Məhkəmə qərarları › İş №1(100)-226/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-226/2022

04.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-226/2022 04.05.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1973-cü ildə Gədəbəy rayonu, Böyük Qaramurad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, Gədəbəy rayonu, Böyük Qaramurad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla qeyri-təbii yolla cinsi əlaqədə olub seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Belə ki, o, 04 iyun 2021-ci il tarixdə günorta saatlarında həmkəndlisi və yaxın qonşusu olan intellektin enməsi ilə müşaiyət olunan travma mənşəli üzvi şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan qıcolma tutmaları kimi psixi pozuntusu olan Zərərçəkmiş şəxs köməksiz vəziyyətdə olmasından istifadə edərək yaşadığı Gədəbəy rayonu, Böyük Qaramurad kəndində yerləşən evinin zirzəmisində güya onların əşyalarının olmasını bildirərək aldadıb onu həmin yerə apararaq, zirzəmiyə daxil olduqdan sonra qapını bağlayıb öz cinsi ehtirasını təmin etmək məqsədilə Zərərçəkmiş şəxs əynində olan yupkanı yuxarı qaldırıb, alt paltarını aşağı çəkərək onunla arxa keçəcək dəliyi vasitəsi ilə qeyri-təbii yolla cinsi əlaqədə olaraq arxa keçəcək dəliyini büzən əzələlərdə (sfinktorlarda) qançır fonunda boşalma kimi xəsarət yetirərək cinsi ehtirasını təmin edənədək bir neçə dəfə salıb çıxarmaqla qeyri-təbii yolla cinsi əlaqədə olmuş, bununla kifayətlənməyərək cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağız boşluğuna bir neçə dəfə salaraq ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş, bundan başqa o, yenidən öz cinsi ehtirasını təmin etmək məqsədilə 05 iyun 2021-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs yaşadığı evə gələrək sonuncunun iradəsinə zidd olaraq üzündən və dodaqlarından öpərək yupkasını qaldırıb əli ilə cinsiyyət orqanına toxunaraq ona qarşı təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.5-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 150.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və sonuncunun atası X2 rayonu, Böyük Qaramurad kəndində onun qonşularıdır. 05 iyun 2021-ci il tarixdə təxminən saat 11-12 radələrində öz evindən çıxıb Böyük Qaramurad kəndinin mərkəzinə getmişdir. Orada Əliağanın kafesində İman Yusifovla birlikdə yeyib-içmişlər. Kafedən çıxdıqdan sonra İman mağazadan 1 litr araq alıb əmisi oğlu İlhamgilə gedəcəyini bildirmişdir. Evinə geri qayıdarkən Böyük Qaramurad çayını keçdikdən sonra təxminən saat 18 radələrində İmandan ayrılmış və İman əmisioğlu İlhamgilə getmişdir. Evinə gəlib evin ikinci mərtəbəsində yatmışdır. Təxminən saat 21:30-da İman Yusifov zəng edərək harada olduğunu soruşmuş və ona qarşı nalayiq söyüşlər söyməyə başlayıb küçəyə çıxmağını tələb etmişdir. Əvvəlcə İmana “piyansan get evinə, sonra danışarıq” demişdir. İman onu yenə də söyərək küçəyə çağırmışdır. Evindən çıxmaq istəyən zaman evinin ikinci mərtəbəsinin küçə tərəfdən pəncərəsinin qırılmaq səsini eşitmişdir. Küçəyə çıxan zaman İmanın əlində yaba ilə ona tərəf gəldiyini görmüşdür. İman ona qarşı söyüş söyərək “niyə mənim qızımın üzündən öpmüsən” demişdir. Həmin vaxt Mayıl adlı qonşusu da səs-küyü eşidib oraya gəlmişdir. İmanın əlindən yabanı alıb nə baş verdiyini soruşmuşdur. İman ona güya qızı Tünzalənin üzündən öpdüyünü demişdir. Səs-küyə oğlu Hüseynəli və arvadı Vəfa da onunla birlikdə küçəyə çıxmışlar. Vəfa İmana “ayıbdı, səs salma, sabah söhbət edərik” demişdir. İman isə daha da bərkdən qışqıraraq “qoy hamı bilsin” demişdir. Vəfa onları orada qoyaraq oğlu Hüseynəli ilə birlikdə İmangilin evinə getmişdir. Sonra isə İman evinə getmişdir. Mayıl onu İmanın evinə getməyə qoymamışdır. Təxminən 10-15 dəqiqə keçdikdən sonra oğlu və arvadı geri qayıtmışlar. Vəfa ona demişdir ki, Tünzalə güya onu gətirib evinin zirzəmisində zorlamasını deyib. Vəfa ondan nə baş verdiyini soruşan zaman belə bir şeyin olmadığını, onların dediklərinin yalan olduğunu demişdir. Təxminən bir saat sonra polis əməkdaşları gəlib İmanın şikayət etdiyini bildirərək polis şöbəsinə dəvət etmişlər. Polislərlə birlikdə polis şöbəsinə gəlmişdir. O, Tünzaləni nə öpməmiş, nə onunla cinsi əlaqədə olmamış, ümumiyyətlə onunla hər hansı seksual xarakterli zorakılıq hərəkətləri etməmişdir, sonuncu ona böhtan atır. Tünzaləyə qarşı heç vaxt əxlaqsız hərəkət etməmiş, onunla cinsi əlaqədə olmamışdır. Tünzalənin dedikləri tamamilə yalandır. Heç vaxt belə bir fikri də olmamışdır. Tünzaləni evinin zirzəmisinə aparmamışdır. 04 iyun 2021-ci il tarixdə təxminən saat 11-12 radələrində yaşadığı evə gəlib arvadı Vəfadan çay süzməsini istəmişdir. Evinin həyətində oturub çay içən zaman Zərərçəkmiş şəxs oraya gəlmişdir. Tünzaləyə xoşgəldin edib Vəfa gəlməyinin səbəbini soruşan zaman Tünzalə üzünün tükünü təmizləməyi Vəfadan xahiş etmişdir. Bunu eşidib çayını yarımçıq qoyaraq oradan durub getmişdir ki, Tünzalə onun yanında utanmasın. Evindən çıxıb Böyük Qaramurad kəndinin mərkəzinə getmişdir. Orada kafedə həmkəndliləri ilə yemək yeyib, araq içmişdir. Təxminən saat 22:00-da həmkəndlisi maşın ustası Rasim adlı şəxs ona “nə qonaqlıq verə bilərsən, gedək sizdə yemək yeyək” demişdir. Vəfaya zəng edib xəngəl bişirməsini tapşırmış, mağazadan araq da götürüb Rasimlə birlikdə evinə getmişdir. Təxminən saat 00:00-a qədər Rasim onun evində olmuşdur. Tünzalə Yusifovaya qarşı heç bir əxlaqsız hərəkət etməmişdir. Tünzalə böhtan atır. Tünzalənin dedikləri tamamilə yalandır. Ümumiyyətlə 05 iyun 2021-ci il tarixdə İmanın evinə getməmişdir. Tünzalənin 05 iyun 2021-ci il tarixdə saat 17 radələrində onların evlərinə girib sonuncunu qucaqlamağı, üzündən dişləyib dodağından öpməyi, yupkasını qaldırıb cinsiyyət orqanına toxunmağı ilə bağlı ifadəsində göstərdikləri tamamilə yalandır. Tünzalə böhtan atır, psixi vəziyyəti yerində deyil və nə danışdığını bilmir. 05 iyun 2021-ci il tarixdə ümumiyyətlə İman Yusifovun evinə getməmişdir. 03 iyun 2021-ci il tarixdə Məryam çağırdığı üçün İmanın evinə getmiş və Tünzalənin dərmanlarını istifadə etmək qaydalarını onlara izah etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Böyük Qaramurad kəndində yaşayır. Təqsirləndirilən şəxs qonşusudur. 04 iyun 2021-ci il tarixdə günorta saatlarında tövlələrinin qarşı tərəfində pencər yığan zaman Təqsirləndirilən şəxs oraya gəlmişdir. Şahin ona “bizim zirzəmimizdə veşiniz var, gəl götür” demişdir. Veşi götürmək üçün Şahinlə birlikdə onların zirzəmisinə getmişdir. Zirzəmiyə daxil olduqdan sonra Şahin qapını bağlamışdır. Daha sonra sinəsindən tutaraq onu aşağı çəkmiş və öz cinsiyyət orqanını onun ağzına salmışdır. Şahin cinsiyyət orqanını onun ağzından çıxarıb arxasını özünə tərəf çevirmiş və əynində olan yubkanı yuxarı qaldırıb alt paltarını aşağı çəkərək onunla arxa keçəcək dəliyi vasitəsi ilə cinsi əlaqədə olmuşdur. Şahin onunla cinsi əlaqədə olduqdan sonra sinəsindən tutub aşağı əymiş və cinsiyyət orqanını onun ağzına salmışdır. Bir-iki dəqiqə cinsiyyət orqanını onun ağzında saxlayıb çıxartmışdır. Şahin yenidən onun arxa tərəfini özünə tərəf çevirərək yenidən onunla arxadan cinsi əlaqədə olmuşdur. Şahin cinsi əlaqədə olub qurtardıqdan sonra arvadı Vəfa görməsin deyə zirzəmidən onu çıxarıb ayaqyoluna salmış və orada gözləməyini demişdir. Bir qədər ayaqyolunda durub sonra oradan çıxmışdır. Oradan çıxan zaman Vəfa onu görüb xoş gəlmisən deyib evə dəvət etmişdir. Onların evinə qalxmış və Şahinin etdiklərini Vəfaya danışmışdır. Vəfa Şahinin hərəkətlərindən xəbəri olmadığını demişdir. Vəfa ona qaynı Oqtayın oğlu üçün elçi gələcəklərini deyib özünü yaxşı aparmağını istəmişdir. O, Vəfaya valideynlərindən razılıq almalarını demişdir. Oradan çıxıb evlərinə gəlmişdir. 05 iyun 2021-ci il tarixdə saat 17 radələrində yaşadığı evdə çörək bişirmiş, sonra toyuqları yemləmək üçün həyətə çıxan zaman Şahinin onların həyətində olduğunu görmüşdür. Şahinə ona yaxın gəlməməsini demişdir. Sonra evə geri qayıdıb çörək bişirməyə davam etmişdir. Sobada bişmiş çörəyi götürüb aynabənddə stolun üstünə qoyan zaman Şahin aynabəndin qapısından içəri girmişdir. Şahin üzbəüz gəlib onu qucaqlamışdır. Üzündən dişləyib dodağından öpmüşdür. Şahindən ondan əl çəkməsini istəmişdir. Şahin onun yubkasını qaldıraraq əli ilə onun cinsiyyət orqanına toxunmuşdur. Həmin vaxt Şahin onun anasının tövlədən çıxıb aynabəndə sarı gəldiyini görüb onu buraxmış və çıxıb getmişdir. Baş verənləri anasına danışmışdır. Əvvəllər heç kimlə cinsi əlaqədə olmamışdır. Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olan zaman əynində qara rəngli yubka, palıdı rəngli kalkotka və qırmızı rəngli alt paltarı olmuşdur. Təqsirləndirilən şəxs zirzəmidə ona qarşı əxlaqsız hərəkətlər edəndə Şahindən qorxduğu üçün onu vurmamış, qışqırıb heç kimi köməyə çağırmamışdır. Zirzəmi qaranlıq olduğuna görə qorxmuşdur ki, Şahin onu orada öldürər. Ona görə də qışqıra bilməmişdir. Şahin yalan danışır. 04 iyun 2021-ci il tarixdə günorta saatlarında Şahin onu aldadıb zirzəmiyə apararkən Şahingilin həyətinə girən zaman Vəfa onu görməmişdir. Evin ikinci mərtəbəsindən saç feninin səsi gəlirmiş. Vəfa ikinci mərtəbədə saçını qurudurmuş. O, ayaqyolundan çıxanda həyətdə Vəfa onunla rastlaşmışdır. 05 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs onların evinə gəlib ona qarşı əxlaqsız hərəkətlər etdikdən sonra bu barədə anası Məryam Yusifovaya məlumat vermişdir. 04 iyun 2021-ci il tarixdə Şahin aparıb evinin zirzəmisində ona qarşı əxlaqsız hərəkətlər etdikdən sonra bu barədə Şahinin arvadı Vəfaya demişdir. Şahin ona qarşı əxlaqsız hərəkətlər edəndə Vəfa görməyib. Lakin Vəfa həmin gün onun üzünün tükünü təmizləyib qaynı Oqtayın oğluna alacaqlarını bildirmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmamış və ondan şikayətçidir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən X3 ifadəsində göstərmişdir ki, o, Gədəbəy rayonu, Böyük Qaramurad kəndində yaşayır. Zərərçəkmiş şəxs onun qızıdır. 05 iyun 2021-ci il tarixdə həyat yoldaşı İman Yusifov evdə olmadığı üçün qonşusu Ceyran adı ilə tanınan Şahid4 evinə gedib İmana zəng edib inəklərinin otlaq yerini dəyişib-dəyişməməyi soruşmağı ondan xahiş etmişdir. İman özü inəyi gətirib gələcəyini demişdir. Evə geri qayıdarkən yolda evlərinin alt tərəfində Təqsirləndirilən şəxsla rastlaşmışdır. Təqsirləndirilən şəxs ona İmanın inəyi çaydan gətirməyi tapşırdığını demişdir. O, İnəyin yanına gedən zaman İmanın orada olduğunu görmüşdür. İman ona “get evə, özüm inəyi gətirib gələcəm” demişdir. Geri qayıdarkən evlərinin darvazasının qarşısında Şahinlə rastlaşmışdır. Şahin onların evinin həyətindən çıxırmış. Şahindən onların evinə niyə gəldiyini soruşan zaman Şahin İmanla işi olduğu üçün gəldiyini demişdir. O, Şahinə İmanın çaydan inəyi gətirib gəldiyini demişdir. Evə gələn zaman Tünzalə ağlayaraq Şahinin ona qarşı əxlaqsız hərəkətlər etdiyini demişdir. Bir qədər sonra İman evə gələn zaman Tünzalə Şahinin etdiklərini İmana da danışmışdır. İman əsəbləşib gedib Şahinlə dalaşan zaman sonuncunun arvadı Vəfa onların evinə gələrək Tünzaləni danlamışdır ki, niyə olanları İmana deyib. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o, Gədəbəy rayonu, Böyük Qaramurad kəndində yaşayır. X5, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, onlarla Gədəbəy rayonu, Böyük Qaramurad kəndində qonşudur. 05 iyun 2021-ci il tarixdə təxminən saat 22 radələrində yaşadığı evdə olan zaman qonşusu İman Yusifov ona zəng edib tez çölə çıxmağını xahiş etmişdir. Evdən çıxıb Şahinin evinin qarşısından səs-küy gəldiyini eşidib oraya getmişdir. Şahinin evinin qarşısına çatan zaman İmanın əlində yaba Şahini küçəyə çağırdını görmüşdür. Həmin vaxt Şahinin arvadı Vəfa və oğlu Hüseynəli İmanı sakitləşdirməyə çalışırmışlar. Şahin isə həyətində dayanıb darvazadan başını çölə çıxararaq “İman, səni öldürəcəm. Mən elə şey etməmişəm, çıx get burdan” demişdir. O, İmanın əlindən yabanı aldıqdan sonra Vəfa və Hüseynəli İmanın evinə getmişlər. Şahin isə darvazanı örtüb həyətinə girmişdir. İmanı sakitləşdirərək evinə aparmışdır. İmanın həyətinə çatan zaman Vəfanın Tünzaləyə “bu işi heç kim bilməsin, heç kimə heç nə demə. Əgər desən İmanı və Şahini tutacaqlar” deməsini eşitmişdir. Tünzalə isə Vəfaya demişdir ki, “mənə çörək verən atamdır, ona görə də atama demişəm”. Həmin vaxt söhbətin nədən getdiyini bilmirmiş. Evinə getdikdən sonra həyat yoldaşı Sehran İmanın evinə gedib qayıdaraq Şahinin Tünzaləyə qarşı əxlaqsız hərəkətlər etdiyini ona bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, o, Gədəbəy rayonu, Böyük Qaramurad kəndində yaşayır. Təqsirləndirilən şəxs, X7 və Zərərçəkmiş şəxs qonşularıdır. Tünzalənin psixi vəziyyəti yerində deyil. 2021-ci ilin iyun ayının əvvəllərində dəqiq tarixini xatırlamadığı gündə Tünzalə onların evinə gələrək Şahinin onu aldadıb evlərinin zirzəmisinə apardığını və orada ona qarşı əxlaqsız hərəkətlər etdiyini, cinsi əlaqədə olduğunu bildirmişdir. Həmin günün səhəri qonşulardan eşitmişdir ki, Tünzalənin atası İman Şahinin barəsində polisə şikayət edib. Bu barədə ilk dəfə Tünzalədən, sonra isə kənd camaatından eşitmişdir. Hadisədən əvvəl Şahingilin ailəsi ilə Tünzaləgilin ailəsi mehriban olmuş və ailəvi bir-birinə gedib-gəlirmişlər. 2021-ci ilin yaz aylarında dəqiq tarixini xatırlamadığı bir gündə İmangilin evinə gedən zaman Şahini İmanın evində görmüşdür. Həmin vaxt İman evdə yox imiş, Tünzalənin anası Məryəm isə həyətdə olmuşdur. Bu vaxt Tünzalə mətbəxdə yemək bişirirmiş, Şahin isə boşqaba peraşki yığıb içəri keçmişdir. Hadisə ilə bağlı başqa heç nə görməmişdir və heç nə bilmir. Tünzalə birinci dəfə imiş ki, ona belə bir söz deyirmiş. Başqa şəxslərin Tünzaləyə qarşı əxlaqsız hərəkətlər etməsi barədə heç nə eşitməmişdir. Tünzalə heç vaxt yalan danışmır. Heç kimə indiyədək böhtan atmamışdır. Tünzalə hadisə barədə danışanda Şahinin və arvadı Vəfanın onu ərə verəcəklərini dediklərini bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, o, Gədəbəy rayonu, Böyük Qaramurad kəndində yaşayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun Gədəbəy rayonu, Böyük Qaramurad kəndində qonşusudur. 05 iyun 2021-ci il tarixdə günortadan sonra qonşusu Şahid1 onların evinə gəlib ondan əri İman Yusifova zəng edib inəyin otlaq yerini dəyişibdəyişməməyi soruşmağını xahiş etmişdir. Bu barədə zəng edib İmandan soruşan zaman sonuncu inəyin otlaq yerini dəyişmək lazım olmadığını və evə gələndə özü inəyi gətirib gələcəyini bildirmişdir. O, bunu Məryəmə demişdir. Sonradan Məryəm ona demişdir ki, geri qayıdan zaman yolda Təqsirləndirilən şəxsla rastlaşmış və sonuncu onu aldadaraq inəyi gətirməyə göndərmişdir. Şahin Məryəmə güya İmanın ona inəyin yerini dəyişməyi tapşırdığını demişdir. Həmin gün axşam saatlarında küçədən səs-küy gəldiyini eşitmişdir. Həyat yoldaşı Mayıl səs-küyü eşidib gedib geri qayıdarkən İman və Şahinin dalaşdığını ona demişdir. İmanın evinə gedib Tünzalənin ağladığını görmüşdür. Tünzalədən nə baş verdiyini soruşan zaman Tünzalə Şahinin ona qarşı əxlaqsız hərəkətlər etdiyini demişdir. Şahinin və İmanın ailəsi əvvəllər mehriban dolanmışlar və yaxşı qonşuluq münasibətləri olmuşdur. Şahinin nəyəsə ehtiyacı olanda gəlib İmanın evindən aparmışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Zərərçəkmiş şəxs isə qonşusudur. Tünzalənin psixi vəziyyəti yerində olmamışdır. Zərərçəkmiş şəxs onların evinə tez-tez gələrək onunla söhbət edib boş vaxtını keçirmişdir. 04 iyun 2021-ci il tarixdə günorta saatlarında Tünzalənin anası Məryəm onların evinə gələrək ondan üzünün tükünü təmizləməyi xahiş etmişdir. Onunla razılaşıb üzünü təmizlədikdən sonra Məryəm evlərinə çıxıb getmişdir. Məryəm getdikdən sonra hamama girib çimmişdir. Hamamdan çıxan zaman Şahin də evə gəlmişdir. Şahinlə həyətlərində oturub söhbət edən zaman Zərərçəkmiş şəxs küçə darvazasından içəri girmişdir. Tünzaləyə xoş gəlmisən deyib oturmağa dəvət etmişdir. Daha sonra Şahin çay istəmişdir. Evin ikinci mərtəbəsinə qalxıb termosu gətirmişdir. Çay süzən zaman Şahinin güldüyünü görmüşdür. Niyə güldüyünü soruşarkən Şahin əli ilə Tünzaləni işarə edib “gör nə deyir” demişdir. Şahin çayından biraz içib həyətdən çıxmış və həmin gün təxminən saat 19 radələrində evə geri qayıtmışdır. Tünzalədən nə baş verdiyini soruşan zaman sonuncu ondan üzünün tükünü təmizləməyi xahiş etmişdir. Əvvəlcə Tünzalə ilə razılaşmamışdır ki, birdən atasının acığı tutar. Tünzalə isə “atam heç nə deməz, mən əvvəl də üzümü və qaşımı təmizlətmişəm” demişdir. Tünzalə üzünü təmizlətdikdən sonra təxminən bir saat onunla oturub söhbət etmiş və çıxıb getmişdir. Həmin vaxt Şahin evdə olmamışdır. 05 iyun 2021-ci il tarixdə günorta saatlarında Tünzalə yenidən onların evinə gəlib bir qədər söhbət edib Şahinin onu Oqtayın oğluna alması ilə bağlı söhbət salmışdır. Tünzaləyə “biz belə bir işə qarışmırıq, Şahin səhv edib belə bir şey deyib” demişdir. Həqiqətən də təxminən 3-4 il əvvəl Şahinlə Tünzalənin atası İmanın arasında Tünzaləni Şahinin qardaşı Oqtayın oğlu Pərvizlə evləndirməklə bağlı söhbət olmuşdur. Sonra isə həmin söhbət bağlanmışdır. 05 iyun 2021-ci il tarixdə axşam saatlarında Şahin evə içkili halda gəlib evin ikinci mərtəbəsinə çıxıb yatmışdır. Təxminən bir saat keçdikdən sonra Şahinin telefonuna zəng gəlmişdir. Şahin telefonu açıb danışarkən çöldən də səs gəldiyini eşitmişdir. Danışıqdan başa düşmüşdür ki, Şahin İmanla danışır. X10 “gəl görüm, nə deyirsən” demişdir. Şahin həyətə düşən zaman İman yaba ilə evin ikinci mərtəbəsinin pəncərəsini sındırmışdır. Həmin vaxt çölə çıxmışlar. İman Şahindən nə etdiyini soruşaraq qışqırmış, Şahin isə “nə etmişəm” deyə soruşmuşdur. İman Şahinə “sən mənim evimə gəlib qızıma sataşmısan, səni öldürəcəm” demişdir. Şahin isə İmana onunla birlikdə yeyib-içdiklərini və onun evinə getmədiyini demişdir. Şahin İmana “mən səninlə birlikdə yeyib-içdikdən sonra evimə gəlib yatmışam, sənin evinə getməmişəm” demişdir. Onları orada qoyub İmangilin evinə getmiş və Tünzalədən nə baş verdiyini soruşmuşdur. Tünzalə “Şahin əmi mənə sataşdı” demişdir. Tünzaləyə “adam elə şeyi atasına deməz, gəlib mənə deyərdin, söz-söhbət el-obaya yayılmazdı” demişdir. Tünzalə isə “mənə atam çörək verir, sən vermirsən ki, ona görə atama dedim” demişdir. Həmin vaxt İman evinə gəlmişdir. İmana “sakit ol, hər ikiniz içkilisiniz, sabah bunu aydınlaşdırarıq, əgər belə bir şey olmuş olsa, mən çıxıb gedərəm, Tünzalə Şahinlə evlənər” demişdir. Daha sonra çıxıb evlərinə getmişdir. Bu barədə Şahindən soruşan zaman “sənin başın xarabdırmı, mən heç elə şey edərəmmi” demişdir. Şahindən İmanın niyə belə etdiyini soruşan zaman heç nə bilmədiyini demişdir. Bir qədər sonra polis əməkdaşları gəlib Şahini polis şöbəsinə aparmışlar. Gecəni evdə yatıb kənddə biabır olmamaq üçün səhər tezdən Bakı şəhərinə qardaşının evinə getmiş və orada yaşamağa başlamışdır. Şahinin Tünzaləyə qarşı elə bir hərəkət etməsinə inanmır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan hadisə yerinə baxış keçirilməsi haqqında 08 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə Gədəbəy rayonu, Böyük Qaramurad kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evində baş vermiş, protokolda həmin evin əlamətləri əks olunmuş, həmin protokoldan həmçinin görünür ki, baxışda iştirak edən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onunla həmin otağın qapısını örtərək cinsi əlaqədə olduğunu bildirmişdir (iş vərəqə: cild İ, səh. 100-108). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 12.12.2021-ci il tarixli üzləşdirmə istintaq hərəkətinə dair protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilərkən Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 223-225). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 26.01.2022-ci il tarixli üzləşdirmə istintaq hərəkətinə dair protokoldan görünür ki, iş üzrə şahid X3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilərkən Məryam Yusifova ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir (iş vərəqə: cild 2, səh. 63-64). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 07 iyun 2021-ci il tarixli, 337 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində hər hansı bir xəsarət aşkar edilməmiş, qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyini büzən əzələrdə (sfinktorlarda) qançır fonunda boşalma aşkar edilmişdir ki, bu da onunla arxa keçəcək dəliyi vasitəsi ilə qeyri-təbii yolla cinsi əlaqədə olunmağa dəlalət edir, 04 iyun 2021-ci il tarixdə törənməsi inkar edilmir (iş vərəqə: cild İ, səh. 44-46). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi bioloji ekspertizasının 29 iyun 2021-ci il tarixli, 444/2021-MTBŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: Abeta/H/(İİ). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd tursik və parça kəsiyi (dəsmal) üzərində olan ləkələrdən hazırlanmış preparatlarda sperma ləkələri aşkar olunmuşdur. Bu ləkələrdə spermanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigentləri alındı. Bu sperma ləkələri ABO sistemi üzrə Abeta/H/(İİ) qruplu şəxsə, o cümlədən də Təqsirləndirilən şəxs məxsus ola bilər (iş vərəqə: cild İ, səh. 48-52). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-genetik ekspertizasının 24 avqust 2021-ci il tarixli, 21/509R saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd tuman və bir ədəd dəsmal üzərində olan sperma nümunələri Təqsirləndirilən şəxs məxsusdur. Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd kofta, bir ədəd yupka, bir ədəd köynək və bir ədəd büstqalterin vizual müayinəsi zamanı sperma üçün xarakterik olan ləkələr aşkar edilmədiyi üçün tədqiqat nümunəsi götürülməmişdir (iş vərəqə: cild İ, səh. 75-78). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan stasionar məhkəmə psixiatrik ekspertizasının 18 noyabr 2021-ci il tarixli, 156 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs “intellektin enməsi ilə müşaiyət olunan travma mənşəli üzvi şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan qıcolma tutmaları kimi psixi xəstəlikdən əziyyət çəkir. Zərərçəkmiş şəxs aşkarlanan üzvi şəxsiyyət pozuntusu intellektin enməsi ilə müşaiyət olunduğundan onun öz hərəkətlərinin faktiki xarakterini və mahiyyətini dərk etmək qabiliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdır. Zərərçəkmiş şəxs əziyyət çəkdiyi psixi pozuntu ona qarşı edilən hərəkətlərin mahiyyətini anlamaq, həmin hərəkətlərin faktiki xarakterini və mahiyyətini dərk etmək qabiliyyətini məhdudlaşdırsa da hadisə barəsində düzgün ifadə vermək qabiliyyətini aradan qaldırmır, hadisə ilə bağlı düzgün ifadə vermək qabiliyyətindədir. Hadisə zamanı Zərərçəkmiş şəxs psixi vəziyyəti ilə əlaqədar olaraq mövcud hadisəni analiz etmək qabilyyətinə malik olmadığından, ona qarşı edilən hərəkətlərdən (zirzəmi şəraitində qapalı məkanda boğazından tutulması, fiziki güc tətbiq olunması) qorxduğundan, həmçinin kimisə köməyə çağırmaq imkanı olmadığından müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs qeyd olunan psixi pozuntu səbəbindən intellektual səviyyəsi nəzərə çarpacaq dərəcədə endiyi və proqnozlaşdırma qabiliyyəti zəiflədiyi üçün ona verilən sualları çətinliklə qavrayır, sualları dəfələrlə izah etdikdən sonra intellektual səviyyəsinin imkan verdiyi ölçüdə qısa şəkildə cavablandırır. Zərərçəkmiş şəxs əziyyət çəkdiyi psixi patologiyanın klinik mənzərəsində koqnitiv (idrak) və koqitativ (təfəkkür) funksiyalarının pozulması yer aldığından, proqnozlaşdırma qabiliyyəti zəiflədiyindən, intellektində proqressiv inkişafa malik enmə prosesi getdiyindən və digər arzuolunmaz dəyişikliklər baş verdiyindən onun söylədiyi fikirlər yalan danışmağa və özündən uydurmağa meyillilik əlamətləri kimi qiymətləndirilə bilməz. Beləliklə, Zərərçəkmiş şəxs yalan danışmaq və özündən uydurma fikirlər söyləmək qabiliyyətinə malik deyildir (iş vərəqə: cild İ, səh. 165-169). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator məhkəməpsixatrik ekspertizasının 22 fevral 2022-ci il tarixli, 110 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək, öz hərəkətlərini idarə etmək imkanına malik olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır (iş vərəqə: cild 2, səh. 138-139). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 04.02.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd çəhrayımtıl rəngli köynək, bir ədəd qara rəngli yubka, bir ədəd qırmızı rəngli ipli mayka, bir ədəd qara rəngli lifçik, bir ədəd qırmızı rəngli tursik və bir ədəd qəhvəyimtil rəngli dəsmal (parça hissəsi) maddi sübut kimi tanınaraq Gədəbəy Rayon Polis Şöbəsinin məsul saxlancına təhvil verilmişdir (iş vərəqə: cild 2, səh. 67-81). Cinayət işinin materiallarında olan 11 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh. 188-189). Cinayət işinin materiallarında olan Gədəbəy Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 11 dekabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild 2, səh. 9-11). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Qarnizonunun Hərbi Tribunalının 19.01.1995-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 94-cü maddəsinin 1 və 6-cı bəndləri, 243-cü maddəsi, 143-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21.04.2008-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur, bundan başqa o, Abşeron Rayon Məhkəməsinin 29.10.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir, həmin tələbnamədən həmçinin görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27.08.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 67.1 və 68.1.3-cü maddələri tətbiq edilməklə o, qəti olaraq 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, daha sonra 15 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya qərarına əsasən o, təyin edilmiş cəzadan azad edilmişdir (iş vərəqə: cild İ, səh. 26-28). Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağı var (iş vərəqə: cild İ, səh. 58). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təkrarən zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla qeyri-təbii yolla cinsi əlaqədə olub seksual xarakterli zorakılıq hərəkətləri etməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs oğlunun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2.5-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 150.2.5-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə, cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı heç vaxt seksual xarakterli zorakılıq hərəkətləri etməməsi barədə ifadəsində gətirdiyi dəlilləri özünü müdafiə etmək, ona qarşı irəli sürülən ittiham üzrə ağır cəzadan yayına bilmək məqsədilə verilmiş ifadələr və seçilmiş müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs qarşı təkrar seksual xarakterli zorakılıq hərəkətləri etməsi obyektiv, tam və hərtərəfli məhkəmə araşdırması ilə, o cümlədən məhkəmə-tibbi ekspertizasının 07 iyun 2021-ci il tarixli, 337 nömrəli rəyi, məhkəmə-tibbi bioloji ekspertizasının 29 iyun 2021-ci il tarixli, 444/2021-MTBŞ saylı rəyi, məhkəmə-genetik ekspertizasının 24 avqust 2021-ci il tarixli, 21/509R saylı rəyi, stasionar məhkəmə psixiatrik ekspertizasının 18 noyabr 2021-ci il tarixli, 156 nömrəli rəyi, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, tədqiq olunan zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə və digər istintaq hərəkəti protokolları ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini və həmin cinayət əməlini törətmədiyini göstərsə də, məhkəmə araşdırması zamanı onun təqsirliliyini təsdiq edən qeyd edilən mötəbər və təkzibedilməz sübutlarla bağlı hər hansı mülahizə irəli sürə bilməmiş və onun təqsirsizliyini təsdiq edəcək hər hansı sübut əhəmiyyətli dəlillər göstərə bilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs özünün cinayət məsuliyyətindən yayınması məqsədi ilə verdiyi, həqiqətə və işin faktiki hallarına uyğun olmayan ifadəsi qeyd edilən sübut növləri ilə və cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq edilmiş bütün faktiki halları ilə təkzib edildiyindən onun ifadəsi məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2.5-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəlki məhkumluqları ilə bağlı qeyd edir ki, onun həmin məhkumluqları Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs qeyd olunan məhkumluqları Cinayət Məcəlləsinin 83-cü maddəsi ilə nəzərdə tutulmuş müddəalara əsasən ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 (bir) nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsini nəzərə alaraq, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.5-ci maddəsinin sanksiyası daxilində cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 11 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 11.12.2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Gədəbəy Rayon Məhkəməsinin 13.12.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 11 dekabr 2021-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə işdə olan maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Gədəbəy Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan maddi sübutlar - Zərərçəkmiş şəxs məxsus bir ədəd çəhrayımtıl rəngli köynək, bir ədəd qara rəngli yubka, bir ədəd qırmızı rəngli ipli mayka, bir ədəd qara rəngli lifçik, bir ədəd qırmızı rəngli tursik sahibi Zərərçəkmiş şəxs qaytarılmalı, bir ədəd qəhvəyimtil rəngli dəsmal (parça hissəsi) isə məhv edilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, ekspertiza xərci müəyyən edilməmiş, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu 11 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübutlar - Gədəbəy Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd çəhrayımtıl rəngli köynək, bir ədəd qara rəngli yubka, bir ədəd qırmızı rəngli ipli mayka, bir ədəd qara rəngli lifçik, bir ədəd qırmızı rəngli tursik sahibi Zərərçəkmiş şəxs qaytarılsın, bir ədəd qəhvəyimtil rəngli dəsmal (parça hissəsi) - məhv edilsin. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, ekspertiza xərci müəyyən edilməmiş, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Nural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar