Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-224/2020 14.10.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X12 Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin qanuni nümyəndəsi X11 və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2003-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, yetkilik yaşına çatmayan, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri Gülüstan qəsəbəsi ADAU-6 saylı yataqxananın ətrafında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci tarixdə saat 19 radələrində onunla birlikdə Şəmkir rayonunda yerləşən istixanada fəhlə işləyən iş yoldaşı Zərərçəkmiş şəxs ilə iş yerindən yaşadıqları evə gəldikləri Şahid4 idarə etdiyi “QAZ32213” markalı ** BF *** qeydiyyat nömrə nişanlı sərnişin daşıyan mikroavtobusda əyləşmək üçün nəzərdə tutlmuş yer üstündə aralarında sözlə mübahisə yaranmış, onları daşıyan avtomobil Göygöl rayonu Qızılca kəndi ərazisində dayanıb digər sərnişinləri düşürdən zaman onlar da mikroavtobusdan düşərək aralarında yaranmış mübahisəni aydınlaşdırmaq məqsədi ilə ətrafda heç kimin olmadığı kənara çəkilib qeyd edilən ərazidə yenidən şəxsi münasibətlər zəminində mübahisə etmiş, mübahisə zamanı ilkin olaraq Zərərçəkmiş şəxs ona nalayiq ifadələr işlədib sifət nahiyəsinə qəsdən bir dəfə yumruq zərbəsi vurduqdan sonra o, istintaqla əldə edilməsi mükün olmayan üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyyəsindən bir dəfə qəsədən vuraraq sonuncunun qarın boşıuğunun daxilinə keçən yarası, qara ciyərin yaralanması, daxili qanaxmailə müşayiət olunan xəsarət yetirməklə, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Gəncə şəhəri Gülüstan qəsəbəsində Aqrar Univensitetinin yataqxanasının ətrafında valideyinləri ilə birlikdə yaşayır. Valideyinləri Kəlbəcər rayonundan məcburi köçkündürlər. Ailənin dolanışığı üçün Şəmkir şəhərində yerləşən istixanalarda fəhləliklə məşğul olur. xx.xx.2020-ci il tarixdə axşam saat 19 radələrində işlədiyi Şəmkir şəhərindən istixanalarda onunla birlikdə işləyən digər fəhlələrlə birlikdə onları Şəmkir şəhərinə aparıb gətirən Qazel markalı avtomaşınla gələrkən Göygöl rayon Qızılca kəndi ərazisində, avtomaşında olan Ərşad adlı iş yoldaşı ilə aralarızda zarafatlaşarkən avtomaşında əyləşdikləri yer üstündə mübahisə yaranmış, lakin onlar avtomaşında dalaşmamışlar. Bundan bir qədər sonra avtomaşının sürücüsü Rasim Göygöl rayonu Qızılca kəndində yaşayan fəhlələri düşürtmək üçün avtomaşını kənarda saxlayarkən Ərşala o da avtomaşından yerə enmişlər ki, mübahisələrini aydınlaşdırsınlar. Onlar kənara çəkilib mübahisə etdiyiklərinin səbəbini aydınlaşdırarkən yenidən aralarıda mübahisə yaranmış və həmin mübahisə vaxtı Ərşad sillə ilə bir neçə dəfə onun sifət nahiyyəsindən vurmuşdur. Ərşad ondan fiziki cəhətdən güclü olduğundan o, Ərşadla bacara bilməyəcəyini görüb üzərində gəzdirdiyi bıçağı cibindən çıxararaq onu qorxutmaq istəmişdir. Lakin Ərşad əlində bıçağı görsədə geri çəkilməmiş və onu vurmamağa davam etmişdir. Ərşad onun sol əlini tuduğu üçün o, sağ əlində olan bıçağı ağzı ilə açıb bıçaqla onun qarın nahiyyəsinə bir bıçaq zərbəsi vurmuş və Ərşadın geri çəkildiyini görüb oradan qaçaraq uzaqlaşıb mikroavtobusa minmiş və Rasim avtomaşını idarə edərək oradan uzaqlaşmışlar. Yolda gələrkən o, bıçağı “Azos” deyilən ərazidə çayın içinə avtomaşının pəncərəsindən atmışdır. Hadisədən sonra bir-biriləri ilə barışmışlar. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, müvəqqəti olaraq Göygöl rayon Qızılca kəndində yaşayan dostu Elgünün evində yaşayır və oradan Şəmkir şəhərində yerləşən istixanalarda işləmək üçün hər gün gedib gəlir. xx.xx.2020-ci il tarixdə hər gün olduğu kimi axşam 19 radələrində işlədiyi Şəmkir şəhərindən istixanalarda onunla birlikdə işləyən digər fəhlələrlə birlikdə onları Şəmkir şəhərinə aparıb gətirən Qazel markalı avtomaşınla gələrkən Göygöl rayon Qızılca kəndi ərazisində, avtomaşında olan iş yoldaşı Müzadillə şəxlə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı avtomaşında olarkən aralarında dava-dalaş olmamış, mübahisə yalnız sözlə olmuşdur. Onlar avtomaşından yerə endikdən sonra söhbəti davam etməkləri barədə razılaşmışlar. Göygöl rayon Qızılca kəndində avtomaşının sürücüsü Rasim kənddə yaşayan fəhlələri düşürtmək üçün avtomaşını yolun kənar hissəsində saxlayarkən onunla Müzadil birlikdə avtomaşından yerə enmişlər. Sonra onlar Müzadillə kənara heç kimin olmadığı yerə çəkilib mübahisə etməyə davam etmişlər. Mübahisə zamanı o, Müzadilin sifət nahiyyəsindən iki ard-arda iki sillə vurmuşdur. Həmin vaxt Müzadil cibindən çıxardığı bıçaqla onun qarın nahiyyəsindən bir bıçaq zərbəsi vurub qaçmışdır. Bu zaman yolun kənarında daynmış onunla birlikdə fəhləlik edən Tural, İsmayıl və Vüsal onun qarın nahiyyəsini tutub aşağı əyildiyini görüb onun yanına gəlmişlər və görmüşlərr ki o, xəsrarət almışdır, o Müzadilin onu bıçaqla vurub qaçdğını demişdir. Bundan sonra onu Gəncə şəhərində yerləşən 3 saylı xəstəxanaya aparmışlar və orada o əməliyyat edilmişdir. Hadisədən sonra qaynı Təqsirləndirilən şəxs ilə barışmış, onu bağışladığını, ondan hər hansı şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki,Şəmkir şəhərində yerləşən istixanalarda fəhləliklə məşğul olur. Onları hər gün yaşadığı kənddən işlədiyi Şəmkir rayonuna Rasim adlı şəxs idarə etdiyi Qazel markalı avtomaşınla səhər saatlarında aparır, axşam işimizi qurtardıqdan sonra isə qaytarıb yaşadığı kəndə gətirir. xx.xx.2020-ci il tarixdə onlar həmişə olduğu kimi fəhlə işlədikləri Şəmkir rayonuna getmişlər, işlərini qurtardıqdan sonra axşam saat 19 radələrində işlədikləri Şəmkir şəhərindən istixanalarda onunla birlikdə işləyən digər fəhlələrlə birlikdə onları Şəmkir şəhərinə aparıb gətirən Qazel markalı avtomaşınla gələrkən yolda avtomaşında olan iş yoldaşları Ərşadla Müzadil arasında zarafat etmələri səbəbindən mübahisə düşmüş, lakin avtomaşında onlar dava-dalaş etməmişlər. Bundan sonra Göygöl rayon Qızılca kəndi ərazisində onları düşürtmək məqsədilə Qazel markalı avtomaşının sürücüsü avtomaşını saxlamış və onlar düşüb yaşadığı evə getmişlər. Onlar avtomaşından düşərkən bir qədər öncə mübahisə edən Ərşadla Müzadil də avtomaşından düşmüşlər və kanəra çəkilib söhbət etməyə başlamışlar. Onlar aralaşıb gedərkən Müzadillə Ərşadın arasında ani bir vaxtda dava-dalaş düşdüyünü görmüşlər . Bu zaman Müzadilin oradan qaçaraq uzaqlaşıb gəldikləri Qazel markalı mikroavtobusa mindiyini və Ərşadın əli ilə qarın nahiyyəsini tutub əyildiyini görmüşdür. Qazel markalı avtomaşının sürücüsü Rasim Müzadil mikroavtobusa mindikdən sonra avtomaşını idarə edərək oradan uzaqlaşıb getmişlər. Onlar Ərşadın yanına gələn zaman, Müzadilin üzərində gəzdirdiyi bıçaqla Ərşadı vurub xəsarət yetirdiyini bilib Ərşadı oradan Gəncə şəhərinə xəstəxanaya aparmışlar Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Şəmkir şəhərində yerləşən istixanalarda fəhləliklə məşğul olur. Onları hər gün yaşadığı kənddən işlədiyi Şəmkir rayonuna Rasim adlı şəxs idarə etdiyi Qazel markalı avtomaşınla səhər saatlarında aparır, axşam işimizi qurtardıqdan sonra isə qaytarıb yaşadığı kəndə gətirir. xx.xx.2020-ci il tarixdə onlar həmişə olduğu kimi fəhlə işlədikləri Şəmkir rayonuna getmişlər, işlərini qurtardıqdan sonra axşam saat 19 radələrində işlədikləri Şəmkir şəhərindən istixanalarda onunla birlikdə işləyən digər fəhlələrlə birlikdə onları Şəmkir şəhərinə aparıb gətirən Qazel markalı avtomaşınla gələrkən yolda avtomaşında olan iş yoldaşlrı Ərşadla Müzadil arasında zarafat etmələri səbəbindən mübahisə düşmüş, lakin avtomaşında onlar dava-dalaş etməmişlər. Bundan sonra Göygöl rayon Qızılca kəndi ərazisində onları düşürtmək məqsədilə Qazel markalı avtomaşının sürücüsü avtomaşını saxlamış və onlar düşüb yaşadığı evə getmişlər. Onlar avtomaşından düşərkən bir qədər öncə mübahisə edən Ərşadla Müzadil də avtomaşından düşmüşlər və kanəra çəkilib söhbət etməyə başlamışlar. Onlar evə getmək istəyərkən Müzadillə Ərşadın arasında ani bir anda dava-dalaş düşdüyünü Müzadilin qaçaraq oradan uzaqlaşdığını və Ərşadın əyilərək qarın nahiyyəsini əli ilə tutduğunu görmüşlər. Onlar qaçaraq Ərşadın yanına gələrkən Müzadilin üzərində gəzdirdiyi bıçaqla Ərşadı vurub xəsarət yetirdiyini bilmişlər. Həmin vaxt Müzadil Rasimin idarə etdiyi Qazel markalı avtomaşına minib oradan uzaqlaşmışdır. Bundan sonra Ərşadı Gəncə şəhərinə xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, özütə məxsus Qazel markalı **-BF-*** dövlət nömrə nişanlı mikroavtobusla Şəmkir rayonunda yerləşən istixanalarda fəhlə işləyən şəxsləri səhər saatlarında yaşadıqları yerdən götürüb Şəmkir rayonuna aparır, axşam saatlarında isə evlərinə qaytarır. xx.xx.2020-ci il tarixdə həmişə olduğu kimi səhər saatlarında idarə etdiyi Qazel markalı avtomobillə Şəmkir rayonuna fəhlə işləyən şəxsləri aparmış, sonra axşam saat 19 radələrində fəhlələri Şəmkir rayonundan götürüb yaşadıqları evə qaytarmışdır. Onlar yolla gələn zaman idarə etdiyi mikroavtobusun salonunda əyləşmiş fəhlələr öz aralarında söhbət edərərk zarafat etmişlər. O, avtomobil idarə etdiyindən fikri yolda olmuş, onların sözlərinə əhəmiyyət verməmişdir. O, idarə etdiyi Qazel markalı avtomaşınla Göygöl rayon Qızılca kəndi ərazisində yaşayan şəxsləri düşürtmək məqsədilə mikroavtobusu yolun kənarında saxlamış, həmin vaxtı mikroavtobusda olan və Göygöl rayonu Qızılca kəndində yaşayan şəxslər düşmüşlər, onlarla bərabər Ərşad adlı şəxslə Müzadil adlı şəxs də düşdmüşlər. Onlar mikroavtobusdan düşəndən sonra təxminən 40 metr kənara çəkilib nəsə söhbət etmişlər, həmin vaxt o, mikroavtobusun içərisində onların bir-birini vuraraq dalaşdıqlarını görmüşdür. O, mikroavtobustan yerə enmək istəyərkən Müzadilin qaçaraq avtobusa mindiyini görmüş və davadalaşın böyüməməsi üçün mikroavtobusu idarə edərək onu oradan uzaqlaşdırıb aparmışdır. Ona sonradan məlum olmuşdur ki, Müzadil avtomaşından düşüb Ərşadla aralaranda dava-dalaş baş verən zaman bıçaqla Ərşadı vurub xəsarət yetirmişdir. «Hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Daşkəsən-Gəncə avtomaşın yolunun göygöl rayon Qızılca kəndi ərazisindən keçən hissəsinin yaxınlığında baş vermişdir.Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir digər hal müəyyən edilməmişdir. “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkli çəkilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 485 saylı rəyindən görünür ki,Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmadı. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 54/A saylı rəyindən görünür ki,Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – qarın boşıuğu daxilinə keçən yara, qara ciyərin yaralanması, daxili qanaxma kəsici-deşici alətin təsirindən törənib, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğundur və dərəcəsinə görə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid edilir. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 384 saylı rəyindən görünür ki,Təqsirləndirilən şəxs keçirilmiş doğuş travmasının az ifadəli qalıq əlamətləri XBT 10 F07.2 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və az ifadəli olduğundan o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlətini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni, anlaqlı olmuşdur, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyyacı yoxdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Gəncə şəhər Rayonlarası Narkoloji Dispanserinin xx.xx.2020-ci il arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2020-ci il arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. AA ******* saylı Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2003-cü il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Kəlbəcər rayon Yanşaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Gülüstan qəsəbəsi ADAU-6 saylı yataqxananın ətrafında yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AA № 433817 nömrəli vəsiqəsinin surətindən görünür ki, Mamedov X6 rayonundan məcburi köçkündür. AA № 128003 nömrəli vəsiqəsinin surətindən görünür ki, X1 rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X2 arayışı müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsi və hazırda da yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslə barışmasını, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, məcburi köçkün olmasını, əməlindən səmimi peşman olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmçinin Məcəllənin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələblərinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal müəyyən edilmiş və CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-cü maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 85.5-ci və 60cı maddəsinin tələbləri, nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 435.4.2-ci maddəsində isə göstərilir ki, yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir. Uşaq hüquqlarının və azadlıqlarının müdafiəsinə, ədalət mühakiməsinin növbədə yetkinlik yaşına çatmayanların mənafelərinin qorunmasına yönəldilməsi barədə «Pekin qaydaları»nın əsas müddəaları «Uşaq hüquqları haqqında» X3 Təşkilatının xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının, eyni zamanda «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun və digər bu sahədə qəbul edilmiş çoxsaylı beynəlxalq aktlarında öz əksini tapmışdır. «Uşaq hüquqları haqqında» xx xxx 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Konstitusiyasına,X5, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. Həmin Qanunun 1-ci maddəsində göstərilir ki, Qanunun təsir dairəsi Uşaqların bu Qanunda nəzərdə tutulmuş hüquqları və vəzifələri 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aid edilir. Həmin Qanunun 17-ci maddəsində göstərilir ki, uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Yetkinlik yaşına çatmayanların törətdiyi cinayətlərə görə tətbiq olunan cəza növü X4 Baş Məclisinin xx xxxxxx 1985-ciildə qəbul etdiyi «Yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirlməsi ilə bağlı X7»na («Pekin qaydaları») uyğun olduğu üçün, məhkəmə, yetkinlik yaşına çatmayanın işi üzrə qəbul etdiyi qərarın və seçdiyi təsir tədbirinin təkçə işin hallarının hüquq pozuntusunun ağırlığına uyğunluğu prinsipinə deyil, həm də yetkinlik yaşına çatmayanın vəziyyətinə və marağına uyğun olmasını da rəhbər tutur. Əgər yetkinlik yaşına çatmayanın əməli hər hansı bir əsaslı səbəb olmadan başqası üzərində zor tətbiq etməklə bağlı deyildirsə və ya yetkinlik yaşına çatmayan dəfələrlə ciddi hüquq pozuntusuna yol verilməmişdirsə, onun barəsində azadlıqdan məhrum etmə cəzası tətbiq edilməməlidir. «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli 4 saylı Qərarın 1-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmayan şəxslər barədə ədalət mühakiməsi ilk növbədə həmin şəxsin mənafelərinə xidmət etməli və belələri haqqında görülən təsir tədbirləri onun şəxsiyyətinə və qanuna zidd əməlinin xarakterinə uyğunluq təşkil etməli, yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsi onların barəsində ədalətli cəzaların təyin edilməsinə, yetkinlik yaşına çatmayan şəxs tərəfindən yeni cinayətlərin törətməsinin qarşısının alınmasına, həmçinin həmin cinayəti doğuran səbəblərin aradan qaldırılmasına xüsusi diqqət yetirilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsi və hazırda da yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslə barışmasını, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, məcburi köçkün olmasını, əməlindən səmimi peşman olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini, şəxsiyyətini ailə və sosial vəziyyətlərini, həyat və tərbiyə şəraitini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, psixi inkişaf səviyyəsini, törətdiyi cinayətin məqsəd və motivini nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edilsə də, cəzalarını yüngülləşdirən halların məcmuyu müstəsna hal kimi qiymətləndirilməli və təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasında Azərbaycan Respublikası CM-in 85.5-ci və 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi və onu cəmiyyətdən təcrid etmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edilməklə həmin cəzanın şərti tətbiq edilməsini qanuni, ədalətli və əsaslı hesab edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ona cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi ailəsinin ciddi məhrumiyyətlərə düçar edə bilər, bu əmələ görə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ədalətli hesab edilə bilməz və məhkumun islah və yenidən tərbiyə olunmasına isə xidmət edə bilməz. Ona təyin edilən cəza yalnız şərti olaraq tətbiq edilməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsində göstərilmişdir ki, “... müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli və CM-in 70.5-ci maddəsinə əsasən isə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməməsi vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlandığı müddət daxildir. İş üzrə məhkəmə məsrəfləri yoxdur, maddi sübut, xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş “Polisin nəzarəti altına vermə qətimkan tədbiri “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunsun və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Davranışı üzərində nəzarət Gəncə şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində X12 Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-224/2020
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-224/2020
14.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver