Məhkəmə qərarları › İş №1(100)-226/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-226/2023

22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-226/2023 22.06.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1982-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 47, mənzil 15də qeydiyyatda olmaqla, Bərdə şəhəri, Səttarxan küçəsində yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3, 306.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmiş və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə və saxlama cinayət əməllərini törətmişdir. Belə ki,o, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(051)-557/2010 saylı qətnaməsinə əsasən ondan xx.xx.2010-cu il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 40,00 manat sabit pul məbləğində alimentin, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(051)- 557/2010 saylı qətnaməsi üzrə alimentin miqdarı artırılaraq ondan xx.xx.2017-ci il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü Səbutər Əhmədovun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 80,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bərdə Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(021)-4105/2017 saylı qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(021)-615/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq,a öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 8320,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bundan başqa, o, satış məqsədi ilə istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun müvafiq olaraq İ siyahısına əsasən külli miqdarda, yəni ümumi təmiz çəkisi 25,661 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 02 ədəd iç-içə sellofan bükümün içərisində qanunsuz əldə edərək üzərində saxlamış, 22 oktyabr 2022-ci il tarixdə saat təxminən 01:30 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Səttarxan küçəsində saxlanılaraq Bərdə RPŞ-yə gətirilmiş, Bərdə RPŞ-də üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qəhvəyi rəngli gödəkçənin sol iç cibindən 02 (iki) ədəd iç-içə sellofan bükümdə təmiz çəkisi 25,661 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3, 306.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 234.4.3, 306.1-cı maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildiyini göstərmişdir. Belə ki, o, özünü Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilmir, Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə özünü təqsirli bilir. O, Zərərçəkmiş şəxs ilə 19 noyabr 2007-ci il tarixdə rəsmi qaydada nikah qeyd etdirməklə ailə qurmuşlar. 2008-ci ildə Səbutər adlı bir uşaqları anadan olmuşdur. Sonradan Zərərçəkmiş şəxs ilə xasiyyətləri birbirinə uyğun gəlmədiyi üçün 2010-cu ildə Zərərçəkmiş şəxs ayrılmışdır. 2010-cu ildə Zərərçəkmiş şəxs ayrıldıqdan sonra sonuncu ona qarşı uşaqlarının saxlanılması üçün aliment tələbi ilə məhkəməyə müraciət etdiyi üçün Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2010-cu il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 40,00 manat sabit pul məbləğində alimentin və Bərdə Rayon Məhkəməsinin alimentin miqdarının artırılması ilə bağlı xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə alimentin miqdarı artırılaraq ondan xx.xx.2017-ci il tarixdən hesablanmaqla hər ay 80,00 manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamənin icrasını təmin etmədiyi üçün Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Onun 8320,00 manat aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində hamam qəbul etmək üçün Bərdə şəhəri, Səttarxan küçəsində qonşusu X2 evinə getmişdir. Vaqif Nadirov onun qonşusudur. O, hərdən qonşusu Vaqifə pul verib sonuncunun evində hamam qəbul edir. xx.xx.2022-ci il tarixdə də o, qonşusu Vaqif gildə olmuş və həmin vaxt o, hamamdan yenicə çıxmışdır. Həmin vaxt Vaqif Nadirovun evinə polis əməkdaşları gələrək, evdə onun üzərini yoxlamışlar və üzərindən heç bir narkotik vasitə aşkar edilməmişdir. Həmin vaxt Vaqifin evindən narkotik vasitə aşkar edilmişdir. Onun üzərindən narkotik vasitə aşkar edilmədiyini Vaqif də görmüşdür. Sonradan onu və Vaqifi Bərdə rayon Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun cibinə narkotik vasitə qoymuşlar. O, həmin narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Polis əməkdaşları ona fiziki təzyiq göstərərək həmin narkotik vasitənin ona məxsus olduğunu etiraf etməsinə məcbur etmişlər. Sonradan o, fiziki təzyiqlərə dözməyərək həmin narkotik vasitənin ona məxsus olduğunu etiraf etməyə məcbur olmuşdur. Qeyd etdiklərini nəzərə alaraq onun barəsində Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə qanuna müvafiq cəza təyin edilməsini, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə verdiyi ifadəsi məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi ilə eyniməzmunlu olsa da, onun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi izahatında, şübhəli şəxs qismində, sonra isə təqsirləndirilən şəxs qismində dindirilərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, o, 5 aydır ki, narkotik maddə olan heroin istifadə edir. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Bərdə şəhəri, Səttarxan küçəsində olan zaman yerdən 01 ədəd selofan büküm tapmış, həmin bükümə baxan zaman içərisində heroin olduğunu görmüş və özü istifadə etmək üçün götürüb cibinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə saat 01:30 radələrində evə gedən zaman polis əməkdaşları ona yaxınlaşmış və üzərində qanunsuz narkotik maddə saxlamağında şübhəli olduğu üçün rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində üzərində videoçəkilişlə şəxsi axtarış aparacaqlarını bildirmişlər. Buna görə də ona müdafiəçi təklif edilmiş, o, dövlət hesabına müdafiəçi ilə təmin edilməyini istəmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra Bərdə rayon Vəkil Bürosunun vəkili X5 müdafiəçi qismində şöbəyə gəlmiş və ona təqdim olunmuşdur. O, şübhəli şəxs qismində tutulmuş, sonra videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, gödəkçəsinin iç cibində saxladığı sellofanda olan heroini stolun üzərinə qoyub təqdim etmiş, torba elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 30,56 qram olduğu müəyyən edilmişdir. Sellofan torba bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılıb möhürlənmiş, üzəri tərəflərindən imzalanmış və götürülmüşdür. Sonra isə tərtib olunmuş protokolu imzalamışdır (iş vərəqə: cild İ, səh.29, 48-49, 60-62 ). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq zamanı fərqli ifadələr verməsinin səbəbini həmin vaxt onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının ona fiziki təzyiq etməsi ilə əlaqədar olduğunu bildirmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 19 noyabr 2007-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 2008-ci ildə Səbutər adlı bir uşaqları olmuşdur. Sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətləri tamamilə pozulmuşdur. 2010-cu ildən Təqsirləndirilən şəxs ilə faktiki olaraq ayrılıb uşağı ilə birlikdə ayrı yaşamışdır. Təqsirləndirilən şəxsla birlikdə ailə olaraq yaşadıqları müddətdə Ruslan Bərdə şəhərində müxtəlif sahələrdə ustalıq etməklə, eyni zamanda Bakı-Bərdə şəhərlərarası taksı fəaliyyəti ilə məşğul olmaqla hər ay 600-700 manat qazancı olurdu. Faktiki olaraq ayrıldıqdan sonra Təqsirləndirilən şəxs uşağının saxlanması üçün ona heç bir maddi köməklik göstərməmişdir və o, heç bir yerdə işləmədiyi üçün uşağı təkbaşına saxlamaqda çətinlik çəkirdi. Ona görə anasının maddi yardımı ilə uşağını saxlayırdı. O, Təqsirləndirilən şəxs qarşı məhkəmədə uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tələbi ilə iddia qaldırmış və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(051)-557/2010 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 40,00 manat sabit pul məbləğində alimentin, Bərdə Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(021)-4105/2017 saylı qətnaməsinə əsasən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2010cu il tarixli, 2(051)-557/2010 saylı qətnaməsi üzrə alimentin miqdarı artırılaraq Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü Səbutər Əhmədovun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 80,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Sonra icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2022-ci tarixli təqdimatda qeyd edilən cəmi 8320,00 manat aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs hal-hazıradək həmin aliment borcunu ödəməmişdir. Ona görə də təqsirləndirilən Təqsirləndirilən şəxs şikayətçidir və ona ən ağır cəzanın təyin edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon Polis Şöbəsinin CAB-in baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 22 oktyabr 2022-ci il tarixdə polis şöbəsinə Bərdə şəhəri, Səttarxan küçəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək satışında şübhəli bilinməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2022 -ci il tarixdə saat təxminən 01:30 radələrində Bərdə şəhəri, Səttarxan küçəsində olan zaman saxlanılmışdır. Təqsirləndirilən şəxs saat 01:40-da Bərdə RPŞ-yə gətirilmiş və müdafiəçi ilə təmin edilmişdir. Daha sonra videoçəkilişdən istifadə edilməklə və müdafiəçisinin iştirakı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsi bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddə tərəzidə çəkilmiş, 01 ədəd bükülünün ümumi çəkisi xatırladığı qədər 30.56 qram olmuşdur. Sonra aşkar edilmiş narkotik vasitəyə bənzər maddələr qablaşdırılmış, möhürlənərək götürülmüş, tərtib edilmiş protokol imzalarla təsdiq edilmişdir. Şahid1 ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən, həmçinin üzərində şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı fiziki və ya digər təsir, təzyiq göstərilməmiş, hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Prosessual hərəkətlər təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə keçirilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilməməsi və ya cibinə narkotik vasitənin qoyulması, həmçinin onun Bərdə şəhəri, Səttarxan küçəsində X2 evində saxlanılmasına dair ifadəsində bildirdikləri tamamilə əsassız və özündən uydurma fikirlər olmaqla heç bir həqiqəti əks etdirmir, Təqsirləndirilən şəxs Bərdə şəhəri, Səttarxan küçəsində həyətdə olarkən saxlanılmışdır. Təqsirləndirilən şəxs ifadəsində həmin göstərdiyi hallar onun törətdiyi cinayət əməlinə görə məsuliyyətdən kənarda qalmaq məqsədilə verdiyi özünü müdafiə xarakterli yalan məlumatlardır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru vəzifəsində işləyir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-557/2010 nömrəli, xx.xx.2010cu il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs oğlundan xx.xx.2010-cu il tarixdən başlayaraq 1 uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay cəmi 40 manat sabit pul məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Qətnamə əsasında verilmiş icra vərəqəsi xx.xx.2010-cu il tarixdə Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru Cahangir Alıyevin icraatına daxil olmuş, həmin tarixdə müvafiq qaydada icraata başlanılmış və tələbin təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Məhkəmə qərarı üzrə tələbi borclunun əmlak və gəlirlərinə yönəldilməsi məqsədi ilə borclunun adına əmlakların axtarılması ilə bağlı sorğular verilmiş, tələbin yönəldilməsi üçün əmlaklar aşkar edilməmişdir. Borclunun yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün xx.xx.2012-ci il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək icra edilməsi üçün Mingəçevir Şəhər Polis Şöbəsinə göndərilmişdir. Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə 24251 nömrəli axtarış işi açılmışdır. Borclu Təqsirləndirilən şəxs məhkəmə qərarı üzrə tələbi təmin etmədiyi, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi və yaranmış 1840 manat aliment borcunu ödəmədiyi üçün barəsində xx.xx.2015-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə təqdim olunmuş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə o, 07 gün müddətinə inzibati qaydada həbs edilmişdir. xx.xx.2015-ci il tarixdə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatla Bərdə Rayon Məhkəməsinə müraciət edilmiş və Bərdə Rayon Məhkəməsinin 8(021)-706/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qərardadı ilə təqdimat təmin edilərək borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ icra sənədi tam icra olunana qədər müvəqqəti məhdudlaşdırılmışdır. Borclu icra sənədi üzrə tələbi təmin etmədiyi və yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün xx.xx.2015-ci il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək icra edilməsi üçün Bərdə Rayon Polis Şöbəsinə göndərilmişdir. Bərdə Rayon Polis Şöbəsi tərəfindən axtarış işi açılmışdır. Borcluya inzibati məsuliyyətlə bağlı dəfələrlə rəsmi xəbərdarlıq edilsə də, o, yenə də tələbi təmin etməmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-4105/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs oğlundan 1 uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay cəmi 80 manat sabit pul məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Qətnamə əsasında verilmiş icra vərəqəsi xx.xx.2017-ci il tarixdə Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru Cahangir Alıyevin icraatına daxil olmuş, həmin tarixdə müvafiq qaydada icraata başlanılmış və tələbin təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. İcra məmuru Cahangir Alıyevin xidməti iş yerinin dəyişilməsi ilə əlaqədar icra işi 13 dekabr 2019-cu il tarixdən şöbənin icra məmuru Şahid5 icraatına verilmişdir. Borclu Təqsirləndirilən şəxs məhkəmə qərarı üzrə tələbi təmin etmədiyi, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi və yaranmış 7840 manat aliment borcunu ödəmədiyi üçün barəsində xx.xx.2022-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə təqdim olunmuş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə o, 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İcra sənədi üzrə borclunun hazırki dövrə ödənilməmiş alimenti 8320 manat təşkil edir. Borclunun hazırki dövr ərzində tələbkara yaranmış 8320 manat aliment borcu üzrə heç bir ödəniş etməməsi, inzibati məsuliyyətə cəlb edilməsi, inzibati məsuliyyətdən sonra tələbkarın xeyrinə ödəniş etməməsi, icra məmurunun irəli sürdüyü qanuni tələbini yerinə yetirməməsi və dəfələrlə cinayət məsuliyyəti barədə xəbərdarlıqlara məhəl qoymaması onun məhkəmə qərarını icra etməkdən qərəzli olaraq boyun qaçırmasına əsas yaradır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 eyni məzmunlu ifadə verərək Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri, Səttarxan küçəsində onun qonşusudur. Təqsirləndirilən şəxs hərdən hamam qəbul etmək üçün onun evinə gəlir. Özünün barəsində olmuş cinayət işi üzrə onun tutulduğu gün də Təqsirləndirilən şəxs hamam qəbul etmək onun evinə gəlmişdi. Həmin gün onun özünü polis əməkdaşları Bərdə şəhəri, Səttarxan küçəsində məhlədə saxlayıblar. Polis əməkdaşları onları ayrı-ayrı saxlayıblar. Polis əməkdaşları Təqsirləndirilən şəxs onun evində saxlamayıblar. O, Ruslanın harada saxlanılmasını görməmişdir, bildiyinə görə onların həyətində saxlamışlar. Əvvəlcə onu saxlamışlar, sonra Ruslanı saxlamışlar. Polis əməkdaşları onu saxlayıb Polis Şöbəsində üzərində şəxsi axtarış keçirərkən onun üzərindən narkotik vasitə aşkar edilmişdir. Lakin o, Təqsirləndirilən şəxs saxlanılmasını görməmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 22 oktyabr 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqə: cild İ, səh.4). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 22 oktyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və olunan “diskə baxış keçirilməsi haqqında” 23 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bərdə Rayon Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə video çəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs masaya yaxınlaşaraq əynində olan gödəkcənin sol iç cibindən 01 ədəd selofan bükümdə narkotik maddə olan heroinə bənzər kütləni masanın üzərinə qoymuşdur. Sonra 01 ədəd selofan bükümdə olan narkotik maddəyə bənzər kütlə elektron tərəzidə çəkilərək, çəkisi 30,56 qram olduğu müəyyən edilmişdir. Daha sonra şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (iş vərəqə: cild İ, səh.26-27, 50 ). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin məhkəmə kimyəvi ekspertizasının 22 oktyabr 2022-ci il tarixli, 16/1216 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 2 (iki) ədəd iç-içə sellofan bükümdə, təmiz çəkisi 25,661 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (iş vərəqə: cild İ, səh.33-35). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 25 yanvar 2023-ci il tarixli, 27 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild 1, səh.256). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 21 yanvar 2023-cü il tarixli “cinayət işlərinin bir icraata birləşdirilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə cinayət işləri bir icraata birləşdirilmiş və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 306.1-ci maddələrinə tövsif olunmuşdur (iş vərəqə: cild İ, səh.26-27). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 29 iyun 2010-cu il tarixli Mingəçevir şəhər Məhkəməsinin qətnaməsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs hər ay 40 (qırx) manat məbləğində aliment tutularaq xx.xx.2008-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Zərərçəkmiş şəxs qızına verilməsi qət edilmişdir (iş vərəqə: cild İ, səh.109-111). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 29 iyun 2010-cu il tarixli “icra vərəqəsindən” görünür ki, cavabdeh Təqsirləndirilən şəxs hər ay 40 (qırx) manat məbləğində aliment tutularaq xx.xx.2008-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Zərərçəkmiş şəxs qızına verilməsinə dair qətnamə icra edilmişdir (iş vərəqə: cild İ, səh.108). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 09 avqust 2010-cu il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, həmin iş üzrə icraat başlanılmışdır (iş vərəqə: cild İ, səh.112). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 09 avqust 2010-cu il tarixli, 794 nömrəli “tələbin könüllü icrası” haqqında bildirişdən görünür ki, borclu Təqsirləndirilən şəxs tələbin könüllü icrası ilə bağlı 10 (on) gün müddətinə vaxt verilmişdir (iş vərəqə: cild İ, səh.113). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 01 avqust 2011-ci il tarixli “borclunun məcburi gətirilməsi” barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs məcburi gətirilməsi ilə bağlı məhkəməyə təqdim verilmişdir (iş vərəqə: cild İ, səh.117-118). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 20 iyun 2012-ci il tarixli “borclunun axtarılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (iş vərəqə: cild İ, səh.119). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 07 aprel 2015-ci il tarixli “inzibati xəta haqqında haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur (iş vərəqə: cild İ, səh.123). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 07 aprel 2015-ci il tarixli “inzibati iş üzrə xəta haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 7 gün müddətinə inzibati qaydada həbs edilmişdir (iş vərəqə: cild İ, səh.124). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 28 dekabr 2015-ci il tarixli “şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” qərardaddan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır (iş vərəqə: cild İ, səh.127). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 22 iyun 2015-cı il tarixli “borclunun axtarılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (iş vərəqə: cild İ, səh.131). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 12 oktyabr 2017-ci il tarixli Bərdə Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 29 iyun 2010-cu il tarixli qətnaməsinə əsasən cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2008ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay 80 manat sabit pul məbləğində müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh.133-134). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 12 oktyabr 2017-ci il tarixli “icra vərəqəsindən” görünür ki, Bərdə Rayon Məhkəməsinin həmin qətnaməsi icra edilmişdir (iş vərəqə: cild İ, səh.132). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 27 noyabr 2017-ci il tarixli, 333904/02 nömrəli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, borclu Təqsirləndirilən şəxs tələbin könüllü icrası ilə bağlı 10 (on) gün müddətinə vaxt verilmişdir (iş vərəqə: cild İ, səh.136). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 27 oktyabr 2017-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, iş üzrə icraat başlanılmışdır (iş vərəqə: cild İ, səh.137). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 02 may 2022-ci il tarixli “inzibati xəta haqqında haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur (iş vərəqə: cild İ, səh.141-142). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Bərdə Rayon Məhkəməsinin 02 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati həbs edilmişdir (iş vərəqə: cild İ, səh.143-144). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 02 iyun 2022-ci il tarixli 333904/2017-43-11-002 nömrəli, 14 iyul 2022-ci il tarixli 333904/2017-43-11-002 nömrəli, 19 avqust 2022-ci il tarixli 333904/2017-43-11-002 nömrəli, 22 sentyabr 2022-ci il tarixli 333904/2017-43-11-002 nömrəli “cinayət məsuliyyətinə cəlb olunması haqqında” məktublardan görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlıqlar olunmuşdur (iş vərəqə: cild İ, səh.145-148). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 04 oktyabr 2022-ci il tarixli “aktın surətindən” görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilə əmlakın siyahıya alınması məqsədi ilə baxış keçirilmiş, lakin tələbin yönələ biləcək hər hansı dəyərli əmlak aşkar olunmamışdır (iş vərəqə: cild İ, səh.153-162). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 27 yanvar 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş içərisində 02 ədəd iç-içə sellofan bükümdə tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 25,561 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınаraq saxlanılması üçün Bərdə Rayon Polis Şöbəsində məsul saxlanca verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsinə dair videogörüntü ilə bağlı bir ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild 2, səh.258-268). Cinayət işinin materiallarında olan 22 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.18). Cinayət işinin materiallarınə əlavə edilmiş olan Bərdə Rayon Məhkəməsinin 23 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 22 oktyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild 1, səh.73-77). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə təqsirli bilinib barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonra Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2007-ci il tarixli Amnistiya qərarına əsasən azad edilmişdir (iş vərəqə: cild İ, səh.187). Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndələyinin xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqə: cild 1, səh.85). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “heroin” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq əldə etdiyi “heroin” narkotik vasitəsinin miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da müəyyən edilmiş külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, “Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində onun polis əməkdaşları tərəfindən Bərdə şəhəri, Səttarxan küçəsində qonşusu Vaqif Nadirovun evində saxlanılmasına, onun üzərindən heç bir narkotik vasitə aşkar edilmədiyinə, şəxsi axtarış zamanı polis əməkdaşları tərəfindən onun cibinə narkotik vasitə qoyulmasına, polis əməkdaşları tərəfindən ona fiziki təzyiq göstərilməsinə dair ifadəsində bildirdiklərini onun cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi həmin inkaredici hallar məhkəmə araşdırması zamanı cinayət işinin bütün materialları ilə, iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün vəsatəti əsasında əlavə dindirilmiş şahidin ifadələri ilə və cinayət işinin bütün faktiki halları ilə müqayisəli şəkildə tədqiq edilərək öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, cinayət işinin materialları və təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı verdiyi ifadələri, həmçinin cinayət işi üzrə toplanmış sübutlar qarşılıqlı şəkildə tədqiq edilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə ilkin araşdırma başlandığı vaxtdan üzərində şəxsi axtarış keçirildikdən sonra 22 oktyabr 2022-ci il tarixdə izahat verərkən (iş vərəqə: cild İ, səh.29), sonra həmin tarixdə şübhəli şəxs kimi dindirilərkən (iş vərəqə: cild İ, səh.48-49), daha sonra 23 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən (iş vərəqə: cild İ, səh.60-62) o, üzərindən aşkar edilmiş narkotik vasitə heroini Bərdə şəhəri, Səttarxan küçəsində yerdən tapdığını, özü istifadə etmək üçün cibinə qoyduğunu, xx.xx.2022-ci il tarixdə evə gedən zaman polis əməkdaşlarının onu saxlayaraq polis şöbəsində üzərində şəxsi axtarış zamanı gödəkçəsinin iç cibində saxladığı sellofanda olan heroini stolun üzərinə qoyub təqdim etdiyini bildirmiş, daha sonra onun barəsində məhkəmədə həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılarkən o, səhv etdiyini, əməlindən peşman olduğunu bildirmişdir (iş vərəqə: cild İ, səh.73-77), daha sonra təqsirləndirilən şəxs kimi ona yenidən ittiham elan edildikdən sonra 25 yanvar 2023-cü il tarixdə də ifadə verərkən özünün əvvəlki etirafedici ifadələrini təsdiq etmiş və onun üzərindən narkotik vasitə aşkar edilmədiyini, narkotik vasitənin onun cibinə qoyulması, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki təzyiqlər göstərilməsi və ya digər qanunsuz hərəkətlər edilməsi barədə ümumiyyətlə heç nə bildirməmiş (iş vərəqə: cild İ, səh.249), ibtidai istintaqın sonunda müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən hər hansı vəsatətlərinin olmadığını bildirmiş və yenə də hər hansı inkaredici halları ümumiyyətlə göstərməmişdir (iş vərəqə: cild İ, səh.277). İlkin ibtidai araşdırma zamanı onun üzərində şəxsi axtarış keçirilərkən həmin istintaq hərəkətinin keçirilməsində onun saxlanılmasında iştirak edən polis əməkdaşları iştirak etsələr də, ibtidai araşdırmanın sonrakı mərhələsində təqsirləndirilən şəxs qismində müstəntiqə sərbəst şəkildə ifadə verərkən və ya məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən də ona qarşı hər hansı kənar təsirlərin olmadığı şəraitdə təqsirləndirilən şəxs ona hər hansı təzyiq edilməsindən və hər hansı əməli etiraf etməsinə məcbur edilməsi ilə bağlı hər hansı narazılığını bildirməmiş, üzərindən göstərilən narkotik vasitənin aşkar edildiyini etiraf etmişdir. Bundan başqa, Bərdə rayon Polis Şöbəsinin polis əməkdaşlarının təqsirləndirilən şəxsin cibinə narkotik vasitə qoymaları və ona fiziki təzyiq göstərmələri, polis əməkdaşlarının ona göstərdikləri fiziki təzyiqlər nəticəsində onun həmin narkotik vasitənin ona məxsus olduğunu etiraf etməsinə dair göstərdikləri ilə əlaqədar hər hansı araşdırmanın aparılmasına dair Bərdə rayon Prokurorluğuna sorğu göndərilmiş və həmin sorğu əsasında Bərdə rayon Prokurorluğundan məhkəməyə göndərilmiş “Təqsirləndirilən şəxs müraciəti ilə əlaqədar toplanmış material” məhkəmə araşdırması zamanı tədqiq edilmişdir. Həmin materiallardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış fəaliyyətini həyata keçirən, təhqiqat və istintaqın aparılmasında iştirak edən polis əməkdaşlarının izahatları alınmış və Bərdə rayon Prokurorluğunda toplanmış material əsasında cinayət hadisəsi müəyyən edilmədiyindən xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir (cinayət işinin materialları). Eyni zamanda məhkəmənin sorğusu əsasında Bərdə rayon X4 Saxlama Yerindən məhkəməyə daxil olmuş 14 iyun 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon X4 Saxlama Yerinə qəbul olunarkən o, tibbi müayinədən keçirilmiş və həmin vaxt onun üzərində hər hansı xəsarət müəyyən edilməmişdir (cinayət işinin materialları). Bundan başqa, məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından məhkəməyə daxil olmuş 06 iyun 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 2 saylı İstintaq Təcridxanasına daxil olunarkən müayinə olunmuş və həmin vaxt onun bədəni üzərində hər hansı xəsarət müəyyən edilməmişdir (cinayət işinin materialları). Həmçinin məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin özünün vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X6 da məhkəmə baxışı zamanı ifadə verərkən Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq etməmişdir. Beləliklə də, məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri cinayət işinin hallarına uyğun olduğundan, həmin ifadəsində göstərdikləri şahidlərin ifadələri, “Şəxsi axtarış aparılması haqqında”, “diskə baxış keçirilməsi haqqında” protokollar, maddi sübutlar, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə təsdiq edildiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi həmin etirafedici ifadələrini sübut növü kimi qəbul edir. Məhkəmə həmçinin onu da qeyd edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini məhz satış məqsədi ilə əldə edib saxlaması qənaətinə gələrkən cinayət işinin yuxarıda qeyd edilən faktiki halları ilə yanaşı, təqsirləndirilən şəxsdən aşkar edilmiş heroin narkotik maddəsinin miqdarının külli miqdar həddindən on iki dəfədən də artıq miqdarda olmasını və cinayət işinin Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən yuxarıda göstərilmiş tədqiq edilən bütün digər hallarını da nəzərə alır. Eyni zamanda Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmə cinayət əməlini də törətməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və cinayət işinə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə tamamilə sübuta yetirilmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş və mötəbərliyi mübahisə doğurmayan qeyd edilən həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biridigərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. Beləliklə, məhkəmə kollegiyası məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 306.1-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3, 306.1-ci maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3, 306.1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrlə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 144.2.3cü maddəsi ilə təqsirli bilinib barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, sonra Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2007-ci il tarixli Amnistiya qərarına əsasən azad edilməsi ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs həmin məhkumluğu Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə əsasən ödənilmişdir. Təqsirləndirilən şəxs bir nəfər yetkinlik yaşına çatmayan uşağı olsa da, cinayət işinin materiallarından görünür ki, həmin uşaq anasının himayəsindədir. Ona görə də təqsirləndirilən şəxsin bir nəfər yetkinlik yaşına çatmayan uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır və az ağır cinayətlər törətməsini, törədilmiş cinayətlərin xarakterini, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3, 306.1ci maddələrinin sanksiyası daxilində, cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən əsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 22 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırkı məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 22 oktyabr 2022-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 25 yanvar 2023-cü il tarixli, 27 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bərdə rayon Polis Şöbəsində saxlanca verilmiş maddi sübut qismində tanınmış qalıq çəkiləri 25,561 qram olan narkotik vasitə heroin məhv edilməli, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsinə dair videogörüntü ilə bağlı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3, 306.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətinə, Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 22 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bərdə Rayon Polis Şöbəsində saxlanca təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində 02 (iki) ədəd iç-içə sellofan bükümdə ekspertiza tədqiqatından sonrakı qalığı 25,561 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı çəkilmiş videogörüntülərin əks edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Mikayıl Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar