Məhkəmə qərarları › İş №1(100)-225/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-225/2024

16.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-225/2024 16.02.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X1 və X8 və katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 24 avqust 1990-cı ildə Şəmkir şəhərində anadan оlmuş, Аzərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, 19 iyun 2023-cü il tarixdə istintaqa məlum olmayan vaxtda və mənbədən bir ədəd ağ rəngli sellofan bükümün içərisində külli miqdarda psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında 21 iyun 2023-cü il tarixdə, saat 10:50 radələrində Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Şəmkir şəhəri, M.Əhmədov küçəsində şübhəli şəxs qismində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan kəsiyi bükümün içərisindən kustar üsulla hazırlanmış, külli miqdarda ümumi təmiz çəkisi 6,399 qram miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onu 21 iyun 2023-cü il tarixdə saat təxminən 11 radələrində ünvan 2 ünvandan tanımadığı iki nəfər şəxs evdən çıxarıblar. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirmişlər. Onu Şəmkir Rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində onun cibinə psixotrop maddə qoymuşlar. Polis şöbəsində ona bildirmişlər ki, həmin psixotrop maddənin ona məxsus olduğunu etiraf etməsə, evindən də narkotik vasitə çıxacaq. O da məcbur olub həmin psixotrop maddənin ona məxsus olduğunu etiraf etmişdir. Onun narkotik vasitələrlə heç bir əlaqəsi yoxdur. O, heç bir cinayət əməli törətməmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı psixoloji təzyiqlər olunub ki, həmin psixotrop maddənin ona məxsus olduğunu etiraf etsin. Polis əməkdaşları ona qarşı heç bir fiziki təzyiq göstərməmiş, onu döyməmişlər. Qeyd edilənlərə əsasən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahat, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 21 iyun 2023-cü il tarixdə verdiyi izahatında, sonra şübhəli şəxs kimi dindirilərkən, daha sonra isə 22 iyun 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, o, Şəmkir şəhəri, M.Əhmədov küçəsi, ev 35-də ailə üzvləri ilə yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olmaqla ailəsini dolandırır. O, bir neçə il bundan əvvəl narkotik vasitə olan marixuanadan istifadə etmişdir. 19 iyun 2023-cü il tarixdə yaşadığı küçədə piyada gəzən zaman yolun kənarından yerdən sellofana bükülmüş vəziyyətdə “patı” kimi tanıdığı metafmetamin tapmış, həmin psixotrop maddəni istifadə etmək üçün götürüb üzərində saxlamışdır. 21 iyun 2023-cü il tarixdə, saat 10:50 radələrində yaşadığı Şəmkir şəhəri, M.Əhmədov küçəsində piyada hərəkətdə olan zaman Şəmkir rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib, onu Şəmkir rayon polis şöbəsinə dəvət etmişlər. Şəmkir rayon polis şöbəsinə gətirildikdən sonra hüquq və vəzifələri izah olunaraq şübhəli şəxs qismində tutulacağı ona elan edilmiş, öz hesabına müdafiəçi tutmaq, həmçinin dövlət hesabına müdafiəçinin köməyindən istifadə etmək hüququnun olması izah edilmişdir. O, dövlət hesabına müdafiəçinin təyin edilməsini xahiş etmiş, ona dövlət hesabına müdafiəçi təyin edildikdən sonra müdafiəçisi X2 iştirakı ilə ona təkrarən hüquq və vəzifələri izah edilmişdir. Ona qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğu izah edilmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində saxladığı hər hansı qanunsuz əşya və predmet, narkotik vasitə və ya qanunla qadağan edilmiş digər əşya varsa təqdim etməyi təklif edilmişdir. Şəxsi axtarış zamanı üzərində narkotik vasitə olub-olmadığı soruşulduqda üzərində narkotik vasitə olduğunu bildirmişdir. Ona üzərində olan narkotik vasitəni təqdim etməsi təklif edildikdə əynində olan qara rəngli şalvarın sol yan cibində saxladığı psixotrop maddə olan “patı” kimi tanıdığı metamfetamini çıxarıb təqdim etmişdir. Ondan həmin maddəni haradan əldə etdiyi soruşulduqda yaşadığı küçədə tapdığını, istifadə etmək məqsədilə saxladığını bildirmişdir. Bundan sonra onun iştirakı ilə təqdim etdiyi sellofan bükümdə psixotrop maddə olan “patı” kimi tanıdığı metamfetamin elektron tərəzi vasitəsilə çəkilən zaman 6,57 qram çəkidə olduğu müəyyən edilmiş, həmin psixotrop maddə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı ondan həmin maddəni haradan əldə etdiyi soruşulduqda həmin psixotrop maddəni iki gün əvvəl yaşadığı küçədən tapdığını bildirmişdir. Şəxsi axtarış zamanı ondan başqa yerdə saxladığı narkotik vasitə olubolmadığı soruşulduqda başqa yerdə saxladığı narkotik vasitə olmadığını bildirmişdir. Onun üzərində polis əməkdaşı axtarışı davam etdirmiş, lakin üzərində başqa hər hansı qanunsuz maddə aşkar edilməmişdir. Onun üzərində olan özünə məxsus “Redmi Note 10” markalı mobil telefonu təqdim etmiş, həmin mobil telefon da ondan götürülmüşdür. Bundan sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərində başqa hər hansı qanunsuz əşya və predmet aşkar edilməmişdir. Müdafiəçisi Rüstəmə Ağayeva və onun iştirakı ilə protokol tərtib olunmuş, protokolu öz imzası ilə təsdiq etmişdir. Vəkili Rüstəmə Ağayeva da imzası ilə həmin protokolları təsdiq etmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini 19 iyun 2023-cü il tarixdə yaşadığı küçədə yolun kənarından tapmış, həmin psixotrop maddə olan metamfetamini özü istifadə etmək üçün üzərində gəzdirmişdir. Təxminən iki il əvvəl narkotik vasitə olan marixuana istifadə etmiş, sonradan isə bəzi vaxtlarda marixuana və “patı” kimi tanıdığı metamfetamindən istifadə etmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, hər hansı şəxsə narkotik vasitə və ya psixotrop maddə satmadığını, başqa hər hansı yerdə narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya və predmət saxlamadığını, istifadəsində ***-***-**-** saylı mobil nömrə olduğunu, başqa hər hansı mobil telefon nömrəsi olmadığını bildirmişdir. Polis şöbəsinə gətirilən zaman və daha sonra ona polis əməkdaşları və hər hansı digər şəxs tərəfindən hər hansı fiziki, psixi zor tətbiq edilməmiş və ya hər hansı formada təsir göstərilməmişdir (iş vərəqə: cild İ, səh.40-41, 49-50, 71-74). Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaqın sonunda əlavə dindirmə zamanı əvvəlki ifadələrini təsdiq etmədiyini, özünü təqsirli bilmədiyini, üzərindən aşkar edilmiş metamfetaminin ona məxsus olmadığını, həmin psixotrop maddənin polis əməkdaşları tərəfindən cibinə qoyulduğunu bildirmişdir (iş vərəqə: cild İ, səh.235-236). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq zamanı fərqli ifadələr verməsinin səbəbini həmin vaxt onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının ona qanunsuz təzyiqlər etməsi ilə əlaqədar olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, həmin vaxt Şəmkir rayon X5 mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış və onu Şəmkir rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə getməyə heç bir etiraz etməmişdir. X20 Cəfərovun üzərində şəxsi axtarış keçirilərkən üzərindən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs öz yaşadıqları küçələrində saxlanılmışdır. Onlarda olan əməliyyat məlumatının məzmunu ondan ibarət idi ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə var və ondan istifadə edir. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə bağlı onlarda heç bir məlumat olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Şahid1 eyni zamanda ifadəsinin davamında ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs yaşadığı Şəmkir şəhəri, Məmmədəli Əhmədov küçəsində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirildiyi, orada müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış aparıldığı, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən ağ rəngli sellofana bükülmüş 6.57 qram çəkidə psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilərək götürüldüyü, Təqsirləndirilən şəxsla şifahi sorğu-sual zamanı narkotik vasitə istifadə etdiyini və həmin psixotrop maddəni iki gün əvvəl yaşadığı Şəmkir şəhəri, Məmmədəli Əhmədov küçəsində sellofana bükülmüş halda yerdən tapdığını bildirməsinə dair ifadəsində göstərdiklərini (iş vərəqə: cild İ, səh.147-149) təsdiq etdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, Şəmkir rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Xatırladığı qədər 2023-cü ilin yay fəsli idi. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur ki, onda narkotik vasitə vardır. Raportla rəhbərliyə məruz edilmiş, rəhbərlik tərəfindən əməliyyat qrupu yaradılmışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanın ətrafına gedilmiş və Təqsirləndirilən şəxs görərkən onu Şəmkir rayon Polis Şöbəsinə dəvət etmişlər. Şəmkir rayon X20 Cəfərovun üzərində şəxsi axtarış keçirilərkən üzərindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. Həmin kütlənin çəkisi tam yadında deyil, xatırladığı qədər 5 qramdan çox olmuşdur. Təqsirləndirilən şəxs sorğu-sual zamanı həmin maddəni tapdığını demişdir. Onlar Təqsirləndirilən şəxs yaşadığı evindən çağırmamışlar, həyətdə saxlamışlar. Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Şahid X11 eyni zamanda ifadəsinin davamında ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs yaşadığı Şəmkir şəhəri, Məmmədəli Əhmədov küçəsində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirildiyi, orada müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış aparıldığı, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən ağ rəngli sellofana bükülmüş 6.57 qram çəkidə psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilərək götürüldüyü, Təqsirləndirilən şəxsla şifahi sorğu-sual zamanı narkotik vasitə istifadə etdiyini və həmin psixotrop maddəni iki gün əvvəl yaşadığı Şəmkir şəhəri, Məmmədəli Əhmədov küçəsində sellofana bükülmüş halda yerdən tapdığını bildirməsinə dair ifadəsində göstərdiklərini (iş vərəqə: cild İ, səh.190-192) təsdiq etdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Şəmkir rayon X23 Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində işləyir. O, xidmətdə olduğu vaxt Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsində iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir bükümdə maddə aşkar edilmişdir. Psixotrop maddəyə bənzər kütlə idi, bağlı bükümdə idi. Aşkar edilmiş həmin maddə elektron tərəzidə çəkilmiş, çəkisi dəqiq yadında deyil, xatırladığı qədər təxminən 6 qramdan çox idi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs müdafiəçisi Rüstəmə Ağayeva iştirak edirdi. Təqsirləndirilən şəxs özü etiraf elədi ki, həmin maddə həqiqətən ona məxsusdur. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq, təsir olmayıb və heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Şahid3 eyni zamanda ifadəsinin davamında ibtidai istintaq zamanı 21 iyun 2023-cü il tarixdə Şəmkir rayon Polis Şöbəsində növbədə olduğu zaman ona adının Təqsirləndirilən şəxs olan bir nəfər şəxsin psixotrop maddə saxlamaqda şübhəli olduğundan polis şöbəsinə gətirildiyini, həmin şəxsin üzərində şəxsi axtarış zamanı onun da iştirak etməsini bildirmələrini və şəxsi axtarış zamanı iştirak etdiyini, şəxsi axtarış zamanı müdafiəçisinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli cins şalvarın sol yan cibindən ağ rəngli sellofana bükülmüş 6.57 qram çəkidə psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilərək götürüldüyü, Təqsirləndirilən şəxsla şifahi sorğu-sual zamanı narkotik vasitə istifadə etdiyini və həmin psixotrop maddəni iki gün əvvəl yaşadığı Şəmkir şəhəri, Məmmədəli Əhmədov küçəsində sellofana bükülmüş halda yerdən tapdığını bildirməsinə dair ifadəsində göstərdiklərini (iş vərəqə: cild İ, səh.193-194) təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs onun oğludur. 21 iyun 2023-cü il tarixdə polis əməkdaşları oğlu Təqsirləndirilən şəxs saxlamışlar. Polis əməkdaşları bildirmişlər ki, bir-iki kəlmə söz soruşub oğlunu buraxacaqlar. Polis əməkdaşları onun oğlunu şərləmişlər. Oğlunun cibinə həmin maddəni qoyublar. Lakin həmin halı şəxsən özü görməmişdir. Polis əməkdaşları oğlunu saxlayarkən həmin vaxt o, məhlədə olmuşdur, polis əməkdaşları evin həyətinə də giriblərmiş. Hesab edir ki, bütün bunlar qanunsuz olmuşdur, çünki oğlu Bəhruzun heç bir günahı yoxdur. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəindən saxlanıldığı gün evin qapısı döyülmüş, o, həyətə çıxanda görmüşdür ki, iki nəfər şəxs Təqsirləndirilən şəxs aparırlar. Dedilər ki, Polis şöbəsinə aparırlar, bir-iki sual verib buraxacaqlar. Saat təxminən 11 radələri olardı. O, polis əməkdaşları tərəfindən ərinin aparılmasını görmüşdür. Hesab edir ki, polis əməkdaşları əri Təqsirləndirilən şəxs qanunsuz saxlayıblar. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 21 iyun 2023-cü il tarixli Şəmkir rayon X5 mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 raportundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsi, qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə əməliyyat yolu ilə məlumat daxil olmuşdur (iş vərəqə: cild İ, səh.5). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 21 iyun 2023-cü il tarixli “şəxsi axtarış aparılması haqqında protokol”-dan görünür ki, Şəmkir rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən ağ rəngli sellofana bükülmüş büküm aşkar edilmiş, həmin sellofan kəsiyinin içərisində metamfetaminə bənzər kütlə aşkar edilmiş, tərəzidə çəkilərkən 6.57 qram olması müəyyən edilmiş, daha sonra həmin maddə qablaşdırılmış, möhürlənmiş və bu barədə tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqə: 30-35). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 22 iyun 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şəmkir şəhəri, M.Əhmədov küçəsinə gedilmiş, Təqsirləndirilən şəxs həmin yerdə küçənin kənarında olan yeri göstərib üzərindən aşkar edilmiş psixotrop maddəni həmin yerdən tapdığını bildirmişdir. O, həmin narkotik vasitəni götürdükdən sonra şəxsi istifadəsi üçün üzərində götürdüyünü bildirmişdir (iş vərəqə: cild İ, səh. 90-92). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 15 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, “Azercell”dən təqdim edilmiş 1 ədəd CD diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, zəngi edən və ya qəbul edən abunəçilərin anket məlumatlarının, həmçinin həmin mobil nömrənin həmin vaxt ərzində hansı ötürücü antenanın əhatə dairəsində olmasına dair məlumatlarla bağlı CD diskdə Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə etməsini təsdiq edən hər hansı məlumat aşkar edilməmişdir (iş vərəqə: cild 1, səh.175-177). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X13 Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 21 iyun 2023-cü il tarixli, 16/650 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən götürülmüş metamfetaminə bənzər kütlə...” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 6,399 qram maddə, küstar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir (cild 1, iş vərəqə: 43-46). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Dispanserinin 29 avqust 2023-cü il tarixli, 1414 nömrəli narkoloji-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan marixuana və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür, həmin rəydən həmçinin görünür ki, Təqsirləndirilən şəxs narkoloji-tibbi yoxlamadan keçirilən zaman aşkar edilmiş psixotrop maddəni tapdığını bildirmişdir (cild 1, iş vərəqə: 158). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X21 məhkəmə-tibbi ekspertizasının 22 iyun 2023-cü il tarixli, 702 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir (iş vərəqə: cild 1, səh. 87-88). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 05 avqust 2023-cü il tarixli “axtarış aparılması haqqında protokol” dan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evində axtarış keçirilmiş və saxlanılması qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh.123-126). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 09 oktyabr 2023-cü il tarixli “baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş telefonunun yaddaşında olan məlumatlara baxış keçirilərkən onun narkotik vasitələri satış məqsədilə saxlamasını təsdiq edən hər hansı məlumatlar müəyyən edilməmişdir (iş vərəqə: cild İ, səh. 201). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X21 məhkəmə-psixiatrik ekspertizasının 12 sentyabr 2023-cü il tarixli, 574 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəlik əlamətləri aşkar edilmir, ona istinad edilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır (iş vərəqə: cild İ, səh.179-182). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 11 oktyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış ümumi təmiz 6,299 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Şəmkir rayon Polis Şöbəsində saxlanca təhvil verilmişdir, bundan başqa şəxsi axtarış istintaq hərəkətinin və Təqsirləndirilən şəxs qismində dindirilməsinin əks olunduğu 2 ədəd DVD-R disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə: 210-219). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03 iyul 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə: 118). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 21 iyun 2023cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə: 13-14). Cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 21 iyun 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.83-86). Cinayət işinin materiallarına əlavə edilmiş yaşayış yeri üzrə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır (cild 1, iş vərəqə: 122). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində dörd nəfər azyaşlı uşaqları var (iş vərəqə: cild İ, səh.151). Cinayət işinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilən zaman çəkilmiş video görüntü nümayiş etdirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs həqiqətən də üzərindən psixotrop maddə metamfetamin aşkar edildiyini etiraf etmiş, həmin maddəni saxlanılmamışdan iki gün əvvəl yaşadığı küçədən tapdığını bildirmiş, həmçinin polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilmədiyini göstərmişdir (iş vərəqə: cild İ, səh.74). Beləliklə də, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə və saxlamağa görə, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıb, sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmamış, onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edərək saxlaması təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Belə ki, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddənin və ya narkotik vasitələrin hər hansı miqdarda satışı ilə məşğul olması və ya psixotrop maddəni məhz satış məqsədilə əldə etməsi nə şahid ifadələri, nə digər sübutlarla, nə də onun barəsində daxil olan əməliyyat məlumatı ətrafında keçirilən əməliyyat axtarış tədbirləri ilə təsdiq olunmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şəmkir rayon Polis Şöbəsinin NMQ-in baş əməliyyat müvəkkili Şahid1 ifadəsində Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə bağlı onlarda heç bir məlumat olmamasını, Şəmkir rayon Polis Şöbəsinin CAB-in əməliyyat müvəkkili X11 ifadəsində Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatının sonuncunun psixotrop maddəni satış məqsədilə deyil, sadəcə üzərində saxlaması barədə olmasını bildirmişlər, həmçinin şahid qismində dindirilmiş Şahid3 da ifadəsində Təqsirləndirilən şəxs psixotrop maddəni məhz satış məqsədilə saxlamasına dair hər hansı halı göstərməmişdir. Həmin şahidlər həmçinin verdikləri ifadələrində Təqsirləndirilən şəxs psixotrop maddələrin və ya narkotik vasitələrin satışı ilə məşğul olması, Təqsirləndirilən şəxs aşkar olunan psixotrop maddəni konkret olaraq kimlərəsə satmasını və ya satmaq istəməsini, bu məqsədlə hər hansı hərəkət etməsini müəyyən etdiklərinə dair hər hansı halı, bununla bağlı hər hansı dəlil, sübut və ya məlumat olduğunu göstərməmişlər. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı tədqiq olunan, onun ibtidai araşdırma zamanı verdiyi izahatından, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrindən görünür ki, o, psixotrop maddənin satışı ilə məşğul olduğunu, konkret olaraq kiməsə psixotrop maddəni satdığını və ya belə bir məqsədinin olduğunu ümumiyyətlə göstərməmişdir. Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə, həmçinin aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvala «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrinin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya" əsasən "metamfetamin" psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qram müəyyən edilmişdir. Yəni, Təqsirləndirilən şəxs götürülən psixotrop maddə metamfetaminin kütləsi 6,399 qram olduğundan külli miqdar kimi qəbul edilməlidir. Lakin Təqsirləndirilən şəxs götürülən psixotrop maddə metamfetaminin kütləsinin 6,399 qram olmaqla külli miqdar kimi qəbul edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından da göründüyü kimi, təqsirləndirilən şəxsin həmin psixotrop maddəni satış məqsədilə əldə etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədilə psixotrop maddə və ya narkotik vasitə əldə edib saxlaması, konkret şəxslərlə həmin maddələrin alqı-satqısı ilə bağlı hər hansı razılaşması, onun hansısa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, psixotrop maddənin satışını həyata keçirmək məqsədilə onun hər hansı şəxslə əvvəlcədən razılaşması, konkret olaraq kiməsə psixotrop maddə və ya narkotik vasitə satması, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs özündə və ya onun ünvanında psixotrop maddənin hissələrə bölünməsinə, çəkilməsinə dair və ya onun satışına dəlalət edən hər hansı avadanlıq aşkar edilməmişdir. Həmçinin cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, zəngi edən və ya qəbul edən abunəçilərin anket məlumatlarının, həmçinin həmin mobil nömrənin həmin vaxt ərzində hansı ötürücü antenanın əhatə dairəsində olmasına dair “Azercell”dən daxil olmuş 1 ədəd CD diskdə olan məlumatlarda da Təqsirləndirilən şəxs satış məqsədilə psixotrop maddəni və ya narkotik vasitəni əldə etməsini təsdiq edən hər hansı məlumat aşkar edilməmişdir (iş vərəqə: cild 1, səh.175- 177). Göstərilənlərdən başqa, qeyd edilməlidir ki, cinayət işinin materiallarına əsasən müəyyən olunmuşdur ki, işdə olan 21 iyun 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanmamışdan əvvəl onun barəsində satış məqsədi ilə deyil, narkotik vasitələri qəbul etməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqə: cild 1, səh.5). Lakin qeyd edilənlərə baxmayaraq, yəni Təqsirləndirilən şəxs psixotrop maddəni və ya narkotik vasitəni satış məqsədilə əldə etməsini təsdiq edən heç bir hallar mövcud olmasa da və ibtidai istintaqın sonrakı mərhələsində də bununla bağlı heç bir yeni hallar, buna dair hər hansı sübutlar və yaxud hansısa real məlumatlar müəyyən edilməsə də, onun əməli heç bir əsas olmadan Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs 6,399 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi ilə əldə edib daşıyaraq saxlaması nəticəsinə gələrkən qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir fakta və ya şahid ifadələrinə əsaslanmadan, yalnız psixotrop maddənin külli miqdar həddində olması əsası ilə düzgün olmayaraq Təqsirləndirilən şəxs əməlini psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlaması kimi qiymətləndirmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilən növdə olan psixotrop maddədən həqiqətən də asılılığının olmasının təsdiq olunması, eləcə də cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatlarının onun satış məqsədi ilə deyil, narkotik vasitələri qəbul etməsi və saxlaması barədə olduğu, daha sonrakı əməliyyatlar nəticəsində də onun hər hansı şəxsə narkotik vasitə və ya psixotrop maddə satmasının müəyyən olunmasının mümkün olmadığı, eləcə də ibtidai araşdırmanın ilkin mərhələsindən başlayaraq ibtidai istintaqın sonuna qədər təqsirləndirilən şəxsin psixotrop maddəni məhz satış məqsədilə əldə etməsinə və saxlamasına dair heç bir sübutlar əldə edilmədiyi təqdirdə onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilərkən ibtidai araşdırma orqanı tərəfindən gəlinmiş nəticə tamamilə əsassız olmaqla heç bir sübuta əsaslanmamış və işin faktiki hallarına uyğun olmamışdır. Beləliklə də, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixotrop maddənin və ya narkotik vasitənin satışı ilə məşğul olması və ondan aşkar olunmuş metamfetamini satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edən real məlumatlar və faktlar, psixotrop maddəni kimə və necə satması və ya satış məqsədinin mövcudluğu barədə də heç bir sübut müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təsdiq olunmadığı halda, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsi ibtidai istintaq orqanının yalnız fərziyyə və şübhələri üzərində qurulmuşdur. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə narkotik vasitələri və ya psixotrop maddəni yalnız satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən 6,399 qram psixotrop maddə metamfetamin külli miqdar təşkil etdiyindən, həmin psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlaması təsdiq olunmadığından, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə də, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini külli miqdarda əldə edərək saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni onun Şəmkir Rayon Polis Şöbəsində polis əməkdaşları tərəfindən cibinə psixotrop maddə qoyulması, polis əməkdaşlarının həmin psixotrop maddənin ona məxsus olduğunu etiraf etməsə, evindən də narkotik vasitə çıxacağını bildirmələri kimi təzyiqlər etmələri, bunun nəticəsində həmin psixotrop maddənin ona məxsus olduğunu etiraf etməsinə məcbur olmasına, onun polis əməkdaşları tərəfindən yaşadığı Şəmkir şəhəri, M.Əhmədov küçəsində deyil, yaşadığı ünvanda saxlanılması, onun heç bir cinayət əməli törətməməsinə dair ifadəsində göstərdiklərini məhkəmə onun cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilərkən ondan aşkar edilmiş psixotrop maddə metamfetaminin ona məxsus olduğunu və həmin maddəni tapdığını, həmçinin onun yaşadığı Şəmkir şəhəri, M.Əhmədov küçəsində piyada hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmiş, (iş vərəqə: cild 1, səh.30-35), sonra xx.xx.2023-cü il tarixdə müdafiəçisinin iştirakı ilə izahat verərkən üzərindən həmin psixotrop maddə metamfetaminin aşkar edildiyini, həmin maddəni tapdığını, həmçinin onun yaşadığı Şəmkir şəhəri, M.Əhmədov küçəsində piyada hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən saxlanıldığını göstərmiş (cild 1, iş vərəqə: 40-41), daha sonra şübhəli şəxs qismində dindirilərkən və xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən də üzərindən psixotrop maddə metamfetaminin aşkar olunduğunu etiraf etmiş, həmçinin onun yaşadığı Şəmkir şəhəri, M.Əhmədov küçəsində piyada hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən saxlanıldığını göstərmişdir (cild 1, iş vərəqə:49-50, 71-74). Eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən onun həmin ifadəsi müdafiəçisinin iştirakı ilə yanaşı, videoçəkilişlə alınmış və həmin videoçəkiliş məhkəmə araşdırması zamanı nümayiş etdirilərkən Təqsirləndirilən şəxs həqiqətən də həmin psixotrop maddə metamfetaminin onun üzərindən aşkar edildiyini etiraf etməsi, həmin maddəni tapdığını göstərməsi və Təqsirləndirilən şəxs özünün polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təsir, təzyiq göstərilmədiyini bildirməsi, həmçinin onun yaşadığı Şəmkir şəhəri, M.Əhmədov küçəsində piyada hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən saxlanıldığı təsdiq edilmiş və Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı bildirdiyi inkaredici hallar digər sübutlarla yanaşı, onun özünün videoçəkilişlə verdiyi ifadəsi ilə bir daha təkzib edilmişdir (iş vərəqə: cild 1, səh.74). Həmçinin cinayət işinin materiallarında olan 29 avqust 2023-cü il tarixli, 1414 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən də görünür ki, Təqsirləndirilən şəxs narkolojitibbi yoxlamadan keçirilən zaman aşkar edilmiş psixotrop maddəni tapdığını bildirmiş və həmin maddənin ona məxsus olduğunu inkar etməmişdir (cild 1, iş vərəqə: 158). Bundan başqa, məhkəmənin sorğusu əsasında göndərilmiş Şəmkir rayon Polis Şöbəsinin 16 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon X14 Saxlama Yerinə daxil olunarkən üzərində heç bir xəsarət aşkar edilməmişdir (cinayət işinin materialları). Eyni zamanda, məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs Şəmkir rayon X14 Saxlama Yerinə daxil olunarkən üzərində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi üçün X10 məhkəməyə göndərilmiş “Tibbi müayinənin keçirilməsi və Qeydiyyatı” kitabının müvafiq vərəqlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xəsarətin olması müəyyən edilməmişdir (cinayət işinin materialları). Bununla yanaşı, məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına daxil olunarkən üzərində xəsarətlərin olubolmamasının müəyyən edilməsi üçün 2 saylı istintaq Təcridxanasından məhkəməyə göndərilmiş Təqsirləndirilən şəxs barəsində tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs baxış zamanı xəsarət aşkar edilməmişdir (cinayət işinin materialları). Bundan başqa, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni Şəmkir Rayon Polis Şöbəsində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı psixoloji və ya digər təzyiqlər edilərək və ya digər qanunsuz hərəkətlərə yol verilərək ondan aşkar edilmiş psixotrop maddə metamfetaminin ona məxsus olduğunu etiraf etməsinə məcbur edildiyinə dair göstərdikləri ilə əlaqədar hər hansı araşdırmanın aparılmasına dair Şəmkir rayon Prokurorluğuna sorğu göndərilmiş və həmin sorğu əsasında Şəmkir rayon Prokurorluğundan məhkəməyə göndərilmiş 235-C-23 saylı material məhkəmə araşdırması zamanı tədqiq edilmişdir. Həmin materialların məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə və təzyiqlərə məruz qalıb-qalmaması ilə əlaqədar olaraq onun barəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, təhqiqat və istintaqın aparılmasında iştirak edən polis əməkdaşlarının izahatları alınmış və Təqsirləndirilən şəxs Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən psixoloji, fiziki və ya digər hər hansı təzyiqlərə məruz qalması öz təsdiqini tapmadığından Şəmkir rayon Prokurorluğunda toplanmış həmin material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən xx.xx.2023-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir (cinayət işinin materialları). Təqsirləndirilən şəxs ibtidai istintaqın sonrakı mərhələsində ifadəsini dəyişərək onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər göstərilərək onun üzərinə qoyulmasını bildirsə də, onun həmin ifadələri, həmçinin məhkəmədə verdiyi ifadəsi şahidlərin ifadələri, “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması” istintaq hərəkəti protokolu, “şəxsi axtarış haqqında” protokol, şəxsi axtarışın video görüntülərinin əks olunduğu disk, təqsirləndirilən şəxs ifadə verərkən çəkilmiş video görüntünün əks olunduğu disk, digər maddi sübutlar, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi inkaredici hallar iş üzrə yuxarıda göstərilən və mötəbərliyi heç bir mübahisə doğurmayan sübutlarla yanaşı, cinayət işinin obyektiv halları ilə də tam olaraq təkzib edildiyindən və heç bir faktla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmir. Məhkəmə eyni zamanda müdafiə tərəfin vəsatəti əsasında dindirilmiş əlavə şahidlər X3 və X4 məhkəmə baхışında vеrdikləri ifadələrinin sübut növü kimi mötəbərliyinin müəyyən еdilməsini zəruri hеsab еdir. Həmin şahidlərdən Sədaqət Cəfərova Təqsirləndirilən şəxs anası, Mehriban Cəfərova isə arvadıdır. Təqsirləndirilən şəxsin anası və arvadı olan əlavə şahidlər Sədaqət Cəfərovanın və Mehriban Cəfərovanın Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yaşadığı evindən aparılmasına dair ifadələrində göstərdikləri cinayət işinin materialları, iş üzrə toplanmış digər sübutlar və cinayət işinin obyektiv halları ilə qarşılıqlı şəkildə müqayisə edilərkən onların məhkəmədə ifadələrində göstərdikləri həmin halların öz təsdiqini tapmadığı və heç bir faktla təsdiq olunmadığı müəyyən edilmişdir, odur ki, həmin şahidlərin məhkəmədə verdikləri ifadələri mötəbər sübut kimi qəbul edilmir, belə ki, həmin şəxslərin təqsirləndirilən şəxsin anası və arvadı olmaqla cinayət işinin nəticəsində maraqlı olmalarını və məhkəmə baxışı zamanı da Təqsirləndirilən şəxs mənafeyinə uyğun ifadələr verməsinin qeyd edilən hallarla əlaqədar olması müəyyən edildiyindən, həmçinin həmin şahidlərin ifadələrində göstərdikləri hallar cinayət işi üzrə digər sübutlarla və cinayət işinin faktiki halları ilə təsdiq edilmədiyindən və həqiqətə uyğun olmadığından məhkəmə onların həmin ifadələrini sübut növü kimi qəbul etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində dörd nəfər azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsini, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 21 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 21 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Şəmkir Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 21 iyun 2023-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 29 avqust 2023-cü il tarixli, 1414 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış Şəmkir rayon Polis Şöbəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,299 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış istintaq hərəkətinin və Təqsirləndirilən şəxs qismində dindirilməsinin əks olunduğu 2 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 182.40 (yüz səksən iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 21 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Şəmkir rayon Polis Şöbəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,299 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış istintaq hərəkətinin və Təqsirləndirilən şəxs qismində dindirilməsinin əks olunduğu 2 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 182.40 (yüz səksən iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Abdulla Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar