Məhkəmə qərarları › İş №1(100)-225/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-225/2021

16.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-225/2021 16.07.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu, Zərərçəkmiş şəxs və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Ağstafa rayonu Sadıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu Sadıqlı kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində ev dustağlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 16 dekabr 2020-ci il tarixdə saat 15 radələrində Ağstafa rayonu Sadıqlı kəndinin mərkəzində yerləşən parkda həmkəndlisi Zərərçəkmiş şəxs heç bir səbəb olmadan onu nalayiq söyüşlərlə söyməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən yumruqla bir dəfə Zərərçəkmiş şəxs sifət nahiyyəsinə vurub qaçaraq sonuncudan uzaqlaşarkən müvazinətini itirib yerə yıxıldıqdan sonra Zərərçəkmiş şəxsla əlbəyaxa olan zaman sonuncunun yumruqla onu vurması səbəbindən üzərində gəzdirdiyi istintaqa məlum olmayan qatlanan bıçaqla Zərərçəkmiş şəxs sinə nahiyyəsinə qəsdən zərbə vuraraq sonuncuya baş barmağın səthi kəsilməsi ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığa zərər vurmayan, döş qəfəsinin sağ yarısının orta qoltuq və ön qoltuq xətləri boyunca boşluğa sirayət edən iki ədəd kəsilmiş-deşilmiş soyuq silah yarası, hemotoraks, qabırğaarası əzələnin zədələnməsi ilə müşayiət olunan, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan ağır xəsarətlər yetirərək qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ağstafa rayonu Sadıqlı kənd sakini Zərərçəkmiş şəxs ilə qohumdur, əvvəllər arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Atası rəhmətə getmiş, ailəni o müxtəlif yerlərdə fəşləlik etməkdə dolandırır. 16.12.2020-ci il tarixdə saat 15 radələrində o, evdən çıxıb kəndin mərkəzinə getmişdir. Həmin vaxt həmkəndliləri Səddam, Mehralı və Ziyad kəndin mərkəzində olmuşlar. O, həmin şəxslərlə görüşmüş, onlar Bəhruzun mağazasından enerji içkisi almışlar. Sonra mərkəzdəki parkın içərisində olan bərbərxananın qarşısına getmişlər. Bərbərxananın qabağında olan oturacağın üstü su olduğu üçün o, oturacağın üstünə çıxıb söykənmə yerində oturmuş, ayağını isə oturacaq hissəsinə qoymuşdur. Onlar deyib-gülmüş, enerji içkisi içmiş, zarafatlaşmışlar. Bir neçə dəqiqə sonra Səddam, Mehralı və Ziyad ayaqüstə onun qabağında, o, oturacaqda oturmuş, həmin vaxt musiqiyə qulaq asıb söhbət etmişlər. Onun əlində olan “Kent 8” markalı siqaret qırıldığı üçün o, siqaretin başlıq hissəsini yenidən filtr hissəsinə keçirmişdir. Həmin vaxt o, yerdə olan yarpaqların xışıltısını eşitmiş, başını qaldırıb baxan zaman həmkəndlisi və qohumu Zərərçəkmiş şəxs yanına gəldiyini görmüşdür. İsa onların yanına çatan kimi Ziyada yaxınlaşmış, ona nalayiq söyüb söyüb oradan getməsini istəmiş. Ziyad isə İsadən ona söyüş söyməsinin səbəbini soruşub çıxıb getmişdir. Bundan sonra İsa üzünü onlara tərəf tutub “siz də” demiş, daha sonra İsa ona “sən də” deyib nalayiq söyüb söymüşdür. O da bir qədər başını qabağa əyib İsayə “mənimləsənmi” demişdir. İsa isə heç səbəb olmadan ona yumruq atmış, o, başını geriyə çəkmiş, yumruğun ona dəyib-dəymədiyini xatırlamır. O, özünü tarazlamış, İsəyə tərəf çevrilmiş, Səddamın İsanın əli qarşıq belindən tutduğunu görmüşdür. Həmin vaxt o, yumruqla 1 dəfə İsanin ağzına vurmuş və qaçmışdır. Səddam İsani buraxmış, İsa da onun arxasınca qaçmışdır. O, qaçarkən parkın içərisində yıxılmış, İsa ona çatmış və onlar əlbəyaxa olmuşlar. Həmin vaxt İsa yumruqla onun sifət nahiyyəsinə vurmuş, bu zaman o, özünü qorumaq üçün əlindəki bıçaqla İsanın bədəninə zərbə vurmuşdur. Həmin vaxt İsa əlindəki bıçaqla ona üç dəfə zərbə vurmuş, zərbədən sonra sinəsinin sağ tərəfindən hava çıxdığını hiss etmişdir. Həmin vaxt görmüşdür ki, İsanın sağ əlində tiyəsi gümüşü rəngli böyük bıçaq vardır. Onunda belində qatlanan bıçaq olmuşdur. O, bıçaqla İsanı vurduqdan sonra İsa da bıçaqla onu vurmuş, bundan sonra İsa onu o da İsanı vurmamış, onlar özləri bir-birindən aralanıb uzaqlaşmış, onları heç kim ayırmamışdır. O, İsadan ayrılıb avtomobil yoluna tərəf getmiş, yola çatmamış yerə yıxılmış, bir anlıq huşunu itirmiş, Səddam onu qaldıran vaxt özünə gəlmişdir, Mehralı və Səddamın köməkliyi ilə icra nümayəndəliyinə tərəf getmişdir. Mehralı dayısı Qaraya zəng vurmuş, bir neçə dəqiqə sonra Qara adlı şəxs Mercedes markalı avtomobili ilə oraya gəlmişdir. Mehralı, Ziyad və Səddam onu avtomobilə mindirib Muğanlı kənd xəstəxanasına aparmış, orada ona ilkin tibbi yardım göstərilmiş, yanında olan şəxslərdən kimsə təcili tibbi yardıma məlumat vermişdir. Bundan sonra Ağstafa şəhərinə tez çatmaq üçün onu Qara adlı şəxs Mercedes markalı avtomobilinə mindirmişlər, Ağstafa şəhərinə tərəf hərəkət etmişlər. Ağstafa rayonu Saloğlu qəsəbəsi ərazisində bir təcili tibbi yardım avtomobili ilə qarşılaşmışlar. Onu təcili tibbi yardım avtomobilinə mindirib Ağstafa rayon Mərkəzi Xəstəxanasına, oradan isə X8 mərkəzinə aparmışlar. Ona məxsus olann bıçaq hadisə yerində qalmışdır. Həmin bıçağı təxminən 2020-ci ilin avqust ayında Bakı şəhərində 20 Yanvar metrosu ərazisində tanımadığı satıcıdan almışdır. Həmin vaxtdan sonra hərdən üstündə gəzdirmişdir. Bütün bunlara baxmayaraq Zərərçəkmiş şəxs sağalması üçün tibbi xərcləri ödədiyini, hadisədən sonra İsa ilə barışdığını və əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Ağstafa rayonu Sadıqlı kənd sakini Təqsirləndirilən şəxs onun dayısı oğlunun oğludur, onunla əvvəllər arasında heç bir ədavət və düşmənçilik olmamışdır. 16.12.2020-ci il tarixdə saat 15 radələrində o, idarə etdiyi VAZ 2106 markalı avtomobil ilə ərzaq almaq üçün evindən Sadıqlı kəndinin mərkəzinə getmişdir. O, kəndin mərkəzindəki parkın qarşısına çatan vaxt görmüşdür ki, həmkəndliləri Elnur, Ziyad, Səddam və Mehralı parkın içərisindəki bərbərxananın qarşısındakı skamyada oturmuşlar. O, Elnur və Ziyadın əllərindəki siqaretə nə isə doldurduqlarını görüb narkotik vasitə istifadə etdiklərini fikirləşmiş, ona görə də onların yanna getmiş və Ziyada nalayiq söyüş söyüb oradan getməsini demiş, Ziyad əvvəl getmək istəməsədə sonradan çıxıb getmişdir. Bundan sonra o, Elnura Səddama və Ziyada da nalayiq söyüb söyüb demişdir ki, “bizim bərbərxananın qabağında doldurmayın, gedin başqa yerə”. Həmin vaxt Elnur onun üstünə gəlmiş, yumruqla onun sifətimə vurub qaçmışdır. Bundan sonra o da Elnurun arxasınca qaçmışdır, Elnur qaça-qaça parkdan kənara çıxmış, parkın qarşısında, giriş hissədə olan çayxananın qabağında Elnur yerə yıxılmış, bundan sonra o, Elnurun üstünə getmiş, onlar yerdə əlbəyaxa olmuşlar. O, yumruqla Elnurun sifətinə vurmuş, bundan sonra Elnur bıçaqla onun sinəsinə vurmuş, o, bıçağı Elnurun əlindən almaq istəmiş, lakin bıçağı Elnurun əlindən ala bilməmiş, Elnur bıçaqla onun sinəsinə zərbə vurduğu üçün o, özünü müdafiə etmək üçün belində olan bıçağı əlinə götürüb bir neçə dəfə Elnura zərbə vurmuş, lakin həmin zərbələrin harasına dəydiyini bilməmişdir. Onun qəsdən bıçaqla Elnuru vurmaq, ona ağır bədən xəsarəti yetirmək, onu öldürmək məqsədi olmamışdır. O, yalnız Elnuru yumruqla vurub döymək istəmiş, Elnur bıçaqla onun sinəsinə vurduqdan sonra Elnurun təkrar onu vurmasından qorxduğu üçün o, özünü müdafiə etmək məqsədi ilə Elnura bıçaqla xəsarət yetirmişdir. Elnur bıçaqla onun sinəsinə xəsarət yetirdikdən sonra o, özünü müdafiə etmək üçün bıçaqla ona xəsarət yetirmiş, Elnurun əlində dəstəyi və tiyəsi qara rəngli bıçaq olmuşdur. Bundan sonra Elnur ondan ayrılıb ayağa qalxmış və qaçmışdır. O da özü ayağa qalxmış və asvalt yola tərəf çıxmışdır. Həmin vaxt Elnur asfaltın üstündə olmuş, Mehralı və Səddam da onun yanında olmuşlar, Şahid4 da yol ilə onların yanına gəlmişdir. Şahid4 ondan niyə dalaşdığını soruşmuş, o, isə Zeynəbə Elnurun da onu vurduğunu deyib sinəsini göstərmişdir. Həmin vaxt qonşu Fariz Sadıqov idarə etdiyi “KİA”markalı avtomobil ilə yoldan keçmişdir. Fariz onu görüb avtomobili dayandırmış, Fariz avtomobilindən düşdükdən sonra onun bıçaqlandığını görmüş və onu avtomobilinə mindirmişdir. Fariz avtomobili Ağstafa şəhəri istiqamətində sürmüş, yolda təcili tibbi yardıma məlumat vermişdir. Ağstafa rayonu Poylu qəsəbəsi ərazisində təcili tibbi yardım avtomobili ilə rastlaşmışdır, Fariz avtomobilini dayandırmış, təcili tibbi yardım əməkdaşları onu avtomobobilə mindirib Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Oradan isə təcili tibbi yardım avtomobili ilə X8 mərkəzinə aparmışlar. Təqsirləndirilən şəxs xəsarət yetirdiyi bıçağı təxminən 1 il əvvəl Ağstafa rayon mərkəzi bazarında tanımadığı satıcıdan almış, hərdən üzərində gəzdirir. Elnurun narkotik vasitə istifadə etmədiyini demiş, həmin vaxt uşaqların yanında deyib-güldüklərindən o cürə başa düşmüşdür. Elnurun qohum olmasını, ailəsində ondan başqa işləyən şəxsin olmamasını, nəzərə alıb, ondan şikayət və tələbi olmadığını və onun tutulmasının istəmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 16.12.2020-ci il tarixdə saat 15 radələrində bacısı oğlu Şahid2 telefonla ona zəng vurub kəndin mərkəzinə çağırmış, Ağstafa şəhərinə getməli olduğunu demişdir. Bundan sonra o, özünə məxsus olan Mercedes markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağstafa rayon rayonu Sadıqlı kəndinin mərkəzinə, icra nümayəndəliyinin binasının yaxınlığına getmişdir. Oraya çatan vaxt bacısı oğlu Mehralının, həmkəndlisi Səddamın və Ziyadın həmkəndlisi Təqsirləndirilən şəxs qoluna girdiyini görmüşdür. O, avtomobildən düşən kimi onlar Elnuru avtomobilin arxa oturacağına mindirmişlər. Bundan sonra onlar Muğanlı kənd xəstəxansına getmişlər. Oraya çatan vaxt xəstəxanada tibb işçiləri olmuşdur. Onlar Elnura baxıb ilkin tibbi yardım göstərmiş, həmin vaxt Şeyx adlı həkim demişdir ki, Elnurun qarnında bıçaq xəsarəti var, Ağstafa rayon mərkəzi xəstəxanasına getməldir. Bundan sonra onlar təcili tibbi yardım avtomobili çağırmışlar. Onlar Elnurun xəstəxanaya tez çatması üçün Elnuru onun idarə etdiyi Mercedes markalı avtomobil ilə Ağstafa şəhəri istiqamətində aparmışlar, Şeyx həkim də onlarla birlikdə getmiş, Saloğlu kəndinin ərazisində onlar təcili-tibbi yardım avtomobili ilə qarşılaşmışdır. Bundan sonra tibbi işçiləri Elnuru təcili tibbi yardım avtomobilinə qoyub Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparmışlar, onlar da Elnurun arxasınca xəstəxanaya getmişlər. O, Təqsirləndirilən şəxs hansı şəraitdə xəsarət aldığını, gömrəmiş, Elnur özü də necə xəsarət aldığını deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Ağstafa rayonu Sadıqlı kənd sakini Zərərçəkmiş şəxs onun qonşusudur. Təqsirləndirilən şəxs isə həmkəndlisi kimi tanıyır, onlarla heç bir qohumluq münasibəti yoxdur. 16.12.2020-ci il tarixdə saat 15 radələrində o, Ağstafa rayonu, Sadıqlı kəndində yaşayan bacısının evindən özünə məxsus olan “KİA Optima” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağstafa rayonu Böyük Kəsik kəndində yerləşən işlədiyi "xxxx" atçılıq təsərrüfatı MMC-yə gedərkən, Ağstafa-Sadıqlı avtomobil yolunun Ağstafa rayonu Sadıqlı kəndi ərazisindən keçən hissəsində, kəndin mərkəzində yerləşən parkın qarşısında hərəkətdə olan zaman qonşusu İsanın yolun kənarında dayandığını görmüş, İsa əli ilə ona işarə verib dayanmağını istəmişdir. O, avtomobilini dayandırmış, avtomobildən düşmüşdür ki, İsaya yaxınlaşın. Həmin vaxt İsa özü onun avtomobilinin qabaq oturacağında oturmuşdur. O, görmüşdür ki, İsa əli ilə sinəsinin sağ tərəfini tutub, sinəsinin sağ tərəfi və əli qandır. O, İsadan nə olduğunu soruşanda bıçaqlandığını demiş, xəstəxanaya aparmağını, ailə üzvlərinə məlumat vermədiyini deyib, su istəmişdir. Bundan sonra o, avtomobili idarə edib Ağstafa şəhəri istiqamətində hərəkətə başlamış, bundan sonra İsanın qardaşı Məhəbbətə onun bıçaqlandığını demiş və təcili tibbi yardım çağırmasını istəmişdir. O, Ağstafa rayonu Muğanlı kəndi ərazisində mağazadan su alıb İsaya vermiş, bundan sonra yenidən hərəkətini davam etdirmişdir. Ağstafa rayonu, Poylu qəsəbəsi ərazisində təcili tibbi yardım avtomobili qabağına gəlmiş, o, avtomobilə işıqla işarə verib dayandırmış, bundan sonra tibbi işçilərinin köməyi ilə İsanı təcili tibbi yardım avtomobilinə mindirmişdir. Təcili tibbi yardım avtomobili İsa Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparmış, o da İsanın arxasınca getmişdir. İsanı görəndə tək olmuş, İsa ona əli işarə verdikdən sonra o, dayanmış, İsa onun avtomobilinə əyləşdikdən sonra o İsanın yaralandığını görüb avtomobili idarə etmiş, ətrafda kiminsə olub-olmamasına fikir verməmişdir. Həmin vaxt avtomobilində İsadan başqa adam olmamışdır. İsa yaralı olduğu üçün çox danışmış, yalnız onu xəstəxanaya aparmağını, ailə üzvlərinə məlumat verməyini və su verməyini istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Ağstafa arayonu Sadıqlı kəndinin mərkəzində, parkın yaxınlığında ərzaq mağazası işlədir. 16.12.2020-ci il tarixdə saat 15 radələrində o, Sadıqlı kəndində yaşadığı evdən çıxıb mağazaya getmişdir. Həmin vaxt o, görmüşdür ki, həmkəndlisi Elnur çayxananın qabağında, asvaltın kənarında yıxılı vəziyyətdədir, həmkəndlisi İsa də Elnurdan 3-4 metr araldıda durmuş, İsanin əlində tiyəsi gümüşü rəngli bıçaq vardır. Həmin vaxt həmkəndlisi Mehralı, oğlu Səddam Elnurun yanına gəlmiş, yerdən qaldırmışlar. O, İsayə demişdir ki, “ayıbdı, sən yekə kişisən, bu uşaqdı, oğlun yerindədi, əlindəki bıçaq nədi”. İsa də heç nə demədən ona sinəsini göstərmiş, o, İsanin sinəsinin qan olduğunu görmüşdür. Həmin vaxt Elnur asvaltın qarşı tərəfinə keçib orada yenidən yerə yıxılmışdır. Mehralı, oğlu Səddam Elnuru nümayəndəliyə tərəf aparmışlar. İsa orada qalmış, o da orada dayanmışdır. Bir neçə dəqiqə sonra yolda həmkəndlisi Varis avtomobilini dayandırmış, Varis İsanı avtomobilinə mindirib aparmışdır. O, əvvəl Elnurun bıçaqlandığını bilməmiş, İsanin Elnuru yumruqla vurub yıxdığını, sonradan bıçaqla Elnuru vurmaq istədiyini zənn etmişdir. Sonradan bilmişdir ki, İsa da Elunuru bıçaqla vurmuşdur. O, İsa və Elnurun bir-birini bıçaqla vurduğunu görməmiş, o hadisə yerinə çatan vaxt artıq dava-dalaş qurtarmışdır. O, Elnurun əlində bıçaq olduğunu görməmişdir. «Hadisə yerinə baxış keçirilməsi haqqında» 16.012.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Ağstafa rayonu, Sadıqlı kəndinin mərkəzində avtomobil yolunun sol kənarında, yoldan 22 metr aralıda yerləşən kənd parkıdır. Parkın ətraflarında istifadə edilməyən, boş, müxtəlif məqsədlər üçün istifadə edilməsi nəzərdə tutulan binalar vardır. Parkın ətrafında yaşayış evləri yoxdur. Hadisə həmin parkın ortasında olan söyüd ağacının yanında baş vermişdir. Baxış zamanı parkın içərisində və ətraf ərazilərdə qanabənzər izlər, bıçaq və digər əşyalar aşkar edilməmişdir. “Əşyanın götürülməsi və baxış keçirilməsi haqqında”17.12.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan 1 ədəd uzunqol jaketi və 1 ədəd şalvarı sonuncunun qardaşı X1 təqdim etməsinə əsasən götürülmüş və həmin paltarlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, jaketin sinə hissəsinin sağ tərəfində yuxarı son kənarından 29,5 santımetr aşağıda, sağ yan tikişdən 13 santımetr solda 1,4 santımetr enində 01 ədəd zədə, yuxarı son kənardan 29 santımetr aşağıda, sağ yan tikişdən 8 santımetr solda 1,4 santımetr enində 01 ədəd zədə vardır. Həmin paltarlar müvafiq protokol tərtib edilərək götürülmüşdür. “Əşyanın götürülməsi və baxış keçirilməsi haqqında”17.12.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan 1 ədəd uzunqol köynəy və 1 ədəd şalvarı sonuncunun anası X2 təqdim etməsinə əsasən götürülmüş və həmin paltarlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, şalvarın bel hissəsinin sol arxa tərəfində, sol yan tikişindən 4 sm sağda, yuxarı son kənarından 5,7 sm aşağıda 2,7 sm enində 01 ədəd zədə izi vardır.Köynəyin sinə hissəsinin sağ tərəfində, yuxarı son kənarında 21 sm aşağıda, sağ yan tikişindən 11,5 sm solda 3 sm enində 01 ədəd zədə, yuxarı son kənarından 22,5 sm aşağıda, sağ yan tikişindən 24 sm solda 1,7 sm enində 01 ədəd zədə, aşağı son kənarından 12 sm yuxarıda, sağ yan tikişindən 2,4 sm solda 2,5 sm enində 01 ədəd zədə, sinə hissəsinin sol tərəfində, sol yan tikişindən 10 sm sağda, aşağı son kənarından 20,5 sm yuxarıda 3 sm enində 01 ədəd zədə, sol yan tikişinə bitişik aşağı son kənarından 3,2 sm yuxarıda 2,2 sm enində 01 ədəd zədə vardır. Həmin paltarlar müvafiq protokol tərtib edilərək götürülmüşdür. "Üzləşdirmə haqqında” 05.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs ifadəsində ilkin ifadəsini verən zaman narkozun təsiri altında olduğunu, hadisənin onun hal-hazırda verdiyi ifadəsində göstərdiyi kimi baş verdiyini, belə ki, o, parkın içərisində İsanı iki dəfə bıçaqla vurduğunu, bundan sonra İsanın onu bıçaqla 3 dəfə vurduğunu bildirmiş, Zərərçəkmiş şəxs isə ifadəsində hadisədən əvvəl Elnura getməsini demiş, həmin vaxt Elnur onu əli ilə vurmuş, qaçmışdır. O da Elnurun dalınca getmişdir. Elnur yıxılmış, o da Elnuru vurmuş. Həmin vaxt Elnur onu bıçaqla vurmuşdur. Bıçağı əlindən almaq istəyəndə barmağı kəsilmiş, sonra Elnur bir dəfə də bıçaqla onu vurmuş. Onun də belində bıçaq olmuş, o bıçağı çıxartmış, Elnura 3 dəfə zərbə atmış, lakin bıçağın Elnurun harasına dəydiyini bilməmişdir Sonra aralanıb qalxmışlar, Elnur başqa tərəfə getmiş, o da asfaltın üstünə çıxmışdır. Elnur da asfaltın üstünə çıxmışdır. İstintaq hərəkətinin əks olunduğu bir ədəd “DVD” disk protokola əlavə olunmuşdur. Məhkəmə-tibbi ekspertizasının 30 dekabr 2020-ci il tarixli 630 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər: döş qəfəsinin sağ yarısının orta qoltuq və ön qoltuq xətləri boyunca boşluğa sirayət edən 2 ədəd kəsilmiş deşilmiş soyuq silah yaraları, hemoraks, qabırğaarası əzələnin zədələnməsi, baş barmağın səthi kəsilməsikəsici əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, 16.12.2020-ci il tarixdə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi. 2 ədəd kəsilmiş-deşilmiş soyuq silah yarası dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, baş barmağın səthi kəsilmiş yarası isə sağlamlığa zərərvurmayan xəsarətə aiddir. Məhkəmə-tibbi ekspertizasının 30 dekabr 2020-ci il tarixli 631 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində müəyyən edilmiş xəsarətlər: döş qəfəsinin sağ yarısının orta qoltuq xətti boyunca boşluğa sirayət edən 1 ədəd, döş qəfəsinin ön səthinin sol qabırğaaltı sahənin, sol sarğı nahiyyəsinin boşluqlara sirayət etməyən kəsilmiş deşilmiş soyuq silah yaraları, hemotoraks, kəsici əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, 16.12.2020-ci il tarixdə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi.Döş qəfəsinin sağ yarısının sağ orta qoltuq xətti boyunca boşluğa sirayət etdən 1 ədəd kəsilmiş deşilmiş soyuq silah yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır vurmaya, döş qəfəsinin ön səthinin sol qabırğaaltı sahənin, sol sarğı nahiyyəsinin boşluqlara sirayət etməyən kəsilmiş deşilmiş soyuq silah yaraları isə yüngül zərər vurmaya aiddir. Materialların məhkəmə ekspertizasının 12 mart 2021-ci il tarixli, 6/845 saylı rəyindən görünür ki,tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti rəyin 1 №-li cədvəlində göstərilmişdir. Həmin kənar lif mikrohissəciklərinin arasında Təqsirləndirilən şəxs köynəyinin üzərində aşkar edilmiş boz rəngli poliakrilonitril kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs köynəyinin tərkil liflərinə uyğun gəlirlər Zərərçəkmiş şəxs köynəyinin üzərində aşkar edilmiş tünd göy rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs köynəyinin tərkil liflərinə uyğun gəlirlər. Məhkəmə trasoloji ekspertizasının 31 mart 2021-ci il tarixli, 3/416:3/417 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hnası əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş 02 ədəd köynəyin üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri, ölçüsü və sayı verilib. Həmin 02 ədəd köynəyin üzərində olan zədələr öz formasına, qurluşuna və sair ümumi əlamətlərinə görə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan bir predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan bıçaq tiyələri, o, cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir.Tədqiqata təqdim edilmiş 02 ədəd şalvarın üzərində hər hansı bir trosoloji zədə aşkar edilmədi. Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 08 aprel 2021-ci il tarixli, 178/48 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. O hal-hazırda da öz hərəkətlərini idarə etmək və hərəkətlərinə cavab vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda məcburi müalicə tələblərinə ehtiyacı yoxdur.Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərə malikdir, praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizim əlamətləri, şəxslər arası konfilikt problemlərin olması və başqaları ilə müqaviləyə çətin daxil olma, o cinayət əməlini törədərkən adi psixi-emosional halda olmuşdur, cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Ağstafa rayon Sadıqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02.04.2021ci il tarixli 133 saylı arayış və xasiyyətnaməsindən görünür ki, Omarov X9 rayon Sadıqlı kəndində anası X11 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Qazax Rayon Psixiatriya Xəstəxanası tərəfindən verilmiş 06.02.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Qazax Rayon Psixiatriya Xəstəxanasında qeydiyyatda yoxdurlar. № 004321 saylı vəsiqəsinin surətindən görünür ki, X7 müharibə veteranıdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 05.01.2021-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Ağstafa Rayon Məhkəməsinin 05.01.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 05 2021-ci ildən hesablanmışdır. 15 yanvar 2021-ci il tarixli “Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsi haqqında qərarın qanuniliyinin və əsaslığının yoxlanılmasına dair Gəncə Apellyasiya Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi barədə” 28.04.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan 1 ədəd uzunqol jaket və 1 ədəd şalvar, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan 1 ədəd uzunqol köynəy və 1 ədəd şalvar, Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd bıçaq cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Ağstafa Rayon Polis Şöbəsinin xüsusi saxlanc yerinə təhvil verilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq olunmuş 14.06.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, qohum olmalarını, atasının müharibə veteranı olmasını, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələblərinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal müəyyən edilmiş və CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23.07.2004-cü il və 17.03.2011-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, qohum olmalarını, atasının müharibə veteranı olmasını, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını nəzə alaraq ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi və onu cəmiyyətdən təcrid etmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edilməklə həmin cəzanın şərti tətbiq edilməsini qanuni, ədalətli və əsaslı hesab edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ona cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi ailəsinin ciddi məhrumiyyətlərə düçar edə bilər, bu əmələ görə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ədalətli hesab edilə bilməz və məhkumun islah və yenidən tərbiyə olunmasına isə xidmət edə bilməz. Ona təyin edilən cəza yalnız şərti olaraq tətbiq edilməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsində göstərilmişdir ki, “... müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli və CM-nin 70.5-ci maddəsinə əsasən isə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməməsi vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nn 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab olunan və Ağstafa rayon Polis Şöbəsində saxlanılan, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd uzunqol jaket və 1 ədəd şalvar, zərərçəkmiş şəxsə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əynində olan 1 ədəd uzunqol köynəy və 1 ədəd şalvar, təqsirləndirilən şəxsə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd bıçaq isə Təqsirləndirilən şəxs barəsində olan cinayət işindən digər şəxs Zərərçəkmiş şəxs barəsində ayrılmış cinayət işi üzrə yekun qərar qəbul edilənədək Ağstafa Rayon Polis Şöbəsinin xüsusi saxlanc yerində saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 244 (iki yüz qırx dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 05 yanvar 2021-ci il tarixdən 16 iyul 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı 06 (altı) ay 11 (on bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam alınsın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Davranışı üzərində nəzarət Ağstafa rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İş üzrə maddi sübut hesab olunan və Ağstafa rayon Polis Şöbəsində saxlanılan, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd uzunqol jaket və 1 ədəd şalvar, zərərçəkmiş şəxsə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əynində olan 1 ədəd uzunqol köynəy və 1 ədəd şalvar, təqsirləndirilən şəxsə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin.Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd bıçaq isə Təqsirləndirilən şəxs barəsində olan cinayət işindən digər şəxs Zərərçəkmiş şəxs barəsində ayrılmış cinayət işi üzrə yekun qərar qəbul edilənədək Ağstafa Rayon Polis Şöbəsinin xüsusi saxlanc yerində saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 244 (iki yüz qırx dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar