Məhkəmə qərarları › İş №1(100)-224/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-224/2025

06.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-224/2025 06.03.2026 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və X22 ibarət tərkibdə, məhkəmə iclas katibləri - X7, X11 və Talışova Şahnaz Nazir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxsin hüquqi varisi – X8 və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1989-cu il tarixdə Şəmkir rayonu, Yeniabad kəndində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Yeniabad kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qardaşı Şahid13 məxsus qızıl üzüyü satıb pulunu şəxsi ehtiyaclarına sərf etdiyindən, eynisini alıb qaytarmaq üçün üzüyün qiyməti ilə maraqlanmaq məqsədi ilə 15 fevral 2010-cu il tarixdə yaşadığı Şəmkir rayonu, Yeniabad kəndindən Gəncə şəhərində yerləşən “Univermaq” adlanan qızıl-zinət əşyalarının satıldığı yerə getmək qərarına gəlmiş, bu məqsədlə həmin gün saat 15 radələrində yaşadığı Şəmkir rayonu, Yeniabad kəndindən Kür qəsəbəsinə getmiş və orada yol kənarı ilə piyada hərəkətdə olarkən qarşı tərəfdən gələn taksi fəaliyyəti ilə məşğul olduğunu bildiyi həmkəndlisi X12 idarə etdiyi “Daewoo Nexia” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili əli ilə işarə verərək saxlamış və Gəncə şəhərinə gedib qayıtmaq barədə razılaşdıqdan sonra Məhərrəm Həsənovun idarə etmiş olduğu avtomobilin qabaq sərnişin oturacağına oturaraq onunla birlikdə həmin gün saat 17 radələrinə qədər ünvan 1 ünvanında yerləşən “X41” ASC-nin binasındakı qızıl-zinət əşyalarının satıldığı yerə gedib qızıl üzüklərin qiymətləri ilə maraqlanaraq geri gəlmiş, geri qayıtdıqlarında Şəmkir rayonu, Mahmudlu kəndindən Yeniabad kəndi istiqamətində torpaq yol ilə hərəkətdə olduqları zaman artıq yaşadığı ünvana yaxınlaşdığı üçün taksi xidməti müqabilində Məhərrəm Həsənova verməyə pulu olmadığından xidmət haqqını 3-5 günə verəcəyini dedikdə, pulu olmadığı halda avtomobili Gəncə şəhərinə və geriyə qədər sürdürdüyünə görə sonuncunun onunla kobud danışıb barəsində nalayiq ifadələr işlətdiyini və sağ əli ilə üzünün sol tərəfinə bir dəfə sillə vurmasını özünə qarşı təhqir kimi qəbul edib əsəbiləşərək aralarında yaranmış mübahisənin gedişində Məhərrəm Həsənovu cəzalandıraraq ondan qisas almaqla qəsdən öldürmək qərarına gəlib bunu arzu etməklə özündə cinayət törətmək qətiyyətini yaradıb törədəcəyi əməlin ictimai təhlükəliliyini dərk etməklə cinayətkar niyyətini həyata keçirməkdən ötrü həmin vaxt üzərində gəzdirdiyi istintaqa məlum olmayan açılıb qatlanan, düyməli cib bıçağını sağ əli ilə tutaraq, yuxarıda qeyd olunan yolda X75 və X10 İdarəsinin Yeniabad qəsəbəsində yerləşən 2 saylı Su-Nasos stansiyasından 450 metr məsafədə yaxınlıqda onları görə biləcək heç kimin olmadığına əmin olandan sonra avtomobilin qabaq sərnişin oturacağında əyləşdiyi yerdən Məhərrəm Həsənova aşkar sürətdə hər yetirəcəyi xəsarətə görə xüsusi ağrılar, iztirab verəcəyini düşünüb çoxsaylı zərbələr vuraraq xüsusi amansızlıqla öldürmək məqsədi ilə ağırlıq dərəcəsinə görə ayrılıqda kəskin qanitirməyə səbəb olduğundan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən sağ gicgah nahiyəsində - sağ qaşın bayır qurtaracağının 1 ədəd kəllə boşluğuna keçən beyin toxumasını zədələyən deşilmişkəsilmiş yarası, birlikdə kəskin qanitirməyə səbəb olduğundan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən cəmi 8 ədəd, o cümlədən başının tüklü hissəsində sol təpə nahiyəsinin, sağ təpə gicgah nahiyəsinin, sol təpə ənsə nahiyəsinin 3 ədəd kəsilmiş yaraları, sağ çənə oynağı nahiyəsinin, sağ yanağın, sağ ağız bucağı nahiyəsinin, sol qulaq seyvanının, sol çənə nahiyəsinin 5 ədəd deşilmiş-kəsilmiş yaraları və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid döş qəfəsinin sağ-ön yan səthinin daxilə keçməyən 1 ədəd deşilmişkəsilmiş yarası, sol əlin ovuc səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası, ümumilikdə 11 ədəd bədən xəsarətləri yetirdikdən sonra, almış olduğu xəsarətlərdən kəskin qan itirməkdə olan Məhərrəm Həsənov xilas olmaq məqsədi ilə avtomobilini işə salaraq ərazidən uzaqlaşmaq üçün əlini açar yuvasına doğru uzatmaq istədikdə avtomobilin açarını əlindən alaraq yetirilən bədən xəsarətlərinin təsirindən çoxlu qan itirən zərərçəkmiş şəxsin artıq xırıldayaraq ölməkdə olduğunu görüb soyuq və şaxtalı havada iztirab çəkməsi üçün ölümə tərk edib ərazidən qaçmaqla sonuncunu xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq 12,558 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, iki hissəyə bölməklə üzərində saxlayıb Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 11 dekabr 2023-cü il tarixdə saat 16:40-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq ünvan 3is Şöbəsinə gətirilmiş və orada həmin gün saat 18:16-dan etibarən üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən 02 ədəd kibrit qutusunda satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı ayrı-ayrılıqla çəkiləri 6,283 qram və 6,275 qram olmaqla, ümumilikdə təmiz çəkisi 12,558 qram çəkidə 02 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 120.2.4 və 234.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Məhərrəm Həsənovun qətli ilə bağlı 2022ci ildən etibarən bir il ərzində Baş Prokurorluğa çağırılmış və hər dəfə çağırılanda gedibgəlmişdir. Sonuncu dəfə isə o, anası ilə getmişdir. Həmin vaxt onu BMCMİ-nə aparacaqları ilə hədələmişlər. Sonra atası X37 qardaşı Etibar Həsənova Baş Prokurorluqda onu hədələyərək “bu işi boynuna götür sənə köməklik edəcəyik” dediklərini bildirmişdir. İki ay yarım sonra Şəmkir rayonu, Kür qəsəbəsində traktorla yer əkib qayıdanda BMCMİ-nin əməkdaşları onu saxlayıb Şəmkir RPŞ-ə aparmışlar. Orada BMCMİ-nin adını xatırlamadığı əməkdaşı onun üzərinə narkotik vasitə qoyub, həmin narkotik vasitənin özünə məxsus olduğunu demədiyi halda evindən narkotik vasitə çıxarıb qardaşını həbs edəcəklərini demişdir. O da məcbur olub polislərin dedikləri ilə razılaşmışdır. Sonra video çəkilişlə onun üzərinə baxış keçirilmiş və baxış zamanı üzərindən özlərinin verdikləri narkotik vasitə çıxmışdır. Bundan sonra onu Bakı şəhərinə aparmışlar, bir gün sonra sanksiya üçün Bakı şəhər Nərimanov rayon Məhkəməsinə çıxarılmış və barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra onu Kürdəxanı təcridxanasına göndərmişlər. Orada qeydiyyatdan keçəndən sonra onu BMCMİ-nə aparmışlar və o, 10 gün orada qalmışdır. 10 gün ərzində hər gün ona işgəncə verib döymüşlər, qarşısına şəxsiyyətinə yaraşdırmayacağı seçimlər qoymuşlar, videosunu çəkib “youtube” sosial şəbəkəsində paylaşacaqlarını demişlər. O, təzyiqlərə dözməyib məcbur olaraq Məhərrəm Həsənovun qətlini boynuna almışdır. O, təqsirsiz olmuş, hadisəni görən şahid hadisə yerində gördüyü şəxsin o, olmadığını, gördüyü şəxsin başında iki saç dairəsi olduğunu demiş, onun başında isə bir dairə olmuş, hətta müstəntiq gəlib başında əli ilə ikinci dairəni düzəltmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, əvvəllər narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmiş, lakin son iki ildir namaz qılmış və tövbə etdiyi üçün narkotik vasitə istifadə etməmişdir. Polislər verdikləri narkotik vasitəni boynuna götürməyi üçün onu döyüb fiziki təsir göstərmişlər. Ondan analiz götürmüşlər, lakin qanında narkotik vasitə ilə bağlı heç nə aşkar olunmamışdır. Onu ekspertizaya da göndərmişlər, lakin həmin vaxt bədənində xəsarətlərin izi qalmamışdır. Ondan barmaq izi nümunələri götürülmüşdür. X42 həmkəndlisi kimi tanımış və yaş fərqləri çox olduğuna görə sonuncu ilə yaxın münasibətləri olmamışdır. O, üzüyünü qaynı ilə birlikdə satmış, həmin vaxt avtomobilinin sənədində problem olmuş, sənədləri qaydaya salmaq üçün pulu da olmamış, ona görə üzüyünü və telefonunu sataraq sənədlərini düzəltmişdir. Məhərrəm Həsənovun taksi kimi fəaliyyət göstərdiyi avtomobilə minib-minmədiyini xatırılamamışdır. X51 ölümü ilə heç bir əlaqəsi olmamış, sonuncunun bacısı onlarla qonşuluqda yaşamış, ölməmişdən əvvəl də o, Məhərrəmi axırıncı dəfə bacısıgilə gələndə görmüş, lakin həmin tarixi xatırlamamışdır. Məhərrəm ölən ərəfədə kənddə taksi kimi fəaliyyət göstərən 4-5 nəfər olmuşdur. O, Baş prokurorluğa gedib-gəldiyi iki il ərzində cinayəti etiraf etməmiş, lakin sonradan şəxsiyyətinə yaraşdıra bilməyəcəyi şeylərlə hədələndiyi üçün cinayəti boynuna almışdır. Şəmkir rayonundan Kür qəsəbəsində polis bölməsinin olmasına baxmayaraq, onu saxlayan polislər onu həmin bölməyə yox, birbaşa Şəmkir RPŞ-nə aparmışlar. Şəmkir RPŞ-də olanda polis əməkdaşlarının gözü qarşısında BMCMİ-nin əməkdaşı ona narkotik vasitə vermiş və sifariş olduğunu, bu səbəbdən də həbs olunacağını demişdir. Sanksiya zamanı o, hakimə narkotik vasitənin özünə məxsus olmadığını, polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu demiş, sonradan şikayət ərizələri də yazmışdır. BMCMİ-də ona sualları rəis vermişdir. Növbəti gün BMCMİ-nin rəisi ona “ya səninlə insan kimi danışaq, ya da başqa yolla” demiş, o da bu cinayəti törətmədiyini demişdir. BMCMİ-nin dörd nəfər əməkdaşı onu başqa otağa aparıb döymüş, Məhərrəm Həsənovu öldürdüyünü etiraf etməyini tələb etmişlər. O, fiziki və psixoloji təzyiqlərdən sonra məcbur olub boynuna almış, ifadə verərkən polis əməkdaşlarının dediyi kimi Məhərrəmi bıçaqla öldürdüyünü, həmin bıçağı da Məhərrəmin avtomobildən götürdüyünü demişdir. Bundan sonra müstəntiq ona Məhərrəmin qardaşı Etibar Həsənova zəng edib danışdığını, Məhərrəmin avtomobilində bıçaq olmadığını, bıçağın onun özündə olduğunu demişlər, o isə heç vaxt üzərində bıçaq gəzdirmədiyini bildirmişdir. Onu əvvəlcə BMCMİ-nin müstəntiqi dindirmiş, cinayəti boynuna götürəndən sonra Prokurorluğun müstəntiqi gəlmişdir. O, BMCMİ-də olanda 3-4 gün sonra təzyiqlərə dözməyib Məhərrəm Həsənovu öldürüyünü boynuna almış, həmin müddət ərzində onunla narkotiklə bağlı heç bir istintaq hərəkəti aparılmamışdır. Prokurorluğun müstəntiqinə BMCMİ-nin əməkdaşlarının onu döydüklərini deməyə ehtiyac olmamış, çünki onu elə müstəntiqin yanında döymüşlər. Müstəntiq onu dindirəndə o, sərbəst ifadə verməmiş, təzyiq altında ifadə vermişdir. Məhərrəm Həsənovun öldürülməsindən 14 il keçdiyi üçün o, həmin gün harada olduğunu xatırlamamışdır. Məhərrəm Həsənovun öldürüldüyü gün o, Gəncə şəhərinə gəlib-gəlmədiyini, eləcə də Məhərrəmin avtomobilinə minib-minmədiyini xatırlamamışdır. O, heç vaxt üzərində bıçaq gəzdirməmişəm. Onun və ailə üzvlərinin nə mərhum Məhərrəm Həsənovla, nə də hansısa polis əməkdaşı ilə ədavət və ya düşmənçiliyi olmamış, Məhərrəmin ölümünün onun boynuna qoyulmasının səbəbini də bilməmişdir. Təqsirləndirilən şəxs qəsdən adam öldürmə epizodu ilə bağlı məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü elan olunmuş ittiham üzrə təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş, həmçinin həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində dindirmə istintaq hərəkətlərinə dair videoçəkilişlər nümayiş etdirilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, mərhum X35 kəndində yaşamış və o, sonuncunu bir kəndli kimi tanımış, heç bir qohumluq münasibəti, ədavəti və düşmənçiliyi olmamışdır. Məhərrəm Həsənovun lotereyadan ağ rəngli “Daewoo Nexia” markalı avtomobil qazandığını eşitmişdir. Məhərrəmi kənddə həmin maşınla gəlibgedərkən görmüşdür. Məhərrəmin bacısı Mehriban yaşadığı kənddə onlarla qonşu olmuşdur. Məhərrəm Həsənovun yaşadığı ev kəndin magistral yoluna yaxın yerləşmişdir. Məhərrəm Həsənovu o, öldürmüşdür. 15 fevral 2010-cu il tarixi onun həyatında dərin iz buraxdığından həmin günü dəqiq xatırlamışdır. Həmin gün Yeniabad kəndinə qar yağmış və hava soyuq olmuşdur. Gün ərzində o, günortaya qədər evində olmuş, hava soyuq olduğundan çölə çıxmamışdır. Günortadan sonra qızıl üzüklərin qiyməti ilə maraqlanmaq məqsədi ilə Gəncə şəhərinə getmək qərarına gəlmişdir. Çünki 2009-cu ilin yanvar ayında hərbi xidmətdən geri gələndən sonra qardaşı Turala son zəngdə hədiyyə verilmiş qızıl üzüyü qardaşı taxmadığı üçün o, istifadə etmiş, sonradan ona pul lazım olduğu üçün həmin üzüyü Şəmkir şəhərində bazarda yerləşən qızıl mağazalarından birində 120 manata satmış, lakin qardaşının bundan xəbəri olmamışdır. Həmin üzük sarı qızıl materialdan hazırlanmaqla üzərində 4 ədəd adi şüşə qaş olmuşdur. Turalın üzüyü satdığını bilib əsəbiləşəcəyini düşünərək üzüyü alıb yerinə qoymaq istəmişdir. Çünki hər dəfə Tural ondan üzüyü soruşmuş, o isə üzüyü dostuna verdiyini deyərək qardaşını aldatmışdır. Üzüyün puluna isə həmin vaxt sözlü olduğu hazırkı arvadı Nuranə Vəliyevaya hədiyyə almışdır. Bundan başqa həmin vaxt Nuranə ilə tez-tez telefonla danışdığına görə kontur üçün pula da ehtiyacı olmuşdur. 15 fevral 2010-cu il tarixdə günortadan sonra saat 15 radələrində Gəncə şəhərində yerləşən qızıl mağazalarından qardaşının üzüyünün eynisinin qiyməti ilə maraqlanmaq üçün Gəncə şəhərinə getmək qərarına gəlmişdir. Bu məqsədlə yaşadığı Yeniabad kəndindən üzü Kür qəsəbəsinə tərəf yol ilə təxminən 15-20 dəqiqə getdikdən sonra Kür qəsəbəsinin girişində “40 Bulaq” adlanan yerdə Məhərrəm Həsənova məxsus “Daewoo Nexia” markalı avtomobilin qarşı tərəfdən gəldiyini görmüşdür. Məhərrəm Həsənovun avtomobilinin üzərində taksi işarəsinin olub-olmamasını xatırlamamışdır. Həmin günə qədər heç vaxt sonuncunun avtomobilində əyləşməmişdir. Avtomobilin içi qara rəngli olmuş, lakin hansı materialdan olmasını xatırlamamışdır. O, əl edib avtomobili saxlatmış və X36 şəhərinə onu neçə manata aparıb gətirəcəyini soruşmuşdur. O, Məhərrəmə üzərində pul olmadığını deməmişdir. O, ardınca Məhərrəmin avtomobilinin qabaq sağ oturacağında əyləşmiş və onlar birlikdə Gəncə şəhərinə getmişlər. Təxminən 30-40 metr aralandıqdan sonra Məhərrəm Həsənov yolda Yeniabad kənd sakini İlqarı görüb avtomobili saxlamış və ondan hara getdiyini soruşmuşdur. İlqarın əlində qara sellofan paketdə nə isə olmuş və sonuncu Yeniabad kəndinə getdiyini demişdir. Məhərrəm Şahid1 avtomobilə əyləşməsini demiş və sonuncu avtomobilin arxa sağ oturacağına əyləşmişdir. İlqar Yeniabad kəndində getdikləri yolun qırağındakı evdə yaşamış və Məhərrəm Şahid1 evləri olan döngəyə çatdıqda avtomobili saxlamışdır. Yolda olan vaxt İlqarla söhbəti olmamışdır. Başında papaq olduğuna görə İlqar onun üzünü görməmişdir. X43 bir-biri ilə zarafatlaşmışlar. Lakin qızılın pulunu haradan tapacağı ilə bağlı fikirli olduğundan, eləcə də İlqarla münasibəti olmadığından onların söhbətinə qarışmamış, bundan əlavə İlqar arxa tərəfində oturduğundan və onun üzünü görmədiyi üçün tanımadığından o, sonuncu ilə heç nə danışmamışdır. İlqar avtomobildən düşəndən sonra onlar üzü Mahmudlu kəndi istiqamətində, oradan isə Şəmkir-Gəncə magistral yolu ilə Gəncə şəhərinə getmişlər. Yolüstü yanacaqdoldurma məntəqəsinə girmişlər. Şübhəli şəxs qismində vermiş olduğu ilkin ifadəsində yanacaqdoldurma məntəqəsinə girməklərini xatırlamamış, lakin ifadənin yerində yoxlanılması zamanı yanacaqdoldurma məntəqəsini görəndə ora girməyi yadına düşmüşdür. Məhərrəm Həsənov yanacaqdoldurma məntəqəsində yol tərəfdə birinci yerdə saxlamışdır. Lakin o, sonuncunun nə qədər yanacaq alması və nə qədər pul verməsini xatırlamamışdır. Pulu satıcıya Məhərrəm Həsənov vermişdir. O, avtomobildən düşməmiş, Məhərrəm Həsənovun düşübdüşməməsini də xatırlamamışdır. Gəncə şəhərində “Univermaq” adlanan ticarət mərkəzinin arxasında Məhərrəm Həsənov avtomobili saxlamışdır. Univermağın qarşısında avtomobil saxlamağa icazə verməmişlər. O, univermaqda təxminən 30-40 dəqiqə qızılların qiyməti ilə maraqlanmışdır. Qardaşının satmış olduğu qızıl üzüyün eynisini tapmış və onun qiyməti ilə maraqlanmışdır. Həmin üzüyün qiyməti 170 manat olmuşdur. O, fikirləşmiş ki, işləyib pul yığıb həmin üzüyün eynisini alar. Daha sonra univermaqdan çıxıb Məhərrəm Həsənovun avtomobilinin qabaq sağ oturacağına əyləşmiş və Yeniabad kəndinə gəldikləri marşrut üzrə geri qayıtmışlar. Lakin Mahmudlu kəndindən keçən zaman Məhərrəm Həsənov öz şəxsi işi ilə əlaqədar əsas yoldan sağa doğru kəndin içinə girmiş və hansısa evin qabağında avtomobili saxlayıb avtomobildən düşmüşdür. Məhərrəm təxminən 20-25 dəqiqə sonra geri qayıtmışdır. Lakin o, fikirli olduğuna görə sonuncunun hansı evə girdiyini, kiminlə görüşməsinə və nə üçün getməsinə fikir verməmişdir. Sonra isə oradan kanalın üstündən keçərək torpaq yolla Yeniabad kəndi istiqamətində getmişlər. Məhərrəm Həsənovun asfalt yol olduğu halda nə üçün torpaq yolu seçib həmin yolla maşını sürməsinin səbəbini bilməmişdir. Yeniabad kəndinin kənarı ilə hərəkətdə olan zaman təxminən 100-150 metr qarşıda Yeniabad kənd sakini Zilxumar adlı qadının yolun sağında yerləşən sahədən göy-göyərti yığaraq əlində torba ilə yola doğru çıxdığını görmüşdür. Məhərrəm Həsənov sonuncuya yaxınlaşanda Zilxumarı keçib avtomobili saxlamışdır. Həmin vaxt avtomobil ilə Zilxumarın arasında təxminən 10-15 metr məsafə olmuşdur. Məhərrəm Həsənov avtomobilin içərisindən əl edərək “gəl otur” deyib Zilxumarı çağırmışdır. Zilxumar isə əli ilə ayağının palçığını göstərərək “ayağım palçıqdır, siz gedin mən özüm gedəcəm” demişdir. Ona görə də Məhərrəm Həsənov avtomobili sürmüş və yoluna davam etmişdir. Təxminən 200 metr aralandıqdan sonra artıq kəndə çatdığı üçün və üzərində 5 manat pul olduğundan Məhərrəm Həsənova “üzərimdə pul yoxdur. Sənin pulunu 3-5 günə versəm olarmı?” demişdir. Bu sözləri dedikdən sonra Məhərrəm Həsənov onu pis söyüşlərlə söyməyə başlamış, ümumiyyətlə Məhərrəm Həsənov pis söyüşlər söyən adam olmuşdur. Məhərrəm Həsənov onun özünə olduqca pis söyüşlər söymüş və pulu olmadığı halda nə üçün o qədər yolu sürdürdüyünü demişdir. O isə Məhərrəm Həsənovu inandırmağa çalışmışdır ki, pulu yoxdur və 3-5 günə pulunu düzəldib verəcək. Bu zaman Məhərrəm Həsənov sol əli ilə onun sifətinin sağ tərəfinə şillə vurmuş və onlar avtomobildə əlbəyaxa tutaşmışlar. Məhərrəm Həsənov artıq avtomobili dayandırmışdır. Ərtaflarında heç kim olmamışdır. Əlbəyaxa olan zaman Məhərrəm Həsənov pis söyüşlərini ona deməkdə davam etmiş və onu vurmağa çalışmışdır. O, sonuncunun zərbələrinin qarşısını almağa çalışdığından Məhərrəm Həsənov onun sol əlini tutmuşdur. Bu zaman o, sağ əli ilə üzərində olan göy rəngli cins şalvarın belinə taxdığı qara rəngli, açılıb qatlanan düyməli cib bıçağını götürüb Məhərrəm Həsənovun onu pis söyüşlərlə söyməsi və vurması ona pis təsir etdiyindən əsəbiləşdiyi üçün sağ əli ilə bıçağı açaraq sonuncunun sinədən yuxarı, yəni başına, sifətinə və boğaz tərəfində təxminən 5-8 dəfə vurmuşdur. Zərbələr sonuncusu baş hissəsinə dəymiş və zərbənin təsirindən Məhərrəm Həsənovun əli boşaldığı üçün onun sol əlini buraxmışdır. O, hiss etmiş ki, bıçaq zərbələrinin təsirindən Məhərrəm Həsənovun müqaviməti zəifləmiş və sonuncu əlini atıb açarla avtomobili işə salmağa çalışmışdır. O da Məhərrəmdən cəld davranaraq sonuncunun əlini itələmiş və açar yuvasından açarı götürmüş, ardınca da tez avtomobildən düşərək avtomobilin arxasından fırlanıb kənd istiqamətində qaçmışdır. Avtomobildən aralandıqdan sonra təxminən 20 metr aralıda yerləşən qalın su boru kəmərinin yanına çatdıqda əlində olan bıçaqla maşının açarını tullamışdır. Açar ərazidə olan borunun yanında olan kolluq sahəyə düşmüş, bıçaq isə borunun üzərindən keçərək əks istiqamətə düşmüşdür. Həmin açarın ucu dəmir, arxası isə plastmas başlıqdan ibarət olmuşdur. Qaçan zaman o, təxminən 300- 400 metr aralıda bir nəfər şəxsin ərazidə heyvan otardığını görmüş, lakin həmin şəxsi tanımamışdır. Daha sonra borunun altından keçib kəndin içinə doğru getmişdir. Əli qana bulaşdığından əlini qarla silib dəmiryolu boyunca bir az gedib kəndə girmişdir. Kəndə çatdıqdan sonra dostu Elvinin yadında qalmayan nömrəsinə zəng etmişdir. O, sonuncuya evlərinin qarşısına çıxmağını və sözü olduğunu demişdir. Elvinlə evlərindən 100 metr aralıda görüşüb baş vermiş hadisəni sonuncuya danışmışdır. Rəngi ağardığından Elvin ondan nə baş verməsini soruşmuşdur. O, isə X44 bıçaqla vurduğunu demişdir. Elvin isə səni tutacaqlar demiş və ona evə gedib sakitləşməyini və bu barədə keç kimə heç nə deməməyini bildirmişdir. O da evinə getmiş və həmin vaxtdan hazıradək Məhərrəm Həsənovu öldürməyi barədə Elvindən başqa heç kimlə danışmamışdır. Növbəti gün səhər Məhərrəm Həsənovun avtomobilində öldürülməsi barədə məlumat yayılsa da, həmin vaxtdan 2022-ci ilə qədər, yəni əl-barmaq izləri avtomobil üzərində aşkar olunana qədər bu hadisə ilə bağlı istintaqa cəlb olunmamışdır. Dəfələrlə rayon ərazisində baş vermiş oğurluq hadisələri ilə əlaqədar şübhəli bilindiyi üçün Şəmkir rayon polis şöbəsinə çağırılmış və orada əl-barmaq izləri götürülmüşdür. Məhərrəm Həsənova məxsus avtomobildə bir saatdan çox yol getmiş, ola bilsin ki, həmin vaxt avtomobilin müxtəlif yerlərinə toxunmuş və barmaq izi orada qalmışdır. Məhərrəm Həsənov üzünə şillə vursa da, həmin vaxt hər hansı xəsarət almamışdır. Cinayəti törətdiyi bıçaq qara rəngli təxminən 15 sm uzunluğunda, açılıb-qatlanan düyməli cib bıçağı olmuşdur. Üzərində şalvara keçirtmək üçün çıxıntısı və plastik bəzək olmuşdur. Məhərrəm Həsənovun avtomobilinin açarı baş hissəsi qara rəngli tək sadə açar olmuşdur. Açar üzərində heç bir əlavə aksesuar olmamışdır. Hadisə yerinin yaxınlığından dəfələrlə keçsə də, oralarda gizlənib narkotik vasitə qəbul etsə də, heç vaxt orada bıçağı və yaxud açarı axtarmamışdır. Məhərrəm Həsənovu öldürməyini yalnız hadisədən sonra dostu Elvinə demişdir. Sonuncudan başqa heç kimə, hətta ailə üzvləri ilə belə bu barədə danışmamışdır. İstintaqa dəfələrlə çağırıldığı vaxtlarda ailə üzvləri ondan şübhələnib soruşsalar da, onlara bu barədə etiraf etməmişdir. Avtomobili tərk edib hadisə yerindən qaçanda Məhərrəm Həsənov xırıltılı da olsa nəfəs almışdır. Məhərrəm Həsənovu öldürdükdən sonra sonuncunun üzərindən, eləcə də avtomobildən pul və ya qiymətli əşya götürməmişdir. Məhərrəm Həsənov ona verməyə pulu olmadığını biləndən sonra onun və ailəsinin ünvanına pis söyüşlər söydüyünə və onu vurduğuna görə o, əsəbiləşib sonuncunu öldürmüşdür. Məhərrəm Həsənovun avtomobilində oturan zaman əynində papaqlı jaket və onun üstündə qara gödəkcə olmuşdur. Papağı başına geyindiyindən, İlqar isə arxada əyləşdiyindən və qeyd etdiyi digər səbəblərdən ola bilsin ki, onu tanımamışdır. Məhərrəm Həsənovun ölümündən sonra İlqarla görüşü və ya söhbəti olmamışdır. Zilxumarla arasındakı məsafə yaxın olsa da həmin vaxtda papaqlı olmuş və X29 keçəndən sonra avtomobili saxladığından üzünü görməmişdir. Zilxumar onun üzünü yandan görmüşdür. İstintaqa çağırıldığı vaxtlarda anası Zilxumarın evinə də getmişdir. Anası Zilxumara onu görüb-görmədiyini, əgər görmüşdürsə bu barədə ona deməsini bildirmişdir. Zilxumar isə həmin vaxt Məhərrəm Həsənovun avtomobilində olan şəxsi tanımadığını demişdir. Hadisə vaxtı əynindəki paltarlar qana bulaşmadığından həmin paltarları yenə də adi gündəlik işlərində geyinmiş, sonrakı vaxtlarda qeyd etdiyi paltarlar köhnəlib yararsız hala düşdüyündən tullamışdır. X45 şəhərinə gedən zaman yolda özünə Kola və ya Fanta almışdır. Məhərrəm Həsənov da özünə Sprite markalı 0.5 litrlik qazlı içki almışdır. İçkini içəndən sonra qabını tullamışdır. Məhərrəm Həsənovun içkisini nə etməsini xatırlamamışdır. Elvin 2012-ci ildən Rusiyadadır. Sonuncu 5-6 il əvvəl bir dəfə gəlmiş və onunla çayxanada qarşılaşsa da, bu barədə söhbəti olmamışdır. 2022-ci ildə Baş Prokurorluğa çağırılanda Elvinin qardaşı Şahid12 evlərindən çağırıb sonuncuya hadisə yerində əl-barmaq izləri çıxdığına görə çağırıldığını, həmin vaxt qardaşı ilə telefonda danışdığı zaman Azərbaycana gəlməməyini deməsini istəmişdir. X68 bu barədə deyibdeməməsini bilməmişdir. Hadisədən 2-4 il sonra hadisə yerinin yaxınlığında kənd uşaqlarından hazırda vəfat etmiş Poladla və həbsdə olan Elmarla narkotik vasitə çəkmiş, lakin 30 noyabr 2022-ci il tarixdən 1 il 13 gündür ki, narkotik vasitə çəkmir, tövbə etmişdir. Şübhəli şəxs qismində vermiş olduğu ifadəsində Məhərrəm Həsənovu avtomobilindən götürdüyü bıçaqla öldürdüyünü qeyd etsə də, həmin bıçaq əslində ona məxsus olmuşdur. Həmin bıçağı üzərində heç kim görməmişdir. Həmin bıçağı Şəmkir şəhərində yerləşən bazardan almışdır. Birinci arvadından olan oğlunun atası əslində Elvindir. Əfsanənin əvvəlcə Elvinlə münasibəti olmuşdur. Arvadının Elvinlə cinsi münasibəti olmuş və hamilə qalandan sonra onunla da cinsi münasibəti olmuş, buna görə də Əfsanənin ondan şikayət edib tutduracağından qorxduğu üçün məcbur olub sonuncu ilə evlənmişdir. Narkotik vasitə ilə bağlı epizod üzrə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, üzərindən aşkar edilmiş iki ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı tutulmamışdan 2 gün əvvəl, yəni 09 dekabr 2023-cü il tarixdə Şəmkir rayonu ərazisindən tapmışdır. Tapdığı narkotik vasitəni şəxsi istifadə məqsədilə üzərində saxlamışdır. Əvvəllər nəşə adı ilə tanıdığı narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmiş, lakin hazırda heç bir narkotik vasitə və ya psixotrop maddə istifadə etmir. Buna baxmayaraq, narkotik vasitə və psixotrop maddələr onda maraq doğurur. Buna görə də tapdığı narkotik vasitəni gələcəkdə istifadə etmək qərarına gəlmişdir. Narkotik vasitəni tapdığını heç kimə deməmişdir. Tapdığı narkotik vasitəni heç kimə verməmiş, heç kimə satmamış və həmin maddənin üstündə olmasından heç kimin məlumatı olmamışdır. 11 dekabr 2023-cü il tarixdə saat 16:40-da Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində olduğu zaman ona 4 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmişlər, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf etmişdir ki, hazırda üzərində nəşə adı ilə tanıdığı narkotik vasitə vardır. Bundan sonra polis əməkdaşları onu Şəmkir Rayon Polis Şöbəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Şəmkir Rayon Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsində müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman o, üzərində nəşə adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 02 ədəd kibrit qutusunu, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, 01 ədəd siqaret qutusunu, və 01 ədəd alışqanı, şalvarının sol arxa cibindən 10 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən üstündən əşya və predmet aşkar edilməmişdir. Təqdim etdiyi 02 ədəd kibrit qutusuna baxış zamanı içərisində narkotik vasitə qurudulmuş marixuana olması müşahidə edilmişdir. Bundan sonra üstündən aşkar olunmuş 02 ədəd kibrit qutusunun içərisində olan narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Üstündən aşkar edilmiş 01 ədəd siqaret qutusuna baxış zamanı içərisində 03 ədəd siqaretin olması müşahidə edilmişdir. 01 ədəd siqaret qutusu, 01 ədəd alışqan və 10 manat pul özünə geri qaytarılmışdır. Aşkar edilmiş “Samsung” markalı mobil telefon polislər tərəfindən götürülmüşdür. Şifahi sorğu-sual zamanı o, üstündən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu ərazisindən tapdığını, əvvəllər nəşə adı ilə tanıdığı narkotik vasitədən istifadə etdiyini, həmin kütlələrdən heç kimə vermədiyini, heç kimə satmadığını, üstündə olmasından heç kəsin məlumatının olmadığını, əldə etdiyi kütlələri marağı olduğu üçün üstündə saxladığını bildirdiyini qeyd etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə marixuananı öz istifadəsi üçün əldə etmişdir. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Üzərində narkotik vasitə olmasından kimlərinsə xəbəri yoxdur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təzyiqə məruz qalmamışdır. Tutulan zaman heç bir xəsarət almamışdır. Saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Məhərrəm Həsənovun öldürüldüyü gün o, sonuncunun avtomobili ilə harasa getməyini, ümumiyyətlə də Məhərrəm Həsənovun idarə etdiyi avtomobilə minib-minmədiyini xatırlamamışdır. Elan edilmiş ifadələrini fiziki və psixi təzyiq altında verdiyinə görə həmin vaxt Məhərrəm Həsənovu özünün öldürdüyünü demişdir. Ölüm hadisəsini üzərinə götürməyi üçün təzyiq göstərildikdən sonra polis əməkdaşları ona sadəcə Məhərrəm Həsənovun qətlini üzərinə götürməyini demişlər, sonuncular elan edilmiş ifadəsində dediyi kimi danışmağını bildirmişlər. O, kənd camaatından eşitdikləri əsasında etiraf ifadəsi verib hadisənin baş vermə formasını danışmışdır. Hadisəni bu formada danışmağını da ona polis əməkdaşları deməmişdir. O, elan edilmiş ifadələrində sadəcə kənd camaatının bildiyi ümumi şeyləri danışmışdır. O, ola bilsin ki, Məhərrəm Həsənovun öldürüldüyü gün sonuncunun avtomobilinə minmiş, lakin bu barədə dəqiqliklə xatırlamamışdır. 2022-ci il tarixdə Baş Prokurorluğa çağırılan vaxt onun əl-barmaq izlərini götürmüşlər. O, Elmara qardaşı Elvinə ölkəyə gəlməməsini deməsini bildirmişdir. Çünki düşünmüş ki, Elvin bura gəlsə, sonuncu da onun kimi bu işlə bağlı get-gələ salacaq və sonda yükləyəcəklər. Prokurorluqda ondan Elvini soruşduqları üçün o, Elmara qardaşına bura gəlməməsini deməyini, gələcəyi təqdirdə sonuncunu da yükləyəcəklərini demişdir. Onu saxlayanların arasında məhkəmədə dindirilən Şahid15 da olmuşdur. Şahid15 və digərləri ona təzyiq göstərmişlər. Narkotik vasitəni üzərinə Şahid15 deyil, digər əməkdaş qoymuşdur. Onu Şəmkir rayonu, Kür qəsəbəsində xəstəxanaya gedən yolda saxlamışlar. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, mərhum əri Məhərrəm Həsənov 15 fevral 2010cu il tarixdə nahar yeməyini yedikdən sonra evdən çıxıb getmiş və bir daha geri qayıtmamışdır. Həmin gün gecəyədək o, Məhərrəmlə əlaqə saxlamağa çalışsa da, ərinin telefonuna zəng çatmamışdır. Səhəri gün polis əməkdaşları evə gələrək əri Məhərrəmin qətlə yetirildiyini demişlər. Hadisədən uzun müddət sonra əri Məhərrəmin qətlə yetirməsi səbəbi ilə Təqsirləndirilən şəxs saxlanıldığını eşitmişdir. İfadəsinin davamı olaraq Rəfiqə Həsənova bildirmişdir ki, əri Məhərrəm Həsənov şəkərli diabet xəstəliyindən əziyyət çəkmiş və son vaxtlar hər şeyə əsəbiləşərək özündən çıxmışdır. Ancaq ərinin heç kimlə ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs hüquq mühafizə orqanları tərəfindən saxlanılmamışdan əvvəl o, sonuncunun ərini öldürməsindən şübhələnməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ilə Təqsirləndirilən şəxs qohum olmuşlar. Ona deyildiyinə görə Zilxumar əkindən qayıdarkən mərhum əri Məhərrəmin avtomobilini görmüş, bundan sonra Məhərrəm avtomobilini saxlamış, lakin Zilxumar ayağının palçıq olmasına görə avtomobilə minməmişdir. Mərhum Məhərrəmin hadisə günü avtomobili ilə yanacaqdoldurma məntəqəsinə daxil olmasının əks etdirən video görüntüyə baxmış, lakin həmin görüntülərin yazıldığı diskin necə olmasını bilməmişdir. Məhərrəmin hadisə günü avtomobili ilə yanacaqdoldurma məntəqəsinə daxil olmasının əks etdirən video görüntüdə digər şəxsin kimliyi bilinməmişdir. O, Təqsirləndirilən şəxs şikayətçidir və sonuncuya ömürlük azadlıqdan məhrum etmə cəzası verilməsini xahiş edir. X37 idarə etdiyi avtomobili ilə yanacaqdoldurma məntəqəsinə daxil olmasını əks etdirən video görüntünün aqibəti ilə bağlı X8 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Rəfiqə Həsənova həmin ifadəsində göstərmişdir ki, .........................Məhərrəm Həsənovun idarə etmiş olduğu “Daewoo Nexia“ markalı avtomaşının hadisə günü Azpertol yanacaqdoldurma məntəqəsinə daxil olmasını əks etdirən görünütülərin olduğu diskin surətini polis əməkdaşlarından götürmüşlər. Həmin diski qaynı X62 Federasiyasına apararaq Məhərrəm Həsənovun yanında əyləşmiş şəxsin şəxsiyyətini müəyyənləşdirməyə çalışmışdır. Lakin heç bir müsbət nəticə əldə edə bilməmişdir. Sonrada həmin diskin necə olması barədə məlumatı yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Rəfiqə Həsənova bildirmişdir ki, mərhum Məhərrəmin hadisə günü avtomobili ilə yanacaqdoldurma məntəqəsinə daxil olmasının əks etdirən video görüntünün qeydə alındığı diski qaynı X62 Federasiyasına aparmış, lakin həmin disk orada da itmişdir. Qeyd olunan diskin Etibar Həsənova kimin verdiyini bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Kür qəsəbəsindən yaşadığı Yeniabad kəndinə getmişdir. Yolda olarkən Məhərrəm Həsənov avtomobilini saxlamışdır. O, avtomobilə minib qabaq sərnişin oturacağının arxasında əyləşmişdir. Avtomobildə əyləşən kimi mərhum Məhərrəm Həsənov başqa şəxs barəsində zarafat etməyə başlamışdır. O, sonuncunun həmin şəxslə zarafat etməsini əvvəllər də bir neçə dəfə eşitmişdir. O, Məhərrəmin avtomobilində qabaq sağ oturacaqda oturmuş sərnişinin üzünü tam görməmişdir. Sadəcə həmin oğlan Məhərrəmə tərəf çevriləndə sonuncunun üzünün bir tərəfini görmüşdür. Həmin şəxs cavan, ağbəniz və yumrusifət oğlan uşağı olmuşdur. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, dəqiq tarixini xatırlamasa da, Məhərrəm Həsənovun avtomobilinə günorta radələrində əyləşmişdir. Məhərrəm Həsənov onun yanından keçib 5-6 metr irəlidə avtomobilini saxlamışdır. O da avtomobilə yaxınlaşıb, arxa sağ oturacaqda əyləşdir. Hadisə günü Məhərrəm Həsənov onu yolda təsadüfən görüb götürmüşdür. O, təxminən avtomobilə əyləşdikdən 3 dəqiqə sonra düşmüşdür. O, ertəsi günü Məhərrəm Həsənovun öldürüldüyünü eşitmişdir. O, avtomobildə olan zaman qabaqda əyləşmiş sərnişinlə Məhərrəm Həsənov arasında hər hansı danışıq olmamışdır. O, qabaq sağ oturacaqda əyləşmiş şəxsin saçını və boyunu görməmiş, sadəcə sürücü tərəfə çevrilən zaman onun üzünün sol hissəsini görmüşdür. İbtidai istintaq zamanı müstəntiqə ifadə verərkən ona heç bir təzyiq göstərilməmiş, ifadəsi müstəntiq tərəfindən yazıldıqdan sonra oxuyaraq imzalamışdır. O, hadisədən təxminən 1 ay sonra ilk dəfə müstəntiqə ifadə vermiş, həmin vaxtdan da bütün dindirilmələrində sadəcə gördüklərimi danışmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, dəqiq tarixini xatırlamasa da, X37 öldürülməsindən bir gün qabaq küçələrində uşaqlar tərəfindən dağılan qumu yığmaqla məşğul olmuşdur. Həmin vaxt ondan əvvəllər 60 metr dediyi, lakin sonradan 80-90 metr olduğunu bildiyi məsafədə bir avtomobil dayanmışdır. Avtomobildəki adamın kim olduğunu bilmək üçün əlini bir qədər saxlayıb avtomobil tərəfə diqqətlə baxmışdır. Həmin avtomobilin uşaqlıqdan tanıdığı Məhərrəm Həsənova məxsus olduğunu görmüşdür. Bundan sonra qonşusu İlqar avtomobilin arxa oturacağından düşərək ön oturacağına tərəf getmişdir. Onların Məhərrəmlə uşaqlıqdan zarafatı olmuşdur. Həmin vaxt İlqar ona Məhərrəmin anasına söydüyünü demiş, o isə sonunculara tərəf çığıraraq “anamı ona vermişəm” demişdir. Bundan başqa onun Məhərrəmlə heç bir danışığı olmamışdır. İfadəsinin davamı olaraq Şahid2 bildirmişdir ki, o, Məhərrəmin ölüm xəbərini hadisənin səhəri günü bilmişdir. Hadisə günü Şahid1 Məhərrəm Həsənovun idarə etdiyi avtomobilin arxa oturacağından əlində bağlama ilə düşüb ön oturacağa yaxınlaşmışdır. O, avtomobilin ön oturacağında kiminsə əyləşib-əyləşmədiyini görməmişdir. Avtomobil ilə məsafəsi uzaq olduğundan hətta Məhərrəm Həsənovu da dəqiq görməmişdir. Məhərrəm Həsənovun avtomobilini səhər saat 11 radələrində görmüşdür. Sonuncu avtomobili Şəmkir rayonu istiqamətinə hərəkət etdirmişdir. İbtidai istintaq zamanı ifadə verərkən heç bir təzyiq yaxud təsirə məruz qalmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, maddi imkanı olmadığı üçün o, sahələrdən cincilim yığıb satmaqla məşğul olmuşdur. xx.xx.2010-cu il tarixdə Şəmkir rayonu, Mahmudlu kəndi ərazisində “korolyok bağı” deyilən ərazidən göyərti yığıb torbaya doldurmuşdur. Çiynində və əlində torba “korolyok bağı” deyilən ərazidən 80-90 metr aralanıb evə gedən zaman Məhərrəm Həsənov idarə etdiyi avtomobili sağ tərəfində dayandırmışdır. O, həmin ərazidə Məhərrəm Həsənovu ilk dəfə görmüşdür. Avtomobilə baxdıqda Məhərrəm olduğunu görüb sonuncuya başqa vaxt avtomobili saxlamadığını demiş, Məhərrəm isə ona nə əli, nə də ki başı ilə işarə etməmişdir. O, avtomobilin arxa oturacaq olan hissəsinin təmiz olduğunu görüb Məhərrəmə ayağının palçıq, torbanın isə su olduğunu demişdir. Aşağı əyildikdə Məhərrəm Həsənovun yanında qabaq oturacaqda başqa şəxsin oturduğunu görmüşdür. O, sərnişinə baxdıqda həmin adam onun görməməyi üçün üzünü digər tərəfdəki sahəyə çevirmişdir. O, Məhərrəmə özünün kəndə gedəcəyini demiş, sonuncu da avtomobili sürüb getmişdir. Məhərrəmin avtomobili yanından bir qədər aralanan kimi qabaqda oturan oğlan üzünü bir az yana çevirib ona baxmışdır. Bundan sonra o, su borusunun altından keçib piyada kəndə tərəf getmişdir. Həmin vaxt Məhərrəmin avtomobili sahə tərəfə getmişdir. O, borunun altından keçib təxminən 100 metr getdikdən sonra cins paltarlı, arıq və uca boylu bir uşağın həmin borunun altından keçib qaçdığını görmüşdür. O, birinci dəfə həmin uşağı oğlu Sərdara bənzətmişdir. O, oğlumun müəlliməsinə zəng etdikdə sonuncu Sərdarın hazırlıqda olduğunu demişdir. Bundan bir qədər sonra yığdığı cincilimləri təmizləyən zaman polis əməkdaşları gəlib Məhərrəmin öldürüldüyünü demişlər. O, Məhərrəmin avtomobilində qabaqda oturan sərnişinin üzünü yan tərəfindən görmüş və həmin uşaq sarışın, yaraşıqlı, üzü ağbəniz, saçı kəsik-kəsik sarı rəngli və gözləri ala rəngli olmuşdur. İfadəsinin davamı olaraq Şahid3 bildirmişdir ki, hadisə günü Məhərrəm idarə etdiyi avtomobillə onun yanına gələn zaman qaranlıq düşmüşdür. Məhərrəm idarə etdiyi avtomobili onun sağ yan tərəfində dayandırmış, lakin nə şüşəni aşağı salmamış, nə ona heç bir söz deməmiş, nə də ki hər hansı bir işarə verməmişdir. O, Məhərrəmin avtomobilini hansı səbəbdən yanında saxlamasını bilməmiş, həmin vaxt onun əlində və çiynində içərisində yığdığı otlar olan torba olmuşdur. Ola bilsin ki, Məhərrəm yükü olduğundan onu da aparmaq üçün avtomobili saxlamış, lakin sonuncu sadəcə üzünə baxmış, lakin ona bir söz deməmişdir. O, ayaqlarının və torbaların palçıq olduğunu dedikdən sonra Məhərrəm avtomobili idarə edib getmişdir. O, su borusunun altından keçib getdikdən sonra aşağı tərəfdən bir uşağın həmin borunun altından keçib qaçdığını görmüşdür. Uşağın əynində boz rəngli cins gödəkçə olmuşdur. Borunun altından keçib qaçan uşağın paltarı Məhərrəmin avtomobilində qabaq sağ oturacaqda əyləşmiş uşağın paltarları ilə eyni olmuşdur. Su borusunun altından keçən uşaq dəmiryolunu keçib kəndin içinə tərəf qaçmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, heyvan otaran zaman X37 idarə etdiyi avtomobilin gəlib dayandığını görmüşdür. Bundan sonra o, su borusunun altından keçib heyvanlarını qarşılamışdır. O, həmin vaxt avtomobildən kiminsə düşdüyünü görməmiş, sadəcə su borusu keçən çökəkdə bir nəfərin başını görmüşdür. Ertəsi günü yoldaşı ona Məhərrəm Həsənovun öldürüldüyünü demiş, o isə sonuncunun avtomobilinin dünəndən orada olduğunu demişdir. Bundan sonra yoldaşı avtomobildən kənar şəxsin düşməsini görüb-görmədiyimi soruşmuş, o da görmədiyini demişdir. İfadəsinin davamı olaraq Şahid4 bildirmişdir ki, onun yaşadığı ev sahənin kənarından keçən su borusundan yaxında yerləşmişdir. Məhərrəm Həsənovun avtomobili su borusunun yanından keçən torpaq yolda dayanmışdır. Onun heyvan otardığı yerlə torpaq yol arasında xeyli məsafə olmuş, lakin həmin avtomobil keçərkən aralarında 50 metr məsafə olmuşdur. Avtomobil torpaq yolda dayanan zaman hava işıqlı olmasına baxmayaraq, soyuq və tutqun olmuşdur. Xatırladığı qədəri ilə torpaq yolda dayanmış avtomobil ağ rəngli idi, lakin markasını bilməmişdir. Həmin vaxt torpaq yolda dayanmış avtomobilin mərhum Məhərrəmə məxsus olmasını bilməmiş, çünki Məhərrəm Həsənov heç vaxt həmin yoldan istifadə etməmişdir. O, həmin avtomobildə kiminsə olmasını görməmiş, sadəcə oradan keçərkən sürücünün qapısının açıq olduğunu görmüşdür. Həmin avtomobil torpaq yolda xeyli dayanmış, o da həmin vaxt sonuncunun benzinin qurtardığını düşünmüşdür. Heyvanları taxıl sahəsinə keçdikləri üçün avtomobildən diqqəti yayınmış, heyvanlarını qaytaran zaman isə su borusunun olduğu çökəklikdə bir nəfərin başını görmüşdür. O, sadəcə çökəklikdə arxadan bir nəfərin başını görmüş və səhv etmirsə həmin şəxs qara rəngli “çeçenka” papaq geyinmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman, yəni 2010-cu il tarixdə o, Şəmkir rayonu, Mahmudlu kəndində yaşamışdır. Xatırladığı qədəri ilə xx.xx.2010-cu il tarixdə Mahmudlu kəndinin mərkəzində olan zaman Məhərrəm Həsənovun idarə etdiyini ağ rəngli “Daewoo Nexia” markalı avtomobillə gəldiyini görmüşdür. O, çayxananın həyətində olmuş və Məhərrəmin onu görməməsi üçün aşağı əyilmiş, həmin vaxt qar yağmışdır. Məhərrəmin boş-bekar gəzdiyini görəndə işləməyini deyib danladığı üçün o, sonuncuya görünmək istəməmişdir. Məhərrəmin avtomobilində qabaq sağ oturacağında papaqlı bir adam əyləşmişdir. Bu zaman Məhərrəmin idarə etdiyi avtomobildən 20-30 metr məsafdə olmuşdur. Məhərrəm həmin vaxt Mahmudlu kəndindən Qapanlı kəndi istiqamətində getmişdir. Sonuncu təxminən 20 dəqiqə sonra həmin istiqamətdən qayıdıb yenə yanından keçmişdir. İfadəsinin davamı olaraq Şahid5 bildirmişdir ki, o, ibtidai istintaq zamanı dəfələrlə Məhərrəmin avtomobilində qabaq sağ oturacaqda əyləşmiş şəxsi tanımadığını və xarici görkəmini təsvir edə bilməyəcəyini demişdir. Çünki həmin vaxt Məhərrəmə görünməmək üçün aşağı əyilmişdir. Sadəcə onu deyə bilmiş ki, həmin şəxs cavan, əynində gödəkçə, başında isə idman papağı (çeçenka) olmuşdur. O, həmin şəxsi yan profildən görmüşdür. Həmin şəxsin yaşı 18-25 aralığında olardı, lakin boyu barədə heç nə deyə bilməmişdir. Məhərrəmin idarə etdiyi avtomobil onun yanından keçəndə saat 16-18 aralığı olmuş və həmin vaxt hava işıqlı olmuşdur. O, ibtidai istintaq zamanı ifadəsini oxuyub imzalamış və həmin ifadəsini də təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X31 ifadəsində göstərmişdir ki, 15 fevral 2010-cu il tarixdə saat 14:30 radələrində gözəllik salonundan çıxıb təxminən 30 metr aralıdakı mağazaya gedərkən əvvəllər tanıdığı Məhərrəm Həsənov idarə etmiş olduğu ağ rəngli avtomobil ilə yanından keçib saxlamışdır. Bu zaman orta boylu, dolu bədənli, əynində qara rəngli gödəkçə, qara rəngli papaq olan bir nəfər şəxs mobil telefonla danışa-danışa Məhərrəm Həsənovun avtomobilinə oturmuş və avtomobil onun yanından keçərək Kür qəsəbəsindən çıxan istiqamətdə getmişdir. Avtomobil onun yanından keçən zaman həmin şəxs Məhərrəm Həsənovla nə isə danışmış, lakin onların danışığını eşitməmişdir. Həmin şəxs başındakı papağı qaşlarının üstünə qədər üzünə çəkmiş və sifətdən göyçək olmuşdur. Növbəti gün Məhərrəm Həsənovun öldürüldüyünü eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Məhərrəm Həsənov öldürülən zaman o, yük avtomobili sürücüsü işləmişdir. Həmin gün Şəmkir rayon ərazisində yerləşən stasionar polis postundan keçdikdən sonra qarşıdakı yanacaq doldurma məntəqəsi ilə 50 metr məsafədə Məhərrəm Həsənovla rastlaşmışdır. Həmin vaxt o, Şəmkir şəhəri istiqamətində, Məhərrəm Həsənov isə Gəncə şəhəri istiqamətində hərəkət etmişdir. İdarə etdiyi yük avtomobili hündür olduğu üçün Məhərrəmin yanında bir nəfər şəxsin olduğunu görmüş, lakin sonuncunun kişi yaxud qadın olmasını bilməmişdir. Həmin gün axşam saat 11 radələrində baldızı Rəfiqə ona zəng edərək Məhərrəmin onlarda olub-olmadığını soruşmuşdur. O, Rəfiqəyə Məhərrəmin onlarda olmadığını, günorta saat 3-4-də sonuncunu Şəmkir rayon yol polis postundan keçərək Gəncə şəhəri istiqamətində hərəkət etdiyini gördüyünü demişdir. İfadəsinin davamı olaraq Şahid7 bildirmişdir ki, o, hadisə günü Məhərrəm Həsənovu saat 16-17 radələrində görmüşdür. Çünki həmin gün Göygöl rayonunda yerləşən beton zavoduna Mingəçevir şəhərindən qum daşıyıb boşaltmış və evinə qayıtmışdır. Şəmkir rayon ərazisində yerləşən stasionar polis postundan keçən zaman isə saat 15-16 olmuşdur. O, işi ilə əlaqədar tez-tez saata baxdığı üçün vaxt barədə dəqiqliklə deyə bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, 2007-ci ildən 2011-ci il tarixədək Bakı-Qazax yolunun 370-ci kilometrliyində DYP-nin stasionar postunun yaxınlığındakı “Azpetrol” yanacaq doldurma məntəqəsində operator vəzifəsində işləmişdir. İşə gəldiyi vaxt məntəqənin direktoru ona qətl hadisəsi baş verdiyini və həmin hadisə ilə bağlı metallik rəngli “Daewoo Nexia” markalı avtomobilə yanacaq vurub-vurmadığımı soruşmuşdur. O isə xatırlamadığını demişdir. Bundan sonra məntəqəyə polis əməkdaşları gəlmişdir. Polis işçiləri də həmin avtomobilə yanacaq vurub-vurmadığımı soruşmuşlar, lakin o, sonunculara da xatırlamadığını demişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə təlükəsizlik kameraları görüntülərinə baxmışdır. Bu zaman həqiqətən də polis əməkdaşlarının dedikləri avtomobil YDM-ə daxil olduğunu, onun da həmin avtomobilə yanacaq vurduğunu, ardınca isə həmin avtomobilin getdiyini görmüşlər. İfadəsinin davamı olaraq Şahid8 bildirmişdir ki, videogörüntüyə baxdıqda avtomobildə qabaq sərnişin oturacağın bir nəfərin əyləşdiyi görünmüş, lakin o, həmin şəxsin kim olduğunu bilməmişdir. Videogörüntüdə avtomobilin içərisindəki hərəkətdən sürücü və qabaq sağ oturacaqda sərnişin olduğunu bilmək mümkün olmuşdur. Videogörüntüdən görüb xatırladığı qədəri ilə “Daewoo Nexia” markalı avtomobil sərnişin tərəfdən YDM-ə daxil olub yanacaq doldurma pompasına yaxınlaşmışdır. O, həmin avtomobilin çəninə yanacaq doldurmuş, operator yoldaşı isə ödəniş çekini kassadan çıxarıb avtomobilə təqdim etmişdir. O da avtomobilin qabaq sərnişin hissəsindən yanacağın pulunu götürmüşdür. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, 2009-cu il tarixdən 2010-cu ilin may ayınadək Bakı-Qazax yolunun 370ci kilometrliyində DYP-nin stasionar postunun yaxınlığındakı “Azpetrol” yanacaq doldurma məntəqəsində operator vəzifəsində işləmişdir. Xatırladığı qədəri ilə 2010-cu ilin fevral ayında polis əməkdaşları yanacaq doldurma məntəqəsinə gəlmişlər və onların iştirakı ilə təhlükəsizlik kamerasına baxmışlar. Polislər ondan bir avtomobilin içərisində olan sürücü və sərnişin barəsində soruşmuşlar. Rəhbərlik tərəfindən məntəqəyə daxil olan avtomobillərdə ailələr olduğu üçün onların içərisinə baxmaq onlara qadağan edilmişdir. Bu səbəbdən də o, polis əməkdaşlarının suallarına cavab verə bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin Kür polis bölməsinin növbətçi köməkçisi Şahid11 ifadəsində göstərmişdir ki, mərhum X25 qətlə yetirilən zaman o, Şəmkir RPŞ-nin Kür PB-də sahə polis nəfəri vəzifəsində işləmişdir. Səhər saatların bölmənin Ramil Hüseynov adlı əməliyyat müvəkkilinə Şəmkir rayonu Mahmudlu kəndi ilə Yeniabad kəndini birləşdirən torpaq yolda, boruların yaxınlığında içərisində meyit olan avtomobil olması barədə məlumat daxil olmuşdur. Bundan sonra o, bölmənin digər əməkdaşları ilə birlikdə hadisə yerinə getmişdir. Oraya gəldikdən sonra həqiqətən də ağ rəngli avtomobilin içərisində X37 sürücü tərəfdə uzanıqlı vəziyyətdə meyitinin olmasını aşkar etmişlər. Bundan sonra onlara kənd camaatının hadisə yerində toplaşmasının qarşısını almaq və oranın mühafizəsini təmin etməkləri üçün göstəriş verilmişdir. Hadisə yerinə gəlmiş rəhbərlik tərəfindən avtomobilin açarı üzərində olmadığından ətrafda həmin açarı axtarmaq tapşırılmış, lakin açar tapılmamışdır. Bundan sonra polis əməkdaşlarından biri mərhumun evinə gedib ehtiyat açarı gətirmiş və avtomobili mərhum Nürayət Mustafayev adlı əməkdaş idarə edib Şəmkir RPŞ-nin dayanacağına gətirmişdir. Xatırladığı qədəri ilə oturacağın üzəri qan olmuş və oraya torba qoyulduqdan sonra Nürayət Mustafayev avtomobili tək idarə edib aparmışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin Kür polis bölməsinin sahə polis nəfəri Cəfərov X6 Elçin Fizuli oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Məhərrəm Həsənov öldürülən zaman o, müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra bu barədə eşitmişdir. Həyətdə işlədiyi zaman Təqsirləndirilən şəxs yanına gəlib polislər tərəfindən get-gələ salındığını, ona görə də Rusiya Federasiyasında yaşayan qardaşı Elvinə ölkə ərazisinə gəlməməsini deməyini bildirmişdir. İfadəsinin davamı olaraq Şahid12 bildirmişdir ki, Təqsirləndirilən şəxs ona polislər tərəfindən get-gələ salındığını 2023-cü ildə demişdir. Xatırladığı qədəri ilə Turab ona qardaşı Elvinlə bir neçə dəfə danışdığını demişdir. Turab polislər tərəfindən nə üçün getgələ salındığını deməmişdir. Turab onlara gəlib qardaşı Elvinə ölkə ərazisinə qayıtmamağını deməyini bildirmişdir. O, Turabdan qardaşına nə üçün bura gəlməməsini deməyini tapşırdığını soruşduqda sonuncu bu barədə heç nə deməmişdir. Turab özü ona Məhərrəm Həsənovun ölüm hadisəsi ilə bağlı polisə get-gələ salındığını demişdir. O, həmin vaxt X24 ölüm hadisəsi ilə əlaqəsinin olub-olmadığını soruşmuş, sonuncu isə bununla heç bir əlaqəsi olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, təxminən 10 il bundan əvvəl Yeniabad kəndində Məhərrəm Həsənovun öldürüldüyünü eşitmişdir. Qardaşı Təqsirləndirilən şəxs bu hadisə ilə bağlı polis şöbəsinə çağırılmağını, sorğu-sual edilməsini xatırlamır. Atası Malikin 2000-ci il tarixdə istifadə etdiyi ********** nömrəsi olmuşdur. Ondan sonra atası öz adına ********** mobil nömrəni alaraq hal-hazırki tarixədək istifadə etməkdədir. Turabın əvvəllər hansı nömrələr işlətməsini xatırlamır. Təqsirləndirilən şəxs Rusiya Federasiyası, Rostov şəhərində 2018-ci il tarixdə tanımadığı qadının çantasını götürüb qaçdığı üçün cinayət məsuliyyətinə cəlb edilmişdir. Orada qumar oynayıb pul uduzub və məcbur qalıb soyğunçuluq etmişdir. 1 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasını çəkib çıxdıqdan sonra Şəmkirə qayıtmışdır. Bundan başqa Turab Yeniabad kəndində motor və digər xırda oğurluqlarına görə saxlanmışdır. Təqsirləndirilən şəxs Məhərrəm Həsənovun maşınına minməsini görməmişdir. 15 fevral 2010-cu il tarixdə kənddə çayxanada olmuş, axşam saat 22-23 radələrində evə qayıtdıqda Turab evdə olmuşdur. Həmin günün sabahı isə Məhərrəm Həsənovun öldürüldüyünü eşitmişdir. Təqsirləndirilən şəxs dostlarından onun da marixuana çəkdiyini eşitmiş, lakin görməmişdir. Atası Malikin nömrəsindən əsasən qardaşı Turab istifadə etmişdir. Qeyd edilən tarixlərdə qardaşı Turab Nuranə ilə nişanlı olduğu üçün onunla telefonla danışıqlar aparmışdır. 2005-ci ildə orta məktəbi bitirən zaman qohumları ona qızıl üzük hədiyyə etmişlər. Sonradan həmin üzüyü itirmişdir. Üzüyü hansı şəraitdə itirməsini xatırlamır. Həmin qızıl üzük sarı rəngdə olmaqla üzərində sadə qaşları olmuşdur. Üzüyün hansı çəkidə və əyarda olmasını bilmir. Qardaşı Turab da bəzi hallarda həmin üzükdən istifadə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu il tarixdən tanımışdır. Sonuncu kənddə fəhləliklə məşğul olub pul qazanmışdır. Turab bir neçə dəfə onun ot kiplərini yığmışdır. Bundan əlavə bir neçə dəfə Təqsirləndirilən şəxs özü ilə birlikdə balıq tutmağa aparmışdır. Turabı ümumiyyətlə qəddar adam kimi tanımamış, çünki sonuncu balığı kəsən zaman diridiri kəsməməyini, ölməsini gözləməyini demişdir. İfadəsinin davamı olaraq Şahid18 bildirmişdir ki, o, Təqsirləndirilən şəxslə birlikdə nəşə çəkdiyini xatırlamamışdır. Sonradan kimsə Turabdan narkotik vasitə ilə bağlı nə isə soruşanda sonuncu tərgitdiyini, bu məsələ ilə bağlı onu narahat etməmələrini demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 Rövşən Etibar oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxsla 2012-ci ildə ailə həyatı qurmuş və sonuncu ilə doqquz ay birlikdə yaşamışdır. O, Turabı 2011-ci ildən tanımışdır. Sonuncu onunla evlənməmişdən əvvəl başqa şəxslə nişanlı olmuşdur. Turabla ayrılmağına səbəb sonuncunun başqa qadınla münasibəti olmasıdır. İfadəsinin davamı olaraq Şahid14 bildirmişdir ki, Turab evli olduqları müddətdə onu döymüş, həmin vaxtı sonuncu özündə olmurdu. O, ibtidai istintaq zamanı ifadə verərkən heç bir təzyiq yaxud təsirə məruz qalmamışdır. O, ibtidai istintaq zamanı ifadə verərkən Təqsirləndirilən şəxs cinayət törətdiyini bilmişdir. Təqsirləndirilən şəxs ona qarşı şiddət göstərəndə özündə olmamış, onun üzünə baxıb öz-özünə gülmüşdür. Məhərrəm Həsənov öldüyü vaxtlarda xatırladığı qədəri ilə Təqsirləndirilən şəxs su idarəsində nəzarətçi işləmişdir. Bir dəfə gecə yatan zaman Təqsirləndirilən şəxs yuxulu vəziyyət onu boğmuşdur. Həmin vaxt Turabın anasıgil səsini eşidib onları ayırmışdır. Turabdan onu boğmasının səbəbini soruşduqda sonuncu qorxulu yuxu gördüyünü demişdir. Təqsirləndirilən şəxslə evli olduğu müddətdə sonuncunun kimisə öldürməsi barədə heç nə eşitməmişdir. Təqsirləndirilən şəxs işə gedəndə orada işlətmək məqsədilə üzərində bıçaq aparırdı. O, evlənməmişdən əvvəl hadisə baş verən borunun yaxınlığında Təqsirləndirilən şəxslə bir neçə dəfə görüşmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etmişdir. Bir dəfə Təqsirləndirilən şəxs onu döyəndə qardaşı Şahid13 onu Turabın əlindən alaraq “camaatın qızı ölsə, nə cavab verəcəksən?” ifadəsi işlətmişdir. Təqsirləndirilən şəxs teztez yalan da danışırdı. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili Şahid15 ifadəsində göstərmişdir ki, BMCMİ-yə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün o və Şahid17 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ərazi olan Şəmkir rayonuna gəlmişlər. Orada Şəmkir RPŞ-nin Şahid16 adlı əməkdaşı ilə birlikdə Şəmkir rayonu, Kür qəsəbəsinə getmişlər. Qəsəbə ərazisində zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və şəxsiyyətini dəqiqləşdirdikdə Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. Sonuncuya nədə şübhəli olmasını bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər və yaxınlıqda yerləşən Şəmkir RPŞ-yə dəvət etmişlər. Polis şöbəsinin inzibati binasında təhqiqatçı və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs barəsində videoçəkiliş əsasında müvafiq sənədləşmə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərindəki iki kibrit qutusundakı narkotik vasitə olan qurudulmuş marixuananı, mobil telefonu, alışqanı, pulu və siqaret qutusunu təqdim etmişdir. İfadəsinin davamı olaraq Şahid15 bildirmişdir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə ekspertizaya təqdim edilməsi üçün müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən iki kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs saxlanılmasında o, Şahid17 və Şəmkir RPŞ-nin əməkdaşı Şahid16 iştirak etmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni saxlanılmamışdan 1-2 gün əvvəl Şəmkir rayonu ərazisindən tapdığını və əlavə olaraq həmin kütlədən heç kimə satmadığını, hədiyyə kimi vermədiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Saxlanılarkən və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs heç bir fiziki, yaxud psixoloji təzyiq-təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, yaxud videoçəkiliş zamanı heç bir etiraz etməmişdir. Təqsirləndirilən şəxs barəsində olan əməliyyat məlumatı BMCMİ-yə daxil olmuşdur. Əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Təqsirləndirilən şəxs barəsində “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar tərəfimdən tərtib edilmişdir. Təqsirləndirilən şəxs Şəmkir rayonu, Kür qəsəbəsində saxlanıldıqdan sonra onun nə üçün yaxınlıqda yerləşən Kür Polis bölməsinə deyil, Şəmkir RPŞ-yə gətirilməsi qanunvericiliyin hər hansı pozuntusu olmamışdır. Təqsirləndirilən şəxs üzərinə heç kim narkotik vasitə qoymamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid17 və Şəmkir RPŞ-nin Kür polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Quliyev X9 Mahmud Yasin oğlu ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X40 ifadəsində göstərmişdir ki, mərhum Məhərrəm Həsənov onun qardaşı, təqsirləndirilən şəxs isə həmkəndlisi olmuşdur. Onun Turabla heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. O, sadəcə qardaşının qatilinin cəzalandırılmasını istəmişdir. İfadəsinin davamı olaraq Etibar Həsənov bildirmişdir ki, cinayət işinin materiallarında olan CD disk ona verilməmiş, o, sadəcə müstəntiqin yanında həmin görüntülərə baxmışdır. Ona mərhum qardaşı Məhərrəm Həsənovun yanacaq doldurma məntəqəsində kamera görüntüləri olduğunu demişlər, o da ailə üzvləri ilə birlikdə müstəntiqin yanında həmin görüntülərə baxmış, lakin həmin disk ona verilməmişdir. Görüntülər qaranlıq olduğu üçün avtomobildə əyləşən şəxsin üzü görünməmişdir. Həmin disk ona verilməmiş, müstəntiq görüntülərin aydınlaşmasını təmin etmək məqsədilə diski Türkiyə və ya Rusiyaya göndərəcəyini demişdir. Diski o, Moskva şəhərinə aparmamış, qardaşının qatilinin müəyyən olduğu görüntüləri hansı məqsədlə itirə bilərmiş axı? Qardaşının qatili olmayan şəxsin həbs olunmasında onun hansı marağı ola bilər? Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3- 16-16/2-7/1684 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş 02 ədəd kibrit qutusunda olan kütlələr...” yazı və imza olan zərfdə 2 ədəd şəffaf polietilen torbacıqda 2 ədəd kibrit qutusunda hər birinin ayrı ayrılıqda təmiz çəkisi 6, 283 qram və 6, 275 qram olmaqla ümumi çəkisi 12,558 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş marixuanalar tərkibinə görə eynidir. Qeyd: marixuananın ümumi təmiz çəkisi – 12,458 qr., tədqiqata sərf edildi – 0,1 qr., qalıq – 12,458 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X64 Şəxsin əlavə ambulator məcburinarkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 8199 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən və kannabinoidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2023-cü il tarixli, 1757 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2023-cü il tarixli, 4613/K nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edilmişdir. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin vəmetamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salislatlar aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Şəmkir rayon şöbəsinin xx.xx.2010-cu il tarixli, 08 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, mərhum X12 meyitinin başının tüklü hissəsində, sol təpə nahiyəsində, sağ təpə nahiyəsində, sol təpə ənsə nahiyəsinin 3 ədəd kəsilmiş yaraları. Sağ gicgah nahiyəsində - sağ qaşın bayır qurtaracağının 1 ədəd, kəllə boşluğuna keçən beyin toxumasını zədələyən deşilmişkəsilmiş yarası, yara kanalının istiqaməti sağdan sola və qismən aşağıdan yuxarıya doğrudur. Sağ çənə oynağı nahiyəsinin, sağ yanağın, sağ ağız bucağı nahiyəsinin, sol qulaq seyvanının, sol çənə nahiyəsinin 5 ədəd deşilmiş-kəsilmiş yaraları, sağ çənə oynağı nahiyəsindəki yara kanalının istiqaməti sağdan sola, yuxarıdan aşağı və qismən arxadan önə doğrudur. Döş qəfəsinin sağ-ön yan səthinin daxilə keçməyən deşilmiş-kəsilmiş yarası. Sol əlin ovuc səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası. Qeyd olunan xəsarətlər deşici-kəsici alətlə Məhərrəm Həsənovun ölümündən az əvvəl yetirilmişlər, həyatidirlər. Ağırlıq dərəcəsinə görə sağ gicgah nahiyəsinin kəllə boşluğuna keçən, beyin toxumasını zədələyən deşilmiş-kəsilmiş yarası ayrılıqda, baş və üz nahiyəsindəki yaralar isə birlikdə kəskin qanitirməyə səbəb olduğundan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər. Döş qəfəsinin sağ ön-yan səthinin və sol əlin deşilmiş-kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətlərində aiddirlər. X37 ölümünə səbəb baş və üz nahiyəsindəki yaraların törətdiyi kəskin qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən demək olur ki, Məhərrəm Həsənovun ölümü meyitin müayinəyə başlanmasından 12-16 saat əvvəl baş vermişdir. Mərhumun qanında məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2010-cu il tarixli, 122/2010- MTBŞ nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, X12 ABO sistemi üzrə qan qrupu B-alfa/H/İİİ/-dür. Məhərrəm Həsənovun sağ və sol əl-barmaq dırnaq kəsikləri yatağında, ona məxsus gödəkçə, jaket, köynək, idman şalvarı, mayka, corabın bir tayı, papaq, yarımboğaz çəkmənin sol tayı, “Motorola” markalı mobil telefon, avtomobilin sükanından 4 ədəd, avtomaşının torpedosunun üzərindən 1 ədəd qırılaraq götürülmüş rezin material qalıqları üzərində olan ləkələrdə və avtomobilin sağ ön oturacağından bint kəsiyi vasitəsilə götürülmüş maddə ləkəsində insan qanı aşkar edilmişdir. Bu qan ləkələri B-alfa /H/İİİ/ qruplu bir şəxsə, o cümlədən də ABO sistemi üzrə zərərçəkmiş Məhərrəm Həsənova məxsus ola bilər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 22/688R nömrəli məhkəmə-genetik ekspertizasının rəyindən görünür ki, xx.xx.2010cu il tarixdə Şəmkir rayonu, Yeniabad kənd sakini X12 Mahmudlu kəndinə gedən yolda “Daewoo Nexia” markalı, **-BM-*** dövlət nişanlı avtomaşında qətlə yetirilməsi faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 16 ədəd kağız parçasının üzərinə yapışdırılmış 16 ədəd şəffaf yapışqanlı lent kəsiklərinin üzərində olan 11 ədəd əl-barmaq və 02 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Həmin izlərdən 01 ədədi xx xxxx 1989-cu ildə Şəmkir rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin orta barmağının əksi ilə eynilik müəyyən etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 22/724R nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, 01 ədəd “Motorola” markalı mobil telefon üzərində, X2 əl-dırnaq kəsintiləri altında, 01 ədəd qəhvəyi rəngli paltonun sağ qolunun biləklik hissəsində, sinə hissəsində zəncirbəndin yanında daxili səthində və sol qolunun biləklik hissəsində, 01 ədəd zəncirbəndli poluverin sağ və sol qolunun biləklik hissəsində, 01 ədəd tünd göy rəngli şalvarın sol diz hissəsində, 01 ədəd qara rəngli uzunqol köynəyin sinə hissəsində, 01 ədəd qara rəngli idman şalvarının sol diz hissəsində, 01 ədəd maykanın sinə hissəsində, 01 cüt boz rəngli corab üzərində, 01 cüt qara rəngli uzunboğaz ayaqqabının sol tayının altlıq hissəsində aşkar edilmiş qanabənzər ləkələdə olan bioloji mənşəli materiallar X17 məxsusdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3/1803 nömrəli məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, xx.xx.2010-cu il tarixdə Şəmkir rayonu, Yeniabad kənd sakini X12 Mahmudlu kəndinə gedən yolda “Daewoo Nexia” markalı, **-BM-*** dövlət nişanlı avtomaşından götürülərək tədqiqata təqdim edilmiş 11 saylı daktilolentin səthindəki əl-barmaq izi (Qabaq sağ qapının şüşəsindən №11) Təqsirləndirilən şəxs sol əlinin orta barmağına uyğun gəlir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 23/672R nömrəli məhkəmə-genetik ekspertizasının rəyindən görünür ki, xx.xx.2010cu il tarixdə Şəmkir rayonu, Yeniabad kənd sakini X12 Mahmudlu kəndinə gedən yolda “Daewoo Nexia” markalı, **-BM-*** dövlət nişanlı avtomaşından götürülərək tədqiqata təqdim edilmiş şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədədi xx xxxx 1989-cu ildə Şəmkir rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin orta barmağının əksləri ilə eynilik müəyyən etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-3/522 nömrəli kompeks məhkəmə-daktiloskopik ekspertizasının rəyindən görünür ki, xx.xx.2010-cu il tarixdə Şəmkir rayonu, Yeniabad kənd sakini X12 Mahmudlu kəndinə gedən yolda “Daewoo Nexia” markalı, **-BM-*** dövlət nişanlı avtomaşından götürülərək tədqiqata təqdim edilmiş 11 saylı daktilolentin səthindəki əl-barmaq izi (Qabaq sağ qapının şüşəsindən №11) Təqsirləndirilən şəxs sol əlinin orta barmağından sürtünmə nəticəsində qalmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2024-cü il tarixli, 511/MEŞ nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı xəsarət və ya qərarın təsviri hissəsində göstərilən 16 fevral 2010-cu il tarixə uyğun xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X64 Şəxsin əlavə ambulator məcburinarkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 724 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən və kannabinoidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ xx.xx.2024cü il tarixli, 434 nömrəli kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs törətdiyi əməllər dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməllər barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətdikdən sonra hər hansı psixi pozuntu qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində qıcığa qarşı həssaslıq, hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. O, cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:46-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2023-cü il tarixdə saat 16:40-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11 dekabr 2023-cü il tarixdən hesablamaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncu üzərində nəşə adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 02 ədəd kibrit qutusunu, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, 01 ədəd siqaret qutusunu və 01 ədəd alışqanı, şalvarının sol arxa cibindən 10 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd kibrit qutusuna baxış zamanı içərisində yaşıl rəngli, ot şəkilli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuana olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 02 ədəd kibrit qutusunun içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr iş üzrə əhəmiyyət kəsb etdiyi üçün müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd siqaret qutusuna baxış zamanı içərisində 03 ədəd siqaretin olması müşahidə edilmişdir. 01 ədəd siqaret qutusu, 01 ədəd alışqan və 10 manat pul özünə geri qaytarılmışdır. Aşkar edilmiş “Samsung” markalı mobil telefon götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələri xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu ərazisindən tapdığını, əvvəllər nəşə adı ilə tanıdığı narkotik vasitədən istifadə etdiyini, həmin kütlələrdən heç kimə vermədiyini, heç kimə satmadığını, üstündə olmasından heç kəsin məlumatının olmadığını, əldə etdiyi kütlələri marağı olduğu üçün üstündə saxladığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2010-cu il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yeri - Şəmkir rayonu, Mahmudlu kəndi ilə Yeniabad kəndini birləşdirən 5 metr enində torpaq yoldur. Yolda “Daewoo Nexia” markalı, **-BM-*** nömrə nişanlı avtomobil dayanmışdır. Avtomobil torpaq yolun hərəkət hissəsində ön tərəfi Yeniabad kəndinə gedən istiqamətdə, arxa tərəfi Mahmudlu kəndi istiqamətində, yolda soldan sağa istiqamətdə, nisbətən meyilli dayanmaqla sol ön qapısı açıq vəziyyətdədir. Yeniabad kəndi istiqamətində yolun hərəkət istiqamətinin sağında 12,29 metr məsafədə beton elektrik dirəyi, həmin istiqamətdə hərəkəti davam etdirdikdə isə 750 metr məsafədə su-nasos stansiyası vardır. Həmin yol 500 metr məsafədə sola dönərək Yeniabad kəndinə beton körpünün üstündən keçməklə davam edir. Həmin körpünün altından isə Maşın- Kanal İstismar idarəsinə məxsus iri diametrli dəmir su borusu həmin yola paralel keçərək su nasos stansiyasından Mahmudlu kəndi istiqamətində davam edir. “Daewoo Nexia” markalı, **-BM-*** nömrə nişanlı avtomobilin qarşısında dayandıqda sol tərəfdə yoldan 30 metr məsafədə Maşın-Kanal İstismar idarəsinə məxsus iri diametrli dəmir su borusu yerləşir. Yolun əks tərəfində həmin borudan 80 metr məsafədə isə Şəmkir rayonu Yeniabad kənd bələdiyyəsinin binası yerləşir. Su borusu kəndin görünüşünün qarşısını aldığından bələdiyyə binasının yalnız dam hissəsi görünür. Avtomobilə baxış keçirilən zaman müəyyən edilmişdir ki, avtomobilin sol ön qapısı açıq vəziyyətdədir, şüşə isə azacıq aşağı salınmış, qapının kilidinin dili isə önə çıxmış, digər qapılar isə bağlı olmaqla kilidlənməmişdir. X12 meyiti avtomaşının sürücü oturacağında oturaq vəziyyətdə, başı sağ öz oturacaqda sağ ayağı dizdən bükülərək avtomobilin içərisində, sol ayağı isə çöldə yerə dəymiş vəziyyətdə olmuşdur. Məhərrəm Həsənovun sağ əli sürücü oturacağının ayaqaltısının üzərində, sol əli isə dirsək hissədən bükülməklə əli çənəsinin üzərindədir. Avtomobilin sol ön qapısının önündə torpaq üzərində Məhərrəm Həsənovun sol ayağının altında qanabənzər laxta, habelə avtomobilin sol ön qapısının yuxarı hissəsində, qapı şüşəsinin yuxarı hissəsində və həmin istiqamətdə maşının damında qanabənzər ləkələr vardır. Həmin qanabənzər laxtadan və torpaqdan, habelə avtomobilin qapısı üzərində və damda olan qanabənzər ləkələrdən nümunələr qablaşdırılaraq götürülmüşdür. Məhərrəm Həsənovun meyiti avtomobildən götürüldükdən sonra baxış davam etdirilmiş, avtomobilin sol ön sürücü oturacağının üzərində, sürət ötürücüsünün, əl əyləcinin üzərində, habelə sağ ön oturacağın üzərində qanabənzər ləkələr olması aşkar edilmişdir. Avtomobilin sağ və sol ön oturacağının arasında əl əyləcinin yanında yaşıl rəngli “Sprite” limonad içkisinin plastik şüşəsi, şüşənin içərisində isə şəffaf maye vardır. Həmin şüşə qablaşdırılaraq götürülmüşdür. Həmin şüşənin altında isə alt çənəyə məxsus diş protezi vardır. Avtomobilin sağ oturacağının ayaqaltısı üzərində boz rəngli kişi papağı vardır. Həmin papaq üzərində arxa hissədə qanabənzər ləkələr olması müəyyən edilmiş və qablaşdırılaraq götürülmüşdür. Avtomobilin sükanı və torpedanın orta hissəsi qanabənzər maddə ilə bulaşmışdır. Sükanın yanında mühərriki işə salmaq üçün açar yerində açar yoxdur. Torpedanın orta hissəsində üzü üstə çevrilmiş vəziyyətdə bir ədəd “Motorolla” markalı üzəri bütünlükdə qanabənzər maddə ilə bulaşmış telefon vardır. Həmin mobil telefon sönük vəziyyətdədir. Mobil telefon, sükan və torpeda üzərində olan qanabənzər nümunələr qablaşdırılaraq götürülmüşdür. Avtomobildə sürücü oturacağının arxasında arxa oturacağın üzərində qara rəngli sellofan torba vardır. Torbanın içərisində bir ədəd boz rəngli kişi şalvarı və bir ədəd qara rəngli qadın donu olmuşdur. Həmin torba içərisindəki paltarlarla birlikdə qablaşdırılaraq götürülmüşdür. Avtomobilin sağ ön, sağ və sol arxa oturacağının ayaqaltısında palçıq izləri vardır. Sol arxa oturacağın önündə rezin ayaqaltının üzərində bir cüt palçıqlı ayaq izləri olmuşdur. Avtomobilin arxa yük yeri bağlı olmuşdur. Arxa yük yeri açıldıqda orada bir ədəd plastik materialdan su vedrəsi, bir ədəd plastmas şotka tipli süpürgə və avtomobilə aid müxtəlif ehtiyat hissələri vardır. Avtomobilin arxa hissəsindən 40 metr məsafədə Muxtariyyə kəndi istiqamətindən Yeniabad kəndi istiqamətinə hərəkət etdikdə yolun sağ hissəsində təkər protektorunun izləri vardır. Həmin izlər yolda köndələn istiqamətdə yolun kənarına torpaq hissəyə tərəf gedir. İzin iç hissəsində izlər arası məsafə 1,30 metr, izlərin eni 17 sm ölçüdədir. Həmin iz sürtünmə şəklindədir. İzlər davam edərək yolun kənarına qədər davam edir, həmin izlərə eyni çarpaz olaraq Məhərrəm Həsənovun avtomobilinin istiqamətində bir cüt maşın təkərinin protektorunun izi davam edir. Hadisə yerinə baxış zamanı iştirak etmiş ekspert kriminalistin vasitəsi ilə əl-barmaq izlərinin aşkar edilməsi üçün avtomobilin kapotu, bütün qapıları, yük yeri və salonu xüsusi tozlar vasitəsi ilə işlənmişdir. Avtomobilin ön kapotunun qabaq hissəsindən 3 ədəd, qabaq sağ qanadın üzərindən 2 ədəd əl-barmaq izləri daktiloplyonkaya köçürülməklə 1-5 nömrə ilə nömrələnib götürülmüşdür. Bundan başqa, avtomobilin sağ ön qapısının üzərindən 3 ədəd, sağ ön qapının içəri dirəyindən 2 ədəd, sağ ön qapısının şüşəsinin iç tərəfindən 1 ədəd əl-barmaq izləri daktiloplyonkaya köçürülməklə 6-11 nömrə ilə nömrələnib götürülmüşdür. Avtomobilin arxa yük yerinin üzərindən yuxarı hissədən 3 ədəd əl-barmaq izləri daktiloplyonkaya köçürülməklə 12-14 nömrə ilə nömrələnib götürülmüşdür. Avtomobilin sol ön qapısının üzərindən 2 ədəd əl-barmaq izləri daktiloplyonkaya köçürülməklə 15-16 nömrə ilə nömrələnib götürülmüşdür. Qeyd edilənlərdən başqa avtomobil üzərindən əl-barmaq izləri aşkar edilməmişdir. Məhərrəm Həsənovun avtomobilinə baxış zamanı həmçinin avtomobilin sağ qabaq oturacağının üzərindən və söykənəcəyindən, habelə arxa oturacağının üzərindən və arxa oturacağının sağ hissəsindən mikrohissəciklər götürülərək qablaşdırılmışdır. Avtomobilin sağ ön oturacağının üzərindən 3 ədəd insan tükü və qanabənzər ləkələr qablaşdırılaraq götürülmüşdür. Avtomobilin önündən yolun hərəkət istiqamətinin sağ hissəsində 11 metr məsafədə, yaxınlıqda olan elektrik dirəyindən 10,10 metr məsafədə su axarının içərisində şəffaf və qırmızı rəngli plastik materialdan olan alışqan aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2010-cu il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, X12 bədəni üzərində 11 ədəd deşilmiş-kəsilmiş yara aşkar edilmişdir. Baxış zamanı Məhərrəm Həsənovun əynində olmuş paltarlar - 01 kürk tipli gödəkcə, 01 ədəd poliver, 01 ədəd şalvar, 01 ədəd uzunqol köynək, 01 ədəd idman şalvarı, 01 ədəd mayka, 01 cüt corab, 01 cüt yarımboğaz ayaqqabı, Məhərrəm Həsənovun əl-barmaq izləri, sağ və sol əl barmaqlarının dırnaq kəsintiləri və başın alın, təpə, ənsə, sağ və sol gicgah nahiyələrindən tük nümunələri müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2010-cu il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Bakı-Qazax yolunun 370-ci km-də DİN-nin BDYRİ-nin tabeliyində olan 724 saylı postdan 150 metr Şəmkir şəhəri istiqamətində, yolun hərəkət istiqamətinin sol hissəsində yerləşən "xxxx" MMC-nin Şəmkir Q-52 saylı YDM-inə baxış keçirilərək müəyyən edilmişdir ki, 15 fevral 2010-cu il tarixdə saat 15:30-da ağ rəngli “DAEWOO Nexia” markalı, **-BM-*** nömrə nişanlı avtomaşın yanacaq doldurma məntəqəsinə gəlmiş, avtomaşının ön sağ oturacağında oturmuş sərnişin qapını açaraq, avtomaşından düşmədən yanacaq doldurma məntəqəsinin əməkdaşına yanacaq üçün pul vermiş, yanacaq doldurulandan 1 dəqiqə sonra isə avtomaşın məntəqədən çıxmışdır. Video yazının keyfiyyəti aşağı olduğuna görə avtomaşının dövlət nömrə nişanını, habelə avtomaşının salonunda olan sürücü ilə sərnişinin üzünü tam aydın görmək mümkün olmamış, bununla belə avtomaşının sürücüsünün siluetinin Məhərrəm Həsənova oxşaması müəyyən edilmişdir. Baxış zamanı Məhərrəm Həsənova məxsus “Daewoo Nexia” markalı, **-BM-*** nömrə nişanlı avtomaşının yanacaq doldurma məntəqəsinə giriş və çıxışını əks etdirən video və foto görüntülərin protokola əlavə edilməsi göstərilsə də, videogörüntülərin olduğu bir ədəd video kaset aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan, protokola əlavə olunmuş fotocədvəldən və videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, xx.xx.2010-cu il tarixdə X12 idarə etdiyi “Daewoo Nexia” markalı, **-BM-*** dövlət nömrə nişanlı avtomobil ilə harada qarşılaşdığını, yolüstü Şahid1 ilə harada qarşılaşmaqlarını, X46 Həsənovu harada düşürməsini, Şəmkir rayonu, Yeniabad kəndindən Gəncə şəhərində yerləşən “Univermaq” adlanan qızıl-zinət əşyalarının satıldığı yerə gedib geri qayıtdıqları zaman hansı marşrut üzrə hərəkət etmələrini, yolüstü Məhərrəm Həsənovun yanacaq doldurma məntəqəsindən yanacaq almasını, həmin vaxt avtomobili harada saxlamasını, Şəmkir rayonu, Mahmudlu kəndindən Yeniabad kəndi istiqamətində torpaq yol ilə hərəkətdə olduqları zaman Məhərrəm Həsənova harada üzərində gəzdirdiyi açılıbqatlanan cib bıçağı ilə çoxsaylı xəsarətlər yetirməsini, hadisədən əvvəl onları Şahid3 görməsini, Məhərrəm Həsənovu öldürdükdən sonra hansı hərəkətləri etməsini, həmçinin hadisənin yerini və baş vermə şəraitini əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “telefon danışıqlarına baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, X8 ifadəsinə əsasən X12 istifadəsində ********** mobil telefon nömrəsinin olması müəyyən edilmişdir. 16 fevral 2010-cu il tarixdə hadisə yerinə baxış zamanı avtomobildən içərisində ********** mobil telefon nömrəsi olan “Motorolla” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Baş X1 nəzarət idarəsinin 05 aprel 2010-cu il tarixli, 04/xid 855 nömrəli məktubu ilə daxil olmuş məlumatlara baxış zamanı müəyyən edildi ki, 15 fevral 2010-cu il tarixdə X12 istifadəsində olmuş ********** mobil telefon nömrəsi saat 13:55-də Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində yerləşən anten dairəsinə, saat 15:31-də “Ali-Bayramli4(1610) XANİD3 (323)” (Göygöl rayonu), saat 16:22-də “Gence 1(410) RSALA3 (503)” (Samux rayonu, Alabaşlı kəndi) və saat 17:58-də “Gence 1(410) KURQE3(563)” (Şəmkir rayonu, Kür qəsəbəsi) adlı antenlərdə qeydiyyata düşmüşdür. Azercell Telecom MMC tərəfindən təqdim olunmuş 04 noyabr 2022-ci il tarixli 23121 nömrəli məktuba əsasən “Ali-Bayramli4(1610) XANİD3 (323)” adlı antenin 40.71978, 46.29456, “Gence 1(410) RSALA3 (503)” adlı antenin 40.78444, 46.25472 və “Gence 1(410) KURQE3(563)” adlı antenin isə 40.90194, 46.18194 kordinatlarda yerləşdikləri qeyd olunmuşdur. Qeyd olunan koordinatların yerləşdikləri əraziyə Google Earth proqramında yaxından baxdıqda hər üç yerdə antenlərin özləri və anten dirəklərinin kölgəsi aydın şəkildə görünür. Həmin koordinatların yerini Google Earth proqramında müəyyən etməklə qeyd olunan antenlərin hadisə yeri və Təqsirləndirilən şəxs ifadəsində göstərmiş olduğu marşrut üzrə əlaqəsi yoxlanıldıqda müəyyən edildi ki, X12 istifadəsində olmuş ********** mobil telefon nömrəsinin anteni 15 fevral 2010-cu il tarixdə, saat 15:31-də Göygöl rayonu, Quşqara kəndi ərazisində, 40.71978, 46.29456 saylı koordinatda quraşdırılmış “Ali-Bayramli4(1610) XANİD3 (323)” adlı antenin əhatə dairəsində olmuşdur. Həmin anten Gəncə şəhərində yerləşən qızıl mağazalarının yerləşdiyi “Univermaq” adlı ticarət mərkəzindən 7 km məsafədə yerləşir. Həmin antenin yerləşdiyi ərazidən Məhərrəm Həsənovun meyitinin aşkar olunduğu yerə 22 km, Azpetrol yanacaqdoldurma məntəqəsinə isə 6 km məsafə vardır. X12 istifadəsində olmuş ********** mobil telefon nömrəsinin anteni 15 fevral 2010-cu il tarixdə saat 16:22-də Samux rayonu, Alabaşlı kəndi ərazisində, 40.78444, 46.25472 saylı koordinatda quraşdırılmış “Gence 1(410) RSALA3 (503)” adlı antenin əhatə dairəsində olmuşdur. Həmin anten Gəncə şəhərində yerləşən qızıl mağazalarının yerləşdiyi “Univermaq” adlı ticarət mərkəzindən 14 km məsafədə, Məhərrəm Həsənovun meyitinin aşkar olunduğu ərazidən isə 13.86 km məsafədə yerləşir. Yəni qeyd olunan anten 15 fevral 2010-cu il tarixdə Məhərrəm Həsənovun yaşadığı Şəmkir rayonu, Yeniabad qəsəbəsindən maksimum məsafədə uzaqlaşdığı müəyyən edilmiş yer olan Gəncə şəhərində yerləşən qızıl mağazalarının yerləşdiyi “Univermaq” adlı ticarət mərkəzinin demək olar ki, tam ortasında yerləşir. X12 istifadəsində olmuş ********** mobil telefon nömrəsinin anteni 15 fevral 2010-cu il tarixdə saat 17:58-də isə Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində, 40.90194, 46.18194 saylı koordinatda quraşdırılmış “Gence 1(410) KURQE3(563)” adlı antenin əhatə dairəsində olmuşdur. Həmin anten Məhərrəm Həsənovun meyitinin aşkar olunduğu ərazidən 1.90 km məsafədə yerləşir. İstintaqın ilkin mərhələlərində Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsi məlum olmadığından əvvəlcə onun atası X13 2010-cu ilin fevral ayında istifadəsində olmuş ********** nömrəyə dair məlumatlar əldə edilmişdir. Azercell Telekom MMC tərəfindən göndərilmiş 24 noyabr 2022-ci il tarixli, 24884 nömrəli məktuba əlavə olunmuş diskə baxış zamanı həmin nömrəyə aid telefon məlumatlarından görünür ki, 2010-cu ilin yanvar-fevral aylarında ********** nömrə ilə ********** mobil nömrə arasında mütəmadi danışıq və sevgi məzmunlu SMS yazışması olmuşdur. ********** mobil nömrə isə qeyd olunan dövrdə Təqsirləndirilən şəxs anası X18 adına olsa da faktiki nişanlısı olmuş (hazırda arvadıdır) X19 istifadəsində olmuşdur. Azerfon MMC tərəfindən göndərilmiş 03 fevral 2023-cü il tarixli, AZF/LGL- 4488/23 nömrəli məktuba əlavə olunmuş 01 ədəd diskdə olan telefon məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs atasına məxsus ********** nömrə ilə yanaşı özünün istifadəsində olmuş ********** nömrə ilə də Nuranə Vəliyeva ilə danışmışdır. Təqsirləndirilən şəxs hadisənin baş verdiyi 15 fevral 2010-cu il tarixdə istifadəsində olduğu ********** mobil telefon nömrəsi ilə saat 22:14-dək **********67960 İMEİ kodlu telefonla danışıqlar aparmış, saat 22:14-dən sonra isə həmin nömrəni **********51760 İMEİ kodlu mobil telefona daxil edərək danışmışdır. Həmçinin 2010-cu ilin yanvar-fevral aylarında Turabın qardaşı Şahid13 öz adına olmaqla istifadə etdiyi ********** mobil nömrəni **********67960 və **********11220 İMEİ kodlu telefonlarda istifadə etməklə danışıqlar aparmışdır. Nuranə Vəliyevanın istifadəsində olmuş ********** mobil nömrə ilə əsasən Təqsirləndirilən şəxs istifadə etdiyi ********** nömrə və ailə üzvlərinə məxsus nömrələrlə danışıq qeydə alınmışdır. Qeyd olunanlara əsasən müəyyən edilir ki, 15 fevral 2010-cu il tarixdə Təqsirləndirilən şəxs istifadəsində **********, X19 istifadəsində isə ********** mobil nömrə olmuşdur. Danışıq məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş verdiyi 15 fevral 2010-cu il tarixdə saat 12:30-a qədər Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində yerləşmiş antenin əhatə dairəsində olmuşdur. Həmin vaxta qədər o, yalnız arvadı Nuranənin istifadə etdiyi ********** nömrə ilə mesajlaşmışdır. Saat 16:55-dən saat 23:36-dək olan müddət ərzində 05 ayrı-ayrı nömrə ilə 17 danışıq həyata keçirmiş, bu danışıqların 8-i saat 17:44 - 23:36 aralığında arvadı Nuranənin istifadə etdiyi ********** nömrə ilə, 3-ü saat 17:43, 22:08, 22:13-də ********** (X30 o. 1984. Kür qəs.) nömrə ilə, 2-si saat 20:23, 21:22-də ********** (X72 o. 1985. Yeniabad) nömrə ilə, 2-si saat 21:01, 21:04də ********** (X58 o. 1988. Yeniabad) nömrə ilə, 1-i saat 17:25-də qardaşı Şahid13 istifadəsində olan ********** nömrə ilə, 1-i saat 16:55-də 7777 Nar operatorla aparılmışdır. 33 naməlum SMS qəbul etmiş və 04 SMS Nuranəyə göndərmişdir. Mobil operatorda saxlanılmadığından SMS mətnlərinin məlumatlarını əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs hadisənin baş verdiyi 15 fevral 2010-cu il tarixdə gün ərzində əksər qalan vaxtlarda olduğu kimi Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində yerləşmiş “KUR0068_E / Kur / shamkir Tacruba Sanaya ASC shamkir ray Kur qasaba /Shemkir” anten dairəsində olmuş, saat 12:29 - 16:53 aralığında mobil telefondan istifadə etmədiyi üçün hansı ərazidə olmasını müəyyən etmək mümkün olmamış, saat 16:53 və 16:55-də mobil telefondan istifadə etdiyi zaman Şəmkir rayonu, Alabaşlı kəndi ərazisində yerləşmiş “ALABAS4_F / Alabashly / Shamkir rnu Qasim İsmayilov municipality /Shemkir” antenanın əhatə dairəsində olması müəyyən edilmişdir. Mobil telefondan yenidən saat 17:26-da istifadə edildiyi zaman onun Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində yerləşmiş “KUR0068_E / Kur / shamkir Tacruba Sanaya ASC shamkir ray Kur qasaba /Shemkir” anten dairəsində olması müəyyən edilir. Yuxarıda təhlil olunmuş, X12 istifadəsində olmuş ********** mobil telefon nömrəsinin məlumatlarından görünür ki, 15 fevral 2010-cu il tarixdə saat 16:22-də Məhərrəm Həsənovun mobil nömrəsinin əhatə dairəsi Samux rayonu, Alabaşlı kəndi ərazisində olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** mobil nömrənin əhatə dairəsi isə saat 12:29-dan sonra saat 17:26-ya qədər vaxt aralığında yalnız iki dəfə - 16:53 və 16:55-də istifadə edilmiş və həmin vaxtlarda Samux rayonu, Alabaşlı kəndi ərazisində olmuşdur. Daha sonra isə hər ikisinin, yəni Təqsirləndirilən şəxs mobil nömrəsi saat 17:25-dən, Məhərrəm Həsənovun mobil nömrəsi saat 17:58-dən etibarən eyni yeri Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən antenlərin əhatə dairəsini göstərir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi və pasport məlumatlarına baxış keçirilmiş və Təqsirləndirilən şəxs iki dəfə şəxsiyyət vəsiqəsi, bir dəfə isə pasport alması üçün fotoşəkil çəkdirməsi müəyyən edilmişdir. Qeyd olunan fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixdə şəxsiyyət vəsiqəsi alan zaman saçları qısa olmuşdur. Lakin onun Məhərrəm Həsənovu öldürməsindən 4 ay 20 gün əvvəl yəni 25 sentyabr 2009-cu il tarixdə pasport alan zaman, 20 yaşında çəkdirmiş olduğu fotoşəkildən görünür ki, onun saçları yanlardan az olsa da, ön hissədə qaşlarının üzərinə qədər alnına tökülmüş vəziyyətdədir. Həmçinin onun saçının jeleli olması da fotoşəkildən aydın görünür. Lakin Təqsirləndirilən şəxs 11 yanvar 2015-ci il tarixdə yenidən şəxsiyyət vəsiqəsi alan zaman onun saçlarını yana doğru daraması görünür. Qeyd olunan fotoşəkilllərdən bir daha aydın olur ki, Təqsirləndirilən şəxs Məhərrəm Həsənovu öldürdüyü ərəfələrdə saçını kənarlardan qısa, ön hissədən isə uzun saxlamış və saçına jele vuraraq alnına doğru qaşlarının üzərinə qədər tökməklə özünə saç stili yaratmışdır. Təqsirləndirilən şəxs qeyd olunan formada saç stili şahid ifadələrində 15 fevral 2010-cu il tarixdə Məhərrəm Həsənovun avtomobilində qabaq sərnişin oturacağında əyləşmiş 18-22 yaşlı cavan oğlan portretinə uyğun gəlir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, baxış keçirilən avtomobil ağ rəngli Daewoo Nexia markalı **-MU-*** dövlət nömrə nişanlı avtomobildir. Baxış keçirilən avtomobilin həqiqətən 15 fevral 2010-cu ildə X12 istifadəsində olmuş və içərisində öldürüldüyü avtomobil olmasını müəyyən etmək üçün avtomobilin qabaq sol, yəni sürücü qapısının yan divarında olan VİN kodu ilə 15 fevral 2010-cu ildə hadisə yerinə baxış zamanı çəkilmiş, avtomobilin qabaq sol, yəni sürücü qapısının yan divarında olan VİN kodu müqayisə olunmuş və müəyyən edilmişdir ki, həmin kod 165SR13-82S, 175/70SR13 olmaqla eynidir. Baxışda iştirak edən İsrail Mikayıl-zadə bildirdi ki, həmin avtomobili 09 aprel 2018-ci ildə Maştağa qəsəbə sakini X4 almışdır. Baxış zamanı İsrail Mikayıl-zadə alqı-satqı zamanı ona yalnız bir ədəd açar verildiyini bildirmişdir. Avtomobilin digər açarının necə olması barədə məlumatı yoxdur. İsrail Mikayıl-zadə tərəfindən təqdim olunan açara baxış zamanı müəyyən edilmişdir ki, qeyd olunan açarın baş hissəsi 4x3,2 sm ölçüdə, 0,8 sm qalınlığında qara rəngli bərk materialdandır. Həmin qara rəngli hissəyə 1,1x3,8 sm uzunluğunda sarı rəngli metaldan açar birləşmişdir. Açar qara rəngli metal başlığı ilə möhkəm yapışmış vəziyyətdədir və tərpənmir. Açarın qara rəngli başlığının üzərində bir ədəd dairəvi formada deşik vardır və həmin deşikdən keçən bir ədəd 2 sm diametri olan metal halqa vardır. Baxış zamanı İsrail Mikayıl-zadə tərəfindən təqdim olunmuş açarın həqiqətən Daewoo Nexia markalı **-MU- *** dövlət nömrə nişanlı avtomobilə aid olub-olmamasını müəyyən etmək məqsədi ilə avtomobil həmin açarla işə salınmış və müəyyən edilmişdir ki, həqiqətən də həmin açar Daewoo Nexia markalı **-MU-*** dövlət nömrə nişanlı avtomobili işə salır və söndürür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi müayinə aparılması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs Vəliyev X21 Xidmətin Bakı İstintaq Təcridxanasının həkim psixiatr-narkoloqunun iştirakı ilə şəxsi müayinəsi keçirilmiş və başının arxa hissəsində sağ tərəfdə bir ədəd buruq, ondan sol tərəfdə isə bir ədəd uzunluğu 1 sm, eni isə 0.3 sm olan köhnə çapıq toxuması aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili Şahid15 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili Şahid15 tərtib etdiyi xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasında, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamasında və daşımasında şübhəli olan Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili Şahid15 tərtib etdiyi xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili Şahid15 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasında, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamasında və daşımasında şübhəli olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16:40-da Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində saxlanılaraq Şəmkir RPŞ-yə gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-in BMCMİ-nin xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı kimdən əldə etməsini, həmin şəxsin əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirib-keçirməməsini, onun narkotik vasitə və ya psixotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin olub-olmamasını, narkotik vasitə və ya psixotrop maddələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsinin müəyyən edilməsi mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Dövlət Təhlükəsizliyi Xidmətinin məktubundan çıxarış arayışından görünür ki, Vəliyev X34 Həsənovun öldürülməsi faktı üzrə istintaq olunan cinayət işi üzrə dindirilməsi üçün Baş Prokurorluğa çağırıldıqdan sonra Rusiya Federasiyasına getməyə çalışmış və danışdığı şəxslərə 10 fevral 2023-cü il tarixdə Rusiya Federasiyasına gedəcəyini bildirmişdir. 10 fevral 2023-cü il tarixdə Rusiya Federasiyasına getmək üçün Bakı şəhərinə gəlmiş, ölkədən çıxışına qadağa qoyulması səbəbindən X47 Hava Limanındakı sərhəd keçid məntəqəsindən xarici ölkəyə getməsinə icazə verilməmiş, həmin gün gecə saatlarında Şəmkir rayonuna geri qayıtmışdır. X26 telefonda danışan zaman “geri gəlmə, qayıdan kimi səni tutub basacaqlar dama” demişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olması, 12, 17 və 19 noyabr 2022-ci il tarixlərdə tanışlarından narkotik vasitə əldə etmək üçün danışıqlar aparması və narkotik vasitə əldə etməsi qeyd olunmuşdur. 29 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs öz istifadəsində olan ********** mobil nömrədən qardaşı Şahid13 istifadəsində olmuş ********** mobil nömrəyə zəng edərək onunla prokurorluğa ifadə vermək üçün çağırıldığından danışmış, danışıq zamanı Təqsirləndirilən şəxs Şahid13 “Dedim bəlkə nə isə olar, yarımçıq düzəldəsən” demişdir. Şahid13 isə Təqsirləndirilən şəxs “Olacaq bir azdan, hə zəng vuracam çıxarsan ora. Birazdan zəng vuracam da, uşaqlar pul vermişik gətirəcəklər.” demişdir. 01 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Şahid18 ilə telefonda danışmışdır. Danışıq zamanı Şahid18 Təqsirləndirilən şəxs “Pulun varmı? Yaxşısı balıq var, qoy öldür deyir” demiş, Təqsirləndirilən şəxs ona “Saxla birazdan zəng vuracam” demiş, Şahid18 ona “Yox e dəqiq olsun da, başqa yerdədir e, görüm deyim gətirsin də” demişdir. Təqsirləndirilən şəxs “de götür də, pulunu verəcəm”, Şahid18 isə “Yarım olsun bütöv, dənə ilə alınmır. Yox a bu yarıma deyirdi, ya da bütöv”. Sonrakı danışıqlarında isə Təqsirləndirilən şəxs Şahid18 “hə götürərsən qardaşım gəlir, şey eləyərsən o gəlib götürəcək” demişdir. Daxil olmuş məlumatlarda Şahid13 narkotik vasitələr əldə etmək istiqamətində danışıqlar aparması müşahidə edilməsi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs telefon danışıqlarının dinlənilməsi nəticəsində əldə edilmiş məxfi məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs və onun qardaşı Şahid13 hər ikisi narkotik vasitələrin istifadəçiləridir. Onlar müxtəlif şəxslərlə narkotik vasitə əldə etmək üçün mobil telefonla danışır, lakin həmin vaxt narkotik vasitənin adını çəkmirlər. Narkotik vasitə haqqında danışdıqları zaman onun adını həcmini öz aralarında “balıq”, “bütöv”, “yarım” kimi şərti adlardan istifadə etməklə qeyd edirlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəmkir RPŞ-nin xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2010-cu il tarixdə Şəmkir rayonu, Mahmudlu kəndindən Yeniabad kəndi istiqamətində torpaq yolda X20 idarə etdiyi “Daewoo Nexia“ markalı, **- BM-*** dövlət nömrə nişanlı avtomaşının içərisində Məhərrəm Həsənovun ona göstərmiş olduğu taksi xidmətinin pulunu ödəməkdən yayınmaq üçün üzərində gəzdirdiyi cib bıçağı ilə bıçaqlayaraq öldürməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Məhərrəm Həsənovu öldürdükdən sonra cinayətin aləti olan cib bıçağını və avtomobilin açarını özü ilə apardığı, daha sonra həmin əşyaları məhv etdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Məhərrəm Həsənovu öldürdüyünü həmin vaxt yaxın dostu olmuş xx.xx.1989-cu il təvəllüdlü Şəmkir rayonu Yeniabad kənd sakini X5 dediyi müəyyən edilmişdir. Elvin İsgəndərov uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır və sonuncu dəfə 2019-cu ildə Şəmkir rayonuna gəlmiş və qısa müddətdən sonra yenidən Rusiya Federasiyasına qayıtmışdır. 16 fevral 2010-cu il tarixdə X20 idarə etdiyi “Daewoo Nexia“ markalı, **-BM-*** dövlət nömrə nişanlı avtomaşında üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması faktı üzrə hadisə yerinə baxış keçirilən zaman avtomobilin üzərində və ətraf ərazilərdə açar aşkar edilməmişdir. Bu məqsədlə Bölmənin şəxsi heyəti təlimatlandırılmış və ətraf ərazilərdə geniş axtarış işləri aparılmış, lakin müsbət nəticə əldə edilməmişdir. Bu səbəbdən Məhərrəm Həsənovun arvadı Rəfiqə Həsənovadan həmin avtomobilə aid ehtiyat açar götürülərək avtomobil Şəmkir RPŞ-nin avtomobil dayanacağına yerləşdirilmişdir. Daha sonra isə həmin avtomobil müstəntiqin göstərişinə əsasən ailə üzvlərinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs Rusiya Federasiyasında olan zaman soyğunçuluq cinayəti törətməsinə görə orada 1 ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi, cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasına qayıtdığı, əvvəllər narkotik vasitələrdən istifadə etdiyi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin aludəçisi olması, həmin narkotik vasitələri Şəmkir rayonunda tanımadığı şəxslərdən alaraq istifadə etməsi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2024-cü il tarixli məktubdan və məktuba əlavə edilmiş hava şəraiti haqqında arayışdan görünür ki, xx.xx.2010-cu il tarixdə Şəmkir rayonu ərazisində yağıntı qeydə alınmamışdır. Havanın minimal temperaturu mənfi 2.3° C, maksimal temperaturu isə 4.4° C olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 12,458 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş BMCMİ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri zamanı sonuncu tərəfindən 15 fevral 2010-cu il tarixdə aralarında yaranmış şəxsi mübahisə zəminində həmkəndlisi X12 bıçaqla qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, tədqiqata təqdim edilmiş 78673 nömrəli cinayət işi üzrə (X14 qəsdən öldürülməsi faktı) əl izlərindən 01 ədədi (ADİS-in məlumat bankına Şəmkir RPŞ-dən daxil olmuş) xx xxxx 1989-cu ildə Şəmkir rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin orta barmağının əksi ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi X27 tərəfindən 832 C-23 nömrəli ilkin yoxlama materialı üzrə xx.xx.2024-cü il tarixdə qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, VDİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə Təqsirləndirilən şəxs müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılaraq hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından Cinayət-Prosessual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasından daxil olmuş Təqsirləndirilən şəxs adına tərtib edilmiş məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarətin olması öz təsdiqini tapmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RİH başçısının Yeniabada kənd İƏDÜN-nin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs arvadı - xx.xx.1994-cü il təvəllüdlü X32, övladları – xx.xx.2012-ci il təvəllüdlü X61, xx.xx.2015-ci il təvəllüdlü X48 və xx.xx.2017-ci il təvəllüdlü X33 ilə birlikdə Şəmkir rayonu, Yeniabad kəndində yaşamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2010-cu il tarixli qəbzdən görünür ki, “Daewoo Nexia” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil zərərçəkmiş X12 övladı X15 qaytarılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xx.xx.2010-cu il tarixdə hadisə yerinə baxış keçirilən zaman götürülmüş qanabənzər nümunələr və torpaq nümunələri, avtomobilin sağ qabaq oturacağının və söykənəcəyinin üzərindən, habelə arxa oturacağın üzərindən və arxa oturacağın sağ hissəsindən mikrohissəciklər, avtomobilin sağ ön oturacağının üzərindən götürülmüş 1 ədəd insan tükü və qanabənzər nümunələr, avtomobilin üzərindən götürülmüş 16 ədəd əl-barmaq izləri, “Motorolla” markalı mobil telefon, 16 fevral 2010-cu il tarixdə meyitə baxış keçirilən zaman götürülmüş Məhərrəm Həsənovun əynində olmuş paltarlar – 01 kürk tipli gödəkcə, 01 ədəd poliver, 01 ədəd şalvar, 01 ədəd uzunqol köynək, 01 ədəd idman şalvarı, 01 ədəd mayka, 01 cüt corab, 01 cüt yarımboğaz ayaqqabı, X12 əl-barmaq izləri, sağ və sol əl barmaqlarının dırnaq kəsintiləri və başın alın, təpə, ənsə, sağ və sol gicgah nahiyələrindən tük nümunələri, Təqsirləndirilən şəxs əl-barmaq izləri, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən, eləcə də ifadəsinin yerində yoxlanılması zamanı çəkilmiş video görüntülərin əks olunduğu disklər maddi sübut qismində tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin maddi sübutlar otağına təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 234.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində zərərçəkmiş şəxs X20 öldürmədiyini, ümumiyyətlə həmin hadisəyə onun aidiyyətinin olmadığını, hadisə günü Məhərrəm Həsənovun idarə etdiyi avtomobilə minmədiyini, xx.xx.2023-cü il tarixdə Məhərrəm Həsənovun qəsdən öldürülməsi faktı ilə əlaqədar saxlanıldığını, saxlanılan zaman üzərində narkotik vasitə olmadığını, son iki ildə ümumiyyətlə narkotik vasitədən istifadə etmədiyini, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı polis əməkdaşlarının onun üzərinə qoyduqlarını, polislərin ona qarşı fiziki və psixi zorakılığa yol verdiklərini, ona qarşı edilmiş fiziki və psixi zorakılıq nəticəsində məcbur olaraq videoçəkiliş zamanı həm üzərinə qoyulmuş narkotik vasitənin özünə məxsus olmasını, həm də Məhərrəm Həsənovu özünün öldürdüyünü etiraf etdiyini, etirafedici ifadələrini də kənd camaatından eşitdikləri əsasında verdiyini və hadisənin baş vermə formasını eşitdikləri əsasında danışdığını göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin təqsriləndirilən şəxsin qəsdən adam öldürmə epizodu ilə bağlı məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü elan olunmuş ittiham üzrə təqsirli bilməklə verdiyi etirafedici ifadələri, həmçinin narkotik vasitə ilə bağlı epizod üzrə məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri, həmin ifadələrə dair videoçəkilişlər, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən adam öldürmə epizodu ilə bağlı məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü elan olunmuş ittiham üzrə təqsirli bilməklə verdiyi etirafedici ifadələrində zərərçəkmiş Məhərrəm Həsənovu aralarında gediş haqqı ilə bağlı yaranmış mübahisə zamanı üzərində olan bıçaqla sonuncuya çoxsaylı zərbələr vuraraq qəsdən həyatdan məhrum etdiyini birmənalı olaraq etiraf etmişdir. Qeyd edilən ifadələr Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə alınmış və həmin ifadələrdə nə təqsirləndirilən şəxs, nə də ki müdafiəçisi Təqsirləndirilən şəxs fiziki və psixi zorakılıq nəticəsində etirafedici ifadə verməsini qeyd kimi protokola daxil etməmişlər. Əksinə müstəntiq tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs hadisəni etiraf etdiyini, əməlindən peşman olduğunu və ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilmədiyini göstərmişdir. Sonda da həm Təqsirləndirilən şəxs, həm də müdafiəçisi hər iki ifadəni imzaları ilə təsdiq etmişlər. Həmçinin hər iki dindirimə istintaq hərəkətləri videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə aparılmışdır. Həmin videoçəkilişlərdə Təqsirləndirilən şəxs bədənin gözlə görünən hissələrində xəsarətin olması, eləcə də sonuncuya qarşı psixi zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmamışdır. Əksinə hər iki istintaq hərəkətinə dair videoçəkilişlərdən açıq-aydın görünür ki, Təqsirləndirilən şəxs sərbəst formada ifadə verərək baş vermiş hadisənin mexanizmini tam olaraq və dolğun surətdə izah edir. O cümlədən şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinə dair videoçəkilişdən də görünür ki, Təqsirləndirilən şəxs məlum baş vermiş hadisənin yerini və baş vermə şəraitini əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. Habelə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı X45 şəhərinə getdikləri zaman yolda həmkəndliləri Şahid1la qarşılaşmalarını, sonuncunun əlində qara polietilen torba olmasını, Şahid1 avtomobilə dəqiq olaraq arxa sağ oturacağa əyləşməsini, evinin qarşısında Şahid1 avtomobildən düşməsini, Gəncə şəhəri istiqamətində getmələrini, yolda Azpetrol yanacaqdoldurma məntəqəsinə daxil olaraq yanacaq almalarını, həmin vaxt avtomobilin yanacaqdoldurma məntəqəsində olan 4 yerdən dəqiq olaraq harada dayanmasını, geri qayıtdıqlarında hansı marşrut üzrə hərəkətlərini davam etdirmələrini, Şəmkir rayonu Mahmudlu kəndinin içindən keçmələrini, oradan Yeniabad kəndi istiqamətində torpaq yolla hərəkətlərini davam etdirmələrini, yolda Şahid3 ilə qarşılaşmalarını, daha sonra Məhərrəm Həsənovu dəqiq olaraq harada öldürməsini, hadisə yerində olmadığını iddia etdiyi halda hadisə yerini, hadisə yerindən qaçan zaman avtomobilin açarını və cinayətin aləti olan bıçağı götürməsini, həmin vaxt onu uzaqdan bir nəfər tanımadığı şəxsin görməsini, qaçdığı marşrutu, ən əsası da hadisə yerində avtomobilin dayandığı yeri və digər mühüm əhəmiyyət kəsb edən detalları dəqiqliyi ilə göstərmişdir. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaqı hərəkəti zamanı göstərdiyi yuxarıda sadalanan hadisə günü baş verən mühüm detallar iş üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid3, Şahid2 və digərlərinin ifadələri ilə qarşılıqlı müqayisə etdikdə tam olaraq öz təsdiqini tapmışdır. Hətta ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinə dair videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs X37 idarə etdiyi avtomobildə yaşıl rəngli “Sprite” markalı qazlı su qabı olmasını, avtomobilinin açarının hadisə yerində olmamasını, açarın formasını və üzərində dəmir halqadan başqa aksesuar olmamasını da göstərmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi həmin xüsusatı, yəni Məhərrəm Həsənova məxsus avtomobildə qazlı su qabının olmasını iş materiallarında olan xx.xx.2010-cu il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokolla və protokola əlavə olunmuş fotocədvəllə qarşılıqlı müqayisə etdikdə, həqiqətən də avtomobilin sağ və sol ön oturacağının arasında əl əyləcinin yanında yaşıl rəngli “Sprite” limonad içkisinin plastik şüşəsinin olması öz təsdiqini tapmışdır. Avtomobilin açarına münasibətdə isə Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini zərərçəkmiş şəxsin hüquqi varisi Rəfiqə Həsənovanın ifadəsi ilə qarşılıqlı müqayisə etdikdə görünür ki, Təqsirləndirilən şəxs Məhərrəm Həsənovun idarə etdiyi avtomobilin açarını dəqiqliklə düzgün təsvir etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı Məhərrəm Həsənovla birlikdə yanacaqdoldurma məntəqəsinə daxil olduqlarını və avtomobili hansı yanacaq doldurma pompasının qarşısında saxladıqlarını bildirməsini iş materiallarında olan xx.xx.2010-cu il tarixli “baxış keçirilməsi haqqında” protokola əlavə olunmuş fotocədvəllə qarşılıqlı müqayisə etdikdə Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri tam olaraq öz təsdiqini tapmışdır. Eləcə də iş materiallarında olan telefon danışıqlarına dair məlumatlardakı anten göstəricilərini qarşılıqlı müqayisə etdikdə Təqsirləndirilən şəxslə Məhərrəm Həsənovun xx.xx.2010-cu il tarixdə saat 12-13 radələrində Kür qəsəbəsində yerləşən antenin, saat 16 radələrində Samux rayonu, Alabaşlı kəndi ərazisində yerləşən antenin əhatə dairəsində eyni yerdə olmaları, daha sonra isə hər ikisinin saat 17 radələrində Kür qəsəbəsində yerləşən antenin əhatə dairəsində olan yerə gəlmələri, həmin antenin həm Şəmkir rayonu Mahmudlu, həm də Yeniabad kəndi, o cümlədən Məhərrəm Həsənovun meyitinin aşkar olunduğu yeri əhatə etməsi tam olaraq öz təsdiqini tapmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində Məhərrəm Həsənovu öldürmədiyini göstərsə də, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 511/ME, nömrəli məhkəmə-tibbi ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə obyektiv müayinədən keçərkən məhkəmə-tibb eksperti tərəfindən vermiş suallara cavab olaraq Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə Şəmkir rayonu, Mahmudlu kəndində sərnişini olduğu minik avtomaşının sürücüsü ilə gediş haqqı üstündə mübahisə etdiyini, baş vermiş mübahisə zəminində sürücüyə bıçaqla xəsarətlər yetirdiyini, avtomobilin ön oturacağında sürücü Məhərrəmin sağ əli ilə onun sol qolundan tutduğunu, sol əli ilə üzünün sağ yarısına sillə vurduğunu, ani olaraq bir an özünü itirdiyini və dərhal avtomobildə olan bıçağı götürüb əvvəlcə ilk zərbəni sürücünün döş qəfəsinin yuxarı hissəsinə, sonra da ardıcıl olaraq qısa müddət ərzində bir neçə dəfə bıçaqla zərbələr vurub sürücünü qətlə yetirdiyini göstərmişdir. Təqsirləndirilən şəxs zərərçəkən Məhərrəm Həsənovun bədənin hansı nahiyələrinə bıçaqla zərbələr vurmasına münasibətdə həm məhkəmə-tibbi ekspertiza zamanı vermiş olduğu cavablarını, həm də ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı bildirdiklərini iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının rəyi ilə qarşılıqlı müqayisə etdikdə Məhərrəm Həsənovun bədəni üzərində aşkar edilmiş xəsarətlərin həqiqətən də Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi nahiyələrdə aşkarlanması birmənalı olaraq öz təsdiqini tapmışdır. Həmçinin Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrində hadisə günü mərhum Məhərrəm Həsənova məxsus avtomobilə minmədiyini göstərsə də, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 434 nömrəli kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, həkim-psixiatr komissiyası tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs hadisə günü Gəncə şəhərinə getmək üçün Məhərrəm Həsənovun avtomobilinə minməsini, sonuncu ilə 30 manata Gəncə şəhərinə getmək barədə razılığa gəldiyini etiraf etmişdir. Bütün bunlar ekspert psixoloq və ekspert psixiatrların da vermiş olduqları rəydə gəldikləri qənaətdə göstərdikləri kimi, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, aktiv şəkildə psixoloji olaraq özünü müdafiə etməsindən irəli gəlir. O cümlədən iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 2010-cu ildə istintaq aparılan zaman istintaqa cəlb edilməmiş və onun əl-barmaq izləri götürülməmişdir. xx.xx.2022-ci il tarixdə isə 78673 nömrəli cinayət işi Şəmkir rayon prokurorluğundan öyrənilməsi üçün götürülmüş və xx.xx.2022-ci il tarixli məktubla hadisə yerinin müayinəsi zamanı X12 idarə etdiyi və meyitinin aşkar olunduğu “Daewoo Nexia” markalı, **-BM-*** dövlət nişanlı avtomobilin üzərindən aşkar edilərək götürülmüş əl-barmaq izləri ölkə üzrə müvafiq vahid məlumat bazasında yoxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinə göndərilmişdir. Özünün də qeyd etdiyi kimi, dəfələrlə xırda oğurluqlar törətdiyinə görə əl-barmaq izləri götürülmüş Təqsirləndirilən şəxs barmaq izləri artıq Kriminalistik Tədqiqatlar İdarəsinin məlumat bankında olduğundan bu dəfə onun sol əlinin orta barmaq izi 16 fevral 2010-cu il tarixdə hadisə yerinə baxış keçirilən zaman götürülmüş 1 ədəd barmaq izi ilə eynilik təşkil etmişdir. Hətta iş üzrə dəfələrlə məhkəmə-daktiloskopik ekspertizası keçirilmiş və bütün ekspertlərin rəyləri ilə tam təsdiq olunmuşdur ki, X12 idarə etmiş olduğu “DAEWOO Nexia” markalı, **-BM-*** dövlət nişanlı avtomaşının qabaq sağ qapısının şüşəsinin içəri tərəfində aşkar edilərək götürülmüş 11 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sol əlinin orta barmağından götürülmüş izlə eynidir. Hadisə yerinə baxış zamanı götürülmüş digər 15 əl-barmaq izindən fərqli olaraq 11 saylı daktilolent yeganə barmaq izidir ki, avtomobilin içərisində yəni qabaq sağ qapısının şüşəsinin iç tərəfində aşkar edilərək götürülmüşdür. Bununla da tam olaraq sübut olunur ki, hadisə günü Təqsirləndirilən şəxs Məhərrəm Həsənovun ölümündən əvvəl sonuncunun avtomobilinin içərisində olmuşdur. Habelə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində kənd camaatından eşitdikləri əsasında etirafla bağlı ifadə verib hadisənin baş vermə formasını danışdığını göstərsə də, məhkəmə tərkibi hesab edir ki, özünün də iddia etdiyi kimi bir hadisəyə aidiyyəti olmadığı halda onun məlum baş vermiş hadisəyə münasibətdə hadisənin baş vermə mexanizmini və digər incə detalları 13 ilə yaxın müddət keçməsinə baxmayaraq, belə dəqiqliklə yadda saxlaması, ardınca da qeyd edilən hadisə ilə bağlı tutulduqdan sonra 40 dəqiqəyə yaxın davam edən həm dindirmə istintaq hərəkəti, həm də ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı fasiləsiz olaraq həmin xüsusatları bildirməsi, daha sonra isə əyani olaraq yerində göstərməsi faktları bir daha Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinin həqiqətə uyğun olmadığını təsdiq edir. Ümumiyyətlə məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən adam öldürmə epizodu ilə bağlı məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü elan olunmuş ittiham üzrə təqsirli bilməklə verdiyi etirafedici ifadələrini, eyni zamanda həmin ifadələrinə və şübhəli şəxs kimi ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinə dair videoçəkilişləri iş materiallarında olan adları yuxarıda qeyd edilən şahidlərin ifadələri, ekspert rəyləri, telefon danışıqlarına dair anten məlumatları və digər mötəbər sübutlarla qarşılıqlı müqayisə etdikdə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi iş üzrə bütün sübutların məcmusu ilə tam olaraq təsdiq olunur. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən adam öldürmə epizodu ilə bağlı özünün müdafiəsi üçün gətirdiyi dəlillər yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusu ilə tam olaraq təkzib olunduğu üçün həmin dəlillər təqsirləndirlən şəxsin cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakteri daşıyır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli Qərarının 3-cü bəndində göstərilmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin Qərarın 8-ci bəndində göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi ilə zərərçəkmişin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Yəni sözügedən tövsifedici əlamətin təqsirkarın əməlinə şamil edilməsi üçün buna münasibətdə onun birbaşa və ya dolayı qəsdi müəyyən edilməlidir. Beləliklə də, Təqsirləndirilən şəxs bıçaqla çoxsaylı zərbələr vurub ümumilikdə Məhərrəm Həsənova 11 ədəd xəsarət yetirərək sonuncunu xüsusi amansızlıqla qəsdən həyat məhrum etməsi tam olaraq sübuta yetirilmişdir. Bundan başqa, narkotik vasitə ilə bağlı epizod üzrə Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində narkotik vasitə olmadığını, fiziki və psixi zorakılığa məruz qaldığını, məhz bunun nəticəsi olaraq da polislər tərəfindən üzərində qoyulmuş narkotik vasitəni özünə məxsus olduğunu etiraf etdiyini, ümumiyyətlə də Məhərrəm Həsənovun qətlə yetirilməsi ilə bağlı saxlanıldığını göstərsə də, iş materiallarında olan DİN-in BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid15 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportda, eləcə də digər ilkin sənədlərdə Təqsirləndirilən şəxs Məhərrəm Həsənovun qətlə yetirilməsi ilə bağlı deyil, məhz qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasında, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamasında və daşımasında şübhəli olduğu üçün saxlanılaraq polis şöbəsinə gətirilməsi qeyd olunmuşdur. Müdafiə tərəfi də Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı deyil, məhz elə Məhərrəm Həsənovun ölümü ilə bağlı saxlanılmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Əksinə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın özünə məxsus olduğunu, həmin kütlələri xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu ərazisindən tapdığını, əvvəllər nəşə adı ilə tanıdığı narkotik vasitədən istifadə etdiyini, həmin kütlələrdən heç kimə vermədiyini, heç kimə satmadığını, üstündə olmasından heç kəsin məlumatının olmadığını, əldə etdiyi kütlələri marağı olduğu üçün üstündə saxladığını bildirmişdir. Qeyd edilən izahat və ifadələrinin hamısı Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçisinin iştirakı ilə alınmış və izahatla ifadələrdə o, polis əməkdaşlarının ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verdiyini, eləcə də onun üzərinə narkotik vasitə qurudulmuş marixuana qoyduqlarını göstərməmiş, əksinə müstəntiq tərəfindən verilmiş suallara cavab olaraq saxlanılarkən və polis şöbəsinə gətirilərkən polislər tərəfindən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu göstərmişdir. Həm Təqsirləndirilən şəxs, həm də müdafiəçisi sözügedən izahat və ifadələri imzaları ilə təsdiq etmişlər. Həmçinin xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərində nəşə adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 02 ədəd kibrit qutusunu, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, 01 ədəd siqaret qutusunu və 01 ədəd alışqanı, şalvarının sol arxa cibindən 10 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd kibrit qutusuna baxış zamanı içərisində yaşıl rəngli, ot şəkilli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuana olması müşahidə edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələri xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu ərazisindən tapdığını, əvvəllər nəşə adı ilə tanıdığı narkotik vasitədən istifadə etdiyini, həmin kütlələrdən heç kimə vermədiyini, heç kimə satmadığını, üstündə olmasından heç kəsin məlumatının olmadığını, əldə etdiyi kütlələri marağı olduğu üçün üstündə saxladığını bildirmişdir. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi, eləcə də polis əməkdaşlarının onun üzərinə narkotik vasitə qoyması öz təsdiqini tapmır. Əksinə videoçəkiliş zamanı Təqsirləndirilən şəxs istintaq hərəkətinin sonunda təhqiqatçının suallarına qəti olaraq cavab verib saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, üzərindən aşkar edilmiş narkotik vasitəni də tapdığını göstərmişdir. O cümlədən iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları ifadələrində saxlanılan zaman və polis şöbəsinə gətirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimin sonuncunu döymədiyini, üzərinə narkotik vasitə qoymadığını, şəxsi axtarış zamanı aşkar olunan narkotik vasitənin Təqsirləndirilən şəxs özünə məxsus olduğunu və həmin kütləni tapdığını etiraf etdiyini göstərmişlər. Habelə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı son iki ildir narkotik vasitədə istifadə etmədiyini göstərsə də, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyi ilə onda opioidlərdən və kannabinoidlərdən istifadə etmə hallarının olması öz təsdiqini tapmışdır. Hətta iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının rəyindən də görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində tutulduğu günə uyğun xəsarət aşkar edilməmişdir. Eyni zamanda 2 saylı istintaq təcridxanasından daxil olmuş məhkumun tibbi kitabçasının surətindən də görünür ki, Təqsirləndirilən şəxs həmin müəssisəyə qəbul edilərkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü iddia etsə də, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də digər tibbi sənədlərlə onun bədəni üzərində tutulduğu günə uyğun gələn döyülməyə xarakterik xəsarətin olması öz təsdiqini tapmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs müraciəti əsasında Bakı şəhəri Nərimanov rayon prokurorluğunda araşdırma aparılaraq DİN-in BMCMİ-nin əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilməsi faktı öz təsdiqini tapmadığı üçün cinayət işinin başlanmasının Cinayət-Prosessual Məcəllənin 39.1.2-ci maddəsində göstərilən bəraətverici əsasla rədd edilməsinə baxmayaraq, məhkəməyədək icraat zamanı həmin qərardan nə Təqsirləndirilən şəxs, nə də müdafiəçisinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora yaxud məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində polis əməkdaşları tərəfindən qanunsuzluğa, psixi və fiziki zorakılığa məruz qaldığını göstərsə də, iş materiallarında, xüsusilə də onun ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair videoçəkilişdə, o cümlədən barəsində tərtib olunmuş tibbi sənədlərdə onun fiziki və ya psixi zorakılığa məruz qalması xüsusatı öz təsdiqini tapmamışdır. Əksinə şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair videoçəkilişdə Təqsirləndirilən şəxs təhqiqatçının suallarına qəti olaraq cavab verib ona qarşı təsir və ya təzyiqlərə yol verilmədiyini, fiziki və ya psixi zorakılığa da məruz qalmadığını göstərmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı hər hansı mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Eyni zamanda Bakı şəhəri Nərimanov rayon prokurorluğunda bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarın qəbul edilməsinə baxmayaraq, həmin qərardan nə təqsirləndirilən şəxsin, nə də ki müdafiəçisinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Cinayət-Prosessual Məcəllənin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs qəsdən adam öldürmə epizodu ilə bağlı məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü elan olunmuş ittiham üzrə təqsirli bilməklə verdiyi etirafedici ifadələrini, həmçinin narkotik vasitə ilə bağlı epizod ilə bağlı məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatını, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrini iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, o cümlədən həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs kimi dindirmə istintaq hərəkətlərinə dair videoçəkilişlər, ifadənin yerində yoxlanılması istintaq hərəkətinə dair videoçəkiliş, şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən adam öldürmə epizodu ilə bağlı məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü elan olunmuş ittiham üzrə təqsirli bilməklə verdiyi etirafedici ifadələri, həmçinin narkotik vasitə ilə bağlı epizod ilə bağlı məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinə münasibətdə Təqsirləndirilən şəxs əməli düzgün tövsif olunsa da, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli düzgün tövsif edilməmiş, onun əməli ittiham olunduğu Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda onun narkotik vasitə qurudulmuş marixuananı məhz satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıması göstərilsə də, iş materiallarında olan əməliyyat tapşırığına cavab məktubunda keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni kimdən əldə etməsini, həmin şəxsin əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirib-keçirməməsini, onun narkotik vasitə və ya psixotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin olub-olmamasını, narkotik vasitə və ya psixotrop maddələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Həmçinin həmin epizod üzrə dindirilmiş polis əməkdaşları ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdiyini, sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində də təqsirləndirilən şəxsin narkotik vasitənin və ya psixotrop maddələrin satışı ilə məşğul olması faktının öz təsdiqini tapmadığını göstərmişdir. O cümlədən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilməklə verdiyi qismən etirafedici ifadələrində üzərindən aşkar edilmiş iki kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı yerdən tapdığını və şəxsi istifadəsi üçün götürərək üzərində saxladığını etiraf etmişdir. Habelə xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş videoçəkilişdən də görünür ki, şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələri xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu ərazisindən tapdığını, əvvəllər nəşə adı ilə tanıdığı narkotik vasitədən istifadə etdiyini, həmin kütlələrdən heç kimə vermədiyini, heç kimə satmadığını, üstündə olmasından heç kəsin məlumatının olmadığını, əldə etdiyi kütlələri marağı olduğu üçün üstündə saxladığını bildirmişdir. Hətta iş materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə dair müvafiq mobil operatoru tərəfindən təqdim olunmuş məlumatlara baxış zamanı narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsinə dair iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmamışdır. Eyni zamanda məhkəmə-narkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs opioidlərdən və kannabinoidlərdən istifadə etmə hallarının olması da öz təsdiqini tapmışdır. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda onun şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması göstərilsə də, işin faktiki halları, əsasən də elə ibtidai istintaq orqanının istinad etdiyi əməliyyat tapşırığına cavab məktubu ilə Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə etməsi hər hansı bir mötəbər sübutla təsdiq olunmur, əksinə əməliyyat tapşırığına cavab məktubunda təqsirləndirilən şəxsə verilmiş ittihamla ziddiyyət təşkil edən məlumatlar əks olunaraq, onun narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını, narkotik vasitə qurudulmuş marixuananı kimdən əldə etməsini, eləcə də onun narkotik vasitə və ya psixotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin olub-olmamasını müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Bütün yuxarıda qeyd olunanlara baxmayaraq, ibtidai istintaq orqanı xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarında yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın iki ədəd kibrit qutusunda olmasını əsas götürərək sonuncuya qarşı satış məqsədi ilə bağlı ittiham irəli sürmüşdür. Bununla belə, məhkəmə tərkibi hesab edir ki, şəxsin üzərindən aşkar edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananın yalnız iki ədəd kibrit qutusunda olması onun satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham irəli sürsə də, satış məqsədini təsdiqləyən, yəni təqsirləndirilən şəxsin istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə və ya sövdələşməsinə, şərti alıcı ilə aralarında razılığa dair telefon danışığının və mesajların olmasına, qurudulmuş marixuananı hazırlanması üçün avadanlığı əldə etməsinə, onun şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı məhz sifariş əsasında əldə etməsinə, çəkilib xırda bağlamalara bükülməsinə və bu kimi sair hərəkətlərə dair hər hansı bir sübut əldə edə bilməmişdir. Əksinə əməliyyat tapşırığına cavab məktubunda bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olubolmamasını, narkotik vasitə qurudulmuş marixuananı hansı məqsədlə əldə etməsini, narkotik vasitə və psixotrop maddə satdığı təqdirdə həmin şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamı təsdiqləyən hər hansı bir mötəbər sübut mövcud olmadığı halda, istintaq orqanı törədilən əməlin hüquqi tövsifinə dair qənaətini yalnız təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananın iki ədəd kibrit qutusunda olması ilə əsaslandırmağa çalışmışdır. Halbuki cinayət işinin materiallarında olan sübutlar əsasında Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananın istifadəçisi olduğunu güman etmək mümkün olsa da, onun marixuananı satış məqsədilə, əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsini təsdiqləyən yetərli sübutları aşkar etmək olmur. Yuxarıda qeyd edilən halların olması Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı məhz satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham irəli sürsə də, Ali Məhkəməsinin Plenumunun həmin Qərarında formalaşmış hüquqi mövqeyə uyğun olaraq onun əldə etdiyi narkotik vasitəni satmaq niyyətində olmasını narkotik vasitənin iki ədəd kibrit qutusunda olması ilə yanaşı digər hər hansı bir mötəbər sübutla təsdiq edə bilməmişdir. Bundan başqa, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edərkən aşkar olunan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitənin iki ədəd kibrit qutusunda olması ilə yanaşı satış məqsədi ilə bağlı daxil olmuş əməliyyat məlumatını da əsas götürmüşdür. Bununla belə, cinayət işində satış məqsədi ilə bağlı daxil olmuş əməliyyat məlumatının mötəbərliyini, yəni həqiqətə uyğunluğunu təsdiq edə biləcək heç bir sübut, sənəd, material və s. mövcud deyildir. Eləcə də cinayət işinin materiallarından satış məqsədi ilə bağlı daxil olmuş əməliyyat məlumatının nədən ibarət olması, həmin məlumatın Təqsirləndirilən şəxs təqsirini hansı qaydada təsdiq etməsini və onun hansı qaydada sübut kimi qəbul edilməsini də müəyyən etmək mümkün deyildir. Çünki istintaq orqanı bir tərəfdən təqsirləndirilən şəxsə satış məqsədi ilə bağlı ittiham irəli sürsə də, digər tərəfdən əməliyyat tapşırığına verilmiş cavab məktubunda verilmiş ittihamla tamamilə ziddiyyətli məlumatlar əks olunaraq, təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını və narkotik vasitəni məhz hansı məqsədlə əldə etməsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Məhkəmə tərkibi hesab edir ki, sadəcə söz yığınından ibarət olan satışla əlaqədar əməliyyat məlumatına əsaslanıb Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsinin tələblərinə ziddir. Belə ki, Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəllənin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi qeyd edir ki, cinayət-prosessual qanunvericiliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və “ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitənin iki ədəd kibrit qutusunda olması şəxsin əməlinin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsi üçün yetərli deyil, həmin narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi hər bir fərdi halda cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə müqayisəli şəkildə qiymətləndirilməlidir ona görə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə görə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yayılmasına yönəldilmiş hərəkətlər yalnız əvəzli və ya qazanc əldə edilməsi, yaxud digər şəxsi maraq məqsədlə həyata keçirildikdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Beləliklə, aparılmış istintaq nəticəsində şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitənin satış məqsədi ilə əldə edilməsinə dəlalət edən tamamilə heç bir sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, təqsirləndirilən şəxsin üzərindən sadəcə aşkar edilmiş narkotik vasitənin iki ədəd kibrit qutusunda olması əsas götürülərək Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin prinsiplərinə zidd olardı. Bununla da, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşıması tam olaraq sübuta yetirilmişdir. Məhkəmə tərkibi himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, ona ayrı-ayrılıqda həmin maddələrin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Hazırkı iş üzrə Cinayət Məcəlləsinin 120.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, həmin əməli xx.xx.2010-cu il tarixdə törətmişdir. xx.xx.2014-cü il tarixli 975-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 may 2014-cü il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 622) ilə 120.2-ci maddədə “on iki ildən on beş” sözləri “on dörd ildən iyirmi” sözləri ilə əvəz edilmişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən, həmin cəzanın aşağı və yuxarı həddi kimi on iki ildən on beş ilədək olan müddət götürülməlidir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəllənin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 11 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən təyinat əsasında həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi2 üçün 440 (dörd yüz qırx) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 694 (altı yüz doxsan dörd) manat 62 (altmış iki) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin maddi sübutlar otağına təhvil verilmiş xx.xx.2010-cu il tarixdə hadisə yerinə baxış keçirilən zaman götürülmüş qanabənzər nümunələr və torpaq nümunələri, avtomobilin sağ qabaq oturacağının və söykənəcəyinin üzərindən, habelə arxa oturacağın üzərindən və arxa oturacağın sağ hissəsindən mikrohissəciklər, avtomobilin sağ ön oturacağının üzərindən götürülmüş 1 ədəd insan tükü və qanabənzər nümunələr, X2 və sol əl barmaqlarının dırnaq kəsintiləri və başın alın, təpə, ənsə, sağ və sol gicgah nahiyələrindən tük nümunələri məhv edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 12,458 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, “Motorolla” markalı mobil telefon, 16 fevral 2010-cu il tarixdə meyitə baxış keçirilən zaman götürülmüş X12 əynində olmuş paltarlar – 01 kürk tipli gödəkcə, 01 ədəd poliver, 01 ədəd şalvar, 01 ədəd uzunqol köynək, 01 ədəd idman şalvarı, 01 ədəd mayka, 01 cüt corab, 01 cüt yarımboğaz ayaqqabı zərərçəkmiş şəxsin hüquqi varisi X16 qaytarılmalı, götürülmədikdə məhv edilməli, avtomobilin üzərindən götürülmüş 16 ədəd əl-barmaq izləri, X12 əl-barmaq izləri, Təqsirləndirilən şəxs əl-barmaq izləri, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən, eləcə də ifadəsinin yerində yoxlanılması zamanı çəkilmiş video görüntülərin əks olunduğu disklər iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 724 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 12 (on iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 11 dekabr 2023-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi2 üçün 440 (dörd yüz qırx) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 694 (altı yüz doxsan dörd) manat 62 (altmış iki) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin maddi sübutlar otağına təhvil verilmiş xx.xx.2010-cu il tarixdə hadisə yerinə baxış keçirilən zaman götürülmüş qanabənzər nümunələr və torpaq nümunələri, avtomobilin sağ qabaq oturacağının və söykənəcəyinin üzərindən, habelə arxa oturacağın üzərindən və arxa oturacağın sağ hissəsindən mikrohissəciklər, avtomobilin sağ ön oturacağının üzərindən götürülmüş 1 ədəd insan tükü və qanabənzər nümunələr, X2 və sol əl barmaqlarının dırnaq kəsintiləri və başın alın, təpə, ənsə, sağ və sol gicgah nahiyələrindən tük nümunələri məhv edilsin. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 12,458 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. - “Motorolla” markalı mobil telefon, 16 fevral 2010-cu il tarixdə meyitə baxış keçirilən zaman götürülmüş X12 əynində olmuş paltarlar – 01 kürk tipli gödəkcə, 01 ədəd poliver, 01 ədəd şalvar, 01 ədəd uzunqol köynək, 01 ədəd idman şalvarı, 01 ədəd mayka, 01 cüt corab, 01 cüt yarımboğaz ayaqqabı zərərçəkmiş şəxsin hüquqi varisi X16 qaytarılsın, götürülmədikdə məhv edilsin. - Avtomobilin üzərindən götürülmüş 16 ədəd əl-barmaq izləri, X12 əl-barmaq izləri, Təqsirləndirilən şəxs əl-barmaq izləri, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən, eləcə də ifadəsinin yerində yoxlanılması zamanı çəkilmiş video görüntülərin əks olunduğu disklər iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar