Məhkəmə qərarları › İş №1(100)-223/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-223/2022

14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-223/2022 14.06.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Gəncə şəhəri, X12 küçəsi, 3-cü döngə, ev 6-da qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Pentensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəs ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə külli miqdarda, yəni təmiz çəkisi 133.872 qram psixotrop maddə olan metmfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində və yaşadığı Gəncə şəhər X12 küçəsi dalan 3 mənzil 6 ünvanında saxlamış, Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2021-ci il tarixdə, saat 16:30 radələrində o, Gəncə şəhəri, X12 küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Kəpəz RPİ-nə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibinin üst hissəsində olan kiçik cibdən 1 ədəd ağ rəngli sellofana bükülmüş külli miqdarda yəni təmiz çəkisi 3.704 qram çəkidə kustar üsulla hazırlanmış, psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüş, həmin tədbirin davamı olaraq xx.xx.2021-ci il tarixdə saat 18:05 radələrində onun yaşadığı Gəncə şəhər X12 küçəsi dalan 3 mənzil 6 ünvanına baxış zamanı oradan külli miqdarda 130.168 qram kustar üsulla hazırlanmış, üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metemfetamin ilə tərkibinə görə eynilik təşkil edən psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs, ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, X12 Küçəsi dalan 3, ev 6 ünvanında qeydiyyatında olmaqla yaşayır. Təxminən 2004-cü ildən narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. 2021-ci ilin iyul ayında həbsdən çıxmışdır. O dəfələrlə məhkum olunmasına baxmayaraq, hazırki cinayət hadisəsinə hər hansı bir aidiyyəti yoxdur. Belə ki, atası Fikrət onun narkoman olduğu üçün dəfələrlə polis orqanlarına müraciət edərək onu tutdurmuşdur. Elə bu hadisə də atası və polis əməkdaşları tərəfindən qurulmuş bir oyundur. Onun üzərindən və sellofandan aşkar edilərək götürülmüş narkotik vasitələrdən xəbəri olmamış, həmin narkotik vasitələri polis əməkdaşları ona təzyiq göstərərək üzərinə qoymuşlar, qeyd olunan narkotik vasitə ona məxsus olmamışdır. Polis əməkdaşları tərəfindən edilmiş təsir və təzyiq nəticəsində məcbur olub, həmin narkotik vasitənin ona məxsus olmasını bildirmiş və etirafedici ifadələr vermişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, X12 Küçəsi dalan 3, ev 6 ünvanında qeydiyyatında olmaqla yaşayır. Təxminən 2004-cü ildən narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. 2021-ci ilin iyul ayında həbsdən çıxmışdır. Həbsdən çıxdığı üçün dövlət tərəfindən ona 1000 manat pul verilmişdir. O da narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğu üçün soraqlayıb və Yevlax rayonunda narkotik vasitə və psixotrop maddə satan tanımadığı şəxsin nömrəsini tapmış və həmin nömrəyə zəng etmişdir. Bundan sonra razılaşmış və O, Yevlax rayonuna gedərək qəbristanlıqdan həmin tanımadığı şəxsin gizlətdiyi psixotrop maddə şüşə kimi tanıdığı metamfetamini 890 manat qoyaraq götürmüşdür. Bundan sonra həmin psixotrop maddəni yaşadığı evə gətirmiş, ondan bir qədər istifadə etmişdir. Daha sonra ondan bir hissə ayıraraq ağ rəngli sellofana töküb istifadə etmək üçün üzərində saxlamışdır. Qalan bükülünü isə yaşadığı evdə qonaq otağında olan televizorun altında olan oyuncaq ayının içərisində gizlətmişdir. xx.xx.2021-ci il tarixdə saat təxminən 16:30 radələrində o, yaşadığı evin yaxınlığında olan zaman bir neçə mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və Kəpəz RPİ-nin əməkdaşlarını olduğunu bildirmişdilər. Daha sonra polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində və yaşadığı evdə saxlamaqda, narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirərərk onu Kəpəz RPİ-nə gətirmişlər. Kəpəz RPİdə olan zaman polis əməkdaşları onun üzərində şəxsi axtarış aparmışlar. Axtarış zamanı o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibinin üzərində olan kiçik cibin içərisindən ağ rəngli sellofana bükülmüş formada psixotrop maddə şüşə kimi tanıdığı metamfetamini təqdim etmişdir. Həmin kütlə tərəzidə çəkilmiş. Ağ rəngli sellofana bükülmüş psixotrop maddə metamfetamin ümumilikdə 3.89 qram təşkil etmişdir. Bundan sonra həmin kütlə zərfdə qablaşdırılmış və üzəri möhürlənərək onun və baxışda iştirak edən şəxslər tərəfindən möhürlənmişdir. Bundan sonra onun yaşadığı ünvandada həmin psixotrop maddədən olubolmaması barədə soruşulan zaman o, evdə də saxladığını etiraf etmişdir. Bundan sonra polis əməkdaşları ilə birgə yaşadığı evə getmişlər. Evdə olan zaman o, qonaq otağında olan televizorun altında oyuncaq ayının içərisində gizlətdiyi 1 ədəd ağ rəngli sellofana bükülü halda olan metamfetamini təqdim etmişdir. Daha sonra polis əməkdaşları masanın üzərində olan əvvəlcədən istifadə etdiyi falqa kağızları və dolabın üzərində olan əvvəlcədən istifadə etdiyi 3 ədəd içərisi boş olan şprisləri götürmüşdür. Ağ rəngli sellofana bükülmüş psixotrop maddə metamfetamin tərəzidə çəkildi və ümumilikdə 130.77 qram təşkil etmişdir. Bundan sonra həmin kütlə zərfdə qablaşdırıldı və üzəri möhürlənərək onun və baxışda iştirak edən şəxslər tərəfindən möhürlənmişdir. Üzərindən aşkar edilmiş həmin kütlə ekspertizaya göndərilmiş daha sonra ekspertizanın rəyi ilə tanış olmuşdur. Ekspertizanın rəyindən görünür ki, onun üzərindən aşkar olunmuş kütlə təmiz çəkisi 3,704 qram və yaşadığı evdən aşkar olunmuş kütlə 130,168 qram olmaqla kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. O, Yevlax rayonuna tək, tanımadığı yol maşınına əl edib onunla getmişdir. Ona heç bir təzyiq göstərilməmişdir. O, psixotrop maddə aldığı şəxsi xatırlamır. istifadəsində mobil nömrə yoxdur. O, heç vaxt psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə hər hansı bir münasibəti olmamışdır. Gəncə şəhəri, X12 küçəsi dalan 3, ev 6-da yaşayan xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində psixotrop maddə əldə etməsi, üzərində, yaşadığı evdə saxlaması və satması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun və əməliyyat müvəkkili Şahid2 iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 16:30 radələrində Gəncə şəhəri X12 küçəsində yaşadığı evin yaxınlığında yaxalanaraq Kəpəz RPİ-nə gətirilmiş və Təqsirləndirilən şəxs xx.xx.2021-ci il taixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmaqla müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra Polis İdarəsində "Panasonic" markalı video kamera vasitəsi ilə müdafiəçi X1 iştirakı ilə vətəndaş Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra onun üzərində şəxsi axtaiş aparıldı. Axtarış zamanı vətəndaş Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ cibindən 1 ədəd ağ rəngli sellofana bükülmüş halda 3.89 qram çəkidə ilk baxışdan psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar olunaraq qablaşdırılıb götürüldü. Təqsirləndirilən şəxs yaşadığı evində narkotik vasitə olması ehtimal olduğundan yaşadığı Gəncə şəhəri X12 küçəsi dalan 3, ev 6 ünvanına xx.xx.2021-ci il tarixli əməliyyat axtarış tədbirləri keçirilməsi haqqında qərara və Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazı olmaması barədə ərizəsinə əsasən baxış keçirmişdir .Baxışa başlayan zaman Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxladığını, həmin narkotik vasitəni təqdim edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs Fikrat oğlu yaşadığı evin qonaq otağında giriş qapısının yanında sağ tərəfdə yerləşən televizorun alt hissəsində olan üzərində "İ love you" sözləri yazılmış oyuncaq ayının içərisində gizlətmiş olduğu 1 ədəd ağ rəngli sellofana bükülmüş halda olan ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütləni könüllü təqdim etmişdir. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağında olan stolun üzərindən falqa kağızları, qonaq otağının sol küncündə olan dolabın üzərindən isə 3 ədəd içərisi boş olan şprislər aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd ağ rəngli sellofana bükülmüş formada olan ilk baxışdan psixotrop maddə metamfetaminə oxşar kütlə aptek tərazisində çəkildi, ağ rəngli sellofan bükümlə birlikdə ümumi çəkisi 130.77 qram təşkil edən psixotrop maddə metamfetamina bənzər kütlə, falqa kağızları və 3 ədəd içərisi boş olan spristlər birlikdə zərfə qablaşdırıldı və zərfin ağzı Azərbaycan Respublikası DİNnin 120 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalandı. Qablaşdırılmış maddələrin psixotrop maddə olub olmaması, dəqiq çəkisi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə ilə eynilik təşkil edib-etmədiyi müəyyən edilərək rəy alınması üçün Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Regional bölməsinə göndərildi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, yaşadığı evin qonaq otağında oyuncaq ayının içərisində saxladığı psixotrop maddə olan şüşə kimi tanıdığı metamfetamindir, həmin psixotrop maddəni tanımadıgı Yevlax şəhər sakinindən almış, özü şəxsi istifadəsi üçün üzərində saxlamış, həmin psixotrop maddəni satmaq fikri olmamış və üzərində olan psixotrop maddə metamfetamin ilə birgə xx.xx.2021ci il tarixdə saat təxminən 16:30 radələrində Gəncə şəhəri X12 küçəsində yaşadığı evin yaxınlığında Kəpəz RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Kəpəz RPİ-nə gətirilmişdir. Odur ki, protokol tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuş, protokol tərtib olunarkən iştirakçılar tərəfindən heç bir ərizə, şikayət və təklif daxil olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış video çəkliş vasitəsilə gündüz vaxtı suni işıqlandırma şəraitində keçirilmiş və protokol tərtib olundu. Odur ki, protokolun doğruluğu imzalarla təstiq olunmuş. “Metamfetamin”ə bənzər kütlənin ümumi çəkisi 4.4 qram oldu. Sonra həmin narkotik vasitəyə oxşar kütləni müdafiəçinin və iştirakçıların yanında zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin 91 saylı möhürü ilə möhürlənmiş. Baxış və götürmə aparılması barədə protokol tərtib edilmiş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər.Onlarda olan məlumata görə Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur, o, uzun müddətdir ki, narkotik vasitədən istifadə edir. Polis orqanlarına dəfələrlə müraciət etmişdir ki, oğlu narkomandır, oğlunu həbs etsinlər. Əvvəlki məhkumluqlarında da o, polis orqanına zəng edərək oğlunun narkoman olduğu üçün tutulması barədə məlumatlar vermişdir. Hazırki hadisə ilə bağlı da o, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı X5 zəng edərək oğlu Asəfin narkoman olduğunu və sonuncunu həbs edilməsi üçün Rəşad Cəfərliyə məlumat vermişdir. Daha sonra Rəşad Cəfərli onun yaşadığı evə gələrək oyunçaq ayının içərisinə narkotik vasitəni yerləşdirmiş və oğlu Asəfi həbs edərək polis idarəsinə aparmışdır. Daha sonra o, yaşadığı evin açarını polis əməkdaşlarına təqdim etmiş və evində axtarış aparılmışdır. Ona polis əməkdaşı Rəşad Cəfərli bildirmişdir ki, oğlu Asəfi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkəməyə veriləcəkdir, lakin sonradan oğlu Asəfi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkəməyə verildiyini bilmişdir. Bütün bunlar polis əməkdaşı Rəşad Cəfəlinin və digərlərinin qurduğu oyundur. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X6 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər Baş Polis İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələr istifadəçisi kimi tanıyır. Əvvəllər də Təqsirləndirilən şəxs narkotok vasitələrdən istifadə etdiyi üçün saxlamışdır. Lakin hazırki cinayət işi üzrə o, hər hansı bir əməliyyat-axtarış tədbirində iştirak etməmiş, sonuncunun tutulmasında, həmçinin hər hansı bir istintaq hərəkətlərində iştirak etməmişdir. Nə Təqsirləndirilən şəxs atası, nə də ki, digər şəxs sonuncunun tutulması barədə ona müraciət etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10 noyabr 2021-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, həmin cinayət işi 10 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə başlanmışdır. Cinayət işinin başlanmasına səbəb Kəpəz RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 09 noyabr 2021 saat 16:30 radələrində Gəncə şəhər X12 küçəsi dalan 3 mənzil 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs Gəncə şəhər yaşadığı evin yaxınlığında saxlanılaraq Gəncə şəhəri Kəpəz RPİ-nə gətirilmiş, üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ cibindən bir ədəd sellofana bükülmüş külli miqdarda 3.704 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, həmin tədbirin davamı olaraq yaşadığı Gəncə şəhər X12 küçəsi dalan 3 mənzil 6 ünvanına baxış zamanı oradan külli miqdarda 130.168 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi, əsas isə həmin faktla bağlı Kəpəz RPİ-də toplanmış material olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09 noyabr 2021-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-kimyəvi ekspertizasının 10 noyabr 2021-ci il tarixli 16/1193 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə narkotik vasitə metamfetamin” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 3.704 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Tədiqata təqdim edilmiş,üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edlərək götürülmüş 1 ədəd ağ rəngli sellofan bükümdə metamfetamin..” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd polietilen torba kəsiyində təmiz çəkisi 130,168 qram maddə kustar üsiulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədiqata təqdim edilmiş 1(bir) ədəd kağız paketdə olan heroinlər xarici və kimyəvi tərkiblərinə görə eyndir. Qeyd: Metamfetamin təmiz çəkiləri- 3.704qr (1№ ob) 130,168 qr(2№ ob) təddqiqata sərf edildi- 02 qr(hər ob 0,1 qr),qalıq – 3,604(1№ ob) 130,068 qr(2№ ob) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli 4(043)-211/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlama müddəti tutulduğu gündən, yəni 09 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış xx.xx.2021-ci il tarixli, 5916 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə psixi xəstəliklə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2021-ci il tarixli, 5350 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu ildən opioidlərdən asılılıq diaqnozu ilə dispanserdə qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25 noyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1 və 67.1-ci maddələri ilə təqsirli bilinərək Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə 1 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsi ilə təqsirli bilinərək Samux Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CMnin 180.1-ci maddəsi ilə təqsirli bilinərək Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinərək Samux Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 30 dekabr 2021-ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 11 noyabr 2021-ci il tarixdə Gəncə şəhər Kəpəz RPİ-də X3 üzərində video çəkiliş ilə şəxsi axtarış və yaşadığı evdə axtarış keçirilməsi zamanı qeydə alınmış video çəkiliş materiallara əlavə edilmişdir. Həmin video görüntülərə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər Kəpəz RPİ-nin təhqiqatçısı polis kapitanı Rzayev Şəmil, Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-nın əməliyyat müvəkkili, polis baş-leytenantı Şahid2, müdafiəçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir. Baxış keçirilməzədən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir. Baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibinin üst hissəsində olan kiçik cibdən 1 ədəd ağ rəngli sellofana bükülmüş ilk baxışdan psixotrop maddə olan metamfetaminə oxşar kütləni çıxardıb təqdim edir və təqdim olunan bükülünü təhqiqatçı götürüb Təqsirləndirilən şəxs özü istifadə edibetməməsini və haradan əldə etməsini soruşur cavabında Təqsirləndirilən şəxs Yevlax şəhərindən tanımadığı şəxsdən almasını və özü istifadə etdiyini həmçinin narkoloji dispanserdə qeydiyyatda olduğunu deyir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd ağ rəngli büküm içərisindəki kütlə ilə birlikdə tərəzidə çəkilir.Həmin kütlə süllofan bükümlə birgə ümumilikdə çəkisinin 3.89 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılır və imzalarla təsdiq edilir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri X12 küçəsi dalan 3 ev 6 ünvanında yerləşən evə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, Gəncə şəhər Kəpəz RPİ-nin təhqiqatçısı polis kapitanı Rzayev Şəmil, Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-nın əməliyyat müvəkkili, polis baş-leytenantı Şahid2, müdafiəçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs evinə baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxladığını və həmin narkotik vasitəni təqdim edəcəyini bildirir. Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağının giriş qapısının yanında sağ tərəfdə yerləşən televizorun alt hissəsində olan üzərində “i love you” sözləri yazılmış oyuncaq ayının içərisində gizlətmiş olduğu 1 ədəd ağ rəngli sellofana bükülmüş halda olan ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütləni könüllü təqdim edir. Həmin otaqda stolun üzərindən falqa kağızları, qonaq otağının sol küncündə olan dolabın üzərindən isə 3 ədəd boş şprislər aşkar edilib. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü ağ rəngli sellodan bükülü ilə birlikdə aptek tərəzisində çəkilir və ümumi çəkisi 130.77 qram təşkil edir. Daha sonra bükülü, falqa kağızları və 3 ədəd içərisi boş olan şprislə birlikdə zərfə qoyularaq möhürlənir və üzəri iştirakçılar tərəfindən imzalanır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-narkoloji ekspertizasının 16 dekabr 2021-ci il tarixli, 1515 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-tibbi ekspertizasının 11 noyabr 2021-ci il tarixli 1870 nömrəli rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs bədənində xəsarət müəyyən edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin telefon və digər qurğularla aparılan danışıqların və ötürülən məlumatların ələ keçirilməsi haqqında qərarı icra edilməsi üçün "xxxx" MMC-yə göndərilmiş, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-dən daxil olmuş məktubdann görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı nömrələr xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan müddət ərzində "xxxx" şəbəkəsində istifadə olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Samux rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(058)-27/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə qəti olaraq 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 fevral 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 133,772 qram psixotrop maddə olan metamfetamin, yaşadığı evdən aşkar olunaraq götürülüb qablaşdırılmış 3 ədəd şpris, 5 ədəd boş kağız parçası maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş və 09 noyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evdə axtarış zamanı istifadə edilmiş video çəkilişlərin bir ədəd “DVD” disk cinayət işi üzrə maddi sübut kimi tanınmış həcmi kiçik olduğundan cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 fevral 2022-ci il tarixli “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələrin mənbəyinin müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində onun üzərindən və sellofandan aşkar edilərək götürülmüş narkotik vasitələrdən xəbəri olmamasına, həmin narkotik vasitələri polis əməkdaşları ona təzyiq göstərərək üzərinə qoymasına, qeyd olunan narkotik vasitə ona məxsus olmamasına dair göstərdiyi xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı tədqiqi edilmiş mötəbər sübutlarla tam təkzib edilmişdir. Beləliklə məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən heroin narkotik vasitə, həmin Qanunun 2 saylı Siyahısına əsasən metamfetamin isə psixotrop maddə hesab olunur, heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Odur ki, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və içtimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1 və 67.1-ci maddələri ilə təqsirli bilinərək Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə 1 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək Samux Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinərək Samux Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, həmin şəxslərin cəzasını – ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-narkoloji ekspertizasının 16 dekabr 2021-ci il tarixli, 1515 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09 noyabr 2021-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli 4(043)-211/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlama müddəti tutulduğu gündən, yəni 09 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Qanunun həmin tələbinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2021-ci il tarixdən, hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 133,772 qram psixotrop maddə olan metamfetamin, yaşadığı evdən aşkar olunaraq götürülüb qablaşdırılmış 3 ədəd şpris, 5 ədəd boş kağız parçası maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş və 09 noyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evdə axtarış zamanı istifadə edilmiş video çəkilişlərin bir ədəd “DVD” disk cinayət işi üzrə maddi sübut kimi tanınmış həcmi kiçik olduğundan cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 133,772 qram psixotrop maddə olan metamfetamin, yaşadığı evdən aşkar olunaraq götürülüb qablaşdırılmış 3 ədəd şpris, 5 ədəd boş kağız parçası məhv edilməli, 09 noyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evdə axtarış zamanı istifadə edilmiş video çəkilişlərin bir ədəd “DVD” diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 32 manat 40 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 09 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 133,772 qram psixotrop maddə olan metamfetamin, yaşadığı evdən aşkar olunaraq götürülüb qablaşdırılmış 3 ədəd şpris, 5 ədəd boş kağız parçası məhv edilsin, 09 noyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evdə axtarış zamanı istifadə edilmiş video çəkilişlərin bir ədəd “DVD” diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32 manat 40 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar