 02 ədəd alışqanı, bir ədəd mobil telefonu və özünə məxsus pul əskinaslarını çıxarıb iş masasının üzərinə qoymuşdur. Siqaret qutularına baxış keçirilən zaman bir ədəd siqaret qutusunun içərisindən 03 ədəd, ikisi şəffaf rəngli sellofan, biri isə gümüşü rəngli kağız bükümlərdə olan kütlələr Təqsirləndirilən şəxs deməsinə görə narkotik tərkibli bitki olan marixuana, 01 ədəd şəffaf bükümdə olan kütlə isə narkotik tərkibli metamfetamin aşkar edilmişdir. Baxış zaman aşkar olunmuş bükümlər elektron tərəzidə çəkilmiş, bükümlərlə birlikdə kağız zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin 72 nömrəli möhürü ilə möhürlənib qablaşdırılmışdır. Bundan sonra baş təhqiqatçı tərəfindən şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol baş təhqiqatçı tərəfindən ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 21 oktyabr 2022-ci il tarixdə saat 20:30 radələrində xidmət yoldaşı polis baş serjantı Şahid1 ilə xidmətdə olan zaman Göygöl şəhəri Heydər Əliyev prospektində rayon sakini Vüqar adlı şəxs özünü şübhəli aparmış, Vüqara yaxınlaşdıqda o, qaçmaq istəmiş, lakin onu saxlamışlar. Təqsirləndirilən şəxs bu hərəkətləri onlarda şübhə yaratmış və onun üzərində narkotik vasitə olmasından şübhələndikləri üçün onu saxlayaraq Göygöl rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şöbənin Təhqiqat bölməsinin baş təhqiqatçısı Şahid4 tərəfindən şəxsi axtarış keçirilməsi üçün Təqsirləndirilən şəxs istəyi əsasında dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Vəkil Namiq Həsənovun iştirakı ilə 21 oktyabr 2022-ci il tarixdə saat 21:20 radələrində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirən zaman ona üzərində narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan olunmuş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya varsa təqdim etməsi təklif edilmiş, daha sonra Təqsirləndirilən şəxs əynində olan parça materialdan qolsuz gödəkcənin sağ döş cibindən 02 ədəd “Vest” markalı siqaret qutularını, 02 ədəd alışqanı, 01 ədəd mobil telefonu və özünə məxsus pul əskinaslarını çıxarıb iş masasının üzərinə qoymuşdur. Siqaret qutularına baxış keçirilən zaman bir ədəd siqaret qutusunun içərisindən 03 ədəd, ikisi şəffaf rəngli sellofan, biri isə gümüşü rəngli kağız bükümlərdə olan kütlələr Təqsirləndirilən şəxs deməsinə görə narkotik tərkibli bitki olan marixuana, 01 ədəd şəffaf bükümdə olan kütlə isə narkotik tərkibli metamfetamin vasitəsi aşkar edilmişdir. Bükümlər elektron tərəzidə çəkilmiş, DİNnin 72 nömrəli möhürü ilə möhürlənib qablaşdırılmışdır. Bundan sonra protokol tərtib edilmiş, iştirakçılar oxunduqdan sonra onlar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 21 oktyabr 2022-ci il tarixdə saat 21:30 radələrində Göygöl RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Şahid4 şəxsi axtarış, baxış və götürmə istintaq hərəkətitş videoçəkiliş ilə aparılması ilə bağlı zərurət yarandığı üçün videoçəkilişin aparılması ona həvalə edilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti baş təhqiqatçı Şahid4 tərəfindən xidməti otağında keçirilmişdir. Ondan başqa orada şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi X7, Göygöl RPŞ-nin PPXB-nün əməkdaşları Şahid1 və X4 iştirak etmişlər. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs qərarla tanış edilmiş, ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri cıxarıb təqdim edilməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli parça materialdan, qolsuz gödəkcənin döş cibindən 02 ədəd “Vest” markalı siqaret qutularını, 02 ədəd alışqanı bir ədəd mobil telefonu və özünə məxsus olan pul əskinaslarını çıxarıb masanın üzərinə qoymuşdur. Siqaret qutularına baxış keçirilən zaman bir ədəd siqaret qutusunun içərisində 03 ədəd, ikisi şəffaf rəngli sellofan, biri isə gümüşü rəngli kağız bükümlər, digər siqaret qutusundan isə 01 ədəd şəffaf rəngli sellofan olan büküm aşkar edilmişdir. Aşkar olunan bükümlərə baxış zaman müəyyən edilmişdir ki, ikisi şəffaf rəngli sellofan, biri isə gümüşü rəngli kağız bükümlərdə olan kütlələr Təqsirləndirilən şəxs deməsinə görə narkotik tərkibli bitki olan marixuana, 01 ədəd şəffaf bükümdə olan kütlə isə narkotik tərkibli metamfetamindir. Sorğu-sual zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələrin narkotik vastə olduğunu, özü istifadə etmək üçün 2022-ci ilin yay ayında Gəncə şəhərində tanımadığı şəxsdən aldığını, metanfetamin kütləsini isə tapdığını, həmin narkotik vastələrdən heç kimə vermədiyini, satmadığını demişdir. Baxış zaman aşkar olunmuş bükümlər elektron tərəzidə çəkilmiş, marixuana olan bükümün biri 3,5 qram, digəri ikisi 2,0 qram, metamfetamin olan büküm isə 3,5 qram çəkidə olması müəyyən edilmişdir. Daha sonra həmin kütlələr bükümlərlə birlikdə zərfdə qablaşdırılmış və DİN-in 72 saylı möhürü ilə möhürlənmişdir. Kütlələrin qablaşdırıldığı zərfin üzərində iştirakçılar tərəfindən imzalar çəkilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, 21 oktyabr 2022-ci il tarixdə Göygöl RPŞ-nin əməliyyat-istintaq qrupunda olmuş, Göygöl RPŞ-in PPXB-in polis nəfəri polis baş serjantı Şahid1 Göygöl RPŞ-in rəisinə raportla məruzə edərək həmin gün saat 20:30 radələrində Göygöl şəhər ərazisində, xidmət yoldaşı polis serjantı, Şahid2lə xidmətdə olduğunu, həmin vaxt Göygöl şəhəri, Heydər Əliyev prospektində, özünü şübhəli aparan, narkotik vastələrin qanunsuz dövüryyəsi ilə məşğul olmaqda şübhəli bilinən, Göygöl şəhər sakini Təqsirləndirilən şəxs yaxınlaşdığını, həmin vaxt Vüqarın əməkdaşları görüb qaçmaq istəməsini bildirmiş, Vüqarı saxlayıb RPŞ-nə gətirərərək üzərinə baxış keçirməsinin zəruri olduğunu bildirmişdir. Həmin raport Göygöl RPŞ-nin Növbətçi Hissəsində “törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatıkitabın”da HK-1/1870 nömrəsi ilə qeydiyyata alınaraq icrası ona həvalə edilmişdir. O, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edərək, ona öz seçimi ilə dövlət hesabına X5 dəvət edərək müdafiəçi olaraq təyin etmişdir. Təqsirləndirilən şəxs tutulan zaman qanunvericiliyə uyğun olaraq ona bütün hüquqları izah edilmiş, bundan sonra sonuncunun üzərinə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkliş ilə baxış keçirilərək şəxsi axtarış aparılmışdır. Baxış və şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri cıxarıb təqdim etməsini təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli parça materialdan, qolsuz gödəkcənin döş cibindən 02 ədəd “Vest” markalı siqaret qutularını, 02 ədəd alışqanı, bir ədəd mobil telefonu və özünə məxsus olan pul əskinaslarını çıxarıb masanın üzərinə qoymuş, siqaret qutularına baxış keçirilən zaman bir ədəd siqaret qutusunun içərisində 03 ədəd, ikisi şəffaf rəngli sellofan, biri isə gümüşü rəngli kağız bükümlər, digər siqaret qutusundan isə 01 ədəd şəffaf rəngli sellofan olan büküm aşkar edilmişdir. Aşkar olunan bükümlərə baxış zaman müəyyən edilmişdir ki, ikisi şəffaf rəngli sellofan, biri isə gümüşü rəngli kağız bükümlərdə olan kütlələr Təqsirləndirilən şəxs deməsinə görə narkotik tərkibli bitki olan marixuana, 01 ədəd şəffaf bükümdə olan kütlə isə narkotik tərkibli metamfetamindir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələrin narkotik vasitə olduğunu, özü istifadə etmək üçün 2022-ci ilin yay ayında Gəncə şəhərində tanımadığı şəxsdən aldığını, metamfetamin kütləsini isə tapdığını, həmin narkotik vastələrdən heç kimə vermədiyini, satmadığını demişdir. Baxış zaman aşkar olunmuş bükümlər elektron tərəzidə çəkilmiş, marixuana olan bükümün biri 3,5 qram, digəri ikisi 2,0 qram, metamfetamin olan büküm isə 3,5 qram çəkidə olması müəyyən edilmişdir. Daha sonra həmin kütlələri bükümlərlə birlikdə zərfdə qablaşdırmış və DİN-in 72 saylı möhürü ilə möhürləmişdir. Kütlələrin qablaşdırıldığı zərfin, həmçinin tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs izahatını almış və digər prosessual hərəkətlər etmişdir. Tərəfindən kompleks məhkəmə-kimyəvi və bioloji ekspertiza təyin edilərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr tədqiq edilməsi üçün ekspertizaya təqdim olunmuşdur. Ekspertizanın rəyi daxil olduqda isə toplanmış material Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilməsi üçün Göygöl RPŞ-nin İstintaq bölməsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 21 oktyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 21 oktyabr 2022-ci il tarixdə «Şəxsi axtarış və götürmə aparılması haqqında» tərtib edilmiş protokoldan görünür ki, videoçəkilişlə xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində Göygöl RPŞ-nin Post Patrul Xidməti bölüyünün əməkdaşlarının keçirdikləri tədbir nəticəsində Göygöl şəhəri, Səməd Vurğun küçəsi ev 24-də yaşayan Təqsirləndirilən şəxs Göygöl şəhəri, Heydər Əliyev prospektində saxlanılaraq Göygöl RPŞ-yə gətirilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçisinin iştirakı ilə üzərinə baxış keçirilərkən əynində olan tünd göy rəngli parça materialdan, qolsuz gödəkcənin döş cibindən 02 ədəd “Vest” markalı siqaret qutularını, 02 ədəd alışqanı, bir ədəd mobil telefonu və özünə məxsus olan pul əskinaslarını çıxarıb masanın üzərinə qoymuş, siqaret qutularına baxış keçirilən zaman bir ədəd siqaret qutusunun içərisində 03 ədəd, ikisi şəffaf rəngli sellofan, biri isə gümüşü rəngli kağız bükümlər, digər siqaret qutusundan isə 01 ədəd şəffaf rəngli sellofan olan büküm aşkar edilmiş, aşkar olunan bükümlərə baxış zaman müəyyən edilmişdir ki, ikisi şəffaf rəngli sellofan, biri isə gümüşü rəngli kağız bükümlərdə olan kütlələr Təqsirləndirilən şəxs deməsinə görə narkotik tərkibli bitki olan marixuana, 01 ədəd şəffaf bükümdə olan kütlə isə narkotik tərkibli metamfetamindir. Sorğu zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələrin narkotik vasitə olduğunu, özü istifadə etmək üçün 2022-ci ilin yay ayında Gəncə şəhərində tanımadığı şəxsdən aldığını, metanfetamin kütləsini isə tapdığını, həmin narkotik vastələrdən heç kimə vermədiyini, satmadığını demişdir. Baxış zaman aşkar olunmuş bükümlər elektron tərəzidə çəkilmiş, marixuana olan bükümün biri 3,5 qram, digəri ikisi 2,0 qram, metanfetamin olan büküm isə 3,5 qram çəkidə olması müəyyən edilmişdir. Daha sonra həmin kütlələri bükümlərlə birlikdə zərfdə qablaşdırmış və DİN-in 72 saylı möhürü ilə möhürləmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 22 oktyabr 2022-ci il tarixli 16/1219 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində imzalar olan kağız paketdəki, 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 3,331 qram olan maddə küstar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 1(bir) ədəd gümüşü kağız bükümdə və 2 (iki) ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,5 qram, 0,25 qram, 0,24 qram, ümumi təmiz çəkisi 0,99 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 21 yanvar 2023-cü il tarixli 96 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 22 oktyabr 2022-ci il tarixli “əşyanın maddi sübut kimi tanınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 3,331 qram olan maddə küstar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 1(bir) ədəd gümüşü kağız bükümdə və 2 (iki) ədəd sellofan bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,5 qram, 0,25 qram, 0,24 qram, ümumi təmiz çəkisi 0,99 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana cinayət iş üzrə maddi subut kimi tanınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Göygöl RPŞnin Cinayət axtarış bölməsindən xx.xx.2022-ci il tarixli 163-28564-1222 nömrəli məktubla daxil olmuş əməliyyat tapşırığının cavabından görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən edilmişdir ki, keçirilmiş bir sıra əməliyyat-axtarış tədbirlərinə baxmayaraq Göygöl şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananı tanımadığı şəxsdən almasını və psixotrop maddə olan metamfetamini isə yerdən tapdığını bildirsə də onun narkotik vasitələri və psixotrop maddələri konkret olaraq kimdən əldə etməsini, həmçinin kiməsə satması faktını müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində Göygöl rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikasının CMnin 76.3.1-ci maddəsi rəhbər tutularaq cəzasının çəkilməmiş qalan 04 ay 05 gün hissəsini çəkməkdən azad edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Göygöl rayon məhkəməsinin 23 oktyabr 2022-ci il tarixli 4(066)-93/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə, yəni 21 fevral 2022-ci il tarixədək “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 23 yanvar 2023-cü il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata götürülməsi barədə” qərarından görünür ki, cinayət işi üzrə bir sıra zəruri istintaq hərəkətləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdar hesab edilən metamfetaminin hansı mənbədən əldə etməsi müəyyən edilmədiyindən 23 oktyabr 2023-cü il tarixdə sonuncunun barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinin istintaq sənədlərindən naməlum şəxs və ya şəxslər tərəfindən külli miqdarda psixatrop maddənin satılması faktına dair Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Beləliklə, təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, külli miqdarda, 01 ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdar hesab edilən 3,331 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 21 oktyabr 2022-ci il tarixdə saat 20:30 radələrində Göygöl rayon Polis şöbəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Göygöl şəhəri Heydər Əliyev prospektində saxlanılaraq Göygöl rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsinin inzibati binasında onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli gödəkçənin sağ döş cibində qanunsuz olaraq daşıyaraq saxladığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdar hesab edilən 3,331 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir (1.0.8); narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İİ siyahısında psixatrop maddə hesab edilən metamfetamin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 02 qram göstərilmişdir. Yuxarıda şərh olunanlaraəsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinəəsasən cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdəədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, həmçinin təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan qaydada cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində Göygöl rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikasının CM-nin 76.3.1-ci maddəsi rəhbər tutularaq cəzasının çəkilməmiş qalan 04 ay 05 gün hissəsini çəkməkdən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün müddət keçdiyindən, onun əvvəllər məhkum olunması heç bir hüquqi nəticə yaratmır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustağlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 21 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut Göygöl RPŞ-nin saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 3,331 qram olan maddə küstar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 1(bir) ədəd gümüşü kağız bükümdə və 2 (iki) ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,5 qram, 0,25 qram, 0,24 qram, ümumi təmiz çəkisi 0,99 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilmişdir. Narkotik vasitənin məhv edilməsi Göygöl RPŞ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 60 manat 80 qəpik təşkil Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İşüzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustağlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 21 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb Göygöl RPŞ-nin saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 3,331 qram olan maddə küstar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 1(bir) ədəd gümüşü kağız bükümdə və 2 (iki) ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,5 qram, 0,25 qram, 0,24 qram, ümumi təmiz çəkisi 0,99 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Göygöl RPŞ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 60 manat 80 qəpik Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-222/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-222/2023
29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver