Məhkəmə qərarları › İş №1(100)-226/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-226/2024

13.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-226/2024 13.12.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi: hakim Məmmədov Abdulla Elşad oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, iclas katibi X1, dövlət ittihamçısı – Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin və müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasın üzvü Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1996-cı ildə Gəncə şəhərində doğulmuş olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olmamış, işsiz, Gəncə şəhəri, H.Əliyev prospekti 265-də qeydiyyatda olmaqla, Gəncə şəhəri Y.Məmmədəliyev küçəsi döngə 2 ev 20-də yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilməklə ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 10 oktyabr 2022-ci ildə saat 24 radələrində Gəncə şəhəri, Sovxoz Nizami adlanan ərazidə Ü.Hacıbəyov küçəsində yerləşən “Taxtalı” çay evindəki otaqlarından birində yüngül dərəcəli sərxoşluq vəziyyətində əvvəllər verdiyi 50 (əlli) manat borc pulun geri qaytarılması ilə tanışı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun onun ünvanına nalayiq ifadələr işlətməsi və ona yumruq zərbəsi yetirmək istəməsinə görə əsəbiləşib qisas almaq məqsədilə üzərində olan müəyyən edilə bilməyən kəsici-deşici alətlə bıçaqla bir dəfə zərərçəkmiş şəxsə qəsdən zərbə vuraraq sonuncuya sağ bud arteriyasının zədələnməsi və kəskin qanitirmə, hemmorragik şokla müşayiət olunan sağ bud nahiyyəsinin deşilmişkəsilmiş yarası ilə nəticələnən, yetirildiyi anda həyat üçün təhlükəli olan zərərvurmaya aid bədən xəsarəti yetirməklə qəsdən sonuncunun sağlamlığına qəsdən Ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs tanışı ona bir müddət əvvəl borc versə də hər dəfə borcu qaytarmaqdan yayınmışdır. xx.xx.2022-ci ildə Gəncə şəhərində toy məclisində iştirak etmiş, toydan sonra saat 22 radələrində Gəncə şəhəri, Sovxoz Nizami adlanan ərazidəki “Taxtalı” adlanan çay evinə getmiş, tanışı Rəsulun da orada olduğunu görmüş, kabinetlərdən birinə keçib əyləşmişlər. Rəsula verdiyi 50 (əlli) manat borc pulunu geri istəsə də sonuncu bundan imtina etmiş, yaranmış mübahisə zamanı onunla söyüşlə danışmış, bundan sonra Rəsul ona yumruq atmış, çəkildiyi üçün zərbə ona dəyməmişdir. Rəsul da ondan bədəncə iri, qüvvətli olduğu üçün ona hansısa xəsarət yetirəcəyindən ehtiyat edib üzərində olan cib bıçağı ilə bir dəfə zərərçəkmiş şəxsin ayağına zərbə vurmuş, bundan sonra Rəsuldan qan axdığını görüb ona köməklik edərək tanımadığı yoldan keçən taksi ilə Rəsulu xəstəxanaya aparmışdır. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, xəsarət yetirdiyi bıçağı necə olmasını xatırlamır. Bir neçə dəfə Rəsuldan aldığı pulu geri istəsə də müxtəlif bəhanələr gətirərək pulu verməkdən imtina etmiş, son dəfə onu çay evində görüb verdiyi pulu geri istəmiş Rəsul onunla kobud danışmış və söyüş söymüşdür. Rəsulu ona yumruq atdığı üçün vurmuşdur. Qardaşı 2024cü il mart ayında avtoqəza nəticəsində vəfat etdiyi üçün uzun müddət psixoloji vəziyyəti yaxşı olmamışdır, buna görə də məhkəmə iclaslarına gələ bilməmişdir. Törətdiyi əməldən səmimi peşmandır, barışsa da zərərçəkmişin üzünə baxa bilmir. Zərərçəkmiş şəxslə barışıq əldə etmiş, ziyanı ödəmişdir. Ona yüngül, həbslə bağlı olmayan cəza verilməsini istəyir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs təqsirləndirlən şəxs Təqsirləndirilən şəxsla eyniməzmunlu ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs uşaqlıq dostu və qonşusu olmuşdur. xx.xx.2022-ci ildə Savxoz Nizami adlanan yerdə “Taxtalı” çay evində olarkən İslam həmin çay evinə gəlmiş və zarafat etməyə başlamış, həm də əvvəl verdiyi borcunu geri istəmişdir. Həmin vaxt İslam içkili olmuş, borcu qaytarmadığı üçün onu təhqir etməyə, nalayiq ifadələr işlətməyə başlamışdır. İslamın sərxoş olduğunu görüb onu ayıltmaq və özünə gəlməsi üçün sillə və yumruqla vurmaq istəmiş, lakin İslam zərbədən yayınmış və ona qəfil bıçaq zərbəsi vurmuşdur. Həmin bıçaq zərbəsi onun ayağına dəymişdir. Hadisə gecə olduğu üçün çay evi boş olmuş, kabinetdə özlərindən başqa kimsə olmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs göstərdi ki, hadisədən sonra İslam ona köməklik edib tanımadığı taksi ilə onu dərhal xəstəxanaya aparmışdır. O hadisədən sonra İslamla barışmış, ona dəymiş ziyan İslam tərəfindən tam olaraq ödənilmişdir. İslamdan hər hansı şikayət və tələbi yoxdur, ona cəza verilməsini, tutulmasını istəmir. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən üzərində əlyazma ilə düzəliş edilməsi aşkar görünən raportdan görünür ki, xx.xx.2022-ci il saat 00:21-də Abbas Səhhət adına xəstəxanadan Gəncə şəhər 2-ci polis Şöbəsinə 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sol budun deşilmiş kəsilmiş yarası xəsarəti ilə müraciət etməsi (deməsinə görə şüşə batıb) (bıçaqlanmasını) barədə məlumat daxil olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında protokol” və əlavəsi olan fotocədvəldən görünür ki, hadisə yeri Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Taxtalı çay evi”nin ayrılmış otağıdır.(kabinetdir) İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli “tədqiqat üçün paltarların götürülməsi haqqında” protokoldan görünür ki, zərərməkmiş şəxsin istintaqa könüllü olaraq təqdim etdiyi 1 ədəd üzərində qanabənzər ləkələr və 1 ədəd zədəsi olan qara rəngli şalvar götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən “sərxoşluq vəziyyətinin təyini məqəsdilə aparılan 207/2022 saylı tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə saat 01:42-də tibbi müayinədən keçirilmiş və onda yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 1993 №li ekspert rəyindən görünür ki, X2 məhkəmətibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət - sağ bud nahiyyəsinin zədələnməsi, kəskin qanitirmə, hemorragik şokla müşyiət olunan sağ bud nahiyyəsinin deşilmiş kəsilmiş yarası deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlməsi qərarın təsvir əsaslandırıcı hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən Gəncə şəhər psixonevroloji dispanserdən verilmiş xx.xx.2022-ci il tarixli 6966 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda deyil. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən Gəncə şəhər narkoloji dispanserdən verilmiş xx.xx.2022-ci il tarixli 6598 saylı arayışdan görünür ki, X3 həmin dispanserdə qeydiyyatda deyil. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən DİN-nin BƏSİİ-dən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında əlavə edilmiş və məhkəmədə araşdırılan Gəncə ŞBPİ 2-ci polis Şpbəsindən evrilmiş xx.xx.2023-cü il tarixli, 3-13-57-2/2-554/2023 saylı məktubdan görünür ki, hadisənin hansı səbəbdən baş verməsini, hadisənin mexanizmini müəyyən etmək mümkün olmamışdır. Hadisə yerinin yaxınlığında videomüşahidə kameralarının olub-olmamasını və xəsarətin yetirildiyi bıçağı olduğu yeri müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə trasoloji ekpsertizasının xx.xx.2023-cü il tarixli, 16/100 saylı rəyindən görünür ki, təqdim edilmiş şalvarın səthində rəyin tədqiqi hissəsində təsvir edilən ümumilikdə 1 (bir) ədəd zədə var. Şalvarın səthində olan zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində soldan sağa doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Tədqiqata təqdim edilmiş MTE PA ETTTB-nin xx.xx.2022-ci il tarixli, 1993 saylı rəyində göstərilmiş bədəndə yerləşən xəsarətlə təqdim edilmiş şalvarın səthində olan zədə müqayisə edildikdə müəyyən olundu ki, bədəndə yerləşən “ sağ bud anhiyyəsinin deşilmiş-kəsilmiş yarası” xəsarəti ilə şalvarın səthində olan zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə ilə xəsarət üst-üstə düşür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “tədqiqat üçün nümunələrin götürlüməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs qan nümunəsi götürülmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 10 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs maye halda qanın qrup göstəricisi ABO sistemi üzrə A (İİ) betadır. Təqdim edilmiş 1 ədəd şalvar üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi A(İİ) olduğundan Zərərçəkmiş şəxs məxsus olur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokol və əlavəsi olan fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerini və ifadəsində göstərdiklərini əyani şəkildə göstərmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə ambulator psixatrik ekspertizanın xx.xx.2023-cü il tarixli 475 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi törədilərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir və hazırda keçirmir. Hadisə vaxtı və hazırda öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli, “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olan 1(bir) ədəd qara rəngli qarışıq lifli cins şalvar Gəncə Şəhər Baş Polis idarəsinə məsul saxlanca verilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Gəncə Ağır Cinayətlər Məhkəməsinin tarixli 1(100)226/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş və cinayət işi üzrə icraat dayandırılaraq barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılan Gəncə şəhər Baş Polis İdarəsi 2-ci polis Şöbəsindən verilən 3/3-372/235032/2024 saylı xx.xx.2024-cü il tarixli və 2 saylı İT-dan daxil olmuş 7199 saylı, xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə tutularaq ƏNPX-nin 2 saylı İstintaq təcridxanasına təhvil verilmişdir. Məhkəməyə zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş və iş materiallarında əlavə edilərək tədqiq edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs İslam Məmmadovla barışmış və ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Onun tutulmamasını, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini istəyir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan tərəflərin ifadələri, ekspertiza rəylərini, hadisə yerinə baxış ifadənin yerində yoxlanması istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi var, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.11-ci, ona dəymiş ziyanı ödəməsini CM-nin 59.1.12-ci, zərərçəkmişə ilkin tibbi yardım göstərərək onu xəstəxanaya aparmasını CM-nin 59.1.11-ci, zərərçəkmiş şəxsin onda şikayət və tələbinin olmamasını, əvvəllər məhkum edilməməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ən aşağı hədd cəza təyin edilməklə və həmin cəzanı şərti olaraq tətbiq edilməklə cəzanın cinayət qanununda nəzəədə tutulan məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.20217-ci il tarixli, 2668 №li sərəncamına əsasən məhkəmələrə cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirmələri tövsiyyə edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən halların olması, ağırlaşdıran halların isə olmaması, hazırkı vəziyyətdə ona cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi, cəzanın əsas məqsədi olan şəxsin islah olunması ilə tərs mütəxanasib olmaqla yanaşı, qısa müddət əvvəl vəfat etmiş digər oğullarından sonra yeganə övladlarının həbsi ailə üzvləri, ata-anasının səhhətinə, həyat şəraitinə mənfi təsir edə bilər. Məhkəmə qeyd edilən qənaətə gələrkən eynixarakterli əməllərə yol vermiş digər şəxslərlə münasibətdə təqsirləndirilən şəxsin məhkəmə baxışındakı davranışını, törətdiyi əmələ tənqidi münasibətini (onun məhkəmə tərkibinə ittiham tərəfi olan dövlət ittihamçısı və zərərçəkmiş şəxsə münasibətini) nəzərə almışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında əməlini etiraf edərək səmimi peşmanlıq çəkməsini və bunu açıq şəkildə ifadə etməsini isə (mənimlə barışıb, ziyanı ödəmişəm, amma xəcalətimdən üzünə belə baxa bilmirəm deməsi) məhkəmə, Təqsirləndirilən şəxs artıq islah yoluna qədəm qoyması kimi qiymətləndirmiş və onun cəmiyyətdən təcrid edilməsinin zəruri olmadığı qənaətini formalaşdırmışdır. Məhkəmə tərkibi təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də cəzanı real olaraq çəkmədən və cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti ilə şərti hesab edilməsini qanuni, əsaslı və məqsədəmüvafiq hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını da məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə Gəncə şəhər Probasiya şöbəsinə həvalə edilməli, onun üzərinə davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Bununla belə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. İş üzrə maddi sübut olan Gəncə Şəhər Baş Polis idarəsinə məsul saxlanca verilmiş Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olan 1(bir) ədəd qara rəngli qarışıq lifli cins şalvar zərərçəkmiş şəxsə qaytarılsın, qəbul etmədikdə məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 31,50 (otuz bir manat, əlli qəpik) Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçrilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun yaşadığı yer üzrə Gəncə şəhər Probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilsin və O məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut olan Gəncə Şəhər Baş Polis idarəsinə məsul saxlanca verilmiş Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olan 1 (bir) ədəd qara rəngli qarışıq lifli cins şalvar zərərçəkmiş şəxsə qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar