Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-223/2020 24.09.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X4 Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1995-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Gəncə şəhəri Nizami rayonu A.Ziyadxanov küçəsi 197, ev 4, mənzil 133-də yaşayış yeri üzrə qeydiyyatda olan, Gəncə şəhəri Heydər Əliyev prospekti ev 41/11də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində yaşadığı Gəncə şəhəri, Nizami rayonu, A.Ziyadxanov küçəsi 197 ünvanda yerləşən evin qarşısında ögey qardaşı Zərərçəkmiş şəxs onunla şəxsi münasibətlər zəminində mübahisə zamanı Zərərçəkmiş şəxs ona qarşı nalayiq sözlər deməsinə əsəbləşərək istintaqa məlum olmayan bıçaqla bir dəfə qarın nahiyyəsinə vurmaqla, qarın nahiyyəsinin ön səthində bir ədəd daxilə keçən böyük piyliyin və mədənin zədələnməsindən ibarət həyat üçün təhlükə törədən xəsarət yetirərək qəsdən sağlamlığana ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ögey qardaşıdır. Onların anası bir, ataları isə ayrıdır. Qardaşı Röyya və özü, anası ilə birlikdə Gəncə şəhəri Heydər Əliyev prospekti 41/11 ünvanda yaşayırdılar. xx xxxx 2020-ci il tarixdə o evdə olan zaman Röyya ilə sözlə mübahisəsi olmuş sonuncu anasının ünvanına nalayiq ifadələr demişdir. Bir qədər sobra o Röyyaya zəng etmiş, sonuncu yenidən anasının ünvanına nalayiq sözlər deməkdə davam edərək, Gəncə şəhəri, Nizami rayonu, A.Ziyadxanov küçəsi 197 ünvanda onu gözləməsini tələb edib telefon əlaqəsini kəsmişdir. Röyyanın dediyi ünvana getmiş və qardaşının dostu Mehmanla yolun kənarında dayandığını görmüşdür. Sonra bacısı Aytən onların yanına gəlmiş, onları mübshisə etməyə qoymamış və hər ikisini aralamışdır. Bu zaman çox əsəbi olduğu üçün evdən özü ilə götürdüyü mətbəx bıçağını belindən çıxardıb sağ əlinə almış və demiş ki, “səni vuraram, mənim ünvanıma nalayiq sözlər demə”. Röyya isə əlindəki bıçağı görüb demişdir ki, “vuracaqsan vur, nəyi gözləyirsən?!”. Sonra əlindəki bıçaqla Röyyanın qarın hissəsinə bir dəfə vurmuş və dərhal qaçıb oradan uzaqlaşmışdır. Sonradan eşitmişdir ki, Röyyanı Gəncə şəhəri 3 saylı xəstəxanaya aparmışlar. Tutduğu hərəkətdən çox peşman olmuş və bu barədə Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə də zəng edib məlumat vermişdir. Lakin, tutulmaqdan qorxduğu üçün qaçıb gizlənmişdir. Hadisə zamanı özünə hər hansısa bir xəsarət dəyməmişdir. Hadisə zamanı yanında qonşusu Mehman və bacısı Aytən olmuşdur. Röyyaya bir dəfə bıçaqla xəsarət yetirmişdir. Hadisədən sonra həmin bıçağı tullamışdır. Həmin vaxt bıçağı atdığı yer yaddaşında qalmamışdır. Bir daha bildirir ki, tutduğu əməldən olduqca peşmandır. Hadisənin mənəvi yükü ona o qədər pis təsir edib ki hər gün özünü öz vicadanı qarşısında mühakimə edir. Zərərçəkmiş şəxs qardaşı Zərərçəkmiş şəxs hər gün peşmanlığını ifadə edir, qardaşı Röyya də onu anlamış, onun azadlıqdan məhrum edilməsinə qətiyyən razı olmadığını bildirmişdir. Bundan başqa məhkəmənin diqqətinə çatdırır ki, cavandır, gələcək taleyi naminə ona mərhəmət göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun ögey qardaşıdır. Anaları bir, ataları isə ayrıdır. Əvvəllər qardaşı Əli və özü, anası ilə birlikdə Gəncə şəhəri Heydər Əliyev prospekti 41/11 ünvanda yaşamışlar. Hal-hazırda isə bacısı ilə birlikdə qeydiyyatda olduğu ünvanda yaşayır. xx xxxx 2020-ci il tarixdə evdə olan zaman yenidən Əli ilə sözlə mübahisəsi olmuşdur. Əliyə “pul qazanmaq lazımdır, gəl mənimlə birlikdə gedək işləyək pul qazanaq” demişdir. Əli isə buna razı olmamış və onunla kobud şəkildə danışmağa başlamışdır. Sonra Əlinin anasının ünvanına nalayiq ifadələr demişdir. Çünki, həmin vaxt spirtli içki içmiş və sərxoş olmuşdur. Bu sözünə görə Əli əsəbləşmişdir. Anası da yanlarında olmuşdur. Ansı ona bildirmiş ki, çıxıb evdən getsin. Evdən çıxıb getsə də, əsəbləri sakitləşməmişdir. Əlinin istifadəsində olan telefon nömrəsinə zəng edib, onu söhbətə aydınlıq gətirməyə çağırmışdır. Həmçinin həmin vaxt Əlinin ünvanına nalayiq sözlər demişdir. Əliyə Gəncə şəhəri, Nizami rayonu, A.Ziyadxanov küçəsi 197 ünvanda olmağını və ora gəlməsini deyib telefon əlaqəsini kəsmişdir. Sonra Əli dediyi ünvana gəlmişdir. Həmin vaxt yanında dostu Mehman da olmuşdur. Əli analarının ünvanına nalayiq sözlər dediyinə görə öz iradını bildirsə də, ona fikir verməmişdir. Sonra daha da əsəbləşmiş və Əlinin doğma bacısı, özünün isə ögey bacısı olan Aytənin ünvanına nalayiq sözlər demişdir. Həmin vaxt Aytən də yanlarına gəlmişdir. Bacısı onları dalaşmağa qoymamış və aralamışdır. Əli bildirmiş ki, ona nalayiq sözlər deməsin. Lakin, sərxoş olduğu üçün Əlinin ünvanına nalayiq sözlər deməkdə davam etmişdir. Sonra görmüş ki, Əli belindən bıçağı çıxardıb sağ əlinə almış və “səni vuraram, mənim ünvanıma nalayiq sözlər demə” demişdir. Əlinin əlindəki bıçağı görüb “vuracaqsan vur, nəyi gözləyirsən?!” demişdir. Əli də əlindəki bıçaqla onun qarın hissəsinə bir dəfə vurmuş və dərhal qaçıb oradan uzaqlaşmışdır. Həmin vaxt Mehman və Aytən onu yoldan keçən tanımadıqları avtomobilə yerləşdirib Gəncə şəhəri 3 saylı xəstəxanaya aparmışlar. Xəstəxanada təxminən 3 gün qaldıqdan sonra evə buraxılmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, Təqsirləndirilən şəxs qardaşıdır. Artıq onlar barışmışlar və onun barəsində heç bir şikayət və ya tələbi yoxdur. Hadisə zamanı Təqsirləndirilən şəxs hər hansısa bir xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs ona bir dəfə bıçaqla vurmuşdur. Qardaşı Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Çünki qardaşı Əli özü də belə bir hadisənin baş verməsini istəməzdi. Məhkəmədən xahiş edir ki, Təqsirləndirilən şəxs onun qardaşı olması, yəni sıx qohumluq bağlarının olması, Əlinin cavan olması, onun əməlindən olduqca peşman olması, onunla Əlinin barışması nəzərə alınaraq Əliyə həbslə əlaqədar olmayan cəza təyin edilsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma qardaşıdır. Zərərçəkmiş şəxs isə ögey qardaşıdır. Qardaşı Əli, Röyya və anası birlikdə Gəncə şəhəri Heydər Əliyev prospekti 41/11 ünvanda yaşayırlar. Özü isə ünvan 2i rayonu, A.Ziyadxanov küçəsi, 197, ev 4, mənzil 133 ünvanda yaşayır. xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində qonşusu Mehman yaşadığı evə gəlmiş və Röyyanın zəng edib onun telefonu ilə danışmaq istədiini bildirmişdir. Mehmanın telefonunu götürmüş və Röyya ilə danışmışdır. Həmin gün Saat 22 radələrində evdə olan zaman həyətdən Əli və Röyyanın səslərini eşidib, eyvana çıxmış Əli və Röyyanın bir-biri ilə sözlə mübahisə etdiklərini, yanlarında da Mehmanın olmasını görmüşdür. Tez onların yanına getmişdir ki, onları dalaşmağa qoymasın. Qardaşlarının yanına çatmış və hər ikisini aralamışdır. Sonra görmüdür ki, Əlinin sağ əlində bir ədəd mətbəx bıçağı vardır. Röyya da Əlinin əlindəki bıçağı görüb “vuracaqsan vur, nəyi gözləyirsən?!” demişdir. Həmçinin Röyya Əliyə qarşı nalayiq ifadələr işlətmişdir. Əli əlindəki bıçaqla Röyyanın qarın hissəsinə bir dəfə vurmuş və dərhal qaçıb oradan uzaqlaşmışdır. Sonra Mehmanla birlikdə Röyyanı yoldan keçən markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı, həmçinin tanımadığı bir şəxsin avtomobilinə qoyub Gəncə şəhəri 3 saylı xəstəxanaya aparmışlar. Yolda olan zaman hadisə barədə zəng edib anasına məlumat vermişdir. Anası da xəstəxanaya gəlmişdir. Hadisə zamanı özünə hər hansısa bir xəsarət dəyməmişdir. Hadisə zamanı yanında qonşusu Mehman olmuşdur. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs bir dəfə bıçaqla vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs dostudur. Təqsirləndirilən şəxs da Röyyanın qardaşıdır. xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində Röyya onun telefon nömrəsinə zəng edib qardaşı Əli ilə mübahisə etdiyini və bacısı Aytənlə danışmaq istəməyini demişdir. Həmçinin Röyya xahiş etmiş ki, Aytənin yaşadığı evə gedib onları telefonla danışdırsın. Röyyanın bacısı Aytənin yaşadığı evə getmiş və onları telefonla danışdırmışdır. Aytən onun telefonunu götürmüş və Röyya ilə danışmışdır. Təxminən 30 dəqiqədən sonra Röyya yanına gəlmişdir. Röyya həmin vaxt spirtli içki qəbul etdiyindən sərxoş olmuşdur. Röyya yanında olan zaman Əlinin telefon nömrəsinə zəng edib onun ünvanına nalayiq sözlər deyərək olduğu yerə yəni ki, Gəncə şəhəri, Nizami rayonu, A.Ziyadxanov küçəsi 197 ünvana gəlməsini tələb etmişdir. Sonra Əli onların yanına gəlmişdir. Röyya, Əlinin doğma bacısı Aytənin ünvanına nalayiq sözlər demişdir. Həmin vaxt Aytən də yanlarına gəlmişdir.O və Aytən onları dalaşmağa qoymamışlar. Əli həmin vaxt Röyyaya bildirmiş ki, ona nalayiq sözlər deməsin. Lakin, Röyya sərxoş olduğu üçün Əlinin ünvanına nalayiq sözlər deməkdə davam etmişdir. Sonra Əlinin belindən bıçağı çıxardıb sağ əlinə almağını və Röyyaya “səni vuraram, mənim ünvanıma nalayiq sözlər demə” deməyini görmüşdür. Röyya isə Əlinin əlindəki bıçağı görüb demişdir ki, “vuracaqsan vur, nəyi gözləyirsən?”. Əli əlindəki bıçaqla Röyyanın qarın hissəsinə bir dəfə bıçaqla vurmuş və dərhal qaçıb oradan uzaqlaşmışdır. O və Aytən Röyyanı yoldan keçən tanımadığı avtomobilə yerləşdirib Gəncə şəhəri 3 saylı xəstəxanasına aparmışlar. Hadisə zamanı özünə hər hansısa bir xəsarət dəyməmişdir. Hadisə zamanı yanında Əli, Röyya, Aytən və özü olmuşdur. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs bir dəfə bıçaqla vurmuşdur. Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs hər hansısa bir xəsarət yetirməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli Nizami RPİ-nin məsul növbətçisi polis mayoru F.Hüseynov tərəfindən verilmiş HK-1/618 saylı rapotdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 22:40-da Gəncə şəhər TTYX-nın Qəbul şöbəsindən tibb bacısı Quliyeva məlumat verərək bildirmişdir ki, Gəncə şəhəri Adilxan Ziyadxanov küçəsi bina 4, mənzil 2-də yaşayan 1986-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Nürəddin oğlu qarının daxilə keçən kəsilmiş deşilmiş yarası ilə xəsarət alaraq TTYX-yə daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli Nizami RPİ-nin məsul növbətçisi polis mayoru F.Hüseynov tərəfindən verilmiş HK-1/619 saylı rapotdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 02:27-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin 102-i xidmətindən daxil olmuş ********* nömrəli məlumatda göstərilmişdir ki, Gəncə şəhər A.Ziyadxanov küçəsi 197 ev 4 məmzil 133-də yaşayan Təqsirləndirilən şəxs ***-***-**-** nömrədən zəng edərək Gəncə şəhəri A.Ziyadxanov küçəsi ev 4 mənzil 27, bu gün evin qarşısında qardaşı Röyyanı bıçaqlamasını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış yeri ünvan 4 ünvan sol tərəfdə Atatürk prospekti ilə sağ tərəfdə Heydər Əliyev prospektini birləşdirən küçədir. Həmin küçənin qarşı tərəfində 5 mərtəbəli və 4 girişli yaşayış binası var. Əks tərəfində isə daş hasar var. A.Ziyatxanov küçəsi asfalt örtüklü küçədir. Şahid1, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğlunu bıçaqla vurduğu yeri əli ilə göstərdi. Hadisə yeri A.Ziyatxanov küçəsi 197 ünvanda yolun sağ tərəfində piyada üçün nəzərdə tutulmuş səkinin yaxınlığındadır. Hadisə yerində qan izi aşkar olunmamışdır. Həmçinin hadisə yerində cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edəcək hər hansı bir əşya aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhər TTYX-nın reanimasiya şöbəsinin tibb bacısı X2 təqdim etdiyi Zərərçəkmiş şəxs məxsus üzərində zədə və qan ləkəsi izləri olan 1( bir) ədəd ağ rəngli qolsuz mayka, 1(bir) ədəd uzunqol tuman-köynək( alt paltarı) və 1( bir) ədəd qara rəngli uzunqol köynək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən xx xxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, ünvan 5 mənzil 133-də qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2020-ci il tarixdə Gəncə şəhərində tutularaq Gəncə şəhər Nizami RPİ-gətirilmişdir və həmin tarixdə Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki,o qardaşı Təqsirləndirilən şəxs ilə barışmış və qardaşının cəzasını yüngülləşdirilməyi xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2020-ci il tarixli Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, qardaşı Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyanı tam şəkildə ödəmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti, iddiası və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli 4(044)-37/2020 saylı “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtinaya dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından azad olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli 4(104)-25/2020 saylı “Təqsirləndirilən şəxsin barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə qərarının qanuniliyinin və əsaslığının yoxlanılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi haqqında Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 4(044)-37/2020 saylı qərarı protestə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Gəncə şəhəri Psixonevroloji Dispanserinin xx xxx 2020-ci il tarixli 1161/2013 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2013-cü ildən hal hazıradək X7 Dispanserində emosional davamsız şəxsiyyət pozuntusu, özünü kəsmələrlə diaqnoqu ilə qeydiyyatda durur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-Tibbi Ekspertiza və X1 xx xxxxx 2020-ci il tarixli 600 saylı ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs Nurəddin oğlunun bədəni üzərində-qarın nahiyəsinin ön səthində bir ədəd keçən böyük piyliyin və mədənin zədələnməsi ilə müşaiyət olunan kəsilmiş-deşilmiş yara müəyyən edilmişdir. Bu xəsarət kəsici-deşici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin xx xxx 2020-ci il tarixli 1948 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-trasoloji ekspertizasının xx xxx 2020-ci il tarixli, 16/284 saylı ekspertiza rəyindən görünür ki, təqdim olunan poluverin, isti alt köynəyinin və maykanın üzərində olan zədələr hər birində bir ədəd olmaqla) bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə kəsilmə zədələridir. Təqdimata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertizası və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2020-ci il tarixli 600 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim paltarların səthində olan zədələr müqayisə edildi və müəyyən olundu ki, bədəndə yerləşən “qarın nahiyyəsinin ön səthində bir ədəd daxilə keçən böyük piyliyin və mədənin zədələnməsi ilə müşaiyət olunan bir ədəd deşilmiş-kəsilmiş yara” xəsarəti ilə poluverin, isti alt köynəyininn və maykanın üzrərində olan zədələr (hər birində bir ədəd lmaqla) yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Rayonlararası Ruhi-Əsəb dispanserinin xx xxxx 2020-ci il tarixli, 385 saylı ekspertiza rəyindən görünür ki, məhkəmə-ambulator-psixatriya ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu XBT 10 (Psixi və davranış pozuntulatının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılışma (kompensasiya) mərhələsində olduğundan o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərini idarə etmək və etdiyi hərəkətlərin məsuliyyətini dərk etmək və etdiyi hərəkətlərin məsuliyyətini dərk etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2020-ci il tarixli “Sübutların qiymələndirilməsi haqqında” qərardan görünür ki, 1. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə dəqiqləşdirilmiş yeni məzmundan yenidən ittiham elan edilməsinə, İş üzrə Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci tarixdə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılmasına dair qərar qəbul edilmişdir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Məhəmməd Qasımovun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə razılıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmamasını, zərər çəkmiş şəxslə barışmasını, əməlindən səmimi peşman olmasını, anasının xəstə olmasını, zərər çəkmiş şəxslə ciddi ailə bağlarının olmasını (yəni qardaş olmasını), cinayətin zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hallar hesab edir, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmaması nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.8-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar (zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmaması, cinayətin zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi,) mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hal olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti və ya həcmi 8 ilin dörddə üçündən, yəni 6 ildən çox ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə əsaslar yoxdur. Qeyd olunanlarla yanaşı məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbləri nəzərə alınmaqla zərər çəkmiş şəxslə razılıq əldə edərək barışmasını, zərərçəkmiş şəxslə qardaş olmasını nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də (cəza çəkmədən) islah olunması mümkündür. Odur ki, Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək, habelə həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, ünvan 5 mənzil 133-də qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2020-ci il tarixdə Gəncə şəhərində tutularaq Gəncə şəhər Nizami RPİ-gətirilmişdir və həmin tarixdə Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli 4(044)-37/2020 saylı “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtinaya dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatəti təmin edilməmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından azad olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, bu iş üzrə cəmi bir gün tutulması ilə əlaqədar həbsdə saxlandığı müddət ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Həmçinin məhkəmə vurğulayır ki, Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, eləcə də tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə məhkəmə ekspertizasının 31.50 (otuz bir manat əlli qəpik) dəyərində tədqiqat xərci vardır və həmin xərc Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödəniləməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə qeyd edir ki, sözügedən məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, iş üzrə maddi sübutlar- bir ədəd zərfdə bir ədəd poluver, bir ədəd isti alt köynək və bir ədəd mayka Gəncə şəhər Baş Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Odur ki, cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş bir ədəd zərfdə bir ədəd poluver, bir ədəd isti alt köynək və bir ədəd mayka sahiblərinə qaytarilmalı, qəbul etmədikdə məhv edilməlidir. Bundan əlavə cinayət işinin həm ibtidai istintaqı, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə x xxx 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş cəmi 40 iş saatına (cinayət işinin ibtidai istintaqı və məhkəmə istintaqı zamanı) görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. İş üzrə mülki iddia və müsadirə yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs x xxx 2020-ci il tarixdən x xxx 2020-ci il tarixədək bu iş üzrə cəmi 1 (bir) gün həbsdə saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablamaqla, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70.5-ci maddəsinə əsasən üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 31.50 (otuz bir manat əlli qəpik) məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş bir ədəd zərfdə bir ədəd poluver, bir ədəd isti alt köynək və bir ədəd mayka sahiblərinə qaytarilsın, qəbul etmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində X4 Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elmin Rüstəmov (sədrlik edən) Faiq Mahmudov Xəqani Səmədov
Məhkəmə qərarları › İş №1(100)-223/2020
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-223/2020
24.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver