Məhkəmə qərarları › İş №1(100)-223/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-223/2025

21.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-223/2025 21.11.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri X11 və ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Gəncə Regional Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1980-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İİ siyahısına və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİ-ci siyahısına əsasən, ümumi təmiz çəkisi 4,342 qram olan psixotrop maddə metamfetamini vahid niyyətlə əldə edib saxlamış, həmin psixotrop maddə olan metamfetamindən 1,092 qram hissəsini üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Gəncə şəhəri, “Əttarlar” küçəsində yaşadığı evin yaxınlığında, Gəncə şəhər, BPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın ön sağ cibindən 01 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 1,092 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən vahid niyyətlə əldə etdiyi külli miqdarda, yəni ümumi təmiz çəkisi 4,342 qram olan psixotrop maddə metamfetamindən 2,279 qramını qanunsuz olaraq eyni məqsəd ilə üzərində saxlamaqla daşımış, 12 yanvar 2024-cü il tarixdə saat 18:30 dəqiqədə Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Gəncə şəhəri, Şeyx Bahəddin küçəsi, “Kolxoz bazarı” adlanan yerin yaxınlığında saxlanılmış və Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin inzibati binasına gətirilmiş, şöbədə üzərində şəxsi axtarış aparılan zamanı əynində olan göy rəngli cins şalvarının ön sağ cibindən 1(bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 2.279 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrar satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən xeyli miqdarda, yəni 0,966 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq əldə edib eyni məqsəd ilə üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə, saat 22:30 dəqiqədə Gəncə şəhəri, “Əttarlar” küçəsində yolun kənarında Gəncə şəhər BPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılmış, Gəncə şəhəri, N.Nərimanov prospekti 179 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 4-cü PB-nin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan göy rəngli cins şalvarın ön sağ cibindən 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,966 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən vahid niyyətlə əldə etdiyi külli miqdarda, yəni ümumi təmiz çəkisi 4,342 qram olan psixotrop maddə metamfetamindən 0,971 qramını qanunsuz olaraq eyni məqsəd ilə üzərində saxlamaqla daşımış və Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin CAB-ın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə, saat 17:30 radələrində Gəncə şəhəri, Z.Əliyeva küçəsində yerləşən “Nənəmin təndiri” çörək sexinin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparıldıqda əynində olan tünd göy rəngli cins şalvarın ön sağ cibindən 1 ədəd şəffaf sellofon kəsiyi bükümündə içərisindən xeyli miqdarda, yəni təmiz çəkisi 0,971 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə istifadəçisi olmuş, onu hazırki cinayət işində qeyd olunan ilk epizod üzrə 22 oktyabr 2023-cü il tarixdə, yaşadığı evin yaxınlığında olarkən Gəncə BPİ-nin 1-ci polis şöbəsinin əməkdaşları saxlamışlar. Həmin vaxt üzərində heç bir narkotik vasitə və yaxud psixotrop maddə olmamışdır. Polis əməkdaşları onu şöbəyə aparmış, üzərinə narkotik vasitə qoyaraq sözügedən narkotik vasitənin ona məxsus olduğunu etiraf etməyəcəyi təqdirdə, evinə bir neçə kilo narkotik vasitə qoyacaqlarını və evindən çıxaracaqları ilə təhdid etmişlər. Bundan sonra həmin narkotik vasitələrin ona məxsus olduğunu etiraf etmək məcburiyyətində qalmışdır. Onu 48 saat saxlayıb sonra azad etmişlər. Bundan başqa, 12 yanvar 2024-cü il tarixdə, günorta vaxtı Gəncə şəhərində yerləşən “Kolxoz bazarı” adlanan yerdə işdə olarkən, Gəncə BPİ-nin 1-ci polis şöbəsinin tanımadığı iki nəfər əməkdaşı onu avtomobillərinə əyləşdirib polis şöbəsinə aparmışlar. Polis şöbəsində yenə ona təzyiq göstərərək üzərinə narkotik vasitə yerləşdirib, sözügedən narkotik vasitənin ondan aşkar olunduğunu etiraf etdirmişlər. Bundan başqa, 15 yanvar 2024-cü il tarixdə Gəncə şəhəri, “Əttarlar” küçəsində yerləşən evinin qarşısında olarkən, Gəncə şəhər 4-cü PB-nin Comərd adlı əməkdaşı onu saxlayaraq polis bölməsinə aparmış və həmin vaxt üzərində heç bir narkotik vasitə və yaxud psixotrop maddə olmamışdır. Onu polis bölməsinə apardıqdan sonra orada yenə, eyni qaydada təzyiqlər göstərərək üzərinə narkotik vasitə yerləşdirmişlər. Bundan başqa, sonuncu epizod üzrə onu 29 yanvar 2024-cü il tarixdə, Gəncə şəhəri, Z.Əliyeva küçəsində yerləşən “Nənəmin təndiri” çörək sexinin yaxınlığında olan zaman Gəncə BPİ-nin 2-ci polis şöbəsinin mülki geyimdə olan 2 nəfər polis əməkdaşı saxlayaraq polis şöbəsinə aparmışlar. Polis bölməsində digər epizodlarda olduğu kimi üzərində heç bir narkotik vasitə və yaxud psixotrop maddə olmadığı halda, yenidən təzyiqlər göstərərək üzərinə narkotik vasitə yerləşdirmişlər. Polis əməkdaşları tərəfindən saxlandığı bütün epizodlar üzrə ona psixoloji təzyiq olunaraq üzərinə narkotik vasitə yerləşdirilmiş, üçüncü dəfə saxlandıqdan sonra göstərilən təzyiqlər barədə müvafiq qurumlara şikayət etməyə başlamışdır. Narkotik vasitə istifadəçisi olsa da, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və eyni zamanda saxlanılan vaxt üzərində heç bir narkotik vasitə və yaxud psixotrop maddə olmamışdır. Əlavə olaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, əvvəllər arabir narkotik vasitə heroin istifadə etmiş, lakin metamfetamin istifadə etməmişdir. Hazırki iş üzrə polis əməkdaşları tərəfindən saxlandığı bütün epizodlar üzrə üzərində heç bir narkotik vasitə və yaxud psixotrop maddə olmamışdır. Narkotik vasitəni tanımadığı İran vətəndaşından əldə edərək gündə 2-3 dəfə istifadə etmiş, narkotik vasitənin hər bükümü üçün təxminən 15 manat məbləğində pul vermişdir. Aldığı narkotik vasitələrin çəkisi çox olmamışdır. Hazırki işdə qeyd olunan epizodlar üzrə saxlanılıb azad olunduqdan sonra narkotik vasitə istifadə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ətrafda olan şəxslər onun saxlanıldığını görmüşdür. Həmçinin, MSY-dən azad olunduqdan sonra polis şöbəsində qətimkan tədbiri ilə bağlı hər hansı sənədə imza etməsi barədə ona heç bir xəbərdarlıq və izah olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsı əvvəllər tanımamış və onunla hər hansı ədavəti və ya düşmənçiliyi olmamışdır. Daxil olmuş əməliyyat məlumatı əsasında, Gəncə şəhər BPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili Şahid5 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında müəyyən etmiş, ona yaxınlaşıb özlərini təqdim edərək polis bölməsinə aparmışlar. Bölmədə baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olması barədə sual verildikdə, Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində olan narkotik vasitə heroini təqdim etmişdir. Əlavə olaraq, Şahid4 verilən suallara cavab olaraq göstərmişdir ki, şəxsin barəsində olan əməliyyat məlumatı ona daxil olmuş və Təqsirləndirilən şəxs Şahid5 ilə birlikdə Gəncə şəhəri, “Əttarlar” küçəsində yaşadığı evin yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs onlara müqavimət göstərməmiş, həmçinin onlar da fiziki və ya psixi təzyiq göstərməmişlər, Təqsirləndirilən şəxs könüllü şəkildə narkotik vasitəni təqdim etmişdir. Ehtimal edir ki, şəxsin üzərindən aşkar olunan narkotik vasitənin çəkisi təxminən 1 qram olmuş, eyni zamanda şəxsin barəsində olan əməliyyat məlumatı satışla bağlı olsa da, lakin sözügedən hal sübuta yetirilə bilinməmişdər. Eyni zamanda, ibidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, hadisənin üzərindən xeyli müddət keçdiyi üçün tam xatırlamamış, Təqsirləndirilən şəxs Şahid4la birlikdə Gəncə şəhəri, “Əttarlar” küçəsində yaşadığı evin yaxınlığında müəyyən edərək polis bölməsinə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunduqdan sonra təhqiqatçının iştirakı ilə, videoçəkilişdən istifadə olunmaqla üzərinə şəxsi axtarış və baxış həyata keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin aşkar olunmuş, lakin aşkar olunan çəkisini xatırlamamışdır. Əlavə olaraq, Şahid5 verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı iştirak etmiş, ona qarşı heç bir fiziki və ya psixi təzyiq olmamış, özü etiraf etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat əldə edə bilməmişlər. Eyni zamanda, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında, Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Gəncə şəhəri, Əttarlar küçəsində yaşadığı evin yaxınlığında müəyyən edərək polis bölməsinə dəvət etmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunduqdan sonra təhqiqatçının iştirakı ilə, videoçəkilişdən istifadə olunmaqla üzərinə şəxsi axtarış və baxış həyata keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunmuş, O özü də səmimi etiraf edərək narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Əlavə olaraq, Şahid1 verilən suallara cavab olaraq göstərmişdir ki, şəxsin barəsində olan əməliyyat məlumatı ona daxil olmuş və Təqsirləndirilən şəxs Şahid2la birlikdə Gəncə şəhəri, “Əttarlar” küçəsində yaşadığı evin yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxışı polis şöbəsində həyata keçirmişlər. Təqsirləndirilən şəxs saxladıqları saatı xatırlamamış, şəxsin barəsində daxil olan əməliyyat məlumatının məzmunu, qanunsuz olaraq narkotik vasitə istifadə etməsi ilə bağlı olmuş, Təqsirləndirilən şəxs narkotik vasitələr satması ilə bağlı hər hansı məlumat əldə edə bilməmişlər. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni tapdığını bildirmiş, Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi təzyiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisənin üzərindən xeyli vaxt keçdiyi üçün şəxsin saxlanılması prosesini dəqiq xatırlamır. Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında, Gəncə şəhər BPİ-nin, 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2la birlikdə Təqsirləndirilən şəxs Gəncə şəhəri, “Təzə bazar” adlanan əraziyə yaxın yerdə saxlayaraq polis şöbəsinə aparmışlar. Polis şöbəsində Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunduqdan sonra təhqiqatçının iştirakı ilə, videoçəkilişdən istifadə olunmaqla üzərinə şəxsi axtarış və baxış həyata keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunmuş və daha sonra Təqsirləndirilən şəxs MSY-ə təhvil vermişlər. Əlavə olaraq, Şahid3 verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni tapdığını bildirmiş, eyni zamanda, saxlanılan zaman heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə aparan zaman, əvvəllərdə sonuncunun narkotik vasitələrin dövriyyəsi ilə bağlı polis şöbəsinə gətirilməsi haqqında məlumatı olmamışdr. Təqsirləndirilən şəxs “Təzə bazar” adlanan əraziyə yaxın olan yerdə Gəncə şəhəri, Şeyx Bahəddin küçəsində saxlamışlar. Təqsirləndirilən şəxs o və Şahid2 saxlamış, Hikmət adlı polis əməkdaşı olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitənin çəkisini xatırlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, hadisənin üzərindən xeyli vaxt keçdiyi üçün dəqiq tarixi xatırlamamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında, Gəncə şəhər BPİ-nin, 2-ci PŞ-nin əməliyyat müvəkkili Şahid6la birlikdə Gəncə şəhəri, “Tekstilni” adlanan əraziyə yaxın yerdə saxlayaraq polis şöbəsinə aparmışlar. Polis şöbəsində Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunduqdan sonra üzərinə şəxsi axtarış və baxış həyata keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən təxminən 1 qramdan artıq psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunub, şəxsin iştirakı ilə sənədləşdirilərək götürülmüşdür. Əlavə olaraq, Şahid7 verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən qış aylarında saxlamışlar, lakin üzərindən xeyli müddət keçdiyi üçün dəqiq tarixi xatırlamır. Təqsirləndirilən şəxs etiraf edərək narkotik vasitələrin və ya psixotrop maddələrin istifadəsi, eyni zamanda satışı ilə məşğul olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs hər hansı fiziki və ya psixi təzyiq olmamışdır. Təqsirləndirilən şəxs saxlayan zaman əvvəllər şöbəyə aparılıb-aparılmaması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs saxlayan zaman orada olmuş, həmçinin əməliyyat tədbirində Şahid6 da iştirak etmiş, lakin başqa heç bir şəxs iştirak etməmişdir. Eyni zamanda ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisənin üzərindən xeyli vaxt keçdiyi üçün dəqiq tarixi xatırlamır, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Əlavə olaraq, Şahid2 verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə ilə bağlı saxlanıldığını bilsə də, lakin üzərindən xeyli müddət keçdiyi üçün tam təfərrüatlı xatırlamamışdır. Hazırki epizod üzrə Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı əməliyat məlumatı digər əməkdaşın olmuş, o yalnız əməliyat tədbirində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək işin halları barədə onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında Şahid6 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə şöbəyə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələrin qanunsuz olaraq əldə edib üzərində saxlamasında və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə qərar alınmış və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid7 ilə birlikdə Gəncə şəhəri ərazisində Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. xx.xx.2024-cü il tarixdə saat təxminən saat 17:30 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Z.Əliyeva küçəsində yerləşən “Nənəmin təndiri” çörək sexinin yaxınlığında olmasını müəyyən etmiş, tərəflərindən saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları olduqlarını deyərək qanunsuz olaraq psixotrop maddələri üzərində saxlamasında, daşımasında və istifadəsində şübhəli olduğunu deyərək Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşaraq şöbəyə gəlmişdir. Şöbənin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs hüquqlаrının müdаfiə оlunmаsı üçün müdаfiəçi ilə təmin оlunmаğındаn ötrü ona müdаfiəçilərin siyаhısını təqdim edilmiş və Təqsirləndirilən şəxs bildirilmişdir ki, həmin müdаfiəçilərdən kimi istəyirsə sеçə bilər, Təqsirləndirilən şəxs təqdim оlunmuş vəkillərin siyаhısındаn X12 hüquqlаrının dövlət hеsаbınа müdаfiə оlunmаsı üçün sеçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdаfiəçi X19 dəvət оlunаrаq Təqsirləndirilən şəxs təqdim еdilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın ön sol cibindən bir ədəd alışqan və bir ədəd “Prima” markalı siqareti, həmin şalvarın ön sağ cibindən bir ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Həmin sellofan bükümün içərisinə baxış keçirilmiş və içərisindən ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütləni həmin gün səhər saatlarında yaşadığı evin yaxınlığında yerdən tapdığını, həmin psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxladığını, satış məqsədilə üzərində saxlamadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə tərəflərindən şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd şəffaf sellofan bükümdə olan ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlə tərəzidə çəkilmiş və həmin kütlənin kağız büküm ilə birlikdə ümumilikdə çəkisi 1,06 qram olması müəyyən edilmişdir. Daha sonra isə içərisində ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlə kağız büküm ilə birlikdə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatları vardır, hal-hazırda narkotik vasitə satdığı şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu üçün xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24 oktyabr 2023-cü il tarixli, “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu üçün xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14 yanvar 2024-cü il tarixli, “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu üçün xx.xx.2024cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 yanvar 2024-cü il tarixli, “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu üçün xx.xx.2024cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 31 yanvar 2024-cü il tarixli, “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(066)-7/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli təqsirləndirilən şəxsin tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15 fevral 2024-cü il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X24, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin CAB-ın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid6, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin CAB-ın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid7 Gəncə şəhər BPİ-nin KTQ-nun baş inspektoru, polis baş leytenantı X20, müdafiəçi X10 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələrinin az öncə izah edildiyini və hüquq və vəzifələrə dair bildirişin ona təqdim edildiyi bildirilir. Daha sonra ona üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın ön sol cibindən bir ədəd alışqan və bir ədəd “Prima” markalı siqareti, həmin şalvarın ön sağ cibindən bir ədəd şəffaf sellofan bükümü təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilmir.Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf sellofanın içərisində “metamfetamin” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirir. Daha sonra şəffaf rəngli sellofan bükümə baxış keçirilir və həmin büküm açılır və içərisindən ilk baxışdan buz şəkilli, kristal formalı psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütləni həmin gün səhər saatlarında yaşadığı evin yaxınlığında yerdən tapdığını, həmin psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxladığını, satış məqsədilə üzərində saxlamadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd şəffaf rəngli sellofan bükümdə olan ilk baxışdan metamfetaminə bənzər kütlə tərəzidə çəkilir və həmin kütlənin sellofan büküm ilə birlikdə ümumilikdə çəkisi 1,06 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılır və imzalarla təsdiq edilir. İş üzrə əhəmiyyət kəsb etmədiyi üçün bir ədəd alışqan və bir ədəd siqaret Təqsirləndirilən şəxs geri qaytarılır. Müdafiəçi X19 ona hər hansı bir fiziki və ya psixi təsirin olub-olmadığını soruşan zaman Təqsirləndirilən şəxs ona qarşı heç bir təsirin olmadığını və üzərindən aşkar edilmiş kütlənin ona məxsus olmasını bildirir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15 fevral 2024-cü il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis mayoru X4, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Gəncə şəhər BPİ-nin KTB-nin inspektor-kriminalisti, polis kapitanı X6, müdafiəçi X10 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələrinin az öncə izah edildiyini və hüquq və vəzifələrə dair bildirişin ona təqdim edildiyi bildirilir. Daha sonra ona üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın ön sağ cibindən bir ədəd ağ rəngli kağız bükümü, həmin şalvarın ön sol cibindən bir ədəd alışqanı, bir ədəd kibriti, bir ədəd çeki və bir ədəd qapı açarını təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilmir.Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ağ kağızın içərisində “metamfetamin” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirir.Daha sonra ağ rəngli kağız bükümə baxış keçirilir və həmin büküm açılır və içərisindən ilk baxışdan buz şəkilli, kristal formalı psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütləni həmin gün səhər saatlarında Gəncə şəhəri, Ş.Bahəddin küçəsində yerləşən Kalxoz bazarının yaxınlığında yerdən tapdığını, həmin psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxladığını, siqaret falqasının üzərində çəkərək istifadə etdiyini, satış məqsədilə üzərində saxlamadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd ağ rəngli kağız bükümdə olan ilk baxışdan metamfetaminə bənzər kütlə tərəzidə çəkilir və həmin kütlənin kağız büküm ilə birlikdə ümumilikdə çəkisi 6,00 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılır və imzalarla təsdiq edilir. İş üzrə əhəmiyyət kəsb etmədiyi üçün bir ədəd kibrit, bir ədəd alışqan, bir ədəd çek və bir ədəd açar Təqsirləndirilən şəxs geri qaytarılır. X1 və müdafiəçi X19 ona hər hansı bir fiziki və ya psixi təsirin olub-olmadığını soruşan zaman Təqsirləndirilən şəxs ona qarşı heç bir təsirin olmadığını və üzərindən aşkar edilmiş kütlənin ona məxsus olmasını bildirir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16 fevral 2024-cü il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis mayoru X5, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis mayoru X25, müdafiəçi X13 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələrinin az öncə izah edildiyini və hüquq və vəzifələrə dair bildirişin ona təqdim edildiyi bildirilir. Daha sonra ona üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin ön sol cibindən bir ədəd “Prima” markalı siqareti, qara rəngli şalvarın ön sol cibindən bir ədəd alışqanı, daha sonra isə əynində olan qara rəngli şalvarın ön sağ cibindən bir ədəd ağ rəngli kağız bükümü təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilmir.Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirir.Daha sonra ağ rəngli kağız bükümə baxış keçirilir və həmin büküm açılır və içərisindən ilk baxışdan buz şəkilli, kristal formalı psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütləni 1 gün əvvəl yaşadığı Əttarlar küçəsində Gəncə çayının kənarında yerdən tapdığını, həmin psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxladığını, az bir hissəsini siqaret falqasının üzərində çəkərək istifadə etdiyini, satış məqsədilə üzərində saxlamadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd ağ rəngli kağız bükümdə olan ilk baxışdan metamfetaminə bənzər kütlə tərəzidə çəkilir və həmin kütlənin kağız büküm ilə birlikdə ümumilikdə çəkisi 1,57 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılır və imzalarla təsdiq edilir. X2 ona hər hansı bir fiziki və ya psixi təsirin olub-olmadığını soruşan zaman Təqsirləndirilən şəxs ona qarşı heç bir təsirin olmadığını və üzərindən aşkar edilmiş kütlənin ona məxsus olmasını bildirir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 fevral 2024-cü il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı X15, Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5, 4-cü Polis Bölməsinin baş təhqiqatçısı, polis kapitanı X8, müdafiəçi X18 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələrinin az öncə izah edildiyini və hüquq və vəzifələrə dair bildirişin ona təqdim edildiyi bildirilir. Daha sonra ona üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən bir ədəd “Katel” markalı mobil telefon və 86 manat 60 qəpik nağd pul, həmin şalvarın ön sol cibindən “King” markalı siqaret qutusu və bir ədəd alışqan, həmin şalvarın ön sağ cibindən bir ədəd gümüşü rəngli kağız bükümü təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilmir.Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ağ kağızın içərisində “heroin” kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirir. Daha sonra gümüşü rəngli kağız bükümə baxış keçirilir və həmin büküm açılır və içərisindən ilk baxışdan tünd qəhvəyi rəngli, toz formalı narkotik vasitə heroinə bənzər kütlə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ilk baxışdan narkotik vasitə heroinə bənzər kütləni həmin gün Gəncə şəhəri, yaşadığı Əttarlar küçəsində yerdən tapdığını, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını, satış məqsədilə üzərində saxlamadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd gümüşü rəngli kağız bükümdə olan ilk baxışdan heroinə bənzər kütlə tərəzidə çəkilir və həmin kütlənin kağız büküm ilə birlikdə ümumilikdə çəkisi 1,34 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılır və imzalarla təsdiq edilir. İş üzrə əhəmiyyət kəsb etmədiyi üçün bir ədəd alışqan, bir ədəd “King” markalı siqaret qutusu və 86 manat 60 qəpik nağd pul Təqsirləndirilən şəxs geri qaytarılır. X3 ona hər hansı bir fiziki və ya psixi təsirin olub-olmadığını soruşan zaman Təqsirləndirilən şəxs ona qarşı heç bir təsirin olmadığını və üzərindən aşkar edilmiş kütlənin ona məxsus olmasını bildirir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixdə DİN-in BİKİ-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında 03 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsinə daxil və xaric olan smslərdə cinayət işi üzrə hər hansı əhəmiyyət kəsb edəcək məlumatlar aşkar edilməmişdir. Daxil və xaric olan telefon zənglərə, həmin zənglərin anten dairələrinə baxış keçirilən zaman müəyyən edildi ki, Təqsirləndirilən şəxs gündəlik olaraq müxtəlif mobil nömrələrlə əlaqə saxlamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, verilmiş əməliyyat tapşırığına 20 fevral 2024-cü il tarixli, 3-13-57/1-52371 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olsada narkotik vasitəni və psixotrop maddəni satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin ona psixotrop maddə və narkotik vasitə əldə etməsində köməklik edən şəxslərin olubolmaması, rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirakına dair hər hansı əməliyyat məlumatı daxil olmamışdır. Bundan başqa narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-kimyəvi ekspertizasının 23 oktyabr 2023-cü il tarixli, 16/1089 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 1,092 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-kimyəvi ekspertizasının 13 yanvar 2024-cü il tarixli, 16/58 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 2,279 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-kimyəvi ekspertizasının 16 yanvar 2024-cü il tarixli, 16/74 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,966 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-kimyəvi ekspertizasının 30 yanvar 2024-cü il tarixli 16/158 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,971 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə fiziki-kimyəvi ekspertizasının 05 mart 2024-cü il tarixli, 16/240 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “ Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazılar olan kağız paketdəki 1(bir) ədəd büküm metamfetamin, “xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ağ kaöız büküm ilə birlikdə qablaşdırılmış psixotrop maddə metamfetaminə bənzər maddə” yazılar olan kağız paketdəki 1 (bir) ədəd büküm metamfetamin və üzərində “xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş büküm” yazılar olan kağız paketdəki 1(bir) ədəd büküm metamfetamin, kimyəvi tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 13 noyabr 2023-cü il tarixli, 1869 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə cəza sonu ilə azad olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 02 (iki) il 10 (on) ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən xx.xx.2022-ci il tarixli hökm dəyişdirilərək cəzası 01 il 29 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Odur ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməli cinayətlərin residivi kimi qiymətləndirilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 may 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3cü maddələri ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış və Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış ümumi təmiz çəkisi 1,092 qram olan psixotrop maddə metamfetamin, 2,279 qram olan psixotrop maddə metamfetamin, 0,966 qram olan narkotik vasitə heroin və 0,971 qram olan psixotrop maddə metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 1,042 qram olan metamfetamini, 2,229 qram olan metamfetamini, 0,916 qram olan heroini və 0,921 qram olan metamfetamini təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra Gəncə şəhər BPİnin saxlama anbarına saxlanca verilmiş, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə baxış zamanı istifadə edilmiş video çəkilişin dörd ədəd “DVD” disk və DİN-in BİKİ-dən cavab məktubu ilə daxil olmuş 1 ədəd CD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və işə əlavə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində ibtidai araşdırma zamanı psixoloji təzyiqlərə məruz qaldığı üçün aşkar olunan narkotik vasitənin ona məxsus olduğunu etiraf etməsi ilə bağlı qeyd etdiyi xüsusatlara tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Belə ki, qeyd olunan xüsusatlar Təqsirləndirilən şəxs özünün ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi, videoçəkilişdən istifadə olunmaqla üzərinə keçirilmiş “şəxsi axtarış və baxış keçirilməsi haqqında” protokol, iş üzrə dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, digər sübutlar və işin faktiki halları ilə tam təkzib olunur. Odur ki, məhkəmə onun ibtidai istintaq zamanı vermiş olduğu ilkin ifadəsinin işin faktiki hallarına uyğunluğu baxımından əsas götürülməsinin vacibliyini vurğulayır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi verdiyi ifadəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini, özünü Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə məhkum olunmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin 10 ilə yaxındır ki, istifadəçisidir, yuxarıda qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. O, patı kimi tanıdığı psixotrop maddənin istifadəçisidir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında o, yaşadığı Gəncə şəhəri, Əttarlar küçəsi ilə piyada evinə gedən zaman yerdə olan ağ rəngli kağıza bükülmüş büküm görmüş, həmin büküm diqqətini çəkmişdir. Həmin bükümü yerdən götürüb açmış, içərisinə baxmışdır. Baxan zaman içərisində olan maddənin narkotik maddə olan patı adlandırdığı maddə olduğunu başa düşmüşdür. Bundan sonra həmin kütləni öz şəxsi istifadəsi üçün üzərində saxlamaq qərarına gəlmiş və bir dəfə istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində o, yaşadığı evin yaxınlığında təkcə olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim etmişlər. Polis əməkdaşları olduqlarını bildirmişlər və psixotrop maddəni qanunsuz olaraq üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğu üçün onu Gəncə şəhər 1-ci PŞ-nə gətirmişlər. Orada vəkilinin iştirakı ilə hüquqları ona izah edildikdən sonra video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun qara rəngli şalvarının sağ ön cibindən 1 ədəd kağıza bükülmüş büküm aşkar olunmuşdur. Həmin bükümü açılaraq içərisinə baxılmış və həmin bükülündə olan maddənin ağ rəngli, toz kristal şəkilli, ilkin baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlə olması aşkar olunmuşdur. Üzərində saxladığı həmin maddənin psixotrop maddə metamfetamin olduğunu, 1 gün əvvəl yaşadığı Gəncə şəhəri Əttarlar küçəsində Gəncə çayının kənarında gəzən zaman yolda yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş maddə ağ kağız büküm ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 1, 57 (bir tam yüzdə əlli yeddi) qram gəlmişdir. Həmin 1 ədəd büküm zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri AR-nın DİN-nin “zərflər üçün” 110 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan başqa xx.xx.2024-cü il tarixdə səhər radələrində Kolxoz bazarının yaxınlığında olan zaman yerdə ağ kağız bükümü diqqətini cəlb etmişdir. Həmin ağ kağız bükümü yerdən götürmüşdür. Kağız büküm açıb içərisinə baxan zaman kristal formalı, şəffaf rəngli metamfetaminə bənzər kütləni tanımışdır. Belə ki, o, müəyyən vaxtlarda mütamfetamin istifadə edir. Həmin kütələni öz şəxsi istifadəsi üçün götürmüş və sonra istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixində saat 18:30 radələrində Gəncə şəhəri, Şeyx Bahəddin küçəsi, Kolxoz bazarının yaxınlığında olarkən 2 nəfər mülki formada olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və narkotik vasitə və psixotrop maddə gəzdirməkdə və saxlanılmasında şübhəli olduğunu bildirib Gəncə şəhəri 1-ci PŞ-yə gətirmişlər. Gəncə şəhər 1-ci PŞ-də müdafiəçinin iştirakı ilə video çəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən ağ kağıza bükülmüş metamfetamin akşkar olunmuşdur. Həmin bir ədəd kütlə elektron tərəzidə çəkilmiş, kağız ilə birlikdə ümümi çəkisi, 6 (altı) qram olmaqla qablaşdırılmış və üzəri Az. Resp-sı DİN-nin 110 saylı möhürü ilə möhürlənərək iştirkçılar tərəfindən imzalanmışdır. Qablaşdırılmış kütlənin narkotik vasitə olub-olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X23 bölməsinə göndərilmişdir. O, üzərindən aşkar olunan "Metamfetamini" xx.xx.2024-cü il tarixdə səhər radələrində Kolxoz bazarının yaxınlığnda yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan başqa xx.xx.2024-cü il tarixdə saat təxminən 16 radələrində Gəncə şəhəri Əttarlar küçəsində gəzən zaman yerdə 1 ədəd qara rəngli siqaret falqası bükümü görmüş, həmin bükümü açıb baxdıqda heroin olmasını görmüş və özü istifadəçisi olduğu üçün üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 22 radələrində o, Gəncə şəhəri Əttarlar küçəsində yaşadığı evin yaxınlığında olan zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışlar və onlar xidməti vəsiqələrini ona nümayiş etdirib, özlərini Gəncə şəhər BPİ-nin 4-cü PB-nin əməkdaşları kimi təqdim etmişlər. Sonra polis əməkdaşları ona birlikdə Gəncə şəhər BPİ-nin 4-cü PB-nə gedəcəklərini bildirmişlər. O da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Sonra polis əməkdaşları xidməti avtomobilləri ilə onu özləri ilə birlikdə Gəncə şəhərində yerləşən Gəncə şəhər BPİ-nin 4-cü PB-nin inzibati binasınına aparmışlar. Bölmənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısını təqdim edilmiş və ona bildirilmişdir ki, həmin müdafiəçilərdən kimi istəyirsə seçə bilər, əgər seçməkdə tərəddüd edirsə bu gün növbətçi vəkilin yardımından istifadə edə bilər. O, təqdim olunmuş vəkillərin siyahısından X18 hüquqlarımın dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi X27 dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. Həmin sənədlər müdafiəçi tərəfindən ona ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalamışdır. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı üzərində olan narkotik vasitəni göy rəngli cins şalvarının sağ yan cibindən çıxardaraq təqdim etmişdir. Sonra kütləyə baxış keçirilmiş və onu elektron tərəzidə çəkmişlər. Üzərində olan bükümün ümumi çəkisi 1,34 gram olmuşdur. Sonra 01 ədəd paketin üzərinə müvafiq qeydlər aparılmış, qeydlər uca səslə oxunduqdan sonra o, onu imzalamışdır. Sonra kütlə paketin içərisinə qoyulmuş və paketin bağlanc yerləri möhürlənərək götürülmüşdür. Bundan başqa xx.xx.2024-cü il tarixdə saat 10 radələrində yaşadığı evin yaxınlığında gəzirmiş, yaxınlıqda yerdə olan sellofana bükülmüş bükümü görüb yerdən götürmüşdür. Həmin bükümü yerdən götürüb içinə baxmışdır. Bundan sonra görmüşdür ki, bükümün içərisində “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. Sonra isə həmin bükümü cibinə qoymuşdur. Bundan sonra fikirləşmişdir ki, sonra həmin psixotrop maddəni istifadə edər. Bundan sonra həmin günü, yəni 29 yanvar 2024-cü il tarixdə saat 17 radələrində Gəncə şəhəri, Z.Əliyeva küçəsində olan “Nənəmin təndiri” çörək sexinin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini nümayiş etdirərək polis əməkdaşları olduqlarını və onun psixotrop maddəni əldə etməkdə, istifadə etməkdə və saxlamaqda şübhəli olduğunu bildirmişlər. Ona birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin inzibati binasına gedəcəklərini bildirmişlər. O, bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Sonra polis əməkdaşları onu xidməti avtomobillərinə əyləşdirərək Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin inzibati binasınına aparmışlar. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqlarının izah olunaraq hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və ona bildirilmişdir ki, həmin müdafiəçilərdən kimi istəyərsə seçə bilər, əgər seçməkdə tərəddüd etsə, növbətçi vəkilin yardımından istifadə edə bilər. O, təqdim olunmuş vəkillərin siyahısından vəkil X12 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün təqdim edilmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra müdafiəçi X19 dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. O, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Müdafiəçinin iştirakı ilə onun üzərinə videoçəkiliş ilə şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı üzərimdə narkotik vasitə, psixotrop maddə və ya digər qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O, əynində olan tünd göy rəngli şalvarımın sağ yan cibindən 1 ədəd şəffaf rəgli sellofan bükümünü təqdim etmişdir. Həmin bükümün içərisinə baxış keçirilən zaman içərisində şəffaf rəngli sellofona bükülmüş halda ilk görünüşdən psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Daha sonra o, bildirmişdir ki, həmin içərisində psixotrop maddə metamfetamin olan sellofan bükümü Gəncə şəhəri, Əttarlar küçəsində yaşadığı evin yaxınlığında yerdən tapdığını və polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl həmin psixotrop maddəni istifadə etməkdən ötrü üzərində saxlamışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 1 ədəd şəffaf rəngli sellofan bükümdə olan psixotrop maddə metamfetamin müdafiəçinin və digər iştirakçıların iştirakı ilə tərəzidə çəkilmiş və çəkisi şəffaf rəngli sellofan büküm ilə birlikdə 1,06 qram olmuşdur. Həmin içərisində psixotrop maddə metamfetamin əvvəlki vəziyyətinə gətirilib qablaşdırılmışdır. AR DİN-in 120 saylı möhürü ilə möhürlənərək üzəri onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuşdur. O və iştirakçılar qablaşdırmanın üzərinə və protokola imza etmişlər. Eyni zamanda, təqsirləndirilən şəxs qismində dindirmə zamanı Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə üzərindən aşkar edilmiş 1 ədəd kağız bükümdə təmiz çəkisi 1,092 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, xx.xx.2024-cü il tarixdə 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,966 qram narkotik vasitə heroini və xx.xx.2024-cü il tarixdə 1 ədəd sellefan bükümdə təmiz çəkisi 0,971 qram psixotrop maddə metamfetamini Gəncə şəhəri, Əttarlar küçəsində, xx.xx.2024-cü il tarixdə 1 ədəd kağız bükümdə təmiz çəkisi 2,279 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini isə Gəncə şəhəri, Kolxoz bazarının yaxınlığında yerdən tapmışdır, o, psixotrop maddə metamfetamini və ya narkotik vasitə heroini hər hansı bir şəxsə satmamış, pay verməmiş və belə bir niyyəti də olmamışdır. O, ümumiyyətlə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Onu heçkəs narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etməmişdir. Barəsində əməliyyat-axtarış tədbirləri, təhqiqat və rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir, bununla bağlı hər hansı bir vəatəti və şikayəti yoxdur. Eyni zamanda məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş şəxslər ifadələrində Təqsirləndirilən şəxs məhkəmədə dediklərinin həqiqətə uyğun olmadığını, əməliyyat tədbiri zamanı saxlanılarkən təqsirləndirilən şəxsə qarşı heç bir psixoloji və ya fiziki təzyiq olunmadığını bildirmişlər. Məhkəmə-narkoloji ekspertizasının 13 noyabr 2023-cü il tarixli, 1869 nömrəli rəyindən görünürki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Odur ki, məhkəmə iş üzrə yuxarıda sadalanan halları, eyni zamanda şahid ifadələrini, ekspertiza rəylərini, istintaq hərkətlərinin proktokollarını və digər sənədləri qarşlıqlı təhlil edərək, Təqsirləndirilən şəxs məhkəmə baxışı iclası zamanı verdiyi ifadəsinin deyil, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin işin hallarına daha uyğun olduğundan əsas götürülməsini məqsədəmüvafiq hesab edir. Bununla belə məhkəmə eyni zamanda vurğulayır ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qanunsuz olaraq müxtəlif vaxtlarda əldə edib, saxladığı ümumi təmiz çəkisi 1,092 qram olan psixotrop maddə metamfetamini, 2,279 qram olan psixotrop maddə metamfetamini, 0,966 qram olan narkotik vasitə heroini və 0,971 qram olan psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması və daşıması qənaətinə gəlsə də, məhkəməyə satış məqsədinin nədə ifadə edilməsinə dair sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə vurğulayır ki, istər iş üzrə aparılmış ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan narkotik vasitə olan heroini satış məqsədilə əldə etməsini, saxlamasını və daşımasını təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. Həmçinin verilmiş əməliyyat tapşırığına 20 fevral 2024-cü il tarixli, 3-13-57/1-52371 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olsada narkotik vasitəni və psixotrop maddəni satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin ona psixotrop maddə və narkotik vasitə əldə etməsində köməklik edən şəxslərin olub-olmaması, rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirakına dair hər hansı əməliyyat məlumatı daxil olmamışdır. Bundan başqa narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Belə olduğu təqdirdə istintaq orqanı tərəfindən hansı əsasla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsi qeyri-müəyyəndir. Cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni kiməsə əvəzli və ya əvəzsiz olaraq satması, belə bir niyyətinin, məqsədinin olmasına dair hər hansı mötəbər sübut yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs metamfetamini və heroini satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən plenumun qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Odur ki, şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut olmadığı halda təkcə narkotik vasitənin çəkisinin külli miqdarda olmasını ehtimal edib, narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Cinayət işi üzrə araşdırılan sübutlardan da göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı hər hansı niyyəti olmamış və ibtidai istintaq orqanı sonuncuya CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən sırf aşkar edilmiş narkotik vasitənin külli miqdarda olmasına əsaslanmışdır. Təqsirkar şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində təqsirləndirilən şəxsə qarşı CM-in 234.4.3-cü maddəsi ilə vermiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə məhkəmənin gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi –hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)...məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkəmə bir daha vurğulayır ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlaması, nə birbaşa və nə də dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni satış məqsədi olmadan səxsi istifadəsi üçün qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması onun özünün ibtidai araşdırma zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, videoçəkilişdən istifadə olunmaqla üzərinə keçirilmiş şəxsi axtarış və baxış keçirilməsi haqqında protokoldan, şahidlərin ifadələri, məhkəmə-narkoloji, məhkəmə-kimyəvi ekspertizasının rəyləri ilə, əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokolla və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Bundan başqa, Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli ittiham olunduğu CM-in 234.4.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportda, Gəncə şəhər BPİ-nin 1-ci PŞnin CAB-nın əməliyyat müvəkkili Şahid2 tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportda, Gəncə şəhər BPİ-nin 4-cü PB-nin CAB-nın əməliyyat müvəkkili Şahid4 tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportda və Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid6 tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportda da Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsi və Gəncə şəhəri ərazisində üzərində saxlaması barədə əməliyyat məlumatının daxil olması göstərilmişdir. Həmçinin iş materiallarında olan “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarların təsviri-əsaslandırıcı və nəticəvi hissələrində də Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, istifadə etməsi, üzərində saxlaması və daşımasında şübhəli olması göstərilmişdir. Eyni zamanda iş üzrə şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsinin əməliyyat müvəkkilləri Şahid1, Şahid3, Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid7, Gəncə şəhər BPİ-nin 4-cü polis bölməsinin əməliyyat müvəkkilləri Şahid4 və Şahid5 ifadələrində göstərmişlər ki, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə etməsi və ya satdığı şəxslərin dairəsinin müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa, məhkəmə tərkibi hesab edir ki, şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin şəxsi istehlak miqdarından artıq olması özözlüyündə şəxsin satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni və təkrarən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham elan etsə də, satış məqsədini təsdiqləyən, yəni Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə və ya sövdələşməsinə, şərti alıcı ilə aralarında razılığa dair telefon danışığının və mesajlarının olmasına, narkotik vasitənin və psixotrop maddənin hazırlanması üçün avadanlığı əldə etməsinə, onun şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni və psixotrop maddəni məhz sifariş əsasında əldə etməsinə, narkotik vasitənin və psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsinə və bu kimi sair hərəkətlərə dair hər hansı bir sübut əldə edə bilməmişdir. Yuxarıda qeyd edilən halların olması Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edir. Buna görə də Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə bu Məcəllənin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə məsuliyyət müəyyən edildiyindən, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət törətmiş şəxs tərəfindən, həmin əməllərin hər hansı birinin törədilməsi CM-in 234.4.2-ci maddəsi ilə tövsif oluna bilməz. Azərbaycan Respublikası CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər təkrar törədildikdə - bu əməl CM-nin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli sayılır. Maddənin dispozisiyasından göründüyü kimi, əməlin CM-nin 234.4.2-ci maddəsi ilə tövsif edilməsi üçün ilk əvvəl əməldə CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətləri mövcud olmalı, daha sonra isə qeyd edilən cinayətlərin hər biri ayrı-ayrılıqda təkrar törədilməlidir. Bununla belə iş materiallarında olan 20 aprel 2024-ci il tarixli “təqsirləndirilən şəxs yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, 20 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. Göründüyü kimi istintaq orqanı Təqsirləndirilən şəxs ayrı-ayrılıqda Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamı dəyişdirərək ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürməli və daha sonra satış məqsədi təsdiq edildiyi halda, qeyd edilən həmin işləri bir icraatda birləşdirərək əməli CM-nin 234.2-ci maddəsindən CM-nin 234.4.2-ci maddəsinə tövsif etməli olduğu halda, səhvə yol verərək sonuncunun əməlini birbaşa CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.2-ci maddəsinə tövsif etmişdir. Bununla da istintaq orqanı Təqsirləndirilən şəxs əməlinin tövsifi barədə düzgün qənaətə gəlməmişdir. Bundan əlavə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.2-ci maddəsi ilə tövsif edərkən onun yalnız təkrar olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri və psixotrop maddəni üzərində saxlamasını və bununla bağlı daxil olmuş əməliyyat məlumatlarını əsas götürmüşdür. Bununla belə cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və s. mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından əməliyyat məlumatının nədən ibarət olması, həmin məlumatın Təqsirləndirilən şəxs təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, həmin əməliyyat məlumatlarına əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələri satış məqsədilə üzərində saxlaması, gəzdirməsi və yaxud satması kimi nəticələrə gəlmək CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Beləliklə aparılmış istintaq nəticəsində narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən tamamilə heç bir sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, təqsirləndirilən şəxsdə sadəcə olaraq narkomaniya xəstəliyinin aşkar edilməsi, o cümlədən aşkar edilmiş psixotrop maddə və narkotik vasitənin çəkisinin şəxsi istehlak miqdarından artıq miqdarda olması əsas götürülərək Təqsirləndirilən şəxs satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini və təkrarən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidd olardı. Digər tərəfdən məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla yanaşı həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi–həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına görə heroin narkotik vasitə, 2 saylı Siyahısına əsasən isə metamfetamin psixotrop maddə hesab olunur, həmçinin həmin qanuna əsasən heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, yəni külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Beləliklə məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə isə əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını və cinayətlərin təkrar törədilməsini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar kimi qiymətləndirir. Belə ki, DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01(bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2011-ci il tarixdə cəza sonu ilə azad olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 02 (iki) il 10 (on) ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən xx.xx.2022-ci il tarixli hökm dəyişdirilərək cəzası 01 il 29 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivi olmamasını ağırlaşdırıcı hal kimi nəzərə almayaraq düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, təqsirləndirilən şəxsin barəsində Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilərək, Təqsirləndirilən şəxs üzərində 01 il 29 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsa da, istintaq orqanı birinci instansiya məhkəməsinin hökmünə əsaslanaraq şəxsin əməlini cinayətlərin residivinin olmaması kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, həmin şəxslərin cəzasını – ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş iki fərqli cinayət əməli törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərində Azərbaycan Respublikası CM-in 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Digər tərəfdən məhkəmə təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(066)-7/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli təqsirləndirilən şəxsin tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Qanunun həmin tələbinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən, hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(100)-40/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona həmin maddə ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəza təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsi tətbiq edilməklə cəza təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təyin edilmiş 02 (iki) il azadlıqdan məhrum etmə cəzası, hazırkı iş üzrə təyin ediləcək cəza ilə qismən toplamaq yolu qəti cəza təyin edilməlidir. Bundan əlavə, Təqsirləndirilən şəxs hazırki işdə birinci epizod üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, ikinci epizod üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək, üçüncü epizod üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, dördüncü epizod üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni cəmi 08 (səkkiz) gün müddətinə şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs dörd epizod üzrə şübhəli şəxs qismində tutulduğu 08 (səkkiz) gün müddət, Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edərkən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməli və cəzaçəkmənin əvvəli 06 fevral 2024-cü il tarixdən hesablanmalıdır Bundan başqa, məhkəmə-narkoloji ekspertizasının 13 noyabr 2023-cü il tarixli, 1869 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-cü maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, maddi sübut olan və Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış ümumi təmiz çəkisi 1,042 qram və 2,229 qram olan metamfetamin, 0,916 qram olan heroin və 0,921 qram olan metamfetamin Gəncə şəhər BPİ-nin saxlama anbarında saxlanca verilmiş, həmçinin xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə baxış zamanı istifadə edilmiş video çəkilişin dörd ədəd “DVD” diski və DİN-in BİKİ-dən cavab məktubu ilə daxil olmuş 1 ədəd CD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər BPİ-nin saxlama anbarında saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış ümumi təmiz çəkisi 1,042 qram və 2,229 qram olan metamfetamin, 0,916 qram olan heroin və 0,921 qram olan metamfetamin məhv edilməli və həmçinin xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə baxış zamanı istifadə edilmiş video çəkilişin dörd ədəd “DVD” diski və DİN-in BİKİ-dən cavab məktubu ilə daxil olmuş 1 ədəd CD diskin isə cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiya” tərəfindən həyata keçirilməlidir. Bundan əlavə cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 82 (səksən iki) iş saatı (50 iş saatı xx.xx.2025-ci il tarixədək, 32 iş saatı isə həmin tarixdən hökm çıxarılan günədək) həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına müdafiəçi üçün 652 (altı yüz əlli iki) manat məbləğində pul köçürülməlidir. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə 158 (yüz əlli səkkiz) məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən şəxs X9 maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləirini törətməkdə təqsirli bilinsin və ona CM-in 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-1-ci maddəsi ilə isə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Göygöl rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə ona təyin olunmuş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs birinci epizod üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, ikinci epizod üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, üçüncü epizod üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, dördüncü epizod üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, cəmi 08 (səkkiz) gün həbsdə saxlanılması müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla ona təyin olunmuş 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində 05 (beş) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 06 fevral 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər BPİ-nin saxlama anbarında saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış ümumi təmiz çəkisi 1,042 qram və 2,229 qram olan metamfetamin, 0,916 qram olan heroin və 0,921 qram olan metamfetamin məhv edilsin və həmçinin xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə baxış zamanı istifadə edilmiş video çəkilişin dörd ədəd “DVD” diski və DİN-in BİKİ-dən cavab məktubu ilə daxil olmuş 01 ədəd “CD“ diskin isə cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə məhkəmə məsrəfləri - 158 (yüz əlli səkkiz manat) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş 82 (səksən iki) iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 652 (altı yüz əlli iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar