Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-225/2020 01.10.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X9 Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1992-ci ildə Ağstafa rayonunun Marksovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Ağstafa rayonunun Xətai kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 21 radələrində yaşadığı Ağstafa rayonunun Xətai kəndi ərazisində yerləşən elektrik stansiyasında həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı evin yerləşdiyi hissəyə aid işıqların yaranmış nasazlığa görə yanmaması ilə bağlı «mənim işığım yanmırsa, heç kimin işığı yanmayacaq» düşüncəsi ilə kəndin digər hissələrini işıqlandıran elektrik naqilini şəbəkədən ayırması səbəbindən aralarında yaranmış sözlə mübahisə zəminində Zərərçəkmiş şəxs elektrik naqilini ayırmaq üçün istifadə etdiyi taxta parçasını sonuncunun əlindən alaraq kəndin həmin hissəsinin işıqlarını yenidən şəbəkəyə birləşdirmiş, Zərərçəkmiş şəxs təxminən 2 saat sonra, yəni saat təxminən 23-24 radələrində idarə etdiyi «Mitshubshi» markalı, **-PH-*** dövlət nömrə nişanlı avtomobilə kəndarası küçədən keçərkən onun yolun kənarında dayandığını görüb bir qədər əvvəl ona qarşı etmiş olduğu hərəkətlərindən əsəbləşərək avtomobili saxlayıb elektrik stansiyasının yanında aralarında baş vermiş mübahisəni aydınlaşdırmaq istədiyini və avtomobildə oturmasını təkid etdiyi üçün, o, Zərərçəkmiş şəxs avtomobilində, qabaq sağ oturacaqda oturmuş, sonuncu avtomobili Xətai kəndi ərazisində yerləşən «Tikinti» adlanan, yaşayış yeri hesab edilməyən əraziyə sürüb saxladıqdan sonra avtomobilin salonunda emosional şəkildə əl-qol hərəkətləri edib, bir qədər əvvəl aralarında olan mübahisəni xatırladaraq onunla belə hərəkət edən oğlanın ünvanına nalayiq sözlər deyərək üzərində gəzdirdiyi, istintaqla müəyyən edilməsi mümkün olmayan cib bıçağı ilə sonuncunun döş qəfəsinə bir dəfə zərbə vuraraq sonuncuya sağ bazunun yuxarı 1/3-nin kəsilmiş yarası, gərgin pnevmohemotoraks, tənəffüz çatışmazlığı və dərialtı emfizema ilə müşayiət olunan döş qəfəsinin boşluğa nüfuzedən kəsilmiş-deşilmiş yarası ilə nəticələnən, ümumilikdə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə axşam saatlarına yaxın olarmış ki, hava şəraiti ilə əlaqədər olaraq yaşadığı kəndin elektrik verilişində problem yaranmışdır, Hamının işıqları sönmüş, lakin onların işıqları yanrmışdır. Həmin gün saat 21 radələri olarmış ki, o da işıqlarda yaranmış problemlə bağlı olaraq elektrik stansiyasının yanına getmişdir. Həmin vaxt qonşuları Süleyman və bir neçə nəfər yadında qalmayan digər şəxslər də orada imişlər, onlar da işıqdakı problemlə maraqlanırmışlar. Orada olan zaman digər həmkəndlisi onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs oraya gəlmişdir. Sahib elektrik stansiyasına yaxınlaşıb demişdir ki, onların işığı yanmırsa, qoy hamının işığı sönsün. Elektrik stansiyasına yaxınlaşan kimi ümumi elektrik açarından cərəyanı ayırmış və bütün işıqlar sönmüşdür. O da Sahibə yaxınlaşıb bildirmişdir ki, onun bu hərəkəti düzgün deyil. Sahib isə cavabında onunla mübahisə etmiş və belə düzgün olduğunu bildirmişdir. Orada Sahiblə sadəcə sözlə mübahisə etmişlər. Sahibin əlində olan ağac parçasını ondan alıb işıqları yenidən işə salmışdır. Bu zaman Sahib ona acıqlı formada “sonra görüşərik” dəyərək çıxıb getmişdir. Bundan sonra ayrılıb getmişlər, aralarında heç bir problem olmamışdır. Bundan 2-3 saat sonra kəndin dördüyolu deyilən ərazidə olduğu vaxt, Zərərçəkmiş şəxs idarə etdiyi “ Mitsubushi” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlib onun yanında dayanmışdır. O Sahibin maşınına əyləşmiş, Sahib maşını idarə edib dördyoldan biraz uzaqlaşmışdır. Kənd ərazisində tikinti deyilən yerdə maşını saxlamışdır. Həmin vaxt qaranlıq olmuş, ətrafda heç kim yox olmamışdır. Qabaq sürücü oturacağının yanındakı sərnişin oturacağına əyləşmişdir. Bir qədər aralarında yaranmış mübahisə yenidən aktiv fazaya keçmiş Sahib onunla aqressiv formada əl-qol hərəkətləri ilə danışmışdır. Sahibin onu vuracağını güman edib üzəridə olan cib bıçağını arxa cibindən çıxarmış və çıxaran kimi bıçaqla Sahibin sağ qolu tərəfdən bir dəfə vurmuşdur. Sahibi vuran kimi tez maşının qapısını açıb maşından düşmüş, bıçaq əlində qaçıb oradan uzaqlaşmışdır. Qaçan zaman əlində olan bıçağı da qaranlıqda həyacanlı şəkildə harasa atmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 21 radələrində işdən çıxıb yaşadığı evə gəlirmiş. Kənd ərazisində həmkəndlisi Təqsirləndirilən şəxs ilə rastlaşmışdır. Həmin günü kəndin bir hissəsində işıqlar yanmış, digərində isə işıqlar yanmırmış. Elektrik stansiyasında iki ədəd açar vardır ki, onlar tərəfin işıqlarını yandıran açar nasaz imiş. Təqsirləndirilən şəxsgilin evləri tərəfə düşən elektrik açarı isə işlək vəziyyətdə imiş, yəni onların işıqları yanırmış. Elektrik stansiyasına yaxınlaşmış, hər iki rubilniki ayırmışdır ki, işıqları düzəltsin. Bu zaman onun yanında olan Təqsirləndirilən şəxs ona əmr formasında bildirmişdir ki, “ rubilniki ayırma, qoy onların işıqları yansın”. O isə Familə cavabında demişdir ki, düzəldək hər iki tərəfdə yansın. Famil isə ona imkan verməmiş, onunla mübahisə etmiş, sonra oradan çıxıb Ağstafa şəhərinə getmişdir. Həmin vaxtı Famillə nə mübahisə etmiş, nə də onunla dalaşmamışdır. Ağstafa şəhərindən işıq idarəsinin işçıləri də onunla birlikdə gəlib, işıqlarda yaranan problemi aradan qaldırmışlar. İşıq idarəsinin işçilərini aparıb şəhərə qoyub kəndə geri qayıdanda “dördyol” deyilən ərazidə Təqsirləndirilən şəxs görmüş, Famil əl işarəsi edib onu saxlatmış, o da İdarə etdiyi “Mitshubushi” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Familin yanında dayanmışdır. Familin hirsli olduğunu görüb ona təklif etmişdir ki, otur gedək söhbət edək. Famil onunla qonşudur, onlara gəlib gedən adamdır. Famil onun idarə etdiyi maşına minmiş, qabaq sərnişin oturacağında əyləşmişdir. Dördyoldan uzaqlaşıb kənd ərazisində yerləşən “tikinti” adlanan yerə getmişlər. Yolda gedə-gedə Familə deyrmiş ki, “sən mənim oğlum yaşdasan, ayıb deylmi bayaq mənim üzərimə qışqırdın?!”. Maşınla gedib tikintinin qabağında dayanmışlar. Maşının içində söhbət etmişlər, Familə deyrmiş ki, sənə ayıb olsun, bayaq mənimlə mübahisə edib, mənim üstümə qışqırdığın üçün. Ona qeyd etdiyi sözləri deyən zaman qəfildən Famil ona tərəf çevrilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əli ilə ona tərəf zərbə atmış, həmin zərbə onun sağ sinə nahiyyəsinə dəymişdir. Həmin vaxt hiss etmişdir ki, Famil onu bıçaqla vurdu. Bu zaman qolunu qabağa verib, həmin vaxt bıçaq sağ qolunun iç səthini də kəsmişdir. Sinəsindən qan axdığını görmüş, Famil isə onu vurduqdan sonra maşından yerə düşüb maşının arxa tərəfinə keçmişdir. Sinəsindən güclü qan axdağını və halının pisləşdiyini görüb çətinliklə avtomobili işə salmışdır.. Famil isə onu o vəziyyətdə qoyub qaçıb getmişdir. Maşını idarə edib xəstəxanaya doğru getmiş, dördyol adlanan yerə çatanda hiss etmişdir ki, artıq maşını idarə edə bilmir. Bu zaman dördyolda dayanan əmisi oğlu Şahid1 görmüş, onun yanında dayanmış və ona demişdir ki, onu həkimə çatdırsın, Famil onu bıçaqla vurubdur. Sükan tərəfdən düşmüş, Rəşad maşını idarə etmiş və onu xəstəxanaya aparmışdır, orada ilkin tibbi yardım göstərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 21 radələrində yaşadığı Ağstafa rayonunun Xətai kəndi ərazisində yerləşən elektrik stansiyasında nasazlıq yaranmışdır, bu səbəbdən kənddə işıqlar sönmüşdür. Bununla əlaqədar olaraq o da həmin stansiyanın yanına getmişdir. Orada olarkən yaxınlıqda yaşayan həmkəndlisi Təqsirləndirilən şəxs də elektrik stansiyasının yanına gəlmişdir. Elektrik stansiyasında yaranmış nasazlıqla bağlı kəndin bir hissəsində işıqlar sönmüş, bəzi evlərdə isə yanmışdır. Orada olarkən digər həmkəndlisi Zərərçəkmiş şəxs da yanlarına gəlmişdir. Sahib bildirmişdir ki, kəndin onların yaşadıqları hissəsində işıqlar yanmır. O elektrik açarından işıqları söndürərkən Təqsirləndirilən şəxs ona yaxınlaşıb işıqları söndürməsini Sahibə irad tutmuş və işıqları yenidən yandırmışdır. Bu səbəbdən onların arasında kiçik mübahisə yaranmış, sonra Famil oradan uzaqlaşıb getmiş, o da yaşadığı evə getmişdir. Sonradan bilmişdir ki, Famillə Sahib dalaşıblar, Famil Sahibi bıçaqla vurubdur. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs atasının əmisi oğludur, eyni zamanda həmkəndlisidir. Yaşadığı kənd ərazisində dördyol dediyi ərazidə benzin satışı ilə məşğul olur. xx.xx.2020ci il tarixdə axşam saatlarında benzin satdığı yerdə dayanıbmış. Dayandığı yerin yaxınlığında market var, həmin vaxt öz maşınından həmin marketə benzin boşaldırmış. Dükandan çıxanda Sahibin Quliyevin idarə etdiyi “Mitshubshi” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə dükanın qabağında dayanıb onu çağırdığını görmüşdür. Sahibin yanına çatanda o sürücü oturacağından yerə düşmüşdür. Sahibin sinəsini qanayıbmış, Sahib ona deyib ki, bıçaqlanıbdır, onu xəstəxanaya aparmaq lazımdır. Sahibə deyib ki, maşına əyləş, onu öz maşını ilə xəstəxanaya çatdıracaqdır. Sahib qabaq sərnişin oturacağına əyləşmiş, o da sürücü oturacağına əyləşib maşını idarə etməyə başlamışdır. Maşını idarə edib Ağstafa RMX-na gəlmiş, orada həkimlər Sahibə ilkin tibbi yardım göstərmişlər. Xəstəxanada olarkən ona məlum olmuşdur ki, Sahibi digər həmkəndlisi Təqsirləndirilən şəxs kənd ərazisində yerləşən tikinti adlı ərazidə Sahibin idarə etdiyi maşının içərisində mübahisə edən zaman vurubdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli Ağstafa RPŞ-nin məsul növbətçisi polis baş leytenenatı Elçin Budaqov tərəfindən verilmiş raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 00:33 radələrində Ağstafa Rayon Mərkəzi Xəstəxanasından tibb bacısı Məmmədova telefonla məlumat verərək Ağstafa rayonu Xətai kəndində yaşayan 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs – sağ qoltuq altının böyük ölçülü kəsilmiş yarası, döş qəfəsinin deşilmiş, kəsilmiş yarası xəsarətləri ilə xəstəxanaya daxil olmasını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli Ağstafa rayon Prokurorluğunun təqdim etdiyi tibbi arayışdan görünür ki, Ağstafa rayon kənd sakini Zərərçəkmiş şəxs sağ qoltuq altının böyük ölçülü kəsilmiş yarası. Sağ döş qəfəsinin deşilmiş kəsilmiş yarası hemopnevmotoraks diaqnozu qoyulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, xx.xx.2020-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs ona xəsarət yetirmişdir. Ona xəsarət yetirsədə, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir, onun heç bir şikayəti və tələbi yoxdur, gələcəkdədə bu tipli heç bir şikayəti olmayacaqdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli “Əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, X1 təqdim etdiyi bir ədəd üzərində göy-ağ rəngli zolaqları olan kofta parça materiallıdır, qabaq tərəfinin yuxarı hissəsində üç ədəd düymə vardır, qısaqoldur. Həmin koftanın üzərində qanabənzər ləkələr və zədələr aşkar edilmişdir. Həmin koftanın yarlığında “OODJİ” sözü yazılmışdır. X1 təqdim etdiyi bir ədəd ağ rəngli mayka parça materiallıdır, üzərində qanabənzər ləkələri və 01 ədəd zədə aşkar edilmişdir. Zədələrin ətrafı qanabənzər ləkələri ilə bulaşmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli “Şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Ağstafa rayonu Xətai kənd ərazisində “Tikinti” deyilən ərazinin qabağıdır. xx.xx.2020-ci il tarixdə saat təxminən 24 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs ilə həmin yerdə Sahibin idarə etdiyi “Mitshubshi” markalı , **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində mübahisə etməyə başlamışlar. Mübahisə zamanı üzərində gəzdiridiyi cib bıçağını cibindən çıxararaq yanında əyləşən Zərərçəkmiş şəxs sağ sinə nahiyyəsi tərəfdən bıçaqla vurub xəsarət yetirmiş, hadisə yerindən qaçaraq uzaqlaşmış və Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı hara atdığını yaxşı xatırlamadığını bildrimişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurduğu yerə və ətrafa baxış keçirildi, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç bir əşya və ya predmed aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx xxx 2020-ci il tarixdə saat 12 radələrində Ağstafa RPŞ-də Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə idarə etdiyi “Mitshubshi” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış keçirilən zaman avtomobilin xarici görünüşündə hər hansı zədə və deformasiya izləri aşkar edilməmişdir. Baxış zamanı qabaq sürücü oturacağında, qabaq sol qapıda, sükanda qabaq sərnişin oturacağında və qabaq sağ qapıda qanabənzər ləkələr aşkar edilmişdir. Qabaq qapılarının iç tərəfindən oturacaqlardan və sükan olmaqla müxtəlif yerlərdən tampon-pambıq vasitəsilə və salonda olan qanın qurumuş halda olan hissəciklərindən nümünələr götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli 4(015)-14/2020 saylıs “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsi barədə” Ağstafa Rayon Məhkəməsinin qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 04(dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlama müddətinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Musayev X6 Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01(bir) il müddətinə nəqliyyat vasitələrinin idarə etmə hüququndan məhrum edilməklə 01(bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzanı çəkib qurtardığından şöbənin qeydiyyatından çıxarılıb. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli 564/8 saylı Ağstafa RİHB-nın Xətai kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Ağstafa rayonunun Xətai kəndində yaşayır. Ailə üzvü: anası- X2 ibarətdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli Ağstafa RİHB-nın Xətai kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1992-ci il təvəllüdlüdür, orta təhsillidir, subaydır, hal-hazırda heç bir yerdə işləmir. Yaşadığı müddət ərzində kənd ağsaqqalları və qonşuları arasında özünə hörmət qazanmışdır. Yaşadığı müddət ərzində nümayəndəliyə kənd sakinləri tərəfindən onun haqqında heç bir məlumat daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli 4(015)-16/2020 saylı Ağstafa Rayon Məhkəməsinin qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur və ev dustaqlığı tədbirinin müddəti xx xxxxxxxx 2020-ci il tarixədək müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Ağstafa rayon şöbəsindən təqdim edilmiş xx xxxx 2020-ci il tarixli 244 saylı ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarət- döş qəfəsinin boşluğa keçən kəsilmiş-deşilmiş yarası, yaranın tikilməsi və Bülao drenajından sonrakı vəziyyət, gərgin pnevmotoraks, hemotoraks, tənəffüs çatışmzalığı, dərialtı emfizema kəsici əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli 685 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Qazax Rayon Psixiatriya Xəstənası” tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qazax Psixiatriya xəstəxanasında qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Gəncə şəhər şöbəsindən təqdim edilmiş xx xxxx 2020-ci il tarixli, 23 saylı ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə AB(İV)-dür. Təqdim olunmuş iki ədəd pambıq tampon üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi AB(İV) olduğundan Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxx 2018-ci il tarixli 1(015)-6/2018 saylı Azərbaycan Respublikası Ağstafa Rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 06 ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT X7 Şəxsin xx xxxx 2020-ci il tarixli 179/2020 saylı ekspertiza rəyindən görünür ki, 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya aşağıdakı nəticəyə gəlir: Vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-sağ bazunun yuxarı 1/3-nin kəsilmiş yarası, gərgin pnevmohemotoraks, tənffüs çatışmamazlığı və dərialtı emfizema ilə müşayiət olunan döş qəfəsinin boşluğa nüfüz edən kəsilmiş-deşilmiş yarası kəsici-deşici alətin, o cümlədən də bıçağın təsirindən yaranmışdır, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə bıçaqla vurulma nəticəsində törənmişlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş xx xxxx 2020-ci il tarixli 3/733 saylı ekspertiza rəyindən görünür ki: -Tədqiqata təqdim olunan köynəyin üzərində rəyin tədqiqi hissəsində yerləşmə sahəsi və sayı göstərilməklə təsvir edilən zədələr vardır. Köynəyin səthində olan zədələr kəsici, ucu deşici xassəyə malik olan alətin)bıçaq və ya bənzər xassəli alətin) təsirindən yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir. Köynəyin materiaı xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyasının səthində olan deşilib-kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün olmadı. -Təqdim edilmiş köynəyin səthindəki zədələr Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2020-ci il tarixli 244 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən “Döş qəfəsinin boşluğuna keçən kəsilmiş deşilmiş yarası...” xəsarəti ilə yerləşmə sahəsi və sayına görə nisbi uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. -Tədqiqata təqdim edilmiş maykanın üzərində trasoloji zədə yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2020-ci il tarilxi “Üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə rayonlararası Psixonevroloji Dispanserinin xx xxxx 2020-ci il tarixli, 340 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir.Düşdüyü vəziyyətə tənqidi münasibət bəsləyir, cinayət əməli törətdiyini və bu əmələ görə peşiman olduğunu söyləyir. O, hazırki ekspetiza zamanı da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (X4 verilmiş xx.xx.2020-ci il tarixli 685 nömrəli arayış), anamnestik məlumatlar və hazırki ekspertiza imkan verir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməllərinin (hərərkət və hərəkətsizlik) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini idarə etmək və hərəkətlərinə cavab vermək qabiliyyətindədir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağstafa RMX Konsultativ Poliklinkasının müdiri G.İ.Abdullayeva və həkimi H.Namazova tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 2015 saylı məktubundan görünür ki, Musayev X6 RMX Konsultativ Poliklinkasında “Xroniki diffuz bronxit tez-tez kəskinləşmələrlə” diaqnozu ilə qeydiyyatdadır. Xəstə mütəmadi olaraq müayinə və müalicə olur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxxxx 2020-ci il tarixli Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəyən ziyanı ödəyərək onunla barışmışdır. Onların barışması və qohum olması nəzərə almaq və həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2016-ci il tarixli Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 27 saylı X13 Komissiyasının müayinə olunan şəxs barədə məlumatdan görünür ki, X3 diaqnozu OU-Uveal katarakta Binokulyar, orta ağır görmə pozğunluğu.VİSOU=0,07k/e Xroniki sistit (gözdən əlildir). Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında isə 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxslə razılıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını, anasının gözdən əlil olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hallar hesab edir, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmaması nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar (zərərçəkmiş şəxslə barışıq əldə edilməsi,) mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hal olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti və ya həcmi 8 ilin dörddə üçündən, yəni 6 ildən çox ola bilməz. Eləcə də, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkməlidir. Belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin etməklə mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə növündə cəzanın təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməli və Təqsirləndirilən şəxs dərhal məhkəmə zalında həbs edilməli, barəsində secilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1, 56.1.2-ci maddələrinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs da törətdiyi cinayət əməli ağır cinayətlər kateqoriyasına aid olduğundan və o, belə cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğundan ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin barəsində hər hansı əlavə cəzanın, eləcə də tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Eləcə də, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkməlidir. Belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin etməklə mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə məhkəmə ekspertizasının 77 (yetmiş yeddi) manat dəyərində tədqiqat xərci vardır və həmin xərc Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə qeyd edir ki, sözügedən məhkəmə məsrəfi məhkumdan tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, iş üzrə maddi sübut-Zərərçəkmiş şəxs götürülmüş 01 ədəd qısaqol kofta, 01 ədəd mayka və Zərərçəkmiş şəxs idarə etdiyi “Mitshubshi” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobildən iki ədəd tamponpambıq vasitəsilə götürülmüş qan nümünəsi Ağstafa RPŞ-də məsul saxlanc yerində saxlanılır. Odur ki, cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən Ağstafa RPŞ-də məsul saxlanc yerində saxlanılan Zərərçəkmiş şəxs götürülmüş 01 ədəd qısaqol kofta, 01 ədəd mayka sahibinə qaytarılmalı, qəbul etməkdə imtina edilərsə məhv edilməli, Zərərçəkmiş şəxs idarə etdiyi “Mitshubshi” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobildən iki ədəd tamponpambıq vasitəsilə götürülmüş qan nümünəsi məhv edilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 10 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 60 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin başlanğıcı xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlundan 77 (yetmiş yeddi) manat məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab Ağstafa RPŞ-də məsul saxlanc yerində saxlanılan Zərərçəkmiş şəxs götürülmüş 01 (bir) ədəd qısaqol kofta, 01 (bir) ədəd mayka sahibinə qaytarılsın, qəbul etməkdə imtina edilərsə məhv edilsin, Zərərçəkmiş şəxs idarə etdiyi “Mitshubshi” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobildən iki ədəd tampon-pambıq vasitəsilə götürülmüş qan nümünəsi məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 10 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 60 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində X9 Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elmin Rüstəmov (sədrlik edən) Faiq Mahmudov Xəqani Səmədov
Məhkəmə qərarları › İş №1(100)-225/2020
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-225/2020
01.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver