Məhkəmə qərarları › İş №1(100)-222/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-222/2025

27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-222/2025 27.01.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə İclas katibləri: X8, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X12 və ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci ildə Tovuz rayonu Bozalqanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkum olunmamış, işləməyən, Tovuz rayonu Bozalqanlı ərazi dairəsi Bozalqanlı kəndində qeydiyyatda olan və yaşamış, hazırda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 182.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 7 avqust 2023-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 idarəsinin Tovuz rayonu üzrə işçilərinin Tovuz rayonundakı Nizami adına X3 1.5 hektarlıq həyətyanı sahəsində iməclik işlərini həyata keçirmələri ilə bağlı əldə etdiyi gizli çəkilmiş video - materialı zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin xeyli miqdarda əmlakını və əmlak xarakteri daşıyan hərəkətlər etməsini tələb etmək məqsədi ilə özündə saxlayıb, iməcilik bitdikdən sonra həmin günorta saatlarında ünvan 1 ünvanında yerləşən Tovuz rayon X21 adına Mədəniyyət mərkəzinin direktoru Zərərçəkmiş şəxs iş yerinə gələrək sonuncu ilə görüşüb, həmin video-materialı göstərməklə barəsində rüsvayedici materiallar hazırlayıb sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində yaymaqla ictimailəşdirəcəyini bildirmiş, belə materialların yayılmaması müqabilində Zərərçəkmiş şəxs xeyli miqdar təşkil edən 6.000 (altı min) AZN məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmiş, sonuncu razılaşmadığı üçün həmin video-materialı 29 avqust 2023-cü il tarixdə “Youtube” sosial şəbəkəsində “Arzu Sayadoğlu (AS TV)” adlı öz şəxsi profil hesabında yayımlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstər ki, ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. Ona qarşı cinayət işinin başlanması, cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində həbs qətimkan tədbirinin seçilməsi siyasi sifarişlidir və müxalif mövqedə olması, cəmiyyətdə və dövlətdə olan neqativ hadisələri özünəməxsus “youtube” internet portalında və adına olan digər sosial şəbəkələrdə paylaşması ilə əlaqədardır. O hazırki ittihamda göstərilən yəni mədəniyyət mərkəzi işçilərinin guya könüllü olaraq iməciliklə məşğul olmasına dair videoçəkiliş diər Kanal 13 intenret kanalında yayımlanmış o da həmin videonu götürüb vieoçarx hazırlamış və ictimai əsaslarla fəaliyyət göstəediyi üçün öz kanalında 2023-cü il avqust ayının sonunda yayımlamışdır. Lakin videomaterialı yayınlamamaq üçün nə iş üzrə zərərçəkmiş şəxs kimi göstərilən Zərərçəkmiş şəxsla nə də şahid kimi göstərilən Şahid1la görüşməmiş, onlardan hər hansı birindən birbaşa yaxud dolayısı yola pul istəməmişdir. Onun barəsindəki cinayət işi zamanı ümumiyyətlə hər hansı əalqəsi olmadığı açıq aşkar görünsə də ibtdiai istinatqıaparan DTX-nin müstəntiqi barəsində qətimkan təsbirini seçən məhkəmələr qanunsuz qərarlar vermiş, onun siyasi faəliyyəti ilə bağlı dövlət orqanlarının göstərişlərini icra etmişlər. Aparılan istintaq hərəkətləri də qanunsuz olmuş, ona hər hansı qərar təqdim edilmədən Tovuz rayonunda olan evinə baxış keçirilmiş, hal şahidləri kimi göstərilən şəxslər də ibtidai istintaq və məhkəmədə fərqli ziddiyyətli ifadələr vermiş, onlar istintaqda bilavasitə çağırılmalarını desələr də, məhkəmə baxışında biri mobil telefonla çağırılmasını, digəri isə iş yoldaşı olan hal şahidinin istəyi ilə hadisə yerinə yəni yaşadığı ünvana getdiyini bildirmişdir. Ona evində baxış keçirilməsinin əsasları təqdim edilməmiş, evindən aşkar edilən əşyalar da prosessual pozuntulara yol verilməklə qablaşdırılmışdır. Əslində cinayət işi üzrə zərərçəkmiş şəxs özüdür, onun azadlıq hüququ pozulmuşdur. İttihamda hədə-qorxu gələrək zərərəçəkmiş şəxs Asif Qadımovdan pul istəməsi barədə göstərilənlər gülücdür. Həmin gün O günortadan sonra ümumiyyətlə Tovuz rayonunda deyil Bakı şəhərində olmudur. Qondarma ittihamları üzərindən götürüb ona bəraət verilməsini, məhkəmədən ədalətin təntənəsinin təmin edilməsi xahiş edir. İbtidai istintaq zamanı verdiyi ifadəsində isə Təqsirləndirilən şəxs göstərmişdir ki.....Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi özünü təqsirli bilmir, 2011-2013-cü illərdə Tovuz rayonunda “Türk el” televiziyasında jurnalist, müxbir kimi işləmiş, 2013-cü ilin iyul-avqust ayından noyabr ayına kimi “ANS Şirkətlər qrupu”nun “ANS press” xəbər agentliyində redaktor işləmiş, 2014-cü ilin aprel ayında avqust ayına kimi ANS TV-nin təşkilatçılığı ilə Avropa və Amerikadan gələn xarici juralistlərin iştirakı ilə jurnalistika kursunda iştirak etmiş, daha sonra 2014-cü ilin dekabr ayından 2015-ci ilin fevral ayına kimi “ANS ÇM” radiosunda xəbər aparıcısı kimi işləmiş, həmin tarixdən sonra rəsmi olaraq heç yerdə işləməmişdir. 2015-ci ilin fevral ayında “ANS ÇM” radiosunda işdən çıxdıqdan sonra sərbəst olaraq siyasi-ictimai-elmi araşdırmalar aparmaqla jurnalist kimi fəaliyyət göstərmiş, 2015-ci ilin mart ayının axırlarından aprel ayının əvvəllərinə kimi öz hesabına Türkiyənin İstanbul şəhərindən tranzit kimi Sinqapurdan keçməklə İndoneziya Respublikasına istirahət etmək məqsədi ilə getmiş, 2016-cı ilin aprel ayından may ayının 14-15-dək Amerika səfirliyinin vasitəsi və dəvəti ilə X6 İVLP proqramı üzrə qısa müddətli media fəaliyyətinə aid kursda olmuş, kurs prosesində Amerikanın Vaşinqton, Nyu York, Boston, İndiana Polis və Los Angeles şəhərlərində olmuş, maliyyə xərclərini X7 Amerika Dövlət Departamenti qarşılamış, X4 şəhəri üzərindən tranzit keçməklə getmiş, Amerikadan gəldikdən sonra qısa müddətli qeyri-rəsmi “Günün Səsi” saytında redaktor işləmiş, sonra yenidən 2019-2020-ci illərdə həmin sayıtda redaktor kimi işləmiş, həmçinin 2019-2021-ci illərdə “Kanal 13” youtube kanalında qeyri-rəsmi olaraq, aparıcı və redaktor kimi işləmişdir. Youtube sosial şəbəsində “Arzu Sayadoğlu” adlı şəxsi profil hesabı-kanalı vardır. Həmin profil üzərindən siyasi-ictimai problemləri paylaşmış və 48 000-dən çox izləyicisi vardır. 2023-cü ilin avqust ayının əvvəlində Mədəniyyət Nazirliyinin Qazax-Tovuz mədəniyyət idarəsinin işçilərinin idarənin qarşısında yerləşən Tovuz rayonundakı Nizami adına Abulbəyli kənd folklor evinin 1.5 hektarlıq həyətyanı sahəsində olan qurumuş otları yolmaları, zibil təmizləmələri barədə olan əldə etdiyi video çəkilişi özündə saxlamış və avqust ayının sonu, yəni 29 avqust 2024-cü ildə youtube sosial şəbəkəsində “Arzu Sayadoğlu (AS TV)” adlı kanalında həmin video çəkilişi paylaşmaqla ictimailəşdirmişdir. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 2023-cü ilin avqust ayının 7-də X2 idarəsinin Tovuz rayonu üzrə əməkdaşları könüllü olaraq təmizlik işlərinə cəlb edilmiş, həmin gün Mədəniyyət idarəsinin Tovuz rayonu üzrə işçiləri Nizami adına Abulbəyli kənd folklor evinin 1,5 hektarlıq həyətyanı sahəsində iməcilik etmiş təxminən günorta saatlarında yekunlaşmışdır. Həmin gün günortadan sonra, yəni günün ikinci yarısı Tovuz rayon sakini jurnalist olduğunu bildirən Təqsirləndirilən şəxs işlədiyi Tovuz rayon X21 adına Mədəniyyət Mərkəzinə gəlib onunla görüşmüş, Təqsirləndirilən şəxs özünü “Youtube” sosial şəbəkəsində “Arzu Sayadoğlu” adlı kanalı olan, “AS TV” internet kanalı olduğunu bildirmiş, 7 avqust 2023-cü ildə keçirilmiş iməciliyin videosunu ona göstərib, mədəniyyət işçilərini guya zorla həmin ərazidə işlətdiyini, qanuna zidd olduğunu deyərək onu hədələmişdir. Arzuya adi iməclik olduğunu desə də Arzu işçiləri məcburi gətirdiyini demiş, özünə məxsus sosial şəbəkədəki kanalında videonu paylaşacağını, video yayılsa işdən çıxarılacağını demişdir. Videonu kimin və necə çəkdiyini soruşanda Arzu ona “sənə dəxli yoxdu, mən ya kimsə, sənin nəyinə gərəkdi, əsas odu video məndədi”-demiş, narahat olub iməcliyi başqa adla paylaşmağa ehtiyac olmadığını demişdir. Arzu ona pislik etmək istəmədiyini, məsələni öz aralarında həll etməyin mümkün olduğunu demiş, əgər ona 6.000 AZN pul versə, videonu ictimailəşdirməyəcəyini bildirmişdir. O isə o qədər pulunun olmadığını bildirdikdə, Arzu ona “özün bil, onda işdən azad olunanda ağlın başına gələr”-deyib çıxıb getmişdir. Arzuya pul verməyəcəyini dedikdə, əvvəlki kimi onu hədələyərək, əgər ona dediyi pulu verməsə öz sosial şəbəkəsində videonu paylaşaraq ictimailəşdirəcəyini, yaxşı-yaxşı fikirləşməyi demişdir. Arzuya pul verməkdən imtina etmiş, Arzu ona “pulu düzəldəndə xəbər edərsən səndən xəbər çıxmasa ictimailəşdirəcəm”-deyib çıxıb getmişdir. Həmin günü axşam X2 idarəsinin baş məsləhətçisi, Tovuz rayonu üzrə nümayəndəsi olan Şahid1 yanına gəlib Təqsirləndirilən şəxs adlı jurnalistin onunla Tovuz şəhərində tədbirdə görüb əlində video olduğunu “get rəisin Asiflə danış, ona sözümü demişəm, əgər yoluna qoymaq istəyirsizsə ona dediyim məsələni həll etsin!”-dediyini bildirmişdir. Adilə bir neçə saat əvvəl Arzunun onun yanına gələrək hədə-qorxu gəlməsini və ondan 6000 pul isətdiyini demişdir. Təxminən yarım ay sonra tanışları və işçiləriim ailə üzvləri oa zəng edib “Youtube”da video paylaşdığını ailə üzvləri,qohumları olan qadınların arxa tərəfdən iş görərkən çəkilən videolarını paylaşıldığını videoda işçilərin qanunsuz işlə məşğul olduğunu bildirməsini demiş, ona irad tutmuş, eyni zamanda tabe olduğu mədəniyyət idarəsi də eləcə də nazirlik səviyyəsində ondan həmin video ilə bağlı sorğu sual edilmiş və məsələni araşdırmışlar. İş yoldaşları və rayon camaatının həmin videoya baxmasını dediklərindən sonra həmin videoya baxmış və Arzunun onu biabır etmək üçün həmin videonu yaydığını bilmişdir. Qınaqlar və iradlaar görə o hədə qorxu gəlindiyi üçün DTX-nin Tovuz rayon şöbəsinə 2024-cü il yanvar ayının əvvəli ərizə ilə müraciət etmiş, sonradan da Bakı şəhərinə çağırılıb ifadə vermişdir. Məhkəmədə suallara cavab olaraq göstərdi ki, təqsirləndirilən şəxsdən şikayətçidir, onu rayonda və rəhbərlik yanında yalan məlumatlarla biabır etdiyi üçün barışmamışdır, təyin ediləcək cəza məsələsini isə məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2023-cü il avqust ayının 7-də X2 işçiləri Nizami adına Abulbəyli kənd folklor evinin 1,5 hektarlıq həyətyanı sahəsində ümumi iməclik, təmizlik işlərinə öz könüllü razılıqları ilə cəlb edilmişlər. Mədəniyyət işçiləri Nizami klubu kimi tanınan “Abulbəyli” kənd folklor evinin 1,5 hektarlıq həyətyanı sahəsində təmizlik işləri aparmış, həmin gün axşam tərəfi, 7 avqust 2024-cü ildə özünü jurnalist kimi təqdim edən Təqsirləndirilən şəxs Tovuz şəhərində yerləşən “Petrotal” restoranında ona yaxınlaşıb, aparılmış iməcliyin kənardan gizli çəkilmiş videonu göstərib, guya mədəniyyət işçilərini zorla cəlb etdiklərini, qanun qarşısında cavab verməli olacaqlarını, videonu sosial şəbəkələrdə paylaşacağını, işdən çıxarılacağını söyləyib hədə-qorxu gəlmiş, təmkinli olduğunu görüb məsələni öz aralarında həll etmələrini deyib əməkdaşlı etməyi təklif etmiş razılaşmayanda isə işdən çıxarılacağını demişdir. Zərərçəkmiş şəxsla da danışdığını, yanına gedib danışmağı, məsələni ona bir daha izah etməyi və yoluna qoymaq istəyirlərsə, ona dediyi məbləği hazırlamağını, yoxsa sosial şəbəkədə rüsvay edəcəyini deyib hədələmişdir. Arzu ona “baxa birinci Asifi sonra səni çıxaracaqlar. Yaxşı-yaxşı fikirləş, Asifi də başa sal, sonra peşman olmayasız, Asif pulu düzəldəndə məni tapmaq sizə asan olar, xəbər edərsiz”-deyərək çıxıb getmişdir. Həmin gün axşam Zərərçəkmiş şəxsla görüşüb Təqsirləndirilən şəxs sözlərini deyəndə Asif Arzunun mədəniyyət mərkəzinə gəlib onu hədələdiyini 6000 pul istədiyini lakin razılaşmadığını demişdir. Bir müddət sonra təxminən sentyabr-oktyabr ayları olarında rayon camaatından Arzunun videonu sosial şəbəkəyə qoymasını eşitmiş, videoya “youtube” sosial şəbəkəsində baxdıqda Təqsirləndirilən şəxs onları nüfuzdan salmaq üçün pul vermədiklərinə görə yaydığını bilmişdir. Məhkəmədə ifadə verən Şahid2 göstərmişdir ki, İcra nümayəndəliyində işləyir. 16 yanvar 2024-cü il tarixdə, saat 13 radələrində Tovuz rayon Bozalqanlı kəndində olan zaman Dövlət Təhlükəsizliyi Xidmətinin adını bilmədiyi əməkdaşı ona zəng edərək keçiriləcək baxışda iştirak etməyi təklif etmiş, o da öz iş yoldaşı olan Şahid3 zəng edərək ona da iştirak etməyi təklif bildirmiş və sonuncu ilə birlikdə Tovuz rayonu Bozalqanlı kəndinə getmişdir. Tovuz rayonu Bozalqanlı kəndində əvvəl tanımadığı və olmadığı fərdi həyət evinə gəlmiş və orada Təqsirləndirilən şəxs adlı şəxsin yaşadığı evə keçiriləcək baxışda iştirak etmiş, baxışdan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları onlara hüquq vəzifələrini izah etmiş, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Evə hamısı biryerdə girmiş, evdən noutbuk, mobil telefon planşet müxtəlif qeydlər olan dəftər və kitabçalar aşakr edilib götürülmüş, aşkar edilən əşyalar Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən onların iştirakı ilə qablaşdırılaraq götürülmüş və möhürlənmiş,Sənədləşmə aparılmış protokol O və digər hal şahidi, eləcə də Təqsirləndirilən şəxs həmin protokolu imzalamışdır. İbtidai istintaq zamanı ifadəsində Bozalqanlı kəndində ona DTX əməkdaşının yaxınlaşıb dəvət etdiyini göstərsə də o telefon vasitəsilə çağırılmış və könüllü olaraq keçirilən baxışda iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 da eyniməzmunlu ifadə verərək göstərmişdir ki, iş yoldaşı Şahid2 ilə əvvəl tanımadığı Təqsirləndirilən şəxs yaşadığı evdə Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən keçirilmiş baxışda iştirak etmiş, həmin vaxt evdən noutbuk, telefon və müxtəlif əşyalar qeyd kitabçaları aşkar edilib götürülmşüdür. Keçirilən baxış zamanı əvvəldən axıra qədər iştirak etmiş, əvvəldən onlara hüquq-vəzifələri izah edilmişdir. Aşkar edilənlərdən başqa DTX əməkdaşlarının qablaşadırdığı əşyalara başqa əşyalar qoymasını, Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiq və təsir olmasını görməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan tarixli ərizədən görünür ki, Qasımov X15 Arzu Sayad oğlu tərəfindən hədə-qorxu ilə pul tələbinə məruz qalmaları barədə Azərbaycan Respublikasının Dpvlət Təhlükəsizliyi Xidmətinə ərizə ilə müraciət etmiş, barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən 16 yanvar 2024-cü il tarixli “baxış protokolu”ndan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı Tovuz rayonu Bozalqanlı ərazi dairəsi Bozalqanlı kəndindəki ünvandan cinayətin izlərini özündə əks etdirən iş üçün əhəmiyyət kəsb edən 01 ədəd “Acer” markalı noutbuk, 01 ədəd “Samsung Galaxy 10” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmədə tədqiq edilən 12 fevral 2024-cü il tarixli əşya və sənədlərə baxış keçirilməsi barədə protokol və əlavə edilmiş 01 ədəd CD diskdən görünür ki, Təqsirləndirilən şəxs ona məxsus 01 ədəd “Acer” markalı noutbuka və 01 ədəd “Samsung Galaxy 10” markalı mobil telefona, habelə qeyd olunanların bərpa olunmuş yaddaşlarına baxış zamanı hədə-qorxu ilə tələb etmə faktına dair istifadə olunmuş və cinayətin izlərini özündə əks etdirən içərisində videofayllar olan “X16 işçiləri” adlı qovluq, gizli çəkildiyi ehtimal edilən videolarda iş materiallarından görünən xx.xx.2023-cü il tarixdə iməcilik işlərinin həyata keçirilməsinin əks olunduğu və səs yazısı ilə işçilərin ərazidə zorla işlədilməsi və məcburi əməyə cəlb edilməsini əks etdirən video sujet olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “əşya və sənədlərə baxış keçirilməsi barədə” 12 fevral 2024-cü il tarixli protokoldan görünür ki, 01 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən 07 mart 2024-cü il tarixli “sosial şəbəkəyə baxış keçirilməsi barədə protokol” və əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs “Youtube” sosial şəbəkəsində şəxsi profil səhifəsi olan “Arzu Sayadoğlu” (AS) TV-yə baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən 29 mart 2023-cü il tarixdə “Tovuz Mədəniyyət X10 cəlb edilir” başlıqlı video faylın yerləşdirilməklə ictimailəşdirilməsi müəyyən edilmiş, həmin video fayla baxış keçirildikdə isə iş materiallarında olan kənardan gizli çəkilmiş videoda 07 avqust 2023-cü il tarixdə Mədəniyyət Nazirliyinin X2 idarəsinin Tovuz rayonu üzrə işçilərinin Tovuz rayonundakı Nizami adına Abulbəyli kənd folklor evinin 1.5 hektarlıq həyətyanı sahəsində iməclik işlərinin həyata keçirmələrini əks etdirən və Təqsirləndirilən şəxs öz səs yazısı ilə sujetin olması, Təqsirləndirilən şəxs öz səsi ilə həmin mədəniyyət evinin işçilərinin qeyd olunan ərazidə zorla işlədilməsi və məcburi əməyə cəlb edilməsini əks etdirən sujet hazırlayıb, sosial şəbəkədə yerləşdirilməsi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən 29 mart 2024-cü il tarixli DTX Vİ baş idarəsindən xx.xx.2024-cü il tarixdə 9-133 nömrəli məktubdan və əlavəsi olan “01 ədəd” diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs səsləndirilməsi ilə “Youtube” sosial şəbəkəsindən köçürülmüş “Arzu Sayadoğlu” (AS) TV kanalının yayımı kimi ictimailəşdirilmiş video çəkilişdə 07 avqust 2023-cü il tarixdə Mədəniyyət Nazirliyinin X2 idarəsinin Tovuz rayonu üzrə işçilərinin Tovuz rayonundakı Nizami adına Abulbəyli kənd folklor evinin 1.5 hektarlıq həyətyanı sahəsində iməclik işlərinin həyata keçirmələrini ilə bağlı Təqsirləndirilən şəxs öz səsi ilə həmin mədəniyyət evinin işçilərinin qeyd olunan ərazidə zorla işlədilməsi və məcburi əməyə cəlb edilməsini əks etdirən video süjet olmuşdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilən 22 aprel 2024-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş telefon zəngləri, SMS siyahısı, SMS mətnləri və əhatə dairəsi barədə məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil telefon nömrəsi xx.xx.2023cü il tarixdə Tovuz rayonu ərazisində müxtəlif anten dairələrində olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-psixiatrik (ambulator) ekspertizasının xx.xx.2024-cü il tarixli 296 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. İş materiallarında olan və məhkəmədə araşdırılan DVD diskdən görünür ki, “Tovuz mədəniyyət X10 Cəlb edilir balığı ilə” Xalqa Xidmət Hərəkatı alı altında Tovuz rayonu Nizami adına Mədəniyyət Mərkəzinin qarşısında Tovuz rayonu Mərkəzi xitabxanası və mədniyyət mərkəzinin işçiləri olması onların məcburi şəkildə işlədilməsi, mərkəzi kitabxana müdriyyəti tərəfindən hədə qorxu gəlinərək işlədilməsi bildirilir. Videoçəkilişdə diktor Təqsirləndirilən şəxs iməcilikdə iştirak edən şəxslərdən müsahibə alınmağa cəhd edilsə də, müdriyyət qorxusu ilə ifadə vermək istəməmələri qedy edilir və sonda Təqsirləndirilən şəxs “Gununsəsi TV” üçün hazırladığını bildirir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-fonoskopik ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-4/560 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, • ekspertizaya təqdim edilmiş 01 ədəd zərfin üzərində 6/1/29/4/355,16.01.24 xüsusi qeydi olan SONY markalı DVD-RW diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. • ekspertizaya təqdim olunmuş 01 ədəd zərfin üzərində 6/1/29/4/355,16.01.24 xüsusi qeydi olan SONY markalı DVD-RW diskdə olan mübahisəli fonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Tovuz RMX PHŞ-dən verilmiş xx.xx.2024-cü il tarixli, 121 saylı arayışdan görünür ki, 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həkim psixiatrın dispanser qeydiyyatdında dayanmır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Tovuz RMX PHŞ-dən verilmiş xx.xx.2024-cü il tarixli, 121 saylı arayışdan görünür ki, 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həkim narkoloqunn dispanser qeydiyyatında dayanmır. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən Tovuz Şəhər İƏD üzrə nümayəndəlikdən verilən xx.xx.2023-cü il tarixli, 145 №li arayış və xasiyyətnamədən görünür ki, qeydiyyatda olmaqla ailə üzvləri 1948-cii l təvəllüdlü atası X13, 1956-cı il təvllüdlü X5, 1981-ci il təvəllüdlü X14 ilə birlikdə yaşamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən 15 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Acer” markalı noutbukun, 01 ədəd “Samsung Galaxy 10” markalı mobil telefon (İMEİ: **********73725, **********73723) maddi sübut kimi tanınmışdır. “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.1998-ci il tarixli, 2 №li qərarından görünür ki, cinayətin törədilməsində iştirak etmiş şəxslərin hər birinin cinayətin törədilməsində rolunun və təqsirlilik dərəcəsinin müəyyən edilməsi zərurdir. Həmin qərarın 1-1.-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə görə bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün hədənin məhz maddənin dispozisiyasında göstərilən məzmunda olması, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə və yaxud onların haqqında rüsvayedici məlumatları yaymaqla və ya onların əmlakının tələf edilməsi ilə hədələmədə ifadə olunması tələb olunur. Həmin qərarın 3-1-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə cinayəti əmlakın, ona olan hüququn real olaraq ələ keçirilməsindən, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsindən asılı olmayaraq Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən məzmunda hədələri işlətməklə əmlakın (əmlaka olan hüququn) verilməsi, əmlak xarakteri daşıyan digər hərəkətin edilməsi barədə tələbinin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir. Bu səbəbdən təqsirkarın məqsədi ilə ehtiva olunan əmlakın bir hissəsinin real olaraq ələ keçirilməsi, digər hissəsinin əldə edilməsinin isə onun iradəsindən asılı olmayan səbəblərdən mümkün olmaması, əməlin ələ keçirilmiş əmlakın dəyərinə görə tövsif edilməsini, o cümlədən başa çatmayan cinayət (cinayətə cəhd) kimi qiymətləndirilməsini istisna edir. Həmin qərarın 5-ci bəndinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxsin özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlərin yerinə yetirilməsini hədə-qorxu ilə tələb etməsi dedikdə (Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi), cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasına başlanılana qədər bu cinayəti törətmək barədə razılığa gəlmiş iki və daha çox şəxs tərəfindən cinayətin birgə törədilməsi, yəni razılığa uyğun olaraq qrupun hər bir üzvü tərəfindən cinayətin obyektiv cəhətinə aid hərəkətlərin (ən azından onların bir hissəsinin) icra edilməsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinə 2ci bəndinə əsasən Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə baxışında iş üzrə zərərçəkmiş şəxs əslində özünün olduğunu, ona qarşı cinayət işinin siyasi sifarişli və qondarma olduğunu, onun iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxsla arasında hansısa danışıq, telefon zəngi, mesajlar olmadığını, iməciliklə bağlı videonu isə öz ictimai borcunu yetirən vətəndaş kimi paylaşdığını, videonun paylaşmaması üçün Zərərçəkmiş şəxs, yaxud Aydın Həsənovdan hansısa məbləğ pul istəmədiyini, sonrakı dövrdə məhz siyasi-müxalif fəaliyyəti ilə əlaqədar sifarişlə tutulduğunu və cinayət məsuliyyətinə cəlb edildiyini, buna görə də barəsindəki cinayət işinə xitam verilməsini, ya da ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs videogüntünü paylaşmaqla öz ictimai borcunu yerinə yetirməsi ilə əlaqələndirməsini özünümüdafiə kimi qiymətləndirir. Belə ki, əgər qeyd edilən hal mövcud olsa idi, yəni təqsirləndirilən şəxsin məqsədi videoyazının yayılmaması üçün pul tələb edilib alınması deyil, qedy etdiyi kimi iməciliyə məcburi cəlb edildiyini iddia etdiyi şəxslərin hüquqlarını və aşkar etdiyi neqativ halı aradan qaldırmaq və təqsirkar şəxs(lər)in(iş üzrə zərərçəkmiş şəxsin) yol verdiyi pozuntulara görə qanun qarşısında cəlb edilməsinə yönəlsəydi, O, ilk növbədə həm zərərçəkmiş şəxsin işlədiyi yuxarı səlahiyyətli orqanına, yaxud hüquq-mühafizə orqanlarına müraciət etməli idi. İş materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs keçmiş jurnalistika fəaliyyəti nəzərə alınmaqla operativ müraciət üçün kifayətə qədər texniki imkan, səriştə və təcrübəyə malikdir. Bundan başqa onun qeydə alınmış videogörüntünü həmin gün ictimailəşdirməməsi (öz ifadəsinə əsasən də) zərərçəkmiş şəxs və şahidin göstərdiyi videogörüntünü onlara tədqim edib, fikirləşmələri üçün “vaxt verməsi” şəxsin cinayətkar niyyətini təsdiq edən haldır. Təqsirləndirilən şəxsin məhkəmə baxışında dəfələrlə vurğuladığı tutulmasının siyasi fəaliyyəti ilə bağlı sifariş olmasına münasibətdə isə məhkəmə qeyd edir ki, bunu təsdiq edən sübutlar nə ibtidai araşdırma, nə də məhkəmə baxışı zamanı müdafiə tərəfindən məhkəməyə təqdim edilməmiş, eyni zamanda iş materiallarında onun cinayət məsuliyyətini cəlb edilməsinin siyasi motiv daşımasını göstərən hal aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, şəxs məhkəmə baxışı və ibtidai istintaq zamanı ifadəsində də göstərdiyi kimi uzun müddət müstəqil informasiya qurumu olan “ANS ÇM”-in müxbiri olmuş, informasiya agentliyinin üzvü kimi qeyri-rəsmi fəaliyyət göstərmiş, sonradan isə müstəqil informasiya məlumatlandırma fəaliyyəti ilə (deməsinə görə ictimai əsaslarla) gününsəsi.info və “Xalqa xidmət hərəkatı” adı altında fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs ifadələrində və məhkəməyə ünvanlandığı yazılı ərizələrində eləcə də çıxışında göstərdiyi siyasi fəaliyyəti ilə bağlı isə ona hər hansı dövlət orqanı tərəfindən bilavasitə, yaxud hər hansı üsulla təsir olmamış, açıq yaxud qapalı formada jurnalist fəaliyyətini dayandırması ilə əlaqədar, yaxud digər formada irad bildirilməmiş, fəaliyyətini məhdudlaşdıran hərəkətlərə yol verilməmiş, (hüquq mühafizə, media sahəsində idarəetməni həyata keçirən orqana çağırılma) təqsirləndirilən şəxs və müdafiəçisi onun təqib və təzyiqə məruz qalmasını göstərən halı təsdiq edən tək bir sübut belə təqdim etməmişlər. Müdafiə tərəfinin təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs fəaliyyət dövründə yol verdiyi qanun pozuntuları ilə əlaqədar material olub-olmaması ilə əlaqədar verdiyi vəsatət də məhz işin hərtərəfli tam araşdırılması, zərərçəkmiş şəxslə arasında mövcud olması ehtimal edilən hər hansı qərəzlə bağlı olub-olmamasını dəqiqləşdirmək üçün verilmiş sorğudan və xx.xx.2025-ci il tarixli, 2-2-023/3-008785/2025 saylı məktubdan görünür ki, Abulbəyli kənd folklor evinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Zərərçəkmiş şəxs və qeyriləri barəsində Azərbaycan Respublikası Cinayıt Məcəlləsinin 308.2-ci maddəsi ilə cinayət işi olduğu və ibtidai istintaq aparıldığı müəyyən edilmişdir. Sorğu və cavab məktubundan da göründüyü kimi zərərçəkmiş şəxs barəsindəki cinayət işi tamamilə fərqli xüsusat, yəni vəzifəli şəxslərin hərəkətlər ilə bağlı olmuş, həmin halların aşkar və müəyyən edilməsində Təqsirləndirilən şəxs sadə vətəndaş və ictimai əsasla fəaliyyət göstərən media nümayəndəsi kimi heçbir rola malik olmamışdır. Cinayət işi üzrə sübutları digəri ilə müqayisəli şəkildə təhlil edən məhkəmə tərkibi belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışında göstərdiyi məhz ictimai-siyasi fəaliyyəti ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsini bilavasitə, yaxud dolayı yolla göstərən hal müəyyən edilmədiyindən təqsirləndirilən şəxsin göstərdiklərini özünümüdafiə xarakterli, öz ifadəsində başqa digər sübutla təsdiq edilməyən həqiqətəuyğun olmayandır. Aparılmış əməliyyat axtarış tədbirlərinin qeyri-qanuni olması və hüquq pozuntuları ilə aparılmasına münasibətdə isə məhkəmə qeyd edir ki, müdafiə tərəfi həmin baxış hərərkətlərinin məhkəm qərarı ilə aparılmasına diqqət yetirməmişdir. Həmçinin hal şahidlərinin baxış keçirilən yerə şəxsən yaxud mobil telefon vaistəsi ilə dəvət edilməsi, eləcə də həmin tədbirdə müdafiəçinin (vəkilin) iştirak etməməsi aparılan əməliyyat-axtarış tədbirlərinin qeyri-qanuni olması və aşakr edilmiş maddi sübutların 3 M prinsipinə əsasən etibarsız olması kimi qiymətləndirilə bilməz. Məhkəmə nəzərə çatdırır ki, aparılan əməliyyat axtarış tədbirlərində müdafiəçi (vəkilin) iştirakı məcburi hal kimi nəzərdə tutulmamışdır, həmin hərəkətin yalnız hal şahidi yaxud fasiləsiz videoçəkilişlə aparılmasının zəruriliyi qanunvercilikdə nəzərdə tutulmuşdur ki, baxılan iş üzrə həmin əməliyyat axtarış tədbirində hal şahidlərinin iştirakı təmin edilmişdir. Məhkəmədə dəfələrlə müdafiə tərəfindən qeyd edilən əməldə cinayət tərkibi olmamaqla yanaşı ümumiyyətlə cinayət hadisəsi olmadığı yəni təqsirləndirilən şəxsin özünüifadə etmək hüququnun pozulduğu göstərilsə də məhkəmə qeyd edir ki, hansı məqsədlə və kim tərəfindən aparılmasından asılı olmayaraq videoçəkilişin sosial şəbəkə və mediada yayımlanması ilə bağlı təqsirləndirilən şəxsə qarşı hansısa ittiham verilməmiş, bununla bağlı təqibə (o cümlədən cinayət təqibinə) məruz qalmamış, həmin videogörüntünün silinməsi, ləğv edilməsi ilə bağlı bilavasitə və dolayısı yolla hansısa xahiş və tələb olmamış irad bildirilməmişdir. (nə zərərçəkən şəxs nə də qeyri şəxslər tərəfindən) Yəni şəxsə verilmiş ittihamdan da göründüyü kimi təqsirləndirilən şəxs videoçəkib paylaşmağa görə deyil, həmin videoçəkilişin paylaşılmaması üçün hədə qorxu gələrək pul vəsaiti istənilməsinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Müdafiə tərəfi məhkəmə baxışında əməlin tövsifini mübahisələndirmiş, uzun müddət zərərçəkmiş şəxsin məhkəmə, hüquq mühafizə orqanlarına müraciət etməməsə də təxminən 5 (beş) ay sonra DTX-yə şikayət etməsinin də sifarişli və qərəzli olduğunu bildirmişdir. Qeyd edilənlərlə bağlı məhkəmə nəzərə çatdırır ki, cinayət və cinayət prosessual qanunvericilik cinayət xarakterli hər hansı əməl barədə məlumat verilməsi üçün zamanla bağlı məhdudiyyət müəyyən etməmiş, yalnız cinayətlərin təsnifatına uyğun olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti kimi göstərilən müddətlər müəyyən etmişdir. Əməlin əgər təqsirləndirilən şəxsin yaydığı məlumatların yalan olduqda xüsusi ittiham qaydasında və şərəf və ləyaqətin mühafizəsi üçün mülki qaydada müraciət edilməsi ilə bağlı müdafiə tərəfinin mövqeyinin əsassız olmasını qeyd etməklə bərabər məhkəmə hesab edir ki, əməlin tövsifi ilə bağlı hökmün təsviri əsaslandırıcı hissəsində kifayət qədər açıqlama verilmişdir və əlavə olaraq yalnız nəzərə çatdırılır ki, şəxsin subyektiv hüququndan istifadə etməməsi, yaxud hansısa zaman kəsiyində istifadə etməməsi, prosessual statusundan asılı olmayaraq hər hansı şəxsin hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz. Müdafiə tərəfinin göstərdiyi həmin videoçaxrın ilk dəfə “Kanal 13” intenenet televiziyası yaxud digər oxşar paltformada yayılması, ilk dəfə görünütləri Təqsirləndirilən şəxs yaymaması ilə bağlı göstərdikləri isə, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə təsir etmədiyindən bununla bağlı müdafiə tərəfinin vəsatəti aidiyyəti olmadığı üçün rədd edilmişdir. Məhkəmə ictimaiyyətin və təqsirləndirilən şəxsin ailə üzvlərinin iştirakı ilə hər hansı məhdudiyyət qoyulmadan açıq məhkəmə baxışı formasında keçirilmiş, təqsirləndirilən şəxs və müdafiəçisinə məhkəmə çıxışı və son sözə hazırlaşmaq üçün kifayət qədər müddət - qeyri iş günləri olan 3 (üç) gün vaxt verilmiş, həm müdafiəçisi, həm də təqsirləndirilən şəxs kifayət qədər əsaslandırılmış və tədqiq edilmiş sübutlara uyğun çıxış edərək və son söz söyləmişlər. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, üzləşdirmə protokollarını, istintaq hərəkəti protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 182.2.4.-cü maddəsi ilə tövsif edilmişdir və O, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən yaşayış yeri Tovuz RİHB-nin Abulbəyli İƏD-dən verilmiş xx.xx.2024-cü il tarixli, 455 №li xasiyyətnamə ilə mənfi xarakterizə edilsə də, məhkəmə bununla razılaşmır və gəldiyini nəticəni onunla əsaslandırır ki, -hər hansı şəxs barəsində icra nümayəndəliyi yaxud (iş təhsil yerindən) verilən xasiyyətnamə həmin təşkilatın şəxs barəsində bilavasitə özünün əldə etdiyi (yaxud ərazidə yaşayan şəxslər tərəfindən səlahiyyətli şəxslərə verilmiş, və daxil olan şifahi və ya yazılı müraciətlər) əsasında formalaşır və qeyd edilən sənəd şəxsi ictimai və orqan tərəfindən xarakterizə etməklə şəxs barədə ümumi formalaşmış fikri (rəyi) mülahizəni əks etdirməlidir. -xasiyyətnamədə Təqsirləndirilən şəxs böhtan xarakterli siyasi diskursiyalar aparmaqla sosial narazılıq hallarının artmasına səbəb olan, pula meylli, riyakar və öz mənafeyini düşünən şəxs, ictimai-siyasi məsələlər və hakimiyyət tərəfindən qəbul edilən qərarlar barədə qərəzli fikirlər söyləyərək insanları etiraza səsləməs və açıq çağırışlar etməsinə münasibətdə qeyd edilməlidir ki, göstərilənlər ictimai-siyasi əhəmiyyətə malik olsa Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə mənfi xarakterizə edən hal kimi qəbul edilə bilməz. Verilmiş xasiyyətnamadə şəxsi mənfi xarakterizə edən yeganə hal A,Məmmədovun reket jurnalistika fəaliyyəti ilə məşğul olması göstərilsə də bu ancaq formal olaraqgöstərilmiş, dövlət orqanı olaraq icra nümayəndəliyi (məhkəmənin mülshizəsinə görə) konkret fakt olmadığından aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət edilməmişdir. Cinayət işi materiallarına əsasən təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə edilsə də bunu təsdiq edən hallar göstərilmədiyindən məhkəmə şəxsin yaşayış yeri üzrə mənfi xarakterizə edilməsini qanunçuluq və ədalət prinsiplərinə uyğun hesab etmir. Məhkəmə həmçinin şəxsə verilmiş ittiham üzrə məhkəmədə göstərilən cinayət əməlinin ictimai borcunu yerinə yetirən şəxsə qarşı törədilməsini də Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmasını qanunçuluq prinsipinə zidd hesab edir. İttihamdan da göründüyü kimi iş üzrə Zərərçəkmiş şəxs könüllü əsaslarla təşkil edilən və iştirak edən şəxslərlə birgə iməcilikdə iştirak etmiş, iməciliklə görülən təmizlik işləri ilə bağlı iştirak edən şəxslər üzərində hər hansı səlahiyyəti olmamışdır. Təqsirləndirilən şəxs iməcilik iştirakçılarından biri olan Zərərçəkmiş şəxs iməcilik bitdikdən sonra müraciət edib ondan videogörüntünü yaymamaq üçün hədə qorxu gələrək pul istəməsi, sonrakı müddətdə isə əlavə şərhlər etməklə yayımlaması, zərərçəkmiş şəxsin bilvasitə mədəniyyət mərkəzinin müdiri olması ilə bağlı olmuşdur ki, məhkəmənin qənaətinə görə bu təqsirləndirilən şəxsin tamah məqsədilə hərəkət etməsini, tələb etdiyi miqdar pul vəsaitinin zərərçəkmiş şəxsdə olmasını ehtimal etməsi və hədə-qorxu gələrək həmin məbləğ vəsaiti əldə etmək istəyi ilə bağlı olmuşdur. Odur ki, məhkəmə baxışında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirin və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndilən şəxs Təqsirləndirilən şəxs törətdiyi əməlin xarakterini, ictimai təhülkəliliyini və şəxsi xarakterizə edən digər halları nəzərə alaraq hesab edir ki, ona verilmiş ittiham üzrə maddənin sanksiyasında nəzərdə tutulan cəza təyini ədalətli və qanunamüvafiqdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür və yalnız bu yolla cəzanın məqsədinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 8, 9 və 58-ci maddələrinin tələblərini rəhbər tutaraq və işin yuxarıda şərh edilərək sadalanan hallara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 125 və 182.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən ...ağır cinayətlə görə məhkum edilmiş şəxslərin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır tutulduğu və həbsdə saxlanıldığı müddət həmin müddətə aiddir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzacəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Acer” markalı noutbukun, 01 ədəd “Samsung Galaxy 10” markalı mobil telefon (İMEİ: **********73725, **********73723) yaxın qohumlarına yaxud qohumlarına qaytarılmalı, iş üzrə telefon danışıqlarına dair məlumatlar olan 2 ədəd CD və youtube sosial şəbəkəsində yayılmış videogörüntünü əks etdirən 1 ədəd və Təqsirləndirilən şəxs eksperimental səs nümunələri olan 1 ədəd və 1 ədəd DVD disk olmaqla ümumilikdə 2 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 150 (bir yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Acer” markalı noutbuk, 01 ədəd “Samsung Galaxy 10” markalı mobil telefon (İMEİ: **********73725, **********73723) təqsirləndirlən şəxsin yaxın qohumlarına yaxud qohumlarına qaytarılmalı, iş üzrə telefon danışıqlarına dair məlumatlar olan 2 ədəd CD və youtube sosial şəbəkəsində yayılmış videogörüntünü əks etdirən 1 ədəd və Təqsirləndirilən şəxs eksperimental səs nümunələri olan 1 ədəd olmaqla ümumilikdə 2 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 150 (bir yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və (və ya) şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar