Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-224/2023 10.04.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X12 və müdafiəçi –Göygöl Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1966-cı ildə Kəlbəcər rayonunun Babaşlar kəndində, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, məcburi köçkün, Kəlbəcər rayonunun Babaşlar kəndində qeydiyyatda olan və Goranboy rayonunun Rus- Borisi kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan qardaşı Şahid3 məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Vaz-2121” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edərək qohumu X13 ilə birlikdə 21 oktyabr 2022ci il tarixdə saat 18 radələrində Goranboy rayonunun Yuxarı Ağcakənd kəndindən həmin rayonun Rus-Borisi kəndinə gedən torpaq yolda hərəkətdə olan zaman yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka ziyan vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini və yolun döngəli olmasını nəzərə alaraq avtomobili təhlükəsizliyi təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin hərəkət hissəsində dayanıqlı və təhlükəsiz hərəkətini təmin etməli olduğu halda həmin tələblərə riayət etməyib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və avtomobili sürücülük vəsiqəsi olmadan idarə etməməli olduğu halda həmin tələbə riayət etməyib həmin Qanunun 33-cü maddəsinin 4cü hissəsinin tələblərini pozaraq, əməlinin ictimai təhlükəli xarakterini dərk edib, əməlinin insanın ölümünə səbəb olacağı imkanını qabaqcadan görüb, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edib cinayətkarcasına özünə güvənərək, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, bunları etməyərək qeyd edilən qaydaları pozmaqla, ehtiyatsızlıqdan idarəetməni itirib avtomobilin yolun sağ tərəfindəki dərəyə aşması nəticəsində həmin vaxt idarə etdiyi avtomobilin qabaq sağ oturacağında sərnişin qismində əyləşmiş X7 ölümünə səbəb olan ağır açıq küt kəllə beyin travması başın ənsə, təpə nahiyyəsinə qansızma, təpə, ənsə, kəllə qapağı və kəllə əsası sümüklərinin sınıqları, baş beyin yumşaq qişasına, beyin toxumasına, beyin mədəciklərinə qansızma, hər iki göz ətrafının hematomaları, alın və burun nahiyyəsinin çoxsaylı sıyrılmış yaraları ilə müşayiət edilən dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yol hərəkəti qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edərkən pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X7 ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, zərərçəkimiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Kəlbəcər rayonunun Babaşlar kəndində daimi qeydiyyatda olmaqla Goranboy rayonunun Rus-Borisi kəndində yaşayır və heç bir yerdə işləmir. Habil Şəmilov onun kürəkəni olmuş, aralarında heç bir ədavət olmamışdır. 21 oktyabr 2022-ci il tarixdə təxminən saat 13 radələrində Habil mobil telefon vasitəsilə zəng edərək Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsi ərazisində yerləşən yaylaqda iribuynuzlu mal-qara satın almaq istədiyini və almaq üçün onunla birlikdə gedib malqaraya baxmaq istədiyini bildirmişdir. Onunla razılaşdıqdan sonra Habil ondan ayrı Yuxarı Ağcakənd kəndində yerləşən daş karxanasının yanına getmiş, təxminən saat 16 radələrində qardaşı Şahid3 adına olan, ona məxsus “VAZ 2121” markalı, **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə yaşadığı kənddən yaylaq yolu ilə daş karxanasının yanına gedib Habili götürərək Eldar adlı şəxsin yaylaqda saxladığı mal-qaraya baxmağa getmişlər. Mal-qaraya baxdıqdan sonra birlikdə yaylaq yolu ilə geri qayıtmışlar. Avtomobili torpaq yolla Buzluq kəndi istiqmətində idarə etmiş, Habil onun yan tərəfində olan sərnişin yerində əyləşmişdir. Təxminən saat 18 radələrində hava şəraiti dumanlı və yağışlı olmuşdur. Avtomobili idarə edərkən anidən qarşısına sol tərəfə olan sərt döngə çıxmış və yol ensiz, örtüyü yaş olduğundan o, avtomobili sol tərəfə döndərə bilməmişdir. Buna görə də avtomobil yoldan sağ tərəfə çıxaraq sağ yan üstə dərə istiqamətində yuvarlanmağa başlamışdır. Avtomobil dərə istiqamətində yuvarlanarkən onu salondan çöl tərəfə tullamış, yerdən ayağa qalxdıqda ondan 2 metr alt tərəfdə avtomobilin sağ yan tərəfinə aşaraq dayandığını, üst tərəfdə isə Habilin uzandığını görmüşdür. Habilə yaxınlaşdıqda sonuncunun yaralı olduğunu görüb kömək çağırmaq məqsədilə öz telefonu üzərində olmadığı üçün Habilin telefonundan istifadə etmək istəmişdir. Lakin Habilin telefonu kilidli olduğundan öz telefonunu axtarıb tapdıqdan sonra geri qayıtdıqda Habilin öldüyünü görmüşdür. Dərhal bu barədə qardaşları Ərəstuna, Əfqana və Habilin həyat yoldaşı- qızı Mətanətə məlumat vermişdir. Hadisədən sonra Habilin azyaşlı uşaqlarına və qızına o baxır, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, o, Kəlbəcər rayonunun Yellicə kəndində daimi qeydiyyatda olmaqla, 1993-cü ildən Goranboy rayonunun Meşəli kəndində yaşayır və heç bir yerdə işləmir. X3 onun oğludur, münasibətləri həmişə yaxşı olmuş, heç vaxt hər hansı bir narazılıq və ya ədavətləri olmamışdır. Habil Təqsirləndirilən şəxs qızı Mətanət ilə ailəlidir, 2 azyaşlı övladları vardır və onunla eyni kənddə qonşuluqda yaşamışdır. Habilin qayınatası Ədalətlə münasibət yaxşı olmuşdur, aralarında heç bir narazılıq və ədavət olmamışdır. 21 oktyabr 2022-ci il tarixdə Habil mal-qara almaq üçün qayınatası Ədalətə zəng edərək birlikdə gedib mal-qaraya baxmalarını xahiş etmiş və Ədalət onunla razılaşdıqdan sonra Habil həmin gün təxminən saat 16 radələrində evdən çıxaraq mal-qaraya baxmağa getmişdir. Ədalət Rus-Borisi kəndində yaşayır və onun Vaz-2121 minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin gün axşam təxminən saat 20 radələrində xatırlamadığı qohumları ona Ədalətin avtomobili ilə Goranboy rayonunun Yuxarı Ağcakənd kəndi ərazisində yerləşən yaylaqda yol-nəqliyyat hadisəsi törətdiyini və hadisə nəticəsində oğlu Habil Şəmilovun vəfat etdiyini bildirmişlər. Qohumları dərhal hadisə yerinə gedərək oğlu Habil Şəmilovun meyitini gətirmişlər. Sonradan onların dağ yolu ilə Rus-Borisinə gedərkən hadisənin hava şəraitinin yağışlı və dumanlı olması səbəbindən Ədalətin ehtiyatsızlıqdan avtomobilin idarəetməsini itirməsi nəticəsində törətdiyini öyrənmişdir. Hadisənin ehtiyyatsızlıqdan baş verməsini nəzərə alıb, Ədalətin onun qudası olmaqla onun qohumu olduğunu, gəlini və azyaşlı nəvələrininin Ədalətin yanında olmaqla onun saxladığını nəzərə alıb, Ədalətlə barışdığını, ondan şikayət və tələbi olmadığını və onə həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Kəlbəcər rayonunun Həsənlər kəndində daimi qeydiyyatda olmaqla, 1993-cü ildən Goranboy rayonunun Meşəli kəndində yaşayır. X3 onun həyat yoldaşı olmuş, onunla münasibətləri həmişə çox yaxşı olmuş, heç vaxt aralarında hər hansı bir narazılıq və ya ədavətləri olmamışdır. Habil Şəmilovun onun atası Təqsirləndirilən şəxsla da münasibəti həmişə yaxşı olmuşdur, aralarında heç bir narazılıq və ədavət olmamışdır. 21 oktyabr 2022-ci il tarixdə evdə olarkən Habil mal-qara almaq üçün atası Ədalətə zəng edərək birlikdə gedib mal-qaraya baxmalarını xahiş etmiş və Ədalət də razılaşdıqdan sonra Habil həmin gün təxminən saat 16 radələrində mal-qaraya baxmaq üçün evdən çıxaraq Goranboy rayonunun Yuxarı Ağcakənd kəndinə getmişdir. X19-2121 minik markalı, **-BC- *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin gün axşam təxminən saat 20 radələrində atası Ədalət ona zəng edərək avtomobili ilə Yuxarı Ağcakənd kəndi ərazisində yerləşən yaylaqda yol-nəqliyyat hadisəsi törətdiyini və hadisə nəticəsində həyat yoldaşı Habilin vəfat etdiyini bildirmişdir. Onun qohumları dərhal hadisə yerinə gedərək Habilin meyitini gətirmişlər. Hazırda ona və uşaqlarının dolanışığını atası təmin edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, X3 onun böyük qardaşıdır. Habil Təqsirləndirilən şəxs qızı Mətanətlə ailəli olmuş, onların 2 azyaşlı övladları vardır. Habilin qayınatası Ədalətlə münasibət yaxşı olmuşdur, aralarında heç bir narazılıq və ədavət olmamışdır. 21 oktyabr 2022-ci il tarixdə Habil mal-qara almaq üçün qayınatası Ədalətə zəng edərək birlikdə gedib mal-qaraya baxmalarını xahiş etmiş və Ədalət onunla razılaşdıqdan sonra həmin gün təxminən saat 16 radələrində evdən çıxaraq mal-qaraya baxmağa getmişdir. Ədalətin istifadəsində Vaz-2121 minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin gün axşam təxminən saat 20 radələrində xatırlamadığı şəxs zəng edərək Ədalətin avtomobili ilə Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsi ərazisində yerləşən yaylaqda yol-nəqliyyat hadisəsi törətdiyini və hadisə nəticəsində qardaşı Habilin vəfat etdiyini bildirmişdir. Dərhal yol-nəqliyyat hadisəsinin baş verdiyi yerə getmişdir. Hadisə yerinə çatdıqda avtomobilin yoldan sağ tərəf dərə istiqamətində aşdığını və qardaşı Habilin meyitinin avtomobildən təxminən 6-7 metr yuxarı tərəfdə üzü yuxarı vəziyyətdə olduğunu görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır və onların arasında heç bir ədavət yoxdur. 2011-ci ildə qardaşı Təqsirləndirilən şəxs onun adına “VAZ-2121” markalı, **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil almışdır. Onun özünün sürücülük vəsiqəsi vardır. Lakin qardaşı Ədalətin sürücülük vəsiqəsi olmamışdır. Avtomobil onun adına qeydiyyatda olamasına baxmayaraq daima qardaşı Ədalət də olmuşdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 12 radələrində qardaşı Ədalət idarə etdiyi avtomobillə kürəkəni Habil ilə birlikdə onlara gəlmişdir. Habil almaq istədiyi mal-qaraya baxmaq üçün Yuxarı Ağcakənd kəndində yaşayan adını bilmədiyi bir şəxsin yanına getmişlər. Həmin gün təxminən saat 18 radələrində qardaşı Ədalət ona məxsus mobil telefona zəng edərək Goranboy rayonunun Yuxarı Ağcakənd kəndinin otlaq sahəsində qəza törətdiyini, kürəkəni Habilin qəza nəticəsində vəfat etdiyini və həmin yerə gəlməyini bildirmişdir. Özünə məxsus “UAZ” markalı, **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə həmin yerə getmişdir. Hadisə yerinə çatdıqda qardaşı Ədalətin idarə etdiyi avtomobilin yoldan təxminən 50 metr aşağı dərə tərəfə aşdığını görmüşdür. Dərhal Xocalı RPŞ-nə zəng edərək qəza barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Xocalı RPŞ-nin İTQ-nin polis sahə rəisi vəzifəsində işləyir. 21 oktyabr 2022-ci il tarixdə polis şöbəsində əməliyyat-istintaq qrupunun üzvü olmuşdur. Həmin gün saat 19:30-da növbətçi hissəyə Goranboy rayonu, Yuxarı Ağcakənd kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və hadisə nəticəsində sərnişin X7 aldığı bədən xəsarətlərində hadisə yerində vəfat etməsi barədə məlumat daxil olmuşdur. O dərhal əməliyyat-istintaq qrupunun digər üzvləri ilə birlikdə hadisə yerinə getmişdir. O, hadisə yerinə çatdıqada sürücü Təqsirləndirilən şəxs avtomobilin idarəetməsini itirməsi səbəbindən avtomobilin yolun sağ tərəf kənarındakı dərəyə yuvarlandığını və Habil Şəmilovun avtomobildən təxminən 6-7 metr yuxarı tərəfdə üzü yuxarı vəziyyətdə uzandığını gormüşdür. O, Habil Şəmilova yaxınlaşdıqda onda həyat əlamətlərinin olmadığını, yəni aldığı bədən xəsarətlərindən artıq vəfat etdiyini görmüşdür. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Goranboy rayonunun Yuxarı Ağcakənd kəndi ərazisində baş vermişdir. Hadisə yerinə- Goranboy rayonunun Yuxarı Ağcakənd kəndinin ərazisində, torpaq örtüklü, işıqlandırılmayan, quru, bir zolaqlı, yollarda heç bir üstünlük nişanı olmayan avtomobil yoluna baxış keçirilmişdir. Avtomobil yolunun hərəkət hissəsinin eni 3,5 metrdir, sol və sağ tərəfdə ehtiyat hissəsi yoxdur, hərəkət hissəsi quru vəziyyətdə torpaq örtüklüdür. Yolun hadisə baş verən hissəsində hərərkət sürəti saatda 30 kilometrdir. Yolun sol tərəfi təpəcik, sağ tərəfi isə dərədir. Hadisə baş verən ərazidə videomüşahidə kameraları yoxdur. Baxış keçirilərkən ərazinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. Baxış zamanı hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən hər hansı maddi sübut və ya sair iş üçün əhəmiyyətli əşya aşkar olunmamış və götürülməmişdir. Hadisə yerinin sxemi çəkilərək cinayət işinə əlavə edilmişdir. “Meyitə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X3nunun meyitinə baxış keçirilərək fotoşəkilləri çəkilmiş və bu barədə protokol tərtib tərtib edilərək cinayət işinə əlavə edilmişdir. AB № 470710 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Vaz-2121” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid3 məxsusdur. xx.xx.2022-ci il tarixli, 166-10964-1122 nömrəli arayışdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi (nəqliyyat vasitəsini idarə etmək hüququ) yoxdur. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli 8/3579 nömrəli rəyindən görünür ki, Vaz-2121 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Yenə həmin ekspert rəyində göstərilmişdir ki, sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 40 nömrəli rəyindən görünür ki, X3nun meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində aşkar edilmiş xəsarətlər-açıq küt kəllə beyin travması başın ənsə, təpə nahiyyəsinə qansızma, təpə, ənsə və kəllə əsası sümüklərinin sınıqları, beyin yumşaq qişasına, beyin toxumasına, beyin mədəciyinə qansızma, hər iki göz, ətrafının hematomaları, alın və burun nahiyyəsinin çoxsaylı sıyrılmış yaraları. Qeyd edilən xəsarətlər bərk küt əşya(əşyaların) o cümlədən avtoqəza zamanı əmələ gəlmişdir. Əmələ gəlmə müddəti və şəraiti qərarın təsviri hissəsində göstərilmiş tarixə xx.xx.2022-ci il tarixə uyğun gələ bilər, meyitin müayinəsindən az əvvəl baş vermişdir və ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Mərhum Təqsirləndirilən şəxs ölümünə səbəb ağır açıq küt kəllə-beyin travması nəticəsində baş beyin yumşaq qişasına, beyin toxumasına, beyin mədəciklərinə qansızma, kəllə qapağı sümüklərinin və kəllə əsası sümüyünün sınması olmuşdur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 800 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ gözün qapalı travması, sol qulağın, burunun, çənənin, kürəyin sıyrılmış yarası bərk küt əşyanın(ların) o cümlədən, qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2022-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Maddi sübutların ekspertizasının xx.xx.2022-ci il tarixli 4025/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Goranboy Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Goranboy rayonu, Rus Borisi kənd sakini Qurbanov X9 RMX-nın poliklinikasının ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatında dayanmır. Goranboy rayon Rus Borisi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Qurbanov X5 rayonundan məcburi köçkündür və Goranboy rayon Rus Borisi kəndində həyat yoldaşı X2 və oğlu X11 ilə birlikdə yaşayır və yaşayış yerindən müsbət xarakterizə olunur. AA № 307364 saylı, vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs məcburi köçkündür. “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 24 yanvar 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Şahid3 qardaşı Təqsirləndirilən şəxs ona məxsus “Vaz-2121” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə 21 oktyabr 2022-ci il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə ziyan dəyməsi ilə bağlı Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi X8 istintaq orqanına ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Onunla barışmışdır. Zərər çəkmiş şəxsin hüquqi varisi X8 məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Onunla barışmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən zərər çəkmiş şəxsin hüquqi varisinin qohumu olmaqla barışmasını və ondan heç bir şikayət və tələbinin olmamasını, hadisədən sonra zərərçəkmiş şəxsin ailə üzvlərinin dolanmasını təmin etməsini, məcburi köçkün olmasını, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələblərinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal müəyyən edilmiş və CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşını, səhhətini, ailə və sosial vəziyyətini eyni zamanda CM-in 60-cı maddəsinin tələblərini və dövlət ittihamçısının çıxışını nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin təyin etməyi və onu cəmiyyətdən təcrid etmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq edilməklə həmin cəzanın şərti tətbiq edilməsini qanuni, ədalətli və əsaslı hesab edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ona cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər, bu əmələ görə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ədalətli hesab edilə bilməz və məhkumun islah və yenidən tərbiyə olunmasına isə xidmət edə bilməz. Ona təyin edilən cəza yalnız şərti olaraq tətbiq edilməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar Azərbaycan Respublikası CM-nin 70-ci maddəsində göstərilmişdir ki, “... müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər”. Azərbaycan Respublikası CM-nin 70.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli və CM-nin 70.5-ci maddəsinə əsasən isə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməməsi vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin ediləcək nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasının müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Vaz-2121” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibi Şahid3 qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxs Şahid3 alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin ediləcək nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasının müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Davranışı üzərində nəzarət Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış “Vaz-2121” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibi Şahid3 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxs Şahid3 alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-224/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-224/2023
10.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver